Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1648/2024 19.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissəsində – CM) 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilən 9,455 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib ayrı-ayrılıqda 5,753 qram və 3,702 qram çəkidə olan hissələrə bölüb iki ədəd bükümdə qablaşdıraraq üzərində saxlamaqla ünvan 3 ünvanına daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 19 yanvar 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 15:15-də ünvan 3ndə yerləşən “Murad” adlı restoranın qarşısında saxlanılaraq ünvan 4 ünvanında yerləşən Baş İdarəyə gətirilib orada həmin gün saat 17:10-da üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 9,455 qram çəkidə psixotrop maddə metamfetamin, ayrı-ayrılıqda təmiz çəkiləri 5,753 qram və 3,702 qram olmaqla, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan iki ədəd bükümdə əynindəki qara rəngli cins materiallı şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, polis əməkdaşları onu silahla bağlı saxlamışlar, belə ki, onda silah olmuşdur. Polis əməkdaşları onu saxladıqdan sonra silahı nə etdiyini, kimə verdiyini soruşmuşlar. O da silahı bir adama vermişdir. Həmin adam da silahı polis əməkdaşlarına vermək üçün ondan istəmişdir. Silahı verdiyi adamın adını polis əməkdaşlarına demədiyi üçün başına belə hadisələr gəlmişdir. Sonradan silahı verdiyi adamın özünü də tutmuşlar. xx.xx.2024-cü il tarixdə BMCMİ-nin əməkdaşları baş idarəyə aparmışlar. BMCMİ-də ona qarşı fiziki, psixolji təzyiqlər göstərmişlər. O da silahı verdiyi şəxsin adını bilmədiyi üçün adını polis əməkdaşlarına verə bilməmişdir. Sonradan silahı verdiyi şəxsin adının X6 olduğunu bilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsində silahla əlaqədar adını qeyd etdiyi şəxslə onun əlbir olmağı ilə bağlı barələrində cinayət işləri araşdırılır. Narkotik vasitə istifadəçisi deyil. O, suallara cavab olaraq bildirmişdir ki, onu polis əməkdaşları xx.xx.2024-cü il tarixdə, səhər saat 11 radələrində Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən Murad adlı restoranından 500 metr aralıda Cəfər Əliyev küçəsində saxlamışlar, amma xx.xx.2024-cü il tarixdə tutulmağı ilə bağlı məhkəmə qərar qəbul etmişdir. xx.xx.2024-cü il tarixdə silahı Zaur adlı şəxsə vermişdir. Zaur da ona silahı polis əməkdaşlarına verəcəyini bildirmişdir. Eyni gündə həm silahla, həm də narkotik vasitə ilə bağlı saxlanılmışdır. BMCMİ-də 9 qram narkotik vasitəni qabağına qoymuşlar və o da göstərilən təzyiqlərə görə polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. BİT-ə daxil olan zaman BMCMİ-də aldığı xəsarətlər qeydə alınmış və bununla da bağlı prokurorluq orqanında araşdırma aparılmışdır. O, ittihamda qeyd olunan ünvanda kameraların olduğunu bildiyi üçün həmin ünvanı bildirmişdir. Onu 7-8 nəfər mülki geyimdə olan polis əməkdaşı saxlamışlar. Polis əməkdaşları 3 ədəd avtomobillə tədbirə gəlmişlər. Polis əməkdaşları onu BMCMİ-yə saat 13:00 radələrində gətirmişlər. 18-xx.xx.2024-cü il tarixlərdə BMCMİ-də olmuşdur. Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən Murad adlı restoranın yaxınlığında polis əməkdaşları üzərinə baxış keçirtməmişlər. Polis əməkdaşları tərəfindən saxlanılan zaman istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələr olan telefon üzərində olmuşdur. BMCMİ-də üzərinə xx.xx.2024-cü il tarixdə axşam radələrində baxış keçirtmişlər. BMCMİ-yə daxil olduqdan sonra onu 3-cü mərtəbədə ağ başlı, hamının rəis dediyi şəxsin xidməti otağına qaldırmışlar. Üzərinə video çəkilişlə müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. xx.xx.2024-cü il tarixdə təxminən 18:00-19:00 radələrində məhkəməyə aparmışlar və oradanda onu BİT-ə təhvil vermişlər. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, saxlanıldığı gün onu BMCMİ-yə aparmışlar və orada da sol yan cibinə narkotik vasitə qoyulmuşdur. O da video çəkiliş zamanı sol yan cibindən ona aid olmayan narkotik vasitələri, sağ yan cibindən ona məxsus boyunbağı və digər əşyaları çıxardıb təqdim etmişdir. BMCMİ-də döyüldüyü və elektrik cərəyanı verildiyi üçün polis əməkdaşlarının dedikləri kimi ifadələr vermişdir. Ona təqdim olunan sənədləri əllərində qandal olduğu üçün oxumamışdır. Yazıdan, oxumaqdan anlayışı yoxdur. Müstəntiq tərtib etdiyi izahatı ona ucadan oxumamışdır. İzahatda qeyd olunanlar ona məxsus deyil. Müstəntiq izahatı öz istədiyi kimi tərtib etmişdir. BİT-də olduğu vaxt məhkəmədən sənədlər gəlmişdir. İş materiallarında olan ifadəsinə imza etməmişdir. Tərtib olunmuş ifadələrin altındakı imzalar ona məxsus deyil, onun xətti elə deyil. Polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt Şahid iştirak etməmişdir. Video çəkiliş zamanı narkotik vasitəni ağ nəyəsə qoymuşlar, amma üzərinə imza etməmişdir. Şahid saxlanılmağında iştirak etməmiş, amma video çəkilişlə olan şəxsi axtarışda iştirak etmişdir. Şahid iştirakı ilə müdafiəçinin qarışında narkotik vasitə şalvarının cibinə qoyulmuşdur. Şahid T.Allahverdiyev saxlanmağında iştirak etməyib, amma üzərində video çəkilişlə aparılan şəxsi axtarışda iştirak etmişdir. Şahid T.Allahverdiyev tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmişdir. Şahid H.Həsənovun saxlanmağında və üzərində keçirilən şəxsi axtarışda iştirak etməmiş, sonuncu tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmişdir. Onu polis əməkdaşları xx.xx.2024-cü il tarixdə silahla bağlı saxlamışlar. Polis əməkdaşları 1-ci onu saxlamışlar, daha sonra isə silahı verdiyi şəxs Zauru saxlamışlar. Şübhəli şəxs qismində, təqsirləndirilən şəxs qismində dindirilmə protokollarında olan imzalar və əlyazmalar ona məxsus deyil, həqiqiliyini yoxlamaq üçün şəxsiyyət vəsiqəsindəki imza ilə eyniləşdirmə edilə bilər. O, latın qrafikasında yazıb, oxuya bilmir. O, ancaq silahla bağlı olan cinayət işindəki sənədlərə imza çəkmişdir. Binəqədi MSY-nə etap olunanda vəkilin iştirakı ilə ona təqdim olunan sənədlər oxunmuş, izah olunmuş və silahla bağlı sənədlər olduğu üçün imza çəkmişdir. Hazırki cinayət işi ilə bağlı heç bir sənədə imza etməmişdir. Hazırki cinayət işi üzrə imza etmək üçün ona sənədlər təqdim etmişlər, amma imza etməmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmə protokolunun sonunda kiril əlifbası ilə yazılan əlyazmalar ona məxsus deyil, amma imza ona məxsusdur. BİT-dən daxil olmuş cavabda qeyd olunan xəsarətlər polis əməkdaşları tərəfindən ona yetirilmişdir. BMCMİ-dən daxil olmuş cavabda qeyd olunan xəsarətlər köhnə xəsarətlərdir, özünü əvvəllər kəsməyi ilə bağlı olan xəsarətlərdir. Baldırında olan xəsarətlər isə polis əməkdaşları tərəfindən ona yetirilmiş xəsarətlərdir. O, məhkəmədən bəraət hökmünün çıxarılmasını xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, arabir psixotrop maddədən istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə, saat 15:15-də Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Aprel Zəfəri küçəsində yerləşən "Murad" restoranının qarşısında olduğu zaman bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarımı soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş "Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında" qərarla tanış etmişlər. O, səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində psixotrop maddə metamfetamin vardır. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin idarəyə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətli digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 02 ədəd şəffaf rəngli sellofan bükümü, şalvarının sol arxa cibindən 01 ədəd pul qabını, şalvarının sağ yan cibindən 01 ədəd "Samsung" markalı və 01 ədəd "Redmi" markalı mobil telefonu, şalvarının sağ yan cibindən 01 ədəd sepi və 01 ədəd üzüyü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 02 ədəd şəffaf rəngli sellofan bükümə baxış zamanı 02 ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetamin aşkar edilmişdir. 01 ədəd pul qabına baxış zamanı pul qabının içərisindən 03 ədəd plastik bank kart, sürücülük və şəxsiyyət vəsiqəsi, ona məxsus "fiziki şəxsin sahibkarlıq uçotu haqqında" şəhadətnamə və 04 ədəd danışıq kartı aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin polis əməkdaşı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd "Samsung" markalı və 01 ədəd "Redmi" markalı mobil telefon, 03 ədəd plastik bank kartı, sürücülük və şəxsiyyət vəsiqəsi, ona məxsus "fiziki şəxsin sahibkarlıq uçotu haqqında" şəhadətnamə və 04 ədəd danışıq kartı polis əməkdaşı tərəfindən götürülmüşdür. Üzərindən aşkar edilmiş 01 ədəd üzük, 01 ədəd sep və 01 ədəd pul qabı ona geri qaytarılmışdır. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini saxlanıldığı gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Aprel Zəfəri küçəsində yerləşən "Murad” restoranının yaxınlığında yerdən tapdığını, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. O, əlavə olaraq üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddələri şəxsi istifadəsi məqsədi ilə üzərində saxlamaqla daşıdığını, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmadığını, ona heç bir fiziki və ya psixi zor göstərilmədiyini, bundan başqa heç bir cinayət törətmədiyini, nə narkoloji, nə vərəm və nə də psixo-nevroloji dispanserdə qeydiyyatda olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən Murad adlı restoranın yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqdan sonra BMCMİ-yə dəvət etmişlər. BMCMİ-də video çəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 2 büküm psixotrop maddəyə bənzər maddə aşkar olunub götürülmüşdür. Daha sonra isə aşkar olunanlarla bağlı müvafiq sənədləşmə işləri aparılmışdır. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə deyil, xx.xx.2024-cü il tarixdə saxlamışlar. Təqsirləndirilən şəxs hər hansısa silahla bağlı deyil, narkotik vasitələrin dövriyyəsi ilə bağlı daxil olmuş məlumat əsasında saxlamışlar. Təqsirləndirilən şəxs barəsində silahla bağlı məlumatın olub-olmaması barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış aparılan zaman sonuncuya polis əməkdaşlarından sonuncuya qarşı hər hansısa bir təzyiqin olduğu soruşulmuş və cavabı da alınmışdır. Əvvəllər Təqsirləndirilən şəxs barəsində heç bir məlumatı olmamışdır. S. Məmmədov barəsində əməliyyat məlumatı ona daxil olmuşdur. Təqsirləndirilən şəxs cibinə tərəflərindən heç nə qoyulmamışdır. Bundan da əlavə müdafiəçinin yanında qanunsuz hərəkətin aparılması heç də inandırıcı deyil. Təqsirləndirilən şəxs yolun kənarında saxlamışlar və saxladıqları vaxt tək olmuşdur. Təqsirləndirilən şəxs 3 nəfər polis əməkdaşının iştirakı ilə saxlamışlar. Tədbirə 1 ədəd xidməti avtomobillə getmişlər. Təqsirləndirilən şəxs saxladıqdan sonra BMCMİnin əməkdaşları olduqları üçün təqsirləndirilən şəxsi inzibati ərazinin polis idarələrinə deyil BMCMİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərinə saxladıqları yerdə baxış keçirtməmişlər. Onun yanında Təqsirləndirilən şəxs qarşı digər şəxslər tərəfindən heç bir fiziki, psixoloji təsir və ya təzyiqlər göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində BMCMİ-nin əməkdaşı Şahid əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs narkotik vasutələrin dövriyyəsi ilə məşğul olması göstərilmişdir. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və həmin günü günorta radələrində Sulutəpədə yerləşən Murad adlı restoranın yaxınlığında məlumatda qeyd olunan şəxsə oxşar şəxsi görüb yaxınlaşmışlar və özlərini təqdim etmişlər. Daha sonra isə Təqsirləndirilən şəxs BMCMİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs BMCMİ-yə dəvət etdikdə heç bir etiraz bildirmədən onlarla baş idarəyə getmişdir. BMCMİ-də video çəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 2 büküm psixotrop maddə metamfetamin çıxardıb təqdim etmişdir. Aşkar olunan narkotik vasitə ilə bağlı suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitələri 2 gün əvvəl Murad şadlıq sarayının yaxınlığında tapdığını və heç kimə satmayacağını bildirmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə günün 2-ci yarısında saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqları vaxt heç bir narazılıq bildirməmişdir. Təqsirləndirilən şəxs saxladıqları vaxt 3 nəfər polis əməkdaşları olmuşlar. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan özünün dediyinə görə psixotrop maddə metamfetamin olmuşdur. Təqsirləndirilən şəxs saxladıqları yer həm Bakı şəhəri ərazisi olduğu üçün, həm də BMCMİ-də uzaq olmadığı üçün sonuncunu baş idarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərinə ancaq BMCMİ-nin inzibati binasında baxış keçirtmişlər. Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçi gələnə kimi sonuncu ilə birlikdə BMCMİ-nin inzibati otaqlarının birində oturub gözləmişlər. Şəxsi axtarışı həyata keçirən prosessual şəxsin kim olduğu yadında qalmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə BMCMİ-yə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barəsində əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat rəhbərliyə məruzə edilmiş və məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. xx.xx.2024-cü il tarixdə, saat 16:00 radələrində Xocasən qəsəbəsində yerləşən Murad adlı restoranın yaxınlığında 1 nəfər şəxsin Təqsirləndirilən şəxs oxşadığını güman etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və sonuncudan özünü təqdim etməyini xahiş etmişlər, şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs sonuncunu nə üçün saxladıqlarını başa salmışlar. Təqsirləndirilən şəxs da səmimi olaraq üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Video çəkilişdə də görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı sol yan cibindən 2 büküm narkotik vasitə çıxardıb təqdim edir və özünə məxsus olduğunu deyir. Aşkar olunan narkotik vasitə ilə bağlı suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitələri hadisə günü səhər radələrində Murad şadlıq sarayının qarşısında tapdığını bildirmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:00 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs üzərindən 2 büküm narkotik aşkar olunmuş, amma aşkar olunan narkotik vasitənin çeşidi yadında deyil. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxladıqları vaxt heç bir narazılıq bildirməmişdir. Təqsirləndirilən şəxs silahla bağlı saxlanılması barəsində heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxsin bildirdiyi Zaur adlı şəxsi tanımır. Təqsirləndirilən şəxs 3 nəfər polis əməkdaşının iştirakı ilə saxlamışlar. Təqsirləndirilən şəxs yaxınlaşdıqda özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs saxladıqları yerdə üzərinə baxış keçirtməmişlər, amma özü üzərində narkotik vasitələrin olduğunu səmimi etiraf etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni tapdığı ərazidə sonuncunun üzərində şəxsi axtarış keçiriləndən sonra baxış keçirtməmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıması faktına görə barəsində CM-in 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (l cild i.v. 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Surac” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. (l cild i.v. 4) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması, külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə BMCMİ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (İ cild i.v. 5-6) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:35-də CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 15:15-də tutulmuş hesab edilmişdir. (l cild i.v. 22) xx.xx.2024-cü il tarixli “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 02 ədəd şəffaf rəngli sellofan bükümü, şalvarının sol arxa cibindən 01 ədəd pul qabını, şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı və 01 ədəd “Redmi” markalı mobil telefonu, şalvarının sağ yan cibindən 01 ədəd sepi və 01 ədəd üzüyü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. 02 ədəd şəffaf rəngli sellofan bükümə baxış zamanı 02 ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmiş, 01 ədəd pul qabına baxış zamanı pul qabının içərisindən üzərilərində “**********020841”, “**********221284” və “**********985266” rəqəmləri qeyd edilmiş 03 ədəd plastik bank kart, Təqsirləndirilən şəxs aid sürücülük (AE111798) və şəxsiyyət (AZE № ********) vəsiqəsi, Təqsirləndirilən şəxs məxsus “fiziki şəxsin sahibkarlıq uçotu haqqında” şəhadətnamə (VÖEN № **********), 04 ədəd danışıq kartı aşkar edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Aprel Zəfəri küçəsində yerləşən “Murad” restoranının yaxınlığında yerdən tapdığını şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. (l cild i.v 31-34) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/379 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 6” möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,753 qram, 3,702 qram, ümumi təmiz çəkisi 9,455 qram ağ rəngli, kristallik formada olan maddələr xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. (İ cild i.v. 43-47) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 67-68) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 75/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 15:15dən hesablanmışdır. (İ cild i.v. 88-92) xx.xx.2024-cü il tarixli maddi sübut hesab edilməsi haqqında və xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən götürülmüş tədqiqatdan sonra qalıq qalan 9,355 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (İ cild i.v. 93-94, 156-165) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(005)- 121/2024 saylı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(001)- 133/2024 saylı qərarlarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin XMİU baş əməliyat müvəkkili Şahid tərəfindən qəbul edilmiş 19 yanvar 2024-cü il tarixli qərarı qanunauyğun hesab edilmişdir. (İ cild i.v. 98, 113-116) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən, eləcə də Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-317/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə Sabunçu Rayon Məhkəməsinin hökmü ilə CM-in 228.1, 228.4-cü maddələri ilə təqsirli bilinərək CM-in 66.3-cü maddəsinə əsasən 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilərək cəzası 01 il 06 ay endirilmiş və xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-620/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (İ cild i.v. 129-131, 133-137) xx.xx.2024-cü il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi” və “Samsung” markalı mobil telefon aparatlarına baxış zamanı mobil telefonların “Whatsapp” proqramlarında və “Sms” bölmələrində iş üzrə əhəmiyyət kəsb edə biləcək məlumat müəyyən edilməmişdir. (İ cild i.v. 141-142) xx.xx.2024-cü il tarixli telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli 4272 nömrəli məktubla daxil olan məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəni istifadə etdiyi müəyyən edilmiş, baxış zamanı daxil olan və çıxan sms-lərdə özündə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmalar, eləcə də iş üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. (İ cild i.v. 146-148) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X13 24/MEŞ saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qarın nahiyəsinin tibbi manipulyasiya yerləri və hər iki baldırın trofiki yaraları istisna olmaqla hər hansı bir xəsarət aşkar edilməmişdir. (İ cild i.v. 150-153) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X13 Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 1639 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild i.v. 154-155) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham yenidən elan edilmişdir. (İ cild i.v. 181-182) Məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan və 816/2024 nömrəli məhkumun tibbi kitabçasının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinə zamanı hər iki baldırın aşağı 1/3-nin içəri səthində 0,5-1 sm ölçüdə sıyrılmış üzəri qərtməkli yaraları müşahidə olunmuşdur. Məhkəmənin sorğusu əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs BMCMİ-nin X8 qəbul edilərkən qarın nahiyəsinin tibbi manipulyasiya yerləri və hər iki baldırın trofiki yaraları olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs cəzası bitdiyindən barəsində olan şəxsi işi xx.xx.2023-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-620/2024 saylı, xx.xx.2024cü il tarixli hökmü xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hallarla bağlı, yəni polis əməkdaşları tərəfindən fiziki və psixoloji təsirlərə, təzyiqlərə məruz qalması ilə əlaqədar ibtidai araşdırma zamanı araşdırma aparılıb-aparılmaması, araşdırma aparılmadığı halda təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı göstərdiyi hallar barədə araşdırma aparılmasına dair Nərimanov Rayon Prokurorluğuna sorğu göndərilmiş və həmin sorğu əsasında Nərimanov Rayon Prokurorluğundan məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış fəaliyyətini həyata keçirən polis əməkdaşlarının izahatları alınmış, təyin edilmiş Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 24 nömrəli rəyi alınmış və Təqsirləndirilən şəxs DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları tərəfindən döyülməsi barədə göstərdiyi xüsusatlar təsdiq olunmamış, toplanmış material üzrə cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası Cinayət- Prossesual Məcəllənin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4/1483 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Təqsirləndirilən şəxs adından olan xx.xx.2024-cü il tarixli Ərizədə “İmza:” qrafasındakı imza (c.1 i.v. 13), 19 yanvar 2024-cü il tarixli Şübhəli şəxsə vəkillərin siyahısının təqdim edilməsi haqqında Protokolda “Şübhəli şəxs:” qrafasındakı imza (c.1 i.v. 15), 19 yanvar 2024-cü il tarixli Vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında Protokolda “Şübhəli şəxs:” qrafasındakı imza (c.1 i.v. 20), 19 yanvar 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında Qərarda “Şübhəli şəxs:” qrafasındakı imza (c.1 i.v. 21-22), 19 yanvar 2024-cü il tarixli Bildirişdə “Şübhəli şəxs:” qrafasındakı imza (c.1 i.v. 24-25), 19 yanvar 2024-cü il tarixli şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında Protokolda “Şübhəli şəxs:” qrafasındakı imza (c.1 i.v. 26), 19 yanvar 2024-cü il tarixli Bildirişdə “Şübhəli şəxs:” qrafasındakı imza (c.1 i.v. 27), 19 yanvar 2024-cü il tarixli etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında Protokolda “Şübhəli şəxs:” qrafasındakı imza (c.1 i.v. 28), 19 yanvar 2024-cü il tarixli şübhəli şəxsə tutulması haqqında qərarın və protokolun surətinin, onun hüquq və vəzifələrinə dair bildirişin verilməsi haqqında Protokolda “Şübhəli şəxs:” qrafasındakı imza (c.1 i.v. 29), 19 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında Protokolda “Şübhəli şəxs:” qrafasındakı imza (c.1 i.v. 30), 19 yanvar 2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında Protokolda Şübhəli şəxsə aid 3 ədəd imza (c.1 i.v. 31-33), 19 yanvar 2024-cü il tarixli şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında Protokolda “Şübhəli şəxs:” qrafasındakı imza (c.1 i.v. 37), 19 yanvar 2024-cü il tarixli izahatda Təqsirləndirilən şəxs adından olan 4 ədəd imza (c.1 i.v. 40-41), 20 yanvar 2024cü il tarixli şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında Protokolda “Şübhəli şəxs:” qrafasındakı imza (c.1 İ.v, 49), 20 yanvar 2024-cü il tarixli şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında Bildirişdə Şübhəli şəxsin adından olan 2 ədəd imza (c.1 i.v. 50-51), 20 yanvar 2024-cü il tarixli 2 ədəd “ Protokola "Şübhəli şəxs:” qrafasındakı imzalar (c.1 i.v. 52-53), 20 yanvar 2024-cü il tarixli Bildirişdə “Şübhəli şəxs:” qrafasındakı imza (c.1 i.v. 54), 20 yanvar 2024-cü il tarixli şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında Protokokla “Şübhəli şəxs:” qrafasındakı imza (c.1 i.v. 56), 20 yanvar 2024-cü il tarixli şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında Protokolda “Şübhəli şəxs:” qrafasındakı imza (c.1 i.v. 57), 20 yanvar 2024-cü il tarixli şübhəli şəxsin dindirilməsi haqqında Protokolda Şübhəli şəxsin adından olan 3 ədəd imza (c.1 i.v. 58-60), 20 yanvar 2024-cü il tarixli şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında Protokolda “Şübhəli şəxs:” qrafasındakı imza (c.1 i.v. 63, 66), 20 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında Qərarın sonunda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza (c.1 i.v. 68), 20 yanvar 2024-cü il tarixli Bildirişdə Təqsirləndirilən şəxsin adından olan 3 ədəd imza (c.1 i.v. 69-71), 20 yanvar 2024-cü il tarixli Protokollarda “Təqsirləndirilən şəxs:” qrafalarındakı imzalar (c.1 i.v. 72-77), 20 yanvar 2024-cü il tarixli Təqsirləndirilən şəxsi dindirmə protokolunda Təqsirləndirilən şəxsin adından olan 3 ədəd imza (c.1 i.v. 78-80), 20 yanvar 2024-cü il tarixli Protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza (c.1 i.v. 85), 14 mart 2024-cü il tarixli İbtidai istintaqın qurtarması haqqında təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat verilməsi barədə protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza (c.1 i.v. 199), 14 mart 2024-cü il tarixli ərizədə “İmza” qrafasındakı imza (c.1 i.v. 200), 14 mart 2024-cü il tarixli Təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza (c.1 i.v. 202) - Təqsirləndirilən şəxs tərəfindən içra olunmuşdur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamağa, daşımağa görə CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Lakin Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən külli miqdarda psixotrop maddəni qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin psixotrop maddəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün vacib məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edibetməməsinin müəyyənləşdirilməsidir. Bu halla əlaqədar ibtidai istintaq orqanı tərəfindən hər hansı sübut belə əldə olunmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s. halların da nəzərə alınması tövsiyə edilir. Lakin hazırkı iş üzrə istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi ilə bağlı hər hansı sübut müəyyən edilməmiş, qeyd edilmiş psixotrop maddənin hazırlanması üçün avadanlığın olması da iş materialları ilə sübuta yetirilməmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında və xx.xx.2024-cü il tarixli telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokollardan da görünür ki, iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İbtidai araşdırma zamanı toplanmaqla mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq, külli miqdarda 9,455 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Lakin ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin satış olmasını müəyyən etməmişlər. Halbuki, bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində həlledici rol oynayır. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş psixotrop maddəninin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddəninin yalnız külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə şahidlərin ifadələrini, şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokolu, aşkar edilmiş psixotrop maddənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Bu səbəbdən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qeyd edilən çəkidə psixotrop maddə metamfetamini öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə yanaşı, onun üzərindən aşkar edilmiş psixotrop maddəni satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, polis əməkdaşları tərəfindən ona qarşı fiziki, psixolji təzyiqlər göstərilməsi, saxlanıldığı gün onu BMCMİ-yə aparıb orada sol yan cibinə narkotik vasitə qoyulması, hazırki cinayət işi ilə bağlı heç bir sənədə imza etməməsi və s. ilə bağlı verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokol, məhkəmənin sorğusu əsasında alınmış Nərimanov Rayon Prokurorluğundan daxil olmuş cavab məktubları, onlara əlavə olunmuş sənədlər, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X13 24/MEŞ saylı, xx.xx.2024-cü il tarixli rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4/1483 saylı, xx.xx.2024-cü il tarixli (məhkəmə xətşünaslıq) rəyi habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş psixotrop maddənin ona məxsus olması barədə etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 66.5-ci maddəsinin tələbləri rəhbər tutularaq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-620/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə ona təyin ediləcək cəza ilə qismən toplanılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:35-də şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 15:15-də tutulmuş hesab edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-75/2024 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 15:15-dən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 175 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalan 9,355 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 70 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 70 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 saat hüquqi yardıma görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 420 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-620/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə ona təyin edilmiş cəzalar ilə qismən toplanılmaqla barəsində 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il hesablanmaqla hazırkı cinayət işi üzrə həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalan 9,355 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 175 (yüz yetmiş beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-1648/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1648/2024
19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver