Məhkəmə qərarları › İş №1(101)-1656/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1656/2022

26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1656/2022 26.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin Bakı Ağır Cinayətlər məhkəməsi üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi “Bakı şəhəri 29 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkn tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 508,557 qram narkotik vasitə qurudulumuş marixuananı əldə edib daşımaqla, yaşadığı ünvanda saxlamış, Sabunçu RPl-nin X2 əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 aprel 2022-ci il tarixdə saat 02:08-də ünvan 3 ünvanında saxlanılıb, həmin ünvanda baxış keçirilən zaman evin qonaq otağında yerləşən paltar dolabından sarı rəngli parça kisənin içərisində 07 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkilən 5,438 qram; 5,939 qram; 5,844 qram; 4,006 qram, 5,528 qram; 5,859 qram; 5,943 qram, həmin kisədə 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi 470 qram, ümumi təmiz çəkisi 508,557 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış, tərkiblərinə görə eyni olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o narkotik vasitə satışı ilə məşğul olduğunu etiraf edir və bu əməli törətməkdə çox peşmandır. Lakin onda ittiham aktında göstərilən miqdarda, yəni 500 qram narkotik vasitə olmayıb. Evində 400 qramdan az miqdarda narkotik vasitə olub. Evində aşkar edilən narkotik vasitəni tapmışdır. İti var imiş, onu yolda gəzdirərkən Maştağa qəsəbəsinin girişində olan idman kompleksinin yanında olan marixuananı qamışlıqdan tapmışdır. Əvvəllər də marixuanadan istifadə etdiyinə görə həmin maddənin marixuana olduğunu bilmişdir. Həmin bükümü satmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Uşaqları xəstə imiş, onların müalicəsi üçün pula ehtiyacı var imiş. Buna görə də narkotik vasitənin satışı ilə məşğul olmuşdur. Birinci dəfə imiş ki, narkotik vasitə satacaqmış. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Sabunçu rayon Polis İdarəsinin X2 əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə saxlaması, satması və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda o və digər əməkdaş Şahid1 iştirak etmişdir. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra onun barəsində əməliyyat məlumatının daxil olduğunu bildirib evinə baxış və axtarış keçirilməsinə etirazının olub-olmadığını soruşduqda, o heç bir etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs özü evində olan 7 ədəd qutuda və əlavə olaraq torbanın içərisində narkotik vasitəni təqdim etmişdir. O səmimi olaraq öz əməlini etiraf etmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona məxsus narkotik vasitə marixuananın 500 qramdan az olmasına dair verdiyi ifadəsi iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan 26 aprel 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qətibə Nərimanzadənın iştirakları ilə « Şəxsi axtarış və evdə axtarış aparılması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilib götürülmüş narkotik vasitə qurudulmuş marixuananı özü istifadə etmək və satmaq məqsədi ilə yaşadığı evin həyətində əkib becərdiyini, özünə məxsus olduğunu, marixuananı və elektron tərəzini təqdim etməyə, qeyd olunanları deməyə, tərtib olunmuş protokola imza etməyə hər hansı bir şəxs tərəfindən məcbur edilmədiyini, hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlərə məruz qalmadığını, törətmiş olduğu cinayət əməlindən peşiman olduğunu bir daha bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə olunmuş, görüntülər disklərə köçürülərək protokollara əlavə edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2022-cİ il tarixli 7/405 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində «Vətəndaş Təqsirləndirilən şəxs...» yazıları və imzalar olan narıncı rəngli bağlamadakı 07 (yeddi) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 5,438 qram; 5,939 qram; 5,844 qram; 4,006 qram; 5,528 qram; 5,859 qram; 5,943 qram və həmin bağlamada 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi 470 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik vasitə qurudulmuş marixuanadır, ümumi çəkisi - 508,557 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində «Vətəndaş Təqsirləndirilən şəxs evindən aşkar olunmuş...» yazılar və imzalar olan kağız paketdəki 01 (bir) ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. Marixuananın ümumi çəkisi - 508,557 qram, tədqiqata istifadə olundu - 0,4 qram, (hər obyektdən 0,05 qram) qalıq - 508,157 qram. (ekpertiza tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat) Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2022-cİ il tarixli 5/533 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 8.1.0” əməliyyat sistemi ilə təhciz edilmiş “Xiomi Redmi 6A” markalı “M11188804C3C” modelli “**********96668 **********96676” imei kodlu mobil smartfon hal hazırda işlək vəziyyətdədir. Təqdiç edilmiş “Xiomi Redmi 6A” markalı “M11188804C3C” modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, SMS mesajlar, audio, foto, video fayllar, WatsApp proqram təminatı, “İnstaqram” sosial şəbəkə vasitəsi ilə aparılmış məlumat mübadiləri və sairə mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu. (ekpertiza tədqiqatın dəyəri 80 (səksən) manat) Cinayət işi üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsin verdiyi narkoloji ekspertizasının 05 may 2022-ci il tarixli 2234 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs 3 azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxsnа cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət tюrətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 26 aprel 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti qismən etiraf edib səmimi peşman olmasını, himayəsində 3 azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Sabunçu RPİ-də saxlanılan ümumi təmiz çəkisi ekspertiza tədqiqatından sonrakı qalıq 508,157 qram marixuana və elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və evində baxış keçirilməsi görüntülərini əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 158 (yüz əlli səkkiz) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 26 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 158 (yüz əlli səkkiz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Sabunçu RPİ-də saxlanılan ümumi təmiz çəkisi ekspertiza tədqiqatından sonrakı qalıq 508,157 qram marixuana və elektron rərəzi məhv edilsin, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və evində baxış keçirilməsi görüntülərini əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar