Məhkəmə qərarları › İş №1(101)-165/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-165/2021

19.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-165/2021 19.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə; məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X5, müdafiəçilər: “Pro Bono” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi binada, açıq məhkəmə iclasında xx xxxxxx 1961-ci il tarixdə Abşeron rayonu, Xırdalan qəsəbəsi, Masazır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Abşeron rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Abşeron rayonu, Masazır kəndi, Ş.Qurbanov küçəsi fərdi yaşayış evində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 oğlunun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə; xx xxxxxxxx 1989-cu il tarixdə Cəlilabad rayonu, Ocaqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Cəlilabad rayonu, X7, Ocaqlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 kustar üsulla hazırlanmış külli miqdarda, ümumi təmiz çəkisi 55,494 qram narkotik vasitə olan heroini və kustar üsulla hazırlanmış külli miqdarda, ümumi təmiz çəkisi 54,010 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq tanışı X3 istintaqa məlum olmayan vaxtda və yerdə əldə edib həmin narkotik vasitə heroinin 2,828 qramını və psixotrop maddə metamfetaminin 2,250 qramını üzərində saxlamaqla daşımış, qalan 52,666 qram çəkidə heroini və 51,760 qram çəkidə metamfetamini yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Ş.Qurbanov küçəsində yerləşən fərdi yaşayış evində gizlətməklə saxlamış, Təqsirləndirilən şəxs1 mütəmadi olaraq Abşeron rayonu ərazisində narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edib üzərində gəzdirməsi, satışı ilə məşğul olması və yaşadığı evdə saxlaması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində həmin gün saat 21:44-də Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısında saxlanılıb üzərinə baxış keçirilən zaman satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda, ümumi təmiz çəkisi 2,828 qram narkotik vasitə olan heroin bir ədəd polietilen bükümdə və külli miqdarda, ümumi təmiz çəkisi 2,250 qram psixotrop maddə olan metamfetamin bir ədəd polietilen bükümdə əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş X1 əməkdaşları tərəfindən həmin gün Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Ş.Qurbanov küçəsində yerləşən fərdi yaşayış evinə özünün icazəsi və iştirakı ilə baxış keçirilərkən qonaq otağında yerləşən divanın alt hissəsindən onun satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda, ümumi təmiz çəkisi 52,666 qram narkotik vasitə olan heroin bir ədəd şəffaf polietilen bükümdə, külli miqdarda, ümumi təmiz çəkisi 51,760 qram psixotrop maddə olan metamfetamin bir ədəd şəffaf polietilen bükümdə və üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımış, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirmə barədə tanışı, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Səid” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Səid” adlı şəxsin və qeyrilərinin naməlum şəraitdə və vaxtda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirərək Azərbaycan Respublikası ərazisinə satış məqsədilə qanunsuz olaraq daşıyıb gətirməklə cinayətkar qrupun üzvü olan Təqsirləndirilən şəxs2 satışını həyata keçirib əldə edilmiş qazancı bölmək üçün təhvil verdiyi, kustar üsulla hazırlanmış külli miqdarda 54,010 qram çəkidə psixotrop maddə metamfetamini və kustar üsulla hazırlanmış külli miqdarda 106,089 qram çəkidə narkotik vasitə heroinin 55,494 qramını istintaqa məlum olmayan vaxtda və yerdə tanışı Təqsirləndirilən şəxs1 satmış, həmin narkotik vasitə heroinin qalan 50,595 qramını özündə saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin gün saat 21:44-də Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Ş.Qurbanov küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında saxlanılıb üzərinə baxış keçirilən zaman satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda, ümumi təmiz çəkisi 2,828 qram narkotik vasitə olan heroin və külli miqdarda, ümumi təmiz çəkisi 2,250 qram psixotrop maddə olan metamfetamin əynindəki şalvarın sağ yan cibindən, əməliyyat-axtarış tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş X1 əməkdaşları tərəfindən həmin gün Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Ş.Qurbanov küçəsində yerləşən fərdi yaşayış evinə özünün icazəsi və iştirakı ilə baxış keçirilərkən qonaq otağında yerləşən divanın alt hissəsindən onun satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda, ümumi təmiz çəkisi 52,666 qram narkotik vasitə olan heroin, külli miqdarda, ümumi təmiz çəkisi 51,760 qram psixotrop maddə olan metamfetamin və üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Baş X1 əməkdaşları tərəfindən xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı həmin gün saat 13:55-də Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Ş.Qurbanov küçəsində yerləşən fərdi yaşayış evinin həyətində saxlanılaraq üzərinə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs2 şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Səid” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirməklə satış məqsədilə əldə edib saxladığı külli miqdarda, yəni 106,089 qram çəkidə narkotik vasitə heroinin qalan 50,595 qramı əynindəki gödəkçənin sol iç cibindən bir ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2006-cı il tarixdən narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır, narkotik vasitə heroini iyləmək yolu ilə qəbul etmişdir. 2017-ci ildə həbsdən çıxdıqdan sonra yenidən narkotik vasitələrdən istifadə etmişdir. O, həbsdən çıxdıqdan sonra Təqsirləndirilən şəxs2lə tanış olmuşdur. Təqsirləndirilən şəxs2 ilə telefonla danışıqlarının birində onda təxminən 25-30 qram narkotik vasitə olduğunu və əgər o, istəsə həmin narkotik vasitəni ona satacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs2 təxminən 25-30 qram miqdarında narkotik vasitə almağı planlaşdırmış və bu barədə Təqsirləndirilən şəxs2 ilə razılaşmışlar. Razılaşmalarına əsasən Təqsirləndirilən şəxs2 narkotik vasitəni gətirən zaman axşam vaxtı olmuşdur. O, evdə çay içən zaman qapı açılmış və beş nəfər polis əməkdaşı içəri daxil olmuşlar. Polis əməkdaşları evə daxil olan zaman Təqsirləndirilən şəxs2 də evdə olmuşdur və narkotik vasitəni aşkar edib götürmüşlər. Polis əməkdaşları onu saxlayan zaman ona heç bir təzyiq olunmamış və o, səmimi olaraq törətdiyi əməlləri etiraf etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onu Baş Narkotiklərlə Mübarizə şöbəsinin əməkdaşları Masazırda saxlayaraq üzərini axtarmışlar. O, Masazıra Mahirə narkotik vermək məqsədi ilə getmişdir. Onun Səyyad adlı bir tanışı olmuşdur, o, onda narkotik maddə olduğunu və həmin narkotik vasitəni satmaq üçün bir tanışının olub-olmamasını soruşmuşdur. O da həmin narkotik vasitəni bir tanışına satacağını və satışdan heç bir qazanc əldə etməyərək, narkotikin satılmasından əldə edilən pulun hamısını Səyyada verəcəyini demişdir. Bu məqsədlə narkotik vasitəni Səyyaddan götürmüşdür. Belə ki, Səyyadla “İnstagram” sosial tətbiqi vasitəsilə tanış olmuş və tanışlıqları yaranmışdır. Səyyad narkotik vasitəni bir büküm olmaqla Bakı şəhərində 20 yanvar metrostansiyası ərazisində ona vermişdir. Səyyad ona əslən İranlı olduğunu demiş, lakin narkotik vasitələri İran İslam Respublikasından gətirdiyi barədə deməmişdir. O heç bir vaxt ölkə sərhədlərini keçməmiş və İran İslam Respublikası ilə telefon danışıqları olmamışdır. Səyyad narkotik vasitənin mövcudluğu ilə bağlı ona axşam vaxtı demiş və səhər saat 12-də həmin narkotik vasitəni 20 yanvar metrostansiyası ərazisində ona vermişdir. Səyyad ona ümumi çəkisi 40 qram olan heroin növlü narkotik vasitə vermişdir. O da tanışı Mahirlə əlaqə saxlayaraq onda olan 40 qram narkotik vasitəni 400 manat qarşılığında ona satacağına razılaşmışlar. Narkotik vasitəni Mahirin evinə aparıb narkotikin pulunu alan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs2 həmçinin ifadəsində göstərdi ki, o, heç zaman narkotik qaçaqmalçılığı ilə məşğul olmamış və bu barədə heç kimlə razılaşması olmamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri ifadələr ilə məhkəmə istintaqı zamanı verdikləri ifadələr arasında ziddiyətlər olduğu üçün onların ibtidai istintaq zamanı verdikləri ifadələri məhkəmədə elan edilərək, tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 1 il bundan əvvəl yaşadığı kənddə təsadüfən “Hacı” adlı şəxslə tanış olmuş, həmin şəxs onların yaşadıqları qəsəbəyə gəlmiş və ondan yadında dəqiq qalmasa da kimisə soruşduğunu xatırlayır. Ona dediyi şəxsi tanımadığını bildirmiş və bundan sonra həmin vaxt onun üzünə baxaraq narkotik vasitə istifadə edib-etmədiyini soruşmuşdur. Onunla danışan zaman narkotik vasitənin təsirində olduğuma görə ona istifadə etdiyini bildirmiş, Hacı da narkotik vasitə istifadə etdiyini demiş və həmin vaxtdan onunla münasibətləri yaranmışdır. Hacı hər 2-3 aydan bir dəfə onların yaşadıqları qəsəbəyə gəlmiş və onunla qarşılaşanda söhbət etmişdir. Onunla hər zaman görüşən zaman özünün İran İslam Respublikasında dostunun olduğunu və lazım olanda ona narkotik vasitə sata biləcəyini demişdir. Lakin hər dəfə ona narkotik vasitə almaq istəmədiyin, demiş, lakin sonuncu dəfə təxminən bir həftə əvvəl Hacı ilə özünün istifadəsində olan ***-***-**-** nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək, ona şəxsi istifadəsi üçün narkotik vasitə heroin və “şüşə” gətirməsini xahiş etmişdir. Eşitmişdir ki, güya “şüşə” narkotik vasitə heroindən asılılıqdan çıxmaq üçün köməklik edir. Ona görə də Hacıdan həm də “şüşə” gətirməsini xahiş etmişdir. Hacı da onunla razılaşmış və heroinin qramını 30 manata, “şüşə”nin qramını isə 50 manata ona gətirə biləcəyini bildirmişdir. Telefonla danışan zaman Hacıağa heroinin çəkisinin 60 qrama yaxın olduğuna görə ümumilikdə 1.650 manat, “şüşə”nin çəkisinin də 60 qrama yaxın olduğuna görə ümumilikdə 2.700 manata satacağını demişdir. Onunla razılaşmış, daha sonra isə gətirəcəyi hər narkoitik vasitə heroinin qramını 20 manata satacağını bildirmiş, onlar razılaşmışlar. Təxminən 3-4 gün qabaq Hacı ona zəng edərək, qəsəbədə olduğunu və dediyi narkotikləri gətirdiyini bildirmiş, yaşadıqları həyətdə görüşmüş və narkotik vasitələri, həmçinin psixotrop maddələri Hacıdan almışdır. Həmin vaxt ona ilkin olaraq 1.000 manat pul vermiş və həmin günün səhərisi ona əlavə 400 manat pul vermişdir. Ona pul verəndən sonra qalan pulları qısa müddət ərzində ona verəcəyi barədə söz vermiş və onların münasibətləri yaxşı olduğuna görə Hacı onunla razılaşmışdır. Məqsədi həmin narkotik vasitələrdən istifadə etmək olmuş, lakin satmaq məqsədi olmamış, həmin ərəfələrdə özünə məxsus olan həyətin 1.5 sot hissəsini 9.000 manata satmış və həmin pulla guya evini təmir etdirməli olmuşdur. Həmin puldan da 1.400 manatını Hacıya narkotik vasitələr üçün vermiş, bundan bir-iki gün sonra pul qazanmaq üçün narkotik vasitə satmaq qərarına gəldiyindən narkotik vasitələrin çəkisini dəqiq müəyyən etmək məqsədi ilə elektron tərəzi almaq qərarına gəlmiş və Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Moskva Univermağı” adlanan yerə gedərək orada işləyən orta yaşlı qadından 25 manata bir ədəd elektron tərəzi almişdir. Həmin tərəzini də yaşadığı evə gətirmiş, xx.xx.2019-cu il tarixdə günorta saatlarında yenidən Hacıya zəng edərək satmaq məqsədi ilə ondan heroin gətirməsini istəmiş, onunla danışan zaman ona narkotik vasitəni satmaq məqsədi ilə istədiyini demiş, Hacı da heroinin qramını 20 manata ona sata biləcəyini bildirmiş və ondan 50 qram narkotik vasitə heroin istəmişdir. Hacı da səhərisi günü narkotik vasitəni gətirəcəyini bildirmiş, onlar razılaşmış və onu gözləməyə başlamışdır. Aralarında olan razılaşmaya görə xx.xx.2019-cu il tarixdə saat 23-24 radələrində yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində yaşadığı evin yanında görüşməli olmuşlar. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 22 radələrində yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evinin qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını demiş və ondan kim olduğunu soruşmuşlar. Həmin vaxt daha bir nəfər polis əməkdaşı da telefonla videoçəkiliş etmiş, özünü təqdim edib Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Bu zaman polis əməkdaşlarından biri əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla onu tanış etmiş və ona mütəmadi olaraq Abşeron rayonu ərazisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini əldə edib üzərində gəzdirməklə satışı ilə məşğul olduğunu və yaşadığı evdə narkotik vasitələri saxladığını bildirmişlər. Bu zaman hava yağışlı olduğundan onları yaşadığı evin həyətinə dəvət etmiş, həmin gün oğlu və həyat yoldaşı birlikdə qızının yanına qonaq getmişlər. Ona görə də evdə ondan başqa şəxs olmamış, həyətə daxil olandan sonra polis əməkdaşı üzərində nə əşya varsa təqdim etməsini xahiş etmiş, əynində olan qara rəngli pencəyinin sağ yan cibindən 01 ədəd alışqanı, 01 ədəd siqareti, pencəyinin sol yan cibindən 01 ədəd açarı, əynində olan rəngli şalvarının sol yan cibindən 10 manat pulu, özünə məxsus şəxsiyyət vəsiqəsini, şalvarının sağ yan cibindən 02 (iki) ədəd şəffaf polietilen bükümləri, pencəyinin sağ iç cibindən özünə məxsus sürücülük vəsiqəsini, 01 ədəd kağızı, pencəyinin sol iç cibindən “Samsung” markalı mobil telefonunu çıxarıb tədbir iştirakçılarına təqdim etmişdir. Həmin vaxt təqdim etdiyi bükümlərdən biri açılmış və heroinə aşkar olunmuşdur. Büküm maddə ilə birlikdə 01 (bir) ədəd zərfə qoyularaq möhürlənmiş, orada olan polis əməkdaşları ilə birlikdə zərfin üzərini imzalanmışdır. Daha sonra təqdim etdiyi bükümlərdən digəri açıldıqda orada “şüşə” aşkar edilmiş, həmin büküm də maddə ilə birlikdə 01 (bir) ədəd zərfə qoyularaq möhürlənmişdir. Həmin zərfin üzərini iştirakçılarla birlikdə imzalanmış, təqdim etdiyi 10 manat pul, 01 ədəd siqaret qutusu, 01 ədəd kağız, 01 ədəd alışqan və 01 ədəd açar özünə qaytarılmış, mobil telefon, şəxsiyyət və sürücülük vəsiqələri isə götürülmüşdür. Bundan sonra üzərinə baxış keçirilmiş, lakin üzərindən hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları yaşadığı evdə narkotik vasitə olub-olmaması barədə soruşanda narkotik vasitə olduğunu bildirmiş və yaşadığı evin içərisinə baxış keçirilməsinə etiraz etməmişdir. Bu zaman evin içərisinə daxil olmuş və yatdığı divanın üzərində olan döşəyin altından 02 ədəd bükümü və 01 ədəd elektron tərəzini tədbir iştirakçılarına təqdim etmişdir. Həmin bükümlərdən biri açıldıqda içərisindən heroin aşkar olunmuş, digər bükümlərdən biri açıldıqda içərisində “şüşə” aşkar olunmuş, təqdim etdiyi 02 ədəd bükü və 01 ədəd elektron tərəzi zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və zərfin üzərini imzalamışdır. Daha sonra evin içərisinə baxış keçirilmiş və evin içərisində hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları həmin narkotik vasitələri haradan əldə etdiyini soruşmuş və həmin narkotik vasitə heroinin 1 qramını 30 manata olmaqla 1650 manata, “şüşə”nin 1 qramını 50 manata olmaqla 2700 manata saxlandığı vaxtdan təxminən 3-4 gün əvvəl yaşadığı evin qarşısında əslən Cəlilabad rayonundan olan «Hacı» adlı şəxsdən özü qəbul etmək üçün aldığını bildirmiş, bundan sonra videoçəkiliş dayandırılmış, birlikdə BNMİ-nə gəlmişlər. Orada hüquqlarının müdafiə edilməsi məqsədilə ona Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, təqdim edilən siyahıdan istənilən vəkilin hüquqlarının müdafiə etməsinə etiraz etmədiyini demiş, bundan sonra vəkil Ramiz müəllim dəvət edilərək ona təqdim edilib həmin vəkil tərəfindən hüquqlarının qorunmasına etiraz edib-etmədiyi soruşulmuşdur. Buna etiraz etmədiyini bildirmiş, daha sonra bu barədə protokol tərtib edilmiş, digər iştirakçılarla, vəkili ilə birlikdə həmin protokolu imzalamışdır. Bütün sənədləşmə qurtardıqdan sonra izahatını vermiş, izahatını yazdıqdan sonra Hacı adlı şəxsin tutulmasında köməklik etmək istədiyini bildirmiş və polis əməkdaşlarına bir daha Hacının səhəri günü ona narkotik vasitə gətirəcəyini, onunla danışıb ifşa olunmasında onlara köməklik edə biləcəyini bildirmişdir. Bu zaman ərizə yazmış və vəkilinin iştirakı olmadan əməliyyat axtarış tədbirinin keçirilməsinə köməklik edəcəyini bildirmişdir. xx.xx.2019-cu il tarixdə saat 11:00 radələrində özünün istifadəsində olan telefonla Hacıya zəng etmiş və ondan sifariş etdiyi narkotik vasitələri istəmişdir. Hacı da bir neçə saat sonra gələcəyini demiş və yenə yaşadıqları evin həyətində görüşmək barədə razılaşmışlar. Bundan sonra polis əməkdaşları ilə birlikdə saat təxminən 14 radələrində yaşadığı evin həyətində olan zaman Hacı həyətə daxil olmuş və polis əməkdaşları ona yaxılaşaraq onu tutmuş və müvafiq sənədləşmə işləri aparmışlar. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, təxminən bir il bundan qabaq təsadüfən Abşeron rayonu, Masazır qəsəbəsində Mahir adlı şəxslə tanış olmuş, həmin vaxtlardan onların normal münasibətləri yaranmış, təxminən 08 ay bundan qabaq “İstagram” sosial şəbəkəsində “Səid” adlı şəxslə tanış olmuş, həmin şəxs ona dostluq təklifi göndərmiş və həmin vaxtdan normal münasibətləri yaranmışdır. Həmin şəxs İran İslam Respublikasının şəbəkəsində məxsus nömrə işlətmiş, onunla tez-tez telefonda danışmış, həmin vaxtdan onların normal münasibətləri yaranmağa başlamışdır. Lakin onun nömrəsini əzbər bilmədiyi üçün təqdim edə bilmir. Təxminən 20 gün bundan əvvəl Səidlə telefonda danışan zaman ona Azərbaycan Respublikası ərazisinə gəlmək istədiyini demiş, ona gələcəyi halda qarşılaya biləcəyini bildirmiş, həmin gündən bir neçə gün sonra Səid ona zəng edərək, Bakı şəhərində olduğunu və görüşmək istədiyini bildirmişdir. Həmin vaxt Bakı şəhərində olduğuna görə onunla 20 Yanvar Metrostansiyasının yaxınlığında görüşmüş, həmin gün Səidlə söhbət zamanı özündə narkotik vasitə heroin, həmçinin “şüşə” olduğunu, onları satmaq istədiyini demişdir. Ona bu işlərdən başının çıxmadığını demiş, lakin onunla razılaşmış və Səid narkotik vasitənin hər qramını 20 manata ona sata biləcəyini demişdir. Həmin vaxt Səid kiməsə zəng etmiş və tanımadığı bir nəfər Səidə sellofan paketdə üç ədəd bükümü gətirib vermişdir. Səid onlardan ikisinin içərisində narkotik vasitə heroin və birinin içərisində psixotrop maddə metamfetamin olduğunu demişdir. Heroinin 100 qramdan, şüşənin isə 50 qramdan artıq olduğunu bildirmişdir. Bundan sonra birlikdə tanışı Mahirin yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsinə taksi ilə getmişlər. Həmin vaxt Səid çöldə gözləmiş və Mahirin yaşadığı evin həyətinə daxil olub orada Mahirə narkotik vasitə heroinin bir bükümünü və psixotrop maddə şüşənin bir bükümünü vermişdir. Həmin vaxt yanlarında və ətrafda başqa şəxslər olmamış, həmin narkotik vasitələrin və psixotrop maddələrin qarşılığında Mahir həmin gün ona 1.000 manat vermişdir. Həyətdən çıxıb həmin pulu Səidə vermiş, bundan sonra oradan çıxıb taksi ilə 20 Yanvar Metostansiyasının yaxınlığına gəlmişlər. Oraya çatan zaman Səid onunla sağollaşmış və çıxıb getmişdir. Bu hadisənin səhərisi günü Mahirlə danışmış və ona satdığı narkotik vasitələrin qarşılığında almalı olacağım puldan verməsini istəmişdir. Mahirdə ona əlində pul olduğunu demiş və onların evinə gəlməyini xahiş etmişdir. Yol takisisi ilə Mahirin yaşadığı evə getmiş və ondan 400 manat pul almışdır. Həmin pulları Səidlə görüşəndə ona vermək üçün üzərində saxlamış, lakin Səidin harada olduğunu bilməmişdir. Pulda nəticədə onda qalmış və qazancı olmuşdur. Bu hadisədən 2-3 gün sonra Mahir yenidən ona zəng edərək, narkotik vasitə istədiyini, ona 50 qram narkotik vasitə gətirməyini, həmin narkotik vasitələri satdıqdan sonra pulunu verəcəyini demişdir. Bu zaman Səidə zəng etmiş və xx.xx.2019-cu il tarixdə birlikdə saat 9-10 radələrində 20 Yanvar Metrostansiyasının yaxınlığında görüşmüşlər. Görüşən zaman yanlarında başqa adam olmamış, görüş zamanı Səidə narkotik vasitəni ilk dəfə satdığı şəxsin yenidən narkotik istədiyini demiş, əlində olan digər bükümdə narkotik vasitəni Mahirə verəcəyini, həmin şəxsin narkotikləri satandan sonra pullarını verəcəyini, heroinləri ona 20 manatdan satacağını demişdir. Səid onunla razılaşmış və buna etiraz etməmişdir. Razılaşandan sonra Mahirin yaşadığı evə yol maşını ilə getmiş, onun yaşadığı evin həyətinə daxil olmuş və həmin vaxt 4 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını demiş və kim olduğunu soruşmüşlar. Həmin vaxt daha bir nəfər polis əməkdaşı da telefonla videoçəkiliş etmiş, bu hadisələr baş verəndə Mahirdə evin həyətində olmuş, özünü təqdim edib Təqsirləndirilən şəxs2 olduğunu bildirmiş, bu zaman polis əməkdaşlarından biri əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla onu tanış etmiş və ona külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bu zaman üzərində nə əşya varsa təqdim etməsi təklif olunmuş, əynində olan yaşıl rəngli qış gödəkçəsinin sağ yan cibindən «Nokia» və «Fly» markalı mobil telefonlarını, əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 03 ədəd açarı, şalvarınının sağ yan cibindən 70 qəpik pulu, əynində olan qış gödəkçəsinin sol iç cibindən 01 ədəd şəffaf polietilen bükümü çıxararaq tədbir iştirakçılarına təqdim etmişdir. Həmin büküm açıldıqda oradan narkotik vasitə heroin aşkar edilmiş, heroin olan büküm maddə ilə birlikdə 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. İştirakçılar və özü həmin möhürü imzalamış, 70 qəpik pul özünə qaytarılmış, 02 ədəd mobil telefon isə götürülmüşdür. Bundan sonra üzərinə baxış keçirilmiş, baxış zamanı üzərindən əməliyyat marağı kəsb edən əşya və ya predmet aşkar olunmamış, həmin vaxt ondan narkotik vasitəni haradan əldə etdiyini soruşanda bir ədəd bükümdə narkotik vasitə olan heroinin bir qramı 20 (iyirmi) manata olmaqla ümumilikdə 1000 manata tanışı Mahirə satmaq məqsədilə gətirdiyii, təxminən 3-4 gün əvvəl tanışım Mahirə heroinin 1 qramı 30 manata olmaqla 1650 manata, metamfetaminin 1 qramı 50 manata olmaqla 2700 manata Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində satmağını etiraf etmişdir. Bu zaman Mahirdə onun dediklərini təsdiq etmiş, daha sonra həmin narkotik vasitələri haradan əldə etdiyini soruşanda onları 20 Yanvar Metrostansiyasının yaxınlığında İran islam Respublikası vətəndaşı olan Səid adlı şəxsdən aldığını, həmçinin həmin narkotik vasitəni satdıqdan sonra pulları Səidə verəcəyini bildirmişdir. Bundan sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Bundan sonra protokol tərtib olunmuş, müdafiəçisi və digər iştirakçılarla birlikdə həmin protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 mütəmadi olaraq Abşeron rayonu ərazisində narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin əldə edib üzərində gəzdirməsi, satışı ilə məşğul olması və yaşadığı evdə həmin maddələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat onun tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, Şahid2, Şahid3 və Şahid4 daxil olmuşlar. Qrup üzvləri keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. Onlar birlikdə həmin tarixdə təxminən saat 22:00 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı, Abşeron rayonu, Masazır qəsəbəsində nömrəsiz fərdi yaşayış evinin qarşısına getmişlər və həmin vaxt nömrəsiz evin qarşısında özünü şübhəli aparan xarici görünüşünə görə Təqsirləndirilən şəxs1 oxşar bir nəfərin olmasını müşahidə etmişlər. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmiş onun anket məlumatlarını soruşmuşlar. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 izah edərək mütəmadi olaraq Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində narkotik vasitə və psixotop maddələrin satışında, üzərində gəzdirməsində, həmçinin yaşadığı evdə narkotik vasitələr və psioxtrop maddələr saxlamasında şübhəli olduğunu demişlər. Onlar həyətə daxil olmuşlar və Təqsirləndirilən şəxs1 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul edilmiş qərarla tanış etmişlər. Daha sonra Təqsirləndirilən şəxs1 üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur, bu zaman Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli pencəyin sağ yan cibindən 01 ədəd alışqanı, 01 ədəd siqaret qutusunu, pencəyinin sol yan cibindən 01 ədəd açarı, əynində olan boz rəngli şalvarın sol yan cibindən 10 manat pulu, özünə məxsus şəxsiyyət vəsiqəsini, şalvarının sağ yan cibindən 02 ədəd bükümü, pencəyinin sağ iç cibindən özünə məxsus olan sürücülük vəsiqəsini, 01 ədəd kağızı, pencəyinin sol iç cibindən “Samsung” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Həmin bükümlərdən biri açıldıqda onun içərisində narkotik vasitə heroinə bənzər maddə olduğunu görmüşlər. Həmin büküm qablaşdırılaraq götürülmüş, digər büküm də açıldıqda onun içərisində psixotrop maddə metmfetamin aşkar olunmuşdur. Həmin büküm də qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 götürülmüş 10 manat pul, siqaret qutusu, 01 ədəd kağız, 1 ədəd alışqan və 1 ədəd açar onun özünə geri qaytarılmışdır, amma şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və bir ədəd mobil telefon götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 evində narkotik vasitə və psixotrop maddə saxladığını bildirmiş və yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra evin içərisinə daxil olduqda Təqsirləndirilən şəxs1 divanın üzərindəki döşəyin altından 02 ədəd bükümü və bir ədəd elektron tərəzini çıxararaq təqdim etmişdir. Həmin bükümlər açıldıqda birinin içərisində narkotik vasitə heroinə və digər bükümün içərisində isə psixotrop maddə metamfetaminə oxşar maddələrin olması müşahidə edilmişdir. Həmin bükümlər və elektron tərəzi zərfə qoyularaq qablaşdırılıb götürülmüş, bundan sonra evə baxış keçirilmiş, lakin hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə və psixotrop maddələrə oxşar kütlələri haradan əldə etməsi barədə soruşulanda sonuncu narkotik vasitənin bir qramını 30 (otuz) manata olmaqla 1650 (min altı yüz əlli) manatdan, psixtrop maddə metamfetaminin hər bir qramını 50 (əlli) manatdan olmaqla 2700 (iki min yeddi yüz) manata tutulduğu vaxtdan təxminən 3-4 gün əvvəl yaşadığı evin qarşısında Cəlilabad şəhər sakini “Hacı” adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra həmin yerdə müvafiq sənədləşmə işləri aparmaq mümkün olmadığından Baş X2yıtmışlar. Baş İdarəyə qayıdan zaman Təqsirləndirilən şəxs1 Bakı şəhər Mərkəz vəkil Bürosunun vəkilləri təqdim olunanada həmin siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etmədiyini demiş, bundan sonra həmin büronun vəkili Ramiz Mirzəyev dəvət olunmuş və Təqsirləndirilən şəxs1 təqdim edilmişdir. Təqsirləndirilən şəxs1 təqdim olunmuş vəkilə etirazının olub-olmaması barədə soruşulanda həmin şəxs vəkilə etiraz etmədiyini demişdir. Daha sonra bu barədə protokol tətib edilmiş və baxışda iştirak edən şəxslər, müdafiəçi və Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmışdır. Həmin günün səhərisi yəni xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1la müvafiq sənədləşmə işləri aparılan zaman Təqsirləndirilən şəxs1 şifahi olaraq törətdiyi əməldən peşman olduğunu, üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri aldığı “Hacıağa” adlı şəxsin ifşa olunmasına köməklik etmək istədiyini, cinayət əməlinə görə hər kəsin cəza çəkməli olduğunu demişdir. Təqsirləndirilən şəxs1 həmin gün Hacıağa adlı şəxsin ona satması üçün 50 (əlli) qram narkotik vasitə olan heroin gətirəcəyini, bu barədə qabaqcadan razılaşdıqlarını, narkotik vasitənin həmin gün ona çatacağını demiş, bundan sonra Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edildikdən sonra sonuncu ərizə ilə müraciət edərək vəkili olmadan keçiriləcək əməliyyat-axtarış tədbirlərində iştirak etmək istədiyini bildirmişdir. Həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və Təqsirləndirilən şəxs1 tutulmasında iştirak edən əməliyyat qrupunun üzlərindən ibarət yeni qrup yaradılmışdır. Qrup üzvləri əməliyyat-axtarış tədbirlərində nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. Bu zaman Təqsirləndirilən şəxs1 özünün istifadəsində olan telefonla Hacıağa adlı şəxsin istifadəsində olan nömrəyə zəng edərək əvvəlcədən vəd etdiyi 50 qram narkotik vasitə heroini nə vaxt gətirəcəyi barədə soruşmuş, danışıq zamanı Hacıağa adlı şəxs bir neçə saat sonra Təqsirləndirilən şəxs1 yaşadığı evə gələrək vəd etdiyi narkotik vasitəni gətirəcəyini bildirmişdir. Bu məlumatdan sonra əməliyyat qrupunun üzvləri və Təqsirləndirilən şəxs1 birlikdə sonuncunun yaşadığı evə getmişlər. Oraya çatan zaman əməliyyat mövqeyi seçilmiş və Hacıağa adlı şəxsi gözləməyə başlamışlar. Orada olan zaman həyətə xarici görünüşü “Hacıağa” adlı şəxsə oxşar bir nəfər daxil olmuş, həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib onun anket məlumatlarını soruşmuşlar. Həmin şəxs özünün təqdim edərək Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Bundan sonra həmin şəxsə izah edərək külli miqdarda narkotik vasitə və psixotrop maddələri satışında şübhəli olduğuna görə saxlanıldığı və üzərində qanunsuz əşya varsa təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs2 etiraz etmədən əynində olan yaşıl rəngli qış gödəkcəsinin sağ yan cibindən 2 ədəd mobil telefonu, əynində olan şalvarın sol yan cibindən 03 ədəd açarı, şalvarının sağ yan cibindən 70 (yetmiş) qəpik pulu, əynində olan gödəkcənin sol iç cibindən 01 ədəd bükümü çıxararaq təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində narkotik vasitə heroinə oxşar kütlə olması müşahidə edilmiş, həmin büküm qablaşdırılaraq götürülmüş, aşkar edilmiş 70 (yetmiş) qəpik pul Təqsirləndirilən şəxs2 özünə geri qaytarılsa da, 2 ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilsə də, qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmiş, sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bükümün içərisində narkotik vasitə heroin olduğunu, hər qramını 20 (iyirmi) manatdan olmaqla 1000 (min) manata Təqsirləndirilən şəxs1 satmaq məqsədi ilə gətirdiyini, bir necə gün əvvəl Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddə satdığını etiraf edərək, bütün narkotik vasitə və psixotrop maddələri təxminən 15 gün əvvəl telefon vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Səid” adlı şəxsdən 20 Yanvar Metrostasiyasının yaxınlığından aldığını, aralarında olan razılaşmaya görə həmin narkotik vasitə və psixotrop maddələri satdıqdan sonra əldə olunacaq pulu “Səid” adlı şəxsə verəcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 BNMİ-nin inzibati binasına gətirilmiş, baş İdarəyə qayıdan zaman Təqsirləndirilən şəxs2 Bakı şəhər Mərkəz vəkil Bürosunun vəkillərinin olduğu siyahı təqdim olunanada sonuncu siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etmədiyini demiş, bundan sonra həmin bürosunun vəkili Kərim Bağırov dəvət olunmuş və Təqsirləndirilən şəxs2 təqdim edilmişdir. Təqsirləndirilən şəxs2 təqdim olunmuş vəkilə etirazının olub-olmaması barədə soruşulanda həmin şəxs vəkilə etiraz etmədiyini bildirmişdir. Daha sonra bu barədə protokol tətib edilmiş və baxışda iştirak edən şəxslər, müdafiəçi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3 və ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 ifadələrindən görünür ki, onlar Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı elan edilərək tədqiqi edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş “əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında saxlanılaraq üzərinə baxış keçirilən zaman əynində olan şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə oxşar kütlələrin olduğu 02 ədəd büküm, yaşadığı evə baxış keçirilən zaman evin içərisindəki divanın üzərində olan döşəyin altından içərisində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə oxşar kütlələrin olduğu 02 ədəd büküm və bir ədəd elektron tərəzi aşkar edildiyindən götürülmüşdür. Məhkəmə istintaqı zamanı elan edilərək tədqiqi edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş “əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, həmin tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətində saxlanılaraq üzərinə baxış keçirilən zaman əynində olan qış gödəkcəsinin sol iç cibindən içərisində narkotik vasitə heroinə oxşar kütlənin olduğu 01 ədəd büküm aşkar edildiyindən götürülmüşdür. Məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 29083 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs1 üzərindən 01 (bir) şəffaf polietilen bükümdə... ağ rəngli ... maddə” yazısı olan 1N-li zərfdə, 01 (bir) ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 2,250 qr ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs1 üzərindən 01(bir) şəffaf polietilen bükümdə ... qəhvəyi rəngli ...maddə” yazısı olan 2N-li zərfdə, 01 (bir) ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 2,828 qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar edilərək götürülmüş...” yazısı olan 3N-li zərfdə, 01(bir) ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 51,760 qr ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 (bir) ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 52,666 qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və 01 (bir) ədəd, arxa tərəfində “BN-N X12 200gx0,01q” yazısı qeyd olunmuş elektron tərəzinin üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri vardır. Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı evdən götürülmüş heroinin ümumi təmiz çəkisi 55,494qr-dır və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynidirlər. Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı evdən götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 54,010 qr-dır və həmin metamfetaminlər xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynidirlər. Həmin rəy istintaq zamanı toplanmış digər sübutlarla təsdiq edildiyindən, eləcə də işin faktiki hallarına uyğun gəldiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 29088 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs2 üzərindən aşkar .....” sözlər və imzalar olan bir ədəd zərfdəki,1 (bir) ədəd bükümdə təmiz çəkisi -50, 595 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərlərində “... Təqsirləndirilən şəxs2 üzərindən aşkar .....” sözlər və imzalar olan zərfdəki və “..... Təqsirləndirilən şəxs1 götürülmüş....” sözlər və imzalar olan paketdəki heroinlər xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər. Məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 12 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 20 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburli müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş tədqiqat zamanı 0,03 qram sərf edildikdən sonra 55,194 qram qalmış narkotik vasitə heroin, tədqiqat zamanı 0,02 qram sərf edildikdən sonra 53,810 qram qalmış psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş tədqiqat zamanı 0,05 qram sərf edildikdən sonra 50,545 qram qalmış narkotik vasitə heroin və 03 ədəd mobil telefon maddi sübut kimi tanınmış və DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 2 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 məhkəmədə vermiş olduğu ifadəsində qabaqcadan əlbir olan bir qrup şəxslə külli miqadarda narkotik vasitə və psixotrop maddənin qaçaqmalçılığı ilə əlaqədar özünü təqsirli bilməməsi ilə bağlı göstərdiyi xüsusatlar yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılarkən, müəyyən olunmuşdur ki, onun ifadəsi həmin hissədə məhkəmədə dindirilmiş şahidlərin ifadələri, özünün ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərilənlərlə və işi faktiki halları ilə tam təkzib olunmuşdur. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs2 qeyd edilənlərlə bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiklərinə tənqidi yanaşmaqla, işin faktiki halları ilə uzlaşmadığından həmin hissədə ifadəni inandırıcı qəbul etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə, qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etməsi, daşıması və özündə saxlaması və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etməsi, saxlaması, daşıması, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirməsi tam sübut olunmuşdur. Təqsirləndirilən şəxs1 qeyd olunan əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi, Təqsirləndirilən şəxs2 əməlləri isə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilməli və onlara həmin maddələr ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslərin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcədə cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi cinayətlərin məcmusuna ağır cinayətlər daxil olunduğundan, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayətin digər iştirakçısının ifşa edilməsinə köməklik göstərməsini Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Abşeron rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs1 Abşeron rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən yaranmış məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətdiyindən cinayətin resivini yaratmış və bu hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2019-cu tarixdən, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2019-cu tarixdən hesablanmalı, həmçinin barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər cəza çəkdikləri müddət ərzində narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barələrində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Cinayət işi üzrə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılçğmaqla maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra 55,194 qram qalmış narkotik vasitə heroin, tədqiqatdan sonra 53,810 qram qalmış psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra 50,545 qram qalmış narkotik vasitə heroin məhv edilməli, 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin-nin maddi sübutlarən saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 Əli oğluna məxsus 01 ədəd “Nokia” və 01 ədəd “FLY” markalı mobil telefonlar, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əli oğnun yaxın qohumlarına qaytarılmalıdır İş üzrə məhkəmə xərcini təşkil ekspertiza xərci olan 179 (bir yüz yetmiş doqquz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM, VÖEN **********, ABB Mərkəzi Fililalı, VÖEN **********, kod 805250, m/h **********944, H/h COR 3285xx xxx 3201-01 SWİFT Bik:İBAZAZ 2X) ödənilməlidir. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X6 270 (iki yüz yetmiş) manat miqdarında pul ödənilməlidir. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2 360 (üç tüz altmış) manat, Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1 Arif qızına 360 (üç yüz altmış) manat miqdarında pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılmaqla maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra 55,194 qram qalmış narkotik vasitə heroin, tədqiqatdan sonra 53,810 qram qalmış psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra 50,545 qram qalmış narkotik vasitə heroin məhv edilsin, 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin-nin maddi sübutlarən saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 Əli oğluna məxsus 01 ədəd “Nokia” və 01 ədəd “FLY” markalı mobil telefonlar, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əli oğlunun yaxın qohumlarına qaytarılsın. İş üzrə məhkəmə xərcini təşkil ekspertiza xərci olan 179 (bir yüz yetmiş doqquz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM, VÖEN **********, ABB Mərkəzi Fililalı, VÖEN **********, kod 805250, m/h **********944, H/h COR 3285xx xxx 3201-01 SWİFT Bik:İBAZAZ 2X) ödənilsin. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X6 270 (iki yüz yetmiş) manat miqdarında pul ödənilsin. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2 360 (üç yüz altmış) manat, Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1 Arif qızına 360 (üç yüz altmış) manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslərə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar