Məhkəmə qərarları › İş №1(101)-1652/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1652/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1652/2023 06.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X3-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəalliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1992-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olub həmin ünvandada yaşamış və barəsində həbs qismində qətimkan tədbiri seçilib Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 02 aprel 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə qanunsuz olaraq külli miqdarda, yəni 3,423 qram çəkidə narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış, 03 aprel 2023cü il tarixdə saat 13:55 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən “Amor” adlı kafenin yaxınlığında Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən Binəqədi RPİ-nin 4-cü PŞ-nin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki gödəkçənin iç cibindən 01 ədəd şəffaf sellofan bükümdə 3,423 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, o, axşam saat 20:00-da ət dükanı ilə üzbəüz çayxanada əyləşib çay içərkən onun telefonuna 40-cı Polis Bölməsinin işçisi Riyad tərəfindən zəng gəldi. Polis əməkdaşı ondan harada olduğunu soruşduqda o, yerini demişdir, polis əməkdaşı ondan çölə çıxmasını istəmişdir. Polis əməkdaşı Riyad be-altı ildir ki, onun işlədiyi ət dükkanından alış-veriş etdiyindən həmin polis əməkdaşı ilə onun münasibəti olmuşdur. Polis onun telefonu aldıqdan sonra ondan maşına əyləşməsini istəmişdir. Bir az getdikdən sonra ondan Səbuhi adlı şəxsin yerini soruşmuşdur. Tanıdığı bir nəfər Səbuhi, onun xalası oğludur. O, Səbuhinin yerini göstərmişdir, lakin polis əməkdaşı ona demişdir ki, polis əməkdaşının axtardığı Səbuhi onun xalası oğlu deyildir. Riyad onu BMCMİ-yə aparacaqlarını, orada araşdıracaqlarını söyləmişdir. O Riyadla razılaşmışdır. BMCMİ-yə gedəndən sonra oradakı bütün əməkdaşlar onun üzərinə düşərək ondan Səbuhinin yerini söyləməsini istəmişlər. Sonra ondan Azərin kim olduğunu soruşmuşlar, o, Azəri ət dükkanında alış-veriş etdiyinə görə tanımışdır. Polis əməkdaşları onu hər hansı mitinqdə iştirak etməsi, sosial şəbəkələrdə dövlət əleyhinə paylaşımlar edib-etməməsinə dair sorğu-sual etmişlər. O, polis əməkdaşlarına belə bir hadisənin baş vermədiyini bildirmişdir. Onu 4-cü Polis Bölməsinə aparmışdırlar, orada ona vətən xaini demişlər, polis əməkdaşları onu həmin narkotik vasitəni götürmədiyi təqdirdə anasını evlərinin həyətindən çıxarmaqla hədələmişdirlər. Ona oradakı polis rəisi onu on beş ildən çox cəza gözlədiyini, lakin üzərinə qoyduqları narkotik vasitəni qəbul edərsə, daha az cəza veriləcəyini demişdir. O, həmin narkotik vasitəni qəbul etməkdən imtina etmişdir. Ona yenidən narkotik vasitəni qəbul etməyi, altı aydan sonra azadlığa çıxacağını bildirmişdirlər. O, bundan sonra rəisin dediyini qəbul etmişdir. Polis əməkdaşları ona üzərinə şəxsi axtarış zamanı videoçəkiliş edilərkən narkotik vasitəni “Papanin”dən tanımadığı şəxsdən aldığını söyləməsini deməyi tapşırmışlar. Videoçəkiliş olduqdan sonra onu Prokurorluğa apardıqda, orada ona 5 ildən 12 ilə qədər cəza gözlədiyi deyilmiş, o isə deyilənləri qəbul etməmişdir. İttiham aktında deyilənlər ona aid deyil. O, Vətən müharibəsində iştirak etmək üçün müraciət etmiş, lakin evin yeganə uşağı olduğuna görə onu qəbul etməmişlər. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, heç vaxt narkotik vasitədən istifadə etməmişdir. BMCMİ-də onu dindirdikdən sonra o, heç bir sənədə qol çəkməmişdir. Polis əməkdaşları onun ən çox dövlət əleyhinə sosial şəbəkələrdə nə paylaşdığı ilə maraqlanmışdırlar. 4-cü Polis Bölməsinə səhər saat 09:00 radələrində onu saxlamışdırlar. Onu polis bölməsində rəis müavini sorğu-sual etmişdir. O orada heç bir sənədə imza çəkməmişdir. Ona telefonda göstərdikləri şəkillər Kərbəla ziyarətində çəkilmiş şəkilləri olmuşdur. Onu polis əməkdaşlarının saxladığına dair onun ailəsinin xəbəri olmamışdır, onlara məlumat verə bilməmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, heç zaman narkotik vasitə istifadə etməmişdir və ya satışı ilə məşğul olmamışdır. 03 aprel 2023-cü il tarixdə Xocasən qəsəbəsində olarkən ona polis əməkdaşları yaxınlaşaraq onu Binəqədi rayon Pl-nin 4-cü Polis şöbəsinə gətirmişlər.Orada ona İran islam Respublikası ilə əlaqəsi olduğunu bildirib ona gələcəkdə ömürlük həbs edələcəyini bildirmşlər.O, isə İranla heç bir əlaqələrinin olmadığını bildirmişdir. Daha sonra Polis şöbəsində hazırda xatırlamadığı əməkdaş ona bildirmişdir ki, “vətən xaini” kimi rəsİmləşdirilməsini istəmirsə ona veriləcək narkotik vasitənin ona məxsus olmasını etiraf etsin. O, da çıxılmaz vəziyyətdə qalaraq razılaşmışdır və video çəkilişlə şəxsi axtarış aparılarkən əynindəki göy rəngli gödəkçənin sol cibindən bir büküm təqdim edərək narkotik vasitə olduğunu, Papanın ərazisindən 50 manata aldığını bildirmişdir. Həmçinin 4cü Polis şöbəsində vəkilinin iştirakı ilə dindirilərkən etiraf edərək bildirmişdir ki, ondan aşkar olunmuş maddə narkotik vasitə kakosdur və Papanindən 50 manata almışdır. Lakin hazırda bildirmək istəyir ki, o heç bir zaman narkotik vasitə istifadə etməmiş və ya satışı ilə məşğul olmamışdır. Həmin narkotik vasitə ona məxsus deyildir, sadəcə “vətən xaini” kimi sənədləşdiriləcəyindən qorxaraq məcburiyyətdən etiraf etmişdir. Ona polis şöbəsində olarkən ona polis əməkdaşları tərəfindən hər hansı bir psixi və fiziki zor tədbiq edilmədiyini bildirmişdir. Şahid1 ifadələrində göstərdi ki, məhkəmə tərəfindən ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq tanıyır. Onunla heç bir ədavəti və ya yaxınlığı yoxdur. Onlara daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs müəyyən olunub, 4-cü Polis Bölməsinə gətirildi. Bölmədə onun üzərinə video çəkiliş apamaqla baxış keçirildi. Onun üzərindən narkotik vasitə aşkar olundu. Bundan sonra üzərindən aşkar olunan narkotik vasitə ekspertizaya göndərildi. Təqsirləndirilən şəxs dedikləri yalandır. Əməliyyat məlumatının daxil olma müddəti, həmçinin daxil olduğu mənbə məxfi olduğu üçün o bunu açıqlaya bilmir. Əməliyyat məlumatı yoxlanıldıqdan sonra, əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir. Əməliyyyat qrupunun tərkibi barədə məlumat məxfi olduğundan həmin məlumatı deməmişdir. Onlar İlkini saxlamamışdan əvvəl onu bir saat müşahidə aparmışlar,sonra da onu tutub 4-cü Polis Bölməsinə gətirmişlər. Təhqiqatçının otağına İlkin aparılmamışdan əvvəl başqa İlkinlə bağlı heç bir hərəkət həyata keçirilməyib. O, İbtidai istintaq zamanı veriyi ifadəsinii təsdiq edir. Təqsirləndirilən şəxsin üzərindən aşkar olunan narkotik vasitənin növünü xatırlamır. O, təqsirləndirilən şəxsə böhtan atmır. İlkinə dövlət tərəfindən müdafiəçi təyin edilmişdir. İfıadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, 03 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Eləmin məlumat əsasında raportla rəhbərliyə məruzə olunmuş, o və Binəqədi RPİ-nin 4-cü PŞ-nin polis sahə rəisi Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri Özü olmuşdur. Daha sonra 03 aprel 2023-ci il tarixdə saat 13:55 radələrində daxil olmuş məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən “Amor” kafesinin yaxınlığında, əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxs saxlanılmışdır. Həmin şəxsə özlərini təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Onlar İlkinin üzərinə şəxsi axtarış keçirilməsi üçün Binəqədi RPİ-nin 4-cü PŞ-yə dəvət etmişlər. İlkin razılaşaraq onlarla birlikdə 4-cü PŞ-yə gəlmişdir. 4-cü PŞ-də İlkinə hüquq və vəzifələri elan olunmaqla özünün seçdiyi vəkil dəvət edilmişdir. Vəkil ona təqdim edildikdən və hüquq və vəzifələri bir daha izah edildikdən sonra Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bununla bağlı ərizə yazmışdır. Sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı əşyaları könüllü təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sol iç cibindən 01 ədəd şəffaf rəngli sellofan büküm təqdim etmişdir. Büküm açıldıqda içərisində toz şəkilli qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs 01 ədəd şəffaf sellofanda həmin maddənin «kakos» olduğunu və həmin maddəni Papanin adlanan ərazidə tanımadığı şəxsdən 50 manata aldığını, həmçinin şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və başqa iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Aşkar edilmiş 01 ədəd bükümdə olan narkotik vasitə heroinə bənzəyən maddə boş zərfə qoyularaq 173 Nb-li zərflər üçün möhürü ilə möhürlənmişdir. Keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və həmin protokol ucadan oxunmuş, həm zərf, həm də protokol şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 Nazim oğlu ifadələrində göstərdi ki, Binəqədi RPİ-də sahə rəisi vəzifəsində xidmtə edir. Təqribən 22-23 aprel 2023-cü il tarixində daxil olmuş əməliyyat məlumatı əsasında Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs saxlamağa getmişlər. Daha sonra Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq idarəyə gətirilmiş və orada İlkinin üzərinə baxış keçirildi. Onun üzərindən 01 ədəd sellofan bükümdə narkotik vasitə aşkarlandı. Bundan sonra İlkin üzərindən aşkar olunan narkotik vasitənin özünə aid olduğunu dedi. X4 adlanan ərazidə saxlamışlar. O, həmin əməliyyata əməliyyatçılara kömək məqsədilə getmişdir. İlkin üzərinə şəxsi axtarış həyata keçirilərkən video çəkiliş aparılıb, video çəkiliş zamanı müdafiəçi ilə təmin olunub. Zaur adlı şəxsin əməliyyatçılar arasında olduğu dəqiq yadında deyil. O, hadisə yerinə Kamil adlı şəxs ilə birlikdə getmişdir. Onlar İlkini saxlayanda gecə saat bir ilə iki olardı. İlkini saxlayanda qoluna qandal vurmamışlar. Güman edir ki, İlkin tərəfindən polis əməkdaşlarına qarşı müqavimət var imiş ki, Elçin onu köməyə çağırıb. Hadisə yerində 20-30 nəfər var idi. O, İlkin saxlanılan zaman qeyri-adi hərəkət görməmişdir. Şahid1 İlkini inzibati binada öz otağına gətirdi və orada sual-cavab etdi. Şahid1 İlkini sual-cavab edəndə o, mobil telefonla məşğul olmuşdur. Həmin otağa rəis, rəis müavini, və başqa işçilər də gəlib-gedirdi. Otağa Zaur müəllim də gəlmişdi. Yəqin ki, Zaur müəllim də İlkinə sual verdi, amma o, eşitməmişdir. Təhqiqatçının otağında o, müdafiəçi, təhqiqatçı, Şahid1 və Təqsirləndirilən şəxs olmuşdur. İlkinin üzərinə şəxsi axtarış həyata keçirilənə kimi heç bir sənədə imza etdirilməmişdir. İlkin ilə müdafiəçi təhqiqatçının otağında danışırdılar. Təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitənin özünə məxsus olduğunu dedi. Video çəkiliş bitdikdən sonra İlkini müvəqqəti saxlama yerinə göndərdil. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 Nazim ibtidai istintaq zamanı Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış 03 aprel 2023-cü il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan və həmin protokola əlavə edilmiş CD disıcə keçirilmiş 05 aprel 2023-cü il tarixli baxış protokolundan görünür ki, diskin yaddaşında 01 ədəd “20230403_l 54806” adlı fayl mövcuddur. Həmin fayl açılaraq keçirilmiş baxış zamanı xidməti otaqda aparıldığı, otaqda ümumilikdə dörd nəfər şəxslərin olduğu görünür. Binəqədi RPİ 4-cü PŞnin baş təhqiqatçısı polis mayoru Pərvir Cəfərov özünü təqdim etdikdən sonra, orada iştirak edən, Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1, həmin PŞ-nin sahə rəisi, polis mayoru Şahid2 təqdim edir, daha sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs təqdim edir. Daha sonra təhqiqatçı tərəfindən iştirakçıların hüquq ve vəzifələri izah edilir, həmçinin Təqsirləndirilən şəxs üzərində «şəxsi axtaış və götürmə» aparılmasının əsaslarını izah edir. Təhqiqatçı tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olurnur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sol iç cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim edərək, həmin bükümdə «kakos» adlanan narkotik vasitə olduğunu, «Papanin» ərazisində 50 manat müqabilində əldə etdiyini bildirir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı başqa əşya və ya predmet aşkar edilmir. Aşkar edilmiş bir ədəd büküm zərfdə qablaşdırılaraq götürülür. Təhqiqatçı tərəfındər keçirilmiş şəxsi axtanış və götürmə barədə tərtib edilmiş protokol ucadan oxunur,əlavə və qeydlər daxil olmadığını görünür. Baxış keçirilmiş faylda olan çəkiliş 05 dəqiqə 54 saniyədə bitir. Məhkəmədə elan olunub araşdırlmış 04 aprel 2023-cü il tarixli, 6/1944 No-İi məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN zərflər N° 173” dairəvi möhür əksi, “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı və imzalar olan zərfdəli 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,423 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından əlavə olunmuş 06 may 2023-cü il tarixli maddi sübut kimi tanınma qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 3,423 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və Təqsirləndirilən şəxs üzərinə Binəqədi RPİ-nin 4-cü PŞ-nin inzibati binasında şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman edilmiş videoçəkilişin olduğu 01 ədəd DVD formatlı disk maddi sübut qismində tanınmış, ekspert tədqiqatından sonra qalıq çəkisi 3,323 qram narkotik vasitə heroin saxlanılması üçün Binəqədil RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, 01 ədəd DVD formatlı disk cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmənin hüquqi dəyərləndirməsi: Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri həmin Məcəllənin «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər» fəslində nəzərdə tutulmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair ciinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, 2 saylı Qərarında göstərilir ki, 234-cü maddənin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitlərin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avdanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Verilən ittiham üzrə Təqsirləndirilən şəxs istinad olunan əməllərdə onun təqsirliliyinin sübuta yetirilməsi üçün onun qabaqcadan əlbir olmuş bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib saxlamaqla daşıması sübut edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, müdafiə tərəfi ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı ibtidai istintaq zamanı ona psixi təsirlər edilməsi ilə əlaqələndirdi. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində polis bölməsində polis əməkdaşlarının ona qarşı psixi zorakılıq etdiyini, üzərindən aşkar olunan narkotik vasitənin ona aid olmadığını, narkotik vasitələrin həm istifadəsi, həm də satışı ilə məşğul olmadığını göstərmişdir. Məhkəmədə onun bu ifadələri araşdırılarkən qismən öz təsdiqini tapdı. Belə ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olmuş bir qrup şəxs halında satış məqsədiylə deyil, satış məqsədi olmadan əldə etmə, saxlama, daşımada təqsirli bilinməlidir. Məhkəmə gəldiyi bu nəticəni onunla əsaslandırır ki, məhkəmədə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ittiham tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Məhkəmənin bu mövqeyi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsi baxımından da əsaslıdır. Belə ki, həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona psixi təsir göstərilməsi və üzərindən aşkarlanan narkotik vasitələrin ona aid olmaması ilə bağlı olan ifadələri araşdırılarkən öz təsdiqini tapmamış, faktiki əsası olmayan və öz müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqlı vəziyyətdə qəsdən törətməsinin sübuta yetirildiyi qənaətinə gəlir və Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmasını əsaslı sayır. İstintaq orqanı isə Təqsirləndirilən şəxs bu əməllərini şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək əvvəlcədən aralarında olan razılaşmaya əsasən, sonuncudan 02 aprel 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə satış məqsədilə qanunsuz olaraq külli miqdarda 3,423 qram çəkidə narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşamaq kimi qiymətləndirib onun əməllərini Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri tövsif etmişdir. Məhkəmə, yuxarıda göstərilən qənaətə gəldiyindən Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin xaric olunmasını əsaslı sayır və ittihamdan xaric edir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədiyi əməli qəsdən törətməsi qənaətinə gəldiyindən onun təqsirli bilinib bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada onun cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 114 (yüz on dörd) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, ekspertizasının keçirilməsinə sərf edilmiş 114 (yüz on dörd) manat vəsaitin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİnin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 3,323 qram narkotik vasitə heroinin sərbəsət dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 (bir) ədəd CD diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 aprel 2023-cü il tarixdə o, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərəkən nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi onun əvvəllər məhkum olmaması, törətdiyi əməl nəticəsində böyük ictiami təhlükəli nəticələrin baş verməməsi müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 10 may 2023-cü tarixli 2788 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstələyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmamasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmaması əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 03 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 114 (yüz on dörd) manat vəsait Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Məhkəmə ekspertizasının keçirilməsinə sərf edilmiş 114 (yüz on dörd) manat vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,323 qram narkotik vasitə olan heroin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin, şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar