Məhkəmə qərarları › İş №1(101)-1650/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1650/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1650/2024 02.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X8-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, X4, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, X5, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Presedent” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx.xx.1994-cü il tarixdə Şəmkir rayonunun Çinarlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, Səbail rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 09 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Səbail rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qaran ilə cəzasının çəkilməmiş hissəsi 09 ay 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 01 ay 12 gün müddətinə şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu qanuna müvafiq qaydada ödənilməmiş və ya götürülməmiş, Şəmkir rayonunun Çinarlı qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri Səbail rayonu 20-ci Sahə yaşayış massivində nömrəsiz fərdi evdə kirayə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs naməlum vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,572 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsinədək daşımış, həmin ərazidə özünü şübhəli apardığı üçün Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saat 01:40 radələrində saxlanılaraq gətirildiyi Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin ünvan 1 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən içərisində 2,572 qram təmiz çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək ifadələrində göstərdi ki, İran İslam Respublikasının vətəndaşı ilə danışıb, daha sonra narkotik vasitəni götürməyə getmişdir. Gecə radələri olduğuna görə narkotik vasitəni tapa bilməmiş, iranlının narkotik vasitəni atdığı yerdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Narkotik vasitənin çəkisi, qiyməti, miqdarı atılan mesajlarda mövcuddur. Narkotik vasitənin çəkisi iki qram idi. Hadisənin tarixini dəqiq xatırlamır, lakin 2023-cü ildə baş verib. Şəxsi istifadəsi üçün narkotik vasitəni iranlıdan qramını 23 manata almışdır. Əvvəllər AR CM-nin 177.2.3-cü maddəsi ilə məhkum olunmuşdur. Narkotik vasitənin satışı ilə məşğul olmamışdır. İranlının atdığı yerə getdikdən sonra həmin narkotik vasitəni götürə bilməmişdir, hadisə yerinə qara “Chevrolet” avtomobil yaxınlaşdı, içərisində iki nəfər mülki geyimdə şəxs var idi. Avtomobildən enən kimi həmin polis əməkdaşları tərəfindən saxlanıldı. Narkotik vasitəni götürüb cibimə qoya bilməmişdir. Bölməyə gətirildikdən sonra videoçəkiliş oldu, onun götürməli olduğum narkotik vasitə ağ rəngli yapışqan lentin içərisində idi, lakin videoda paketin içərisində idi. Polis əməkdaşları tərəfindən bölmənin sağ tərəfindən zirzəmiyə aparılmış, bir müddət sonra, təxminən bir saatdan sonra onu yuxarıya aparmışlar. Qırx dəqiqə keçdikdən sonra onu videoçəkilişə aparmışlar. Bu müddət ərzində ona müdafiəçi təqdim olunmayıb. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, nə də ki, onlardan əvəzli şəkildə və ya qazanc əldə etmək üçün heç kimə verməmişdir, ona görə də irəli sürülmüş ittihamın «satış məqsədi ilə» hissəsi ilə razı deyil, özü narkotik vasitələri və psixotrop maddələrin aludəçisidir, artıq xeyli vaxtır ki, onların qəbulu ilə məşğul olur, xx.xx.2023-cü il tarixdə axşam saatlarında öz istifadəsi üçün, əvvəllər də bir neçə dəfə onlayn qaydada sifariş verməklə narkotik vasitə və psixotrop maddə aldığı, özünü ona İran İslam Respublikasında yaşayan Rza adlı azərbaycanlı kimi təqdim etmiş, internet üzərindən virtual olaraq tanış olduğu və əyani olaraq heç vaxt sifətini görmədiyi üçün tanımadığı şəxsə telefon vasitəsi ilə psixotrop maddə sifariş verərək həmin şəxsin onun telefonuna göndərdiyi bank kartı hesabına elektron ödəmə terminalı vasitəsi ilə 45 manat məbləğində pul köçürdükdən sonra həmin şəxsin telefonuna fotoşəklini göndərdiyi, Maştağa qəsəbəsi ərazisində yerləşən məkana gedərək orada onun üçün gizlədilmiş yerdən bir büküm psixotrop maddəni götürüb cibinə qoyaraq piyada yolun kənarı ilə hərəkət edərək evinə getmək üçün taksi və ya marşrut avtobusu axtarmağa başlamışdır. Saat təxminən 01:40 radələrində onun yanında bir avtomobil dayanmış, salonundan düşən iki nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər, onu sorğu-sual etməyə başlamışlar, üzərində pisxotrop maddə olduğu üçün o, narahat olmağa başlamış, həyacanlanmış, polis əməkdaşları da bunu hiss edərək onu Polis Şöbəsinə aparmaq qərarına gəlmişlər, etiraz etməmiş və polislərlə birlikdə avtomobillərinə əyləşib 14-cü Polis Şöbəsinə getmişdir. Orada onu nəzarət altında saxlayaraq hüquqlarının müdafiəsi üçün dəvət olunmuş növbətçi vəkilin gəlməsini gözləmişlər, vəkil gəldikdən sonra ona təqdim olunmuş, şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış və götürmə aparılacağı elan olunmuş, həmin prosessual hərəkətdə müdaifəçinin iştirak edib-etməməsinə dair münasibəti aydınlaşdırılmış, düşünmüş ki, onsuzda şəxsi axtarış zamanı üzərində olan narkotik vasitə aşkar olunacaq, müdafiəçi də buna şahid olsa sonradan artıq onu müdafiə edə bilməyəcək, ona görə ərizə yazaraq xahiş etmişdir ki, üzərinə şəxsi axtarış müdafiəçinin iştirakı olmadan keçirilsin. Bundan sonra oradakı xidməti otaqlardan birində videoçəkiliş aparmaqla üzərinə baxış keçirmişlər. Baxış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olub-olmadığı soruşulduqda özü könüllü olaraq əynindəki şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının sualına cavab olaraq həmin bükümün içərisindəki kütlənin «şüşə» və «patı» adlanan psixotrop maddə metamfetamin olmasını təsdiq etmiş, üzərindən aşkar olunmuş büküm və bir ədəd mobil telefon cihazı ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuş, o da həmin protokolun doğruluğunu digər iştirakçılar kimi öz imzası ilə təsdiq etmişdir. Narkotik vasitələri və psixotrop maddələri bu müddət ərzində mütəmadi olaraq qəbul etmirmiş, hərdən bir rastına düşəndə, pulu olanda qəbul edirmiş. Polislər tərəfindən tutulmamaq üçün narkotik vasitələri əsasən Bakı şəhərinin müxtəlif rayonlarından müəyyən yerlərdən təsadüfən rastlaşdığı tanımadığı şəxslərdən alırmış. Üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddəni əldə etdiyi şəxslə telefonundakı «Vatsap» proqramı vasitəsi ilə əlaqə saxlamaqla, sifarişini onlayn qaydada etməklə, pulunu da elektron qaydada ödəməklə əldə etmişdir. Həmin psixotrop maddəni sırf öz şəxsi istifadəsi üçün almışdır, artıq uzun illərdir ki, narkotik aludəçisi olduğundan gündəlik tələbatının həcmi təxminən yarım qram təşkil edir, hər dəfə narkotik arxasınca getməmək, buna vaxt sərf etməmək və polislər tərəflərindən tutulmaq təhlükəsi ilə üzləşməmək üçün hər dəfə alanda imkanı çatan qədər çox miqdarda narkotik vasitə və psixotrop maddə alırmış ki, bir neçə gün ərzində qəbul etsin. Telefon danışıqları haqqında məlumatlarda müəyyən edilmiş, “QAQA.BAWUVA DONUM BİDENE MENE RUCKA GOTRERSENDE ZEHMET OLMASA.DUNEN TULLADİM GETDİ” mətnli; “QAQA MENLE ELAQE SAXLADA SROCNU 10AZN VAR” mətnli; “NENİRSEN QAQAS MEBAX NEYİNSR VARSA QAQASVU CXARTVEZYETDEN" mətnli; “ALA QAQAW BİR AC BİRSOZDİDE BİLİMDE İWİMİ BU ADBİY NEDİ” mətnli; “SEBİRLİ OL QAQA BİRAZ” mətnli; “4169 7388 0769 9545 KAPİTAL BANK DİR” mətnli SMS-lər ilə tanış oldu, adları qeyd olunan şəxsləri və telefon nömrələrini hazırda xatırlaya bilmir, amma həmin SMS-lərdə onun narkotik vasitələr və psixotrop maddələr satmağına dair hər hansı bir dəlil və ya sübut, heç narkotik vasitə və ya psixotrop maddənin adına, çəkisinə və ya qiymətinə işarə belə görmür, ona görə ki, həqiqətən də bu işlə heç vaxt məşğul olmayıb, həmin SMS-lərin onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət etməsi fikri ilə razı deyil, həmin SMS- lərdən birində yazılmış “NEYİNSR VARSA QAQASVU CXART VEZYETDEN” sözlərini isə belə izah edə bilər ki, ola bilsin özü kimi narkomaniya aludəçiliyindən əziyyət çəkən tanışlarından hansısa həmin anda başqa mənbələrindən narkotik vasitə və ya psixotrop maddə əldə edə bilmədikdə ona bu cür SMS yazaraq ehtimal edib ki, əgər özü üçün aldığım narkotik vasitə və ya psixotrop maddədən varsa həmin şəxs üçün də verib ağrılı vəziyyətdən çıxmasına köməklik göstərsin və yaxud kimsə ondan borca pul istəyib, amma onun həmin SMS-i cavablandırmağı yoxdur, bu isə onu deməkdir ki, o, həmin SMS-i yazan şəxsə heç nə verməyib. Digər SMS-lər isə gündəlik həyatda və məişətdə yazılan SMS-lərdir, onlarda narkotikə və ya psixotrop maddəyə dəlalət edən heç bir işarə yoxdur. O ki, qaldı göndərdiyi “Kapital Bank” kartı nömrəsinə, o həmin ərəfədə internet üzərindən “Kazino” oyunlarında iştirak edirmiş, həmin oyuna pul köçürmək və ya qazandığı pulu almaq üçün ola bilsin ki, həmin oyunun təşkilatçılarına kart nömrəsi göndərmişdir. Bir daha bildirir ki, o, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin sırf ticarəti ilə məşğul olmamışdır. Şahid1 ifadələrində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İttihamda qeyd olunan narkotik vasitə təqsirləndirilən şəxsin üzrindən aşkar olunub, daha sonra qablaşdırılıb ekspertizaya göndərilib. Üç aydır ki, polis bölməsindəki işindən ayrılmışdır. Təqsirləndirilən şəxsi Mehdi Hüseynzadə küçəsinin harasında saxladıqlarını dəqiq xatırlamır. Təqsirləndirilən şəxsi səhv etmirsə, avtoyumanın yaxınlığında saxlamışdılar. Təqsirləndirilən şəxsi polis əməkdaşı Şahid2 ilə birlikdə saxlamışlar. Səhv etmirsə, təqsirləndirilən şəxsi “Palma” marketinin yaxınlığında, özünü şübhəli apardığına görə saxlamışdılar. Səhv etmirsə, həmin gün mobil telefonu üzərində olmuşdur. Bölmədən təqsirləndirilən şəxsi saxladıqları yer arasındakı məsafə 3-5 dəqiqədir. Təqsirləndirilən şəxsi bölməyə gətirdikdən sonra təhqiqatçıya təhvil vermişlər. Vəkili bölmədə görmüşdür. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, son vaxtlar xidmət apardıqları Polis Şöbəsinin inzibati ərazisində əmlak oğurluqlarının və narkotk vasitələrin qanunsuz dövriyyəsinin sayının kəskin surətdə artması ilə əlaqədar iş yoldaşı Şahid2 ilə birlikdə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisinə xidmətə çıxaraq ərazinin kənardan müşahidəsini aparmışlar, saat 01:40 radələrində qəsəbəki Mehdi Hüseynzadə küçəsində diqqətlərini bir nəfər əvvəllər tanımadıqları, ətrafdakı evlərin arasında gəzib dolaşmaqla sanki nə isə axtaran və bu hərəkətləri ilə də onlarda böyük şübhələr doğuran bir nəfər cavan oğlan cəlb etmişdir. Həmin şəxsdən şübhələnərək yaxınlaşıb özlərini təqdim edərək həmin ərazidə nə axtarması, harada yaşaması, kim olması, əvəllər məhkum olub- olmaması barədə suallar verməyə başlamışlar. Həmin şəxs polis əməkdaşları olduqlarını bilib narahat olmağa başlamış, verilən sadə sualları bir neçə dəfə təkrarən soruşaraq bir neçə saniyyə fikirləşib çətinliklə cavablandırırmış, adını və soyadını belə zorla deyirmiş. Sorğu-sual zamanı həmin şəxsin danışdıqca sanki üzərində olan nəyi isə gizlətməyə çalışdığı hiss olunduğundan qərara gəlmişlər ki, həmin şəxsi Polis Şöbəsinə aparıb üzərində şəxsi axtarış aparsınlar. Belə də etmişlər, həmin şəxsi Polis Şöbəsinə dəvət etmişlər, o, etiraz etməmiş və birlikdə xidməti avtomobilə əyləşərək yaxınlıqdakı Sabunçu RPİ-nin 14-cü PŞ-nin ünvan 1 ünvanında yerləşən inzibati binasına getmişlər. Orada növbədə olan təhqiqatçı Əfsun Əzimov müvafiq sənədləşdirmə işlərinə başlamış, saxlanılan şəxsin hüquqlarının müdafiə olunması üçün növbətçi vəkil dəvət olunmuş, onların iştirakı ilə saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilərək təklif olunmuşdur ki, üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir predmet varsa təqdim etsin. Bundan sonra həmin şəxs əlini əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə salaraq oradan bir ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər ağ rəngli xırda kristallar şəkilli kütlə olan şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində «patı və şüşə» adlanan psixotrop maddə olmasını, həmin psixotrop maddəni internet sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının tanımadığı vətəndaşından öz şəxsi istifadəsi üçün tərəflərindən saxlanılmamışdan bir qədər əvvəl əldə edərək üzərində daşıdığını bildirmişdir. Baş verənlərin hamısı videokamera vasitəsi ilə çəkilərək qeydə alınmış, həmin şəxsin üzərindən aşkar olunmuş psixotrop maddəyə bənzər kütlə və bir ədəd mobil telefon cihazı götürülmüş, qablaşdıraraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Tərəflərindən saxlanılan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması, üzərindən aşkar olunmuş psixotrop maddəni əldə etdiyi mənbə barədə hər hansı bir məlumatları yoxdur, ona görə ki, onlar həmin şəxsi hər hansı bir məlumat əsasında deyil, sırf təsadüfən saxlamışdırlar. Şahid2 ifadələrində göstərdi ki, 2023-cü ilin dekabr ayında Asimlə birlikdə xidmət aparmış, gecə saat 1-2 radələrində bir nəfərin nə isə axtardığını görmüşlər. Həmin şəxsə yaxınlaşıb özləini təqdim etmiş, o, özünü şübhəli apardığına görə onu 14-cü polis bölməsinə aparmışlar. Bölmədə xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşuldu, əgər varsa onu təqdim etməyi təklif olundu, bu təklifdən sonra, o, bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni iranlıdan aldığını bildirmişdir. Bundan sonra raportla bölməyə məruzə etmişlər. Şəxsi axtarış zamanı vəkilin olub-olmaması dəqiq yadında deyil. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” 02 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.1994-cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olmuş, işləməyən, Bakı şəhəri Səbail rayonu 20-ci Sahə yaşayış massivində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs 02 dekabr 2023-cü il tarixdə saat 01:40-da Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Mehdi Hüseynzadə küçəsində yol kənarında saxlanılaraq Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə etməklə aparılmış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülünü çıxarıb təqdim edərək bükülünün içərisində narkotik vasitə metamfetamin olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə tanımadığı İran vətəndaşından 23 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü açıldıqda içərisində açıq rəngli, kristall şəkilli, spesifik qoxuya malik narkotik vasitə metamfetaminə bənzər maddənin olması aşkar edilmişdir. Aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükülü bir ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər Üçün” 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı həmçinin, aşkar olunmuş 01 ədəd “Samsung” markalı telefon cihazı bir ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər Üçün” 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış gecə vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəkdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli qeydlər vermək hüquq və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış iş üzrə maddi sübut kimi tanınmış, cinayət işinin istintaq materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixdə Sabunçu RPİ-nin 14-cü PB-də şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs üzərində keçirilmiş axtarış zamanı videokamera vasitəsi ilə qeydə alınmış, 01 (bir) ədəd CD-yə köçürülmüş səsli videogörüntüyə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, CD-də videokamera vasitəsi ilə çəkilmiş, üzərində tarixi və saatı əks olunmayan “İMG_0262” adlı, “QuickTime Video File (.MOV)” tipli, 2,08 QB (2 238 705 664 bayt) həcmli, 06 dəqiqə 11 saniyyə müddətli videogörüntüdə xidməti otağa üç nəfər mülki geyimli şəxslər daxil olurlar, masa arxasında ayaq üstə dayanmış polis kapitanı rütbəli şəxs özünü təqdim edərək Sabunçu rayon Polis İdarəsinin 14-cü PŞ-nin təhqiqatçısı polis kapitanı Əfsun Əzimov olmasını bildirir, daha sonra polis əməkdaşları özlərini təqdim edərək Sabunçu rayon Polis İdarəsinin 14-cü PŞnin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 olmalarını deyirlər, saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını təsdiq edir. Təhqiqatçı saxlanılan şəxsə müraciət edərək ona saxlanılmasının səbəbini və qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, müdafiəçisinin iştirakı olmadan videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağını elan etməklə buna münasibətini soruşur, Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdə təhqiqatçı ona təklif edir ki, üzərində olanları təqdim etsin. Görüntünün 01 dəqiqə 10-cu saniyyəsində Təqsirləndirilən şəxs sağ əlini əynindəki göy rəngli cins şalvarının sağ yan cibinə salaraq oradan bir ədəd şəffaf sellofan bükümü, sol yan cibindən isə bir ədəd qara rəngli mobil smartfon cihazını çıxarıb qarşısındakı masanın üzərinə qoyur. Təhqiqatçı polis əməkdaşlarından xahiş edir ki, saxlanılan şəxsin üzərini yoxlasınlar, yoxlanış zamanı saxlanılan şəxsin üzərindən əlavə heç nə aşkar edilmir. Daha sonra təhqiqatçı təqdim edilmiş şəffaf sellofan bükümü açaraq içərisindəki ağ rəngli kristall şəkilli kütləni videokameraya nümayiş edir və saxlanılan şəxsdən həmin kütlənin nə olmasına, onu nə vaxt, haradan, nə məqsədlə əldə etməsinə dair suallar verir. Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab verərək bildirir ki, həmin kütlə “patı və şüşə” adlanan narkotik vasitədir, “xəstəsi” olduğu üçün öz istifadəsi məqsədi ilə həmin gün saxlanılmazdan əvvəl tanımadığı İran vətəndaşının sosial şəbəkə vasitəsi ilə 23 manata əldə etmişdir. Bundan sonra təhqiqatçı təqdim olunan bükümün maddi sübut əhəmiyyəti kəsb etməsini bildirərək onun götürüləcəyini və qablaşdırılacağını elan etməklə ağ kağızdan hazırlanmış zərfi götürüb içərisinin boş olmasını videokameraya və iştirakçılara nümayiş edib, aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümü həmin zərfin içərisinə qoyaraq yapışqanla yapışdırıb üzərini möhürləyərək iştirakçıların imzaları ilə təsdiq edir. Həmçinin, təqdim edilən smartfonun sübut əhəmiyyəti kəsb etməsini bildirərək onun götürüləcəyini və qablaşdırılacağını elan etməklə ağ kağızdan hazırlanmış zərfi götürüb həmin 01 ədəd smartfonu zərfin içərisinə qoyaraq yapışqanla yapışdırıb üzərini möhürləyərək iştirakçıların imzaları ilə təsdiq edir. Bundan sonra təhqiqatçı heç bir şikayətin daxil olmadığını bildirərək videoçəkilişin dayandırılmasını elan edir. Videogörüntüyə keçirilən baxışda iştirak etmiş şübhəli şəxs Təqsirləndirilən şəxs videogörüntüdə əks olunan şəxsin özü olmasını təsdiq edərək, həmin videogörüntüdə əks olunanların həqiqət olduğunu, bununla bağlı heç bir etiraz və vəsatətinin olmadığını bildirmişdir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023cü il tarixli 3-16-16/2-6/6238 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim olunmuş bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,572 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, ekspertiza tədqiqatlarından sonra ümumi təmiz çəkisi 2,522 qram çəkidə qalıq qalan psixotrop maddə metamfetamin xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması ücün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 732 saylı rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs hal- hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, onda xasiyyətini psixopatik cizgiləri müəyyən edilir, onda törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır, Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir, hal-hazırda və törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, ona görə törətdiyi əməllər barədə anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs halhazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından əlavə olunmuş xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsində şübhəli şəxs qismində tutularkən üzərindən götürülmüş bir ədəd “Samsung Galaxy A10s” markalı SM-A107F/DS modelli R9WR112EEXJ seriya nömrəli **********03786 və **********03786 imei-kodlu mobil smartfonunun yaddaşındakı fayllara keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, “Qalereya” bölümündəki “Şəkillər” qovluğunda xx.xx.2023cü il tarixdə saat 21:43 yaradılmış **********425058 nömrəli plastik bank kartının fotosu, “İRan Rza” adlı kontakt tərəfindən “Vatsapp” proqramı vasitəsi göndərilmiş, xx.xx.2023-cü il tarixdə saat 16:03-də yaradılmış, xüsusi yaşıl rənglə işarələnmiş məkan və “Google” tədbiqi vasitəsi ilə çəkilmiş xəritədə marşrut istiqamətinin fotosu, xüsusi yaşıl rənglə işarələnmiş məkan fotosu, “Kontaktlar” bölümündə “İRan Rza” adı ilə qeyd olunmuş +**********76 nömrəsi müəyyən olunmuş, həmin məlumatlar təqsirləndirilən şəxsin ifadələrində qeyd etdiyi xüsusatlarla uzlaşdığından iş üzrə sübut əhəmiyyəti kəsb etdikləri üçün 04 ədəd “A4” formatlı vərəqlər üzərində çap edilməklə smartfon cihazının yaddaşına keçirilmiş baxış protokoluna əlavə olunaraq maddi sübut kimi tanınmışlar. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinn materiallarına əlavə edilmiş, istintaq zamanı Sabunçu rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli İş №5(008)-1110/2023 saylı qərarı əsasında "xxxx" MMC-dən BKC/LGL-4547/24 saylı xx.xx.2024-cü il tarixli məktubla daxil olmuş, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, ***- ***-**-** saylı danışıq kartlarına xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə daxil olan və çıxan zənglərin və mesajların siyahısı, mesajların mətnləri, anten dairələri barədə məlumatlar əks olunmuş 01 ədəd CD-yə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, CD-də əks olunmuş məlumatların SMS bölümündə təqsirləndirilən şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmasına dəlalət edən məzmunlu SMS-lər mövcuddur. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli telefona xx.xx.2023-cü il tarixdə saat 15:09:04-də Baki şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olan Mariya Nağiyeva adlı şəxsin adına qeydiyyata alınmış 055-649-42- 49 nömrəli telefondan “QAQA.BAWUVA DONUM BİDENE MENE RUCKA GOTRERSENDE ZEH MET OLMASA.DUNEN TULLADİM GETDİ” mətnli; eyni tarixdə saat 16:42:55-də eyni telefondan “QAQA MENLE ELAQE SAXLADA SROCNU 10AZN VAR” mətnli; xx.xx.2023-cü il tarixdə saat 12:40:22-də Ağsu rayonu Ağarx kəndində qeydiyyatda olan Könül Əliyeva adlı şəxsin adına qeydiyyata alınmış ***-***-**-** nömrəli telefondan “NENİRSEN QAQAS MEBAX NEYİNSR VARSA QAQASVU CXARTVEZYETDEN” mətnli; eyni tarixdə saat 16:01:27- də eyni telefondan ‘ALA QAQAW BİR AC BİRSOZDİDE BİLİMDE İWİMİ BU ADBİY NEDİ” mətnli; xx.xx.2023-cü il tarixdə saat 23:32:21 Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli telefondan ünvan 3 ünvanında qeydiyyatda olan Tərlan Məmmədov adlı şəxsin adına qeydiyyata alınmış ***- ***-**-** nömrəli telefona “SEBİRLİ OL QAQA BİRAZ” mətnli; xx.xx.2023-cü il tarixdə saat 01:05:34-də istifadənizdə olan ***-***-**-** nömrəli telefondan naməlum abonentin istifadəsində olan 070- ***-**-** nömrəli telefona “4169 7388 0769 9545 KAPİTAL BANK DİR” mətnli SMS-lər göndərilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri araşdırmış, müdafiə tərəfi ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı ibtidai istintaq zamanı psixi və fiziki zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ifadələrində narkotik vasitə istifadəçisi olduğunu, tutulduğu yerə narkotik vasitəni götürmək üçün getdiyini, lakin götürə bilmədiyini, narkotik vasitənin satışı ilə məşğul olmadığını, polis əməkdaşlarının ona zor tətbiq etməsi səbəbindən narkotik vasitəni boynuna götürdüyünü göstərdi. Məhkəmə, Təqsirləndirilən şəxs həmin ifadələrini onun özünün ibtidai istintaq zamanı təqsiləndirildiyi ittihamın mahiyyəti üzrə verdiyi qismən etirafedici ifadələri, ona təzyiq və təsir göstərilməsinin inkar olduğunu bəyan edən şahid ifadələri, onun üzərinə keçirilmiş baxışı özündə əks etdirən videoçəklişdə əks olunan təsvirlərdə onun sərbəst şəkildə cinayət əməlinin predmetini təşkil edən psixotrop maddəni təqdim edib özünə məxsus olmasını təsdiq etdiyi görüntülərlə, onun tərəfindən təqdim olunan psixotrop maddənin ondan götürülməsini təsdiq edən qeyd və iradsız təsdiq etdiyi protokolun məzmunu ilə, onun təqdim etdiyi psixotrop maddənin metamfetamin olmasını təsdiq edən məhkəmə ekspertizasının rəyi, “mobil telefona baxış keçirilməsi” haqqında protokol, iş üzrə maddi sübut kimi tanınmış əşyalarla, habelə işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu iddialarını həqiqətə uyğun olmayan özünün məsuliyyətini yüngülləşdirməyə yönələn cəhd kimi qiymətləndirir. Çünki onun bu iddialarını təsdiq edən sübut müəyyən olunmadı. O da belə sübut təqdim etmədi. Məhkəmədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona psixi təsir göstərilməsi və üzərindən aşkarlanan psixotrop maddələrin ona aid olmaması, narkotik vasitələrin satışı ilə məşğul olmaması ilə bağlı olan ifadələri araşdırılarkən öz təsdiqini tapmadı. Bu səbəbdən də məhkəmə onun bu ifadələrini faktiki əsası olmayan təqsirləndirilən şəxsin özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil telefona baxış keçirilməsi zamanı əldə olunub cinayət işinin materiallarına əlavə olunmuş mesaj mətnlərinə münasibətdə onun həmin mesaj mətnlərinin narkotik vasitələrin satışına dəlalət etməməsi ilə bağlı verdiyi ifadələrini də təqsirləndirilən şəxsin öz müdafiəsinə yönəlmiş və faktiki əsası olmayan ifadələr kimi Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin onun tərəfindən törədilməsinin sübuta yetirildiyi qənəatinə gəlib onun əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində nəzərdə tutulan cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada onun cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 145 ( yüz qırx beş ) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, ekspertizasının keçirilməsinə sərf edilmiş 145 ( yüz qırx beş ) manat vəsaitin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmə müdafiə xərclərini təşkil edən 180 (yüz səksən) manat vəsaitin Bakı şəhəri 7 saylı Vəkil bürosunun vəkili X2 ödənilməsi üçün, 480 (dörd yüz səksən) manat vəsaitin isə “Presedent” Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər X7 və Tədris Mərkəzinin hesabına ödənilməsini və Təqsirləndirilən şəxs müdafiə xərclərini ödəməkdən azad olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 2,572 qram olan psixotrop maddə metamfetaminin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, şəxsi axtarış və götürmə aparılması əks olunan 01 ədəd rəqəmsal video disk (DVD-R) və "xxxx" MMC-dən V BKC/LGL-4547/24 saylı xx.xx.2024-cü il tarixli məktubla daxil olmuş, iş üzrə təqsirləndirilən şəxslərin telefon danışıqları barədə məlumatlar əks olunmuş 01 ədəd CD diskin, cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış psixotrop maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə xx.xx.2023-cü il tarixdə saat 01:40 şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin halı nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səbail rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 09 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Səbail rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsinin 09 ay 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi, Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 01 ay 12 gün müddətinə şərti olaraq vaxtından əvvəl azad edilməsi qeyd olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəl məhkum olunduğu və xx.xx.2023-cü il tarixdə cəzasının çəkilməmiş hissəsindən 01 ay 12 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad olunduğu azadlıqdan məhrum etmə cəzasını hazırda ittiham olunduğu cinayət əməlini törətdiyi xx.xx.2023-cü il tarixinə hələ tam çəkib qurtarmamış və müvafiq olaraq az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərin məhkumluğun ödənilməsi üçün Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində nəzərdə tutulmuş 02 il müddəti hələ keçməmişdir. Ona görə də Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayət əməlinə münasibətdə əvvəllər məhkumluğu olan şəxs hesab edilmişdir. Bu halla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olmaması qənaıtinə gəlir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə cəzasının çəkilməmiş hissəsindən 01 ay 12 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad olunmuş və ona elan olunmuş ittihamda nəzərdə tutulmuş cinayət əməlini şərti olaraq vaxtından əvvəl azad edildiyi dövrdə törətmişdir. Bu səbəbdən də məhkəmə, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinin tələblərinə əsasən, şərti olaraq vaxtından əvvəl azad edilmənin ləğv edilməsi və ona Azərbaycan Respublikası CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydada, yəni hökmlərin məcmusu üzrə cəza təyin edilməsini əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi ibtidai istintaq zamanı təqsirli bilindiyi əməlin törədilməsi halları barəsində qismən etirafedici ifadələr verməsi müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 Şəxsindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1724 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorlardan qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmaması əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il 11 (on bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzadan 01 ay 12 gün vaxtından əvvəl şərti azad olunduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən, hökmlərin məcmusu qaydasında qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 02 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına 145 ( yüz qırx beş ) manat vəsait Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, müdafiə xərclərini təşkil edən 180 (yüz səksən) manat vəsait Bakı şəhəri 7 saylı Vəkil bürosunun vəkili X2 ödənilməsi üçün, 480 (dörd yüz səksən) manat vəsait isə “Presedent” Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər X7 və Tədris Mərkəzinin hesabına ödənilsin. Ekspertiza xərcələrini təşkil edən 145 ( yüz qırx beş ) manat Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət büdcəsinə ödənilsin. O, müdafiə xərclərini ödəməkdən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş ekspert tədqiqatından sonra qalıq hissəni təşkil edən 2,572 qram çəkidə qalıq qalan psixotrop maddə metamfetamin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin. Şəxsi axtarış və götürmə aparılması əks olunan 01 ədəd rəqəmsal video disk (DVD-R) və "xxxx" MMC-dən götürülmüş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar