Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-165/2020 05.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlunun, Məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhər 02 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi binada, açıq məhkəmə iclasında xx xxx 1982-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, M.Nəsirli küçəsi ev 3-də qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib “Mercedes-Benz 240” markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq daşımışdır. Belə ki, o, xx xxxxx 2019-cu il tarixdə Bilasuvar rayonunun ərazisində şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Mehdi” adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 3200 manat pul müqabilində təmiz çəkisi – 1150,0 qram olmaqla, külli miqdarda qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi - 10,0 qram olmaqla külli miqdarda ağ rəngli kristallardan ibarət psixotrop maddə - metamfetamin alaraq əldə edib, etibarnamə əsasında idarə etdiyi qara rəngli “Mercedes-Benz 240” markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq, xx xxxxx 2019-cu il tarixdə qeyd edilən narkotik vasitəni və psixotrop maddəni həmin avtomobillə Bilasuvar rayonundan Bakı şəhərinə daşımış, saat 14:30 radələrində Bakı-Qazax yolunun 25-ci km-də, Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində, Binəqədi RPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi rayon Polis İdarəsinə gətirilib avtomobilə baxış keçirilərkən dirsək altı barın içərisindən bir ədəd bükümdə saxladığı təmiz çəkisi -10,0 qram olmaqla, külli miqdarda ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin, dirsək altı barın içərisindən bir ədəd şaffaf politilen bükümdə saxladığı təmiz çəkisi 220 qram, yük yerində olan idman çantasından üzərində “Super Dates” sözləri yazılmış, xurma qutusunun alt hissəsindən bir ədəd qara rəngli politilen bükümdə saxladığı təmiz çəkisi 930 qram, ümumi təmiz çəkisi -1150,0 qram olmaqla, külli miqdarda qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir neçə ildir ki, İran İslam Respublikasından ərzaq məhsulları gətirib Bakı şəhərində marketlərə və dükanlara satırmış. İran İslam Respublikasına getdiyi son 2-ay ərzində 1-2 dəfə ona təklif olunduğu üçün narkotik vaistədən istifadə etmiş. Bakıda olarkən narkotik vasitə götürmüş, üzərində 10 qram çəkidə narkotik vasitə olmuş, həmin 10 qram narkotik vasitənin təxminən 2 qramını istifadə etmiş və geri qalan 8 qramı isə avtomaşınında saxlamışdır. Gecə onu yolda saxlayıb Polis idarəsinə gətirmişlər. Ondan əvvəl də Zaxar adlı şaxsi tutmuşlar. İdarədə ona Zaxarın üzünə durmağı, malların Zaxara məxsus olduğunu və onun üçün gətirdiyini deməsini demişlər. Oda Zaxari tanımadığını demiş, ona Zaxarın üzünə durmadığı halda narkotik vaistələrin ona məxsus olduğunu demişlər. Onlara bildirmişdir ki, onda belə narkotik vasitə olmayıb, onda olan narkotik vaistə cibində olub, onuda avtomaşında saxlamışdır. Onu Binəqədi rayon polis şöbəsinin həyətinə gətirib və orada onun avtomaşınına baxış keçirmişlər. Avtomaşının baqaj hissəsində praduktlar olmuşdur. Maşına baxış keçirmişlər və üzərindən çıxanıda götürmüşlər. Sonra onu aşağı düşürmüşlər, orada Ruslan adında əməliyyatçı ona qarşı fiziki təzyiqlər göstərərək onu vurmağa başlamışlar, sənədlərə imza etməyini istəmişlər. Ona qarşı verilən əziyyətlərin dözülməz olduğunu gördükdə artıq onlara həmin istədikləri sənədə imza edəcəyini bildirmişdir. Ondan sonra ona ağrımasın deyə istifadə etdiyi narkotik vaistə olan şüşədən verərək istifadə etməyini bildirmişlər. Səhəri günü təhqiqatçı gəlmiş və o, bütün sənədlərə imza etmişdir. X13 Respublikasının vətəndaşı Mehdi adlı şəxdən aldığını, daşın altına qoymuşlar oda gedib oradan götürmüşdür deyə ifadə yazmasını istəmişlər, oda onların istədikləri kimi yazmışdır. Sənədlərdə xəta olduğu üçün sənədləri təzədən yazdırmışlar, o, latın əlifbasını bilmədiyi üçün rus dilində təzədən ona yazdırmışlar və onu İVYS-ə gətirmişlər. O, İVYS-də olduğu zaman təhqiqatçı yenidən bir çox sənədlər gətirmişdir ki, bunlarada imza etsin. Təhqiqatçıya özünün ailəsi olduğunu və onun yalnız cibindən çıxan narkotik vaistəyə imza etmək istədiyini bildirmiş, təhqiqatçı ona bunlara imza etməlisən demiş, o isə bildirmişdir ki, o, sənədlərə imza etməyəcək, təhqiqatçıda ona etmirsənsə etmə demiş və getmişdir. Təhqiqatçı onun yanından getməsindən təxminən 30 dəqiqə keçmiş, onu gəlib oturduğu kameradan çıxarmışlar. Onu oturduğu kameradan çıxardan Ruslan imiş, digər işçinin adını bilmir, onu çıxarıb idarənin aşağı mərtəbəsinə aparmışlar. Təhqiqatçının sənədlərinə imza etmədiyi üçün ona yenidən təzyiqlər göstərməyə başlamışlar. O, təzyiqlərə dözməyərək yenidən sənədlərə imza etmiş və onu İVYS-ə təhvil vermişlər. Təxminən gecə saat 3-4 radələrində onu prokurorluğa aparmışlar və prokrorluğa apararkən da yanına bir nəfər adam vermişlər. Onada tapşırmışlar ki, onun prokrorluqda imza etməyi üçün ona qarşı olan təzyiqlərdən prokrorluqda heçnə danışmasın. Prokurorluqda əşyaların ondan aşkar olunub olunmaması soruşulmuş, oda məcburiyyət qarşısında başını sirkələyərək onlara hə cavabı vermiş və yenidən ona imza etdirmiş və həmin otaqdan çıxarmışlar. Prokrorluqda onu başqa bir otağa gətirib və həmin otaqdada ona bir neçə suallar verib və o, onlara bildirmişdir ki, bunlar ondan aşkar olunmayıb. Ondan sonra onu ordan çıxardıb içəri gətirmişlər. İVYS-in rəisi gəlmiş onunla işlərinin olmamasını demiş və onun birazdan sanksiyaya gedəcəyini demişdir. Məhkəmədə yalnız onu başa düşə bilmişdir ki, ona 4 ay sanskiya verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini dinləyib, şahidləri dindirərək, iş üzrə digər sübutları araşdıraraq hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, xx xxxxx 2019-cu il tarixdə tərəflərindən keçirilmiş tədbirlər nəticəsində şübhəli şəxs qismində saxlanılmış X3 ətrafında əməliyyat-axtarış tədbirləri aparılmış və nəticəsində Şamilov Zaxarın üzərindən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Nizami adlı şəxsdən aldığını demiş, keçirilmiş tədbirlərlə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə İran İslam Respublikasından külli miqdarda narkotik vasitə gətirmişdir. Həmin məlumatla bağlı raportla rəhbərliyə müraciət etmiş və bundan sonra bölmənin əməliyyat müvəkkili Şahid2 və onun iştirakı ilə əməliyyat qrupunun yaradılması haqqında qərar qəbul edilmişdir. Binəqədi rayon inzibati ərazisindən kənar yerdə tədbir keçirilməsi barədə BBPİ-nin rəhbərliyindən icazə alındıqdan sonra Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisinə gedib əməliyyat mövqeyi seçərək Təqsirləndirilən şəxs gəlməsini gözləmişlər. Saat 14:30 radələrində Bakı-Qazax yolunun 25-ci km-də Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini görüb onu saxlamış, narkotik vasitələrin qanunsuz dövrüyyəsində şübhəli olduğunu bildirib onu avtomobili ilə birlikdə Binəqədi RPİ-nə gətirmişlər. İdarədə xidməti otaqların birində ona hüquq və vəzifələri elan olunduqdan sonra Nizami İsmaılyov dövlət hesabına vəkillə təmin olunmaq istəyini bildirmiş və vəkil dəvət olunub ona təqdim edilmişdir. Bundan sonra dəvət edilmiş hal şahidlərinin və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, ancaq onun üzərindən qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Hal şahidlərinin və vəkilin iştirakı ilə idarənin həyətində Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilə baxışdan əvvəl Təqsirləndirilən şəxs avtomobildə qeyri qanuni əşya varsa təqdim etməsi təklif edilmişdir, bundan sonra Təqsirləndirilən şəxs avtomobilinin salonunda olan qoltuq altını açıb oradan bir ədəd şəffaf sellofana bükülmüş bükülü çıxartmış həmin bükülünün içərisində narkotik vasitə heroin və şüşə deyilən metomfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilin yük yerini açıb orada olan qara rəngli idman çantasını açıb içərisindən xurma qutusunu açıb alt hissəsinə yerləşdirilmiş qara rəngli sellofan bükülünü çıxarıb həmin bükülünün də içərisində narkotik vasitə heroin olduğunu demişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs avtomobildən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri İran vətəndaşı “Mehdi” adlı şəxsdən 3200 manat müqabilində aldığını bildirmişdir. Nizaminin idarə etdiyi avtomobildən aşkar olunmuş bükülülər qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib edilmiş, ucadan oxunmuş, protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Binəqədi RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxx 2019-cu il tarixdə keçirilmiş tədbirlər nəticəsində narkotik vasitərin qanunsuz saxlanılmasında şübhəli bilinən X1 üzərindən aşkar olunmuş psixotrop maddə hesab edilən metamfetamini Nizami adlı şəxsdən aldığını bildirmişdir. Keçirilmiş tədbir nəticəsində məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə İran İslam Respublikasından külli miqdarda narkotik vasitə gətirmişdir. Həmin məlumatla bağlı bölmənin baş əməliyyat müvəkkili Şahid1 raportla rəhbərliyə müraciət etmiş və bundan sonra əməliyyat qrupunun yaradılması haqqında qərar qəbul edilmişdir. Binəqədi rayon inzibati ərazisindən kənar yerdə tədbir keçirilməsi barədə BBPİnin rəhbərliyindən icazə alınmış və sonra Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisinə gedərək orada əməliyyat mövqeyi seçərək Təqsirləndirilən şəxs gəlməsini gözləmişlər. Saat 14:30 radələrində Bakı-Qazax yolunun 25-ci km-də Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini görüb onu saxlamışlar, narkotik vasitələrin qanunsuz dövrüyyəsində şübhəli olduğunu bildirib onu avtomobili ilə birlikdə Binəqədi RPİ-nə gətirmişlər. İdarədə xidməti otaqların birində ona hüquq və vəzifələri elan olunduqdan sonra Nizami İsmaılyov dövlət hesabına vəkillə təmin olunmaq istəyini bildirmiş və vəkil dəvət olunub ona təqdim edilmişdir. Bundan sonra hal şahidlərinin və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir, ancaq onun üzərindən qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Daha sonra hal şahidlərinin və vəkilin iştirakı ilə idarənin həyətində Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir, Təqsirləndirilən şəxs avtomobildə qeyri qanuni əşya varsa təqdim etməsi təklif edilmişdir, Təqsirləndirilən şəxs isə avtomobilinin salonunda olan qoltuq altını açıb oradan bir ədəd şəffaf sellofana bükülmüş bükülü çıxartmış və həmin bükülünün içərisində narkotik vasitə heroin və şüşə deyilən metomfetamin olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs avtomobilin yük yerini açıb orada olan qara rəngli idman çantasını açıb içərisindən xurma qutusunu çıxartmış və qutunu açıb alt hissəsinə yerləşdirilmiş qara rəngli sellofan bükülünü çıxarıb həmin bükülünün də içərisində narkotik vasitə heroin olduğunu demişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs avtomobildən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri İran vətəndaşı “Mehdi” adlı şəxsdən 3200 manat müqabilində aldığını bildirmişdir. Nizaminin idarə etdiyi avtomobildən aşkar olunmuş bükülülər qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra protokol tərtib edilmiş, ucadan oxunnuş və protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, xx xxxxx 2019-cu il tarixdə saat 15:45 radələrində Dərnəgül metro stansiyasına gedərkən mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək ondan saxlanılmış şübhəli şəxsin üzərinə və avtomobilinə keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyini təklif etmişlər. O, etiraz etməyib razılaşmış və polislərlə birlikdə Binəqədi rayon Polis İdarəsinə gəlmişdir. Ona hüquq və vəzifələri izah edilmiş, bundan sonra onun digər hal şahidinin və vəklin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən telefonlar və siqaretlər çıxmışdır. Sonra idarənin həyətində Təqsirləndirilən şəxs qara rəngli “Mercedes” markalı ** VL *** nömrəli avtomobilinə baxış keçirilmiş, avtombildə qeyri qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilinin salonunda olan qoltuq altını açıb oradan bir ədəd şəffaf sellofana bükülmüş bükülü çıxarmış, həmin bükülünün içərisində narkotik vasitə heroin və şüşə deyilən metomfetamin olduğunu söyləmişdir. Avtomobilin yük yerini açıb orada olan qara rəngli idman çantasının içərisindən xurma qutusunu çıxartmış və qutunu açıb alt hissəsinə yerləşdirilmiş qara rəngli sellofan bükülünü çıxarıb içərisində narkotik vasitə heroin olduğunu demişdir. Bükülülər qablaşdırılıb möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş, oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, xx xxxxx 2019-cu il tarixdə saat 15:45 radələrində Dərnəgül metrostansiyasına gedərkən mülki geyimli polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək ondan saxlanılmış şübhəli şəxsin üzərinə və avtomobilinə keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyini təklif etmişlər. O, etiraz etməyib razılaşmış və polislərlə birlikdə Binəqədi rayon Polis İdarəsinə gəlmişdir. Ona hüquq və vəzifələri izah edilmiş, bundan sonra onun və digər hal şahidinin, vəklinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən telefonlar və siqaretlər çıxmışdır. İdarənin həyətində Təqsirləndirilən şəxs qara rəngli “Mercedes” markalı ** VL *** nömrəli avtomobilinə baxış keçirilmiş, avtomobildə qeyri qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs avtomobilinin salonunda olan qoltuq altını açıb oradan bir ədəd şəffaf sellofana bükülmüş bükülü çıxarmış, həmin bükülünün içərisində narkotik vasitə heroin və şüşə deyilən metomfetamin olduğunu söyləmişdir. Avtomobilin yük yerini açıb orada olan qara rəngli idman çantasının içərisindən xurma qutusunu çıxartmış və qutunu açıb alt hissəsinə yerləşdirilmiş qara rəngli sellofan bükülünü çıxarmış içərisində narkotik vasitə heroin olduğunu demişdir. Bükülülər qablaşdırılıb möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra bu barədə protokol tərtib edilib oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Adıgözəlov İntizam Vaqif oğlu ifadəsində göstərmişdir ki, o, Nizami ilə qonşu və uşaqlıq dostu olmuşdur. O, Nizamiyə telefon vaistəsilə bir neçə dəfə zəng vurmuş Nizami onun telefonunu götürməmiş. Sonra Nizami ona zəng vurmuş yol getdiyini avtomaşını idarə etdiyi üçün yuxulu olduğu üçün onunla telefon ilə danışmasını istəmişdir. 04:00 radələrində Nizami ona zəng vurmuş, saat 05:00 qədər telefon ilə Nizami ilə danışmışlar. Təxminən gecə saat 5 də Nizami onunla telefon ilə danışarkən, yol polis işçisi Nizamini saxlamış, Nizami telefonun dəstəyini dayandırmadığı üçün o, Nizaminin yol polis işçiləri ilə danışıqlarını eşidirmiş, yol polis işçiləri Nizamiyə yaxınlaşmış, Təqsirləndirilən şəxs olub olmamasını soruşmuşlar, Nizamidə Təqsirləndirilən şəxs özünün olduğunu bildirdimiş və polis işçiləri ondan idarə etdiyi avtomaşından aşağı düşməsini istəmişlər. Nizami avtomaşından yerə düşmüş, o, telefon vaistəsilə gələn səslərdən eşitmişdir ki, polis işçiləri “basın maşına” deyə sözlər işlətmişlər. O, sonra anlamışdır ki, Nizamini tutmuşlar. 05:30 radələrində artıq o, Nizaminin yaşadığı evə gedərək Nizaminin həyat yoldaşı X4 polis işçilərinin tutduğunu söyləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, aprel ayının 27-nə keçən gecə yaşadığı evdə olan zaman, saat 05:15 radələrində İntizam onun yaşadığı evə gəlmişdir. Nizaminin polis işçiləri tərəfindən tutulduğunu demişdir. İntizam ona Nizami ilə telefon ilə danışdığını, həmən zaman yol polis işçilərinin Nizamini yolda hərəkətdə olduğu zaman saxladığını, Nizaminin telefon dəstəyini yerə qoymadığı üçün, İntizam polis işçiləri ilə Nizaminin arasında olan danışıqları eşitmiş, belə başa düşmüşdür ki, polis işçiləri Nizamini tutmuşlar. O, bir müddət keçdikdən sonra bilmişdir ki, Nizami narkotik maddəyə görə tutulmuşdur. Məhkəməyədək icraat zamanı keçirilmiş Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxx 2019-cu il tarixli 11100 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz-240” markalı, ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda qoltuq altı yerindən götürülmüş....”. yazısı olan zərfdəki, bir ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 220 qr qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1(bir) ədəd bükümdə təmiz çəkisi 10,0 qr ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlnamış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz-240” markalı, ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük hissəsindən aşkar edilmiş....” yazısı olan kağız paketdəki, bir ədəd qara rəngli polietilen bükümdə, təmiz çəkisi 930qr qəhvəyi rəngli tozşəkilli madddə kustar üsulla hazırlnamış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes benz-240” markal, ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan və baqaj yerindən götürülmüş heroinin ümumi təmiz çəkisi 1150qr (1kq 150qr) və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs götürülmüş heroinin ümumi təmiz çəkisi: 1150,0 qram (1 kq,150,0qr), metamfetaminin təmiz çəkisi: 10,0qr (10,0qr) təşkil edir. (iş vər. 47-49) Maddi sübut kimi tanıma qərarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz” markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi- 1150,0 qram qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və təmiz çəkisi - 10,0 qram olmaqla ağ rəngli kristallardan ibarət psixotrop maddə - metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və heroinin 1149,8 qram qalığı, metamfetaminin 9,870 qram qalığı saxlanılması üçün Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. (iş vər. 66- 67) İş üzrə mobil operatorlardan götürülmüş məlumatlara baxış keçirilməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2019-cu il tarixdə “mene bir dene iyirmiliy mal verda agriyiriam”, xx.xx.2019-cu il tarixdə ***-***-**-** saylı mobil nömrədən “qardaw birdene balaca daw varsa wuwe qret ele cekimda qardawimsan”, xx.xx.2019-cu il tarixdə ***-***-**-** saylı mobil nömrədən “emi menem abas 120 manata 3 qiram kako 50 de verim yari suse opsi 190 manat ne dirsen nizami emi” məzmunlu smslər göndərilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin sonuncu anten dairəsi xx.xx.2019-cu il tarixdə saat 01:56:54-də Salyan rayonu, Arbatan kəndi ərazisində, ***-***-**-** saylı mobil nömrənin sonuncu anten dairəsi xx.xx.2019-cu il tarixdə saat 04:47:01-də Badamdar qəsəbəsi ərazisində olmuşdur. (iş vər. 130-194) Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 1517 saylı narkoloji ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vər. 143- 144) Məhkəmə hesab edir ki, o, törətmiş olduğu cinayət əməlinə görə onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və digər iş materialları ilə müəyyən edilmiş mötəbər və əsaslı sübutlarla sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1-ci siyahıda heroinin külli miqdarı (təmiz halda qramlarla) 2 qram, şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 1150,0 qram təşkil edir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinin tələbinə əsasən həmin Məcəllənin 99-1.1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsini araşdıraraq hesab edir ki, hazırkı cinayət işi üzrə həmin cinayətin törədilməsində Təqsirləndirilən şəxs üzərindən və “Mersedes Benz-240” markalı, ** VL *** dövlət qeyidyyat nişanlı avtomobilinin salonundan və baqaj yerindən götürülmüş heroinin ümumi təmiz çəkisi 1150 qr (1 kq, 150qr), bir ədəd qara rəngli polietilen, 10,0 qram olmaqla külli miqdarda ağ rəngli kristallardan ibarət psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Cinayət işi üzrə üzərinə həbs qoyulan və ya müsadirəyə məruz qala biləcək qeyri əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4cü və 56.1.2-ci maddələrinin tələblərinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırma zamanı seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı Qərarının 13cü bəndinə əsaslanaraq, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs iki azyaşlı uşaqlarının olması cəzasını yüngülləşdirən haldır və cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Binəqədi RPİ NMB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2019-cu il tarixdə Binəqədi rayon məhkəməsinin qərarı ilə həbsdə saxlama müddəti 02 ay olmaqla xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2019-cu il tarixdə «həbs» qətimkan tədbiri seçilsə də o, xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulduğundan, onun cəzaçəkmə müddətinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və məhkəmə baxışında onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 02 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 160 (yüz altmış) manat miqdarında pul ödənilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri 114(bir yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni xx xxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İsmayılov X2 məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 1150,0qram olan narkotik vasitə heroinin 1149,8 qram qalığı, 10,0 qram metamfetaminin 9,870 qram qalığı xüsusi müsadirə edilməklə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 02 saylı Vəkil bürosunun vəkili Müdafiəçi üçün Bakı şəhəri 02 saylı Vəkil bürosunun nəfinə 160 (yüz altmış) manat miqdarında pul ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı hüquq bürosunun vəkili X6 104 (yüz dörd) manat miqdarında pul ödənilsin. Ekspertiza tədqiqatına sərf edilmiş 114 (bir yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-165/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-165/2020
05.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver