Məhkəmə qərarları › İş №1(101)-1649/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1649/2024

19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1649/2024 19.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X13 və X10, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 19 dekabr 2024-cü il tarixdə, saat 15:10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə heroini və xüsusilə külli miqdarda psixotrop maddə metamfetamini əldə edib satışını həyata keçirmək məqsədi ilə üzərində gəzdirməklə daşıyaraq saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 26 yanvar 2024-cü il tarixdə saat 23:25-də ünvan 3 ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada 27 yanvar 2024-cü il tarixdə saat 01:15-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı sol əlində saxlayaraq daşıdığı 01 ədəd qara rəngli əl çantasının içərisindən 01 ədəd üzəri yapışqan lentlə bağlanmış şəffaf sellofan bağlamada xüsusilə külli miqdarda 985 qram çəkidə psixotrop maddə metamfetamin və 04 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamalarda xüsusilə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 2040 qram, 2025 qram, 2040 qram və 2040 qram olmaqla, ümumi təmiz çəkisi 8145 qram olan kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi və ya CM) 234.4-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 26 yanvar 2024cü il tarixdə, axşam saatlarında yaşadığı ünvan 2 ünvanının yaxınlığında olarkən polis əməkdaşları onu saxlayıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Orada polis əməkdaşları ona təzyiq edib dedikləri ilə razılaşmalı olduğunu tələb etdiklərindən, o da məcbur qalıb razılaşaraq təqdim olunan sənədləri imzalamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs əvvəllər polis əməkdaşları ilə heç bir ədavət və düşmənçiliyinin olmadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən tək olduğunu, təxminən 5-6 il əvvəl narkotik tərkibli maddədən istifadə etdiyini, narkotik tərkibli maddələrin satışı ilə məşğul olmadığını, avtomobil ustası kimi işlədiyini, anası ilə birgə yaşadığını, məhkəməyədək icraat zamanı verdiyi ifadənin ona məxsus olmadığını, polis əməkdaşlarının yazdığını, polis əməkdaşlarının onu təhdid edib imza çəkmədiyi təqdirdə qardaşına, anasına problem yaradacaqlarını dediyinə görə məcbur qalıb həmin sənədləri imzaladığını, “Yaşar” adlı şəxsi tanımadığını, saxlanılarkən üzərində mobil telefon olmadığını, polis əməkdaşlarının onu 26 yanvar 2024-cü il tarixdə saxladıqlarını, bir gün sonra, yəni 27 yanvar 2024-cü il tarixdə mobil telefonunu yaşadığı evdən polis əməkdaşlarının götürdüklərini, oxuyub yaza bilmədiyinə görə imzaladıqdan sonra ifadəsini polis əməkdaşının ona oxuduqlarını, İran İslam Respublikasının vətəndaşı olan heç bir şəxslə əlaqəsinin olmadığını bildirdi. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) 327.1.3-cü maddəsinə əsasən, elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, bir müddətdən bəri narkotik vasitə və psixotrop maddənin müxtəlif növlərindən istifadə edir. Son zamanlar maddi imkanı zəif olduğu üçün pul qazanmağın yollarını axtardığına görə narkotik vasitənin satışı ilə məşğul olmaq qərarına gəlmişdir. Belə ki, iki il əvvəl “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Yaşar” adlı şəxsin narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, istədiyi təqdirdə ona narkotik vasitə göndərəcəyini, göndərilən narkotik vasitələri “Yaşar” adlı şəxsin dediyi ünvanlara qoyub hər kiloqramına görə 500 manat verəcəyini bildirdikdə, maddi imkanı zəif olduğu üçün həmin şəxslə danışmış, danışıq əsnasında “Yaşar” adlı şəxs ona birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı təklif etdikdə, o, həmin şəxsə narkotik vasitə göndərməsini və həmin narkotik vasitəni deyilən ünvanlara qoya biləcəyini və kiloqramına görə 500 manat alacağını bildirmiş və razılaşmışlar. 26 yanvar 2024-cü il tarixdə “Yaşar” adlı şəxs onun istifadəsində olan mobil nömrəsinin “Whatsapp” tətbiqinə konum, yəni ünvan göndərib narkotik vasitəni həmin ünvana qoyduğunu bildirmiş, özünə məxsus mobil nömrəsi olsa da, mobil telefonu olmadığından, anasının mobil telefonunu istifadə edərək öz nömrəsini anasının telefonuna salıb istifadə etmişdir. “Yaşar” adlı şəxs konum göndərdikdən sonra həmin konuma taksi sifariş vermiş, lakin mobil telefonunun üzərində götürməmişdir. Taksiyə minib həmin ünvanda düşmüş, bundan sonra taksi çıxıb getmişdir. Taksidən düşdüyü yer ünvan 4 ünvanının yaxınlığında yerləşən yarımtikilinin yanı olmuşdur. O, yarım tikiliyə daxil olub orada olan bir ədəd qara rəngli əl çantasını götürmüş, çünki “Yaşar” adlı şəxs həmin çantanın olduğu yerin şəkillərini də çəkib ona atmışdır. O, “Yaşar” adlı şəxsin gələcəkdə atacağı məkanlara sözü gedən narkotik vasitələri və psixotrop maddələri yerləşdirməyinin müqabilində hər bir kiloqram çatdırılmaya görə “Yaşar” adlı şəxsdən 500 manat pul alacağından, həmin çantanı götürüb oradan çıxdıqdan sonra 26 yanvar 2024-cü il tarixdə saat 23:25-də həmin ünvanın yaxınlığında bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişdir. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmiş, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib hazırda əlində olan qara rəngli əl çantasının içərisində psixotrop maddə “patı” və narkotik vasitə “heroin”-in olduğunu bildirdikdən sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etdikdə, etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin Baş İdarəyə getmiş, orada hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Üzərindən narkotik vasitə və ya psixotrop maddə olduğu təqdirdə təqdim etməsi təklif edildikdən sonra o, sol əlində olan 01 ədəd qara rəngli əl çantasını masanın üzərinə qoymaqla təqdim edib həmin çantanın içərisində “kakos” adı ilə bildiyi narkotik vasitənin və “patı” adı ilə bildiyi psixotrop maddə metamfetaminin olduğunu bildirmişdir. Bundan sonra əynində olan tünd boz rəngli parça şalvarın sol yan cibindən 01 ədəd metal təsbehi, 01 ədəd “10” qəpiklik dəmir pulu, həmçinin əynində olan tünd göy rəngli qış gödəkçəsinin sağ iç cibindən 01 ədəd qara dəri pul kisəsini masanın üzərinə qoymaqla təqdim etmiş, üzərinə şəxsi axtarış həyata keçirilsə də, əlavə əşyalar aşkar edilməmişdir. Onun təqdim etdiyi əşyalara baxış keçirilməyə başlanmış, ilk əvvəl təqdim etdiyi 01 ədəd qara rəngli əl çantasına baxış keçirilmiş, çantanın iplə bağlanmış ağız hissəsi açıldıqda içərisindən 01 ədəd üzəri yapışqan lentlə bağlanmış şəffaf sellofan bağlama və 04 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamalar aşkarlanmış, baxış zamanı həmin bağlamalardan 01 ədəd üzəri yapışqan lentlə bağlanmış şəffaf sellofanın içərisindən psixotrop maddə metamfetamin, digər 04 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamaların içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. Şifahi sorğu zamanı o, əlində saxladığı qara rəngli əl çantasının içərisindən aşkar edilmiş 05 ədəd bağlamada olan maddələri iki il əvvəl “İnstagram” sosial şəbəkəsində tanış olduğu “Yaşar” adı ilə tanıdığı İran İslam Respublikası vətəndaşının ona göndərdiyini, “Yaşar” adı ilə tanıdığı şəxslə anası X1 məxsus mobil telefona özünün istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəni daxil edərək həmin mobil nömrənin “Whatsapp” ani mesajlaşma şəbəkəsində olan hesabı vasitəsilə əlaqə saxladığını, “Yaşar” adlı şəxsin ona atdığı məkan və foto şəkil vasitəsilə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin bağlamalarının yerini müəyyən etdiyini, bundan sonra istifadəsində olan mobil nömrə vasitəsilə taksi sifariş verib ünvan 7nda yerləşən yarımtikiliyə gedib içərisində 05 ədəd bağlamada narkotik vasitə və psixotrop maddə olan əl çantasını götürdüyünü, həmin çantanı götürdükdən sonra “Yaşar” adlı şəxsin gələcəkdə atacağı məkanlara sözü gedən narkotik vasitələri və psixotrop maddələri yerləşdirəcəyinin müqabilində hər bir kiloqram çatdırılmaya görə “Yaşar” adlı şəxsdən 500 manat pul alacağını, lakin polis əməkdaşları tərəfindən saxlanılması səbəbindən bu niyyətinə çatmadığını, bunun “Yaşar” adlı şəxslə ilk əməkdaşlığının olduğunu, özünün mobil nömrəsinin olmasına baxmayaraq mobil telefon işlətmədiyini bildirmişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd qara rəngli çantadan aşkar edilmiş 01 ədəd üzəri yapışqan lentlə bağlanmış şəffaf sellofan bağlamada olan psixotrop maddə metamfetamin və 04 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamada olan narkotik vasitə heroin 01 ədəd qara çantada qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmaqla götürülmüşdür. Daha sonra üzərindən aşkar edilmiş 01 ədəd metal təsbeh, 01 ədəd “10” qəpiklik dəmir pula baxış keçirilən zaman o, həmin pulun özünə məxsus olduğunu, qanunsuz yolla əldə etmədiyini bildirmişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd qara rəngli dəri pul qabına baxış keçirilən zaman həmin pul kisəsindən şəxsiyyət vəsiqəsi, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd "xxxx" ASC tərəfindən verilmiş plastik pul kartı və 01 ədəd ictimai nəqliyyatda istifadə olunan “Bakı kart” plastik kartı aşkar edilmiş, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və 01 ədəd "xxxx" ASC tərəfindən verilmiş plastik pul kartı təhqiqatçı tərəfindən götürülmüş, 01 ədəd metal təsbeh, 01 ədəd “Bakı Kart” plastik kartı və 01 ədəd 10 qəpiklik dəmir pul isə ona qaytarılmışdır. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə kollegiyası qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 26 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, üzərində saxlayaraq daşıması və dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, həmin tarixdə saat 23:25 radələrində Təqsirləndirilən şəxs ola biləcəyi ünvan 5 ünvanın yaxınlığına getmişlər. Orada xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən, sonuncunun da özünü təqdim etməsindən sonra barəsində olan qərarla tanış edib Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla gəlmiş, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və baxış istintaq hərəkəti zamanı sonuncu əlində saxladığı 01 ədəd qara rəngli çantanın içərisindən 01 ədəd sellofan bağlama və 04 ədəd qara rəngli yapışqan lentlə yapışdırılmış bağlamaları təqdim etmişdir. 01 ədəd şəffaf rəngli sellofan bağlamanın içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə, 04 ədəd qara rəngli yapışqan lentlə yapışdırılmış bağlamaların içərisində isə narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik tərkibli maddələri “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Yaşar” adlı şəxsin vasitəsilə sonuncunun dediyi yerdən götürdüyünü, lazım olan yerlərə qoymalı olduğunu və bunun qarşılığında 500 manat pul alacağını bildirmişdir. Aşkar olunmuş narkotik tərkibli maddələr müvafiq qaydada qablaşdırılaraq götürülüb ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs saxlanılan vaxt tək olduğunu, Təqsirləndirilən şəxs polis əməkdaşlarına qarşı hər hansısa müqavimət göstərmədiyini, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi zorakılıq hərəkətlərinin edilmədiyini, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarış və baxış istintaq hərəkətində iştirak etdiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində olan narkotik tərkibli maddələri təqdim etdiyini, Təqsirləndirilən şəxs evinə baxış keçirilmədiyini, Təqsirləndirilən şəxs əlində olan çantanın içinin xaricdən görünmədiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən videoçəkilişdə nümayiş etdirməsi üçün hər hansı narkotik vasitə və psixotrop maddənin təqdim edilmədiyini, o və Baş İdarənin əməliyyat müvəkkili X3 ibarət olan əməliyyat qrupunun rəhbəri olduğunu bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş X8 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 26 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, üzərində saxlayaraq daşıması və dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə saat 23:25 radələrində ünvan 5 ünvanın yaxınlığına getmişlər. Yaxınlaşaraq özlərini, Təqsirləndirilən şəxs də özünü təqdim etməsindən sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etdikdə sonuncu etiraz etmədən onlarla birgə həmin Baş İdarəyə gəlmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış və baxış zamanı Təqsirləndirilən şəxs əlində saxladığı 01 ədəd qara rəngli çantanın içərisindən 01 ədəd sellofan bağlama və 04 ədəd qara rəngli yapışqan lentlə yapışdırılmış bağlamaları təqdim etmiş, 01 ədəd şəffaf rəngli sellofan bağlamanın içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə, 04 ədəd qara rəngli yapışqan lentlə yapışdırılmış bağlamaların içərisində isə narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Aşkarlanmış narkotik tərkibli maddələr müvafiq qaydada qablaşdırılaraq götürüldükdən sonra ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq şahid Əli Kazımov Təqsirləndirilən şəxs saxlanılarkən tək olduğunu, Təqsirləndirilən şəxs polis əməkdaşlarına qarşı hər hansı müqavimət göstəmədiyini, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir zorakılıq hərəkətlərinin edilmədiyini, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak etdiyini, üzərində narkotik tərkibli maddələrin aşkar edildiyini, Təqsirləndirilən şəxs hər şeyi könüllü şəkildə bildirdiyini, sonuncunun deməsinə görə həmin narkotik tərkibli maddələri “İnstagram” sosial şəbəkəsi vasitəsilə “Yaşar” adlı şəxsdən götürdüyünü, Təqsirləndirilən şəxs saxlanılarkən əlində çanta olduğunu, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiqlədiyini bildirdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən “Elşad” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. (Cild 1, iş vərəqə 4) xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və “Əməliyyat qrupunun yaradılması barədə” əmrdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması və cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid, X11, X5 və X7 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 5-6; 7-8) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 23:25-də ünvan 6 ünvanının yaxınlığında saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 9) xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs sol əlində olan bir ədəd qara rəngli əl çantasını təqdim etdikdən sonra həmin çantanın içərisində “kakos” (narkotik vasitə heroin) və “patı” (psixotrop maddə metamfetamin) olduğunu bildirdikdən sonra əynində olan tün boz rəngli parça şalvarın sol yan cibindən 01 ədəd metal təsbehi, 01 ədəd “10” qəpiklik dəmir pulu, həmçinin əynində olan tün göy rəngli qış gödəkçəsinin sağ iç cibindən 01 ədəd qara dəri pul kisəsini masanın üzərinə qoymaqla təqdim etmiş, daha sonra keçirilmiş şəxsi axtarış zamanı əlavə əşya və predmet aşkarlanmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli əl çantasına baxış keçirilən zaman çantanın iplə bağlanmış ağız hissəsi açıldıqda içərisində 01 ədəd üzəri yapışqan lentlə bağlanmış şəffaf sellofan bağlama və 04 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamaların olması müəyyən edilmiş, həmin bağlamalar kəsici alətlə kəsilərək hər birinə ayrı-ayrılıqda baxış keçirilən zaman həmin bağlamalardan 01 ədəd üzəri yapışqan lentlə bağlanmış şəffaf sellofanın içərisində ağ rəngli, kristallik formada psixotrop maddə metamfetaminə oxşar maddənin, digər 04 üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamaların hər birinin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar maddənin olması müəyyən olunmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin narkotik tərkibli maddələri “İnstagram” sosial şəbəkəsində tanış olduğu “Yaşar” adı ilə tanıdığı İran İslam Respublikası vətəndaşının ona göndərdiyini, “Yaşar” adı ilə tanıdığı şəxslə anası X1 məxsus mobil telefona özünün istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəni daxil edərək həmin mobil nömrənin “Whatsapp” ani mesajlaşma şəbəkəsində olan hesabı vasitəsilə əlaqə saxladığını, “Yaşar” adlı şəxsin ona atdığı məkan və foto şəkil vasitəsilə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin bağlamalarının yerini müəyyən etdiyini, bundan sonra istifadəsində olan mobil nömrə vasitəsilə taksi sifariş verib ünvan 7nda yerləşən yarımtikiliyə gedib içərisində 05 ədəd bağlamada narkotik vasitə və psixotrop maddə olan əl çantasını götürdüyünü, həmin çantanı götürdükdən sonra “ Yaşar” adlı şəxsin gələcəkdə atacağı məkanlara sözü gedən narkotik vasitələri və psixotrop maddələri yerləşdirəcəyinin müqabilində hər bir kiloqram çatdırılmaya görə “Yaşar” adlı şəxsdən 500 manat pul alacağını, lakin polis əməkdaşları tərəfindən saxlanılması səbəbindən bu niyyətinə çatmadığını, bunun “Yaşar” adlı şəxslə ilk əməkdaşlığımın olduğunu, özünün mobil nömrəsinin olmasına baxmayaraq mobil telefon işlətmədiyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli çantadan aşkar edilmiş 01 ədəd üzəri yapışqan lentlə bağlanmış, şəffaf sellofan bağlamada olan psixotrop maddə metamfetaminə oxşar maddə və 04 ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamada olan narkotik vasitə heroinə oxşar maddə sübut əhəmiyyətinə malik olduğundan, 01 ədəd qara çantada qablaşdırılıb Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış şəxsiyyət və sürücülük vəsiqələri, bank kartı götürülmüş, pul, təsbeh və “Bakı kart” plastik kartı qaytarılmışdır. (Cild 1, iş vərəqə 27-30) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/683 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün 6” saylı möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. yazılar, soyadlar, imzalar olan 01 ədəd bağlamadakı 01 ədəd qara rəngli çantaya qablaşdırılmış 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2040 qram, 2025 qram, 2040 qram, 2040 qram, ümumi təmiz çəkiləri 8145 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 04 ədəd bükümdəki heroin kütlələri kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. 01 ədəd bükümdəki təmiz çəkisi 985 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), metamfetamin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi 8145 qram olmuş, 0,12 qram tədqiqata sərf edildikdən sonra 8144,88 qram qalıq qalmışdır. Metamfetaminin ümumi təmiz çəkisi 985 qram olmuş, 0,1 qram tədqiqata sərf edildikdən sonra 984,9 qram qalıq qalmışdır). (Cild 1, iş vərəqə 43-45) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 59-61) xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanınması haqqında” qərarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 8144,8 qram çəkidə narkotik vasitə heroin və 984,9 qram psixotrop maddə metamfetamin həmin tarixdə maddi sübut kimi tanınmışdır. (Cild 1, iş vərəqə 94-95) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(005)- 230/2024 nömrəli qərarından görünür ki, “Əməliyyat-axtarış tədibirinin aparılması barədə” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. (Cild 1, iş vərəqə 105) Ağdam Rayon İcra Hakimiyyətinin Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-31-12/3-2243/2024 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. (Cild 1, iş vərəqə 135) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X15 xx.xx.2024-cü il tarixli, xx/xx-2600 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tibb müəssisəsində qeydiyyatda deyil. (Cild 1, iş vərəqə 136) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X15 xx.xx.2024-cü il tarixli, 2796 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 137) xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi, əmələ hüquqi qiymət verilməsi və tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə yenidən ittiham elan edilməsinə dair qərar qəbul edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması barədə xx.xx.2024-cü il tarixli qərarın mövcudluğu nəzərə alınmış, şəxsi axtarış və götürmənin aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut qismində tanınmaqla cinayət işinin materiallarına əlavə edilmiş, cinayət işinin materiallarında ünvan 6 ünvanının yaxınlığının ünvan 7 kimi oxunması qərara alınmış, işdə olan müvafiq sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 146-153) xx.xx.2024-cü il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə hazırki cinayət işinin materiallarından xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddənin əldə olunma mənbəyinin müəyyən edilməsi xüsusatına görə ayrıca cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqə 155-156) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 172-173) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 xx.xx.2024-cü il tarixli, 180 nömrəli ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Onun əməli Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən yüngül dərəcəli əqli gerilikdən (orta debillik dərəcəsində oliqofreniya) əziyyət çəkdiyindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. Təqsirləndirilən şəxs aşkarlanan psixi patologiya anlaqlılığı istisna etməyən psixi pozuntu hesab edilir. Buna görə də, anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs “Yüngül dərəcəli əqli gerilik (orta debillik dərəcəsində oliqofreniya)” müəyyən edilir. Yüngül dərəcəli əqli gerilik adətən erkən uşaqlıqdan nəzərə çarpan, şəxsin intellektual inkişaf prosesi davam etdikcə müəyyən qədər yubanma şəklində özünü göstərən bir patologiyadır. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. “Anlaqlılıq” və “anlaqsızlıq” terminləri yalnız cinayət hadisəsinin törədildiyi dövrə aid olduğundan təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı cavablandırmır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak etmək və prosessual hüquq və vəzifələrini yerinə yetirmək iqtidarındadır. Təqsirləndirilən şəxs ğlunun hal-hazırki psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur. Əməlin tövsifi və digər hüquqi məsələlər: Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmışdır. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı tarixi və vaxtı mübahisələndirməsə də, həmin vaxt üzərində hər hansı narkotik tərkibli maddə olmadığını, polis əməkdaşlarının ona psixi zor tətbiq etməsi nəticəsində şəxsi axtarış və götürmə istintaq hərəkətində nümayiş etdirməsi üçün əvvəlcədən verdikləri narkotik vasitə heroin və psixotrop maddə metamfetamini müvafiq istintaq hərəkətində təqdim etdiyini bildirmişdir. Həmin xüsusatla bağlı məhkəmədə dindirilərkən şahidlər Şahid (xx.xx.2024-cü il tarixli məhkəmə iclasında) və X8 (xx.xx.2024-cü il tarixli məhkəmə iclasında) Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi zorakılıq edilmədiyini bildirmişlər. Məhkəmə kollegiyası barəsində həbs qətimkan seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına daxil olarkən Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət olub-olmadığını müəyyən etmək üçün həmin təcridxanaya müraciət etmişdir. Məhkəmədə elan edilərək tədqiq edilmiş Bakı İstintaq Təcridxanasından daxil olmuş, Təqsirləndirilən şəxs barəsində olan 971/2024 nömrəli tibbi kitabçanın kserosurətindən görünür ki, həmin tibbi kitabçanın 12-ci, yəni “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” qrafasında “zədə almadığını bildirir” qeydinin, 13-cü, yəni “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” qrafasında isə “Saidin ön səthində, qarnın ön sol divarında köhnə çapıq toxuma” qeydinin yazıldığı müəyyən edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. 10 may 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı zorakılıq edilməsi faktı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materialları və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı bu barədə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə bildirməsi, habelə müvafiq “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı qanunvericilikdə nəzərdə tutulmuş qaydada mübahisələndirməsi müəyyən edilməmişdir. Həmçinin, “Məhkəmə hökmü haqqında” müvafiq plenum qərarında göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” işi üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” işi üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X2rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, barəsində keçirilmiş istintaq hərəkətləri zamanı polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi, fiziki və sair zorakı hərəkətlərə məruz qalmadığını tam sərbəst şəkildə ifadə etmiş, həmçinin mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də, Təqsirləndirilən şəxs saxlanılarkən və üzərində şəxsi axtarış və götürmə, habelə evə baxış və götürmə istintaq hərəkətləri keçirilərkən hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyildir. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən axşam saatlarında yaşadığı ünvan 2 ünvanının yaxınlığında saxlanıldıqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, daha sonra isə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Dədə Qorqud” parkının yaxınlığına aparıldığını, sonuncu qeyd etdiyi yerdə ona 01 ədəd torba verildikdən sonra yenidən Baş İdarəyə aparıldığını, ailə üzvləri ilə hədələndiyinə görə razılaşıb təqdim olunmuş sənədləri imzaladığını bildirmişdir. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarının 1-ci cildinin 9-cu vərəqində olan raporta əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:25-də Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində saxlanılmışdır. Bunun əksini, yəni Təqsirləndirilən şəxs başqa yerdə, habelə Yasamal rayonu ərazisində saxlanılmasını təsdiq edən hər hansı sübut təqdim edilməmiş, bu hal məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Habelə, iş üzrə dindirilmiş şahidlər Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23:25də Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində saxlanıldığını söyləmişlər. Bundan başqa, şahidlər Şahid və X12 ifadələrində videoçəkilişlə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkətində nümayiş etdirməsi üçün hər hansı narkotik vasitə və psixotrop maddə, əlavə kütlə təqdim etmədiklərini, Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində olan narkotik vasitə və psixotrop maddəni təqdim etdiyini bildirmişlər. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, habelə məhkəmə istintaqı zamanı həmin protokola əlavə edilmiş diskə baxışdan müəyyən edilir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında aparılmışdır. Həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs könüllü olaraq sol əlində olan bir ədəd qara rəngli əl çantasını təqdim etdikdən sonra həmin çantanın içərisində “kakos” (narkotik vasitə heroin) və psixotrop maddə metamfetamin olduğunu bildirmiş, aşkarlanan bükümlər bükümlər zərfə qoyularaq qablaşdırılıb “6” nömrəli möhürlə möhürlənmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmçinin, məhkəmə baxışı zamanı həmin videoyazının tədqiqindən də görünür ki, videogörüntüdə kəsinti olmamış, ardıcıl olaraq, fasiləsiz videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/683 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən 04 ədəd bükümdə ümumi təmiz çəkisi 8145 qram qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 985 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkarlanmışdır. Habelə, Təqsirləndirilən şəxs tutulduqdan sonrakı gün polis əməkdaşlarının onun yaşadığı evə gedib mobil telefonunu götürdüklərini bildirsə də, bu hal cinayət işinin materiallarında əks edilməmiş, məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə bir halı da qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda sonuncunun mobil telefonundan aşkarlanmış hər hansı məlumata istinad edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır, belə ki, onun məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqini tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini, şahid ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayəti birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi kimi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi Cinayət Məcəlləsinin 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, həmin Məcəllənin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Yalnız CM-in 234.4-1-ci maddəsində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4-1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Yaşar” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməsi” barədə verilmiş ittiham, yəni Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən məzmun olaraq sübuta yetirilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “İran İslam Respublikasının vətəndaşı “Yaşar” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə edib bir qrup şəxs halında hərəkət etməsi”-ni göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs özünün ilkin ifadələrindən başqa hansı mötəbər sübutlar əsasında, necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma orqanı şəxsə ittiham elan edərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq onun nədən müdafiə olunmalı olması hüququnu tam təmin etməmiş, qabaqcadan əlbir olduğu şəxsin kim olması, harada yaşaması və ya cinayətin subyekti olub-olmaması və sair hallar müəyyən edilməmiş, habelə ittihamçı tərəfindən də məhkəmə istintaqı zamanı belə sübutlar təqdim edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin Cinayət Məcəlləsinin daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi). Beləliklə, məhkəmə kollegiyası hökmün təsviri-əsaslandırıcı hissələrində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə qanunu rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verilmiş ittihamın “İran İslam Respublikasının vətəndaşı “Yaşar” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə edib bir qrup şəxs halında hərəkət etməsi” ilə bağlı verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə verilmiş ittihamdan məzmun olaraq “qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətməsi” ilə bağlı hissəsi irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir. Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi həmin məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan başqa qeyd olunan qərarın 16-cı bəndində göstərilmişdir ki, CM-in 234.1-1-ci maddəsində bu Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin, 234.4.3-cü maddəsində CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsinə, CM-in 234.4-1-ci maddəsində isə həmin Məcəllənin 234.1- 234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilibtörədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CPM-in 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə cinayətprosessual qanunvericiliyin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən, psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Məhkəmə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı qeyd edir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 83cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin xeyli miqdardan artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram, xüsusilə külli miqdarı isə 800 qram müəyyən edilmiş, həmin Siyahıların İİ siyahısının 118-ci bəndində isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin şəxsi xeyli miqdardan artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram, xüsusilə külli miqdarı isə 400 qram müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək üzərində saxlayaraq daşıdığı narkotik vasitə və psixotrop maddənin miqdarının, yəni narkotik vasitə heroinin miqdarının xeyli miqdardan 54300 dəfə, külli miqdarından 4072,5 dəfə, xüsusilə külli miqdarından isə təxminən 10,18125 dəfədən artıq olması, psixotrop maddə metamfetaminin miqdarının isə xeyli miqdardan təxminən 6566,66 dəfə, külli miqdarından 492,5 dəfə, xüsusilə külli miqdarından isə təxminən 2,4625 dəfədən artıq olması, narkotik vasitə heroinlərin tərkiblərinin eyniliyi, eyni vaxtda 2 fərqli növdə narkotik vasitə və psixotrop maddəni üzərində daşıması və cinayət işinin materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmaması və hazırki hökmlə münasibət bildirilmiş digər xüsusatlarla bağlı ifadəsində göstərdiyi halları və gətirdiyi ziddiyyətli dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi xüsusilə ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun əməlinin Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinə tövsif edilməsi qənaətinə gəlir və onun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə kollegiyası yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4-1-ci tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşağının olmasını, 59.1.9-cu maddəsinə əsasən cinayət anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi törətməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini qeyd edir. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayətlər kimi təsnif edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə iclasında elan edilib tədqiq edilmiş cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (Cild 1, iş vərəqə 18; 19), Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-122/2024 nömrəli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 86-90) Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 26 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X15 xx.xx.2024-cü il tarixli, 1637 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Məhkəmə kollegiyası, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Cinayət- Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 8144,88 qram olan narkotik vasitə heroin, ümumi qalıq çəkisi 984,9 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı fasiləsiz çəkilmiş videoyazının köçürüldüyü 01 (bir) ədəd DVD disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə kollegiyası gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X4 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 26 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 8144,88 qram olan narkotik vasitə heroin, ümumi qalıq çəkisi 984,9 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, şəxsi axtarış və götürmə istintaq hərəkətləri zamanı fasiləsiz çəkilmiş videoyazının köçürüldüyü 01 (bir) ədəd DVD disk hazırki cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar