Məhkəmə qərarları › İş №1(101)-1643/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1643/2023

27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1643/2023 27.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi ilə, hakimlər Məmmədzadə Səbinə Adil qızı, Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X23, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri “Fides” vəkil bürosunun vəkili X14, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri X1 və X2 iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Ermənistan Respublikası, Basarkeçər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində dörd azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər Gəncə Hərbi Məhkəməsinin 29 fevral 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3200 manat cərimə cəzasına məhkum edilmiş, 20 iyun 2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin 20 iyun 2016-cı il tarixli amnistiya qərarının 1.8-ci bəndinə əsasən təyin olunmuş cərimənin ödənilməmiş qalan 2000 manat hissəsindən azad edilmiş; Gəncə Hərbi Məhkəməsinin 20 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.2-ci maddəsi tətbiq edilərək 5500 manat cərimə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 20 iyun 2019-cu il tarixli qərarı ilə Gəncə Hərbi Məhkəməsinin 20 fevral 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi hökmdən xaric edilməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 4000 manat cərimə cəzası saxlanılmış, təyin edilmiş cəriməni tam ödədiyi üçün 16 mart 2020-ci ildə qeydiyyatdan çıxarılmışdır, məhkumluğu ödənilmiş, Göygöl rayonu, Yenizod kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 iyul 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, xx xxx 1991-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 iyul 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 və qeyriləri ilə özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən qrupun üzvü Təqsirləndirilən şəxs2 bir neçə il əvvəl yanaraq yararsız vəziyyətə düşmüş X8 məxsus “Mercedes G55” markalı ‘**-HO-***” qeydiyyat nişanlı avtomobili 23.000 manata almaqla Təqsirləndirilən şəxs2 qohumu Şahid2 adına baş etibarnamə verilmiş, həmin avtomobilə lizinq yolu ilə kreditin alınmasına nail olmaq üçün qrupun digər üzvü Təqsirləndirilən şəxs1 alınan yararsız avtomobillə texniki göstəriciləri oxşar olan “Hollyvood-Cars” şirkətinə məxsus “Mercedes G63” markalı “**-AB-***” qeydiyyat nişanlı avtomobili günlük kirayəyə götürərək cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə yararsız halda olan avtomobilin qeydiyyat nişanını və digər göstəricilərini naməlum formada kirayəyə götürdükləri avtomobilə bərkitməklə saxta göstəriciləri olan avtomobili ünvan 4 ünvanında yerləşən lombard və lizinq fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinə təqdim edib Şahid2 avtomobili satan, digər tanışları X24 isə guya avtomobili lizinq yolu ilə alan şəxs qismində müraciət etmiş, lizinq şirkətinin əməkdaşlarının etibarını qazanıb aldada bildikdən sonra DİN-nin Baş X53i İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında alıcı qismində çıxış edən Zərərçəkmiş şəxs QSC-dən pul kreditinin alınmasına nail olmaqla aldatma yolu QSC-nin 53.550 manat pulunu ələ keçirərək külli miqdarda maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, fərdi əməklə məşğul olur. 2022-ci ilin may ayında Təqsirləndirilən şəxs2 və Elvin Həsənov maşının təmirinə görə kredit götürmək istəmələri barədə onunla söhbət etmişlər. Belə ki, Elvin Həsənovun maşını nasaz vəziyyətdə imiş və təmir etdirmək üçün pula ehtiyacı var imiş. Elvin Həsənov da avtomobilə lizinq yolu ilə kreditin alınmasını istəyirmiş. Lakin, nasaz vəziyyətdə olan maşın üçün kredit az məbləğdə verilirmiş. O, isə “RentAcar”dan toy mərasimi zamanı sürmək məqsədilə «X41» markalı **-AB-*** qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. “RentAcar”-dan götürülən «X41» markalı avtomobil Elvin Həsənovun nasaz vəziyyətdə olan maşınına çox bənzəyirmiş. Elvin Həsənov ondan xahiş etmişdir ki, o, “RentAcar”-dan götürülən «X41» markalı avtomobili Elvinə versin və o da kredit götürmək üçün həmin maşını göstərsin. O, “RentAcar”-dan götürülən «X41» markalı avtomobili Elvin Həsənova vermişdir. Lakin, o, Elvin Həsənovun maşınının yanmış vəziyyətdə olduğundan xəbərsiz imiş. Beləliklə, Elvin Həsənov nasaz maşının qeydiyyat nömrəsini çıxarıb “RentAcar”-dan götürülən «X41» markalı maşının üzərinə vurub lizinq yolu ilə Zərərçəkmiş şəxs QSC-dən pul kreditinin alınmasına nail olmuşdur. Lakin, o, bu prosesdə iştirak etməmişdir. Elvin Həsənov DYP-yə gedib, orada avtomobilin alqısatqısının həyata keçirilməsinə nail olmuşdur. Elvin Həsənov 46.500 manat pul götürmüş, X53 İdarəsinin xərcləri də həmin pulla verilmişdir. O, Orxana 14.000 manat borc pul vermişdir deyə Orxan da ona 10.000 manat pulu vermiş, qalan pulu da ödəyəcəkmiş. Zərər ödənilmişdir. O, Elvin Həsənovun krediti ödəyib-ödəmədiyini bilmir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Zərərçəkmiş şəxs QSC-yə ilkin olaraq o yox, Elvin Həsənov getmişdir. Nasaz vəziyyətdə olan maşın Elvin Həsənovə məxsus olmuşdur. O, nasaz vəziyyətdə olan avtomobilə baxmamış, düşünmüşdür ki, qeydiyyat nömrə nişanı dəyişdirmək cinayət deyil və çox olsa, 60 manat cəriməsi olacaq, nə də ki qeydiyyat nişanı dəyişdirməklə də alqısatqı baş tutmaz. Elvin Həsənovun niyyəti kredit götürüb maşınını təmir etdirmək imiş. Elvin Həsənov ona maşının tam yararsız olmadığını demişdir. Elvin Həsənovun nasaz maşının qeydiyyat nömrəsini çıxarıb “Rentcar”-dan götürülən «X41» markalı maşının üzərinə vurmasından onun xəbəri olmuşdur. “RentAcar”-dan icarəyə maşın götürərək niyyəti Elvin Həsənova kredit götürmək üçün nasaz vəziyyətdə olan maşının yerinə həmin maşını vermək olmamışdır. Onun qohumunun toy mərasimi imiş və maşına ehtiyacı var imiş, o da ona köməklik olaraq maşını icarəyə götürmüşdür. Maşın toy üçün istifadə edildikdən sonra Elvin Həsənov ondan belə bir şey xahiş etmiş, o da Elvinin xahişini yerinə yetirmişdir. O, Elvin Həsənovu əvvəldən tanımış, sonradan eşitmişdir ki, Elvin Sibirisdə işləmiş, taksi sürücüsüdür və s. Təqsirləndirilən şəxs2 7-8 ildir tanıyır. O, bilir ki, Təqsirləndirilən şəxs2 fərdi əməklə məşğuldur və maşın alıb-satır. Bu hadisəyə qədər Təqsirləndirilən şəxs2 heç vaxt ona belə bir təklif gəlməmişdir. Təqsirləndirilən şəxs2 və Elvin Həsənov birlikdə onun yanına gəlmişlər. Təqsirləndirilən şəxs2 demişdir ki, Elvin Həsənov ondan satdığı maşını almışdır. Elvin Həsənov da ondan xahiş etmişdir ki, 1-2 günlük “RentAcar”-dan icarəyə götürdüyü «X41» markalı **-AB-*** qeydiyyat nişanlı avtomobili ona versin. Elvin Həsənov hətta demişdir ki, “RentAcar”-dan götürülən maşının icarə haqqını da verəcəkdir. O, düşünmüşdür ki, icarə haqqını da verirsə o onda X33 verə bilər. Zərərçəkmiş şəxs QSC-ə Orxan da getmiş, amma içəridə Elvin Həsənov olmuş və Elvin Həsənov kreditlə bağlı olmuşlar. O, və Orxan kredit müqaviləsinə imza çəkməmişlər. Heç kimə vəd verməmiş, öhdəlik götürməmişdir. Elvin Həsənov maşını DYP-ə aparmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 215-217, 1-ci cild 227-229, 2-ci cild 94-97 və 2-ci cild 145-148-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs1 aşağıdakıları göstərmişdir: … «...2019-cu ilin fevral-mart aylarında Orxan Telman adlı şəxsə məxsus tamamilə yanmış vəziyyətdə olan X41 markalı avtomobilin satıldığını ona demişdir. O, gedib Telmanın qohumu Mehdi adlı şəxslə danışıb avtomobilin qiymətini 9.000 manata razılaşdırmışdır. Ortada adamlar var imiş ki, o, həmin adamlar vasitəsilə avtomobili aldığı üçün Orxandan 13.000 manat pul alıb 9000 manatını Mehdiyə qalan pulu isə avtomobillə bağlı maklerlik edən adlarını xatırlamadığı şəxslərə vermişdir. Orxan və o, qərara gəlmişlər ki, maddi vəziyyətlərini yaxşılaşdırmaq üçün yanmış vəziyyətdə olan avtomobilin dövlət nömrə nişanını götürüb “rent car” dan icarəyə avtomobil alıb, müvəqqəti icarəyə götürülən maşının nömrəsini çıxardıb yanmış maşının nömrəsini üzərinə qoyub lizinqə pul verilən kredit təşkilatlarına avtomobili təqdim etsinlər və planları baş tutsa pul qazansınlar. X32 adlı avtomobil yuyan tanışı da var imiş ki, plana əsasən avtomobil Elvinin adına alınmalı, sonradan Elvin xaricə yola salınmalı olmuşdur. Orxanla onun isə heç bir sənəddə adları olmamalı imiş ki, məsuliyyətdən kənarda qala bilsinlər. O, beləcə Orxandan aldığı pulla yanmış halda olan Mercedes G55 markalı **-HO-*** nömrə nişanlı avtomobili almışdır. Avtomobil reallıqda sadəcə kuzadan ibarət olmuşdur ki, onlar heç gedib maşına baxmamışlar. Avtomobil alındıqdan sonra Orxan qohumu Faiqin adına baş etibarnamə yazdırmışdır. Sonradan onlar Hollyvud Cars adlı rent car şirkətindən günlük icarəyə **-AB-*** nömrə nişanlı avtomobil götürmüşlər. Avtomobili o, öz adına icarəyə götürmüşdür ki, avtomobili adətən Orxan idarə etmişdir. Orxan və o, avtomobili lizinqə salmaq üçün şirkət axtarmışlar. Lakin uyğun şərtlərlə avtomobil tapa bilməmişlər. Sonda tanışı Şahid1 onlara Kredit Evi lizinq şirkətini məsləhət görmüşdür. Onlar şirkətə müraciət edəndə şirkətdən onlara demişlər ki, avtomobilə baxmaq istəyirlər. Orxanın tanışı Elvin Həsənovun şəxsiyyət vəsiqəsi olmamışdır. Elvin onlara demişdir ki, ona həmin sənədi düzəltsələr, həm də girovda olan sürücülük vəsiqəsini götürsələr avtomobili lizinqlə alan şəxs kimi banka müraciət edə bilər. Onlar razılaşmış və Orxan Elvinin sənəd məsələsini həll edib sonuncuya 1500 manat vermişdir ki, sürücülük vəsiqəsini götürə bilsin. Avtomobilə lizinq şirkəti baxanda şübhələnməməsi üçün onlar avtomobilin üzərinə kağızla **-HO-*** nömrəli avtomobilə dair texniki şəhadətnamədə göstərilən məlumatları yazıb komputerdə çıxarıb xüsusi formada yapışdırmışlar. Avtomobilin ban nömrəsi X41 markalı avtomobillərdə kuzanın altında yerləşir ki, ora əyilib baxmaq lazım imiş. Onlar əvvəl inanmamışlar avtomobilə tam baxmayıb lizinqə salmağa razılıq versinlər. Lakin həqiqətən də avtomobilə “düz-əməlli” baxmamışlar. Şirkətdən avtomobilə və sənədlərinə baxıb hər şeyin düz olduğunu fikirləşmişlər. Elvin lizinq şirkətinə guya ki avtomobili alan şəxs kimi müraciət etmişdir ki, sonuncunu geyindrib-keçindirib bahalı mobil telefon verib şirkətə göndərmişlər. Onlar birlikdə lizinq şirkətini aldatmağı bacardıqdan sonra şirkətdə avtomobili qiymətləndirib ilkin ödəniş üçün 40.800 manat pul istəmişlər. Orxanın pulu olmadığına görə ondan xahiş etmişdir ki, bir neçə saatlığa pul tapsın. Orxan üstündə əlavə pul verəcəyini də demişdir. O da Çingiz adlı tanışından əlavə 1000 ABŞ dolları pul vermək şərti ilə 40.000 manat pul almışdır. Qalan pulu da Orxanın qohumu Faiq vermişdir. Onlar lizinq şirkətinin əməkdaşları ilə birlikdə DYP-yə getmiş, orada Orxanla birlikdə Səbuhi adlı maklerlə danışıb sənədləri həmin şəxsə verməklə Seymur adlı yol polisi əməkdaşının avtomobilin alqı-satqısını həyata keçirməsinə nail olmuşlar. Onlar Səbuhiyə bunun üçün 4000 manat pul vermişlər. Avtomobilə yol polisi heç baxmamış, yalnız sənədlər gedib dəyişilib qayıtmışdır. **-HO-*** nömrəsini yol polisi almış və maşına **-PU-*** nömrəsi vurulmuşdur. Sonra Faiq lizinq şirkətinin banka ödədiyi pulu götürüb Orxana vermişdir. Həmin puldan Orxan 10.000 manat ona pul vermiş, sonrakı verdikləri də nəzərə alınmaqla Orxan Elvinə də ümumilikdə 10.000 manatdan çox pul vermişdir. Onun tanışından aldıqları pulu da üzərində 1000 ABŞ dolları olmaqla geri qaytarmışlar. Orxan Faiqin də pulunu geri qaytarmış, əziyyət çəkdiyinə görə 200 manat da Faiqə pul vermişdir. Orxan avtomobili 2-3 gün yol polisi tərəfindən sənədləşmə aparılandan sonra verilən **-PU-*** nömrəsi ilə sürüb sonradan avtomobili ona vermişdir ki, «Rent cara» qaytarsın. O da avtomobilin üstündəki cps sistemini söküb geri qaytarmışdır. Orxan sonradan özünə çatan pulla Mercedes GL markalı hazır kreditdə olan avtomobil almışdır ki, satıb pul qazansın. Lakin pulu xərcləyib kreditini ödəyə bilməmiş, həm də sata bilmədiyi üçün bank avtomobili ondan geri almışdır. Elvin Həsənov bankdan axtardıqları üçün ölkədən çıxıb getmişdir. Şahid2, Şahid1, lizinq şirkətinin əməkdaşı Fuad adlı şəxsin baş vermiş cinayət hadisəsi ilə heç bir əlaqələri yoxdur. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, imzalar onun imzasıdır. O, istintaq zamanı protokolları oxumadan imza etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, maşın bazarında avtomobil alqı-satqısı ilə məşğul olur, amma heç bir vergi ödəmir. O, Təqsirləndirilən şəxs1 maşın alveri ilə bağlı olaraq tanıyır. Elvin Həsənovu 2010-cu ildən taksi sürücüsü kimi tanıyırmış, sonra Elvin Sibiristdə işləmişdir. O, Şahid1 tanımır. Şahid2 onun qohumudur. Üzeyir onun dostudur. O, «Galen Vagen» markalı avtomobili TOP.AZ saytından anket məlumatlarını bilmədiyi şəxsdən 18.000 manata etibarnamə ilə qohumu Faiqin adına almışdır. Maşın aldığı şəxslə özü telefonda danışmamış, bir nəfər şəxs danışmışdır. O, Galen Vagen markalı avtomobili satmaq məqsədilə almışdır. Galen Vagen markalı avtomobilin pulunu özü ödəmişdir. Maşını aldıqdan sonra təmirə görə 2.000 manat pul xərcləmiş, maşının təkərlərini düzəltdirmişdir.O, şəxsiyyət vəsiqəsini alverçi bir tanışına vermiş və o da pulu notariusda ödəmişdir. Həmin maşının motorxanası yanmış vəziyyətdə imiş. O, isə maşını yığdırmaq məqsədilə almışdır. Lakin maşının təmiri üçün 36.000 manat xərc lazım imiş. Təmir pulu baha başa gəldiyindən maşını satmaq qərarına gəlmişdir. Elvin Həsənov bildirmişdir ki, onun tanışları çoxdur və maşını alıb «Rentcar» kimi işlədəcəkdir. O, «Galen Vagen» markalı avtomobili Elvin Həsənova satmışdır. Elvin Həsənov pulunu ödəmək üçün kredit götürəcəkmiş və kredit götürmək üçün maşını banka göstərmək lazım olduğunu demişdir. Təqsirləndirilən şəxs1 “Rentcar”-dan icarəyə götürdüyü maşını kredit götürmək üçün girov qoymaq Elvin Həsənovun ağlına gəlmiş, o da Elvin Həsənovla razılaşmışdır. Elvin Həsənov kredit götürdükdən sonra aylıq pulu özü ödəyəcəyini demişdir. Elvin Həsənov tanışı olduğunu və kredit şirkəti axtarmağa ehtiyacı olmadığını demiş, həmin şəxs də kredit şirkətini Elvin Həsənov üçün tapıb, onun üçün tapmamışdır. Elvin Həsənov “Rentcar”-dan icarəyə götürdüyü maşının nömrəsi ilə ondan adığı maşının nömrəsini dəyişmiş və ona demişdir ki, narahat olmasın, belə etməklə kredit alıb pulunu ödəyəcək. Elvin Həsənov maşının nömrəsinin saxta olduğunu bilirmiş. Hər şeyi Elvin Həsənov özü etmişdir. Elvin Həsənov 46.500 manat pul götürmüşdür. Elvin Həsənov ondan aldığı maşının pulunu yəni, 23.000 manat pulu qaytarmışdır. O, həmin pulla maşın almışdır. Elvin Həsənovun ona verdiyi 23.000 manat ona satdığı maşının satış qiyməti imiş. Elvin Həsənov pul götürən zaman o iştirak etməmişdir. Elvin Həsənov və Faiq birgə pul götürməyə getmişdir. Elvin Həsənov 23.000 manat pulu Faiq vasitəsilə ona göndərmişdir. O, 46.500 manat puldan Üzeyirə nə çatdığını bilmir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, onun borcları həmişə olmuşdur. O, kredit borcuna görə öz evini satmışdır. Maşını da almışdır ki, pulu yavaş-yavaş yığıb yerinə qoysun. Onlar Üzeyirdən sadəcə “Rentcar”-dan icarəyə götürdüyü maşını verməyini xahiş etmişlər. Lizinqə təqdim olunan maşın nasaz maşın yox, “Rentcar”-dan icarəyə götürülən maşın imiş. Elvin Həsənov şirkətə həqiqi olmayan maşın göstərmişdir. Krediti Elvin Həsənov onun üçün yox, maşını təmir etdirmək üçün götürürmüş. O, X33 23.000 manata satmışdır. X46 pulu olmadığı üçün pulu bankdan götürəcəyini və maşını girov qoyacağını bildirmişdir. O, puldan 23.000 manat götürmüşdür. Elvin Həsənov ilkin ödəniş etməmişdir. Maşını təmir etdirmək üçün də banka müraciət edəcəkmiş. İlk öncə də Elvin Həsənov ona demiş, çünki, o, özü də banklarla işləyir. Elvin Həsənov avtoyumada işləməmişdir. O, DYP-ə getməmiş, DYP-ə Elvin Həsənov, Vaqifin işçisi və Faiq getmişdir. Səhv etmirsə Üzeyir də DYP-ə getmişdir. Banka təqdim etmək üçün maşını hamısı aparmışlar. O, bank əməkdaşı ilə şəxsən görüşməmişdir. Kredit müqaviləsi Elvin Həsənovla bağlanmışdır. X33 etibarnamə ilə verməmiş, Elvin Həsənov demişdir ki, bankdan götürüb pulunu verəcək. Alqı-satqı bankda olmuşdur. O, Elvin Həsənovun sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dair sənədləri kimin düzəltməyindən xəbərsizdir, məlumatı yoxdur. O, müqavilə imzalanarkən iştirak etməmiş, o, sadəcə maşının göstərilməsində iştirak etmişdir. Maşın göstərilən günün sabahı Elvin Həsənov pulu götürmüşdür. «Galen Vagen» markalı avtomobil deyən kimi Üzeyir yadına düşmüşdür. Çünki bilirmiş ki, onun icarəyə götürdyü maşın onda olan maşına oxşayır. Maşını kredit götürmək üçün banka göstərəndə hamısı, eləcə də Üzeyir də orda olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 139-141, 1-ci cild 169-171, 2-ci cild 78-81 və 2-ci cild 132-135-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs2 aşağıdakıları göstərmişdir: … «...O, bəzən avtomobilləri Faiqin adına alıb satmışdır. Buna da səbəb onun Faiqə pul borcunun olması olmuşdur ki, həmin pulla dövriyə etmişdir. Faiqin də ona inamı üçün avtomobilləri Faiqin adına alıb satmışdır. Son bir neçə ildir ki, dolların məzənnəsinin qalxması ilə bağlı onda maddi çətinliklər yaranmışdır. O, çoxlu faizə girib pul götürmüşdür ki, hazırda da bir çox adama pul borcu qalmışdır. 2022-ci ilin mart ayında onun ailəsinə məxsus Saray qəsəbəsində bağ evi var imiş ki, o, bağ evini satmaq istəmişdir. Lakin evi satmaq üçün bəhanə lazım imiş ki, ailə üzvləri ona inansın. Təsadüfən sosial şəbəkələrin birində yanmış vəziyyətdə olan X41 markalı avtomobili görüb avtomobili almaq qərarına gəlmişlər. Məqsədi o imiş ki, həmin maşını alıb ailə üzvlərinə sənədlərini göstərib bağ evini sata bilsinlər. O, avtomobilin sahibi ilə tam danışmamış, Üzeyir onun yerinə danışmış və demişdir ki, maşın 13.000 manata satılır. O, bağ evini satıb Üzeyirə həmin vəsaiti vermiş və Mercedes markalı Galen Vagen modelli **-HO-*** nömrə nişanlı avtomobilə dair qohumu Faiqin adına etibarnamə verilmişdir. O, avtomobili yığdırıb satmaq istəmişdir. Avtomobili alandan sonra yanmış kuzasını Zabratda yerləşən dayanacaqdan evakuatorla götürüb Sumqayıt şəhəri 13-cü mkr-da yerləşən dayanacağa gətirib qoymuşdur. Avtomobilə ehtiyat hissəsi alan zaman Elvinlə birlikdə olmuşdur ki, Elvinin onun belə bir maşın almasından məlumatı olmuşdur. 2022-ci ilin may ayının ortalarında Elvin ona demişdir ki, aldığı avtomobili banka qoyub kreditə pul götürmək olar. O, bunun necə mümkün ola biləcəyini soruşanda Elvin ona demişdir ki, oxşar vəziyyətdə «X42» tapıb həmin yanmış maşının nömrəsini üstünə qoyub bankdan pul çıxarmaq olar. O, bu barədə Üzeyirlə danışanda sonuncu müsbət fikir bildirmişdir. Onlar qərara gəlmişlər ki, kirayəyə X41 markalı avtomobil tapsınlar. Üzeyirin Hollyvud cars adlı rent car şirkətinin sahibi Emin adlı şəxslə münasibəti olmuşdur. May ayının sonlarında onlar həmin «Rent car»dan günlük 250 manata icarəyə avtomobil götürmüşlər. Avtomobil Üzeyirin adına yol vərəqəsi əsasında verilmişdir ki, avtomobili adətən o, idarə etmişdir. Üzeyir və o avtomobili lizinqə salmaq üçün şirkət axtarmışlar. Lakin uyğun şərtlərlə avtomobil tapa bilməmişlər. Sonda Üzeyirin dostu Şahid1 onlara Kredit Evi lizinq şirkətini məsləhət görmüşdür. Şirkətdə avtomobilə baxmaq istəmişlər. Elvin Həsənovun şəxsiyyət vəsiqəsi olmamış, sonuncu onlara demişdir ki, həmin sənədi düzəltsələr, həm də girovda olan sürücülük vəsiqəsini götürsələr avtomobili lizinqlə alan şəxs kimi banka müraciət edə bilər. Onlar razılaşmış və o, Elvinin sənəd məsələsini həll edib 1500 manat vermişdir ki, sürücülük vəsiqəsini götürmüşdür. Avtomobilə lizinq şirkəti baxmaq istədikdə onlar avtomobilin üzərinə kağızla **-HO-*** nömrəli avtomobilə dair texniki şəhadətnamədə göstərilən məlumatları yazıb komputerdə çıxardıb xüsusi formada yapışdırmışlar. Avtomobilin ban nömrəsi X41 markalı avtomobillərdə kuzanın altında yerləşmişdir ki, ora əyilib baxmaq lazım olmuşdur. Onlar əvvəl inanmamışlar avtomobilə tam baxmayıb lizinqə salmağa razılıq versinlər. Lakin həqiqətən də avtomobilə “düz-əməlli” baxmamışlar. Şirkətdən avtomobilə və sənədlərinə baxıb hər şeyin düz olduğunu fikirləşmişlər. Elvin lizinq şirkətinə guya ki avtomobili alan şəxs kimi müraciət etmişdir ki, sonuncunu geyindirib-keçindirib bahalı mobil telefon verib şirkətə göndərmişlər. Onlar birlikdə lizinq şirkətini aldatmağı bacardıqdan sonra şirkətdə avtomobili qiymətləndirib ilkin ödəniş üçün 40.800 manat pul istəmişlər. Onun pulu olmadığına görə Üzeyirdən xahiş etmişdir ki, bir neçə saatlığa pul tapsın. Üstündə əlavə pul verəcəyini də demişdir. Üzeyir də Çingiz adlı tanışından əlavə 1000 ABŞ dolları pul vermək şərti ilə 40.000 manat pul almışdır. Qalan pulu da qohumu Faiq vermişdir. Onlar lizinq şirkətinin əməkdaşları ilə birlikdə DYP-yə getmiş, orada Üzeyirlə birlikdə Səbuhi adlı maklerlə danışıb sənədləri həmin şəxsə verməklə Seymur adlı yol polis əməkdaşının avtomobilin alqı-satqısını həyata keçirməsinə nail olmuşlar. Onlar Səbuhiyə bunun üçün 4000 manat pul vermişlər. Avtomobilə yol polisi heç baxmamış, yalnız sənədlər gedib dəyişilib qayıtmışdır. **-HO-*** nömrəsini yol polisi almış və maşına **-PU-*** nömrəsi vurulmuşdur. Sonra Faiq lizinq şirkətinin banka ödədiyi pulu götürüb ona vermişdir. Həmin puldan o, 10.000 manat Üzeyirə vermiş, sonrakı verdikləri də nəzərə alınmaqla Elvinə də ümumilikdə 10.000 manatdan çox pul vermişdir. Üzeyirin tanışından aldıqları pulu da üzərində 1000 ABŞ dolları olmaqla geri qaytarmışlar. Faiqin də pulunu geri vermiş, əziyyət çəkdiyinə görə 200 manat da Faiqə pul vermişdir. O, avtomobili 2-3 gün **-PU-*** nömrəsi ilə sürüb sonradan avtomobili Üzeyirə vermişdir ki, «Rent car»a qaytarsın. Üzeyir də avtomobilin üstündəki cps sistemini söküb geri qaytarmışdır. O, sonradan özünə çatan pulla Mercedes GL markalı hazır kreditdə olan avtomobil almışdır ki, satıb pul qazansın. Lakin pulu xərcləyib kreditini ödəyə bilməmiş, həm də sata bilmədiyi üçün bank avtomobili ondan geri almışdır. Elvin Həsənov bankdan axtardıqları üçün ölkədən çıxıb getmişdir. Şahid2, Şahid1, lizinq şirkətinin əməkdaşı Fuad adlı şəxsin baş vermiş cinayət hadisəsi ilə heç bir əlaqələrinin olmadığını bildirmişdir. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, imzalar onun imzasıdır. O, istintaq zamanı protokolları oxumadan imza etmişdir. Məhkəmə iclasında zərərçəkmş hüquqi şəxsin nümayəndəsi X9 izahatında göstərmişdir ki, o, Zərərçəkmiş şəxs QSC-nin hüquqşünasıdır. Zərərçəkmiş şəxs QSC Nərimanov rayonu, H.Əliyev küçəsi 90 A ünvanında yerləşir. 2022-ci ilin iyun ayının əvvəlində Orxan və Üzeyir adlı avtomobil ticarətçiləri şirkətə yaxınlaşıb avtomobil təqdim edərək avtomobilə uyğun lizinq almağı xahiş etmişlər. Zərərçəkmiş şəxs QSC-nin müvafiq əməkdaşları avtomobilə baxış keçirib, sonra kredit ayrılmışdır. Sonradan ilkin ödəniş kimi nəzərdə tutulan 40.800 manat məbləği Elvin Həsənov ödədikdən sonra Zərərçəkmiş şəxs QSC-nin əməkdaşları Şahid2 hesab nömrəsinə 53.500 manat pulu köçürməklə avtomobili lizinqə yüklü edib qeydiyyat nişanı **-PU-*** nömrəsinə dəyişilməklə avtomobil Elvin Həsənova yüklü edilmişdir. Elvin Həsənov 36 ay müddətinə aylıq 2228 manat ödəməyi öhdəsinə götürmüşdür. 27 iyun 2022-ci il tarixdə şirkətin əməkdaşları müəyyən etmişlər ki, avtomobildən CPS sistemi sökülmüşdür. Elvin Həsənova məxsus mobil nömrə ilə əlaqə saxlamağa çalışsalar da, Elvin onlardan yayınıb avtomobili də gizlətmişdir. Sonradan araşdıranda məlum olmuşdur ki, Elvin Həsənov belə bir bahalı avtomobili sürmək iqtidarında olan adam deyil və avtomobil yuyan işləyir. Elvini Orxan özü ilə gətirib ilkin ödənişin pulunu Üzeyir və başqa Şahid adlı şəxslər düzəldib, həmçinin avtomobili satan Şahid2 da onlara bu ödənişi ödəməkdə köməklik etmişdir. Avtomobili satan şəxsin hansı səbəbdən ilkin ödənişə köməklik göstərməsi onlarda şübhə doğurduğundan, onlar Şahid2 haqqında maraqlanmış və məlum olmuşdur ki, Faiq klarnet ifaçısıdır və mart ayında avtomobilə dair Faiqə etibarnamə verilmişdir. Avtomobil əvvəldən X3 adına olmuş və o, Faiqə etibarnamə vermişdir. Avtomobili tapa bilmədikdə Üzeyirə bu barədə müraciət etmişlər, Üzeyir avtomobilin Orxanda olduğunu və gizlətdiyini bildirmişdir. Orxan da onlarla görüşə gəlməmiş və avtomobilin Elvində olduğunu bildirmişdir. Sonda onlara məlum olmuşdur ki, bir qrup dələduzlar onları aldadıb şirkətin pulunu ələ keçirmişlər. Baş vermiş cinayətlə əlaqədar Zərərçəkmiş şəxs QSC-ə 53.500 manat zərər dəymişdir. Təqsirləndirilən şəxslər onlara zərəri qismən ödəmişlər, təxminən 40.000 manatdan çox pul ödəmişlər. Proses iştirakçılarının suallarını cavablandıraraq zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Şahin Mütəllimov bildirmişdir ki, maşının saxta olmasını pul verildikdən 15 gün sonra aşkar etmişlər. Zərərçəkmiş şəxs QSC biznes təşkilatı olduğundan hər kreditdən gəlir götürürlər. Əsas borc 53.500 manatdır. X31 adına rəsmiləşdirilmişdir. Daxili lizinq müqaviləsi bağlanılmışdır. Daxili lizinq müqaviləsinin tərəfləri X24 və Şahid2 Əlişah oğlu olmuşdur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Elvin Həsənov üçü də maşını Zərərçəkmiş şəxs QSC-ə gətirmişdir. Kredit ayırmaq üçün maşının təqdim olunması kifayət edir. Təqsirləndirilən şəxs2 müqavilə üzrə zamin olub-olmamasını dəqiq bilmir. Elvin Həsənovun subsidiar məsuliyyəti var imiş. Məhkəmənin sonrakı iclaslarında işə qoşulmuş yeni zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi X20 20 dekabr 2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışıq əldə etmələrini, vurulmuş ziyanın onlar tərəfindən tam ödənilməsini və onlara qarşı heç bir şikayət və tələbləri olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2019-cu il tarixdən Zərərçəkmiş şəxs QSC-də mütəxəssis və aparıcı mütəxəssis vəzifəsində çalışmışdır. Onun iş yeri şirkətin Q.Qarayev metrostansiyası yaxınlığındakı ofisində yerləşir. Onun vəzifəsi qızıl və avtomobil girovu əsasında lizinq kreditlərinin verilməsindən ibarətdir. Təlimata əsasən o girov qoyulmuş avtomobillərin şəkillərini çəkdikdən sonra avtomobil qiymətləndirilib Komitəyə göndərilir. Lakin, o, maşının qeydiyyat nömrəsini yoxlamır, bu xüsusi lizinq üzrə mütəxəssis Fuad müəllimin vəzifəsidir.2022-ci ilin iyun ayının əvvəllərində Təqsirləndirilən şəxs1 «X41» modelli **-HO- *** nömrə nişanlı avtomobili girov qoyaraq kredit götürmək üçün ona müraciət etmişdir. Orxan və Üzeyir avtombil salonu işlətdiklərini, maşını satan şəxsin özləri olduqlarını, avtomobili alan şəxsin Elvin Həsənov olduğunu bildirmişlər. Üzeyir həmin vaxt demişdir ki, Elvin onlara guya qara rəngli «Toyota Prado» markalı avtomobil satıb, həmin pulu ilkin ödəniş kimi Elvinin əvəzinə özləri verəcəklər. 14 iyun 2022-ci il tarixdə avtomobilə dair baş etibarnaməsi olan Faiq adlı şəxslə digər 3 nəfər şəxs ofisə gəlmişlər. İlkin ödəniş kimi tələb olunan 40.800 manat pulu Üzeyir vermişdir. Sonra kredit Elvin Həsənovun adına rəsmiləşdirilmişdir. Onlar oradan yol polisinə sənəd verilməsi üçün şirkətin baş ofisinə getmişlər. Fuad avtomobilə təxminən 53.000 manat dəyərində hesab açıla biləcəyini demişdir. Onlar şirkətin baş ofisindən Üzeyirin idarə etdiyi «Mercedes S Class» markalı avtomobillə Faiq, Orxan və Elvinlə birlikdə “Meyvəli” adlanan bazarın yaxınlığında yerləşən Yol Polisi İdarəsinə getmişlər. Mercedes markalı «Galen Vagen» modelli avtomobil DYPİ-nin həyətinə belə salınmamışdır. Üzeyir onda olan puldan 2400 manat götürüb Səbuhiyə vermişdir ki, sonra Üzeyir Səbuhiyə 3500 manatdan artıq pul verdiyini bildirmişdir. O, niyə bu qədər çox pul verdiyini soruşanda demişlər ki, guya avtomobilin səs boğucusunda problem olub ona görə pul belə çox verilmişdir. O, Üzeyir və Orxandan avtomobilin niyə YPİ-nin həyətinə salınmadığını soruşanda demişlər ki, Səbuhi özü bütün məsələləri həll edir və bu səbəbdən ehtiyac qalmır. Axşam sənəd veriləndən sonra o pulu Faiqə vermişdir. 500 manat pulu işin sonunda Təqsirləndirilən şəxs1 “şirinlik” kimi ona vermişdir. Lakin sonradan rəhbərlik verdiyindən o pulu geri qaytarmışdır. O, Təqsirləndirilən şəxs1 500 manat “şirinlik” aldığını rəhbərliyə deməmişdir. Maşın tapılmadığına, kredit ödənmədiyinə görə sonradan o 500 manat “şirinlik” aldığını şirkətə etiraf etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. Maşını sürüb şirkətə gətirən Üzeyir və Orxan imiş. Ona verilən texpasportla maşının nömrəsi eyni olmuşdur. Kredit müqaviləsi Elvinlə bağlanmışdır. Çünlki maşını alan Elvin imiş və müqavilə maşını alan şəxslə bağlanır. Təqsirləndirilən şəxs1 maşını satan şəxsdir. Maşın Faiq adlı şəxsin adına imiş. Elvin bank hesablarını, işlədiyi dizaynerlərlə bağlı şəkilləri göndərib gəliri olduğunu dediyi üçün kredit ayrılmışdır. Elvinin təqdim etdiyi sənədləri, eləcə də vergi ödəyicisi olub-olmamasını yoxlamaq onun vəzifə səlahiyyətinə daxil deyil. O, həmin sənədləri filial müdirinə göndərir, filial müdiri də sənədləri rəhbərliyə təqdim edir. Yəqinki Elvinin təqdim etdiyi sənədlər saxta deyilmiş. Təqsirləndirilən şəxs2 birbaşa olaraq DYP-ə onlarla gəlmişdir. Təqsirləndirilən şəxs2 özünü maşını satan şəxs Faiqin qohumu kimi təqdim etmişdir. Zərərçəkmiş şəxs ASC ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında heç bir maddi məsuliyyət müqaviləsi bağlanmamışdır. O, motor və ban nömrəsini yoxlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, musiqiçidir. O, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 tanıyır. Təqsirləndirilən şəxs2 onun uzaq qohumudur və yaxın ailə münasibətləri var. Onun baş vermiş cinayət hadisəsi barədə heç bir məlumatı olmamışdır. Orxan avtomobil alqı-satqısı ilə məşğul olur və Orxan bəzən avtomobilləri onun adına alıb-satmışdır. 18 mart 2022-ci il tarixdə Orxan ondan yenə şəxsiyyət vəsiqəsini istəmişdir. O, Orxanın çağırışı ilə Orxanın onun adına aldığı ağ rəngli “Galen Vagen” markalı maşının satışı ilə bağlı alqı-satqı sənədinə imza çəkmişdir. Lakin, o, yanmış vəziyyətdə olan maşın görməmişdir. O, hətta Orxanın bu maşını hardan və necə aldığını da bilmir, sadəcə onun adına almağı ilə bağlı məlumatı var. O, notariusa imza çəkmək üçün getdiyindən öz işinə yəni toy məclisinə gedə bilməmiş, buna görə də Təqsirləndirilən şəxs2 ilə Üzeyir ona 200 manat pul verərək “hörmət” etmişlər. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, istintaqda verdiyi ifadəni xatırlayır və təsdiq edir. O, maşının yanmış vəziyyətdə olduğunu sonradan bilmişdir. Maşınla bağlı sənədlərə notariusda imza çəkmişdir. Orxan maşının onun adına qeydiyyata alındığını demişdir. Özünün şəxsi maşını var. O, Təqsirləndirilən şəxs1 Orxan sayəsində tanımış, bu məsələ ilə bağlı Təqsirləndirilən şəxs1 Orxanla bir yerdə görmüşdür. O, Orxanın maşın almaq üçün pulu necə əldə etdiyini bilmir. Amma Orxan bağını satdığı üçün əlində pulu olmalı imiş. O, lizinqə pul verməmişdir. Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsi olmadığına görə maşını onun adına almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2017-ci il tarixdən Babək prospektində “Chevrolet” markalı avtomobillərin işlənmiş ehtiyat hissələrinin alqı-satqısı ilə məşğuldur. O, Təqsirləndirilən şəxs1 5-6 ildir ki, tanıyır, onunla dostluq münasibətləri var. Təqsirləndirilən şəxs2 isə Üzeyirin vasitəsilə tanıyır. 2022-ci ilin may ayında Təqsirləndirilən şəxs1 yanına gələrək, avtomobil lizinqləri axtardığını demişdir. O, “İnstagram” sosial şəbəkəsindən lizinqlərin nömrəsini taparaq Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 bir neçə lizinq təşkilatına zəng edib soruşmuş, bir şirkət ilinə görə, o biri şirkət hazırda krediti saxladığına görə razılıq verməmişdir. Sonda Q.Qarayev metrostansiyası yaxınlığında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 lizinqə kredit verən şirkət tapmışlar. Həmin şirkət də maşının damında kraska yeri olduğu üçün nəsə problem yaratmış, lakin sonradan həmin şirkət razılıq vermişdir. Orxan və Üzeyirin söhbətlərindən belə eşitmişdir ki, Orxanın avtomobili yaxın qohumu Faiq adlı şəxsin adınadır. Lizinq şirkəti ilkin ödəniş kimi 40.800 manat pul istəmiş, onlar da pulu düzəldə bilmədikdə Üzeyir bir nəfər adam tapmışdır ki, həmin şəxs bir günlüyə 30.000 manatdan artıq pul verib və həmin şəxs sonradan üzərində 1.000 dollar pul qaytarmalı olmuşdur. Orxanın məqsədi o imiş ki, Faiqin adına olan özünə məxsus Mercedes markalı avtomobili Sumqayıt şəhərində yaşayan tüfeyli həyat tərzi keçirən X10 adına formal olaraq alqı-satqı edib Elvinin adına lizinqə pul çıxardıb özünə götürsün. İlkin ödəniş üçün pul düzəlmədikdə Orxan Üzeyirin xahişi ilə tanışı Məhərrəmov Şahid Cavad oğlundan xahiş etmişdir ki, 5.000 manat pul versin. Sonradan Üzeyir və Orxan pul tapıb lizinq şirkətinə ödəniş etmişlər. Mercedes markalı avtomobilin üzərində olan **-HO-*** nömrə nişanlı avtomobilin sənədində həmin nömrənin itməsi göstərilmiş, lakin nömrənin əsl orijinalı maşının üstündə olmuşdur. Avtomobil lizinqə salındıqdan sonra qeydiyyat nişanı **-PU-*** nömrəsinə dəyişilmişdir. Avtomobil Elvinə satılsa da faktiki olaraq Orxanda olmuş və Elvinə heç bir aidiyyəti olmamışdır. Lizinqdən təxminən bir neçə gün sonra Orxan və Üzeyir evakuatora qoyub X41 markalı avtomobili onun iş yeri, Babək prospekti 58 ünvanına gətirmişlər. Avtomobil “parkovka”dan çıxmadığı üçün evakuatorda gətirmişlər. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, istintaqda verdiyi ifadəni xatırlayır və təsdiq edir. O, “İnstagram” sosial şəbəkəsindən lizinqlərin nömrəsini taparaq Təqsirləndirilən şəxs1 vermişdir. O, Təqsirləndirilən şəxs2 “Galen Vagen” markalı maşını alanda maşını görməmiş, o maşını sonradan görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 tanıyır. Bu şəxslə “Galenwagen” markalı maşını satarkən tanış olmuşdur. Telman Səfərov bibisinin həyat yoldaşıdır. «Galen Vagen» modelli **-HO-*** nömrə nişanlı avtomobil Telmana məxsus imiş və maşın 2013-cü ildə qəza nəticəsində yanıb yararsız vəziyyətə düşmüşdür. Avtomobil həmin vaxtdan yol polisi əməkdaşları tərəfindən Zabrat qəsəbəsində yerləşən dayanacağa yerləşdirilmişdir. Telman Səfərov ona baş etibarnamə vermişdir ki, avtomobillə məşğul olsun. Bu maşın qəzalı vəziyyətdə imiş. Maşının ilk öncə içərisində sənədi yanmışdır. Sənədlərini düzəltdikdən sonra maşını təmir etmək istəmiş, lakin imkanı çatmamışdır. 2022-ci ilin mart ayında sonradan adlarının Orxan və Üzeyir olduğunu bildiyi şəxslər ona zəng edib avtomobili almaq istədiklərini bildirmişdir. O, həmin şəxsləri yaşadığı evin yaxınlığına dəvət etmişdir. Orxan özü gəlməsə də Üzeyir gəlmiş, Orxanla telefonla danışmışdır. O, Üzeyiri maklerlər vasitəsilə tapmışdır. Üzeyirlə Orxan ona guya dayanacaqda olan Telman müəllimə məxsus avtomobilə baxdıqlarını və almaq niyyətində olduqlarını bildirmişlər. Üzeyirlə qiyməti razılaşmışlar və təxminən 2022-ci ilin mart ayı ərəfələrində maşını 9.000 manata Üzeyirə satmışdır. Üzeyir pulu ona nağd şəkildə ödəmişdir. O, həmin pulla maşının cərimə və sığortalarını ödəmişdir. Avtomobilin qeydiyyat şəhadətnaməsi Telman müəllimin adına olduğu üçün Orxan və Üzeyirin təqdim etdikləri tanımadığı şəxsin şəxsiyyət vəsiqəsi ilə həmin şəxsin adına baş etibarnamənin verilməsi ilə bağlı Xətai metrostansiyası yaxınlığında notariusda sənədləşdirməni hazırlatmış və Telman müəllim gəlib həmin şəxsə baş etibarnamə vermişdir. Maşını ondan Təqsirləndirilən şəxs1 almışdır. Xətai metrosunun yanında notariusda Üzeyirlə birlikdə maşını sənədləşdirmişlər. Üzeyir onun şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirərək ona başqa şəxsiyyət vəsiqəsi vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin ifadələri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs QSC-nin direktoru Nümayəndə Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı 16 avqust 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, 14 iyun 2022-ci ildə X24 ilə QSC arasında bağlanmış lizinq müqaviləsi əsasında, «Galen Vagen» markalı avtomobilə görə 53.550 manat pul ödənilmiş, 27 iyun 2022-ci ildə avtomobilin CPS-i söküldükdə, Elvin Həsənovla əlaqə yaratsalar da, sonuncu gizlənmişdir, sonradan onlara məlum olmuşur ki, Elvin Həsənov, Orxan, Üzeyir adlı şəxslər qabacaqdan əlbir olub QSC-ni aldatmaqla pul əldə etmişlər. Cinayət işinin 1-ci cild 71-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 27 aprel 2021-ci il tarixli Əmrdən çıxarışın ksetosurətindən görünür ki, Nümayəndə xx.xx.2021-ci il tarixdən Zərərçəkmiş şəxs QSC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 1-ci cild 8-14-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 iyun 2022-ci il tarixli, BK0148590-2022 saylı maliyyə lizinq müqaviləsinin ksetosurətindən görünür ki, lizinq verən qismində Zərərçəkmiş şəxs QSC, lizinq alan kimi isə X24 iştirak etmişdir. Müqaviləyə əsasən, lizinq verən Zərərçəkmiş şəxs QSC, lizinq alan tərəfindən seçilmiş etibarnamə əsasında, Şahid2 istifadəsində olan “Mersedes G55” markalı minik avtomobilini mülkiyyət hüququ ilə əldə etməyi və müvafiq haqq müqabilində lizinq alanın istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Lizinq obyektinin dəyəri 88.722 manat qiymətləndirilmişdir. 35.172 manat lizinq alan tərəfindən ödənilmiş, qalan 53.550 manat isə lizinq müqaviləsi ilə rəsmiləşdirilmişdir. Həmin müqavilənin sonunda lizinq verən Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi kimi X21 və lizinq alan kimi X10 adı və adları qarşısında imzalar qeyd edilmiş, müqavilədə üzərində Azərbaycan Respublikası Zərərçəkmiş şəxs QSC sözləri yazılmış möhür həkki vardır. Cinayət işinin 1-ci cild 14-15-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 iyun 2022-ci il tarixli, BK0148590-2022 saylı maliyyə lizinq müqaviləsinə əlavənin ksetosurətindən görünür ki, lizinq müqaviləsi 36 ay ərzində nəzərdə tutulmaqla, aylıq ödəniş 2228 manat nəzərdə tutulmuşdur. Cinayət işinin 1-ci cild 16-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 354887 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, “Mersedes G55” markalı, **-HO-*** qeydiyyat nömrəli minik avtomobilinin sahibi X11r. Cinayət işinin 1-ci cild 95-96-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş X53 İdarəsindən 15 noyabr 2022-ci il tarixli məktubla verilmiş nəqliyyat vasitəsi barədə komputer çıxarışından görünür ki, “Mersedes G55” markalı **-HO-*** qeydiyyat nömrəli minik avtomobilinin sahibi X11r. Etibarnamə ilə X12 və Şahid2 verilmişdir. Daha sonra həmin avtomobil Zərərçəkmiş şəxs QSC-nin sahibliyinə verilmişdir. Cinayət işinin 1-ci cild 19-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 iyun 2022-ci il tarixli elektron notariat aktının kserosurətindən görünür ki, “Mersedes G55” markalı avtomobil mülkiyyətçi X22. Etibar edən Nəzirov Seymur tərəfindən etibar edilən Şahid2 mülkiyyətinə verilmişdir. Cinayət işinin 1-ci cild 98-101-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 iyun 2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin kserosurətindən görünür ki, satıcı X22 “Mersedes G55” markalı **-HO-*** qeydiyyat nömrəli minik avtomobilini alıcı Zərərçəkmiş şəxs QSC-yə satır. Cinayət işinin 1-ci cild 17-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 iyun 2022-c il tarixli etibarnamənin ksetosurətindən görünür ki, Zərərçəkmiş şəxs QSC “Mersedes G55” markalı, **-PU-*** qeydiyyat nömrəli avtomobili X15 idarə etməyə etibar etmişdir. Cinayət işinin 1-ci cild 22-24-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 iyun 2022-ci il tarixli lizinq obyektinin alqı-satqı müqaviləsinin kserosurətindən görünür ki, satıcı qismində Şahid2, alıcı qismində isə Zərərçəkmiş şəxs QSC qeyd edilmişdir. Müqavilənin şərtlərinə görə, satıcı “Mersedes G55” markalı avtomaşını alıcıya satmağı, alıcı isə həmin avtomobilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin sonunda alıcı Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi kimi X21 və satıcı kimi Şahid2 adı və adları qarşısında imzalar qeyd edilmiş, müqavilədə üzərində Azərbaycan Respublikası Zərərçəkmiş şəxs QSC sözləri yazılmış möhür həkki vardır. Cinayət işinin 1-ci cild 25-26-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətindən görünür ki, “Mersedes G55” markalı, **-PU-*** qeydiyyat nömrəli minik avtomobilinin sahibi Zərərçəkmiş şəxs QSC müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 53-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC tərəfindən verilmiş etibarnamənin kserosurətindən görünür ki, “Mercedes Benz G63” markalı, **-AB-*** qeydiyyat nömrəli avtomobil sublizinq və icarə müqaviləsi əsasında "xxxx" MMC-yə etibar edilmişdir. Cinayət işinin 1-ci cild 55-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 may 2022-ci il tarixli, 3268 nömrəli icarə müqaviləsinin kserosurətindən görünür ki, icarəyə verən "xxxx" MMC, icarəyə götürən kimi Təqsirləndirilən şəxs1 tanınmışdır. Müqavilənin şərtlərinə görə, icarəyə verən "xxxx" MMC ona məxsus “Mercedes Benz G63” markalı, **-AB-*** qeydiyyat nömrəli avtomobili 24 may 2022-ci il tarixdən 15 iyun 2022-ci il tarixədək, icarəyə götürən Təqsirləndirilən şəxs1 müvəqqəti istifadəsinə verməyi öz öhdəsinə götürmüşdür. Müqavilədə avtomobili təhvil verən şəxs kimi X38 və təhvil alan şəxs kimi Təqsirləndirilən şəxs1 adı və adları qarşısında imzalar qeyd edilmiş, müqavilədə üzərində Azərbaycan Respublikası "xxxx" MMC sözləri yazılmış möhür həkki vardır. Cinayət işinin 1-ci cild 56-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 may 2022-ci il tarixli yol vərəqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 “Mercedes Benz G63” markalı, **-AB-*** qeydiyyat nömrəli avtomobilini Azərbaycan Respublikası ərazisində idarə etmək hüququ verilmişdir. Cinayət işinin 1-ci cild 65-67-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktyabr 2022-ci il tarixli 3/1282 №li məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Mercedes Benz G63” markalı avtomobilin “WDCYCZCF8DX210484” məzmunlu nəqliyyat vasitəsinin identifikasiya nömrəsi (VİN nömrəsi) zavod üsulu ilə həkk olunmuşdur və üzərində heç bir dəyişiklik edilməmişdir. “Mercedes G63” markalı **-AB-*** qeydiyyat nişanlı avtomobilin üzərində olan identifikasiya nömrəsi (VİN nömrəsi) “WDCYCZCF8DX210484” və sürəti təqdim edilən qeydiyyat şəhadətnaməsində **-HO-*** qeydiyyat nişanlı “Mercedes G63” markalı avtomobilin identifikasiya nömrəsi (VİN nömrəsi) “WDCYC7AFOAX183408” fərqli olduqlarından eynilik təşkil etmirlər. Təqdim edilmiş “Mercedes Benz G63” markalı avtomobilin mühərrik nömrəsi silindiyindən eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 1-ci cild 81-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 oktyabr 2022-ci il tarixli tədqiqat üçün səs yazı nümunələrinin götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqdim edilmiş yaddaş kartında olan X15 məxsus olduğu bildirilən səs yazısına baxış keçirilmiş, Elvin Həsənov olduğu bildirilən şəxslə Zərərçəkmiş şəxs QSC-nin əməkdaşı arasında 8 dəqiqə 40 saniyə müddətində telefon danışığı olmuş və səs yazısında X47 Sahiblinin Sumqayıt şəhərində yerləşən “Dörd Qardaş” şadlıq sarayının yaxınlığında yaşadığını və onu orada tapa biləcəklərini bildirmişdir. Elvin Həsənov olduğu bildirilən şəxs özünün Ukrayna dövlətində olduğunu, baş verən hadisələrdən sonra vəziyyətin pisə doğru getdiyi üçün ölkəni tərk etdiyini bildirir, baş vermiş cinayət hadisəsindən məlumatlı olduğunu və planın onun, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 iştirakı ilə qurulduğunu, Şahid2 da hadisələrin mərkəzində olduğu və baş verənlərdən məlumatlı olmaqla Orxanın ona borcu olduğu üçün bu işə qoşulduğunu qeyd edir. Bundan başqa Elvin Həsənov olduğu bildirilən şəxs Orxan və Üzeyirin 15.000 manata yol polisindən texpasport aldıqlarını, avtomobilin ban nömrəsinin onun yanında dəyişildiyini, etiketin qapılara yapışdırıldığını, motor nömrəsinin isə onun bildiyinə görə Gəncə şəhərində dəyişdirildiyini, eləcə də yol polisində alqı-satqı həyata keçirilən zaman makler Səbuhi adlı şəxsə 6.000 manat pul verildiyini bildirir. Cinayət işinin 1-ci cild 149-152-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 dekabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı, Şahid3 istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1lə, Təqsirləndirilən şəxs2 və yanlarındakı digər şəxslərin onun çalışdığı Zərərçəkmiş şəxs QSC-yə gəlib maşını Elvin Həsənovun adına lizinqə salmışlar. Üzləşdirmə zamanı, Təqsirləndirilən şəxs2 də bir daha bildirmişdir ki, avtomobilə ehtiyat hissəsi alan zaman Elvinlə birlikdə olmuşlar, Elvinin onun belə bir maşın almasından məlumatı olmuş, 2022-ci ilin may ayının ortalarında Elvin ona demişdir ki, aldığı avtomobili banka qoyub kreditə pul götürmək olar. O, bunun necə mümkün ola biləcəyini soruşanda Elvin ona demişdir ki, oxşar vəziyyətdə «Galen Vagen» tapıb həmin yanmış maşının nömrəsini üstünə qoyub bankdan pul çıxarmaq olar. O, bu barədə Üzeyirlə danışanda sonuncu müsbət fikir bildirmişdir. Onlar qərara gəlmişlər ki, kirayəyə «X41» markalı avtomobil tapsınlar, və beləcə avtomobili lizinqə salıb qazanc əldə etmişlər. Cinayət işinin 1-ci cild 153-156-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 dekabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı, həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 istintaq zamanı verdikləri ifadələri təsdiq edərək, həqiqətən, yanmış avtomobil əvəzinə yeni avtomobil istifadə edərək, avtomobili lizinqə salaraq qazanc əldə etmişlər. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 2-ci cild 10-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş X53 İdarəsindən daxil olmuş 20 fevral 2023-cü il tarixli, 3-13-16/2-22389/2023 nömrəli məktubdan görünür ki, “Mercedes G63” markalı **-AB-*** qeydiyyat nişanlı və “Mercedes G55” markalı **-HO-*** qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətləri qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilmiş, araşdırma zamanı DYP əməkdaşları tərəfindən qanunazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. Cinayət işinin 1-ci cild 184-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis mayoru X13 18 dekabr 2022-ci il tarixli məcburi gətirilmə haqqında qərardan görünür ki, X24 barəsində məcburi gətirilmə tətbiq edilmişdir. Cinayət işinin 1-ci cild 189-190-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis mayoru X13 13 yanvar 2023-cü il tarixli şəxsin tutulması və axtarış elan edilməsi haqqında qərarından görünür ki, X24 barəsində axtarış elan edilmişdir. Cinayət işinin 2-ci cild 113-114-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis mayoru X13 06 iyun 2023-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərarından görünür ki, iş üzrə cinayət işinin materiallarından axtarışda olan təqsirləndirilən şəxs X10 barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin 2-ci cild 98-111-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis mayoru X13 06 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Şahid2, Şahid1, X16 və Şahid3 əməllərində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlamətlərinin olub-olmamasına ayrılmış cinayət işi üzrə qiymət verilməsi qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o pul qazanmaq üçün bu üsuldan istifadə etmiş, Elvin Həsənovda olan maşının yanmış vəziyyətdə olmasından xəbəri olmamışdır. Digər Təqsirləndirilən şəxs2 da ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, maşını təmir etmək imkanı olmadığı üçün Elvin Həsənova satmış, pulun alınmasında o, iştirak etməmişdir. Məhkəmə tərkibi təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı irəli sürülmüş ittihamla bağlı ifadələrində göstərilən xüsusatları yuxarıda sadalanan müqayisəli qaydada yoxlamış və həmin ifadəri ağır cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini, ekspert rəyini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək təsvirini formalaşdırmışdır. Beləliklə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatını, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbuledilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan edilmiş ittiham üzrə cinayət əməlini törətmələrində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif olunmuş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, plenumun qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Həmin plenum qərarının 2-ci bəndində qeyd edilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən onların törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 193-195-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 15 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Hərbi Məhkəməsinin 29 fevral 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3200 manat cərimə cəzasına məhkum edilmiş, 20 iyun 2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin 20 iyun 2016-cı il tarixli amnistiya qərarının 1.8-ci bəndinə əsasən təyin olunmuş cərimənin ödənilməmiş qalan 2000 manat hissəsindən azad edilmiş; Gəncə Hərbi Məhkəməsinin 20 fevral 2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.2-ci maddəsi tətbiq edilərək 5500 manat cərimə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 20 iyun 2019-cu il tarixli qərarı ilə Gəncə Hərbi Məhkəməsinin 20 fevral 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi hökmdən xaric edilməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 4000 manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş 14 avqust 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Hərbi Məhkəməsinin 20 fevral 2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş cəriməni tam ödədiyi üçün 16 mart 2020-ci ildə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 7 ildən artıq olmayan əməllər – az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 4 azyaşlı uşağı xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X17, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X18 vardır. Cinayət işinin 1-ci cild 183-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 14 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Cinayət işinin 1-ci cild 247-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis mayoru X25 tərəfindən tərtib edilmiş 18 yanvar 2023-cü il tarixli maddi ziyanın ödənilməsi qismində pul vəsaitinin götürülməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 anası X19 tərəfindən ziyanın ödənilməsi üçün verilmiş 9.000 manat pulu təhvil almışdır. Cinayət işinin 2-ci cild 11-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-nin direktoru Nümayəndə tərəfindən tərtib edilmiş 24 fevral 2023-cü il tarixli qəbzdən görünür ki, sonuncu maddi ziyanın ödənilməsi ilə bağlı 19.000 manat pulu Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində təhvil almışdır. Cinayət işinin 2-ci cild 48-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış üzərində Zərərçəkmiş şəxs QSC, VÖEN ********** yazılmış kassa mədaxil orderi qəbzinin kserosurətindən görünür ki, X24 adına X6 tərəfindən lizinqin aylıq ödənişi kimi 10.000 manat 26 aprel 2023-cü il tarixdə ödənilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilərək araşdırılmış üzərində Zərərçəkmiş şəxs QSC, VÖEN ********** yazılmış kassa mədaxil orderi qəbzindən görünür ki, X24 adına X29 tərəfindən lizinqin aylıq ödənişi kimi 3.000 manat 02 avqust 2023-cü il tarixdə ödənilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilərək araşdırılmış üzərində Zərərçəkmiş şəxs QSC, VÖEN ********** yazılmış kassa mədaxil orderi qəbzindən görünür ki, X24 adına X29 tərəfindən lizinqin aylıq ödənişi kimi 11.000 manat 06 oktyabr 2023-cü il tarixdə ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi X9 20 sentyabr 2023-cü il tarixli ərizə ilə müraciət edərək, ittiham aktı üzrə onlara cəmi 42.500 manat pul ödənildiyini bildirmişdir. Lakin məhkəmənin sonrakı iclaslarında işə qoşulmuş yeni zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi X20 20 dekabr 2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışıq əldə etmələrini, vurulmuş ziyanın onlar tərəfindən tam ödənilməsini və onlara qarşı heç bir şikayət və tələbləri olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində dörd azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş-hüquqi şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və aradan qaldırılmasını Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş-hüquqi şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və aradan qaldırılmasını Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş ziyanın tamamilə ödənilməsini CM-in 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş-hüquqi şəxslə barışıq əldə etmələrini CM-in 59.1.12-ci maddəsinə uyğun olaraq onların cəzalarını yüngülləşdirən hallar olduğundan və əməllərində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyindən onların barələrində CM-in 60.1-ci maddəsi tətbiq edilməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, həm onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. ...Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “İnsan Hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasının 5-ci maddəsində insan hüquqlarının müdafiəsinin mühüm elementi yer almışdır. Şəxsi azadlıq elə bir əsas şərtdir ki, hamı ondan istifadə etmək imkanına malik olmalıdır. Azadlıqdan məhrum edilmə bir çox digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərə bilər. Hakimlər hər zaman yadda saxlamalıdırlar ki, azadlıq hüququna verilən təminatın hər hansı məna kəsb etməsi üçün istənilən azadlıqdan məhrum edilmə həmişə müstəsna tədbir olmalı, obyektiv əsaslandırılmalı və mütləq zərurət tələb etdiyi müddətdən artıq davam etməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Amyur Fransaya qarşı işində” (25 iyun 1996-cı il) qeyd etmişdir ki, 5-ci maddənin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; Məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq azadlıqdan məhrum edilməməsini təmin etməkdir. Digər tərəfdən, bu sadəcə hərəkət azadlığının məhdudlaşdırılmasına aid prinsip deyil, belə məhdudiyyətlər 4 saylı Protokolun 2-ci maddəsi ilə tənzimlənir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin (azadlıqdan məhrum etmənin) növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin mühüm prinsiplərindən biri–humanizm prinsipidir (Azərbaycan Respublikası CM-nin 9-cu maddəsi). Humanizm prinsipi cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Yəni cinayət törədən şəxs barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmasını nəzərdə tutur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ olan xx.xx.1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onlar tərəfindən dəymiş maddi ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ərizəsində təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmamasını bildirməsi, zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etmələri, Təqsirləndirilən şəxs1 himayəsində dörd azyaşlı uşağının olmasını nəzərə alaraq hesab edir ki, onların cəmiyyətdən təcrid edilməsinə ehtiyac yoxdur. Onların cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayan məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar vardır və onlara şərti cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Göstərilənlərlə yanaşı, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməli və onlar, həbsdən dərhal azad edilməlidir. Onların barələrində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Belə ki, cinayət işinin 1-ci cild 84-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis mayoru X13 01 noyabr 2022-ci il tarixli şəxsin tutulması və axtarış elan edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmişdir. Cinayət işinin 1-ci cild 118-ci vərəqəsində olan 02 dekabr 2022-ci il tarixli axtarışda olan şəxsin tutulmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 180-182-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 dekabr 2022-ci il tarixli, 4(005)-1304/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 02 dekabr 2022-ci il tarixdən hesablanmaqla, 03 (üç) ay 12 (on iki) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 37-41-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 4(005)-287/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin müddəti 12 iyun 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cild 71-76-cı vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli, 4(005)-829/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin 2-ci cild 149-150-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis mayoru X13 12 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 iyul 2023-cü il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından həbsə alınmışdır. Bundan başqa, cinayət işinin 1-ci cild 206-cı vərəqəsində olan 16 yanvar 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 236-241-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 4(005)-58/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 16 yanvar 2023-cü il tarixdən hesablanmaqla 01 (bir) ay 25 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 31-36-cı vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 4(005)-288/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin müddəti 12 iyun 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cild 54-57-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli, 4(005)-621/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və ev dustaqlığının müddəti 12 iyun 2023-cü il tarixədək müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 154-155-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis mayoru X13 12 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 iyul 2023-cü il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından həbs edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı 02 dekabr 2022-ci il tarixdən 12 iyun 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 06 (altı) ay 10 (on) gün, həmçinin məhkəmə araşdırması zamanı 05 iyul 2023-cü il tarixdən 27 dekabr 2023-cü il tarixədək həbsdə olduğu 05 (beş) ay 22 (iyirmi iki) gün müddət, cəmi 01 (bir ) il 02 (iki) gün hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 16 yanvar 2023-cü il tarixdən 12 iyun 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 04 (dörd) ay 26 (iyirmi altı) gün, həmçinin məhkəmə araşdırması zamanı 05 iyul 2023-cü il tarixdən 27 dekabr 2023-cü il tarixədək həbsdə olduğu 05 (beş) ay 22 (iyirmi iki) gün müddət, cəmi 10 (ay) 18 (on səkkiz) gün hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd yaddaş kartının cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, zərərçəkmiş-hüquqi şəxsə dəymiş maddi ziyan tam ödənilmiş, iş üzrə mülki iddia yoxdur və istintaq zamanı onlara məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, onlara xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökm etdi:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 16 yanvar 2023-cü il tarixdən 12 iyun 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 04 (dörd) ay 26 (iyirmi altı) gün, həmçinin məhkəmə araşdırması zamanı 05 iyul 2023-cü il tarixdən 27 dekabr 2023-cü il tarixədək həbsdə olduğu 05 (beş) ay 22 (iyirmi iki) gün, cəmi 10 (ay) 18 (on səkkiz) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 04 (dörd) il 07 (yeddi) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə əsas cəzası şərti hesab edilsin. Ona 02 (iki) il sınaq müddəti təyin edilsin. Sınaq müddəti ərzində üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışına nəzarəti həyata keçirən orqanın çağırışına vaxtında gəlmək və öz davranışı ilə islah olunmasını sübut etmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alanadək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı 02 dekabr 2022-ci il tarixdən 12 iyun 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 06 (altı) ay 10 (on) gün, həmçinin məhkəmə araşdırması zamanı 05 iyul 2023-cü il tarixdən 27 dekabr 2023-cü il tarixədək həbsdə olduğu 05 (beş) ay 22 (iyirmi iki) gün, cəmi 01 (bir) il 02 (iki) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə əsas cəzası şərti hesab edilsin. Ona 01 (bir) il 06 (altı) ay sınaq müddəti təyin edilsin. Sınaq müddəti ərzində üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışına nəzarəti həyata keçirən orqanın çağırışına vaxtında gəlmək və öz davranışı ilə islah olunmasını sübut etmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alanadək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd yaddaş kartının cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Azad Məcidov

Hakimlər: Səbinə Məmmədzadə

Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar