Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1645/2025 29.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X3 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərəçəkmiş şəxsin hüquqi varisi X2, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 32 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1979-cu ildə Naxçıvan Muxtar Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 155-ci, 29,178.3.2-ci, 182.2.1-ci, 182.2.4-cü və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 7(yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xanlıqlar Ərazi Dairəsi, Xanlıqlar kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 fevral 2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni sonuncunu qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 09 fevral 2025-ci il tarixdə, təxminən saat 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən nömrəsiz fərdi evdə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı törədəcəyi əməlin ictimai təhlükəli olduğunu dərk edərək, onun nəticələrini qabaqcadan görərək və bunları arzu edərək, qisas motivi ilə, qəsdən öldürmək məqsədi ilə evdə olan soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış, idman oyunlarında istifadə olunan “beysbol” çubuğu ilə arvadı - xx xxxxxxx 1976-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik sol bazunun orta üçdə birinin bayır səthinin, sol saidin aşağı üçdə birinin bayır-arxa səthinin, sağ və sol əlin arxa səthinin qançırları; həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malik ənsə sümüyünün kəllə əsasına keçən sınıqları, baş-beyin toxumasına və beyin qişalarına geniş qansızmalar və baş-beyinin əzilməsi ilə müşayiət olunan ənsə nahiyyəsinin 03 (üç) ədəd əzilmiş-cırılmış yaraları; sol gicgah sümüyünün kəllə əsasına keçən sınığı, baş-beyin toxumasına və beyin qişalarına geniş qansızmalar və baş-beyinin əzilməsi ilə müşayiət olunan sol gicgah-təpə nahiyyəsinin 01 (bir) ədəd əzilmiş-cırılmış yarası; ənsə və sol gicgah sümüklərinin kəllə əsasına keçən sınıqları, baş-beyin toxumasına və beyin qişalarına geniş qansızmalar və baş-beyinin əzilməsi ilə müşayiət olunan ənsə-sol gicgah-təpə nahiyyələrinin 04 (dörd) ədəd əzilmişcırılmış yaraları xəsarətlərini yetirərək sonuncunu qəsdən öldürmüş, yəni Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, Gürcüstandan özü üçün maşın alıb gətirmək istəmiş və bu səbəblə maşınını satmışdır. 5 gün əvvəl Gürcüstana getmək üçün bilet almışdır. Arvadı ilə boşanmamışlar və boşanmaq fikri də olmamışdır.Dostunun maşını ilə hava limanına getmiş, yolda pasportunu götürmədiyi yadına düşmüş və evə qayıtmışdır. Arvadı onun ayaqqabı ilə evə girdiyini görəndə ona “sənin eşşəyin var burda” demişdir. O da arvadını təhqir etmiş, arvadı da həmin sözü qaytarıb ona demişdir. Əvvəllər onu vuranda əli ağrıdığı üçün bu dəfə beyzbol çubuğu ilə başından vurmuş və bu dəfə əvvəlkindən də ağır nalayiq ifadələr işlətmişdir. Beyzbol çubuğu yatdığı otaqda yerdə olmuşdur.Beyzbol çubuğu ilə arvadını təxminən 5-6 dəfə vurmuş və onun dizi üstə çöküb ağzı üstə yerə düşdüyünü görəndə beyzbol çubuğunu yerə atmışdır.Daha sonra hava limanına gəlib Gürcüstana getmişdir. Yolda Nofələ zəng edib arvadını döydüyünü, onu xəstəxanaya aparmasını istəmişdir.Tiflisdə olarkən Nofəllə əlaqə saxlamış, lakin o, arvadının öldüyünü bildirmişdir. Batuma gedib 2 gün orada qalmışdır. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, Tiflisdə olarkən arvadının öldüyünü eşitsə də ölkəyə qayıtmamışdır. “İnterpol”un əməkdaşları onu saxlamışlar. Arvadı ona “şərəfsiz” demiş, atasının ünvanına nalayiq ifadələr işlətmiş və bu da hadisənin baş verməsinə səbəb olmuşdur. Arvadını bir neçə dəfə vurmuş və səsi kəsilmişdir. Bibisi oğlu Elnur, qonşusu Nofəl,dostu Babək və qardaşına yığıb baş verənlər barədə məlumat vermişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafedici ifadələrini, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 göstərmişdir ki, Ramilin xəvarislər deyilən qrupa qoşulduğu barədə vəfat etmiş bacısı digər bacısına bildirmişdir. Təqsirləndirilən şəxs bacısı namaz qılanda gəlib onu vurmuşdur. Xəvarislər qrupunun üzvləri uzaq yola gedəndə həyat yoldaşını tək qoyub getmir. Həyat yoldaşını öldürüb getmək onlar üçün müstəhəbdir. Xəvarislər tərəfindən Ramilə pul verilmişdir. Axşam saatlarında Nofəl adlı şəxs qonşudakı Adilə adlı qadına Ramilin ona zəng edərək “Lamiyəni öldürmüşəm gedib götürün, qaqaşı qoymayın üstünə gedib qorxar” deməsi barədə məlumat vermişdir. Adilə isə onun yoldaşına bu barədə məlumat vermişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, bacısı tez-tez mübahisə etdikləri üçün onlara gəlmiş və oğluna baxan olmadığı üçün qayıdıb getmişdir. Birinci övladı olandan sonra bacısına boşanmağını desə də lakin o, qızına görə boşanmayacağını demişdir. Onlar arasındakı mübahisənin səbəbi maddi vəziyyətlə əlaqədar olmuşdur. Ramil icarəyə maşın götürmüş və maşını oğluna verərək “maşını sür, evə gəlmə” demişdir, çünki o, bu hadisəni törətməyi əvvəlcədən planlamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, təqsirləndirilən şəxs narkotik istifadəçisidir, o, bacısına əziyyət vermişdir. İbtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir. Bacısı ona Ramilin narkomanları evə yığıb evdə narkotik çəkdiklərini demişdir. Bacısı Ramilin onu öldürəcəyindən qorxmuşdur. 1 həftə əvvəl işıqlarını kəsmişlər və işıq pulunu onlar aparıb ödəmişlər. Təqsirləndirilən şəxs çox laqeyd insan olmuşdur.Xəvarislər qrupunun üzvü olan bu şəxs uşaqları məktəbə getməyə qoymamış,uşaqların kitablarını yandırmış və namaz üstündə bacısını döymüşdür. Təqsirləndirilən şəxs Elçin adlı şəxsə zəng edib ondan 30000 manat pul istəmiş, verməyəcəyi təqdirdə evini yandıracağını demişdir. Qonşuda Zümrüd adlı xanımın qapısına gül qoyub “ərini öldürüb səni mən alacam“ demişdir. O da bacısının yanına getdiyi zaman təqsirləndirilən şəxsin mətbəxdə başqa şəxslərlə narkotik çəkdiyinin şahidi olmuş, “102” çağrı mərkəzinə zəng etmək istəsə də bacısı buna icazə verməmişdir. Şahid3 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, qonşu zəng edib hadisənin baş verdiyini demişdir. Evə gedib bacısının öldüyünü görəndə təqsirləndirilən şəxs evdə olmamışdır. Adilə ona zəng edərək Ramilin zəng edib Lamiyəni öldürdüyünü deməsi barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs yastıqla bacısını boğub öldürmək istəmiş və qızı buna şahid olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, törətdiyi cinayət əməlini təqsirləndirilən şəxs əvvəlcədən planlaşdırmış, qardaşına maşını verərək sürməsini, evə gəlməməsini bildirmiş və cinayət əməlini törədərək Gürcüstana qaçmaq niyyətində olmuşdur. O, təqsirləndirilən şəxs türmədən çıxandan sonra evdən çıxıb getmiş və dayısının evində yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs anasını hər gün döymüş, saxladığı qadınlara zəng edib anasını döyərək anasının səsini eşitdirmiş, evlərinə yaxın bir yerdə saxladığı qadına ev tutmuş və anasının bişirdiyi mürrəbbələri,turşuları həmin qadına aparmışdır. Şahid1 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, hadisənin baş verdiyini axşam saatlarında zəng edib demişlər. Hadisənin baş verdiyini təqsirləndirilən şəxs özü ona zəng edib deməmişdir. Qonşuya “öldürmüşəm gəlib, aparın” demişdir. Təqsirləndirilən şəxsin qohumları ilə münasibətləri pis vəziyyətdə olmuşdur. Qohumların ünvanına nalayiq ifadələr işlətdiyi üçün təqsirləndirilən şəxs türmədən çıxdıqdan sonra onun heç bir qohumu ailə daxili problemlərə qarışmamışdır. Onun və qardaşının xərclərini bibisi ödəmişdir.Təqsirləndirilən şəxs evlərinə hər hansı bir qazanc gətirməmişdir və onların xərclərini ödəməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, hadisə 8 fevral 2025-ci il tarixində baş vermişdir. Atası hadisə günü məhlədə maşını ona vermiş, maşını gəlib götürəcəklərini və maşına benzin vurmağını demişdir. Atası Gürcüstana maşın almaq üçün gedəcəyini bildirmişdir.Hadisə baş verəndən bir gün əvvəl o, əmisigildə qalmışdır. Şahid2 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, o,atası və anası ilə birlikdə yaşamışlar. Hadisə baş verən günü səhər saatlarında evə gəlib paltarlarını dəyişmiş və sonra yenidən evdən çıxıb getmişdir. Atası ona maşını verdikdən sonra gecə saat 12-də evə qayıtmışdır. Hadisənin baş verdiyini ona xalası qızı demişdir. Atası maşını ona günorta 4-5 radələrində vermiş və o, gecə saat 12 radələrinə kimi maşında olmuşdur. Hadisə baş verən günü günorta saatlarında evə gələndə anası evdə olmuşdur.O, gecə saat 12-də hadisədən xəbər tutmuşdur. Atasının Gürcüstana getməyi həmin günü qərarlaşdırdığını bilmir. Evə gələndə qapı bağlı olmamış, sadəcə qapının dəstəyi olmamışdır. Hadisə yerinə getdiyi zaman atası hadisə yerində olmamışdır.O, uşaq olan vaxtdan evlərində mübahisə olmuşdur. Atası ona mağazadan istədiyi şeyləri almışdır. Atasının anasını öldürməsinin səbəbini bilmir. Atası məktəbdən onu çıxartmamış və kitablarını yandırmamışdır. 11 illik məktəbi bitirmişdir və 9-cu sinifdə oxuyanda qiymətlərini düzəltmək üçün məktəbini dəyişdirmişdir. Atası işləmişdir, türmədən çıxadıqdan sonra ev alqı-satqısı ilə məşğul olmuşdur.O, öz istəyi ilə hazırlıqdan çıxmış və idmana getməyə başlamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 08 fevral 2025-ci il tarixli raportdan görünür ki, həmin gün saat 23:50-də Xəzər rayonu, Zığ qəsəbəsində yaşayan X5 “102” Xidmətinə zəng edərək baldızının yoldaşı Təqsirləndirilən şəxs qonşularına zəng edərək həyat yoldaşını öldürdüyünü, Gürcüstana qaçacağını bildirməsi haqqında məlumat vermişdir (cild 1, iş vərəqə 64). 09 fevral 2025-ci il tarixli hadisə yerinə və meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri,Xəzər rayonu,Binə qəsəbəsi ərazisində yerləşən nömrəsiz fərdi evdir.Həmin evin yerləşdiyi küçənin yer səthi qum-çınqılla örtülmüşdür.Evin yerləşdiyi həyət mişar daşları ilə əhatəyə alınmışdır və suvaqsızdır.Həyətin girişində ikilaylı,qonur-qəhvəyi rəngli,paslanmış darvaza görünür.İçəri daxil olduqda evin yerləşdiyi həyətin yer səthi qum-çınqılla örtülmüşdür.Həmin həyətdə aşağı hissəsi saxlanc otaqları,üst hissəsi isə yaşayış sahəsi kimi nəzərdə tutulmuş birmərtəbəli yaşayış evi yerləşir.Yaşayış evinin ön hissədə yuxarıda və aşağıda dəmir barmaqlıqlara malik olan,ümumilikdə,06 (altı) pəncərə yerləşir.Evin xarici səthi suvaqla örtülmüşdür. Evin giriş hissəsində 11 (on bir)pilləli pilləkən tikilmişdir.Həmin pilləkənlərin üzəri suvaqla suvaqla örtülmüşdür.Evin girişində qonur-qəhvəyi rəngli seyf qapı quraşdırılmışdır.Evin giriş qapısından içəri daxil olduqda uzunluğu təxminən 06 (altı), eni isə 02 (iki) metr olan dəhliz görünür. Evin giriş qapısının içəridən açılan hissəsindəki divarda, həmçinin,dəhlizdən girişin nəzərdə tutulduğu yataq otağının qəhvəyi-boz rəngli taxta materialdan hazırlanmış qapı çərçivəsinin yanında qanabənzər ləkələr aşkar edildi.Həmin qanabənzər ləkələr maddi sübut əhəmiyyətinə malik ola biləcəyi üçün DNT çöpü ilə hopdurma üsülu əsasında götürüldü və müvafiq qaydada qablaşdırıldı.Dəhlizin sol hissəsində 01 (bir)ədəd güzgü və qəhvəyi rəngli rəf hissələrindən ibarət olan şkaf vardır.Həmin şkafın üzərində, həmçinin yer səthinə fotoşəkil nəzərdə tutulmuş çərçivənin sınmış şüşə parçaları vardır və həmin şüşə parçaları qırılıb səpələnmiş vəziyyətdədir.Dəhlizin sonunda 01 (bir) ədəd rəfdən ibarət qəhvəyi rəngli şkaf vardır. Həmin dəhlizdən 04 (dörd) ayrı-ayrı otağa giriş nəzərdə tutulmuşdur.Həmin otaqlardan ikisi yataq otağı,biri mətbəx, digəri isə qonaq otağıdır.Sadalanan otaqların hər birində ailəməişət istifadəsi üçün nəzərdə tutulan əşyalar,mebellər və sair yerləşdirilmişdir.Dəhliz istiqaməti ilə düz xətt boyunca hərəkət edib sol tərəfdə yerləşən qonaq otağına daxil olduqda həmin otağın ortasında mərhum Zərərçəkmiş şəxs meyitinin döşəmənin səthində yerləşən xalçanın üzərində uzanıqlı vəziyyətdə olduğu görünür.Meyitin uzanıqlı vəziyyətdə olduğu döşəmənin üzərindəki xalçada qanabənzər ləkələr aşkar edildi.Həmin qanabənzər ləkələr maddi sübut əhəmiyyətinə malik ola biləcəyi üçün DNT çöpü ilə hopdurma üsulu əsasında götürüldü və müvafiq qaydada qablaşdırıldı.Bundan başqa, Zərərçəkmiş şəxs meyitinin uzanıqlı vəziyyətdə olduğu xalçanın stol olan hissəsindəki küncündə 01 (bir) ədəd,qırmızı rəngli, “BAT” markalı,dəmir materialdan hazırlanmış beysbol çubuğu vardır.Həmin 01 (bir) ədəd,qırmızı rəngli, “BAT” markalı, dəmir materialdan hazırlanmış beysbol çubuğu maddi sübut əhəmiyyətinə malik ola biləcəyi üçün tərəfimdən müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür.Eyni zamanda meyitin hər iki tərəfində üzərində parça materialdan hazırlanmış örtüklərin yerləşdirildiyi divanlar vardır.Bundan başqa həmin otağın divarına televizor quraşdırılmışdır,divanların yan hissəsinə şkaflar yerləşdirilmişdir.Həmin otaqda iki pəncərə vardır,pəncərələr bağlıdır,üzərləri ağ rəngli pərdə ilə örtülmüşdür. Meyitin xarici müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: Ənsə nahiyyəsində sağda 5.0x2.0 sm ölçüdə 1 ədəd,ona yaxın və orta xəttə doğru 3.0x1,0 sm,2,5x1,0 ölçülərdə 2 iki ədəd kənarları nahamar, qansızmalı və mənfəzi aralı yaralar vardır.Yara dibində ənsə sümüyünün basılmış, qəlpəli sınıq fraqmentləri görünür.Sol gicgah-təpə nahiyyəsində 4,0x2,0 sm ölçüdə 1 ədəd kənarları nahamar,qansızmalı və mənfəzi aralı yara vardır.Yara dibində sol gicgah sümüyünün sınıq fraqmentləri görünür.Sol bazunun orta üçdə birinin bayır səthində 1,5x1,0 sm,1,0x1,0 sm ölçülərdə 2 ədəd,sol saidin aşağı üçdə birinin bayır-arxa səthində 4,0x3,0 sm ölçüdə 1 ədəd,sağ əlin arxa səthində 4,0x3,0 sm ölçüdə 1 ədəd qırmızımtıl-göyümtül rəngli,qeyrimüəyyən formalı qançırlar vardır. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir(cild 1,iş vərəqə 2-11). 01 mart 2025-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər: ənsə sümüyünün kəllə əsasına keçən sınıqları, baş-beyin toxumasına və beyin qişalarına geniş qansızmalar və başbeyinin əzilməsi ilə müşayiət olunan ənsə nahiyyəsinin 03 ədəd əzilmiş-cırılmış yarası; sol gicgah sümüyünün kəllə əsasına keçən sınığı, baş- beyin toxumasına və beyin qişalarına geniş qansızmalar və baş-beyinin əzilməsi ilə müşayiət olunan sol gicgah-təpə nahiyyəsinin 01 ədəd əzilmiş-cırılmış yarası; sol bazunun orta üçdə birinin bayır səthinin (01 ədəd), sol saidin aşağı üçdə birinin bayır-arxa səthinin (01 ədəd), sağ və sol əlin arxa səthinin (02 ədəd) qançırları (cəmi 04 ədəd). Qeyd olunan əzilmiş yaralar (cəmi 04 ədəd) məhdud səthə malik əşya (alət) təsirindən törənmişdir, həyatidirlər; sol bazunun orta üçdə birinin bayır səthinin, sol saidin aşağı üçdə birinin bayır-arxa səthinin, sağ və sol əlin arxa səthinin qançırları isə küt əşya (əşyalar) təsirindən ölümdən az əvvəl törənmişdir, həyatidirlər, törənmə müddətləri onun meyitinin meyitxanada məhkəmə-tibbi ekspertizasından əvvəl olmaqla qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlirlər. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərdən - ənsə sümüyünün kəllə əsasına keçən sınıqları, baş-beyin toxumasına və beyin qişalarına geniş qansızmalar və baş-beyinin əzilməsi ilə müşayiət olunan ənsə nahiyyəsinin 03 ədəd əzilmiş-cırılmış yaraları; sol gicgah sümüyünün kəllə əsasına keçən sınığı, baş-beyin toxumasına və beyin qişalarına geniş qansızmalar və baş-beyinin əzilməsi ilə müşayiət olunan sol gicgah-təpə nahiyyəsinin 01 ədəd əzilmiş-cırılmış yarası; ənsə və sol gicgah sümüklərinin kəllə əsasına keçən sınıqları, baş-beyin toxumasına və beyin qişalarına geniş qansızmalar və baş-beyinin əzilməsi ilə müşayiət olunan ənsə-sol gicgah-təpə nahiyyələrinin 04 ədəd əzilmiş-cırılmış yaraları həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdir, həyatidirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidir. Sol bazunun orta üçdə birinin bayır səthinin, sol saidin aşağı üçdə birinin bayır-arxa səthinin, sağ və sol əlin arxa səthinin qançırları istər birlikdə, istərsə də ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malikdir, ölümlə birbaşa səbəbli əlaqələri yoxdur. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş beynin əzilməsi, baş-beyin toxumasına və beyinin yumşaq qişasına geniş qansızmalar olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Zərərçəkmiş şəxs meyitinin meyitxanada müayinəsindən 8-10 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində olan əzilmiş yaraları qısa bır müddət ərzində yetirildiyindən onların ardıcıllığını təyin etmək mümkün deyildir. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində qeyd olunan əzilmiş yaraları məhdud səthli bərk küt əşya (alət) qismində ekspertizaya təqdim olunmuş beysbol çubuğu ilə yetirilə bilərdi. Hadisə haqqında olan məlumatlara, xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, mərhum Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. Xəsarətlər yetirilərkən mərhum Zərərçəkmiş şəxs bədənin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, yarıoturaq, oturaq, yarıuzanıqlı, uzanıqlı və s.) ola bilərdi. Zərərçəkmiş şəxs meyitinin uşaqlıq yolu və arxa keçəcəyindən götürülmüş tamponda spermotozoidlər aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir (cild 1, iş vərəqə 107-115). 12 iyun 2025-ci il tarixli məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu A/İİ/ (Təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Təqsirləndirilən şəxs qan qrupu-O/İ/ (Təqdim olunan portaldan çıxarışın kserosurətinə əsasən). Ekspertizaya təqdim olunmuş 01 ədəd “beysbol çubuğu” üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda “A” və “H” antigenləri alınmışdır. Bu qan ləkələri bir şəxsə məxsusdursa A beta (H) (İİ) qruplu şəxsə,o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər.Qanın qarışıq olan halında isə Təqsirləndirilən şəxs hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa, ləkələrdə onun da qarışmış qanının olması inkar edilmir ( cild 1, iş vərəqə 153-156). 13 iyun 2025-ci il tarixli məhkəmə kriminalistik ekspertizasının rəyindən görünür ki, təqdim olunmuş bir ədəd predmet zavod üsulu ilə hazırlanmış idman oyunlarında istifadə olunan beysboldur və soyuq silah hesab olunmur (cild 1,iş vərəqə 157-159). 04 iyul 2025-ci il tarixli ambulalor məcburi narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 151-152). 04 iyul 2025-ci il tarixli kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və sair sübut edir. Təqsirləndirilən şəxs hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının (qavrama, diqqət, yaddaş, təfəkkür, təsəvvür və s.) normaya uyğun olduğu, xarakterik xüsusiyyətlərində kobudluq, qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik,əsəbilik və sair müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayət əməllərini törədən zaman onda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə özünə və ətrafındakılarına zərər yetirmək təhlükəsi qeyd olunmur. Təqsirləndirilən şəxs cinayət törədən zaman şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan-fizioloji affekt vəziyyətində olmamışdır (cild 1, iş vərəqə 160- 163). 04 iyul 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 ədəd beysbol çubuğu maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Xəzər rayon prokurorluğunun maddi sübutlar otağına verilmişdir (cild 1, iş vərəqə 167-184). 13 mart 2025-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X11 3-28-29/2-2714/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicə olmamışdır (cild 1, iş vərəqə 86). 15 mart 2025-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X11 xx/xx-3435 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır. xx.xx.2019-cu il tarixdən “Naxçıvan Muxtar Respublikası X4”ində “Kannabinoidlərin qəbulundan yaranan psixi və davranış, Rezidual və təxirəsalınmış psixotik pzountu” diaqnozu ilə narkoloji qeydiyyatdadır (cild 1, iş vərəqə 197). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə əməlinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuşdur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 3-cü bəndində göstərilir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi öldürmək istəməməsi, bu səbəbdən qardaşına həyat yoldaşını xəstəxanaya çatdırması üçün zəng etməsi barədə ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları ilə, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə, ekspert rəyləri ilə, habelə iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu ilə təkzib olunur. Məhkəmə, hadisənin baş vermə mexanizmi, vurulmuş xəsarətin lokalizasiyası (həyat üçün təhlükəli orqana yetirilməsi), təqsirləndirilən şəxsin hadisədən sonrakı hərəkətləri barədə işini hallarını, habelə iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekpertiza rəylərini nəzərə alaraq, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən xüsusilə ağır cinayətdir. Qeyd olunan əməl təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi əlamətinin olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən barəsində cəzasını ağırlaşdıran hal kimi nəzərə alır və qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 155, 29,178.3.2, 182.2.1, 182.2.4, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 02 noyabr 2022-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 01 il 08 ay 29 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqə 48-49, 67-70). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.3.3-cü maddəsinə əsasən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətin xüsusi təhlükəli residivi hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən xüsusi təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən halların olmamasını, cinayətin xüsusi təhlükəli residivi kimi cəzanı ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə həmin Məcəllənin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən, cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın xüsusi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin olduğu yer müəyyən olmadığı üçün ona ittiham elan edilməsi mümkün olmamış və barəsində axtarış elan olunmuşdur (cild 1, iş vərəqə 24-25). Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 fevral 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 31- 35). 19 fevral 2025-ci il tarxili Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosunun məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Gürcüstanın səlahiyyətli orqanları tərəfindən saxlanılaraq barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 80). Təqsirləndirilən şəxs 17 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycan Respublikasının ərazisinə gətirilməklə 18 mart 2025-ci il tarixdə İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 11 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub, Bakı şəhəri Xəzər rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş 01 ədəd beysbol çubuğu məhv edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına 220 (iki yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 11 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut - Bakı şəhəri Xəzər rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş 01 ədəd beysbol çubuğu məhv edilsin. Məhkəmə mərhələsində göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 220 (iki yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-1645/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1645/2025
29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver