Məhkəmə qərarları › İş №1(101)-1651/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1651/2022

18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1651/2022 18.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokurormetodisti Dövlət ittihamçısı, müdafiəçi: «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1990-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib üstündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin mart ayının ortalarında qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Əli” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış,qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşdirdiyi sellofan torbanın içərisində 01 ədəd bağlamada külli miqdarda təmiz çəkisi 440,0 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 01 ədəd bağlamada təmiz çəkisi 525,0 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı 11 may 2022-ci il tarixdə səhər saatlarında götürüb əldə etməklə sonradan «Əli» adlı şəxsin tapşırığına əsasən onun deyəcəyi istintaqa məlum olmayan ayrı-ayrı şəxslərə satıb əldə olunmuş gəlirin bir hissəsini özünə götürmək şərti ilə daşımış, həmin gün saat 12:45 dəqiqədə ünvan 2 ünvanın yaxınlığında piyada hərəkət edən zaman Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasına aparılmış, orada üzərinə şəxsi axtarış aparılan zaman onun əlində olan sellofan torbanın içərisindən 01 ədəd bağlamada külli miqdarda təmiz çəkisi 440,0 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan külli miqdarda metamfetamin və 01 ədəd bağlamada təmiz çəkisi 525,0 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan külli miqdarda qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulduqdan 2 ay qabağ narkotik vasitə marixuana istifadə etməyə başlamış, narkotiki telefon vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı Əli adlı şəxsdən əldə etmiş, son vaxtlar maddi durumu ağır olduğu, o cümlədən anasının xərçəng xəstəliyindən əziyyət çəkməsi səbəbindən Əli ilə razılığa gələrək narkotik vasitələri həmin şəxsin göndərdiyi yerlərə ataraq pul qazanması təklifini qəbul etmişdir. Sadəcə 2 dəfə Əlidən narkotik vasitə alaraq onun bildirdiyi yerlərə qoymuş və qarşılığında 200 azn pul qazanmışdır. Sonuncu dəfə 11 may 2022-ci il tarixdə yenə səhər saatlarında Əlinin bildirdiyi yerdən binanın blokun içərisindəki elektrik sayğacının qutusunun içərisindən selolofan torbanı götürərək küçəyə çıxmış, həmin gün saat 12:45 radələrində ünvan 2 ünvanın yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək,barəsində əməliyyat – axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur.Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır.Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya olduğu halda onları təqdim etməyi təklif olunmuşdur.Bu,təklifdən sonra o əlində olan sellofan torbanın içərisindən 01 ədəd bükümdə metamfetamini və 1 ədəd bükümdə qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Həmçinin üzərində olan “Samsung” markalı mobil telefon, həmin şalvarın sağ yan cibindən 1 ədəd açar və 50 manat pulu təqdim etmişdir. Daha sonra təqdim etdiyi metamfetamin və qurudulmuş marixuana elektron tərəzidə çəkilmişdir.Metamfetaminin çəkisi 450 qram, qurudulmuş marixuananın çəkisi isə 572 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan sellofan torbaya qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş,üzəri onun, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır.İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd “Samsung” markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüş, 1(bir) ədəd açar və 50 (əlli) manat pul isə özünə geri qaytarılmışdır. DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunda təqdim etdiyi narkotik vasitə ilə bağlı aparılan araşdırma zamanı, izahat verdiyi zaman, həmçinin tərtib edilmiş sənədlərə imza edərkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BNMİnin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, baş idarəyə xx.xx.1990-cı il tarixdə ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonunun inzibati ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlmatı daxil olmuşdur. Məlumat əsasında əməliyyataxtarış tədbrilərinin həyata keçirilməsi barədə qərar çıxarılmış və əməliyyat qrupu yaradılmışdır. Qrupa o, həmkarları Şahid2 və Şahid3 daxil edilmişdir. Təqsirləndirilən şəxs barəsində dəqiq əməliyyat məlumatı daxil olduğundan onun şəxsiyyəti haqqında tam məlumatlar qrup üzvlərinə təqdim edilmiş və 11 may 2022-ci il tarixdə saat 12:45 radələrində ünvan 5 ünvanın yaxınlığında olan zaman Təqsirləndirilən şəxs əlində bir torba ilə görərək ona yaxınlaşıb özlərini təqdim edib onun narkotk vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat olduğunu izah edib üzərinə şəxsi axtarış aparılması məqsədi ilə əlində olan sellofan torba ilə onlarla birlikdə Yasamal RPİ-nin 27-ci PB-nə getməli olduğunu demişlər.Təqsirləndirilən şəxs buna etiraz etməyib onlarla birlikdə Yasamal RPİ-nin 27-ci PBnə gəlmişdir. Burada onu təhqiqatçı Yelmar Vahabova təhvil vermişlər. Sonuncu öz xidməti otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl onun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət etmiş, şəxsi axtarışda iştirak edən şəxslərə hüquq və vəzifələri izah etmişdir.Bundan sonra vəkilin də iştirakı ilə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir.Belə ki,şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı Yelmar Vahabov Təqsirləndirilən şəxs üzərində və əşyalarında qanunsuz əşya və narkotik vasitələrin olub-olmadığını soruşmuş,olduğu halda isə təqdim etməsini ona izah etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq əlində olan sellofan torbanın içərisindən 01 ədəd bükümdə metamfetaminə və 1 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər maddələri təqdim edərək masanın üzərinə qoymuş, həmin təqdim etdiyi əşyaların metamfetamin və qurudulmuş marixuana olmasını bildirmiş, həmin maddələr elektron tərəzidə çəkilərək metamfetaminin çəkisinin 450 qram, qurudulmuş marixuananın çəkisinin isə 572 qram olmasını müəyyən etmişlər. Sonra aşkar olunmuş həmin əşyalar qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri Təqsirləndirilən şəxs, onların, müdafiəçinin və təhqiqatçının imzaları ilə təsdiq edilmişdir. Xatırladığı qədər Təqsirləndirilən şəxs üzərindən bir ədəd “Samsung” markalı mobil telefon da götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş həmin əşyaların özünə məxsus olduğunu, onları iki ay əvvəl tanıdığı İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin vasitəsi ilə saxlanıldığı gün Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən «Əli» adlı şəxsin göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, onun göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə ona istifadəsi üçün narkotik vasitə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs istər saxlanılan, istərsə də üzərinə baxış keçirilən zaman heç bir fiziki və psixi təzyiqlərə məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BNMİ-nin CBRŞ-nin baş əməliyyat müvəkkili Şahid2 Əlibala oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə bağlı tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs Yasamal rayonunun inzibati ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması ilə bağlı ona məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat-axtarış tədbrilərinin həyata keçirilməsi barədə qərar çıxarılmış və əməliyyat qrupu yaradılmışdır. Qrupa o, rəhbər kimi, həmkarları Şahid1 və Şahid3 isə qrupun üzvləri kimi daxil edilmişdir. 11 may 2022-ci il tarixdə ünvan 5 ünvanın yaxınlığında olan zaman Təqsirləndirilən şəxs əlində bir sellofan torba ilə görərək ona yaxınlaşıb özlərini təqdim edib onun narkotk vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat olduğunu izah edib üzərinə şəxsi axtarış aparılması məqsədi ilə əlində olan sellofan torba ilə onlarla birlikdə Yasamal RPİ-nin 27-ci PB-nə getməli olduğunu demişlər.Təqsirləndirilən şəxs buna etiraz etməyib onlarla birlikdə Yasamal RPİ-nin 27-ci PB-nə gəlmişdir. Burada onu təhqiqatçı Yelmar Vahabova təhvil vermişlər. Sonuncu öz xidməti otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl onun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət etmiş, şəxsi axtarışda iştirak edən şəxslərə hüquq və vəzifələri izah etmişdir.Bundan sonra vəkilin də iştirakı ilə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir.Belə ki,şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı Yelmar Vahabov Təqsirləndirilən şəxs üzərində və əşyalarında qanunsuz əşya və narkotik vasitələrin olub-olmadığını soruşmuş,olduğu halda isə təqdim etməsini ona izah etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq əlində olan sellofan torbanın içərisindən 01 ədəd bükümdə metamfetaminə və 1 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər maddələri təqdim edərək masanın üzərinə qoymuş, həmin təqdim etdiyi əşyaların metamfetamin və qurudulmuş marixuana olmasını bildirmişdir. Xatırladığı qədər həmin bükümlərin hər birinin çəkisi 500 qrama yaxın olmuşdur. Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq bildirmişdir ki, bu qanunsuz əşyaları İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin vasitəsi ilə, yəni sosial şəbəkələrdən tanıdığı şəxsdən əldə etmişdir. Həmin “Əli”-ni tutulmamışdan iki ay əvvəl tanımışdır. Əlinin göstərişi ilə sonuncunun müəyyən yerə qoyulan bu maddələri götürüb özündə saxlamalı, Əlinin göstərişi olduğu təqdirdə onun dediyi ünvanlara aparıb qoymalı idi. Faktiki o bu məsələdə kuriyer xidmətini göstərmişdir. Təqsirləndirilən şəxs istər saxlanılan, istərsə də üzərinə baxış keçirilən zaman heç bir fiziki və psixi təzyiqlərə məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BNMİnin CBRŞ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, xx.xx.1990-cı il tarixdə həmkarı Şahid2 ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonunun inzibati ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatla bağlı yaradılmış əməliyyat qrupuna o da daxil edilmişdir. 11 may 2022-ci il tarixdə saat 12:45 radələrində ünvan 6 ünvanın yaxınlığında olan zaman Təqsirləndirilən şəxs əlində bir torba ilə görərək ona yaxınlaşıb özlərini təqdim edib onun narkotk vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat olduğunu izah edib üzərinə şəxsi axtarış aparılması məqsədi ilə əlində olan sellofan torba ilə onlarla birlikdə Yasamal RPİ-nin 27-ci PB-nə getməli olduğunu demişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyib onlarla birlikdə Yasamal RPİ-nin 27-ci PB-nə gəlmişdir. Burada onu təhqiqatçı Yelmar Vahabova təhvil vermişlər. Sonuncu öz xidməti otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl onun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət etmiş, şəxsi axtarışda iştirak edən şəxslərə hüquq və vəzifələri izah etmişdir. Bundan sonra vəkilin də iştirakı ilə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Belə ki, şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı Yelmar Vahabov Təqsirləndirilən şəxs üzərində və əşyalarında qanunsuz əşya və narkotik vasitələrin olub-olmadığını soruşmuş, olduğu halda isə təqdim etməsini ona izah etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq əlində olan sellofan torbanın içərisindən 01 ədəd bükümdə metamfetaminə və 1 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər maddələri təqdim edərək masanın üzərinə qoymuş, həmin təqdim etdiyi əşyaların metamfetamin və qurudulmuş marixuana olmasını bildirmiş, həmin maddələr elektron tərəzidə çəkilərək bir zərfə qoyularaq möhürlənmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq bildirmişdir ki, iki ay əvvəl sosial şəbəkədən İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsi tanımış, onun vasitəsi ilə saxlanıldığı gün Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən «Əli»-nin bir binanın blokuna qoydurduğu torbadakı narkotik vasitələri götürüb sonuncunun deyilən ünvanlara qoymalı idi. Əli isə ona buna görə istifadəsi üçün narkotik vasitə verməli idi. Təqsirləndirilən şəxs istər saxlanılan, istərsə də üzərinə baxış keçirilən zaman heç bir fiziki və psixi təzyiqlərə məruz qalmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək dövriyyəsi ilə məşğul olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:45 radələrində ünvan 6 ünvanının yaxınlığında piyada olarkən əlində sellofan torba ilə saxlanılaraq Bakı şəhər Yasamal RPİ-nin 27-ci PB-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli “şübəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3cü maddəsi ilə şübhəli bilinərək həmin tarixdə saat 13:45 radələrində müdafiəçisinin iştirakı ilə tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə videoçəkilişlə keçirilmiş, Təqsirləndirilən şəxs qanunla dövriyyəsi qadağan edilmiş əşya və sənədləri təqdim etməsi təklif edildikdən sonra , o əlində olan sellofan torbanın içərisindən 01 (bir) ədəd ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 01(bir) ədəd bükümdə yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana təqdim etmiş, sağ yan cibindən 01(bir) ədəd “Samsung” markalı mobil telefon, 01 (bir) ədəd açar və 50 (əlli) manat pul aşkar edilərək götürülmüşdür. Elektron tərəzidə çəkmilmiş metamfetaminə bənzər maddənin çəkisi 450 (dörd yüz əlli) qram, quruldulmuş marixanaya bənzər kütlənin çəkisi 572 ( beş yüz yetmiş iki ) qram olduğu müəyyən edilmiş, DİN-nin 7 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. “Samsung” markalı telefon Təqsirləndirilən şəxs izah edildikdən sonra götürülmüş, açar və 50 manat pul isə özünə qaytarılmışdır. Protokol müdafiəçinin iştirakı ilə video görüntü aparılmaqla tərtib edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli “mənzildə axtarış və götürmə keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, axtarış və götürmə ünvan 8 ünvanında Təqsirləndirilən şəxs anası X4 mənsub mənzildə aparılmış və cinayət işi üzrə sübut əhəmiyyəti olan hər hansı bir sənəd və əşya aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsindən müəyyən olunur ki, sellofan torbanın içərisindən 01 ədəd bükümdə metamfetamini və 1 ədəd bükümdə qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş şalvarın sağ yan cibindən 1(bir) ədəd “Samsung” markalı mobil telefon, həmin şalvarın sağ yan cibindən 1 ədəd açar və 50 manat pul aşkar olunaraq götürülmüşdür.Daha sonra təqdim etdiyi metamfetaminə bənzər maddə və qurudulmuş marixanaya bənzər kütlə elektron tərəzidə çəkilmişdir.Metamfetaminə bənzər maddənin çəkisi 450 qram, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi isə 572 qram olmuşdur. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd “Samsung” markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüş, 1(bir) ədəd açar və 50 (əlli) manat pul isə özünə geri qaytarılmışdır.O verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş həmin narkotik vasitəni və psixatrop maddəni tanıdığı İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən “Əli» adlı şəxsin göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etmişdir.O narkotik vasitələri satmamış,öz istifadəsi üçün əldə etmişdir.Ona həmin narkotik vasitələri verən şəxsin və narkotik vasitəni təhvil verəcəyi şəxsin anket məlumatlarını, əlaqə nömrəsini və harada yaşamasını bilmir,o,həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin vasitəsi ilə 11 may 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən “Əli» adlı şəxsin göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etmiş,üzərindən aşkar edilmiş narkotik vasitəni və psixatrop maddəni İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin tapşırığı ilə Bakı şəhəri, Yasamal rayonu ərazisindən əvvəlcədən təyin edilmiş yerdən götürüb deyilən ünvanlara qoymaq üçün «Əli» adlı şəxs tərəfindən ona əvvəllər bir neçə dəfə hazırda xatırlamadığı tanışının kart hesabına təxminən 200-300 manat pul göndərilmişdir,həmçinin Əli ona bir neçə dəfə öz şəxsi istifadəsi üçün narkotik vasitə və psixatrop maddə göndərilmişdir.İstifadəsində olmuş «Samsung» markalı,A51 markalı mobil telefonunda 11 may 2022-ci il tarixdə onunla İran islam respublikası vətəndaşı Əli adlı şəxs arasında narkotik vasitələrin və psixotrop maddələrin ünvanlardan götürülməsi və ünvanlra qoyulması ilə əlaqədar səsli və mətn mesajları ona məxsusdur və o bunu könüllü olaraq etiraf edir. Ona qarşı tutulan zaman heç bir fiziki və psixi zor hərəkətləri olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 7/469-6/2722 №-li rəyindən müəyyən olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr.g….” yazı və imzalar olan polietel paketdə 1 ədəd bağlamada təmiz çəkisi-440,0 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamindir,1 ədəd bağlamada təmiz çəkisi-525,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqdim edilmiş maddələr narkotik vasitə və psixotrop maddə olmaqla fərqli növlərə aid olduğu üçün onlar arasında eynilik tədqiqatı aparılmadı. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-ambulator psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 2177 nömrəli rəyi ilə müəyyən olunur ki,Təqsirləndirilən şəxs halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur.Bunu anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir.Hal-hazırda Təqsirləndirilən şəxs öz hərəkəltərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır.Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründəöz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək,onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb.Təqsirləndirilən şəxs törətiyi əməl dövründə anlaqlı hesab olunmalıdır.Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin lərinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4318 saylı rəyindən amüəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərdən və Psixostimulyatorlardan istifadə etmə halları olub, lakin hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli “baxış aparılması haqqında” rotokoldan müəyyən olunur ki, həmin tarixdə videoçəkiliş keçirilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs təklif edildikdən sonra o, üzərində olan torbanın içərisindən 01 ədəd bükümdə metamfetamini və 1 ədəd bükümdə qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Onun şalvarın sağ yan cibindən 1(bir) ədəd “Samsung” markalı mobil telefon, həmin şalvarın sağ yan cibindən 1 ədəd açar və 50 manat pul aşkar olunaraq götürülmüşdür.Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetamin və qurudulmuş marixuana elektron tərəzidə çəkilərək, metamfetamin çəkisi 450 qram, qurudulmuş marixuananın çəkisi isə 572 qram olduğu müəyyən edildikdən sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan sellofan torbaya qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən imzalanmışdır.İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd “Samsung” markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüş, 1(bir) ədəd açar və 50 (əlli) manat pul isə özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş həmin kütlələrin özünə məxsus olduğunu,həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin vasitəsi ilə həmin gün Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən “Əli» adlı şəxsin göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, «Əli» adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə «Əli» adlı şəxsin istifadəsi üçün ona narkotik vasitə verdiyini, «Əli» adlı şəxsi iki ay müddətdə tanııdığını, əvvəllərdə ondan narkotik vasitə götürdüyünü, məhkum edilmədiyini və başqa yerdə narkotika saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Sonra həmin kütlələr içərisi boş olan sellofan torbaya qoyularaq qablaşdırılmış və DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri Təqsirləndirilən şəxs,müdafiəçisi, iştirakçılar və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs götürülmüş, 50 manat pul isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli Bakı şəhər Yasamal rayon məhkəməsinin qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə xx.xx.2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli “Samsung markalı mobil telefona baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs mənsub ***-***-**-** nömrəli mobil telefonla, adı Təqsirləndirilən şəxs mənsub “Samsung” markalı telefonun telefonda “Aliriza..iran” kimi qeyd olunmuş +98 914 748 19 66 nömrəli mobil telefonla “Whatsapp” proqramı vasitəsi ilə narkotik vasitə və maddələrin göndərilməsi, maddələrin hansı əraziyə yerləşdirilməsi, həmin ərazilərdən götürülməsi və pul müqabilində müəyyən edilmiş ərazilərə çatdırılması ilə bağlı qarşılıqlı səsli və mətni ismarıclar olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, bir ədəd «Samsung» markalı “A 51» modelli mobil telefon, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə keçirilən zaman video çəkiliş aparılmasının görüntülərini özündə əks etdirən bir ədəd DVD modelli disk,"xxxx" MMC-dən daxil olmuş bir ədəd «CD» disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, kimyəvi ekspertiza keçirildikdən sonra qalıq qalan 524,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 439,95 qram çəkidə psixatrop maddə olan metamfetamin Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlandığı kameraya təhvil verilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanuna əsasən metamfetamin növü narkotik maddə 0,15 qramdan şəxsi istehlak miqlarından artıq, 2 qramdan isə külli miqdar, qurudulmuş marixuana isə 5 qramdan şəxsi istehlak miqlarından artıq, 500 qramdan isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs üstündən götürülmüş narkotik vasitə olan metamfetamin təmiz çəkisi 440,0 qram, narkotik maddə qurudulmuş marixuana 525,0 qram olmaqla istehlak miqdarından çoxdur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən və Psixostimulyatorlardan istifadə etmə halları olub,lakin hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni xx.xx.2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Yasamal RPİ-nin maddi sübutların saxlandığı kameraya təhvil verilmiş kimyəvi ekspertiza keçirildikdən sonra qalıq qalan 524,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 439,95 qram çəkidə psixotrop maddə olan metamfetamin məhv edilməli, bir ədəd «Samsung» markalı “A 51» modelli mobil telefon, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman video çəkiliş aparılmasının görüntülərini özündə əks etdirən bir ədəd DVD modelli disk, "xxxx" MMC-dən daxil olmuş bir ədəd «CD» disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməlidir. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərci olan 88 (səksən səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ibtidai araşdırma orqanını qərarına əsasən təyinatla Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X8 və məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «VERDİKTUM» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X8 üçün 120 AZN (yüz iyirmi) 24 saylı Vəkil Vürosunun nəfinə və Müdafiəçi üçün 240 AZN (iki üz qırx manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yasamal RPİ-nin maddi sübutların saxlandığı kameraya təhvil verilmiş kimyəvi ekspertiza keçirildikdən sonra qalıq qalan 524,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 439,95 qram çəkidə psixatrop maddə olan metamfetamin məhv edilsin, bir ədəd «Samsung» markalı “A 51» modelli mobil telefon, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə keçirilən zaman video çəkiliş aparılmasının görüntülərini özündə əks etdirən bir ədəd DVD modelli disk, "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 88 (səksən səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı müdafiəçilər X8 üçün 120 AZN (yüz iyirmi) 24 saylı Vəkil Vürosunun nəfinə və Müdafiəçi üçün 240 AZN (iki üz qırx manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar