Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-166/2024 03.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1982-ci ildə Şirvan (Əli-Bayramlı) şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, X32 Donanmasında şkiper vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşı olmaqla Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən casusluq etmiş, dövlət sirrini xarici dövlətə vermiş və xarici xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirməklə onlara kömək edərək dövlətə xəyanət etmişdir: Belə ki, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs xx.xx.2012xx.xx.2012-ci il tarixlərində dini təhsil almaq üçün İran İslam Respublikasının Qum şəhərində olarkən tanışı İran İslam Respublikasının vətəndaşı Ələkbər Adeli vasitəçiliyi ilə özünü ona Əli adı ilə təqdim edən həmin ölkənin xüsusi xidmət orqanının nümayəndəsi tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş, həmin vaxtdan 02 iyun 2022-ci ilədək olan dövr ərzində xüsusi xidmət orqanının nümayəndələri Yunus Saberi, Hüseyn Ağa, Cəlali adlı şəxslər və digərlərinin tapşırığı ilə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün həmin tapşırıqların icrası qaydasında qəsdən Azərbaycan Respublikasında baş verən ictimai- siyasi proseslər, xarici ökələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, hərbi təyinatlı obyektlər, Xəzər dənizində Hərbi Dəniz Qüvvələri tərəfindən keçirilən təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər, hərbi və digər dövlət orqanları, o cümlədən bəzi şirkət və təşkilatlarında işləyən bir sıra şəxslərin, eləcə də Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edən bəzi qohumları və tanıdığı digər şəxslər, ölkədə baş verən ictimai-siyasi proseslər, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda baş vermiş partlayış hadisəsi, ABŞ və İsrailə məxsus Azərbaycan Respublikasında fəaliyyət göstərən şirkətlər və nümayəndələri, eləcə də onun xidməti yerləri və yaşayış ünvanları, X13 strukturu və fəaliyyəti barədə ümumi məlumatlar, rəhbər heyəti və X32 Donanması, Azərbaycan Respublikasında fəaliyyət göstərən müxalif yönümlü qüvvələrin fəaliyyəti, Silahlı Qüvvələrə dair kütləvi informasiya vasitələrində paylaşılan bütün informasiyalar, bəzi vəzifəli şəxslər, Kürdəmir rayonu, Qala qəsəbəsi və Azərbaycanın digər bölgələrində dislokasiya olunmuş hərbi hissələr, “Şahdəniz” və “Azəri” neft platformalarına yüklərin daşınması prosesi, cari dövrdə İran İslam Respublikasının Qum şəhərində təhsil alan bəzi vətəndaşlar və onların telefon nömrələri, Bakı-Naxçıvan və əks istiqamətdə sərnişindaşıma fəaliyyəti həyata keçirən şəxslər, Xəzər dənizində keçirilən hərbi təlimlər barədə özünün kapitanı olduğu gəmiyə qeyd olunan istiqamətdə daxil olmuş telefonoqramlar və digər məlumatları toplayıb, o cümlədən X32 Donanmasının yaxınlığında yerləşən 5 hərbi təyinatlı gəminin videosunu mobil telefonla çəkərək, topladığı bütün məlumatları davamlı olaraq müxtəlif vaxtlarda Elektron ünvan 1 mail ünvanı, “+98 905 362 3996” mobil nömrəsinin quraşdırıldığı “GBWhatsapp” və ********** mobil nömrəsinin quraşdırıldığı “WhatsApp", “Telegram” tətbiqləri vasitəsilə, həmçinin İran İslam Respublikası ərazisində həmin ölkənin xüsusi xidmət orqanının nümayəndələri ilə görüşlər zamanı bilavasitə təqdim etməklə, casusluq, dövlət sirrini xarici dövlətə vermə və xarici xüsusi xidmət orqanlarının nümayəndələrinin tapşırıqlarını yerinə yetirirək onlara kömək etmə formalarında dövlətə xəyanət etmişdir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 274-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, İran İslam Respublikası “İRNA News” xəbər agentliyinin, xəbər saytının Cənubi Qafqaz üzrə onlayn əməkdaşı olduğundan, tək Azərbaycanda baş verən ictimai, siyasi, hərbi iqtisadi xəbərləri yox, həm də Rusiya və Ermənistan üzrə anoloji xəbərləri “İRNA News” xəbər agentliyinə göndərmişdir. Onun jurnalist təhsili olmamış, lakin jurnalist kimi fəaliyyət göstərmişdir. Bu onun jurnalist kimi peşə fəaliyyətidir. Ona elan edilmiş ittihamda qeyd edilir ki, İran İslam Respublikasının vətəndaşları olan, “İRNA News” xəbər agentliyinin redaktorları Əli, Yunis Səburi, Hüseynağa adlı şəxslər guya İran İslam Respublikasının dövlət təhlükəsizlik xidmətinin əməkdaşlarıdır. Lakin həmin şəxslərin İran İslam Respublikasının dövlət təhlükəsizlik xidmətinin əməkdaşları olması barədə hər hansı sübut yoxdur, ittihamda qeyd edilənlər yalnız mücərrəd iddiadan başqa bir iddia deyildir. Məhkəmə psixiatrik ekspertizanın keçirilməsi tarixlərinin ittiham aktında və cinayət işinin materiallarında fərqli tarixlər qeyd edilməsi, onun işi ilə əlaqəsi olmayan Qubad Rəsulzadə adlı şəxsin adının qeyd edilməsi belə bir ekspertizanın keçirilməsini şübhə altına alır. Ekspertlərin onu görmədən necə rəy vermələri həmin ekspert rəyinin doğruluğuna dair suallar doğurur. Onu şərləmiş, qanunsuz həbs etmişlər. Ona qarşı irəli sürülən ittiham əsassız, məntiqsiz və sübutsuz iddiadan ibarətdir. Onun jurnalist kimi fəaliyyəti nə dövlətin suverenliyinə, nə də dövlətin ərazi toxunulmazlığına qarşı təhlükə olmamışdır. O heç zaman casusluq fəaliyyət ilə məşğul olmamışdır. Jurnalist kimi baş verən hadisələr barədə xəbərlərdən başqa heç kimə heç bir məlumat ötürməmişdir. Göndərdiyi məlumatları da online vasitəsilə internetdə olan xəbər saytlarından əldə etmişdir. İşlədiyi gəmi barədə heç kimə məlumat verməmiş, gəminin şəkillərini çəkməmişdir. İşlədiyi gəmi “çirkli su gəmisi” olub, onun barəsinə kiməsə əhəmiyyətli məlumat vermək məntiqsizdir. O, Qum şəhərində 4 ay olmuşdur. Qum şəhərində olarkən “Azərbaycanın, İsrailin cəsusu” olduğunu deyərək Qum şəhərindən qovmuşlar. İranda gəmidən düşüb dükana getdikdə ilk olaraq Ələkbər ilə tanış olmuşdur. Qum şəhərində olanda işdən çıxmış, o zaman hansı iş olursa olsun işləmək istəmişdir. Ələkbərlə ara-sıra din mövzusu barədə mübahisələri olmuşdur. “Tohid- İmamət” əqidəsi onun özü kosmiloji konsepsiyasıdır, Əli isə bu fikirlərinə etiraz etmişdir. Azərbaycanın hərbi bazaları ilə bağlı heç bir məlumatı olmamış, hərbçi kimi də fəaliyyəti olmamışdır. Azərbaycanın təyyarələrinin harada yerləşməsi barədə də heç bir məlumatı olmamışdır. Onu 2 iyun 2022-ci ildə tutmuşlar. İbtidai istintaq zamanı etirafedici ifadələrə yalnız imza etmiş, onları oxumamışdır. Üç azyaşlı övladı var. Ailəsinin yeganə gəlir mənbəyi odur. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq olunmuş ifadələrində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, dindar olmaqla İslam dininə etiqad edir, 2006-ci ildən isə öz istəyi İslam dini ilə maraqlanmağa başlamış, həmin vaxtdan hazıradək namaz qılır və Azərbaycan dilində dini ədəbiyyatlar oxuyur. Dini araşdırmağa başladıqdan sonra ‘İmam Zaman” barədə oxumuş, “İmam Zaman”-a maraq yarandıqdan sonra İran İslam Respublikasında olan dini yerləri ziyarət etmək niyyətində olmuş, gəmidə işlədiyi zaman İran limanlarına səfər etsə də, gəmi ekipajının limandan kənara çıxmasına icazə verilməmişdir. İran İslam Respublikasına ilk dəfə 2008-ci ilin yaz aylarında getmiş, gəmidə işlədiyi zaman “şourpas” adlanan icazə əsasında 3 saat müddətində İranın Ənzəli şəhərində gəmiçilərə gəzməyə icazə verilmiş, ilk dəfə də məhz həmin icazə əsasında Ənzəli şəhərinə çıxmış, təxminən 2 ay sonra yenidən gəmi ilə Ənzəli limanına səfər etmişdir. Ənzəli limanında gəmidən çıxıb ibadət üçün dini ləvazimatlar (təsbeh, möhür və s.) almaq niyyətində olmuş, həmin vaxt Ənzəli şəhərində dini ləvazimatlar olan mağazaya daxil olduğu zaman qısa müddət sonra içəriyə ilk dəfə gördüyü 2 nəfər kişi cinsli ondan 4-5 yaş balaca olan, saqqallı, mülki geyimli, Azərbaycan və fars dillərini bilən şəxslər də daxil olmuş, onların tərcüməçi kimi köməyi ilə istədiyi ləvazimatları almış, onlardan birini adı Ələkbər Adeli olmuş, digərin adını xatırlamamışdır. Ələkbər Adeli ilə danışdığı zaman tələbə olduğunu, Ənzəlidə olan dini məktəbdə oxuduğunu təxminən 20-21 yaşı olduğunu bildirmiş, söhbət zamanı İslam dininə marağının olduğunu ona bildirdikdə növbəti səfərində onun oxuduğu məktəbi də ziyarət etməsini təklif etmişdir. Ələkbər Adeli mağaza ilə üzbəüz tikilini göstərib həmin yerin məktəb olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs isə gələn dəfə onunla görüşmək vədini verib limana qayıtmış, həmin görüş vaxtı Ələkbərdən əlaqə üçün heç bir mobil nömrə və s. götürməmiş, həmin görüşdən təxminən 2 ay sonra yenidən Ənzəli şəhərinə gəmi ilə səfər etdiyi zaman Ələkbərin dediyi dini məktəbə getmiş, həmin yerə yaxınlaşıb Ələkbər ilə görüşmüş və dini dərsdə iştirak etmişdir, həmin məktəbə tək səfər etmiş, ondan başqa həmin dərsdə heç bir Azərbaycan Respublikası vətəndaşı iştirak etməmişdir. Dərs zamanı “İmam Zaman” və digər mövzularda müzakirələr aparılmış, həmin görüşdə Ələkbər Adeli ilə dostluq münasibəti yaranmışdır. Bu zaman X31 mobil operatoruna məxsus mobil nömrəsini təqdim etmiş, ona Məşhəd şəhərinə ziyarət üçün getmək niyyətinin olduğunu bildirmiş, bu görüşdən sonra gəmiyə daha sonra Bakı şəhərinə qayıtmışdır. Təxminən 2 ay sonra İran İslam Respublikasının Bakı şəhəri Nizami metrostansiyasının yaxınlığında olan konsulluğuna viza üçün müraciət etmiş, Azərbaycanda hökm sürən haqsızlıqlar ucbatından din dövləti olan İranda yaşamaq istəmiş, müraciətinə uyğun olaraq viza almış, viza aldıqdan sonra tək olaraq yol maşınları ilə İranın Astara şəhərinə getmiş, Astaraya getdiyi zaman Ələkbərə bu barədə xəbər vermişdir. Astaradan taksi ilə Ərdəbil şəhərinə səfər etmiş, Ərdəbildə onun Ələkbərin əkiz qardaşı Ələsgər qarşılamış, Ələsgər qardaşı Ələkbərin Biləsuvar şəhərində olduğunu bildirmiş və onu avtobusla Ələkbərin yanına yola salmışdır. O, Biləsuvar (İran) şəhərində Ələkbərlə görüşmüş, Ələkbərgilin evində iki gün qaldıqdan sonra Ələkbər ilə birlikdə Ərdəbil şəhərinə daha sonra isə Ənzəli şəhərinə getmiş, Ənzəlidə 3-4 gün mədrəsədə qaldıqdan sonra Məşhəd şəhərinə ziyarət üçün yola düşmüşdür. Ənzəlidə qaldıqları zamanda daim dini müzakirələr aparmış, həmin söhbətlərdə daima İsrail və X3 düşmən olduqları bildirilmiş, Azərbaycanın isə şiə ölkəsi ola-ola İsraillə yaxın olması pislənmişdir. Məşhəddə 2 gün qalıb ziyarətini başa vurduqdan sonra Tehran şəhərinə, daha sonra isə Astara şəhərinə qayıtmış və İran ərazisində tək ziyarətdə olduğu vaxt daim Ələkbərlə əlaqə saxlamışdır. Astaraya qayıtdığı zaman Ələkbər həmişə onu ziyarət etməsini istəmiş, Azərbaycanda olduğu zaman onunla SMS vasitəsilə əlaqə saxlamış, həmin vaxt istifadəsində ********** mobil nömrəsi olmuşdur. Nömrə qardaşı Zaurun adına rəsmiləşdirilmişdir. Bundan başqa “Bakcell”-ə məxsus son 4 rəqəmi 0121 olan mobil nömrədən istifadə etmiş və qeyd etdiyi mobil nömrə öz adına rəsmiləşdirilmişdir. Onun həmçinin İran İslam Respublikasına məxsus mobil nömrəsi də olmuşdur. Həmin nömrə də öz adına rəsmiləşdirilmişdir, İrana səfər etdiyi zaman yalnız həmin nömrədən istifadə etmiş, hazırda isə nömrəni tam xatırlamır. Təxminən bir il sonra Ələkbərin təklifi ilə yenidən Ənzəliyə getmiş və Ələkbər ilə görüşmüş, bu səfər zamanı isə 3-4 gün qalıb yenidən Məşhəd şəhərinə getmiş, Ələkbər bu görüş vaxtı ona “Hacılar”-a kömək etməyi demişdir. O, ilk əvvəl “Hacılar” kimi mollaları başa düşsə də, o, dini görüşlərinə görə İran İslam Respublikasında yaşamaq, burada hüquq mühafizə orqanlarında, xüsusilə də polis və xüsusi xidmət orqanı olan “Sepah" təşkilatında işləmək istəmiş, bu barədə də həmişə Ələkbərə bildirmişdir. O, dindar olaraq “İmam Zaman”-ın yolunu gözləmiş və özünü onun əsgəri kimi hesab etmişdir. İranda bir çox insan dini cəhətdən belə düşündüyü üçün, o da orada yaşamaq və “İmam Zaman”ın əsgəri olaraq İran hüquq mühafizə sistemində işləmək istəmiş, Ələkbərə İranda yaşamaq istədiyini dedikdə “Hacılar”-a kömək etsə, İranda yaşamağa icazə verərlər” cavabını almışdır. İslam dininə artan marağına görə artıq İranda dini təhsil almaq niyyətində olmuş, Bunun üçün 2011-ci ilin yanvar ayında İranın Qum şəhərində dini təhsil almaq üçün sənədlərini Qum şəhərində “Camiatul Mustafa” adlı İslam universitetinə təqdim etmişdir. O, Qumda təhsil almaq niyyətinin olmasını Ələkbərə əvvəlcədən demiş, Ələkbər isə Qum şəhərində hazırda adını xatırlamadığı qaynının dini təhsil adlığını və ona kömək edəcəyini qeyd etmiş, Qumda təhsil almaq üçün 2011-ci ilin yanvar ayında İrana səfər etdiyi zaman ilk olaraq Ənzəli şəhərində Ələkbərlə görüşmüş və ona qaynının mobil nömrəsini təqdim etmişdir. O isə onun Qum şəhərinə gedib Ələkbərin Əli adlı dostu və qaynı ilə görüşmüş, Qum şəhərində olan “Camiatul Mustafa” adlı İslam universitetinə getmişlər. Sənədlərini təqdim edib Azərbaycana geri qayıtmışdır. 2012-ci ilin yaz aylarında Qum şəhərinə təhsil almaq üçün getmiş, onu burada Ələkbərin dostu Əli qarşılamış, Mədrəsədə tələbə yataqxanasında 2 həftə qaldıqdan sonra adı mədrəsədə təsdiq olunduqdan sonra təhsil almağa başlamışdır. Təhsil almaqla yanaşı Qum şəhərində olan dini yerləri ziyarət etmiş, Qum şəhərində “Həzrəti Mənsumə”-nin hərəmində ziyarətdə olduğu zaman Əli adlı bir nəfər ona yaxınlaşıb Azərbaycan vətəndaşı olub-olmadığını soruşmuş, o isə azərbaycanlı olduğunu bildirmişdir. Əli görünüşcə arıq, ortaboy saqqallı şəxs olmuş, bir az dini mövzuda danışdıqdan sonra Əli ona əsl “İmam Zaman" əsgəri olmasını bildirmiş, İranda yaşamaq istədiyini bildiyini və kömək edə biləcəklərini demişdir. O isə Əlinin kim olmasını və onu haradan tanıdığını soruşmuş, Əli isə Hacı Adelinin (Ələkbər Adelinin) dostu olmasını bildirmişdir. İranda təhlükəsizlik sistemində işlədiyini dediyi zaman onun xüsusi xidmət orqanı əməkdaşı olduğunu anlamış, onlara kömək etsə, onlar da kömək edəcəyini bildirmişlər. O, Əlidən hansı formada kömək edə biləcəyini soruşduqda, ondan Azərbaycan Respublikasına məxsus hərbi qulluqçular barədə, ölkənin siyasi vəziyyəti, əldə edə biləcəyi mümkün məlumatları verməsini istəmiş, özünün hərbi xidmətdə olub-olmadığını, hərbi hissələr barədə soruşmuşdur. Onu məxfi əməkdaşlığa cəlb etmək niyyətini anlayıb buna etiraz etməmiş, soruşduqlarına uyğun olaraq dayısı X21 qəsəbəsində pilot olduğunu bildirmişdir. Həmin vaxt Əlinin İranda yaşamağına kömək etmək qarşılığında ona hərbi qulluqçular, siyasi vəziyyət, səfirliklər, xüsusilə İsrail və Amerika barədə, onların nümayəndələrinin yeri və ölkədə olan dindarlar barədə məlumat vermək təklifini qəbul etmiş, Əlinin bu təkliflərini eşitdiyi zaman anlamışdır ki, onu məxfi əməkdaşlığa cəlb etmək istəyir. O isə Əlinin təkliflərini qəbul etməklə buna razılıq vermişdir. O, Əlinin vədini qəbul etdiyi zaman heç bir sənədə imza etməmiş, Əli xüsusilə hərbi strukturla maraqlanmış, dayısının onlarla görüşdürməyi də təklif etmiş, lakin buna razılıq verməmişdir. Əli həmin vaxt ona heç bir əlaqə vasitəsi təqdim etməmiş və Qum şəhərinə qayıtdığı zaman özünün zəng edəcəyini bildirmişdir. Həmin görüşdə yalnız Əli iştirak etmiş, Hərəm adlanan ərazi böyük olduğundan Əli ilə bir kənarda oturub söhbət etmiş, bu söhbət zamanı isə Əli tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuşdur. Əli tərəfindən məxfi əməkdaşlığa cəlb olunduğu zaman narahat olmamağını və ona kömək edəcəklərini demiş, lakin pul verməmiş, o xahiş etmişdir ki, İranda yaşayıb, “sepah” və ya digər hüquq mühafizə sistemlərində işləməyinə kömək etsin. Əli kömək edəcəklərini demiş, İlk görüşdə Əli ona pul verməsə də, növbəti görüşlərdə ona pul vermişlər. İranın Qum şəhərindən qaldığı 3-4 ay müddətində Əli ilə təxminən 4 dəfə görüşmüş, ikinci görüşü Qum şəhərində olan hotellərin birində baş tutmuş, həmin vaxt ona yuxarı məbləğdə İran rialı vermək istəmiş, o isə “İmam Zaman” əsgəri olduğunu bildirib pulsuz ona lazım olan bütün məlumatları demiş, bundan sonra onların bütün tapşırıqlarını icra etməyə hazır olduğunu demişdir. Hərbi təyinatlı və digər vacib obyektlərin, gəmiçi olduğundan gəmi sahəsində və neft yataqlarında olan əhəmiyyətli yerlərin istənilən şəxslərin şəkillərin çəkə biləcəyini və onlara verə biləcəyini demiş, Əli tapşırıqları qısa müddətdə verəcəklərini demişdir. Əli xüsusilə hərbi sahə ilə maraqlanmış, söhbətlərin əksəriyyəti Azərbaycanın müdafiə qabiliyyətinin zəiflədilməsi istiqamətində aparılmışdır. Əli görüşlər zamanı dayısı barədə, onun rütbəsi, harada xidmət etməsini soruşmuş, ona təklif etmişdir ki, Azərbaycanda hərbi qulluğa qəbula kömək edə bilər, onların bunu necə edə biləcəkləri barədə ona heç nə deməmişlər, o, Əliyə xəstəliyinin olduğunu və müddətli həqiqi hərbi xidmətdə belə olmadığını demişdir. Əli həmişə Azərbaycanda əllərinin çox yerlərə çatdığını bildirmişdir. Qumda 3-4 ay təhsil almış, ailə vəziyyəti ilə əlaqədar qala bilməyib Azərbaycana geri qayıtmış, Azərbaycana qayıtmağına az qalmış İslamın "əhlisünnə” qoluna (vəhhabilik) qoluna ibadət etmək qərarına gəlmiş və İslam dininin şiə qoluna ibadət etməyi dayandırmışdır. “X33” adlanan və Azərbaycanda yaşayan din tələbəsinin İslam dininin vəhhabilik qolu ilə bağlı olan səs yazmalarına qulaq asmağa başlamış, bundan sonra onda vəhhabilik qoluna ibadət istəyi yaranmış, şiə olmaq istəməmiş, buna görə də vəhhabilik üzrə ibadət etməyə başlamışdır. Azərbaycana qayıtdığı zaman yenidən gəmidə işləməyə başlamış, Azərbaycan Respublikasında olduğu zaman Əli ona zəng etməmiş, Əli ilə əlaqə saxlamasa da Ələkbər ilə əlaqə saxlamış, dini mövzularda isə sünnə-şiə məsələlərinə görə mübahisə etmiş, münasibətləri nisbətən soyumuşdur. Məxfi əməkdaşlığa cəlb olunmağı barədə heç kimə bu barədə məlumat verməmişdir. 2017-ci ildə yenidən İranda yaşamaq qərarına gəlmiş, Ələkbərə yenidən zəng edib bu barədə bildirmiş və onu Əli ilə görüşdürməyi xahiş etdiyi zaman onu Biləsuvara dəvət etmişdir. Vəhhabilik üzrə ibadət etdiyindən, o cümlədən Əlinin ona hər hansı bir əlaqə vasitəsi vermədiyindən onlarla əlaqə saxlaya bilməmiş, Əli həmçinin digər xüsusi xidmət orqanı əməkdaşları ilə də onunla əlaqə saxlamamışdır. Biləsuvara gedib Ələkbər Adeli ilə görüşmüş, oradan onu Əli ilə görüşməyi üçün Ərdəbil şəhərinə göndərmiş, Ərdəbildə Əli onu qarşılamış, digər dostları ilə görüşməyə gedəcəklərini demişdir. Digər dostlar dedikdə xüsusi xidmət orqanın digər əməkdaşlarını nəzərdə tutmuş, Əli ilə birlikdə “Taaia” adlı hotele getmiş, otaqda Yunus Saberi, Cəlali və 2 nəfər tanımadığı digər şəxslərlə görüşmüş, Yunus Saberi görünüşcə ortaboy, arıq, sıxsaçlı, arıqüzlü, təxminən onunla yaşıd olan bir şəxs olmuşdur. Cəlali digərlərindən daha yaşlı, saçları ağ, ortaboy nisbətən kök bir şəxs idi. Görüş zamanı onlarla yenidən əlaqə saxlamaq istədiyini, istənilən formada onlara kömək etməyə hazır olduğunu demiş, lakin “əhli-sünnə” olduğunu da bildirmişdir. Əli isə “əhli-sünnə” olmağına görə onlar üçün problem olmadığını bildirmiş, bu görüşdə yenidən Azərbaycan Respublikasında siyasi vəziyyətin necə olması, Şirvan şəhərində silah zavodunun hansı səbəbdən partlamasını, hərbi hissələrin yerləri, Şirvan rayonunun icra başçısı və polis rəisinin kim olması barədə istifadəsində olan “noutbuk”-da olan yazılara baxıb müxtəlif suallar vermiş, o, noutbukda olan yazıları görməsə də hiss etmişdir ki, Azərbaycan dilində olan yazıları oxuyur. Ehtimal etmişdir ki, məxfi əməkdaşlığa cəlb olunmuş başqa bir şəxsin verdiyi məlumatlardır. Dayısını yenidən soruşduqları zaman isə onun təqaüddə olduğunu bildirmiş, bu görüşdə Saberi və Cəlali çox az danışıqlarda iştirak etmiş, digər iki şəxs isə ümumiyyətlə heç nə danışmamış, həmin 2 şəxs rütbəcə bunlardan aşağı olmuşlar. Görüşün sonlarında Cəlalı məxfi əməkdaşlığa cəlb olunmağını yenidən təsdiq və imzaladığı üçün kağız təqdim etmiş, həmin kağızda onun ad soyadı və alacağı məbləğ qeyd olunmuşdur. Həmin sənədi imza etmiş, sənəddə ona vermələri üçün 500000 rial pul qeyd edilmiş, bu pul həmin vaxtın məzənnəsi ilə təxminən 200 manat olmuş, bu pulu ona təqdim etdikləri zaman ilk əvvəl götürməmiş, lakin sonrada həmin pulu götürmüşdür. Pulu götürdükdən sonra Saberi onun şəklini və ya videosunu istifadəsində olan kamera ilə çəkmiş, bundan sonrakı hər bir görüşdə onun şəklini çəkmişlər. O, ilkin olaraq mətbuatda olan xəbərləri onlara göndərə biləcəyini bildirmiş, daha sonra ətrafında hərbi qulluqçular tapacağını, Xəzər dənizində olan mülki və hərbi donanmada olan gəmilər barədə məlumat verəcəyini bildirmiş, Saberi görüşdə artıq bundan sonra onunla əlaqə saxlayacağını demiş, bunun üçün Saberi özünün istifadəsində olan İran mobil operatoruna məxsus mobil nömrəni təqdim etmiş, ilk əvvəl elektron mail vasitəsilə əlaqə saxlamışdır. Əldə etdiyi məlumatları mesaj formasında onun mail ünvanına göndərmiş, Saberi “gmail.com” mail xidmətində qeydiyyatdan keçmiş tərkibində “cəlali—@gmail.com” sözləri olan mail işlətmiş, onun istifadəsində isə “Elektron ünvan 2” mail adresi olmuş, qeyd etdiyi hər iki mail adresini Saberi açmış, istifadəçi adını və şifrəsini məhz görüş vaxtı tərtib edib ona təqdim etmişlər. Görüş bitdikdən sonra Astara şəhərilə geri qayıtmış, həmin görüşdən sonra Əli ilə əlaqə saxlamamış və Yunus Saberinin əlaqəsinə verilmişdir. Yunus Saberinin mobil nömrəsi onun telefonunda qeyd olunmuşdur. Saberi ilə ilk əvvəllər “Telegram”, daha sonra “Whatsapp” tətbiqləri vasitəsilə əlaqə saxlamış, Saberin adını mobil telefonda kontaktlar bölməsində “Səbrağa” kimi qeyd etmişdir. Bundan sonra 2021-ci ilədək Saberi ilə mobil tətbiqlər vasitəsilə əlaqə saxlayıb əldə etdiyi məlumatları ötürmüş, “Vətən” müharibəsi vaxtı Saberi müharibə ilə xüsusən maraqlanmış, ondan əldə edə bildiyi qədərilə çox məlumat əldə etməyini tələb etmiş, o isə sosial şəbəkələrdə olan məlumatları toplayıb, translate.google.com vasitəsilə fars dilinə tərcümə edib Saberiyə göndərmiş, hətta Gəncə şəhərində saxlanılan F-16 tipli döyüş təyyarələrinin yerləşdiyi ərazi barədə Saberiyə məlumat göndərmiş, İran xüsusi xidmət orqanlarının İsrail dövlətinin Azərbaycan Respublikası ilə olan əlaqələrini zəiflətmək üçün İsrail şirkətləri və onların nümayəndələri barədə məlumatları İran xüsusi xidmət orqanının nümayəndəsi olan Saberiyə göndərmişdir. Bundan başqa Qum şəhərində təhsil alan Şirvan şəhər sakini Dilsuz Nəcəfovun və Cəlilabad şəhəri sakini Cahangir Əkbərovun mobil nömrələri, Azərbaycan ərazisində saxlanılan və İsrail istehsalı olan dronların yerləri barədə, dayısı oğlu X16 qoşunlarda xidmət etməsi barədə, neft platformalarına yüklərin daşınması barədə məlumatları Saberiye göndərmiş, adlarını qeyd etdiyi və Qum şəhərində dini təhsil alan Cahangir və Dilsuzun mobil nömrələrini Hüseynağa adlı xüsusi xidmət orqanının əməkdaşına vermiş, Dilsuzun əmisi Loğman tanışı olduğundan onun nömrəsini məhz ondan əldə etmiş, həmçinin X17 yaxınlığında olan hərbi gəmilərin videosunu çəkib Saberiyə də göndərmişir. 2021 -ci ilin fevral ayında Saberi onu “Whatsapp” vasitəsilə Hüseynağa adlı digər xüsusi xidmət orqanı əməkdaşı ilə tanış etmiş, onun əlaqəsinə vermiş, bundan sonra onunla görüşəcəyini bildirmişdir. Hüseynağa ilə mobil tətbiqlər üzərindən əlaqə saxlasa da, ölkə ərazisində yayılmış pandemiyadan sonra İran İslam Respublikasına (Astara, Ərdəbil) Hüseynağa ilə görüşmək üçün getmiş, görüş zamanı ona cəmi 90 manat pul vermişdir. Pul verməyi barədə ad soyadı olan sənədə imza etmiş, ona yenidən hərbi hissələr, İsrail və Amerikanın Azərbaycanda olan vətəndaşları və şirkətləri barədə məlumat toplamağını tapşırmış, görüş vaxtı onun fotoşəklini çəkmiş, görüş bitdikdən sonra 2 gün İranda qalmışdır. Yenidən Qum şəhərində təhsil almaq istəmiş, bunun üçün növbəti dəfə 2022-ci ilin fevral ayında Naxçıvan Muxtar Respublikasına gedib oradan İrana keçmiş, Hüseynağa ilə əvvəlcədən danışıb razılaşmalarına uyğun olaraq Culfa şəhərində görüşmüş, yenidən Ərdəbilin Səreyin şəhərinə getmiş, burada Hüseynağa ilə söhbət etmiş, eyni qaydada bundan əvvəl verdiyi tapşırıqları icra etməyə davam etməyini tapşırmış, həmin vaxt 30-40 manat ekvivalentinə bərabər olan rial vermiş, Qum şəhərinə dini təhsil üçün getmiş, lakin yaşının çox olmasına görə barəsində yoxlamadan sonra qərar verəcəklərini demişlər. Yenidən Azərbaycana qayıtmış, bundan sonra Qum şəhərində mədrəsədə işləyən Ağayi Cəfəri ilə mədrəsəyə qəbul olunmağı barədə məlumat almaq üçün əlaqə saxlamış, bir müddət sonra isə mədrəsəyə qəbul olunmadığı bildirilmiş, bu barədə Hüseynağaya desə də, heç bir kömək göstərməmişdir. Sonuncu dəfə Hüseynağaya “Telegram’’ xəbər kanallarında olan məlumatları göndərmiş, bu ayın əvvəlində Azərbaycan Donanmasının Xəzərdə keçiriləcək təlim əraziləri kapitanı olduğu gəmiyə göndərilmiş, həmin koordinatları da çəkib Hüseynağaya göndərmiş, Naxçıvan-Bakı şəhərləri arasında sərnişin daşıma ilə məşğul olan Emil Abdullayev və İran vətəndaşı Hamdani barədə, digər dayısı oğlu Arslan barədə məlumatları da məhz Hüseynağaya vermiş, “İsrail-Azərbaycan” əlaqələri barədə, Azərbaycanda yaşayan talışlar barədə, hərbi sənaye sahəsində və digər məlumatları xüsusi xidmət orqanı əməkdaşları olan Saberi və Hüseynağaya göndərmişdir. “İsrail- Azərbaycan” əlaqələri barədə, Azərbaycanda yaşayan talışlar barədə, hərbi sənaye sahəsində və digər məlumatları xüsusi xidmət orqanı əməkdaşları olan Saberi və Hüseynağaya göndərmişdir. Azərbaycan Respublikasında baş verən ictimai-siyasi proseslər, xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, hərbi təyinatlı obyektlər, Xəzər dənizində Hərbi Dəniz Qüvvələri tərəfindən keçirilən təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər, hərbi və digər dövlət orqanları, o cümlədən bəzi şirkət və təşkilatlarında işləyən bir sıra şəxslərin, eləcə də dayısı X4 əvvəllər AR MN-in HHQ-də polkovnik-leytenant rütbəsində xidmət etməsi, Azərbaycanda baş verən ictimai-siyasi proseslər, AR Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda baş vermiş partlayış hadisəsi, ABŞ və İsrailə məxsus Azərbaycanda fəaliyyət göstərən şirkətlər və nümayəndələri, dayısı oğlu X7 AR DİN DQ-də müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etməsi, eləcə də onun xidməti yerləri və yaşayış ünvanları, AR X18 barədə ümumi məlumatlar, rəhbər heyəti və X32 Donanması, Azərbaycanda fəaliyyət göstərən müxalif yönümlü qüvvələrin fəaliyyəti, AR SQ-də dair KİV-lərdə paylaşılan bütün informasiyalar, Şirvan Şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı və AR DİN Şirvan ŞPŞ-nin rəisi, İsrail-Azərbaycan Gənclər Birliyinin sədri Rauf Bayrambəylinin fəaliyyəti, Qərb Universitetində işləyən professor Brenda Şaffer adlı İsrail vətəndaşı, Azərbaycan Respublikası ərazisində İsrail istehsalı olan dronların saxlanıldığı məkanlar - Kürdəmir rayonu və Qala qəsəbəsi ərazisində dislokasiya olunmuş hərbi hissələr və Sitalçay aerodromu, Vətən müharibəsi dövründə “F-16" tipli qırıcı təyyarələrin Gəncə şəhərində saxlanılması, Səngəçal qəsəbəsində yerləşən AR SQ-yə məxsus hava limanı, “Şahdəniz” və “Azəri” neft platformalarına yüklərin daşınması prosesi, Hazırda Qum şəhərində təhsil alan Şirvan şəhər sakini X10 və onun istifadəsində olan mobil nömrə, Cəlilabad rayonu sakini X11 və onun istifadəsində olan mobil nömrələr, AR XDND-nin mexanik vəzifəsində çalışan şiə məzhəbli İlkin adlı şəxs və onun istifadəsində olan telefon nömrələri, Bakı-Naxçıvan və əks istiqamətdə sərnişindaşıma fəaliyyəti həyata keçirən AR vətəndaşı X12 və onunla birgə çalışan İİR vətəndaşı X1 Jahan, Xəzər dənizində keçirilən hərbi təlimlər barədə Təqsirləndirilən şəxs kapitan olduğu gəmiyə qeyd olunan istiqamətdə daxil olmuş telefonoqramlar, 2014-cü ildən etibarən AR DSX-nin Xızı rayonunda dislokasiya olunmuş hərbi hissəsində xidmət edən Şirvan şəhər sakini Vüsal adlı şəxs, AR DSX-də həqiqi hərbi xidmətdə olan Şirvan şəhər sakini Rəfail adlı şəxs, dayısı oğlu X8 AR DİN Şirvan ŞPŞ-də çavuş rütbəsində xidmət etməsi, AR FHN Xüsusi riskli xilasetmə xidmətinin rəisi X2 barəsində və digər məlumatları toplayıb, o cümlədən AR X32 Donanmasının yaxınlığında yerləşən 5 hərbi təyinatlı gəminin videosunu mobil telefonla çəkərək müxtəlif vaxtlarda mehdiasgari2891 @gmail.com mail ünvanı, “+98 905 362 3996” mobil nömrəsinin quraşdırıldığı “GBWhatsapp" və ********** mobil nömrəsinin quraşdırıldığı “Whatsapp”, “Telegram” tətbiqləri vasitəsilə və İran İslam Respublikası ərazisində həmin ölkənin xüsusi xidmət orqanının nümayəndələri ilə görüşlər zamanı bilavasitə təqdim etmişdir (cild 1, iş vərəqi 66-72, cild 2, iş vərəqi 163-171). Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Nəsillərində psixoloji problemlər var. Zahirin bir dəfə mədəsindən qan gəlmiş, qardaşı onu Rusiya Federasiyasına müalicə üçün göndərmişdir. Zahirin psixoloji durumu pisdir, mütəmadi dərmanlar vasitəsi ilə sakitləşir. Zahir davamlı dini araşdırma ilə məşğul olmuş, axırda təriqət yaratmağa başlamışdır. İranda Qum şəhərində 4 ay oxuduqdan sonra “vəhabi” adı ilə onu oradan qovmuşlar. Biraz keçdikdən sonra “Tohid-İmamət” təriqətini yaradacağını demişdir. İranlılar Zahiri şərləmişdir. Zahir vətənini daim sevmiş, 44 günlük Vətən Müharibəsi zamanı daim Şirvan şəhərində olan qazilər üçün şirniyyatlar alıb aparmışdır. Zahir şiə təriqətinə inanmış, daha sonra dəyişib vəhabi təriqətinə qoşulmuşdur, lakin sonradan onların radikal olduğunu deyərək xoşu gəlməmiş, öz təriqətini yaradacağını bildirmişdir. Zahir şəriət dövləti yaratmaq istəyirdi. Hətta 2011-ci ildə xəstə olduğu üçün Ərdəbil şəhərinə getmiş, orada molla Zahirə İrana casusluğa gəldiyini deyərək böhtan atmışdır. Zahir isə dövlətlə işinin olmadığını, dini adam olduğunu demişdir. Zahir dövlətə qarşı xəyanət etməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, qardaşı Zahir mütəmadi olaraq İran İslam Respublikasına gedib gəlmiş, orada dini yerləri ziyarət etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələrində bəzi hissələr düz qeyd edilməmişdir. Məsələn ifadəsində guya Zahirin dövlətə xəyanət etməsindən şübhələndiyi yazılmış, lakin əslində o, ifadə verən zaman elə söz deməmişdir. Zahir İranda məktəb oxumuş, sonra da onu məktəbdən qovmuşlar. İrana getməkdə Zahirin məqsədi yalnız ziyarətlər etmək olmuşdur. Zahir İranda kimlə əlaqəsinin olmasını bilməmişdir. Zahir «X18»ndə işləmişdir. X27 dövlətinin hər hansı təşkilatına işləməsi barədə məlumatı olmamışdır. Zahirin Gəncə şəhərində, digər şəhərlərdə hansısa hərbi hissələrin şəkillərini çəkməsi ilə bağlı şübhələri olmamışdır. Zahirin mobil telefonundan götürülmüş telefon danışıqlarının məzmunundan məlumatı olmamışdır. Elan olunmuş ifadəsini o deməmiş, oxumadan imzalamışdır. İfadəri imzalayan zaman orada qeyd edilən «dükan», «kuryer» kimi sözləri eşitməmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Belə ki, Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan edilmiş ifadəsində göstərmişdir ki, qardaşı Zahirin İslam dininə olan marağının yaranmasının səbəbi anası olmuşdur. Anası namaz qıldığından Zahir də 9 yaşında dinlə maraqlanmağa başlamış, dini kitablar oxumuşdur. Lakin mütəmadi olaraq 20 yaşından namaz qılmağa, İslam dini ilə dərindən maraqlanmağa başlamışdır. Zahir gəmi kapitanı olduğu üçün Xəzər dənizində bir çox limanlara, eləcə də İran İslam Respublikasının Ənzəli limanına səfərlər etmişdir, təxminən 10-12 il əvvəl İrana təhsillə bağlı səfər etmiş, Zahir həmişə İran İslam Respublikasına köçmək, ailəsi ilə birlikdə orada yaşamaq istəmiş, Zahir bunun üçün isə dəfələrlə İran İslam Respublikasına səfərlər etmişdir. Zahir ilk dəfə İranın Məşhəd şəhərinə getmiş, 2010-2011-ci illərdə isə 3-4 ay müddətinə İrana getmiş və orada dini təhsil almış, bundan sonra mütəmadi olaraq İrana səfərlər etməyə başlamışdır. Zahir İrana əksər hallarda tək səfər etsə də, bir dəfə anası ilə getmişdir. Belə ki, anasının xəstəliyi ilə əlaqədar Təbrizə səfər etmiş, İrana səfər etdikləri zaman Zahirin tanışı olan İran vətəndaşının evində qalmış, lakin həmin şəxslərin kim olmasını bilməmiş, onlardan birinin adı İbadi olmuş, Zahir İslam dinin şiə təriqətinə mənsub olsa da, 2012-ci ildən Şirvan şəhərində vəhabiliyin yayılması və oxuduğu dini kitabların təsiri nəticəsində vəhabi təriqətinə qoşulmuşdur. 2018-ci ilədək vəhabi olmuş, 2018-ci ildə İran İslam Respublikasına səfər etdiyi zaman isə yenidən şiə olmuşdur. Zahir şiə olduqdan sonra onunla söhbət etmiş və söhbət əsnasında İranlı “dostlar”-ının ona kömək etdiyini və İranda dini təhsil ala biləcəyini bildirmişdir. Zahir həmin vaxt İranlı dostlarının xüsusi xidmət orqanı əməkdaşları olmasını bildirməsə də, dediyi sözlərdən anlayıb ki, o artıq xüsusi xidmət orqanları ilə “dostluq” edir. İlk olaraq o, Zahirin dostluq qurmasını ciddi məsələ kimi başa düşməmiş, Zahir həbs olunduqdan sonra xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunduğunu anlamışdır. Zahir hər zaman bildirib ki, İranlı “dostlarına kömək edəcəyi təqdirdə, onlar da Zahirin İranda yaşamağına və təhsil almağına icazə verəcəklər. Zahir lakin heç vaxt həmin “dostlar”ının adlarını və kim olmalarını bildirməmişdir. Zahir qeyd etmişdir ki, İranlılar ona orada yaşamağına kömək edəcək, Zahir isə onların istədiyi məlumatları onlara verəcək, dəfələrlə Zahirə bu işlərlə məşğul olmamasını, problem olacağını bildirsə də, Zahir ona İranda yaşamaq istədiyini , bu səbəbdən də iranlılarla “dostluq” etməli olduğunu bildirmişdir. Zahir 2009-cu ildə İran İslam Respublikasının Məşhəd şəhərinə dini ziyarətə getmişdir. Dini ziyarətdən başqa 2016- 2017-ci illərdə ticarət məqsədilə İranın Biləsuvar və Astara şəhərlərinə getmişdir. O, ilk dəfə İrana 2009-cu ildə Əli-Bayramlıda yerləşən məscidin axundu olan Əvəz (soyadını xatırlamır) ilə səfər etmişdir. Səfərinin məqsədi Məşhəd şəhərinə ziyarət etmək olmuşdur Həmin vaxt onları ziyarətə aparan şirkətin tapdığı hoteldə qalıb geri qayıtmışdır. Növbəti dəfə İrana 2016-2017-cı illərdə qonşuları ilə birlikdə səfər etmiş, səfərinin məqsədi ev üçün ərzaq almaq olmuş, həmin tarixlərdə etdiyi səfərlər zamanı İranda qalmamış, həmin gün geri qayıtmış, heç vaxt Zahirlə birlikdə İran İslam Respublikasına səfər etməmişdir. Ona təqdim olunan telefon danışığında Zahir onunla danışmış, həmin vaxt Zahir Azərbaycan Respublikasında olmuş, bu telefon danışığında Zahir Azərbaycanda olan haqsızlıqlara görə burada yaşamaq istəmədiyini, ailəsi ilə birlikdə İrana köçmək istədiyini bildirmiş, bundan başqa Zahir həmin danışıqda bildirdiyi “alver”, “dükan”, “kuryer” ifadələri də məhz onun İranlı “dostları” ilə bağlı olmuşdur. Belə ki, Zahir həmin vaxt “dükan” dediyi zaman İran xüsusi xidmət orqanı əməkdaşlarını, “kuryer” dediyi zaman İran xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş şəxsləri, “alver” dediyi zaman isə ötürdüyü məlumatları nəzərdə tutmuşdur. Zahirin İranlı “dostlar”ına hansı məlumatları ötürdüyünü bilməmiş, ona isə heç vaxt onlarla görüşməyi təklif etməmiş, eləcə də hər hansı bir işi icra etməyini tapşırmamış, Zahirin üstü örtülü danışmaqda məqsədi tutulmaqdan qorxması olmuş, Zahir iranlı “dostlar”ından pul aldığını desə də, nə qədər pul almasını heç vaxt ona deməmiş, Zahir heç vaxt ona məxfi əməkdaşlığı təklif etməmişdir (cild 1, iş vərəqi 203-211). Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. 03 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. 04 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona ittiham elan edilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 04 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs özünə məxsus olan və könüllü sürətdə istintaqa təqdim etdiyi “Samsung A3s” markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı telefonda Elektron ünvan 1 elektron poçt ünvanından istifadə olunması, “Telegram” tətbiqində +**********96 mobil nömrəsi quraşdırılması və istifadəçi adı olaraq “Ovhid ve Vilayet” adından istifadə olunması, telegramda müxtəlif telekanallara abunə olunduğu, bunların əksəriyətinin din, İran-Azərbaycan münasibətləri, hərbi xəbərlər mövzusunda olduğu müəyyən olunmuşdur; “Alavıyyun Azərbaycan” “Azərbaycan İslam İnqilabına doğru”, “X9 hərəkatı”, “şamın mücahidleri”, “şeyx Tohid İbrahimbəylinin çıxışları”, “ZÜHUR ORDUSU”, “İranın yardımları və böhtanların ifşası”, “Hərbi xəbərlər” “cihad” və s. kanallarına abunəliklər, kontaktlar bölməsində “Cafarağa” adı ilə qeyd olunmuş +**********12, “Hüseynağa" adı ilə qeyd olunmuş +**********74, “Səbirağa” adı ilə qeyd olunmuş +**********29 və digər mobil nömrələr, eləcə də “GBWhatsapp” mobil tətbiqinə daxil olduqda “+98 905 362 3996” nömrəsi ilə qeydiyyat keçirildiyi və qeyd olunan tətbiqin istifadəsi üçün aktivləşdirmə kodunun tələb olunması müəyyənləşdirilmişdir; Təqsirləndirilən şəxs Elektron ünvan 1 elektron poçt ünvanının İran Xüsusi Xidmət orqanları tərəfindən yaradılaraq əlaqə saxlamaq üçün ona verildiyini, “Hüseynağa” adı ilə qeyd olunmuş +**********74, “Səbirağa” adı ilə qeyd olunmuş +**********29 mobil nömrələrin isə eyni adlı İran Xüsusi Xidmət orqanları əməkdaşlarının istifadəsində olmasını, eləcə də “GBWhatsapp” mobil tətbiqində qeydiyyat keçdiyi “+98 905 362 3996” nömrəsini də mütəmadi və təhlükəsiz əlaqə saxlamaq məqsədilə İran Xüsusi Xidmət orqanı əməkdaşlarının verməsini etiraf etmişdir (cild 1, iş vərəqi 114-116, cild 2, iş vərəqi 163-171). Audiodanışıqlara və fotoşəkillərə baxış keçirilməsi haqqında protokollardan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs İran Xüsusi Xidmət orqanları ilə sosial şəbəkələr vasitəsilə əlaqə saxlaması, yazışmalar, ismarıc formasında göndərilən mesajların müəllifi olması və bu yolla məlumatları İran Xüsusi Xidmət orqanlarına ötürməsi müəyyən edilmişdir; qeyd olunan yazışmaların bəziləri fars dilində aparıldığından müvafiq olaraq tərcüməçi təyin olunmuş, iş üçün əhəmiyyətli olan mətnlər Azərbaycan dilinə tərcümə olunduğu zaman, İran Xüsusi Xidmət orqanları ilə fars dilində aparılan yazışma zamanı Təqsirləndirilən şəxs məlumat ötürməsi müəyyən edilmişdir (cild 1, iş vərəqi 8-45, 117- 182, cild 2, iş vərəqi 61-73). Təqsirləndirilən şəxs yaşadığı Neftçala şəhəri, M.P.Vaqif küçəsində yerləşən ünvanda keçirilmiş baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı Lenovo markalı noutbuk, 01 ədəd Samsung S5 markalı mobil telefon, 01 ədəd narıncı rəngli qeydiyyat kitabçası, 01 ədəd üzərində fars dilində CD disk, 03 ədəd İran bankına məxsus kart, 01 ədəd göy rəngli sertifikat, 01 ədəd tədris məşğələləri jurnalı, 05 ədəd fars dilində kitab, 01 ədəd üzərində Hacı Zülfüqar yazılmış DVD disk, 01 ədəd İİR-ə məxsus dövlət bayrağı aşkar edilərək götürülmüşdür; Lenovo markalı noutbukun yaddaşından əldə olunmuş məlumatlara baxış keçirilən zaman iş üçün əhəmiyyətli olan G:\Lenovo Noutbuk\Lenovo 01.09.22\Silinmisler\Disk DVExtra Found Files\Document\Microsoft Word 2007 XML Document ünvanında “0c36f2165fbbe9fd55862d1a51dff5ff_telefon nomerov nqÇİ 28 may nqÇİ neft daşlan” adlı fayl (“NQÇİ 28 may Şimal körpü”, “Çilov adası”, “NQÇİ Neft daşlan Zıx-2”, “Neft daşlan”, “CMU-7", “N.Nərimanov adına NQÇİ”, “Neft daşları kompressornaya SKS-2”, “KPNK”, “Sokar” başlıqları ilə qeyd olunmuş mobil telefon nömrələri və internet səhifələri yazılmış sənədlər) və “HERBİ SAYTLAR”.docx faylı aşkar edilmişdir; həmin xüsusatlarla əlaqədar Təqsirləndirilən şəxs göstərmişdir ki, qeyd olunan telefon nömrələri X32 Donanmasında birgə işlədiyi iş yoldaşlarına məxsus olmuş, həmin nömrələri İran xüsusi xidmət orqanının əməkdaşlarının tapşırığı ilə onlara göndərmişdir; “HERBİ SAYTLAR”.docx faylında qeyd olunan internet səhifələrinin siyahısını özü tərtib etmiş, mütəmadi olaraq həmin hərbi xəbərlər paylaşılan səhifələrdən əldə etdi məlumatları Azərbaycan dilində və ya bəzən fars dilinə “google translate” vasitəsilə tərcümə etməklə İran Xüsusi Xidmət orqanı əməkdaşlarına WhatsApp və ya “telegram” vasitəsilə göndərmişdir; dindar olduğundan mütəmadi olaraq dini ədəbiyyatlar oxumuş, fars dilində olan dini kitablarla bağlı isə İrana mütəmadi getdiyi zaman qismən fars dilini öyrəndiyindən bəzi ədəbiyyatları fars dilində oxumuş, İran dövlətinə olan rəğbətinə görə İranda səfərdə olduğu zaman almış, İran bankına məxsus kartları İranda təhsil aldığı zaman əldə etmiş, “Samsung S5” markalı mobil telefonu əvvəllər şəxsi istifadəsində olsa da hazırda isə övladları istifadə etmişdir (cild 1, iş vərəqi 21-25, cild 2, iş vərəqi 12-16, 17-18). xx.xx.2022-ci il tarixli, 9-3432 nömrəli “tam məxfi” qrifli məktubdan edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 2017-ci ildə İran İslam Respublikasının Zahedan şəhərində yerləşən sünni yönümlü “Məkkə” məscid kompleksinin rəhbərinə İranda yaşamaq məqsədilə həmin şəhərə səfər etmək niyyətinin olması bildirmişdir; buna müvafiq olaraq İrana səfər etmiş və həmin kompleksin rəhbəri ilə görüşmüş, istifadəsində ********** mobil nömrəsi olmuşdur (cild 2, iş vərəq 74). Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat baş idarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 9-2612 saylı məktubdan edilmiş çıxarışdan görünür ki, keçirilmiş əks-kəşfiyyat tədbirləri nəticəsində Əli, Hüseynağa, Yunus Saberi və Cəlali adlı şəxslərin İran İslam Respublikasının İnformasiya və Təhlükəsizlik Nazirliyinin əməkdaşları olmaları, eləcə də əcnəbilərin müqabil ölkəyə müxtəlif məqsədlərlə səfər edən Azərbaycan Respublikası vətəndaşlarını məxfi əməkdaşlığa cəlb etmələri və Respublikanın ərazisində kəşfiyyat məlumatlarının toplanması istiqamətində tədbirlər həyata keçirmələri haqda DTX İİ baş idarəyə əməliyyat məlumatları daxil olmuş, sadalanan xarici xüsusi xidmət orqanı əməkdaşlarının Azərbaycan səfərləri aşkar edilməmişdir; bundan başqa Azərbaycan Respublikası vətəndaşı 2016-cı ildə DTX-yə ərizə ilə müraciət edərək İran ərazisində olarkən məxfi əməkdaşlığa cəlb edildiyini və sonrakı müddətdə görüşlərin Cəlali və Hüseynağa ilə davam etdirildiyini bildirmişdir; Cəlali və Hüseynağa adlı əcnəbilər tərəfindən həmin şəxsə AR ərazisində kəşfiyyat məlumatlarının toplanılması istiqamətində tapşırıqlar verilmişdir (cild 1, iş vərəqi 19). DTX-nin Əks-kəşfiyyat baş idarəsindən xx.xx.2022-ci il tarixli 9-1543 nömrəli məktubla daxil olmuş 2/1/4177 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasının xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi barədə məlumatlar əldə olunmuşdur; Təqsirləndirilən şəxs ətrafında keçirilmiş tədbirlər nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2007-ci ildə İİR-in Azərbaycan Respublikasındakı səfiri X29 müraciət edərək İrandan sığınacaq istəmiş, səbəb olaraq “Azərbaycanda hökm sürən haqsızlıq və mənəviyyatsızlıq” olmasını qeyd etmiş, İranda yaşamaq və orada dini təhsil almaq niyyətindən olmasını bildirmiş, xx.xx.2011-xx.xx.2011ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil telefon nömrəsindən İİR mobil operatoruna məxsus +**********16 saylı mobil nömrənin abonenti İİR vətəndaşı Əliəkbər Adeli ilə SMS yazışmaları qeydə alınmışdır; həmin yazışmalarda X28 Sepahda və ya digər hüquq mühafizə orqanlarında çalışmaq və orada yaşamaq niyyətinində olduğu bildirmiş, qarşı tərəf isə bunun yalnız “Hacıgilə kömək etməklə mümkün olacağını və orada qalmaq üçün Rövşən Hacıyevin köməyindən istifadə edə biləcəklərini vurğulamışdır; həmin yazışmalardan sonra Təqsirləndirilən şəxs 13xx.xx.2011-xx.xx.2011-ci illərdə İİR-ə səfər etmişdir; qeyd edilən əlaqələrdən sonra 2012-ci ildə təhsil almaq adı altında ümumilikdə 3 ay müddətində (25.02.-xx.xx.2012 və 05.06.xx.xx.2012) İİR-in Qum şəhərində qalmışdır; Təqsirləndirilən şəxs radikal şiə olmasına baxmayaraq İİR-dən qayıtdıqdan sonra “vəhhabi” (2013-2017-ci illərdə Təqsirləndirilən şəxs ətrafda həmin dini təriqətə etiqad etməsi kimi fikir formalaşdırmışdır) dini təriqətini qəbul edərək qeyd edilən təriqət üzvləri ilə yaxın əlaqələr qurmuş, “şiə” məzhəbindən dönməsinin səbəbini isə “vəhhabi” cərəyanının nümayəndələri tərəfindən ona verilmiş suala cavab verə bilmədiyi üçün təriqətini dəyişdirdiyini bildirməklə əfsanələşdirmişdir; o, “vəhabi” təriqətinə etiqad etdiyi müddətdə də yaxın əlaqəsi olan və şiəliyə fanatikcəsinə etiqad edən X5 ilə yaxın əlaqələr saxlamış və hazırkı vaxtadək əlaqələrini davam etdirmişdir; əldə olunan məlumatlara görə Təqsirləndirilən şəxs “vəhhabi” təriqətinə etiqad etdiyi müddətdə İİR vətəndaşı Adeli və şəxsiyyəti məlum olmayan (İİR operatorlarına məxsus müxtəlif nömrələr ilə intensiv əlaqələr saxlamışdır; Təqsirləndirilən şəxs İİR-in Bakı şəhərində yerləşən İran Milli Bankı ilə əlaqələrinin olması və oranın müştərisi olması müəyyən edilmişdir; Təqsirləndirilən şəxs AR-ə qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirən İİR xüsusi xidmət orqanı əməkdaşı Yunus Saberi ilə əlaqələri qeydə alınmışdır; keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs İİR-ə məxsus telefon nömrələri ilə, xüsusilə də Yunis Saberinin istifadəsində olan nömrə ilə çox saylı “Whatsapp” danışıqları müəyyən edilmişdir; Təqsirləndirilən şəxs Yunus Saberinin istifadəsində olan +**********74 mobil nömrə ilə xx.xx.2019 (66 saniyə), xx.xx.2022-ci ildə (109 saniyə) danışıqlar aparmış, xx.xx.2020-ci il tarixdə Biləsuvar SNM-dən İİR istiqamətində səfər etmiş, xx.xx.2020-ci il tarixdə geri qayıtmışdır; Vətən müharibəsi ərəfəsində xx.xx.2020 (2 dəfə), xx.xx.2020 (2 dəfə), xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə (1 dəfə) Təqsirləndirilən şəxs ilə Yunus Saberinin arasında qısa müddətli danışıqlar qeydə alınmışdır; həmin dövrdə AR-də internet işləmədiyi üçün məcburiyyət qarşısında qalaraq açıq zənglər etməsi istisna edilməmişdir; xx.xx.2020-ci ildə Təqsirləndirilən şəxs Yunus Saberiyə 3 zəng cəhdi etmişdir; Yunus Saberi xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində Təqsirləndirilən şəxs zəng etmişdir; danışıqlar “WhatsApp” proqramı üzərindən davam etdirilmişdir; həmin ərəfədə Təqsirləndirilən şəxs İİR-in Bakı şəhərində yerləşən konsulluğu ilə də əlaqələri qeydə alınmışdır; Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildə Biləsuvar SNM-dən keçərək İİR-ə səfər etmiş, xx.xx.2021-ci ildə AR-ə geri qayıtmışdır; Təqsirləndirilən şəxs İsrail-Azərbaycan əlaqələri, İsrailin Azərbaycandakı təşkilatları, onların üzvləri, İsrailin talışlara olan maraqları, Azərbaycanda yaşayan talışlar, “Azərbaycan-yəhudi Media mərkəzi”, “İsrail-Azərbaycan gənclər birliyi”-nin sədri Rauf Bayrambəyli, İsrailin Azərbaycandakı səfirinin “Real” tv-yə müsahibəsi, talışların kompakt yaşadığı rayonlar, Zəngəzur dəhlizi, Azərbaycan yerləşən silah zavodları, Bakıda keçiriləcək “ADEX” müdafiə sərgisi, Azərbaycan-Pakistan hərbi sənayesinin perspektivləri, ARFHN-nin Xüsusi Riskli Xilas etmə Xidmətinin 1-ci müavini general-mayor Məhərrəm Həsənov, Xəzər dənizində keçirilməsi planlaşdırılan təlimlərin koordinatları və s. barədə AR-in əleyhinə istifadə edilə biləcək məlumatları Yunus Saberiyə təqdim etməsi müəyyən edilmişdir; Təqsirləndirilən şəxs xx.xx.2022-ci il saat 22:00 radələrində saxlanılmışdır; ilkin dindirilmə zamanı Təqsirləndirilən şəxs, 2012-ci ildən etibarən İİR XXO ilə əməkdaşlıq etdiyini və onların tapşırığı ilə AR ərazisində topladığını aşağıda qeyd olunan kəşfiyyat xarakterli məlumatları rəqibə ötürdüyünü etiraf etmişdir: dayısı X4 əvvəllər AR MN-in HHQ-də polkovnik-leytenant rütbəsində xidmət etməsi barədə, AR-də baş verən ictimai-siyasi proseslər barədə, AR Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda baş vermiş partlayış hadisəsi barədə, ABŞ və İsrailə məxsus AR-də fəaliyyət göstərən şirkətlər və nümayəndələri barədə, AR X32 Donanmasının yaxınlığında yerləşən 5 hərbi təyinatlı gəminin videosunu mobil telefonla çəkərək İİR XXO əməkdaşına göndərmiş, dayısı oğlu X7 AR DİN DQ-də MAHHXHQ kimi xidmət etməsi, eləcə də onun xidməti yerləri və yaşayış ünvanları barədə AR X18 (XDG) barədə ümumi məlumatlar, rəhbər heyəti və XDND barədə, AR-də fəaliyyət göstərən müxalif yönümlü qüvvələrin fəaliyyəti barədə AR SQ-də dair KİV-lərdə paylaşılan bütün informasiyalar barədə, Şirvan Şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı və AR DİN Şirvan ŞPŞ-nin rəisi barədə, İsrail-Azərbaycan Gənclər Birliyinin sədri Rauf Bayrambəylinin fəaliyyəti barədə, Qərb Universitetində işləyən professor Brenda Şaffer adlı İsrail vətəndaşı barədə, Azərbaycan Respublikası ərazisində saxlanılan İsrail istehsalı olan dronların saxlanıldığı məkanlar - Kürdəmir rayonu və Qala qəsəbəsi ərazisində dislokasiya olunmuş hərbi hissələr və Sitalçay aerodromu barədə, Vətən müharibəsi dövründə “F-16” tipli qırıcı təyyarələrin Gəncə şəhərində saxlanılması barədə, Səngəçal qəsəbəsində yerləşən AR SQ-yə məxsus hava limanı barədə, Şahdəniz və Azəri neft platformalarına yüklərin daşınması prosesi barədə, hazırda İİR-in Qum şəhərində təhsil alan Şirvan şəhər sakini X10 və onun istifadəsində olan mobil nömrə barədə hazırda İİR-in Qum şəhərində təhsil alan Cəlilabad rayonu sakini X11 və onun istifadəsində olan mobil nömrələr barədə, AR XDND-nin mexanik vəzifəsində çalışan şiə məzhəbli İlkin adlı şəxs və onun istifadəsində olan telefon nömrələri barədə, Bakı-Naxçıvan və əks istiqamətdə sərnişindaşıma fəaliyyəti həyata keçirən AR vətəndaşı X12 və onunla birgə çalışan İİR vətəndaşı X1 Jahan barədə, Xəzər dənizində keçirilən hərbi təlimlər barədə Təqsirləndirilən şəxs kapitan olduğu gəmiyə qeyd olunan istiqamətdə daxil olmuş telefonoqramlar barədə, 2014-cü ildən etibarən AR DSX-nin Xızı rayonunda dislokasiya olunmuş hərbi hissəsində xidmət edən Şirvan şəhər sakini Vüsal adlı şəxs barədə, AR DSX-də həqiqi hərbi xidmətdə olan Şirvan şəhər sakini Rəfail adlı şəxs barədə dayısı oğlu X8 AR DİN Şirvan ŞPŞ-də çavuş rütbəsində xidmət etməsi barədə, AR FHN Xüsusi riskli xilasetmə xidmətinin rəisi X2 barədə (cild 1, iş vərəqi 10-13). Təqsirləndirilən şəxs sərhədkeçmə haqqında məlumatlarından görünür ki, o, xx.xx.2006-xx.xx.2007, xx.xx.2007-xx.xx.2007, xx.xx.2007-xx.xx.2207, xx.xx.2007xx.xx.2007, xx.xx.2007-xx.xx.2007, xx.xx.2007-xx.xx.2007, xx.xx.2007-xx.xx.2007, xx.xx.2008-xx.xx.2008, xx.xx.2008-xx.xx.2009, xx.xx.2009-xx.xx.2009, xx.xx.2009xx.xx.2009, xx.xx.2009-xx.xx.2009, xx.xx.2010-xx.xx.2010, xx.xx.2011-xx.xx.2011, xx.xx.2011-xx.xx.2011, xx.xx.2012-xx.xx.2012, 05.06.012-xx.xx.2012, xx.xx.2012xx.xx.2012, xx.xx.2012-xx.xx.2012, xx.xx.2014-xx.xx.2014, xx.xx.2015-xx.xx.2015, xx.xx.2015-xx.xx.2015, xx.xx.2015-xx.xx.2015, xx.xx.2015-xx.xx.2015, xx.xx.2016xx.xx.2016, xx.xx.2017-xx.xx.2017, xx.xx.2017-xx.xx.2017, xx.xx.2017-xx.xx.2017, xx.xx.2018-xx.xx.2018, xx.xx.2018-xx.xx.2018, xx.xx.2019-xx.xx.2019, xx.xx.2019xx.xx.2019, xx.xx.2019-xx.xx.2019, xx.xx.2019-xx.xx.2019, xx.xx.2019-xx.xx.2019, xx.xx.2019-xx.xx.2019, xx.xx.2020-xx.xx.2020, xx.xx.2021-12.102.2021, xx.xx.2022xx.xx.2022, xx.xx.2022-xx.xx.2022, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində İran İslam Respublikasında səfərdə olmuşdur (cild 1, iş vərəqi 94-109). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X30 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9-2674 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır (cild 2, iş vərəqi 23). xx.xx.2022-ci il tarixli 9-1543 saylı məktubla DTX İİ baş idarəsindən daxil olmuş Təqsirləndirilən şəxs İran Xüsusi Xidmət orqanları əməkdaşları ilə apardığı telefon danışıqlarının və onlara göndərdiyi məlumatlara dair fotoşəkillərin qeyd olunduğu CD disk üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 18 noyabr 2022-ci il tarixli məhkəmə-fonoskopik ekspert rəyində müəyyən edilmişdir ki, fonoqramlardakı tədqiqatı tələb olunan danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində diktatorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur (cild 2, iş vərəqi 76-125). Məhkəmə-psixiatrik (ambulator) ekspertizasının xx.xx.2020-ci il tarixli 2039 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur; həmçinin törətdiyi cinayət əməlləri dövründə (2012-ci ilin oktyabr ayınan 2013-cü ilin fevral ayınadək olan dövr ərzində) hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmur; Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə, yəni 2012-ci ilin oktyabr ayından 2013-cü ilin fevral ayınadək olan dövr ərzində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və onları idarə etmək iqtidarında olmuşdur; buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır; onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür; Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 177-179). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 06 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 2, iş vərəqi 87). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə Təqsirləndirilən şəxs ifadələrində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ittihamda göstərilən əməli törətmədiyini göstərib yalnız jurnalist kimi peşə fəaliyyəti ilə məşğul olduğunu, jurnalist kimi fəaliyyətinin nə dövlətin suverenliyinə, nə də dövlətin ərazi toxunulmazlığına qarşı təhlükə olmaması, heç zaman casusluq fəaliyyət ilə məşğul olmaması, jurnalist kimi baş verən hadisələr barədə xəbərlərdən başqa heç kimə heç bir məlumat ötürməməsini, göndərdiyi məlumatları online vasitəsilə internetdə olan xəbər saytlarından əldə etməsi, işlədiyi gəmi barədə heç kimə məlumat vermədiyini, gəminin şəkillərini çəkməməsini, Azərbaycanın hərbi bazaları ilə bağlı heç bir məlumatı olmamasını, Azərbaycanın təyyarələrinin harada yerləşməsi barədə də heç bir məlumatı olmamasını, ittihamda qeyd edilən və dövlətin əleyhinə olan məlumatları heç bir xarici dövlətin xüsusi xidmət orqanlarına ötürməməsini, ibtidai istintaq zamanı etirafedici ifadələrə yalnız imza etməsini, onları oxumadığını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini onun ibtidai istintaq zamanı verdiyi ifadələri ilə, iş üzrə dindirilmiş şahidlərin ifadələri, iş üzrə əldə edilmiş digər sübutlarla, o cümlədən də, ekspertiza rəyləri, maddi sübütlarla və işin faktiki halları ilə müqayisəli təhlil edib, onun məhkəmədə verdiyi ifadəlırinin işin faktiki hallarına, iş üzrə əldə edilmiş əməliyyat məlumatlarına uyğun olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadələrinin isə istintaq orqanı tərəfindən obyektiv müəyyən edilmiş işin hallarına uyğun olduğunu hesab edir . Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasının xüsusi xidmət orqanının əməkdaşlarına verdiyi məlumatlar Azərbaycan Respublikasınının təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyətinin zəiflədilməsinə yönələn məlumatlar olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən məlumatların xarici dövlətin xüsusi xidmət orqanına veriləcəyi təqdirdə bunun Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə yaradacağı nəticələrini dərk etmişdir. Məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan şəraitdə və vaxtda xarici dövlətin xüsusi xidmət orqanının Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə tamah məqsədi ilə əməkdaşlıq etməyə razılıq verib bu istiqamətdə fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası CM-in 274-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan dövlətə xəyanət formal tərkibli olub Azərbaycan Respublikası vətəndaşının xarici xüsusi xidmət orqanı əməkdaşı ilə əməkdaşlıq etməsinə razılıq verdiyi andan cinayət əməli başa çatmış hesab olunur; Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 274-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu məddədə nəzərdə tutulmuş cinayətin törədilməsi üçün xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş şəxs aldığı cinayət tapşırığının icrası üzrə heç bir fəaliyyət göstərməmişsə və dövlət hakimiyyət orqanlarına könüllü surətdə və vaxtında məlumat vermişsə və ya Azərbaycan Respublikasının mənafələrinə ziyan vurulmasının qarşısının alınmasına sair formada kömək etmişsə, əgər onun hərəkətlərində başqa cinayət tərkibi yoxdursa o, cinayət məsuliyyətindən azad olunur, Təqsirləndirilən şəxs isə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 274-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 274-cü maddəsinin sanksiyasında on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 15.5-ci maddəsinə əsasən həmin Məcəllənin 274-cü maddəsi xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən həmin Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, ailə vəziyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.6 və 61.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti dini fanatizm və tamah məqsədi ilə, habelə cinayətin onun gəmi kapitanı kimi qulluq mövqeyinə və ya müqaviləyə əsasən ona göstərilən etimaddan istifadə etməklə törətməsi onun məsuliyyətini ağırlaşdıran hallar kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasının ağırlaşdıran halların mövcudluğunu və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 274-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 03 iyun 2022-ci il tarixdən hesablanmasını, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş İdarəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus Samsung A3s markalı mobil telefon və Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş «Lenovo» markalı noutbuk Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılmalı, 01 ədəd narıncı rəngli qeydiyyat kitabçası, 01 ədəd üzərində fars dilində CD disk, 03 ədəd İran bankına məxsus kart, 01 ədəd göy rəngli sertifikat, 01 ədəd tədris məşğələləri jurnalı, 05 ədəd fars dilində kitab, 1 ədəd üzərində Hacı Zülfüqar yazılmış DVD disk, 01 ədəd İİR-ə məxsus dövlət bayrağı aidiyyatı üzrə müvafiq dövlət qurumuna təhvil edilməlidir. Azərbaycan Respublikası CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-fonoskopik ekspertiza üzrə tədqiqatların dəyəri 250 (iki yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 03 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus Samsung A3s markalı mobil telefon və Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş Lenovo markalı noutbuk Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılsın, 01 ədəd narıncı rəngli qeydiyyat kitabçası, 01 ədəd üzərində fars dilində CD disk, 03 ədəd İran bankına məxsus kart, 01 ədəd göy rəngli sertifikat, 01 ədəd tədris məşğələləri jurnalı, 05 ədəd fars dilində kitab, 1 ədəd üzərində Hacı Zülfüqar yazılmış DVD disk, 01 ədəd İİR-ə məxsus dövlət bayrağı aidiyyatı üzrə müvafiq dövlət qurumuna təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-fonoskopik ekspertiza üzrə tədqiqatların dəyəri 250 (iki yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-166/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-166/2024
03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver