Məhkəmə qərarları › İş №1(101)-1652/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1652/2024

04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1652/2024 04.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi: Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1995-ci il tarixdə Göyçay rayonuda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Şəki rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(075)-28/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum olunmaqla hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Şəki rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkərkən 24 mart 2004-cü il tarixdə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X6’nm 55, 58.1-ci bəndlərinə əsasən müəssisə əməkdaşlarının qanuni tələblərini yerinə yetirməyə və cəzaçəkmə müəssisəsinin müəyyən edilmiş davranış qaydaları və gündəlik qaydaya ciddi əməl etməyə borclu olduğu halda, həmin Qaydaların 69-cu bəndinə və xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş məhkumlar üçün gün bölgüsünə müvafiq olaraq xx.xx.2023-cü il tarixdə saat 17 radələrində həmin müəssisənin əməkdaşı - rəis vəzifəsi üzrə səlahiyyətləri müvəqqəti icra edən, ədliyyə polkovnik-leytenantı Zərərçəkmiş şəxs tərəfindən müəssisədə cəza çəkən məhkumların sırada adbaad siyahı üzrə axşam yoxlanışı keçirilən zaman o, sıradan kənarlaşmaqla yoxlama meydançasında dayanaraq xidməti vəzifələrini icra edən Zərərçəkmiş şəxs yaxınlaşıb sonuncunun əvvəllər sıra baxışı keçirilərkən papağının çıxarılması ilə bağlı ona bildirdiyi haqlı irada görə intiqam almaq məqsədilə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə qəsdən başı ilə Zərərçəkmiş şəxs üz nahiyyəsinə bir dəfə vuraraq sonuncuya sağlamlığa yüngül zərərvurmaya aid, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan alt dodağın iç səthinin əzilmiş yarası ilə müşayiət olunan xəsarət yetirərək cəzaçəkmə müəssisəsinin normal fəaliyyətini pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir, əməlindən peşman deyil. Siyahı üzrə ad soyadı yoxlanılan zaman Çingiz müəllimi kənara çağırmışdır. İnsanlardan kənarda torpaq əraziyə keçmişlər, ona ağıllı olmasını bildirmiş və qolundan tutub ona kəllə vurmuşlar. Sonra onu xəstəxanaya aparmışlar, oradan da 12-ci saylı Cəzaçəkmə müəssisəsinə və sonradan da Şüvəlana getmişdir. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında bibisi ilə bir yerdə yaşamış, 2013-cü ildə anası X3ma bıçaqla xəsarət yetirdiyi üçün sonuncu ilə münasibəti pozulmuş, atası X2 2013-cü ildə kəskin miokard infarktı nəticəsində vəfat etmiş, bacısı X4 və qardaşı X5 Bakı şəhərində yaşayır və sonuncular haqda məlumatı çox yoxdur. Hərdən bir bacısı və qardaşı ona ziyarətə gəlirlər. Hərbi xidmətə qolunda olan kəsiklər səbəbindən yollanmamış, həmçinin nikah münasibətində də olmamışdır. xx.xx.2022-ci il tarixdə Şəki rayon məhkəməsinin hökmü ilə 2 il 5 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2022-ci ilin avqust ayına kimi Şəki rayonunda yerləşən İstintaq təcridxanasmda, 2022-ci ilin avqust ayından isə 1 saylı Cəzaçəkmə müəssisəsində saxlanılmış, xx.xx.2023- cü il tarixdə saat 17 radələrində hər gün olduğu kimi, günün nizam qaydalarına əsasən axşam düzülüşü keçirilmiş, Zərərçəkmiş şəxs sıranın qarşısında dayanıb məhkumların yerində olub-olmamasını yoxlayırdı. O da hamı kimi sırada dayanmış, uzun müddətdir ki, Zərərçəkmiş şəxs qarşı onda qıcıq yaranmış, qıcıq yaranmasının səbəbi Zərərçəkmiş şəxs ona iradlar bildirməsi olmuşdur. Daxili qaydaya əsasən sıra yoxlanışı zamanı məhkumların hər birinin adı çəkiləndə həmin adı çəkilən məhkum müəssisənin əməkdaşlarının qarşısından keçməli, bu zaman başında papaq varsa, həmin papağı çıxarmalıdır ki, həm məhkumun xəsarətinin olub-olmaması, həm də həmin məhkumun həqiqətən də adıçəkilən məhkum olubolmaması müəyyən edilsin. O isə həmin papaq çıxarmaq məsələsini qəbullana bilməmiş, bu səbəbdən 2-3 dəfə axşam yoxlanışı zamanı papağını çıxarmadan müəssisə əməkdaşlarının qarşısından keçərkən Çingiz müəllim ona haqlı iradını bildirmiş, o isə bundan sonra papağı başından çıxarmış, hər nə qədər papağı çıxarsa da, bu hal onu qıcıqlandırığı üçün xx.xx.2023-cü il tarixdə saat 17 radələrində axşam düzülüşü başladıqdan sonra icazə almadan sıradan çıxıb Zərərçəkmiş şəxs yaxınlaşaraq “bircə dəqiqə bəri gəl işim var sənlə” deyib sonuncunu asfalt sahədən, torpaq sahəyə dəvət etmiş, Zərərçəkmiş şəxs də ona yaxınlaşaraq nə baş verdiyini soruşmuş, o da həmin vaxt Zərərçəkmiş şəxs 1 dəfə kəllə ilə üz nahiyyəsinə zərbə vurmuşdur. Zərərçəkmiş şəxs həmin gün ona irad bildirməmiş, ən son iradı hadisədən təxminən 1-2 həftə öncə bildirmişdir. Bundan sonra müəssisə əməkdaşları onu sıranın qarşısından kənarlaşdırmış, müəssisə əməkdaşları onun törətdiyi kobud rejim pozuntusunun qarşısını almaq üçün rezin dəyənəklə də vurmuşlar. O, öz istəyi ilə Zərərçəkmiş şəxs fiziki zorakılıq göstərmiş, kimsə ona bu barədə deməmiş, yaxud da o, əvvəlcədən kiməsə bu barədə deməmişdir. O, əvvəllər də həmin iradlara görə Zərərçəkmiş şəxs vurmaq istəmiş, lakin səbrini basmışdır. xx.xx.2023-cü il tarixdə isə artıq Zərərçəkmiş şəxs vurmaq qərarına gəlmiş və sıranın qarşısında Zərərçəkmiş şəxs vurmuşdur. xx.xx.2023-cü il tarixdə səhər yuxudan oyananda artıq Zərərçəkmiş şəxs vurmaq istəmiş, bu səbəbdən axşam düzülüşündə istəyini reallaşdırmışdır. O, hər kəsin önündə Zərərçəkmiş şəxs qarşı fiziki zorakılıq tətbiq etmək barədə heç fikirləşməmiş, məqsədi məhkumlar önündə hərəkətini nümayiş etdirmək olmamış, sadəcə olaraq, həmin vaxt Zərərçəkmiş şəxs vurmaq istədiyi üçün vurmuşdur. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir, 19 dekabr 2023-cü ildə rəis vəzifəsini müvəqqəti icra etmişdir. Məhkumların axşam yoxlanışı olan zaman Təqsirləndirilən şəxs özünü başqa şəxslərdən uzaq aparırmış. Onu çağırmış və sıradan geri çəkilmişlər. Orada ona kəllə atmışdır. Hazırda onun Heydərə qarşı hər hansı şikayət və tələbi yoxdur. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2007-ci ildə ədliyyə orqanlarında xidmət etməklə, 2017-ci ilin dekabr ayından Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini (əməliyyat rejim işləri üzrə) vəzifəsində, ədliyyə polkovnik leytenantı rütbəsində xidmət edir. Şəki rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə cəza çəkən məhkum Təqsirləndirilən şəxs cəzasım Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkmiş, sonuncu cəza çəkdiyi gündən müəssisə əməkdaşları tərəfindən hüquq və vəzifələri izah olunmuş, bütün maddi və məişət şəraiti ilə təmin olunmuşdur. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müəssisə rəisi məzuniyyətdə olduğu üçün o, müəssiə rəisini əvəz etmiş, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində tərəfindən müəssisədə cəza çəkən məhkumların sırada adbaad siyahı üzrə axşam yoxlanışı keçirilmiş, axşam yoxlanışı “Cəzaçəkmə müəssisələrinin X8”nm 69-cu bəndinə və xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş məhkumlar üçün gün bölgüsünə uyğun olaraq keçirilir. Müəssisədə səhər yoxlaması gündəlik 09:00-09:30, axşam yoxlamas isə 17:00-17:30 aralığında keçirilir. Tərəfindən axşam yoxlanışı keçirilməyə yenicə başlanmışdı ki, məhkum Təqsirləndirilən şəxs icazə almadan sıradan çıxıb ona yaxınlaşaraq “bircə dəqiqə sizi olar?” deyib onu asfalt sahədən, torpaq sahəyə dəvət etmiş, o da məhkum Təqsirləndirilən şəxs yaxınlaşaraq nə baş verdiyini soruşmuş, sonuncu ona həmin vaxt 1 dəfə kəlləsi ilə üz nahiyyəsinə zərbə vurmuşdur. Həmin zərbə onun dodaq nahiyəsindən dəymiş, o, dərhal məhkum Heydər Heydərimin paltarından tutaraq əli ilə özündən uzaqlaşdırmışdır ki, sonuncu bir də onu vurmaq istəsə, vura bilməsin. Bundan dərhal sonra müəssisənin əməkdaşları Təqsirləndirilən şəxs saxlamış, nə o, nə də başqası Təqsirləndirilən şəxs fiziki zorakılıq göstərməmişlər. Təqsirləndirilən şəxs hüquqazidd hərəkətinin qarşısını almaq məqsədilə sonuncuya xəbərdarlıq edildikdən sonra Azərbaycan Respubliksı Cəzaların İcrası Məcəlləsinin 78-ci maddəsinə əsasən rezin dəyənək tətbiq edilmiş və məhkum Təqsirləndirilən şəxs törətdiyi ciddi rejim pozun tuşuna görə 15 gün müddətinə cərimə təcridxanasma keçirilmişdir. Hadisədən sonra o, tibbi yardım almaq üçün müəssisənin tibb məntəqəsinə yaxınlaşmış və orada ona göstərilən tibbi yardım kifayət etdiyi üçün hər hansı tibb müəssisəsinə müraciət etməmişdir. Təqsirləndirilən şəxs ilə arasında heç bir düşmənçilik və ya ədavət olmamış, bir müəssisə əməkdaşı kimi onun hər hansı məhkumla ədavətinin və ya düşmənçiliyinin olması da mümkün deyil. Məhkum Təqsirləndirilən şəxs hansı səbəbdən belə bir hərəkət etməsi barədə heç bir fikri olmamış, baş vermiş hadisədən sonra özündən bu barədə soruşduqda məhkum Təqsirləndirilən şəxs əvvəl bir neçə dəfə başındakı papağı çıxarması ilə bağlı bildirmiş olduğu iradlara görə belə hərəkət etdiyini demişdir. Daxili qaydaya əsasən sıra yoxlanışı zamanı məhkumların hər birinin adı çəkiləndə həmin adı çəkilən məhkum müəssisənin əməkdaşlarının qarşısından keçməli, bu zaman məhkumun başında papaq varsa, həmin papağı çıxarmalıdır ki, həm məhkumun xəsarətinin olub- olmaması, həm də həmin məhkumun həqiqətən də adıçəkilən məhkum olub-olubmaması müəyyən edilsin. Çünki müəssisədə cəza çəkən məhkumların geyimi bir-birinə bənzədiyi, yəni qara rəngli olduğu üçün onları bəzən bir-birindən ayırmaq çətin olur. Bu səbəbdən bir neçə dəfə məhkum Təqsirləndirilən şəxs sıra yoxlanışı keçirilərkən başındakı papağı çıxarmasını normal şəkildə bildirmiş, sonuncu da heç bir etiraz etmədən başındakı papağı çıxarmışdır. Təqsirləndirilən şəxs izahatında sonuncuyla prinsip aparması barədə bildirdikləri böhtan xarakterlidir, həqiqəti əks etdirmir. Onun Təqsirləndirilən şəxs ilə prinsip aparmağı üçün heç bir əsas yoxdur. Rəis müavini kimi hər hansı məhkumla prinsip aparmağı da subordinasiya qaydalarına ziddir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, 19 dekar 2023-cü il tarixdə saat 17 radələrində axşam yoxlaması zamanı məhkum Təqsirləndirilən şəxs sıradan qəflətən çıxaraq rəis müavini Zərərçəkmiş şəxs kəllə ilə zərbə endirmişdir. Zərərçəkmiş şəxs alt dodaq nahiyəsindən zədə almışdır. Bundan sonra onun müqavimətinin qarşısını almaq üçün rezin dəyənək istifadə olunmuşdur. Niyə belə bir şey etdiyini onlar da bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə proses iştirakçıların fikirlərini, digər şahidlərin də ibtidai istintaqda hazırki şahidlərlə eyni məzmunlu ifadə verdikləri nəzərə alıb onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmiş, onların ibtidai istintaqda verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317.3-cü maddəsi ilə tövsif edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsinin yaşayış sahəsidir. Baxış iştirakçısı 1 saylı Cəzaçəkmə müəssisəsinin əməliyyat müvəkkili Nicat Aslanov məhkumların səhər və axşam yoxlanışı zamanı düzüldükləri yeri və rəis müavini Zərərçəkmiş şəxs sıra qarşısında durduğu yeri göstərərək 19 dekabr 2023-cü il tarixdə axşam düzülüşü keçirilərkən məhkum Təqsirləndirilən şəxs sıradan kənarlaşaraq Zərərçəkmiş şəxsa fiziki zor tətbiq etdiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan məhkəmə-tibbi ekspertizasının 29 dekabr 2023-cü il tarixli 1244 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Məmmədli oğlunun məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş - alt dodağın iç səthinin əzilmiş yarası - bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdi, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınması istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan məhkəmə-tibbi ekspertizasının 15 fevral 2024-cü il tarixli 41 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xx.xx.2023-cü il tarixdə yaranmağa uyğun hər hansı bir xəsarətin obyektiv əlamətləri aşkar olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan kompleks ambulator psixoloji və psixiatrik ekspertizasının xx.xx.2024cü il tarixli 596 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxsli Bayram oğlu hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxsli Bayram oğlunda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxsli Bayram oğlu ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxsli Bayram oğlu hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxsli Bayram oğlunun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22 maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxsli Bayram oğlunun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxsli Bayram oğlu onda müəyyən edilən xasiyyətin psixopatik cizgilərinə xas olan hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, qıcığa qarşı həssaslıq və s. kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxsli Bayram oğlunun əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxsli Bayram oğlu qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Təqsirləndirilən şəxsli Bayram oğlu cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti (affekt) keçirməmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsində məhkum Təqsirləndirilən şəxs barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, məhkum Təqsirləndirilən şəxs 1 saylı Cəzaçəkmə müəssisəsinə xx.xx.2022-ci il tarixdə İstintaq Təcridxanasmdan daxil olmuşdur. Yataq yeri və ən zəruri ləvazimatlarla təmin edilmişdir. Məhkuma hüquq və vəzifələri, X8, cəzanın çəkilməsi şərtləri izah olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs ilə cəza çəkdiyi müddətdə fərdi- tərbiyəvi söhbətlər aparılmışdır. İslah prosesinə cəlb olunması üçün müəssisədə aparılan abadlıq işlərinə, keçirilən mədəni-kütləvi tədbirlərə cəlb edilsədə, tədbirlərdə iştirak etməkdən yayınmağa çalışmışdır. Məhkum Təqsirləndirilən şəxs onunla aparılan fərdi-tərbiyəvi söbətlərdən özünə nəticə çıxartmağa səy göstərmir. xx.xx.2023-cü il tarixdə 15 gün müddətinə cərimə təcridxanasma keçirilmişdir. Məhkum xasiyyətcə qapalı təbiətlidir. Ona verilən tapşırıqları vaxtında yerinə yetirməyə, islah yoluna qədəm qoymağa çalışmır. Müəssisədə cəza çəkən müsbət xarakterli məhkumlarla münasibəti mənfidir. Məhkum Təqsirləndirilən şəxs əməyə və təhsilə münasibəti mənfidir. Asudə vaxtlarını televiziya verilişlərinə baxmaqla keçirir. Ailə üzvləri ilə görüş və telefon qovşağı vasitəsi ilə əlaqə saxlayır. Törətdiyi cinayət əməlini etiraf etsədə, səmimi peşmanlıq hissi keçirdiyi müşahidə olunmur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsinin əməliyyat şöbəsinin rəisi, ədliyyə mayoru Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli istiqamətləndirmədən görünür ki, məhkum Təqsirləndirilən şəxs müəssisədə özünü mənfi xarakterli məhkum kimi göstərmiş, əməkdaşlar və məhkum yoldaşları ilə davranışda nəzakətli olmamış, müəssisənin ictimai həyatında iştirak etməkdən yayınmağa çalışmış, məhkumlar arasında qarşıdurmağa səbəb ola biləcək addımlar ataraq, daima bu cür konfliktlər yaratmağa çalışmışdır. Məhkumları müəssisədə mövcud olan rejimə və qayda-qanunlarına tabe olmamada təhrik etmis, müəssisənin normal is fəaliyyətini pozmağa yönələn hərəkətlər etməyə özünə və ətrafdakılara xəsarət yetirməyə, intihar etməyə, digər qeyri-adi əməllər etməyə meyillidir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovniki Emin Həsənov tərəfindən təsdiq edilmiş xx.xx.2023cü il tarixli məhkumlar üçün gün bölgüsünə əsasən gündəlik olaraq, saat 17:00- 17:30 aralığında məhkumların axşam yoxlanışı həyata keçirilir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(091)-036/2017 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Qaradağ rayon məhkəməsinin 12 fevral 2019-cu il tarixli 7(002)-175/2019 nömrəli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs 10 ay 13 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göyçay rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(046)-70/2020 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şəki rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(075)-28/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib cəzasının əvvəli xx.xx.2022-ci il hesablanmaqla, 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlanıldığı günlər təyin edilmiş cəzadan çıxılmaqla, üzərində 02 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən gəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Həmin məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Həmin məcəllənin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Həmin məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə məhkum edilmiş şəxs cəzanı çəkib qurtardığı gündın altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs əməli cinayətin təhlükəli residivini yaradır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsininin rəhbərliyindən təqdim olunmuş Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Şəki rayon məhkəməsinin xx.xx.2022ci il tarixli 1(075)-28/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2,177.2.3, 69.3-cü maddələri ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli xx.xx.2022-ci il, cəzasının sonu xx.xx.2024-cü ildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb hesab edir ki, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəza seçilməli, cəzasını 04 iyun 2024-cü il tarixdən hesablanmalı və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etməmişdir, cinayətlərin təhlükəli residivi isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 08 (səkkiz) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, Şəki rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(075)-28/2022 nömrəli hökmü ilə təyin edilmiş 2 il 5 ay 26 gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi, yəni 03 ay 02 gün, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə, Təqsirləndirilən şəxs qəti olaraq 8(səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 04 iyun 2024-cü il tarixdən hesablansın. Şəki rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(075)-28/2022 nömrəli hökmü ilə müəyyən edilmiş azadlıqdan məhrum etmə etmə ilə əlaqədar olan cəzanı Təqsirləndirilən şəxs çəkməsi və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasmda saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar