Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1645/2024 09.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), Məmmədov X16 Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri “PRO BONO” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, 1 yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qardaşı X9 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, qabaqcadan əlbir olduğu qardaşı X9 və şəxsiyyətləri istintaqa məlum olmayan qrupun digər üzvləri ilə birlikdə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədilə əldə etdiyi külli miqdarda narkotik vasitələri, yəni ümumi xalis çəkisi 15380 qram olan tiryəki və ümumi xalis çəkisi 36040 qram olan həşiş qətranını qanunsuz daşıyaraq, qardaşı İlqar Məmmədov ilə birgə yaşadığı ünvan 2 ünvanındakı evə gətirmiş və birlikdə qanunsuz saxlanılmasını təşkil etmiş, onun tapşırığına əsasən 06 may 2010-cu il tarixdə, saat 22 radələrində qardaşı İlqar Məmmədov həmin külli miqdarda narkotik vasitələri kənardan şübhə yaratmaması üçün müxtəlif qab-qacaqla birlikdə iki ədəd qutuya qablaşdırmış, yaşadığı ünvandan götürərək taksi fəaliyyəti ilə məşğul olan tanışı X7 idarə etdiyi “KİA RİO” markalı AZ **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub qanunsuz daşımaqla, cinayətdən xəbəri olmayan digər tanışı Şahid1 məxsus olan Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 35 ünvanında yerləşən qaraja gətirməklə orada qanunsuz saxlamış, sonuncu cinayət əməlinin törədilməsindən şübhələnən Şahid1 19 may 2010-cu il tarixli müraciəti əsasında keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həmin qaraja baxış keçirilmiş və qeyd olunan qutuların içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edilib daşınaraq saxlanılmış külli miqdarda narkotik vasitələr hesab edilən ümumi xalis çəkisi 15380 qram olan tiryək və ümumi xalis çəkisi 36040 qram olan həşiş qətranı aşkar edilərək götürülmüşdür. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, ittihamla razı deyil. O, narkotik vasitələr olan çantanı nə görmüş, nə saxlamış, nə dəki daşımışdır. Onun ümumiyyətlə bu məsələdən xəbəri olmamışdır. Həmin narkotik vasitələri yeznəsi İsmayıl gətirmişdir. O, Rahib Tağıyev küçəsi 18 Ada qardaşı ilə birlikdə orada qalmış, amma ora çox balaca olduğu üçün o, çox vaxt başqa ölkədə olmuş, orada qalmamışdır. Həmin narkotik vasitələri oradan qardaşı götürmüşdür. Yəqin ki, anası dediyi üçün götürmüşdür. O, şizofrenik kimi qeydiyyatda olduğuna görə, anasının və qardaşının adını deyil, onun adını vermişlər. Şahid1 onun sinif yoldaşı olmuşdur. Onun Şahid1lə heç bir danışığı olmamışdır. Onun axtarışda olmağından xəbəri olmamış, bu 13 il müddətində Bakıda, orda-burda olmuşdur. Onu heç bir orqandan axtaran olmamışdır. O, bacısıgildə yaşamışdır. Əvvəl Hövsanda, sonra Neftçilərdə yaşamışdır. Onun bacısı, anası rəhmətə getmiş, toyları olmuş, bütün məclislərdə iştirak etmişdir, heç vaxt gizlənməmişdir. Bu müddət ərzində salatlar düzəltmiş, dükanlara paylamış, maşın alıb-satmış, çox işlə məşğul olmuşdur. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə ifadəsində bildirmişdir ki, o, uzun müddət yeznəsi İsmayılla birlikdə narkotik vasitə olan tiryək qəbul etmiş, sonuncu 2018-ci ilin mart ayında Narkoloji dispanserdə baş vermiş yanğın zamanı vəfat etmişdir. Onun sözlərinə görə qaynatası həmin illərdə Dərbənd-Bakı istiqamətində avtobus sürücüsü işləmişdir. İfadəsini davam etdirən Təqsirləndirilən şəxs İsmayılla bir neçə dəfə İran İslam Respublikasının Parsabad şəhərinə səfər etdiklərini X13 adlı tanışının olduğunu, İsmayılla birlikdə bir neçə dəfə Seyidin evində qonaq qalaraq narkotik qəbul etdiyini bildirmişdir. 2010-cu ilin aprel ayında bacısının əri İsmayıl ona külli miqdarda tiryək və həşiş əldə etdiyini bildirmişdir. O, həmin narkotikləri İsmayılın kimdən alması barədə məlumatının olmadığını bildirmişdir. O, eləcə də həmin narkotiklərə görə İrana gedib Seyidin yanında girov qalmadığını bildirmişdir, İsmayıl həmin narkotiki saxlayacağına görə ona hər hansı bir məbləğdə pul verəcəyini deməmişdir. Bundan sonra, 2010-cu ilin may ayının əvvəllərində İsmayıl əldə etdiyi narkotikləri onun yaşadığı evə gətirmişdir. O, narkotikin hansı yolla ölkə ərazisinə gəlməsindən məlumatı olmamış və bu işdə iştirak etməmişdir. O, evdə idman çantasında gizlətdiyi narkotiki barədə heç kimə məlumat verməmişdir. İfadəsini davam etdirən Təqsirləndirilən şəxs 06 may 2010-cu il tarixdə İsmayılın ona zəng etdiyini, təcili narkotikin yerini dəyişmək lazım olduğunu bildirmişdir. O, ilk öncə keçmiş sinif yoldaşı Şahid1lə danışaraq onun qarajına evində olan cehiz qutularını qoymağı xahiş etmişdir. Anar etiraz etməmiş, o, altdan narkotiki üstdən isə qabqaşıq yığaraq həmin qutuları taksi ilə Anarın qarajına aparmağı İlqara tapşırmışdır. Onun sözlərinə görə İlqar məhlədən tanıdığı taksi sürücüsü olan Şahid2yevlə birlikdə qutuları aparıb Anarın qarajına yığmışdır. 19 may 2010-cu il tarixdə o, qardaşı İlqarın narkotikə görə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edildiyini eşitmiş və bu hadisədən qorxaraq qaçıb uzun müddət vəfat etmiş bacısı Səbinənin evində bu illər ərzində gizləndiyini bildirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı şahid X14 ifadəsində bildirmişdir ki, hadisə 14-15 il bundan qabaq olub, təfərruatı ilə tam yadında qalmayıb. Yadında qalan budur ki, ona zəng vurub deyilmişdir ki, gəl evdə qab-qaşıq var onlara aparmalıyıq, o, da taksi sürücüsü olduğu üçün və İlqarla da dost münasibətində olduğu üçün, gedib 02 ədəd karobkanı aparıb qaraja qoymuşlar. Üstündən bir qədər keçdikdən sonra maşını ilə gedən yerdə onu saxlayıb MTN-ə aparıb izahatını almışlar. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, İlqara zəng vurub ona demişdir ki, karobkalar var, cer-cehizdi, qaraja qoymaq lazımdı, o da razılaşmışdır. Məhkəmə istintaqı zamanı şahid X12 ifadəsində bildirmişdir ki, hadisə 14 il bundan qabaq baş verib. Qardaşı Anarın niyə tutulmasın bilmir, o, günahsızdır. Bu əmələ görə istintaq zamanı onu anası ilə hədələyiblər, ona görə də nə deyiblər razılaşaraq yazıb. Əslində isə narkotik vasitələr yeznəsinə məxsus olub. Bununla yanaşı, Bakı Ağır Cinayətlər Məhkəməsini xx.xx.2011-ci il tarixli 1(101)-422/2011 nömrəli hökmündən görünür ki, həmin cinayət işi üzrə məhkum edilmiş X9 ifadələrində bildirmişdir ki, qardaşı Anarın ailəsi və anası ilə birlikdə eyni ünvanda yaşamışdır. Qardaşı Anar 5-6 il əvvələ qədər Dərbənd şəhərinə ərzaq məhsulları aparıb satmaqla məşğul olmuş, son illərdə isə işləməmişdir. Tutulmamışdan təxminən 10- 15 gün əvvəl, yəni 2010-cu ilin may ayının əvvəllərində gecə saat 22-23 radələrində, evdə olduğu vaxtda Anar ona zəng edib Rusiyaya işləməyə getdiyini demiş və ondan özünün yatdığı otaqdakı yataq dəstinin altında olan iki ədəd qutunu ümumi dostları olan Anarın qarajına aparıb orada saxlamasını xahiş etmişdir. Həmçinin qardaşı Anar ona tapşırmışdır ki, dostları olan Anara həmin qutuların içərisində qab-qacaq olduğunu desin. O özü isə qutularda narkotik vasitə olduğunu dəqiq bilmişdir. Qardaşı Anarın bu zəngindən sonra o gecə saat 23 radələrində sinif yoldaşları olmuş və aralarında normal münasibətləri olan Şahid1 zəng etmiş, qardaşı Anara məxsus olan iki ədəd qutuları onun qarajına qoymaqla bağlı xahişini çatdırmış, Şahid1 də etiraz etməyərək razılığını vermişdir. O, həmin qutuları götürüb taksi kimi fəaliyyət göstərən, “Kia Rio” markalı maşını olan qonşusu Ayaza zəng etmişdir. Ayaz onunla danışdıqdan bir neçə dəqiqə sonra evlərinə gəlmişdir. İçərisində külli miqdarda narkotik maddələrin qablaşdırıldığı qutuları Ayazın maşınına qoymuşlar. Qardaşının tapşırdığı qaydada hərəkət edərək yolda gedərkən o Ayaza bağlamalardakının cehizlik qab-qacaq olduğunu, bu cehizləri qardaşı Anarın sonradan Dərbəndə aparacağını demişdir. Daha sonra Şahid1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən Türk məscidinin yanındakı evə gəlmişlər. Qarajı yaşadığı evin arxasında yerləşən Şahid1lə görüşdükdən sonra onunla birlikdə içərisində külli miqdarda narkotik maddələrin qablaşdırıldığı, hərəsinin çəkisi təxminən 20-30 kq-a yaxın olan həmin qutuları qarajdakı rəflərin üzərinə qoymuşlar. O Şahid1 karobkaların içərisində qab-qaşıq olduğunu, həmin qutuları rayona aparacaqlarını, bir neçə müddət qarajda qalmalı olduğunu bildirmişdir. Bundan sonra o, Şahid1 ayrılıb Ayazla birlikdə evə qayıtmışdır. 19 may 2010-cu il tarixdə iş yerində olarkən iki nəfər şəxs ona yaxınlaşmış, özlərini keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim etdikdən sonra birlikdə Şahid1 qarajına getmişlər. Orada özünün qoyduğu və içərisinə külli miqdarda narkotik maddələrin qablaşdırıldığı qutular hal şahidlərinin iştirakı ilə açılmışdır. Bundan sonra o, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına həmin qutuların qardaşı Anara məxsus olduğunu bildirmişdir. Bundan əlavə, Bakı Ağır Cinayətlər Məhkəməsini xx.xx.2011-ci il tarixli 1(101)- 422/2011 nömrəli hökmündən görünür ki, həmin cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, əkiz qardaşlar olan Anar və İlqar Məmmədovları uşaqlıqdan tanıdığını, onlarla bir sinifdə oxuduğunu bildirmişdir. Onun sözlərinə görə qardaşların evləri də çox uzaqda olmamış, özü isə iki ildir ki, namaz qılmağa başlamışdır. Onun bildiyinə görə Təqsirləndirilən şəxs da son 3-4 ildə namaz qılmağa başlamışdır. İlqar Məmmədov dindardır, onunla bir yerdə namaz qılır. İfadəsini davam etdirən Şahid1 2010-cu ilin may ayının 6-da axşam saat təxminən 22 radələrində Yasamal bazarının yaxınlığında yerləşən inşaat materialları satılan dükanda satıcı işləyən İlqar Məmmədov mobil telefonla onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib qarajına iki ədəd yeşik qoyacağını bildirərək qarajın açarını götürüb həyətə düşməsini xahiş etmişdir. İlqar ona həmin yeşiklərdə nə olması barədə bir söz deməmiş və o özü də bu haqda ondan heç nə soruşmamışdır. O İlqarla sinif yoldaşı olduğu, həmçinin ailələri bir-birini yaxından tanıdığı üçün qarajın açarını götürüb həyətə düşmüş, İlqarın qaraja inşaat materialları qoymaq istədiyini zənn etmişdir. Həyətə düşəndə İlqarın taksi kimi fəaliyyət göstərən X7 idarə etdiyi ağ rəngli “KİA” markalı **-DD- *** dövlət nömrə nişanlı avtomobillə gəldiyini görmüşdür. Ayazı o, Yasamal rayonu ərazisində tanımış, bir neçə dəfə onunla birlikdə məsciddə namaz qılmışdır. Salamlaşdıqdan sonra İlqar avtomobilin baqaj hissəsindən iki ədəd yeşiyi - bağlamanı çıxardaraq həmin yeşikləri qarajda olan rəflərə qoymuş, onları sabah gəlib götürəcəyini bildirmişdir. Daha sonra İlqar və Ayazın avtomobilə əyləşərək oradan uzaqlaşmışlar, lakin onların hara getmələrindən xəbəri olmamış və ona bu barədə heç nə deməmişlər. Bağlamalar qaraja qoyulan gün İlqarın qardaşı Təqsirləndirilən şəxs ona zəng vurmamış və həmin gün Anarı ümumiyyətlə görməmişdir. Ona İlqar zəng vurub danışmış, bağlamaları İlqar özü gətirmiş, Anar orada olmamış, İlqar bağlamaları qaraja qoyarkən də qardaşı Anara heç bir istinad etməmiş, qardaşı Anarın dilindən ona heç bir söz deməmiş, həmin bağlamaları İlqar öz adından gətirib qaraja qoymuşdur. Səhərisi gün o İlqarın telefon zəngini gözləsə də İlqar zəng etməmişdir. Özünün də şəxsi işləri ilə əlaqədar başı qarışıq olduğundan İlqara zəng etməmişdir. Ötən müddət ərzində nə İlqarı, nə də onun əkiz qardaşı Anarı, nə də Ayazı hər hansı bir yerdə görməmişdir. 18 may 2010-cu il tarixdə saat təminən 21 radələrində qarajına düşmüş, İlqarın qaraja qoyduğu yeşikləri görüb, həmin yeşikləri gəlib götürməsi üçün İlqara zəng vurmuşdur. Lakin İlqarın telefonuna zəng çatmamışdır. İlqara zəng çatmayanda yeşiklər barəsində zəng vurub Anara demək istəmiş, amma Anara da zəng çatmamışdır. Bu hal onu bərk şübhəyə salmış və qorxuya düşmüşdür. O həmin yeşiklərdə partlayıcı qurğu ola biləcəyindən narahat olub bu barədə 19 may 2010-cu il tarixdə keçmiş Milli Təhlükəsizlik Nazirliyinə ərizə ilə müraciət etmişdir. 19 may 2010-cu il tarixdə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən hal şahidlərinin və onun özünün iştirakı ilə qaraja baxış keçirilmiş, baxış nəticəsində İlqarın qaraja qoyduğu karton qutuların içərisində narkotik vasitələr aşkar edilmişdir. Belə ki, bağlamalarda yığılmış narkotik vasitələr karton qutuların içərisində qoyulmuşdur. Bağlamaların içərisindən də onları boşaldarkən həm də qabqacaqlar - stəkan, çaşka və nəlbəkilər çıxmışdır. Bu barədə protokol tərtib edilmiş, hal şahidləri və o həmin protokolu oxuduqdan sonra onun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsini xx.xx.2011-ci il tarixli 1(101)-422/2011 nömrəli hökmündən görünür ki, həmin cinayət işi üzrə şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, təxminən iki ildən artıq müddətdə “KİA RİO” markalı Az **- DD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə fərdi qaydada taksi sürücüsü kimi fəaliyyət göstərdiyini bildirmişdir. Qonşu küçədə yaşayan X15iu və onun qardaşı Anarı hələ orta məktəb illərindən tanıyır, onlarla yaxın münasibətləri vardır. Təqsirləndirilən şəxs 2009-cu ilin sonlarında Dərbənddən Bakıya qayıdıb gələndən sonra ibadətə başlamışdır. Həmin vaxtdan əvvəl də Anar namazda olmuş və sonradan namazı atmışdır. Namazı atdığı vaxtlardan sonra Anar narkotik vasitələr qəbul etmiş, bunu özü ona etiraf etmiş, ağ ciyarı ağrıdığı üçün narkotik vasitə qəbul etdiyini bildirmişdir. Anarın anası da oğlunun namaza qayıtmasına, narkotik vasitə qəbulunu bu yolla tərgitməyinə kömək etməsi məqsədilə təsir etməsi üçün ona yalvarmışdır. O da öz növbəsində hər dəfə rastlaşanda Anara namaza qayıtmağın vacibliyini təlqin etmişdir. Son vaxtlarda Anar artıq namaza başlamış, dəfələrlə onunla birlikdə məscidə ibadətə getmişdir. Həmçinin məscidə getməklə bağlı də Anar onunla müntəzəm telefon əlaqəsi saxlamışdır. 2010-cu ilin may ayının 6-da saat 11:38 radələrində Anar ona zəng vurub bacısı uşağı üçün aldığı kompüteri Hövsana aparmasını xahiş etmişdir. O da axırıncı müştərilərini saat 18 radələrində aparandan sonra əlaqə saxlayıb kompüteri Hövsana aparacağını söz vermişdir. Saat 19 radələrində müştərisi olduğu üçün saat 19:59 radələrində Anara zəng vurub bu barədə demiş, müştərini düşürdəndən sonra evə gedərək yeməyini yeyib namazını qılandan sonra Hövsana gedəcəklərini bildirmişdir. Anar da bu təkliflə razılaşmışdır. Evinə çatıb çörəyini yemiş, dəstəmaz almış, namazını qılmağa hazırlaşanda saat 21:22 radələrində onun 055 ***-**-** saylı mobil telefon nömrəsinə Anar zəng vurmuş, həyəcanlı danışaraq ona problemi olduğunu bildirmiş və təcili olaraq ondan ailəsini və bir neçə bağlamanı evdən götürərək bacısı gilə aparmağı xahiş etmişdir. O Anara namazını qılıb gələcəyini demiş, amma Anar təkid edərək təcili gəlməsini, namaza dayanmamasını xahiş etmişdir. O da namazı qılmadan, əvvəllər də dəfələrlə Anarın anasını, qardaşını onun bacısıgilə apardığından Anarın bu xahişini qəbul edərək onların evinə yollanmışdır. Anarın zəngindən sonra ona İlqar da zəng vurub nə vaxt gələcəyini dəqiqləşdirmişdir. Anarın evinin qarşısında onu İlqar qarşılamış, amma Anar olmamışdır. İlqarın xahişi ilə maşının yük yerini açmış və İlqar üstündə uşaq paltarları görünən 2-3 ədəd bağlamaları yük yerinə qoymuşdur. Ağzına qədər paltar doldurulmuş sumkanı İlqar maşına qoyanda paltarın biri yerə düşmüş və İlqar özü onu götürüb təkrar sumkaya basmışdır. İlqarın maşına qoyduğu bağlamadan cingilti səsləri gəldiyindən orada həm də qab-qacaq olduğunu başa düşmüşdür. Çox tələsən və həyəcanlı olan İlqardan nə baş verdiyini soruşmuş, İlqar da cavabında ona Anarın arvadı Nuranəni və uşağı təcili Yeganəgilə aparmaq lazım olduğunu, Anarın vəziyyətinin pis olduğunu demişdir. O elə başa düşmüşdür ki, Anar xəstədir. Amma İlqar ona izah etmişdir ki, Anarın səhhəti elə də pis deyil, amma arvad-uşağını onun yanına aparmaq lazımdır. Sonra İlqar, Anarın arvadı və körpə uşağı da maşına əyləşmişlər. Həmin vaxt İlqar əvvəlcə onlarla bir məktəbdə oxumuş Şahid1gilə gedib bağlamaları onların qarajına qoymaq lazım olduğunu demişdir. Mətbuat prospektində yaşayan Şahid1 məhəlləsinə çatanda Şahid1 artıq qarajın girişində dayanıb onları gözlədiyini görmüşdür. İlqar hələ yolda olarkən ona sumkalardakının bacısı qızına, yəni Yeganənin qızına məxsus cehizlər olduğunu, evlərində yer olmadığından və bir az darısqallıq olduğu üçün, onları müvəqqəti olaraq Şahid1 qarajında saxlamaq istədiyini, bir müddət sonra həmin əşyaları bacısının bağına aparacaqlarını demişdir. Onlar həmin əşyaları Şahid1 qarajına qoymuş, daha sonra İlqargili onun bacısının evinə aparmışdır. Təqsirləndirilən şəxsla onun sonuncu telefon danışığı yuxarıda qeyd etdiyi olmuş, sonradan heç bir zəngi olmamışdır. Qaraja getdikləri günün səhərisi o mağazada İlqarla rastlaşmış, Anarın vəziyyətin soruşmuşdur. İlqar da Anarın Rusiyaya çıxıb getdiyini demişdir. 2010-cu ilin may ayının 15-də isə Təqsirləndirilən şəxs həyat yoldaşını və azyaşlı uşağını, digər qohumlarını onun bacısı Yeganənin evinə aparmış, amma Yeganənin evinə keçmədiyindən orada Anarı görməmişdir. Səhərisi gün isə öz anasını və bacısını, habelə Nuranəni, Anarın bacısı Səbinəni yarmarkaya aparıb qaytarmışdır. 19 may 2010-cu il tarixində keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən Baş Dövlət Yol Polisi idarəsinin qarşısında saxlanılmış, Şahid1 qarajına baxış keçirilməsində iştirak etməyə dəvət edilmişdir. Orada hal şahidlərinin iştirakı ilə İlqarla Şahid1 qarajına qoyduqları bağlamaların baxışında iştirak etmişdir Baxış başlamamışdan öncə ona və hal şahidlərinə aid hüquq və vəzifələri izah olunmuşdur. Qarajda sellofan torbaların ağzı açılmış və içərisindən çoxsaylı bağlamalar aşkar edilmişdir. Həmin bağlamaların içərisində olan maddələr tərəzidə çəkilmiş və orada 39 kiloqrama yaxın narkotik vasitə olan həşiş qətranının və 17 kiloqramdan çox tiryəkin olduğu aşkarlanmışdır. Həmin ana qədər bu narkotik vasitələr barədə onun heç bir məlumatı olmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsini xx.xx.2011-ci il tarixli 1(101)-422/2011 nömrəli hökmündən görünür ki, həmin cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 19 may 2010-cu il tarixdə saat təxminən 15 radələrində özünə məxsus avtomaşınla Mətbuat prospektində dayanıb sərnişin gözlədiyi vaxtda iki nəfər şəxs ona yaxınlaşaraq özlərini keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim etdiklərini bildirmişdir. Həmin şəxslər ondan Mətbuat prospektində yerləşən Anar adlı şəxsə məxsus qaraja və Ayaz adlı şəxsə məxsus avtomaşına keçiriləcək baxışlarda hal şahidi qismində iştirak etməsini xahiş etmişlər. O, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının təklifi ilə razılaşmış və birlikdə əvvəlcə Anar adlı şəxsə məxsus olan Mətbuat prospektindəki qarajın yerləşdiyi yerə gəlmişlər. Orada digər bir şəxsin də hal şahidi qismində iştirak etmək üçün dəvət olunduğunu görmüşdür. Baxış başlanmazdan əvvəl onlara - hal şahidlərinə hüquq və vəzifələri izah olunmuşdur. Sonra Anar adlı şəxsə məxsus qaraja baxış keçirilmişdir. Baxış zamanı qarajda olan iki ədəd qutunun içərisində müxtəlif qab-qacaqlar, həmin qab-qacağın altında isə sellofan torbalarda bağlamalar aşkar edilmişdir. Həmin bağlamaların içərisinə onların iştirakı ilə baxılmış, tərəzi ilə çəkilmiş və ümumi çəkisi təxminən 39 kiloqrama yaxın olan 36 ədəd bağlamanın içərisindən tünd qəhvəyi rəngli, spesifik iyli, narkotik vasitə olan həşişə bənzər maddələr, eləcə də ümumi çəkisi təxminən 17 kiloqrama yaxın olan 16 ədəd bağlamanın içərisindən isə qara rəngli, spesifik iyli, narkotik vasitə olan tiryəkə bənzər maddələr aşkar olunmuşdur. Qeyd olunan narkotik vasitəyə bənzər maddələr qara rəngli sellofan torbalara qoyularaq qablaşdırılmış və möhürlənərək keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən götürülmüşdür. Sonra baxışın keçirilməsi barədə protokol tərtib olunmuş, o həmin protokolu oxumuş və onların iştirakı ilə keçirilən baxış barədə bütün hərəkətlərin düzgün göstərildiyini görüb əmin olduqdan sonra protokolu imzalamışdır. Daha sonra saat təxminən 16 radələrində yenə də onun və digər hal şahidinin iştirakı ilə Ayaz adlı şəxsin idarə etdiyi Az **-DD-*** dövlət qeydiyyat nişanlı “KİA” markalı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildən Ayaz adlı şəxsə məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin qeydiyyat vəsiqəsi, etibarnamə və digər sənədlər, mobil telefon aparatları aşkarlanmışdır. Həmin əşya və sənədlər keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən zərflərə qoyularaq qablaşdırılmışdır. Baxışın yekununda protokol tərtib olunmuş və o həmin protokolu oxumuş, onların iştirakı ilə keçirilən bütün hərəkətlərin protokolda düzgün, olduğu kimi göstərildiyini görmüşdür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2010-cu il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2010-cu il tarixli əməliyyat tapşırığından görünür ki, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən olunması üçün əməliyyat tapşırığı verilmişdir. xx.xx.2010-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2010-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2010-cu il tarixli Səbail Rayon Məhkəməsinin qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəlinin onun tutulduğu vaxtdan hesablanması müəyən edilmişdir. xx.xx.2010-cu il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 2004-cü ildən Bakı şəhər X1 “Orta dərəcəli nevrasteniya, emosional-iradi pozuntular” diaqnozu ilə qeydiyyatdadır. xx.xx.2011-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ayrıca icraata ayrılmışdır. xx.xx.2011-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələr ilə yenidən ittiham elan olunmuşdur. xx.xx.2010-cu il tarixli “Baxış” protokolundan görünür ki, hal şahidlərinin iştirakı ilə Şahid1 məxsus, Mətbuat prospekti 35 ünvanında yerləşən qaraja baxış keçirilmişdir. Baxış zamanı iki ədəd kardon qutuya baxılarkən onların içərisində sellofan torbalarda yapışqan lentlə bükülü bağlamalar aşkarlanmışdır. Həmin bağlamaların içərisinə baxılarkən ümumi çəkisi təxminən 39 kiloqrama yaxın olan 36 ədəd bağlamanın içərisində tünd qəhvəyi rəngli, spesifik iyli həşişə bənzər maddələr, ümumi çəkisi təxminən 17 kiloqrama yaxın olan 16 ədəd bağlamanın içərisində isə qara rəngli, spesifik iyli tiryəkə bənzər maddələr olduğu müəyyən edilmişdir. Qeyd olunan narkotik vasitələrə bənzər maddələr 5 ədəd qara rəngli sellofan torbalarla qablaşdırılaraq MTN zərflər üçün 171 saylı möhürlə möhürlənmiş və protokola əlavə edilmişdir. Qeyd olunan əşyalardan başqa iş üzrə sübut əhəmiyyəti kəsb edə bilən hər hansı bir digər əşya aşkarlanmamışdır. xx.xx.2010-cu il tarixli “Baxış” protokolunda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefonla iş üzrə şahid X10 məxsus ***- ***-**-** saylı mobil telefon nömrəsi arasında aparılmış danışıqlar əks etdirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil telefonla iş üzrə şahid X10 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi arasındakı sonuncu danışıq məhz 06 may 2010-cu il tarixdə axşam saat 21:21 dəqiqədə olmuşdur. Qeyd olunan vaxtda Təqsirləndirilən şəxs Şahid2yevə zəng edərək 23 saniyə müddətində danışıq aparmışdır. Təqsirləndirilən şəxs etdiyi bu zəngin tarixi və saatı iş üzrə müəyyən edilmiş halları - onun külli miqdarda narkotik vasitəni yaşadıqları evdən kənara aparması ilə bağlı məhz 06 may 2010-cu il tarixdə qeyd olunan saatda hazırkı iş üzrə təqsirləndirilən şəxs X6 tapşırıq verməsini, bu məqsədlə də avtomaşınından istifadə etmək üçün tanışı Şahid2yevə zəng vurub onların evinə getməsi ilə bağlı xahiş etməsini və digər halları da birbaşa təsdiq edir. xx.xx.2010-cu il tarixli “Baxış” protokolunda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefonla iş üzrə Şahid1 məxsus ***-***-**- ** saylı mobil telefon nömrəsi arasında aparılmış danışıqlar əks etdirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefonla iş üzrə Şahid1 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi arasındakı sonuncu danışıq 05 may 2010-cu il tarixdə axşam saat 21:24 dəqiqədə olmuşdur. Bu isə Şahid1 bağlamaların ona məxsus olan qaraja qoyulduğu gün - 06 may 2010-cu il tarixdə İlqarın qardaşı Təqsirləndirilən şəxs ona zəng vurmaması, həmin gün Anarı ümumiyyətlə görməməsi, onunla ancaq İlqar Məmmədovun danışması, İlqarın ona zəng vurması və bağlamaları da qaraja İlqarın özünün gətirib qoyması, bağlamaları qaraja qoyarkən də İlqarın qardaşı Anara heç bir istinad etməməsi, Anarın dilindən ona heç bir söz deməməsi, həmin bağlamaları İlqar Məmmədovun özünün öz adından gətirib qaraja qoyması ilə bağlı ifadələrini də təsdiq edir. xx.xx.2010-cu il tarixli “Baxış” protokolunda qeyd olunmuşdur ki, X5 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefonla iş üzrə Şahid1 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi arasında aparılmış danışıqlar əks etdirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, X5 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefonla iş üzrə Şahid1 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə 06 may 2010-cu il tarixdə axşam saat 21:41 dəqiqədə zəng vuraraq danışıq aparmışdır. Bu fakt Şahid1 həmin tarixdə İlqar Məmmədovun ona zəng vurması və sonra da ona məxsus qaraja bağlamalar gətirib qoyması ilə bağlı ifadələrində göstərdiyi halları da təsdiq edir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 31 may 2010-cu il tarixli 7411/12 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 5 ədəd qara rəngli polietilen torbalarda ümumi sayı 36 ədəd bağlamalarda, ümumi xalis çəkisi – 36040 qram olan maddələr (bitki mənşəli kütlələr) narkotik təbiətli kənaf (çətənə, kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qətranı, 16 ədəd bağlamalardakı ümumi xalis çəkisi 15380 qram olan tünd qəhvəyi rəngli qətranabənzər maddələr isə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəkdir. Ekspertiza tədqiqatından sonra qalıq çəkisi 36038,2 qram olan narkotik vasitə həşiş qətranı və qalıq çəkisi 15379,2 qram olan narkotik vasitə tiryək maddi sübut kimi saxlanmasından ötrü MTN İstintaq baş idarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, daha sonra narkotik vasitələr Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2011-ci il tarixli hökmünə əsasən məhv edilmişdir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli 757 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərdən və kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Mərkəzi PHŞ-nin xx.xx.2024-cü il tarixli 299 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəlik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən olunur. Bakı Ağır Cinayətlər Məhkəməsini xx.xx.2011-ci il tarixli 1(101)-422/2011 nömrəli hökmündən görünür ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 12 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsini xx.xx.2011-ci il tarixli 1(103)-542/2011 nömrəli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsini xx.xx.2011-ci il tarixli 1(101)- 422/2011 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsini xx.xx.2011-ci il tarixli 1(101)-422/2011 nömrəli hökmünün məzmunundan görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan razılaşmaqla əlbir olduğu qardaşı Təqsirləndirilən şəxs və qeyriləri ilə bir qrup şəxs olaraq satış məqsədilə qanunsuz olaraq hər biri külli miqdar təşkil edən ümumi xalis çəkisi 15380 qram olan tiryək və ümumi xalis çəkisi 36040 qram olan həşiş qətranı narkotik vasitələrini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrilə barəsində təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərar qəbul edilib, axtarış elan olunmuş Təqsirləndirilən şəxs qabaqcadan razılaşmaqla əlbir olduğu bir qrup şəxslə naməlum vaxtda və satış məqsədilə mənbədən qanunsuz olaraq hər biri külli miqdar təşkil edən ümumi xalis çəkisi 15380 qram olan tiryək və ümumi xalis çəkisi 36040 qram olan həşiş qətranı narkotik vasitələrini əldə etmiş, həmin narkotik vasitələri daşıyaraq özünün və cinayət əlaqəsinə girdiyi qardaşı X5 yaşadığı ünvan 4 ünvanında yerləşən evə gətirib, 06 may 2010-cu il tarixədək İlqar Məmmədovla birlikdə qeyd olunan ünvanda qanunsuz saxlamışdır. 06 may 2010-cu il tarixdə saat 22 radələrində təqsirləndirilən İlqar Məmmədov qeyd olunan külli miqdarda narkotik vasitələri cinayət əlaqəsinə olduğu qardaşı Təqsirləndirilən şəxs tapşırığına əsasən görə biləcək şəxslərdə şübhə doğurmaması məqsədilə narkotik vasitələrin qablaşdırıldığı 2 ədəd karton qutuların üzərinə müxtəlif qablardan ibarət məişət əşyaları əlavə edərək saxlandığı otaqdan götürülmüş,ümumi tanışları X7 taksi olaraq idarə etdiyi AZ **-DD-*** dövlət qeydiyyat nişanlı “KİA RİO” markalı avtomaşının yük yerinə qoyaraq sürücü Şahid2yevin idarəçiliyi altında həmin avtomaşınla Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 35 ünvanında yerləşən özünün və qardaşı Təqsirləndirilən şəxs dostu Şahid1 adlı şəxsə məxsus avtomaşın qarajına aparıb orada gizlədərək 19 may 2010-cu il tarixədək həmin qarajda qanunsuz saxlamışdır. 19 may 2010-cu il tarixdə Şahid1 keçmiş Milli Təhlükəsizlik Nazirliyinə yazılı müraciəti əsasında keçmiş MTN əməkdaşları tərəfindən həmin qaraja keçirilmiş baxış zamanı ümumi xalis çəkisi 15380 qram olan tiryək və ümumi xalis çəkisi 36040 qram olan həşiş qətranı narkotik vasitələri qablaşdırılmış olduqları 2 ədəd karton qutularda aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə görə cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının,habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmadığını, hər hansı bir şəxslə əlbir olaraq narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmədiyini, narkotik vasitələri saxlamadığını və daşımadığını bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər istintaq protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmaması, hər hansı bir şəxslə əlbir olaraq narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə etməməsi, saxlamaması və daşımaması barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Yuxarıda sadalananlara əsasən də, təqsirləndirilən şəxsin ifadəsini (ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadələri), həmçinin Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Bundan əlavə, hazırkı məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslər öz ifadələrində ittihamı təkzib edəcək hər hansı bir mötəbər dəlili məhkəməyə bildirməmişlər. Bununla yanaşı, məhkəmə qeyd edir ki, narkotik vasitələrin miqdarının külli miqdar təşkil etməsi (15380 qram narkotik vasitə tiryək, 36040 qram narkotik vasitə həşiş qətranı) özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində əsas meyar olmasa da məhkəmə işin digər hallarını, təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitələrin müxtəlif növlərdə (tiryək və həşiş qətranı) olmaqla yanaşı şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdar təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X20rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi (ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi) ilə yanaşı, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bununla yanaşı, cinayət işinin materiallarından və elektron məhkəmə informasiya sistemindən görünür ki, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmayan bir uşağı var. Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, səhhətini və yetkinlik yaşına çatmayan bir uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitələrin növünü (tiryək və həşiş qətranı), çəkisini - miqdarını (15380 qram narkotik vasitə tiryək, 36040 qram narkotik vasitə həşiş qətranı), cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini, cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Səbail Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət işinin materialarında olan rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi (yaşayış yeri) üzrə narkoloji dispanserində (kabinetdə) profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və MTN-in İstintaq Baş İdarəsinin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılmış qalıq çəkisi 36038,2 qram olan narkotik vasitə həşiş qətranı və 15379,2 qram olan narkotik vasitə tiryəkin Bakı Ağır Cinayətlər Məhkəməsini xx.xx.2011-ci il tarixli 1(101)-422/2011 nömrəli hökmünə əsasən məhv edilməsi nəzərə alınmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmiş və ekspertiza xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) il müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkçə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi (yaşayış yeri) üzrə narkoloji dispanserində (kabinetdə) profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və MTN-in İstintaq Baş İdarəsinin saxlanc anbarındakamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılmış qalıq çəkisi 36038,2 qram olan narkotik vasitə həşiş qətranı və 15379,2 qram olan narkotik vasitə tiryəkin Bakı Ağır Cinayətlər Məhkəməsini xx.xx.2011-ci il tarixli 1(101)-422/2011 nömrəli hökmünə əsasən məhv edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərcinin, mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1645/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1645/2024
09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver