Məhkəmə qərarları › İş №1(101)-165/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-165/2022

09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-165/2022 09.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 və Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 oğlunun və Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 nümayəndəsi Nümayəndə2, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə1, Zərərçəkmiş şəxslər Məmmədova İlhamə Rahib qızının və X4, Müdafiəçilər: “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 1980-ci ildə Xudat rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 uşağı olan, işləməyən, ali təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi dalan 8 ev 28A-da qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu,H.Əliyev prospekti ev 66/68 mənzil 74-də yaşayan, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş və hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2017-ci ildə «Adil» SC-nin prezidenti Zərərçəkmiş şəxs3 özünü iş adamı, müxtəlif biznes istiqamətlərində səriştəsi, bacarığı və əlaqələri olan şəxs kimi təqdim edib və bir müddət onun yanında işləyib tapşırıqlarını yerinə yetirib etibarını qazandıqdan sonra Zərərçəkmiş şəxs3 qazanc əldə etmək üçün yeni il ərəfəsində uşaq oyuncaqlarını gətizdirib satışını təşkil etmək imkanı olmasına dair yalan məlumat verib onu inandıraraq Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib aldadaraq, 20.11.2017-ci ildə işlədiyi ünvan 1 ünvanda həmin dövrdə 1.70 manat məzənnəsi ilə cəmi 70652 manat təşkil edən 41560 ABŞ dollarını ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs3 70652 manat məbləğində külli miqdarda ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2017-ci ildə «Adil» SC-nİn prezidenti Zərərçəkmiş şəxs3 özünü iş adamı, müxtəlif biznes istiqamətlərində səriştəsi, bacarığı və əlaqələri olan şəxs kimi təqdim edib və bir müddət onun yanında işləyib tapşırıqlarını yerinə yetirib etibarını qazandıqdan sonra Zərərçəkmiş şəxs3 biznes fəaliyyətini genişləndirməyi təklif edib bu məqsədlə İran İslam Respublikasından Azərbaycan Respublikasına şam ağacı idxal və satışını təşkil emək imkanı olması və həmin fəaliyyətdən külli miqdarda qazanc əldə olunacağı barədə həqiqətə uğun olmayan məlumatlar verib onu inandıraraq Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib aldadaraq 28.11.2017-ci ildə işlədiyi ünvan 1 ünvanda həmin dövrdə 1.70 manat məzənnəsi ilə cəmi 39100 manat təşkil edən 23000 ABŞ dollarını ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs3 xeyli miqdarda 39100 manat məbləğində ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs «Adil» SC-nin prezidenti Zərərçəkmiş şəxs3 özünü iş adamı, müxtəlif biznes istiqamətlərində səriştəsi, bacarığı və əlaqələri olan şəxs kimi təqdim edib və bir müddət onun yanında işləyib tapşırıqlarını yerinə yetirib etibar qazandıqdan sonra Zərərçəkmiş şəxs3 biznes fəaliyyətini genişləndirməyi təklif edib bu məqsədlə İran İslam Respublikasından Azərbaycan Respublikasına qoz ləpəsi idxal etdirmək və satışını təşkil emək imkanı olması və həmin fəaliyyətdən külli miqdarda qazanc əldə olunacağı barədə həqiqətə uğun olmayan məlumatlar verib onu inandıraraq, Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib aldadaraq 02.02.2018-ci ildə işlədiyi ünvan 2 ünvanda həmin dövrdə 1.70 manat məzənnəsi ilə cəmi 71400 manat təşkil edən 42000 ABŞ dolları ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs3 71400 manatı məbləğində külli miqdarda ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs2 ağır xəstəlikdən əziyyət çəkən qohumunun müalicəsini təşkil etməsi ilə məşğul olub onun etibarını qazanmış və bundan istifadə edib ondan xaricdən satış məqsədilə idxal etdiyi mobil telefonların gömrükdən keçirmək üçün həmin dövrə 1.70 manat məzənnəsi ilə 170.0 manat təşkil edən 100.000 ABŞ dolları istəyib 3 gün müddətinə qaytaracağı barədə həqiqətə uyğun olmayan məlumat verib inandıraraq Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib aldadaraq 2018-ci ilin mart ayının əvvəllərində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Nərimanov rayonu Həsənoğlu küçəsi 4 mənzil 205-də həmin məbləği alaraq, bir neçə gün sonra 17000 manat təşkil edən 10.000 ABŞ dollarını və 8500 manat təşkil edən 5000 ABŞ dolları dəyərində 5 ədəd «Samsunq» markalı telefon qaytarmış, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib, aldaraq qalan 144500 manat təşkil edən 85000 ABŞ dolları ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs2 144500 manat məbləğində külli miqdarda ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, o, tanışı Zərərçəkmiş şəxs2 ağır xəstəlikdən əziyyət çəkən qohumunun müalicəsini təşkil etməsi ilə məşğul olub onun etibarını qazanmış və bundan istifadə edib X7 toyuq budu idxal edib Çin Respublikasına satmaqla külli miqdarda qazınc əldə edəcəkləri barədə yalan mılumat verib inandıraraq və Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib aldadaraq 2018-ci ilin aprel ayının ortalarında işlədiyi Bakı şəhəri, Nərimanov rayonu Həsənoğlu küçəsində yerləşən ofisində həmin dövrə 1.70 manat məzənnəsi ilə 51000 manat təşkil edən 30.000 ABŞ dollarını ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs2 51000 manat məbləğində külli miqdarda ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs2 ağır xəstəlikdən əziyyət çəkən qohumunun müalicəsini təşkil etməsi ilə məşğul olub onun etibarını qazanmış və bundan istifadə edib qaytarmaq imkanı olmasa da, Zərərçəkmiş şəxs2 borc istəmiş və 3 gün müddətinə qaytaracağını yalan vəd edib inandıraraq, Zərərçəkmiş şəxs2 2018-ci ilin aprel ayının 20-də işlədiyi Bakı şəhəri, Nərimanov rayonu Həsənoğlu küçəsində yerləşən ofisində həmin dövrdə 1.70 manat məzənnəsi ilə 51000 manat təşkil edən 30.000 ABŞ dolları alıb bir müddət sonra 10.000 ABŞ dollarını qaytarmış, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib aldadaraq qalan 34000 manat təşkil edən 20.000 ABŞ ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs2 34000 manat məbləğində xeyli miqdarda ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs2 ağır xəstəlikdən əziyyət çəkən qohumunun müalicəsini təşkil etməsi ilə məşğul olub onun etibarını qazanmış və bundan istifadə edib ona Ukrayna Respublikasından Azərbaycan Respublikasına ət məhsulları idxal edib satışını təşkil etməklə külli miqdarda qazanc əldə edəcəklərinə dair yalan məlumat verib inandıraraq Zərərçəkmiş şəxs2 05.05.2018-ci ildə Bakı şəhəri BTB Bankın «28 may» filialında həmin dövrə 1.70 manat məzənnəsi ilə 340.000 manat təşkil edən 200.000 ABŞ dolları alıb həmin məbləğdən ona 2 dəfəyə 68000 manat təşkil edən 40.000 ABŞ doları qaytarmış, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib aldadaraq qalan 272000 manat təşkil edən 160.000 ABŞ dollarını ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs2 272000 manat məbləğində külli miqdarda ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa o, «Adil» SC-nin prezidenti Zərərçəkmiş şəxs3 özünü iş adamı, müxtəlif biznes istiqamətlərində səriştəsi, bacarığı və əlaqələri olan şəxs kimi təqdim edib və bir müddət onun yanında işləyib tapşırıqlarını yerinə yetirib etibar qazandıqdan sonra Zərərçəkmiş şəxs3 biznes fəaliyyətini genişləndirməyi təklif edib bu məqsədlə əhalidən ət və toyuq məhsulları alıb və satışını təşkil emək imkanı olması və həmin fəaliyyətdən külli miqdarda qazanc əldə olunacağı barədə həqiqətə uğun olmayan məlumatlar verib onu inandıraraq, Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib aldadaraq 04.06.2018-ci ildə işlədiyi ünvan 2 ünvanda həmin dövrdə 1.70 manat məzənnəsi ilə cəmi 204000 manat təşkil edən 120.000 ABŞ dolları, bir neçə gün sonra 102000 manat təşkil edən 60.000 ABŞ dolları, 08.06.2018-ci ildə 119000 manat təşkil edən 70.000 ABŞ dolları və 28.06.2018-ci ildə 85000 manat təşkil edən 50.000 ABŞ dollarını vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs3 510.000 manat məbləğində xüsusilə külli miqdarda ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, «Adil» SC-nin prezidenti Zərərçəkmiş şəxs3 özünü iş adamı, müxtəlif biznes istiqamətlərində səriştəsi, bacarığı və əlaqələri olan şəxs kimi təqdim edib və bir müddət onun yanında işləyib tapşırıqlarını yerinə yetirib etibar qazandıqdan sonra Zərərçəkmiş şəxs3 biznes fəaliyyətini genişləndirməyi təklif edib bu məqsədlə xaricdən avtomobil şinləri idxal etdirmək və satışını təşkil emək imkanı olması və həmin fəaliyyətdən külli miqdarda qazanc əldə olunacağı barədə həqiqətə uyğun olmayan məlumatlar verib onu inandıraraq, Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib aldadaraq 08.08.2018-ci ildə işlədiyi ünvan 1 ünvanda həmin dövrdə 1.70 manat məzənnəsi ilə 90100 manat təşkil edən 53000 ABŞ dollarını ələ keçirib zərərçəkmişə Zərərçəkmiş şəxs3 90100 manat məbləğində külli miqdarda ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs «Adil» SC-nin prezidenti Zərərçəkmiş şəxs3 özünü iş adamı, müxtəlif biznes istiqamətlərində səriştəsi, bacarığı və əlaqələri olan şəxs kimi təqdim edib və bir müddət onun yanında işləyib tapşırıqlarını yerinə yetirib etibar qazandıqdan sonra Zərərçəkmiş şəxs3 biznes fəaliyyətini genişləndirməyi təklif edib bu məqsədlə xaricdən mobil telefon cihazları idxalını və satışını təşkil emək imkanı olması və həmin fəaliyyətdən külli miqdarda qazanc əldə olunacağı barədə həqiqətə uğun olmayan məlumatlar verib onu inandıraraq, Zərərçəkmiş şəxs3 etibarından sui- istifadə edib aldadaraq 2018-ci ilin oktyabr ayının 20-dən noyabr ayının 18-nə qədər olan müddətdə vahid niyyətlə əhatə edən qəsdlə yaşadığı ünvan 3 ünvanda ondan həmin dövrdə 1.70 manat məzənnəsi ilə cəmi 110500 manat təşkil edən 65000 ABŞ dolları, 39780 manat təşkil edən 23400 ABŞ dolları, 57800 manat təşkil edən 34000 ABŞ dolları və 266560 manat təşkil edən 99000 ABŞ dollarını ələ keçirib zərərçəkmişə Zərərçəkmiş şəxs3 471640(474640) manat məbləğində külli miqdarda ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, o «Adil» SC-nin prezidenti Zərərçəkmiş şəxs3 özünü iş adamı, müxtəlif biznes istiqamətlərində səriştəsi, bacarığı və əlaqələri olan şəxs kimi təqdim edib və bir müddət onun yanında işləyib tapşırıqlarını yerinə yetirib etibar qazandıqdan sonra Zərərçəkmiş şəxs3 biznes fəaliyyətini genişləndirməyi təklif edib bu məqsədlə siqaret alışı və satışını təşkil emək imkanı olması və həmin fəaliyyətdən külli miqdarda qazanc əldə olunacağı barədə həqiqətə uğun olmayan məlumatlar verib onu inandıraraq Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib aldadaraq 30.11. 2018-ci ildə yaşadığı ünvan 3 ünvanda həmin dövrdə 1.70 manat məzənnəsi ilə cəmi 25500 manat təşkil edən 15000 ABŞ dolları, bir neçə gün sonra 8500 manat təşkil edən 5000 ABŞ dolları, 17000 manat təşkil edən 10.000 ABŞ dolları və 102000 manat təşkil edən 60000 ABŞ dollarını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs3 ******* manat (153000 manat) məbləğində külli miqjarda ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs2 ağır xəstəlikdən əziyyət çəkən qohumunun müalicəsini təşkil etməsi ilə məşğul olub onun etibarını qazanmış və bundan istifadə edib ona evinin təmirinə və mebel alınması üçün pul lazım olduğu barədə yalan məlumat verərək və qaytarmaq niyyəti olmasa da qaytaracağı barədə yalan vəd verib inandıraraq, 2018-ci ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs2 işlədiyi Bakı şəhəri, Nərimanov rayonu Həsənoğlu küçəsində yerləşən ofisdə ona həmin dövrə 1.70 manat məzənnəsi ilə 106080 manat təşkil edən 62400 ABŞ dolları və 2,0865 manat məzənnəsi ilə 20.865 manat təşkil edən 10.000 Avro almış, lakin etibarından sui-isttifadə edib aldadaraq vahid niyyətlə əhatə edilən qəsdlə Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 146945 manat (126945) məbləğində külli miqdarda ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs internet vasitəsi ilə mobil telefonların satışında vasitəçiliklə məşğul olan Zərərçəkmiş şəxs4 bir ədəd 70 manat qiymətində «Hope-19» markalı telefon alıb dəyərini vaxtı-vaxtında ödəməklə etibarını qazandıqdan sonra 03.04.2019-cu ildə yenidən bir ədəd 2500 manat qiymətində «İphone XS max» markalı mobil telefon sifariş edib pulunu 3 gün ərzində ödəyəcəyinə dair həqiqətə uyğun olmayan məlumat verib onu inandıraraq, Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib aldadaraq həmin gün ünvan 4 ünvanda 1 ədəd «İphone XS max» markalı mobil telefonu ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs4 2500 manat məbləğində ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs artıq etibarını qazandığı Zərərçəkmiş şəxs4 əvvəl aldığı qiyməti 2500 manat olan «İPHONE XS max» markalı mobil telefonun 1 GSM kartlı olduğunu və həmin markalı iki kartlı telefona dəyişdirilməsini xahiş etmiş, əvvəl aldığı telefonu özündə saxlayıb hər iki telefonun pulunu ödəyəcəyi barədə həqiqətə uyğun olmayan məlumat verib onu inandıraraq Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib aldadaraq, 05.04.2019-cu ildə Xətai rayonu Babək prospektində «Aura» restoranının yaxınlığında yenidən ikinci dəfə bir ədəd 2500 manat qiymətində «İphone XS max» markalı mobil telefonu əmlakını ələ keçirib ona 2500 manat məbləğində ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs etibarını qazandığı Zərərçəkmiş şəxs4 şərikliyi olan Pənah adlı şəxsin ona çatacaq vəsaitin verilməsi üçün əlavə şərtlər irəli sürməsini bu səbəbdən ona mobil telefon hədiyyə etməsi və Pənah adlı şəxsdən pulunu aldıqdan sonra telefonların pulunu ödəyəcəyi barədə yalan məlumat verib inandıraraq Zərərçəkmiş şəxs4un etibarından sui-istifadə edib aldadaraq əlavə olaraq 1 ədəd də 2500 manat qiymətində «İphone» markalı mobil telefonunu 08.04.2019-cu il tarixdə Bakı şəhəri, Şıx çimərliyi yaxınlığında ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs4 2500 manat məbləğində ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs etibarını qazandığı Zərərçəkmiş şəxs4 Pənah adlı şərikindən ona çatacaq vəsaitin alınmasından və Zərərçəkmiş şəxs4 olan borcunun qaytarılmasından ötrü İnterpolda işləyən tanışı Zərərçəkmiş şəxs3 köməyindən istifadə etmək üçün Zərərçəkmiş şəxs3 bir ədəd mobil telefon bağışlamalı olması barədə yalan məlumat verib borcunu qaytaracağına inandıraraq Zərərçəkmiş şəxs4 etibarından suiistifadə edib aldadaraq əlavə olaraq 11.04.2019- cu ildə bir ədəd «İphone XS max» markalı mobil telefonu Nərimanov rayonu, H. Əliyev prospekti ev 66/68 ünvanda ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs4 2500 manat məbləğində ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs etibarını qazandığı Zərərçəkmiş şəxs4 şərikinin ona çatası vəsaitin veriməsindən ötrü qaz sobası alıb ona bağışlamalı olduğu barədə həqiqətə uyğun olmayan məlumatlar verib inandırmış, Zərərçəkmiş şəxs4 əvvəlki nisyə verilmiş telefonların pullarının ödəniləcəyinə inanıb razılaşdıqdan sonra Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib aldadaraq,15.04. 2019-cu ildə Zərərçəkmiş şəxs4 Qaradağ rayonu ərazisində yerləşən «Binə» Ticarət mərkəzinin mağasından aldığı bir ədəd 350 manat qiymətində qaz sobasını ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs4 350 manat məbləğində ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs etibarını qazandığı Zərərçəkmiş şəxs4 Pənah adlı şərikinin ona çatacaq vəsaiti verməsi üçün oğlu Polada 1 ədəd «İphone XS max» markalı mobil telefon verməli olduğunu və bundan sonra nisyə aldığı bütün telefonların pulunu ödəyəcəyi barədə verdiyi yalan məlumatlara inandıraraq Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib aldadaraq 15.06.2019-cu ildə metronun «Koroğlu» stansiyası yaxınlığında 1 ədəd 2500 manat qiymətində «İphone XS max» markalı mobil telefonu ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs4 2500 manat məbləğində ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs etibarını qazandığı Zərərçəkmiş şəxs4 ev almaq üçün ailəsinin pul topladığı barədə məlumatı aldıqdan bir müddət sonra iki övladından birinin başına su yığılması həyatının təhlükədə olması, müalicə və cərrahi əməliyyat keçirilməsi üçün pul lazım olduğundan evini satışa qoysa da, hazırda satılmaması barədə yalan məlumatlar vermiş və inandırmaq üçün Bakı şəhəri T. Əliyev küçəsindəki yaşayış binasındakı özünün mülkiyyətində olmayan mənzillərdən birini kənardan göstərib satılana qədər övladının müalicəsi üçün pula ehtiyacı olduğunu bildirib inandıraraq Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib aldadaraq 07.06.2019-cu ildə Nəsimi rayonu A.Məhərrəmov küçəsi 35 nömrəli yaşayış binasının qarşısında özünə və anası X8 məxsus 15000 manatı, 14.06.2019-cu ildə həmin yerdə 10.000 manatı, 30.06.2019-cu ildə Atatürk prospektində dostu Zərərçəkmiş şəxs4 Ramin İbrahimov vasitəsi ilə göndərdiyi 2500 manatı və uşağın Türkiyədə əməliyyat olması və müalicəsi üçün 24.07.2019-cu ildə Zərərçəkmiş şəxs4 ünvan 5 ünvanda yerləşən "xxxx" ASC-dən kredit götürdüyü 5000 manatı, 26.07.2019-cu ildə kredit götürdüyü 7000 manatı bankın inzibati binasında vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirib, zərərçəkmişlər Zərərçəkmiş şəxs4 və Amaliya Mehdiyevaya cəmi 39500 manat məbləğində xeyli miqdarda ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs1 ilə tanış olub yaxınlıq edərək etibarım qazandıqdan sonra Zərərçəkmiş şəxs1 avtomobili ilə piyadanı vurma yol-nəqliyyat hadisəsi törətdiyi və məsuliyyətdən qurtarmaq üçün 13500 manat lazım olduğuna, bankda qeyri-iş günü olduğu üçün işlədiyi "xxxx" MMC-nin hesabında olan pulu nəğdləşdirə bilməməsinə dair yalan məlumat verib qaytarmaq imkanı olmadığı halda qaytaracağını vəd edib inandıraraq Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib aldadaraq 2019-cu ilin avqust ayının 1-də Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Bakıxanov qəsəbəsi, məhəllə 490/94də yerləşən 4 nömrəli evin qarşısında 13500 manatı ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs1 13500 manat məbləğində xeyli miqdarda ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs1 ondan aldığı 13500 manat pulun qaytarılması üçün istifadəsində olan avtomobilin lizinqə qoyub kredit götürməsi üçün avtomobilin təmirinə 600 manat və X17 yazılmış cərimələrin ödənilməsi üçün 650 manat ödəməli olduğu barədə məlumat verib inandıraraq, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib aldadaraq 17.10.2019-cu ildə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Bakıxanov qəsəbəsi, məhəllə 490/94-də yerləşən 4 nömrəli evin qarşısıda 600 manatı və və 22.10.2019-cu ildə 650 manatı vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirib ona cəmi 1250 manat məbləğində ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs1 qzının ona yaxşı münasibətləri zəminində etibar edib lombarda olan borcunu ödəmək üçün 18.12.2020-ci ildə yaşadığı Bakı şəhəri, Bakıxanov qəsəbəsi, məhəllə 490/94-də yerləşən 4 nömrəli evin qarşısında verdiyi 1100 manatı almış, lakin Zərərçəkmiş şəxs1 etibarından sui- istifadə edib aldadaraq həmin məbləği ələ keçirib Zərərçəkmiş şəxs1 1100 manat məbləğində ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, o, tanışı Zərərçəkmiş şəxs1 borc əvəzinə ona verilmiş «Bently» markalı avtomobilə 8000 manat müqabilində tam sahib olacağı və həmin avtomobili girov qoyub kredit götürərək Zərərçəkmiş şəxs1 əvvəl aldığı pul vəsaitlərini qaytaracağına dair yalan məlumat verib onu inandıraraq, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib aldadaraq 28.12.2020-ci ildə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, məhəllə 490/94-də yerləşən 4 nömrəli evin qarşısında 7700 manat ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs1 7700 manat məbləğində xeyli miqdarda ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs1 sahibi olduğu "xxxx" MMC-nin hesabına qoyulmuş həbsin götürülməsi, şirkətin fəaliyyətə başlaması və Zərərçəkmiş şəxs1 özünə 15000 manat müqabilində şərik edəcəyi, külli miqdarda qazanc əldə edəcəyinə dair həqiqətə uyğun olmayan məlumat verib onu inandıraraq, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib aldadaraq 2020-ci ilin aprel-may aylarında Bakı şəhəri, Bakıxanov qəsəbəsi, məhəllə 490/94-də yerləşən 4 nömrəli evin 29-cu mənzilində 15000 manatı ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs1 15000 manat məbləğində xeyli miqdarda ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs1 ondan aldığı pulları qaytarmaq üçün yaşadığı evi girov qoyub kredit götürəcəyi evin qiymətləndirilməsi üçün 2000 manat tələb olunması barədə yalan məlumat vermiş və Zərərçəkmiş şəxs1 evini girov qoymasına inandırmaq üçün digər rəsmi sənədi "xxxx" QSC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 29.06.2020-ci il tarixdə FL-302 nömrəli lizinq müqaviləsini qanunsuz hazırlamış və fotoşəklini çəkib internet vasitəsi ilə Zərərçəkmiş şəxs1 göndərib həmin saxta sənəddən istifadə etməklə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib aldadaraq 29.06.2020-ci ildə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, məhəllə 490/94-də yerləşən 4 nömrəli evin qarşısında 2000 ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs1 2000 manat məbləğində ziyan vurub təkrar dələdəuzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, 2017ci ildə Zərərçəkmiş şəxs3 restoranında adminstrator kimi işləyirmiş. Namillə aralarında münasibətlər yarandıqdan sonra ondan ilk dəfə 10.000 ABŞ dolları pul almış və sonra isə ona 13.000 ABŞ dolları qaytarmışdır. Daha sonra isə 20.000 ABŞ dolları almış və onu da qaytarmışdır. X18 Mərkəzi yaxınlığında 19 sot torpaq sahəsi var imiş və oranı satmaq istəyirmiş. O da Namilə kömək etmək məqsədilə müştəri tapmış və həmin torpaq sahəsini 1.100.000 manata və 7 ev müqabilində satmışlar. Namil ona həmin mənzillərdən birini vermişdir. Namildən təqribən 50 dəfəyə yaxın pul almışdır. Bir dəfə Namildən limonad idxalı məqsədilə 37.000 ABŞ dolları pul almış və onu 2.500 ABŞ dolları faizi ilə geri qaytarmışdır. Namildən aldığı pulları adətən 7-10 faizlə alırmış, 20 gün və yaxud 1 ay ərzində isə geri qaytarırmış. Gülşən xanımla isə Namilin evində olan məclisdə tanış olmuşdur və ona mənzillərinə müştəri tapmaqda kömək etmişdir. Gülşən xanım ondan Namillə olan münasibətlərini soruşduqda, o, Namildən 7-10 faizlə pul götürdüyünü bildirmişdir. Gülşən xanım isə Namilin bilməməsi şərtilə ona əgər istəyərsə 4 faizlə pul borc verə biləcəyini bildirmişdir. Buna görə də artıq o, Gülşən xanımdan faizlə pul borc götürməyə başlamışdır. Bu baş verənlərə Lətafət adlı xanım da şahid olmuşdur. Onun Namilə 180.000 manat borcu var imiş. Namil artıq ondan pul almadığına görə ona olan borcunun üzərinə əlavə faizlər hesablamağa başlamışdır. O, həmin borcun müəyyən hissəsini ödəmiş və Namilə 39.000 manat borcu qalmışdır. Bundan 3 ay sonra onun telefonuna xarici nömrədən zəng edilərək özünü “Tarzan” adıyla təqdim edən şəxs Namilə guya 500.000 ABŞ dolları borcu olduğunu və borcunu ödəməli olduğunu bildirərək, borcunu ödəməyəcəyi təqdirdə onu öldürməklə hədələmişlər. Həmin şəxslər bundan sonra da onu hədələməyə davam etmişlər. Bu halları təsdiq edən yazışmalar və videoları da var imiş. Onun əvvəllər polis kimi işləmiş Xəqani adlı tanışı da bunlara şahid olmuşdur. Xəqani onun xəbəri olmadan bu yazışmaları və videoları aparıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə vermişdir. Bundan sonra həmin idarədən ona zəng olunaraq oraya dəvət olunmuşdur. O, idarədə baş verənləri danışmış, lakin Namil barəsində şikayət etməmişdir. Lakin bir neçə gün sonra eşitmişdir ki, Namil həbs olunub. O, yenə idarəyə gedib bildirmişdir ki, Namil barəsində heç bir şikayəti yoxdur. Bundan sonra Namili buraxmışlar. Bir ay sonra isə Namil onun barəsində şikayət etmişdir və o, 10 gün həmin idarədə saxlanılmışdır. Bu müddət ərzində Namilin şikayəti ilə əlaqədar araşdırılma aparılmış və onun təqsirsiz olduğu sübuta yetirildiyinə görə onu buraxmışlar. Bundan iki ay sonra bir şəxs zəng edərək ona özünü “Robert” adıyla təqdim etmiş və özünün Bəylər Əyyubovun qardaşı olduğunu bildirərək Namillə olan problemin həll edilməsi üçün görüşməli olduqlarını və gələndə özü ilə 50.000 ABŞ dolları pul gətirməli olduğunu bildirmişdir. O da həmin şəxslə razılaşmışdır. Sonra isə tanışı polis əməkdaşı olan Roma Əyyubova ona belə bir zəng olunduğunu bildirmiş və nömrəni ona vermişdir. Bundan sonra ona məlum olmuşdur ki, həmin Robert adlı şəxs yalandan həmin şəxslərin adından istifadə edib və onu qorxutmaq istəyir. Daha sonra Roma və Pənahla birlikdə Botanika bağına getmiş və orada Robert adlı şəxsə zəng edib Botanika bağına gəlməsini xahiş etmişlər. Pənah Romanın köməkçisi imiş. Onu telefonla zəng edib hədələyən şəxs oraya gəlmişdir. Onunla söhbət zamanı adının Abbas olduğunu, Namilin sifarişi ilə ona zəng vuraraq yalandan özünü bu formada təqdim etdiyini bildirmişdir. Bu görüşdən sonra Roma və Pənahın köməkliyi ilə bu problemini həll etmişdir. Bundan sonra Namil ona məxsus maşınını da geri qaytarmışdır. İki gün sonra Pənah ona zəng edərək ona köməklik etmələrinin müqabilində onlara 50.000 manat məbləğində pul verməyini istəmişdir. O da Pənaha 20.000 manat pul vermişdir. Bundan sonra Pənahla görüşləri zamanı Pənah ondan İphone markalı telefon almağını istəmişdir. O da Kamrandan telefonları alıb Pənaha vermiş, hətta bir neçə dəfə Kamranın yanında vermişdir. Bundan sonra Pənah ondan yenə də iki ədəd telefon istəmiş, o da əvvəlki qaydada yenə Kamrandan alıb vermişdir. Hətta Pənah otellərdə istirahət edərkən onların xərcini də o ödəyirmiş. Otellərə ödəniş edərkən bir neçə dəfə İlhamə də yanında olmuşdur. O, artıq bu hallardan bezmiş və Romanın yanına gedərək Pənahın onun adından istifadə edərək ondan dəfələrlə pul aldığını bildirmişdir. Roma Pənahın bu əməllərindən məlumatı olmadığını, Pənahın ona yalnız bir telefon verdiyini bildirmişdir. Roma Pənaha zəng edib bu baş verənlər barəsində soruşduqda Pənah xəstə olduğunu və müalicəsi ilə əlaqədar xarici ölkədə olduğunu, ondan aldığı pulları qaytaracağını bildirmişdir. Pənah ölkəyə qayıtdıqdan sonra onunla görüşmüş və görüş zamanı ona 500 manat pul vermişdir. Lakin o, Pənahın ona olan borcunun digər hissəsini ödəməyəcəyini bildiyi üçün pulu qəbul etməmiş və ondan bütöv pulunu tələb etmişdir. Lakin Pənah müxtəlif bəhanələrlə onun pulunu qaytramaqdan imtina etmişdir. Daha sonra polis əməkdaşları onu saxlamışlar. Saxlanıldığı müddətdə atasından xahiş etmişdir ki, Romaya desin ki, Pənaha onun pullarını qaytarmaqda təkid etsin. Lakin müəyyən hallar olduğu üçün Pənah pulunu qaytarmadı. Atasının vəfat etməsindən sonra onlarla əlaqə saxlaya bilməmişdir. Nəticədə, bəzi borc aldığı şəxslərin pulunu ödəyə bilməmişdir. Bildirmişdir ki, o, 2017-ci ildə Namildən uşaq oyuncaqları idxal edib satmaq üçün 41.560 ABŞ dolları pul almamışdır. Bu məqsədlə Namildən 17.000 ABŞ dolları pul almış və onu üzərinə qazanc əlavə edilməklə Namilə qaytarmışdır. 2017-ci ildə İrandan şam ağacı idxal edib satmaq üçün Namildən 23.000 ABŞ dolları pul almamışdır, bu məqsədlə Namildən 36.500 ABŞ dolları pul almış və onu üzərinə qazanc əlavə edilməklə Namilə qaytarmışdır. 2018-ci ildə İrandan qoz ləpəsi idxal edib satmaq üçün Namildən 26.000 ABŞ dolları almış və onu 2.500-2.600 ABŞ dolları qazancla geri qaytarmışdır. 2018-ci ilin mart ayında gömrük ödənişləri ilə əlaqədar 110 mobil telefonu gömrük nəzarətindən keçirmək üçün Namildən 8.500 ABŞ dolları pul almış və onu da 1.000 ABŞ dolları qazancla qaytarmışdır. Namildən ət və toyuq məhsullarının satışını təşkil etmək üçün hissə-hissə 510.000 ABŞ dolları almamışdır. Namildən heç vaxt 50.000 ABŞ dollarından yüksək məbləğdə pul almamışdır. Ət və toyuq məhsullarının satışı üçün Namildən dəfələrlə, xatırlamadığı miqdarlarda (30.000, 20.000, 8.000 ABŞ dolları) pul almışdır. Lakin bu 510.000 ABŞ dolları məbləğində olmamışdır. Avtomobil şinlərinin idxal edilməsi üçün Namildən 28.000 ABŞ dolları almış və aldığı gün də faizsiz qaytarmışdır. Mobil telefonların idxalı üçün Namildən yalnız bir dəfə 26.000 ABŞ dolları almış və qaytarmışdır. Siqaret idxalı ilə əlaqədar Namildən pul almamışdır. 2018-ci ildə bir neçə dəfə Namilə qəbzlər vermişdir. Həmin qəbzlərdə 314.000 manat və 180.000 manat məbləğ kimi göstərilmişdir. Namilə 385.000 ABŞ dolları məbləğində qəbz verməmişdir. Namil ona faizlə pul verirmiş. Namillə heç bir birgə fəaliyyətləri olmamış, Namilə sadəcə olaraq ona pul verirmiş. Namildən aldığı və ona verdiyi pulları qeydiyyata aldığı dəftərçəni ibtidai istintaq orqanlarına güvənmədiyi üçün onlara təqdim etməmişdir. Onun Namilə cəmi 39.000 manat borcu vardır. O, ət və digər malların satışı ilə məşğul olmuş və bu məqsədlə Namildən aldığı pulları üzərinə qazanc əlavə edilməklə qaytarmışdır. Namildən aldığı və geri qaytardığı pulların hesabatını dəftərində qeyd etmiş və onu növbəti iclaslarda məhkəməyə təqdim etməyə hazırdır. Bir dəfə Namil onu notariusa aparmış və orada müqavilə bağlamışlar. Müqavilədə məbləğ yazılmamışdır, sadəcə olaraq külli miqdarda ifadəsi yazılmışdır. Həmin vaxtlar onun Namilə 180.000 manat borcu olduğu üçün müqavilədə külli miqdarda ifadəsinin yazılması ilə razılaşmışdır. Namilə ödəniş edəndə qəbzlər vermişdir.O, Mehdiyeva Amaliyadan pul almamışdır. Kamrandan hər biri 2.500 manat olmaqla ümumilikdə, 12.500 manat dəyərində 5 ədəd İphone X markalı mobil telefon, 14.500 manat nağd pul, 1 ədəd 350 manat məbləğində qaz sobası almışdır. Ümumilikdə, Kamrana 27.350 manat borcu vardır və onu ödəməmişdir, amma ödəyəcəkdir. Kamrandan aldığı pullara dair 50.000 manat məbləğində qəbz imzalayıb Kamrana vermişdir ki, onun pulunu ödəyəcək. Kamrana 27.500 manat borcu olmasına baxmayaraq ona 50.000 manat məbləğində qəbz verməsinə səbəb o olmuşdur ki, Kamrana olan borcunu 1 il idi ki, ödəmirmiş. Kamranın atasının olmaması və digər halları nəzərə almaqla ona 50.000 manat pul qaytaracağına söz vermişdir. Kamrana olan borcunu ödəməmişdir, çünki Pənah pulunu qaytarmamışdır. O, İlhamədən təqribən 10.000 manat pul almış, ancaq qızıl-zinət əşyaları almamışdır. Hətta bunu onunla sübut edə bilər ki, o, saxlanılmadan əvvəl bir dəfə İlhamə tərəfindən onun barəsində polis bölməsinə şikayət edilmiş və bildirmişdir ki, guya o, İlhaməyə olan 20.000 manat borcunu ödəmir. İndi isə İlhamə bildirir ki, guya onun İlhaməyə 57.000 manat borcu var. Bu məqamlar ziddiyətlidir. O, İlhamədən 57.000 manat pul almamışdır. O, İlhamədən pulu faizlə borc almışdır. Pənahın ona pulunu verməməsi, pandemiya və digər hallar nəticəsində borcunu qaytara bilməmişdir. O, Zərərçəkmiş şəxs2 3 fevral 2018-ci ildən etibarən faizlə pul borc almağa başlamışdır.3 fevral 2018-ci ildən 21 oktyabr 2018-ci ilə qədər Zərərçəkmiş şəxs2 hissə-hissə müxtəlif vaxtlarda pul almış və ödəmişdir. Fevral ayında Zərərçəkmiş şəxs2 ona 60.000 ABŞ dolları pul verməsini xahiş etmişdir. Gülşən də faizlə ödəmək şərtilə ona 3 fevral tarixində 17.000 ABŞ dolları, 4 fevral tarixində 13.000 ABŞ dolları, 6 fevral tarixində isə 30.000 ABŞ dolları pul vermişdir. 3 mart tarixində isə o, aldığı puldan 4 % hesablanmaqla Gülşən İsayevə 2.400 ABŞ dolları qaytarmışdır. 16 mart tarixində isə Zərərçəkmiş şəxs2 yenidən 4 faizlə 50.000 ABŞ dolları pul borc almışdır. 3 aprel tarixində isə Zərərçəkmiş şəxs2 2.400 ABŞ dolları faiz borcu ödəmişdir. Bundan sonra da bu formada hissə-hissə olmaqla Zərərçəkmiş şəxs2 311.700 ABŞ dolları və 10.000 Euro 4 faizlə pul borc almış və ona 284.700 ABŞ dolları pul qaytarmışdır. Hal-hazırda Zərərçəkmiş şəxs2 27.000 ABŞ dolları faiz borcu ödənilməmiş qalmışdır. O, Zərərçəkmiş şəxs2 ondan pul borc aldığını təsdiq edən qəbzlər vermişdir. Zərərçəkmiş şəxs2, 420.000 manat məbləğində qəbz vermişdir, lakin onu nə vaxt verdiyini xatırlamır. İlk vaxtlar Zərərçəkmiş şəxs2 pul borc alanda və qaytaranda Lətafət adlı xanım da yanlarında olurmuş, lakin daha sonra o, iştirak etməmişdir. O, Zərərçəkmiş şəxs2 420.000 manat məbləğində qəbz verərkən Lətafət xanım da yanlarında imiş. Zərərçəkmiş şəxs2 pul borc aldığı müddətdə bəzən Gülşənin ona mənə borc kimi verməyə pulu olmadığı üçün arabir Zərərçəkmiş şəxs3 də pul borc almışdır. İbtidai istintaqa güvənmədiyi üçün kimlərdən pul borc aldığını və qaytardığını əks etdirən dəftəri onlara təqdim etməmişdir. Aldığı borcları əks etdirən dəftərdə Zərərçəkmiş şəxs2 imzası yoxdur. Zərərçəkmiş şəxs3 10 faizlə pul borc alırmış, lakin Zərərçəkmiş şəxs2 ona 4 faizlə pul borc verirmiş. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Əfsunla 2019-cu ildə tanış olmuşdur və onunla arasında qeyrirəsmi nikah münasibətləri olmuşdur. İlk dəfə Əfsun ondan 2019-cu ilin avqust ayında 13.500 manat istəmişdir. Əfsun ona bildirmişdir ki, avtomobillə piyadanı vurub və işi bağlamaq üçün ondan 13.500 manat istəyirlər. Əfsun ona vəd etmişdir ki, pulunu qaytaracaq və onu inandırmaq üçün ona guya sahibi olduğu "xxxx" şirkətinə 178.000 manat köçürülməsi barədə bank sənədi göstərmişdir. Buna görə də o özünə məxsus olan 2.000 manat dəyərində qızıl-zinət əşyalarını, Kəmalə və Pərvanə adlı rəfiqələrinin qızıl-zinət əşyalarını və 4.000 manat nağd pulu alıb Əfsuna vermişdir. Əfsun qızıl-zinət əşyalarını lombardlara qoyub ümumilikdə 13.500 manat kredit götürmüşdür. Daha sonra həmin qızılları girovdan çıxartmaq üçün rəfiqəsi Xatirənin qızıl-zinət əşyalarını lombarda girov qoyub, kreditə 3.800 manat götürüb Əfsuna vermişdir ki, Pərvanə və Kəmaləyə məxsus qızılları lombarddan çıxartsın. Daha sonra o, Əfsundan pulunu tələb edəndə Əfsun guya şirkətinə köçürüləcək pula həbs qoyulduğunu, avtomobilini lizinqə qoyub pulunu qaytaracağını bildirmişdir. Əfsunun həmin ərəfədə «Land Rover» markalı avtomobili var imiş. Bir müddət sonra Əfsun bildirmişdir ki, avtomobili lizinqə qoymaq üçün bir sıra təmir işlərinin aparılmasına 600 manat lazımdır, daha sonra isə avtomobilin cərimələrini ödəmədən lizinqə qoymaq mümkün olmadığı üçün 650 manat cərimələrin də ödənməli olduğunu bildirmişdir. O da hər dəfə rəfiqəsi Şahid2 qızıl-zinət əşyalarını lombarda girov qoyub kredit götürməsini xahiş etmişdir. Xatirə də zərgərlik məmulatlarını lombarda girov qoyub ona həmin məbləğləri vermişdir. O isə həmin pulları Əfsuna vermişdir. Həmin ərəfədə Əfsunun atası və anası da onu Əfsun tərəfindən pulunun qaytarılacağına inandırmışdılar. O, yaşlı adamların onu aldatmayacaqlarını düşünmüşdür. Bir dəfə Əfsunun anası ona zəng edib 1.200 manat istəmiş, Əfsundan hansısa orqana şikayət olunduğunu, həmin məsələni həll etmək üçün 1.200 manat lazım olduğunu söyləmişdir. O, yenə inanıb tanışlarım Xatirəyə və Nailəyə müraciət etmiş, onlar da qızıl-zinət əşyalarını lombarda qoyub 11.000 manat kredit almışlar. Həmin pulu da Əfsuna vermişdir. Bundan sonra o, lombarda qoyulan qızıl-zinət əşyalarını girovdan çıxarmaq istəmiş və bu məqsədlə yenə tanışının qızılını lombarda qoyub pul götürüb Əfsuna 1.100 manat pul vermişdir. Əfsun pulu alsa da, qızılları girovdan çıxartmamışdır. Səbəbini soruşanda pulu başqa yerə sərf etdiyini, narahat olmamağı, 1-2 günə ona «Bentley» markalı bahalı avtomobil verəcəyini, həmin avtomobili ya satıb, ya da lizinqə qoyub bütün borclarını ödəyəcəyini demişdir. Əfsun avtomobil sahibinin ona borcu olduğunu, lakin verilən avtomobilin qiyməti borcdan çox olduğundan avtomobil sahibinə 8.000 manat ödədikdən sonra avtomobilin onun adına keçiriləcəyini və bundan sonra sata biləcəyini söyləmişdir. O, bu dəfə də inanmış və anasında saxlanılan bahalı qızıl-zinət əşyalarını ondan alıb lombarda girov qoyub öz adına 7.700 manat kredit götürmüş və Əfsuna vermişdir. Lakin bu dəfə də Əfsun nə avtomobil almış, nə də ona verdiyi pulları geri qaytarmışdır. Əfsunun onu aldatdığını başa düşüb polisə şikayət edəcəyi barədə ona xəbərdarlıq etmişdir. Bundan sonra Əfsun onu şantaj etməyə başlamışdır. Ona intim münasibətlərini çəkdiyini, valideynlərinə göstərərək onu biabır edəcəyi ilə hədələmişdir. O isə əhəmiyyət verməyərək polisə müraciət etmişdir. Bundan sonra, Əfsunun atası onarı barışdırmışdır. Əfsunla münasibətlərini bərpa etmişlər. Bir neçə aydan sonra Əfsun şirkətin hesabından həbsin götürüldüyünü, şirkətin işləməyə başlayacağını, onu 15.000 manata özünə şərik edəcəyini, ayda 20.000 manat qazanacağını söyləmişdir. O, inanıb həmin pulu Əfsuna vermişdir. Lakin Əfsun bu dəfə də onu aldatmışdır. 2020-ci ilin iyun ayında Əfsun ona evini girov qoyub 35.000 ABŞ dolları kredit alıb borcunu qaytaracağını, lakin evin qiymətləndirilməsi üçün 2.000 manat lazım olduğunu demişdir. O, pulunun qaytarılacağına inanıb tanışlarından borc alıb Əfsuna vermişdir. Bu barədə danışıqlarının səsyazısını da aparmışdır. Bundan başqa Əfsun onu inandırmaq üçün lizinq müqaviləsinin fotoşəklini telefonuna göndərmişdir, hətta şirkətdə olduğuna dair fotoşəkillər də göndərmişdir. Bir müddət pulun hesabına köçürülməsini gözləmiş, lakin pandemiyaya görə Əfsun ona pul verilmədiyini bildirmişdir. Nəhayət, o həmin şirkətə getmiş, müdriyyət yoxlanış apardıqdan sonra ona məlumat vermişdir ki, şirkətə belə şəxs yaxınlaşıb, lakin ona kredit ayrılmamışdır. Əfsunun göndərdiyi müqavilənin fotoşəklini göstərəndə isə ona saxta olduğunu bildirmişlər. Dəfələrlə Əfsuna pul verdikdən sonra onun pulları qaytarmaq üçün heç nə etmədiyini gördükdən sonra onu aldatdığını başa düşmüşdür. Əfsuna həmin pulları borc kimi vermiş, lakin bu barədə hər hansı borc müqavilələri olmamışdır, çünki Əfsun hər dəfə müəyyən bəhanələr deyərək ona borc verdiyini rəsmiləşdirməkdən boyun qaçırmışdır. Əfsunla onu tanış edənlər onu biznesmen kimi təqdim etmişlər. O, gözəllik salonunda işləmişdir. Əfsuna əvvəlcə 13.500 manat pul borc vermiş, ümumilikdə isə Əfsun onun 57.000 manat pulunu və tanışlarına məxsus qızılzinət əşyalarını almış və yalnız 2.000 manatını geri qaytarmışdır. Digər tanışlarından da pul və qızıl-zinət əşyaları alıb Əfsuna vermiş və buna görə də bəzi şəxslər elə düşünmüşlər ki, o Əfsunla əlbir olaraq onları aldatmışdır. Buna görə hətta barəsində polis orqanlarına şikayət olunmuşdur, həmin adamlar dəfələrlə yaşadığı ünvana gəlib səs-küy salırmışlar. Bu səbəbdən bir neçə dəfə intihara da cəhd etmişdir. Sonda dözə bilməyərək öz evini satıb aldığı borcları ödəmişdir. O, Əfsun barəsində polis bölməsinə şikayət edərkən Əfsunun ona təqribən 28.500 manat borcu olmuşdur, lakin o, Əfsunla barışdıqdan sonra ona əlavə pul da vermiş və ümumilikdə ona 57.000 manat pul vermişdir. Əfsun özü ona 57.000 manat məbləğində qəbz vermişdir. Əfsuna hər dəfə inanıb yenidən pul verməkdə məqsədi əvvəlki verdiyi pulları geri qaytarmaq olmuşdur. Bundan əlavə Əfsun onu bəzi şəkil və videoları ilə hədələdiyi üçün qorxmuşdur. Əfsunla yanaşı onun ata-anası da onunla danışıb razı salırmışlar ki, Əfsun guya onun pullarını geri qaytaracaq.Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödəməmiş və onunla barışıq əldə etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2017-ci ildə Zərərçəkmiş şəxs3 ad günündə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin vaxtlar Zərərçəkmiş şəxs3 evini satırmış və evin açarı Əfsunda imiş. Bir dəfə Əfsun arvadı ilə birlikdə onun ofisinə gəlmiş və birlikdə gedib Namilin satdığı evə baxmışlar. O vaxtdan etibarən Əfsun arabir onun ofisinə gəlib-gedirmiş. Bir dəfə Əfsuna qardaşı oğlunun xərçəng xəstəsi olduğunu demişdir. Əfsun vaxtilə bacısının da bu xəstəlikdən əziyyət çəkdiyini, lakin müalicələr nəticəsində sağaldığını və bu barədə bizə köməklik edəcəyini bildirdi. O gündən etibarən artıq Əfsun onun ailəsi ilə əlaqə saxlamağa başlamış və davranışları ilə onların etibarını qazanmışdır. Əfsun özünün də biznesmen olduğunu və müxtəlif malların satışı ilə məşğul olduğunu demişdir. 2018-ci ilin fevral ayının əvvəlində Əfsun ona müraciət edərək evinin təmiri və mebel üçün pul lazım olduğunu demiş və borc kimi təxminən 80.000 ABŞ dolları istəmişdir. Əfsunla dostluq münasibətləri olduğundan və qardaşı oğluna çox köməklik etdiyindən ona pul vermək qərarına gəlmişdir. Öz ofisində tanışı Lətafətin yanında Əfsuna 62.400 ABŞ dolları və 10.000 avro sayıb vermişdir. Əfsun pulu götürdükdən sonra həmin pulu almağı ilə bağlı qəbz yazıb vermişdir. Həmin qəbzə Lətafət xanım da şahid kimi imza etmişdir. Təxminən iki ay sonra, Əfsun yenidən ondan pul istəmiş və xaricdən Azərbaycana telefon gətirdiyini, lakin gömrükdən həmin malları keçirmək üçün 100.000 ABŞ dolları lazım olduğunu söyləmişdir. O da razılaşmış və öz evində 100.000 ABŞ dollarını Əfsuna vermiş, lakin bu dəfə o, qəbz yazmamışdır. Təxminən bir həftə sonra Əfsun ofisinə gedib ona 10.000 ABŞ dollar qaytarmışdır. Əfsundan ona 4 ədəd telefon satmağını xahiş etmiş, Əfsun da razılaşmış və 5.000 ABŞ dolları dəyərində 4 ədəd «Samsung» markalı mobil telefon vermişdir. Həmin 5.000 ABŞ dollarını borcdan çıxmışdır. 2018-ci ilin aprel ayının ortalarında Əfsun yenidən ondan pul istəmiş, bu dəfə Gürcüstandan toyuq ayağı alıb Azərbaycana gətirib Çinə satmaq istədiyini söyləmiş və 30.000 ABŞ dolları lazım olduğunu bildirmişdir. O, Əfsuna pul verməyə razılaşmış və işlədiyi ofisdə Lətafətin yanında 30.000 ABŞ dolları vermişdir. 2018-ci ilin aprel ayının 20-də Əfsun dostuna 2-3 gün müddətinə 30.000 ABŞ dolları lazım olduğunu söyləmişdir. O, yenə də razılaşmış və Lətafətin yanında ofisdə Əfsuna 30.000 ABŞ dolları vermişdir. Üç gündən sonra Əfsun ofisə gəlib dostu üçün aldığı 30.000 ABŞ dollarından 10.000 ABŞ dolları qaytarmışdır. 2018-ci ilin may ayında Əfsun ondan yenidən pul istəyib Bakıda fəaliyyət göstərən «Rosko» firması ilə danışıb Ukraynadan mal əti gətirib satacağı barədə məlumat vermiş və bu iş üçün ona 200.000 ABŞ dolları lazım olduğunu söyləmişdir. 2018-ci ilin may ayında Əfsunla “BTB” bankın «28 may» filialında görüşmüşlər və orada pul sayan cihazda pulları saydırıb Əfsuna 200.000 ABŞ dolları vermişdir. İyun ayında Əfsun ofisə gedib 20.000 ABŞ dolları, bir ay sonra isə, yəni 2018-ci ilin iyul ayında əlavə 20.000 ABŞ dolları qaytarmış, qalan pulu da 2018-ci ilin avqust ayında qaytaracağını söz vermişdir. Avqust ayından etibarən ondan qaçıb gizlənməyə başlasa da, yenə də qardaşı oğlunun müalicəsi ilə məşğul olurmuş. Təxminən 2019-cu ilin aprel ayında qardaşı oğlu xəstəlikdən ölmüşdür. Bundan sonra isə Əfsunla, ümumiyyətlə, əlaqələri kəsilmişdir. Əfsunun onu aldatdığını başa düşüb onun barəsində şikayət etmişdir. Ümumilikdə, o, Əfsuna 422.000 ABŞ dolları və 10.000 Euro pul vermişdir, Əfsun həmin pulun müəyyən hissəsini ona qaytarmış və hazırda Əfsunun ona 357.400 ABŞ dolları və 10.000 Euro borcu qalmışdır. Əfsun ona müxtəlif vaxtlarda 20.000, 20.000, 10.000, 5.000 dollar olmaqla, ,umumilikdə, 55.000 dollar pul qaytarmışdır. Əfsuna pul verəndə özünün də qazanc əldə etmək marağı olmuşdur. O, Əfsunla birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, ona sadəcə pul vermişdir. Onun hər dəfə pulunu qaytarmamasına baxmayaraq Əfsuna pul verməyində səbəb ondan ibarət imiş ki, o, guya bank hesabında 500.000 ABŞ dolları pulunun olduğunu və bir ili tamam olan kimi pulunu həmin hesabdakı pulla ödəcəyini deyirmiş. Bir ildən çox imiş ki, Əfsunu, habelə onun ailə üzvlərini tanıyırmış və ona pulunu qaytaracağı barədə etimad edirmiş. Həmişə aylıq qazanc kimi Əfsun ona pul vermişdir. Bir dəfə ondan verdiyi pulu qaytarmasını istəmiş, həmin vaxt Əfsun ona üzüqanlı şəkil göndərərək vəziyyətinin yaxşı olmadığını bildirmişdir. Əfsun ilk vaxtlar ona əldə etdiyi qazancdan gətirib verirmiş. Əfsunun həqiqətən telefon, kolbasa və sair şeylərin satışı ilə məşğul olduğunu görməmişdir, Əfsun ona sadəcə bu fəaliyyətlərlə məşğul olduğunu deyirmiş. Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödəməmiş və onunla barışıq əldə etməmişdir. O, mülki iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, “Ayulla” kafesinin sahibidir. Həmin kafeni təxminən 2016-cı ildə Elxan adlı şəxsə icarəyə vermişdir. Əfsunu həmin vaxtdan kafedə inzibatçı vəzifəsində işləyən zaman tanımışdır. Elxan adlı şəxs bir müddət kafeni işlədikdən sonra təhvil verib çıxıb getmişdir. Əfsun ona yaxınlaşaraq ailəli olduğunu, maddi vəziyyətinin yaxşı olmadığını demiş və bir işçi kimi işləmək istədiyini və onun işlərinə köməklik etmək istədiyini bildirmişdir. O, da buna etiraz etməmişdir. Əfsun ilk əvvəl özünü qabiliyyətli, işgüzar və bacarıqlı bir insan kimi göstərmişdir. Onun verdiyi bütün tapşırıqları vaxtlı-vaxtında yerinə yetirirmiş. Bununla da Əfsun ilə arasında inam və etibar yaranmışdır. Əfsun onun yanına gələrək bir neçə biznes işlərinin, o cümlədən ət və toyuq məhsullarının satışı, telefon satışı, mobil telefonların satışı və digər işlərin qurulmasını təklif etmişdir. Əfsun ona bildirmişdir ki, bu işlərin görülməsində səriştəsi və çoxlu tanışları vardır, o bu işlərdə peşakardır. İlk dəfə 2017-ci ilin noyabr ayında Əfsuna yeni il ərəfəsində uşaq oyuncaqlarını gətizdirib satışını təşkil etmək məqsədilə 41.560 ABŞ dolları pul vermişdir. Bundan sonra Əfsun İran İslam Respublikasından Azərbaycan Respublikasına şam ağaclarının idxalı və satışı biznesini təşkil etmək üçün ondan pul istəmişdir. O da Əfsuna 23.000 ABŞ dolları vermişdir. Daha sonra 02 fevral 2018-ci il tarixdə İran İslam Respublikasından qoz ləpəsinin Azərbaycan Respublikasına gətirilməsi və ölkə ərazisində satışı işinin qurulması üçün öz iş yerində 42.000 ABŞ dolları məbləğində pulu Əfsuna ödəmişdir. Bundan başqa, Əfsun onu aldadaraq bildirmişdir ki, əhalidən ət və toyuq məhsullarının alışı və satışının təşkil edilməsi işinin qurulması üçün imkan yaranmışdır. Əfsun onu həmin fəaliyyətdən külli miqdarda qazanc əldə edəcəklərinə inandırmış və etibarından sui-istifadə edərək həmin biznesi qurmaq üçün pul lazım olduğunu bildirmişdir. Əfsun əti hissə-hissə aldığını bildirmiş və bu səbəbdən ət aldıqca ondan pul istəyirmiş. O, Əfsun pul tələb etdikcə verməyə davam edirmiş. Lakin o, alınan əti görməmişdir. Bir dəfə Əfsun əti alıb anbara gətirməyə fəhlə olmadığı üçün əti anbara özünün boşaltdığını söyləyərək şalvarında olan ləkələri qan ləkəsi kimi qələmə vermişdir. Ümumlikdə, o, ət və toyuq məhsullarının alışı və satışı işinin təşkili üçün cəmi 300.000 ABŞ dolları məbləğində pulu Əfsuna vermişdir. Daha sonra o, xaricdən avtomobil şinlərinin idxal edilməsi və satışının təşkil edilməsi işinin qurulması üçün 08 avqust 2018-ci il tarixdə öz iş yerində 53.000 ABŞ dolları məbləğində pulu Əfsuna ödədi. Əlavə olaraq Əfsuna xaricdən mobil telefon cihazlarının idxal edilməsi və satışının təşkil edilməsi üçün 221.400 ABŞ dolları məbləğində pul vermişdir. Bundan başqa, Əfsuna siqaret alışı və satışını təşkil etmək üçün 90.000 ABŞ dolları məbləğində pul vermişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək onun xüsusilə külli miqdarımda əmlakını mənimsəmiş, onu aldatmış, onun əmlakını talan etmişdir. Bununla da ona xüsusilə külli miqdarda ziyan vurulmuşdur. Əfsuna ümumilikdə 771.000 ABŞ dolları, yəni 1.405.892 manat pul vermişdir. Hər dəfə notariusda Əfsuna borc verdiyini rəsmiləşdirmiş, notariat kontorunda borc müqaviləsi bağlamışdır. O, Əfsuna həmin pulları faizlə verməmişdir. Onun Əfsuna pul verməkdə məqsədi qazanc əldə etmək olmuşdur. Əfsuna umumilikdə 771.000 ABŞ dolları, yəni 1.405.892 manat pul vermiş, Əfsun həmin puldan 50.000 ABŞ dollar məbləğində pulu qazanc kimi qaytarmışdır. Əfsuna inandığı üçün ona pul verməkdə davam etmişdir. Əfsuna ilk vaxtlar 100.000 ABŞ dolları verdiyi zaman Əfsun ona 120.000 ABŞ dolları qaytarırmış, lakin o, yenidən qazanc əldə etmək üçün 100.000 ABŞ dollarını yenidən Əfsuna verirmiş. Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödəməmiş və onunla barışıq əldə etməmişdir. O, mülki iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, universitetedə ali təhsil aldığı müddətdə onlayn telefon satışı ilə məşğul olurmuş. Həmin ərəfədə, yəni 2019-cu ildə Əfsunla tanış olmuşdur. İlk dəfə Əfsun onunla telefon vasitəsilə əlaqə saxlayaraq 70 manat məbləğində telefon sifariş vermişdir və həmin telefonun pulunu ödəmişdir. Daha sonra Əfsun onunla əlaqə saxlayaraq «İphone XS max» markalı 2.500 manat qiymətində telefon sifariş etmiş və bildirmişdir ki, telefonun pulunu 3 gün müddətində ödəyəcək. O, da razılaşmışdır və Əfsunla razılaşdıqları kimi Heydər Əliyev prospektində «Saatlı bina» kimi tanınan binanın yaxınlığında görüşüb telefonu ona vermişdir. Əfsun telefonu Pənah adlı rəisinin oğluna verəcəyini demişdir. Həmin gün axşam Əfsun zəng edib telefonun birkartlı olmasını deyərək iki GSM kartlı telefonla dəyişməyi xahiş etmişdir. O da razılaşmışdır. O, həmin telefonu vermək üçün Əfsunla görüşəndə Əfsun onu Pənahın oğlu kimi təqdim etdiyi bir nəfərlə tanış etmişdir. Telefonu həmin şəxsə vermiş, birkartlı telefon isə Əfsunda qalmışdır. Əfsun günlərlə onun pulunu ödəməmişdir. Daha sonra Əfsun Pənah adlı şəxsin ona pul verəcəyini, lakin Pənahın ona pul vermək üçün şərtlər irəli sürdüyünü bildirmişdir. Buna görə də Pənah üçün telefon almaq istəyirmiş. Bu səbəbdən Əfsunla birgə Şıx çimərliyin yaxınlığına getmişlər və orada Pənahın qaynı kimi dediyi şəxsə «İphone XS max» markalı 2500 manat qiymətində telefonu vermişdir. Bundan sonra Əfsun bildirmişdir ki, İnterpolda işləyən Zərərçəkmiş şəxs3 adlı tanışının vasitəsi ilə Pənaha təsir edib pulunu almaq imkanı var. Bununla əlaqədar ondan Zərərçəkmiş şəxs3 bağışlamaq üçün mağazadan 1 ədəd də «İphone» markalı telefon götürməsini xahiş etmişdir. O, Əfsuna inanaraq mağazadan 2500 manat qiymətində «İphone XS max» markalı telefonu götürüb yaşadığı evin qarşısında Əfsuna vermişdir. Bundan sonra yenə Əfsun ona zəng edib şəhərdə olmadığını bildirərək Polad adlı şəxsə bir telefon verməyini xahiş etmişdir. O da həmin telefonu aparıb Pənah adlı şəxsin oğluna vermişdir. Əfsunun Pənah adlı şəxsdən pulunu ala bilməsi üçün növbəti dəfə Əfsunla «Sədərək» ticarət mərkəzinə gedib qaz sobası alıb Qaraçuxur qəsəbəsində Pənah adlı şəxsə vermişlər. Növbəti dəfə Əfsun ona övladının həyatının təhlükə altında olduğunu, xəstə olduğunu bildirərək ona təcili pul lazım olduğunu bildirmişdir. Əfsun ona özünə məxsus mənzili satmağa çalışdığını, lakin evin üzərinə həbs qoyulduğu üçün sata bilmədiyini bildirişdir. Onun da Əfsuna yazığı gəldiyi üçün evdə ailəsinin mənzil almaq üçün topladığı puldan bir dəfə 15.000 manat, ikinci dəfə 10.000 manat götürüb anası və qardaşından xəbərsiz şəkildə Əfsuna vermişdir. Bir müddət keçdikdən sonra Əfsun ona oğlunun xəstəliyi ilə əlaqədar 2.500 manat da lazım olduğunu bildirmişdir. O, bu dəfə dostu Ramildən Əfsuna 2.500 manat verməsini xahiş etmişdir. Onun xahişi ilə Ramil 2.500 manatı «Ayna Sultanova» heykəlinin yanında Əfsuna vermişdir. Bundan sonra Əfsun növbəti dəfə oğlunun Türkiyədə əməliyyat edilməli olduğunu bildirib bankdan pul çıxardıb ona verməsini xahiş etmişdir. O Əfsunla banka getmişdir. Birinci dəfə bankla kredit müqaviləsi bağlayıb 5.000 manat, daha sonra isə ikinci dəfə kredit müqaviləsi bağlayıb 7.000 manat götürmüşdür. Kredit götürdüyü 12.000 manatı Əfsuna vermişdir. 2019-cu ilin iyul ayının 29də hərbi xidmətə getmiş, hərbi xidmətdən 2020-ci ildə iyul ayının 25-də qayıtmışdır. Qayıdandan sonra Əfsunla onun atasının yas mərasimində görüşmüşlər. Əfsundan pulları tələb edəndə o, əvvəldən hazırladığı 50.000 manat borcu olması barədə qəbzi ona vermiş və 20.000 manat alacağının olmasını demişdir. Əfsun onunla görüşə bahalı Lexus markalı avtomobili ilə gəlmişdir. O, Əfsuna təklif etmişdir ki, maşınını satıb pulunu versin. Hətta onlar birlikdə maşın bazarına da getmişlər. Lakin Əfsun maşını satmamışdır. Əfsun belə bəhanələrdən çox istifadə edirmiş. O, Əfsundan 52.350 manat məbləğində pulumu tələb edir, həmişə də tələb etmişdir. 2019-cı ildə onlayn telefon satışı ilə məşğul olmuşdur, ancaq hal-hazırda bu fəaliyyətlə məşğul deyil. Qaz sobasını satmırmış, sadəcə Əfsun rəisi üçün soba istəyirmiş, o da tapıb vermişdir. Əfsuna hər dəfə etimad edib telefon verməyində səbəb onun özünü xüsusi orqanın əməkdaşı kimi təqdim etməsi imiş. Bundan əlavə Əfsun onu öz ailəsi ilə də tanış edib evlərini göstərmişdir. Bunun nəticəsində o Əfsuna inanmağa başlamışdır. Əvvəl verdiyi telefonların pulunu ala bilmək üçün o, hər dəfə Əfsuna telefon verirmiş. Ümumlikdə, Əfsuna 12.500 manat məbləğində 5 telefon, 350 manat məbləğində qaz sobası, 40.000 manat məbləğində isə nağd pul vermişdir. Əfsuna nağd pul verəndə yanında dostu Ramil də olmuşdur və həmin anların videogörüntüləri də var. Əfsuna verdiyi pulun 12.000 manatını ona kredit kimi vermiş, qalanını isə nağd formada vermişdir. Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödəməmiş və onunla barışıq əldə etməmişdir. O, mülki iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslərdən Kamran onun oğludur və oğlunun Əfsuna verdiyi pullar ona məxsus olmuşdur. Kamran hərbi xidmətə yollandıqdan sonra Əfsunla əlaqə saxlayaraq pulunu ödəməsini tələb etmişdir. Əfsun avqust ayının əvvəllərində ağlayaraq ona zəng edib övladlarının öldüyünü və pulunu bir müddət ödəyə bilməyəcəyini demişdir. Onun ilk vaxtlar Kamranın Əfsuna pul verməsindən xəbəri yox imiş. Kamran hərbi xidmətə getdikdən sonra bunu bilmişdir. Əfsundan pulunu tələb edirmiş. Hal-hazırda da Kamranın Əfsuna verdiyi 52.350 manatı tələb edir. Həmin pullar onların ailələrinə məxsus imiş və onu ev almaq üçün illərlə toplamışlar. Təqsirləndirilən şəxs ona olan dəymiş zərəri ödəməmiş və onunla barışıq əldə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2015-2018-ci illər ərzində Şahid4 yanında sürücü kimi işləmiş və həmin müddət ərzində Əfsunu tanımışdır. Əfsun özünün əvvəllər yüksək orqanlarda işlədiyini, lakin kadr dəyişikliyi ilə əlaqədar işdən çıxdığını, bir çox tanınmış şəxslərlə tanışlığının olduğunu bildirmişdir. Əfsun Namil bəyə Dubaya ət ixrac etmək, telefon satışı ilə məğul olmaq kimi biznes qurmaq üçün təkliflər etmiş və bunun üçün Namil bəy Əfsuna güvənərək pul vermişdir. X23 bəyə pulları geri qaytara bilməmişdir. Bir dəfə Əfsun Xaçmaz rayonunda fındıq bağı olduğunu və onu satmaqla Namil bəyin pulunu qaytaracağını demişdir. Guya Əfsun həmin fındıq bağını satdığına görə onlar Xaçmazda yerləşən bir notariat kontoruna getmişlər. Hətta orada bəzi şəxslər alıcı kimi də gəlmişdir. Lakin sonradan onlara məlum olmuşdur ki bu oyundur və heç həmin fındıq bağı Əfsuna məxsus deyil. Əfsun ona deməsə də Namil bəyə özünün əvvəllər yüksək orqanlarda işlədiyini, lakin kadr dəyişikliyi ilə əlaqədar işdən çıxdığını, bir çox tanınmış şəxslərlə tanışlığının olduğunu bildirmişdir. Namil bəy onun yanında Əfsuna bir neçə dəfə konvertdə pul vermişdir Lakin o, pulların məbləğini bilməmişdir. Onunhazırda Namil bəylə xidməti asılılıq münasibəti yoxdur. Namil bəy Əfsuna pul verəndə o da şahid kimi yanlarında olmuşdur. O, bir dəfə 10.000 ABŞ dolları pulu sayıb Əfsuna versə də, digər vaxtlarda Əfsuna verilən pulların dəqiq məbləğini bilməmişdir. Namil bəylə Əfsun şərik olmamış, Əfsun özü Namil bəyə biznes qurmaq üçün pul verməsini təklif etmiş, Namil bəy Əfsuna faizlə pul verməmişdir. Əfsun Dubaya ət ixrac edəcəyini və telefon satışı ilə məşğul olacağını demişdir. Bu iki fəaliyyət sahəsinin bir-biri ilə əlaqəsiz olması onsuz şübhələndirmişdir. Buna baxmayaraq, o, Əfsunun birinci fəaliyyətinin səmərə vermədiyini və ikinci fəaliyyət sahəsi ilə məşğul olmaq qərarına gəldiyini düşünmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş şəxslərdən İlhaməni tanıyır. İlhamə ona çətinlikdə olduğunu və ona kömək etməyini xahiş etmişdir. İlhaməyə kömək etmək üçün o da Bakıxanov qəsəbəsində yerləşən lombarda qızıl-zinət əşyalarını girov qoymuş və İlhaməyə pul vermişdir. İlhamədən eşitdiyinə görə, İlhamə Əfsundan pulunu geri ala bilməmişdir. Buna görə də o da bir-iki dəfə Əfsunla telefon vasitəsilə əlaqə saxlayıb İlhaməyə pulu qaytarmasını tələb edəndə o pulu qaytaracağını deymişdir. O, İlhaməyə verdiyi pulun məbləğini xatırlamır. İlhamədən pulunu qaytarmasını istədikdə isə İlhamə Əfsunun telefon nömrəsini ona verərək, Əfsundan pul nə vaxt qaytaracağı ilə maraqlanmasını demişdir. Bununla əlaqədar o, Əfsunla bir-iki dəfə telefonla danışmış, lakin Əfsunu canlı olaraq görməmişdir. Telefon vasitəsilə Əfsundan İlhaməyə pulunu qaytarmasını tələb edəndə Əsfun İlhaməyə pulunu qaytaracağını demişdir. İlhamənin hazırda ona borcu yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi tanımır və zərərçəkmiş şəxslərdən İlhaməni tanıyır. İlhaməni tanışı Xatirə vasitəsi ilə tanımışdır. 2019-cu ildə ona pul lazım olduğu üçün zərgərlik məmulatlarını lombarda girov qoyub kredit götürmək istəmişdir. Bu barədə Xatirəyə bildirəndə Xatirə tanışı İlhaməyə də pul lazım olduğunu, köməklik etməyə ehtiyac olduğunu söyləmiş və lombarddan artıq pul götürməyini xahiş etmişdir. O da Xatirə ilə razılaşmışdır. Bundan sonra o, özünə məxsus qızıl-zinət əşyalarını lombarda girov qoymuş və 1550 manat kredit almışdır. Həmin puldan 450 manatını özünə saxlamış, qalan 1100 manatını isə İlhaməyə vermişdir. Bundan sonra İlhamə hər dəfə lombarda faizləri də özü ödəmiş və onun pulunu da geri qaytarmışdır. Onun pulunu İlhamə özü ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 onun atasıdır. O, 3-4 il əvvəl Əfsunu atasının yanında görməyə başlamış, Əfsun atasından müəyyən miqdarda pul alıb müxtəlif işlər görmüşdür. Əfsun əvvəllər onun atasından az məbləğdə pul almış, ilk dəfə pendir, sonra ət satışı və digər işlər görmək adıyla atasından pul almışdır. Onun bildiyinə görə atası Əfsuna hissə-hissə olmaqla umumilikdə, 600.000-700.000 ABŞ dollar pul vermişdir. O, atasına hər dəfə Əfsunun aldatması barədə xəbərdarlıq etsə də, atası Əfsunun aldatmasına inanmamışdır. Atasıgildə olanda atası bir dəfə 50.000 ABŞ dolları, ikinci dəfə isə 30.000 ABŞ dolları məbləğində pulu aparıb Əfsuna vermişdir. X19 prospektində mənzilləri vardır. Bir dəfə həmin evi atasının Əfsuna verdiyini eşitmişdir. O da təəccüblənib atasından səbəbini soruşmuşdur. X21 iş görürdüklərini və sonda bu evlə əvəzləşdirəcəklərini bildirmişdir. O, özü də Əfsundan pulun geri qaytarmasını tələb etmişdir. Əfsun isə özü könüllü olaraq qəbz yazıb, vermişdir. O, qəbzlərdə nələrin yazıldığını xatırlamasa da, atasının Əfsuna pul verməsinə 3-4 dəfə şahid olmuşdur. Həmin vaxt o, onların yanında olmasa, atası Əfsuna pul verdiyini ona demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 oğlu ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslərdən Namil həm onun şəriki, həm də qohumudur. Əfsunu da o, Namil vasitəsi ilə tanımış və Əfsun ondan da bir neçə dəfə pul almışdır. Lakin Namildən fərqli olaraq o, Əfsundan pulunu geri ala bilmişdir. Namil heç vaxt faizlə borc verməklə məşğul olmamış, Əfsun aldığı 180.000 ABŞ dollarına görə qəbz yazanda o də iştirak etmişdir. Qalan qəbzlərin yazılması barədə isə məlumatı yoxdur. Əfsuna qəbzləri yazmaq üçün hədə-qorxu gəlməmişdir. Əfsun ona onun da borcunu ödəyəcəyini və Namilə də 250.000 ABŞ dolları borcu olduğunu, həmin borcu da ödəyəcəyini demişdir. Əfsun Namildən ət satışı təşkil etmək ilə əlaqədar pul almışdır və Əfsun əldə etdiyi qazancı Namillə bölüşəcəkdi. Namil Əfsuna sadəcə olaraq ət satışı ilə əlaqədar pul vermiş və ondan irəli gələn məsələlərlə maraqlanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Əfsunu tanıyır və Əfsunla eyni universitetdə təhsil almışdır. Bir dəfə polis əməkdaşları onunla əlaqə saxlayıb bildirdilər ki, Əfsun onlara deyib ki, o, ona 300.000 ABŞ dolları pul verib. Ona heç vaxt Əfsun pul verməyib. Əfsunla onun heç bir iş birliyi olmamış və Əfsundan heç vaxt mal-material almamış, Əfsun ona pul verməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayətin tövsifi məsələsinə gəldikdə, məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq qeyd olunan maddə ilə tövsif edilmişdir.Eyni zamanda ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq qeyd olunan maddə ilə tövsif edilmişdir. Lakin ona irəli sülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə olan rəqəm ifadəsini əks etdirən hissəsi çıxarılmalıdır. Belə ki, ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 320.1 və 320.2-ci maddələri ilə irəli sürülmüş ittihama əsasən, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs1 ondan aldığı pulları qaytarmaq üçün yaşadığı evi girov qoyub kredit götürəcəyi evin qiymətləndirilməsi üçün 2000 manat tələb olunması barədə yalan məlumat vermiş və Zərərçəkmiş şəxs1 evini girov qoymasına inandırmaq üçün digər rəsmi sənədi "xxxx" QSC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 29.06.2020-ci il tarixdə FL-302 nömrəli lizinq müqaviləsini qanunsuz hazırlamış və fotoşəklini çəkib internet vasitəsi ilə Zərərçəkmiş şəxs1 göndərib həmin saxta sənəddən istifadə etməklə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib aldadaraq 29.06.2020-ci ildə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, məhəllə 490/94-də yerləşən 4 nömrəli evin qarşısında 2000 manat ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs1 2000 manat məbləğində ziyan vurub təkrar dələduzluq etmişdir. Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama,yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satmanı ehtiva edir. Həmin Məcəllənin 320.2-ci maddəsində CM-in 320.1-ci maddəsində göstərilmiş biləbilə saxta sənədlərdən istifadə etmə nəzərdə tutulmuşdur. Qanunun yuxarıda şərh olunan normalarının mənasına görə, CM-in 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyekti rəsmi sənədləri özü saxtalaşdırmayan, digər şəxslər tərəfindən saxtalaşdırılan rəsmi sənədlərdən onların saxta olduğunu bilə-bilə istifadə edən şəxslər ola bilər. Rəsmi sənədi saxtalaşdırmış şəxs gələcəkdə ondan istifadə edərsə, onun əməli yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 320.1-ci maddəsi ilə tövsif edilməlidir. Qeyd edilən epizod üzrə Təqsirləndirilən şəxs verilmiş itihamın məzmunundan göründüyü kimi, o, özü qanunsuz olaraq sənəd hazırlayıb ondan istifadə etməklə zərərçəkmiş şəxsin pulunu ələ keçirmişdir. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunduğundan, əməli həmin maddə ilə tövsif edilməli və ona elan olunmuş ittihamdan CM-in 320.2-ci maddəsi ilə olan rəqəm ifadəsini əks etdirən hissəsi çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə qarşı dələduzluq etməməsinə dair ifadəsi ilə məhkəmə iclasında zərərçəkmiş şəxslərin, iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan axtarışda olan şəxsin tutulması haqqında 18 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işində olan qəbzlərdən və müqavilələrdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 borcla əlaqədar 28.09.2018-ci ildə yazdığı borc müqaviləsində Zərərçəkmiş şəxs3 385000 və 314000 ABŞ dolları götürməsini, 31.08.2018-ci ilədək həmin pulları 385000 ABŞ dollarını X3 314000 ABŞ dollarını Şalbazov İslamdan alıb verəcəyini, pulların ödənilməsi gecikdiyi halda, İslam və Mübarizdən ayda 10 faiz alacağını qeyd etmişdir. 02.11.2018-ci il tarixdə verdiyi müqavilədə əlavə olaraq Zərərçəkmiş şəxs3 telefon biznesi üçün 53960 ABŞ dolları götürdüyünü, 03.11.2018-ci ildə saat 12:00 kimi qaytaracağını vəd etmişdir. 02.02.2019-cu il tarixli özünün yazdığı qəbzdə Zərərçəkmiş şəxs3 kommersiya işlərinə görə aldığı 400.000 ABŞ dollarını 6 ay ərzində iyul 2019-cu İldə qaytaracağını öhdəsinə götürmüşdür. 13 fevral 2019-cu il tarixdə DNK-da təsdiq edilmiş ərizəsində isə iş qurmaq adı ilə Zərərçəkmiş şəxs3 pul almasını, heç bir iş qurmayıb vəsaiti geri qaytarmamasını təsdiq etmişdir. 15.02.2019-cu il tarixli yazdığı öhdəlik müqaviləsində Zərərçəkmiş şəxs3 aldığı 205000 ABŞ dollarını 19.02.2019-cu ildə qaytaracağını vəd etmişdir. Cinayət işində olan qəbzdən görünür ki, 10.08.2018-ci il tarixdə X22 İsayevaya 400.000 manat borclu olması avqust 2018-ci ildə qaytaracağını vəd etmişdir. Qəbzin şahid L.Şahid6 iştirakı ilə yazılması təsdiqini tapır. Cinayət işində olan Şahid4 istintaqa təqdim etdiyi bir ədəd diskdəki məlumatlara və görüntülərə baxış keçirilərkən Təqsirləndirilən şəxs otaqda kiminləsə söhbət aparması, dəftərdə olan məlumatları kalkulyatorda yoxlaması və yazı yazması, «Whatsapp» danışıqlarında aldığı pulları geri qaytarmasını vəd etməsi və hər dəfə müxtəlif bəhanələr söyləməsi görünür. Cinayət işindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi «Whatsapp» yazışmalarına baxış keçirilmiş və məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 hər yazışmada pulunu tələb edir, Təqsirləndirilən şəxs onu aldatdığı üçün qınayır, Təqsirləndirilən şəxs isə hər dəfə müxtəlif bəhanələr gətirir, pulun qaytaracağını vəd edir, evini girov qoyacağını bildirir, "xxxx" QSC ilə bağladığı müqavilənin, həmin şirkətdə olmasını, "xxxx" MMC-yə məxsus qaimənin olmasını təsdiq edən fotoşəkillərini göndərir. Cinayət işində olan 417744 nömrəli girov biletində X12 tərəfindən 16.09.2019-cu il tarixdə X5 işlədiyi lombarda müxtəlif zərgərlik məmulatlrının girov qoyulması və 3800 manat ssuda götürülməsi, 28.12.2019-cu il tarixdə 7700 manat ssuda götürülməsi təsdiqini tapır. Cinayət işində olan Təqsirləndirilən şəxs evini girov qoyması barədə göndərdiyi lizinq müqaviləsinin fotoşəkillərindən görünür ki, lizinq müqaviləsi "xxxx" QSC ilə Təqsirləndirilən şəxs arasında 29.06.2020-ci ildə bağlanmışdır. Müqavilədən görünür ki, X6 lizinq alan, Təqsirləndirilən şəxs, lizinq verən isə cəmiyyətin direktoru Elvin Yoçiyev olmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Vergilər Nazirliyinə edilmiş sorğunun 10.03.2021-ci il tarixli **********326800 nömrəli cavabından görünür ki, "xxxx" MMC vergi ödəyicisi kimi 07.04.2016-cı ildə uçota alınmış, rəhbəri Təqsirləndirilən şəxs olmuşdur. Cəmiyyətin fəaliyyəti 16.02.2017-ci ildə dayandırılmışdır. Cinayət işində olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə sorğu edilmişdir. 26.02.2021-ci il tarixli **********9 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və arvadı X2 adına qeydiyyatdan keçmiş daşınmaz əmlakı yoxdur. Cinayət işində olan DİN-nin BDYPİ-dən alınmş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində 2009-cu ildə «Lexus», 2012-ci ildə «VAZ-21074» 2016-cı ildə «Dodge», 2018-ci ildə «Lexus», 2019-cu ildə «Land Rover» markalı avtomobillər olsa da, heç bir avtomobilin mülkiyyətçisi olmamış, etibarnamə ilə idarə olunmağa verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzalarını tutulduğu vaxtdan, yəni 18 yanvar 2021-ci il tarixdən hesablanmaqla, cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən qəsdən törədilmiş xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkirlər. Məhkəmə Təqsirləndirilən şəxs, himayəsində iki yetkinlik yaşına çatmıyan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə müsadirə ediləsi əmlak müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və cinayət işinin materiallarında saxlanılan 03 ədəd kompakt diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə verilmiş mülki iddiaları müzakirə edib, iş üzrə təqdim edilmiş sübutlara məcmu halında tam və obyektiv hüquqi qiymət verərək, hesab edir ki, mülki iddialar təmin edilməli, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 357.400 (üç yüz əlli yeddi min dörd yüz) ABŞ dolları və 10.000 (on min) avro pul vəsaiti hökmün icra olunduğu gün manatla məzənnəsi hesablanmaqla tutularaq Zərərçəkmiş şəxs2 xeyrinə, 1.405.892 (bir milyon dörd yüz beş min səkkiz yüz doxsan iki) manat Zərərçəkmiş şəxs3 xeyrinə, 52.350 (əlli iki min üç yüz əlli) manat Zərərçəkmiş şəxs4 xeyrinə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə müsadirə ediləsi əmlak müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 03 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməlidir. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və məhkəmə xərcləri yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə 11 (on bir) il 6 (altı) ay müddətinə, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 maddəsinə əsasən cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 18 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs irəli sülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə olan rəqəm ifadəsini əks etdirən hissəsi çıxarılsın. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia təmin edilsin, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 357.400 (üç yüz əlli yeddi min dörd yüz) ABŞ dolları və 10.000 (on min) avro pul vəsaiti hökmün icra olunduğu gün manatla məzənnəsi hesablanmaqla tutularaq Zərərçəkmiş şəxs2 xeyrinə ödənilsin. Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia təmin edilsin, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 1.405.892 (bir milyon dörd yüz beş min səkkiz yüz doxsan iki) manat tutularaq Zərərçəkmiş şəxs3 xeyrinə ödənilsin. Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddia təmin edilsin, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 52.350 (əlli iki min üç yüz əlli) manat tutularaq Zərərçəkmiş şəxs4 xeyrinə ödənilsin. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarında saxlanılan 03 ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Eldar İsmayılov Cavid Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar