Məhkəmə qərarları › İş №1(101)-1658/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1658/2023

21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1658/2023 21.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1995-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də bağban işləyən, Lerik rayonu, Orand kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu, nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda 3 saylı İT-da saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs ona görə ittiham olunur ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd bükümdə təmiz çəkisi 4,321 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamaqla Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, X9 gətirərək daşımış, Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin əməkdşaları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşul olmasında şübhəli olduğu üçün xx.xx.2023-cü il tarixdə saat 18:50 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X7 fəaliyyət göstərən “Qardaşlar” marketin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin, 3-cü PŞ-nə gətirilmiş, xx.xx.2023-cü il tarixdə saat 19:35-də PŞ-dəxidməti otaqların birində video çəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sol yan cibindən həmin satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 01 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 4,321 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Binə qəsəbəsi Südçülük sovxozunda yaşayır, «Heydər Əliyev» mərkəzində bağban işləyir. Hər gün səhər saat 8-də işə gedir, axşam 18-də isə işdən çıxıb evinə gəlir. Bu günədək o, nakrotik vasitə qəbul etməmiş, əldə etməmiş və satmamışdır. xx.xx.2023-cü il tarixdə iş vaxtının sonunda yeznəsi ona zəng edərək demişdir ki, polis əməkdaşları gəlib, onu «Qardaşlar» marketin qarşısında gözləyirlər. Yeznəsinə polisləri evə dəvət etməsini deyərək işdən çıxıb yaşadığı ünvana getmişdir. Məhəllələrində olan «Qardaşlar» marketinə girib alış-veriş etmək istəyən zaman polis əməkdaşları ona yaxınlaşaraq onun Təqsirləndirilən şəxs olduğunu soruşmuşlar. O isə cavab vermişdir ki, bəli, o, Təqsirləndirilən şəxsdur. Bundan sonra polislərin təklifi ilə onların maşınına minərək Xəzər RPİ-nin 3-cü PB-nə, oradan isə Xəzər RPİ-nə getmişdir. Orada onu dövlətə xəyanətdə günahlandırmışlar. O isə bildirmişdir ki, heç bir iranlı ilə yazışması olmamış, telefonu vasitəsi ilə yalnız mahnı və maraqlı videogörüntüləri paylaşmışdır. Buna baxmayaraq ona təklif etmişlər ki, ona verəcəkləri bir ədəd içində heroin olan bükümü cibinə qoyub üzərinə baxış keçirilən zaman özününki kimi təqdim etsin. O, razılaşmadıqda polis əməkdaşlarından biri onun qollarından tutmuş, digəri isə qurşağından boğazına qədər olan bədən nahiyyələrinə əli ilə zərbələr endirmişdir. Bundan sonra polislərin təklifini qəbul etmiş, onların ona verdikləri bir bükümü əynindəki qara rəngli cins şalvarın sol yan cibinə qoymuş və videoçəkilişlə keçirilmiş üzərinə axtarış zamanı həmin bükümü özünə məxsus büküm kimi təqdim etmiş, polislərin onu öyrətdiyi kimi həmin bükümü həmin gün günorta saatlarında Suraxanı rayonunda tanımadığı şəxsdən 37 manat ödəməklə əldə etdiyini bildirmişdir. İstintaq təcridxanasına yerləşdirilən zaman, məhkəməyə sanksiyaya aparıldığı zaman, həmçinin onu müdafiə edən vəkilə döyülməsi barədə heç nə deməmişdir. Döyülməsi barədə bu gün məhkəməyə açıqlama verir. O, günahsızdır, onda narkotik vasitə olmamış, əvvəllər də narkotik vasitə qəbul etməmiş və satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri tədbirlə əlaqədar tanımışdır.Belə ki,Lerik rayonu Orand kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük savxozunda yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı olmuşdur.Bu məlumat əsasında əməliyyat tədbirinin keçirilməsinə dair 29 mart 2023-cü il tarixdə qərar qəbul edilmiş, ondan və həmkarı Şahid2 ibarət tərkibdə əməliyyat qrupunun yaradılmasına dair əmr və protokol tərtib edilməklə, həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat yolu ilə müəyyən olunmuş ünvana yollanmışlar. Təqsirləndirilən şəxs avtobusdan Hövsan südçülük savxozunun ərazisində olan «Qardaşlar» marketin yaxınlığında enərək piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyini bildirib, ona onlarla birlikdə Xəzər rayon Polis İdarəsinin 3cü PŞ-nə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Polis İdarəsininin 3-cü PŞ-nə gəlmiş, onu orada təhvil vermişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsində həmkarı Şahid2la birlikdə iştirak etmişdir. Baxış zamanı video çəkiliş keçirilməklə müdafiəçi X4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs özü könüllü olaraq əynində olan qara rəngli cins şalvarı sol yan cibindən bir ədəd sellofana bükülmüş bükümü təqdim edib masanın üzərinə qoymuşdur. Həmin bükümü müstəntiq açdıqda içərisində qəhvəyi rəngli spesfik iyə malik maddə olub narkotik vasitə heroinə bənzər maddə olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs müstəntiqin suallarına cavab olaraq bildirmişdir ki, həmin maddənin narkotik vasitə heroin olduğunu, xx.xx.2023-cü il tarixdə günarta saatlarında Suraxanı rayonunda adını bilmədiyi şəxsdən 27 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə qablaşdırılaraq möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ərizə daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs Müseyib oğluna qarşı heç bir psixi və fiziki zorakılıq hərəkətləri törədilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞnin sahə inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri tədbirlə əlaqədar tanımışdır.Belə ki,Lerik rayonu Orand kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük savxozunda yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı olmuşdur.Bu məlumat əsasında əməliyyat tədbirinin keçirilməsinə dair 29 mart 2023-cü il tarixdə qərar qəbul edilmiş, ondan və həmkarı Rəfayil Rəcəbovdan ibarət tərkibdə əməliyyat qrupunun yaradılmasına dair əmr və protokol tərtib edilməklə, həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat yolu ilə müəyyən olunmuş ünvana yollanmışlar. Təqsirləndirilən şəxs avtobusdan Hövsan südçülük savxozunun ərazisində olan «Qardaşlar» marketin yaxınlığında enərək piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyini bildirib, ona onlarla birlikdə Xəzər rayon Polis İdarəsinin 3cü PŞ-nə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Polis İdarəsininin 3-cü PŞ-nə gəlmiş, onu orada təhvil vermişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsində həmkarı Şahid2la birlikdə iştirak etmişdir. Baxış zamanı video çəkiliş keçirilməklə müdafiəçi X4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs özü könüllü olaraq əynində olan qara rəngli cins şalvarı sol yan cibindən bir ədəd sellofana bükülmüş bükümü təqdim edib masanın üzərinə qoymuşdur. Həmin bükümü müstəntiq açdıqda içərisində qəhvəyi rəngli spesfik iyə malik maddə olub narkotik vasitə heroinə bənzər maddə olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs müstəntiqin suallarına cavab olaraq bildirmişdir ki, həmin maddənin narkotik vasitə heroin olduğunu, xx.xx.2023-cü il tarixdə günarta saatlarında Suraxanı rayonunda adını bilmədiyi şəxsdən 27 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə qablaşdırılaraq möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ərizə daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs Müseyib oğluna qarşı heç bir psixi və fiziki zorakılıq hərəkətləri törədilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə nəzərdə tutulan əməli məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin rəisinə ünvanlanan xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə RŞ-nə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18:55 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X7 fəaliyyət göstərən “Qardaşlar” marketin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29 mart 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd sellofan bükülünü çıxarıb təqdim etmiş, həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu bildirmişqdir, sorğu zamanı həmin heroini adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuş və müdafiəçinin iştirakı ilə 29 mart 2023-cü il tarixdə verdiyi izahat və 30 mart 2023-cü il tarixli şübhəli şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, 29 mart 2023-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 01 ədəd sellofana bükülmüş «kakos» kimi tanıdığı narkotik vasitə heroini 37 manata alaraq şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 29 mart 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən heroin aşkar olunmuş, həmin narkotik vasitəni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etmişdir. Ona qarşı fiziki və psixoloji təzyiq olması barədə heç nə bildirməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 30 mart 2023cü il tarixli, 6/1838 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN "Zərflər üçün № 43” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş…» və s. Sözlər, imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 4, 321 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 19 may 2023-ci il tarixli, 3049 saylı rəyindən müəyyən ki, Təqsirləndirilən şəxs muayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda muayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi mualicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dsipanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat-axtarış tədbirlərnin həyata keçirilməsinə dair qərar qanuni hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər RPİ-nin xx.xx.2023-cü il tarixli, 3-13-45/2-62330/2023 saylı məktbundan müəyyən olunur ki, ibtidai araşdırma orqanının tapşırığına əsasən Təqsirləndirilən şəxs hər hansı bir şəxslə qabaqcadan əlbir olaraq narkotik vasitələrin qanunsuz olaraq satışı ilə bağlı aralarında razılaşmanın olubolmamasını, narkotik vasitəniin əldə edilməsi və satışını həyata keçirməsi barədə heç bir məlumat əldə olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işinin materiallarından ayrıca cinayət işi ayrılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində olan ********* saylı cinayət işindən başqa cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2023cü il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq qalmış 4,221 qram heroin Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, 01 ədəd DVD disk isə cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edərək üzərində saxlama və daşımağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Amma Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə edilməmişdir. Cinayət işinin materiallarına əsasən işin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs saxlandığı andan narkotik vasitəni şəxsi istehlakı üçün əldə etdiyini etraf etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil. Qeyrimüəyyən olan həmin vasitənin “qanunsuz dövriyyəsi” məqsədi ilə əldə edilməsi onu saxlayan polis əməkdaşların ifadələri ilə yanaşı, polis şöbəsinin ibtidai araşdırma orqanının tapşırığına əsasən verdiyi məktubla, məhkəmədə şəxsi axtarış və götürməni əks etdirən CD diskə baxış keçirilməklə və cinayət işinin məhkəmədə tədqiq edilmiş digər materialları ilə tam təkzib olunmuşdur. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitənin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəylərini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Bununla yanaşı məhkəmə X5 məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməlini inkar etməsi ilə bağlı ifadəsini həqiqətə uyğun olmayan, digər mötəbər sübutlarla təkzib edilən ifadə kimi qiymətləndirir, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ardıcıl ifadələrini isə həqiqətə uyğun ifadələr kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X13rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanılması müddətləri məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini 29 mart 2023-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 4,221 qram olan heroin məhv edilməlidir. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 110 (yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Təqsirləndirilən şəxs X6 məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 300 AZN (üç yüz manat) pul Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 4,221 qram olan heroin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd disk cinayət işində saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 110 (yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 300 AZN (üç yüz manat) pul Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar