Məhkəmə qərarları › İş №1(101)-1652/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1652/2021

16.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1652/2021 16.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi X2 iştirakı ilə, 09 avqust 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Suraxanı Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağ evi, 17/2888 ünvanında qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə istintaqa məlum olmayan tanışı ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 mart 2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs1 işlətdiyi Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dəniz yolu küçəsində yerləşən “1941-1945”-ci illərə aid İİ dünya müharibəsi abidəsinin yaxınlığında olan “Yaşıl Meyvə” ərzaq mağazasının plastik qapısını özü ilə gətirdiyi vintaçan əşya ilə sıxıb açmaqla mağazaya qanunsuz daxil olaraq saxlanc yeri hesab edilən kassa aparatından 40 manat pulu, piştaxtalardan 1500 manat dəyərində “Kent”, “Sobranie” “Magna” “Winston” “Pall mall” “West” “Prima” “Bakı” “Senate” markalı siqaretləri, 40 manat dəyərində müxtəlif adlarda olan spirtli içkiləri, 20 manat dəyərində “hell”, “bizon” enerji içkilərini mağazadan götürmüş olduğu cəmi 50 qəpik dəyərində sellofan torbalara yığıb gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1600.50 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 09 aprel 2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs2 Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Bağlar massivi 0350 ünvanında yerləşən fərdi yaşayış evinin hasarı üzərindən aşmaq yolu ilə həyətinə qanunsuz daxil olaraq orda yaşayış sahəsi hesab olunan evinin hasarına bitişik olan həyətdəki hamam otağının pəncərəsinin nəfəsliyindən daxil olub otaqdan 1 ədəd 250 manat dəyərində olan «Stels Navigator» markalı ağ-qara rəngli yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedi, 1 ədəd 220 manat dəyərində olan «Stels Navigator» markalı ağ-qara rəngli yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedi, 1 ədəd 100 manat dəyərində «Pilot Star» markalı qırmızı-qara rəngli uşaqlar üçün nəzərdə tutulmuş velosipedi, 1 ədəd 70 manat dəyərində olan «Lada Sport» markalı göy qara rəngli uşaqlar üçünü nəzərdə tutulmuş velosipedi və 1 ədəd 250 manat dəyərində «Smimge» markalı su matorunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 890 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2021-ci ilin may ayının əvvəllərində istintaqa məlum olmayan şəxsdən Bakı şəhəri Nizami rayonu «Neftçilər» metrostansiyasının yaxınlığında 20 manat nağd pul ödəməklə satış məqsədi ilə qanunsuz olaraq bir ədəd şəffaf sellofan bükümdə 10,712 qram ağ rəngli maddə yəni psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində gizlədərək saxlamış və 27 may 2021-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində olan «Bizim marektin» qarşısında saxlanılaraq ünvan 3 ünvanda yerləşən 30-cu Polis Şöbəsinin inzibati binasına gətirilərək, orda üzərinə keçirilmiş baxış zamanı, əynində olan boz rəngli cins şalvarın sağ cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 10,712 qram ağ rəngli maddə yəni, külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı səhəri Suraxani rayon Məhkəməsinin 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 27 may 2021-ci il tarixdə saat 17 radələrində Bakı səhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində yerləşən “Bizim” marketin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özünü təqdim etmiş və onlar polis əməkdaşı olmalarını bildirmişlər. Həmin vaxtı onun üzərindən narkotik vasitə aşkar olunmamış bundan sonra polis əməkdaşı onu yaxınlıqda olan Polis şöbəsinə aparmışdır. Polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları videocəkiliş aparmaqla üzərinə baxış kecirilməsinin zəruri olmasını bildirmiş, o da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində videocəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirmişlər. Baxış zamanı məlum olmuşdur ki, barəsində polis idarəsində cinayət işi olmuş, yaşadığı ərazidəki küçə olan evlərdən bağ evi olaraq istifadə olunur. Həmin ərazidə yaşayan şəxslər yay fəslində gəlir və payız aylarında həmin ərazidən gedirlər. Belə ki, o polisə bildirmişdir ki, bəs barəsində müstəntiq Tural Hüseynovun icraatında cinayət işi vardır və o, 09 aprel 2021-ci il tarixdə oğurladığı fərdi yaşayış evində olan 4 ədəd velosipedi və bir ədəd su nasosunu təhvil vermişdir. Qeyd edilən oğurluq cinayətini maddi vəziyyəti yaxşı olmadığına görə etmişdir ki, öz şəxsi təlabatını ödəsin. Ona görə yaşadığı evin yaxınlığında bağ evi olaraq istifadə olunmuş evləri müşahidə etmiş və o hansı evin işığı yanmasa oğurluq etmək qərarına gəlmiş və dəniz yolu küçəsində 4 ədəd velosipedi oğurladığı ev onun diqqətini cəlb etmişdir. 09.04.2021-ci il tarixdə gecə saat təxminən 01 radələrində yaşadığı evdən çıxmış və bağlar massivində küçə ilə gəzmişdir. Həmin vaxtı təsadüfən yaxınlıqda yerləsən evin işıqlarının yanmadığını görmüş, anlamışdır ki, həmin evdə yaşayış yoxdur. O, ona görə də həmin həyətə hasarın üzərindən aşmaq yolu ilə tək olaraq oraya daxil olmuşdur. Həyətdə olan hamamın qapısının bağlı olduğunu görmüş, və hamamın plastik materialdan olan pəncərəsindən yəni nəfəsliyində içəri daxil olmuşdur. İçəridə bir neçə velosiped olmuş, həmin hamamın qapısını içəridə acmış, hamamda 2 ədəd böyük velosiped və 2 ədəd uşaq velosipedi və bir ədəd su nasosu olmuşdur. O həmin velosipedləri və su nasosunu hamamın arxadan qapısını açmaqla çıxartmış və həyətə qoymuşdur. Bundan başqa həmin hamamda olan bir ədəd su nasosu da götürüb həyətə qoymuş, küçəyə baxmışdır ki, küçədə heç kim yoxdur. Ona görə də o bir neçə dəfəyə həmin velosipedleri ve su nasosunu aparıb öz yaşadığı evin həyətinə qoymuşdur. 12 aprel 2021-ci il tarixdə həmin əşyalarını oğurladığı ev sahibinin şikayət etdiyini bilmiş və polislər onu şübhəli şəxs olaraq gətirmiş və o həmin oğruluq əşyaları və polisə təqdim etmiş və onun barəsində polisdə cinayət işi istintaq olmuş və o baş vermiş hadisəni etiraf etmiş və əşyaları təqdim etdiyinə görə barəsində iltizam seçilmişdir. O 12 aprel 2021-ci il tarixdə polislər sorğu-sual edən zaman əməlini etiraf etmiş və oğurladığı həmin velosipedləri və su nasosunu onlara təqdim etmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs1 isə heç bir ziyan vurmamışdır. Məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, «Vuqma Fud» qida məhsulları şirkətində sürücü işləyir. Hər gün səhər saat 08 radələrində işə gedir və axşam saat 18 radələrində evə gəlir, Bakı şəhərində olan müxtəlif ünvanlara məhsul paylanması ilə məşğul olur. Arvadı evdar qadın, uşaqları isə məktəblidir. Təxminən 2011-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Bağlar massivi 0350 ünvanı kimi komunal ödənişlərdə göstərilən evi almış lakin həmin ünvanda olan evlərin rəsmi olaraq çıxarışı olmamışdır. Sonradan həmin 5 sot olan həyət evində 10x12 olmaqla 1 mərtəbəli kürsülü ev tikmişdir. Ev həyətə daxil olan kimi qapıdan sağ tərəfdə yerləşməklə 3 otaq, hamam, mətbəx və dəhlizdən və eyvandan ibarət olmuşdur. Həyətin giriş qapısından sağ tərəfdə evin yan divarına doğru həyətdə əlavə sanitar qovşaq və hamam otağı olmuşdur. Həyətində başqa hər hansı tikili olmamış, Evin həyətinin, evin qapısı və hamam otağının qapısı dəmir qapı olmuşdır. Həyətinə qapısı üzərində asılqan qıfıl, evin və hamam otağının qapısı üzərində vaz açarları olmuş və həmin açarlar 2 cüt olmaqla daimi olaraq özündə olmuş, həmin evdən onlar yay aylarında dəniz kənarı olaraq bağ evi kimi istifadə edirlər. Onlar həmin hamam otağını da əl damı olaraq istifadə edir və həmin hamam otağının da dəmir qapısı ilə yanaşı nəfəsliyi olmuşdur. Həmin hamam otağında 1 ədəd 250 manat və 1 ədəd 220 manat dəyərində olan böyüklər üçün olan «Stels Navigator» markalı velosipedlər, 1 ədəd 100 manat dəyərində «Pilot Star» markalı uşaq velosipedi, 1 ədəd 70 manat dəyərində olan «Lada Sport» markalı uşaq velosipedi və 1 ədəd 250 manat dəyərində «Smimge» markalı su matoru olmuşdur. Belə ki, 8 ay olardı ki, yay ayları bitdiyindən ailəsi ilə Bakıxanov qəsəbəsində olan evlərində olmuş, evi tərk edən zaman həmin vaz açardan istifadə etməklə qapını bağlayıb evi tərk etmişlər. Evin ətrafı tamamilə mişar daşları ilə əhatələnmiş hasar olmuş, 09 aprel 2021-ci il tarixdə saat 17 radələrində Hövsan qəsəbəsində olan həmin evə gedən zaman üzərində olan açarla həyətin qapısını açıb həyət daxil olmuş və hamam otağının qapısının açıq olmasını görmüş və bu hal onun diqqətini cəlb etmiş və o həyətə diqqət yetirən zaman hamam otağında 1 ədəd 250 manat və 1 ədəd 220 manat dəyərində böyük olan «Stels Navigator» markalı velosipedlər, 1 ədəd 100 manat dəyərində «Pilot Star» markalı uşaq velosipedi, 1 ədəd 70 manat dəyərində olan «Lada Sport» markalı uşaq velosipedi və 1 ədəd 250 manat dəyərində «Smimge» markalı su matorunun yerində olmadığını görmüşdür. Qeyd edilən müddət ərzində həyətin, evin qapısı bağlı olmuş və o həmin vaxtı qeyd edilən əşyalar hamam otağında olmuş və o evi bağlayıb gedən zaman həmin əşyalar yerində olmuşdur. Ona görə də dərhal Suraxanı RPİ-in 30-cu Polis Şöbəsinə getmiş və baş vermiş hadisə barəsində məlumat vermişdir. Sonra polis əməkdaşları yaşadığı evin həyətinə baxış keçirmiş və bu vaxt o hadisə barədə ərizə yazmışdır. Qeyd etdiyi əşyalardan başqa həyətdən hər hansı əşya oğurlanmamış, hadisə nəticəsində ona cəmi 890 manat maddi ziyan dəymiş və həmin əşyalar ona məxsus olmuşdur. Həmin əşyaların markasını qeyd etmiş və elə bir fərdi əlamətləri olmamış, artıq bir müddətdən sonra məlum olmuşdur ki, qeyd edilən hadisəni Hövsan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs axşam saatlarında yaşadığı evin həyətinə daş hasarın üzərindən keçməklə həyətə daxil olmuş və qeyd edilən hamam otağından həmin əşyaları həyətdən çıxarmaqla aparmışdır. Hadisə zamanı onun başqa hər hansı əmlakı oğurlanmamış və yaşadığı mənzilin qapısının və ya digər hər hansı əmlakı qəsdən məhv edilib zədələnməmişdir. O hadisənin dəqiq olaraq nə zaman baş verməsini bilməmiş, həmin oğurluq edən şəxs həyətindən oğurluq edən zaman hər hansı şəxs və o cümələdən o və ailə üzvləri görməmişdir. Əşyaları ilə əlaqədar olaraq başqa qiymət ilə razılaşmamış və göstərmiş olduğu rəqəmə uyğun olaraq əşyaları qiymətləndirmişdir. Sonra Təqsirləndirilən şəxs onun əşyalarını polisə təhvil verməsini bilmiş və o əşyaları olan 2 ədəd «Stels Navigator» markalı velosipedi, 1 ədəd «Pilot Star» markalı uşaq velosipedi, 1 ədəd «Lada Sport» markalı uşaq velosipedi və 1 ədəd «Smimge» markalı su matorunu polisdə götürmüş və həmin əşyalar ekspertizaya göndərildikdən sonra qorunub saxlanması üçün ona təhvil verilmiş, həmin əşyalar ona məxsus olmuşdur. Uşaqlarına onun tərəfindən həmin əşyalar alınmış və faktiki olaraq ona maddi ziyan dəymişdir. Hazırda ona vurulmuş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs qarşı şikayət, tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsbəsi Dəniz yolu küçəsində 1941- 1945-ci illər abidəsinin yaxınlığında olan «Yaşıl Meyvə» marketini icarə əsasında işlədir. Hər gün səhər saat 10 radələrində işə getmiş, axşam saat 21 radələrində evinə gəlmiş, işlətdiyi həmin mağaza 50 kv metr olmuşdur. Mağazanın giriş qapısı və pəncələri plastik olmuş, üzərlərində hər hansı dəmir barmaqlıqlar olmamışdır. Onun işlətdiyi mağazada müşahidə kamerası olmasa da küçə boyunda digər mağazalar üzərində müşahidə kamerası olmuşdur. O, mağazada gündəlik tələbat malları, siqaretlər, spirtli və enerji içkiləri meyə və tərəvəz satışı ilə məşğul olur. 04 mart 2021-ci il tarixdə axşam saat 21 radələrində o, mağazanın giriş qapısı olan plastik qapını üzərimdə olan «Vaz» açarı ilə bağlamış və həmin vaxtı hər hansı şübhəli şəxs diqqətini cəlb etməmişdir. Qapı üzərində hər hansı asılqan qıfıl olmamış, 05 mart 2021-ci il tarixdə saat 09 radələrində o mağazaya yaxınlaşan zaman mağazanı plastik giriş qapısının açıq olmasını görmüşdür. Həmin anda o, mağazadan oğurluq olması barədə şübhə etmiş və mağazaya daxil olan zaman girişdən sol tərəfdə onun kassa masası olmuşdur. Onun sol tərəfində piştaxtada olan 1500 manat dəyərində «kent» «sobirania», «maqna» «viniston» «palmal» «vest» «prima» «bakı» «senate» markalı siqaretlərin, içki piştaxtasından 40 manat dəyərində spirtli içkilərin 20 manat dəyərində «hell» «bizon» enerji içkilərinin və kasaa aparatında olan 40 manat nağdı pulunun yerində olmadığını aşkar etmişdir. Ona görə də o, dərhal Suraxanı RPİ-in 30-cu polis şöbəsinə ərizə yazmış və baş vermiş hadisə barəsində məlumat vermişdir. Qeyd etdiyi əşyalardan başqa mağazadan başqa əşya oğurlanmamış, sonra polis əməkdaşları mağazaya gəlmişdir. Hadisə nəticəsində ona cəmi 1600.50 manat maddi ziyan dəymiş və həmin əşyalar ona məxsus olmuşdur. O, həmin əşyaların markasını qeyd etmiş, lakin onların karobka sayını tam olaraq bilmir lakin o mağazaya qeyd etdiyi dəyərlərdə siqaret, içki və s əşyalar almışdır. Ona görə də o, onların sayını tam olaraq dəqiq bilməmişdir. Artıq bir müddətdən sonra məlum olmuşdur ki qeyd edilən hadisəni Hövsan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs axşam saatlarında mağazaya plastik qapını açmaq yolu ilə daxil olmaqla qeyd edilən əşyaları oğurlamışdır. Həmin şəxsin ifadəsi yerində yoxlanan zaman orda Emil bitkilər olmasın bildirmiş, həmin bitkilər kiçik ağac fidanları olmuşdur ki, o mağazada həmçinin onların satışı ilə də məşğul olur. Hadisə zamanı onun başqa hər hansı əmlakı oğurlanmamış, mağazanın qapısı və ya digər hər hansı əmlakı qəsdən məhv edilib zədələnməmişdir. O hadisənin dəqiq olaraq nə zaman baş verməsini bilməmiş, əşyaları ilə əlaqədar olaraq başqa qiymət ilə razılaşmamış, göstərmiş olduğu rəqəmlərə uyğun olaraq əşyaları qiymətləndirilmişdir. Onun işlədiyi mağaza olan küçədən oğruların görüntüsü olmuş, o, 05 mart 2021-ci il tarixdə saat 02 radələrində onun mağazasından oğurlanmış əşyalar göy rəngli sellofan torba ilə oğrular ordan uzaqlaşmışlar. Həmin görüntü olan CD diskdə olmaqla istintaq dövründə təqdim etmişdir. Təqsirləndirilən şəxsin qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis mayoru baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, 27 may 2021-ci il tarixdə saat 17 radələrində bölmənin inzibati ərazisində baş verən oğurluqlarla əlaqədar 30-cu Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 İxdiyar oğlu ilə xidmət aparan zaman 27 may 2021-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində olan «Bizim marektin» qarşısında bir nəfərin hərəkətləri onlarda şübhə yaratmış və onlar ona yaxınlaşıb xidməti polis vəsiqələrini göstərib ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini tələb etmişlər. Həmin şəxs yenə də özünü şübhəli aparmış və onun hərəkətlərində olan anlaşılmazlıqda onlarda şübhə yaratmış, ilk öncə tanımadığı daha sonra ona Təqsirləndirilən şəxs kimi məlum olan şəxsi Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinə gətirmişlər. Orada məlum olmuşdur ki, həmin şəxs artıq 09 aprel 2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs2 Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Bağlar massivi 0350 ünvanında yerləşən fərdi yaşayış evinə hasarı üzərindən aşmaq yolu ilə həyətə qanunsuz daxil olaraq həyətdəki hamam otağının pəncərəsinin nəfəsliyindən daxil olub otaqdan 2 ədəd böyüklər üçün olan «Stels Navigator» markalı ağ-qara rəngli velosipedi, 1 ədəd «Stels Navigator» markalı uşaq üçün və 1 ədəd «Pilot Star» markalı uşaq üçün velosipedi və 1 ədəd «Lada Sport» markalı göy qara rəngli uşaqlar üçün nəzərdə tutulmuş velosipedi və 1 ədəd «Smimge» markalı su matorunu oğurlamışdır. Həmin şəxs artıq onlar tərəfindən müstəntiq Tural Hüseynova təqdim olunmuş və barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi olmuşdur. Həmin şəxs qeyd edilən fərdi yaşayış evindən oğurlamış olduğu 4 ədəd velosipedi və bir ədəd su matorunu onlara təqdim etmiş, onlarda həmin şəxsi şəxsiyyəti və həmin əşyalar ilə birlikdə istintaqa təqdim etmişlər. Suraxanı RPİ-in 30-cu polis şöbəsinin inzibati binasında olan otaqlardan birində Təqsirləndirilən şəxs hüquqları izah edilmiş, onun hüquqlarının müdafiəsi üçün 09 saylı vəkil bürosunudan növbətçi vəkil X11 dəvət olunmuş və Təqsirləndirilən şəxs təqdim edilmişdir. Emin İslamov özünü bir daha təqdim etməklə 09 avqust 1989-cu il tarixdə Bakı şəhərində anadan olmasını, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağ evi, 17/2888 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamasını bildirmişdir. Tədbir iştirakçıları və Təqsirləndirilən şəxs müdafiəçisi olaraq təqdim olunmuş Akif Ağayevin iştirakı ilə öncədən həmin halların qeydə alınacağına dair video müşahidə kamreasının müşayiəti ilə Təqsirləndirilən şəxs üzərində olan qeyri qanuni əşyanı təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ cibindən bir ədəd şəffaf sellofan bükümdə olan bağlamanı təqdim etmiş və 1 ədəd bükümdə olan bağlamanın içərisinə baxış keçirən zaman orda olan kütlənin, yəni kristal şəkilli, şəffaf rəngli maddənin psixotrop maddə sayılan metamfetamin olmasını və metamfetamini özü qəbul etmək məqsədi ilə bir müddət öncə 2021-ci ilin may ayının əvvəllərində tanımadığı şəxsdən Bakı şəhəri Nizami rayonu «Neftçilər» metrostansiyasının yaxınlığında 20 manat nağd pul ödəməklə özü istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. Emil İslamlov xeyli müddət olar ki, psixotrop maddə qəbul etməsini bildirmiş, onun üzərindən başqa hər hansı əşya aşkar olunmamışdır. Emin İslamovdan aşkar edilmiş büküm qablaşdırılmış və möhürlənmiş, həmin kütlə qablaşdırılmış, bağlama baxışda iştirak etmiş şəxslər və üzərinə baxış keçirilmiş Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş və tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuşdur. İştirakçılar tərəfindən protokolun məzmununa dair heç bir irad və təklif yaxud vəsatət daxil olmadığı üçün protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanmışdır. Həmin baxış və maddi sübutun götürülməsinə dair hallar «Samsung» markalı telefonda videoçəkliş ilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs etmiş olduğu əmələ görə səmimi peşmançılığını bildirmiş və ona qarşı hər hansı bir təzyiq və təsir olmamışdır. Həmçinin bundan sonra Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsinə görə pula ehtiyacı olduğundan 05 mart 2021-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dəniz yolu küçəsində yerləşən “1941-1945”-ci illərə aid İİ dünya müharibəsi abidəsinin yaxınlığında olan “Yaşıl Meyvə” ərzaq mağazasının plastik qapısını özü ilə gətirdiyi vintaçan əşya ilə sıxıb açmaqla mağazaya daxil olaraq kassadan 40 manat pulu, piştaxtalardan 1500 manat dəyərində müxtəlif markalı siqaretləri, spirtli içkiləri, enerji içkilərini mağazadan götürdüyünü və sonra həmin əşyaları götürüb mağazanı tərk edəndən sonra həmin küçə boyunda dayanmış hazırda adını xatırlamadığı yalnız ləqəbini bildiyi “Zaka” kimi ona məlum olan hər hansı anket məlmatını bilmədiyi şəxsə öz əşyaları kimi təqdim edib həmin əşyanın aparılmasında ona kömək olunmasını bildirmişdir. Zaka adlı şəxs onunla birlikdə mağzaya daxil olmamış və həmin oğurluqda ətrafı müşahidə etməmiş və hər hansı funksiyası olmamışdır. Başqa hər hansı oğurluq cinayəti törətmədiyini bildirmiş həmin şəxsə hər hansı təzyiq təsir olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 İxdiyar oğlu da eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan, Təqsirləndirilən şəxs üzərinə 27 may 2021-ci il tarixdə “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərara əsasən videoçəkilişlə aparılan istintaq hərəkətinin qeydə alındığı CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur. (cild 01, iş vərəqə 27-28, cild 2, iş vərəqə 85-100) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsin Ambulator X1 05 avqust 2021-ci il tarixli 2700 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Hüseyinxan oğlunda opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vərəqə 48- 49) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsinin 14 avqust 2021-ci il tarixli 1812 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. (cild 02, iş vərəqə 50-52) İstintaq zamanı Zərərçəkmiş şəxs1 işlətdiyi Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Dəniz yolu küçəsində 1941-1945-ci illər abidəsinin yaxınlığında olan «Yaşıl Meyvə» market mağazasının yerləşdiyi küçədə olan müşahidə kamerasında olan videgörüntünü CD diskdə istintaqa təqdim etmişdir. CD diskdə baxış keçirilən zaman həmin diskin iki ədəd fayldan ibarət olması və həmin fayllara daxil olub baxış keçirən zaman 05 mart 2021-ci il tarixdə 02:18 radələrində orta köklükdə olan 2 nəfər şəxsin hər biri sol əlində olan sellofan paketlə küçə istiqamətində bir-birinə təxminən 2 metr məsafə ilə bir-birinin ardınca mağaza tipli yerin qarşısı ilə hərəkət etmələri, daha sonra digər faylda isə eyni ilə həmin geyimdə olan şəxsləri yanbayan əllərində olan sellofan torbalar ilə məhəllə arası fərdi yaşayış evlərinin qarşısı ilə hərəkət etmələri müəyyən olunmuşdur. CD disk sübut növü hesab olunmuş və cinayət işinin materiallarına əlavə olunmuşdur. (cild 2, iş vərəqə 32, 85-100) İş materiallarında olan, 12 aprel 2021-ci il tarixli Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis kapitanı X7 tərəfindən tərtib olunmuş təqdim olunmuş əşyaların götürülməsi haqqında protokoldan müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs2 Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Bağlar massivi 0350 ünvanında yerləşən fərdi yaşayış evindən oğurluq etmiş, Təqsirləndirilən şəxs 12 aprel 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-in 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən saxlanan zaman qeyd edilən oğurluq əməlini etiraf etməklə həyətdə olan hamam otağından oğurlamış olduğu 2 ədəd böyüklər üçün 2 ədəd uşaqlar üçün nəzərdə tutulmuş velosipedlərin və 1 ədəd su matorunun təqdim etmişdir. (Cild 1, iş vərəqə 212) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyun 2021-ci il tarixli 9/3944 nömrəli rəyindən müəyyən olunmuşdur ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkildə göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin aprel ayına orta bazar qiyməti ilə ümumi qaydada təxminən 335,0 manat müəyyən edilir. O cümlədən 01 ədəd istifadədə olmuş «Smimge» markalı su matoru 50 manat, 02 ədəd istifadədə olunmuş «Stels Navigator» markalı ağ-qara rəngli yeniyetmələr üçün nəzərdə tutulmuş velosiped 200 manat (02 ədəd X100 manat), 01 ədəd istifadədə olmuş «Pilot Star» markalı qırmızı-qara rəngli uşaqlar üçün nəzərdə tutulmuş velosiped 45 manat, 01 ədəd istifadədə olmuş «Lada Sport» markalı göy qara rəngli uşaqlar üçünü nəzərdə tutulmuş velosiped 40 manatdır. (Cild 2, iş vərəqə 45-47) İstintaq zamanı 01 ədəd «Smimge» markalı su matoru, 02 ədəd istifadədə olunmuş «Stels Navigator» markalı ağ-qara rəngli yeniyetmələr üçün nəzərdə tutulmuş velosiped, 01 ədəd istifadədə olmuş «Pilot Star» markalı qırmızı-qara rəngli uşaqlar üçün nəzərdə tutulmuş velosiped, 01 ədəd istifadədə olmuş «Lada Sport» markalı göy qara rəngli uşaqlar üçünü nəzərdə tutulmuş velosiped maddi sübut hesab olunmuş və Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. (cild 2, iş vərəqə 85-100) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə onun üzərinə keçirilmiş baxış zamanı narkotik vasitə aşkar olunmaması, Zərərçəkmiş şəxs1 isə heç bir ziyan vurmadığını bildirməsi barədə verdiyi ifadəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyil və öz məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Belə ki, iş materiallarında olan 29 may 2021-ci il tarixli Təqsirləndirilən şəxs dindirilməsi protokolundan görünür ki, Bakı səhəri Suraxani rayon Məhkəməsinin 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir Bədənində olan ağrılara görə adını şüşə kimi bildiyi narkotik maddəni Baki səhərində müxtəlif ərazilərdə tanımadığı şəxslərdən öz şəxsi istifadəsi ücün alır. 26 may 2021-ci il tarixdə səhər saatlarında Bakı səhəri, Nizami rayonu, “Neftçilər” deyilən ərazidə tanımadığı şəxsdən öz şəxsi istifadəsi ücün 20 (iyirmi) manat nağd pul ödəyərək şəffaf sellofana bükülmüş bir ədəd bükümdə şüşə kimi tanıdığı narkotik maddəni almış, bir qismini istifadə etmişdir. Qalıq hissəsini sonra istifadə etmək ücün üzərində saxlamaqla daşımışdır. 27 may 2021-ci il tarixdə saat 17 radələrində Bakı səhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində yerləşən “Bizim” marketin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özünü təqdim etmiş və onlar polis əməkdaşı olmalarını bildirmişdir. Həmin vaxtı o üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşı onu yaxınlıqda olan Polis şöbəsinə gətirmişlər. Polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları videocəkiliş aparmaqla üzərinə baxış kecirilməsinin zəruri olmasını bildirmişdir. O, buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində videocəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansi bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da üzərində saxlamaqla daşıdığı özünə məxsus içərisində şüşə kimi tanıdığı narkotik maddə olan bir ədəd şəffaf torbada olan bükümü təqdim etmişdir. Polis əməkdasları təqdim etdiyi bükümü açmışlar və içərisində şüşə kimi tanıdığı narkotik maddəni aşkar etmişlər. Ondan aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlə möhurlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablasdırılmış zərf o, müdafiəci və digər iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirmişdir. Bundan əlavə keçirilən bütün prosseslər videocəkilişle qeydə alınmışdır. (cild 1, iş vərəqə 64-66) Həmçinin, iş materiallarında olan 28 may 2021-ci il tarixli Təqsirləndirilən şəxs dindirmə protokolundan görünür ki, 05 mart 2021-ci il tarixdə Bakı səhəri Suraxani rayonu Hövsan qəsəbəsində Dəniz yolu küçəsində olan «Yaşıl meyvə» mağazasından oğurluq etmək qərarına gəlmişdir. 05 mart 2021-ci il tarixdə gecə təxminən saat 02 radələrində Bakı səhəri Suraxanı rayonu Dəniz yolu küçəsində olan həmin mağazaya daxil olmaq üçün ətrafa baxmış və heç kimin olmadığına əmin olduqdan sonra həmin mağazanın plastik qapısının kilid hissəsini əlində olan vintaçan ilə fiziki zor edib ayırmaqla açmış və mağazaya daxil olmuşdur. O oradan 40 manat xirda pul müxtəlif nov tütün məmulatları, spirtli içkilər və enerji içkilərini özü ilə götürmüş və həmin əşyaları mağazadan götürmüş olduğu sellofana yığaraq həmin mağazadan çıxaraq oradan uzaqlaşmışdır. Sonra o oğurladığı siqaretləri yaşadığı evə aparıb orada heç kim görməsin deyə həyətdə gizlətmişdir. Səhərisi isə oğurladığı siqaretləri Suraxani rayon ərazisində müxtəlif yerlərdə tanımadığı şəxslərə satmış, oğurladığı spirtli içkiləri isə özü qəbul etmişdir. Oğurluq yolu ilə əldə etdiyi pulu öz ehtiyacları üçün xərçləmişdir. Belə ki, o mağazadan həmin əşyaları çıxarıb aparan zaman küçədə «Zaka» ləqəbli tanışı görmüş və ona kömək etməsini bildirmişdir ki, bəs ona aid əşyaları daşımağa kömək etsin və oda ona kömək etmişdir. O, həmin əşyaları necə haradan əldə etdiyini bilməmiş və onunla həmin oğurluq hadisəsində bu və ya digər formada iştirak etməmişdir. Onun həmin əməldən xəbəri olmamışdır. Onun harada yaşamasını bilməmiş və həmin hadisə ilə əlaqədar olaraq təqdim olunmuş görüntüdə olan şəxs özü olmuş və həmin vaxtı əynində qara paltarlar olmuşdur. Həmin vintaçanı o həmin ətrafda atmış və onun harda olmasın bilməmişdir. CD diskə görüntüdə olan şəxs özüdür. (cild 1, iş vərəqə 137-139) Məhkəmə gəldiyi nəticələri, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən Təqsirləndirilən şəxs götürülmüş 10,712 qram ağ rəngli psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələri əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Suraxanı RİHB-nin Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (cild 1, iş vərəqə 106) İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir. Ona qarşı heç bir iddiası, tələbi və şikayəti yoxdur. Onu bağışlayır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsi və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmündən görünür ki, Suraxanı rayon məhkəməsinin 01.12.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudulaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onun tutulduğu 02 (iki) gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (cild 1, iş vərəqə 92-94, 181-187) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından, Təqsirləndirilən şəxs əməlində hazırkı iş üzrə cinayətlərin residivi halı müəyyən edilmir. İş materiallarında olan 21.10.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanı tam şəkildə ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət, tələbi yoxdur. İş materiallarında olan 23 nömrəli şəhər poliklinikasının 13.11.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs anası X5 “şəkərli diabet” xəstəsidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, anasının xəstə olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cinayətlərin məcmusuna az ağır və ağır cinayətlər daxil olduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. İş materiallarında olan, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1(101)-206/2020 saylı, 01 dekabr 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onun tutulduğu 02 (iki) gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin 19.11.2021-ci il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində hökmün icrası barədə göstəriş 18.01.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs qeydiyyata alınmadığından 01 il, 11 ay, 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası cəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Odur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli, 1(010)- 206/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəzanın çəkilməmiş hissəsi yeni hökm üzrə təyin edilmiş cəza ilə tamamilə və ya qismən birləşdirilməlidir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən, hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli, 1(010)-206/2020 saylı hökmü ilə təyin edilmiş 1 il, 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası həmin məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunaraq hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən birləşdirilməli və bu yolla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2 maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 05 avqust 2021-ci il tarixli 2700 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-cü maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, adı qeyd olunan zərərçəkmiş şəxs cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək ona dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. İş üzrə maddi sübutlar – Suraxanı Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 10,712 qram, tədqiqatdan sonra qalıq qalan 10,612 qram ağ rəngli psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 141 manat, 76 qəpik qəpik pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan 27 may 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 29 may 2021-ci il tarixli, 4(010)- 246/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək, həbs etmənin əvvəli 27 may 2021-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 23; 74, 75) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 27 may 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X3 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 120 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 345,346,347,351- 353,356-cı maddələrini rəhbər tutub məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli, 1(010)-206/2020 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 il, 11 ay, 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası, həmin məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunaraq hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 27 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən dəymiş maddi ziyanla bağlı mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilsin. İş üzrə maddi sübutlar – Suraxanı Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş qalıq çəkisi 10,612 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 141 manat, 76 qəpik pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X3 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 120 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən imza Əhməd Quliyev Hakimlər imza Azər Paşayev imza İradə Həsənzadə Düzdür Məhkəmənin hakimi: Əhməd Quliyev. Düzdür məhkəmənin hakimi: Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar