Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1655/2025 16.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Fəxri Afiq oğlu (sədrlik edən), Kərimova Mahirə Nəzər qızı və X2 ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi – “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakları ilə, xx xxxxxx 2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 26 mart 2025-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində yerləşən “Əmircan” qəbiristanlığı adlanan yerdə tanışı Zərərçəkmiş şəxs Etibar oğlu ilə ümumi tanışları X4 mobil telefon vasitəsilə zəng etməsi və «WhatsApp» vasitəsilə mesaj yazması səbəbindən Zərərçəkmiş şəxs ilə sonuncunun təşəbbüsü ilə aralarında şəxsi münasibətlər, o cümlədən qısqanclıq zəminində yaranmış münaqişə zamanı üzərində olan tiyəsinin orta xətt boyu uzunluğu 125 mm, dəstəyinin uzunluğu 30 mm, ümumi uzunluğu 205 mm olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən bir neçə dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs sağ əlin baş barmağı və hər iki bud nahiyyələrinin kəsilmiş deşilmiş yaralar,sağ dərin bud arteriya və venasının kəsilmiş yarası ilə nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan və insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən AĞİR zərər vurmuşdur Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o dərslərin yerini öyrənmək üçün hazırlıq yoldaşı olan Zinyətə mesaj yazmışdır. Daha sonra Elmir ona nəyə görə Zinyətə yazmağı barədə mesaj yazmış, sonra onu görüşə çağırmışdır. O, görüşə dostları Ayxan və Vüsalla getmiş, Elmir isə qardaşı ilə gəlmişdir. Görüş zamanı Elmir ona nəyə görə sevgilisinə yazdığını soruşmuş, o isə bilmədiyini deyib, üzr istəmişdir. Onlar Elmirlə danışan zaman dostları kənarda qalmışdır. Elmir və qardaşı ilə təkbətək qalan zaman özünü itirmişdir. Bıçaqla Elmirin ayağından vurmuş, neçə zərbə vurduğunu xatırlamır. Hazırda zərərçəkmiş şəxs Elmirlə barışmışlar, münasibətləri yaxşıdır. Özü də təzəlikcə universitetə qəbul olmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, əvvəllər Elmiri tanımamış, hadisədən sonra tanımışdır. Zinyət onun hazırlıq yoldaşıdır, onunla dərslər barədə danışmışlar. O, Zinyətə yazdıqdan sonra Elmir ona mesaj yazmış və nəyə görə sevgilisinə yazdığını soruşmuş, daha sonra isə zəng etmişdir. Elmir ona qarşı nalayiq ifadələr işlətmişdir. Elmir onunla telefonla danışan zaman onu məsələni aydınlaşdırmaq üçün qəbiristanlığa çağırmışdır. O isə kafedə görüşmələrini təklif etmişdir. Lakin Elmir razı olmamış, buna görə qəbirsanlıqda görüşəsi olmuşlar. O gedən zaman sinif yoldaşı Vüsal və eyni məhəllədə qaldığı Ayxanı da özü ilə çağırmışdır. Elmir telefonda danışan zaman “gəlirik” demiş, buna görə Elmirin tək gəlməyəcəyini başa düşmüş, buna görə dostlarını da çağırmışdır. Bıçaq evdə olmuş, qatlanan bıçaq olmuşdur. O bıçağı əvvəlcədən maraq üçün almışdır. Elmiri əvvəllər bir-iki dəfə məktəbdə görmüşdür. Elmirin yanında qardaşı gəlmiş, qardaşını əvvəllər görməmişdir. Onlar qəbirsanlıqda görüşmüşlər. Daha sonra qəbirsanlığın içərisinə doğru, təxminən 50 metr getmişlər. Sonra Elmir nalayiq ifadələr işlətməyə başlamışdır. Onun dostları kənarda qalmışlar. Onlar dava edən zaman aralayan olmamış, hər kəs kənarda durmuşdur. Elmir söhbətin öz aralarında olduğunu, heç kəsin qarışmamasını demişdir. Bir-birilərinə qarşı əl-qol atmamışlar, sözlə mübahisə etmişlər. Elmir ona yaxınlaşıb nalayiq sözlər işlətmiş, o da ani olaraq Elmiri bıçaqlamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Etibar oğlu ilə əvvəldən tanışlığı yoxdur. X7 ilə eyni məktəbdə təhsil alır və eyni zamanda əvvəllər birlikdə ingilis dilindən birlikdə hazırlığa getmişlər. X8 xoşu gəlmiş və bu səbəblə də 3-4 ay bundan əvvəl Zinyət Osmanovaya mesaj yazmışdır. Həmin vaxtı tanımadığı nömrədən ona mesaj və zənglər gəlməyə başlamışdır. Telefonu açdıqda həmin şəxs özünü Zərərçəkmiş şəxs kimi təqdim etmiş və bildirmişdir ki, hansı səbəbə görə Zinyət Osmanovaya mesaj yazmışdır. O isə öz növbəsində Zinyət Osmanovanın nəyi olduğunu maraqlandıqda isə Elmir özünün Zinyət Osmanovanın yaxını olduğunu bildirmişdir. O, həmin şəxsdən həmin vaxtı üzr istəmiş və bildirmişdir ki, içkili olub yazmışdır. Bundan sonra aralarında heç bir danışıq olmamışdır. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində qəfildən beyninə Zərərçəkmiş şəxs ilə aralarında keçən danışıq yadına düşmüş və sonuncuya zəng vurmaq istəmiş, lakin fikrindən daşınsa da, qısa zəngi Elmirə getmişdir. Həmin vaxt Elmirə mesaj yazaraq danışa bilmədiyini və mesaj yazmasını bildirmiş, bu zaman Elmir onunla görüşüb yarım qalan söhbətlərinə aydınlıq gətirmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs onu Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində olan “Əmircan qəbirstanlığına” dəvət etmişdir. O, Zərərçəkmiş şəxsylə yazışan zaman yaşadığı evdə olmuşdur. Elmirin onu qəbirstanlığa çağırdığını görüb qorxmuş və bu səbəblə də bir neçə ay bundan əvvəl Sabunçu “bit” bazarından özü üçün aldığı bıçağı üzərinə alıb evdən çıxmışdır. Evdən çıxan zaman qorxmuş və düşünmüşdür ki, Elmir onu qəbirsanlığa çağırırsa nəsə edə bilər, bu səbəbdən o, tanışları olan Şahid3 və Şahid1 mesaj yazaraq onları evdən çıxaraq görüşə çağırmışdır. O, Vüsal və Ayxanla görüşmüş, onlara bildirmişdir ki, bir nəfərlə söhbəti düşmüşdür. Onlar birlikdə yol ilə gedən zaman “Əmircan qəbirstanlığına” gedəcəklərini bildirmişdir. Onlar birlikdə qəbirstanlığa çatdıqda həmin yerdən şəkil çəkərək Zərərçəkmiş şəxs yollamışdır ki, artıq burdadır. Elmirin harada olmasını maraqlandıqda isə ona olduğu yerin şəklini çəkərək yollamışdır. Bundan sonra onlar qəbirstanlığın girişində görüşmüşlər. Həmin vaxtı görüşə Zərərçəkmiş şəxs qardaşı ilə birlikdə gəlmişdir. Onlar onun tanışları Vüsal Ayxan və Elmir qardaşı ilə birlikdə qəbirstanlığa daxil olmuşlar. Girişdən təxminən 50-60 metr getmişlər ki, dayanıb söhbətlərinə aydınlıq gətirməyə başlamışlar. Həmin vaxtı Elmir və yanında olan qardaşı onunla mübahisə edərək onun ünvanına nalayiq ifadələr işlətmişlər. Həmin vaxtı Elmir və qardaşı əynində olan gödəkçəni çıxarıb üzərinə gəlmişlər. Yanında olan dostları isə qorxub kənara çəkilmişlər. Elmir üstünə gəlib onu itələmiş və arxaya çöndükdə o, Elmirin qardaşı ilə onu döyəcəklərindən qorxub, özünü müdafiə etmək məqsədilə qorxaraq üzərində gətirdiyi bıçağı çıxarmış və Zərərçəkmiş şəxs ayağından bir neçə zərbə endirmişdir. Həmin vaxt Elmir ona tərəf çönmüş və əlini onun əlində olan bıçağa atmış, lakin o, oradan qaçmışdır. Qaçan vaxtı əlində olan bıçağı qəbirstanlıqda tullamışdır. Bir qədər getdikdən sonra isə əlinin qanlı olduğunu görmüş və dostu Ayxan marketdən su alaraq vermişdir ki, əlini yuyub təmizləsin. Əlini yuduqdan sonra bir qədər sonra yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, ilkin ifadə verən zaman həm həyəcanlı və eyni zamanda çox qorxmuş, bu səbəblə Elmirə görüşə özünün çağırdığını demişdir. Onu qəbirstanlığa Zərərçəkmiş şəxs dəvət etdiyi üçün dostları ilə birlikdə getmişdir. Onun məqsədi Zərərçəkmiş şəxs ilə söhbət etmək və məsələni aydınlaşdırmaq olmuşdur. Lakin Elmirin onun ünvanına nalayiq ifadələr işlətdiyini eşitmiş və əynində olan gödəkçəsini soyunduğunu, o cümlədən onu itələdiyini görüb özünü qorumaq məqsədi ilə Elmirə bıçaq zərbələri endirmişdir. Hadisə vaxtı o, özündə olmamışdır. Həmçinin onun Elmiri öldürmək və ya başqa bir niyəti olsaydı bıçaqla Elmirin ayağından yox bədəninin başqa nahiyələrindən vurardı. Həmçinin kinolarda da görmüşdür ki, bıçaqla ayaqdan vuranda heçnə olmur, buna görə düşünmüşdür ki, bıçaqla Elmirin ayağından vursa ondan əl çəkər. Bıçağı qaçarkən qəbirstanlıqda atmış, hara atdığını xatırlamır. Elmirin qardaşı onu vurmamışdır. Hadisə vaxtı ətrafda kənar şəxslər olmamış, yalnız ifadəsində adlarını çəkdiyi şəxslər olmuşdur. (cild 1, iş vərəqə 87-89,143-145) İbtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra Təqsirləndirilən şəxs verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, Elmir ona zəng vurduqda görüşə çağırmış, qəbirsanlıqda görüşmələrini demiş, o isə kafedə görüşməyi təklif etmişdir. Elmir onu “Dədə Qorqud”da yerləşən qəbirsanlığa çağırmış, o isə qəbirsanlığa gediriksə, evə yaxın olan qəbirsanlıqda görüşməyi təklif etmiş və orada görüşmüşlər. Elmir və qardaşı hər ikisi gödəkçəsini çıxartmışlar, sonra Elmirin qardaşı və onun dostları kənarda dayanmışlar ki, onlar ikisi təkcə söhbət etsinlər. O Elmirə neçə bıçaq zərbəsi vurduğunu xatırlamır. O, Elmirin bir ayağına zərbə vurmuşdur.O, qorxduğu üçün Elmirlə görüşə gedəndə üzərində bıçaq da götürmüşdür. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs ilə barşmışlar, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayəti yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126-cı maddəsinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, 2024-cü ilin oktyabr ayında onunla münasibəti olan Zinyət ona yazaraq Abidin yazmasından narahat olduğunu bildirmiş və Abidin yazıb dərsin yerini soruşduğunu demişdir. Daha sonra həmin məsələ bağlanıb getmişdir. Sonra 2025-ci ilin mart ayında Abid təkrar Zinyətə yazdıqda o, bu hadisəni aqressiv qarşılamış və bununla bağlı Abidi telefonda qəbiristanlıqda görüşə çağırmışdır. O, telefonda Abidə qarşı nalayiq ifadələr işlətmiş, lakin Abid ona qarşı heç bir nalayiq ifadələr işlətməmişdir. O, qardaşı ilə birlikdə qəbiristanlığa getmişdir. Orada əvvəlcə babalarının qəbrini ziyarət etmişlər. Bir az gözlədikdən sonra Abidin gəlməyəcəyini düşünmüşlər. Lakin az sonra Abid və dostları gəlmiş, onlar qəbiristanlığın içərisinə doğru hərəkət etmişlər. Abidlə söhbət etməyə başlamış, Abidə qarşı nalayiq ifadələr işlətmişdir. O, arxasını dönüb qardaşına uzaq durmasını demək istəyən vaxt, Abid onu bıçaqlamışdır. Sonra Abid və dostları hadisə yerindən qaçmışlar. Qardaşı əvvəlcə Abid və dostlarının arxasınca qaçmışdır. Sonra isə qardaşı onun yanına gəlib vəziyyətini görmüş və təcili tibbi yardıma məlumat vermişdir. Hadisə çox ani baş vermişdir. O Abidə əl-qol atmağa çalışmış, qardaşına dönüb uzaq durmasını deyəndə Abid onu bir neçə dəfə bıçaqlamışdır. O əvvəlcə bıçaqlandığını hiss etməmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, qardaşı onunla Abidin birdən çox adamla gələ biləcəyi ehtimalına görə gəlmişdir. O, əvvəllər Abidi tanımamışdır. Abidi qəbiristanlığa dəvət etməyinin səbəbi, nəzarət çox olduğundan 5-6 nəfər bir yerə toplaşdıqda polis əməkdaşlarının yaxınlaşacağı olmuşdur. O da sakit yerdə söhbət etmələri üçün Abidi qəbiristanlığa çağırmışdır. Onlar Abidlə söhbət edəndə hamı kənarda dayanmış, Abidlə təkbətək söhbət etmişlər. Qardaşı gödəkçəsini isti olduğu üçün çıxartmış, o da qardaşına baxıb gödəkçəsini çıxartmışdır. Onlar Abidlə görüşdükdən sonra nalayiq ifadələr istifadə etmiş və əl-qol atmışdır. O mesajları özü görməsə də, Zinyət Abidin ondan dərslərin yerini öyrənmək üçün mesaj yazdığını bildirmişdir. Təqsirləndirilən şəxslə barışmışlar, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, tanışı olan X5 təxminən 2024-cü ilin oktyabr ayında ona zəng edərək tanımadığı nömrədən zəng və mesaj yazıldığını bildirmişdir. O, Zinyətdən həmin şəxsin nömrəsini götürüb zəng edərək nə üçün Zinyətə mesaj yazmağını maraqlanmışdır. Həmin vaxtı şəxs adının Abid olduğunu bildirmişdir. Bundan sonra əlavə etmişdir ki, Zinyətlə birlikdə eyni hazırlığa gedir və dərslə bağlı olaraq nəsə soruşacağını bildirmişdir. Bundan sonra üzürxahlıq eleyib dəstəyi asmışdır. O da daha sonradan bununla bağlı olaraq daha maraqlanmamışdır. xx.xx.2025-ci il tarixdə ona yenidən həmin nömrədən mesaj gəlmişdir. Həmin nömrədən mesaj gələndə o, artıq Abidin nömrəsinə zənglər etmişdir. Lakin həmin şəxs zənglərinə cavab verməmişdir. Ona mesaj yazaraq danışa bilmədiyini mesaj yazmağını demişdir. Bundan sonra o, onunla yarım qalmış məsələyə aydınlıq gətirmək lazım olduğunu bildirmişdir. Abidə bildirmişdir ki, Əmircan qəbirstanlığına gəlsin. Lakin Abid oranı tanımadığını “tatar qəbirstanlığına” gələ biləcəyini dedikdə, o, Abidə təkid etmişdir ki, “əmircan qəbirstanlığına” gəlsin. Bundan sonra o, evdə olan qardaşına bu barədə məlumat vermiş və onlar birlikdə qəbiristanlığa gedərək burada olmaqlarını tək gəlməsini tapşırmışlar. Bundan sonra onlar qardaşı ilə birlikdə babasının qəbrini ziyarət etmişlər. Onlar artıq düşünmüşlər ki, Abid qorxub gəlməyəcək və bununla bağlı olaraq çıxıb getmək istədikdə Abidi yanında iki nəfərlə birlikdə qəbiristanlığın qarşısında görmüşlər. Bundan sonra o, onlara yaxınlaşıb bildirmişdir ki, «keçək qəbiristalığın içərisinə burada gəlib gedən çox olacaq». Onlar birlikdə qəbirstanlığa keçdikdə orada Abidin yanında gələn iki nəfəri tanımış və onlara bildirmişdir ki, söhbətlərinə qarışmasınlar. Həmin vaxtı qardaşı və o, əyinlərindəki qurtkaları çıxarmışlar və o, Abidin ünvanına nalayiq söyüşlər işlətmişdir. O, Abidin yanına gələn zaman qardaşı da yanında onunla birlikdə Abidin üzərinə gəlmişdir. O, Abidi sinəsindən itələmiş, arxaya çönüb qardaşına bu söhbətə qoşulmaması üçün geriyə getməsini bildirdikdə Abid arxadan gələrək onun ayaq nahiyəsindən bıçaqla vurmuş və oradan qaçaraq uzaqlaşmışdır. Bundan sonra o, yerə yıxılmışdır. Qardaşı isə onların arxası ilə qaçan zaman o, ağrıdan yerdə uzanmışdır. Qardaşı bir neçə dəqiqə sonra geri qayıtmış və təcili tibbi yardım maşınını çağırmış və onu xəstəxanaya çatdırmışdır. Onun Abidi qəbiristanlığa çağırmaqda məqsədi sonuncunu döyüb başa salmaq olmuşdur ki, birdə onu və Zinyət Osmanovanı narahat etməsin. (cild 1, iş vərəqə 119-120) Məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra Zərərçəkmiş şəxs verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmədə qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirmişdir ki, o hadisə günü evdə olmuşdur. Abid ona mesaj yazıb Elmirlə görüşəcəyini, onunla birlikdə getməsini xahiş etmişdir. Daha sonra o Abidlə məhlədə görüşmüş, lakin görüşün harda olacağını bilməmişdir. Sonra onlar qəbiristanlığa tərəf getmişlər. Qəbiristanlıqda Elmir və qardaşı ilə görüşmüşlər, o, məsələnin nə olduğunu öyrənmişdir. Daha sonra qəbiristanlığın içərisinə tərəf getmişlər. Orada Elmir və qardaşı gödəkcələrini çıxarmışlar. Elmir Abidə əl-qol atmış, Abidin ünvanına nalayiq ifadələr işlətmişdir. Elmir və Abid dava edən zaman, Elmir ona tərəf dönüb onun İlqarın qardaşı olub-olmadığını soruşmuşdur. Bu vaxt Abid Elmiri vurmuşdur. Hava qaranlıq olmuş, o tam olaraq nə baş verdiyini görməmişdir. O, elə bilmişdir ki, Abid Elmirə yumruq vurmuşdur. Sonra Abid qaçmış, Elmirin qardaşı da Abidin dalınca qaçmışdır. Daha sonra o da Abidin arxasınca getmişdir. Abiddən nə olduğunu soruşduqda, Abid ona, Elmiri ayağından vurduğunu demişdir. O şokda olmuş, buna görə polisə də xəbər verə bilməmişdir. Abiddən bıçağı nə etdiyini soruşduqda, atdığını demişdir. Daha sonra Abid onların yanında olan dostu Ayxana marketdən əlini yumaq üçün su alıb gəlməsini demişdir. Sonra Abid əllərini yumuşdur. O Abidə Elmirdən üzr istəməsini demiş və daha sonra evə getmişdir. O hadisə vaxtı Elmirə və ya qardaşına heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında verilən əlavə suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Elmir və qardaşı gödəkcələrini çıxartdıqdan sonra, Elmirin qardaşı Abidə qarşı nalayiq ifadələr işlətmiş, Elmir isə Abidi itələmişdir. Elmir Abidi itələdikdən sonra, Elmir ona tərəf baxmış, ondan İlqarın qardaşı olub-olmadığını soruşmuşdur. Bu vaxt Abid Elmiri vurmuşdur. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs dörd ildən artıq müddətdir ki,tanıyır. Onlar birlikdə eyni küçədə yaşayışırlar. Təqsirləndirilən şəxslə araların arasında dostluq münbasibəti olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində dostu Təqsirləndirilən şəxs ona zəng edərək Elmir adlı şəxslə söhbətinin düşdüyünü, bu səbəblə də onunla birlikdə söhbət etməyə getmək lazım olduğunu bildirmişdir. Həmin vaxtı Abid ondan xahiş etmişdir ki, onunla birlikdə gəlib ona dəstək olsun. O da evdə əynini dəyişmiş və valideylərinə bildirmişdir ki, parka gedir. O evdən çıxmış və Abidlə birlikdə küçədə görüşüb nə olduğunu maraqlandıqda isə Abid ona bildirmişdir ki, Elmirlə söhbəti var, Elmir ona qəbiristanlıqda görüş təyin etmiş, ona aydınlıq gətirəcək. Həmin vaxtı qonşuluqda yaşayan Ayxan da onlarla birlikdə gəlmişdir. Onlar qəbiristanlığa çatmış və bu zaman Elmir qardaşı ilə birlikdə gəlmişdir. Onlar görüşmüşlər. Həmin vaxt Elmir adlı şəxs onlara yaxınlaşmış və bildirmişdir ki, «keçək qəbirstalığın içərisinə burada gəlib gedən çox olacaq». Onlar birlikdə qəbirstanlığa keçdikdə orada Elmir adlı şəxs, o və Ayxana demişdir ki, Abidlə söhbətlərinə qarışmasınlar. Həmin vaxtı Elmir və qardaşı əyinlərində olan gödəkçələri çıxarmışlar və Elmir Abidin ünvanına nalayiq ifadə işlətmişdir. Həmin vaxt Elmir və qardaşı Abidin üzərinə getmişlər və Elmir Abidi sinəsindən itələmişdir. Bu zaman Elmir arxaya qardaşına tərəf çöndükdə Abid Elmirin ayağından bir neçə dəfə vurmuş və qaçmağa başlamışdır. Həmin vaxt o və Ayxan da Abidin arxası ilə qaçmışlar, Elmir isə yerə yıxılmışdır. Elmir adlı şəxsin qardaşı onların arxasınca qaçsa da, çata bilməmiş və geri qayıtmışdır. Onlar qaçıb qəbirstanlıqdan uzaqlaşmış və sonradan o Abidin əlinin qan olduğunu görüb başa düşmüşdür ki, Abid Elmirin ayağından bıçaqla vurmuşdur. Lakin hadisə vaxtı o Abidin əlində bıçaq olduğunu görməmişdir. İlk əvvəl elə bilmişdir ki, Abid Elmiri yumruqla vurmuşdur. Abiddən soruşduqda özü də Elmiri bıçaqla vurduğunu və bıçağı qəbristanlıqda qaçarkən atdığını bildirmişdir. Sonra Ayxan OBA marketdən Abidin əlini yuması üçün iki litrlik su almışdır. Onlar Abidin əlini yuduqdan sonra bir qədər küçədə gəzmiş və yaşadıqları evə getmişlər. Qorxduğuna görə polisə məlumat verməmişdir. O, Elmiri vurub heç bir xəsarət yetirməmişdir. Hadisə vaxtı ətrafda kənar şəxs olmamışdır. (cild 1, iş vərəqə 41-43) Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, hadisə günü o işdən evə gələndə qardaşı Elmirin əsəbi olduğunu görmüşdür. Qardaşından nə baş verdiyini soruşduqda qardaşı baş verənləri danışmış və Abidi qəbiristanlığa görüşə çağırdığını demişdir. O qardaşını tək qoymamaq üçün onunla birlikdə getmişdir. Qəbiristanlıqda Abid və qardaşı söhbət edən zaman qardaşı Elmir Abidə qarşı nalayiq ifadələr işlətmişdir. Daha sonra Abid qardaşını vuraraq qaçmış, o da Abidin arxasınca qaçmışdır. Məhkəmə iclasında verilən əlavə suallara cavab olaraq Şahid2 bildirmişdir ki, birinci Abidlə qardaşı Elmir mübahisə etməyə başlamışdır. Onun əynində gödəkçə olmuşdur. Gödəkçə qalın olduğu üçün gödəkçəni çıxartmışdır. Çünki gərginlikdən isti olmuşdur. O, sadəcə qardaşını tək qoymamaq üçün qardaşı ilə birlikdə getmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs daha əvvəldən tanımır. xx.xx.2025-ci il tarixdə işdən evə qayıtdıqda qardaşı Zərərçəkmiş şəxs otağına keçmişdir. Həmin vaxtı qardaşının əsəbi olduğunu görmüşdür. Elmirdən nə olduğunu maraqlandıqda isə qardaşı ona bildirmişdir ki, bir nəfər şəxslə problemi vardır və həmin şəxsi “rus” qəbirstanlığı adlanan əraziyə söhbətə aydınlıq gətirmək üçün çağırmışdır. O, Elmirə bildirmişdir ki, birlikdə getsinlər. Bundan sonra Elmirlə birlikdə qəbirstanlığa getmişlər və Elmir Abid adlı şəxsə burada olmaqlarını tək gəlməsini tapşırmışdır. Bundan sonra Elmirlə birlikdə babasının qəbrini ziyarət etmişlər. Onlar artıq düşünmüşlər ki, Abid qorxub gəlməyəcək və bununla bağlı olaraq çıxıb getmək istədikdə Abidi yanında iki nəfərlə birlikdə qəbirstanlığın qarşısında görmüşlər. Bundan sonra Elmir onlara yaxınlaşıb bildirmişdir ki, keçsinlər qəbirstanlığın içərisinə burada gəlib gedən çox olacaq. Onlar birlikdə qəbirstanlığa keçdikdə orada Elmir Abidin yanında gələn iki nəfərə bildirmişdir ki, söhbətə qarışmasınlar. Həmin vaxtı Elmir və o, əyinlərindəki gödəkçələri çıxarmışlar və Elmir Abidin ünvanına nalayiq ifadə işlədib, Abidin üstünə getmişdir. Bu zaman o da Abidin üstünə getmişdir. Elmir Abidi sinəsindən itələmiş və arxaya çönüb ona bu söhbətə qoşulmamağı üçün geriyə getməyini bildirdikdə Abid arxadan gələrək Elmirin ayaq nahiyyəsindən bıçaqla vurmuş və oradan qaçaraq uzaqlaşmışdır. Bundan sonra Elmir yerə yıxılmışdır. O isə Abid və dostlarının arxası ilə qaçmış, lakin qardaşından narahat olduğu üçün yanına qayıtmış və təcili tibbi yardım maşını çağırmışdır. Sonra isə qardaşı Elmiri xəstəxanaya çatdırmışlar. O, Abid adlı şəxsi vurmamışdır. Abid adlı şəxs onu vurmamışdır. (cild 1, iş vərəqə 71-73) Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, hadisələr ifadəsində bildirdiyi kimi baş vermişdir. Qanunla müəyyən olunan qaydada məhkəmənin vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs dörd ildən artıq müddətdir ki, tanıyır. Onlar birlikdə eyni küçədə yaşayırlar. Təqsirləndirilən şəxslə aralarında dostluq münasibəti olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində dostu Təqsirləndirilən şəxs ona zəng edərək Elmir adlı şəxslə söhbətinin düşdüyünü bu səbəblə də onunla birlikdə söhbət etməyə getmək lazım olduğunu bildirmişdir. Həmin vaxtı Abid ondan xahiş etmişdir ki, onunla birlikdə gəlib dəstək olsun. O da evdə əynini dəyişmiş və valideylərinə bildirmişdir ki, dostu Abidlə birlikdə küçədədir. O, evdən çıxmış və Abidlə birlikdə küçədə görüşüb nə olduğunu maraqlandıqda isə Abid ona bildirmşdir ki, bir nəfərlə söhbəti vardır, həmin şəxs görüş təyin etmiş, ona aydınlıq gətirəcək. Həmin vaxtı qonşuluqda yaşayan Vüsal da onlarla birlikdə gəlmişdir. O, yarı yolda artıq Abiddən hara getdiklərini maraqlandıqda isə ona bildirmişdir ki, qəbirstanlığa gedirlər, həmin şəxs görüşü orada təyin etmişdir. Onlar qəbirstanlığa çatmışlar və bu zaman adını sonradan bildiyi Elmir adlı şəxs qardaşı ilə birlikdə gəlmişdir. Onlar görüşmüşlər. Həmin vaxt Elmir adlı şəxs onlara yaxınlaşmış və bildirmişdir ki, «keçək qəbirstalığın içərisinə burada gəlib gedən çox olacaq». Onlar birlikdə qəbirstanlığa keçdikdə orada Elmir adlı şəxs o və Vüsala demişdir ki, Abidlə söhbətlərinə qarışmasınlar. Həmin vaxtı Elmir və qardaşı əyinlərində olan gödəkçələri çıxarmışlar və Elmir Abidin ünvanına nalayiq ifadə işlətmişdir. Həmin vaxt Elmir və qardaşı Abidin üzərinə getmişlər və Elmir Abidi sinəsindən itələmişdir. Bu zaman Elmir arxaya qardaşına tərəf çöndükdə Abid Elmirin ayağından bir neçə dəfə vurmuş və qaçmağa başlamışdır. Həmin vaxt o və Vüsal da Abidin arxası ilə qaçmışlar, Elmir isə yerə yıxılmışdır. Elmir adlı şəxsin qardaşı onların dalınca qaçsa da, çata bilməmiş və geri qayıtmışdır. Onlar qaçıb qəbirstanhqdan uzaqlaşmışlar və sonradan o, Abidin əlinin qan olduğunu görüb başa düşmüşdür ki, Abid Elmirin ayağından bıçaqla vurmuşdur. Lakin hadisə vaxtı o, Abidin əlində bıçaq olduğunu görməmişdir. İlk əvvəl elə bilmişdir ki, Abid Elmiri yumruqla vurmuşdur. Abiddən soruşduqda özü də Elmiri bıçaqla vurduğunu və bıçağı qəbristanlıqda qaçarkən atdığını bildirmişdir. Sonra o, OBA marketdən Abidin əlini yuması üçün iki litrlik su almışdır. Onlar Abidin əlini yuduqdan sonra bir qədər küçədə gəzmişlər və yaşadıqları evə getmişlər. Hadisə yerindən qaçdıqdan sonra qorxduğuna görə polisə məlumat verməmişdir. O, Elmiri vurub sonuncuya heç bir xəsarət yetirməmişdir. Hadisə vaxtı ətrafda kənar şəxs olmamışdır. (cild 1, iş vərəqə 49-51) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında 27 mart 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (cild 1, iş vərəqə 1) Həkim tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “akademik M.A.Topçubaşov adına X9” PHŞ-in Damar cərrahiyyəsi şöbəsinə “Hər iki budun çoxsaylı kəsilmiş-deşilmiş yarası (5), dağ dərin bud arteriyası və venasının kəsilib-didilməsi, sağ bud sümüyünün hissəvi qəlpəşəkilli qopması, sağ əlin baş barmağının arxa səthinin kəsilmiş-deşilmiş yarası” diaqnozu ilə qəbul olunmuş, xx.xx.2025-ci il tarixində “Yaranın təftişi. Kəsilmiş anatomik strukturların bərpası” əməliyyatı icra edilmişdir. (cild 1, iş vərəqə 5) Şübhəli şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında 27 mart 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində anası Qanuni nümayəndə1 təyin olunmuş, ona hüquq və vəzifələri izah edilmişdir. (cild 1, iş vərəqə 7-9) Götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli qərardan, protokoldan və əlavə edilmiş fotoşəkildən görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli hadisə ilə bağlı bir ədəd qara rəngli bıçaq götürülmüşdür. (cild 1, iş vərəqə 10-13) Şübhəli şəxsin tutulması haqqında 27 mart 2025-ci il tarixli qərar və protokoldan görünür ki, 27 mart 2025-ci il tarixdə, saat 01:50-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqə 25-26) İfadənin yerində yoxlanılması haqqında 27 mart 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid3 ifadəsi hadisə yerində yoxlanılmasından ötrü sonuncunun göstərməsinə əsasən Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan qəbirstanlığının qarşısına gəlmişdir. Şahid3 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyi yerin Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan qəbirstanlığının içərisində olduğunu bildirir və həmin ərazini əyani olaraq göstərmişdir. (cild 1, iş vərəqə 52-54) Cinayət əməlinin tövsif edilməsi haqqında 27 mart 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4 və 221.3-cü maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələrinin tərkibi olduğundan həmin maddə ilə ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 69) Götürmə aparılması haqqında 27 mart 2025-ci il tarixli qərardan və 28 mart 2025-ci il tarixli təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olan geyim əşyaları götürülmüşdür. (cild 1, iş vərəqə 75-76) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 28 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndiriən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 77-78) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(010)-86/2025 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 27 mart 2025-ci il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 102-107) Zərərçəkmiş şəxs kimi tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs zərər çəkmiş kimi tanınmış və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 1, iş vərəqə 114-118) xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən Suraxanı RPİ-nə ünvanlanmış ərizədən görünür ki, sonuncu Təqsirləndirilən şəxslə barışmış, heç bir şikayət və tələbi yoxdur. (cild 1, iş vərəqə 124) Cinayət əməlinin tövsif edilməsi haqqında 24 aprel 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 130-131) Təqsirləndirilən şəxs qismində cəlb etmək və yenidən ittiham elan edilməsi haqqında 24 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 133-134) Bakı şəhəri Suraxanı Rayon Məhkməsinin xx.xx.2025-ci il tarixli, 4(010)-131/2025 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 07 aprel 2025-ci il tarixli 1029 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi-xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22ci maddələrinin təsiri altına düşmür. (cild 1, iş vərəqə 149-150) Məhkəmə-bioloji ekspertizasının 18 aprel 2025-ci il tarixli 166/2025-TBŞ nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs Etibar oğlunun ABO sistemi üzrə qrup göstəricisi Balfa/H/(İİİ).- Ekspertizaya təqdim edilmiş bir ədəd şalvar, bir cüt idman ayaqqabısı üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə «B» və «H» antigenləri alındı, «A» antigeni və aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri Balfa/H/(İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs Etibar oğluna məxsus ola bilər. (cild 1, iş vərəqə 151-157) DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 159-160) Məhkəmə-tibbi ekspertizasının 08 may 2025-ci il tarixli 267 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sağ əlin baş barmağı və hər iki bud nahiyələrinin kəsilmiş-deşilmiş yaralar, sağ dərin bud arteriya və venasının kəsilməsi ilə müşayət olunan hemorragik və travmatik şok kəsici kənarlı əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənəddə qeyd olunan xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən kəsici kənarlı əşya, ola bilsin bıçaqla (bıçaqlarla) yetirilə bilərdi, ümumilikdə dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. (cild 1, iş vərəqə 161-163) Qətimkan tədbirinin seçilməsi haqqında 27 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqə 165-167) Məhkəmə Tibbi-Kriminalistika ekspertizasının xx.xx.2025-ci il tarixli 226MTŞ-2025 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi bıçaq - zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağıdır və soyuq silah hesab edilmir. (cild 1, iş vərəqə 172-177) İfadənin yerində yoxlanılması haqqında 06 iyul 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılmasından ötrü sonuncunun göstərməsinə əsasən Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan qəbirstanlığının qarşısına gəlmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyi yerin Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əmircan qəbirstanlığının içərisində olduğunu bildirir və həmin ərazini əyani olaraq göstərmişdir. (cild 1, iş vərəqə 179-180) Sübutların qiymətləndirilməsi haqqında 14 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham qanuni və əsaslı olduğundan həmin ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Şahid2 Etibar oğlu, Şahid1 və Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, iş üzrə hadisə vaxtı Zərərçəkmiş şəxs Etibar oğlunun əynində olmuş bir ədəd şalvar və bir cüt idman ayaqqabısı, həmçinin, təqsirləndirilən Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bıçaq xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış, saxlanılması üçün Suraxanı rayon polis idarəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (cild 1, iş vərəqə 181-192) Məhkəmə istintaqı zamanı iş üzrə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxslə barışdığını, aralarında heç bir ədavət olmadığını, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını və cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Dövlət Dəniz Akademiyası, Dəniz naviqasiyası mühəndisliyi ixtisasına qəbul olmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə görə insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərərvurma - qəsdən sağlamlığa ağır zərərvurma cinayətini ehtiva edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etiraf edici ifadəsi, istintaq hərəkətlərinin protokolları, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və ekspertiza rəyi ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olubolmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X11rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Etibar oğlunu üzərində olan soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən bir neçə dəfə zərbə vuraraq sonuncuya sağ əlin baş barmağı və hər iki bud nahiyyələrinin kəsilmiş deşilmiş yaralar,sağ dərin bud arteriya və venasının kəsilmiş yarası ilə nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan və insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək hadisə yerindən çıxıb getməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Etibar oğlunun sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların məcmusuna obyektiv hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri o cümlədən ekspertizanın rəyləri, istintaq hərəkətlərinin protokolları və biri digərinə uyğun gələn digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə tövsif olunmuşdur və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticənin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin Məcəllənin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan şəxsdir. Məhkəmə istintaqı zamanı iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxslə barışmış, aralarında heç bir ədavət yoxdur, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Dövlət Dəniz Akademiyası, Dəniz naviqasiyası mühəndisliyi ixtisasına qəbul olmuşdur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayəti törədən zaman yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamaqla onunla barışmasını, təqsirini boynuna almasını, törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və ali təhsil müəssisəsinə qəbul olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən 14 (on dörd) yaşı tamam olmuş, lakin 18 (on səkkiz) yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər Həmin Məcəllənin 85-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növləri təyin edilir. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 435.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir. Həmin Məcəllənin 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrar törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədə uyğun deyildir. «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli, 4 saylı qərarın 1-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan şəxslər barədə ədalət mühakiməsi ilk növbədə həmin şəxsin mənafelərinə xidmət etməli və belələri haqqında görülən təsir tədbirləri onun şəxsiyyətinə və qanuna zidd əməlinin xarakterinə uyğunluq təşkil etməli, yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsi onların barəsində ədalətli cəzaların təyin edilməsinə, yetkinlik yaşına çatmayan şəxs tərəfindən yeni cinayətlərin törənməsinin qarşısının alınmasına, həmçinin həmin cinayəti doğuran səbəblərin aradan qaldırılmasına xüsusi diqqət yetirilməlidir. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CMnin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Həmin Qərarın 12-ci bəndinin 5-6-cı abzaslarında göstərilmişdir ki, yetkinlik yaşına çatmayanlar barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə cəza təyin edilərkən məhkəmələr hər bir halda şərti məhkum edilənlərin üzərinə müəyyən vəzifələrin qoyulması haqqında məsələni də müzakirə etməlidirlər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə görə, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən haldır. BMT-nin yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsinə dair 29 noyabr 1985-ci il tarixli X1ydalarının 17-ci maddəsində göstərilmişdir ki, yetkinlik yaşına çatmayanların işləri üzrə məhkəmə baxışının gedişində və hökm çıxarılan zaman məhkəmənin ümumi qəbul olunmuş beynəlxalq-hüquqi prinsipləri rəhbər tutması qeyd edilmişdir. Həmin prinsiplərə aşağıdakılar daxildir; a) yetkinlik yaşına çatmayan şəxs başqa şəxsə qarşı zor tətbiq edilməsi ilə müşayiət olunan ciddi əmələ yol verməmişdirsə, yaxud digər ciddi cinayəti təkrar törətməkdə təqsirli bilinməmişdirsə və ya digər müvafiq təsir tədbirləri mövcud olmadıqda, onun barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməsi məqsədə uyğun qəbul edilməmişdir; b) yetkinlik yaşına çatmayan şəxsin islah müəssisəsinə yalnız son tədbir kimi və zəruri olan minimum həddə yerləşdirilməlidir; c) yetkinlik yaşına çatmayan şəxsin azadlığının məhdudlaşdırılması haqqında qərar, bu məsələyə mükəmməl baxıldıqdan sonra və müddəti mümkün qədər minimuma endirilməklə qəbul olunmalıdır; ç) təsir tədbirləri bütün hallarda nəinki cinayətin hallarına və ağırlığına, həm də yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, həmçinin cəmiyyətin tələbatına uyğun gəlməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin, cəzanı yüngülləşdirən halların məcmusunu və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, lakin ona təyin olunan azadlıqdan məhrumetmə növündə cəza şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə görə isə məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halların məcmusunu, habelə təyin olunacaq cəzanın yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini əsas götürərək, eləcə də Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyələrini nəzərə alaraq bu qənaətə gəlir və yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarı ilə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında dəyişiklik edilmiş və məhkəmələrə tövsiyyə olunmuşdur ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə tərkibi yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin davranışı üzərində nəzarət Bakı Probasiya İdarəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən yaşayış yerini dəyişməmək bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvar və bir cüt idman ayaqqabısı sahibi Zərərçəkmiş şəxs qaytarılmalı, 01 (bir) ədəd bıçaq məhv edilməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak və ekspertiza xərci müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Onun barəsində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in Suraxanı RPİ-nin saxlanc yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvar və bir cüt idman ayaqqabısı sahibi Zərərçəkmiş şəxs qaytarılsın, 01 (bir) ədəd bıçaq məhv edilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak, mülki iddia və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-1655/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1655/2025
16.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver