Məhkəmə qərarları › İş №1(101)-1647/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1647/2023

25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1647/2023 25.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Ağalı Amil Əlabbas oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi4, Müdafiəçi3 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxx 2000-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan, 06 iyun 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi, 13 mart 2003-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan, 06 iyun 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi, xx xxxxxx 1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “El Group” şirkətində xəzinədar işləyən, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olan və ünvan 5 ünvanında yaşayan, 07 iyun 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi, xx xxxxxxxx 1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 6 ünvanında qeydiyyatda olan və ünvan 7 ünvanında yaşayan, 08 iyun 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 32.3, 206.3.2, 206.3.1 və 206.3.2ci maddələri ilə təqsirləndirilmələrinə dair dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs4 və əmisi oğlu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 21 mart 2023-cü il tarixədək olan müddət ərzində xeyli miqdarda mobil telefonların tamah niyyəti ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətinə bəyan etməməklə qaçaqmalçılıq yolu ilə keçirilib X7 Azərbaycan Respublikasına gətirilib satışını təşkil etmək məqsədlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə X10 Dubay şəhərində Təqsirləndirilən şəxs4 göstərişi əsasında aldıqları, bir ədədinin dəyəri 1350 manat olmaqla 30 ədəd “İphone 13 128GB” markalı, bir ədədinin dəyəri 1500 manat olmaqla 60 ədəd “İphone 14 128GB” markalı və bir ədədinin dəyəri 2400 manat olmaqla 3 ədəd “İphone 14 Promax 128GB” markalı mobil telefonlardan ibarət ümumilikdə xeyli miqdarda, 137700 manat dəyərində 93 ədəd mobil telefonu 1 ədəd çamadanda yerləşdirib əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq X7 Azərbaycan Respublikasına gətirərək Təqsirləndirilən şəxs4 təhvil vermələri üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə G9 305 saylı Şarjah-Bakı aviareysi ilə X7 Azərbaycan Respublikasına gələrkən həmin gün saat 10 radələrində Dövlət Gömrük Komitəsinin Bakı şəhəri, Xəzər rayonunun inzibati ərazisində yerləşən X20 Aeroportunda fəaliyyət göstərən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” gömrük postunda bilavasitə müşahidə və nəzarəti altında cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətinə bəyan etməməklə qaçaqmalçılıq yolu ilə qəsdən keçirməsinə nail olmuş və xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində “Terminal-1” gömrük postunda keçirilmiş gömrük yoxlaması nəticəsində Təqsirləndirilən şəxs2 müşayiət etdiyi əl yükündən 30 ədəd “İphone 13 128GB” markalı, 60 ədəd “İphone 14 128GB” markalı və 3 ədəd “İphone 14 Promax 128GB” markalı mobil telefonlar aşkar edilib götürülmüşdür. Bundan başqa, məhkəmə baxışı müəyyən edildi ki, Təqsirləndirilən şəxs4 təkrarən külli miqdarda qızıl-zinət əşyalarının tamah niyyəti ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətinə bəyan etməməklə qaçaqmalçılıq yolu ilə keçirilib Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirilib satışını təşkil etmək barədə 21 mart 2023-cü il tarixədək olan müddət ərzində tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək eyni məqsədlə Türkiyə Respublikasının İstanbul şəhərində əldə etdikləri 4878 manat dəyərində, 583/585 əyarlı 60,97 qram qızıldan hazırlanmış 27 ədəd boyunbağı, 3474 manat dəyərində, 583/585 əyarlı 43,43 qram qızıldan hazırlanmış 5 ədəd qolbaq, 11048 manat dəyərində, 750 əyarlı 110,48 qram qızıldan hazırlanmış 11 ədəd qolbaq, 2462 manat dəyərində, 583/585 əyarlı 30,77 qram qızıldan hazırlanmış 6 dəst boyunbağı-qolbaq, 8170 manat dəyərində, 750 əyarlı 81,70 qram qızıldan hazırlanmış 5 dəst sırğa cütü-üzük-qolbaq-boyunbağı, 12962 manat dəyərində, 583/585 əyarlı 162,03 qram qızıldan hazırlanmış 12 dəst sırğa, üzük, kulon, 2794manat dəyərində, 583/585 əyarlı 34,93 qram qızıldan hazırlanmış 4 dəst sırğa cütü, üzük, kulon, 4138 manat dəyərində, 583/585 əyarlı 51,73 qram qızıldan hazırlanmış 21 cüt sırğa, 2874 manat dəyərində, 583/585 əyarlı 35,92 qram qızıldan hazırlanmış 3 dəst sırğa cütü- üzük-kulon, 3591 manat dəyərində, 750 əyarlı 42,25 qram qızıldan hazırlanmış qaş yerləri boş olan 7 ədəd boyunbağı, 1353 manat dəyərində, 583/585 əyarlı 16,91 qram qızıldan hazırlanmış 7 cüt sırğa, 5402 manat dəyərində, 750 əyarlı 63,55 qram qızıldan hazırlanmış qaş yerləri boş olan yarımfabrikat 9 cüt sırğa, 4059 manat dəyərində, 583/585 əyarlı 50,74 qram qızıldan hazırlanmış 16 ədəd üzük, 2991 manat dəyərində, 750 əyarlı 29,91 qram qızıldan hazırlanmış qaş yerləri boş olan yarımfabrikat 6 ədəd üzük, 12648 manat dəyərində, 583/585 əyarlı 158,10 qram qızıldan hazırlanmış 91 ədəd üzük, 19900 manat dəyərində, 583/585 əyarlı 248,75 qram qızıldan hazırlanmış 13 dəst sırğaüzük-kulon, 4786 manat dəyərində, 583/585 əyarlı 59,83 qram qızıldan hazırlanmış 5 ədəd qolbaq, 3355 manat dəyərində, 750 əyarlı 39,47 qram qızıldan hazırlanmış qaş yerləri boş olan yarımfabrikat 3 ədəd qolbaq, 3544 manat dəyərində, 583/585 əyarlı 44,30 qram qızıldan hazırlanmış 2 dəst boyunbağı-qolbaq, 5610 manat dəyərində, 583/585 əyarlı 70,13 qram qızıldan hazırlanmış 3 dəst sırğa cütü, üzük, klonlu boyunbağı, 4714 manat dəyərində, 583/585 əyarlı 58,92 qram qızıldan hazırlanmış 8 dəst sırğa cütü-üzük, 3572 manat dəyərində, 583/585 əyarlı 44,65 qram qızıldan hazırlanmış 2 cüt sırğa 2 ədəd üzük, 3 ədəd qolbaq, 1906 manat dəyərində, 583/585 əyarlı 23,83 qram qızıldan hazırlanmış 1 dəst sırğa cütü-üzük-klonlu boyunbağı-qolbaq, 20152 manat dəyərində, 583/585 əyarlı 251,90 qram qızıldan hazırlanmış 108 ədəd üzük, 11847 manat dəyərində, 583/585 əyarlı 148,09 qram qızıldan hazırlanmış 70 cüt sırğa, 34491 manat dəyərində, 583/585 əyarlı 431,14 qram qızıldan hazırlanmış 74 ədəd qolbaq, 5294 manat dəyərində, 583/585 əyarlı 66,18 qram qızıldan hazırlanmış 8 ədəd boyunbağı, 17100 manat dəyərində, 583/585 əyarlı 213,75 qram qızıldan hazırlanmış 94 cüt sırğa, 1570 manat dəyərində, 583/585 əyarlı 19,62 qram qızıldan hazırlanmış 12 ədəd kulon, 7316 manat dəyərində, 583/585 əyarlı 91,45 qram qızıldan hazırlanmış 10 dəst boyunbağı-qolbaq, 2054 manat dəyərində, 583/585 əyarlı 25,67 qram qızıldan hazırlanmış 3 ədəd qolbaq, 4246 manat dəyərində, 583/585 əyarlı 53,08 qram qızıldan hazırlanmış 7 ədəd boyunbağı, 2297 manat dəyərində, 583/585 əyarlı 28,71 qram qızıldan hazırlanmış 8 ədəd qolbaq, 9386 manat dəyərində, 583/585 əyarlı 117,33 qram qızıldan hazırlanmış 9 dəst boyunbağı-qolbaq, 1800 manat dəyərində, 583/585 əyarlı 27,45 qram qızıldan hazırlanmış, ümumi çəkisi 76,36 qram olan 9 ədəd qolbaq, 7065 manat dəyərində, 583/585 əyarlı 88,31 qram qızıldan hazırlanmış 33 ədəd boyunbağı, 12821 manat dəyərində, 583/585 əyarlı 160,26 qram qızıldan hazırlanmış 56 ədəd boyunbağı, 1933 manat dəyərində, 583/585 əyarlı 24,16 qram qızıldan hazırlanmış 1 ədəd boyunbağı və 2 dəst sırğa cütü-boyunbağı, 26028 manat dəyərində, 583/585 əyarlı 325,35 qram qızıldan hazırlanmış 29 ədəd qolbaq, 3927 manat dəyərində, 583/585 əyarlı 49,09 qram qızıldan hazırlanmış 35 ədəd kulon, 2699 manat dəyərində, 583/585 əyarlı 33,74 qram qızıldan hazırlanmış 50 ədəd kulon, 5652 manat dəyərində, 583/585 əyarlı 70,65 qram qızıldan hazırlanmış 25 ədəd qolbaq, 2062 manat dəyərində, 583/585 əyarlı 25,78 qram qızıldan hazırlanmış 3 dəst boyunbağı-qolbaq, 6767 manat dəyərində, 583/585 əyarlı 84,59 qram qızıldan hazırlanmış 6 ədəd boyunbağı, 1360 manat dəyərində, 583/585 əyarlı 17,09 qram qızıldan hazırlanmış ümumi çəkisi 56,87 qram olan 16 ədəd ipli qolbaq, 3240 manat dəyərində, 583/585 əyarlı 40,50 qram qızıldan hazırlanmış 1dəst sırğa cütü- boyunbağıqolbaq, 1122 manat dəyərində, 583/585 əyarlı 14,02 qram qızıldan hazırlanmış 7 cüt sırğa, 1356 manat dəyərində, 583/585 əyarlı 16,95 qram qızıldan hazırlanmış 11 ədəd boyunbağı, 2112 manat dəyərində, 583/585 əyarlı 26,40 qram qızıldan hazırlanmış 4 dəst sırğa cütü-üzük, 507 manat dəyərində, 583/585 əyarlı 6,34 qram qızıldan hazırlanmış 3 ədəd üzük, 1582 manat dəyərində, 583/585 əyarlı 19,77 qram qızıldan hazırlanmış 2 dəst sırğa cütü-üzük-kulon, 2436 manat dəyərində, 583/585 əyarlı 30,45 qram qızıldan hazırlanmış 1 dəst sırğa cütü-üzük-qolbaq, 1795 manat dəyərində, 583/585 əyarlı 22,43 qram qızıldan hazırlanmış 8 ədəd qolbaq, 1157 manat dəyərində, 583/585 əyarlı 14,46 qram qızıldan hazırlanmış 13 ədəd boyunbağı, 1 ədəd qolbaq və 9710 manat dəyərində, 583/585 əyarlı 121,38 qram qızıldan hazırlanmış 60 ədəd boyunbağıdan ibarət ümumilikdə külli miqdarda, 343115 manat dəyərində 4318,08 qram müxtəlif əyarlı qızılzinət əşyalarını 1 ədəd çamadanda yerləşdirib əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq xx.xx.2023-cü il tarixdə, saat 13 radələrində TK 336 saylı İstanbul- Bakı aviareysi ilə Təqsirləndirilən şəxs3la birlikdə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gəlib Dövlət Gömrük Komitəsinin Bakı şəhəri, Xəzər rayonunun inzibati ərazisində yerləşən X20 Aeroportunda fəaliyyət göstərən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” gömrük postunda bilavasitə onun müşahidə və nəzarəti altında cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs3 vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətinə bəyan etməməklə, təkrar qaçaqmalçılıq yolu ilə qəsdən keçirilməsinə nail olmuş və həmin gün saat 15 radələrində “Terminal-1” gömrük postunda Təqsirləndirilən şəxs3 əl yükünə keçirilmiş gömrük yoxlaması nəticəsində qeyd olunan qızıl-zinət əşyaları aşkar edilib götürülmüşdür. Qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs4 isə Azərbaycan Respublikası CM-nin 32.3, 206.3.2, 206.3.1 və 206.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs4 münasibətdə isə Azərbaycan Respublikası CM-nin 32.3, 206.3.2, 206.3.1 və 206.3.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla hər bir təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə təqsirlilikləri tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs4 ona qarşı Azərbaycan Respublikası CM-nin 32.3, 206.3.2, 206.3.1 və 206.3.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəlcə mobil telefonların alqı-satqısı ilə məşğul olmuş, 6-7 ay əvvələ qədər Bakı şəhərində «28 may» metrostansiyasının yaxınlığında şərik qaydada işlətdiyi telefon mağazası olmuşdur. O, sonra həmin mağazadan çıxmış, BƏƏ-dən gətizdirdiyi telefonları ayrı-ayrı mağazalara tək-tək satmaqla məşğul olmuşdur. 2023-cü ilin fevral ayında Nazirlər Kabinetinin yeni bir qərarı qüvvəyə minmiş, həmin qərara əsasən ölkəyə gətiriləcək mobil cihazlar qeydiyyatdan keçirilməsi üçün mütləq şəkildə bəyan edilməli olmuşdur. Xaricdən tək-tək gətizdirdiyi telefonları da artıq bəyan etmək məcburiyyəti yarandığı üçün başqa bir bizneslə də məşğul olmağı fikirləşmişdir. Maraqlandıqda qızıl alqı-satqısında yaxşı qazanc qaldığını, İstanbuldan qızıl gətirib satmağın mümkün olduğunu öyrənmiş və İstanbuldan qızıl gətirib satışını təşkil etmək qərarına gəlmişdir. Amma Dubaydan son bir dəfə mobil telefon gətizdirmək qərarına gəlmişdir. Belə ki, yeni qərarın məzmununa görə 2023-cü ilin mart ayının sonunadək xarici ölkədən gətirilmiş, amma bəyan edilməmiş mobil cihazlar tək-tək şəxslər tətfindən gömrük orqanına bəyan edilməyə icazə vermişdir. Axırıncı partiya telefonları gətirib sonradan tək-tək gömrüyə bəyan etməklə qeydiyyata aldıra biləcəyini fikirləşmişdir. Çünki hər bir telefon ayrılıqda bəyan edildikdə hər telefonun ümumi dəyərindən 800 ABŞ dolları çıxılmaqla yerdə qalan məbləğ rüsuma cəlb edildiyi üçün, məqsədi də gömrük ödənişinin xeyli hissəsini ödəməkdən yayınma olmuşdur. Bu məqsədlə də İstanbula gedib qızıl almağı, qardaşı Məhəmmədi və əmisi oğlu Yusifi isə Dubaya telefon gətirmək üçün göndərməyi qərara almışdır. Amma qardaşı Məhəmmədə və əmisi oğlu Yusifə İstanbula nə məqsədlə gedəcəyini deməmişdir. Bu məqsdlə Məhəmməd və Yusiflə görüşüb “sizə gediş-dönüş biletlərini alacam, siz Dubaya gedərsiz, telefonları kimdən götürəcəyinizi deyəcəm, qayıdanda da şübhə çəkməsin deyə telefon olan çamadana baqaj birkası vurub əl yükünüz kimi yaşıl kanaldan çıxararsız” demişdir. 18 mart 2023-cü il tarixədək olan müddət ərzində, dəqiq yadında qalmamış bir vaxtda tanışı Samirə öz isitifadəsində olan ***-***-**-** saylı mobil nömrədən «WhatsApp» proqramı vasitəsilə Samirin istifadə etdiyi ***-***-**-** saylı nömrəyə zəng vurub Dubaydan ona telefonlar təşkil edib-etməyəcəyini soruşmuşdur. Samir uzun müddət telefon işi ilə məşğul olmuş, onun Dubayda çoxlu tanışları olmuşdur. Əvvəllər də bir neçə dəfə Samirin xahişi əsasında Dubaydan nisyə qaydada telefon alıb gətizdirmiş, telefonların pulunu da satdıqdan sonra ödəmişdir. Bu səbəbdən də aralarında etibar yaranmış, yəni aldığı telefonların pulunu heç bir problem olmadan ödəyəcəyini Samir bilmiş və bu səbəbdən də Dubaydakı telefonu verən şəxsə onlar üçün zamin kimi durmuşdur. Amma Samir bu işlə əlaqədar hər hansı mənfəət əldə etməmiş, sadəcə telefon almaları üçün Dubaydakı şəxslərdən xahiş etmişdir. Samirlə telefonda danışarkən sonuncu ondan nə qədər telefon istədiyini soruşmuş, o isə Samirə Dubayda olanda dəqiq sayı deyəcəyini bildirmişdir. Daha sonra isə tanışı Təqsirləndirilən şəxs3la danışıb birlikdə İstanbula gedib oradan qızıl gətirməyə köməklik etməyi xahiş etmiş, Tural da onun təklifi ilə razılaşmışdır. Həm özü, həm də Turalın adına olan biletləri onlayn qaydada sifaiş edib 18 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs3la birlikdə İstanbul şəhərinə getmişdir. İstanbula getməzdən əvvəl Rusiya Federasiyasında yaşayan atası X5 vasitəsilə İstanbulda yaşayan Davud adlı dostunun adına 140.000 ABŞ dolları pul göndərilmişdir. Amma o, atasına qızıl alacağını və onu hansı üsulla Azərbaycana aparacağı barədə heç nə deməmiş, sadəsə alver etdiyini bildirmişdir. Gedərkən 10.000 ABŞ doları onun özündə, 10.000 ABŞ dolları da Turalda olmuşdur. 19 mart tarixdə İstanbulda olarkən Samirlə təkrar əlaqə saxyaıb ona İstanbulda olduğunu, qardaşı Məhəmmədi Dubaya göndərəcəyini demiş, ona 30 ədəd İphone 13 və 3 ədəd də 14 Promax «purple» rəngdə telefonlar lazım olduğunu demişdir. Belə ki, daha əvvəl gəlmiş 3 ədəd 14 Promax markalı telefon səhvən qara rəngdə olmuşdur ki, o, həmin telefonları dəyişdirmək istəmişdir. Samir də problem olmadığını, onsuz da həmişə aldığın telefonların pulunu tam şəkildə ödədiyini demiş, Dubayda BBC dükanından götürə biləcəklərini demişdir. Təqsirləndirilən şəxs4 ifadəsinin davamında göstərdi ki, bundan sonra qardaşı Məhəmmədlə əlaqə saxlayıb Samirlə aralarında olan söhbət barədə ona ətraflı məlumat vermişdir. Bundan sonra qardaşı Məhəmməd və əmisi oğlu Yusif üçün onlayn qaydada gediş-dönüş biletləri sifariş etmiş, çox diqqət çəkməsin deyə dönüş biletini Şarjah-Bakı olaraq sifariş etmişdir. Məhəmmədə Dubayda olanda dostu Səidlə əlaqə saxlayıb onda olan 90000 ABŞ dolları məbləğindəki 330.300 dirhəm pulu götürüb dükanlara olan əvvəlki borclarını ödəməyi də tapşırmışdır. Təlimatı əsasında Məhəmməd gedib 33 ədəd telefonu Samirin tanışı olan Ziyarət adlı əfqanın dükanından götürmüş və onlara olan əvvəlki borcları da vermiş və 60 ədəd telefonu götürmüşdür. Həmin ərəfədə isə İstanbulda sərgidən 4247 qram qızıl-zinət əşyaları alıb 157.000 ABŞ dolları nağd pul ödəmişdir. Təqsirləndirilən şəxs4 ifadəsinin davamında daha sonra göstərdi ki, qardaşı Məhəmmədlə əmisi oğlu Yusif BƏƏ-dən gəlib təxminən 10 radələrində Bakıya çatmış və mobil telefonlara görə saxlanılmışlar. Lakin həmin vaxt o, İstanbul-Bakı reys təyyarəsində olduğu üçün onların saxlanılmasından xəbəri olmamışdır. İstanbulda olduqları vaxt o, Turalla birlikdə sərgidən rəsmi qaydada 4 kq-dan artıq qızıl zinət əşyaları almış, Türkiyə qanunlarına uyğun olaraq rəsmiləşdirilib təhvil almışdır. Həmin qızıllar 1 ədəd çamadanda olmuş, gömrük nəzarətindən keçirməsi üçün o, çamadanı aeroportda Turala vermişdir. 21 mart 2023-cü il tarixdə, saat 13 radələrində Turalla birlikdə Bakıya çatmış, çatdıqdan sonra həm Məhəmmədə və həm də Yusifə zəng vurmuş, heç birinə zəng çatmadıqda onların gömrükdə saxlanıldığını fikirləşmişdir. Ona görə də adi qaydada gətirdiyi qızılları gömrükdən bəyan etmədən çıxarmaq istəmişdir ki, telefonlarla sonra maraqlansın. Göstərişi ilə içərisində qızıllar olan çamadanı Tural götürüb yaşıl kanal vasitəsilə gömrükdən keçmiş, özü isə Turalın arxasınca getmişdir. Gömrük nəzarətini tərk etdikdən sonra Tural saxlanılmış, əl yükü yoxlanılmış və çamadandakı qızıl zinət əşyaları götürülmüşdür. X16 gömrük nəzarətini tərk etdikdən sonra saxlanılıb geri qaytarıldığını və Yusifin çamadanındakı mobil telefonların aşkar edib götürüldüyünü öyrənib bilmişdir. Amma Turalın, Məhəmməd və Yusifin Dubaydan telefon gətirmələrindən və Məhəmmədlə Yusifin də Turalın onunla birlikdə İstanbuldan qızıl gətirilməsində məlumatları olmamışdır. Kimin nə iş görməli olduğunu şəxsən özü tapşırmışdır. Turalın gedib qızılları gətirməyə kömək etməkdə mənfəəti gəzmək, gediş-dönüş biletlərinin alınması, həmçini orada qalarkən xərclərinin ödənməsi, eləcə də hər dəfə 150 manat pul alması olmuşdur. Eləcədə qardaşı Məhəmədlə əmisi oğlu Yusifin də həmin xərclərini, gediş-dönüş biletlərini almış, onlar da malların gətirilməsində kömək etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 ona qarşı Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə irəli sürülən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində əməlini səmimi etiraf edib Təqsirləndirilən şəxs4 ifadəsində qeyd etdiyi kimi Zaurla tanışlıqlarını, işləmədiyi dövrdə İstanbul şəhərinə və Dubaya gedərək oradan verilən çamdanları götürərək Bakı şəhərinə çatdıraraq bunun müqabilində Zaurdan 150 AZN pul aldığını, gediş-gəliş biletlərini Zaurun özünün almasını, 18 mart 2023-cü il tarixdə Zaurla birlikdə sonuncunun təklifi ilə İstanbul şəhərinə getmələrini, Zaurun İstanbuldan qızıl gətirəcəyini, İstanbulda yerləşən otellərin birində 2 gün qalmalarını, İstanbulda Zaurun qızıl almasında iştirak etmədiyini, Zaurun özünün tək olaraq qızıl-zinət əşyalarını alıb otelə gəldiyini, aldığı qızılzinət əşyalarını ona məxsus olan çamadanın içərisinə yerləşdirdiyini, 21 mart 2023-cü il tarixdə TK 332 saylı aviareys ilə İstanbuldan Bakı şəhərinə gəlmələrini, hələ İstanbul aeroportunda olarkən Zaurun qızıllar olan göy rəngli çamadanı ona verib “bu çamadanı sən keçirərsən, mən də sənin arxanca gələcəm” kimi ona tapşırıq verdiyini, Təqsirləndirilən şəxs4 qızılları gömrük nəzarətinə təqdim etmədən “yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük orqanına bəyan etməməklə keçməyi planlaşdırdığını, Bakı şəhərinə çatdıqdan sonra Zaurun tapşırığına əsasən içərisində qızıl-zinət əşyaları olan çamadanı götürüb “yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarəti zonasını tərk etdiyini, Hava Limanının çıxış qapılarından çıxarkən mülki geyimdə olan gömrük əməkdaşlarının onu saxlamalarını və əl yükünə yoxlama keçirilməsi üçün gömrük nəzarəti zonasına qaytarmalarını, Gömrük nəzarətindən rentgen qurğusu vasitəsi ilə keçirilərkən rentgen qurğusunun monitorunda qızıl-zinət əşyalarının təsvirlərinin göründüyünü, çamadanın içərisində qablaşdırma ilə birlikdə çəkisinin təxminən 4 kq.-dan artıq olan qızılzinət əşyaları aşkar edilərək protokol əsasında götürüldüyünü bir daha təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə irəli sürülən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, qardaşı Zaur telefon alqı-satqısı ilə məşğul olmuş, o isə ona bu işdə köməklik göstərmişdir. «28 may» metrostansiyasının yaxınlığında onlara məxsus telefon mağazaları olmuş, satlıq telefonlar həmişə Dubaydan gətirilmişdir. Həmin ərazidə telefon alqı-satqısı ilə məşğul olan şəxsləri də tanımış, həmin şəxslərdən biri də Samir Həsənli adlı şəxs olmuşdur. Samirin Dubay şəhərində telefon satan tanışları olmuş, əvvəllər bir neçə dəfə Samirin xahişi əsasında həmin şəxslər nisyə qaydada onlara telefon satmış, amma həmin telefonların dəyərini sonradan ödəmişlər. 2023-cü ilin mart ayında «Novruz bayramı»nadək olan tarixdə, Zaur onunla və əmisi oğlu Təqsirləndirilən şəxs2lə söhbət edib, xaricdən gətirilən mobil telefolanların qeydiyyatı ilə bağlı yeni qərarın qüvvəyə mindiyini, artıq telefonun gömrükdə bəyan etmədən qeydiyyatdan keçirilməsinin mümkün olmadığını, mart ayının sonuna qədər bəyan edilməmiş telefonların tək-tək bəyan edilməsinə vaxt verildiyini bildirmiş, sonuncu dəfə də Dubaydan telefon gətirmək qərarına gəlmişdir. Zaurun niyyəti telefonların Bakıya gətirilməsindən sonra ayrı-ayrı şəxslərin adına tək-tək bəyan etmək olmuşdur. Zaurun deməsinə görə telefonun dəyərindən 800 ABŞ dolları çıxıldıqdan sonra qalan məbləğdən rüsum alınmalı və xeyli qazanc qalmalıdır. Zaur Yusiflə ona gediş-dönüş biletlərini alacağını, onları Dubaya göndərəcəyini demiş, telefonları kimdən götürəcəklərini bildirmiş və qayıdan baş şübhə çəkməsin deyə telefon olan çamadana əl yükü baqaj birkası vurdurub yaşıl kanaldan çıxmağı tapşırmışdır. Onlar Zaurla razılaşmışlar. Həmin vaxt Zaur özü də İstanbula gedəcəyini, işi olduğunu demiş, lakin nə məqsədlə gedecəyini bildirməmişdir. 18 mart 2023-cü il tarixdə Zaur İstanbula getmiş, onlara isə onlayn qaydada ayın 20-nə Dubaya bilet almışdır. Zaurun tapşırığına əsasən onlar Dubayda Samirlə əlaqə saxlamalı, sonuncunun xahişi ilə onun dediyi magazadan 33 ədəd qarışıq telefonları, 60 ədəd isə «İphone 14» markalı telefonları Tarun adlı şəxsin mağazasından götürəcək, Səid adlı tanışından 330.300 dirhəm ərəb pulunu götürüb əvvəlki borcları bağlamalı imişlər. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında göstərdi ki, 20 mart 2023-cü il tarixdə Yusiflə birgə Bakı-Dubay aviareysi ilə Dubay şəhərinə getmiş, Samirlə əlaqə saxlamış, sonuncu onları Ziyarət adlı şəxsin yanına göndərmiş, ondan 30 ədəd ədəd “İphone 13”, 3 ədəd də “İphone 14 Promax 128 GB” markalı mobil telefonlar götürəcəklərini demişdir. Əvvəllər də oradan telefon götürdükləri üçün onlar həmin mağazanı tanımışlar. Bundan sonra Zaurun tanışı Səidin yanına gedib 330.300 dirhəm pulu götürmüş və Samirin dediyi mağazaya gedərək oradan 30 ədəd «İphone 13» markalı və 3 ədəd «İphone 14 Promax» markalı mobil telefonları almışlar. Telefonları götürüb mağazaya olan əvvəlki borclarını da vermişdir. Sonra isə Tarunun mağazasına gedib 60 ədəd «İhone 14» markalı mobil telefonları götürmüş, həmin mobil telefonları Dubay şəhərində tünd qırmızı rəngli çamadana yerləşdirmişdir. Bundan sonra oteldə qaldığı otağa gəlib Yusifə telefonları götürdüyünü demiş növbəti gün yola düşəcəklərini bildirmişdir. 21 mart 2023-cü il tarixdə əmisi Təqsirləndirilən şəxs2 ilə birlikdə Dubay şəhərindən Şarjah şəhərinə gedib Zaurun əvvəlcədən onlayn qaydada aldığı aviabilet əsasında Şarjah-Bakı aviareysi ilə Bakı şəhərinə gəlmişlər. Pasport qeydiyyatından keçdikdən sonra baqajını götürmək üçün hava limanının gəliş zalına düşmüş, Yusif də onunla birlikdə olmuşdur. Baqaj lentindən 1 ədəd qara rəngli çamadanını götürmüş, əvvəlcədən danışdıqları kimi Yusif yaxınlaşıb içərisində mobil telefonlar olan tünd qırmızı rəngli çamadanı götürmüşdür. Belə ki, Zaur əvvəlcədən onu tanıya biləcəklərini demiş, telefonlarlar olan çamadanı yaşıl kanaldan çıxarması üçün Yusifə verməyi tapşırmış, özünün də onu müşahidə edərək yaşıl kanaldan çıxmasını bildirmişdir. Yusifə verdiyi, içərisində mobil telefonlar olan çamadanın üzərinə 12 mart 2021-ci il tarixdə aeroportda təsadüfən tanış olduğu, tanımadığı Orduxan adlı şəxsdən götürdüyü baqaj birkasını yapışdırmış, rentgendən keçirilməməsi üçün baqaj yükü kimi görünməsini nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs2 içərisində mobil telefonlar olan çamadanı götürüb “yaşıl kanal” vasitəsilə gömrük nəzarət zonasını tərk etmişdir. Yusifin ardınca o özü həmin kanalla gömrük nəzarət zonasını tərk etmişdir. Gömrük nəzarət zonasını tərk etdikdən sonra mülki formada gömrük əməkdaşları onu və Təqsirləndirilən şəxs2 saxlayaraq yenidən gömrük nəzarət zonasını qaytarmışlar. Baqajları rentgen qurğusundan keçirilmiş və yoxlama otağına aparılmışlar. Aparılan yoxlama zamanı Yusif Abdulayevə verdiyi və Təqsirləndirilən şəxs2 “yaşıl kanal” vasitəsilə gömrük nəzarətindən çıxardığı tünd qırmızı rəngli çamadanın içərisindən 30 ədəd “İphone 13”, 60 ədəd “İphone 14” və 3 ədəd “İphone 14 Pro Max” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Hazırda tutduğu əməldən səmimi peşimandır və bir daha təkrarlanmayacağına söz verir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək Təqsirləndirilən şəxs1lə analoji ifadə verib sonuncunun ifadəsində əmisi oğlu Zaur Ablullayevin tapşırığı və maliyyə dəstəyi ilə onun qardaşı Məhəmmədlə 20 mart 2023-cü il tarixdə satış üçün mobil telefonlar alıb gətirmək məqsədilə Bakı-Dubay aviareysi ilə Dubay şəhərinə getmələri, Dubayda Zaurun tapşırıqları üzrə 30 ədəd «İphone 13», 60 ədəd «İphone 14» və 3 ədəd «İphone 14 Promax» markalı – cəmi 93 ədəd mobil telefon almaları, 21 mart 2023-cü il tarixdə Məhəmməd ilə birlikdə Dubay şəhərindən Şarjah şəhərinə gedib Şarjah-Bakı aviareysi ilə Bakı şəhərinə gəlmələrini, içərisində aldıqları 93 ədəd mobil telefonlar olan tünd qırmızı rəngli çamadanın üzərinə rentgendən keçirilməməsi üçün baqaj birkası yapışdırıb, gömrükdə “yaşıl kanal” vasitəsilə gömrük nəzarət zonasını tərk etmələri, lakin gömrük nəzarət zonasını tərk etdikdən sonra mülki formada olan gömrük əməkdaşları tərəfindən saxlanılaraq yenidən gömrük nəzarət zonasına qaytarılmaları, və rentgen qurğusu vasitəsi ilə keçirilmiş yoxlama nəticəsində tünd qırmızı rəngli çamadanın içərisindən 30 ədəd “İphone 13”, 60 ədəd “İphone 14” və 3 ədəd “İphone 14 Pro Max” markalı mobil telefonların aşkar edilərək götürülməsi barədə xüsusatları təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2017-ci ildən etibarən gömrük orqanlarında xidmət etməklə hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin əməliyyat şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 2023-cü ilin mart ayında şöbəyə bir qrup şəxsin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə mobil telefon gətirməsi barədə məlumat daxil olmuş, bu səbəbdən 21 mart 2023-cü il tarixdə, təxminən saat 10 radələrində G9 305 saylı Şarjah-Bakı aviareysi ilə gələn Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müşahidə etməyə başlamış, nəticədə X20 Aeroportunun “Terminal 1” gəliş zalında Təqsirləndirilən şəxs1 qırmızı rəngli çamadanı baqaj lentinin yanında yerə qoyduğunu, Təqsirləndirilən şəxs2 isə həmin çamadanı götürüb “yaşıl kanal” vasitəsilə gömrük nəzarəti zonasını tərk etdiyini, onun ardınca isə Təqsirləndirilən şəxs1 də “yaşıl kanal” vasitəsilə gömrük nəzarəti zonasını tərk etdiyini görmüşdür. Bundan sonra hər iki şəxs saxlanılaraq əl yüklərinə yoxlama keçiriləcəyi bildirilmiş, onlar da etiraz etməyib birlikdə gömrük nəzarəti zonasına qayıtmışlar. Bundan sonra “Qırmızı kanal” buraxılış sistemində həmin şəxslərin əl yükləri rentgen aparatından keçirildikdə Təqsirləndirilən şəxs2 əl yükündə mobil telefon təsvirləri müşahidə edilmiş, bu səbəbdən Yusif və Məhəmmədin əl yüklərinə əməliyyat müvəkkili Şahid2 və dəvət edilmiş hal şahidlərinin iştirakı ilə yoxlama keçirmişdir. Yoxlama nəticəsində Yusifin gömrük nəzarəti zonasından çıxardığı, üzərində 12 mart tarixi və “Mammadov Ordkhan” adı qeyd olunmuş baqaj birkasının vurulduğu qırmızı rəngli çamadanın içərisindən bəyan edilməmiş, 60 ədəd “İphone 14” markalı, 30 ədəd “İphone 13” markalı və 3 ədəd “İphone 14 Pro max” markalı mobil telefonlar olmaqla, qutusu açılmamış, cəmi 93 ədəd mobil telefonlar aşkar edilib araşdırma məqsədilə götürülmüşdür. Şifahi sorğu-sual zamanı Yusif içərisindən mobil telefonlar aşkar edilmiş çamadanın Məhəmmədə məxsus olduğunu, gömrük nəzarətindən bəyan etmədən keçirməsi üçün Məhəmmədin ona verdiyini, həmin çamadanda mobil telefon olduğunu bilərək könüllü surətdə razılıq verdiyini demişdir. Məhkəmə istintaqı zamanı cinayət işinin məhkəməyədək icraatı mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin adı məhkəməyə dəvət olunmalı şahidlərin siyahısına əlavə edilməmiş X11 ifadəsi elan edilməklə tədqiq olundu. Şahid Samir Həsənli tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 10 ilə yaxın müddətdir ki, mobil telefonların alqısatqısı ilə məşğul olur. «28 may» metro stansiyasının yaxınlığında icarəyə götürdüyü “Pro Mobile” adlı mağazası vardır. Həmin ərazidə telefon dükanları olan şəxsləri tanımış, onlardan biri də Zaur və Təqsirləndirilən şəxs1 qardaşları olmuşdur. Onlarla hər hansı qohumluq əlaqəsi olmamışdır. Şahid Samir Həsənli tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, 2023-cü ilin mart ayında, «Novruz bayramı»ndan təxminən 1 həftə əvvəl, dəqiq yadında qalmayan vaxrda Zaur ***-***-**-** mobil nömrəsindən onun istifadə etdiyi ***-***-**-** nömrəsinə «WhatsApp» tətbiqi vasitəsilə zəng edib “Dubaydan bizə telefon lazım olacaq, sən oradakı mağazaya deyə bilərsənmi bizə telefon versinlər?” demiş, ona köməklik edə biləcəyini deyib nə qədər telefon istədiyini soruşmuşdur. Zaur “dəqiq sayı Dubayda olan zaman sənə bildirərik» demişdir. 19 mart 2023-cü il tarixdə Zaur yenidən «WhatsApp» vasitəsilə zəng edib “bizə 30 ədəd İphone 13 və 3 ədəd də İphone 14Promax 128 GB lazımdır, Məhəmmədi Dubaya göndərmişəm” demişdir. Bundan sonra Dubayda yaşayan, milliyyətcə əfqan olan Məhəmməd adlı şəxsə «WhatsApp» vasitəsilə zəng vurub “yanına adam gələcək ona 30 ədəd İphone 13 və 3 ədəd də İphone 14Promax 128 GB markalı telefonlar verəsən” demiş, həmin şəxs də razılaşmışdır. 20 mart 2023-cü il tarixdə Zaurun qardaşı Məhəmməd «WhatsApp» vasitəsilə zəng vurub dükanda olduğunu demişdir. Zaurun qardaşı Məhəmmədin telefonu vasitəsilə milliyyətcə əfqan olan Məhəmmədlə danışıb deyilən sayda mobil telefonları verməyi, pulu sonradan verəcəklərini demişdir. Zaminliyi əsasında Zaurgil 2 dəfə də oradan telefon götürüb sonradan pulunu verdikləri üçün onlara etibar yaranmışdır. Bu səbəbdən də Məhəmmədə həmin telefonlar verilmişdir. Səhərisi gün, Zaur əlaqə saxlayıb telefonların aeroportda gömrükdə tutulduğunu demişdir. Zaurgilə zamin durduğu üçün özü Dubaydakı Məhəmmədə zəng vurub “səndən götürdükləri telefonlar tutulub, bir az səbr et, Zaurgil işlərini həll edib telefonları götürdükdən sonra sənin pulunu verəcəklər” demişdir. Dubayda telefonları verən şəxsin adı Məhəmməd olsa da, onu Ziyarət kimi də tanımış, sonuncu milliyətcə əfqan olmuşdur. Zaurun etdiyi xahiş əsasında onlara 33 ədəd telefon verilməsini xahiş etmişdir. Zaurgilin qalan telefonları haradan əldə etmələri barədə onun məlumatı olmamışdır, həmin telefonların hansı üsulla gətiriləcəyini bilməmiş, sadəcə Nazirlər Kabinetinin yeni qüvvəyə minmiş qərarına əsasən 2023-cü ilin fevral ayından sonra ölkəyə gətiriləcək mobil cihazların qeydiyyata alınması üçün mütləq şəkildə bəyan edilməli olduğunu, əks halda qeydiyyatının aparılmadığını, sonradan belə bəyan etmək istədikdə inzibati qaydada malın dəyərinin 40-60 faizi miqdarında cərimə edildiyini, bu səbəbdən də Zaurgilin telefonları rəsmi qaydada bəyan edərək gətirəcəklərini fikirləşmişdir (iş vərəqə: cild İ, səh.102-106). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2008-ci ildən etibarən gömrük orqanlarında xidmət edir. Hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin əməliyyat şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 2023-cü ilin mart ayında şöbəyə bir qrup şəxsin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə qızıl-zinət əşyaları gətirməsi barədə məlumat daxil olmuş, bundan başqa iş yoldaşı olan Şahid1 da ona qaçaqmalçılıq yoluyla BƏƏ-dən mobil telefon gətiriləcəyi barədə əməliyyat məlumatı əldə etdiyini bildirmişdir. Pənah əldə etdiyi məlumat əsasında 21 mart 2023-cü il tarixdə, təxminən saat 10 radələrində G9 305 saylı Şarjah-Bakı aviareysi ilə gələn Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşıl kanaldan istifadə etməklə gömrük nəzarəti zonasını tərk etdikdən sonra geriyə qaytararaq həmin şəxslərin əl yükünü rentgen qurğusundan keçirtdikdə çamadanlardan birində mobil telefon cizgiləri görsəndiyi üçün Təqsirləndirilən şəxs1 və Yusif Abdullaeyvin əl yükünə yoxlama keçirilmişdir. Həmin yoxlamada iştirak etmiş, yoxlama nəticəsində Yusifin gömrük nəzarəti zonasından çıxardığı qırmızı rəngli çamadanın içərisindən bəyan edilməmiş, 60 ədəd “İphone 14” markalı, 30 ədəd “İphone 13” markalı və 3 ədəd “İphone 14 Pro max” markalı mobil telefonlar olmaqla cəmi 93 ədəd mobil telefonlar aşkar edilmiş və araşdırma məqsədilə götürülmüşdür. Şifahi sorğu-sual zamanı Yusif içərisindən mobil telefonlar aşkar edilmiş çamadanın Məhəmmədə məxsus olduğunu, gömrük nəzarətindən bəyan etmədən keçirməsi üçün Məhəmmədin ona verdiyini, həmin çamadanda mobil telefon olduğunu bilərək könüllü surətdə razılıq verdiyini demişdir. Şahid2 ifadəsinin davamında göstərdi ki, özünün əldə etdiyi məlumat əsasında həmin gün, yəni 21 mart 2023-cü il tarixdə, təxminən saat 13 radələrində TK 336 saylı İstanbul-Bakı aviareysi ilə gələn Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 müşahidə etməyə başlamış, X20 Aeroportunun “Terminal 1” gəliş zalında Təqsirləndirilən şəxs3 1 ədəd mavi rəngli çamadanla “yaşıl kanal” vasitəsilə gömrük nəzarəti zonasını tərk etdiyini, ardınca isə Təqsirləndirilən şəxs4 də “yaşıl kanal” vasitəsilə gömrük nəzarəti zonasını tərk etdiyini görmüşdür. Bundan sonra hər iki şəxs 1-ci Terminalın qarşısında avtomobil dayanacağına gedərkən saxlanılmışdır. Həmin şəxslər nə üçün saxlanıldıqlarını soruşanda əl yüklərinə yoxlama keçiriləcəyi bildirilmiş, Zaur adlı şəxs tabesizlik göstərdiyi üçün polis əməkdaşları dəvət edilib onlara təhvil verilmişdir. Təqsirləndirilən şəxs3 isə etiraz etməyib gömrük nəzarəti zonasına qayıtmışdır. Təqsirləndirilən şəxs3 “Qırmızı kanal” buraxılış sistemində əl yükü rentgen aparatından keçirildikdə qızıl-zinət əşyalarının təsvirləri müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 əl yükünə iş yoldaşı Cəbrayıl Hüseynov və dəvət edilmiş hal şahidlərinin iştirakı ilə yoxlama keçirilmiş, nəticədə qablaşdırmaları ilə birgə 50 polietilen paketdə 4498 qram müxtəlif qızıl-zinət əşyaları aşkar edilib götürülmüşdür. Şifahi sorğu-sual zamanı Tural içərisindən qızıl-zinət əşyaları aşkar edilmiş çamadanın Təqsirləndirilən şəxs4 məxsus olduğunu, gömrük nəzarətindən bəyan etmədən keçirməsi üçün Zaur tərəfindən verildiyini, həmin çamadanda qızıl-zinət əşyaları olduğunu bilərək könüllü surətdə razılıq verdiyini demişdir. Turalın əl yükünə yoxlama keçirildikdən sonra isə Təqsirləndirilən şəxs4 də polis əməkdaşları tərəfindən gətirilib təhvil verilmiş. Həmin vaxt Zaur özü çamadanlarını açıb göstərdikdə içərisində ancaq özünə məxsus geyim ləvazimatları olduğunu görmüşlər. Məhkəmə istintaqı zamanı cinayət işinin məhkəməyədək icraatı mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin adı məhkəməyə dəvət olunmalı şahidlərin siyahısına əlavə edilməmiş X2 ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, iş üzrə şahid qismində dindirilmiş X8 məhkəmə baxışı zamanı dinldirilən Şahid2 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir(iş vərəqə: cild İİ, səh.9-11). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid3 21 mart 2023-cü il tarixdə, təxminən saat 10-11 radələrində X20 Aeroportunda gömrük orqanının xidməti otağında əvvəllər tanımadığı, G9 305 saylı Şarjah-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşları X3 və Təqsirləndirilən şəxs2 əl yüklərinə baxış keçirilməsində hal şahidi qismində iştirak etmiş, keçirilən yoxlama zamanı Təqsirləndirilən şəxs2 tünd qırmızı rəngli çamadanının içərisindən 60 ədəd “İphone 14” markalı, 30 ədəd “İphone 13” markalı və 3 ədəd “İphone 14 Pro max” markalı mobil telefonlar aşkar olmuşdur. Məhəmməd adlı şəxsin çamadanından isə gömrük nəzarətinə bəyan olunmamış hər hansı əşya aşkar edilməmişdir. Aşkar olunan mobil telefonlar protokol əsasında götürülmüş, yoxlamanın nəticəsi barədə tərtib olunan protokol ucadan oxunduqdan sonra həmin sənədin düzgünlüyünü öz imzasıyla təsdiq etmişdir. Şahid3 tədqiq olunan həmin ifadəsində, həmçinin göstərmişdir ki, həmin gün saat 13 radələrində gömrük əməkdaşı yenidən gömrük yoxlamasında hal şahidi qismində iştirak etməyi təklif etmiş, yenə etiraz etməyərək könüllü şəkildə razılığını bildirmişdir. Bundan sonra T1 terminalının gəliş zalına gəlmiş və gömrük orqanının xidməti otağına daxil olmuşdur. Gömrük əməkdaşı əvvəllər tanımadığı 1 nəfər şəxsi təqdim edərək həmin şəxsin TK 336 saylı İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 olduğunu, əl yükündə qızıl-zinət əşyalarına bənzər cizgilər görsəndiyi üçün əl yükünə gömrük yoxlaması keçiriləcəyini bildirib hal şahidi kimi qanunvericilikdə göstərilən hüquq və vəzifələrinin nədən ibarət olduğunu izah etmişdir. Bundan sonra keçirilən yoxlama zamanı Təqsirləndirilən şəxs3 adlı şəxsin mavi rəngli çamadanının içərisindən 50 ədəd polietilen paketdə qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 4498 qram olan müxtəlif qızıl-zinət əşyaları aşkar edilmiş, həmin əşyalar ayrıayrılıqda sayılıb protokol əsasında götürülmüş, yoxlamanın nəticəsi barədə tərtib olunan protokol ucadan oxunduqdan sonra həmin sənədin düzgünlüyünü öz imzasıyla təsdiq etmişdir (iş vərəqə: cild İ, səh.12-14). Məhkəmə istintaqı zamanı cinayət işinin məhkəməyədək icraatı mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin adı məhkəməyə dəvət olunmalı şahidlərin siyahısına əlavə edilməmiş X19 ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, iş üzrə şahid qismində dindirilmiş Elşən Əliyev məhkəmə baxışı zamanı dinldirilən Şahid3 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir(iş vərəqə: cild İİ, səh.15-17). Məhkəmə istintaqı zamanı cinayət işinin məhkəməyədək icraatı mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin adı məhkəməyə dəvət olunmalı şahidlərin siyahısına əlavə edilməmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin fiziki-kimyəvi ekspertizalar şöbəsinin eksperti X12 ifadəsi elan edilməklə tədqiq olundu. X26 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 2020-ci ildən etibarən baxılan iş üzrə təyin edilmiş kompleks məhkəmə fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizası üzrə təqdim edilmiş qızıl-zinət əşyalarının fiziki-kimyəvi tədqiqatını aparmış və tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 6/2030-9/2382 nömrəli ekspert rəyində fiziki-kimyəvi tədqiqat hissəsini imzalamışdır. Tədqiqata təqdim edilmiş qızıl-zinət əşyaları həm 750, həm də 583/585 əyarlı olmaqla 2 fərqli əyarda olmuş, bu səbəddən də hər bir predmetin ayrıayırlıqda kütlələri qeyd olunsa da ümumi kütləsi hesablanmamışdır. Ekspert rəyinə əlavə edilmiş 1 nömrəli cədvələ əsasan ümumilikdə 50 paketdə olmuş qızıl-zinət əşyalarından 583/585 əyarlı olanlar 3950,72 qram, 750 əyarlı olan hissəsi isə 367,36 qram olmaqla, ümumi cəmi kütləsi 4318,08 qram təşkil etmişdir (iş vərəqə: cild İ, səh.191-193). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” gömrük postunda tərtib edilmiş “yoxlama, əşya və sənədlərin götürülməsi haqqında” 21 mart 2023-ci il tarixli protokoldan görünür ki, 21 mart 2023-cü il tarixdə saat 10 radələrində G9 305 saylı Şarjah-Bakı aviareysi ilə Azərbaycan Respublikasına birlikdə gəlmiş Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “yaşıl kanal” vasitəsilə gömrük nəzarətini tərk etdikdən sonra gömrük nəzarəti zonasına qaytarılmış və onlara məxsus çamadanlara keçirilmiş yoxlama zamanı Təqsirləndirilən şəxs2 müşayiət etdiyi əl yükündən gömrük orqanına bəyan edilməmiş 60 ədəd “İphone 14” markalı, 30 ədəd “İphone 13” markalı və 3 ədəd “İphone 14 Pro max” markalı mobil telefonlar götürülmüşdür (iş vərəqə: cild İ, səh.11-17). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan “yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında” 21 mart 2023-ci il tarixli protokoldan görünür ki, 21 mart 2023-cü il tarixdə, saat 13 radələrində TK 336 saylı İstanbul-Bakı aviareysi ilə gəlmiş Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 “yaşıl kanal” vasitəsilə gömrük nəzarətini tərk etdikdən sonra gömrük nəzarəti zonasına qaytarılmış və yoxlama zamanı Təqsirləndirilən şəxs3 müşayiət etdiyi əl yükündən gömrük orqanına bəyan edilməmiş, 50 polietilen paketdə ümumi çəkisi 4498 qram olan qızıla bənzər metaldan hazırlanmış zərgərlik məmulatları aşkar edilib götürülmüşdür(iş vərəqə: cild İ, səh.134-138). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “İphone 14 Promax” markalı mobil telefona baxış keçirilməsi haqqında 24 may 2023-cü il tarixli protokoldan görünür ki, mobil telefonun “Whatsapp Messenger” mesajlaşma proqramına baxış keçiridikdə Təqsirləndirilən şəxs1 “Samir Zzz” adı ilə qeyd olunmuş ***-***-**-** nömrəsi ilə xx.xx.2023-cü il tarixdə iş üçün əhəmiyyət kəsb edəcək yazışmaların olması müəyyən edilmiş, həmin sms yazışmalar oxunaraq və səsli ismarıclar dinlənilərək məzmunu aşağıdakı mətn formasında protokola əlavə edilmişdir: “Samir Zzz”: “Məhəmməd, qardaşım, 100000 dirhəm də bbc-yə verərsən, 33 dənə telefon verəcək sənə, 30 dənə də 13 pro-du, 3 dənə də promax 128 purpldu” Təqsirləndirilən şəxs1: “baş üstə” “Samir Zzz”: “başın var olsun, onu bir dənə elə, qalanını da deyəcəm neyləyərik inşallah” Təqsirləndirilən şəxs1: “oldu” “Samir Zzz”: “Qardaş bbcyə getdin” Təqsirləndirilən şəxs1: “hə, indi çatdım elə brat” “Samir Zzz”: “33 dənə telefondu, 3 dənə promax 128likdi, 30 dənə də 13-dü, gör indi əgər hamısını yerləşdirə bilsən yerləşdir, yerləşdirə bilməsən, promaxlar gəlməlidir, 13lərdən hansınısa saxlayarsan, tezdən verərsən Məhəmmədgilin dükanına, qoyarlar saxlayarlar, 100000 dirhəm də pul verəssən ora qardaş. Çıxanda mənə xəbər edərsiz, bir də hansı oteldə qalırsız” Təqsirləndirilən şəxs1: “oldu brat” “Samir Zzz”: “qalan dirhəmi də sən oteldə olanda dosdumu göndərəcəm gəlib səndən götürsün, hansı oteldəsən bir dənə yaz gəlsin ora, hansı oteldə qalırsansa səndən götürsün, sən hansı oteldəsən yaz” Təqsirləndirilən şəxs1: “yaxşı, 31200. 162600 mağazaya verdim, 36500 dayıya, 100000 bbc. 330300obşıy pul varıydı. Düzdü, brat, Samir mən Səfa dayını otağına gəlmişəm, qırmızı sumka götürəsiyəm, Zaur demişdi içi boşdu, amma içi doludu, açmamışam, bilmirəm içində nədi, onu mən boşaltmalıyam? Kabrodu, nauşnikdi belə şeylər var”. Baxış keçirilməsi zamanı videoçəkiliş aparılmaqla videogörüntülər 1 ədəd CD diskdə protokola əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.100-101). Daha sonra cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə tərtib edilmiş «sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası vətəndaşları X13, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 mütəmadi olaraq xarici ölkələrə gedibgəlmiş, sonuncu dəfə Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə birlikdə Bakı-İstanbul aviareysilə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, xx.xx.2023-cü il tarixdə, saat 13 radələrində birlikdə İstanbul-Bakı avireysilə Bakı şəhərinə qayıtmış, Təqsirləndirilən şəxs1 isə Təqsirləndirilən şəxs2 ilə birlikdə xx.xx.2023-cü il tarixdə Bakı-Dubay aviareysilə BƏƏ-nə getmiş, xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində birlikdə Şarjah-Bakı avireysilə Bakı şəhərinə qayıtmışlar (iş vərəqə: cild İ, səh.249-261). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «video görüntülərə baxış keçirilməsi haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Terminal-1 Beynəlxalq Hava limanında Təqsirləndirilən şəxs1 verdiyi qırmızı rəngli çamadanı götürüb «yaşıl kanal» vasitəsilə gömrük nəzarəti zonasını tərk edir, onun ardınca isə Təqsirləndirilən şəxs1 «yşıl kanal» vasitəsilə gömrük nəzarəti zonasını tərk edir, həmin şəxslər hava limanının çıxış qapısında saxlanılmaqla yenidən gömrük nəzarəti zonasına qaytarılırlar(iş vərəqə: cild İ, səh.33-37). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «video görüntülərə baxış keçirilməsi haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə, saat 13 radələrində birlikdə pasport qeydiyyatından keçib “Terminal-1” gömrük postunda gömrük nəzarəti zonasına daxil olmuş, birlikdə baqaj lentinin yanında gözlədikdən sonra əvvəlcə Təqsirləndirilən şəxs3, daha sonra isə Təqsirləndirilən şəxs4 «yaşıl kanal» buraxılış dəhlizindən istifadə etməklə gömrük nəzarəti zonasını tərk etmiş, Terminal-1 gömrük postunun qarşısında gömrük əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs3 «qırmızı kanal» buraxılış dəhlizinə geri qaytarılaraq onun gömük nəzarətinə bəyan etmədiyi əl yükü rentgen aparatından keçirildikdən sonra yoxlama otağına aparılmışdır(iş vərəqə: cild İ, səh.164-168). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan kompleks məhkəmə komputer-texniki və əmtəəşünaslıq ekspertizasının 20 aprel 2023-cü il tarixli, 5/488-9/2419 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 17 ədəd (Blue 128 GB) “İPhone 14” markalı “A2882” modelli, 10 ədəd (Blue 128 GB) “İPhone 13” markalı “A2633” modelli, 10 ədəd (Midnight 128 GB) “İPhone 13” markalı “A2633” modelli, 10 ədəd (Starlight 128 GB) “İPhone 13” markalı “A2633” modelli, 5 ədəd (Starlight 128 GB) “İPhone 14” markalı “A2882” modelli, 25 ədəd (Midnight 128 GB) “İPhone 14” markalı “A2882” modelli, 13 ədəd (Purpule 128 GB) “İPhone 14” markalı “A2882” modelli və 3 ədəd (Deep purple 128 GB) “İPhone 14Promax” markalı “A2894” modelli mobil smartfonlar hal hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdırlar. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, təqdim edilmiş 17 ədəd (Blue 128 GB) “İPhone 14” markalı “A2882” modelli, 10 ədəd (Blue 128 GB) “İPhone 13” markalı “A2633” modelli, 10 ədəd (Midnight 128 GB) “İPhone 13” markalı “A2633” modelli, 10 ədəd (Starlight 128 GB) “İPhone 13” markalı “A2633” modelli, 5 ədəd (Starlight 128 GB) “İPhone 14” markalı “A2882” modelli, 25 ədəd (Midnight 128 GB) “İPhone 14” markalı “A2882” modelli, 13 ədəd (Purpule 128 GB) “İPhone 14” markalı “A2882” modelli və 3 ədəd (Deep purple 128 GB) “İPhone 14Promax” markalı “A2894” modelli mobil smartfonlar aktiv edilməmişdirlər. Daha sonra tədqiq olunan həmin rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş qeydiyyatı, zəmanəti olmayan mobil telefonların ümümilikdə xx.xx.2023-cü il tarixə orta bazar qiyməti təxminən 137700 manat müəyyən edilir. Üzərində ekspertiza tədqiqatı aparılan həmin smartfon telefonların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmiş, qeyd olunan cədvəl, həmçinin ittiham aktına daxil edilmişdir (iş vərəqə: cild İ, səh.59-63). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan kompleks məhkəmə fizikikimyəvi və əmtəəşünaslıq ekspertizasının 25 aprel 2023-cü il taxli, 6/2030-9/2382 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş məmulatlardan cədvəl 1 üzrə sıra nömrəsi 2 olanda 11 ədəd qolbaq, sıra nömrəsi 3 olanda 5 dəst sırğa cütü-üzük-qolbaq-boyunbağı, sıra nömrəsi 8 olan (yarımfabrikat), sıra nömrəsi 9 olanda 9 cüt sırğa (yarımfabrikat), sıra nömrəsi 10 olanda 6 ədəd üzük (yarımfabrikat), sıra nömrəsi 13 olanda 3 ədəd qolbaq (yarımfabrikat) 750 əyarlı qızıldan, digərləri 583/585 əyarlı qızıldan hazırlanmışdır. Təqdim edilən zərgərlik məmulatlarının üzərlərində qaş olanların qaşları qiymətli qaşlara aid deyil. Tədqiqata təqdim edilmiş məmulatların ayrı-ayrılıqda tərkibi, əyarı və digər göstəriciləri Cədvəl 1-də göstərilmişdir. Tədqiq olunan rəydən, həmçinin görünür ki, aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə görə ekseprtiza tədqiqatına təqdim edilən məmulatların modeli, əyarı və digər göstəriciləri nəzərə alınmaqla ümumilkdə 21 mart 2023-cü il tarixə orta bazar qiyməti təxminən 343115 manat müəyyən edilir. Üzərində ekspertiza tədqiqatı aparılan həmin qızıl məmulatlarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmiş, qeyd olunan cədvəl, həmçinin ittiham aktına daxil edilmişdir (iş vərəqə: cild İ, səh.179-187). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanının 3 iyun 2023-cü il tarixli qərarına əsasən 4318,08 qram müxtəlif əyarlı qızıl-zinət əşyaları, 60 ədəd “İphone 14” markalı, 30 ədəd “İphone 13” markalı və 3 ədəd “İphone 14 Pro max” markalı mobil telefonlar maddi sübut kimi tanınmış, saxlanılması üçün qızıl-zinət əşyaları Dövlət Gömrük Komitəsinin xəzinəsinə, mobil telefonlar isə Dövlət Gömrük Komitəsinin Azərterminalkompleks Birliyinə təhvil verilmişdir(iş vərəqə: cild İ, səh.65-72, cild İİ, səh.1-2, 194, 207). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, xx/xx/022585 nömrəli məktubundan görünür ki, 4318,08 qram müxtəlif əyarlı qızıl-zinət əşyalarından ibarət malların gömrük dəyəri eyni və ya təqribən eyni vaxtda Azərbaycan Respublikasına ixrac məqsədilə satılan eyni malların sövdələşmə qiymətinə dair statistik məlumatlar nəzərə alınmaqla ödənilməli olan gömrük ödənişlərinin məbləği 45184.82 manat təşkil edir (iş vərəqə: cild İ, səh.229). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, xx/xx/022587 nömrəli məktubundan görünür ki, 93 ədəd mobil telefonlardan ibarət malların gömrük dəyəri eyni və ya təqribən eyni vaxtda Azərbaycan Respublikasına ixrac məqsədilə satılan eyni malların sövdələşmə qiymətinə dair statistik məlumatlar nəzərə alınmaqla ödənilməli olan gömrük ödənişlərinin məbləği 40819,68 manat təşkil edir(iş vərəqə: cild İ, səh.99). İbtidai istintaq orqanının məhkəmə baxışı zamanı tədqiq olunan 14 iyun 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi iş üzrpə mülki iddiaçı, baxılan iş üzrə Təqsirləndirilən şəxs4 isə mülki cavabdeh kimi tanınmış, mülki cavabdeh Təqsirləndirilən şəxs4 qarşı Mobil telefonlara görə gömrük rəsmiləşdirilməsi üçün hesablanmış 40819,68 manat, qızıl-zinət əşyalarına görə gömrük rəsmiləşdirilməsi üçün hesablanmış 45184,82 manat - cəmi 86004,5 (səksən altı min dörd manat 50 qəpik) manat gömrük ödənişin tutulmasına dair mülki iddia qaldırılmışdır(iş vərəqə: cild İİ, səh.197-200, 207-209). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Rəsmləşdirmə mərkəzinin 1-ci şöbəsinin inpektoru Nümayəndə mülki iddiaçı Dövlət Gömrük Komitəsinin nümayəndəsi qismində işə buraxılmışdır. Məhkəmə baxışı zamanı mülki iddiaçı - Dövlət Gömrük Komitəsinin nümayəndəsi Nümayəndə qaldırılan mülki iddiaya münasibətini bildirib mülki iddianı müdafiə etdi və mülki cavabdeh Təqsirləndirilən şəxs4 qarşı Mobil telefonlara görə gömrük rəsmiləşdirilməsi üçün hesablanmış 40819,68 manat, qızıl-zinət əşyalarına görə gömrük rəsmiləşdirilməsi üçün hesablanmış 45184,82 manat - cəmi 86004,5 (səksən altı min dörd manat 50 qəpik) manat gömrük ödənişinə dair mülki iddianın təmin edilməsini və cavabdehdən dövlət nəfinə tutulmasını məhkəmədən xahiş etdi. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X15, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CMnin 206.3.2-ci maddəsi və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 32.3, 206.3.2, 206.3.1 və 206.3.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirlilikləri tam təsdiq edildiyindən ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X15, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi və Təqsirləndirilən şəxs4 əməli isə Azərbaycan Respublikası CM-nin 32.3, 206.3.2, 206.3.1 və 206.3.2-ci maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 №-li qərarı ilə təsdiq edilmiş «Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi» Qaydalarına əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barədə məlumatlar gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməlidir, malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün bəyannamə ilə birgə şəxs tərəfindən mallar barədə sahiblik, istifadə və (və ya) sərəncam vermə hüquqlarını təsdiq edən sənəd, yaxud istənilən digər sənəd təqdim edilməlidir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, cinayətin predmeti olan 4318,08 qram müxtəlif əyarlı qızıl-zinət əşyaları Türkiyə Respublikasından, 60 ədəd “İphone 14” markalı, 30 ədəd “İphone 13” markalı və 3 ədəd “İphone 14 Pro max” markalı mobil telefonlar BƏƏ-dən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilmişdir. Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Məcəllənin 206.1-ci maddəsində “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, 206.1-1-ci maddəsində “külli miqdar” dedikdə, iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, 206.1-2-ci maddəsində “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Qaçaqmalçılıq predmeti olan 60 ədəd “İphone 14” markalı, 30 ədəd “İphone 13” markalı və 3 ədəd “İphone 14 Pro max” markalı mobil telefonların ümumi dəyərinin 137700 manat olmaqla xeyli miqdar, 4318,08 qram müxtəlif əyarlı qızıl-zinət əşyalarının dəyərinin 343115 manat olmaqla külli miqdar təşkil etməsi məhkəmə baxışı zamanı tədqiq olunan mötəbər sübutlarla tam təsdiq olunmuşdur. Həmçinin yuxarıda qeyd olunan 22 iyul 2014-cü il tarixli, 263 №-li Qərarın 19-cu bəndində göstərilmişdir ki, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Ona görə də məhkəmə tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X15, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs4 əməli isə Azərbaycan Respublikası CM-nin 32.3, 206.3.2, 206.3.1 və 206.3.2-ci maddələri ilə tövsif edilməli və onlar Cinayət Məcəlləsinin hər biri üçün istinad olunan həmin maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İstər məhkəməyədək icraat mərhələsində və ya istərsə də məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X15, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətdikləri cinayət əməllərini tam etiraf edərək öz müdafiələri üçün dəlil gətirməmişlər. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X15, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onları cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statisik və İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli tələbnamələrdən görünür ki, X1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 məhkumluqları yoxdur (iş vərəqə: cild İ, səh.83-84,217-218). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs4 qarşı Mobil telefonlara görə gömrük rəsmiləşdirilməsi üçün hesablanmış 40819,68 manat, qızılzinət əşyalarına görə gömrük rəsmiləşdirilməsi üçün hesablanmış 45184,82 manat - cəmi 86004,5 (səksən altı min dörd manat 50 qəpik) manat gömrük ödənişi Təqsirləndirilən şəxs4 tərəfindən məhkəmə baxışının gedişində könüllü olaraq tam ödənilmiş, mülki iddiaçının təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi qalmamışdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X15, Təqsirləndirilən şəxs3 subay, Təqsirləndirilən şəxs4 isə ailəlidir. Son sözlə məhkəməyə müraciət edən təqsirləndirilən şəxslər törətmiş olduqları əməldən son dərəcə peşman olduqlarını bildirmiş və gömrük rəsmləşdirilməsi üçün tələb olunan iddia məbləğinin könüllü olaraq ödənilməsini cəza təyin edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə Təqsirləndirilən şəxs4 gömrük rəsmiləşdirilməsi üçün ümumilikdə hesablanmış 86004,5 (səksən altı min dörd manat 50 qəpik) manat mülki iddianı könüllü olaraq tam ödəməklə cinayət nəticəsində dəymiş ziyanın aradan qaldırmasını Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə, təqsirləndirilən şəxslərin əvvəllər məhkum olunmadıqlarını, əməllərindən səmimi peşman olduqlarını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tam ödənilməklə aradan qaldırması cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X15, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X15, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qəsdən ağır cinayət törətmələri nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onların islah olunması, təqsirləndirilən şəxslərin özləri və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X15, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsinin, Təqsirləndirilən şəxs4 isə Azərbaycan Respublikası CM-nin 32.3, 206.3.2, 206.3.1 və 206.3.2-ci maddələrinin sanksiyasının aşağı həddində, barələrində müəyyən olunan cəzanı yüngülləşdirən halları nəzərə almaqla, cəza təyinetmənin ümumi prinsiplərinə və təqsirləndirilən şəxslərin şəxsiyyətinə uyğun, ədalətli azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X15, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 haqqında olan yüngülləşdirici halları nəzərə alaraq, onların cəza çəkmədən də islah oluna biləcəklərinin mümkünlüyünü qeyd edir və barələrində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilmələrini məqsədə müvafiq hesab edir. Belə ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamında qeyd edilir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində (burada: CM-nin 206-cı maddəsi) cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Qeyd edilən Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Bu hissədə məhkəmə belə nəticəyə gəlir ki, təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X15, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üzərinə onların davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerlərini dəyişməmək vəzifə qoyulmalı və həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onların üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onların daimi yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri üzrə Probasiya İdarəsinə həvalə olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X9, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi, Təqsirləndirilən şəxs4 isə Azərbaycan Respublikası CM-nin 32.3, 206.3.2, 206.3.1 və 206.3.2-ci maddələri ilə azadlıqdan məhrum etmə növündə əsas cəza ilə yanaşı, Cinayət Məcəlləsinin qeyd olunan maddələrinin sanksiyasında nəzərdə tutulmasa belə, onlara həm də müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə caza təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinin tələblərinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarının 2-ci bəndində nəzərdə tutulan “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli qərarında dəyişiklik edilmiş və həmin dəyişikliyə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə baxışı zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X15, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məhkəməyədək icraat mərhələsində və məhkəmə baxışı mərhələsində tutulmamış, həbsdə və ya ev dustaqlığında saxlanılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X6, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası CM-nin 158.6-cı maddəsinin tələbləri (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində həbsdə və ya ev dustaqlığında saxlanılan müddətin cəza müddətinə daxil edilməsi) tətbiq edilməməlidir. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunan azadlıqdan məhrum etmə cəzasının əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində şərti məhkum etmə tətbiq edildiyindən qanunun bu müddəasının tətbiqi istisna təşkil edəcəkdir. Məhkəmə, təqsirləndirilən şəxs şəxslər Təqsirləndirilən şəxs1, X15, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, şərti məhkum etmənin tətbiqi ilə əlaqədar onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Yusif Addullayevin, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə qaldırılmış mülki iddianın əsaslı olub-olmaması məsələsini müzakirə edib belə nəticəyə gəlmişdir ki, Dövlət Gömrük Komitəsinin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs4 qarşı Mobil telefonlara və qızıl-zinət əşyalarına görə gömrük rəsmiləşdirilməsi üçün hesablanmış cəmi 86004,5 (səksən altı min dörd manat 50 qəpik) manat gömrük ödənişinin ödənilməsi tələbinə dair mülki iddiası əsaslıdır və təmin edilməlidir. Lakin məhkəmə baxışı zamanı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs4 qarşı Mobil telefonlara və qızıl-zinət əşyalarına görə gömrük rəsmiləşdirilməsi üçün hesablanmış cəmi 86004,5 (səksən altı min dörd manat 50 qəpik) manat gömrük ödənişinin tam ödənilməsinə dair müvafiq bank ödəniş tapşırıqları və bank mədaxil qəbzi məhkəməyə təqdim edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə baxışı zamanı iş üzrə verilən mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs4 qarşı Mobil telefonlara görə gömrük rəsmiləşdirilməsi üçün hesablanmış 40819,68 manat, qızıl-zinət əşyalarına görə gömrük rəsmiləşdirilməsi üçün hesablanmış 45184,82 manat cəmi 86004,5 (səksən altı min dörd manat 50 qəpik) manat gömrük ödənişinin tam ödənilməsi nəzərə alınmalı və cinayət işi üzrə mülki iddiaya dair icraata xitam verilməlidir. Məhkəmə iş üzrə maddi sübutlara dair məsələni müzakirə edib belə nəticəyə gəlmişdir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlara dair məsələ aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin «Azərterminalkompleks» Birliyində saxlanılan, bir ədədinin dəyəri 1350 manat olmaqla 30 ədəd “İphone 13 128GB” markalı, bir ədədinin dəyəri 1500 manat olmaqla 60 ədəd “İphone 14 128GB” markalı və bir ədədinin dəyəri 2400 manat olmaqla 3 ədəd “İphone 14 Promax 128GB” markalı mobil telefonlardan ibarət ümumilikdə xeyli miqdarda, 137700 manat dəyərində 93 ədəd mobil telefon Təqsirləndirilən şəxs4 geri qaytarılmalı; - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan 4878 manat dəyərində, 583/585 əyarlı 60,97 qram qızıldan hazırlanmış 27 ədəd boyunbağı, 3474 manat dəyərində, 583/585 əyarlı 43,43 qram qızıldan hazırlanmış 5 ədəd qolbaq, 11048 manat dəyərində, 750 əyarlı 110,48 qram qızıldan hazırlanmış 11 ədəd qolbaq, 2462 manat dəyərində, 583/585 əyarlı 30,77 qram qızıldan hazırlanmış 6 dəst boyunbağı-qolbaq, 8170 manat dəyərində, 750 əyarlı 81,70 qram qızıldan hazırlanmış 5 dəst sırğa cütü-üzük-qolbaq-boyunbağı, 12962 manat dəyərində, 583/585 əyarlı 162,03 qram qızıldan hazırlanmış 12 dəst sırğa, üzük, kulon, 2794manat dəyərində, 583/585 əyarlı 34,93 qram qızıldan hazırlanmış 4 dəst sırğa cütü, üzük, kulon, 4138 manat dəyərində, 583/585 əyarlı 51,73 qram qızıldan hazırlanmış 21 cüt sırğa, 2874 manat dəyərində, 583/585 əyarlı 35,92 qram qızıldan hazırlanmış 3 dəst sırğa cütü- üzük-kulon, 3591 manat dəyərində, 750 əyarlı 42,25 qram qızıldan hazırlanmış qaş yerləri boş olan 7 ədəd boyunbağı, 1353 manat dəyərində, 583/585 əyarlı 16,91 qram qızıldan hazırlanmış 7 cüt sırğa, 5402 manat dəyərində, 750 əyarlı 63,55 qram qızıldan hazırlanmış qaş yerləri boş olan yarımfabrikat 9 cüt sırğa, 4059 manat dəyərində, 583/585 əyarlı 50,74 qram qızıldan hazırlanmış 16 ədəd üzük, 2991 manat dəyərində, 750 əyarlı 29,91 qram qızıldan hazırlanmış qaş yerləri boş olan yarımfabrikat 6 ədəd üzük, 12648 manat dəyərində, 583/585 əyarlı 158,10 qram qızıldan hazırlanmış 91 ədəd üzük, 19900 manat dəyərində, 583/585 əyarlı 248,75 qram qızıldan hazırlanmış 13 dəst sırğa-üzük-kulon, 4786 manat dəyərində, 583/585 əyarlı 59,83 qram qızıldan hazırlanmış 5 ədəd qolbaq, 3355 manat dəyərində, 750 əyarlı 39,47 qram qızıldan hazırlanmış qaş yerləri boş olan yarımfabrikat 3 ədəd qolbaq, 3544 manat dəyərində, 583/585 əyarlı 44,30 qram qızıldan hazırlanmış 2 dəst boyunbağı-qolbaq, 5610 manat dəyərində, 583/585 əyarlı 70,13 qram qızıldan hazırlanmış 3 dəst sırğa cütü, üzük, klonlu boyunbağı, 4714 manat dəyərində, 583/585 əyarlı 58,92 qram qızıldan hazırlanmış 8 dəst sırğa cütü-üzük, 3572 manat dəyərində, 583/585 əyarlı 44,65 qram qızıldan hazırlanmış 2 cüt sırğa 2 ədəd üzük, 3 ədəd qolbaq, 1906 manat dəyərində, 583/585 əyarlı 23,83 qram qızıldan hazırlanmış 1 dəst sırğa cütüüzük-klonlu boyunbağı-qolbaq, 20152 manat dəyərində, 583/585 əyarlı 251,90 qram qızıldan hazırlanmış 108 ədəd üzük, 11847 manat dəyərində, 583/585 əyarlı 148,09 qram qızıldan hazırlanmış 70 cüt sırğa, 34491 manat dəyərində, 583/585 əyarlı 431,14 qram qızıldan hazırlanmış 74 ədəd qolbaq, 5294 manat dəyərində, 583/585 əyarlı 66,18 qram qızıldan hazırlanmış 8 ədəd boyunbağı, 17100 manat dəyərində, 583/585 əyarlı 213,75 qram qızıldan hazırlanmış 94 cüt sırğa, 1570 manat dəyərində, 583/585 əyarlı 19,62 qram qızıldan hazırlanmış 12 ədəd kulon, 7316 manat dəyərində, 583/585 əyarlı 91,45 qram qızıldan hazırlanmış 10 dəst boyunbağı-qolbaq, 2054 manat dəyərində, 583/585 əyarlı 25,67 qram qızıldan hazırlanmış 3 ədəd qolbaq, 4246 manat dəyərində, 583/585 əyarlı 53,08 qram qızıldan hazırlanmış 7 ədəd boyunbağı, 2297 manat dəyərində, 583/585 əyarlı 28,71 qram qızıldan hazırlanmış 8 ədəd qolbaq, 9386 manat dəyərində, 583/585 əyarlı 117,33 qram qızıldan hazırlanmış 9 dəst boyunbağı-qolbaq, 1800 manat dəyərində, 583/585 əyarlı 27,45 qram qızıldan hazırlanmış, ümumi çəkisi 76,36 qram olan 9 ədəd qolbaq, 7065 manat dəyərində, 583/585 əyarlı 88,31 qram qızıldan hazırlanmış 33 ədəd boyunbağı, 12821 manat dəyərində, 583/585 əyarlı 160,26 qram qızıldan hazırlanmış 56 ədəd boyunbağı, 1933 manat dəyərində, 583/585 əyarlı 24,16 qram qızıldan hazırlanmış 1 ədəd boyunbağı və 2 dəst sırğa cütü-boyunbağı, 26028 manat dəyərində, 583/585 əyarlı 325,35 qram qızıldan hazırlanmış 29 ədəd qolbaq, 3927 manat dəyərində, 583/585 əyarlı 49,09 qram qızıldan hazırlanmış 35 ədəd kulon, 2699 manat dəyərində, 583/585 əyarlı 33,74 qram qızıldan hazırlanmış 50 ədəd kulon, 5652 manat dəyərində, 583/585 əyarlı 70,65 qram qızıldan hazırlanmış 25 ədəd qolbaq, 2062 manat dəyərində, 583/585 əyarlı 25,78 qram qızıldan hazırlanmış 3 dəst boyunbağı-qolbaq, 6767 manat dəyərində, 583/585 əyarlı 84,59 qram qızıldan hazırlanmış 6 ədəd boyunbağı, 1360 manat dəyərində, 583/585 əyarlı 17,09 qram qızıldan hazırlanmış ümumi çəkisi 56,87 qram olan 16 ədəd ipli qolbaq, 3240 manat dəyərində, 583/585 əyarlı 40,50 qram qızıldan hazırlanmış 1dəst sırğa cütü- boyunbağı-qolbaq, 1122 manat dəyərində, 583/585 əyarlı 14,02 qram qızıldan hazırlanmış 7 cüt sırğa, 1356 manat dəyərində, 583/585 əyarlı 16,95 qram qızıldan hazırlanmış 11 ədəd boyunbağı, 2112 manat dəyərində, 583/585 əyarlı 26,40 qram qızıldan hazırlanmış 4 dəst sırğa cütü-üzük, 507 manat dəyərində, 583/585 əyarlı 6,34 qram qızıldan hazırlanmış 3 ədəd üzük, 1582 manat dəyərində, 583/585 əyarlı 19,77 qram qızıldan hazırlanmış 2 dəst sırğa cütü-üzük-kulon, 2436 manat dəyərində, 583/585 əyarlı 30,45 qram qızıldan hazırlanmış 1 dəst sırğa cütü-üzük-qolbaq, 1795 manat dəyərində, 583/585 əyarlı 22,43 qram qızıldan hazırlanmış 8 ədəd qolbaq, 1157 manat dəyərində, 583/585 əyarlı 14,46 qram qızıldan hazırlanmış 13 ədəd boyunbağı, 1 ədəd qolbaq və 9710 manat dəyərində, 583/585 əyarlı 121,38 qram qızıldan hazırlanmış 60 ədəd boyunbağıdan ibarət ümumilikdə külli miqdarda 343115 manat dəyərində 4318,08 qram müxtəlif əyarlı qızıl-zinət əşyaları Təqsirləndirilən şəxs4 geri qaytarılmalıdır. İş üzrə məhkəmə məhkəmə məsrəfləri – 300 (üç yüz) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 75 (yetmiş beş) manat olmaqla müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 206.3.2, 206.3.1 və 206.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 təyin edilən cəza şərti olaraq tətbiq edilsin və ona 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs4 davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilən cəza şərti olaraq tətbiq edilsin və ona 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilən cəza şərti olaraq tətbiq edilsin və ona 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-c maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin edilən cəza şərti olaraq tətbiq edilsin və ona 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmün icrası qalan hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər İcra İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs4 qarşı Mobil telefonlara görə gömrük rəsmiləşdirilməsi üçün hesablanmış 40819,68 manat, qızıl-zinət əşyalarına görə gömrük rəsmiləşdirilməsi üçün hesablanmış 45184,82 manat - cəmi 86004,5 (səksən altı min dörd manat 50 qəpik) manat gömrük ödənişinin tam ödənilməsi nəzərə alınsın və cinayət işi üzrə mülki iddiaya dair icraata xitam verilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlara dair məsələ aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin «Azərterminalkompleks» Birliyində saxlanılan, bir ədədinin dəyəri 1350 manat olmaqla 30 ədəd “İphone 13 128GB” markalı, bir ədədinin dəyəri 1500 manat olmaqla 60 ədəd “İphone 14 128GB” markalı və bir ədədinin dəyəri 2400 manat olmaqla 3 ədəd “İphone 14 Promax 128GB” markalı mobil telefonlardan ibarət ümumilikdə xeyli miqdarda, 137700 manat dəyərində 93 ədəd mobil telefon Təqsirləndirilən şəxs4 geri qaytarılsın; - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan 4878 manat dəyərində, 583/585 əyarlı 60,97 qram qızıldan hazırlanmış 27 ədəd boyunbağı, 3474 manat dəyərində, 583/585 əyarlı 43,43 qram qızıldan hazırlanmış 5 ədəd qolbaq, 11048 manat dəyərində, 750 əyarlı 110,48 qram qızıldan hazırlanmış 11 ədəd qolbaq, 2462 manat dəyərində, 583/585 əyarlı 30,77 qram qızıldan hazırlanmış 6 dəst boyunbağı-qolbaq, 8170 manat dəyərində, 750 əyarlı 81,70 qram qızıldan hazırlanmış 5 dəst sırğa cütü-üzük-qolbaq-boyunbağı, 12962 manat dəyərində, 583/585 əyarlı 162,03 qram qızıldan hazırlanmış 12 dəst sırğa, üzük, kulon, 2794manat dəyərində, 583/585 əyarlı 34,93 qram qızıldan hazırlanmış 4 dəst sırğa cütü, üzük, kulon, 4138 manat dəyərində, 583/585 əyarlı 51,73 qram qızıldan hazırlanmış 21 cüt sırğa, 2874 manat dəyərində, 583/585 əyarlı 35,92 qram qızıldan hazırlanmış 3 dəst sırğa cütü- üzük-kulon, 3591 manat dəyərində, 750 əyarlı 42,25 qram qızıldan hazırlanmış qaş yerləri boş olan 7 ədəd boyunbağı, 1353 manat dəyərində, 583/585 əyarlı 16,91 qram qızıldan hazırlanmış 7 cüt sırğa, 5402 manat dəyərində, 750 əyarlı 63,55 qram qızıldan hazırlanmış qaş yerləri boş olan yarımfabrikat 9 cüt sırğa, 4059 manat dəyərində, 583/585 əyarlı 50,74 qram qızıldan hazırlanmış 16 ədəd üzük, 2991 manat dəyərində, 750 əyarlı 29,91 qram qızıldan hazırlanmış qaş yerləri boş olan yarımfabrikat 6 ədəd üzük, 12648 manat dəyərində, 583/585 əyarlı 158,10 qram qızıldan hazırlanmış 91 ədəd üzük, 19900 manat dəyərində, 583/585 əyarlı 248,75 qram qızıldan hazırlanmış 13 dəst sırğa-üzük-kulon, 4786 manat dəyərində, 583/585 əyarlı 59,83 qram qızıldan hazırlanmış 5 ədəd qolbaq, 3355 manat dəyərində, 750 əyarlı 39,47 qram qızıldan hazırlanmış qaş yerləri boş olan yarımfabrikat 3 ədəd qolbaq, 3544 manat dəyərində, 583/585 əyarlı 44,30 qram qızıldan hazırlanmış 2 dəst boyunbağı-qolbaq, 5610 manat dəyərində, 583/585 əyarlı 70,13 qram qızıldan hazırlanmış 3 dəst sırğa cütü, üzük, klonlu boyunbağı, 4714 manat dəyərində, 583/585 əyarlı 58,92 qram qızıldan hazırlanmış 8 dəst sırğa cütü-üzük, 3572 manat dəyərində, 583/585 əyarlı 44,65 qram qızıldan hazırlanmış 2 cüt sırğa 2 ədəd üzük, 3 ədəd qolbaq, 1906 manat dəyərində, 583/585 əyarlı 23,83 qram qızıldan hazırlanmış 1 dəst sırğa cütüüzük-klonlu boyunbağı-qolbaq, 20152 manat dəyərində, 583/585 əyarlı 251,90 qram qızıldan hazırlanmış 108 ədəd üzük, 11847 manat dəyərində, 583/585 əyarlı 148,09 qram qızıldan hazırlanmış 70 cüt sırğa, 34491 manat dəyərində, 583/585 əyarlı 431,14 qram qızıldan hazırlanmış 74 ədəd qolbaq, 5294 manat dəyərində, 583/585 əyarlı 66,18 qram qızıldan hazırlanmış 8 ədəd boyunbağı, 17100 manat dəyərində, 583/585 əyarlı 213,75 qram qızıldan hazırlanmış 94 cüt sırğa, 1570 manat dəyərində, 583/585 əyarlı 19,62 qram qızıldan hazırlanmış 12 ədəd kulon, 7316 manat dəyərində, 583/585 əyarlı 91,45 qram qızıldan hazırlanmış 10 dəst boyunbağı-qolbaq, 2054 manat dəyərində, 583/585 əyarlı 25,67 qram qızıldan hazırlanmış 3 ədəd qolbaq, 4246 manat dəyərində, 583/585 əyarlı 53,08 qram qızıldan hazırlanmış 7 ədəd boyunbağı, 2297 manat dəyərində, 583/585 əyarlı 28,71 qram qızıldan hazırlanmış 8 ədəd qolbaq, 9386 manat dəyərində, 583/585 əyarlı 117,33 qram qızıldan hazırlanmış 9 dəst boyunbağı-qolbaq, 1800 manat dəyərində, 583/585 əyarlı 27,45 qram qızıldan hazırlanmış, ümumi çəkisi 76,36 qram olan 9 ədəd qolbaq, 7065 manat dəyərində, 583/585 əyarlı 88,31 qram qızıldan hazırlanmış 33 ədəd boyunbağı, 12821 manat dəyərində, 583/585 əyarlı 160,26 qram qızıldan hazırlanmış 56 ədəd boyunbağı, 1933 manat dəyərində, 583/585 əyarlı 24,16 qram qızıldan hazırlanmış 1 ədəd boyunbağı və 2 dəst sırğa cütü-boyunbağı, 26028 manat dəyərində, 583/585 əyarlı 325,35 qram qızıldan hazırlanmış 29 ədəd qolbaq, 3927 manat dəyərində, 583/585 əyarlı 49,09 qram qızıldan hazırlanmış 35 ədəd kulon, 2699 manat dəyərində, 583/585 əyarlı 33,74 qram qızıldan hazırlanmış 50 ədəd kulon, 5652 manat dəyərində, 583/585 əyarlı 70,65 qram qızıldan hazırlanmış 25 ədəd qolbaq, 2062 manat dəyərində, 583/585 əyarlı 25,78 qram qızıldan hazırlanmış 3 dəst boyunbağı-qolbaq, 6767 manat dəyərində, 583/585 əyarlı 84,59 qram qızıldan hazırlanmış 6 ədəd boyunbağı, 1360 manat dəyərində, 583/585 əyarlı 17,09 qram qızıldan hazırlanmış ümumi çəkisi 56,87 qram olan 16 ədəd ipli qolbaq, 3240 manat dəyərində, 583/585 əyarlı 40,50 qram qızıldan hazırlanmış 1dəst sırğa cütü- boyunbağı-qolbaq, 1122 manat dəyərində, 583/585 əyarlı 14,02 qram qızıldan hazırlanmış 7 cüt sırğa, 1356 manat dəyərində, 583/585 əyarlı 16,95 qram qızıldan hazırlanmış 11 ədəd boyunbağı, 2112 manat dəyərində, 583/585 əyarlı 26,40 qram qızıldan hazırlanmış 4 dəst sırğa cütü-üzük, 507 manat dəyərində, 583/585 əyarlı 6,34 qram qızıldan hazırlanmış 3 ədəd üzük, 1582 manat dəyərində, 583/585 əyarlı 19,77 qram qızıldan hazırlanmış 2 dəst sırğa cütü-üzük-kulon, 2436 manat dəyərində, 583/585 əyarlı 30,45 qram qızıldan hazırlanmış 1 dəst sırğa cütü-üzük-qolbaq, 1795 manat dəyərində, 583/585 əyarlı 22,43 qram qızıldan hazırlanmış 8 ədəd qolbaq, 1157 manat dəyərində, 583/585 əyarlı 14,46 qram qızıldan hazırlanmış 13 ədəd boyunbağı, 1 ədəd qolbaq və 9710 manat dəyərində, 583/585 əyarlı 121,38 qram qızıldan hazırlanmış 60 ədəd boyunbağıdan ibarət ümumilikdə külli miqdarda 343115 manat dəyərində 4318,08 qram müxtəlif əyarlı qızıl-zinət əşyaları Təqsirləndirilən şəxs4 geri qaytarılsın. İş üzrə məhkəmə məhkəmə məsrəfləri – 300 (üç yüz) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 75 (yetmiş beş) manat olmaqla müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. İş üzrə əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar