Məhkəmə qərarları › İş №1(101)-1656/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1656/2023

05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1656/2023 05.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X13 ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X5, Müdafiəçi – Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Mütəxəssis (müəllim-psixoloq)- X1 iştirakları ilə, xx xxxxxxxx 1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, H.Mirzəyev küçəsi 65 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün silah qismində istifadə edilən əşya tətbiq etməklə təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq etmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib, üzərində saxlayaraq daşımışdır. Belə ki, ittiham aktına görə, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 27 fevral 2023-cü il tarixdə saat 14 radələrində ünvan 1 ünvanının qarşısından keçib yaşadığı evə gedən xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs yaxınlaşaraq silah qismində istifadə etdiyi soyuq silah hesab edilməyən turist bıçağını cibindən çıxarıb tiyəsini açaraq, nümayiş etdirməklə ona xəsarət yetirəcəyi ilə hədələyərək, sonuncunun üzərində olan və içərisində 10 manat dəyərində ***-***-**-** telefon nömrəsi olan 400 manat dəyərində “X19 1” markalı mobil telefonunu alaraq, nəticədə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün silah qismində istifadə edilən əşyadan istifadə etməklə təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı basqın etməklə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs Eldar oğlunun ümumilikdə 410 manat dəyərində əmlakını ələ keçirərək quldurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib, üzərində saxlayaraq daşımış, 28 fevral 2023-cü il tarixdə saat 00:10-da ünvan 2 ünvanın yaxınlığında Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanında yerləşən 17-ci Polis Şöbəsinin inzibati binasına gətirilərək orada video çəkilişdən istifadə etməklə polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə aparılan şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli gökəçənin sağ cibindən 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 3,295 qram olan tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə baş verən günü Nərimanov rayon ərazisində kənardan sonradan adını bildiyi azyaşlı Zərərçəkmiş şəxs görmüş, həmin vaxt Cavidin mobil telefonunun baş hissəsinin cibindən kənara çıxdığını görmüş, sonuncunu yanına çağıraraq əlini onun cibinə salıb telefonu çıxarmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs ondan nə etdiyini soruşmuş, o isə Zərərçəkmiş şəxs yüksək səslə həmin yerdən uzaqlaşmasını tələb etmişdir. Onun üzərində silah olmamış, Zərərçəkmiş şəxs bıçaqla hədə-qorxu gəlməmişdir. Sonra telefonu aparıb 140 manata satmış, satdıqdan sonra yemək yemiş, sonra isə evə gəlmişdir. Onun yaşadığı evlə, qardaşının evi bir həyətdə yerləşir. O, evə gəldikdən sonra tanışından yarım qram heroin almış və onun bir hissəsini evdə istifadə etmişdir. Həmin vaxt bayırdan səs eşitmiş, bir nəfər “bibi” deyə səslənmişdir. Onun analığı qardaşının evində yaşayır, orada danışılan səslər onun evindən eşidilir. Həmin çağıran şəxsə analığı cavab verərkən, ona Zöhrabın telefon oğurladığını demişlər, analığı da onun evdə olmadığını bildirdiyindən həmin şəxs heç nə demədən çıxıb getmişlər. O, həmin şəxsin sahə inspektoru olduğu bilmiş və tutulacağını anlamışdır. Bir saat sonra əlində meyvə sellofanı ilə həyətə çıxmış, bıçaqla meyvə yemişdir. Həmin vaxt bir qara rəngdə maşının dalanda hərəkət etdiyini görmüş, qapıdan çıxıb maşına baxmış, əvvəl qaçmaq istəmiş, sonra fikirləşmişdir ki, qaçsa başqa cinayət də törətmiş olacaq, bu səbəbdən də qaçmamış və gözləmişdir. Maşın onun yanına gəlmiş, maşından polis əməkdaşları düşüb ona yaxınlaşmışlar və ondan adının Zöhrab olub-olmamasını soruşmuşlar. O da Zöhrab olduğunu bildirdikdə, ondan nə səbəbə gəldiklərini bilib-bilmədiyini soruşmuşlar, o isə bildiyini demişdir. Sonra polis əməkdaşları onlarla getmələrini təklif etmiş, o da razılaşaraq maşına əyləşib 17-ci polis bölməsinə getmişlər. Polis bölməsində bir qədər gözləmiş, zərərçəkmiş şəxs və atası da gəlmiş, orada peşman olduğunu bildirib, həmin şəxslərdən üzr istəmişdir. Sonra onu 2-ci mərtəbəyə qaldırmışlar. Orada əvvəlcə onun üzərinə bir kilo narkotik vasitə qoymaq istəmişlər, sonradan 100 qram qoyacaqlarını bildirmişlər, ən sonda isə onun üzərinə 3 qram narkotik vasitə qoymuşlar. Çəkiliş keçirilməzdən əvvəl əşyalarını cibinə qoymuşlar, əlavə bir büküm narkotik vasitə də qoyduqda, o, həmin bükümün nə olduğunu, onu niyə cibinə qoyduqlarını soruşduqda, polis əməkdaşları əgər həmin bükümü qəbul etməsə, bir kiloqram narkotik vasitə ilə “yükləyəcəklərini” demişlər, o da məcbur qalıb həmin bükümü qəbul etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, cəzaçəkmə yerindən 2022-ci ilin avqust ayında azad olunmuşdur. Çıxandan sonra dövlət ona 1200 manat pul vermiş, o sürücülük vəsiqəsi almış, maşın götürüb taksi kimi işləmək fikrində olmuşdur. Zərərçəkmiş şəxsin telefonunu maddi imkanı olmadığı üçün götürüb satmışdır. Həmin vaxt bıçaq üzərində olmuş, lakin uşağa bıçaq göstərməmişdir. Uşaq telefonu götürməyə etiraz etmiş, o isə uşağa qışqıraraq qaçmasını demişdir. O, telefonu bir küçədən digər küçəyə keçiddə götürmüşdür. Sonra gedib narkotik vasitə almış, narkotik vasitənin bir hissəsini qəbul etmiş, narkotik vasitənin az hissəsi qalmış, polis bölməsinə gedərkən həmin az miqdarda narkotik vasitə üzərində olmuşdur. Polis bölməsində həmin az miqdarda olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarışda üzərindən aşkar olunan narkotik vasitə vasitə ona məxsus olmamış, həmin narkotik vasitəni onun üzərinə polis əməkdaşları qoymuşdur. Cibində açılıb-bağlanan balaca bıçaq olmuş, lakin o, həmin bıçağı uşağa nümayiş etdirməmişdir. Uşaq onun qışqırmasından qorxub qaçmışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməsi özünün qismən etirafedici ifadəsindən başqa, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və digər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında qanuni nümayəndəsinin və mütəxəssisin (müəllimpsixoloq) iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 8-ci sinif şagirdidir. Onun istifadəsində “X20 1” markalı mobil telefon olmuşdur. 27 fevral 2023-cü il tarixdə dərsdən çıxdıqdan sonra tək evə getmişdir. Evə gedərkən ara küçəyə girmiş, daha sonra adını sonradan bildiyi Təqsirləndirilən şəxs qarşısına çıxmışdır. Həmin şəxs ona arxadan yaxınlaşaraq üstünü axtarıb telefonunu cibindən çıxarıb, qaçmaq istəyərkən o, Zöhrabın yaxasından tutmuş və ona mane olmağa çalışmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs cibindən bıçaq çıxararaq ona hədə-qorxu gəlmiş və o, həmin şəxsdən əlini çəkmiş, dönüb evə getmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, o, Zöhrabın ön tərəfdən yaxasından tutmuş, həmin vaxt Zöhrabın əlində olan bıçağı tam hansı şəkildə olduğunu görməmiş, lakin bıçağı görmüşdür. Əvvəl ona yaxınlaşanda Zöhrab ona üzərində bıçaq olub-olmadığını soruşmuş və guya onun üzərində bıçaq axtarırmış kimi üzərini axtarmış və telefonu çıxarıb qaçmağa çalışmışdır. O, bu hadisədən sonra evə getmiş, olanları anasına demiş və polisə məlumat vermişlər. Hadisə zamanı təqsirləndirilən şəxsin əlində olan bıçaq boz rəngli bıçaq olmuşdur. Həmçinin zərərçəkmiş şəxs ona verilən suala cavab olaraq mobil telefonunun ona qaytarılmadığını və ona dəymiş ziyanın ödənilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, 27 fevral 2023-cü il tarixdə oğlu Zərərçəkmiş şəxs telefonu əlindən alındıqdan sonra yaşadığı evə gəlmiş, evdə heç kim olmamışdır. Sonra ona qonşu zəng edərək oğlunun telefonunun əlindən alınması ilə bağlı məlumat vermişlər. Sonra Cavid özü zəng edib, ağlaya-ağlaya telefonunun əlindən alındığını bildirmişdir. Daha sonra o, evə gəlmiş və bu barədə polisə məlumat vermişlər. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, oğlu ona zəng vuran zaman təxminən saat 14-15 radələri olmuş, hadisə evə yaxın ərazidə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 28 fevral 2023-cü il tarixdə Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməliyyat müvəkkili polis moyoru Şahid3 ilə birlikdə inzibati ərazidə gəzərkən Bakı şəhəri, Nərimanov rayonu, Mirzəyev küçəsi 65 saylı küçədə bir nəfər şəxsin davranış, hərəkətləri, gözlərinin forması onlarda şübhə yaratdığı üçün onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, bundan sonra həmin şəxsdən şübhələndiklərini bildirərək onu Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət etmişlər. İdarədə müəyyən olunmuşdur ki, həmin şəxs 04 fevral 1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi təklif edilmiş və onun üzərində hər hansı əşya varsa təqdim etməyi xahiş edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol cibindən pul kisəsi, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, LEO BANK bank kartı, həmin gödəkçəsinin sağ cibindən 01 ədəd qara rəngli NOKİA markalı mobil telefonu, 01 ədəd siqaret qutusunu, 01 ədəd alışqan və 01 ədəd adi sellofana bükülmüş qəhvəyi rəngli iri bükümdə olan narkotik maddəyə bənzər bükümü təqdim etmiş və təqdim etdiyi həmin bükümün narkotik maddə olan "kakos" adı ilə tanınan heroin olduğunu və həmin narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. O, həmin narkotik vasitəni 27 fevral 2023cü il tarixdə öz istifadəsi üçün tanımadığı şəxsdən 50 manata aldığını bildirmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid4 bildirmişdir ki, həmin vaxt əməliyyatda olmamış, ərazidə gəzərkən Təqsirləndirilən şəxs görüb şübhələnmişdir. Bölməyə aparıldıqda Zöhrabın barəsində şikayət olduğunu bilməmişlər. Təqsirləndirilən şəxs özünün idarə etdiyi avtomaşınla idarəyə aparmışdır, idarədə Təqsirləndirilən şəxs qarşı təzyiq olunmamışdır. O, axtarış və götürmədə iştirak etmiş, təqsirləndirilən şəxsin başqa bir əməli barədə onlarda məlumat olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci PŞ-mrı baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 Şahid4 ifadəsinə uyğun məzmunda ifadə vermiş və onun ifadəsində göstərdiyi halları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 25/29 ünvanında yerləşən “Uğur Telecom” mağazasında satıcı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 27 feval 2023-cü il tarixində mağazaya gəlib, ona “Redmi” markalı mobil telefonu satdığını bildirmiş, o, Təqsirləndirilən şəxs həmin telefonun özünə məxsus olub-olmadığını soruşmuş, telefonun ona məxsus olduğunu demişdir. Bundan sonra o, mobil telefonu yoxlamış və telefonun qutusunun və adaptorunu tələb etmiş sonra gətirəcəyini bildirmiş o da şəxsdən şəxsiyyət vəsiqəsini tələb etmiş, o da şəxsiyyət vəsiqəsini təqdim edərkən onun Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Telefonu aldığı qiyməti xatırlamır, təqribi 100 manatdan yuxarı pul vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Nəriman RPİ-nin 17-ci PŞ-nin rəisinə ünvanlanmış 27 fevral 2023-cü il tarixli 550 nömrəli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14.59-da X8 DİN-nin 102 xidmətinə zəng edərək, İ.Abışov ev 16 ünvanında 13 yaşlı qonşusu Zərərçəkmiş şəxs yaxınlaşan bir nəfər kişi uşağa bıçaq çıxarıb “Redmi” mobil telefonunu əlindən alıb qaçması barədə məlumat vermişdir. (i/v: cild İ, səh. 55) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş X5 ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə 14.40 radələrində oğlu Zərərçəkmiş şəxs məktəbdən evə qayıdan zaman Y. Abasov küçəsində evlərinə gedən dar yolda tanımadığı şəxs onun yolunu kəsərək qorxutmuş, bıçaqla hədələyərək əlindən “Xiaomi” markalı 400 manat dəyərində olan mobil telefonu ələ keçirərək uzaqlaşmışdır. (i/v: cild İ, səh. 56) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında” 27 fevral 2023-cü il tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və zərərçəkmiş şəxs hadisənin baş verdiyi yeri əyani şəkildə göstərmiş və izahatında göstərdiyi halları bir daha təsdiq edilmişdir. Tədqiq olunan protokoldan həmçinin görünür ki, hadisə yerinin fotoşəkilləri çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir. (i/v: cild İ, səh. 59-60) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “şəxsin tanınmaya təqdim edilməsi” haqqında 01 mart 2023-cü il tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs X9 təqdim edilən şəxsləri nəzərdən keçirib dördüncü yerdə dayanmış X2 göstərərək məhz həmin şəxsin 27 fevral 2023-cü il tarixdə saat 14 radələrində ünvan 6 ünvanın yaxınlığında ona məxsus “Xiomi Redmi” markalı mobil telefonu bıçaq çıxarıb, hədə-qorxu ilə alan şəxsin məhz həmin şəxs olmasını bildirmişdir. (i/v: cild İ, səh. 93-95) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “əşyaların tanınmasının aparılması” haqqında 10 mart 2023-cü il tarixli protokoldan görünür ki, tanıyan təqsirləndirilən şəxs X6 ona təqdim edilən bıçaqları nəzərdən keçirəndən sonra, sağ əliylə 2 rəqəmi ilə nömrələnmiş və ağ kağız, üzərində qoyulmuş bıçağı tanıyaraq bildirmişdir ki, həmin bıçağı quruluşuna, xüsusiyyətlərinə, təxmini ölçüsünə görə və həmin bıçağın ona məxsus olmasına görə tanıyır, lakin baş vermiş hadisə zamanı həmin bıçaq onun üzərində olsa da zərərçəkmiş şəxsə qarşı istifadə etməmişdir. (i/v: cild İ, səh. 171-173) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “ifadənin yerində yoxlanılması” haqqında 11 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri əyani olaraq göstərmiş və ifadəsində qeyd halları bir daha təkrar edərək göstərdiiy yerdə zərərçəkmiş şəxsə məxsus mobil telefonu alaraq getmiş, lakin ona qarşı hər hansı zor tətbiq etməmişdir. (i/v: cild İ, səh.180) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “əşyaların tanınmasının aparılması” haqqında 04 aprel 2023-cü il tarixli protokoldan görünür ki, tanıyan yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ona təqdim edilən bıçaqları nəzərdən keçirəndən sonra, sağ əliylə 1 rəqəmi ilə nömrələnmiş və ağ kağızın üzərində qoyulmuş bıçağı tanıyaraq bildirmişdir ki, həmin bıçağı quruluşuna, xüsusiyyətinə, təxmini ölçüsünə görə və hadisə zamanı Təqsirləndirilən şəxs məhz həmin bıçaqdan istifadə edərək ona məxsus mobil telefonu ələ keçirmişdir. (i/v: cild İ, səh.218-220) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “əşyaya baxış keçirilməsi və götürülməsi” haqqında 13 aprel 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş sənədin surətindən görünür ki, 01 ədəd A4 vərəqində üzərində Təqsirləndirilən şəxs məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsinin sürəti və üzərində kiril əlifbası ilə ”27 fevral telefon mənim olduğuna görə ehtiyacdan satıram, Redmi 11. Uğur Telefona satdım. 140 imei **********62166, imza. **********” yazıları olan vərəqə baxış keçirilərək götürülmüşdür. (i/v: cild İ, səh.225-226) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Nərimanov RPİ-nin 17-ci PŞ-nin rəisinə ünvanlanmış 28 fevral 2023-cü il tarixli raportdan görünür ki, 28 fevral 2023cü il tarixdə inzibati ərazidə xidmətdə olarkən saat 00.10 radələrində Nərimanov rayonu, H.Mirzəyev küçəsi 65 saylı məhəllədə bir nəfər kişi cinsli şəxsin davranışı, hərəkətləri, bədən quruluşu, gözlərinin forması onlarda şübhə yaratdığından, həmin şəxsə yaxınlaşaraq onu bölməyə dəvət etmişlər, daha sonra həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. (i/v: cild İ, səh. 4) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş "şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında" 28 fevral 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol cibindən qəhvəyi rəngli pul kisəsindən 38 manat pulu, özünə məxsus şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, Bakı Kartı, fiziki şəxsin uçotu şəhadətnaməsini, **********661351 nömrəli LEO BANK kartını, həmin gödəkçənin sağ cibindən 1 ədəd qara rəngli “Nokia” markalı mobil telefonu, 1 ədəd qara rəngli “SOBRANİE” siqaret qutusunu, 1 ədəd qırmızı rəngli alışqanı və 1 ədəd sellofana bükülmüş qəhvəyi rəngli iri bükümdə olan narkotik maddəyə bənzər bükümü təqdim etmiş və təqdim etdiyi həmin bükümün narkotik maddə olan heroin olmasını və həmin narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Tədqiq olunan həmin protokoldan həmçinin görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd sollofana bükülmüş qəhvəyi rəngli, spesifik iyə malik bükümü xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində Yasamal rayonu, Alatava qəsəbəsində əvvəllər tanımadığı və hər hansı anket məlumatını bilmədiyi şəxsdən 50 manata şəxsi istifadəsi məqsədilə əldə etdiyini bildirmişdir. (i/v: cild İ, səh.24-25) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “təqdim edilmiş diskə baxış keçirilməsi haqqında” 28 fevral 2023-cü il tarixli protokoldan görünür ki, 1 ədəd ağ rəngli DVD formatlı diskə şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Eldar Tağıyevin iştirakı ilə baxış keçirilmiş, qeyd olunan DVD diskdə olan 05 dəqiqə 33 saniyəlik videogörüntü ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs video görüntünün 02 dəqiqə 30 saniyəsində əynində olan qara rəngli gödəkçənin sağ cibindən 1 ədəd sellofana bükülmüş bükümü çıxararaq təqdim etmiş və həmin bükümdə olan maddənin “kakos” olduğunu və 50 manata “Alatava” adlanan yerdən öz istifadəsi üçün aldığını bildirmiş, bundan sonra aşkar edilmiş 1 ədəd büküm içindəkilərlə birlikdə axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırılaraq götürülmüşdür. Tədqiq olunan həmin protokoldan həmçinin görünür ki, DVD diskə baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə üzərində 01 ədəd büküm aşkar edilən şəxsin özü olduğunu qeyd etmiş və həmin bükümdə olan qəhvəyi rəngli tozşəkilli kütlənin narkotik vasitə “kakos” olduğunu bildirmişdir. (i/v: cild İ, səh.51) Cinayət işinin materiallarına əlavə edilmiş DVD disk məhkəmə iclasında nümayiş etdirilməklə bilavasitə tədqiq edilmiş və müəyyən edilmişdir ki, həmin videogörüntülər "şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında" və “təqdim edilmiş diskə baxış keçirilməsi haqqında” 28 fevral 2023-cü il tarixli protokollarla eynilik təşkil edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1200 №-li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş büküm..” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 3,295 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələri”-in siyasına (siyahı İ) daxildir. (i/v: cild İ, səh. 37-40) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi” X15 02 iyun 2023-cü il tarixli 3400 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i/v: cild İ, səh. 236- 237) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 xx.xx.2023-cü il tarixli 769 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya pxisi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (i/v: cild İ, səh. 238-241) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə ballistik ekspertizasının 08 may 2023-cü il tarixli, 3/665 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, uca deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir. (i/v: cild İ, səh. 242-244) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X15 kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1526 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Eldar oğlu hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs Eldar oğlunda həmçinin ona qarşı törədilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Zərərçəkmiş şəxs Eldar oğlu bu iş üzrə zərərçəkmiş şəxs qismində keçdiyi üçün onun anlaqlı olub-olmaması barəsində qoyulmuş sual ona şamil edilmir. Zərərçəkmiş şəxs Eldar oğlu hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmədiyi müəyyən edilmiş, buna görə də hadisə zamanı onun psixi vəziyyəti situasiyaya müvafiq olmuşdur. Zərərçəkmiş şəxs Eldar oğlu özündən uydurmaya meyillilik əlamətləri aşkar olunmadı. Zərərçəkmiş şəxs Eldar oğlu fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Ünsiyyətçillik, emosionallıq, adaplivlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs Eldar oğlunun əqli və psixi inkişafına görə yaranmış şəraitin mahiyyətini tam dərk etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs Eldar oğlunun əqli və psixi inkişafında gerilik əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs EUar oğlu özünün psixoloji yaş və emosional halından asılı olaraq müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. (i/v: cild İ, səh. 245-247) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 181.2.5 və 234.1-1ci maddələrinin tərkiblərinin olması məhkəmə iclasında dindirilmiş şəxslərin ifadələri, o cümlədən tədqiq edilmiş cinayət işinin materialları- hadisə yerinə baxış protokolları, ifadənin yerində yoxlanılması protokolları, dindirmə protokolları, tanınmaya təqdim etmə protokolları, ekspertiza rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş hər iki ittiham üzrə cinayət əməlinin tövsifini mübahisələndirdiyi üçün məhkəmə hər iki əməl üzrə ayrı-ayrılıqda qiymətləndirməni zəruri hesab edir. Məhkəmə əvvəlcə təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək zərərçəkmiş şəxsə qarşı silah qismində heç bir əşyadan istifadə etmədiyini, quldurluq cinayəti törətmədiyini, yalnız soyğunçuluq etdiyini bildirsə də, aşağıda sadalanan sübutlarla ona qarşı irəli sürülmüş ittiham öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində zərərçəkmiş şəxsə bıçaq nümayiş etdirmədiyini bildirsə də, eyni zamanda hadisə zamanı həqiqətən də üzərində bıçaq olduğunu etiraf etmişdir. Eyni zamanda cinayət işinin materiallarında olan 27 fevral 2023-cü il tarixli raportdan görünür ki, X3 DİN-nin 102 xidmətinə verdiyi ilkin məlumatda da qonşusu Zərərçəkmiş şəxs yaxınlaşan bir nəfər kişinin uşağa bıçaq çıxarıb mobil telefonunu alıb qaçmasını bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxsin üzərində olan bıçağı ona nümayiş etdirdiyini, onu bıçaqla vuracağı ilə hədələdiyini bildirmiş və qeyd olunan bıçağın əlamətlərini (rəngini, qatlanan olmasını) dəqiq şəkildə təsvir etmiş, həmçinin əməliyyat tədbirləri nəticəsində aşkar olunmuş bıçaq tanınmaya təqdim olunduqda həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs tərəfindən tanınmışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin hadisə zamanı üzərində bıçaq olsa da, zərərçəkmiş şəxsə onu nümayiş etdirməməsi ilə bağlı ifadəsi özünü müdafiə xarakteri daşıyır, əməlinin daha yüngül maddəyə tövsif olunmasına nail olmağa yönəlmiş ifadələrdir və həqiqəti əks etdirmir. Bundan başqa, təqsirləndirilən şəxsin məhkəmə iclasında üzərində 1 qramdan az narkotik vasitənin olması, videoçəkiliş zamanı təqdim etdiyi narkotik vasitənin ona məxsus olmaması ilə bağlı ifadəsinə qiymət verərək məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış video çəkiliş aparılmaqla keçirilmiş, onun üzərindən aşkar olunmuş büküm qanuna müvafiq olaraq qablaşdırılaraq götürülmüş və ekspertiza rəyi ilə aşkar olunmuş narkotik vasitənin 3,295 qram olması müəyyən edilmişdir. Həmçinin təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bir tərəfdən əgər onun üzərində narkotik vasitə olsaydı, polis əməkdaşlarını görən kimi onu cibindən çıxarıb atmalı olduğunu bildirir, digər tərəfdən də polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olduğunu, həmin narkotik vasitəni polis bölməsində olarkən polis əməkdaşlarına təhvil verdiyi, lakin qeyd olunan narkotik vasitənin çəkisinin 1 qramdan az olduğunu bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin bir-birinə zidd ifadələr verməsini və onun ifadəsinin cinayət işinin materialları ilə təsdiq olunmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin qeyd olunan ifadəsi də həqiqəti əks etdirmir və ağır cinayət üzrə məsuliyyətdən yaxa qurtarmağa yönəlmişdir. Cinayət əməlinin tövsifi ilə bağlı məhkəmənin mövqeyi, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlməlidir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Qeyd olunan qərarda göstərilmişdir ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3- 2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Vurulmuş ziyanın cinayət məsuliyyətini şərtləndirən minimal məbləği barədə tələb soyğunçuluq cinayətlərinə şamil olunmur və həmin əməllərə görə cinayət məsuliyyəti vurulmuş ziyanın Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd inin 1-ci bəndində göstərilən məbləğlərdən az olub-olmamasından asılı olmayaraq yaranır. Oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 410 manat məbləğində ziyan vurmuş və zərərçəkmiş şəxsə dəymiş ziyan onun tərəfindən ödənilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında 3 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Quldurluq basqını nəticəsində zərərçəkmişin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilərsə, həmin əməl quldurluq cinayətinin tərkibi ilə əhatə olunur və əməlin əlavə olaraq CM-nin 127, 128-ci maddələri ilə də tövsif edilməsi tələb olunmur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs üzərində olan bıçağı nümayiş etdirməklə, mobil telefonunu ona vermədiyi halda, bıçaqla onu vuracağı ilə hədələmiş və zərərçəkmiş şəxsə məxsus mobil telefonu ondan alaraq ələ keçşirmişdir. Yuxarıda qeyd olunan Plenum qərarında həmçinin göstərilmişdir ki, təqsirli şəxsin əməli AR CM-nin 181.2.5-ci maddəsi ilə tövsif edildikdə, məhkəmələr basqın zamanı tətbiq edilmiş predmetin canlı qüvvənin və ya digər hədəfin vurulması üçün yararlı silah olubolmamasını ekspert rəyi əsasında müəyyən etməlidir. Qanunda göstərilən hallar mövcud olduqda, belə şəxsin əməli, əlavə olaraq AR CM-nin 228-ci maddəsi ilə də tövsif edilməlidir. Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində olan, kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağı ilə onu hədələyib mobil telefonunu ələ keçirmişdir. Yuxarıda qeyd olunan Plenum qərarından həmçinin görünür ki, quldurluq cinayətini əmlakın hədə-qorxu ilə tələb edilməsi cinayətindən (CM- nin 182-ci maddəsi) fərqləndirərkən nəzərə almaq lazımdır ki, quldurluqda əmlakın ələ keçirilməsi zor tətbiq edilməsi ilə eyni vaxtda və ya ondan dərhal sonra baş verirsə, özgə əmlakını hədə-qorxu ilə tələb etmə zamanı təqsirli şəxsin əməli əmlakın və ya ona olan hüquqların gələcəkdə əldə edilməsinə yönəlir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs üzərində olan bıçağı çıxarıb hədələyərək telefonunu istəmiş və dərhal telefonu zərərçəkmiş şəxsdən aldıqdan sonra hadisə yerini tərk etmişdir. İş materiallarından və məhkəmə iclasında ifadə vermiş zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin sözlərindən müəyyən olunur ki, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilməmişdir. Həmçinin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroinin çəkisi 3,295 qram təşkil etmişdir. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli araşdırma zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi ilə, ifadənin yerində yoxlanılması protokolu, tanınmaya təqdim etmə protokolları, eyni zamanda ekspertiza rəyləri və maddi sübutla təsdiq olunaraq, tam, hərtərəfli və obyektiv araşdırılmış və cinayət əməllərinin həmin şəxs tərəfindən törədilməsi məhkəmədə heç bir şübhə doğurmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə, Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci və 234.1-1-ci maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Belə ki, məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından, eyni zamanda müvafiq hökmlərin və qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, əvvəlki hökmlər üzrə onun məhkumluqları ödənilmiş, lakin sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 29.180.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2017-ci il tarixli 316 VQD saylı AR CM-də dəyişiklik edilməsi haqqında qanuna əsasən CM 66.3 və 66.2-ci maddəsi dəyişdirilməklə cəza müddəti dəyişdirilmədən saxlanılmış, xx.xx.2022-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə 01 ay 07 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. (i/v: cild İ səh. 191- 193; 200-208; 209-213). Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinin tələblərinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə görə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə ona təyin olunmuş cəzanı çəkib qurtardığı gündən altı il keçməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Ona görə də, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunmalı və onun hərəkətləri cinayətin təhlükəli residivi kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələblərinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsiri tam sübuta yetmiş və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulduğu kimi, cinayətlərin təhlükəli residivinə görə cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun əməlində cinayətlərin residivinin olmasını nəzərə alaraq, onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükləli residivi zamanı qadınlar təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (i/v: cild İ, səh.22-23), Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 28 fevral 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. (i/v: cild İ, səh. 120-125) Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 28 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan narkoloji rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstələyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan ekspertiza tədqiqatdan sonra qalıq çəkisi 3,245 qram olan narkotik vasitə heroin və cinayətin törədilməsi zamanı istifadə olunmuş bıçaq məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 152 (yüz əlli iki) manat məbləğində ekspertiza xərci var (i/v: cild İ, səh. 38, 243) və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 152 (yüz əlli iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5 və 234.1-1-ci maddələrində nəzərdə tutulan əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 28 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,245 qram təşkil edən narkotik vasitə heroin və bir ədəd bıçaq məhv edilsin, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 152 (bir yüz əlli iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Səbinə Məmmədzadə Hakimlər: Azad Məcidov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar