Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1653/2021 27.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokurorları, X6, Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, 11 avqust 1995-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Xaçmaz şəhəri, H.Sultanov küçəsi ev 8-də qeydiyyatda olub ünvan 1-də yaşamış və barəsində qətimkan tədbiri qismində həbs seçilib Azərbaycan Respublikası ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə başqa şəxslərlə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən 1500-2000 manat müqabilində başqa şəxsə məxsus külli miqdarda narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib 2020-ci ilin sentyabr ayının axırlarında başqasının tapşırığı ilə Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi ərazisində “X2” şirkətinin yaxınlığında “sürət həddin 20” yol hərəkəti nişanının yanına başqa şəxs tərəfindən qoyulmuş, külli miqdarda, yəni təmiz çəkisi 1.444,564 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, təmiz çəkisi 2.185,123 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və bir ədədinin tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı 0,04 qram olmaqla ümumilikdə təsiredici maddəsinin miqdarı 21,96 qram olan 549 ədəd, külli miqdarda narkotik vasitə olan metadonu satış məqsədi ilə qanunsuz olaraq əldə edərək yaşadığı ünvan 1 ünvanına daşıyıb orada saxlamış, 13 fevral 2021-ci il tarixdə saat 23:00 radələrində başqa şəxsin tapşırığına əsasən yaşadığı evdə saxladığı narkotik vasitə heroindən bir ədəd və psixotrop maddə metamfetamindən bir ədəd şəffaf sellofan bükümdə qablaşdırıb satış məqsədi ilə üzərində saxlamaqla yaşadığı mənzildən çıxaraq ünvan 2 ünvanın yaxınlığında piyada hərəkətdə olarkən o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılaraq həmin idarənin ünvan 3 ünvanda yerləşən inzibati binasına gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zamanı onun əynindəki gödəkçənin sol yan cibindən 01 ədəd sellefon bükümdə təmiz çəkisi 49,564 qram olan, külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd sellefon bükümdə təmiz çəkisi 10,123 qram olan, külli miqdarda ağ rəngdə kristalik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, 14 fevral 2021-ci iltarixdə saat 02:30 radələrində onun yaşadığı ünvan 1 ünvanında aparılan baxış zamanın mənzilin qonaq otağında yerləşən kreslonun arxasından qara rəngli idman çantasının içərisindən 03 ədəd sellefon bağlamada külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 425,0 qram, 915,0 qram, 55,0 qram, ümumi təmiz çəkisi 1395,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 04 ədəd sellefon bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 860.0 qram, 645,0 qram, 330,0 qram, 340,0 qram, ümumi təmiz çəkisi 2175,0 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədədinin tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı 0,04 qram olmaqla külli miqdarda, ümumilikdə təsiredici maddəsinin miqdarı 21,96 qram olan 549 ədəd narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilib, törətdiyi əməldən peşiman olduğunu bildirib etirafedici ifadələr verərək göstərdi ki, o, tutulana qədər anası X10 və 9 aylıq qızı ilə birlikdə ünvan 5-də kirayədə yaşamışdır. O, X7 ilə qeyri-rəsmi ərarvad münasibətlərində olmuşdur. Ələm narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olurdu. O, narkotik vasitə və psixotrop maddələri əslən İran İslam Respublikası vətəndaşı Əsgər adlı şəxsdən alıb Bakı şəhərində satışını həyata keçirirdi. Onun özü Ələm ilə tanış olmamşdan qabaq metamfetamindən istifadə etmişdir. Sonradan o, hamilə olduğu üçün psixotrop maddədən istifadə etməmiş, Ələm isə narkotiklə əlaqədar tutuldu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edildi. Hazırda çəza çəkir. Həyat yoldaşı Ələm Ələmov tutulduqdan sonra əslən İran vətəndaşı olan Əsgər onunla watsapp proqramı vasitəsi ilə əlaqə saxlayıb ona maddi köməklik edəcəyini bildirmişdi. Əsgər ona bir neçə dəfə anası Zəbihə Əsədovanın adına olan "Kapitalbank” ASC-də rəsmiləşdirilmiş 4169 7385 1763 0376 nömrəli karta çörək pulu göndərmişdir. Təxminən üç-dörd ay keçdikdən sonra Əsgər onu Bəhruz adlı əslən İran vətəndaşı ilə tanış edib onunla birlikdə narkotik vasitənin satışını, yəni sonuncunun bildirəcəyi yerlərə narkotik vasitə və psixotrop maddələri pul qarşılığında qoya bilib-bilməməsini soruşmuşdur. O da uşağını dolandıra bilmədiyi üçün bu yol ilə pul qazanmaq qərarına gəlib onun təklifi ilə razılaşmışdır. Bundan sonra o, Əsgərin ona bildirdiyi İİR mobil operatoruna məxsus nömrə götürmüşdür. Həmin nömrə ilə əlaqə saxlayıb ümumi tanışlıq vermişdir. Nömrənin sahibi özünü Bəhruz adı ilə təqdim edib hər şeyin yaxşı olacağını və göndərəcəyi narkotik vasitə və psixotrop maddələri onun dediyi yerlərdən götürüb sonradan onun sifarişçilərinin istədiyi miqdarda özünə uyğun yerlərə qoyüb və bu barədə Bəhruza məlumat verməli olduğunu dedi. O da razılaşmışdır. Bundan sonra onlar birlikdə işləməyə başlamışlar. Bəhruz ilk dəfə malı Xəzər rayonu, Binə qəsəbəsi yaxınlığında “Az Protein” adlandırılan binanın yaxınlığına yerləşdirildiyini dedi. O, da həmin malı oradan götürüb yaşadığı ünvana gətirmişdir. Həmin torbanın içərisində bir kiloqram “patı” adlandırdıqları metamfetamin və bir kiloqram “kola” adlandırdıqları narkotik vasitə heroin var idi. O, həmin narkotik vasitə və psixotrop maddələri Bəhruzun dediyi miqdarlarda elektron tərəzi ilə ölçüb onun dediyi miqdarlarda ayrıb Bakı şəhəri ərazisində özü seçdiyi uyğun yerlərə qoyduqdan sonra narkotik vasitə və psixotrop maddələri yerləşdirdiyi yerlərin şəklini çəkib Bəhruza göndərmişdir. Bəhruz ona hər bir və ya bir kiloqram yarım narkotik vasitə və psixotrop maddəni yerləşdirdikdən sonra 1000-1500 manat verirdi. O da bu qayda ilə Bəhruzla təxminən doqquz ay işləmişdir. Sonuncu dəfə təxminən tutlmamışdan üç-dörd gün qabaq Bəhruz onunla yenidən “watsapp” proqramı vasitəsi ilə əlaqə saxlayıb İrandan Azərbaycana narkotik vasitə və psixotrop maddələr göndərəcəyini dedi. Bundan sonra onunla əlaqə saxladığı zaman ona təcili gedib həmin malı götürməyi tapşırdı. Danışıq olan gün Bəhruz onunla yenidən əlaqə qurub malın Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində yol nişanının altında qara rəngli idman çantasında olmasını demişdi. O da Bəhruzun ona bildirdiyi yerə getmişdir. Orada qara çantanın olmasını görmüşdür və çantanı götürüb yaşadığı ünvana gətirmişdir. Yaşadığı evdə çantanın içərisinə baxan zaman orada 03 ədəd bükümdə narkotik vasitə heroin, 04 ədəd bükümdə psixotrop maddə metamfetamin və metadon həblərinin olmasını görmüşdür. O, idman çantasını yaşadığı mənzilin qonaq otağında olan kreslonun arxasına qoymuşdur. Səhərisi gün Bəhruz onunla əlaqə saxlayıb həmin narkotik vasitə və psixotrop maddədən xatırlamadığı miqdarda tərəzidə çəkib harasa qoymağı tapşırdı. O, da onun dediyi miqdarlarda narkotik vasitə və psixotrop maddə, 01 ədəd metadon həbi ayırıb hazırda xatırlamadığı yerə qoymuşdur və bu barədə Bəhruza watsapp proqramı vasitəsi ilə məlumat vermişdir. 13 fevral 2021-ci il tarixdə saat 22:00 radələrində Bəhruz onunla yenidən əlaqə saxlayıb 50 qram çəkidə narkotik vasitə və 10 qram çəkidə psixotrop maddə metamfetamini tərəzidə çəkib ayırmağı və qeyd olunanları özü seçdiyi bir yerə qoymağı demişdir. O, da yaşadığı ünvanda Bəhruzun göndərdiyi narkotik vasitə və psixotrop maddədən elektron tərəzidə ölçüb ayırıb sellofan paketə qoyaraq gödəkçəsinin cibinə qoymuşdur. Yaşadığı ünvandan çıxıb binanın qarşısı ilə gedərkən onu polis əməkdaşları tutub idarəyə aparılmış, idarədə ona üzərində olan əşyaları təqdim etməyini təklif etmişlər. O, əynindəki gödəkçəsinin sol yan cibindən özünə məxsus, bir ədəd sellofan bükümü, yaşadığı mənzilin açarını, sağ yan cibindən özünə məxsus ”İphone” markalı mobil telefonu və şalvarının sağ yan cibindən 20 manat (iyirmi manat) pulu masanın üzərinə qoymuşdur. Təqdim etdiyi 01 ədəd sellofan paketə baxış keçirilən zaman içərisində iki ədəd sellofan bükümün olması müəyyən edildi. Həmin sellofan bükümlərə baxış keçirilən zaman bükümlərdən birinin içərisində narkotik vasitə heroin, digər bükümdə isə psixotrop maddə metamfetamin aşkar edildi. Həmin sellofan bükümlər içərisi boş olan bir ədəd zərfə qoyularaq qablaşdırıldı. Qablaşdırılmış zərfin üzəri möhürləndi və imzalandı. Şifahi sorğu zamanı o, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini iranlı tanışı Bəhruz adlı şəxsin sifarişi ilə tutulmamışdan üç gün əvvəl Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsindən, yol nişanının altından götürdüyünü, həmin narkotikin bir hissəsini də kirayə yaşadığı ünvan 4 ünvanında saxladığını bildirmişdir. Bundan sonra şəxsi axtarış ilə əlaqədar protokol tərtib edilib imzalandı, sonra da polis əməkdaşları ilə birlikdə kirayə yaşadığı ünvan 5 ünvanına getmişlər. Orada da o, qonaq otağında idman çantasını kreslonun arxasından çıxarıb onlara təqdim etmişdir. Həmin çantanın içərisindən 03 ədəd bükümdə narkotik vasitə heroin, 04 ədəd bükümdə psixotrop maddə metamfetamin, 549 ədəd tərkibində narkotik vasitə olan metadon həbləri və 01 ədəd elektron tərəzi aşkar edildi. Təqdim etdiyi narkotik vasitələr və psixotrop maddələrə baxış keçirildi və onlar zərfə qoyularaq üzəri möhürləndi. Sonra da iştirakçılar və özü tərəfindən imzalandı. Həmin vaxt Bəhruzun ona göndərdiyi pulları yüklədiyi valideyninə məxsus "xxxx" ASC-tərəfindən verilmiş plastik kart götürüldü, mənzilə baxış keçirilməsi və götürülmə aparılması barədə protokol tərtib olundu. O, törətdiy əməldən peşimandır. Himayəsində körpə uşağı vardır. Uşaq onun anasının yanında qalır. Əgər ona cəza təyin olunarsa, uşağının anası X5 yanında qalmasını istəyir. Şahid1 ifadələrində göstərdi ki, o, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs o, əvvəllər tanımamışdır. Onunla ədavəti yoxdur. 13 fevral 2021-ci il tarixdə etibarlı mənbədən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nizami rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil oldu. Məlumatı yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradıldı. Əməliyyat tədbiri zamanı 13 fevral 2021-ci il tarixdə saat 23:00-da ünvan 6 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olundu. Orada onun üzərində şəxsi axtarış keçirildi. Axtarışa başlanılmamışdan qabaq Təqsirləndirilən şəxs üzərində olan hər-hansı qanunsuz narkotik vasitə və ya maddə varsa onları könüllü təqdim etmək təklif olundu. Təqsirləndirilən şəxs əynindəki gödəkçənin ciblərindən bir ədəd sellofan büküm, yaşadığı mənzilin açarını, “İphone” markalı mobil telefon və 20 manat pul çıxararaq masanın üzərinə qoyub üzərində qadağan edilmiş heç bir əşyanın olmadığını bildirdi. Bundan sonra şəxsi axtarışda iştirak etməyə dəvət olunmuş Şahid4 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı, lakin hər hansı əşya, maddə və ya predmet aşkar olunmadı. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümə baxış keçirilərkən onun içərisində digər iki ədəd bükümün olması müəyyən edildi. Onların birində narkotik vasitə heron, digərində isə psixotrop maddə metamfetamin aşkar olundu. Elektron tərəzi ilə çəkildikdə heroinin təxmini çəkisinin 51,4 qram, psixotrop maddə metamfetaminin təxmini çəkisinin isə 10,4 qram olması müəyyən edildi. Aşkar edilərək götürülmüş qeyd olunan narkotik vasitə və psixotrop maddə zərfdə qablaşdırıldı və möhürlənərək zərfin üzəri imzalandı. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, üzərində aşkar edilərək götürülmüş kütlələrdən biri heroin, digəri isə psixotrop maddə metamfetamindir, iranlı tanışı Bəhruz adlı şəxsin tapşırığı ilə üç gün qabaq Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsindən, yol nişanının altından götürmüşdür, narkotik vasitənin qalan hissəsini kirayə yaşadığı ünvan 7 ünvanında saxlayır. Həmin vasitə və maddəni əldə etməkdə məqsədi ona verləcək pul müqabilində onları müxtəlif yerlərə qoymaq olduğunu və uzun müddət ərzində bu işlə məşğul olduğunu, indiyə qədər hər kiloqram narkotik vasitəni deyilən yerlərə qoyması müqabilində 1500-2000 manat pul əldə etdiyini, həmin pulun da özünün plastik kartına göndərildiyini, həmin kartın yaşadığı evdə olduğunu, həmin kartı və yaşadığı ünvanda olan narkotik vasitə və psixotrop maddəni təqdim edə biləcəyini və həmin ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirdi. Bundan sonra keçirilən şəxsi axtarış və götürmənin nəticələrinə dair protokol tərtib edildi, iştirakçılara ucadan oxundu və iştirakçılar tərəfindən imzalandı. Bundan sonra da Təqsirləndirilən şəxs yazdığı razılıq əsasında onun kirayə yaşadığı ünvan 5 ünvanında baxış və götürmə keçirildi. Orada Təqsirləndirilən şəxs saxladığı narkotik vasitə və psixotrop maddəni könüllü təqdim etmək təklif olundu. Təqsirləndirilən şəxs də otaqda bir idman çantasını kreslonun arxasından çıxarıb təqdim edib bütün narkotik vasitə və maddələrin orada olduğunu bildirdi. Həmin çantanın içərisindən 03 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə, 04 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə, 549 ədəd üzərində “Metadon-40” sözləri yazılmış həblər və 01 ədəd elektron tərəzi aşkar edildi. Həmin vasitə, həblərə və maddəyə baxış keçirildi və elektron tərəzi vasitəsilə ölçüldü. Yç ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlənin ümumi çəkisi 1 kq 409 qram, dörd ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar kütlənin ümumi çəkisi isə 2 kq 191 qram kimi, həblərin sayının 549 ədəd olması müəyyən edildi. Narkotik vasitələr, həblər və psixotrop maddələr zərfə qoyularaq zərfin üzəri möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Həmçinin Təqsirləndirilən şəxs Bəhruzun ona göndərdiyi pulları yüklədiyi "xxxx" ASCtərəfindən verilmiş plastik kartı təqdim etdikdən sonra həmin kart da götürüldü. Daha sonra mənzilə baxış keçirilərkən qanunla qadağan olunmuş digər əşya və predmet aşkar olunmadı. Aşkar olunmuş əşyalar idman çantasına qoyularaq qablaşdırılıb imzalandı və möhürləndi. Başqa əlvəsi yoxdur. Şahidlər Şahid2 ifadələrində göstərdi ki, o, Azərbaycan Respublikası DİNnin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs o, əvvəllər tanımamışdır. Onunla nə yaxınlığı, nə ədavəti yoxdur. 13 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nizami rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Məlumatı yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradıldı. O da qrupa daxil olmuşdur. Həmin tarixdə təxminən saat 23:00-da o, Nizami rayonu, M.Şərifi küçəsi ev 25 ünvanın yaxınlığında saxlanılıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olundu. Orada onun üzərinə şəxsi axtarış keçirildi. Axtarış başlanılmamışdan qabaq Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə və ya maddə varsa təqdim etmək təklif olundu. Təqsirləndirilən şəxs əynindəki gödəkçənin ciblərindən bir sellofan büküm, yaşadığı mənzilin açarını, “İphone” markalı mobil telefon və 20 manat pul çıxararaq təqdim etdi. Bundan sonra şəxsi axtarışda iştirak etməyə dəvət olunmuş Şahid4 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı, lakin heç nə aşkar olunmadı. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümə baxış keçirilərkən onun içərisində digər iki ədəd bükümün olması müəyyən edildi. Bu bükümlərin birində narkotik vasitə heron, digərində isə psixotrop maddə metamfetamin aşkar olundu və elektron tərəzidə çəkildi. Heroinin təxmini çəkisi 51,4 qram, psixotrop maddə metamfetaminin çəkisi təxminən 10,4 qram olması müəyyən edildi. Bundan sonra qeyd olunan narkotik vasitə və psixotrop maddə zərfdə qablaşdırıldı və möhürləndi. Təqsirləndirilən şəxs bildirdi ki, aşkar edilmiş kütlələrdən biri heroin, digəri isə psixotrop maddə metamfetamindir, iranlı tanışı Bəhruz adlı şəxsin tapşırığı ilə üç gün qabaq Bakı- Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsinin kənarında quraşdırlmış yol nişanının altından götürmüşdür. Götürdüyü narkotik vasitənin qalan hissəsini kirayə yaşadığı ünvan 7 ünvanında saxlayır. O bunu pulla edir və uzun müddətdir bu işlə məşqul olur. O, verilən pul müqabilində narkotik vasitələri və psixotrop maddələri müxtəlif yerlərə qoyur. İndiyə qədər hər kiloqram narkotik vasitəni deyilən yerlərə qoyması müqabilində 1500-2000 manat pul əldə etmişdir. Həmin pul da onun anasının plastik kartına göndərilməsini, kartın yaşadığı evdə olduğunu, kartı və yaşadığı evdə olan narkotik vasitə və psixotrop maddəni təqdim edə biləcəyini, yaşadığı mənzilə baxış keçirilməsinə etirazının olmadığını bildirdi. Bundan sonra keçirilən şəxsi axtarış və götürmənin nəticələrinə dair protokol tərtib edildi, ucadan oxundu və iştirakçılar tərəfindən imzalandı. Bundan sonra da Təqsirləndirilən şəxs razılığı ilə onun kirayə yaşadığı ünvan 5 ünvanında baxış keçirildi. Orada Aydana saxladığı narkotik vasitə və psixotrop maddəni könüllü təqdim etmək təklif olundu. Aydan da kreslonun arxasından bir idman çantasını çıxarıb təqdim edib, onda olan bütün narkotik vasitə və maddələrin çantanın içərisində olduğunu dedi. Həmin çantanın içərisindən üç sellofan bükümdə heroin, dörd bükümdə psixotrop maddə metamfetamin, 549 ədəd üzərində “Metadon-40” sözləri yazılmış həblər və bir elektron tərəzi aşkar edildi. Həmin vasitə, həblərə və maddəyə baxış keçirildi və elektron tərəzi vasitəsi ilə ölçüldü. Üç sellofan bükümdə olan heroinin ümumi çəkisi 1 kq 409 qram, dörd sellofan bükümdə olan psixotrop maddə metamfetaminin ümumi çəkisi isə 2 kq 191 qram kimi, həblərin sayı 549 ədəd olması müəyyən edildi. Narkotik vasitələr, həblər və psixotrop maddələr zərfə qoyularaq zərfin üzəri möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Aydan Bəhruzun ona göndərdiyi pulları yüklədiyi kartı təqdim etdi. Aşkar olunmuş əşyalar idman çantasına qoyularaq qablaşdırılıb imzalandı və möhürləndi. İştirakçılar tərəfindən qeyd və etiraz daxil olmadı. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid3, Təqsirləndirilən şəxs şəxsi axtarışında iştirak etmiş Şahid4 Şahid1 və Şahid2 ilə eyni məzmunlu ifadələr verərək onların göstərdiyi halları təsdiq edib aşkar olunmuş heroinin, psixotrop maddələrin və həblərin Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürüldüyünü təsdiq etmişlər. Məhkəmədə elan olunub araşdırılmış 14 fevral 2021-ci il tarixli “şəxsi axtarış və götürülmə haqqında” və “baxış keçirilməsi və götürmə haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə edidib daşımış, üzərində və yaşadığı mənzilində saxlamışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, həmçinin, mənzilində baxış və götürmə aparılması 02 ədəd DVD disklərinə yazılmışdır. Təqsirləndirilən şəxs götürülmüş mobil telefonlar vasitəsi ilə əlaqə saxladığı şəxslərin dairəsinin müəyyən edilməsi məqsədi ilə "xxxx" MMC-dən alınmış 01 ədəd diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsi ilə SMS yazışmalarının və danışıqların olması, bununla da Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törətməklə əldə edib saxlamaqla daşıması və satması faktları təsdiq olunmuşdur. Həmin CD disk cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişlər. Məhkəmədə elan olunub araşdırılmış Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi ekspertizasının 14 fevral 2021-ci il tarixli 6/655 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellefon bükümdə təmiz çəkisi 10,123 qram olan ağ rəngdə kristalik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər 01 ədəd sellefon bükümdə təmiz çəkisi 49,564 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş qara rəngli idman çantasının içərisində qablaşdırılmış üç ədəd sellofan bağlamalarda ayrıayrıhqda təmiz çəkiləri 425,0 qram, 915,0 qram, 55,0 qram ümumi təmiz çəkisi 1395,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər dörd şəffaf sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 860,0 qram, 645,0 qram, 330,0 qram, 340,0 qram ümumi təmiz çəkisi 2175,0 qram olan ağ rəngdə kristalik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim olunmuş ümumi sayı 549 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı 21,96 qram (1 həbdə 0,04 qram) təşkil edir. Tədqiqata təqdim edilmiş 3 ədəd bükümdə olan təmiz çəkisi 49,564 qram, 915,0 qram və 55,0 qram heroinlər xarici görünüş əlamətləri və kimyəvi tərkibinə görə bir- biri ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş 3 ədəd bükümdə olan təmiz çəkisi 49,564 qram, 915,0 qram və 55,0 qram heroinlər ilə təmiz çəkisi 425,0 qram heroin xarici görünüş əlamətləri və kimyəvi komponent tərkibinə görə fərqlidirlər. Tədqiqata təqdim edilmiş beş ədəd bükümdə olan metamfetamin xarici görünüş əlamətləri və kimyəvi komponent tərkibinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş həblər xarici görünüş əlamətləri və kimyəvi tərkibinə görə eynilik təşkil edir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəkilində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan qara rəngli idman çantasından aşkar edilmiş heroinlər ilə müqaisəli tədqiqat aparılması mümkün deyil. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi külli miqdar olan 1444,564 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin, təmiz çəkisi külli miqdar olan 2185,123 qram ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bundan başqa, bir ədədinin tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı 0,04 qram olmaqla ümumilikdə təsiredici maddəsinin miqdarı külli miqdarda 21,96 qram olan 549 ədəd “Metadon” həbləri, elektron tərəzi və Aydan Həsənzadənin ifşa olunarkən aparılmış videoçəkilişin 02 ədəd DVD diski cinayət işi üzrə maddi sübut kimi tanınmışlar, 02 ədəd DVD diski istintaq materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 1444,364 qramı, psixotrop maddə metamfetamin 2184,923 qram qalıqları və 545 ədəd “Metadon” həbləri zərfdə qablaşdırılmaqla möhürlənmiş vəziyyətdə saxlanması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 24 may 2021-ci il tarixli 1582 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərinin onun tərəfindən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyi qənaətinə gəlib onun əməllərnin həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs həmin əməlləri qəsdən törətməsi qənaətinə gəlir və bu səbəbdən də onun təqsirli bilinməsini əsaslı sayır. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinin xarakterini və onun şəxsiyyətini nəzərə alıb ona azadlıqdan məhrumetmə cəzasına nisbətən yüngül cəza təyin edilməsi üçün əsas müəyyən olunmadığı qənaətinə gəlib ona azadlıqdan məhrumetmə cəzası təyin olunmasını əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq zamanı məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə 65 (altımış beş) manat xərclənmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyrmi) saat hüquqi yardım göstərilmişdir. Bu səbəbdən də ona 120 (yüz iyirmi) manat pul ödənilməlidir. Məhkəmə bu xərcləri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, həmin məbləğlərin məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsinin əsaslı olması qənaətinə gəlir, çünki məhkəmədə, Təqsirləndirilən şəxs həmin məbləğlərin ödənilməsindən azad olunması üçün əsas müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçünAzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi külli miqdar olan 1444,564 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, həmçinin, təmiz çəkisi 2185,123 qram kristal formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin, bir ədədinin tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı 0,04 qram olmaqla ümumilikdə təsiredici maddəsinin miqdarı külli miqdarda 21,96 qram olan 549 ədəd “Metadon” həblərinin, ekspertiza tədqiqatından sonra heroinin 1444,364 qramını, psixotrop maddə metamfetaminin 2184,923 qram qalıqları və 545 ədəd “Metadon” həblərini sərbəst dövriyyəsi qadağan olunmuş əşyalar kimi, bir ədəd elektron tərəzini istehlak dəyərini itirmiş əşya kimi məhv edilməsini, Aydan Həsənzadənin şəxsi axtarışı zamanı videoçəkilişin iki ədəd dicital video diski (DVD) cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş DİN-nin BƏSİİ tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvllər məhkum edilməmişdir. Məhkəmə yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı olduğnu və onun barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddətin ona təyin olunan cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun bu iş üzrə şübhəli şəxs qismində tutulduğu 14 fevral 2021-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs ittiam olunduğu cinayət əməlinin törətməsini etiraf edib əməlindən peşiman olmasını, himayəsində azyaşlı uşağının olmasını, əvvəllər məhkum olmamasını, etirafedici ifadələr verib cinayətin açılmasında fəal iştirak etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs sübutlar araşdırılarkən isintaq orqanı tərəfindən təqim edilmiş sübutlar araşdırılarkən onun barəsində ittihamedici ifadələr vermiş şahidlərin ifadələrini qəbul etdiyini bildirib həmin ifadələrdə göstərilən halları təsdiq edib, törətdiyi əməldən peşiman olduğunu göstərdi. Məhkəmə, bu halı Təqsirləndirilən şəxs şəxsiyyətinin islah olunmağa yönümlü olmasını təsdiq edən və onun cəzasını yüngülləşdirici hal kimi nəzərə alır. Məhkəmədə onun cəzasını ağırlaşdırıcı hal müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 14 fevral 2021-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 65 (altımış beş) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Vəkillər X3 və Tədris Mərkəzinin hesabına ödənilsin. Həmin məbləğlər məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 1444,564 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, təmiz çəkisi 2185,123 qram olan kristal formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin, bir ədədinin tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı 0,04 qram olmaqla ümumilikdə təsiredici maddəsinin miqdarı külli miqdarda 21,96 qram olan 549 ədəd “Metadon” həblərinin, ekspertiza tədqiqatından sonra heroinin 1444,364 qramını, psixotrop maddə metamfetaminin 2184,923 qram qalıqları və 545 ədəd “Metadon” həblərini sərbəst dövriyyəsi qadağan olunmuş əşyalar kimi, bir ədəd elektron tərəzi istehlak dəyərini itirmiş əşya kimi məhv edilsin, axtarışın gedişini və nəticələrini əks etdirən iki ədəd dicital video diski (DVD) cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1653/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1653/2021
27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver