Məhkəmə qərarları › İş №1(101)-1646/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1646/2025

16.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1646/2025 16.03.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X13 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi İmanlı Aytən Məhəmməd qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 13 avqust 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin 16 dekabr 2025-ci il tarixli, 1(012)- 777/2025 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum edilmiş, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 26 mart 2025-ci il tarixdə ********* saylı cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş, 28 mart 2025-ci il tarixdə ********* saylı cinayət işi üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, 01 aprel 2025-ci il tarixdə ********* saylı cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-144/2025 saylı, 03 aprel 2025-ci il tarixli qərarına əsasən barəsində əvvəli 01 aprel 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımış və satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. İşin faktiki halları: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 1,744 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış və 26 mart 2025-ci il tarixdə saat 15:20-də Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs ünvan 3 ünvanında piyada hərəkətdə olan zaman saxlanılaraq Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilmiş, şöbənin inzibati otaqlarının birində üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan açıq boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş xeyli miqdarda təmiz çəkisi 1,744 qram açıq qəhvəyi rəngli tozşəkiili maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,409 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış və 01 aprel 2025-ci il tarixdə saat 15:00 radələrində Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşı tərəfindən özünü şübhəli aparması səbəbindən ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq gətirildiyi 12-ci polis şöbəsində üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə içərisində külli miqdarda təmiz çəkisi 2,409 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar: Cinayət işinin ibtidai istintaqı zaman təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında anası X6 ilə birlikdə yaşayır, evli olmamış, atası Fərhad Xasıyev anası ilə boşanıb və onlardan ayrı yaşayır. O əvvəllər 2021-ci ildə Nəsimi rayon məhkəməsinin hökmü ilə AR CM-nin 177.2.2-ci maddəsi ilə nəzərədə tutulan cinayətləri törətməyə görə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və amnistiyaya düşdükdən sonra qalan cəzasını çəkib qurtarmışdır. Rəsmi olaraq heç bir yerdə işləmir. O fasilə ilə bir ildən artıqdır ki, narkotik vasitə heroindən və metamfetamindən çəkməklə istifadə edir. Sonuncu dəfə isə 26 mart 2025-ci İl tarixdə üzərində qanunsuz olaraq heroini öz istifadəsi üçün əldə edib daşıdığına görə Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən tutulmuş və barəsində Sabunçu RPİ-nin İŞ-də aparılan AR-nın CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə isə barəsində həbs qətimkan tədbiri prokrorluq tərəfindən imtina edilmiş və o tutulmaqdan azad edilmişdir. 26 mart 2025-ci il tarixdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün 01 ədəd bükümdə narkotik vasitə olan heroini almış, üzərində saxlamışdır ki, ehtiyacı olanda istifadə etsin. Həmin tarixdə saat 15 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsində piyada gedən zaman bir nəfər polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim edib xidməti vəsiqəsini göstərərək şəxsiyyətini təsdiq edən sənəd istəmişdir. Üzərində narkotik vasitə olduğundan qorxaraq oradan uzaqlaşmaq istəmişdir, ancaq həmin polis əməkdaşı onu saxlayaraq 12-ci polis şöbəsinə aparmışdır. Polis şöbəsində inzibati otaqların birində ona dövlət hesabına vəkil təqdim edilmiş, hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videogörüntü ilə şəxsi axtarış keçirilmişdir. Üzərində narkotik vasitə olduğundan istəmirmiş ki, vəkil bunu öz gözü ilə görsün ki, gələcəkdə onu yaxşı müdafiə edə bilsin. Ona görə də şəxsi axtarış aparılmadan əvvəl vəkilin iştirakı olmadan aparılması barədə təhqiqatçıya müraciət etmişdir, o onun ərizəsini çap etmiş və o da imzalamışdır. Şəxsi axtarış və götürmədən öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bu səbəbdən, o əynində olan açıq boz rəngli cins şalvarının sağ yan cibindən ona məxsus içərisində narkotik vasitə heroin olan 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxardaraq təqdim etmişdir. Üzərindən aşkar edilən narkotik vasitə heroin qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Bundan başqa, xx.xx.2025-ci il tarixdə Balaxanı qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 30 manata bir büküm psixotrop maddə “patı” adlanan maddəni öz istifadəsi üçün alıb bir hissəsini falqada çəkdikdən sonra qalanını cibinə qoyub saxlamışdır. xx.xx.2025-ci il tarixdə saat 15.00 radələrində o yaşadığı məhəllədə, yəni, ünvan 5 fərdi evin yaxınlığında piyada hərəkət edən zaman bir nəfər mülki geyimli şəxsi görmüş və həmin şəxs ona yaxınlaşaraq özünü polis əməkdaşı kimi təqdim etmiş və xidməti vəsiqəsini göstərərək ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişdir. Həmin vaxt üzərində heç bir sənəd olmadığından və üzərində saxladığı narkotikin aşkar edilməklə ifşa olunacağından qorxaraq yayınmağa çalışmış, lakin, polis əməkdaşı ondan şübhələnmiş və onu saxlayıb müşayiət altında Sabunçu RPİ-nin 12-ci PŞ-də dəvət etmişdir. Sabunçu RPİnin 12-ci PŞ-də inzibati otaqların birində ona dövlət hesabına Bakı şəhər 7 saylı vəkil bürosunun vəkili X11 müdafiəçi qismində dəvət edilmiş və müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra təhqiqatçı tərəfindən onu saxlayan polis əməkdaşının, vəkilinin iştirakı ilə üzərinə videogörüntü ilə şəxsi axtarış keçirilmişdir. İştirakçılar və o, özünü təqdim etmişlər. Şəxsi axtarış aparılmamışdan öncə təhqiqatçı tərəfindən ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Həmin təklifdən sonra əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə “patı” adlanan psixotrop maddə metamfetamini çıxarıb masanın üzərinə qoyub təqdim etmişdir. Üzərindən aşkar edilən psixotrop maddə təhqiqatçı tərəfindən qablaşdırılmış və ekspertizaya göndəriləcəyi elan edildikdə o etiraz etməmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. O, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. O saxlanılarkən üzərində özünə məxsus olan “Samsung J5 Prime” markalı mobil telefonu olmuş və həmin telefonda daim öz istifadəsində olan 070- ***-**-** abonent nömrəsi olmuşdur. Həmin telefonu o, xx.xx.2025ci il tarixdə saxlanılaraq 12-ci PŞ-nə gətirilərkən əlində saxlamışdır və PŞ-nə daxil olduqda növbətçi hissəyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu RPİ-nin 12-ci PŞ-in sahə inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, X7 əvvəllər tanımamış, onunla arasında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Hadisə günü xidməti ərazidə olarkən Bakı şəhəri, Sabunçu rayonu, Aydınbəyov küçəsi ünvanının yaxınlığından keçərkən bir nəfər naməlum şəxsin özünü şübhəli aparmasını müşahidə etmişdir. Həmin şəxs onu görən kimi nədənsə narahat olmuş, yayınmağa və ərazini tərk etməyə cəhd göstərmişdir. Vizual müşahidə zamanı onun narkotik vasitə istifadəçisi olmasına dair şübhələri yarandığından, üzərində qanunla qadağan edilmiş hər hansı maddənin ola biləcəyini ehtimal edərək ona yaxınlaşmış, özünü təqdim etmiş və Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə dəvət etmişdir. Polis Şöbəsində şəxsiyyətinin müəyyən edilməsi zamanı onun xx.xx.1994-cü il təvəllüdlü, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə məhkum olunmuş X12 olduğu məlum olmuşdur. Bu barədə raportla polis şöbəsinin rəisinə məruzə etmiş və rəisin tapşırığı ilə araşdırmanın aparılması 12-ci Polis Şöbəsinin təhqiqatçısına həvalə olunmuşdur. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, hadisə günü tək olduğunu, əməliyyat məlumatının daxil olmadığını, təqsirləndirilən şəxsin özünü şübhəli apardığını, fiziki görünüşündə üzündə yaralar olduğunu, rəhbərliyə məruzə etməsi səbəbilə təqsirləndirilən şəxsin üzərinə yerində baxış keçirtmədiyini, təqsirləndirilən şəxsin üzərindən səhv etmirsə ilk dəfə heroin aşkar edildiyini, təqsirləndirilən şəxsin narkotik vasitəni tanımadığı şəxsdən aldığını qeyd etdiyini, təqsirləndirilən şəxsə qarşı hər hansı fiziki, psixoloji şiddət olmadığını, Oksana adlı xanımın adını eşitdiyini lakin tanımadığını, Kamildən ikinci dəfə saxlanılan zaman metamfetamin aşkar edildiyini, hər iki saxlanılma zamanı iştirak etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu RPİ-nin 12-ci PŞ-in təhqiqatçısı Şahid2 ifadəsində göstərmişdir ki, hadisə günü Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı Şahid1 raportla Polis Şöbəsinin rəisinə məruzə edərək ərazidə baş vermiş oğurluq hadisələri və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar şübhəli şəxs qismində Polis Şöbəsinə gətirilmiş şəxslə bağlı məlumat verdi. Aparılmış araşdırma nəticəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edildi və barəsində araşdırmanın aparılması sahə inspektoru Şahid1 tapşırıldı. Daha sonra Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin xidməti iş otağında videoçəkiliş aparılmaqla, sahə inspektoru Şahid1, dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə, müvafiq qərara əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutuldu və onun üzərində şəxsi axtarış aparılmasına başlanıldı. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərar elan edildi, hüquq və vəzifələri izah olundu və paltarında, əşyalarında və ya bədənində ola biləcək narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və ya iş üzrə sübut əhəmiyyətinə malik digər əşyaları və sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs cibində olan metamfetamini könüllü olaraq təqdim etdi. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, təqsirləndirilən şəxsin üzərindən büküm sayını xatırlamadığı narkotik vasitə metamfetaminin aşkar edildiyini, təqsirləndirilən şəxs saxlanılan gün Emil adlı şəxs tərəfindən heç bir məlumat, şikayətin daxil olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 01 aprel 2025-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan müəyyən edilmişdir ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Şahid2, 12-ci PŞ-nin sahə inspektoru polsi baş leytenantı Şahid1, müdafiəçi 7 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya, maddə və ya predmet varsa təqdim etməsini təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində ağ rəngdə kristal formalı maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddəinin “patı" adlanan psixotrop maddə olduğunu, həmin maddəni təxminən 1 gün bundan əvvəl Balaxanı qəsəbəsindən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 30 manata alaraq istifadə üçün üzərində saxladığını bildirmişdir. Bir ilə yaxındır ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyini qeyd etmişdir. Aşkar edilmiş 01 şəffaf ədəd selleofanda olan ağ rəngli metamfetaminə bənzər maddə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin "Zərflər üçün" 159 saylı möhürü ilə möhürlənmiş, Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxıl olmuş 02 aprel 2025-ci il tarixli məhkəmə fizikikimyəvi ekspertizasının 6/1220 nömrəli rəyinə əsasən, tədqiqata təqdim edilmiş, üzərində "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürüklmüş...” yazıları olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,409 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən, həmçinin 26 mart 2025-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan müəyyən edilmişdir ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Anar Ağayevin, 12-ci PŞ-nin sahə inspektoru polsi baş leytenantı Şahid1, müdafiəçi 7 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya, maddə və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki açıq boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümündə qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər madə aşkar edilərək götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bir ildən artıqdıq ki, narkotik maddələrdən istifadə etdiyini, həmin maddənin narkotik vasitə olan “kakos” adlanan maddə olmasını, bir gün əvvəl Sabunçu rayonu, Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış davam etdirildikdə Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz maddə və predmet aşkar edilməmişdir. Aşkar edilmiş 01 ədəd sellofanda olan qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə təhqiqatçı tərəfindən üzəri DİN-in Zərflər üçün 159 nömrəli möhürü ilə möhürlənməklə qablaşdırılmış, iştirakçılar tərəfindən protokol imzalarla təsdiq edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxıl olmuş 27 mart 2025-ci il tarixli materialların məhkəmə ekspertizasının 6/1191 nömrəli rəyinə əsasən, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N°159” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,744 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan “mobil telefona baxış keçirilməsi haqqında” 10 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefona baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin mobil telefon “Samsung J5 Prime” markalı smart funksiyalı mobil telefondur, telefon qara rənglidir, mobil telefon iki simkartlıdır, üzərində "xxxx" mobil şəbəkəsinə məxsus ***-***-**-** abonent nömrəsi olması, üzərində əlavə yaddaş kartının olmaması müəyyən edilmişdir. Mobil telefonun kilidi açılaraq daxilindəki qovluqlara keçirilmiş baxış zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair audio və video materiallar, foto, mesaj mətinləri, səsli mesajlar və sair cinayət işi üzrə maraq kəsb edən hər hansı sübut, dəlil aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilərək iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Sabunçu Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi 69 saylı Mənzil-Kommunal İstismarı Sahəsindən verilmiş 14 aprel 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Sabunçu qəsəbəsi, H.M.Araslı (Aydınbəyov) keçəsi, ev 10, mənzil 4-də qeydiyyatdadır və yaşayır. Qeydiyyatda olduğu və yaşadığı müddətdə onun barəsində qonşular tərəfindən 69 saylı MKİS-nə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın istintaq aidiyyati üzrə göndərilməsi haqqında” 13 may 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində toplanmış 427-C-25 nömrəli material üzrə cinayət işinin başlanılması hissəvi rədd olunmuş, Təqsirləndirilən şəxs dərəcəsi təyin edilməyən bədən xəsarətlərini hansı şəraitdə və hadisə nəticəsində almasının müəyyən edilməsi üçün daxili işlər orqanları tərəfindən araşdırma aparılmasının təmin edilməsi məqsədilə materialdan ayrılmış material aidiyyəti üzrə Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir. Cinayət işinin materiallarında olan “telefon məlumatları olan diskə baxış keçirilməsi haqqında” 08 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** abonent nömrəsinin 02 oktyabr 2024-cü il tarixindən 02 aprel 2025-ci il tarixinədək olan anten məlumatları, daxil olan və çıxan zəngləri, mesaj mətinləri, həmin nömrələrin sahiblərinə dair məlumatlar “AZERFON" MMC-dən götürülmüş 01 ədəd CD diskdəki məlumatlara baxış zamanı həmin məlumatlarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair mesaj mətinləri müəyyən edilməmişdir. Həmin diskdə olan “Müshteri Zənglərinin detallaşdırılması" faylına baxış zamanı müəyyən edildi ki, +**********01 abonent nömrəsinin xx.xx.2025-ci il tarixdə saat 14:41 radələrində anten dairəsi saxlanıldığı yerə uyğun olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, M.F.Axunzadə 85 (40.444xx/xx.96708) ünvanıdır. Belə ki, həmin küçə ünvan 8ə, Bakı şəhəri, Sabunçu rayonu, Deputat küçəsi ilə kəsişmədə yerləşir, Deputat küçəsi isə Aydınbəyov küçəsinin davamıdır. Bu barədə protokol tərtib edilməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025ci il tarixli, 4184 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixindən Bakı şəhəri Narkoloji Mərkəzində F19.2 diqanozu ilə disponser qeydiyyatındadır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 il 10 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 15 fevral 2022-ci il tarixdə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 5-ci hissəsinə əsasən cəzası 01 il azaldılmış və 02 avqust 2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Həmçinin Abşeron Rayon Məhkəməsinin 16 dekabr 2025-ci il tarixli, 1(012)-777/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum edilmişdir. Təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün irəli sürdüyü sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.1-1-ci maddələri ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə baş verən gün Sabunçu rayonu ərazisində olmuşdur. Həmin gün münasibətdə olduğu xanım telefon vasitəsilə ona zəng edərək evə gəlməyini, işi olduğunu bildirmişdir. Yolda olarkən o, bir daha zəng etmişdir. Evə yaxınlaşdığı zaman qarşısından və arxadan iki polis əməkdaşı ona yaxınlaşaraq saxlamışlar. Həmin vaxt sözügedən xanım da onların avtomobilində olmuşdur. Onu polis bölməsinə aparmışlar və bölmədə olarkən ona fiziki zor tətbiq olunmuş, döyülmüşdür. Saxlanılma səbəbini soruşsa da, ona heç bir izahat verilməmişdir. Ondan narkotik vasitəni boynuna almağı tələb edilmiş və bu məqsədlə ona ciddi təzyiq göstərilmişdir. Müstəntiqə verdiyi izahat zamanı ona fiziki təsir göstərildiyini bildirmişdir. Bölmədə ona tətbiq edilən fiziki və psixoloji təzyiqlərin nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bağlı sənədə imza atmağa məcbur olmuşdur. Hadisədən iki-üç gün sonra münasibətdə olduğu xanımın tanışı Emil adlı şəxs də orada olmuş və birlikdə spirtli içki qəbul etmişlər. Aralarında mübahisə yaranmış və o, Emili evdən çıxartmışdır. Səhər saatlarında polis əməkdaşları qapıya gələrək ona Emil adlı şəxsin barəsində şikayət etdiyini bildirmişlər. O, yenidən polis bölməsinə aparılmışdır. Bölmədə olarkən ona fiziki təzyiq göstərilmiş və əvvəlcə 50 qram metamfetamini boynuna almağı təklif olunmuşdur. O, astma xəstəsidir, səhhəti pisləşmişdir. Rəşad ona astma üçün dərman almışdır. Hətta həyatm üçün təhlükə olsa belə, bu təklifi qəbul etməyəcəyimi bildirmişdir. Bundan sonra onu bölmə rəisinin otağına aparmışlar və bu dəfə 2 qram metamfetamini boynuna almağı tələb olunmuşdur. Ona göstərilən fiziki və psixoloji təzyiqlərin nəticəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bağlı sənədə imza atmağa məcbur olmuş və nəticədə iş bu mərhələyə qədər gəlib çatmışdır. Nə birinci, nə də ikinci saxlanılması zamanı üzərində ona aid hər hansı narkotik maddə aşkar edilməmişdir və narkotik maddə ona məxsus olmamışdır. İfadəni könüllü şəkildə deyil, göstərilən fiziki və psixoloji təzyiqlər nəticəsində imzalamışdır. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, kakos və patı adlanan narkotik vasitədən istifadə etdiyini, saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmadığını, bir ay ərzində 10-15 dəfə polis bölməsinə aparıldığını, Lilyanın Oksananın bacısı olduğunu, Emilin də onun tanışı olduğunu, Oksananın narkotik vasitədən istifadə etdiyinin şahidi olmadığını, o, gələn zaman Oksananın artıq maşının içərisində olduğunu, polis əməkdaşlarının iki nəfər olduqlarını, Oksanın bacısı Lilyanın da polis bölməsində olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında X9 və X3 əlavə şahid qismində dindirilmələri barədə vəsatət təmin edilsə də sonuncuların iştiraklarını təmin etmək mümkün olmamışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 3 - Yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Maddə 8.1 - Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.2 - Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 58.3 - Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Maddə 56.1.2 - Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Maddə 66.5- Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Maddə 69.3 - Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Maddə 93.1.2. cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Maddə 99-1.2. məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 44.1 - Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124 - İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 145 - Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 125.8 - Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 158.2 - Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6 - Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 132 - Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Maddə 198.1 - Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən psixotrop maddə metamfetaminin çəkisi 0,15 qramdan artıq xeyli miqdar, 2 qramdan artıq külli miqdar 400 qramdan artıq olduqda xüsusilə külli miqdar, narkotik vasitə heroinin çəkisi 0,15 qramdan artıq xeyli miqdar, 2 qramdan artıq külli miqdar, 800 qramdan artıq olduqda xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, narkotik vasitələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.8 - Narkotik vasitələrin və narkotik vasitələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və narkotik vasitələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və narkotik vasitələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9 - Narkotik vasitələrin, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, narkotik vasitələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10 - Narkotik vasitələrin və narkotik vasitələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı Qərarın 25-ci bəndi (2-ci abzas) - Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi - Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Konvensiyası və Avropa Məhkəməsinin president hüququ: "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmənin hüquqi dəyərləndirməsi: Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən inkar edilsə də şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş narkotik vasitə metamfetamin və heroin qadağan olunmuş əşyalardır və narkotik vasitə metamfetaminin miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. Məhkəmə istintaqında sübutlar tədqiq olunan zaman 01 aprel 2025-ci il tarixli və 26 mart 2025-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokollar cinayət işinin materiallarına əlavə edilmiş DVD disklər ilə uyğunluq təşkil edir. Məhkəmə hesab edir ki, üzərində hər hansı qanunla qadağan olunmuş əşya və ya predmetin olmaması, polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması, döyülməsi, bunun nəticəsi olaraq polis əməkdaşlarının təqdim etdiyi narkotik vasitənin özünə məxsus olması barədə etirafedici izahat verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş 02 aprel 2025-ci il tarixli və 03 aprel 2025-ci il tarixli şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman vermiş olduğu ifadələrindən görünür ki, təqsirləndirilən şəxs 31 mart 2025-ci il tarixdə Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin barəsində heç bir məlumatının olmadığı şəxsdən otuz manat müqabilində bir ədəd bükümdə “patı” adlanan maddəni almışdır. İzahatlarında həmçinin ona verilmiş suallara cavab olaraq polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı zor və ya təzyiq olmadığını bildirmişdir. Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş 26 mart 2025-ci il tarixli və 28 mart 2025-ci il tarixli şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman vermiş olduğu ifadələrindən görünür ki, təqsirləndirilən şəxs 26 mart 2025-ci il tarixdə üzdən tanıdığı, lakin barəsində heç bir məlumatının olmadığı şəxsdən 20 manat müqabilində bir ədəd bükümdə narkotik vasitə heroin almışdır. İzahatlarında həmçinin ona verilmiş suallara cavab olaraq polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı zor və ya təzyiq olmadığını bildirmişdir. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş 01 aprel 2025-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, təhqiqatçı Şahid2 şübhəli şəxs Təqsirləndirilən şəxs sifətində olan yaraları hansı şəraitdə almasını soruşduqda, sonuncu həmin yaraları bir neçə gün əvvəl moped idarə edərkən qəza törətməsi və asfalta sifətinin sürtünməsi zamanı əmələ gəldiyini bildirir, bu barədə heç kimdən şikayəti olması barədə heç nə bildirmir. Bundan başqa, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 yanvar 2026-cı il tarixli qərarı əsasında Bakcell MMC-dən daxil olmuş 27 yanvar 2026-cı il tarixli məktub və ona əlavə edilmiş bir ədəd CD diskə baxış zamanı müəyyən edilir ki, Şahid1 ittihamda Təqsirləndirilən şəxs saxlanıldığı qeyd edilən tarix və saatlarda, (yəni 26 mart 2025-ci il və 01 aprel 2025-ci il tarixlərdə, saat 15:00 radələrində) ünvan 5 ünvanında olmuşdur. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini mötəbər sübut qismində qəbul edir və sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən də görünür ki, 26 mart 2025-ci il tarixdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün 01 ədəd bükümdə narkotik vasitə olan heroini aldığını, ehtiyacı olanda istifadə etməsi üçün üzərində saxladığını, polis əməkdaşları tərəfindən saxlanılıb 12-ci PB-nə gətirildikdən sonra şəxsi axtarış və götürmə zamanı əynində olan açıq boz rəngli cins şalvarının sağ yan cibindən ona məxsus içərisində narkotik vasitə heroin olan 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxardaraq təqdim etmişdir. Həmçinin xx.xx.2025-ci il tarixdə Balaxanı qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 30 manata bir büküm psixotrop maddə “patı” adlanan maddəni öz istifadəsi üçün alıb bir hissəsini falqada çəkdikdən sonra qalanını cibinə qoyub saxladığını, polis əməkdaşları tərəfindən saxlanılıb 12-ci PB-nə gətirildikdən sonra şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə “patı” adlanan psixotrop maddə metamfetamini çıxarıb masanın üzərinə qoyub təqdim etmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.1-1-ci maddələrinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yaşayış yerindən mənfi xarakterizə olunmayan şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu və 61-ci maddələrinə əsasən cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Xasiyev X10 Rayon Məhkəməsinin 1(012)- 777/2025 saylı, 16 dekabr 2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iş üzrə cinayət əməlinin Abşeron Rayon Məhkəməsinin 1(012)-777/2025 saylı, 16 dekabr 2025-ci il tarixli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törədildiyi müəyyən olunduğundan Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-777/2025 saylı, 16 dekabr 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli Plenumunun Qərarına əsasən əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair barəsində Abşeron Rayon Məhkəməsinin 1(012)-777/2025 saylı, 16 dekabr 2025-ci il tarixli ittihamedici hökmünün çıxarıldığı cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həmçinin hazırki cinayət işi üzrə 26 mart 2025-ci il tarixdən 28 mart 2025-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün müddət, ümumilikdə 04 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə ona təyin edilmiş cəzanın əvvəli 01 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Sonuncunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Maddi sübutlarla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 1,694 qram təşkil edən narkotik vasitə - heroin və 2,309 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinin materiallarında olan 02 (iki) ədəd “DVD” disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs 194 (yüz doxsan dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş «Fides» Vəkil Bürosunun vəkili X8 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Qüvvədə olan “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 66 (altmış altı) manat məbləğində vəsait « Fides » Vəkil Bürosunun vəkili X8 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına « Fides » Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrumetmə cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-777/2025 saylı, 16 dekabr 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilən 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən birləşdirilməklə Təqsirləndirilən şəxs 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair barəsində Abşeron Rayon Məhkəməsinin 1(012)-777/2025 saylı, 16 dekabr 2025-ci il tarixli ittihamedici hökmünün çıxarıldığı cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həmçinin hazırki cinayət işi üzrə 26 mart 2025-ci il tarixdən 28 mart 2025-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün müddət, ümumilikdə 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq hazırki hökmlə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məһrum etmə cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətdə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 01 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 1,694 qram təşkil edən narkotik vasitə - heroin və 2,309 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 02 (iki) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 194 (yüz doxsan dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 06 (altı) iş saatı üçün 66 (altmış altı) manat məbləğində vəsait « Fides » Vəkil Bürosunun vəkili X8 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına « Fides » Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar