Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1654/2021 21.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (Cinayət işinin baxılmasına xitam verilməsi, onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə) Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Telman Qulaməli oğlunun sədrliyi ilə, Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X16, müdafiəçilər, Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 19 saylı Vəkil bürosunun vəkili X5, Bakı şəhəri 25 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2, fərdi qaydada fəaliyyt göstərən vəkil Müdafiəçi1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X2 və Zərərçəkmiş şəxs5 iştirakları ilə, xx xxxx 1985-ci ildə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 4 azyaşlı övladı olan, taksi xidməti ilə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, xx xxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 4 azyaşlı övladı olan, “Farm Line” dərman şirkətində satış meneceri vəzifəsində çalışan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına 20 sentyabr 2021-ci il il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib ayrı-ayrı zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayətlərini törətmişlər. Belə ki, Təqsirləndirilən şəxs2, özgənin əmlakını ələ keçirmə barədə arvadı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında “iş birliyi” adı altında sərmayə qoymağı təklif edəcəyi Zərərçəkmiş şəxs1 inandırmaq üçün yalandan özünü dərman şirkəti sahibi, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasında istehsal olunan dərmanların təsis etdiyi şirkəti vasitəsi ilə Azərbaycan Respublikası gömrük nəzarətindən keçirməklə ölkə bazarına gətirən və satışını təşkil edən, bu sahədə geniş təcrübəyə malik etibarlı tərəfdaş kimi təqdim edib Zərərçəkmiş şəxs1 bu biznesin genişləndirilməsi üçün sərmayə şəklində verəcəyi pulun müqabilində gələcəkdə özünün əldə edəcəyi gəlirdən şişirdilmiş məbləğlərdə həftəlik və aylıq qazanc verəcəyinə, bu işdə heç bir zərər və riskinin olmadığına, olduğu halda belə sərmayəçilərə dəyən zərərin özü tərəfindən ödəniləcəyinə dair yalan vəd verməklə inandırmış, əvvəlcədən razılaşdırılmış cinayətkar plana uyğun olaraq qrupun üzvü Leyla Abdullayevə, 2018-ci ilin avqust ayında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən metronun «Neftçilər» stansiyası yaxınlığında həmin dövrün məzənnəsi ilə 5100 manat təşkil edən 3000 ABŞ dolları nağd pul vəsaitini, cinayətkar planın davamı olaraq eyni vahid tamah niyyəti ilə o, həmin ilin avqust ayında Abşeron rayonu, Mehdiabad qəsəbəsində 4000 manat nağd pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 9100 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını təkrar ələ keçirmə barədə arvadı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında “iş birliyi” adı altında sərmayə qoymağı təklif edəcəyi X6 inandırmaq üçün yalandan özünü dərman şirkəti sahibi, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasında istehsal olunan dərmanların təsis etdiyi şirkəti vasitəsi ilə Azərbaycan Respublikası gömrük nəzarətindən keçirməklə ölkə bazarına gətirən və satışını təşkil edən, bu sahədə geniş təcrübəyə malik etibarlı tərəfdaş kimi təqdim edib Lətafət Zamanovanı bu biznesin genişləndirilməsi üçün sərmayə şəklində verəcəyi pulun müqabilində gələcəkdə özünün əldə edəcəyi gəlirdən şişirdilmiş məbləğlərdə həftəlik və ayhq qazanc verəcəyinə, bu işdə heç bir zərər və riskinin olmadığına, olduğu halda beiə sərmayəçilərə dəyən zərərin özü tərəfindən ödəniləcəyinə dair yalan vəd verməklə inandırmış, əvvəlcədən razılaşdırılmış cinayətkar plana uyğun olaraq o, 2018-ci ilin sentyabr ayının ortalarında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən metronun «Neftçilər» stansiyası yaxınlığında 1000 manat və həmin dövrün məzənnəsi ilə 1700 manat təşkil edən 1000 ABŞ dolları nağd pul vəsaitini, cinayətkar planın davamı olaraq eyni vahid tamah niyyəti ilə qrupun üzvü Leyla Abdullayevə vasitəsi ilə həmin ilin sentyabr ayının axırlarında «Ekspress Bank» vasitəsi ilə göndərilmiş 900 manat nağd pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək X7 1900 manat və həmin dövrün məzənnəsi ilə 1700 manat təşkil edən 1000 ABŞ dolları olmaqla, yəni ümumilikdə 3600 manat miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 özgənin əmlakını təkrar ələ keçirmə barədə arvadı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında “iş birliyi” adı altında sərmayə qoymağı təklif edəcəyi Zərərçəkmiş şəxs3 inandırmaq üçün yalandan özünü dərman şirkəti sahibi, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasında istehsal olunan dərmanların təsis etdiyi şirkət vasitəsi ilə Azərbaycan Respublikası gömrük nəzarətindən keçirməklə ölkə bazarına gətirən və satışını təşkil edən, bu sahədə geniş təcrübəyə malik etibarlı tərəfdaş kimi təqdim edib Zərərçəkmiş şəxs3m bu biznesin genişləndirilməsi üçün sərmayə şəklində verəcəyi pulun müqabilində gələcəkdə özünün əldə edəcəyi gəlirdən şişirdilmiş məbləğlərdə həftəlik və ayhq qazanc verəcəyinə, bu işdə heç bir zərər və riskinin olmadığına, olduğu halda belə sərmayəçilərə dəyən zərərin özü tərəfindən ödəniləcəyinə dair yalan vəd verməklə inandırmış, əvvəlcədən razılaşdırılmış cinayətkar plana uyğun olaraq qrupun üzvü Təqsirləndirilən şəxs1 vasitəsi ilə 2018-ci ilin oktyabr ayında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Anatolia” restoranında 2400 manat nağd pul vəsaitini, cinayətkar planın davamı olaraq o, eyni vahid tamah niyyəti ilə 2018-ilin oktyabr ayında Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən metronun “Əhmədli” stansiyasının platformasında 500 manat və həmin dövrün məzənnəsi ilə 1020 manat təşkil edən 600 ABŞ dolları nağd pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 2900 manat və həmin dövrün məzənnəsi ilə 1020 manat təşkil edən 600 ABŞ dolları olmaqla, yəni ümumilikdə 3920 manat miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmə barədə arvadı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında "iş birliyi” adı altında sərmayə qoymağı təklif edəcəyi Zərərçəkmiş şəxs5 İnandırmaq üçün yalandan özünü dərman şirkəti sahibi, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasında istehsal olunan dərmanların təsis etdiyi şirkət vasitəsi ilə Azərbaycan Respublikası gömrük nəzarətindən keçirməklə ölkə bazarına gətirən və satışını təşkil edən, bu sahədə geniş təcrübəyə malik etibarlı tərəfdaş kimi təqdim edib Zərərçəkmiş şəxs5 bu biznesin genişləndirilməsi üçün sərmayə şəklində verəcəyi pulun müqabilində gələcəkdə özünün əldə edəcəyi gəlirdən şişirdilmiş məbləğlərdə həftəlik və ayhq qazanc verəcəyinə, bu işdə heç bir zərər və riskinin olmadığına, olduğu halda belə sərmayəçilərə dəyən zərərin özü tərəfindən ödəniləcəyinə dair yalan vəd verməklə inandırmış, əvvəlcədən razılaşdırılmış cinayətkar plana uyğun olaraq qrupun üzvü Təqsirləndirilən şəxs1 vasitəsi ilə 2018-ilin oktyabr-noyabr aylarında ünvan 2 ünvanda 40000 manat nağd pul vəsaitini, cinayətkar planın davamı olaraq o, eyni vahid tamah niyyəti ilə 2018-ci ilin oktyabr-noyabr aylarında ünvan 3 ünvanda həmin dövrün məzənnəsi ilə 34000 manat təşkil edən 20000 ABŞ dolları nağd pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 40.000 manat və həmin dövrün məzənnəsi ilə 34000 manat təşkil edən 20000 ABŞ dolları olmaqla, yəni ümumilikdə 74000 manat külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 özgənin əmlakını ələ keçirmə barədə arvadı X8 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında “iş birliyi” adı altında sərmayə qoymağı təklif edəcəyi Zərərçəkmiş şəxs2 inandırmaq üçün yalandan özünü dərman şirkəti sahibi, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasında istehsal olunan dərmanların təsis etdiyi şirkəti vasitəsi ilə Azərbaycan Respublikası gömrük nəzarətindən keçirməklə ölkə bazarına gətirən və satışını təşkil edən, bu sahədə geniş təcrübəyə malik etibarlı tərəfdaş kimi təqdim edib Zərərçəkmiş şəxs2 bu biznesin genişləndirilməsi üçün sərmayə şəklində verəcəyi pulun müqabilində gələcəkdə özünün əldə edəcəyi gəlirdən şişirdilmiş məbləğlərdə həftəlik və aylıq qazanc verəcəyinə, bu işdə heç bir zərər və riskinin olmadığına, olduğu halda belə sərmayəçilərə dəyən zərərin özü tərəfindən ödəniləcəyinə dair yalan vəd verməklə inandırmış, əvvəlcədən razılaşdırılmış cinayətkar plana uyğun olaraq qrupun üzvü Təqsirləndirilən şəxs2 vasitəsi ilə 05 yanvar 2018-ci il tarixdə ünvan 4 ünvanda yerləşən “Anatolia” restoranında 4500 manat, cinayətkar planın davamı olaraq eyni vahid tamah niyyəti ilə o, 10 yanvar 2018-ci il tarixdə ünvan 5 ünvanda yerləşən «X25»də 5000 manat, eyni vahid niyyətlə 15 yanvar 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Anatolia” restoranında inzibatçı olaraq çalışan və cinayətkar niyyətindən xəbərsiz olan X13 vasitəsi ilə 5000 manat, eyni vahid niyyətlə qrupun üzvü Leyla Abdullayevə vasitəsi ilə 25 yanvar 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Anatolia” restoranında həmin dövrün məzənnəsi ilə 7990 manat təşkil edən 4700 ABŞ dolları, eyni vahid niyyətlə o, əvvəlcə 20 fevral 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Anatolia” restoranında 5000 manat, daha sonra 27 fevral 2018-ci İİ tarixdə qeyd edilən ünvanda yerləşən restoranda həmin dövrün məzənnəsi ilə 2040 manat təşkil edən 1200 ABŞ dolları, eyni vahid niyyətlə 04 mart 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən “Anatolia” restoranında 5100 manat, eyni vahid niyyətlə şəxsiyyəti istintaqla araşdırılan “İlqar” adlı şəxsin vasitəsi ilə 27 may 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, metronun “Xalqlar Dostluğu” stansiyasının çıxışı yaxınlığında həmin dövrün məzənnəsi ilə 3910 manat təşkil edən 2300 ABŞ dolları, eyni vahid niyyətlə cinayətkar niyyətindən xəbərsiz olan Şahid3 vasitəsi ilə və elektron köçürmə yolu ilə 10 iyun 2018-ci il tarixdə 29.000 manat, eyni vahid niyyətlə o, 05 avqust 2018-ci il tarixdə ünvan 6 ünvanında ilə 7000 manat, eyni vahid niyyətlə Şahid2 vasitəsi ilə 2018-ci ilin avqust ayının ortalarında sonuncunun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində əvvəlcə həmin dövrün məzənnəsi ilə 5100 manat təşkil edən 3000 ABŞ dolları, daha sonra 2018-ci ilin sentyabr ayında eyni ünvanda 4500 manat, eyni vahid niyyətlə o, 18 oktyabr 2018-ci İİ tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında həmin dövrün məzənnəsi ilə 17.000 manat təşkil edən 10.000 ABŞ dolları, eyni vahid niyyətlə qrupun üzvü Leyla Abdullayevə vasitəsi ilə 25 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında 14.750 manat, eyni vahid niyyətlə o, 06 noyabr 2018-ci il tarixdə ünvan 6 ünvanında həmin dövrün məzənnəsi ilə 10.200 manat təşkil edən 6000 ABŞ dolları nağd pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 79.850 manat və həmin dövrün məzənnəsi ilə 46.240 manat təşkil edən 27.200 ABŞ dolları olmaqla, yəni ümumilikdə 126.090 manat külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. İşin hazırlıq iclasında təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 yazılı vəsatət təqdim edərək cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi vəsatətini onunla əsaslandırmışdır ki, hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 müdafiə hüququ pozulmuş, yəni Təqsirləndirilən şəxs1 08 fevral 2021-ci il tarixdə şübhəli şəxs qisimində tutularkən və həmin qismdə istintaq hərəkətləri aparılarkən müqavilə üzrə müdafiəçisi kimi o, iştirak etmiş, lakin 10 fevral 2021-ci ildə X22 tərəfindən əsassız olaraq Təqsirləndirilən şəxs1 üçün dövlət hesabına vəkil dəvət olunması barədə qərar qəbul olunmuşdur. Bundan başqa, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi, fərdi qaydada fəaliyyt göstərən vəkil Müdafiəçi1 cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, işin ibtidai istintaqını aparmış Bakı şəhəri Nizami rayon Polis İdarəsinin müstəntiqi Ramil Əliyev barədə barədə xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi vəsatətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs2 30 iyun 2021-ci il tarixdə saat 15:50-də şübhəli şəxs qismində tutulmuş, ona həmin gün dövlət hesabına vəkil Mediyev təyin edilmiş, şübhəli şəxsə tutlması barədə dərhal deyil, saat 17:45-də ailəsinə telefonla məlumat vermək üçün şərait yaradılmış, bununla da şübhəli şəxs öz istəyi ilə müdafiəçi seçmək hüququndan mərhub edilmişdir. Bundan əlavə, onunla 01 iyul 2021-ci ildə Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmək üçün müqavilə bağlanmış, həmin gün saat 16:30-17:10 aralarında Polis idarəsinə gəlmiş, saat 16:59-da İdarəyə daxil olmuş, orderi müstəntiqə təqdim edərək müvəqqəti saxlama yerində Təqsirləndirilən şəxs2lə görüşmüş, Təqsirləndirilən şəxs2 onun iştirakı ilə dövlət hesabına təyin edilmiş N.Mehdiyevin hüquqi yardımından imtina etməsi barədə ərizə yazıb müstəntiqə təqdim etmiş, saat 18:00-18:10 arası Polis idarəsindən çıxmışdır. Lakin cinayət işinin 3-cü cildinin 23-cü vərəqində olan üzləşdirmədə dindirmə protokolundan görünür ki, həmin gün saat 17:40 dəqiqədən saat 19:18 dəqiqəyə kimi Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə keçirilmiş, vəkil N.Mehdiyev həmin üzləşdirmədə iştirak etmiş, onun iştirakı isə təmin edilməmişdir. Halbuki üzləşdirmə keçirilən vaxt artıq vəkil N.Mehdiyevin yardımından imtina edilmiş və o özü işə buraxılmışdır. Bununla da müstəntiq tərəfindən Təqsirləndirilən şəxs2 müdafiə hüququnun kobud pozuntusuna yol verilmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin fikirlərini dinləyərək, onların təqdim etdikləri təsdiqedici sənədləri və cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, müdafiəçilər Müdafiəçi3 və Müdafiəçi1 vəsatətləri əsaslı olduğundan təmin edilməli və cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, həmin cinayət işi Bakı şəhəri Nizami rayon prokurorunun müavini Qabil Səfərov tərəfindən 28 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2ci maddəsi ilə başlanılaraq aidiyyəti üzrə ibtidai istintaq aparılması üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq şəbəsinə göndərilmiş və həmin şöbənin müstəntiqi, polis mayoru Rövşən Xanbabayev tərəfindən 30 oktyabr 2019-cu il tarixdə cinayət işi icraata qəbul edilmişdir. Cinayət işinin başlanmasına səbəb və əsas 2018-ci ilin iyul ayında Zərərçəkmiş şəxs5 40000 manat və 20000 ABŞ dolları, 2018-ci ilin aprel ayından həmin ilin noyabr ayına qədər olan müddət ərzində Zərərçəkmiş şəxs2 137970 manat pulunun Təqsirləndirilən şəxs1 tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi faktı üzrə Bakı şəhər Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində toplanmış material olmuşdur. 16 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən cinayət işinin icraatı dayandırılmış, 26 dekabr 2019-cu il tarixdə icraat təzələnmiş, 28 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən cinayət işinin icraatı yenidən dayandırılmış, 07 yanvar 2020-ci il tarixdə icraat təzələnmiş, 07 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən cinayət işinin icraatı dayandırılmış, 15 aprel 2020-ci il tarixdə icraat təzələnmiş və icraata qəbul edilmişdir. 18 aprel 2020-ci il tarixdə cinayət işi Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Kənan Rzayev tərəfindən icraata qəbul edilmiş, 18 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən cinayət işinin icraatı dayandırılmış, 04 may 2020-ci il tarixdə icraat təzələnmiş, 04 may 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən cinayət işinin icraatı dayandırılmışdır. Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayev tərəfindən 02 iyun 2020-ci il tarixdə cinayət işinin icraatının dayandırılması haqqında qərar ləğv edilmiş və cinayət işi istintaq davam etdirilməsi üçün Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsinə qaytarılmışdır. 05 iyun 2020-ci il tarixdə cinayət işi Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi Cəmşid Sadıqov tərəfindən icraata qəbul edilmiş, elə həmin gün Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən cinayət işinin icraatı dayandırılmış, 19 iyun 2020-ci il tarixdə icraat təzələnmiş, 23 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən cinayət işinin icraatı yenidən dayandırılmış, 15 sentyabr 2020-ci il tarixdə icraat təzələnmiş, elə həmin gün Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən cinayət işinin icraatı dayandırılmışdır. 19 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi Abdulla Cəlilli tərəfindən cinayət işinin icraatı təzələnmiş və icraata qəbul edilmiş, 19 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət- Prossesual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən cinayət işinin icraatı dayandırılmışdır. Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi Cəmşid Sadıqov tərəfindən 23 dekabr 2020-ci il tarixdə cinayət işinin icraatı təzələnmiş, elə həmin gün Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən icraat yenidən dayandırılmışdır. 25 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Ramil Əliyev tərəfindən cinayət işinin icraatı təzələnmiş və icraata qəbul edilmişdir. 26 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən cinayət işinin icraatı dayandırılmış, 06 fevral 2021-ci İİ tarixdə icraat təzələnərək iş üzrə ibtidai istintaq davam etdirilmişdir. 08 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş,10 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 12 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 53.1.4-cü maddəsinə əsasən cinayət işinin icraatı dayandırılmış, 22 fevral 2021-ci il tarixdə icraat təzələnmiş, 24 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 53.1.4-cü maddəsinə əsasən cinayət işinin icraatı dayandırılmış, 22 iyun 2021-ci il tarixdə icraat təzələnərək ibtidai istintaq davam etdirilmişdir. 30 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 02 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində Bakı şəhər Nizami Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. Həmin cinayət işi üzrə ittiham aktı Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi X17 tərəfindən 10 sentyabr 2021-ci il tarixdə tərtib olunmuş və 11 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayev tərəfindən təsdiq edilərək iş aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işinin materialları ilə tanışlıq zamanı aşağıdakı kobud pozuntular aşkar olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 26 sentyabr 2019cu il tarixdə hələ şahid statusunda olarkən Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 ilə müqavilə bağlayaraq ibtidai istintaq vaxtı hüquqlarının müdafiəsini ona həvalə etmiş, həmin vəkil istintaq orqanına ******* saylı order təqdim edərək (cild 1, vərəq 148) Təqsirləndirilən şəxs1 iştirakı ilə keçirilən istintaq hərəkətlərində iştirak etmişdir. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmamışdan əvvəl istintaqa ərizə təqdim edərək Müdafiəçi3 cinayət işi üzrə müdafiəçisi olaraq hüquqlarının müdafiəsinə şərait yaradılmasını xahiş etmiş (cild 2, vərəq 161A), Müdafiəçi3 Təqsirləndirilən şəxs1 X22 tərəfindən protokol tərtib edilərək təqdim edilmiş, bundan sonra müdafiəçi işə buraxılmış, Təqsirləndirilən şəxs1 tutulması və şübhəli şəxs kimi dindirilməsi zamanı iştirak etmişdir. Təqsirləndirilən şəxs1 müqavilə üzrə müdafiəçisi ola-ola, 10 fevral 2021-ci il tarixdə X22 tərəfindən heç bir əsas olmadan Bakı şəhəri 6 saylı Vəkil bürosundan dövlət hesabına başqa vəkil dəvət edilməsi haqqında qərar qəbul edilmişdir. Müstəntiq qərarda onun çıxarılmasına əsas olmuş halları ümumiyyətlə göstərməmişdir (cild 2, vərəq 175-177). Qərardan dərhal sonra iş materiallarına 6 saylı Vəkil bürosundan vəkil X10 adına verilmiş 004212 saylı order tikilmişdir. Lakin iş materiallarında icra olunması üçün qərarın 6 saylı Vəkil bürosunun rəhbərinə göndərilməsi barədə hər hansı sənəd yoxdur. Azərbaycan Respublikası CPM-nin 91.5.7-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək, 91.5.8-ci maddəsinə əsasən söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi ilə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq, 91.5.9-cu maddəsinə əsasən öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə dindirilmək hüquqları vardır. Həmin Məcəllənin 92.12-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi protokolda göstərilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. Həmin Məcəllənin 92.14.1 və 92.14.2-ci maddələrinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə şübhəli, yaxud təqsirləndirilən şəxsə müəyyən müdafiəçinin dəvət edilməsini təklif etməyə haqlı deyil. Lakin şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə və cinayət prosesində müdafiəçinin iştirakı məcburi olan hallarda şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçisi olmadıqda onlar müvafiq ərazi üzrə vəkil qurumunun rəhbərindən vəkillər sırasından müdafiəçi təyin edilməsini xahiş etməlidirlər. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 hazırkı halda özü seçdiyi müdafiəçidən imtina etmədiyi halda müdafiəçinin hüquqi yardımından məhrum edilmiş, onun üçün müdafiəçi qanunun tələb etdiyi kimi vəkil qurumunun rəhbəri vasitəsilə deyil, məlum olmayan dolayı üsulla birbaşa dəvət edilmişdir. Bundan başqa cinayət işinin materiallarında 6 saylı Vəkil bürosundan təyin edilmiş vəkil X10 Təqsirləndirilən şəxs1 təqdim edilməsi barədə protokol iş materiallarında yoxdur. Yəni, Təqsirləndirilən şəxs1 vəkil X14 qəbul etmədən müdafiəçi işə buraxılmışdır. Qeyd edilənlərdən məhkəmə belə nəticəyə gəlir ki, X22 tərəfindən tərəfindən Təqsirləndirilən şəxs1 qanunla verilmiş müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. Düzdür X22 tərəfindən tərtib edib cinayət işinin 2-ci cildinin 200-cü vərəqinə tikilmiş protokolda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 hüquqlarını müdafiə etdiyi şəxsin şübhəli şəxs kimi 08 fevral 2021-ci ildə saat 11:10 dəqiqədə tutulduğunu bildiyindən onunla və təmsil etdiyi qurumla 10 fevral 2021-ci il tarixdə əlaqə yaradıldıqda müdafiəçi qəsdən işi yubandırmaq üçün süni əngəllər yaratmağa cəhd etmiş və həmin gün saat 12:00-dan sonra istintaq orqanına gələcəyini bildirmişdir. Protokolda qeyd edilən faktlar məhkəmə tərəfindən araşdırılarkən aydın olmuşdur ki, həmin protokol 10 fevral 2021-ci ildə saat 17:00-dan sonra, yəni Təqsirləndirilən şəxs1 ilə bütün istintaq hərəkətləri aparıldıqdan o, təqsirləndirilən şəxs qismində cəlb edildikdən və dindirildikdən sonra tərtib edilmişdir. Bunu həm də həmin protokolun ardıcıllıq nömrəsi də təsdiq edir. Protokolda vəkil Müdafiəçi3 və təmsil etdiyi vəkil qurumu ilə saxlanılmış əlaqənin vaxtı göstərilməmişdir. Bundan başqa müstəntiqin həmin gün vəkillə və ya vəkil qurumu ilə əlaqə saxlamasını təsdiq edən hər hansı sənəd (məktub, telefonoqram və sair) iş materiallarında yoxdur. Ən nəhayət, Təqsirləndirilən şəxs1 08 fevral 2021-ci il tarixdə müstəntiqin protokolda göstərdiyi kimi saat 11:10-da deyil, həmin gün saat 13:10-da tutulmuşdur, yəni vəkilin saat 12:00-da gəlməsini gözləməmək üçün heç bir əsas olmamışdır. Bütün bunlar onu göstərir ki, həmin protokol qanun pozuntularına dair faktları ört-basdır etmək üçün bəhanə sənədindən başqa bir şey deyildir. Məhkəmə cinayət işinin materialları araşdırarkən iş üzrə digər Təqsirləndirilən şəxs2 da müdafiə hüquqlarının pozulması qənaətinə gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 30 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulan vaxt müstəntiq şübhəli şəxs üçün vəkil dəvət edilməsi barədə qərar qəbul etmiş, qərarı 6 saylı Vəkil bürosunun rəhbərinə göndərmiş, həmin qurumdan vəkil X18 ayrılmış, vəkil protokolla şübhəli şəxsə təqdim olunmuş və işə buraxılımışdır. Cinayət işinin 3-cü cildinə tikilmiş ******* saylı müqaviləli vəkil orderindən isə görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı hüquqlarını müdafiə etmək üçün 01 iyul 2021-ci il tarixdə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 ilə müqavilə bağlanmış, vəkil həmin gün orderi istintaq orqanına təqdim etmişdir. 01 iyul 2021-ci il tarixdə vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs2 təqdim edilmiş və işə buraxılmışdır. Qeyd edilənlər barədə həmin tarixdə protokol tərtib edilmişdir (cild 3, vərəq 32-34). Lakin protokolda onun tərtib edilmə vaxtı göstərilmədiyindən vəkilin işə buraxılma vaxtını müəyyən etmək mümkün deyildir. Müdafiəçi1 məhkəməyə təqdim etdiyi sənədlərdən müəyyə edilir ki, o, Təqsirləndirilən şəxs2 müdafiəçisi kimi işə 01 iyul 2021-ci il tarixdə saat 17:00-18:00 arası buraxılmış, Təqsirləndirilən şəxs2 Müdafiəçi1 iştirakı ilə ərizə yazaraq vəkil X9 imtina etmişdir. Bununla yanaşı, cinayət işinin 3-cü cildinin 23-31-ci vərəqlərinə tikilmiş üzləşdirmə protokolundan görünür ki, 01 iyul 2021-ci il tarixdə saat 17:40 dəqiqədən iş vaxtı bitdiyi saat 19:15-dək vəkil X11 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs2 ilə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Bu hal onu göstərir ki, cinayət işi üzrə sübutlar toplanılarkən şübhəli şəxs Təqsirləndirilən şəxs2 özünün seçdiyi vəkil Müdafiəçi1 həmin hərəkətdə iştirakı təmin edilməmiş, habelə Təqsirləndirilən şəxs2 artıq imtina etdiyi müdafiəçi X18 həmin istintaq hərəkətinə cəlb edilmişdir. Müstəntiqin həmin hərəkətlərilə eyni zamanda üzləşdirmə istintaq hərəkəti protokolunun gələcədə sübut kimi qəbul edilməsinə şübhələr yaradılmışdır. Ümumiyyətlə cinayət işinin materiallarında tərtib edilmə vaxtı göstərilməmiş çoxsaylı istintaq və digər prosessual hərəkətlərin keçirilməsinə dair protokollar mövcuddur (məs.: cild 1, vərəq 160-163, 164, 187; cild 2, vərəq 29, 30, 38, 116-117, 118, 129, 140-141, 142 və s.). Qeyd edilən qanun pozuntuları dolaşıqlıq yaratmaqla bərabər həmin sənədlərin gələcəkdə məhkəmə tərəfindən qəbul edilməsinə əngəl yaradır. Bu hallar müstəntiq tərəfindən qanunun tələblərinə etinasız yanaşmanın bariz nümunəsidir. X22 tərəfindən maddi sübut əhəmiyyətli əşyanın götürülməsi haqqında 25 yanvar 2021-ci il tarixdə qərar qəbul edilmiş, elə həmin tarixdə iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 təqdim etdiyi əlyazmalar olan bir ədəd dəftər götürülmüşdür (cild 2, vərəq 123-124). Məhkəmə qeyd edir ki, hazırkı halda da müstəntiq tərəfindən kobud qanun pozuntularına yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 243-cü maddəsinə əsasən götürmə, bir qayda olaraq, məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə götürmənin aparılması haqqında qərarı müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı olduqda çıxara bilər. Təxirə salına bilməyən hallarda müstəntiq axtarış və ya götürməni məhkəmənin qərarı olmadan yalnız aşağıdakıları güman etməyə əsas verən dəqiq məlumat olduqda apara bilər: - şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsini; - şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizləndiyini; - yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olmasını; - yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükə olduğunu. Həmin Məcəllənin 244 və 245-ci maddələrinə əsasən götürmə zamanı hal şahidləri iştirak edə bilər. Götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Göründüyü kimi, qanunun qeyd edilən tələbləri həm qərar qəbul edilərkən, həm də götürmə aparılaqkən müstəntiq tərəfindən gözlənilməmişdir. İşin düzgün həll edilməsi üçün vacib əhəmiyyətə malik olan sübutdan gələcəkdə istifadə edilməsi bəri başdan şübhə altına alınmışdır. İş materialları məhkəmə tərəfindən öyrənilərkən o da müəyyən olundu ki, cinayət işi üzrə icraat tamamilə əsassız olaraq 10 dəfədən çox dayandırılmış, işin ibtidai istintaqını aparan müstəntiqlər tez-tez dəyişmişdir. Bu da istintaqın tezliyinin təmin edilməsi, vaxtında və keyfiyyətlə aparılması haqqında prosessual qanunvericiliyin tələblərinin pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasına əsas olan kobud pozuntudur. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası CPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxs barəsində xüsusi qərar çıxarmalıdır. Göründüyü kimi hazırkı cinayət işi üzrə məhkəməyədək icraat zamanı yol verilmiş qanun pozuntuları ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Bundan əlavə sübutlar toplanılarkən prosessual qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Hansı ki, göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir və belə olan halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinin ifadə etdiyi mənada cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə pozuntulara yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılması barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 80-ci maddəsinin tələbinə əsasən konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan suiistifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. “İnsan Hüquqlarının və X4 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi ilə təminat verilən hüquqlar mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 məhkəməyə şifahi və yazılı vəsatətlər verərək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, vəsatətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs2 hər zaman dindirilmək üçün müstəntiqin çağırışlarına vaxtında getmiş, onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün ümumiyyətlə əsaslar olmamış və hazırda da mövcud deyildir. Müdafiəçinin vəsatəti ilə bağlı məhkəmə cinayət prosesi tərəflərinin fikirlərini dinləyib belə hesab edir ki, Müdafiəçi1 vəsatəti əsassızdır və təmin edilmədən rədd edilməlidir. Belə ki, cinayət işinin materialları araşdırılarkən müəyyən edildi ki, ibtidai istintaq zamanı Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmə Təqsirləndirilən şəxs2 azadlıqda qalarkən cinayət prosesini həyata keçirən orqandan gizlənmək, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə ibtidai istintaqın və ya məhkəmə baxışınin normal gedişinə mane olmaq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törədərək cəmiyyət üçün təhlükə yaratmaq, cinayət prosesinin həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməmək və ya cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırmaq ehtimalının olmasını nəzərə almış və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilərkən nəzərə alınmış mühüm olan halların aradan qalxmamışdır. Müdafiə tərəfi həmin halların aradan qalxdığı barədə məhkəməyə heç bir məlumat təqdim etməmişdir. Bundan başqa, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X15 və Zərərçəkmiş şəxs5 məhkəməyə yazılı vəsatət verərək Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsini xahiş etmişlər. Zərərçəkmiş şəxslərin vəsatəti ilə bağlı məhkəmə cinayət prosesi tərəflərinin fikirlərini dinləyib belə hesab edir ki, həmin vəsatət əsassızdır və təmin edilmədən rədd edilməlidir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 cinayət prosesini həyata keçirən orqanın, eləcə də məhkəmənin çağırışlarına vaxtında gəlmiş, həbs qətimkan tədbirinin seçilməsi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 155-ci maddəsində göstərilən əsasların baş verməsi hallarına yol verməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 iyul 2021-ci il il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 1 ay 14 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 30 iyun 2021-ci il tarixdən hesablanmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 13 sentyabr 2021-ci il tarixədək, həmin məhkəmənin 11 sentyabr 2021ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 03 oktyabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olduqdan sonra məhkəmənin 21 sentyabr 2021-ci il tarixli, 1(101)- 1654/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclasının yekununa dair qərar qəbul edilənədək dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 306.2.1-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299-300, 303 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Müdafəçilər, Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 və fərdi qaydada fəaliyyt göstərən vəkil Müdafiəçi1 vəsatətləri təmin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X17 barəsində xüsusi qərar çıxarılsın. Təqsirləndirilən şəxs2 müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 məhkəməyə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatəti əsassız olduğundan təmin edimədən rədd edilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X15 və Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsi vəsatəti əsassız olduğundan təmin edilmədən rədd edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin və onun həbsdə saxlama müddəti 01 ay müddətinə, yəni 21 noyabr 2021-ci il tarixədək uzadılsın. Qərarın təsdiq edilmiş surətinin 3 gün müddətində tərəflərə verilməsi və ya göndərilməsi təmin edilsin.
Məhkəmə qərarları › İş №1(101)-1654/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1654/2021
21.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver