Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1651/2024 12.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X13 və X4 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 və “İsmayılbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Ağdam rayonu, Saybalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, ünvan 2vanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cinayət işinin ibtidai istintaq materiallarına görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 5,920 qram olan kustar üsulla hazırlanmış ağ rəngli kristallik psixotrop maddə metamfetamini əldə edib özündə saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 16:00-da yaşadığı ünvan 4 ünvanda yerləşən binanın qarşısında küçədə saxlanılaraq 28-ci PŞ-nin inzibati binasına aparılmış, şöbədə onun üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan açıq göy rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd şəffaf rəngli selofan bükümdə külli miqdarda təmiz çəkisi 5,920 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək və ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə “Abzas media” saytında onun müsahibəsi dərc edilmiş, müsahibəni hazırlayan jurnalist onun ştatdan kənar olmaqla polis orqanlarında müstəntiq köməkçisi işlədiyini bildiyindən onu «keçmiş polis əməkdaşı» kimi təqdim etmişdir. Müsahibənin mahiyyəti polis orqanlarının əməliyyat tədbirləri zamanı narkotik vasitələrin bir hissəsini götürüb rəsmiləşdirməməsini bildirməyindən ibarət olmuşdur. Bundan sonra xx.xx.2023-cü il tarixdə səhər saatlarında onun ölkədən çıxışına məhdudiyyət qoyulmuş və həmin gün axşam saatlarında isə “xırda xuliqanlıq və polisin tələblərinə tabe olmama” maddəsi ilə barəsində protokol tərtib olunmuşdur. Bundan sonra xx.xx.2023-cü il tarixdə 6 nəfər mülki geyimli şəxs onu heç bir səbəb göstərmədən tutaraq avtomobilə mindirib naməlum istiqamətə aparmış və həmin vaxt onun mobil telefonunda götürmüşlər. Olduğu avtomobili idarə edən şəxs onların Bakı şəhər BPİ-nin əməkdaşları olduqlarını bildirmiş sonradan onu Xətai RPİ-nin 37-ci PŞ-nin növbətçi hissəsinə təhvil verib getmişlər. Növbəti gün o, Xətai Rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 1 ay müddətinə inzibati həbs seçilmişdir. Təqsirli bilinməsinə əsas isə guya küçədə telefonla söyüş söyərək danışdığı zaman sahə müvəkkili yaxınlaşdıqda onu da təhqir etməsi olmuşdur. O, xx.xx.2023-cü il tarixdə inzibati həbs müddətinin başa çatması ilə azadlığa çıxmış və bir neçə gün sonra vəkili Müdafiəçi1 ilə birlikdə 37-ci PŞ-yə gedib mobil telefonunun qaytarılmasını istədikdə orada mobil telefonun onlarda olmadığı, Bakı şəhər BPİ-də saxlanıldığı bildirilmişdir. Təqsirli bilinməsinə əsas telefonla bağlı olduğuna baxmayaraq telefonu ortada yox idi. Daha sonra ona məxsus telefonla xx.xx.2023-cü il tarixdə «instagram» sosial şəbəkəsində, «facebook» sosial şəbəkəsində olan profillərinə daxil olunmasını müəyyən etmişdir. xx.xx.2023-cü il tarixdə artıq onun narkotik ilə bağlı tutulacağını bildiyindən həmin tarixdə Narkoloji Mərkəzdə öz hesabına ödəniş etməklə analiz vermiş və analizin nəticəsində onun hər hansı narkotik vasitənin və psixotrop maddənin istifadəsindən əziyyət çəkmədiyi müəyyən olunmuşdur. Həmin günlərdə də «Abzas media» saytının rəhbərliyi saxta ittihamlarla həbs olunmuşdur. O, həmin sayta müsahibə verdikdən sonra qanunsuz olaraq tutulduğundan, eləcə də xarici ölkəyə getməyə çalışarkən ölkədən çıxışına qanunsuz olaraq qadağa qoyulduğunu müəyyən etdiyindən Bakı şəhər BPİ-nin əməkdaşlarının onu yenidən həbs etməyə çalışdıqlarını anlamışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında o, Tbilisi şəhərinə səfər etmək üçün Heydər Əliyev adına X8 getmiş, sərhəd nəzarət buraxılış məntəqəsindən keçərkən sərhəd xidməti əməkdaşı DİN tərəfindən ölkədən çıxışına qadağa qoyulduğunu bildirmişdir. O, həmin gün, eləcə də xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidmətinə ümumilikdə 3 dəfə zəng edərək onun çıxışına qadağa qoyulmasının səbəbi ilə maraqlanmış, qadağanın götürülməsini xahiş etmiş, lakin heç bir əməkdaş onunla əlaqə saxlamamışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında o yaşadığı evdən çıxarkən məhəllədə, yolun kənarında saxlanılmış ağ rəngli, «Hyundai» markalı, modelini xatırlamadığı **-XY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində 2 nəfər mülki geyimli şəxsin olduğunu və onu gördükdə şübhəli davrandıqlarını müşahidə etmişdir. xx.xx.2023-cü il tarixdə **-XY-*** dövlət qeydiyyatlı nişanlı minik avtomobilində gördüyü şəxslərdən başqa bir neçə şəxs, dövlət nömrə nişanını xatırlamadığı avtomobildə məhlədə dayanmışlar. O, həmin tarixdə keçmiş həyat yoldaşı Aygül Cəfərova ilə birlikdə evdən çıxıb piyada hərəkət edərkən həmin avtomobildə olan şəxslər maşından düşüb onların arxasınca gəlməyə başlamış, lakin yaxınlaşmamışlar. Mütəmadi müşahidə edildiyindən artıq qanunsuz həbs olunacağını anlamışdır. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə vəkil Müdafiəçi2 ilə görüşüb hər hansı tutulma faktı olduğu təqdirdə hüquqlarını müdafiə etməsi məqsədi ilə onunla müqavilə bağlamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi ilə əlaqədar onlayn qaydada müxtəlif orqanlara müraciət etmiş, həmçinin, həmin gün Azərbaycan Respublikası Prezidentinin X2 orqanları ilə iş Şöbəsinin müdiri cənab Fuad Ələsgərovun qəbuluna yazılmaq məqsədi ilə Administrasiyanın vətəndaş qəbulu mərkəzinə zəng etmiş, ona qəbulun xx.xx.2023-cü il tarixdə keçiriləcəyi, qəbula yazılmaq üçün son müddətin xx.xx.2023-cü il tarixdə bitdiyi bildirilmiş, o isə elə xx.xx.2023cü il tarixdə gedib qəbula yazılmağı planlaşdırmışdır. xx.xx.2023-cü il tarixdə gecə narahat yatdığından saat 14:40-da yuxudan oyanmış, saat 15:45-də evdən tək çıxmış, blokdan çıxıb həyətdə, binanın sol baş tərəfində olan zibil qutusuna evdən götürdüyü zibilləri tullayıb, binanın 1-ci blokunun qarşısına gələrək yolun kənarından təxminən 5 metr məsafədə dayanmış, mobil telefonunda olan “Bolt” tətbiqi vasitəsilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının vətəndaş qəbulu mərkəzinə getmək üçün taksi sifariş etmiş, bu zaman əvvəllər tanımadığı bir şəxs (bundan sonra şərti olaraq «1-ci şəxs») sol tərəfdən ona yaxınlaşaraq 3-4 addım kənarda dayanmış, ona şübhəli nəzərlə baxmağa başlamışdır. O, bir-iki addım uzaqlaşmağa çalışan zaman həmin şəxs də onunla eyni istiqamətdə paralel hərəkət etməyə başlamış, bu zaman sağ tərəfindən yolun aşağı hissəsindən başqa bir nəfər şəxsin (bundan sonra şərti olaraq «2-ci şəxs») qaçaraq ona doğru gəldiyini görmüş, həmin şəxs son bir həftə ərzində **-XY-*** dövlət qeydiyyat nişanlı və digər avtomobillərdə bir neçə dəfə məhlədə gördüyü şəxslərdən biri olmuşdur. Onların onu qanunsuz olaraq həbs edəcəklərini başa düşüb ailə üzvlərinin də həbsindən məlumatlı ola bilməsi üçün qaçaraq binanın 1-ci bloku istiqamətində getmiş, həmin vaxt başqa bir şəxsin də (bundan sonra şərti olaraq «3-cü şəxs») ona tərəf qaçdığını görmüşdür. Pilləkənlərdən aşağı düşərkən sonuncunun ardınca qaçan 3 nəfər şəxs tez ona çatıb özlərini təqdim etmədən, hansı səbəbdən ona yaxınlaşdıqlarını izah etmədən tutmağa çalışmışlar. O, qanunsuz həbs olunmamağı üçün pilləkənin kənarından tutmuş, eləcə də ailə üzvlərinin xəbərlərinin olması üçün yüksək səslə qışqırmışdır, həmin vaxt «1ci şəxs» qollarını pilləkənin məhəccərindən dartıb ayırmağa çalışmış, həm də sağ qolunun bazu nahiyəsinə yumruq zərbələri ilə vurmuşdur. «2-ci şəxs» isə təpik zərbələri ilə belinin müxtəlif nahiyələrinə, əsasən isə sol nahiyəsinə möhkəm zərbələrlə vururmuş, «3-cü şəxs» ayaqlarından tutub dartmış, həm də təpik zərbələri ilə ayaqlarının müxtəlif nahiyələrinə vurmuşdur. Həmin vaxt həyat yoldaşı qışqırıq səsini eşidib adını çağırmış, onun səsini eşidən mülki geyimli şəxslər ona qarşı zorakılığı artırıb daha da şiddətlə vurmağa başlamışlar. «1-ci şəxs» həssas yerindən tutub möhkəm sıxmış, ağrının təsirindən qolları boşalmış və sonra onlar onu pilləkənin məhəccərindən uzaqlaşdırmışlar. Onlardan ikisi biri başından, digəri ayağından tutmaqla onu sürüyərək, yuxarı qaldıraraq **-XY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə tərəf aparmışlar. Həmin şəxslərdən biri avtomobilin qapısını açmış, digər ikisi isə onu təpik zərbələri ilə vura-vura zorla avtomobilin arxa oturacağına uzatmışlar. Onlardan «1-ci şəxs» arxa oturacaqda onun sol tərəfində, «3-cü şəxs» isə sağ tərəfində əyləşmiş, «2-ci şəxs» isə sükan arxasına keçib avtomobili hərəkətə gətirmişdir. Avtomobilə mindirildiyi vaxtdan isə qollarına qandal vurulmuşdur. Həmin ərazidən bir qədər uzaqlaşdıqdan sonra avtomobili idarə edən şəxs arxaya çevrilib onun üzünə, başına 3-4 yumruq, şillə zərbəsi vurmuşdur. Onlar Yasamal RPİ-nin 28-ci PŞ istiqamətində getmiş, lakin PŞ-nin yerləşdiyi məhləyə tərəf dönməmişlər. Sürücü hərəkəti davam etdirib A.M.Şərifzadə küçəsinə çıxmış, «Asan Xidmət» mərkəzinin qarşısından sola dönərək keçmiş Musabəyov parkının yanından sağa yönəlmişdir. Bundan sonra onun sağ tərəfində əyləşmiş şəxs 28-PŞ-yə gedəcəklərini bildirdiyindən sürücü avtomobili şöbənin inzibati binasının həyətinə sürmüşdür. Orada avtomobildən düşdükdən sonra sürücü, onun sağ tərəfində əyləşmiş şəxs onunla birlikdə PŞ-nin növbətçi hissəsinə yaxınlaşmışlar. Onlar özlərini Bakı şəhər BPİ-nin əməliyyatçıları kimi təqdim edib «Anar müəllim»ə məlumat verilməsini istəmişlər. Bir neçə dəqiqə sonra 28-ci PŞ-nin rəis müavini olan, soyadını bilmədiyi Anar müəllim onlara yaxınlaşmış, birlikdə təhqiqatçı Şahid4 xidməti kabinetinə getmişlər. Bakı şəhər BPİ-nin əməliyyatçıları onu orada 28-ci PŞ-nin rəis müavininə təhvil vermiş və Anar müəllim onunla ümumi məzmunlu söhbət etdikdən sonra onlara onun narkotik vasitə ilə sənədləşdirilməsi barədə göstəriş vermiş, o, göstərişin yuxarı səviyyədə verildiyini bildirmişdir. Sonuncu hətta bununla əlaqədar ona nümunələr göstərmiş, ondan cüssəli şəxslər heç nəyi imzalamayacaqlarını desələr də maksimum 30 dəqiqə işgəncədən sonra həmin şəxslərin bütün sənədləri imzaladıqlarını bildirmişdir. Çox təkid etdiyindən yekun olaraq Anar müəllim dövlət hesabına təmin olunacaq vəkilin iştirakı ilə üzərinə baxış keçiriləcəyinin qarşısını ala bilməyəcəyəni bildirmişdir. Anar müəllim «biz sənin cibinə narkotiki qoyacağıq, sən baxış zamanı cibindən çıxaranda narkotik mənim deyildir deyərsən» bildirmişdir. O, məcbur qalaraq yenidən işgəncə görməmək üçün onun təklifi ilə razılaşmış, ona dövlət hesabına təyin edilmiş vəkil Nofəl oraya gəlib vəkil orderi təqdim etmiş, o, Nofələ də müqavilə bağladığı vəkilinin olduğunu bildirərək öz vəkilinə məlumat verməyi ondan xahiş etmiş, lakin sonuncu bundan imtina etmişdir. Bir qədər sonra təhqiqatçı Şahid4 başqa otağa çağırmışdır. O, otaqdan çıxdıqdan bir neçə dəqiqə sonra mülki geyimli, əməliyyatçı olduğunu bildirən şəxs kabinetə daxil olub Şahid4 kreslosunda əyləşmiş, sağ tərəfdəki şkafa nə isə qoymuş, onun davranışından, şkafa həmin əşyanı gizli qoymağa çalışmasından həmin əşyanın onun üzərinə yerləşdirəcəkləri narkotik olduğunu başa düşmüşdür. Təhqiqatçı otağa qayıtdıqda həmin əməliyyatçı şkafın rəfini göstərib oraya «əmanət» qoyduğunu ehtiyatla ona bildirmiş və bundan bir qədər sonra onlar başqa təhqiqatçının xidməti otağına getmişlər. Həmin otağa keçdikdən sonra Şahid4 öz otağına qayıdıb onun şəxsi əşyalarını gətirib özünə vermiş, eləcə də sol əlində tutduğu bir ədəd bükümü əynindəki cins şalvarın ön sağ kiçik cibinə qoymuşdur, asta səslə «çəkilişi bir dəfə aparacağıq, elə etmə ki, çəkilişi dayandırıb səninlə başqa cür - Anar müəllim deyən formada danışaq» deyərək çəkiliş zamanı həmin bükümün onun tərəfindən qoyulduğunu bildirməməyinə işarə etmişdir. Bundan sonra əməliyyatçıları da otağa dəvət etmiş, həmin vaxt sənədləşdirmədə 2 əməliyyatçının iştirak edəcəyini, guya onu həmin şəxslərin tutduqlarını bildirmiş, faktiki olaraq isə əməliyyatçılardan biri orada iştirak etmiş (1-ci şəxs), digəri isə tutulduğu yerdə olmamış, onlar PŞ-nin inzibati binasına daxil olduqdan sonra onu görmüşlər. Bundan sonra mobil telefonla video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə aparılmışdır. O, bu proses zamanı üzərindəki şəxsi əşyaları, eləcə də təhqiqatçının əvvəlcədən cibinə qoyduğu bükümü çıxarıb təqdim etmiş, tutulduğu zaman ona qarşı zorakılıq törədildiyini, digər faktları bildirmişdir. Faktiki olaraq həmin bükümün təhqiqatçı Şahid4 tərəfindən cibinə qoyulduğunu görsə də video çəkiliş zamanı həmin büküm tutularkən, yaxud PŞ-yə gətirildikdən sonra polis əməkdaşları tərəfindən onun cibinə qoyulduğunu, amma konkret kimin tərəfindən qoyulduğunu bilmədiyini demiş, əgər bükümün təhqiqatçı tərəfindən yerləşdirildiyini bildirsə sonuncu tərəfindən videoçəkilişin dayandırılacağını, işgəncəyə məruz qalacağını, eyni prosesin davam edəcəyini başa düşdüyündən həmin hissəni təhrif etmişdir. Şəxsi axtarış prosesi bitdikdən sonra onu Yasamal RPİ-nin MSY-yə təhvil vermişlər. Daha sonra barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bununla da, məhkəmə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verərkən, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etməklə saxlayaraq daşıma kimi qiymətləndirməsini və sonuncunun əməlinin Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmasını düzgün hesab etmir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Yasamal RPİ-nin 28-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələr əldə edərək üzərində saxlayaraq daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhər Yasamal RPİ-nin 28-ci PŞ-nin baş əməliyyat müvəkkili X9 tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar əsasında əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibi özü və R.K.Bəkirovdan ibarət olmuşdur. xx.xx.2023-cü il tarixdə sonuncu ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsində yerləşən 10 saylı binanın qarşısına getmiş, həmin gün saat 16:00-da qeyd olunan küçədə sonuncuya yaxınlaşıb özlərini təqdim edərək 28-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmiş, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə edərək üzərində saxlayaraq daşıması barədə məlumatlı olduqlarını bildirərək onu 28-ci PŞ-nə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs ilk öncə onlardan yayınmağa çalışsa da daha sonra onlarla birlikdə 28-ci PŞ-nə getmişdir. Təqsirləndirilən şəxs artıq etiraz edə bilməmiş, onlarla birlikdə şöbəyə getməyə razılaşmış, onlar sonuncu ilə birlikdə 28-ci PŞ-nə getmişlər. Bu barədə raportla rəhbərliyə məruzə etmiş, araşdırma aparılması 28-ci PŞ-nin baş təhqiqatçısı Şahid4 tapşırılmış, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş, onun hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri 22 saylı Vəkil Bürosundan vəkil dəvət edilmiş, dəvət edilmiş vəkil Təqsirləndirilən şəxs təqdim olunmuş, ona hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bu barədə qərar ona və müdafiəçisinə təqdim edilmiş, bundan sonra şəxsi axtarışın keçirilməsi üçün vəkilin, onların iştirakları ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. İlk öncə şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bundan sonra sonuncu könüllü olaraq əynində olan qəhvəyi rəngli gödəkçənin sol ön cibindən özünə məxsus ümumvətəndaşlıq pasportunu, əynində olan açıq göy rəngli cins şalvarın sol arxa cibindən salfet, Bakı Kartı, 1 ədəd mobil notariat kodu götürməsi barədə kağız, bir ədəd içərisində 2 ədəd 5 manatlıq, 1 ədəd 5 avro, 1 ədəd 200 türk lirəsi, 1 ədəd də 50 türk lirəsi pul əskinazlarını və 0,80 qəpik pul olan qara rəngli pul qabını, Təqsirləndirilən şəxs özünə məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd "xxxx" ASC tərəfindən və 1 ədəd "xxxx" ASC tərəfindən verilmiş plastik kartlar, 1 ədəd fotoşəkil, 1 ədəd “YAP” üzvlük vəsiqəsi, 1 ədəd vizitkart, bakı kartı, əynindəki açıq göy rəngli cins şalvarın sol ön cibindən bir ədəd özünə məxsus olmasa da istifadə etdiyini bildirdiyi «Redmi» markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən 1 ədəd alışqan, 1 qutu “Davidoff markalı siqaret, sol qolunda olan 1 ədəd saatı və əynində olan açıq göy rəngli şalvarın sağ yan kiçik cibindən bir ədəd şəffaf sellofan bükümü çıxardıb təqdim edərək həmin bükümün özünə məxsus olmadığını, guya üzərinə qoyulduğunu, lakin kim tərəfindən qoyulduğunu bilmədiyini bildirmişdir. Sonuncunun üzərindən aşkarlanan 1 ədəd sellofan bükümdə olan kütlə, 1 ədəd mobil telefondan başqa digər əşyalar onun özünə qaytarılmış, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümə baxdıqda həmin bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması aşkar edilmiş, sonuncunun üzərindən aşkar edilmiş büküm zərfə qoyularaq, zərfin ağzı DİN-nin zərflər üçün nəzərdə tutulmuş 167 saylı möhürü ilə möhürlənmiş və həmin zərfin üzəri və keçirilmiş şəxsi axtarış və götürmə barədə protokol bütün iştirakçılar tərəfindən imzalamışdır. Məhkəmə iclasında Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, o cümlədən üzərindən aşkar edilmiş metamfetamini satış məqsədilə əldə etməsi və ya bu maddəni satmaq məqsədilə kiminləsə sövdələşməsi barədə heç bir təsdiqedici məlumat əldə olunmamış, həmçinin Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən hər hansı fiziki və psixi təyziq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Yasamal RPİ-nin 28-ci PŞnin baş əməliyyat müvəkkili Şahid1 və həmin İdarənin təhqiqatçısı Şahid4 onlardan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadələr verərək göstərmişlər ki, həqiqətən də Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkçənin sol ön cibindən özünə məxsus ümumvətəndaşlıq pasportunu, əynində olan açıq göy rəngli cins şalvarın sol arxa cibindən salfet, Bakı Kartı, 1 ədəd mobil notariat kodu götürməsi barədə kağız, bir ədəd içərisində 2 ədəd 5 manatlıq, 1 ədəd 5 avro, 1 ədəd 200 türk lirəsi, 1 ədəd 50 türk lirəsi pul əskinazları və 0,80 qəpik pul olan qara rəngli pul qabını, Təqsirləndirilən şəxs özünə məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd "xxxx" ASC tərəfindən və 1 ədəd "xxxx" ASC tərəfindən verilmiş plastik kartlar, 1 ədəd fotoşəkil, 1 ədəd “YAP” üzvlük vəsiqəsi, 1 ədəd vizitkart, bakı kartı, əynindəki açıq göy rəngli cins şalvarın sol ön cibindən bir ədəd özünə məxsus olmasa da istifadə etdiyini bildirdiyi «Redmi» markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən 1 ədəd alışqan, 1 qutu “Davidoff markalı siqaret, sol qolunda olan 1 ədəd saatı və əynində olan açıq göy rəngli şalvarın sağ yan kiçik cibindən bir ədəd şəffaf sellofan bükümü çıxardıb təqdim edərək özünə məxsus olmadığını, guya üzərinə qoyulduğunu, lakin kim tərəfindən qoyulduğunu bilmədiyini bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara Şahid1 və Şahid4 cavab olaraq bildirmişlər ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması və ya bu maddəni satmaq məqsədilə kiminləsə sövdələşməsi barədə heç bir təsdiqedici məlumat əldə olunmamış, həmçinin Təqsirləndirilən şəxs qarşı onlar tərəfindən hər hansı fiziki və psixi təyziq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Yasamal RPİ-nin 28-ci PŞnin rəis müavini vəzifəsində çalışmış Şahid3 ifadəsində göstərmişdir ki, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələr əldə edərək üzərində saxlayaraq daşıması barədə daxil olmuş əməliyyat məlumat əsasında Yasamal RPİ-nin 28-ci PŞ-nin əməkdaşları Şahid1 və Şahid2 tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 16:00-da saxlanılaraq 28-ci PŞ-nə gətirilən Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması şöbənin baş təhqiqatçısı Şahid4 tapşırılmışdır. Həmin tarixdə təhqiqatçı tərəfindən müdafiəçinin də iştirakı ilə videoçəkiliş əsasında Təqsirləndirilən şəxs üzərinə aparılan şəxsi axtarış zamanı 01 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Lakin onun üzərindən aşkar edilmiş əşyaların dəqiq siyahısı barədə məlumatı olmamış, PŞ-nin rəis müavini kimi Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetamin aşkar olunduğu barədə sonradan məlumatlı olmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman, həmçinin ondan əvvəl və sonra ona qarşı hər hansı şəxs tərəfindən fiziki təsir edilməmişdir və sonuncunun qeyd etdikləri tamamilə yalandır. Belə ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs saxladıqları zamanı ilk öncə onlardan yayınmağa, qaçmağa çalışaraq özü-özünü vurduğunu, onlara özünə xəsarət yetirəcəyini, daha sonra onlar tərəfindən döyüldüyü ilə bağlı şikayət edərək onları tutduracağını, işdən çıxartdıracağını dediyini mənə bildirmişdirlər. Lakin polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs çətinliklə sakitləşdirilərək şöbəyə gətirilmiş və şöbəyə gətirildikdən sonra onunla görüşməmiş, sonuncunun qeyd etdiyi sözləri ona deməmişdir. Böyük ehtimal o, şöbənin rəis müavini vəzifəsində olduğunu bildiyindən barəsində həqiqətə uyğun olmayan xüsusatlar göstərmişdir. O, polis şöbəsinə gətirildikdən sonra dərhal baş təhqiqatçı Şahid4 təqdim edilmiş, araşdırma aparılmış, təhqiqatçı və ya başqa şəxs tərəfindən Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etməsi üçün hər hansı bir kütlə, eləcə də, narkotik vasitə və ya psixotrop maddə verilməmiş, sonuncunun saxlanılması, onun üzərində şəxsi axtarış və götürmə aparılması və digər proseslər qanunvericiliyin tələblərinə uyğun aparılmışdır. Məhkəmə iclasında verilmiş suallara Şahid3 cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı onun tərəfindən heç bir psixi təyziq göstərilməmişdir. Cinayət işinin İ cild 4-cü vərəqəsində olan Yasamal RPİ-nin 28-ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxanlanmasından ötrü əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin İ cild 46-cı vərəqəsində olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(004)-1299/2023 saylı qərarından görünür ki, Yasamal RPİ-nin 28-ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin İ cild 20-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cild 111-115-ci vərəqələrində olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİ cild 74-76-cı vərəqələrində olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin İİ cild 94-95-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İİ cild 141-144-cü vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İ cild 41-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6265 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №167» dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs aşkar ....” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd şəffaf rəngli selofan bükümdə təmiz çəkisi 5,920 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi- 5,920 qram, tədqiqata sərf edildi- 0,050 qram, qalıq – 5,870 qram Cinayət işinin İ cild 42-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin İ cild 229-230-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 206 saylı rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin İ cild 231-233-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 134 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur. Sonuncu hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəktlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə (xx.xx.2023-cü il tarixdə) öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, buna görə də, o, analaqlı hesab olunmalıdır. Sonuncunun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ona ittiham elan edilən zaman həmin ittihamın mahiyyətini dərk etmək iqtidarında olmuşdur. Cinayət işinin İ cild 128-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli əşyanın maddi sübut kimi tanınması və həlli barədə qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 5,870 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Yasamal RPİnin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin İİ cild 23-38-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın gedişatını özündə əks etdirən 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin İ cild 123-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cild 32-ci vərəqəsində olan şəxsi axtarış və götürmə aparılması haqqında DVD diskinə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023-cü il tarixdə Yasamal RPİ-nin 28-ci PŞ-nin inzibati binasında qeydə alınmışdır. İlk öncə bölmənin təhqiqatçısı Şahid4 özünü və digər iştirakçıları təqdim edir, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini elan edərək ona hüquq və vəzifələrinin izah edir və ona üzərində hər hansı daşınması, gəzdirilməsi qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsini təklif edir. Bundan sonra sonuncu əynində olan qəhvəyi rəngli gödəkçənin sol ön cibindən özünə məxsus ümumvətəndaşlıq pasportu, əynində olan açıq göy rəngli cins şalvarın sol arxa cibindən salfet, 02 ədəd Bakı Kart, 01 ədəd mobil notariat kodu götürməsi barədə kağız, içərisində 2 ədəd 5 manatlıq, 01 ədəd 5 avro, 01 ədəd 200 türk lirəsi və 01 ədəd 50 türk lirəsi pul əskinazları, 0,80 qəpik dəmir pul, özünə məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd Bank Respublika plastik kartı, 01 ədəd Kapital Bank plastik kartı, 01 ədəd foto şəkil, 01 ədəd YAP üzvlük vəsiqəsi, 01 ədəd vizitkart olan qara rəngli pul kisəsi, əynindəki açıq göy rəngli cins şalvarın sol ön cibində özünə məxsus olmayan lakin istifadəsində olan “Redmi” markalı mobil telefon, əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd alışqan, 01 qutu “Davidoff” markalı siqaret, sol qolunda saxladığı 01 ədəd saat, əynində olan açıq göy rəngli cins şalvarın sağ kiçik yan cibindən şəffaf rəngli bükülünü çıxarıb təqdim edərək şəffaf rəngli sellofan bükülünün ona məxsus olmadığını və onun cibinə harda qoyulması barədə məlumatı olmadığını bildirir. Bundan sonra, şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilir, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində iş üçün əhəmiyyət kəsb edən digər hər hansı bir əşya və predmet aşkar edilmir. Şübhəli şəxsin üzərindən aşkarlanan pul əskinazları, bank kartları, saat, Bakı kart, foto şəkil sonuncunun özünə geri qaytarıl və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü zərfə qoyularaq qablaşdırılır, DİN-nin zərflər üçün olan 167 saylı möhürü ilə möhürlənir və zərf bütün iştirakçılar tərəfindən imzalanır. Cinayət işinin İİİ cild 74-77-ci vərəqələrində olan Yasamal RPİ-nin xx.xx.2024-cü il tarixli, 53/2-63324 nömrəli məktubundan və “MYS-də saxlanılanların uçot kitabın”nın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Yasamal RPİ-nin MYS-də saxlanılan Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və ya psixoloji təzyiqə məruz qalması barədə sonuncunun ərizə və şikayəti daxil olmamış, onun üzərinə baxış keçirilən zaman heç bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin İİ cild 167-172-ci vərəqələrində olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-3508/2024 saylı məktubundan və tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinəsi zamanı üst dodağın sağ nahiyəsində, sol əlin ön və arxa səthində, sağ dizin ön səthində, sol topuğun bayır səthində 1-2 sm ölçüdə sıyrılmış üzəri qərtməkli yara müşahidə olunmuşdur. O, xəsarəti həbs olunmazdan əvvəl aldığını bildirmişdir. Müəssisəyə daxil olarkən və sonrakı dövrdə həbs edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfimizdən X18 Xidməti çağrılmamışdır. Cinayət işinin İİ cild 195-200-cü vərəqələrində olan Bakı Şəhər Yasamal Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması ilə bağlı araşdırma materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin İİİ cild 35-ci vərəqəsində olan Ağdam Rayon Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 083224 nömrəli vəsiqənin surətindən görünür ki, X10 müharibə veteranıdır. Bununla da, məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetmi əldə etməklə saxlayaraq daşımışdır. Amma Təqsirləndirilən şəxs metamfetamini satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Belə ki, məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən metamfetamini satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən sonuncunun metamfetamini məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin metamfetamini satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edibetməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə olunmamışdır. Məhkəmə ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı sübutları qiymətləndirərkən müvafiq qərarda, aşkar olunmuş metamfetaminin külli miqdarda olması və bir ədəd bükümdə olması Təqsirləndirilən şəxs həmin metamfetamini satış məqsədilə əldə edib saxladığına dəlalət edir” kimi əsassız qənaətə gəlmişdir. Məhkəmə ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş metamfetaminin külli miqdarda olması digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir. Digər tərəfdən, artıq qanunvericilikdə edilmiş müvafiq dəyişikliklərdən sonra Cinayət Məcəlləsinin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər”ə dair XXVİ fəslinə daxil edilmiş satış məqsədi olmadan belə əməl törədilməsi ilə bağlı yeni cinayət tərkibində məhz “külli miqdar” dispozitiv əlamət kimi müəyyənləşdirilmişdir. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş metamfetaminin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş psixotrop maddə metamfetaminin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq metamfetamini əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı dövründə ifadə vermiş şahidlər Təqsirləndirilən şəxs barəsində külli miqdarda psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olsa da onlar tərəfindən sonuncunun həmin maddələrin satışı ilə məşğul olması faktı müəyyən olunmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş metamfetamini əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Buna baxmayaraq hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən psixotrop maddə metamfetaminin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 5,920 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Sonuncunun üzərindən aşkar edilən metamfetamini qanunsuz olaraq əldə edib saxlaması şəxsi axtarış və götürmə aparılması barədə protokol, həmçinin DVD diskdə olan video görüntülər, əməliyyatı keçirmiş polis əməkdaşlarının və digər şahidlərin ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Onun həmin psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi, psixotrop maddələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan maddəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Sonuncunun metamfetamini aidiyyəti barədə məlumatı əldə etmiş və həmin maddənin aşkar edilib götürülməsi üçün müvafiq əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşları da ifadələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması, o cümlədən üzərindən aşkar edilmiş metamfetamini satış məqsədilə əldə etməsi və ya bu maddəni satmaq məqsədilə kiminləsə sövdələşməsi barədə heç bir təsdiqedici məlumat əldə olunmadığını göstərmişlər. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı psixotrop maddə metamfetaminin külli miqdarda olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetaminin yalnız bir bükümdə və külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X15rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin ona heç bir aidiyyatının olmamasına, həmin maddənin təhqiqatçı tərəfindən onun üstünə qoyulmasına, polis əməkdaşları tərəfindən ona qarşı psixi və fiziki təzyiq göstərilməsinə dair ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Məhkəmə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarışı özündə əks etdirən DVD diskdə olan videogörüntüləri, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materiallarını tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi və psixotrop maddənin üzərində olmaması barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında baxış keçirilmiş şəxsi axtarış gedişatını əks etdirən DVD diskdə olan videogörüntülərdə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ kiçik yan cibindən şəffaf rəngli bükümü çıxarıb təqdim edir (İ cild i/v 32). Məhkəmə həmçinin qeyd etmək istəyir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində məhkəməyədək istintaq dövründə polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkət və fiziki təzyiq göstərilməsini bildirsə də Yasamal RPİ-nin xx.xx.2024-cü il tarixli, 53/2-63324 nömrəli məktubundan və “MYS-də saxlanılanların uçot kitabı”nın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Yasamal RPİ-nin MYS-də saxlanılan Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və ya psixi təzyiqə məruz qalması barədə sonuncunun ərizəsi və şikayəti daxil olmamış, onun üzərinə baxış keçirilən zaman heç bir xəsarət aşkar edilməmişdir (İİİ cild i/v 74-77). Bundan başqa Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-3508/2024 saylı məktubundan və tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinəsi zamanı üst dodağın sağ nahiyəsində, sol əlin ön və arxa səthində, sağ dizin ön səthində, sol topuğun bayır səthində 1-2 sm ölçüdə sıyrılmış üzəri qərtməkli yara müşahidə olunmuş, sonuncunun üzərində xəsarətlər aşkarlansada o, xəsarətləri həbs olunmazdan əvvəl aldığını bildirmişdir. Müəssisəyə daxil olarkən və sonrakı dövrdə həbs edilmiş şəxs Təqsirləndirilən şəxs tərəflərindən X18 Xidməti çağrılmamışdır (İİ cild i/v 167-172). Həmçinin Bakı Şəhər Yasamal Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması ilə bağlı araşdırma materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir (İİ cild i/v 195-200). Bununla da, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs anası Ş.Təqsirləndirilən şəxsanın müharibə veteranı olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, yəni Təqsirləndirilən şəxs anası Ş.Təqsirləndirilən şəxsanın müharibə veteranı olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 206 saylı saylı rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild i/v 229-230). Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın gedişatını özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə digər maddi sübut Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 5,870 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 04 dekabr 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 5,870 qram qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-1651/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1651/2024
12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver