Məhkəmə qərarları › İş №1(101)-166/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-166/2023

29.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-166/2023 29.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X2 və Ağalı Amil Əlabbas oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, ədliyyə müşaviri Dövlət ittihamçısı2, ədliyyə müşaviri Dövlət ittihamçısı4, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxslərin etibarnaməli nümayəndəsi - Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə məhkəmənin hazırlıq iclasında xx xxxxxx 1960-cı il tarixdə Naxçıvan MR, Şərur rayonunun Sədərək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsilə 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi, ev 1/1-də qeydiyyatda olan və Sabunçu rayonu, Sabunçu qəsəbəsi, H.Sultanov küçəsi ev 9, mənzil 1-də yaşamış, 24 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 fevral 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətində (bundan sonra: DTX) işlə təmin etmək adı ilə yalan vəd verib aldadaraq, xx.xx.2019-cu il tarixdə 500 manat, xx.xx.2019-cu il tarixdə 19.000 manat, 08 noyabr 2019-cu il tarixdə 6.000 manat, həkim komissiyasından keçirmək adı ilə xx.xx.2019-cu il tarixdə 2.000 manat, DTX-da işə düzəlməyilə bağlı adının 2016-cı il "Aprel" döyüşlərində olduğu üçün qəzetdə elan olunacağını adı ilə xx.xx.2019-cu il tarixdə 300 manat, DTX-da işə düzəlməyilə bağlı əmrinin Ağstafa rayonuna veriləcəyi, əmrinin Bakı şəhərinə verilməsi adı ilə xx.xx.2020-ci il tarixdə 10.000 manat, DTX-da işləyən şəxslərə İran İslam Respublikasına gedib-gəlməyə icazə olmadığı və verdiyi pulların batacağı, İran İslam Respublikasında olmağını ört basdır edəcəyi adı ilə 2020-ci ilin mart ayının əvvəllərində 8.000 manat, məxfiliyi pozduğu üçün DTX-də kursantlıqdan atılacağı və bu məsələni həll etmək üçün 2020-ci ilin aprel ayının ortalarında 7.000 manat, Moskva şəhərinə göndərəcəyi və orada "KKB" məktəbində kurs keçəcəyi adı ilə 2021-ci ilin avqust ayının ortalarında 15.000 manat, çayxanalarda hərbi formada fotoşəkil çəkdirdiyi üçün xidmətdən azad olunmamağı üçün 2021-ci ilin sentyabr ayının axırlarında 9.000 manat olmaqla, Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 15.300 manat və sonuncunun atası Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 61.500 manat pulu ünvan 1 ünvanda yerləşən Hüquq Məsləhətxanası ofisində vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, ümumilikdə 76.800 manat olmaqla, külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərə qarşı külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi, yəni Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə, cinayət işinin ibtidai istintaqı mərhələsində olduğu kimi, özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, hüquq məsləhətçisi kimi fəaliyyət göstərmiş, zərər çəkmiş Zərərçəkmiş şəxs1 tanıdığı Şahid1 vasitəsilə uzun illər əvvəl tanımış, 2019-cu ilin oktyabr ayının axırlarında Süsən xanım onun ofisinə gəlib Mikayılın hüquqi yardıma ehtiyacı olduğunu bildirmişdir. Süsənin deməsinə görə Sahil adlı şəxs Mikayıldan onu işə düzəltmək adı ilə 9.000 manat pul almış, lakin sözünə əməl etməmiş və pulunu qaytarmamışdır. Razılaşdıqdan sonra Süsən Sahil adlı şəxsin mobil nömrəsini ona vermiş, o, Sahilə zəng vurub ona Mikayıl adlı şəxsi aldadıb onun 9.000 manat pulunu alıb geri verməməsilə bağlı zəng vurduğunu bildirmiş və onu ofisinə dəvət etmişdir. Sahil Mikayıl adlı şəxsdən 9.000 manat pul aldığını təsdiq etdikdə o, pulu geri qaytarmasını məsləhət bilmişdir. Təxminən iki gün sonra Sahil adlı şəxs ofisinə gəlib 9.000 manat pulu təqdim etmiş, o, Süsən xanıma zəng vurub ofisinə dəvət etmiş, əvvəlcədən razılaşdıqları kimi xidmət haqqı olaraq həmin puldan 2.000 manat özünə götürmüş, 7.000 manatı Süsən xanıma vermişdir. Bir neçə gün keçdikdən sonra Süsən xanım yenə də onun ofisinə gəlib Mikayılgilin İmişli rayonunda yerləşən torpaq sahələri olduğunu, həmin torpaq sahəsini İcra Hakimiyyəti tərəfindən alınıb balıqçılığa verildiyini bildirmiş, köməklik göstərməyi xahiş etmişdir. Həmin torpaq sahəsini alıb onlara qaytara biləcəyi halda xidmət haqqı olaraq 25.000 manat pul alacağı barədə Süsənlə razılaşmışdır. Bundan sonra həmin torpaq sahəsilə maraqlanmış, yadında qalmayan müəyyən şəxslərə xahişlər etməklə balıqçılıqla məşğul olan şəxslərin həmin torpaqlardan çıxıb getmələrinə nail olmuşdur. Aradan bir müddət keçdikdən sonra Süsən xanım yenə də onun ofisinə gəlib, Mikayılın DTX-da işə düzəlmək istədiyini bildirmişdir. Həmin zaman o, Süsənə bu işlə bağlı yalnız DTX-ya ərizə yazmaqda köməklik göstərə biləcəyini demiş, başqa hər hansı bir kömək edə bilməyəcəyini bildirmişdir. Bundan sonra Mikayılın nənəsinin adından Mikayılın DTX-da işə düzəlmək istəməsi ilə bağlı müraciət yazmış və həmin müraciətə qoşma olaraq Mikayılın şəhid olan əmisinin müəyyən sənədlərini əlavə edib göndərmişdir. Lakin, bununla bağlı hər hansı bir məbləğdə pul almamışdır. Sonradan Süsən ona Mikayılın DTX-dan çağrıldığını desə də, sonradan Mikayılın DTX-da işə düzəlməsindən imtina olunduğunu bildirmişdir. Sonradan Mikayıl özü müxtəlif vaxtlarda onun ofisinə yaxınlaşıb ondan hissə-hissə ümumilikdə 15.149 manat borc pul almışdır. Bundan başqa Mikayıla 1000 manat pul verib onu Qəbələ şəhərində tanışında olan pulu götürüb gəlməsi üçün onu Qəbələ şəhərinə göndərmişdir. Mikayıldan onu DTX-ya işə düzəltmək adı ilə hər hansı bir məbləğdə pul almamış, ona hərbi geyim forması verməmişdir. Mikayılın ondan borc olaraq hissə-hissə almış olduğu pulları özündə qeyd etmiş və həmin qeydi təqdim etmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərdi ki, Mikayıl ona xx.xx.2021-ci il tarixdə Süsənə 19.000 manat pul verməsilə bağlı ərizə yazıb vermişdir. Süsən xanımla əlaqə saxlayıb ondan bu barədə maraqlandıqda o, həmin ərizənin kserosurətini Süsən xanıma vermiş, sonuncu isə Mikayıldan onu işə düzəltmək adı ilə hər hansı bir məbləğdə pul almadığını bildirmişdir ki, Daha sonra bir nəfər tanımadığı şəxs onun ofisinə yaxınlaşıb ona bir ədəd qəbz təqdim edib, Mikayılın həmin qəbz əsasında ondan 2500 manat pul aldığını bildirmişdir. Həmin qəbzə baxıb, qəbzdə Mikayılın “X3 2500 manat pul aldım ki, xx.xx.2021-ci il tarixdə atası Zərərçəkmiş şəxs2 iki ədəd AKM markalı avtomatını ona təhvil verəcəkdir” yazdığını görmüşdür. Mikayıldan həmin qəbzlə bağlı maraqlandıqda isə sonuncu qeyd olunan pulu həmin şəxsdən aldığını, sonra özünün qaytaracağını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərdi ki, bir dəfə Mikayılın ona atasının gəldiyini, çayxanada oturub onunla söhbət etmək istədiyini demiş, atasına guya DTX-da işlədiyini, bununla bağlı atasından xeyli miqdarda pullar aldığını bildirmiş və atası ilə görüşərkən ona DTX-da işləməməsilə bağlı heç nə deməməyi ondan xahiş etmişdir. Həmin vaxt Mikayıla yazığı gəldiyi üçün onunla razılaşmış, bir iki dəfə Mikayılın atası İsraillə görüşən zaman Mikayılın DTX-da işləməməsi ilə bağlı onun yalanını üzə çıxarmamış və ona Mikayılın onun yanında olduğunu, özü nə edirsə, Mikayılın da onu etdiyini və heç bir problem olmadığını bildirmişdir. Mikayılgil ona sözlə hədə-qorxu gələrək onun üstünə şər atıb guya Mikayılı DTX-ya işə düzəltmək adı ilə onlardan pul aldığını iddia etdikləri üçün onlardan qorxduğundan Tərtər rayonunda qohumunun adına olan evi Mikayılgilin adına sənədləşdirib vermək istəmiş, ev sahibinin pulunu isə özünün verəcəyini demiş, lakin sonra bunu etməmişdir.Lakin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları inkar edib ifadəsində göstərdi ki, 2019-cu ilin oktyabrın ayının 22-də hüquqi yardıma ehtiyacı olduğu üçün Bakıxanov qəsəbəsi, Arzu şadlıq sarayının yaxınlığında yerləşən "Hüquqi yardım" ofisinə yaxınlaşmış, ofisi işlədən əvvəlcədən tanımadığı, sonradan adını bildiyi, baxılan iş üzrə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. O, Təqsirləndirilən şəxsla söhbət apardıqdan sonra Təqsirləndirilən şəxs özünü ona Dövlət Təhlükəsizlik Xidmətinin ekspertiza rəisi kimi təqdim etdikdə o, bir nəfər şəxsin ona borclu olduğunu bildirmiş, Şəmilə ona borclu olan Sahil adlı şəxsin ***-***-**-** saylı mobil nömrəsini vermişdir. Şəmil Sahilin qeyd olunan həmin mobil nömrəsinə zəng vurmuş, Sahildən ona borclu olduğu pulu tələb etmişdir. Sonra Şəmil özünü Sahilə DTX-nın ekspertiza rəisi və polkovnik rütbəsində olan şəxs kimi təqdim etdiyini bildirmiş, Sahil telefonda ona pulu verəcəyini demişdir. Şəmil Sahillə telefonda danışıb qurtardıqdan sonra Sahil ona zəng vurmuş, lakin Şəmil Sahilin zənginə cavab verməməyi tapşırmışdır. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsinin davamında göstərdi ki, 23 oktyabr 2019-cu il tarixdə Şəmil ona zəng vurub onu ofisə dəvət etmiş, orada ona Sahildən 9000 manat pulunu geri aldığını, həmin pulun 4000 manatını xidmət haqqına görə özünə götürdüyünü demiş, 5000 manat pulu isə ona geri qaytarmışdır. Bu məsələdən sonra onun işinə marağı yaranmış və Şəmilə onu DTX-da işə düzəltməyi xahiş etmişdir. Şəmil isə onu DTX-a iş düzəldə biləcəyini, bunun müqabilində ümumi olaraq təxminən 25000 manat xərci çıxacağını bildirdikdə o, Şəmillə razılaşaraq sənədlərin toplanması üçün ilkin olaraq ona 23 oktyabr 2019-cu il tarixdə 500 manat pul vermiş, Şəmil isə ona həmin 500 manatı ödəməsinə aid qəbz təqdim etmişdir. Bundan sonra Şəmil ona əmisinin şəhidlik statusu haqqında sənədi, nənəsinin yaşayış haqqında arayışı, universitet diplomunu, şəxsiyyət vəsiqəsini, hərbi bileti təqdim etməsini tapşırmışdır. Növbəti gün yəni, 24 oktyabr 2019-cu il tarixdə atasından 19000 manat pul götürmüş və Şəmilin ona dediyi sənədləri yığaraq Bakıxanov qəsəbəsində yerləşən "Huquqi yardım" ofisinə gəlib Şəmilə vermişdir. Təxminən 1 həftə sonra DTX-dan ona zəng gəlmiş və müraciətilə bağlı səhəri günü DTX-ya yaxınlaşması ona bildirilmişdir. O, DTX-nın yerləşdiyi binaya getmiş, orada qəbul edilib bir neçə suallar verilmiş və rəhbərliyə məruzə edilib ona əlavə məlumat veriləcəyi bildirilmişdir. 2 gün sonra ona DTX-dan zəng gəlmiş və işə qəbul olunmadığı bildirilmişdir. Həmin ərəfələrdə o, Şəmilin ofisinə gəlib baş verənlər barədə ona məlumat verdikdə Şəmil onun DTX tərəfindən araşdırılacağını, hələ yekun qərar verilmədiyini bildirmiş və ondan geriyə qalan 6000 manat pulu istəmişdir. Bu hadisədən 2 gün sonra yəni, 08 noyabr 2019-cu il tarixdə atasından 6000 manat alaraq Şəmilin işlədiyi ofisdə sonuncuya vermişdir. Təxminən 3-4 gün sonra Şəmil əlavə olaraq həkim komissiyasından keçməsi ilə əlaqədar ondan 2000 manat pul istəmiş və o, atasından 2000 manat pul alıb 12 noyabr 2019-cu il tarixdə Şəmilin ofisində sonuncuya vermişdir. Təxminən 2 ay sonra işilə maraqlanmaq üçün Şəmilin ofisinə getmiş, sonuncu ona DTXda işə düzəlməsiylə bağlı əmrinin Ağstafa rayonuna veriləcəyini demiş, 10000 manat verəcəyi təqdirdə Bakı şəhərində işləyə biləcəyini demişdir. O, 2016-cı il "Aprel" döyüşlərində iştirak etdiyi üçün Şəmil ona DTX-da işə düzəlməsi ilə bağlı adının qəzetdə elan olunacağını demiş və 2019-cu ilin dekabr ayının 13-də ondan 300 manat pul almışdır. Bundan sonra 2020-ci ilin dekabr ayının 27-də Şəmil onu ofisinə çağıraraq ona 1000 manat pul verib, "məxfi tapşırıq"-la bağlı Qəbələ şəhərində iş görəcəyini bildirmiş və onu üzərində Qəbələ rayonu, Mıxlıqovaq kəndində yaşayan Abdullayev Novruz adlı şəxsin ad soyad olan kağızı verib Qəbələ şəhərinə göndərmişdir. Qəbələ şəhərinə gedərək həmin adamı tapmış, həmin şəxsə özünü təqdim edərək DTX-nın əməkdaşı olduğunu bildirmiş, həmin şəxs də ondan vəsiqəsini tələb etdikdə ona vəsiqəsi olmadığını bildirmişdir. Bu zaman həmin şəxs DİN-nin 102 xidmətinə zəng vurub məlumat verəcəyini dedikdə Şəmil ilə əlaqə saxlamış və sonuncu ona telefonu həmin şəxsə verməyini bildirmişdir. Özü də telefonu həmin şəxsə vermiş, onlar danışdıqdan sonra Şəmil ona Bakı şəhərinə geri dönməyini tapşırmış və həmin şəxsi Qəbələ şəhərinin DTX əməkdaşlarının götürəcəyini bildirmişdir. Lakin, onların mobil telefonda nə danışdıqlarını bilməmişdir. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsinin davamında daha sonra göstərdi ki, Şəmillə «20 yanvar» metrostansiyasının yaxınlığında görüşlərindən birində sonuncu ona aralıdan bir nəfər tanımadığı şəxsi göstərib həmin şəxs “Hizbullahın” üzvü olduğunu bildirmiş, həmin şəxsi güdüb araşdırmaq lazım olduğunu demiş, həmin şəxsi götürmələri üçün onun barəsində onlara məlumat verməsini tapşırmışdır. Bundan sonra o, idarə etdiyi avtomobillə həmin şəxsi güdməyə başlamış, tanımadığı həmin şəxs taksiyə əyləşib Saatlı rayonuna getmiş, o özü də onun arxası ilə Saatlı rayonuna getmişdir. Orada o, güddüyü həmin şəxsi tanımadığı şəxslərdən maraqlandıqda, həmin şəxsin uzun illərdir orada yaşadığını və normal insan olduğunu bildirmişlər. Bundan sonra Şəmillə əlaqə saxlamış, sonuncu ona guya səhv adamı güddüyünü, ona göstərilən şəxsi itirdiyini bildirmişdir. Bundan başqa, zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsinin davamında daha sonra göstərdi ki, 2020-ci ilin yanvar ayının ortalarında Şəmil ona "Qəhrəmanlar Unudulmur" adlı qazetdə onun məqaləsi çap edilməsilə bağlı ona qəzet vermişdir. 2020-ci ilin yanvar ayının 22-də atasından 10.000 manat pul alaraq Şəmilin ofisində əlbə-əl sonuncunun özünə vermişdir. 2 ay sonra Şəmil ona zəng edərək onu ofisinə dəvət etmiş, o, ofisiə getdikdə Şəmil ondan xaricdə olub-olmadığını soruşmuşdur. O, Şəmilə əvvəllər İran İslam Respublikasına ziyarətə getdiyini bildirdikdə, Şəmil ona DTXda işləyən şəxslərə İran İslam Respublikasına gedib-gəlməyə icazə olmadığını demiş, verdiyi pulların batacağını, növbəti gün ona kömək məqsədi ilə onunla əlaqə saxlayacağını bildirmişdir. Növbəti gün Şəmilin işlədiyi ofisə gəldikdə Şəmil ona zamin durub onun İran İslam Respublikasında olmağını ört-basdır edəcəyini demiş, lakin bunun 8000 manat xərci olduğunu bildirmişdir. O, Şəmillə razılaşaq atasından 8000 manat pul almış və təxminən 2020-ci ilin mart ayının əvvəllərində Şəmilin ofisində həmin 8.000 manat pulu ona təqdim etmişdir. Bundan sonra, 2020-ci ilin aprel ayında Şəmil onu yanına çağıraraq ofisində onu təbrik etmiş, artıq DTX-nın kursantı olduğunu bildirmişdir. Bundan 1-2 sonra Xəzər rayonu, Binə qəsəbəsində onu karantin postunda polis əməkdaşları saxladıqda o, həmin vaxt Şəmilə zəng vurub onu PB-nə aparmaq istədiklərini bildirmiş, DTX-da işlədiyini demiş, onu nə üçün PB-nə apardıqlarını soruşmuşdur. Şəmil ona “get narahat olma, buraxacaqlar, hal-hazırda mən iclasdayam” demişdir. Həmin vaxt PB-də məlum olmuşdur ki, o, heç bir yerdə işləmir, heç bir yerin kursantı deyildir. O, PB-dən çıxdıqdan sonra növbəti gün Şəmilin işlədiyi ofisə getmiş və başına gələnləri ona danışmışdır. Şəmil ona bütün hadisədən xəbəri olduğunu, məxfiliyi pozduğu üçün kursantlıqdan atılacağını bildirmiş və bu məsələni həll etmək üçün ondan 7000 manat pul istəmişdir. Bundan sonra o, bu barədə atasına məlumat vermiş və atası ona 7000 manat pul göndərmiş, o, həmin pulu 2020-ci ilin aprel ayının ortalarında Şəmilin ofisində ona təqdim etmişdir. Bir neçə gün sonra Şəmil zəng vurub onu ofisinə çağırmış, orada ona “Hakimiyyətin 48 Qanunu” kitabını vermiş, eyni zamanda bildirmişdir ki, həmin kitab DTX-ya məxsus məxfi kitabdır və oxumağını tapşırmışdır. Sonrakı günlərdə Şəmil onunla müəyyən sorğu-suallar edərək guya DTX-nın işçisi kimi onunla psixoloji təlimlər keçmişdir. Hətta bir gün zəng vurub onu yanına çağıraraq “təlim keçirilir, paraşütdən tullanmalısınız, səninlə birlikdə 6-7 nəfərdir, onlar təlimlərdən keçiblər, bir sən qalmısan”demişdir. Bundan sonra Şəmil və yanında olan başqa bir nəfər tanımadığı şəxslə birlikdə Zığ qəsəbəsinə getmişlər. Şəmil avtomobili idarə edən şəxsi ona sürücüsü kimi təqdim etmiş, lakin o, həmin şəxsin ad-soyadını bilməmişdir. Şəmil orada ona bir ədəd paraşurt vermiş və özü də paraşurtla tullanmışdır. Sonradan həmin yerin atraksion kimi əyləncə mərkəzi olduğunu, istənilən şəxsin 10 manat ödəniş edib paraşurtla tullana biləcəyini öyrənib bilmişdir. Lakin həmin vaxt həqiqətən təlimdə olduğunu zənn etmişdir. Bir neçə ay sonra isə Şəmil onunla əlaqə saxlayaraq əmrinin Bakı şəhərinə verildiyini bildirmişdir. Bundan sonra o, Şəmildən DTX əməkdaşı olmasını təsdiq edən vəsiqəni tələb etmiş, həmçinin işlədiyi idarənin ünvanını soruşmuşdur. Bundan sonra Şəmil ona onun xüsusi məxfi əməkdaş olduğunu, məxfiçilik rejimində fəaliyyət göstərdiyini bildirmişdir. 2021-ci ilin yanvar ayında Şəmilin işlədiyi ofisə gedərək yenə də xidməti vəsiqəsini ondan tələb etmişdir. Şəmil isə onu Moskva şəhərinə göndərəcəyini, orada "KKB" məktəbində kurs keçəcəyini bildirmiş və bunun üçün ondan 15000 manat pul istəmişdir. 2021-ci ilin avqust ayının ortalarında idarə etdiyi "Nissan Patfinder"-i markalı avtomobili "Lotto" kredit təşkilatına girov qoyaraq 15000 manat pul götürmüş və həmin pulu Şəmilin Bakıxanov qəsəbəsində yerləşən ofisinə gəlib Moskvada "KKB" məktəbində oxumağı üçün ona vermişdir. Bundan sora Şəmil ona hərbi forma vermiş, “bu DTX Qartallar Xüsusi Təyinatlıların formasıdır” demişdir. Sonradan isə Şəmilin ona verdiyi formanın "Yaşma" xususi təyinatlı dəstənin forması olduğu ona məlum olmuşdur. Bundan sonra Şəmil ona çayxanalarda hərbi formada fotoşəkilinin çəkildiyini bildirmiş və bunun müqabilində xidmətdən azad olunmaması üçün ondan 9000 manat pul istəmişdir. 2021-ci ilin sentyabr ayının axırlarında atasından 9.000 manat pul alıb Şəmilin ofisində sonuncuya vermişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs1 ifadəsinin davamında daha sonra göstərdi ki, 2021-ci ilin noyabr ayında isə o, Şəmillə əlaqə saxlayaraq "Moskva" şəhərində yerləşən "KKB" kursuna nə zaman gedəcəyini soruşduqda sonuncu ona hər dəfə müxtəlif bəhanələr gətirib yubatmağa başlamışdır. Bu hadisələrdən sonra dəfələrlə Şəmillə əlaqə saxlasa da, Şəmilin onun etibarından sui-istifadə edərək ümumilikdə onun və atasının 76800 manat pulunu ələ keçirməsi sonradan ona məlum olmuşdur. O, Şəmildən pulunu tələb etdikdə o, üç nəfər tanımadığı şəxsi ofisinə çağırıb həmin şəxslərin DTX-nın informatorları olduqlarını bildirmiş, onu tutduracağı ilə onu hədələmişdir. Həmin vaxt o, Şəmilə DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat verəcəyini dedikdə, Şəmil ona narahat olmamağı demiş, üç günə Moskva şəhərinə “KKB” yə kursa gedəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Şəmil ona Türkiyə Cümhuriyyətinə pul gələcəyini, həmin pulun telekslə Azərbaycana gələcəyini demiş, eyni zamanda deməsinə görə özünün də vəzifəsi həmin teleks kodu tapmaq olmuşdur. Şəmilin artıq onu aldatdığını başa düşüb onunla sözlə mübahisə etmiş, pullarını tələb etmiş, lakin aradan xeyli müddət keçməsinə baxmayaraq hazırki vaxtadək Şəmil pullarını geri qaytarmamışdır. Ən nəhayət, zərər çəkmiş Zərərçəkmiş şəxs1 ifadəsinin yekununda göstərdi ki, o, həmin pulları Şəmilə hər dəfə onun işlədiyi Bakıxanov qəsəbəsində yerləşən ofisində vermiş və yanlarında heç kəs olmamışdır. Şəmilə bir dəfə verdiyi 300 manat və 15.000 manat pullar onun özünə məxsus olmuş, qalan 61.500 manat pul isə atasına məxsus olmuşdur. Şəmilin təqdim etdiyi guya Süsən barəsində yazılmış ərizəni və avtomata dair qəbzi o, yazmamış, atasının AKM markalı avtomatı olmamış, Nəsimi adlı şəxsi də ümumiyyətlə tanımamışdır. İlqar Əbilzadə adlı şəxs onun əsgər yoldaşı olmuş, Şəmilin ərizəsində guya onun İlqara özünü DTX-nın əməkdaşı kimi təqdim edib pullar almasını deməsilə bağlı göstərilən xüsusatların heç biri doğru olmamışdır. Şəmil törətmiş olduğu əməldən boyun qaçırmaq məqsədilə müxtəlif gülünc və yalan məzmunlu ərizələr yazaraq ona şər və böhtan atmaq istəmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində oğlu – iş üzrə zərərçəkmiş şəxs oldaraq ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi işin halları ilə bağlı xüsusatları bütövlükdə təsdiq edib, sonuncu ilə oxşar məzmunlu ifadə vermişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddət tanımış, lakin onunla qohumluğu və ədavəti olmamışdır. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 onun qayınatasının əmisi nəvəsi olmuş, onlarla da ədavəti və ya düşmənçilyi olmamışdır. Onun 2019-cu ilin oktyabr ayının axırlarında Təqsirləndirilən şəxs ofisinə gedib qohumu Mikayılın hüquqi yardıma ehtiyacının olması və Sahil adlı şəxsin Mikayıldan onu işə düzəltmək adı ilə 9.000 manat pul alması, hazırda verdiyi vədə əməl etməməsi və onun pulunu qaytarmaması, Sahil adlı şəxsin mobil nömrəsini Şəmilə verməsi və sonuncunun həmin şəxslə danışıb 9.000 manat pulunu alıb ona geri qaytarması ilə bağlı Şəmin Qədimovun dedikləri yalandır. Şəmilin ifadəsində bu cür yalanlar danışmasının səbəbləri ona məlum deyildir. O, Şəmilin ifadəsində qeyd etdiyi həmin məsələdə o, iştirak etməmişdir. Yalnız bir dəfə Şəmilin ofisinə məktub yazdırmaq üçün gedəndə qohumu Mikayılı orada görmüş və onunla görüşmüşdür. Orada istər Mikayılla, istərsə də Şəmillə aralarında hər hansı bir söhbət olmamışdır. Şəmildən Mikayıla borclu olan Sahil adlı şəxsdən pulunun geri alınıb qaytarılması ilə bağlı xahiş etməmiş, bu barədə aralarında hər hansı bir söhbət olmamışdır, Şəmil ona Mikayıla vermək üçün hər hansı bir məbləğdə pul verməmiş və o özü də Mikayıla hər hansı bir məbləğdə pul verməmişdir. Bundan başqa, o, Mikayılgilin İmişli rayonunda yerləşən torpaq məsələsi ilə bağlı ona xidmət haqqı olaraq 25.000 manat pul veriləcəyini deməmiş, həmin xüsusatla bağlı Şəmilə 500 manat pul verməmiş və Şəmil də ona hər hansı bir qəbz də verməyibdir. Məktub yazıdırmaq üçün Şəmilin ofisində olarkən Mikayılla bir-birilərini görüb görüşmüş və Şəmil onların qohum olduğunu məhz həmin vaxt bilmişdir. O, ev almaq məqsədilə Şəmilin ofisində olarkən Şəmil ona Mikayılın DTX-da işləmək məqsədilə DTX-ya məktub yazdırmaq üçün ona müraciət etdiyini demişdir. Həmin vaxt o, Şəmilə Mikayılın əmisinin şəhid olduğunu demiş, müraciətin Mikayılın nənəsinin, yəni şəhid anasının adından yazılacağı təqdirdə, daha yaxşı olacağını bildirmişdir. Bundan başqa onların arasında hər hansı bir söhbət olmamışdır. O, heç bir vaxt, hər hansı bir məbləğdə Mikayıldan onu işə düzəltmək adı ilə pul almamışdır. İbtidai istintaqda ifadə verməzdən təxminən bir ay əvvəl Şəmil onu ofisinə dəvət etmiş, ona bir ərizə təqdim etmiş və guya Mikayıl onun barəsində həmin şikayət ərizəsini yazıb ona vermişdir. Həmin o, Şəmilə Mikayıldan onu işə düzəltmək adı ilə hər hansı məbləğdə pul almadığını bildirmişdir. Mikayılın özü ilə də aralarında bu barədə hər hansı bir söz-söhbətləri olmamışdır. Daha sonra cinayət işinə məhkəmə baxışında iştirakı təmin olunmamış şahid X6 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuşdur. Şahid Feruz Zeynalov tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun doğma qardaşıdır. Zərərçəkmiş şəxs1 isə qardaşı İsrailin oğludur. Qardaşı oğlu Mikayıl Bakı şəhərinə hər gəldiyində daima onun yaşadığı evdə qalmışdır. Dəqiq yadında qalmayan tarixlərin birində, 2019-cu ilin oktyabr ayının təxminən sonlarında Mikayıl ona Bakıxanov qəsəbəsində “Hüquqi Yardım” ofisində Şəmil adlı bir nəfər şəxslə tanış olduğunu demiş, Şəmil özünü ona DTX-nın ekspertiza rəisi kimi təqdim etdiyini və onu da DTX-da işə düzəldə biləcəyini dediyini bildirmişdir. Bunun üçün hazırda yadında qalmayan məbləğdə pul istəmişdir. Mikayıl ona, həmçinin atası İsrail ilə də bu barədə danışdıqlarını bildirmişdir. O, qardaşı İsraillə bu barədə danışan zaman sonuncu ona Mikayılın qeyd etdiklərini bildirərək, Şəmil adlı şəxsin Mikayılı DTX-ya işə düzəltmək üçün istədiyi məbləğdə pulları verəcəklərini demişdir. İsrail və Mikayıl sonuncunun DTX-ya işə düzəlməsi və yaranmış müəyyən problemlərin aradan qaldırılması adı ilə Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda ümumilikdə 76.800 manat pul verdiklərini təsdiq etmişlər. 2020-ci ilin aprel ayında Mikayıl ona Şəmilin onu ofisinə dəvət edib artıq onun DTX-nın kursantı olduğunu dediyini bildirmişdir. Həmin ərəfədə Mikayıl onun yaşadığı evdə qalmış və hər gün onun yaşadığı evdən DTX-da işləməsilə bağlı işə gedib-gəldiyini ona demiş, Təqsirləndirilən şəxs ona DTX əməkdaşı kimi müəyyən tapşırıqlar verdiyini və həmin tapşırıqlarla bağlı müəyyən yerlərə gedib-gəldiyini də demişdir. Şahid Feruz Zeynalov ifadəsinin davamında göstərdi ki, 2021-ci ilin yay aylarında qardaşı İsrail ona birlikdə gedib Şəmillə görüşüb söhbət etməyi təklif etmişdir. Qardaşı ona «Mikayılla Şəmilin deməsinə görə Mikayıl DTX-nın əməkdaşıdır, lakin onun hər hansı bir xidməti vəsiqəsi yoxdur» demişdir. Qardaşı İsrail, o özü və Mikayıl Sabunçu rayonu Bakıxanov qəsəbəsində adını bilmədiyi bir çay evində əyləşib Şəmili gözləmiş, bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs da həmin çay evinə gəlmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs DTX-nın əməkdaşı olduğunu və xidmətlə bağlı müəyyən yerlərə getdiklərini, işlərinin çox çətin olduğunu, hətta xidmətlə bağlı Ermənistan Respublikasına da getdiklərini bildirmişdir. Söhbət zamanı qardaşı X10 DTX-da işləməsilə bağlı xidməti vəsiqəsinin nə vaxt veriləcəyini soruşduqda Şəmil Mikayılın xidməti vəsiqə almasına bir qədər müddət lazım olduğunu, onu Gürcüstana, Moskva və Çexoslavakiya ölkələrindən birinə 6 aylıq kursa göndərəcəyini demiş, kursdan gəldikdən sonra xidməti vəsiqəsini verəcəyini bildirmişdir. Bundan sonra onlar ayrılıb çıxıb getmişlər (iş vərəqə: cild İ, səh. 124-125). Cinayət işinə məhkəmə baxışında iştirakı təmin olunmamış Şahid3 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuşdur. Şahid3 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 təxminən üç-dörd il əvvəl tanımış, onunla aralarında dostluq münasibətləri olmuşdur. 2019-cu ilin təxminən payız aylarında pula ehtiyacı olduğu üçün Mikayıldan 9000 manat borc pul almış və ona təxminən 2 aya həmin pulu qaytaracağını demişdir. Lakin həmin ərəfələrdə bir az maddi sıxıntıları olduğu üçün pulun hamsını düzəldə bilməmişdir. Mikayıl da ondan pulunu istədikdə yaxın müddət ərzində verəcəyini demişdir. 2019-cu ilin oktyabr ayında sonradan adını bildiyi Bakıxanov qəsəbəsində Hüquq Məsləhətxanasında işləyən Şəmil adlı şəxs həmin vaxtlar onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vurub Mikayılın onu hüquqi yardımçı kimi tutduğunu bildirmiş, Mikayıldan aldığı 9000 manat pulu qaytarmayacağı halda hüquq-mühafizə orqanlarına şikayət edəcəyini demişdir. Bundan sonra Mikayıla zəng vurmuş, lakin Mikayıl telefona cavab verməmişdir. Növbəti gün bankdan kredit pul götürmüş və həmin puluk Şəmil adlı şəxsə vermişdir (iş vərəqə: cild İ, səh. 204-205). Bundan başqa, məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokollarından görünür ki, ayrı-ayrılıqda keçirilmiş istintaq hərəkəti zamanı zərər çəkmiş şəxslər ifadələrində göstərdikləri və daha sonra məhkəmə baxışı zamanı bir daha təsdiq etdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişlər (iş vərəqə: cild İ, səh. 85-98). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, keçirilmiş istintaq hərəkəti zamanı Şahid1 ifadəsində göstərdiyi və daha sonra məhkəmə baxışı zamanı bir daha təsdiq etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı da bildirmişdir (iş vərəqə: cild İ, səh. 116-120). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «Götürmə aparılması haqqında» 18 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, məhkəməyədək icraat mərhələsində Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə özünün və atası – zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 aralarında olan telefon danışıqlarına dair 01 ədəd CD diski, Təqsirləndirilən şəxs ona guya DTX-da işləyən zaman təlim keçdiyi və ona verdiyi bir ədəd “Hakimiyyətin 48 Qanunu” adlı kitabı, guya DTX-da işləməsilə bağlı hava təlimlərində istifadə etməsi üçün hava şəraitinə uyğun geyinməsi üçün verdiyi 06 ədəd eynəkləri, 04 ədəd hərbi geyim formasının üzərinə vurulan şevronları, Təqsirləndirilən şəxs ona 300 manat müqabilində məqalə dərc etdirdiyi “Azad Azərbaycan Müstəqil İctimai – Siyası Qəzet” adlı qəzeti istintaqa təqdim etmişdir (iş vərəqə: cild İ, səh. 103-104). Məhkəmə baxışı zamanı tədqiq olunan Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən zaman həmin diskdə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs iştirakı ilə aparılmış səsyazmalar olduğu müəyyən edilmişdir. Həmin səsyazmalardan birində Təqsirləndirilən şəxs “flankəsov flankəs flankəs oğlu flankəsov flankəs flankəs oğlundan 2500 manat pul aldım ki, 27 flan tarixdə atama məxsus iki ədəd AKM markalı avtomatları gətirib təhvil verdim, bu qəbz məndədir, bu qəbz kiminsə əlinə keçsə adamın dərisini soyarlar, mən də bu qəbzi kiməsə verməmişəm, narmalnı yazdırmışam buna ki, bu biraz məsuliyyət hiss etsin” danşığını aparmışdır. Tədqiq olunan diskdən daha sonra görünür ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 arasında olan telefon danışığı zamanı sonuncu Təqsirləndirilən şəxs «komutan» deyə müraciət edir. Həmçinin Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 arasında olan telefon danışığı zamanı aşağıdakı dialoq müəyyən edilmişdir: - Zərərçəkmiş şəxs1: - “Tiktoka baxırdım ki, o tərəflərdə ara qarışıbdır, Laçında zadda, dedim birdən oralarda olarsız.” - Təqsirləndirilən şəxs: - “yo biz bilirik elə o işdən yana getmişdik, var elədi hə, var ama bizim xeyrimizədi, ziyanımıza deyil, Rusiyadan dabro almışıq.” - Zərərçəkmiş şəxs1: - “elə bil bizim bəxtimizdən oldu, Moskovadakı adam gələnə yaxındı, təzdən belə qarşılıq oldu.” - Təqsirləndirilən şəxs: - “eybi yox narahatçılıx yox, düzələcək, düzəlməyə doğru gedir”. Bundan başqa, tədqiq olunan diskdən görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs2la Təqsirləndirilən şəxs arasında olan telefon danışığından görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs iki il ərzində xərci çıxdığı 80.000 manat pulunu ondan tələb edərkən Təqsirləndirilən şəxs ona 5-ci gün qəbz verərək pulun bir hissəsini verəcəyini, daha sonra iki ayrı-ayrı tarixlər vəd verərək həmin tarixlərdə pulun bir hissəsini, üçüncü dəfə isə pulun geri qalan hamsını verəcəyini, bütövlükdə pulun hamısını verməyə gücü çatmadığını, Tərtər rayonunda yolun kənarında üzərində fərdi yaşayış evi olan torpaq sahəsi olduğunu, həmin torpaq sahəsini bir neçə günə onun adına rəsmiləşdiriləcəyini bildirərək, həmin torpaq sahəsinin satılmasında köməklik istəyir, belə ki, həmin torpaq sahəsi satıldıqdan sonra onların pulunu verə biləcəyini qeyd edir. Daha sonra tədqiq olunan diskdən görünür ki, digər danışıqlarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 dəfələrlə vədlər verərək, pulu 5-i verəcəyini, qalan pulu isə 17-si bütöv şəkildə verəcəyini, sonda isə Mikayıldan deyil, ondan 1 dəfə üzür istəyəcəyini qeyd edir. Tədqiq olunan protokoldan görünür ki, diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs özü iştirak etmiş və həmin səsyazmalardakı səsin ona məxsus olduğunu təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 121). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan «baxış keçirilməsi haqqında» 08 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi “WhatsApp” sosial şəbəkəsində olan sms yazmışlarına baxış keçirilmişdir. Tədqiq olunan protokoldan görünür ki, Zeynalov X8 Şəmil Əli oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “WhatsApp” sosial şəbəkəsində sms yazaraq “Şamil məllim atam heç nə başa düşmədi əsəbdən pis hala qalıb ayın 1 i başqa söhbət olmuşdu indi başqa söhbət belə danışılmamışdı hörmət elədi atam indi niyə yenə başqacür danışırsız. Sənin mənə bu 2 ildə nətərki fırlatdın indidə pulu fırladırsan sabah bu məsələ keçməlidir istintaqa bir başada DTX Nazirliyinədə sabah teleqram vurulacaq ta qutardı indiyə kimi allatmısan hələ indidə alladırsan ayın biri olan söhbətin səs yazısı var onda kart falan söhbəti olmadı dediz 1 ci gün gəlin 5 min ödəyim gedək evə baxaq indidə deyirsiz kart olmalıydı atam deyir mən insanlıq elədim ama görrəm yenə başqa cür danışır mellim. Şamil mellim ayın 5 nə kimi vaxt aldız bu söhbət yoluna düşəcək dediz 2 il bəs eləmədi hələ bir neçə gündə vaxt aldız axırda yenə heçnə olmadı orada Sabunçu polis idarəsinin rəisinə siz söz verdiz ki 1 həftəyə mən aldıqlarımı... ” bildirmişdir (iş vərəqə: cild İ, səh. 121). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-fonoskopik ekspertizasının 22 aprel 2022-ci il tarixli, 4/445-4/455 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı CD diskdə olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramlar eyniləşdirici tədqiqat üçün qismən yararlıdır. Tədqiq olunan rəydən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı CD diskdə olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Bundan başqa, rəydən görünür ki, tədqiqata təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı CD diskdə olan və tədqiqatı tələb olunan “AUD-20220203-WA0087”, “AUD- 20220203- WA0089”, “AUD-20220203-WA0091”, “AUD-20220203-WA0092”, “AUD- 20220203-WA0093” və “AUD-20220203-WA0094” adlı mübahisəli fonoqramların qeydə alındığı fayllar ilkin deyil, yazılışdan sonra mesencr proqramı vasitəsilə emal olunmuşdur. Mübahisəli fonoqramlardakı danışıqlar əvvəl yazılmış fonoqramın hissələridir. Mübahisəli fonoqramların qeydə alındığı faylların struktur analizi nəticəsində redaktə proqramların (sonradan kəsilmə, birləşdirmə və s. üçün nəzərdə tutulmuş proqramlar) izləri aşkar olunmuşdur. Bundan başqa, tədqiq olunan rəydən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı CD diskdə olan və tədqiqatı tələb olunan “AUD-20220203- WA0088”, “AUD-20220203-WA0090” və “AUD-20220203-WA0095” adlı mübahisəli fonoqramların qeydə alındığı fayllar ilkin deyil, yazılışdan sonra mesencr proqramı vasitəsilə emal olunmuşdur. Mübahisəli fonoqramlardakı danışıqlarda ifadələr arası məntiqi rabitənin pozulması, diktorların emosional vəziyyətinin və sayının əsaslanmamış dəyişməsi kimi montaj əlamətləri müəyyən olunmadı. Lakin, mübahisəli fonoqramların qeydə alındığı fayllar ilkin olmadığından digər dəyişikliklərin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Ən nəhayət, tədqiq olunan rəydən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı CD diskdə olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs, “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi – Zərərçəkmiş şəxs1, “K3” kimi işarə olunmuş diktorun səsi və nitqi – Zərərçəkmiş şəxs2 məxsusdur (iş vərəqə: cild İ, səh. 248-254). Məhkəmə baxışı zamanı, həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər Masallı rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmlərinə əsasən dələduzluq cinayətləri törətməyə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs oğlu Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə (külli miqdarda dələduzluq) 10 il azadlıqdan məhrum etmə və 1100 manat cərimə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2018-ci il tarixdə cəza müddəti başa çatmış, Sabunçu rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya barədə qərarına əsasən cərimə cəzasından azad edilmişdir (iş vərəqə: cild İ, səh. 45-47). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərər çəkmiş şəxslərin külli miqdarda əmlakını ələ keçirmədə ehtiva olunan Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan dələduzluq cinayətini törətməkdə təqsirliliyi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla təsdiqini tapdığından onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır, o, Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Lakin məhkəmə baxışı zamanı müəyyən edildi ki, barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs 23 dekabr 2022-cı il tarixdə ölmüşdür. Bakı şəhəri Nəsimi rayon Prokurorluğu vasitəsi ilə məhkəməyə təqdim olunan məhkəmə-tibbi ekspertizasının 23 dekabr 2022-ci il tarixli, 139 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2022-cı il tarixdə, saat 15.00-da) təxminən 2-3 saat əvvəl baş vermişdir. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, Təqsirləndirilən şəxs ölümünə səbəb qaraciyərin koronarokardıoskleroz, ateroskleroz və ürəyin hipertrofiyası xroniki işemiya xəstəliyi nəticəsində inkişaf edən kəskin ürək-damar çatışmazlığı olmuşdur. Məhkəmə baxışı zamanı ölmüş təqsirnləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmaları üçün çağrılan sonuncunun yaxın qohumları ölmüş təqsirnləndirilən şəxsin hüquqi varisi qismində tanınmalarından imtina etmişlər. Ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi müəyyən edilmədiyindən onun müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hüquqlarını müdafiə etdiyi mərhum Təqsirləndirilən şəxs ölməsi ilə əlaqədar onun barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə etiraz etmiş, məhkəmə baxışının adi qaydada davam etdirilməsini və yekunda ölmüş təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 39.1 və 39.1.5-ci maddələrinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə görə təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli şəxsin), habelə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nymayəndəsinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. Həmin Məcəllənin 44.2 və 44.2.1-1-ci maddələrinin tələblərinə görə bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda - ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Məhkəmə ölmüş Təqsirləndirilən şəxs qeyri-etirafedici ifadələrini özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı ölmüş təqsirləndirilən şəxsin ifadələrində təqsirsizliyi ilə bağlı gətirdiyi dəlillər araşdırılan mötəbər sübutlarla təkzib olunmuşdur və ölmüş təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə bəraət verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməli, lakin onun 23 dekabr 2022-cı il tarixdə «qaraciyərin koronarokardioskleroz, ateroskleroz və ürəyin hipertrofiyası xroniki işemiya xəstəliyi nəticəsində inkişaf edən kəskin ürək-damar çatışmazlığı» diaqnozu ilə xəstəlikdən ölməsi nəzərə alınmalı və həmin maddə ilə ona cəza təyin edilməməlidir. Həmçinin məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-nin 305.2-ci maddəsinin tələblərinə görə ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Məhkəmə ölmüş Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinə münasibət bildirib, qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş 26 fevral 2022-ci il tarixli «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 İsrail oğlu və X1 Şəmil Əli oğluna qarşı 76.800 manat pul tələbinə dair mülki iddia qaldırmışlar. Məhkəmə iş üzrə qaldırılan mülki iddiyaya dair məsələni müzakirə edib, Təqsirləndirilən şəxs cinayət törətdikdən sonra ölməsini nəzərə alıb belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 İsrail oğlunun və X5 Təqsirləndirilən şəxs qarşı 76.800 manat pul tələbinə dair mülki iddiası baxılmamış saxlanılmalı və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 İsrail oğlunun və X5 ümumi mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququnun olması onlara izah olunmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə müsadirə olunması təklif olunan, üzərinə həbs qoyulan əmlak mövcud deyildir. Ən nəhayət, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarına 424 manat məhkəmə məsrəfi hesablanmışdır. Məhkəmə, məhkəmə məsrəflərinə dair məsələni müzakirə edib, Təqsirləndirilən şəxs cinayət törətdikdən sonra ölməsini nəzərə alıb belə nəticəyə gəlir ki, ekspertiza tədqiqatlarına sərf olunan 424 manat məhkəmə xərclərinin ödənilməsi Təqsirləndirilən şəxs yönəldilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 41.2-ci, 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs 23 dekabr 2022-cı il tarixdə «qaraciyərin koronarokardioskleroz, ateroskleroz və ürəyin hipertrofiyası xroniki işemiya xəstəliyi nəticəsində inkişaf edən kəskin ürək-damar çatışmazlığı» diaqnozu ilə xəstəlikdən ölməsi nəzərə alınsın və Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş 26 fevral 2022-ci il tarixli «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin. Zərərçəkmiş şəxs1 İsrail oğlunun və X5 Təqsirləndirilən şəxs qarşı 76.800 manat pul tələbinə dair mülki iddiası baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs1 İsrail oğlunun və X5 ümumi mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququnun olması onlara izah olunsun. İş üzrə maddi sübutlar - Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan bir ədəd «Hakimiyyətin 48 Qanunu» adlı kitab, 06 ədəd eynək, 04 ədəd hərbi geyim formasının üzərinə vurulan şevronlar və «Azad Azərbaycan» Müstəqil İctimai- Siyası qəzeti hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs cinayət törətdikdən sonra ölməsi nəzərə alınsın, ekspertiza tədqiqatlarına sərf olunan 424 (dörd yüz iyirmi dörd) manat məhkəmə xərclərinin ödənilməsi Təqsirləndirilən şəxs yönəldilməsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəmsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar