Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1647/2025 21.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Fəxri Afiq oğlu (sədrlik edən), Kərimova Mahirə Nəzər qızı və Kamranov Hafiz Eldar oğlundan ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1966-cı ildə Salyan rayonunu Qaraçala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Salyan rayonu, Qaraçala ərazi dairəsi Qaraçala kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Ləhic bağları fərdi nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə xeyli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma barədə razılığa gəlib, həmin cinayətin həyata keçirilməsi üçün aralarındakı razılaşmaya əsasən həmin şəxslə “WhatsApp” ani yazışma proqramı vasitəsi ilə danışıq zamanı sonuncunun ona bildirdiyi istintaqa məlum olmayan tarixdə və ünvandan digər yerlərə çatdırmaq üçün 07 ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,463 qram, 0.430 qram, 0,440 qram, 0,429 qram, 0,483 qram, 0,457 qram, 0,107 qram olmaqla ümumi təmiz çəkisi 2,809 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin və xeyli miqdarda altı ədəd qara rəngli polietilen bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 4,34 qram, 4,76 qram, 2,76 qram, 2,53 qram, 2,66 qram, 0,73 qram və ağ rəngli sellofana bükülmüş qara rəngli polietilen bağlamadakı 01 ədəd torbada təmiz çəkisi 120 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli ümumi təmiz çəkisi 137,78 qram olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində və idarə etdiyi “Daewoo Lanos” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlamaqla Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağları fərdi nömrəsiz evin yaxınlığına qədər daşımış, 05 aprel 2025-ci il il tarixdə saat 02:25-də Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağları fərdi nömrəsiz evin yaxınlığında qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs saxlanılaraq saxlanıldığı ünvanda videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd siqaret qutusunun içərisində olan 07 ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,463 qram, 0.430 qram, 0, 440 qram, 0,429 qram, 0,483 qram, 0,457 qram, 0,107 qram olmaqla ümumi təmiz çəkisi 2,809 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin və altı ədəd qara rəngli polietilen bükümlərdə xeyli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 4,34 qram, 4,76 qram, 2,76 qram, 2,53 qram, 2,66 qram, 0,73 qram və onun idarə etdiyi “Daewoo Lanos” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin on sərnişin oturacağının alt hissəsindən ağ rəngli sellofana bükülmüş qara rəngli polietilen bağlamadakı 01 ədəd torbada təmiz çəkisi 120 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli ümumi təmiz çəkisi 137,78 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o narkotik vasitə almaq üçün İran vətəndaşının nömrəsini tapmışdır. Narkotik vasitəni şəxsi istifadəsi üçün almış, lakin satış məqsədi olmamışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o ancaq ot qəbul etmişdir. Son 1-2 ayda nevroloji xəstəliyi olduğuna görə metamfetamin istifadə etməyə başlamışdır. Onun 60 yaşı var. Oğlunun biri qazidir. O, 2015-ci ildən marixuana istifadə edir. O maşın ustası işləmişdir. Narkotik vasitəni İran vətəndaşının atdığı konumdan götürmüşdür. O, yalnız şəxsi istifadəsi üçün narkotik almışdır. O, narkotik vasitənin qramını 10 manatdan almışdır. Həmin marixuananın pulunu verməmiş, pulu olduqca hissə-hissə verəcəkmiş. O, əvvəllər də bir neçə dəfə narkotik vasitə almışdır. Ödənişi “m10” vasitəsilə edirmiş. Metamfetaminin qramını isə 35 manatdan almışdır. O, 7 büküm götürmüşdür. O, metamfetaminin 1,08 qram olacağı barədə danışmışdır. Üzərindən qeyd olunan narkotik vasitələr çıxmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, işlərində olan çətinliklərə görə 3-4 aydır ki, nəşə və patı çəkməyə başlamış, əvvəllər tanış olduğu dostlarından biri ona nəşə və patı almaq üçün “Əli” adlı İran vətəndaşı kimi özün təqdim edən üzünü görmədiyi yalnız “WhatsApp” ani yazışma proqramı vasitəsi ilə +98 ***-***-**- ** və +98 ***-***-**-** GSM vasitəsi ilə səsli danışdığı həmin şəxsin ona atdığı konumlar vasitəsi ilə müxtəlif ünvanlara gedərək oraya qoyulmuş narkotik vasitə və psixotrop maddələri oradan götürmüşdür. O, həmin malları götürdükdən sonra “Əli” adlı şəxsin ona atdığı konumlar vasitəsi ilə həmin yerlərə gedərək malları oraya atıb qayıtmış, bunun müqabilində “Əli” adlı şəxs ona götürdüyü narkotik vasitə və psixotrop maddələrin bir hissəsini verdiyi bildirmişdir. Sonuncu dəfə isə o, qeyd etdiyi kimi ona atılan konum vasitəsi ilə yadında qalmayan ünvana getmiş və oradan “Əli” adlı şəxslə danışdıqdan sonra həmin yerə atılmış narkotik vasitə və psixotrop maddələri və elektron tərəziləri götürdükdən sonra öz üzərində və idarə etdiyi özünə məxsus olan “Daewoo Lanos” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ön sərnişin tərəfindəki oturacağın altında gizlətmişdir ki, növbəti dəfə həmin “Əli” adlı şəxs ona göndərdiyi ünvana gedərək çatdırsın. Lakin o, evinə gələn zaman 05 aprel 2025-ci il tarixdə saat 02:25-də Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Ləhic bağları fərdi nömrəsiz evin yaxınlığında Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları onu saxlayaraq barəsində əməliyyat məlumatlarının olduğunu onun üzərinə və idarə etdiyi avtomaşına baxış keçirilməsi zərurəti yarandığını bildirmişlər. O, polis əməkdaşlarının hər şeydən məlumatları olduğunu düşündüyündən səmimi olaraq əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd siqaret karobkasının içərisində olan 07 ədəd bükümdə psixotrop maddə metamfetamini və altı ədəd qara rəngli sellofanda olan bükümləri çıxararaq təqdim etmiş, daha sonra idarə etdiyi “Daewoo Lanos” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin on sərnişin oturacağının alt hissəsindən ağ rəngli sellofana bükülmüş qara rəngli sellofan bağlamadakı 01 ədəd torbada narkotik vasitə qurudulmuş marixuana və elektron tərəzilər aşkar edilərək götürülmüşdür. Bundan sonra üzərindən və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş maddələr, elektron tərəzilər, mobil telefon və plastik bank kartı kağız zərflərə qoyularaq möhürlənmiş, orada olan iştirakçılarla birlikdə o, da həmin zərfin üzərini imzalamışdır. Əlavə suallar cavab olaraq üzərindən və idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitələri, psixotrop maddə metamfetaminləri və elekron tərəziləri üzünü görmədiyi yalnız “WhatsApp” ani yazışma proqramı vasitəsi danışdığı özünü ona İran vətəndaşı kimi təqdim edən “Əli” adlı şəxsdən aldığını, “Əli” adlı şəxslə “WhatsApp” ani yazışma proqramı vasitəsi ilə +98 ***-***-**-** və +98 ***-***-**-** GSM nömrələr vasitəsi ilə onun göndərdiyi konumlar əsasında müxtəlif ünavanlara gedərək oraya qoyulmuş narkotik vasitə və psixotrop maddələri oradan götürdüyünü, həmin malları götürdükdən sonra “Əli” adlı şəxsin ona atdığı konumlar vasitəsi ilə həmin yerlərə gedərək malları qeyd edilən ünvanlara çatdırdığını bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman onların verdiyi suala uyğun narkotik vasitə və psixotrop maddələri 300-400 manata aldığını bildirmiş, lakin yolda gələn zaman polis əməkdaşlarına az məbləğ dediyi üçün inanmayacaqlarını düşünərək Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin inzibati binasında isə təhqiqatçının verdiyi suallara cavab olaraq qeyd olunan narkotik vasitə və psixotrop maddələri isə İran vətəndaşından 2 (iki) min manata əldə etdiyini və pulunu sonradan verəcəyini bildirmişdir. Onun üzərində “Xiaomi Redmi 13” markalı mobil telefon olmuş və həmin telefonun üzərində ***-***-**-** və ***-***-**-** saylı GSM nömrələri olmuşdur. o, yaşadığı evdə və yaxud da başqa ünvanda narkotik vasitə və psixotrop maddə saxlamadığını və gizlətmədiyini bildrimişdir. Onu üzərindən aşkar edilərək götürülmüş üzərində ***-***-**-** və ***-***-**-** saylı GSM nömrələri “Xiaomi Redmi 13” markalı mobil telefona baxış keçirilən zaman Mobil telefonda olan mesajlar, zənglər, «WhatsApp», və s. baxış keçirdikdə mobil telefonda narkotik vasitə və yaxud da psixotrop maddələrin qoyulduğu yerlərin şəkilləri və “WhatsApp” ani səsli yazışma proqramı vasitəsi ilə göndərilən və daxil olan səslər, həmçinin telefonda “Leobank” plastik kartının üzərində Visa, arxasında isə 4098-5844-6353-7876 rəqəmləri olan yazılar qeyd edilmiş, +994 55 ***-**-** GSM nömrəsi ilə qeydiyyatdan keçmiş “WhatsApp Business” ani səsli yazışma proqramına daxil olduqda +98 ***-***-**-**; +98 ***-***-**-** və +98 ***-***-**-** xarici GSM nömrələrindən ona gələn zənglər və səslər aşkar edilmişdir. Həmin telefonda yazılan “Ajceл” adında +994 51-388-89-94 GSM nömrəsindən ona göndərilmiş 17 saniyəlik səsdə “ salam axşamın xeyir olsun, gör nə deyirəm indi deyəsən aysel özü mənə səs atdı sadəcə bir dost kimi da hər şeyi qoyduq bir qırağa, pulnan nəysə o daşdan zaddan tapmaq götürmək olar” kimi ifadələr aşkar olunmuşdur. Bundan başqa +98 ***-***-**-** ad yazısı olmayan nömrədən sizə göndərilmiş şəkildə 55 *** ** ** nömrəsi olan Nİ........,A........ m10 by PashaPay yazıları olan şəkil və “salam dayı nə qədər çəkər mənə pul vurasan, karta görə deyirəm e” kimi səslər göndərilmişdir. Bundan başqa +994 70 ***-**-** GSM nömrəsi ilə qeydiyyatdan keçmiş “WhatsApp” ani səsli yazışma proqramına daxil olduqda “Eлшaд Eзиз” adı ilə kontakta yazılmış +99***-***-**-** GSM nömrəsi ilə 09 saniyəlik səsdə “elə həmişəki kimi, ürəyim həmişəki kimi, biraz dobro elə amma həmişəki kimi” ona göndərilmiş səslər, göndərilmiş konum həmçinin sizin həmin şəxsə göndərdiyiniz “hardasa iki saat gələcəm” səsləri və üzərində 4098-5844-6353-7876 rəqəmləri “Leobank” plastik kartının göndərdiyi şəkil aşkar edilmişdir. Bundan başqa +98 ***-***-**-** xarici GSM nömrəsindən “Elçin əmi nə var nə yox, ağ daş lazım olsa de ot var” kimi sələr göndərilmişdir. “Saiw” adı ilə kontakta yazılmış +994 55-399-63-52 GSM nömrəsindən sizə “qoca necesən, nə var nə yox burdan keçəssən burdan keçsən bizə dəy ola bilsin yarı daş götürdük birdənə səninlə söhbət edək mənim nömrəmi Ruslana vermə, səninlə söhbət edim sonra onunla söhbət edərəm” səsləri göndərilmişdir. Bundan başqa telefonun daxili yaddaşında “VİD-20250330- Wa0012.mp4” formatında onun çəkdiyi 01 dəqiqə 27 saniyədən ibarət olan videoyazıda “bax qrdaş göndərdiyin malllar 18 ədəddir. 20 adıynan mənə niyə 18-in verirki, şər atır nədir mənim başım çıxmır kimin başı üçün deyil ki, kiməsə şər atsın ****** yalan deyən başqa söhbət olar burda, malıda əskik göndərib adamın şərəfi olar xahiş edirəm birdə mənə belənçi şeylər göndərmə” səsləri və evin döşəməsinin üzərində tökülmüş 18 ədəd sayda üzəri skocla bükülmüş sellofan bağlamalarda olan narkotik maddəyə bənzər bağlamaların olması aşkar edilmiş, o, da səmimi olaraq telefonunda olan yazışmalar və şəkillərin onun tərəfindən və qeyd edilən şəxlər tərəfindən göndərildiyini həmin şəxslərin ad soyadlarını bilmədiyini və onlar ilə əvvələr danışdığını, çəkdiyi videoda olan 18 ədəd sayda üzəri skocla bükülmüş sellofan bağlamalarda olan malların isə qurudulmuş nəşə olsuğunu, həmin nəşələri ona İran vətəndaş kimi tanıdığı və bildiyi “Əli” adlı şəxsin ona 20 ədəd göndərəcəyini bildirdiyi üçün o, həmin bağlamanı açdıqda 18 ədəd olduğu üçün özü videoçəkilişlə çəkərək həmin şəxsə göndərmişdir ki, birdə onu aldatmasın. “Əli” adlı şəxs ona göndərdiyi narkotik vasitə qurdulmuş marixuananı onun dediyi yerlərə eləcə də özünün tanışlarına istifadəsində olan mobil telefona göndərilmiş konumlar vasitəsi ilə getdiyini qeyd olunan yerlərə həmin malları atdıqdan sonra şəklin çəkərək “Əli” adlı şəxsə göndərdiyini həmin malların pulunu isə istifadəsində olan üzərində 4098-5844-6353-7876 rəqəmləri olan “Leobank” plastik kartına göndərmişlər. O, isə “Əli” adlı şəxslə +98 ***-***- **-** GSM nömrəsi ilə “WhatsApp” ani səsli yazışma proqramı vasitəsi ilə ona göndərdiyi şəkildə qeyd olunmuş 55 *** ** ** m10 hesabına göndərdiyini bildirmişdir. (cild 1, iş vərəqə 203-208) İbtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra məhkəmə iclasında verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Aysel onun tanış olduğu qız olmuşdur. Ayselin 30-32 yaşı olar. O, narkotik vasitələri Aysel üçün götürmüşdür. Narkotikin pulunu o özü verirmiş, narkotik vasitəni isə Ayselə pay vermişdir. O, metamfetamin istifadə etməmişdir. Bir neçə dəfə Ayselə çəkməsi üçün narkotik vasitə alıb vermişdir. O, yalnız marixuana istifadə edirmiş. “Elşad Əziz” adı ilə kontaktında qeyd olunan şəxsin səsdə “dobrıy elə”-ni nəyə görə dediyini bilmir. İbtidai istintaq zamanı ona qarşı fiziki təsir edən olmamışdır. Məhkəmə-tibbi ekspertizasının rəyində qeyd edilmiş xəsarətləri saxlanılan zaman almamış, saxlanılmazdan bir neçə gün əvvəl avtomobildə əzilmişdir. Şahid1 dedikləri doğrudur. O, narkotik vasitələri şəxsi istifadəsi üçün almış, lakin satış məqsədi olmamışdır. Şahid2 tərəfindən ona qarşı heç bir fiziki təsir olmamışdır. ***- ***-**-** və ***-***-**-** saylı mobil nömrələr ona məxsusdur. Narkotik vasitələr ona məxsusdur. O, 02 qram metamfetamin və 137 qram marixuananı götürmüş, lakin satış məqsədi olmamışdır. Polis əməkdaşları onu saxlayan zaman fiziki xəsarət yetirmişlər, lakin bunu əvvəlki məhkəmə iclaslarında demək istəməmişdir. İttiham aktında qeyd olunan tərəzilər də ona məxsusdur. Lakin həmin tərəzilərdən satış məqsədi ilə istifadə etməmişdir. O özü narkotik vasitə istifadə edən zaman tərəzidə çəkisini ölçüb sonra istifadə edir. Gələcəkdə tərəzi ona lazım olmayacaq. Narkotik vasitələri və psixotrop maddələri özü kiçik bükümlərə bölməmiş, narkotik vasitələri elə bükümlər formasında almışdır. O narkotik vasitələri və psixotrop maddələri götürüb evə gedirmiş. Bu səbəbdən həmin narkotik vasitələr və psixotrop maddələr onun avtomobilində olmuşdur. Onun telefonunda aşkar edilmiş videoda 18 büküm olmasından məlumatı yoxdur. İranlının deməsi ilə müxtəlif yerlərə narkotik vasitə qoyaraq, əvəzində pul götürməsi halı olmamışdır. Ona şər atırlar, belə ki, ona nəyə görə elə mesajlar göndərildiyinin səbəbini bilmir. Bəlkə də, o saxlandıqdan sonra həmin mesajlar ona yazılmışdır. O, daş alqı-satqısı ilə məşğul olmur. Məhkəmə şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, eləcə də qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə vermiş olduğu ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü PŞnin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, 2025-ci ilin aprel ayının 5-də gecə saat 02-03 radələrində şöbənin əməliyyat müvəkkili Şahid3 Ləhic bağları adlanan ərazidə yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitə istifadəsi və üzərində gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı ilə bağlı raportla rəhbərliyə müraciət edilmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o, Şahid3 və Şahid2 daxil edilmişdir. Aprel ayının 4-dən 5-ə keçən gecə saat 02-03 radələrində Təqsirləndirilən şəxs Ləhic bağlarında avtomobilinin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər, narkotik vasitənin qanunsuz istifadəsi və daşımasında şübhəli olduğunu bildirərək üzərində qanunsuz əşya varsa, təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs əynindəki gödəkcənin cibindən 01 ədəd siqaret qutusu və içərisində metamfetamin və marixuanna olan bükümlər təqdim etmişdir. Bundan başqa şəxsin üzərində mobil telefon da olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə və yaxud da yaşadığı evdə narkotik vasitə və yaxudda psixotrop maddə saxlamasını soruşmuşlar. Təqsirləndirilən şəxs avtomobilində narkotik vasitə olduğunu bildirmiş və özü könüllü olaraq sərnişin oturacağının alt hissəsindən ağ rəngli sellofanı götürərək təqdim etmişdir. Həmin sellofanın içərisində elektron tərəzi və marixuana olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələri iran vətəndaşından aldığını və konumdan götürdüyü bildirmişdir. Aşkar edilmiş narkotik vasitələr və elektron tərəzi qablaşdırılaraq şöbəyə aparılmışdır. Şöbədə narkotik vasitələrə təkrar baxış keçirilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, Qrup rəhbəri Şahid3 olmuş və əməliyyat məlumatı sonuncuya daxil olmuşdur. Saxlanılan zaman Təqsirləndirilən şəxs tərəfindən onlara qarşı heç bir müqavimət olmamışdır. Təqsirləndirilən şəxs qarşı tərəflərin dən heç bir fiziki və psixi təsir olmamışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis baş leytenantı xüsusi rütbəsi daşıyır. 05 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatları daxil olmuşdur. Həmin məlumat əsasında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid3 tərəfindən raportla məruzə edilmiş və əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin günü yəni, 05 aprel 2025-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid3 və sahə inspektoru Şahid2 ilə birlikdə keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı saat 02:25-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağları fərdi nömrəsiz evin yaxınlığında saxlanılmışdır. Özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra üzərində qanunsuz əşya varsa təqdim etməsini təklif etmişlər. Təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd ağ rəngli siqaret qutusunun içərisində olan 02 ədəd bükümdə ağ rəngli kristallik hissəciklərdən ibarət biri digərinə nisbətən daha böyük bükülümüş psixotrop maddə metamfetamin və 06 ədəd bükümdə qara rəngli sellofana bükülmüş qurudulmuş marixuana aşkar edilərək götürülmüş və tərəflərindən zərfə qoyularaq qablaşdırılmış və üzəri imzalarla imzalanmışdır. Sorğu əsasında Təqsirləndirilən şəxs həmin ağ rəngli kristallik hissəciklərdən ibarət olan maddələrin “patı” olduğunu, qurudulmuş ota bənzər maddələrin isə marixuana olduğunu İran vətəndaşından ona göndərdiyi konumlar vasitəsilə həmin maddələri götürdüyün bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirən zaman əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefon və həmin mobil telefonu kənar zərbələrdən qoruyan qara rəngli plastik materialdan hazırlanmış qoruyucu örtük telefonun üzərindən çıxarıldıqda onun arxasında saxladığı 01 ədəd “Leobank” hesab kartı aşkar edilərək götürülmüşdür. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə və yaxud da yaşadığı evdə narkotik vasitə və yaxud da psixotrop maddə saxlayıb-saxlamaması soruşulduqda könüllü olaraq özünün idarə etdiyi “DAEWOO LANOS” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağının alt hissəsindən ağ rəngli sellofanı götürərək təqdim etmişdir. Tərəflərindən həmin sellefan bükülü açıldıqda onun içərinidən qara rəngli sellofan büklümüş olan 03 ədəd elektron tərəzi və qurudulmuş bitki mənşəli otabənzər maddə özünün dediyinə görə marixuanna olan bükümlərdə tərəflərindən qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə tərəflərindən baxış keçirildikdə qanunla qadağan edilmiş maddə və ya predmet tapılmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə gətirmişlər. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, dövlət hesabına müdafiəçi təyin olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobilindən aşkar edilərək götürülmüş içərisində bükümlər və elektron tərəzilər olan zərflər, mobil telefon və bank kartı təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı tərəfindən həmin zərflər açılmış, zərflər içərisində olan 06 ədəd bükümdə olan qurudulmuş ot kütləsi marixuanna, 01 ədəd bükümdə qurudulmuş ot kütləsi marixuana, ağ rəngli kristallik hissəciklərdən ibarət metamfetamin, metamfetamini çəkmək üçün istifadə olunan kustar üsulla hazırlanmış vasitə, elektron tərəzilər və mobil telefon aşkar olunmuşdur. Təhqiqatçının Elçinə verdiyi suallara cavab olaraq İran vətəndaşı kimi tanıdığı şəxsdən əldə etdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin bükümlər yenidən zərflərə qablaşdırılaraq götürülmüşdür. Qeyd olunanlar barədə ayrı-ayrılıqda videoçəkilişlər edilməklə, protokollar tərtib edilmiş və iştirakçılar tərəfindən protokollara imza edilmişdir. Təqsirləndirilən şəxs saxlanılan, tutulan, üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman ona qarşı zor tətbiq edilməmişdir. (cild 1, iş vərəqə 188-191) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü PŞ-nin sahə inspektoru Şahid2 ifadə verərək göstərmişdir ki, 2025-ci ilin aprel ayının 5-də saat 02:30 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağları ərazisində Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat məlumatı əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinərək saxlanılmışdır. Şəxsin üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilən zaman 7-8 büküm narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs çəkiliş zamanı nəqliyyat vasitəsində də narkotik vasitə olduğunu etiraf etmişdir. Nəqliyyat vasitəsinə baxış keçirilmiş, narkotik vasitə aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs 14-cü PŞ-yə gətirilərək təhqiqatçıya təhvil verilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, əməliyyat qrupunun rəhbəri Şahid3 olmuşdur. Təqsirləndirilən şəxs gecə saat 02-03 radələrində yaxınlaşmışlar. Təqsirləndirilən şəxs narkotik vasitələri İran vətəndaşından aldığını demişdir. Tərəflərindən şəxsə qarşı fiziki və psixi təsir olmamışdır. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Əməliyyat məlumatının dəqiq olaraq nə ilə bağlı olduğunu bilmir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru vəzifəsində xidmət edir və polis kapitanı xüsusi rütbəsi daşıyır. 05 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatları daxil olmuşdur. Həmin məlumat əsasında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid3 tərəfindən raportla məruzə edilmiş və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin günü yəni, 05 aprel 2025-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməliyyat müvəkkilləri Şahid3 və Şahid1 ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 02:25-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağları fərdi nömrəsiz evin yaxınlığında saxlanılmışdır. Özlərini Elçinə təqdim etdikdən sonra üzərində qanunsuz əşya varsa təqdim etməsini təklif etmişlər. Təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd ağ rəngli siqaret qutusunun içərisində olan 02 ədəd bükümdə ağ rəngli kristallik hissəciklərdən ibarət biri digərinə nisbətən daha böyük bükülmüş psixotrop maddə metamfetamin və 06 ədəd bükümdə qara rəngli sellofana bükülmüş qurudulmuş marixuana aşkar edilərək götürülmüş və tərəflərindən zərfə qoyularaq qablaşdırılmış və üzəri imzalara imzalanmışdır. Sorğu əsasında Təqsirləndirilən şəxs həmin ağ rəngli kristallik hissəciklərdən ibarət olan maddələrin “patı” olduğunu, qurudulmuş ota bənzər maddələrin isə marixuana olduğunu İran vətəndaşından ona göndərdiyi konumlar vasitəsilə həmin maddələri götürdüyün bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirən zaman onun əynində olan cins şalavarın sağ yan cibindən 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefon və həmin mobil telefonu kənar zərbələrdən qoruyan qara rəngli plastik materialdan hazırlanmış qoruyucu örtük telefonun üzərindən çıxarıldıqda onun arxasında saxladığı 01 ədəd “Leobank” hesab kartı aşkar edilərək götürülmüşdür. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə və yaxud da yaşadığı evdə narkotik vasitə və yaxudda psixotrop maddə saxlayıb-saxlamaması soruşulduqda o, könüllü olaraq özünün idarə etdiyi “DAEWOO LANOS” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin on sərnişin oturacağının alt hissəsindən ağ rəngli sellofanı götürərək təqdim etmişdir. Tərəflərindən həmin sellefan bükkülü açıldıqda onun içərinidən qara rəngli sellofan büklümüş olan 03 ədəd elektron tərəzi və qurudulmuş bitki mənşəli otabənzər maddə özünün dediyinə görə marixuanna olan bükümlərdə tərəflərindən qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə tərəfimizdən baxış keçirildikdə qanunla qadağan edilmiş maddə və ya predmet tapılmadı. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə gətirdik. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, ona dövlət hesabına müdafiəçi təyin olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobilindən aşkar edilərək götürülmüş içərisində bükümlər və elektron tərəzilər olan zərflər, mobil telefon və bank kartı təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı tərəfindən həmin zərflər açılmış, zərflər içərisində olan 06 ədəd bükümdə olan qurudulmuş ot kütləsi marixuanna, 01 ədəd bükümdə qurudulmuş ot kütləsi marixuana, ağ rəngli kristallik hissəciklərdən ibarət metamfetamin, metamfetamini çəkmək üçün istifadə olunan kustar üsulla hazırlanmış vasitə, elektron tərəzilər və mobil telefon aşkar olunmuşdur. Təhqiqatçının verdiyi suallara cavab olaraq Təqsirləndirilən şəxs İran vətəndaşı kimi tanıdığı şəxsdən əldə etdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin bükümlər yenidən zərflərə qablaşdırılaraq götürülmüşdür. Qeyd olunanlar barədə ayrı-ayrılıqda videoçəkilişlər edilməklə, protokollar tərtib edilmiş və iştirakçılar tərəfindən protokollara imza edilmişdir. Təqsirləndirilən şəxs saxlanılan, tutulan, üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman ona qarşı zor tətbiq edilməmişdir. (cild 1, iş vərəqə 192-195) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ 14-cü PŞ-nin əməliyyat müvəkkili Şahid3 ifadə verərək göstərmişdir ki, 2025-ci ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış və könüllü şəkildə üzərində olan narkotik vasitəni təqdim etmişdir. Daha sonra şəxs avtomobilində də narkotik vasitə olduğunu bildirmiş və avtomobilində olan narkotik vasitə də götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələri şəxsi istifadəsi üçün daşıdığını, İran vətəndaşından aldığını demişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, əməliyyat məlumatı ona daxil olmuş və qrupun rəhbəri o olmuşdur. Təqsirləndirilən şəxs gecə saatlarında Ləhic bağlarında yaxınlaşmışlar. Təqsirləndirilən şəxs narkotik vasitələri şəxsi istifadəsi üçün aldığını demişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs heç bir müqavimət göstərməmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs yanında heç kəs olmamışdır. Tərəflərindən şəxsə qarşı heç bir fiziki və psixi təsir olmamışdır. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı narkotik vasitələrin istifadəsi ilə bağlı olmuşdur. Satışla bağlı məlumat olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin Cinayət- axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis leytenantı xüsusi rütbəsi daşıyır. 05 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatları daxil olmuş, həmin məlumat əsasında onun tərəfindən raportla məruzə edilmiş və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin günü yəni, 05 aprel 2025-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 və sahə inspektoru Şahid2 ilə birlikdə keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı saat 02:25-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağları fərdi nömrəsiz evin yaxınlığında saxlanılmış, özlərini ona təqdim etdikdən sonra üzərində qanunsuz əşya varsa təqdim etməsini təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd ağ rəngli siqaret qutusunun içərisində olan 02 ədəd bükümdə ağ rəngli kristallik hissəciklərdən ibarət biri digərinə nisbətən daha böyük bükülümüş psixotrop maddə metamfetamin və 06 ədəd bükümdə qara rəngli sellofana bükülmüş qurudulmuş marixuanna aşkar edilərək götürülmüş və onlar tərəfindən zərfə qoyularaq qablaşdırlımış və üzəri imzalarla imzalanmışdır. Sorğu əsasında Təqsirləndirilən şəxs həmin ağ rəngli kristallik hissəciklərdən ibarət olan maddələrin “patı” olduğunu, qurudulmuş ota bənzər maddələrin isə marixuana olduğunu İran vətəndaşından ona göndərdiyi konumlar vasitəsilə həmin maddələri götürdüyünü bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirən zaman onun əynində olan cins şalavarın sağ yan cibindən 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefon və həmin mobil telefonu kənar zərbələrdən qoruyan qara rəngli plastik materialdan hazırlanmış qoruyucu örtük telefonun üzərindən çıxarıldıqda onun arxasında saxladığı 01 ədəd “Leobank” hesab kartı aşkar edilərək götürüldü. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə və yaxud da yaşadığı evdə narkotik vasitə və yaxud da psixotrop maddə saxlaması soruşulduqda o, könüllü olaraq özünün idarə etdiyi “DAEWOO LANOS" markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağının alt hissəsindən ağ rəngli sellofanı götürərək təqdim etmiş, həmin sellofan açıldıqda onun içərisindən qara rəngli sellofana büklümüş olan 03 ədəd elektron tərəzi və qurudulmuş bitki mənşəli otabənzər maddə özünün dediyinə görə marixuana olan bükümlərdə onlar tərəfindən qablaşdırılmış, daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirildikdə qanunla qadağan edilmiş maddə və ya predmet tapılmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə gətirmişlər. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, ona üzərindən və idarə etdiyi avtomobilindən aşkar edilərək götürülmüş içərisində bükümlər və elektron tərəzilər olan zərflər, mobil telefon və bank kartı təhqiqatçıya təqdim olunmuş, təhqiqatçı tərəfindən həmin zərflər açldıqda içərisində olan 06 ədəd bükümdə olan qurudulmuş ot kütləsi marixuana, 01 ədəd bükümdə qurudulmuş ot kütləsi marixuana, ağ rəngli kristallik hissəciklərdən ibarət metamfetamin, metamfetamini çəkmək üçün istifadə olunan kustar üsulla hazırlanmış vasitə, elektron tərəzilər və mobil telefon aşkar olundu. Təhqiqatçının ona verdiyi suallara cavab olaraq İran vətəndaşı kimi tanıdığı şəxsdən əldə etdiyini bildirdi. Bundan sonra təhqiqatçı tərəfindən həmin bükümlər yenidən zərflərə qablaşdırılaraq götürüldü. Qeyd olunanlar barədə ayrı-ayrılıqda videoçəkilişlər edilməklə, protokollar tərtib edilmiş və iştirakçılar tərəfindən protokollara imza edilmişdir. Təqsirləndirilən şəxs saxlanılan, tutulan, üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman ona qarşı zor tətbiq edilməmişdir. (cild 1, iş vərəqə 196-199) Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin baş təhqiqatçısı Şahid6 ifadəsində bildirmişdir ki, axşam saatları olduğunu görə yuxusuzluq səbəbilə, diqqətsizlik edib bükümləri sayan zaman texniki səhv etmişdir. Ümumilikdə ona 07 büküm psixotrop maddə təqdim olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Sabunçu rayon Polis İdarəsinin müstəntiqi Şahid5 ifadəsində bildirmişdir ki, o, təqsirləndirilən şəxsə ekspert rəyi əsasında ittiham vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzində fiziki-kimyəvi ekspertizalar şöbəsinin aparıcı eksperti Şahid4 ifadəsində bildirmişdir ki, o ekspert rəyində zərfi açdıqda 07 bükümün aşkar edildiyini yazmışdır. Ekspertizaya ümumilikdə 07 büküm təqdim edilmişdir. O ekspertizasını apardığı işlərdə təqdim edilən bükümlərin hər birindən nümunə götürüb tədqiq edir. Bunu ekpert rəyində “təqdim edilmiş maddələrdən nümunələr götürüldü” qeyd etmiş, bu zaman bükümlərin hər birini nəzərdə tutmuşdur. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin fizikikimyəvi ekspertizalar şöbəsinin aparıcı eksperti vəzifəsində çalışır və İ dərəcəli ədliyyə qulluqçusudur. 05 aprel 2025-ci il tarixli, 6/1279 nömrəli rəy onun tərəfindən yazılmış, həmin rəyi o, tərtib edib və imzalamışdır. Suallara cavab olaraq tədqiqat obyekti üzərində Təqsirləndirilən şəxs sözləri, imzalar Azərbaycan Respublikası DİN Zərflər üçün № 100 dairəvi möhür əksləri olan bir ədəd zərfdə təqdim olunduğunu, zərfi açdıqda içərisində 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,463 qram, 0.430 qram, 0, 440 qram, 0,429 qram, 0,483 qram, 0,457 qram, 0,107 qram ümumi təmiz çəkisi 2,809 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələrin olmasının müşahidə edildiyini həmin maddələrin qeyd olunan təmiz çəkiləri onları təqdim edən polis əməkdaşının iştirakı ilə elektron tərəzi vasitəsi ilə müəyyən edildiyini və bu barədə müvafiq akt tərtib edilərək onun surəti həmin rəyə əlavə edildiyini bildirmişdir. (cild 1, iş vərəqə 235-237) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (Cild 1, iş vərəqə 1) xx.xx.2025-ci il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, iş vərəqə 3) xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan, həmin tarixli əməliyyat qrupunun yaradılması barədə 3-13-49-3/Ə31/2025 saylı əmrdən və həmin tarixli əməliyyat qrupunun təşkil edilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Sabunçu RPİ-nin 14-cü PŞ-də əməliyyat qrupu yaradılmışdır. (cild 1, iş vərəqə 5-8) Şəxsi axtarış və götürmə aparılması haqqında 05 aprel 2025-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı «Samsung» markalı video kameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmiş, iştirakçılar tərəfindən video çəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz daxil olmamışdır. Barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, həmin Məcəllənin 90-cı maddəsi ilə nəzərdə tutulmuş şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən aşkar edilmiş 02 büküm psixotrop maddə metamfetaminə bənzər, 06 ədəd bükümdə marixuanaya bənzər narkotik vasitəni, əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd "Redmi" markalı mobil telefonu, özünə məxsus olan idarə etdiyi "DAEVO Lanos" markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirən zaman həmin avtomobilin ön sərnişin oturacağının altında ağ rəngli sellofana bükülmüş marixuanaya bənzər narkotik vasitə, 03 ədəd elektron tərəzi və arxa oturacaqdan isə psixotrop maddə metamfetamini çəkmək üçün istifadə edilən kustar üsulla hazırlanmış şüşə lampanı təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofanın içərisində olan maddənin patı olduğunu, 06 ədəd bükümdə marixuanaya bənzər narkotik vasitənin nəşə olduğunu, özünə məxsus olan idarə etdiyi "DAEVO Lanos" markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağının altında ağ rəngli sellofana bükülmüş marixuanaya bənzər narkotik vasitənin nəşə olduğunu, 03 ədəd elektron tərəziləri xx.xx.2025-ci il tarixdə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxs Maştağa qəsəbəsi ərazisində psixotrop maddəni yerləşdirdiyi ərazinin mobil telefonuna məkan atmış və həmin psixotrop maddəni 300-400 manata əldə etdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs idarə etdiyi "DAEVO Lanos" markalı **- CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacaqda olan psixotrop maddə metamfetamini çəkmək üçün istifadə edilən kustar üsulla hazırlanmış şüşə lampadan isə metamfetamin çəkmək üçün düzəldilmiş əşya olduğnu bildirmişdir. Aşkar olunmuş maddələr, elektron tərəzilər və "Samsung" markalı mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan iki ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. (cild 1, iş vərəqə 11-15) 05 aprel 2025-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 02:25-də Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic bağlarında saxlanılmış və üzərinə baxış zamanı psixotrop maddə olan metamfetaminə bənzər maddə və marixuanaya bənzər narkotik vasitə aşkar edilərək götürülmüşdür. (cild 1, iş vərəqə 16) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə, saat 04:25-də şübhəli şəxs qismində tutularaq azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-cü il tarixdən, saat 02:25-dən tutulmuş hesab edilmişdir. (Cild 1, iş vərəqə 21-22) Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 05 aprel 2025ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, videogörüntü 1-ci videogörüntü diskə “İMG_0034” adı ilə yazılmış 24 dəqiqə 07 saniyədən ibarətdir. Videogörüntüyə baxdıqda Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları və Təqsirləndirilən şəxs özünü təqdim edirlər. Daha sonra Təqsirləndirilən şəxs qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd ağ rəngli siqaret qutusunu içərisində ümumilikdə 02 ədəd biri o birindən xeyli böyük həcmdə olan ağ rəngli sellofan bükümə bükülmüş içərisində 05 ədəd olan, digəri isə 01 ədəd ağ rəngli kağıza bükülmüş bir bükümdə olan metamfetamin, daha sonra isə 06 bükümdə olan qara rəngli sellofana bükülmüş qurudulmuş marixuananı tədim edir. Polis əməkdaşlarının verdiyi suallar cavab olaraq Təqsirləndirilən şəxs həmin maddələri tanımadığı İran vətəndaşından 300-400 manata əldə etdiyini bildirir. Bundan sonra onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixtrop maddə qablaşdırılaraq möhürlənir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirdikdə onun üzərindən 01 ədəd Redmi 132 markalı mobil telefon aşkar edilir. Həmin mobil telefonun qara rəngli plastik qoruyucusunun arxasında isə qara rəngli “Leobank” plastik kartı aşkar edilir. Onun üzərindən aşkar edilmiş mobil telefon qablaşdırılır və qara rəngli “Leobank” plastik kartı onun özünə qaytarılır. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli “DAEWOO LANOS” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin on sərnişin oturacağının alt hissəsindən ağ rəngli sellofana bükülmüş qara rəngli sellofan torbanın içərisindən qurudulmuş marixuanna və elektron tərəzi aşkar edilərək götürülür. Bundan sonra həmin götürülmüş qurudulmuş marixuana və elektron tərəzi qablaşdırılır, üzəri möhürlənir orada olan iştirakçılar tərəfindən imzalanır və polsi əməkdaşları tərəfindən çəkilişin bitdiyi və polis şöbəsində davam etdiriləcəyi bildirilir. Bununla da çəkiliş başa çatır. 2-ci videogörüntü diskə “İMG_2285” adı ilə yazılmış 08 dəqiqə 06 saniyədən ibarətdir. videogörüntüyə baxdıqda Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin inzibati binasında təhqiqatçı və orada iştirak edən şəxslər özlərini təqdim edirlər. Təhqiqatçı ona tədim edilmiş əşyaları və narkotik vasitə və psixotrop maddələrin qablaşdırılmış paketlərin bir hissəsini açmaqla Təqsirləndirilən şəxs və onun müdafiəçisinə təqdim edir. Bundan sonra onun üzərindən və idarə etdiyi avtomobilindən akar edilərək götürülmüş elektron tərəzinin və narkotik vasitə və psixotrop maddənin haradan əldə etdiyini nə üçün üzərində və avtomobilində daşdığını sual verdikdə Təqsirləndirilən şəxs qeyd olunan əşyaların və narkotik vasitə və psixotrop maddələrin 2 min manata İran vətəndaşının əldə etdiyini daha sonra isə pullarını qaytaracağını bildirir. Təhqiqatçı tərəfindən açılmış qablaşdırılmış paketlər yenidən qablaşdırılaraq mühürlənir və ekspertizaya göndəriləcəyi bildirilir. Bununla da çəkiliş sona çatır. (cild 1, iş vərəqə 35-38) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 aprel 2025-ci il tarixli, 6/1279 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs o..... “ sözləri olan zərfi açdıqda içərisində 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,463 qram, 0.430 qram, 0, 440 qram, 0,429 qram, 0,483 qram, 0,457 qram, 0,107 qram ümumi təmiz çəkisi 2,809 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 2,809 qram, tədqiqata sərf edildi – 0,140 qram, qalıq – 2,669 qram. (cild 1, iş vərəqə 48-51) Məhkəmə-bioloji ekspertizasının 05 aprel 2025-ci il tarixli, 7/542 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs ...” yazısı və imzalar olan kağız paketdəki 06 (altı) ədəd qara rəngli polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,34 qram, 4,76 qram, 2,76 qram, 2,53 qram, 2,66 qram, 0,73 qram və ağ kağız üzərində “Saxlanılan Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan polietilen bağlamadakı 01 (bir) ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 120 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 137,78 qram olan qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. Tədqiqatlar “Çətənənin yoxlanılması üçün tövsiyyə olunan metodlar” Bakı 2005-ci il metodik vəsaitində göstərilmiş metodlarla aparıldı. Marixuananın ümumi təmiz çəkisi 137,78 (1-7№li ob), tədqiqata istifadə olundu-0,4 qram, (hər bükümdən 0,05 qram bağlamadan isə 0,1 qram götürüldü), qalıq -137,38 qram. (cild 1, iş vərəqə 53-56) “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 66-68) Baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı götürülmüş mobil telefona baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin telefonun üzərində ***-***-**-** və ***-***-**-** saylı GSM nömrələri olan “Xiaomi Redmi 13” markalı mobil telefona baxış keçirilən zaman Mobil telefonda olan mesajlar, zənglər, «WhatsApp», və s. baxış keçirdikdə mobil telefonda narkotik vasitə və yaxud da psixotrop maddələrin qoyulduğu yerlərin şəkilləri və “WhatsApp” ani səsli yazışma proqramı vasitəsi ilə göndərilən və daxil olan səslər, həmçinin telefonda “Leobank” plastik kartının üzərində Visa, arxasında isə 4098-5844-6353-7876 rəqəmləri olan yazılar qeyd edilmişdir. +994 55 ***-**-** GSM nömrəsi ilə qeydiyyatdan keçmiş “WhatsApp Business” ani səsli yazışma proqramına daxil olduqda +98 ***-***-**-**; +98 ***-***-**-** və +98 ***-***-**-** GSM nömrələrindən Təqsirləndirilən şəxs gələn zənglər və səslər aşkar edilmişdir. Həmin telefonda yazılan “Ajceл” adında +994 51-388-89-94 GSM nömrəsindən Təqsirləndirilən şəxs göndərilmiş 17 saniyəlik səsdə “salam axşamın xeyir olsun, gör nə deyirəm indi deyəsən aysel özü mənə səs atdı sadəcə bir dost kimi da hər şeyi qoyduq bir qırağa, pulnan nəysə o daşdan zaddan tapmaq götürmək olar” kimi ifadələr aşkar olunmuşdur. Bundan başqa +98 ***-***-**-** ad yazısı olmayan nömrədən Təqsirləndirilən şəxs göndərilmiş şəkildə 55 *** ** ** nömrəsi olan Nİ........,A........ m10 by PashaPay yazıları olan şəkil və “salam dayı nə qədər çəkər mənə pul vurasan, karta görə deyirəm e” kimi səslər göndərilmişdir. Bundan başqa +994 70 ***-**-** GSM nömrəsi ilə qeydiyyatdan keçmiş “WhatsApp” ani səsli yazışma proqramına daxil olduqda “Eлшaд Eзиз” adı ilə kontakta yazılmış +99***-***-**-** GSM nömrəsi ilə 09 saniyəlik səsdə “elə həmişəki kimi, ürəyim həmişəki kimi, biraz dobro elə amma həmişəki kimi” göndərilmiş səslər, göndərilmiş konum həmçinin Təqsirləndirilən şəxs həmin şəxsə göndərdiyi “hardasa iki saat gələcəm” səsləri və üzərində 4098-5844-6353-7876 rəqəmləri “Leobank” plastik kartının göndərdiyi şəkil aşkar edilmişdir. Bundan başqa +98 ***-***-**-** GSM nömrəsindən “Elçin əmi nə var nə yox, ağ daş lazım olsa de ot var” kimi səslər göndərilmişdir. “Saiw” adı ilə kontakta yazılmış +994 55-399-63-52 GSM nömrəsindən “qoca necesən, nə var nə yox burdan keçəssən burdan keçsən bizə dəy ola bilsin yarı daş götürdük birdənə səninlə söhbət edək mənim nömrəmi Ruslana vermə, səninlə söhbıt edim sonra onunla söhbət edərəm” səsləri göndərilmişdir. Bundan başqa telefonun daxili yaddaşında “VİD-20250330-Wa0012.mp4” formatında Təqsirləndirilən şəxs özünün çəkdiyi 01 dəqiqə 27 saniyədən ibarət olan videyazıda “bax qrdaş göndərdiyin malllar 18 ədədədir. 20 adıynan mənə niyə 18-in verirki, şər atır nədir mənim başım çıxmır kimin başı üçün deyil ki, kiməsə şər atsın ******* yalan deyən başqa söhbət olar burda, malıda əskik göndərib adamın şərəfi olar xahiş edirəm birdə mənə belənçi şeylər göndərmə” səsləri və evin döşəməsinin üzərində tökülmüş 18 ədəd sayda üzəri skocla bükülmüş sellofan bağlamalarda olan narkotik maddəyə bənzər bağlamaların olması aşkar edilmişdir. (cild 1, iş vərəqə 82-84) Maddi sübut kimi tanıma haqqında 06 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Xiaomi redmi 13” markalı Model: 2310BRNO4Y, İMEİ 1. **********52568 və İMEİ 2. **********52576, SN: 5113063Y802493 H00 128GB yazıları olan üzərində ***-***-**-** və ***-***-**-** saylı GSM nömrələri olan mobil telefon maddi sübut hesab olunmuş və saxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinn saxlanc yerinə təhvil verilmişdir. (cild 1, iş vərəqə 85-86) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(008)-156/2025 saylı qərarından (hakim:E.H. Rəcəbova) görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 05 aprel 2025-ci il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 127-133) Maddi sübut kimi tanıma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,463 qram, 0.430 qram, 0, 440 qram, 0,429 qram, 0,483 qram, 0,457 qram, 0,107 qram ümumi təmiz çəkisi 2,809 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin maddi sübut hesab olunmuş, tədqiqatdan sonra qalıq qalmış 2,669 qram hissəsi Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. (cild 1, iş vərəqə 134-135) Maddi sübut kimi tanıma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 06 (altı) ədəd qara rəngli polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,34 qram, 4,76 qram, 2,76 qram, 2,53 qram, 2,66 qram, 0,73 qram və ağ kağız üzərində “Saxlanılan Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan polietilen bağlamadakı 01 (bir) ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 120 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli ümumi çəkisi 137,78 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab olunmuş, tədqiqatdan sonra qalıq qalmış 137,38 qram hissəsi Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. (cild 1, iş vərəqə 138-139) Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Xətai rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2020-ci ildə Sabunçu rayon Məhkəməsinin qərarı ilə 06 ay 28 gün vaxtından əvvəl şərti azad olunub. xx.xx.2020-ci ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. (cild 1, iş vərəqə 174-175) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” PHŞ-in verdiyi xx.xx.2025-ci il tarixli, 1993 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixində “Kannabinoidlərin istifadə edilməsi nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə BŞNM-də qeydiyyatda olmuş və xx.xx.2024-cü il tarixində şəxs haqqında heç bir məlumatın olmaması səbəbi ilə BŞNM-də qeydiyyatdan çıxarılmışdır. (cild 1, iş vərəqə 180) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 verdiyi xx.xx.2025-ci il tarixli 1/1873 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün 2 nömrəli X2 müraciət etməmişdir. (cild 1, iş vərəqə 181) Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nin verdiyi xx.xx.2025-ci il tarixli, 49/1-1- 2899/25 saylı əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş zəruri əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin aldığı şəxsin şəxsiyyətinin, narkotik vasitənin və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması ilə bağlı Sabunçu RPİ-nin 14-cü polis şöbəsinə məlumat daxil olsa da, həmin şəxslərin şəxsiyyətini müəyyən etmək mümükün olmamışdır. (cild 1, iş vərəqə 185) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞ-in verdiyi xx.xx.2025-ci il tarixli, 4750 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs göstərilən mərkəzdə ambulator məcburi narkoloji tibbi yoxlamadan keçmişdir. DİAQNOZ: “Kannabinoidlərin qəbulu nəticəsində asılılıqq sindromu” (cild 1, iş vərəqə 186) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in verdiyi 29 aprel 2025-ci il tarixli, 3-28-29/2-4235/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. (cild 1, iş vərəqə 187) Məhkəmə-tibbi ekspertizasının 24 may 2025-ci il tarixli, 1048 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs döş qəfəsinin qançırları və sağ əlin yumşaq toxumalarının əziyi müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, kənar şəxs tərəfindən yetirilə bilər, müddəti şəxsin BİT-də müayinəsindən (xx.xx.2025-ci il) 4-6 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. (cild 1, iş vərəqə 217-218) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2025-ci il tarixli, № 6/1642 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....Saxlanılan şəxs Təqsirləndirilən şəxs...” qeydi olan bir ədəd zərfdə yuxarı hissəsinə plastik boru bərkidilmiş bir ədəd şüşə qabda psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. (cild 1, iş vərəqə 219-221) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 may 2025-ci il tarixli, № 6/1668, 7/714 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Vət. Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş...” yazıları olan 02 ədəd kağız paketdəki “Techift” markalı və “SH-125” markalı elektron tərəzilərin üzərilərində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddə izləri aşkar edilmədi. - Tədqiqata təqdim edilmiş “Vət. Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş...” yazıları olan kağız paketdəki içərisindəki təmiz çəkisi - 0,2133 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadı. Həmin kağız paketdə “Techift” markalı 01 (bir) ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. - Tədqiqata təqdim edilmiş “Vət. Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş...” yazıları olan kağız paketdəki içərisindəki təmiz çəkisi - 0,2421 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadı. Həmin kağız paketdə “SH-125” markalı 01 (bir) ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. QEYD: marixuananın təmiz çəkisi 0,2133 qram (1№li ob), təmiz çəkisi 0,2421 qram (2№li obyekt), tədqiqata istifadə olundu 0,04 qram, (hər obyektdən 0,02 qram) qalıq- 0,1933 qram; 0,2221 qram. (cild 1, iş vərəqə 222-226) Maddi sübut kimi tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş yuxarı hissəsinə plastik boru bərkidilmiş bir ədəd şüşə qab maddi sübut kimi tanınmış və Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. (cild 1, iş vərəqə 227-229) Maddi sübut kimi tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş 01 ədəd “Techift” markalı və 01 ədəd “SH-125” markalı elektron tərəzilər maddi sübut kimi tanınmış və Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. (cild 1, iş vərəqə 231- 232) Məhkəmə-narkoloji ekspertizasının 19 may 2025-ci il tarixli 2929 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (cild 2, iş vərəqə 1-2) Kompleks ambulator Məhkəmə-Psixiatrik və Məhkəmə-Psixoloji Ekspertizasının xx.xx.2025-ci il tarixli 2536 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intelektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik aşkar edilmir. (cild 2, iş vərəqə 3-6) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavələr edilərək o, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. (cild 2, iş vərəqə 10-12) Sübutların qiymətləndirilməsi haqqında 22 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitələri və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə, hazırki cinayət işindən zəruri istintaq sənədlərinin kserosurətləri çıxarılmaqla naməlum şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrilə cinayət işi ayrılaraq istintaq aparılması üçün icraata qəbul edilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli ümumi çəkisi 137,78 qram olan narkotik vasitə qurudulmuş marixuana tədqiqatdan sonra qalıq qalmış 137,38 qram hissəsi 06 aprel 2025-ci il tarixdə maddi sübut kimi tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 7 ədəd bükümdə ümumi təmiz çəkisi 2,809 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetaminin tədqiqatdan sonra qalıq qalmış 2,669 qram hissəsi 06 aprel 2025-ci il tarixdə maddi sübut kimi tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş yuxarı hissəsinə plastik boru bərkidilmiş bir ədəd şüşə qabın maddi sübut kimi tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş 01 ədəd “Techift” markalı və 01 ədəd “SH-125” markalı elektron tərəzilərin maddi sübut maddi sübut kimi tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Xiaomi Redmi 13” markalı Model: 2310BRNO4Y, İMEİ 1. **********52568 və İMEİ 2. **********52576, SN:5113063Y802493 H00 128GB yazıları olan üzərində ***-***-**-** və ***-***-**-** saylı GSM nömrələri olan mobil telefonun 06 aprel 2025-ci il tarixdə maddi sübut kimi tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs 05 aprel 2025-ci il tarixdə üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuş və Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobilindən aşkar edilmiş bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamini əldə etdiyi şəxsin və narkotik vasitənin və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işinin materiallarından ayrıca icraata material ayrılaraq Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə göndərilmişdir. (cild 2, iş vərəqə 41-53) Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. (cild 2, iş vərəqə 56-58) Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(008)-354/2025 saylı qərardan göünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 gün müddətinə, yəni 20 avqust 2025-ci il tarixədək uzadılmışdır. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən narkotik vasitə almaq üçün İran vətəndaşının nömrəsini tapdığını, narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını, satış məqsədi olmadığını, aldığı marixuananın pulunu vermədiyini, pulu olduqca hissə-hissə verəcəyini, narkotik vasitələri tanışı Aysel adlı şəxs üçün götürdüyünü, narkotikin pulunu özünün verdiyini, narkotik vasitəni isə Ayselə pay verdiyini, “Elşad Əziz” adı ilə kontaktında qeyd olunan şəxsin ona atdığı səsdə “dobrıy elə”-ni nəyə görə dediyini bilmədiyini, İranlının deməsi ilə müxtəlif yerlərə narkotik qoyaraq, əvəzində pul götürməsi halının olmadığını, polis əməkdaşlarının onu saxlayan zaman fiziki xəsarət yetirdiklərini və əvvəlki məhkəmə iclaslarında bunu demək istəmədiyini bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatların araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2025-ci il tarixli 3-16-17/40/2-909/2025 nömrəli məktubdan və məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın sürətindən görünür ki, Təqsirləndirilən şəxs 07 aprel 2025-ci il tarixdə Bakı İstintaq təcridxanasına daxil olmuş, ilkin tibbi müayinələrdən keçirilərək adına tibbi kitabça açılmış, müayinə zamanı döş qəfəsinin sağ və sağ yan nahiyəsində yaşımtıl qançır, sağ əlin yumşaq toxumalarının əziyi, sol saidin ön səthində köhnə çapıq izi müəyyən edilmişdir. Həmin xəsarətləri həbs olunan zaman aldığını bildirmişdir. Bundan başqa Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli 49/2-35084/25 nömrəli məktubundan və məktuba əlavə edilmiş xx.xx.2025-ci il tarixli aktdan, tibbi müayinənin keçirilməsi və tibbi yardım göstərilməsinin qeydiyyat kitabının surətlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 10:50-də Sabunçu RPİ-nin MSY-ə təhvil verildikdə bədəninə təlimata uyğun olaraq tam baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs başında təpə nahiyəsində qızartı müəyyən edilmişdir. Həmin xəsarətlə bağlı Təqsirləndirilən şəxs bildirmişdir ki, maşına minən zaman qapıya dəymişdir, şikayəti yoxdur. Həmin akt Təqsirləndirilən şəxs tərəfindən şəxsən imza edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Baş Prokurorluğunun 03 iyun 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, məhkəmə-tibbi ekspertizasının 16 may 2025-ci il tarixli, 1048 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs döş qəfəsinin qançırları və sağ əlin yumşaq toxumalarının əziyi müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişdir, kənar şəxs tərəfindən yetirilə bilər, müddəti şəxsin Bakı İstintaq Təcridxanasında müayinəsindən (8 aprel 2025-ci il) 4-6 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Beləliklə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmaması, polis əməkdaşlarının əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 293-cü maddəsinin, yəni işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qoyma cinayətinin, yaxud da digər cinayətlərin tərkib əlamətlərinin olmaması müəyyən edildiyi üçün toplanmış material üzrə Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsi, yəni polis əməkdaşlarının əməllərində cinayət tərkibinin olmaması əsası ilə material üzrə cinayət işinin başlanılması hissəvi rədd olunmuş, Təqsirləndirilən şəxs dərəcəsi təyin edilməyən bədən xəsarətləri hansı şəraitdə və hadisə nəticəsində almasının müəyyən edilməsi üçün daxili işlər orqanları tərəfindən araşdırma aparılmasının təmin edilməsi məqsədi ilə materialdan ayrılmış material aidiyyəti üzrə Baş Prokurorluğun Daxili İşlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmiş, həmin qərar Təqsirləndirilən şəxs göndərilməklə qərardan narazı qaldığı halda şikayət etmək hüququ izah olumuşdur. Bundan başqa cinayət işi üzrə şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs saxlanılmasında bilavasitə iştirak etmiş Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3, Şahid1 və Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin sahə inspektoru Şahid2 ifadələrində 2025-ci ilin aprel ayının 5-də gecə saat 02- 03 radələrində Ləhic bağları adlanan ərazidə yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitə istifadəsi və üzərində gəzdirməsi ilə bağlı əməliyyat məlumatının daxil olduğunu, əməliyyat qrupunun yaradıldığını, aprel ayının 4-dən 5-ə keçən gecə saat 02-03 radələrində Təqsirləndirilən şəxs Ləhic bağlarında avtomobilinin yaxınlığında saxladıqlarını, Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdiklərini, narkotik vasitənin qanunsuz istifadəsi və daşımasında şübhəli olduğunu bildirərək üzərində qanunsuz əşya varsa, təqdim etməsini təklif etdiklərini, Təqsirləndirilən şəxs əynindəki gödəkcənin cibindən 01 ədəd siqaret qutusu və içərisində metamfetamin və marixuana olan bükümlər təqdim etdiyini, bundan başqa Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə və yaxud da yaşadığı evdə narkotik vasitə və yaxudda psixotrop maddə saxlamasını soruşduqlarını, Təqsirləndirilən şəxs avtomobilində narkotik vasitə olduğunu bildirdiyini və özünün könüllü olaraq sərnişin oturacağının alt hissəsindən ağ rəngli sellofanı götürərək təqdim etdiyini, həmin sellofanın içərisində elektron tərəzi və marixuana olduğunu, Təqsirləndirilən şəxs narkotik vasitələri iran vətəndaşından aldığını, konumdan götürdüyünü, saxlanılan zaman Təqsirləndirilən şəxs qarşı tərəflərindən heç bir fiziki və psixi təsir olmadığını bildirmişlər. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X3rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, Sabunçu RPİ-nin MSY-də tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktda o qeyd edilən xəsarətləri maşına minən zaman başının qapıya dəyməsi nəticəsində aldığını bildirmiş, həmçinin, mötəbərliyi şübhə altına alınmayan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsi tərəfindən qəbul edilmiş 03 iyun 2025-ci il tarixli qərarda istinad edilmiş sənədlərə əsasən də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun 03 iyun 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda istinad edilmiş Məhkəmə-Tibbi Ekspertizasının 16 may 2025-ci il tarixli, 1048 saylı rəyi ilə, həmçinin, BİT-dan daxil olmuş tibbi kitabça ilə müəyyən edilmiş xəsarətlə bağlı məhkəmə qeyd edir ki, şəxsin üzərində hansısa zədə və ya xəsarətlərin olması heç də bütün hallarda ona zor tətbiqini və işgəncə verilməsini ehtiva edə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, saxlanılan şəxs tutularkən, nəqliyyat vasitəsinə mindirilərkən, bir yerdən digər yerə daşınarkən, yəni, istənilən möhkəm səthə malik əşyalarla təmasda olarkən bədən səthinin müxtəlif nahiyələrində xırda xəsarətlərin, qançır və sıyrıqların yaranması istisna olunmur. Yəni, narkotik vasitənin və psixotrop maddənin aşkar edilməsi ilə bağlı aparılmış ilkin əməliyyat və istintaq tədbirləri cinayətin etiraf edilməsinə məcbur etmə ilə bağlı təqsirləndirilən şəxsə zor göstərilməsini istisna edir. Onu da nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs ona polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı aparılmış araşdırmanın nəticəsində mötəbərliyi şübhə altına alınmayan Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən qəbul edilmiş 03 iyun 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda Təqsirləndirilən şəxs həmin qərardan narazı qaldığı halda şikayət etmək hüququ izah olunmasına baxmayaraq o, müdafiə tərəfi olaraq həmin qərardan şikayət verməmiş və qərarı mübahisələndirməmişdir. Həmin qərar hazırda qüvvədədir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı ifadələrinə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Əvvəla, hadisənin baş verməsi ilə bağlı yuxarıda qeyd olunan hallar təqsirləndirilən şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını tam olaraq təsdiq edir. O cümlədən, şəxsi axtarış və götürmənin audio-video ilə aparılması, həmin prosesdə təqsirləndirilən şəxsin cinayət əməlini qismən etiraf etməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı təqsirləndirilən şəxsin özünün şəxsi mobil telefonunda apardığı əməliyyatlar və digər təkzibedilməz sübutlar onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən və şübhəli şəxs qismində izahat verərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin döyülməsi barədə müdafiəçisinə heç bir söz deməmiş, etirazlarını bildirməmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs tərəfindən qeyd olunan xüsusatlar Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırılmış və həmin xüsusatlar (polis əməkdaşları tərəfindən döyülərək xəsarət alması) öz təsdiqini tapmadığından xx.xx.2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar məhkəmə istintaqı zamanı sorğu əsasında əldə olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Müdafiə tərəflərindən qeyd edilən qərar mübahisələndirilməmiş və həmin qərar hazırda qüvvədədir. Məhkəmə qəbul edir ki, xəsarətlərin aşkar edilməsi halında həmin xəsarətlərin təqsirləndirilən şəxsin dediyi şəraitdə baş verməməsi halını sübut etmə yükü ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfindən təqdim edilən yuxarıda sadalanan sübutların məcmusu təqsirləndirilən şəxsin qeyd edilən cinayəti törətməsinə kifayət qədər əsaslar verdiyindən əlavə olaraq təqsirləndirilən şəxsə zor tətbiq olunması məntiqli görünmür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdə sonradan aşkar edilmiş xəsarətlər ona tətbiq olunan zorakılıq hərəkətləri olmaması sübuta yetirilmiş hesab edilməlidir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, həmin halın sübuta yetirilməsi hazırkı araşdırma predmeti üçün yekun hüquqi qərar qəbul etməyə kifayət edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs barəsində olan şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2025-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 16-cı bəndində göstərilmişdir ki, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir Qeyd olunan Qərarının 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, yəni, narkotik vasitəni şəxsi istifadəsi üçün aldığı, satış məqsədi olmadığı, aldığı marixuananın pulunu vermədiyi, pulu olduqca hissə-hissə verəcəyi, narkotik vasitələri tanışı Aysel adlı şəxs üçün götürdüyü, narkotikin pulunu özünün verdiyini, narkotik vasitəni Ayselə pay verdiyi, “Elşad Əziz” adı ilə kontaktında qeyd olunan şəxsin ona atdığı səsdə “dobrıy elə”ni nəyə görə dediyini bilmədiyi, İranlının deməsi ilə müxtəlif yerlərə narkotik qoyub, əvəzinə pul götürdüyü olmadığını, polis əməkdaşlarının onu saxlayan zaman fiziki xəsarət yetirdikləri barədə məhkəmə iclaslarında verdikləri bu kimi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, özünün qismən etrifaedici ifadəsi, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokol, mobil telefona baxış protokolu və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən məhz onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini əsas götürür. Məhkəmə təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsi, ibtidai istintaq zamanı eyniməzmunlu ifadə verməsini və təqsirini etiraf etməsini nəzərə alaraq hesab edir ki, Səbuhi Abasovun əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd siqaret qutusunun içərisində olan 07 ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,463 qram, 0.430 qram, 0, 440 qram, 0,429 qram, 0,483 qram, 0,457 qram, 0,107 qram olmaqla ümumi təmiz çəkisi 2,809 qram psixotrop maddə metamfetamin və altı ədəd qara rəngli polietilen bükümlərdə xeyli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 4,34 qram, 4,76 qram, 2,76 qram, 2,53 qram, 2,66 qram, 0,73 qram və idarə etdiyi “Daewoo Lanos” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin on sərnişin oturacağının alt hissəsindən 01 ədəd torbada təmiz çəkisi 120 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli ümumi təmiz çəkisi 137,78 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilməsi və mobil telefonunda narkotik vasitələrin dövriyyəsi (satışı) ilə bağlı smslərin və Təqsirləndirilən şəxs özünün çəkdiyi 01 dəqiqə 27 saniyədən ibarət olan videoyazıda “bax qrdaş göndərdiyin malllar 18 ədədədir. 20 adıynan mənə niyə 18-in verirki, şər atır nədir mənim başım çıxmır kimin başı üçün deyil ki, kiməsə şər atsın ******* yalan deyən başqa söhbət olar burda, malıda əskik göndərib adamın şərəfi olar xahiş edirəm birdə mənə belənçi şeylər göndərmə” səsləri və evin döşəməsinin üzərində tökülmüş 18 ədəd sayda üzəri skocla bükülmüş sellofan bağlamalarda olan narkotik maddəyə bənzər bağlamaların olması ilə bağlı video aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Narkotik vasitənin xeyli, psixotrop maddənin isə külli miqdar təşkil etməsi özüözlüyündə satış məqsədinin müəyyən edilməsində həlledici rol oynamasa da, məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitənin və psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, həmin narkotik vasitələrin və psixotrop maddələrin ayrı-ayrı bağlamalarda xırda bükümlər halında olması, əldə etdiyi narkotik vasitələri və psixotrop maddələri üzərində və avtomobilində gəzdirməsini, şəxsi axtarış və götürmə zamanı mobil telefonun üzərindən çıxmasını, mobil telefonunda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi (satışı) ilə bağlı smslərin, eyni zamanda özü tərəfindən çəkilmiş videonun olmasını və bu kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Cinayət işinin materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı götürülmüş mobil telefona baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin telefonun üzərində ***-***-**-** və ***-***-**-** saylı GSM nömrələri olan “Xiaomi Redmi 13” markalı mobil telefona baxış keçirilən zaman Mobil telefonda olan mesajlar, zənglər, «WhatsApp», və s. baxış keçirdikdə mobil telefonda narkotik vasitə və yaxud da psixotrop maddələrin qoyulduğu yerlərin şəkilləri və “WhatsApp” ani səsli yazışma proqramı vasitəsi ilə göndərilən və daxil olan səslər, həmçinin telefonda “Leobank” plastik kartının üzərində Visa, arxasında isə 4098-5844-6353-7876 rəqəmləri olan yazılar qeyd edilmişdir. +994 55 ***-**-** GSM nömrəsi ilə qeydiyyatdan keçmiş “WhatsApp Business” ani səsli yazışma proqramına daxil olduqda +98 ***-***-**-**; +98 ***-***-**-** və +98 ***-***-**-** GSM nömrələrindən Təqsirləndirilən şəxs gələn zənglər və səslər aşkar edilmişdir. Həmin telefonda yazılan “Ajceл” adında +994 51-388-89-94 GSM nömrəsindən Təqsirləndirilən şəxs göndərilmiş 17 saniyəlik səsdə “salam axşamın xeyir olsun, gör nə deyirəm indi deyəsən aysel özü mənə səs atdı sadəcə bir dost kimi da hər şeyi qoyduq bir qırağa, pulnan nəysə o daşdan zaddan tapmaq götürmək olar” kimi ifadələr aşkar olunmuşdur. Bundan başqa +98 ***-***-**-** ad yazısı olmayan nömrədən Təqsirləndirilən şəxs göndərilmiş şəkildə 55 *** ** ** nömrəsi olan Nİ........,A........ m10 by PashaPay yazıları olan şəkil və “salam dayı nə qədər çəkər mənə pul vurasan, karta görə deyirəm e” kimi səslər göndərilmişdir. Bundan başqa +994 70 ***-**-** GSM nömrəsi ilə qeydiyyatdan keçmiş “WhatsApp” ani səsli yazışma proqramına daxil olduqda “Eлшaд Eзиз” adı ilə kontakta yazılmış +99***-***-**-** GSM nömrəsi ilə 09 saniyəlik səsdə “elə həmişəki kimi, ürəyim həmişəki kimi, biraz dobro elə amma həmişəki kimi” göndərilmiş səslər, göndərilmiş konum həmçinin Təqsirləndirilən şəxs həmin şəxsə göndərdiyi “hardasa iki saat gələcəm” səsləri və üzərində 4098-5844-6353-7876 rəqəmləri “Leobank” plastik kartının göndərdiyi şəkil aşkar edilmişdir. Bundan başqa +98 ***-***-**-** GSM nömrəsindən “Elçin əmi nə var nə yox, ağ daş lazım olsa de ot var” kimi səslər göndərilmişdir. “Saiw” adı ilə kontakta yazılmış +994 55-399-63-52 GSM nömrəsindən “qoca necesən, nə var nə yox burdan keçəssən burdan keçsən bizə dəy ola bilsin yarı daş götürdük birdənə səninlə söhbət edək mənim nömrəmi Ruslana vermə, səninlə söhbıt edim sonra onunla söhbət edərəm” səsləri göndərilmişdir. Bundan başqa telefonun daxili yaddaşında “VİD-20250330-Wa0012.mp4” formatında Təqsirləndirilən şəxs özünün çəkdiyi 01 dəqiqə 27 saniyədən ibarət olan videoyazıda “bax qrdaş göndərdiyin malllar 18 ədədədir. 20 adıynan mənə niyə 18-in verirki, şər atır nədir mənim başım çıxmır kimin başı üçün deyil ki, kiməsə şər atsın ******* yalan deyən başqa söhbət olar burda, malıda əskik göndərib adamın şərəfi olar xahiş edirəm birdə mənə belənçi şeylər göndərmə” səsləri və evin döşəməsinin üzərində tökülmüş 18 ədəd sayda üzəri skocla bükülmüş sellofan bağlamalarda olan narkotik maddəyə bənzər bağlamaların olması aşkar edilmişdir. (cild 1, iş vərəqə 82-84) Məhkəmə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı təqdim etdiyi narkotik vasitələrin və psixotrop maddələrin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, həmin narkotik vasitələrin və psixotrop maddələrin ayrı-ayrı bağlamalarda xırda bükümlər halında olmasına, əldə etdiyi narkotik vasitələri və psixotrop maddələri üzərində və avtomobilində gəzdirməsinə, şəxsi axtarış və götürmə zamanı mobil telefonun üzərindən çıxmasına, mobil telefonunda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi (satışı) ilə bağlı smslərin, özü tərəfindən çəkilmiş videonun olmasına dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib hüquqi qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin növünü, həmçinin, çəkilərini, iş üzrə onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 05 aprel 2025-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 388 (üç yüz səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Sabunçu rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 137,38 qram narkotik vasitə qurudulmuş marixuana, 2,669 qram psixotrop maddə metamfetamin, kustar üsulla hazırlanmış metamfetamini çəkmək üçün istifadə olunan yuxarı hissəsinə plastik boru bərkidilmiş bir ədəd şüşə qab, 01 ədəd “Techift” markalı və 01 ədəd “SH-125” markalı elektron tərəzilər məhv edilməli, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş CD disk, şəxsi axtarış və götürmə zamanı çəkilmiş görüntüsü olan 01 (bir) ədəd DVD disk və təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması görüntüsü olan 01 ədəd DVD disk və mobil telefona baxış keçirilməsi haqqında protokolda göstərilən videonun köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və 1 ədəd «Xiaomi Redmi 13» markalı mobil telefon Təqsirləndirilən şəxs (öz razılığı ilə yaxın qohumlarına) qaytarılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 28-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə proflaktiki qeydiyyata götürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Müdafiəçi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 35 saat vaxt sərf etmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 35 saat vaxt sərf etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 saat hüquqi yardıma görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün hər iş saatına 11 manat hesab edilməklə, cəmi 385 (üç yüz səksən beş) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Sabunçu rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 137,38 qram narkotik vasitə qurudulmuş marixuana, 2,669 qram psixotrop maddə metamfetamin, kustar üsulla hazırlanmış metamfetamini çəkmək üçün istifadə olunan yuxarı hissəsinə plastik boru bərkidilmiş bir ədəd şüşə qab, 01 ədəd “Techift” markalı və 01 ədəd “SH-125” markalı elektron tərəzilər məhv edilsin, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş CD disk, şəxsi axtarış və götürmə zamanı çəkilmiş görüntüsü olan 01 (bir) ədəd DVD disk və təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması görüntüsü olan 01 ədəd DVD disk və mobil telefona baxış keçirilməsi haqqında protokolda göstərilən videonun köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, 1 ədəd «Xiaomi Redmi 13» markalı mobil telefon Təqsirləndirilən şəxs (öz razılığı ilə yaxın qohumlarına) qaytarılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 388 (üç yüz səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 saat hüquqi yardıma görə büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün hər iş saatına 11 manat hesab edilməklə, cəmi 385 (üç yüz səksən beş) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Hafiz Kamranov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-1647/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1647/2025
21.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver