Məhkəmə qərarları › İş №1(101)-1659/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1659/2022

10.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1659/2022 10.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs X2 iştirakları ilə, məhkəmə iclasında X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işində irəli sürülmüş ittihama mahiyyəti üzrə məhkəmə baxışında dinləmələr apararaq, məhkəmə müəyyən etdi: xx.xx.2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə istintaqında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X1 rayonu ərazisində tutulmuş, yəni onun qanunsuz əməlləri məhz qeyd edilən ərazidə başa çatmışdır. Bundan başqa, ittiham aktına əsasən ibtidai istintaq orqanı belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmiş, istifadəyə yararlı, soyuq silah hesab edilən bir ədəd ümumi təyinatlı ov bıçağını qanunsuz olaraq əldə edib üzərində gəzdirmiş, eləcə də istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 5,932 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanında yerləşən “377 Pub” restoranının qarşısına qanunsuz gəzdirərək daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 21.15-də qeyd olunan yerdə saxlanılaraq ünvan 2 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub həmin gün saat 23.20-də üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,922 qram və 3,010 qram olmaqla ümumilikdə külli miqdarda 5,932 qram çəkidə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin əynindəki şalvarının sağ bel hissəsində 1 (bir) ədəd soyuq silah hesab edilən bıçaq aşkar edilərək götürülmüşdür. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs X2 Abşeron rayonu ərazisində saxlanılması, başqa sözlə, onun qanunsuz əməlləri məhz qeyd edilən rayonun ərazisində başa çatması müəyyən edildiyindən ibtidai istintaqın məhkəmə aidiyyəti ilə bağlı yol verdiyi səhv məhkəmə qaydasında aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2021-ci il tarixli sərəncamına əsasən Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təsis edilmişdir. Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli, 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nda dəyişiklik edilməsi barədə 31 may 2021-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində törədilmiş ağır və xüsusilə ağır cinayətlərə baxılması Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Qeyd edilənləri və təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ağır cinayətin törədildiyi yer olan Abşeron rayonu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olmasını nəzərə alaraq məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.2.2 və 75.1-ci maddələrinə əsasən cinayət işi baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstititsiyasının 62-ci maddəsinin tələbinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respubliksını Cinayət-Prosessual Məcəlləsinin 300.1 və 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxs X2 barəsində seçilmiş qətimkan tədbirinin əsaslığını müzakirə edərək hesab edir ki, X2 barəsində seçilçmiş həbs qətimkan tədbiri əsaslıdır və sözügedən qətimkan tədbirinin dəyişdirilməsinə zərurət yoxdur. Odur ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.2.2, 75.1, 299.3, 299.3.1, 300.1 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.

2. Təqsirləndirilən şəxs X4 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar