Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1653/2023 25.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X3 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X5, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmuş (Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 7 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 7 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilərək 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasının 1 (bir) il 2 (iki) ay 15 (on beş) gün hissəsini çəkməmiş), ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda və külli miqdarda narkotik vasitələri və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 2,398 qram olan narkotik vasitə heroini, 1 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,908 qram olan psixotrop maddə metafetamini və 1 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 6,121 qram olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 10 mart 2023-cü il tarixdə saat 21:30-da Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 2,398 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 1,908 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və 1 ədəd bükümdə təmiz çəkisi 6,121 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 10 mart 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsində yaşadığı evin yaxınlığında polis əməkdaşları onu saxlayıb Xətai RPİ-nin 34-cü PB-nə gətirmişlər. Saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Bölmədə olarkən polis əməkdaşları cibinə maddələr qoyaraq şəxsi axtarış zamanı təqdim etməli olduğunu, həmin maddələrin marixuana, tiryək və metafetamin olduğunu bildirmiş, o da şəxsi axtarış zamanı şalvarının cibindən 3 ədəd bükümü çıxarıb təqdim edərək həmin maddələrin marixuana, tiryək və metafetamin olduğunu demişdir. Həmin metafetamini limon duzu ilə qarışdırmışlar. Həmçinin şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş heroini, marixuananı və metafetamini hər hansı bir şəxsə satmaq və ya vermək fikri olmadığını, şəxsi istifadəsi üçün əldə etdiyini, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. “Neftçilər” metrostansiyasının yaxınlığında 45 manata heç bir şəxsdən 3 ədəd büküm götürməmişdir. Xətai rayonu, M.Rüstəmov küçəsində saxlanılmışdır. İbtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunmağı ilə razı olmuş, lakin təcridxanada Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci ittiham olunduğunu bilmişdir. 2010-cu ildən narkotik vasitə istifadə etməyə başlamışdır. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Ona polis əməkdaşları tərəfindən fiziki təsir göstərsələr də, bu barədə heç bir dövlət orqanına şikayət etməmişdir. Polis əməkdaşları qanunsuz olaraq yaşadığı evdə axtarış aparmışlar. Bakı İstintaq Təcridxanasına daxil olarkən bədənində olan xəsarətlər tibbi kitabçada qeyd edilmişdir. Əvvəllər peşəkar şəkildə güləş idmanı ilə məşğul olmuşdur. Bakı İstintaq Təcridxanasına daxil olarkən həbs olunmazdan əvvəl yıxılaraq xəsarət aldığını bildirmişdir. Onun ayaqlarına polis əməkdaşları belindəki kəmər ilə vurduqlarından təcridxanaya daxil olarkən ayaqlarında xəsarət aşkar edilmişdir. Xəsarətləri ilə əlaqədar prokurorluq orqanlarına məlumat verilməmişdir. Ona daha ağır ittiham irəli sürüləcəyindən qorxub bədənində olan xəsarətləri həbs olunmazdan əvvəl aldığını bildirmişdir. Polis bölməsində ona fiziki təzyiq göstərmişlər. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, uzun illərdir ki, narkotik vasitənin müxtəlif növündən istifadə edir, əsasən də narkotik vasitə heroin və qurudulmuş marixuanadan istifadə edir, bəzən isə psixotrop maddə metafetamindən də istifadə edir. Belə ki, narkotik vasitələrin asılılığında olduğu üçün bədənində ağrılar olur və buna dözə bilmir, ağrıların qarşısını almaq üçün də narkotik vasitələr əldə etdikdən sonra inyeksiya yolu ilə qəbul edir ki, əhval-ruhiyyəsi yaxşı olsun. Narkotik vasitələri tanımadığı şəxslərdən pulla alır. Bir neçə dəfə Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə məhkum olunaraq azadlıqdan məhrum edilmişdir. Cəzasını çəkib azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra bir müddət narkotik vasitədən istifadə etməmiş, lakin təxminən 2 ay olar ki, narkotik vasitədən istifadə etməyə başlamışdır. 10 mart 2023-cü il tarixdə günorta saatlarında narkotik vasitə əldə etmək üçün yaşadığı evdən çıxaraq “Neftçilər” metrostansiyasının yaxınlığına gəlmişdir. Metronun yaxınlığında üzdən tanıdığı və şifahi olaraq narkotik vasitə istifadə etməsini bildiyi şəxsi görüb ona yaxınlaşaraq ağrıların olmasını bildirib narkotik vasitə istəmişdir. Həmin şəxs pul istəmiş, o da ona 45 manat vermişdir. Bundan sonra həmin şəxs 3 ədəd bükümü ona verib bildirmişdir ki, bükümlərdə narkotik vasitə tiryək, qurudulmuş marixuana və psixotrop maddə metafetamin vardır. O, bükümləri alaraq baxmadan cibinə qoyub oradan uzaqlaşmışdır. Metronun yaxınlığında marşrut avtobusuna əyləşib Sarayevo küçəsinə gəlmişdir. Təxminən saat 21:30-da Sarayevo küçəsi ilə yaşadığı evə gedərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları olmasını bildirərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib şəxsiyyəti barədə sorğu-sual edərək onu 34-cü PŞ-nə gətirmişlər. Polis şöbəsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, sonra onun hüquq və vəzifələri izah olunmuş, daha sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etmək təklif olunmuşdur. Bundan sonra o, əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən 3 ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümlər açılaraq içərisinə baxış keçirilmişdir. Bir bükümdə ot şəkilində, bir bükümdə ağ rəngli kristalşəkilli, bir bükümdə isə qara rəngli qatı şəklində maddə aşkar olunmuşdur. Qara rəngli qatı şəklində olan maddənin tiryək olmasını zənn etmiş, belə ki, narkotik vasitəni aldığı şəxs bükümlərdən birində tiryək olmasını bildirmiş, digər bükümlərdə olan maddələri əvvəllər də istifadə etdiyi üçün tanımışdır. Polis əməkdaşı tərəfindən həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o da bildirmişdir ki, həmin bükümlərdə narkotik vasitə tiryək, qurudulmuş marixuana və psixotrop maddə metafetamin vardır, həmin maddələri xx.xx.2023-cü il tarixdə “Neftçilər” metrostansiyasının yaxınlığında üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 45 manata almışdır. Aşkar edilmiş narkotik vasitələr və psixotrop maddə elektron tərəzidə çəkilmiş, narkotik vasitə qurudulmuş marixuananın çəkisi 6,35 qram, tiryək kimi bildiyi narkotik vasitənin çəkisi 2,6 qram, psixotrop maddə metafetaminin çəkisi isə 2,46 qram kimi müəyyən edilmişdir. Bundan başqa üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş maddələr polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu özü və axtarışda iştirak edən şəxslər imzalayaraq təsdiq etmişlər. Üzərindən aşkar olunmuş narkotik vasitə heroini, qurudulmuş marixuananı və psixotrop maddə metafetamini hər hansı bir şəxsə satmaq və ya vermək fikri olmamış, onları şəxsi istifadəsi üçün əldə etmiş, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır (cild 1, iş vərəqə 68-70). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 34-cü PŞ-də sahə müvəkkili vəzifəsində işləyir. Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 9, mənzil 81 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitə əldə edib üzərində saxlaması, daşıması və istifadə etməsi barədə şöbənin əməliyyat müvəkkili Şahid1 məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alındı və bu məqsədlə əməliyyat qrupu yaradılmışdır. Qrupa o və 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid1 oğlu daxil edilmiş, qrupa rəhbərlik isə Şahid1 həvalə edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək onu 10 mart 2023-cü il tarixdə saat 21:30-da Xətai rayonu, Sarayevo küçəsində piyada hərəkət edərkən saxlayıb həmin şəxsə onun qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması, daşıması və istifadə etməsi barədə məlumat daxil olduğunu deyib onlarla birlikdə 34cü PŞ-ə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs də müqavimət göstərməyək onlarla birlikdə 34-cü PŞ-ə getmişdir. Şöbədə Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayət izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı raport yazılandan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmənin aparılması şöbənin təhqiqatçısına həvalə edilmişdir. Baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona dövlət hesabına vəkil təqdim edilmiş və üzərində şəxsi axtarışın keçiriləcəyi bildirilmişdir. Sonra xidməti otaqda videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılmasına başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılmasında sonuncunun vəkili, o və Şahid1 iştirak etmişlər. Şəxsi axtarışdan əvvəl baş təhqiqatçı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar olduğu halda təqdim etməsi təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən 3 ədəd bükümü çıxarıb baş təhqiqatçıya təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs 1 bükümdə narkotik vasitə tiryək, 2-ci bükümdə narkotik vasitə qurudulmuş marixuana, 3-cü bükümdə isə psixotrop maddə metafetamin olduğunu və həmin maddələri şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs o və Şahid1 saxlamışlar. Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində saxlamışlar. Təqsirləndirilən şəxsin qeyd etdiyi M.Rüstəmov küçəsi Sarayevo küçəsi ilə kəsişir. Təqsirləndirilən şəxs barəsində həm ona, həm də əməliyyat müvəkkilinə məlumat daxil olmuşdur. Saxlanılan zaman Təqsirləndirilən şəxs narkotik vasitələri şəxsi istifadəsi əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman onlara müqavimət göstərməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixoloji təsir göstərilməmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 98-100 ). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 10 mart 2023-cü il tarixli protokoldan görünür ki, barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibində olan 1 bükümdə qara rəngli sellofan torbaya bükülmüş, qara rəngli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddəni, 1 bükümdə olan ağ kağıza bükülmüş, ağ rəngli, kristalşəkilli narkotik vasitəyə bənzər maddəni və 1 bükümdə şəffaf rəngli və ot şəklində olan narkotik vasitəyə bənzər maddəni çıxarıb təqdim etmişdir (cild 1, iş vərəqə 34-35). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 10 mart 2023-cü il tarixli protokoldan görünür ki, həmin disk “CD-R” formatlıdır, diskin üzərində markalanmaya dair yazılar və göstərici işarələri var, disk açıldıqda içərisində 1 ədəd videofayl vardır, həmin videofaylda Xətai RPİ-nin 34-cü PŞ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılması əks olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılmasında sonuncunun vəkili, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və sahə inspektoru, polis leytenantı Şahid2 iştirak edirlər. Şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar olduğu halda onları təqdim etməyi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən 3 ədəd bükümü çıxarıb təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs 1 bükümdə narkotik vasitə tiryək, ikinci bükümdə narkotik vasitə marixuana, üçüncü bükümdə isə limon duzu ilə qarışıq olan psixotrop maddə olduğunu və həmin maddələri şəxsi istifadəsi üçün aldığını bildirir. Bükümlər açılıb nəzərdən keçirilir, sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, lakin onun üzərindən heç nə aşkar olunmur. Bükümlər elektron tərəzidə çəkilir və 1 ədəd zərfdə qablaşdırılır, iştirakçılar zərfdə imza edirlər (cild 1, iş vərəqə 37) Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 mart 2023-cü il tarixli 7/370 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan kağız paketdəki 1 ədəd siqaret sellofan bükülüdə təmiz çəkisi 6,121 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (Qeyd: marixuananın ümümi təmiz çəkisi 6,121 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 6,071 qram, cild 1, iş vərəqə 44-45). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 mart 2023-cü il tarixli 6/1512 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün N°152” möhür əksi, “...Təqsirləndirilən şəxs...” və s. soyadlar, imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,908 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir, 1 ədəd bükümdə təmiz çəkisi 2,398 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Qeyd: metafetaminin ümümi təmiz çəkisi 1,908 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 1,808 qram, heroin ümumi təmiz çəkisi 2,398 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 2,298 qram, cild 1, iş vərəqə 48-50). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 7 iyun 2023-cü il tarixli 3553 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 105-106). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 20 iyul 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında ilkin tibbi müayinəsi zamanı bədənində xəsarət aşkar olunmamışdır (cild 2). Cinayət işinin materiallarında olan 14 iyun 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 2,398 qram olan narkotik vasitə heroin, təmiz çəkisi 1,908 qram olan psixotrop maddə metafetamin və təmiz çəkisi 6,121 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş, həmçinin “şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin yazıldığı 1 ədəd “CD-R” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 128-132). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 7 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 7 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilərək 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqə 89-91, 114-122 və 123-127). Cinayət işinin materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 19 iyul 2023-cü il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 1 (bir) il 2 (iki) ay 15 (on beş) gün hissəsi çəkilməmişdir (cild 2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.4-cü maddələrinin tələblərinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residiv müəyyən edilən zamanı nəzərə alınmır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğuna görə residiv müəyyən edilən zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulur. Məhkəmə həmin normaların tələblərini nəzərə alıb hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 2 (iki) ay 15 (on beş ) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 7 (yeddi) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək hazırkı hökmlə təyin ediləcək cəzaya qismən birləşdirilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə əsasən ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 112 ). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2023-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 24). Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 12 mart 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 10 mart 2023-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 77-79). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 10 mart 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 188 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xətai RPİ-nin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkiləri 2,298 qram olan narkotik vasitə heroin, 1,808 qram olan psixotrop maddə metafetamin və 6,071 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd “CD-R” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 25 aprel 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 2 (iki) ay 15 (on beş) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 7 (yeddi) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 10 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 188 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Xətai RPİ-nin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkiləri 2,298 qram olan narkotik vasitə heroin, 1,808 qram olan psixotrop maddə metafetamin və 6,071 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd “CD-R” disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1653/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1653/2023
25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver