Məhkəmə qərarları › İş №1(101)-1651/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1651/2025

16.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1651/2025 16.03.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri X8 (sədrlik edən), X7 və İmanova Nigar Arzu qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynov Elvin Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 və “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001 -ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Cəlilabad rayonu. Cəngan kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı istintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq niyyətilə qəsdən sağlamlığa insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. İşin faktiki halları:

2. Təqsirləndirilən şəxs 6 may 2025-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri "20 Yanvar" dairəsi adlanan ərazidən Xırdalan şəhərinə getmək üçün taksi kimi fəaliyyət göstərən Şahid1 idarə etdiyi “Hyundai Elantra" markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına sərnişin qismində əyləşərək avtomobilin üzü Xırdalan şəhərinə hərəkətdə olan vaxt onunla birlikdə avtomobilin arxa oturacağında əyləşmiş Dünyamalı ye v Vüqar Rasim oğlunun ayağı ilə onun ayaq nahiyəsinə toxunmasını bəhanə edib ona irad bildirərək mübahisə etməyə başlamış və mübahisənin daha da böyüdüyünü görən taksi sürücüsü Şahid1 avtomobili Bakı şəhəri, Biııəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hisəssinin qarşısında saxladıqdan sonra avtomobildən özü enərək Zərərçəkmiş şəxs də avtomobildən enməsini tələb edib ətrafda piyada hərəkət edən şəxslərin gözləri önündə özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün sonuncunun sifət nahiyəsindən bir sillə zərbəsi vurmuş və daha sonra üzərinə hücum edərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı qatlanan soyuq silah hesab edilməyən cib bıçağını silah qismində istifadə edərək Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə zərbə vurub ona böyük piyliyin zədələnməsi ilə müşayiət olunan qarının sağyan səthinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə zərərçəkmiş şəxs X1 qəsdən sağlamlığına ağır zərər vurmuşdur.

Təqsirləndirilən şəxsin təqsirli olmasına dəlalət edən və məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

3. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, hadisə 6 may 2025-ci il tarixində olmuş, o, Xırdalan şəhərinə getmək üçün taksiyə minmiş, sonra Təqsirləndirilən şəxs də həmin taksiyə minmiş, taksidə olarkən Əhməd onun üzərinə yıxılmış, o isə bununla bağlı Əhmədə irad bildirmiş, daha sonra aralarında mübahisə yaranmış, sonra Əhməd FHN-nin idarəsinin qabağında taksini saxlatdırmış, Əhməd özü maşından düşdükdən sonra ondan da maşından düşməyini istəmiş, o isə maşında qadın olduğu üçün maşından düşmüş, həmin qadın qabaq oturacaqda oturmuş, taksidən düşdükdən sonra Əhməd onu şillə ilə vurmuş, sonra Əhmədlə dalaşmağa başlamışlar, daha sonra da Əhmədin onu bıçaqla vurduğunu görmüşdür. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs taksinin arxa oturacağında orta hissədə oturduğunu, Əhməd adlı şəxsin isə kənarda oturduğunu, Əhmədin onu ayağı ilə ayağına vurduğunu və onun olduğu tərəfə yıxıldığını, Əhmədin həmin vaxt telefonla oynadığını, yuxulu olmadığını, özünün Əhmədə onu ayağıyla vurmamağı ilə bağlı irad bildirdiyini, Əhmədlə olan mübahisəni maşında olan digər sərnişinlərin də eşitdiyini, maşını Əhmədin saxlatdırdığını, özünün maşından düşmək istəmədiyini, lakin maşındakı xanımdan utandığına görə, maşından düşdüyünü, maşından endikdən sonra Əhmədin onu şillə ilə vurduğunu, arxaya yıxılarkən Əhmədin boyun nahiyəsindən tutduğunu və Əhmədin onun üzərinə yıxıldığını, sonra ətrafa insanların yığışdığını, polis əməkdaşlarının gəldiyini, sonra Əhmədin onu bıçaqla vurduğunu gördüyünü, yerdə bıçağın olduğunu, Əhmədin onu yerdə vurduğunu, davanın 5-10 dəqiqə olduğunu, Əhmədlə onu polis əməkdaşlarının ayırdığını, dava zamanı Əhmədin üzünün onun dirsək nahiyəsinə dəydiyini, taksiyə 20 Yanvar dairəsi adlanan yerdə mindiyini, Əhməd taksiyə minərkən özünün artıq taksidə olduğunu, 6 may 2025-ci il tarixdə hazırda olduğundan təxmini 10 kq daha kök olduğunu, Əhməddən kök olduğu üçün arxa oturacaqda orta hissədə otura bilmədiyini, onlar maşından düşərkən maşında olan digər şəxslərin maşından düşmədiyini, onların dava etməyini yoldan keçən insanların gördüyünü, hadisənin saat 21-23 radələrində olduğunu, 2018-ci ildə Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə şərləndiyini, lakin bəraət aldığını, hazırda barəsində cinayət təqibinin olmadığını, heç vaxt narkotik vasitə istifadə etmədiyini, Əhmədin bıçağı sol əlində tutduğunu, Əhmədin onu qarın nahiyəsindən bıçaqla vurduğunu, 9 gün xəstəxanada qaldığını, 7 may tarixində xəstəxanada dindirildiyini, polis idarəsində dindirilmədiyini, sənədləri uzanmış vəziyyətdə imzaladığını, 7 may tarixində xəstəxanada olduğunu, Naxçıvan MRda yaşadığını, hadisədən 15-20 gün əvvəl Bakı şəhərinə gəldiyini, taksi fəaliyyəti ilə məşğul olmaq istədiyini, “AAAF" yaşayış kompleksində gündəlik kirayədə qaldığını, Əhmədin əlində əlcək olub-olmamasını xatırlamadığını, gecə olduğu üçün və yağış yağdığı üçün bıçağın üzərində qan görmədiyini, taksidən düşdükdən sonra taksinin getdiyini, Əhmədin şilləni hansı əli ilə vurmasının yadında olmadığını, şillənin sol üzünə dəydiyini, 1 dəfə əməliyyat olunduğunu, bıçaqlandığı gün əməliyyat olunduğunu, lakin neçə saat sonra əməliyyat olunduğumu bilmədiyini, əvvəllər “Facebook” sosial şəbəkəsindən istifadə etdiyini, Şahid3 tanımadığını, özünün yalan ifadə vermdəyini, Təqsirləndirilən şəxs hadisədən öncə tanımadığını və ondan şikayətçi olduğunu bildirmişdir.

4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, O Təqsirləndirilən şəxs tanımamış, 2025-ci ilin may ayında işdən çıxıb evə qayıdarkən görmüş ki, Fövqəladə Hallar Nazirliyinin idarəsinin yanında 10-15 nəfər adam olmuş, post-patrul maşını da olmuş, nəsə mübahisə olmuşdur. O dayanmamış, evə getmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid orada polis əməkdaşlarını və insanları gördüyünü, orada kiminsə kimisə döyməsinin, bıçaqla vurmasının və ya kiminsə yerə uzanmasının şahidi olmadığını, kiminsə “məni bıçaqladılar” deməsini eşitmədiyini, həmin vaxt qaranlıq olduğunu, post-patrul maşınının işıqlarının yandığını, Təqsirləndirilən şəxs tanımadığını, sonradan sosial şəbəkədə gördüyünü, ibtidai istintaq zamanı hazırda nə ifadə veribsə, elə də ifadə verdiyini, müstəntiqin onu hədələmədiyini, müstəntiqin “necə olubsa, elə danış” dediyini, özünün danışdığını, müstəntiqin yazdığını və qol çəkdiyini bildirdi. Orta təhsilli olduğunu, ifadəsinin az hissəsini oxuduğunu, müstəntiqin “nə demisənsə o, yazılıb” dediyini, yaşadığı ərazinin sahə müvəkkilinin “hadisəyə şahidlik elə” dediyini, sahə müvəkkilinin də hadisə vaxtı orada olduğunu, onu tanıdığını, hadisə vaxtı yerə uzanmış şəxs görmədiyini, hadisə vaxtı qan görmədiyini, hadisə vaxtı Əhmədi görmədiyini bildirmişdir. İmzanın ona məxsus olduğunu, lakin İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmədiyini söyləmişdir. “Qan axır”, “Bıçaq, bıçaq burdadır”, ”Məni niyə bıçaqladın” sözlərini eşitmədiyini, Biləcəri Lokomativ deposunda çilingər işlədiyini, heç kimi hədələmədiyini, hadisə vaxtı orada 3-4 dəqiqə dayandığını bildirmişdir.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Hadisə 5-6 ay bundan əvvəl ekipaj yoldaşı Şahid5la birlikdə 6-cı Polis Şöbəsinin ərazisində xidmətdə olarkən, Biləcəri qəsəbəsində yerləşən FHN-nin hospitalının yaxınlığında baş vermiş, iki nəfər şəxsin dalaşdığını görmüş, post patrul maşınını saxlayıb onlara yaxınlaşmış, həmin şəxslərdən biri iricüssəli, digəri isə nisbətən arıq olmuş, həmin şəxslər yerə uzanmış, iricüssəli şəxs altda arıq olan şəxs isə onun üzərində olmuş, onlara çatanda altda olan şəxs qışqırmış ki, “məni bıçaqladı, bıçaqladı”. Onları ayırdıqda altda olan şəxsin xəsarət aldığını, digər şəxsin isə əlindən nəsə yerə atdığını görmüş, sonradan hadisə yerinə baxdıqda arıq olan şəxsin yerə atdığı əşyanın bıçaq olduğunu görmüşdür. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid saat 20:00-dan səhər 08:00-dək xidmətdə olduğunu, hadisənin saat 22-23 radələrində baş verdiyini, hadisə baş verən vaxt havanın qaraldığını, hadisə baş verən yer xidməti ərəzilərinin olduğunu, həm də 1-2 nəfər adamın toplaşdığını, bıçaqlanma hadisəsini görmədiyini, onları ayırdıqdan sonra yerdə olan şəxsin “məni bıçaqladı” deyə qışqırdığını, digər şəxin əlindən nəsə yerə atdığını, gedib baxanda yerə atdığının bıçaq olduğunu bildirmişdir. Hadisə yerində 3-4 nəfər şəxsin olduğunu, xidmət etdikləri ərazinin uzunluğunun 6-8 km olduğunu, hər iki şəxsin yerə uzanmış vəziyyətdə olduğunu, onları ayırdıqlarını, altda olan şəxsin “məni bıçaqladı, bıçaqladı” deyə qışqırdığını, digər şəxsin əlində olan əşyanı yerə tulladığını, bu zaman səs eşitdiyini, sonra yerə atdığının bıçaq olduğunu gördüyünü, dəmirin yerə düşməsi səsini eşitdiyini söyləmişdir. Hadisə barədə onlara məlumatın verilmədiyini, xidməti ərazini gəzərkən təsadüfən hadisəni gördüklərini, iki nəfər olduqlarını, bıçağı götürmədiklərini, əməliyyat qrupunu çağırdıqlarını, sonra hadisə yerini lent vasitəsi ilə əhatəyə aldıqlarını, sonra X13 gəldiyini və zərərçəkmiş şəxsi apardığını, digər şəxsi maşına əyləşdirdiklərini, təqsirləndirilən şəxsə heç bir fiziki və ya psixi təsir göstərmədiklərini, Geyim formasında boğazlığın olduğunu, hadisənin 5-6 ay əvvəl baş vediyini, boğazlığın həm qış, həm də yay geyim formasında olduğunu bildirmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Məmmədov X4 RPİ-nin PPX-də işləmiş, axşam saat 20:00-dan səhər 09:00-dək Biləcəri qəsəbəsi ərazisində gecə növbəsində xidmət etmiş, Biləcəri dairəsindən Bakı-Sumqayıt şosesi istiqamətində köməkçi yolda hərəkətdə olan zaman FHNnin idarəsinin qarşısında iki nəfər şəxsin yerə uzandığını görmüş, post patrul maşını saxladıqda, təqsirləndirilən şəxs ayağa qalxmış, digər şəxs isə yerdə uzanmış, təqsirləndirilən şəxsə yaxınlaşmış, ekipaj yoldaşı Bərşad isə digər şəxsə yaxınlaşmış, onlar yaxınlaşan zaman yerdə olan şəxs bıçaqlandığını bildirmiş, sonra X13 və əməliyyat qrupunu çağırmışlar. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid, hadisənin saat 21-23 radələrində olduğunu, hadisə baş verən zaman havanın qaraldığını, Bakı- Sumqayıt şosesi istiqamətində köməkçi yolda hərəkətdə olan zaman FHN-nin idarəsinin qarşısında iki nəfər şəxsin yerə uzandığını gördüklərini, hadisəni özlərinin gördüklərini, yerdə uzanan şəxsin bıçaqlandığını görmədiklərini, həmin şəxsin özünün bıçaqlandığını bildirdiyini, bıçaöğın yerdə olduğunu, yerdə uzanan şəxsin üzərində qanın olduğunu, bıçağın da yanında olduğunu bildirmişdir. Post patrul maşını sürdüyünü, post patrul maşını saxlayanda təqsirləndirilən şəxsin ayağa qalxdığını, təqsirləndirilən şəxsin əlində hər hansı əşya görmədiyini, yerdə bıçaq olduğunu, hava qaranlıq olduğuna görə bıçağın rəngini seçə bilmədiyini, X13 və əməliyyat qrupunu çağırdıqlarını, əməliyyat qrupu gəldikdən sonra təqsirləndirilən şəxsi idarəyə apardıqlarını, Biləcəri dairəsindən sağa döndükdə 600-700 metr irəlidə küçədə X13 Məntəqəsinin yerləşdiyini, çağırdıqdan 10 dəqiqə sonra X13 gəldiyini, hadisə yerinə gedəndə orada X13 maşınının olmadığını, X13ı kimin çağırdığını bilmədiyni bildirmişdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımamış, 6 may 2025-ci il tarixində Xırdalan şəhərinə getmək istəmiş, metronun çıxışında taksi adam çağırmış, hava da yağışlı olmuş, o taksidə gözləmiş, taksi sürücüsü ondan başqa bir nəfər də götürmüş, 2 nəfər gözmişlər, sonra təqsirləndirilən şəxs və başqa bir nəfər gəlib taksiyə oturmuş, o arxa oturacaqda sol tərəfdə oturmuş, təqsirləndirilən şəxslə digər şəxs arasında yer üstündə mübahisə olmuş, sonra taksi sürücüsü maşını saxlamış, mübahisə edən şəxsləri düşürtmüş və digərləri yola davam etmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid, Əhmədin yanında oturan şəxsin ona ayağını çəkməsini bildirdiyini, arxa oturacaqda Əhmədin sağ tərəfdə, özünün sol tərəfdə, digər şəxsin ortada oturduğunu, qabaq oturacaqda isə bir xanımın oturduğunu, sürücüyə maşını saxlamağı Əhmədin bildirdiyini, Əhmədin maşından düşdüyünü, sonra digər şəxsi maşından çəkib düşürtdüyünü, taksinin də sürüb getdiyini, sürücü maşını kənara çəkib saxladıqda, orada çox sayda insan görmədiyini, taksi Xırdalan şəhəri istiqamətinə gedəndə ikinci köməkçi yola çıxdığını, Əhməd maşından düşən kimi digər şəxsə “düş mən səni başa salacam” deyə bildirdiyini, əvvəllər “AAAF Park”-da kirayədə qaldığı üçün Xırdalan şəhərinə getdiyini, hərbi qulluqçu olduğunu, hazırda ehtiyatda olan zabit və 2-ci qrup əlil olduğunu, dövlət tərəfindən ev verilənə qədər kirayədə yaşadıqlarını bildirmişdir. Əvvəlcə taksiyə onun yaxınlaşdığını, lakin siqaret çəkdiyi üçün taksiyə oturmadığını, sürücünün adam yığmağını gözlədiyini, sonra bir xanımın da maşına oturduğunu, sonra zərərçəkmiş şəxs, sonra isə Əhmədin oturduğunu, Əhmədin arxa oturacaqda sağ tərəfdə oturduğunu, ortada oturan şəxsin Əhmədə, “biraz sıxlaş, mən də rahat oturum” deyə bildirdiyini, Əhməd və digər şəxsin düşdükləri ərazidə heç kimin olmadığını, polis maşını və X13 maşınını görmədiklərini, zərərçəkmiş şəxsi tanımadığını, Əhmədin maşını saxlatdırdığını, sonra zərərçəkmiş şəxsi dartıb maşından çıxartdığını, hazırda Facebook sosial şəbəkəsindən istifadə etmədiyini, lakin əvvəllər istifadə etdiyini, 4 ildir ki, Facebook sosial şəbəkəsindən istifadə etmədiyini, “AAAF Park”-da 42 gün kirayədə qaldığını, əvvəllər Naxçıvan MR-da yaşamadığını, Bakı şəhərində yaşadığını bildirmişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımamış, taksi fəaliyyəti ilə məşğul olmuş, 20 Yanvar dairəsindən Xırdalan şəhərinə “manatlıq” sərnişindaşıma ilə məşğul olmuş, 2025ci ilin may ayında 20 Yanvar dairəsindən Xırdalan şəhərinə getmiş, qabaq oturacaqda bir nəfər xanım, arxa oturacaqda üç nəfər kişi oturmuş, sonradan məlum olmuş ki, arxa oturacaqda sağ tərəfdə Təqsirləndirilən şəxs, ortada başqa bir şəxs, sol tərəfdə isə Vüqar adlı şəxs oturmuşdur, Əhmədlə Vüqar arasında mübahisə yaranmış, Əhməd maşını saxlamağını bildirmiş, FHN-nin idarəsinin qabağında maşını saxlamış, Əhməd maşından düşmüş, Vüqara maşından düşməməsini bildirmiş, lakin Vüqar da maşından düşmüş, bundan sonra o maşını sürüb getmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid, Təqsirləndirilən şəxs üzünü xatırlamadığını, onu Binəqədi RPİ-nə çağırıb izahat aldıqlarını, Əhməd və Vüqarın adını orada bildiyini, arxa oturacaqda ortada iricüssəli bir nəfərin oturduğunu, həmin şəxslə Əhməd arasında mübahisənin olduğunu, Əhməd arxa oturacaqda sağ tərəfdə oturduğunu, mübahisəni sağ tərəfdə oturan şəxsin yəni, Əhmədin başlatdığını, yer dar olduğuna görə iricüssəli adamla Əhməd arasında mübahisə olduğunu, maşını saxlamağını Əhməd tələb etdiyini, sərnişinləri Xırdalan şəhərinə aparmalı olduğunu, FHN-nin idarəsinin qabağında maşını saxladığını, “Sür problem olmayacaq” sözünü kimin deməsini xatırlamadığını, bıçaqlama hadisəsinin şahidi olmadığını, Təqsirləndirilən şəxs ictimai fəal olmasını bilmədiyini, 1-2 ildir ki, taksi fəaliyyəti ilə məşğul olduğunu, Binəqədi RPİ-də arxada oturan 3-cü şəxsin adını demədiklərini, ancaq Əhməd və Vüqarın adını dediklərini, Binəqədi RPİ-də oturan şəxsin adını demədiklərini, arxa oturacaqda sağ və sol tərəfdə oturan şəxslərin mübahisə etdiklərini, ibtidai istintaq zamanı verdiyi ifadəni oxumadığını, ibtidai istintaq zamanı verdiyi ifadə ilə indiki ifadənin eyni olduğunu, hadisənin səhərisi gün onu Binəqədi RPİ-nə çağırdıqlarını, ibtidai istintaq zamanı heç bir təzyiqin olmadığını, replika sözünün mənasını bilmədiyini, sərnişinlərin maşına minmə ardıcıllığını xatırlamadığını, polis idarəsində Vüqar və Əhmədin şəkillərinin ona göstərilmədiyini, polis idarəsində ona sağda oturanın Əhməd, ortada oturanın Vüqar olduğunu dediklərini, ibtidai istintaq zamanı sağda oturan şəxslə ortada oturan şəxs arasında mübahisə olduğunu dediyini, həmin şəxslərin adlarını bilmədiyini bildimişdir.

9. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 06 may 2025-ci il tarixli protokoldan görünür ki, , 06 may 2025-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsində yerləşən AR FHN-iıı Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissənin qarşısında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs alət kimi istifadə etdiyi 01 ədəd bıçaq müəyyən olunaraq götürülmüşdür. (cild 01; i.v.6-14).

10. "Əşyaya baxış keçirilməsi haqqında" 7 may 2025-ci il tarixli protokoldan görünür ki, bir ədəd bıçaq qatlanan tiplidir, dəstək və tiyədən ibarətdir. Ümumi uzunluğu 180 mm-dir. Bıçağın tiyəsi bozumtul gümüşü rəngli yastı metal lövhədən ibarətdir. Tiyənin bir tərəfi kəsici və bir tərəfi kütdür. Tiyənin ucu itidir. Tiyənin sol səthinin əsasına küp kənarına yaxın "OPİNEL İNOX" sözləri həkk olunmuşdur. Tiyənin uzunluğu 80 mm, eni 15 ııım və qalınlığı 1 mm-dir. Bıçağın dəstəyi qəhvəyi rəngli taxta materialdan ibarətdir. Dəstəyin sol səthinin üzərində "Opinel" sözləri həkk olunmuşdur. Dəstəyin uzunluğu 85 mm, eni 15 mm-dir. Baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, 6 may 2025-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov küçəsində həmin bıçaqla Təqsirləndirilən şəxs onu qəsdən vurub xəsarət yetirmişdir. Baxış başa çatdıqdan sonra bıçaq qablaşdırılaraq möhürlənmişdir (cild 01; i.v.86).

11. "Təqdim etmə və götürmə haqqında" 08 may 2025-ci il tarixli protokoldan görünür ki, "X10"PHŞ-də tibb bacısı işləyən X5 ********* saylı cinayət işi üzrə qəbul edilmiş paltarların götürülməsi haqqında qərarın icrası ilə əlaqədar "Klinik-Tibbi Mərkəz" PHŞ-də olan Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan 01 ədəd köynək və 01 ədəd maykanı təqdim etdiyindən, tərəfimdən götürülmüşdür (cild 01; i.v.130).

12. "Paltarlara baxış keçirilməsi haqqında" 08 may 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən 06 may 2025-ci il tarixdə baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan və "X14" PHŞ-dən götürülmüş 01 ədəd köynək və 01 ədəd maykadır. Köynək boz rəngdədir, qısaqoldur, öndən boylama və köndələn tam kəsilmişdir, boyun hissədə daxildə "Milano" və digər yazılar var. Köynəyin ön hissəsində sağda aşağıda 01 ədəd deşilmiş kəsilmiş zədə aşkar edilir. Mayka boz rəngdədir, qolsuzdur, öndən boylama və köndələn tam kəsilmişdir, boyun hissəsinə daxildə "Baytaş" və digər yazılar var. Maykanın ön hissəsində sağda aşağıda 01 ədəd deşilmiş-kəsilmiş zədə aşkar olunur. Köynək və maykanın ön hissəsində sağda aşağıda qana oxşar ləkələr müəyyən olunur (cild 01; i.v.131-135).

13. Məhkəmə-tibbi kriminalistik ekspertizasının 23 iyun 2025-ci il tarixli, 183/2025- MTKŞ nömrəli rəyindən görünür ki. ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək və maykanın ön hissəsində sağda aşağıda 01 ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin tiyəsinin təsirindən əmələ gələ bilərdi, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya eyni konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən törənməsi inkar olunmur. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı qatlanan cib bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir. (cild 01; i.v.174-179).

14. Məhkəmə-tibbi bioloji ekspertizasının 23 iyun 2025-ci il tarixli. 284/2025-TBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu A/il/dir.(sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus mayka, kofta, çubuqlu pambıq tampon üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız "A" antigeni alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri A beta (İİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Bıçaqda qana şübhəli ləkələr aşkar olunmadı (cild 01; i.v.180-185).

15. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 30 iyun 2025ci il tarixli, 2067 nömrəli rəyindən görünür ki, məhkəmə-psixiatrik üzrə yekun hissə: cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizasının qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: -Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müşahidə olunmur. -Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müşahidə olunmur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyinidərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. -Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21- ci və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmə-psixoloji üzrə yekun hissə: cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qovulmuş suallar aşağıdakı kimi cavablandılır: -Təqsirləndirilən şəxs aktivlik, əsəbilik, hövsələsizlik, emosionalıq. öz fikirlərini müdafiə etmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. -Təqsirləndirilən şəxs özündən uydurmağa meyillik müəyyən edilmədi. -Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin xarakterini və mahiyyətini adekvat olaraq dərk edib qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. -Təqsirləndirilən şəxs əqli imkanları normaya uyğundur. (cild 01; i.v.191-194).

16. Əlavə məhkəmə-tibbi ekspertizasının 08 iyul 2025-ei il tarixli 32/677 nömrəli rəyindən görünür ki. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət - böyük piyliyin zədələnməsi ilə müşayiət olunan qarının sağ-yan səthinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən qərarda göstərilən xx.xx.2025-ci il tarixə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarda göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici kənarının təsirindən əmələ gələ bilərdi. (cild 01; i.v.186-190).

17. Cinayət işi üzrə “sübutların qiymətləndirilməsi haqqında” 22 iyul 2025-ci il tarixli qərardan görünür ki, 01 ədəd qatlanan cib bıçağı, köynək və maykadan ibarət paltarlar maddi sübut kimi tanınaraq Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir (cild 01; i.v.208-219).

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:

18. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona verilən ittihamda özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, bu ilin əvvəlində “Yoldaş media” adlı internet platformasının əsasını qoymuş və həmin vaxtdan təqib edildiyimi hiss etmiş , 2 ildən çoxdur ki, ölkədən çıxış qadağası olmuş və mart ayının 29-u Baş Prokurorluq tərəfindən səbəbini bilmədiyi halda ölkədən çıxışı bloklanmış, üzərindən 1 ay yarım keçdikdən sonra may ayının 6-sı X3 məhkəməsi zamanı həmin günün axşamı o və başqa jurnalist Ülviyyə Əli bir əməliyyat qrupu tərəfindən saxlanılmış, 20 yanvardan Xırdalan dairəsinə getmək üçün bir taksiyə əyləşmiş, taksidəkilərin heç birini tanımamış, həmişəki qaydada avtobus gecikdiyi üçün taksiyə əyləşmiş, yolda getdiyi yerdə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə qoşunlarının yaxınlarında kor nöqtədə taksi dayanmış, taksidə arxada sol hissədə oturan şəxs qapını açmış, qapı açılan kimi o yerə sürüklənmiş, əlləri tutularaq işgəncə verilmiş, sol göz nahiyəsindən, sağ göz nahiyəsindən, burnundan, boğaz nahiyəsindən yumruq zərbələri almış, aldığı zərbələrlə bağlı Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəyində gözündə çürümə getdiyi qeyd olunmuş, əvvəllər də gözündən əməliyyat olmuş, lakin bununla bağlı ekspertiza rəyi olmuş ki, guya həmin şəxs özünü müdafiə etmək istəyərkən bu hadisə baş vermis, həmin şəxsin bıçaqlanması və ya onda bıçaq olması ilə bağlı heç bir sübut olmamış, həmin gün məhkəməyə daxil olmuş, metroya daxil olmuş, o “necə olur ki, mən metroya və məhkəməyə bıçaq ilə daxil olmuşam?” demiş, daha sonra necə olmuş ki, əvvəllər heç vaxt görmədiyi bıçaq onun üzərində aşkar olunmuşdur? Heç bir şahid, hətta polislərin özləri iddia edə bilməmişlər ki, o həmin şəxsi bıçaqlamış, onlar sadəcə demişlər ki, yerdə qan var. Yerdə qan izləri ola bilər, həmin şəxs öz özünə də xəsarət yetirə bilərmiş, eyni ittihamla Afiyəddin Məmmədov, Nicat İbrahimli də təqsirləndirilmiş, ona verilən ittihamda heç bir əsaslı sübut olmamış, həmin şəxsə zərbə yetirməyi və ya onunla arasında mübahisənin başlama səbəbi belə absurdmuş, “maşının arxa oturacağında olan narahatçılığa görə kim kimi bıçaqlayır?!” demiş, həmin şəxsi bıçaqlamağıyla bağlı heç bir sübutun olmadığını demiş, buna baxmayaraq həmin gün tez-tələsik qandallanıb Binəqədi Rayon Polis İdarəsinə aparılmış və polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmışdır. Ondan telefonunun parolu istənilmiş, parolu vermədikdə yenidən döyülmüş, həmçinin elektroşok vasitəsi ilə bədəninin müxtəlif nahiyələrinə elektrik verilmiş, özündən gedəndən və ondan qan açılandan sonra ona işkəncə verilməsi dayandırılmışdır. Daha sonra gecə vaxtı onu saxta bir ittihamla həbs etmişlər, onunla bağlı apellasiya şikayəti vermis, lakin təmin olunmamış, sanksiya müddətində heç bir şikayəti təmin olunmamış, bıçaqlanma hadisəsi ilə bağlı ittiham olunmağının səbəbi hələ də ona aydın olmamışdır.

19. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs 20 yanvar dairəsinə yaxınlaşdıqda orada xeyli sayda Xırdalan dairəsinə gedən taksilərin mövcud olduğunu, orada taksi sürücülərinin Xırdalana manatdan 1 nəfər qalıb deyə çağırdıqlarını, həmin taksilərdən birinə mindiyini, təxminən 23:00 radələrində taksiyə mindiyini, 15 dəqiqə sonra bu hadisənin baş verdiyini, maşına minəndə bəzi sərnişinlərin siqaret çəkdiklərini, maşına əyləşən kimi onlar da siqaretlərini atıb maşına oturduqlarını, maşının arxa sağ tərəfində əyləşdiyini, ortadakı şəxsi tanımadığını, sol tərəfdə oturanın isə sonradan tanıdığı Vüqar adlı şəxs olduğunu, Vüqarın fiziki görüntü olaraq necə biri olduğunu bilmədiyini, sonra da ona məlum olana görə Vüqar adlı şəxsin iri cüssəli biri olduğunu, adam sürücünün arxasında əyləşibsə demək olar ki, ən rahat yerin ona aid olduğunu, əksinə ortadakı yerin daha narahat yer olduğunu, həmin vaxt hamının yorğun halda evinə getdiyini, hər kəsin başını telefonla qatdığını, sürücünün arxasında oturan şəxslə oturduğu yeri müqayisə etsək onun ayağını tapdaladığını deyə bilmədiyini, maşın hərəkətə başlayan zaman belə həmin şəxslə arasında heç bir mübahisənin olmadığını, həmin şəxsin “mən pulumu verib düşürəm” dediyini, daha sonra maşın dayanarkən onun da oturduğu tərəfdəki qapının açıldığını və kimsənin onu çölə dartdığını, çöldə artıq bir nəfərin hazır vəziyyətdə dayandığını, həmin şəxsin onu çölə dartdığını, daha sonra Vüqar adlı şəxsin ona xəsarət yetirməyə başladığını, maşından çölə çıxan kimi ətrafıda polis əməkdaşlarının olduğunu, onlar taksi sürücüsünə maşını sürüb getməsini dediyini, onluq heç nə olmadığını dediyini, həmin anda “jurnalisti tutduq” deyə qışqırmağa başladıqlarını, o sözləri eşidəeşidə artıq polis tərəfindən saxlandığını anladığını, belə ki, ətrafı mülki polis maşınları və post patrul maşınları ilə əhatəyə alındığını, daha sonra qolları qandallanaraq mülki polis maşınında Binəqədi Rayon Polis İdarəsinə gətirildiyini bildirmişdir. Onun adam bıçaqladığı iddia olunsa da, polis idarəsində ona iddia etdikləri hadisə ilə əlaqəsi olmayan yəni, “bugün hardaydın, məhkəməyə niyə getmişdin” kimi sualların verildiyini, Vüqar adlı şəxsin onu döyəndən sonra post patrul maşınına əyləşdirdiklərini, həmin anda müstəntiq yanında bir nəfər polis əməkdaşının həmin ərazini lentləməyə başladıqlarını, ora bıçaq atıldığını və həmin anda Vüqar adlı şəxsin qışqırmağa başladığını, bunların hamısına şahid olduğunu, qaranlıq olduğunu, Vüqarın hər hansısa yerində qan və yaxud nəsə olduğunu özündə tam şəkildə görə bilmədiyini, bıçağın atılması və yerdən götürülməsini gördüyünü, hadisə yeri arasında 5-6 metr məsafənin olduğunu, bıçağın yerdən götürülüb salafana qoyulmasını gördüyünü, sadəcə Vüqar adlı şəxsin onu döydüyünü, əlinin polis əməkdaşları tərəfindən qandallanmasını və polis əməkdaşlarının saxta hadisə yeri yaratmalarını gördüyünü, bir qədər yollarda gəzdirdikdən sonra Binəqədi Rayon Polis İdarəsinə gətirdiklərini, dindirilməsində özünü idarənin rəisi kimi təqdim edən şəxs olduğunu, hətta həmin şəxsin onun sanksiya məhkəməsinə də gəldiyini, həmin məhkəmədə Zamiq adlı hakimə təzyiq göstərməyə çalışdıqlarını, ona 4 ay həbs verməklərini israr etdiyini, hakimin 10-15 dəqiqədən sonra gəlib ona 4 ay həbs verdiyini, halbuki həmin vaxt cinayət işinin materialının belə olmadığını, şifahi şəkildə ona 4 ay həbs verildiyini, axşam işgəncə altında olduğu üçün hər hansı sənədə imzalayıb-imzalamadığını tam xatırlamadığını, sadəcə vəkili gələndən sonra öz ifadəsi ilə tanış olduğunu söyləmişdir. İstintaq Təcridxansına daxil olan kimi üzərinə baxış keçirildiyini, aldığı xəsarətlərlə bağlı ekspert rəyinin olduğunu, məruz qaldığı işgəncələri ekspertlərə olduğu kimi dediyini, həmin polis idarəsinin rəisinin adını bilmədiyini, idarədə ona “Hacı” dediklərini, əvvəllər cinayət məsuliyyətinə cəlb olunduğunu, hətta ölkədən çıxışına qadağa qoyulduğunu, bunların hamısı siyasi fəaliyyəti ilə bağlı olduğunu, bu gün Bakı İstintaq Təcridxanasında olan şəxslərin heç birinə siyasi fəaliyyəti ilə bağlı heç bir ittiham irəli sürülmədiyini, lakin Beynəlxalq Təşkilatların hər birini siyasi məhbus kimi tanıdığını, ona verilmiş ittihamda media ilə və yaxud da “sən heç bir siyasi fəaliyyətlə məşğul ola bilmərsən” kimi bir maddənin olmadığnı, qanunda belə bir maddənin olmadığını, lakin praktikada olduğunu, bir dəfə sərbəst toplaşmaq hüququndan istifadə edərək aksiya və ya mitinqlərə çıxdığını, sonra çağırılıb döyüldüyünü, həttə bəzi aksiyalarda iştirakına görə atasının da çağırılıb 4- 5 saat Cəlilabad Rayon Polis Şöbəsində girov saxlanıldığını, ailə üzvlərinin incidildiyini, özünün incidildiyini, hətta onun təhsil hüququnun da əlindən alındığını, magistratura təhsilinin məhdudlaşdırıldığını, təqdim etdiyi sənədləri iyun ayında Səfərbərlik öz möhürlü sənədini təsdiq etdiyi halda 2022-ci ilin sentyabr ayında sülh çağırışı etdiyi üçün olmadığını, inzibati qaydanı pozduğu üçün cinayət işi açıldığını, çalışdığı yerlərdə də qeyri rəsmi şəkildə sahibkarlar onu yanlarına çağırdıqlarını və “sən problemli adamsan, sənlə bağlı göstəriş gəlib, biz ehtiyat edirik və sənin işinə son verməliyik” deyə bildirdiklərini, istər mənəvi, istər psixoloji, istərsə də fiziki şəkildə mühasirədə olduğunu, buna əlavə olaraq bir də Bakı İstintaq Təcridxanasına qapalı atmosferə göndərildiyini, rahat nəfəs almağını da əlindən aldıqlarını söyləmişdir. Maşının qapısını mülki geyimli polis əməkdaşı açdığını, ondan sonra isə Vüqar adlı şəxsin gəldiyini, onların əlindən tutaraq yerə yıxdıqlarını, Vüqar adlı şəxs isə boğazından tutaraq göz nahiyəsinə, burnuna zərbələri endirdiyini, əvvəllər heç vaxt həmin bıçağı görmədiyini, həmin anda onu bu yolla şərlədiklərini ehtimal etdiyini, idarəyə getdikdən sonra hər şeyin ona aydın olduğunu, ekspertizada müəyyən şeylər götürdüyünü, lakin əl-barmaq izlərinin götürülmədiyini, insanların şərəf və ləyaqətinin qorunmasının tərəfdarı olduğunu, taksidə tam sükutun olduğunu, onu şərləyən şəxs istisna olmaqla, hər kəsin yorğun halda evinə qayıtdığını, həmin şəxsin bu etdiklərinə görə mükafatlandırıldığını düşündüyünü, taksidə hamının öz telefonuna baxdığını, qulaqcıq vasitəsi ilə musiqiyə qulaq asdığını, “Necə ola bilər ki, musiqiyə qulaq asdığım bir vaxtda kiminsə ayağın tapdalayıram və bunun müqabilində həmin şəxs heç bir hərəkət etməyib” dediyini, bunun absurd bir şey olduğunu bildirmişdir. Taksidə sərnişinlərin də olduğunu, bir nəfərin çatmadığını, o da gəldikdən sonra taksinin hərəkətə başladığını, Polis İdarəsində Tibbi Ekspertizanın gəldiyini və zədələrlə bağlı şəkillər və qeydlərin apardığını, onunla sonradan Bakı İstintaq Təcridxansında tanış olduğunu, may ayının 8-i Bakı İstintaq Təcridxanasında olarkən kəmər və digər əşyalarının Polis İdarəsində qaldığını bildirmişdir. Maşın dayanan andan təxminən 2 dəqiqə sonra bir nəfər üstünə şığıyaraq onu yerə yıxdığını, üstümdən telefonunu, kiçik bir mikrafonu və qulaqcıqını götürdüyünü, ardınca işgəncəyə məruz qaldığını, dediklərinin hamısının təxminən 5 dəqiqə ərzində baş verdiyini, İdarədə isə kimlərlə çalışdığını, həmin şəxslərin adlarını və telefonunun parolunu istədiklərini, parolu vermədikdə işgəncəyə məruz qaldığını, daha sonra halının dəyişdiyini görəndə dayandıqlarını, oyananda müstəntiqin naşatr spirti ilə onu oyatdığını gördüyünü, yerdə öz qan izlərini gördüyünü, həmin an artıq işgəncənin bitdiyini, sonra müstəntiqin onu öz otağına apardığını, vəkilinin gəldiyini və heç vaxt tanımadığı insanların adlarını çəkməyə başladığını, həmin artıq şərləndiyini hiss etdiyini, onu Bakı İstintaq Təcridxanasına göndərməyə hazırlaşdıqlarını bildirmişdir. Daimi yaşayiş yerinin Calilabad rayon Göytəpə kəndi olduğunu, Tofiq Yaqublunun prosesinin saat 12:30-da olduğunu, daha sonra saat 4 radələrində “Abzasmedia“ əməkdaşlarının məhkəməsinin olduğunu, həmin məhkəmə prosesindən sonra tıxacın biraz səngiməyini gözlədiyini, saat 22:00-23:00 radələrində 20 yanvar dairəsinə getdiyini, həmin müddət ərzində dostlarıyla vaxt keçirdiyini, saat 9-dan sonra tıxacın azaldığını, həmin vaxta qədər gözlədiyini, həm bir dostuyla görüşəcəyini, həm də müvəqqəti olaraq o ərazidə qalacağını, Xırdalan ərazisində dostlarının olduğunu, bir müddət özünün də orada kirayədə qaldığını, əslində taksinin körpünün üstü ilə getməli olduğunu, amma həmin gün taksinin körpünün alt hissəsi ilə hərəkət etdiyini, Xırdalana əvvəllər avtobusla getdiyini, avtobusun hardan getdiyinə heç vaxt tam fikir vermədiyini, həm də həmin vaxt digər sərnişinlərin gedəcəkləri yerin fərqli olduğu üçün taksi sürücüsünün körpünün alt hissəsi ilə getdiyini düşündüyünü bildirmişdir. Saat gec olduğu üçün yola tez çıxmaq istədiyini, bir nəfərin yaxınlaşdığını gördüyünü və Xırdalan istiqamətinə getdiyini, 1 nəfərlik boş yerin qaldığını dediyini bildirmişdir.

Hüquqi məsələlər:

20. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 126.2.4-cü maddəsinə əsasən eyni əməllər ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildkdə altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

21. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2022-ci il tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir.

Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:

23. “Şübhəli şəxsin tutulması haqqında” 07 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 may 2025-ci il tarixdə, saat 01:55-də tutulmuşdur (cild 01; i.v.24).

24. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli, 4(001)- 347/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 07 may 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.116-123).

25. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 04 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01; i.v.151).

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:

26. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;

27. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;

28. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər;

29. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir;

30. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır;

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

32. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.

33. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

34. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. 35. Məhkəmənin hüquqi dəyərləndirməsi:

36. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan AR CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmiş, lakin Təqsirləndirilən şəxs əməli səhvən həm də AR CM-nin 221.3-cü maddəsi ilə tövsif olunmuş və həmin maddə təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmişdir.

37. Məhkəmə ilk növbədə AR CM-nin 221.3-cü maddəsi ilə bağlı gəldiyi qənaətin əsaslandırılmasını zəruri hesab edir.

38. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs AR CM-nin 221.3-cü maddəsi ilə verilmiş ittihama əsasən o, 6 may 2025-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri "20 Yanvar" dairəsi adlanan ərazidən Xırdalan şəhərinə getmək üçün taksi kimi fəaliyyət göstərən Şahid1 idarə etdiyi “Hyundai Elantra" markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına sərnişin qismində əyləşərək avtomobilin üzü Xırdalan şəhərinə hərəkətdə olan vaxt onunla birlikdə avtomobilin arxa oturacağında əyləşmiş Zərərçəkmiş şəxs ayağı ilə onun ayaq nahiyəsinə toxunmasını bəhanə edib ona irad bildirərək mübahisə etməyə başlamış və mübahisənin daha da böyüdüyünü görən taksi sürücüsü Şahid1 avtomobili Bakı şəhəri, Biııəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hisəssinin qarşısında saxladıqdan sonra avtomobildən özü enərək Zərərçəkmiş şəxs də avtomobildən enməsini tələb edib ətrafda piyada hərəkət edən şəxslərin gözləri önündə özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyətin fövqündə qoymaqla insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək sonuncunun sifət nahiyəsindən bir sillə zərbəsi vurmuş və daha sonra üzərinə hücum edərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı qatlanan soyuq silah hesab edilməyən cib bıçağını silah qismində istifadə edərək Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə zərbə vurub ona böyük piyliyin zədələnməsi ilə müşayiət olunan qarının sağ yan səthinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə zərərçəkmiş şəxs X1 qəsdən sağlamlığına ağır zərər vurmuş və silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmişşəxs Vüqar Dünyamalı ye və zor tətbiq olunması ilə müşayiət olunan ictimai qaydam kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir.

39. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur.

40. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür.

41. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür.

42. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür.

43. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.

44. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz.

45. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Bu baxımdan, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz.

47. Hazırki iş üzrə ibtidai istintaq orqanı sadəcə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi ictimai yer hesab olunan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hisəssinin qarşısında qarşısında vurmasına istinad edərək şəxsin əməlində xuliqanlıq cinayətinin tərkibinin olması qənaətinə gəlsə də, həmin vaxt AR CM-nin 221-ci maddəsinin tərkibinin yaranması üçün təqsirkar şəxsin hərəkətləri ilə ictimai qaydanın kobud surətdə pozulmasının, cəmiyyətə açıq hörmətsizliyin ifadə olunmasının cinayətin mühüm dispozitiv şərtləri olmasını unutmuşdur.

48. Məhkəmə qeyd edir ki, əgər Təqsirləndirilən şəxs niyyəti ibtidai istintaq orqanının irəli sürdüyü ittihamda göstərdiyi kimi ictimai qaydanı pozmaq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək öz şəxsiyyətini hadisə yerində olan şəxslərin şəxsiyyətlərinin fövqündə qoymaq olmamışdır. o, zərərçəkmiş şəxslə taksidə mübahisə etməyə başlamış, daha sonra onlar hadisələrin normal axarında mübahisə etməyə davam etmişlər.

49. Beləliklə, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, müstəntiq təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürərkən həmin maddənin dispozisiyasında xuliqanlıq hadisəsini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənmiş, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş, sadəcə özünün təxəyyülündə qurduğu hadisə mexanizminə uyğun, öz şəxsi ehtimalları əsasında şəxsə qarşı ittiham irəli sürmüşdür.

50. Halbuki, məhkəmə istintaqı zamanı şübhəsiz qaydada müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hərəkətlərində ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi əlamətləri mövcud olmamış və onun belə niyyətinin olması öz təsdiqini tapmamışdır.

51. Göründüyü kimi, hadisənin baş verdiyi yerdə ictimai qaydanın məhz kobud şəkildə pozulmasına, bu pozuntunun nədə ifadə olunduğunu göstərən, o cümlədən, cəmiyyətə açıqca hörmətsizlik edilməsinə dəlalət edən konkret hallar məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir.

52. Halbuki, “Məhkəmə hökmü haqqında” AR Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 30-cu bəndində göstərilmişdir ki, CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən hüquqi qiymətdir.

54. Lakin göründüyü kimi, ibtidai istintaq orqanı AR CM-nin 221.3-cü maddəsinin dispozisiyasında xuliqanlıq cinayətini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənərək, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirmədən, Sahib Məlikovun əməlinin hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsinin, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasının, ictimai qaydanı pozmasının və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını ona qarşı irəli sürülmüş ittihamda göstərmədən, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, sadəcə cinayət prosesinin iştirakçılarının ifadələrini “özünün lazım bildiyi” formada yazaraq həmin ifadələrə istinad etməklə əməli xuliqanlıq kimi qiymətləndirmişdir.

55. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir.

56. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər»

57. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq əməlin yalnız şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, ibtidai araşdırma orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, X2 əməlini səhvən AR CM-nin 126.2.4-cü maddəsi ilə yanaşı, həm də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir.

58. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndində göstərilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir.

59. Odur ki, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tam əhatə olunduğundan, onun əməlinə AR CM-nin 221.3-cü maddəsi düzgün şamil edilmədiyindən onun əməlinin səhvən tövsif edildiyi AR CM-nin 221.3-cü maddəsi Təqsirləndirilən şəxs verilmiş ittihamdan çıxarılmalıdır.

60. Məhkəmə iclasında təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi bıçaqla vuraraq ona ağır xəsarət yetirdiyini etiraf etməsə də, məhkəmə istintaqı zamanı iş üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi bıçaqla vuraraq ona ağır xəsarət yetirdiyi sübuta yetirilmişdir. Bu halı şahid ifadələri, ekspertiza rəyləri və iş materiallarına əlavə edilmiş protokollar və s. sənədlərlə öz təsdiqini tapmamışdır.

61. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs ona ünvanlanmış suala cavab olaraq təqsirləndirilən şəxsi əvvəllər tanımadığını, onunla hər hansısa ədavətinin olmadığı, Təqsirləndirilən şəxs ilə təsadüfən eyni taksı fəaliyyəti göstərən maşına mindiyini, hətda həmin maşına ilk onun mindiyini sonra Əhmədin maşına mindiyini, hadisə yerində maşından Əhmədin tələbi ilə düşdüyünü (bu hal şahid ifadələri ilə də təsdiq olunur) və mübahisə də Əhmədin hərəkətləri ilə başlandığını, daha sonra Əhməd ilə əlbəyaxa olduğunu, yerə yıxıldıqdan sonra qarnın nahiyəsindən ağrı hiss etdiyini, ətrafdakı insanların onları ayırmasını, həmin yerə polis əməkdaşlarının gəlməsini və X13la onu xəstəxanaya aparılmasını bildirmişdir. Təqsirləndirilən şəxslə normal qaydada söhbət edəcəklərini düşünmüş, Əhmədin onu bıçaqla vura biləcəyi haqqda düşünməmişdir.

62. Təqsirləndirilən şəxs məhkəmə iclasında hadisə yerində zərərçəkmiş şəxsi bıçaqla vurmadığını bildirsə də, hadisə zamanı onlara yaxınlaşan həmin ərazidə xidmət aparan polis əməkdaşarı hansı ki, iş üzrə şahid qismində məhkəmə iclasında da dindirilərəkən bildirmişdirlər ki, onlara yaxınlaşanda iki nəfərin yerdə uzanaqlı vəziyyətdə olduğunu gördüklərini, həmin şəxslərdən iricüssəli olan altda digəri isə üstə olduğunu, onları ayıranda altda olan iricüssəli şəxsin “məni bıçaqla vurdu deyə qışqırmasını” eşitdiklərini bildirmişdirlər ki, bu da təqsirləndirilən şəxsin göstərilən hala öz müdafiəsi üçün əməlində cinayət tərkibinin olmamsı və cəzaya məruz qalmamasının təmin edilməsi naminə istinad olunması qənaətinə gəlir.

63. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş şahidlərdə iş üzrə təqsirləndirilən şəxslə iş üzrə zərəçəkmiş şəxs arasında maşın hərəkətdə olan zaman sözlü mübahisənin olmasının, maşından düşdükdən də sonra davam etməsinin, hadisə yerinə yaxınlaşan polis əməkdaşlarının iki nəfərin yerdə uzanaqlı vəziyyətdə olduğunu gördüklərini, həmin şəxslərdən iricüssəli olan altda digəri isə üstə olduğunu, onları ayıranda altda olan iricüssəli şəxsin “məni bıçaqla vurdu deyə qışqırmasını” eşitdiklərini bildirmişdir ki, bu da təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə bıçaqla ağır bədən xəsarəti yetirməsi xüsusatını təsdiq edir.

64. Göründüyü kimi, təqsirləndirilən şəxsin irəli sürdüyü dəlillər məhkəmə iclasında öz təsdiqini tapmamaqla iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidin ifadələri ilə təkzib edilmişdir.

65. Məhkəmə qeyd edir ki, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına zərər vurmada ifadə olunur. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Əməlin xuliqanlıq niyyəti ilə törədilmiş cinayət kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, ya da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Xuliqanlıq niyyəti ilə törədilən əməl çox vaxt heç bir səbəb olmadan, yaxud da cüzi səbəbi bəhanə etməklə törədilir.

66. Məhkəmə xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum qərarlarında verilmiş təfsirlərdən çıxış edərək qeyd edir ki, “xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərərvurmanın subyektiv cəhətinin mütləq şərti kimi çıxış edən xuliqanlıq motivi və onun əsasını təşkil edən hallar şəxsin ictimai qayda, ümum qəbul edilmiş davranış modeli ilə bağlı olan dəyərləri dərk etməsini və bilərəkdən (qəsdən) bu dəyərlərə qarşı etinasızlıq göstərməsini, yəni kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlərin və onların pozuntularının şəxsin şüuru ilə əhatə olunmasını ehtiva edir.

67. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur.

68. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.

69. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını (AR CM 59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir.

70. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.

71. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs verilmiş ittihamdan AR CM-nin 221.3-cü maddəsi çıxarılmalı, o, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumu rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut- Bakı şəhəri Binəqədi RPİ-də saxlanılan 01 ədəd qatlanan cib bıçağı, 01 ədəd köynək və 01 ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir.

72. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

73. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.

74. İş üzrə mülki iddia yoxdur.

75. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

76. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 7 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş 01 ədəd qatlanan cib bıçağı, 01 ədəd köynək və 01 ədəd maykadan ibarət paltarlar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Vüqar Seyidov Hakimlər: Kamil Əliyev Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar