Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1647/2024 24.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx xxxx 2001-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, P.Həsənov küçəsi, ev 91 ünvanında qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, 30 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 31 yanvar 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 5,314 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanın yaxınlığına daşımış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra: DİN, BMCMİ) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdə, saat 17:00-da ünvan 2 ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq Baş İdarəyə gətirilib orada xidməti otaqların birində saat 18:36-dan etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən onun qanunsuz olaraq satış məqsədi ilə əldə etməklə daşıyaraq saxladığı 01 ədəd bükümdə ümumi təmiz çəkisi 5,314 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması, yəni onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı tədqiq olunan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini həm də tamah niyyəti ilə törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə elan olunan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, əsgərliyə getməzdən əvvəl marixuana istifadə etmiş, qayıtdıqdan sonra isə tiryəkdən istifadə etməyə başlamışdır. 2021-ci ildən başlayaraq ara verə verə istifadə etmişdir. Tutulmazdan 2-3 gün öncə instaqramdan ona dostluq təklifi gəlmiş, həmişə aldığı adamda narkotik vasitə olmadığına görə instaqramdan ona dostluq göndərən səhifəyə narkotik vasitə almaq istədiyi barədə mesaj göndərmiş, o da ona 5 qramdan az vermədiyini bildirmişdir. Onunla razılaşılmsış, sonuncu ona konum, yəni narkotikin qoyulacağı yer barədə məlumat atmış, bundan sonra o, həmin şəxsin kartına 50 azn pul göndərmiş, özünün istifadəsi üçün tiryək istəmişdir. Şəxsin deməsinə görə göndərdiyi narkotik ağ rəngli «Sabraniya» adlı siqaret qutusunda olmaqla 5 qram tiryək olmuşdur. O, saat 17-18 radərində Nərimanov rayonu ərazisində konum atılan yerə getmiş, həmin yerdə yaşayış binasının bloklarından birinin 2-ci mərtəbəsinə qalxmış və deyilən siqaret qutusunu pəncərədən götürmüş, lakin blok şəraiti oldluğundan açıb içinə baxmamışdır. Geri qayıdıb, blokdan çıxan kimi polislər cumub onu saxlamış və BMCMİ-nin binasına aparmışlar. Saxlanılarkən polislər özlərini təqdim etmədiyindən onları tanımamışdır. Maşında üstü yoxlanılmış və üstündə olan hər şey götürülmsüşdür. Təhqiqatçı və vəkil çağrılmış, o, vəkillə heç bir söhbət etməmişdir. Çəkiliş vaxtı vəkil də otaqda olmuş, hərdən müxtəlif suallar vermişdir. Video çəkilişdən əvvəl özünə qaytarılmış və şəxsi axtarış zamanı üstündə olan hər şeyi, o cümlədən narkotik olan siqaret qutusunu çıxarıb stolun üstünə qoymuşdur. Siqaret qutusu açılıb baxılarkən qutunun içərisində heroin olduğunu görmüş və polislərə heroin dalınca yox, tiryək dalınca getdiyini bildirmişdir. Təhqiqatçı videonu saxlatdırmış və etirazın mənası olmadığını bildirmişdir. Ordan-buran fiziki təsir göstrildiyini eşitdiyindən qorxmuş və qoruxusundan bonuna götürmüşdür. Lakin ona qarşı fiziki təsir olmamışdır. Müstəntiq tərəfindən ona qarşı hər hansı formada hədə olmamış,müstəntiqə də eyni məzmunlu ifadə vermiş, lakin ifadəsini oxumadan imzalamışdır. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, o, siqaret qutusundakı narkotikin növünün polislər tərəfindən dəyişdirildiyini görməmişdir. Bunu satan adamın özünun də dəyişdirməsi mümkündür. Amma o, hər bir halda tiryək sifariş vermişdir. Ekspertizada onun qanından da heroindən istifadə çıxmamışdır. O, heç kimə nə pay verməmiş və nə də narkotik vasitə satmamışdır. Barəsində həbs qətimkan tədbiri seçilərkən də o, polislər tərəfindən ona hədə-qorxu gəlindiyini prokurora və hakimə bildirməmiş, şikayət etməmiş, məhkəmədə deyəcəyini fikirləşmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaqda verdiyi ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin məhkəməyədək icraatı mərhələsində vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilən ittiham üzrə, məhkəmədə olduğu kimi, özünü qismən təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etmişdir. 30 yanvar 2024-cü il tarixdə, saat 17:00-da Bakı şəhəri, Nərimanov rayonu, M.Əhmədzadə küçəsi 13 ünvanının yaxınlığında olduğu zaman 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib ona DİN-nin BMCMİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşlarının xahişi ilə o da özünü təqdim etmişdir. Sonra polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmasında şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında" qərarla ona tanış etmişlər. Bundan sonra o, səmimi olaraq etiraf edib, hazırda üzərində psixotrop maddə olduğunu bildirmişdir. Polis əməkdaşları onu polis idarəsinə dəvət etmiş,o da etiraz etməyib polis əməkdaşları ilə birlikdə BMCMİ-nin getmişdir. Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuşdur. Üzərində narkotik vasitə, psixotrop maddə olduğu təqdirdə, təqdim etməyi təklif edilmiş, təklifdən sonra üstündə adını "kakos" kimi bildiyi narkotik vasitə olduğunu bildirərək əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd "Sobranie" markalı siqaret qutusunu və həmin şalvarın sol yan cibindən 02 ədəd plastik bank kartı ilə 01 ədəd ictimai nəqliyyat vasitəsindən istifadə etmək üçün nəzərdə tutulmuş "Baku kart" plastik kartını çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra üzərinə şəxsi axtarış həyata keçirilsə də, əlavə əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi əşya və predmetlərə polis əməkdaşı tərəfindən ardıcıllıqla baxış keçirilməyə başlanmışdır. İlk əvvəl təqdim etdiyi 01 ədəd "Sobranie" markalı siqaret qutusuna baxış keçirilərkən içərisində 01 ədəd şəffaf rəngli yapışqan lentlə bağlanmış qara rəngli sellofana bükülmüş büküm aşkar olunmuşdur. Həmin büküm iştirakçıların şahidliyi ilə açılmış və bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı üstündən aşkar edilmiş ümumilikdə 01 ədəd sellofan bükümdə olan maddələri xx.xx.2024-cü il tarixdə "instagram" sosial şəbəsində tanış olduğu, lakin anket məlumatlarını bilmədiyi İran vətəndaşının xx.xx.2024-cü il tarixdə "Whatsap" ani mesajlaşma şəbəkəsində olan hesabı vasitəsi ilə göndərdiyi, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən ünvana gedərək əldə etdiyini, həmin narkotik vasitə üçün 125 manat pul göndərməli olduğunu, həmin maddənin adını "kakos" olaraq bildiyini, şəxsi istifadə üçün əldə edərək üstündə gəzdirdiyini və üstündən aşkar olunmuş maddədən heç kimə satmaq və ya pay qismində vermək kimi bir niyyətinin olmadığını bildirmişdir. Törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etmiş və əməlindən çox peşman olduğunu bildirmişdir (iş vərəqə: 73-75). Cinayət işinə məhkəmsə baxışı zamanı şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, BMCMİ-nin əməkdaşı, baş əməliyyat müvəkkili Şahid məhkəməyədək icraat mərhələsində işin halları ilə bağlı göstərdiyi xüsusatları ir daha təsdiq edib ifadəsində göstərdi ki, 30 yanvar 2024-cü il tarixdə BMCMİ-nə, şəxsən ona barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilmiş, onun ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün 30 yanvar 2024-cü il tarixli qərar qəbul e6dilmiş, BMCMİ-nin əməkdaşlarından X1, əməliyyat müvəkkili X4 və onun özündən ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik onun özünə həvalə edilmişdir. Təqsirləndirilən şəxs anket məlumatları dəqiqləşdirilmiş və o, elə həmin gün saat 17:00-da ünvan 2 ünvanın yaxınlığında əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılmışdır. Onlar özlərini, Təqsirləndirilən şəxs isə özünü təqdim etmiş, sonuncu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması ona bildirilmiş və BMCMİnin inzibati binasına dəvət edilmişdir. Sonuncu baş idarəyə gətirildikdən sonra araşdırmanın apavrılması təhqiqatçısı Arif Rzayevə həvalə olunmuş, Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş, onun hüquqları tam təmin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmiş, sonuncu buna etiraz etməmişdir. Şahid ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə 30 yanvar 2024-cü il tarixdə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə adını "kakos" kimi bildiyi narkotik vasitə olduğunu bildirərək əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd "Sobranie" markalı siqaret qutusunu və həmin şalvarın sol yan cibindən 02 ədəd plastik bank kartı ilə 01 ədəd ictimai nəqliyyat vasitəsindən istifadə etmək üçün nəzərdə tutulmuş "Baku kart" plastik kartını çıxarıb masanın üzərinə qoymaqla təqdim etməklə. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış həyata keçirilmiş, əlavə əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalara təhqiqatçı tərəfindən baxış keçirilmiş, Ülvinin təqdim etdiyi 01 ədəd "Sobranie" markalı siqaret qutusunun içərisində 01 ədəd şəffaf rəngli yapışqan lentlə bağlanmış qara rəngli sellofana bükülmüş büküm aşkar olunmuşdur ki, həmin büküm də açıldıqda içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər xüsusi spesifik iyə malik maddə olması müəyyən edilmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs 01 ədəd sellofan bükümdə təqdim etdiyi maddəni bir gün əvvəl "instagram" sosial şəbəsində tanış olduğu, lakin tanımadığı İran vətəndaşının "WhatsApp" ani mesajlaşma proqramında əlaqə yaratmaqla şəxsi istifadəsi üçün alıb Nərimanov rayonu ərazisində əldə etdiyini, həmin maddənin adını "kakos" olaraq bildiyini, buna görə iranlıya 125 manat pul göndərməli olduğunu, satmaq, hədiyyə və ya pay vermək niyyətinin olmadığını bildirmişdir. Daha sonra Şahid ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd bükümdə olan narkotik vasitə heroinə oxşar maddə təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılmış, DİN-nin möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs deməsinə görə üzərində olan kartlardan biri ona, digəri isə onun bacısına məxsus olmuşdur. 02 ədəd plastik pul kartları da araşdırma aparılması üçün təhqiqatçı tərəfindən götürülmüş, 01 ədəd ictimai nəqliyyatda istifadə etmək üçün nəzərdə tutulmuş "Baku kart" plastik kartı isə Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Bütün proses videolentə alınmışdır. Ən nəhayət, Şahid ifadəsinin yekununda göstərdi ki, faktla bağlı başlanılmış cinayət işinin gedişatında istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində əməliyyat tapşırığı daxil olmuş, lakin onun konkret olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasını, əldə etdiyi narkotik vasitənin mənbəyini müəyyənləşdirmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs ətrafənda keçirilən əməliyyat-axtarış tədbirlərində və sonuncunun üzərində keçirilmiş şəxsi axtarış və götürmə prosesində iştirak etmiş və məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşları X5 və X3 ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, hər iki şahid məhkəmədə şahid qismində dindirilmiş həmkarları Şahid ilə oxşar məzmunlu ifadə vermiş və sonuncunun ifadəsində işin halları ilə bağlı göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir(iş vərəqə: 103-105, 106-108). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında” 30 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 30 yanvar 2024-cü il tarixdə saat 17:00-da ünvan 2 ünvanın yaxınlığında saxlanılmış Təqsirləndirilən şəxs üzərinə BMCMİ-nin inzibati binasında şəxsi axtarış keçirilmiş, şəxsi axtarış prosesində Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd "Sobranie" markalı siqaret qutusunun içərisində bir ədəd bükümdə heroin narkotik vasitəsinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrlə bağlı izah verib, həmin maddəni 30 yanvar 2024-cü il tarixdə "instagram" sosial şəbəsində tanış olduğu, lakin tanımadığı İran vətəndaşının "WhatsApp" ani mesajlaşma proqramında əlaqə yaratmaqla şəxsi istifadəsi üçün alıb Nərimanov rayonu ərazisində əldə etdiyini, həmin maddənin adını "kakos" olaraq bildiyini, buna görə iranlıya 125 manat pul göndərməli olduğunu bildirmişdir. Bundan başqa, tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi heroin narkotik vasitəsinə şübhəli maddə 01 ədəd kağız zərfə qablaşdırılaraq üzəri DİN-ə məxsus möhürlə möhürlənib götürülmüş, zərfin üzəri prosesdə iştirak edən şəxslər tərəfindən imzalarla təsdiqlənmişdir. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesi videolentə alınmış və videogörüntülərin yükləndiyi 01 ədəd DVD formatlı disk həmin protokola əlavə edilmişdir(iş vərəqə: 27-30). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 31 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/609 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “AR DİN Zərflər üçün №6” dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd bükümdə...(İmza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və təmiz çəkisi 5,314 qram təşkil edir, Tədqiq olunan rəydən görünür ki, qeyd olunan narkotik vasitə heroinin tədqiqat sərfiyyatından sonra 5,214 qram hissəsi qalıq qalmışdır(iş vərəqə: 39-43). Bundan başqa, tədqiq olunan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 fevral 2024-cü il tarixli, 655 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Deməsinə görə psixotrop maddə metamfetamin və narkotik vasitə marixuanadan istifadə edir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(iş vərəqə: 120-121). İş üzrə keçirilmiş daha bir məhkəmə-kimyəvi ekspertizasının 31 yanvar 2024cü il tarixli, 521/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid aşkar edilmişdir. Barbitur turşusu törəmələri, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir(iş vərəqə: 116-119). İşdə olan və məhkəmədə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 62/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir(iş vərəqə: 113-115). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəməyədək icraat mərhələsində "xxxx" MMC-dən əldə olunan Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə daxil olan və həmin nömrədən çıxan məlumatlarla aşağıdakı məzmunda SMS yazışmaları olduğu müəyyən edilmişdir: xx/xx/2023,18:26:29,**********96,**********81,Qara necə qram isdiyirsən sənə qramın 10m verrem. xx/xx/2023,11:25:04,**********81,**********00,Qaqa bidene cavab verde sen ol berk dilxoram qaqa gelim puluynan birin verde mene qaqa. xx/xx/2023,23:56:47,**********81,**********00,Qaqa neynirsen basua donum temani verde mene qalmiwam zelil dilxor sen canun burdayam mehlede xx/xx/2023,23:59:57,**********81,**********00,Qaqa bi kelme soz de qalmiwam kucede xx/xx/2023,16:31:46,**********62,**********81,meneem Tamerlan ulvi 1qram kk gore satdin meni sabahsi gun sen menide satarsan(iş vərəqə: 109-111). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərlə müəyyən edildi ki, Təqsirləndirilən şəxs haqqında külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumtı əsasında Azərbaycan Respublikası DİN-nin BMCMİnin əməkdaşları tərəfindən 30 yanvar 2024-cü il tarixdə qəbul edilmiş “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar əsasında saxlanılmışdır(iş vərəqə: 4, 5-6, 7-8, 9). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli qərarından görünür ki, həmin qərarla Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili Şahid tərəfindən qəbul edilmiş 30 yanvar 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar qanunauyğun hesab edilmişdir(iş vərəqə: 88). Tədqiq olunan əməliyyat tapşırığına aidiyyatı orqan tərəfindən verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasının yoxlanılması, habelə həmin şəxsin digər cinayət əməllərinin və cinayətkar əlaqələrinin müəyyənləşdirilməsi və tapşırıqda göstərilən digər istiqamətlərdə əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində aşkar olunmuş külli miqdarda narkotik vasitə heroinin Təqsirləndirilən şəxs tərəfindən satışını həyata keçirmək məqsədi ilə əldə edib saxlamasına dair məlumatlar əldə edilməsinə baxmayaraq onun satış məqsədilə əldə etdiyi narkotik vasitə heroinin mənbəyinin və tapşırıqda göstərilən digər istiqamətlərdə tərəfimizdən əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır(iş vərəqə: 112). İbtidai istintaq orqanının müvafiq qərarlarına əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 5,314 qram heroin narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan hissəsi - 5,214 qram heroin narkotik vasitəsi iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına saxlanca verilmişdir Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin qeydə alındığı 01 ədəd “DVD” formatlı disk, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə dair açıqlamaların yükləndiyi 01 ədəd CD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır(iş vərəqə: 93-94, 109-111, 124-135). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin mənbəyinin müəyyənləşdirilməsi mümkün olmamış və qeyd olunan mənbənin müəyyənləşdirilməsi məqsədilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda başqa cinayət işi ayrılmışdır (iş vərəqə: 137-138, 139). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 5,314 qram heroin narkotik vasitəsinin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin start külli miqdar həddindən təqribən üç dəfəyə yaxın bir miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək üzərində saxlaması, daşıması, barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat orqanının məlumatları, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mobil sms əlaqələrinin olması, məhkəmə-narkoloji ekspertizanın rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik asılılığının, yəni narkomaniya xəstəliyinin opioidlər qrupuna aid olan narkotik vasitələrlə deyil, onun kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu əlaqəli xəstiə olması təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Təqsirləndirilən şəxs barəsində olan məhkəmə-narkoloji ekspertizasının tədqiqi ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu, yəni narkomaniya xəstəliyi aşkar edilmişdir. Lakin məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs aşkar olunan maddə kannabinoidlər və psixisotimulyator qrupuna deyil, opioidlər qrupunqa daxil olan heroin narkotik vasitəsidir. Daha sonra, məhkəmə baxışı zamanı tədqiq olunan əməliyyat xarpakterli sənədlərlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatları onun qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması barədə olmuşdur. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməməsi, məhkəmə baxışı zamanı ifadələrində ondan aşkar edilib götürülən külli miqdarda narkotik vasitəni satış məqsədilə əldə etməsinə dair verdiyi inkaredici və ziddiyyətli ifadələri, şəxsi istifadəsi üçün iranlıya heroin deyil, tiryək narkotik vasitəsi sifariş verməsi, barəsində olan sübutların qanun pozuntusu ilə əldə olunması barədə göstərdikləri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Təqsirləndirilən şəxs istər məhkəməyədək icraat, o cümlədən barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məsələyə baxılarkən məhkəməyə və ya istərsə də məhkəmə baxışı mərhələsində heç bir orqana şikayət etməmiş, təqsirsizliyi və ya qismən təqsirliliyi barədə müraciət etməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ittiham irəli sürərkən həmin ittihamın mətnində təqsirləndirilən şəxsin narkotik vasitələri satış məqsədilə əldə etməsini qeyd etməklə yanaşı, həm də eyni əməlin tamah məqsədi ilə törədilməsini ittihama daxil etmişdir. Qeyd olunan xüsusatla əlaqədar məhkəmə qeyd edir ki, tamah məqsədi bu halda narkotik vasitələrin satış məqsədilə əldə edilməsində ehtiva olunduğundan tamah məqsədi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmamalı və eyni zamanda "cinayətin tamah məqsədilə törədilməsi" əlaməti təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülən ittihamın mətnindən xaric edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 01 fevral 2024-cü il tarixli, 655 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağı nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən o, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 30 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 31 yanvar 2024-cü il tarixdə müvafiq məhkəmə qərarına əsasən onun barəsində həbsetmənin əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunan cəza müddətinə hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 5,314 qram heroin narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan hissəsi - 5,214 qram heroin narkotik vasitəsi məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin qeydə alındığı 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı; - Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə dair açıqlamaların yükləndiyi 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 110 (yüz on) manat məbləğində ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 30 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilsin. O, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 5,314 qram heroin narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan hissəsi - 5,214 qram heroin narkotik vasitəsi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin qeydə alındığı 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın; - Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə dair açıqlamaların yükləndiyi 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1647/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1647/2024
24.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver