Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1642/2024 17.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-1506/2024 nömrəli hökmü ilə CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 05 il 10 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə – CM) 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə - heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, xx.xx.2024-cü il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan “İntiqam” adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 2,435 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin alıb əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Asif Məmmədov küçəsi 30 ünvanının yaxınlığında olarkən Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nərimanov Rayon Polis İdarəsinə gətirilmiş, İdarənin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 2,435 qram olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərmişdir ki, tutulduğu gün öz istifadəsi üçün narkotik vasitə heroin almaq üçün Nərimanov rayonu ərazisinə getmişdir. Həmin günü az miqdarda narkotik vasitə almışdır. Narkotik vasitə heroini satan şəxsdən öz istifadəsi üçün 1.5 qram narkotik vasitə heroin almışdır. İttiham aktında qeyd olunmuşdur ki, onun üzərində 2 qramdan çox narkotik vasitə heroin aşkar olunmuşdur. Lakin onun üzərində 1.5 qram narkotik vasitə heroin aşkar olunmuşdur. O, xəstədir, 1 il 6 aydır ki, 1 saylı Şəhər Klinik Xəstəxanasında müalicə almışdır. Promedol və morfin adlı preparatları qəbul edirdi. Bir müddət sonra həmin preparatları tapılmadığı üçün bədənində olan ağrılarına görə heroin istifadə etməyə başlamışdır. Narkotik vasitəni aldığı şəxs ona 1.5 qramdan artıq narkotik vasitə verməzdi. O, suallara cavab olaraq bildirmişdir ki, daimi həmin şəxslə görüşüb standart miqdarda, yəni 1.5 qram miqdarında narkotik vasitə heroin əldə etmişdir. 1.5 qram narkotik vasitə heroini 50 manata əldə etmişdir. Narkotik vasitə heroinin 1 qramın qiyməti 30 və ya 32 manat olduğunu bilir. Narkotik vasitəni eyni adamdan əldə etmişdir. Narkotik vasitə heroini Nərimanov rayonu ərazisində yerləşən “Zəfəran Hospital”ın yaxınlığında əldə etmişdir. Polis əməkdaşları da onu qeyd etdiyi yerdə saxlamışlar. Hazırki cinayət işindən başqa da onun barəsində digər cinayət işi başlanılmışdır. Həmin cinayət işində də üzərində 1.5 qram narkotik vasitə heroin aşkar olunmuşdur. O, azadlıqda ola-ola onu telefonsuz tutmuşlar. O, telefon vasitəsi ilə ***-***-**-** mobil nömrədən narkotik vasitə satan şəxslərə zəng eləmiş, sms yazmışdır. Həmin şəxslərdən ona 1.5 qram miqdarında narkotik vasitə heroin gətirmələrini xahiş etmişdir. Narkotik vasitəni həmin şəxsin kart hesabına pul köçürməsi edib deyilən ünvandan götürürdü. Ondan heç bir dost, yoldaş narkotik vasitə istəməmişdir. O, heç bir şəxsə narkotik vasitə satmamışdır. Özü narkotik vasitə istifadəçisi olsa da, narkotik vasitə istifadəçiləri ilə əlaqə saxlamır, onlardan xoşu gəlmirdi. Artıq 6 aydı narkotik vasitə istifadə etmir. Polis əməkdaşları onu tutan zaman üzərində aşkar olunan narkotik vasitə heroinin çəkinisini müəyyən etməmişlər. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, o, ona elan olunmuş ittihamda qeyd olunan narkotik vasitənin çəkisini mübahisələndirir. Polis əməkdaşları onu saxlamaq istəyəndə qaçmaq istəməmişdir. Polis əməkdaşları onu saxladıqları vaxt sonunculardan ona əl-qol atmamaqlarını xahiş etmiş və narkotik vasitəyə görə tutulduğunu bildiyi üçün əvvəlcədən polis əməkdaşlarına narkotik vasitənin üzərində olduğunu səmimi etiraf etmişdir. Telefonunu narkotik vasitəni aldığı İntiqam adlı şəxs ondan danışmaq üçün götürüb, amma daha sonra isə polis əməkdaşlarını görüb qaçıb getmiş və telefonunu geri qaytarmamışdır. Saxlanıldığı gün narkotik vasitəni götürməyə taxsi ilə gəlmiş və taxsi ilə geri qayıdacağı üçün taxsidən onu gözləməyi xahiş etmişdir. Narkotik vasitəni İntiqam adlı şəxsdən götürdükdən sonra taxsiyə tərəf gedəndə İntiqam ondan danışmaq üçün telefonunu istəmişdir. O da İntiqamı artıq 1 aydır tanıdığı üçün telefonunu danışmaq üçün sonuncuya vermişdir. Telefonunu İntiqama verdikdən sonra o, öndə getmiş, İntiqam isə arxası ilə gəlmişdir və birdən arxadan polis əməkdaşlarının ona yaxınlaşdığını görmüşdür. Polis əməkdaşları onu tutduqları üçün sonuncu qaçıb getmişdir. Saxlanıldığı vaxt ***-***-**- ** saylı nömrə istifadəsində olmuşdur. ***-***-**-** saylı nömrəni tutulmazdan 4-5 ay əvvəl olardıki almışdır. ***-***-**-** saylı nömrəni itirdiyi üçün yeni nömrə əldə etmişdir. O, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin mərhələdə verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. Qazaxda yaşadığı üçün Bakıya gələndə öz istifadəsi üçün narkotik vasitə heroin alıb özü ilə Qazaxa aparır və ehtiyacı olduqca istifadə edir. xx.xx.2024-cü il tarixdə, axşam saatlarında narkotik vasitə almaq üçün Bakı şəhəri, Nərimanov rayonunda “Skaçka” deyilən yerə gəlmişdir. Belə ki, orada “İntiqam” adlı şəxsdən bir neçə dəfə şəxsi istifadəsi üçün narkotik vasitə almışdır. Həmin ərazidə bir qədər piyada gəzdikdən sonra “İntiqam” adlı şəxsi görmüş və ona 25 manat pul verib həmin məbləğ üçün narkotik vasitə olan “kakos” istəmişdir. “İntiqam”da ona şəffaf sellofana bükülmüş bir büküm vermiş və içərisində narkotik maddə olan “kakos”, yəni heroin olduğunu bildirmişdir. Sabahı gün Nərimanov rayonu, Montin qəsəbəsində Asif Məmmədov küçəsində olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və ondan özünü təqdim etməyini xahiş etmişlər. Üzərində narkotik maddə olan heroin olduğundan həyəcanlanmış və özünü təqdim etmədən oradan uzaqlaşmaq istəmiş, lakin polis əməkdaşları onu saxlayaraq Nərimanov Rayon Polis İdarəsinə gətirmişlər. Polis İdarəsində olarkən polis əməkdaşları ona bildirmişlər ki, üzərinə şəxsi axtarış keçiriləcəkdir. Bu məqsədlə təhqiqatçı tərəfindən hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin edilmiş, dəvət edilmiş müdafiəçi ona təqdim olunduqdan sonra şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Daha sonra polis əməkdaşlarının və dövlət hesabına təyin edilmiş vəkilinin iştirakı ilə üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı ondan üzərində qanunsuz əşya olub-olmadığını soruşmuş və əgər vardırsa həmin əşyaları könüllü təqdim etməyi təklif etmişdir. Həmin zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra əynində olan gödəkcəsinin sol iç cibindən 01 ədəd eynəyi, gödəkcənin sağ yan cibindən isə 01 ədəd şarj alətini çıxarıb masanın üzərinə qoymuş, təhqiqatçı üzərində şəxsi axtarış aparmış və gödəkcəsinin sol yan cibindən cib salfeti aşkar etmişdir. Bundan başqa üzərindən heç nə aşkar edilməmişdir. Sorğu zamanı bildirmişdir ki, təqdim etdiyi şəffaf sellofan bükümdə olan maddə “Kakos” adı ilə tanınan narkotik maddə olan heroindir, həmin heroini öz şəxsi istifadəsi üçün xx.xx.2024-cü il tarixdə Nərimanov rayonunda “Skaçka” deyilən yerdə “İntiqam” adı ilə tanıdığı şəxsdən almışdır. Təqdim etdiyi içərisində narkotik maddə olan büküm ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri özü və şəxsi axtarışda iştirak etmiş şəxslər tərəfindən imzalanmış və zərfin üzəri möhürlənmişdir. Üzərinə şəxsi axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol özü və axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. Heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini xx.xx.2024-cü il tarixdə Bakı şəhər, Nərimanov rayonunda, “Skaçka” deyilən yerdə “İntiqam” adlı şəxsdən 25 manata almış, lakin “İntiqamın” yalnız adını bilir. Onun digər anket məlumatlarını, eləcə də istifadəsində hər hansı mobil nömrə olub-olmadığını bilmir. Özünün istifadəsində ***-***-**- ** saylı mobil nömrə olmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 14:30 radələrində Nərimanov RPİ-nin NMBnin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə ünvan 5 ünvanının yaxınlığında xidmətdə olarkən bir nəfər şəxsin hərəkətlərindən özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib Nərimanov Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları olduqlarını bildirib həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim etmək istəməyərək verdikləri suallardan yayınmış və oradan uzaqlaşmağa çalışmışdır. Həmin şəxsin narkotik vasitənin və ya psixotrop maddənin təsiri altında olmasından və üzərində narkotik vasitə və ya psixotrop maddə saxlamasından şübhələnmişlər. Həmin şəxsi saxlayaraq Nərimanov RPİ-nin inzibati binasına dəvət etmişlər, Təqsirləndirilən şəxs Nərimanov RPİ-nə gətirilməsi barədə raportla rəhbərliyə məruzə etmişlər və raportun icrası Nərimanov RPİ-nin TŞ-nin təhqiqatçısı Mirsənana həvalə olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi zərurəti yarandığından sonuncunun hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmiş, sonra Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olub-olmadığı soruşulmuş, əgər vardırsa həmin əşyaları könüllü təqdim etməyi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs 01 ədəd sellofan bükümü, 01 ədəd eynəyi, 01 ədəd şarj alətini çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin “kakos” adı ilə tanınan narkotik maddə heroin olduğunu, tanışından öz istifadəsi üçün aldığını bildirmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs barəsində əvvəllər məlumatları olmamış, amma sonradan şəxsin barəsində axtarış olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni Nərimanov rayonunda “Skaçka” deyilən yerdə öz istifadəsi üçün tanışı Rəşad adlı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik maddənin kiməsə satması, kiməsə verməsi barədə məlumatları olmamışdır. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarışda iştirak etmişdir. Narkotik vasitə Təqsirləndirilən şəxs şalvarın sağ yan cibindən çıxardıb təqdim etmiş, həmin narkotik vasitə bir büküm olmuşdur. Video çəkiliş zamanı Təqsirləndirilən şəxs təhqiqatçının yanında üzərində narkotik vasitə heroinin olduğunu demişdir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış saat neçədə keçirildiyi yadında deyil, təxmini saxlanılandan 1 saat sonra olmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə yanvar ayında olmuşdur. Təqsirləndirilən şəxsi Nərimanov rayonu, Montin qəsəbəsində saxlamışlar. Təqsirləndirilən şəxsə yaxınlaşdıqda ilk öncə özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etməkdən imtina etdiyi üçün sonuncunu Nərimanov RPİ-yə dəvət etmişlər. Daha sonra Təqsirləndirilən şəxs təhqiqatçıya təhvil vermişlər. Dövlət hesabına təyin edilmiş müdafiəçi gəldikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir büküm narkotik vasitə heroin aşkar olunmuşdur. O, suallara cavab olaraq bildirmişdir ki, Nərimanov RPİ-nin NMB şöbəsində çalışdığı üçün xidmət etdikləri ərazi üzrə tədbir zamanı şübhəli olacaq şəxslərə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs də hərəkətlərindən, özünü təqdim etməkdən imtina etdiyi üçün onlara şübhəli olduğuna görə Nərimanov RPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olmasını video çəkiliş zamanı etiraf etmiş, amma tutulduğu vaxt inkar etmişdir. Narkotik vasitə təqsirləndirilən şəxsin cibindən aşkar olunmuşdur. Narkotik vasitə təqsirləndirilən şəxsin hansı cibindən aşkar olunması yadında deyil. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:00-da CM-in 234-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə, saat 14:30 radələrində saxlanılaraq Nərimanov RPİ-yə gətirilmişdir. (İ cild, i.v. 18-19) xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan, xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təkilf edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əvvəlcə əynində olan şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxararaq masanın üzərinə qoymuş, daha sonra isə o əynində olan gödəkcənin içərisindən 01 ədəd gün eynəyini çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra o bildirmişdir ki, əynindəki gödəkcənin sağ yan cibində 01 ədəd qara rəngli üzərində “Samsung” yazısı olan adapter aşkar edilmişdir. Daha sonra isə onun üzərinə baxış keçirilmiş və əynindəki gödəkcənin sol yan cibindən mavi rəngli içərisində salfet olan sellofan paket aşkar edilmişdir. Daha sonra onun təqdim etdiyi şəffaf sellefona baxış keçirilmiş və içərisində tünd qəhvəyi rəngli maddə olması aşkar edilmişdir. Həmin sellofanın içərisindəki maddənin nə olması soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə narkotik vasitə olan heroindir və dünən “İnqilab” adlanan yerdə “İntiqam” adlı şəxsdən şəxsi istifadəsi üçün əldə etmişdir, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Bundan başqa ona saxlanılan zaman və yaxud polis idarəsinə gətirilən zaman, polis idarəsində olduğu müddətdə hər hansısa bir psixi və yaxud zor tətbiq edilib edilmədiyi soruşulduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, ona qarşı heç bir psixi və yaxud fiziki zor tətbiq edilməmişdir. (İ cild, i.v. 30-32, 69) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/710 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №44" möhür əksi, imzalar (iştirakçılar) olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,435 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (İ cild, i.v. 37-41) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 234.1-ci maddəsindən həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmişdir. (İ cild, i.v. 54) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 56-57) xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirnin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və saxlandığı Nərimanov RPİnin MSY-dən azad edilmişdir. (İ cild, i.v. 74-77) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Rusiya Federasiyasının Ulyanovsk Ş.Zasvlyajsk rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə 10 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə Rusiya Federasiyasının xx.xx.2008-ci il tarixli hökmü Azərbaycan Respublikası ərazisində icraya qəbul edilməklə CM-in 29,234.4.3, 234.1-ci maddələri ilə cəzası 09 il 06 aya endirilmiş, xx.xx.2017-ci il tarixdə cəza müddəti başa çatdığına görə azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-1506/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı və həmin tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında olduğu ümumilikdə 1 ay 1 gün müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılaraq üzərində qəti olaraq 05 il 10 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (İ cild, i.v. 102-104) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X5 Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 669 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild, i.v. 116-117) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 241 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Anamnezində psixoaktiv maddələrdən sui-istifadə müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (İ cild i.v. 118-121) xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 2,435 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra qalıq qalmış təmiz çəkisi 2,335 qram narkotik vasitə heroin saxlanılması üçün Nərimanov RPİnin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (İ cild, i.v. 124-130) Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1642/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-1506/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair 1(101)-1506/2024 saylı hökmü xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə minmiş və həmin tarixdə icraya yönəldilmişdir. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, məhkəmə istintaqı zamanı verdiyi qismən etiafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 234.1-1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, üzərindən ittihamda qeyd olunan qədər narkotik vasitə aşkar olunmaması, narkotik vasitə heroini satan şəxsdən öz istifadəsi üçün 1.5 qram narkotik vasitə heroin alması və s. ilə bağlı verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasına dair ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən və şübhəli şəxs qismində ifadə verərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin üzərindən ittihamda qeyd olunan qədər deyil, 1,5 qram narkotik vasitə aşkar olunması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. O cümlədən, şəxsi axtarışın və götürmənin audio-video ilə aparılması, həmin prosesdə təqsirləndirilən şəxsin cinayət əməlini etiraf etməsi və digər təkzibedilməz sübutlar onun qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasını təsdiq edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 66.5-ci maddəsinin tələbləri rəhbər tutularaq Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-1506/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə ona təyin ediləcək cəza ilə qismən toplanılmaqla üzərində qəti cəza saxlanılmalı, ona hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı, həmin tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında olduğu ümumilikdə 1 ay 1 gün müddət (230051459 saylı cinayət işi üzə) və hazırki cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulub həbsdə saxlandığı 02 gün müddət çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 110 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,335 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Müdafiəçilər “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etdikləri hesabatlara əsasən onlar məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə Müdafiəçi1 ümumilikdə 44 saat, Müdafiəçi2 ümumilikdə 40 saat vaxt sərf etmişlər. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsin müdafiəçiləri qismində məhkəmə iclaslarında iştirak edərək Müdafiəçi1 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 44 saat, Müdafiəçi2 isə 40 saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 44 saat hüquqi yardıma görə “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 264 manat, cəmi 40 saat hüquqi yardıma görə “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi2 üçün 240 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-1506/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə ona təyin edilmiş cəzalar ilə qismən toplanılmaqla barəsində 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ona hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı, həmin tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında olduğu ümumilikdə 1 (bir) ay 1 (bir) gün müddət (230051459 saylı cinayət işi üzə) və hazırki cinayət işi üzrə xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulub həbsdə saxlandığı 2 (iki) gün müddət ümumilikdə 1 (bir) ay 3 (üç) gün müddət çıxılaraq üzərində qəti olaraq 06 (altı) il 10 (on) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,335 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 44 (qırx dörd) saat hüquqi yardıma görə “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 264 (iki yüz altmış dörd) manat, cəmi 40 (qırx) saat hüquqi yardıma görə “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi2 üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-1642/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1642/2024
17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver