Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1653/2022 16.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X8 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X7, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhər 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 24 avqust 1998-ci ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa şəxsiyyəti məlum olmayan “Hümbət” adlı şəxsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla külli miqdarda - 3.549 qram çəkidə narkotik vasitə heroini və tanışı X1 birlikdə istifadə etmələri üçün 0,329 qram narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış və daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs tanışı X4 ilə birlikdə 18 fevral 2022-ci il tarixdə 13:00-da Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Qazax yolunun 47-ci kilometrliyində sonuncunun idarə etdiyi «Kia Forte» markalı, **-CY-*** qeydiyyat nişanlı avtomobilinin yanında saxlanılaraq BMCMİ-yə gətirilmiş və orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd qəhvəyi rəngli pul qabının içərisində olan bir ədəd gümüşü bükümün içərisindən birədəd yaşıl rəngli sellofan bükümdə 3,549 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin gödəkçənin sol yan cibindən siqaret dənəsinə oxşar formada qırılmış vəziyyətdə olan ağ rəngli bir ədəd kağız bükümdə təmiz çəkisi 0,329 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırki iş üzrə tutulmamışdan əvvəl valideyinləri ilə birlikdə Şəmkir rayonu, Nəsimi döngəsi, ev 3 ünvanında yaşamışdır. Narkotik vasitənin heroin və qurudulmuş marixuana növlərindən O, psixi xəstəlik və əsəb gərginliyindən əziyyət çəkdiyinə görə əsəblərini sakitləşdirmək üçün 2021-ci ilin dekabr ayından narkotik vasitələrdən istifadə etməyə başlamışdır. İstifadə etdiyi narkotik vasitələri bir neçə dəfə tanımadığı və şəxsiyyətləri barədə məlumatı olmadığı şəxslərdən almışdır. 17 fevral 2022-ci il tarixdə o, yaşadığı Şəmkir rayonundan Bakı şəhərinə qohumlarının yanına qonaq gəlmişdir. Həmin gün saat 20:00 radələrində "Bakı Beynəlxalq Avtovağzal" ərazisində olarkən bir nəfər şəxslə tanış olmuşdur. Həmin şəxslə söhbət edən o, özünü Hümbət kimi təqdim edərək narkotik vasitə satdığını bildirmiş, o da narkotik vasitənin heroin növündən istifadə etdiyi üçün ondan narkotik vasitə heroin olub-olmadığını soruşmuşduqda həmin şəxs də üzərində bir büküm heroin olduğunu və 25 manat müqabilində sata biləcəyini bildirmişdir. O, həmin şəxslə razılaşaraq ondan narkotik vasitə heroini almış və həmin bükümü cibinə qoymuşdur. 18 fevral 2021-ci il tarixdə o, tanışı X4 ilə əlaqə saxlamış və daha sonra Şəmkir rayonuna qayıtmaq üçün Süleymanla "Bakı Beynəlxalq Avtovağzal"-ında görüşərək, onunla birlikdə yola çıxmışdır. Hərəkətdə olduqları zaman Süleyman cibindən bir büküm nəşə çıxarıb siqaretə doldurub birlikdə istifadə etmələri üçün ona vermiş, o da nəşəni istifadə etmələri üçün kağıza bükmüşdür. Nəqliyyat nəzarət postuna çatdıqları zaman Süleyman ona verdiyi marixuananı avtomobildə olan saxlanc yerinə qoymağını demiş, o da Süleymanın dediyini etmişdir. Süleyman nəzarət postunda avtomobili dayandırdıqdan sonra bir neçə nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və onların Süleymanla narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər, onlar da etiraz etmədən polis əməkdaşları ilə birlikdə idarəyə getmişlər. İdarədə Süleymanın və onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Süleymana və daha sonra ona üzərlərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etmələri təklif olunmuşdur. Həmin vaxt o, üzərində "kakos" adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində olan 01 ədəd qəhvəyi rəngli pul qabını, gödəkçənin sağ yan cibində olan "Kgtel" markalı mobil telefonu, əynində olan gödəkçənin sol yan cibində olan siqaret dənəsinə oxşar formada qırılmış vəziyyətdə olan ağ rəngli kağız bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq o, təqdim etdiyi siqaret dənəsinə oxşar formada qırılmış vəziyyətdə olan ağ rəngli kağız bükümün içində "nəşə" adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirərək, həmin narkotik vasitə heroini 17 fevral 2022-ci il tarixdə saat 20:00 radələrində "Bakı Beynəlxalq Avtovağzal" ərazisində təsadüfən tanış olduğu digər anket məlumatlarını dəqiq bilmədiyi "Hümbət" adlı şəxsdən öz şəxsi istifadəsi üçün 25 manat pul müqabilində aldığını və narkotik vasitəni özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı isə Süleymanın ona verdiyini və həmin narkotik vasitəni siqaret formasında kağıza bükdüyünü və sonra isə Süleyman ilə birlikdə həmin narkotik vasitəni qəbul edəcəyini bildirmişdir. Bundan sonra onun üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin və 01 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuana 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Üzərindən aşkar olunmuş narkotik vasitə heroin təxminən 0,5 qram çəkidə olmuşdur. Son olaraq özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini qeyd edib, əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməsi və xəstəsi olmasını nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 oglu ifadəsində göstərdi ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. Təqsirləndirilən şəxs Eymur oğlunu keçirilmiş əməliyyat axtarış tədbirindən əvvəl tanımamışdır. 18 fevral 2022-ci il tarixdə əməkdaşı olduğu Baş Mütəşəkkil Cinaytkarlıqla Mübarizə İdarəsinə X2 və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları, külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə raportla rəhbərliyə məruzə edildikdən sonra əməliyyat axtarış tədbirlərinin keçirilməsinə razılıq verildiyi üçün tərəfindən əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə qərar qəbul edilmiş və həmin qərar baş idarənin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra 4 nəfərdən ibarət əməliyyat qrupu yaradılaraq, həmin qrupa rəhbərlik ona həvalə olunmuşdur. Keçirilmiş tədbirlər nəticəsində Süleyman Kazımovun və Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Qazax yolunun 47-ci kilometrliyində olduğunu öyrəndikləri üçün onlar 18 fevral 2022-ci il tarixdə saat 13:00-da həmin ünvana gələrək qeyd edilən vaxtda və ünvanda Kia Forte markalı avtomobilin yanında iki nəfər şəxsin dayandığını görmüşlər və həmin şəxslərdən biri zahiri cəhətdən Süleyman Kazımova, digəri isə Təqsirləndirilən şəxs oxşadığı üçün həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edərək onlardan anket məlumatları barədə bildirməsini xahiş etmişlər. Həmin şəxslərdən biri özünü X4, digəri isə Təqsirləndirilən şəxs kimi təqdim etdiyindən onlara Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmək lazım olduğunu bildirmişlər. Həmin şəxslərin heç biri etiraz etmədiyindən Təqsirləndirilən şəxs və Süleyman Kazımov, eyni zamanda Süleyman Kazımov idarə etdiyi Kia Forte markalı avtomobili ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsin gətirilmişlər. Baş idarədə Süleyman Kazımov və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra dəvət olunmuş müdafiəçilərin iştirakı ilə videoçəkiliş aparılmaqla hər birinin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində "kakos" adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan gödəkçəsinin sol yan cibində olan siqaret dənəsinə oxşar formada qırılmış vəziyyətdə olan ağ rəngli kağız bükümü, qəhvəyi rəngli pul qabını və sair şəxsi əşyalarını təqdim edərək masanın üzərinə qoymuşdur. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret dənəsinə oxşar formada qırılmış vəziyyətdə olan ağ rəngli kağız bükümün içində "nəşə" adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi pul qabını açıb qabın içində olan bir ədəd gümüşü rəngli kağız bükümü götürüb təqdim edərək həmin bükümün içində "kakos" adı ilə tanıdığı narkotik vasitə olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü rəngli kağız büküm açıldıqda bükümün içindən ədəd yaşıl rəngli sellofan büküm aşkar edilmişdir. Həmin sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisindən narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaret dənəsinə oxşar formada qırılmış vəziyyətdə olan ağ rəngli kağız bükümə baxış keçirilmiş və həmin kağız bükümün içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması aşkar olunmuşdur. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini 18 fevral 2022-ci il tarixdə saat 20 radələrində "Bakı Beynəlxalq Avtovağzal" ərazisində təsadüfən tanış olduğu digər anket məlumatlarını dəqiq bilmədiyi "Hümbət" adlı şəxsdən öz şəxsi istifadəsi üçün 25 manat pul müqabilində aldığını və narkotik vasitəni özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı isə tanışı Süleyman Kazımov tərəfindən ona verildiyini və özünün həmin narkotik vasitəni siqaret formasında kağıza bükdüyünü və sonra isə Süleyman Kazımovla birlikdə həmin narkotik vasitəni qəbul edəcəklərini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə və bir ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və Baş Müəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid4 digər Şahid1 ifadəsinə uyğun eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. Onun vəzifəsi cinayətkarlığa qarşı mübarizə aparmaqdan ibarətdir. Eyni zamanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparırlar. Bu istiqamətdə daimi tədbirləri davam etdirilir. 18 fevral 2022-ci il tarixdə X2 və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə raportla BMCMİ-nin rəhbərliyinə məruzə etmişdir. Əməliyyat axtarış tədbirlərinin keçirilməsinə razılıq verildiyi üçün tərəfindən əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə qərar qəbul edilmiş və həmin qərar baş idarənin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra 4 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, rəhbərlik etmişdir. Daha sonra qrupun üzvləri ilə birlikdə əməliyyat axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Süleyman Kazımovun və Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Qazax yolunun 47-ci kilometrliyində olduğunu öyrəndikləri üçün 18 fevral 2022-ci il tarixdə saat 13:00-da həmin ünvana gəlmişlər. Qeyd edilən vaxtda və həmin yerdə Kia Forte markalı, **-CY-*** qeydiyyat nişanlı avtomobilin yanında iki nəfər şəxsin dayandığını görmüşlər. Həmin şəxslərdən biri zahiri cəhətdən Süleyman Kazımova, digəri isə Təqsirləndirilən şəxs oxşadığı üçün həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər və onlardan anket məlumatları barədə bildirməsini xahiş etmişlər. Həmin şəxslərdən biri özünü X4, digəri isə Təqsirləndirilən şəxs kimi təqdim etdiyindən onlara Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmək lazım olduğunu bildirmişlər. Həmin şəxslərin heç biri etiraz etmədiyindən Təqsirləndirilən şəxs və Süleyman Kazımov, eyni zamanda Süleyman Kazımov idarə etdiyi Kia Forte markalı avtomobili ilə birlikdə BMCMİ-yə gətirilmişdir. Baş idarəyə gəldikdən sonra Süleyman Kazımova və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulacaqları və üzərilərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilərək müdafıəçilərin siyahısı təqdim olunmuşdur. Müdafiəçilər gəldikdən sonra onlar şübhəli şəxs qismində tutulmuşdur. Onların üzərində videoçəkilişlə şəxsi axtarış başlanmışdır. İlk öncə şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Süleyman Kazımova paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Süleyman Kazımov üzərində "nəşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində olan 01 ədəd tibbi maskanı, əynində olan gödəkçəsinin iç sol cibində olan üzəri yapışqan lentlə bağlanmış 01 ədəd sellofan bağlamanı, gödəkçəsinin iç sağ cibində olan 02 ədəd mənzil açarını, 01 ədəd vizit kartı və 01 ədəd qəbzi, əynində olan cins şalvarının sol yan cibində olan 01 ədəd avtomobil açarını və 01 ədəd "Redmi" markalı mobil telefonu, əynində olan şalvarının sağ yan cibində olan 8 manat 60 qəpik pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Süleyman Kazımov təqdim etdiyi 01 ədəd sellofan bağlamanın içində "nəşə" adı ilə tanıdığı narkotik vasitə olduğunu qeyd etmişdir. Süleyman Kazımovun təqdim etdiyi sellofan bağlama iştirakçıların şahidliyi ilə açıldıqda sellofan bağlamanın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması aşkar olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən Süleyman Kazımovun üzərindən başqa əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı Süleyman Kazımov üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütləni adını və digər anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşından aldığını, belə ki, həmin şəxslə təxminən 1 il əvvəl sosial şəbəkədə tanış olduğunu və sonradan həmin şəxslə aralarında münasibət yarandığını, sonradan həmin şəxsdən öz istifadəsi üçün bir neçə dəfə narkotik vasitə olan qurudulmuş marixuana aldığını bildirmişdir. Həmçinin sonuncu dəfə 2 gün əvvəl həmin şəxslə "Whatsapp" ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlayıb ona narkotik vasitə olan qurudulmuş marixuana sifariş verdiyini və narkotik vasitənin 400 manat pulunu həmin şəxsin verdiyi bank hesabına köçürdükdən sonra həmin günü İran İslam Respublikasının vətəndaşının bildirdiyi ünvana, yəni Bakı-Sumqayıt yolunun Sumqayıt şəhəri istiqamətində yolun sağ tərəfində yerləşən ağaclıq ərazidə gizlədildiyi yerdən gedib götürdüyünü və narkotik vasitəni özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Süleyman Kazımovun üzərindən aşkar olunmuş 01 ədəd sellofan bağlamada olan narkotik vasitə qurudulmuş marixuanaya 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd tibbi maska, 02 ədəd mənzil açarı, 01 ədəd vizit kart, 01 ədəd qəbz, 01 ədəd avtomobil açarı, 8 manat 60 qəpik pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Süleyman Kazımova qaytarılmışdır. Şəxsi axtarış zamanı Süleyman Kazımovun üzərindən aşkar edilmiş 01 ədəd "Redmi" markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış başlanmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində "kakos" adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində olan 01 ədəd qəhvəyi rəngli pul qabını, gödəkçəsinin sağ yan cibində olan "Kgtel" markalı mobil telefonu, əynində olan gödəkçəsinin sol yan cibində olan siqaret dənəsinə oxşar formada qırılmış vəziyyətdə olan ağ rəngli kağız bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret dənəsinə oxşar formada qırılmış vəziyyətdə olan ağ rəngli kağız bükümün içində "nəşə" adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi pul qabını açıb qabın içində olan 01 ədəd gümüşü rəngli kağız bükümü götürüb təqdim edərək həmin bükümün içində "kakos" adı ilə tanıdığı narkotik vasitə olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd gümüşü rəngli kağız büküm açıldıqda bükümün içindən 01 ədəd yaşıl rəngli sellofan büküm aşkar edilmişdir. Həmin sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisindən narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd siqaret dənəsinə oxşar formada qırılmış vəziyyətdə olan ağ rəngli kağız bükümə baxış keçirilmiş və həmin kağız bükümün içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması aşkar olunmuşdur. Daha sonra Kamal Əliyevin təqdim etdiyi pul qabına baxış zamanı qabın içindən 1 manat pul və "**********827194" nömrəli plastik bank kartı aşkar olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini 18 fevral 2022-ci il tarixdə saat 20 radələrində "Bakı Beynəlxalq Avtovağzal" ərazisində təsadüfən tanış olduğu digər anket məlumatlarını dəqiq bilmədiyi "Hümbət" adlı şəxsdən öz şəxsi istifadəsi üçün 25 manat pul müqabilində aldığını və narkotik vasitəni özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı isə tanışı Süleyman Kazımov tərəfindən ona verildiyini və özünün həmin narkotik vasitəni siqaret formasında kağıza bükdüyünü və sonra isə Süleyman Kazımovla birlikdə həmin narkotik vasitəni qəbul edəcəklərini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə və 01 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 1 manat pul və 01 ədəd pul qabı iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd "Kgtel" markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün protokol hər bir iştirakçı tərəfindən imzalanmışdır. Daha sonra Süleyman Kazımovun idarə etdiyi Kia Forte markalı, **-CY-*** qeydiyyat nişanlı avtomobilə 18 fevral 2022-ci il tarixdə saat 17:14-dən etibarən videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qanunsuz hər hansı əşya aşkar edilməmişdir. Baxış zamanı avtomobilin salonundan avtomobilə məxsus qeydiyyat şəhadətnaməsinin surəti və etibarnamənin surəti aşkar edilərək götürülmüşdür. Bundan sonra baxış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün protokol hər bir iştirakçı tərəfindən imzalanmışdır (cild 01, iş vər. 123-126). Təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “şübhəli şəxsin tutulması haqqında” 18 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsinə bilavasitə şübhə yarandığından, sonuncu həmin tarixdə saat 13:00-da şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vərəqə 19). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 18 fevral 2022-ci il tarixli протоколдаn görünür ki, 18 fevral 2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı X2 və Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 13:00-da Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Qazax yolunun 47-ci kilometirliyində Süleyman Kazımovun idarə etdiyi "Kia Forte" markalı, **-CY-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman saxlanılmış, saxlanılarkən üzərlərində şəxsi axtarış aparılmasına, eləcə də Süleyman Kazımovun idarə etdiyi avtomobilə baxış keçirilməsinə yerində şərait olmadığına görə Süleyman Kazımov və Təqsirləndirilən şəxsla bağlı prosessual hərəkətlərin aparılmasından ötrü onlar əməkdaşların müşayiəti altında saxlanıldıqları yerdən Süleyman Kazımovun idarə etdiyi "Kia Forte" markalı, **-CY-*** qeydiyyat nişanlı avtomobillə birlikdə Baş İdarəyə gətirilmişlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmiş və barələrində şübhəli şəxs qismində tutma haqqında qərarlar qəbul edilmiş Süleyman Kazımovun və Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Süleyman Kazımov və Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 tərəfindən aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində "kakos" adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində olan 01 ədəd qəhvəyi rəngli pul qabını, gödəkçəsinin sağ yan cibində olan "Kgtel" markalı mobil telefonu, əynində olan gödəkçəsinin sol yan cibində olan siqaret dənəsinə oxşar formada qırılmış vəziyyətdə olan ağ rəngli kağız bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret dənəsinə oxşar formada qırılmış vəziyyətdə olan ağ rəngli kağız bükümün içində "nəşə" adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi pul qabını açıb qabın içində olan 01 ədəd gümüşü rəngli kağız bükümü götürüb təqdim edərək həmin bükümün içində "kakos" adı ilə tanıdığı narkotik vasitə olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd gümüşü rəngli kağız büküm açıldıqda bükümün içindən 01 ədəd yaşıl rəngli sellofan büküm aşkar edilmişdir. Həmin sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd siqaret dənəsinə oxşar formada qırılmış vəziyyətdə olan ağ rəngli kağız bükümə baxış keçirilmiş və həmin kağız bükümün içərisindən ot şəkilli, yaşıl rəngli, spesifik qoxuya malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Daha sonra Kamal Əliyevin təqdim etdiyi pul qabına baxış zamanı qabın içindən 1 manat pul və "**********827194" nömrəli plastik bank kartı aşkar olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddəni 17 fevral 2022-ci il tarixdə saat 20 radələrində "Bakı Beynəlxalq Avtovağzal" ərazisində təsadüfən tanış olduğu digər anket məlumatlarını dəqiq bilmədiyi "Hümbət" adlı şəxsdən öz şəxsi istifadəsi üçün 25 manat pul müqabilində aldığını və üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin isə tanışı Süleyman Kazımov tərəfindən ona verildiyini və özünün həmin narkotik vasitəni siqaret formasında kağıza bükdüyünü və sonra isə Süleyman Kazımovla birlikdə həmin narkotik vasitəni istifadə edəcəklərini bildirmişdir. Eyni zamanda X9 Məmmədovun bildirdiklərini təsdiq edərək onunla aralarında tanışlıq münasibətlərinin olduğunu, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı onun tərəfindən Təqsirləndirilən şəxs verildiyini, sonuncunun həmin kütləni istifadə etmək məqsədi ilə bir ədəd kağıza bükdüyünü və həmin narkotik vasitəni təmannasız olaraq Təqsirləndirilən şəxs verdiyini qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə və 01 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 1 manat pul və 01 ədəd pul qabı iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd "Kgtel" markalı mobil telefon və 01 ədəd plastik kart iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (cild 01, iş vər.26-30). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 7/156 №-li rəyində aşağıdakılar göstərilmişdir:
1. Tədqiqata təqdim olunmuş üzərində "Şübhəli şəxs X2 üzərindən aşkar olunmuş..." sözləri yazılmış kağız paketdə skoçla bağlanmış bir ədəd şəffaf sellofanda təmiz çəkisi 40,407 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır.
2. Tədqiqata təqdim olunmuş üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..." sözləri yazılmış kağız paketdə düzəldilmiş siqaretdə tütün hissəcikləri və təmiz çəkisi 0,329 qram narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana vardır.
3. Tədqiqata təqdim olunmuş bir ədəd şəffaf sellafonda və düzəldilmiş siqaretin içərisində olan marixuanalar tərkiblərinə görə eynidirlər (cild 01, iş vər. 39-43). Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/1026 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 6” möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar olan kağız paketdəki bir ədəd sellafon bükümdə təmiz çəkisi 3,549 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (cild 01, iş vər. 44-49). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 19 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 01, iş vər 76-77). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-225/2022 saylı, 19 fevral 2022ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 18 fevral 2022-ci il tarixdən hesablanaraq «həbs» qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 106-108). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2684 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 151-152). Məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 1220 saylı rəyində aşağıdakılar qeyd edilmişdir: İ Motivləşdirici hissə. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlirəm ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. İİ Yekun hissəsi. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman, yaxud ondan əvvəl xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliklə müşayiət olunan hər hansı xəstəlik keçirmişdirmi, yaxud hazırda bu cür xəstəlik keçirirmi? 2-ci sual: Əgər, Təqsirləndirilən şəxs psixi xəstəlik keçirmişdirsə, yaxud hazırda keçirirsə, onun keçirdiyi xəstəliyin psixi xəstəliyin konkret hansı növünə aid olması aydınlaşdırılsın. 4-cü sual: Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə etmək qabiliyyətində, yəni anlaqlı olmuşdurmu? 1-ci, 2-ci və 4-cü saulların cavabı: Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini, və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. 3-cü sual: Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar vardırmı ? Cavab: Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, iş vər. 153-156). İşdə olan “Təqdim olunmuş diskə baxış keçirilməsi haqqında” 02 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin sms yazışmalarının əks olunduğu "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 4374 saylı sorğuya əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 18:12-də **********18 saylı mobil nömrədən **********10 saylı mobil nömrəyə “Qaqana o patıdanda koladanda pay ayır brat” sms mətni göndərilmişdir. İş üzrə "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir (cild 01, iş vər. 171-184). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır (cild 01, iş vər. 210). “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 17 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşakr edilmiş narkotik vasitə olan heroinin mənbəyinin müəyyən edilməsi məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan Hümbət adlı şəxs barəsində ********* saylı cinayət işi materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılmışdır (cild 01, iş vər. 246- 247). İşdə olan Azərbaycan Respublikası Şəmkir Rayonu İcra Hakimiyyəti Başçısının Şəmkir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 01, iş vərəqə 267). Məhkəmə baxışı zamanı tədqiq edilmiş 01 ədəd “DVD” diskdə olan video görüntülərdə “Şəxsi axtarış və götürmə aparılması haqqında” 18 fevral 2022-ci il tarixli protokolun məzmununda qeyd olunan halların əsas etibarı ilə əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə, yəni satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdarda 3.549 qram heroini və 0,329 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlayaraq daşıması məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Bununla yanaşı, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda bir ədəd bükümdə olan ümumi təmiz çəkisi 3.549 qram narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib, saxlamış, daşımış olduğu qənaətinə gəlinmiş və bununla bağlı ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Lakin, həmin iş üzrə aparılmış ibtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlayıb daşımasını təsdiq edən hər-hansı bir mötəbər sübut əldə edilməmişdir. Məhkəmə belə nəticəyə gələrkən həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsini də nəzərə alır. Həmin qanunun tələblərinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, ibtidai istintaq orqanı bu kimi nəticəyə gələrkən iş materiallarında olan heç bir təkzibolunmaz sübuta istinad etməmiş və iş üzrə toplanmış sübutların heç birində təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir hal mövcud deyildir. Belə ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrindən, eləcə də şəxsi axtarış və götürmənin aparıldığı zaman qeydə alınan video görüntülərdən göründüyü kimi, Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitələrini öz istifadəsi üçün əldə etdiyini və asılılığının olduğunu bildirmişdir. Həmçinin qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları ona yaxınlaşarkən üzərində olan narkotik vasitəni polis əməkdaşlarına könüllü təqdim etmiş, üzərində şəxsi axtarış həyata keçirilərkən həmin narkotik vasitəni məhz özünün şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş (videogörüntülərdən və müvafiq protokolun məzmunundan görünür), ibtidai istintaqın sonrakı gedişatı boyunca da əldə etdiyi narkotik vasitəni özünün şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. İş üzrə ibtidai istintaq və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları da qeyd olunanları təsdiq edən məzmunda ifadə vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, “Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Bununla bağlı qeyd edilməlidir ki, ibtidai istintaq zamanı cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş “təqdim olunan diskə baxış keçirilməsi haqqında” protokolda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nöməsinə 10 dekabr 2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəsindən “qaqana o patidanda koladanda pay ayir brat” məzmunlu mesajı ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürərkən ittihamı təsdiq edən (şəxsin yazışmalarında narkotik vasitənin dövriyyəsi ilə məşğul olmasına dəlalət edən hal kimi qəbul etməklə) sübut kimi qiymətləndirmişdir. Məhkəmə qeyd edilən “sms”-in məzmununda “patı” və “kola” kimi nəzərdə tutulan psixotrop maddə olan metafetamin və narkotik vasitə olan heroindən bəhs edilməsini və müraciət edən şəxsin Təqsirləndirilən şəxs olmaqla özü üçün həmin vasitələri istəməsini aşkar məlum olan hal kimi qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, həmin “sms” mətni Təqsirləndirilən şəxs hər hansı bir şəxslə sövdələşərək narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Məhkəmə yuxarıda qeyd olunanları sadalamaqla qeyd edir ki, göstərilən hallar özlüyündə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib, özündə saxlayaraq daşımasına dair irəli sürdüyü ittihamın, qeyd olunan cinayət əməllərin tərkib əlamətlərinin zəruri elementi olan məhz şəxsin əməlində satış məqsədi olmasına dair hissədə toplanmış sübutlarla sübuta yetmədiyi halda, yalnız mülahizələrə əsaslandığını təsdiq edir. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, məhkəmələrin diqqəti narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə yönəldilən qanunların düzgün tətbiq edilməsi, bu barədə Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarının tələblərindən irəli gələn müddəalarına ciddi əməl olunması, işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması sahəsində fəaliyyətinin təkmilləşdirilməsi zəruriliyinə cəlb edilsin. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında Psixotrop maddələrin siyahısında heroinin çəkisinin 02 qramdan yuxarı olması külli miqdar hesab olunur. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizanın rəyindən də göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməliyyat nəticəsində üzərindən aşkar edilmiş opioid və kannabioidlərin sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, məcburi müalicəyə ehtiyacının olduğu göstərilmişdir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərlə yanaşı, eksperti rəyi ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrin sui-istifadə etməsi nəticəsində asılılıq sindromunun aşkar olunması, sonuncunun həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyinə dəlalət edən amil kimi qiymətləndirilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 bükümdə narkotik vasitənin çəkisinin müvafiq növ üçün müəyyən edilmiş külli miqdarının minimal həddindən bir qədər çox olmaqla miqdar əlaməti belə, onun narkotik vasitəni satış məqsədilə əldə edib gəzdirməsi barədə nəticəyə gəlmək üçün kifayət etmir. Belə məqsədin olmasını təsdiq edən başqa hallar, yəni başqa istehlakçı və ya istehlakçıların olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi, narkotik vasitə və psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi isə ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmiş, əksinə Təqsirləndirilən şəxs verdiyi ifadələrində narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib saxlayaraq daşıdığını göstərmiş və bu hal heç bir sübutla təkzib olunmamışdır. Məhkəmə hesab edir ki, digər müvafiq mötəbər sübutların mövcud olmadığı şəraitdə, göstərilən halda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, 1 ədəd bükümdə, 3.549 qram heroini və tanışı X4 tərəfindən ona birlikdə istifadə etmələri üçün verilmiş 0,329 qram narkotik vasitə qurudulmuş marixuananı əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən aşkar olunması ilə bağlı xüsusatlar, Təqsirləndirilən şəxs ağır cinayət əməlini törətməkdə, yəni məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib, saxlamaqla daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də, məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin qeyd edilən ölçüdə olmaqla külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış məqsədi ilə törədilən əməl kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və yaxud onun bir hissəsini məhz satmaq məqsədi ilə əldə etmiş olduğu barədə heç bir mötəbər sübut əldə edilməmiş və onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqı zamanı sübuta yetirilməmiş və bu barədə ibtidai istintaq orqanının gəldiyi nəticə heç bir mötəbər və təkzibolunmaz sübuta əsaslanmamaqla mülahizə xarakteri daşıyır və o da ittihamın əsasına qoyula bilməz. İbtidai araşdırma zamanı toplanmaqla və məhkəmə istintaqı zamanı araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda, ümumi təmiz çəkisi 3,549 qram narkotik vasitə heroini və tanışı X4 tərəfindən ona verilmiş 0,329 qram miqdarda narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlayaraq daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Lakin nə ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasını müəyyən etməmişdir. Halbuki, bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Yuxarıda qeyd edildiyi kimi həmin iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut mövcud deyildir. «İnsan Hüquqlarının və X3 X5» -nın 6-cı maddəsinin müddəalarına əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda həmçinin məhkəmələrin nəzərinə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli, 4 saylı Qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 1 oktyabr 1982-ci il tarixli qərar, X10rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə yuxarıda qeyd olunanları sadalamaqla qeyd edir ki, göstərilən hallar özlüyündə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib, özündə saxlayaraq daşımasına dair irəli sürdüyü ittihamın, qeyd olunan cinayət əməlinin tərkib əlamətlərinin zəruri elementi olan məhz şəxsin əməlində satış məqsədi olmasına dair hissədə toplanmış sübutlarla sübuta yetmədiyi halda, yalnız mülahizələrə əsaslandığını təsdiq edir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşdiyi, yaxud faktiki olaraq buna cəhd etdiyi nə ibtidai istintaq, nə də ki, məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması iş üzrə şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyi, istintaq hərəkətlərinin həyata keçirilməsi barədə protokollar, iş üzrə maddi sübutlar və həmçinin məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən digər sübutlarla tam təsdiq olunmuşdur. Beləliklə, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gənc olmasını, törətdiyi cinayət əməlini etiraf edib peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət əməlini törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli faktiki olaraq azadlığının məhdudlaşdırıldığı 18 fevral 2022ci il tarixdən hesablanmalıdır. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs opioid və kannabioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunduğundan, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübutlar,- DİN-nin BMCMİ-nin maddi sübutların saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış qalıq ekspertizadan sonra ümumi qalıq çəkisi 3,499 qram olan heroin və ekspertizadan sonra ümumi qalıq çəkisi 0,279 qram olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 18 fevral 2022-ci il tarixdə keçirilmiş prosessual hərəkətlərin əks olunduğu bir ədəd DVD disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD disk isə cinayət işinin materiallarında disk cinayət işinin materiallarında cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə məhkəmə xərcləri cəmi 199 (yüz doxsan doqquz) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddianın və üzərinə həbs qoyulmalı əmlakın olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə,
hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 18 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübutlar,- DİN-nin BMCMİ-nin maddi sübutların saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış qalıq ekspertizadan sonra ümumi qalıq çəkisi 3,499 qram olan heroin və ekspertizadan sonra ümumi qalıq çəkisi 0,279 qram olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 18 fevral 2022-ci il tarixdə keçirilmiş prosessual hərəkətlərin əks olunduğu bir ədəd DVD disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD disk isə cinayət işinin materiallarında disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri cəmi 199 (yüz doxsan doqquz) manat Təqsirləndirilən şəxs dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.