Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-165/2024 28.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X5, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və X7, müdafiəçilər Müdafiəçi1, Müdafiəçi3 Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndələri Müdafiəçi2, Nümayəndə,, Müdafiəçi4, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1971-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, fərdi sahibkarlıqla məşğul olan, Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, ev 28, mənzil 4 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədi ilə özü faktiki olaraq Bakı şəhəri ərazisində “Dubay Cars” avtomobil satışı mərkəzinin sahibi olduğundan və əvvəllər də bir neçə avtomobil alıb-satdığı üçün ona inamı olan və yaxın dostluq münasibətlərində olduğu Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək Zərərçəkmiş şəxs ona olan 100000 ABŞ dolları məbləğində borcunu və 12 noyabr 2014-cü il tarixdə Zərərçəkmiş şəxs 410.000 ABŞ dollarına satdığı, cəmi 3000 kilometr yol qət etmiş, faktiki olaraq Zərərçəkmiş şəxs məxsus olmaqla anası Şahid1 qızının adına qeydiyyata alınmış “Mercedes Benz G63 AMG" markalı 2014-cü il buraxılışlı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin pulundan qalan 50000 ABŞ dollarını ödəmək adı ilə, guya dost olduqları üçün həmin avtomobili ona real bazar qiymətindən xeyli ucuz qiymətə satdığı üçün asanlıqla 410.000 ABŞ dollarından da baha qiymətə sataraq onun üçün 410.000 ABŞ dollarına hesablayıb cəmi 150000 ABŞ dollarını özünə götürdükdən sonra qalan 260000 ABŞ dollarını Zərərçəkmiş şəxs verəcəyi ilə bağlı yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs məxsus Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 430008 manat təşkil edən 410000 ABŞ dolları dəyərindəki, cəmi 6000-7000 kilometr yol qət etmiş “Mercedes Benz G63 AMG” markalı 2014-cü il buraxılışlı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobili 28 iyul 2015-ci il tarixdə Bakı şəhəri, ünvan 2 ünvanından götürüb Zərərçəkmiş şəxs anası Şahid1 öz qohumu və avtomobil satışı mərkəzində işləyən X2 adına avtomobil üzərində hər cür sərəncam vermək hüququ verən etibarnamə aldıqdan sonra sataraq Zərərçəkmiş şəxs verdiyi vədi yerinə yetirməyərək, ona verməli olduğu Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 272688 manat təşkil edən 260000 ABŞ dolları məbləğində pulu ələ keçirərək Zərərçəkmiş şəxs külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadə verərək göstərmişdir ki, işlətdiyi «Dubay Cars» şirkəti vasitəsi ilə şirkətin salonuna qoymadan Mədət Bayramova məxsus 410.000 ABŞ dolları dəyərində olan “Mersedes Benz G63 AMG” markalı avtomobili həmin vaxt qiymətlər aşağı düşdüyündən 150.000 ABŞ dollara satmış, lakin pulu Zərərçəkmiş şəxs və ya onun anasına verməmiş, avtomobil Mədətin olmuş, həmin avtomobili, həqiqətən də Mədətin anasından etibarnamə alaraq başqa bir şəxsə satmışdır. Zərərçəkmiş şəxs Mədət Bayramovla barışıq əldə etmişdir, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2011-ci ildən tanıyır, Elsevərdən 2016-cı ilə qədər bir neçə avtomobil almışdır. Onunla dostluqları yaranıb, ona güvənmiş, lazım olanda ona etibarnamə vermiş, avtomobillərini satmış, lazım olanda dəyişmişdir. Sonuncu dəfə isə ona 1 ədəd «Bentli» və 1 ədəd «Leksus» markalı avtomobil vermiş, o da əvəzində təzə “Mersedes Benz G63 AMG” markalı avtomobil» vermişdir. Həmin avtomobili cəmi 3.000 kilometr sürəndən sonra bir nəfərə olan borcuna görə satmaq qərarına gəlmiş, Elsevərə anasının adına olan həmin avtomobilə eibarnamə yazdırmasını və aparıb satmasını xahiş etmişdir. O, Elsevərdən avtomobili real dəyərində satmasını, satdığı puldan 150.000 ABŞ dollarını borcu olduğu şəxsə verməsini, qalan pulu isə özünə qaytarmasını söyləmişdir. Bundan sonra Elsevər evinə gedib avtomobili Elsevərə götürmüş, elə həyətdə anasının adından avtomobillə bağlı etibarnamə yazdırmışdır. Elsevər həmin avtomobili satandan sonra cəmi 150.000 manatı verib, qalan 260.000 ABŞ dollarını isə ona qaytarmamışdır. Dəfələrlə onunla pulun qalan hissəsinin qaytarılması barədə söhbət etsələr də, hazırda imkanının olmadığını tezliklə ödəyəcəyini deyərək hər dəf müxtəlif bəhanələr gətirib pulunu qaytarmamışdır. “Mersedes Benz G63 AMG” markalı avtomlbilin qiymətini Elsevər özü hesablamışdır. Avtomobilin qiyməti 410.000 ABŞ dolları təşkil etmişdir. Elsevərdən əvvəl aldığı avtomobillərin qiymətləri 220.000 və 110.000 ABŞ dolları olmuş, həmçinin avtomobillərin üzərində iki ədəd nömrə olmuş, həmin nömrələrin qiyməti də hesablanaraq, cəmi 410.000 ABŞ dolları təşkil etmişdir. Həmin vaxt “Mersedes Benz G63 AMG” markalı avtomobilin qiyməti 510.000 ABŞ dolları olmuş, avtomobil 3.000 km getdiyi üçün Elsevər həmin avtomobili 100.000 ABŞ dolları ucuzuna, yəni 410.000 ABŞ dollarına satacağını söyləmişdir. Elsevər söyləmişdir ki, 2 avtmobillə “Mersedes Benz G63 AMG” markalı avtmobili əvəzləşdirsinlər. Onun Elsevərə 150.000 ABŞ dollar borcu olmuşdur. Həmin pulun 100.000 ABŞ dollarını nağd formada Elsevərdən almış, qalan 50.000 ABŞ doları isə avtoboillərin alqı-satqısı zamanı yaranmışdır. Həmin pulu qaytarmaq istəmiş, həm də özünün də pula ehtiyacı olmuşdur. Ona 260.000 ABŞ dolları məbləğində ziyan dəymişdir. Elsevərlə aralarında müqavilə olmamış, razılaşmaları şifahi olmuşdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 qızı ifadəsində göstərmişdir ki, oğlu Mədət Elsevərlə dost olmuşlar. Onlar bir-birilərindən 15-20 ədəd maşın alıb-vermiş və yaxud avtomobilləri dəyişimişlər. Mədət rayonda olanda zəng vurub Elsevərin gələcəyini bildirmiş, avtomobili ona verməsini söyləmişdir. Bundan sonra Elsevər gələrək avtomobili aparmışdır. Elsevər də avtomobili satmış, lakin pulu onlara qaytarmamışdır. Elsevər avtomobili 2015-ci ildə götürmüşdür. Avtomobilə etibarnamə verməsi üçün notariusu həyətlərinə gətirmişlər, o da Elsevərə etibarnamə vermişdir. Avtomobil onun adına olmuşdur. Avtomobilə dair etibarnaməni Elsevərin adına, yoxsa başqa adamın adına verildiyini dəqiq xatırlamır. Avtomobilin qiymətinin 260.000 ABŞ dolları olduğunu bilmişdir. Sonradan ona məlum olmuşdur ki, avtomobili kiməsə satıb, pulunu isə Mədətə verməmişlər. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Mədət Bayramov 410.000 ABŞ dolları dəyərində “Mersedes Benz G63 AMG” markalı avtomobili satışa qoymuş, Elsevər həmin avtomobili 150.000 ABŞ dollarına satmış, Mədətlə aralarında olan borcu bağlamış, qalan 260.000 ABŞ dollarını isə Mədətə ödəməmişdir. 13 dekabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 2, iş vərəqi 95). 15 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 2, iş vərəqi 132-133). 15 dekabr 2022-ci il tarixli Xətai Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün verilmiş vəsatət və təqdimatın təmin olunmasından imtina edilmişdir (cild 2, iş vərəqi158-163). 26 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqi 184-191). Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmişdir. Bakı İstintaq Təcridxanasından daxil olmuş 26 dekabr 2023-cü tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. İbtidai istintaq zamanı Mədət Bayramov istintaq orqanına CD disk təqdim edərək həmin diskə Təqsirləndirilən şəxsla avtomobilin satılmasından əldə olunan pulların Təqsirləndirilən şəxs ona verməməsini təsdiq edən səs yazılarının köçürüldüyünü bildirmişdir. Həmin CD diskə ibtidai istintaq zamanı baxış keçirilmişdir (cild 1, iş vərəqi 159-160). Qeyd edilən CD disk eksperizaya təqdim edilmiş, məhkəmə-fonoskopik ekspertizası üzrə 04 oktyabr 2022-ci il tarixli 4/1339 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1 ədəd “Verbatim” markalı DVD diskdə olan mübahisəli fonoqramdakı danışıqlarda iştirak edən K1, K2 və K3 diktorlarının danışıq səsləri eyniləşdirici tədqiqat üçün yararlıdır; təqdim edilmiş səs yazılarında “K1” diktorunun danışıq səsi Zərərçəkmiş şəxs, “K2” diktorunun danışıq səsi “Əli” adlı şəxsə, “K3” diktorunun danışıq səsi isə Təqsirləndirilən şəxs məxsusdur; təqdim olunmuş mübahisəli fonoqramlardakı tədqiqatı tələb olunan danışıqların yazılı mətnləri əldə olunmuş və həmin mətnlərdən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Mədət Bayramova məxsus «Qalendvaqen» markalı avtomobili sataraq pulunu Mədət Bayramova verməməsini etiraf etmişdir. AutoStar Kaukasus” Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş xx.xx.2022-ci il tarixli cavab məktubundan və Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 016-18462 nömrəli, xx.xx.2022-ci il tarixli 016-22315 nömrəli və xx.xx.2022-ci il tarixli, 016-115162 nömrəli məktublardan görünür ki, Mədət Bayramovun anası Şahid1 qızının adına sənədləşdirilmiş «LEXUS LX570” və “BENTLEY CONTİNENTAL GT” markalı avtomobillər Təqsirləndirilən şəxs verilmiş, əvəzində sonuncu Mədət Bayramova “Mercedes Benz G 63 AMG Brabus” markalı avtomobili vermiş, həmin atvomobil Mədət Bayramovun anası Sərfinaz Həşimovanın adına sənələşdirilmişdir; bundan sonra Məməd Bayramov həmin “Mercedes Benz G 63 AMG Brabus” markalı avtomobili Təqsirləndirilən şəxs vermiş, sonuncu xx.xx.2015-ci il tarixdə həmin avtomobili X1, Şaiq Məcnunovun adına etibarnamə verilmiş, xx.xx.2015-ci il tarixdə avtomobil Şaiq Məcnunovun mülkiyyətinə keçmişdir. (cild 1, iş vərəqi 180-183). Həmçinin “Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 016-115162 nömrəli cavab məktubundan görünür ki, “Mercedes Benz G 63 AMG Brabus” markalı 2014-cü il buraxılışlı ağ rəngli, WDB4632721X211953 ban nömrəli avtomobil xx.xx.2014-cü il tarixdə X3 adına qeydiyyata alınmış və avtomobilə **-XB-*** dövlət qeydiyyat nişanı verilmişdir; xx.xx.2014-cü il tarixdə həmin avtomobil Şahid1 qızının (zərərçəkmiş şəxs Mədət Bayramovun anasının) adına qeydiyyata alınmış və avtomobilə **-MB-*** dövlət qeydiyyat nişanı verilmişdir; daha sonra xx.xx.2015-ci il tarixdə həmin avtomobillə bağlı X4 etibarnamə verilmişdir; xx.xx.2015-ci il tarixdə avtomobil Şaiq Məcnunovun mülkiyyətinə keçmiş, avtomobilə **-MB-*** dövlət qeydiyyat nişanı verilmişdir, 2016-2022-ci illər ərzində avtomobil ayrı-ayrı şəxslərin mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə kollegiyası toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 1-ci bəndinin tövsiyyəsini nəzərə alır; belə ki, qərarda qeyd edilir ki, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Qərarda eyni zamanda vurğulanır ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Qərarda habelə qeyd edilir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Göründüyü kimi, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifi ilə bağlı nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının izahlarına uyğundur. Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-in 15.4-cü maddəsinə əsasən cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı iddiası, şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmış, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2012-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli qərarında qeyd olunur ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “ … şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir. Məhkəmə kollegiyası işin hallarını, qanunvericiliyin tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, ona törətdiyi cinayəti nəzərdə tutan maddənin sanksiyasında müəyyən edilmiş həddə təyin olunacaq azadlıqdan məhrumetmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunmalı və onun üzərinə sınaq müddəti ərzində davranışı ilə islah olunmaq və davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxil edilir. Azərbaycan Respublikasının CPM-in 158.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs 13 dekabr 2022-cü il tarixdən 15 dekabr 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu və 15 dekabr 2023-cü il tarixdən hazırki vaxtadək həbsdə olduğu cəmi 6 ay 15 gün müddət ona təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın olmasını və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 dekabr 2022-cü il tarixdən 15 dekabr 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu və 15 dekabr 2023-cü il tarixdən hazırki vaxtadək həbsdə olduğu cəmi 6 ay 15 gün müddət ona təyin olunacaq cəza müddətinə hesablanmasını, barəsində ədalət və humanizm prinsipləri baxımından həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunmasını və sınaq müddəti müəyyən edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə cəzanın şərti tətbiq olunmasını cəza siyasətinin tələblərinə uyğun hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs davranışına nəzarət etmək yaşayış yeri üzrə Bakı şəhəri Probasiya Şöbəsinə həvalə edilməli və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq onun üzərinə qoyulmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə əsasların olmadığı müəyyən edilmişdir. İş üzrə maddi sübutlar- Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim olunmuş 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. İş üzrə məhkəmə məsrəfləri - 150 (yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddianın və müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınmalıdır Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 13 dekabr 2022-cü il tarixdən 15 dekabr 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu və 15 dekabr 2023-cü il tarixdən 28 iyun 2024-cü il tarixədək həbsdə olduğu cəmi 6 ay 15 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 4 (dörd) il 5 (beş) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunsun və ona 3 (üç) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət etmək yaşayış yeri üzrə Bakı şəhəri Probasiya Şöbəsinə həvalə edilsin və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq onun üzərinə qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar- Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim olunmuş 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri 150 (yüz əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddianın və müsadirə olunmalı digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-165/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-165/2024
28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver