Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-166/2025 03.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X9 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxslərin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 hüquqi varisi X4 iştirakları ilə xx xxxxxxxx 1965-ci il tarixdə İmişli rayonu, Poltavka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə xx xxxx 1959-cu il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hovsan Südçülük sovxozunda fərdi evdə qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə saat 09:15-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. 2.Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 özlərini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü və vəkil kimi təqdim edərək, Zərərçəkmiş şəxs2 aid mülki işlə bağlı iddia ərizəsi ilə Şəmkir rayon məhkəməsinə müraciət edəcəyinə və mülki mühakimə qaydasında baxılacaq işin onun xeyrinə həll olunacağına dair yalandan vəd verib etibardan sui-istifadə etməklə Zərərçəkmiş şəxs2 aldadaraq, 2021-ci ilin mart ayında hissə-hissə olmaqla cəmi 2000 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə Nərimanov rayonu X30 küçəsi 82 ünvanında yerləşən “Tonqal” restoranında alıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 qeyd olunan məbləğdə ziyan vurmaqla dələduzluq etmişlər. 3.Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 özlərini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü və vəkil kimi təqdim edərək, Sumqayıt inzibati məhkəməsində və yuxarı məhkəmə instansiyalarında soyadın dəyişdirilməsinə dair iddia tələbi ilə bağlı işi 1500 manat pul müqabilində onun xeyrinə həll edəcəyinə dair yalandan vəd verib etibardan sui-istifadə etməklə Zərərçəkmiş şəxs3 aldadaraq, 2022-ci ilin mart ayının 23-dən həmin ayın 27-dək olan müddət ərzində hissəhissə olmaqla ünvan 3 ünvanında yerləşən ofisdə nağd və ödəmə terminalı vasitəsi ilə köçürməklə göndərilmiş ümumilikdə 1500 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək, vədinə əməl etməmiş və nəticədə Zərərçəkmiş şəxs3 qeyd olunan miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. 4.Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halmda Zərərçəkmiş şəxs1 özlərini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü və vəkil kimi təqdim edərək, Nərimanov rayon məhkəməsində və yuxarı məhkəmə instansiyalarında yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işi 100.000 manat pul müqabilində iddianın onun xeyrinə təmin olunmasını həll edəcəyinə dair yalandan vəd verib aldadaraq, 03 fevral 2020-ci il tarixdən 18 mart 2023-cü il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla Bakı şəhərinin müxtəlif rayonlarının ərazilərində, sonuncu dəfə isə Nərimanov rayonu X30 küçəsi 82 ünvanında yerləşən "Tonqal” restoranında vahid niyyətlə əhatə olunmuş qəsdlə cəmi 86.500 manat məbləğində pulunu alaraq vədlərinə əməl etməyib Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. 5.Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. 6.Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halmda Zərərçəkmiş şəxs2 özlərini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü və vəkil kimi təqdim edərək, Zərərçəkmiş şəxs2 aid mülki işlə bağlı iddia ərizəsi ilə Şəmkir rayon məhkəməsinə müraciət edəcəyinə və mülki mühakimə qaydasında baxılacaq işin onun xeyrinə həll olunacağına dair yalandan vəd verib etibardan sui-istifadə etməklə Zərərçəkmiş şəxs2 aldadaraq, 2021-ci ilin mart ayında hissə- hissə olmaqla cəmi 2000 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə Nərimanov rayonu X30 küçəsi 82 ünvanında yerləşən "Tonqal" restoranında alıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 qeyd olunan məbləğdə ziyan vurmaqla dələduzluq etmişlər. 7.Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 özlərini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü və vəkil kimi təqdim edərək, Sumqayıt inzibati məhkəməsində və yuxarı məhkəmə instansiyalarında soyadın dəyişdirilməsinə dair iddia tələbi ilə bağlı işi 1500 manat pul müqabilində onun xeyrinə həll edəcəyinə dair yalandan vəd verib etibardan sui-istifadə etməklə Zərərçəkmiş şəxs3 aldadaraq, 2022-ci ilin mart ayının 23-dən həmin ayın 27-dək olan müddət ərzində hissəhissə olmaqla ünvan 3 ünvanında yerləşən ofisdə nağd və ödəmə terminalı vasitəsi ilə köçürməklə göndərilmiş ümumilikdə 1500 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək, vədinə əməl etməmiş və nəticədə Zərərçəkmiş şəxs3 qeyd olunan miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. 8.Bundan başqa, təkrarən Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə Özgənin əmlakım ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 Özlərini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü və vəkil kimi təqdim edərək, Nərimanov rayon məhkəməsində və yuxarı məhkəmə instansiyalarında yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işi 100.000 manat pul müqabilində iddianın onun xeyrinə təmin olunmasını həll edəcəyinə dair yalandan vəd verib aldadaraq, 03 fevral 2020-ci il tarixdən 18 mart 2023-cü il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla Bakı şəhərinin müxtəlif rayonlarının ərazilərində, sonuncu ; dəfə isə Nərimanov rayonu X30 küçəsi 82 ünvanında yerləşən “Tonqal” İ restoranında vahid niyyətlə əhatə olunmuş qəsdlə cəmi 86.500 manat məbləğində pulunu alaraq vədlərinə əməl etməyib Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. Sübutların tədqiqi: 9.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, İbad ona zəng edərək Sumqayıtda Zərərçəkmiş şəxs3 ilə görüşdüyünü və Zərərçəkmiş şəxs3 soyadını dəyişmək istədiyini demişdir. Bu zaman onlara aidiyyətinin olmadığını, gedib qeydiyyat şöbəsinə müraciət etməsini bildirmişdir. İbad məhkəmə qərarları olduğunu demiş, bundan sonra İbad “götür qərarları gəl baxarıq, nə var nə yox” demişdir. Üç gün sonra Zərərçəkmiş şəxs3 onların ofisinə gəlmiş, Zərərçəkmiş şəxs3 sənədlərinə baxmış və məhkəmə qətnaməsi olduğunu görmüşdür. Həmin qətnamədə Zərərçəkmiş şəxs3 qeydiyyat idarəsinin soyadını dəyişməsindən imtina edilməsi qərarından məhkəməyə şikayət etmişdir. O, sənədləri Zərərçəkmiş şəxs3 özünə qaytarmış və alınan məsələ olmadığını bildirmişdir. İbad Zərərçəkmiş şəxs3 həyat yoldaşının soyadını götürmək istədiyini demiş, o, qeydiyyat şöbəsinə təqdim etmək üçün ərizəni yazıb hazır edərək Zərərçəkmiş şəxs3 vermişdir. Qeydiyyat şöbəsindən də imtina verilmiş, sonra İnzibati Məhkəməyə müraciət etmişlər və məhkəmə iddianı təmin etməmişdir. Razılaşmalarına əsasən xidmətin göstərilməsi ilə bağlı min manat ödənilməli olmuş, 300 manat ödənilmiş, yeddi yüz manat da karta köçürülmüşdür. Zərərçəkmiş şəxs3 həftədə bir-iki dəfə ofisə gəlmişdir. Onların razılaşmaları həyat yoldaşının soyadın götürə bilməsi ilə bağlı məhkəməyə iddia verilməsi olmuşdur. Daha sonra da apellyasiya məhkəməsinə müraciət etmişdir. İbad ona Novruzun əmisi oğlu Nicatın həyat yoldaşının həyət evi olduğunu, həmin evin vərəsəliklə gəldiyini və bacısı ilə aralarında mübahisələrinin olduğunu demişdir. Bundan 15 gün sonra Nicatla ofisdə görüşməyə gələndə Şahid2 adlı bir şəxs orada olmuşdur. Onların Nicatla aralarında olan razılaşma evə paylı istifadə alınmasından ibarət olmuşdur. Nicatla aralarında olan razılaşma iki min manatlıq müqavilə barədə olmuşdur. Müqavilədə ərizələrin yazılması və məhkəmədə iştirak nəzərdə tutulmuşdur. Onların işləri fərdi sahibkarlıq qaydasında hüquqi xidmətin göstərilməsindən ibarət olmuşdur. 2019-cu ilin sonlarında İbad onunla əlaqə saxlayaraq Qroznuda olan dostunun kürəkəninin mənzil problemi olduğunu bildirmişdir. Daha sonra, Nicat sənədləri gətirmiş, o, müqavilələrə və maliyyə arayışlarına baxaraq “əmlakları almaq olar” demişdir. Məhkəməyə qədər istifadə hüququnun alınması ilə, əks halda məhkəməyə müraciət edilməsi ilə bağlı öhdəlik götürmüşlər. O, MTK-dan şikayətləri hazırlayıb müxtəlif dövlət orqanlarına göndərmişdir. Sonra zəng edərək Novruzgili Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağırdıqlarını demişlər. Orada prokurorun yanında olmuşlar, oradan çıxandan sonra İsfəndiyar kişi həmin mənzillərin 5%-i həcmində onlara qonorar verəcəyini demişdir. O, məhkəməyəqədər mənzilə istifadə hüququnun alınması ilə bağlı müraciət edəcəklərini, alınmasa məhkəmədə artıq vəkillə danışmalı olacaqlarını bildirmişdir. İsfəndiyar kişi “istəyirsiniz 5, istəyirsiniz 10 nəfər işləyin mən sizə beş faiz qonorar verəcəm” demişdir. O, oktyabr ayında həmin işə məhkəmədə baxılması ilə bağlı MTK-ya pretenziya yollamış, MTK cavab vermədiyindən məhkəməyə müraciət etmişdir. İbada etibarnamə verildiyindən İbad məhkəmədə təmsil etmək üçün vəkillə müqavilə bağlamışdır. Vəkilin məhkəmədə olan işləri formal olmuş, bütün işləri o aparmışdır. Bu işlərlə bağlı ilkin olaraq beş min manat ödənilmişdir. Sonra verilən pulun işə aidiyyatı olmadığını demişlər. 2021-ci ilin mart ayında İbad İsfəndiyarın onlara bayram pulu göndərdiyini demiş, İsfəndiyar Novruzla üç min pul yollamış və o, pulu bölüşdürmüşdür. Ramilə min, İbada isə yeddi yüz vermişdir. Bundan başqa onları Şəmkirə istirahətə dəvət etmişlər. Geri qayıdanda taksinin pulu verilmiş və əlavə olaraq min beş yüz də verilmişdir. Pulu Novruz masanın üzərinə qoymuş, o da pulu cibinə qoymuşdur. Bir dəfə də min manat vermişdir. Pulları onları istəməmiş, özləri vermişlər. Ona verilən on min manatdan min beş yüz manatı Ramil müəllimə vermişdir. O, həmin on mindən beş mini müqavilə üçün almışdır. Onlardan heç bir şey istəməmişlər, səkkiz min beş yüzü onlara hədiyyə yollamışlar və səkkiz min beş yüzü İbadla öz aralarında bölmüşlər. O, Zərərçəkmiş şəxs1 ibtidai istintaq dövründə tanımış, qırx min manatın təcili lazım olması barədə Novruza zəng etməmişdir. 10.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində bildirmişdir ki, o, İbad Novruzun qaynatası Əmiraslanov İspəndiyarı tanımış və aralarında normal münasibətləri olmuşdur. Onun həqiqətən Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs1 və onun qohumu Zərərçəkmiş şəxs2 mülki işləri ilə bağlı məhkəmələrdə iddialarının təmin edilməsi ilə bağlı sövdələşmələrinin olduğunu bildirmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 mülki işi ilə bağlı Şəmkir rayon məhkəməsində iddianın baxılıb təmin edilməsi məqsədi ilə ondan cəmi 2000 manat məbləğində pul aldıqlarını, həmin pulun bir hissəsini o, özü qalan hissəsini isə İbada verdiyini bildirmişdir. Pulu iki dəfəyə - 2021-ci ilin mart ayında hissə-hissə verdiyini, Zərərçəkmiş şəxs2 1-ci dəfə 1500 manat pulu Nərimanov rayonu ərazisində “Tonqal” restoranında, sonra isə 500 manat bank kart hesabına ödəniş edildiyini bildirmişdir. Onun iddiası ilə bağlı sənədləri Şəmkir rayon məhkəməsi üçün hazırlasa da, lakin məhkəmə prosesi onun xəstəliyi ilə bağlı baş tutmadığını bildirmişdir. Bu səbəbdən zəruri sənədləri məhkəməyə təqdim edə bilmədiyini demişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs1 onun Nərimanov rayon məhkəməsində "xxxx" S.S MMC- ilə bağlı mülki işi ilə əlaqədar hissəhissə olmaqla cəmi 03 fevral 2020-ci il tarixdən 18 mart 2023-cü il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla müxtəlif yerlərdə, sonuncu dəfə isə “Tonqal” restoranında cəmi 10.000 manat məbləğində pul aldığını, həmin pulun 1500 manatını vəkil Ramin müəllimə verdiyini, onunla müqavilə bağladığını, lakin məhkəmə prosesində iddianın tam deyil, qismən təmin edildiyini bildirmişdir. Bununla razılaşmayan Zərərçəkmiş şəxs1 narazılığını bildirdiyini demişdir. Sonra apellyasiya və digər məhkəmə instansiyalarına qarşı tərəf müraciət etsə də, o, xəstəliyi ilə bağlı həmin işin həlli ilə məşğul ola bilmədiyini demişdir. Novruz və Nicat ona vermiş olduğu pullarının geri qaytarılmasını tələb etməyə başladığını bildirmişdir. Aldığı pullardan 1000 manatını o, vəkil Raminə, qalan hissəsini isə Təqsirləndirilən şəxs2lə aralarında bölüşdürdüyünü bildirmişdir. O, Zərərçəkmiş şəxs1 mülki işin həlli ilə bağlı 86.500 manat deyil, cəmi 10.000 manat pul aldığını, Nicatdan aldığı 2000 manat pulu da İbadla aralarında böldüklərini və həmin pulu öz ehtiyaclarına sərf etdiyini bildirmişdir. Novruz və Nicatın pulunu imkanı olan kimi qaytaracağına söz verdiyini bildirmişdir. O, Nicata və Novruza özünün vəkil və Kollegiyanın üzvü olmağını demədiyini, belə ki, o, vəkil olmadığını, sadəcə hüquqi yardım kimi bir sıra hüquqi sənədlərin onların iddiaları ilə bağlı hazırladığını və müraciət edən şəxslərə təqdim etdiyini bildirmişdir. O, Nicatın və Novruzun mülki işləri ilə bağlı onların məhkəmədə iddialarını onların xeyrinə təmin edəcəyinə dair heç bir vəd vermədiyini bildirmişdir. Bundan başqa, 2013-cü il tarixdən etibarən hüquqi yardım xidmətləri ilə məşğul olduğundan, təxminən iki il əvvəl dostu Təqsirləndirilən şəxs2 ona zəng edərək bir nəfər tanşının soyadını dəyişmək istədiyini, Sumqayıt şəhərində onunla görüşdüyünü bildirdiyini demiş və daha sonra onun Xətai rayonu, S.Ə.ünvan 4 ünvanında yerləşən icarəyə götürdüdyü ofisə yaxınlaşdıqlarını bildirmişdir. Əvvəllər tanımadığı Zərərçəkmiş şəxs3 soyadını dəyişmək istədiyini bildirmişdir. O, ondan deportasiya olduğunu soruşmuş, lakin elə bir faktın olmadığını demişdir. O, ona yalnız arvadının soyadını götürə biləcəyini bildirdiyini demişdir. Zərərçəkmiş şəxs3 onunla razılaşdığını bildirmişdir. O, bu barədə ərizə ilə Sumqayıt şəhər qeydiyyat idarəsinə müraciət etdiyini bildirmişdir. Ərizəyə həmin şəxsin əvvəlki soyadının dəyişməsinə qanunla icazə verilməməsi barədə cavab verildiyini bildirmişdir. O, ona yalnız arvadının soyadını ala biləcəyini bildirmişdir. O da, onunla razılaşdığını bildirmişdir. Bu işi görmək üçün Təqsirləndirilən şəxs2 onunla 1500 manat məbləğə pula razılıq əldə etdiyini, onunla müqavilə bağladığını və 1000 manat pulu müqavilə üçün xərclədiyini bildirmişdir. 500 manat pulu iş prosesində xatırlamadığı müxtəlif şeylər üçün xərcləndiyini bildirmişdir. O, bu müraciətlə sənədləri hazırlayıb Sumqayıt İnzibati Məhkəməsinə təqdim etdiyini demişdir. Məhkəmə əvvəlki məhkəmənin qüvvədə olan qərarına görə onların iddiasını rədd elədiyini bildirmişdir. Məhkəmə qərarında apelyasiya şikayəti hazırlayaraq apelyasiya məhkəməsinə təqdim etdiyini bildirmişdir. Apelyasiya məhkəməsi rayon məhkəməsinin qərarını qüvvədə saxladığını bildirmişdir. Apelyasiya məhkəməsinin qərarında isə Ali Məhkəməyə kassasiya şikayəti verdiyini, lakin şikayətin icraata almıb-almmaması barədə məlumatı olmadığım bildirmişdir. Müqavilə üzrə üzərinə götürülən öhdəliklər tərəfindən yerinə yetirildiyini bildirmişdir. Zərərçəkmiş şəxs3 sonradan müqavilə üzrə ödədiyi pulu geri tələb etməyə başladığını bildirmişdir. O, ona müqavilə üzrə götürülmüş öhdəlikləri yerinə yetirdiyindən və bu səbəbdən pul qaytarılmayacağını bildirdiyini demişdir. Həmin məbləğdən 300 manatı İbada şəxsən verildiyini, qalan 700 manat onun göstərdiyi hüquqi yardıma görə ona verildiyini, əlavə 500 manat pul isə hüquqi yardımla bağlı digər xərclərə və nəqliyyata, yəni məhkəmələrə gediş - gəlişlərə sərf edildiyini bildirmişdir. O, vəkil olmadığını və ona vəkil kimi özünü təqdim etmədiyini, belə ki, vəkil kimi fəaliyyət göstərmədiyini, hüquqi xidmət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs3 həmin məbləğ pulun işi görəcək məhkəmə hakiminə verəcəyi barədə heç bir söz və vəd vermədiyini bildirmişdir (İİ cild, səh. 219-221). 11.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, qırx illik dostu olan İsfəndiyar Əmiraslanov 2019-cu ilin yay aylarında ona zəng edərək görüşməyi demişdir. Bundan sonra, Bakı şəhərində, “Sahil” metrostansiyası istiqamətində İsfəndiyarla görüşmüşdür. Ona "xxxx" MMC-də 19 mənzillərinin olduğunu və mübahisələrinin olduğunu demişdir. İsfəndiyar həmin işlərlə bağl ona savadlı və təcrübəli hüquqşünas, vəkil lazım olduğunu bildirmişdir. Dostu olan İsfəndiyarın yanında Təqsirləndirilən şəxs1 zəng edərək mübahisəli mənzillərlə bağlı məsələni demiş, Təqsirləndirilən şəxs1 da bu gün vaxtının olmadığını, sabah şəhərə gələcəyini demiş və götürüb oraya gəlməsini bildirmişdir. Onun işi olduğundan gedə bilməmiş, dostu İsfəndiyar öz kürəkənini də götürüb gedərək Korrupsiya İdarəsinin ətrafında görüşmüş və orada onlara bu işlə bağlı hüquqi xidmət göstərməyə görə razılaşmışlar. Səhəri gün müqavilə bağlamaq üçün Novruz 19 mənzilə aid sənədləri Xətai rayonunda S.Ə.Şirvani küçəsində yerləşən Təqsirləndirilən şəxs1 ofisinə gətirmişdir. Həmin gün Təqsirləndirilən şəxs1la qanuni beş yüz manat müqavilə bağlanılmışdır. Bir neçə gün sonra əlavə olaraq 300 manat pul ofisdə Təqsirləndirilən şəxs1 ödənilmişdir. Bir müddət sonra qohumu Nicat Şəmkir Məhkəməsində olan işlə bağlı hissə-hissə üç min manat ödəmişdir. Bu ödənişlərdən sonra Təqsirləndirilən şəxs1 onlara yüksək şəkildə xidmət göstərmişdir. Onunla Novruzun arasında da etibarnamə olmuşdur. Təqsirləndirilən şəxs1 həmin sənədlərin üzərində çox əziyyət çəkmişdir. Elə olmuşdur ki, iş məhkəməyə yönəlmişdir. Bundan sonra vəkil Ramil ofisə dəvət edilmiş, mənzillərlə bağlı Nərimanov Məhkəməsinə müraciət olunmuş və iddia təmin olunmuşdur. Daha sonra qarşı tərəf apellyasiya şikayəti vermiş və Apellyasiya Məhkəməsində qüvvədə qalmışdır. Daha sonra dostunun rəhmətə getməsi xəbəri gəlmiş və o, ailəsi ilə birlikdə Şəmkirə getmişdir. Bu işlərlə bağlı onun bildikləri yalnız bundan ibarət olmuşdur. Səksən altı min beş yüz verilməsi tam yalandır. İstintaq dövründə zalda əyləşən xanım və Zərərçəkmiş şəxs1 onu çağıraraq “sən dostumuzsan gəl ifadə ver ki, İlham konkret olaraq bizdən bu qədər pulu alıb” demişlər. Qalan 19 mənzil sahiblərini görməmiş, nə də onlar onu görməmişlər. O, xəstəxanada müalicə alıb çıxdıqdan sonra Novruz ona zəng edərək İlhamın telefonuna zəng çatmadığını bildirmişdir. İlhamın yerini öyrənərək 5 nömrəli xəstəxanaya getmiş, birbaşa görüntülü Novruza zəng edərək “İlham qaraciyər xəstəsidir, qoy ayağa qalxsın, sizin işinizi davam etdirsin” demişdir. İlhamdan bunların belə şaiələr yaydıqlarını soruşmuş, İlham da cavabında “verdikləri pul odur, ərizələri də tam olaraq təmin olunub, Apellyasiya qüvvədə saxlayıb, dörd mənzil qalıb, çıxanda özüm məşğul olacam” demişdir. Bir daha qeyd edir ki, o, pul görməmiş və vicdanı qarşısında təmizdir. O, heç kimə qarşı dələduzluq etməmiş, işdə olan etibarnamədən göründüyü kimi ona yalnız vəkillə müqavilə bağlanılması üçün verilmişdir. O, uzun illər polis orqanlarında nümunəvi xidmət göstərmişdir. Onu da qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs1 fevral ayının 23-də ağır xəstəliyə düçar olunmuşdur. Həmin 15 mənzillə bağlı iddia təmin edilmiş, 4 mənzil qalmışdır. Təqsirləndirilən şəxs1 yanına vəkillər gəlmiş, o da bəzən ofisinə gedirək kuryer kimi sənədləri məhkəmələrə və s. yerlərə çatdırıb 50-100 manat arası pul almışdır. Bundan başqa o, heç vaxt özünü vəkil kimi təqdim etməmiş, yalnız pensiyaya çıxdıqdan sonra müki işlərlə bağlı bəzən məhkəmələrə gedib-gəlmiş, bu da artıq 2018-ci ildə dayandırılmışdır. Ona qarşı irəli sürülən ittiham əsassızdır. Novruz ona “İlhamın üzünə dur ki, biz İlhama pul vermişik” demişdir. Müstəntiq onunla Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə protokolu tərtib etmiş, həmin protokolda Novruz özü göstərir ki, ona kollegiyanın üzvü olan vəkil təqdim etmələri üçün qayınatası onları tanış etmişdir. Bunlar Zərərçəkmiş şəxs1 öz ifadəsində olmuşdur. Hətta o, dəfələrlə müstəntiqə 1969-cu il təvəllüd olmadığını, nəyə görə ittiham aktında hər yerdə onu belə göstərdiyini demişdir. Belə olduğu halda müstəntiqin onu əlbirlikdə ittiham etməyə heç bir hüququ yoxdur. Müstəntiq açıq-aşkar ona qarşı qərəzli mövqedə dayanmışdır. Onu da qeyd etmək istəyir ki, müstəntiq onun həbs olunmağına dair Nərimanov Rayon Prokurorluğuna vəsatət vermiş, lakin vəsatət təmin edilməmişdir. Əvvəlcə bildiyi qədər cinayət işini ləğv etmişlər, lakin sonra təzədən həmin qərarı ləğv etmişlər. Zərərçəkmiş şəxs3 dostu olan Rövşən vasitəsi ilə tanımış, Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs3 o tanış etmişdir. Zərərçəkmiş şəxs3 iki dəfə deport etdiklərindən soyadını dəyişmişdir. İlham işi götürmüş və üç dəfə birgə məhkəməyə getmişlər. Zərərçəkmiş şəxs3 hissə-hissə min beş yüz alınmış, o, üç yüz manat almış və digər məbləğlərin İlhama verilməsinin şahidi olmuşdur. İlhamın kartına yeddi yüz köçürülmüş, beş yüz manatın verilməsini isə görməmişdir. Vəkilin işi həll olunmamış, məhkəmə təmin etməmiş, çünki deport edildiyindən üçüncü dəfə soyadını dəyişmək istədiyi məlum olmuşdur. Zərərçəkmiş şəxs1 hissə-hissə səksən altı min beş yüz manat pul alınmamış, Novruzdan beş min, üç min və iki min olmaqla cəmi on min pul alınmışdır. Ondan alınmış ifadələrlə tanış olduqdan sonra müstəntiqin işi qeyriobyektiv, qərəzli və birtərəfli apardığına, onun ifadəsini təhrif etdiyinə əmin olmuşdur. İttiham tam olaraq ziddiyyətlidir. Müstəntiq onu dindirərkən yaşlı və xəstə olmasından çox məharətlə istifadə etmişdir. Müstəntiq ona “narahat olma, sənin heç bir günahın yoxdur” demişdir. Müstəntiq onun ifadələrinə diqqət yetirmədən tez-tez ifadələrini dayandırmışdır. Müstəntiq onu prokurorun yanına aparanda, prokuror işlə tanış olduqdan sonra “bu kişinin burada heç bir şeyi yoxdur, bunu niyə burada həbsə gətirmisiniz” demişdir. İttiham aktı ilə razı olmadığını bir daha qeyd edir. Onun ibtidai istintaq zamanı verdiyi ifadələrinin yox, yalnız məhkəmədə verdiyi ifadələrinin mötəbər sübut kimi qəbul edilməsini xahiş edir. Odur ki, barəsində bəraət hökmünün çıxarılmasını və müstəntiq barəsində xüsus qərar çıxarılmasını xahiş edir. 12.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində bildirmişdir ki, o, heç yerdə işləməmiş, hazırda təqaüddə olmuşdur. Əvvəllər dost kimi münasibət saxladığı Təqsirləndirilən şəxs1 oğunun vətəndaşlara hüquqi yardım işləri üzrə qeyri-rəsmi olaraq köməkçisi kimi fəaliyyət göstərdiyini bildirmişdir. Onun Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvanı 31A ünvanında ofisi olduğunu bildirmişdir. 2019-cu ilin yay aylarında İspəndiyar ilə görüşən zaman o, Peterburqda ticarətlə məşğul olduğunu bildirmişdir. Onunla söhbət zamanı o, Evrostroyda mənzillərlə bağlı problemlərin yarandığını və həmin məsələləri həll etmək üçün güclü vəkil lazım olduğunu bildirmişdir. O, bu xahişlə bağlı tanışı Təqsirləndirilən şəxs1 zəng etdiyini və ona İspəndiyarın problemi söylədiyini bildirmişdir. Sonra İlham onlara səhəri günü gəlmələrini demişdir. Korrupsiya baş idarəsinin qarşısında görüşüb söhbət edəcəklərini bildirmişdir. Lakin, onun işi olduğu üçün o, onlarla görüşə gedə bilmədiyini demişdir. İspəndiyar kürəkəni Novruzla bərabər onunla görüşə getmişlər. Bir neçə gündən sonra ilk dəfə gördüyü Novruz onların Əhmədi idə S.Ə.Şirvanı küçəsində yerləşən ofisinə gəldiyini və orada evlərə aid lazım olan bütün sənədləri ona və İlhama təqdim etdiyini bildirmişdir. Sonra Novruz ona notariusda etibarnamə verdiyini və o, İlhamla birlikdə Novruza sənin bütün məsələlərini məhkəmə yolu ilə xeyrinə həll edəcəklərini bildirmişdir. “Sən rahat çıxıb Rusiyaya gedə bilərsən”deyə bildirmişdir. Sonra o, öz adından İlhama etibarnamə verdiyini, Novruzun mülki işləri ilə bağlı məhkəmələrdə iştirak etsin deyə bildirmişdir. Sonra İlham vəkil Ramin Əliyevi ofisə çağırdığını və o, Raminə və İlhama etibarnamə verdiyini, müqavilə bağlayaraq, sənədləşmələri hazırlamağını, məhkəmədə iştirak etməsini bildirmişdir. Həmin günü Novruz 5000 manat pul ona verdiyini və o, da həmin pulu İlhama verdiyini bildirmişdir. Sonra Novruz yenə 3000 manat pul verdiyini və o, həmin pulun 3000 manatını da İlhama verdiyini və həmin puldan İlham ona 500 manat xərclik kimi verdiyini bildirmişdir. İlham Novruza və onu əmin edərək, onların işlərini məhkəmələrdə onların xeyrinə həll edəcəklərini bildirmişdir. Etmədiyi təqdirdə pulu tam şəkildə Novruza qaytaracağını bildirmişdir. Bundan sonra hissə-hissə olmaqla yadında qalmayan tarixlərdə İlham Novruzdan müəyyən məbləğlərdə pul istədiyini və Novruzda onun tələb etdiyi məbləğləri ona verdiyini bildirmişdir. Pulları Tonqal restoranında, ofisdə və yadında qalmayan yerlərdə verildiyini demişdir. İlham Novruzdan cəmi 86.500 manat məbləğində pulu alsa da, həmin puldan ona cəmi bir dəfə 500 manat, daha sonra isə yenə də 500 manat pul verdiyini bildirmişdir. Qalan məbləğ pulun hamısını Təqsirləndirilən şəxs1 verildiyini bildirmişdir. O, Novruz pulların müəyyən hissəsini onun yanında İlhama, müəyyən hissəsini isə onun iştirakı olmadan verildiyini bildirmişdir. Dəqiq məbləğləri hazırda xatırlamadığını demişdir. Təxminən 10.000 manat pulun onun vasitəsi ilə İlhama verildiyini bildirmişdir. Bundan sonra iddia ilə bağlı Nərimanov məhkəməsinə müraciət edildiyini və xx.xx.2021-ci ildə Nərimanov rayon məhkəməsi Novruzun və digərlərin iddiasını qismən təmin etdiyini bildirmişdir. Lakin, bu hal qarşı tərəfdən apellyasiya məhkəməsinə verildiyini bildirmişdir. Bundan sonra İlham ona Novruzun apellyasiya məhkəməsində iddiasını tam təmin edəcəyini, narahatçılığını olmayacağını bildirməsini demişdir. O, da Norvuzla əlaqə saxladığını və ona hər şeyin öz qaydasında olduğunu, apellyasiya məhkəməsi onların xeyrinə qərar çıxardığını bildirmişdir. Lakin İlham ona həmin qərarı göstərmədiyini və qərarı gedib məhkəmədən götürəcəklərini demişdir. 2023-cü ilin fevral ayında İlhamın xəstələndiyini və o işləri sağalandan sonra həll edəcəyini bildirmişdir. Sonradan o, İlhamın Novruzu və onu aldatdığını və Novruzun ona verdiyi pulları ələ keçirdiyini bildirmişdir. Sonradan o, İlhamın ona yalan danışdığını, güya Apellyasiya məhkəməsi olub, Novruzun xeyrinə qərar qəbul etdiyini bildirmişdir. Bundan sonra o, İlhama Novruzun pullarını geri tələb etdiyini bildirmişdir. O, İlhamın ona "Novruz mənə vaxt versin və mən Novruzun pullarını qaytaracağam” deyə dediyini bildirmişdir. O, İlhamın Novruzdan 45.000 manat pul istədiyini, lakin pulun verilməsində iştirak etmədiyini, İlhamın Novruzdan 35.000 manat pulu aldığını bildirmişdir. Həmin məbləğ puldan İlhamın ona bir manat da olsun belə vermədiyini, İlhamın həmin pulu Novruzdan məhkəmədə işin onun xeyrinə həll edilməsi üçün aldığını bildirmişdir. Bundan başqa o, Novruzun əmisi oğlu Nicatın İlhama cəmi 2000 manat pul verdiyini, həmin pulun Şəmkir məhkəməsində mülki işinin həlli ilə bağlı olduğunu bildirmişdir. Həmin pulun 500 manatını onun kart hesabına köçürmə yolu ilə, qalan hissəsini isə Nərimanov rayonunda yerləşən “Tonqal” restoranında vermişdir. Həmin pulu Nicatın onu vasitəsi ilə İlhama verdiyini, İlhamın həmin puldan ona heç bir məbləğdə pul vermədiyini demişdir. Sonradan İlhamın ona Nicatın Şəmkirdəki işini də həll etdiyini bildirmişdir. İlham özünü Novruza vəkil olduğunu, Vəkillər Kolegiyasınm üzvü olduğunu bildirmədiyini demişdir. O da, onun dediklərinə inandığını bildirmişdir. İlhamı o, təxminən 5- 6 il olar ki, tanıdığını bildirmişdir. Ona verilmiş 1000 manat məbləğində pulu o, yaxın vaxtlarda Novruza qaytaracağına söz verdiyini demişdir. Qalan məbləğlərin isə ona heç bir aidiyyəti olmadığını bildirmişdir. O, il bundan əvvəl təxminən 2021-ci ilin iyul ayında tanışları vasitəsilə bir nəfər əvvəllər tanımadığı Zərərçəkmiş şəxs3 adlı şəxsin ona yaxınlaşaraq soyadını dəyişmək istədiyini bildirdiyini demişdir. O da, dostu Təqsirləndirilən şəxs1la məsləhətləşdiyini, həmin şəxsi İlhamın işlədiyi ünvan 6 ünvanında yerləşən ofisinə göndərdiyini bilirmişdir. İlkin olaraq Zərərçəkmiş şəxs3 bu işi həyata keçirmək üçün qeyd olunan ofisdə onlara 500 manat pul verdiyini bildirmişdir. O, həmin pulu İlhamın götürdüyünü, onunla müqavilə bağladığını bildirmişdir. O, onların bu işi görmək üçün həmin şəxsdən 1500 manat pul tələb etdiklərini bildirmişdir. Daha sonra o, həmin şəxslə əlaqə saxladığını və geri qalan məbləği İlhamın kartına göndərməsini dediyini bildirmişdir. Zərərçəkmiş şəxs3 ona etibarnamə verdiyini və iddiası ilə bağlı digər zəruri sənədlərini təqdim etdiyini bildirmişdir. Bir neçə ay ərzində məhkəmə prosesləri zamanı Zərərçəkmiş şəxs3 ona 300 manat pul verdiyini demişdir. O, İlhamdan Zərərçəkmiş şəxs3 işi barədə bir neçə dəfə soruşub məlumat aldığını, o da işi həll edəcəyinə dair söz verdiyini dediyini bildirmişdir. O, təxminən bu prosesin bir ilə yaxın davam etdiyini bildirmişdir. Sonra Zərərçəkmiş şəxs3 onunla əlaqə saxlayaraq, işinin həllini soruşduqda o, İlhamın xəstə olduğunu və onu İlhamın müalicə aldığı xəstəxanaya dəvət etdiyini bildirmişdir. O, İlhamın həqiqətəndə xəstə olduğunun şahidi olduğunu bildirmişdir. Orada İlham xəstə olduğunu bildirərək müalicədən sonra bu işi 3 gün müddət ərzində görəcəyini dediyini bildirmişdir. Lakin, daha sonra əməliyyat olunmaq üçün Gürcüstan Respublikasına getdiyini bildirmişdir. Zərərçəkmiş şəxs3 ona zəng edərək İlhamın mobil telefonuna zəng çatmadığını, əlaqə saxlaya bilmədiyini bildirmişdir. O, isə bu barədə hüquq mühafizə orqanlarına şikayət etməsini bildirmişdir. Həmin tarixdən özü də İlham ilə əlaqə saxlaya bilmədiyini demişdir. İlham və o, vəkil olmadığını, Vəkillər Kollegiyasının üzvü olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs3 cəmi 1500 manat məbləğində pul verdiyini, pulun bir hissəsini o, qalan hissəsi isə İlhamın götürdüyünü bildirmişdir (İİ cild, səh. 235-238). 13.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2020-ci ildə qohumlarının adına olan evlərlə bağla qayınatasına müraciət etmiş, qayıntası Çeçenistandan tanıdığı dostu İbadın adını demiş, o da İbadla görüşmüş, daha sonra isə İlhamla və İbadla birlikdə görüşmüşdür. Hər ikisi özlərini vəkil kimi təqdim etmişdir. İbad ona ikisinin birlikdə işlədilərini yəni şərik olduqlarını demişdir. Ona evlərin hamısını təhvil alacaqlarını, ona etibarnamə vermələrini, narahat olmamalarını demişlər. Özü şirkətdən ev almış, şirkət evi ona vermədiyindən həmin şirkətlə mübahisəsi var. Özü Sankt-Peterburqda işlədiyindən, İbadgillə yüz min pula razılaşmış, onlar da pulu işlər görüldükcə hissə-hissə verəcəklərini demişdir. O da pulu onlara hissə-hissə vermiş, ümumilikdə səksən altı min beş yüz vermişdir. Pulları İbada vermişdir. Birinci dəfə Bakıda on beş min vermiş, hər iki təqsirləndirilən şəxs orada olmuş, pulu İlham saymışdır. Pulu hansı tarixdə verməsini xatırlamır, səhv etmirsə ikinci dəfə otuz beş min vermişdir, həmin pulu da hansı tarixdə verməsini xatırlamır. Razılaşdırılan yüz min məbləğ iyirmi iki obyekt və evlə bağlı işlərin həll edilməsi ilə bağlı olmuşdur. Razılaşma belə olmuşdur ki, evlərin təhvil-təslimi olacaq və ona çıxarışları ilə tam veriləcəkdir. Nərimanov Rayon Məhkəməsində təmin edilən iddialar apellyasiyada ləğv edilmişdir. Vəkil Ramilə etibarnaməni kimin verməsini bilmir. Nərimanov Rayon Məhkəməsində baxılan iş üzrə onu İbad təmsil etmişdir. İbada verdiyi etibarnamənin məzmunundan məlumatı yoxdur. İbadla 2020-ci ildə pulu verməzdən iki-üç gün əvvəl Nərimanovda görüşmüşdür. O, İbadla yüz minə bütün işlərin görülməsinə razılaşmışdır. Qardaşı Namiqdən imkanı olmadığından qırx min manat borcu təqsirləndirilən şəxslərə pul verdiyi tarixdə almışdır. Pulun verildiyi tarixlərdə Bakıda olmuş, İbad pulu İlhama onun yanında vermişdir. İbadla görüşəndə İlhamı tanımamışdır. Qayınatası etibarnamə verməsini demiş, o da vermişdir. 230 kvadratlıq evi ilə bağlı mübahisə Ali Məhkəmədən geri qaytarılmışdır. Nərimanov Rayon Məhkəməsində iddiaları qismən təmin edildikdən sonra apellyasiya intansiyasında xidmətdən ona görə imtina etməmişdir ki, İlham ona telefonda apellyasiya ilə bağlı narahat olmamasnı demişdir. Sonra məlum olmuşdur ki, heç bir iş görülməmiş, qayınatası da rəhmətə getmiş, daha sonra hətta ona qayınatası ilə guya dörd yüz minə danışdıqlarını demişlər. Münasibətləri konkret olaraq 2023-cü ildə pozulmuşdur. Nərimanov Rayon Məhkəməsinin onun xeyrinə çıxardığı qətnamənin tarixini xatılramır. Sonradan başqa vəkil ona onun aldadıldığını, heç bir iş görülmədiyini demişdir. 14.Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Şəmkir rayonu Şiştəpə kəndində ailəsi ilə birlikdə yaşamış, fərdi qaydada təsərrüfatla məşğul olmuşdur. Onun Nərimanov rayon məhkəməsində Bakı şəhəri Nərimanov rayonunda yerləşən "xxxx" MMC ilə arasında mülki mübahisə işi ilə bağlı qaynatası mərhum İsfəndiyar Əmiraslanova vəkil lazım olduğunu bildirdiyini, ona bu sahədə kömək etməsini istədiyini xahiş etmişdir. Qaynatası İbad adlı şəxslə onu tanış edərək, bu sahədə ona vəkil kimi kömək edəcəyini bildirmişdir. 2020-ci ilin yanvarında İbadla Nərimanov rayonunda görüşdüyünü, İbad ona özünün vəkil olduğunu, Vəkillər Kollegiyasının üzvü olmasını dostu İlham adlı bir vəkilin də bu sahədə çox güclü vəkil olduğunu, hansı məhkəmə işini götürsə uduşla nəticələndirdiyini bildirmişdir. O, İlhamın da Vəkillər Kollegiyasının üzvü olduğunu bildirmişdir. Onun işini İlhamla birlikdə özü aparacağını və bu işi udmaq üçün ilkin olaraq 100.000 manat verməli olduğumu bildirmişdir. Onlar onu o, qədər inandırmışlar ki, bu işi yüz faiz məhkəmədə udacağını və onlar tam şəkildə onu əmin etdiklərini və bu səbəbdən də onlara qarşı heç bir şübhəsi olmadığından onlarla razılaşdığını, İbad və İlhama hissə-hissə pullar verməyə başladığını bildirmişdir. Beləliklə də o və digər iddiaçılar razılaşaraq, vəkillə bağlı məsələləri o, öz vəsaiti hesabına həll edəcəyini və sonda onların üzərinə düşən xərcləri ona qaytaracağlarmı bildirmişdir. O, İbad və İlhamın tələb etdiyi pulun onlara verilməsinə razılıq verdiyini demişdir. O, vəkillər İbad və İlhama məhkəmə işinin qanuni şəkildə onların xeyrinə tam şəkildə həll edilməsi məqsədi ilə onların istədiyi məbləğin verilməsinə razılaşdıqdan sonra bir aylıq müddətə 40.000 manatı Namiqdən ona borca pul verməsini xahiş etdiyini bildirmiş və Namiq 40.000 manat pulu təşkil edib ona verdiyini demişdir. Bir aydan sonra o, həmin məbləğ pulu Namiqə tam şəkildə qaytardığını bildirmişdir. Həmin mülki işlə bağlı iddiaçıların onun özü, ailə üzvləri və yaxın qohumları olduğunu bildirmişdir. Belə ki, ümumilikdə iddiaçıların sayı 12 nəfər olmuşdur. Siyahı üzrə Zərərçəkmiş şəxs2 Qoçu oğlu, X12, Şahid7, Şahid1, X18, Şahid2, Şahid6, X6, Şahid5, Şahid3, Şahid4 və ondan ibarət olmasını bildirmişdir. Qeyd etdiyi həmin şəxslərin marağlarını məhkəmədə təmsil edəcək vəkil və vəkilə veriləcək pul vəsaitinin həll edilməsi məsələsi hamının razılığı əsasında ona həvalə edildiyini bildirmişdir. İddia məsələsi məhkəmə vasitəsi ilə qanuni əsaslarla onların xeyrinə həll olunduğu halda onun vəkillərə çəkdiyi xərclər iddiaçılar arasında bölünərək ona qaytarılacağı aralarında şifahi olaraq razılaşdırıldığını bildirmişdir. Belə ki, onun imkanı yetərli olmadığına görə 40.000 manat məbləğində pulu qardaşı Şahid7 aldığını və İlhamla İbada verdiyini, 46.500 manat da özü şəxsən İbad və İlhama verdiyini bildirmişdir. Sonradan əmisi oğlu Zərərçəkmiş şəxs2 da ayrı bir Öz işinə, yəni Şəmkir məhkəməsində olan mülki işlə bağlı iddiasının müdafiə edlməsi ilə bağlı Nərimanov rayonu ərazisində Tonqal restoranında onun yanında İlhamla İbada 1500 manat pul verdiyini, qalan məbləği isə yəni 500 manatı bank kart hesabına köçürməklə göndərildiyini bildirmişdir. İlhamla İbad onlarda özlərinə qarşı o qədər inam yaratdıqlarını, onlarda məhkəmədə obyektiv çıxışları ilə məhkəmədə qanuni qərarlar çıxarmağa dəstək olacaqlarına əmin olduqlarını düşündüklərini bildirmişdir. Onların etibarından sui-istifadə edərək özlərini onlara vəkil kimi təqdim edən xx.xx.1965-ci ildə İmişli rayonunda doğulmuş, ünvan 7 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 və xx.xx.1959-cu il təvəllüdlü, Bakı şəhəri Binə qəsəbəsi Hovsan Südçülük sovxozu fərdi evdə qeydiyyatda olan Təqsirləndirilən şəxs2 onların hazırda davam edən məhkəmə işi ilə bağlı ümumilikdə 88.000 (səksən səkkiz min) manat pulu məhkəmədə olan işlərin onların xeyrinə obyektiv qanuni qətnamə çıxmağına dair vəd verdiklərini, onları aldadaraq 03 fevral 2020-ci il tarixdə 15.000 (on beş min) manat pulu Nərimanov rayonunda yerləşən köhnə məhkəmənin qarşısında, 25 mart 2021-ci il tarixdə 35.000 manat məbləğində pulu Xətai rayonunda Əhmədli qəsəbəsində yerləşən ofislərində, 2022-ci ildə mart ayının 20-də cəmi 28.000 (iyirmi səkkiz min) manat pulu Nəzimi rayonunda Qulu Quliyev küçəsi 38 ünvanında yerləşən evinin qarşısında, 15 may 2022-ci il tarixdə 500 manat pulu Nərimanov rayonunda X39 küçəsində “Papatya” mağazasının qarşısında, 10 yanvar 2023cü il tarixdə 5000 (beş min) manat pulu tanışı Rafiq adlı şəxsin vasitəsi ilə, 2023-cü ilin mart ayının 18-də və 3000 manat Nərimanov rayonu Tonqal restoranında İlhamın ondan aldığını, ümumilikdə İlham və İbad ondan qeyd etdiyi təxmini tarixlərdə 86.500 manat pul aldığını bildirmişdir. Əlavə olaraq əmisi oğlu Zərərçəkmiş şəxs2 da başqa bir Nicatın işini görmək üçün 2000 (iki min ) manat Tonqal restoranında aldıqlarını bildirmişdir. Qeyd olunan pulları İlhamla İbad ondan və Nicatdan tələb etdiklərinə görə onlara verdiklərini bildirmişdir. Pulu Nicat 2021-ci ilin sentyabr ayında 500 manatını İbadın bank hesab kartına köçürmüş və həmin sentyabr ayında 1500 manat isə Nərimanov rayonu İnqilab küçəsində yerləşən "Tonqal’’ restoranında verdiyini bildirmişdir. Bu məbləğ pulun ona aidiyyəti olmadığını demişdir. Bu ərəfələrdə o, Rusiya Federasiyasında işləri ilə bağlı olduğunu bildirmişdir. Hər dəfə İbadla və İlhama zəng edərək məhkəmə işlərinin nə yerdə olduğunu soruşanda "Hər şey qaydasındadır’ deyərək onu aldatdığını bildirmişdir. Təxminən 2023-cü ilin aprel ayında İlhamın xəstə olduğunu, işlə məşqul ola bilindiyindən xəbər tutduğunu bildirmişdir. O, dərhal işin nə yerdə olduğunu öyrənmək üçün əlavə vəkil tutduğunu bildirmişdir. Həmin vəkil Xaqani Musayev işlə tanış olduqda, ona işdə İlham və İbadın adı heç yerdə olmadığını bildirmişdir. İşin də sahibsiz bir iş kimi ortalıqda qaldığını, nəzarət edilmədiyini demişdir. Bunu aydınlaşdıran kimi o, İlham və İbadı görüşə çağırdığını, lakin onlar dəfələrlə bu görüşdən yayınmağa çalışdıqlarını bildirmişdir. Axırda onlarla görüşləri Nərimanov rayonunda “Papatya” ayaqqabı mağazasının ofisində 2023-cü ildə təxminən iyul ayında baş tutduğunu, görüş zamanı İlham və İbaddan heç bir iş görmədiklərinin, verdikləri vədə əməl etmədiklərini, tələb edərək ondan aldıqları pulları etiraf etdiklərini bildirmişdir. O, hər ehtimala görə onların hərəkətlərini və danışıqlarını videoya çəkdiyini bildirmişdir. Bu barədə əlində videoçəkiliş olduğunu bildirmişdir. Bundan sonra o, aldadıldığını başa düşdüyünü və pullarını onlardan geri qaytarılmasını tələb etməyə başladığını, lakin onlar müxtəlif bəhanələr gətirərək pulu bu günə kimi qaytarmadıqlarını bildirmişdir (İ cild, səh. 123-125). 15.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun əmisioğludur və onunla birgə işləyirlər. 2021-ci ildə onun məhkəmə işi olmuşdur. Novruzdan vəkil maraqlanmış, onun da həmin vaxt İlham və İbadla məhkəmə prosesinin olduğunu bilmişdir. Novruz ona təqsirləndirilən şəxsləri məsləhət bilmiş, o da etibar edib, onlara güvənmişdir. Təqsirləndirilən şəxslərin hər ikisini vəkil kimi tanımışdır. 2021-ci ildə Novruz bayramı ərəfəsində iki min manata danışdığı işlə bağlı onlara hissə-hissə min beş yüz, beş yüz manat vermişdir. İlham kişinin kartına pulu köçürmüş, amma işin heç bir nəticəsi olmamışdır. İki min manat ondan xidmət haqqı kimi istənilmişdir. İki min manat xidmət haqqına İlhamın Əhmədlidə olan ofisində razılaşmışlar. Etibarnaməni harada verdiyini xatırlamır. Novruzun işi ilə bağlı pulu hansı tarixdə verməsini xatırlamır. Pulu təqsirləndirilən şəxslərin hər ikisinə vermiş, həm kartlarına köçürmüş, həm də nağd vermişdir. Novruz Rusiyada yaşadığından bəzən pulu təqsirləndirilən şəxslərə onun vasitəsilə çatdırmışdır. Yadındadır ki, iyirmi iki evin hərəsi üçün yeddi yüz, başqa vaxt iyirmi iki evin hərəsi üçün beş yüz sayıb təqsirləndirilən şəxslərə verib. Ona dəymiş ziyan hazırda da ödənilmədiyindən təqsirləndirilən şəxslərdən şikayətçidir. 16.Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2020-ci ildə onun və qohumlarının Bakı şəhərində yerləşən "Evrostroy-S.S” MMC-yə qarşı mülki işi olmuşdur. Mülki işlə bağlı onlara vəkil lazım olduğunu bildirmişdir. Məhkəmə işi ilə ilk dəfə rastlaşdığına görə əmisi oğlu Novruzun qayınatası onu tanışı İbad adlı şəxslə əlaqə saxlamağı və İbadın məhkəmə işi ilə bağlı onlara köməklik göstərəcəyini demişdir. Əmisi oğlu Novruz İbadla görüşdüyünü, İbad ona vəkil və Vəkillər Kollegiyasının üzvü olduğunu bildirdiyini demişdir. Daha sonra o, dostu İlham adlı güclü bir vəkil olduğunu, onu da bu işə cəlb edəcəyini, onlar məhkəməni öz güclərini ortaya qoyub onlar üçün ədalətli və xeyrlərinə qanuni qətnamə çıxarılmasına nail olacaqlarını bildirdiklərini demişdir. Bunun üçün ilkin olaraq 100.000 (yüz min) manat onlardan pul alacağlarını bildirmişdir. Beləliklə də o və digər iddiaçılar vəkillə bağlı məsələləri Novruz öz vəsaiti hesabına həll edəcəyni və sonda onların üzərinə düşən xərcləri Novruza qaytaracağlarım razılaşdıqlarını bildirmişdir. Onlar İbad və İlhamın sözlərinə inandıqlarını və onlardan tələb etdikləri pulun onlara verilməsinə razılıq verdiklərini bildirmişdir. Novruz, vəkillər İbad və İlhama məhkəmə işinin həll edilməsi məqsədi ilə onların istədiyi məbləğin onlara verilməsində ona bir aylıq müddətə 40.000 manat Namiqin ona borca pul verməsini xahiş etdiyini və Namiq 40.000 manat pulu təşkil edib Novruza verdiyini bildirmişdir. Bir aydan sonra Novruz həmin məbləğ pulu Namiqə tam şəkildə qaytardığını bildirmişdir. Həmin mülki işlə bağlı iddiaçılar Novruzla yanaşı o, ailə üzvləri və yaxın qohumları olmuşdur. Belə ki, ümumilikdə iddiaçıların sayı 12 nəfər olduğunu bildirmişdir. Siyahı üzrə Zərərçəkmiş şəxs1, X12, Şahid7, Şahid1, X18, Şahid2, Şahid6, X6, Şahid5, Şahid3, Şahid4 və ondan ibarət olduğunu bildirmişdir. Həmin şəxslərin marağlarını məhkəmədə təmsil edəcək vəkil və vəkilə veriləcək pul vəsaitinin həll edilməsi məsələsi hamının razılığı əsasında Zərərçəkmiş şəxs1 həvalə edildiyini bildirmişdir. İddia məsələsi məhkəmə vasitəsi ilə qanuni əsaslarla onların xeyrinə həll olunduğu halda Novruzun vəkillərə çəkdiyi xərclər iddiaçılar arasında bölünərək ona qaytarılacağı aralarında şifahi olaraq razılaşdırıldığını bildirmişdir. Məhkəmə işinin onların xeyrinə tam şəkildə həll olunacağına dair vəd vermiş İbad və İlham hissə-hissə olaraq Novruzdan ümumilikdə 86.500 manat pul vəsaiti aldığını bildirmişdir. Lakin, İbadla İlham heç bir iş görmədiklərini, hətta məhkəmədə də iştirak etmədiklərini bildirmişdir. X13rın etibarından sui-istifadə edərək özlərini Vəkillər Kollegiyasının üzvü kimi qələmə verərək onlara qarşı dələduzluq edərək pulları mənimsədiklərindən xəbər tutduğunu bildirmişdir. Sonradan onlara İbad və İlham Ramin adlı vəkil ilə müqavilə bağlayıb ona cüzi bir məbləğdə pul verdiklərini, lakin o, məhkəmə prosesində formal iştirak etdiyini və məhkəmə prosesində iddialarının qismən təmin edildiyini bildirmişdir. Lakin, həmin qərar onlarm marağlarını və mənafeyini tam təmin etmədiyi üçün onlar narazı qaldıqlarını bildirmişdir. Lakin, buna baxmayaraq yuxarı məhkəmə proseslərinə aidiyyəti müraciətlərin edilməsi İbad və İlham tərəfindən təmin edilmədiyini bildirmişdir. Əlavə olaraq o, Şəmkir rayon məhkəməsində başqa bir mülki işi ilə bağlı “Tonqal” restoranında İlham və İbada 1500 manat pul verdiyini, 500 manat pulu isə kartına göndərdiyini bildirmişdir. Sözü gedən məhkəmə işində o, da iddiaçı qismində iştirak etdiyinə görə bütün bu olanlardan məlumatı olduğunu, çünki işi nəzarətdə saxladığını bildirmişdir. O, İbad adlı şəxsə onun tələbi əsasında İlhama notarial qaydada etibarnamə verdiyini bildirmişdir. Sonradan ona İbad və İlham vəkil olmadığını, ona özlərini yalandan vəkil kimi təqdim edib onları aldatdıqlarını bildirmişdir. Novruz pulu onlardan geri tələb etməyə başlasa da və onlar ona hər dəfə müxtəlif bəhanələr gətirərək aldatmaqda davam etdiklərini bildirmişdir. Bu günə kimi əmisi oğlu Novruzdan İbad və İlham tərəfindən alınmış 86.500 manat məbləğdə və ondan əlavə olaraq Şəmkir məhkəməsində mülki işinin həlli ilə bağlı aldığı cəmi 2000 manat pulu bu günə kimi qaytarılmadığını bildirmişdir (İ cild, səh. 136-137). 17.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, yoldaşının xəstəliyi ilə bağlı Almaniyada yaşayır. 2021-ci ildə əvvəlki soyadını bərpa olunması üçün tanış vasitəsilə İbad və İlhamla tanış olmuşdur. Onlardan əvvəl Sumqayıt şəhər və Apellyasiya Məhkəmələrinə müraciət etmiş, işi təxirə salınmışdı. Təqsirləndirilən şəxslərlə görüşmüş, ona söz verilmişdir ki, işini həll edəcəklər. Əvvəlki soyadının bərpa olunması üçün ondan min beş yüz manat pul istəmişlər. Yeddi yüz manat İlhamın kartına yükləmiş, üç yüz manat İbada vermişdir. Ofislərində də ikisinə birlikdə beş yüz də vermişdir. Birinci məhkəmədə iş alınmamış, o da onlara, əgər işi alınmayacaqsa işini gecikdirməmələrini demişdir. Pulu onlara vəkil kimi vermişdir ki, onun əvvəlki soyadını bərpa etsinlər. Təqsirləndirilən şəxslər özlərini vəkil kimi təqdim edərək,ondan pulu işin həlli üçün istəmişlər. Aralarında vəkil kimi heç bir müqavilə yoxdur. İbada etibarnaməni işdə vəkil kimi iştirak etməsi ilə bağlı vermiş, amma məhkəmələrin heç birində özünü təqdim etməmişdir. Məhkəmə işi ilə bağlı İlham ona ərizə yazıb vermiş, hansı ki, onu özü də yaza bilir. Əvvəlki məhkəmə qərarlarından apellyasiya şikayətlərini onun özü yazmışdır. Soyadının dəyişməsi üçün əvvəllər məhkəməyə özü müraciət etmişdir. Aralarında müqavilə imzalanmamışdır. Məhkəmə prosesi 6-7 ay davam etmişdir. Bu şəxslərdən hal-hazırda şikayətçidir. Apellyasiyada hakim ona demişdir ki, kasassiya şikayəti verə bilər. Bu barədə İlhama demiş, o da narahat olma şikayəti yazıb yolladığını demişdir. Aylar sonra Ali Məhkəmədən maraqlananda onun adına heç bir sənəd daxil olmadığı bildirilmişdir. 18.Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, onun arvadı və iki azyaşlı övladı hal hazırda Almaniya Respublikasında yaşayırlar. Almaniyanın səlahiyyətli dövlət orqanları hazırkı soyadının Əşrəflidən əvvəlki soyadı “Əzizov” kimi bərpa edilməsi üçün məhkəmə qaydasında həll edilməsindən ötrü 27 may 2021-ci il tarixdə Almaniyadan Azərbaycana göndərdiklərini bildirmişdir. Bu məqsədlə, yəni soyadının uşaqlarının soyadına uyğun olmadığına görə əvvəlki soyadının “Əzizov” kimi bərpa edilməsindən ötrü 27 iyul 2021-ci il tarixdə o, Sumqayıt İnzibati Məhkəməsinə özünün müraciət etdiyini, lakin müsbət cavab almadığına görə müxtəlif dövlət orqanlarına şikayət etməyə başladığını bildirmişdir. Təxminən 2022-ci ilin mart ayının əvvəllərində tanışları vasitəsilə ünvan 8 ünvanında yerləşən hüquq xidməti ofisinə gəldiyini, orada ilk dəfə gördüyü, özlərini vəkil kimi təqdim edən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə tanış olduğunu bildirmişdir. Onlar hər ikisinə soyadının məhkəmə qaydasında dəyişmək istəyini bildirdiyini, İbad və İlham bu işin müsbət həll edəcəklərinə dair ona söz verdiklərini və ondan məhkəmənin əvvəlki qətnaməsinin surətini, yaşayış yerindən arayış, qaçqınlıq barədə vəsiqəsinin surətini, Sumqayıt Qeydiyyat şöbəsinin imtina məktubunu aldıqlarını bildirmişdir. Sonra onlar ondan onlara etibarnamə verməsini istədiklərini və o, 23 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 notarial qaydada etibarnamə verdiyini bildirmişdir. X21 aldıqları sənədləri ona verdiklərini, onları Sumqayıt İnzibati məhkəməsinə təqdim olunmasından ötrü verildiyni bildirmişdir. Bundan sonra onlar hər ikisi ona iş başlamazdan əvvəl hakimə məhkəmədə onun xeyrinə həll edilməsi üçün 3000 manat məbləğində pul verilməsinin lazım olduğunu tələb etdiyini bildirmişdir. O, onlara 3000 manat məbləğində pul düzəldə bilmədiyini və cəmi 1500 manat onlara pul verə biləcəyini bildirmişdir. 23 mart 2023-cü il tarixdə ofisdə əlbəəl 300 manat məbləğində pul verdiyini, qalanını da verəcəyini dediyini bildirmişdir. Bundan sonra 25 mart 2022-ci il tarixdə Sumqayıt şəhərində 32-ci məhəllədə yerləşən “Million” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs1 bank hesab kartına 700 manat pul göndərdiyini, belə ki, İlham kartının nömrəsini ona, pulu bu hesaba köçürməsi üçün verdiyini bildirmişdir. Daha sonra o, onların işlədiyi ofisə getdiyini və 27 mart 2023-cü il tarixdə ofisdə 500 manat məbləğdə pulu nağd şəkildə İlhama verdiyini bildirmişdir. Bir neçə ay gözləsə də, bir neçə dəfə məhkəmə prosesi olsada heç bir nəticə əldə edilmədiyini bildirmişdir. O, onlara etibarnamə verməsinə baxmayaraq bütün proseslərdə özünün iştirak etdiyini bildirmişdir. İbad məhkəmədə onun müdafiəçisi kimi deyil, şahid kimi özünü aparırdığını və vəkil kimi özünü təqdim etmədiyini, İlhamın isə heç bir prosessdə iştirak etmədiyimdi bildirmişdir. Sadəcə İbad məhkəmə zalında tamaşaçı kimi oturub baxdığını və işinin müdafiəsi ilə bağlı heç bir söz belə danışmadığını bildirmişdir. O, ondan və İlhamdan işin gedişatının xoşuna gəlmədiyi ilə bağlı onlara iradını bildirsə də, onlar ona narahat olmamağını, işin belə formada olmasında heç bir narahatçılığın olmadığını, güya hər şeyin danışıldığını, məhkəmənin onun xeyrinə qətnamə qəbul edəcəyini bildirmişdir. Lakin, məhkəmə tərəfindən onun iddiasının təmin edilmədiyini bildirmişdir. İlham onun adından apellyasiya şikayəti versə də, apellyasiya şikayətinin də təmin edilmədiyini bildirmişdir. İlhamın hətta məhkəməyə belə gəlmədiyini, İbad isə məhkəmədə tamaşaçı kimi gəldiyini, onların hər ikisi apellyasiya məhkəməsinin 100 faiz onun xeyrinə qərar qəbul edəcəklərni bildirsələr də, apellyasiya məhkəməsi iddianı rədd etdiyini bildirmişdir. O, onlardan şübhələnməyə başlamış və onların həqiqətən də vəkil olub-olmaması barədə məlumat əldə etmək üçün Vəkillər Kollegiyasına zəng etdiyini və Kollegiyadan ona nə Təqsirləndirilən şəxs2 nə dəki Təqsirləndirilən şəxs1 vəkil və Kollegiyanın üzvü olmadığını bildirildiyini demişdir. O, İbad və İlhamla görüşmək istəsə də, onlar ondan yayınmağa başlasalar da onları tapdığını və niyə görə onu aldatdıqlarını, özlərini ona vəkil kimi təqdim etdiklərini soruşduğunu, lakin onlar yenə də müxtəlif bəhanələr gətirsələr də o, onlara inanmadığını, onlara verdiyi 1500 manat məbləğində pulunu geri qaytarılmasını tələb etdiyini bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin məbləğdə pulu ondan işinin müsbət həll edilməsi üçün güya hakimə verəcəyi adı ilə aldadb aldıqlarını bildirdiklərini demişdir. Lakin, onlar hakimə heç bir məbləğdə pul vermədiklərini, sadəcə olaraq bu üsulla onu aldatmağa nail olduqlarını bildirmişdir. Bunu onlar qabaqcadan düşünülmüş və planlı şəkildə, qabaqcadan əlbir olaraq etdiklərini və onu onlara olan inam və etibarından sui-istifadə etməklə həyata keçirdiklərini bildirmişdir. O, dəfələrlə onlardan puluni geri qaytarılmasını tələb etməsinə baxmayaraq hər ikisi onu aldatmaqda davam edərək pulunu geri qaytarmadıqlarını bildirmişdir. Ona görə də məcbur olub onların ona qarşı dələduzluq hərəkətləri barədə Xətai rayon polisinə müraciət etdiyini bildirmişdir. X28 güya pullarını qaytaracaqlarını yalandan vəd verərək ona pulu ödənilməsi məqsədi ilə Birkart-da aldırdıqlarını, narahat olmamağını bildirsələr də, lakin yenə də onu aldatdıqlarını bildirmişdir. Onlarla bir neçə dəfə əlaqə saxlasa da pulunu geri qaytaracaqlarını bildirmələrinə baxmayaraq, bu günədək ələ keçirdikləri puldan heç bir məbləğdə ona pul qaytarmadıqlarını bildirmişdir. Onun onlarla telefon danışıqları olduğunu və telefon danışıqlarında ondan pul almaları öz təsdiqini tapdığını bildirmişdir (İİ cild, səh. 132-134). 19.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2018-2019-cu ildə “Evrostroyda” olan onaltı mərtəbəli binanın onuncu mərtəbəsindən 212 kvadrat metrlik ev almışdır. Mənzil onun özünün adınadır, özü almışdır. Şirkətlə bağlı problem olduğundan, məhkəməlik işi olmuşdur. Qaynı Novruza vəkil lazım olduğundan onun qayınatası vasitəsilə İbad müəllimlə tanış olmuşdur. Binada mənzilləri 12 nəfər qohumları almışdır. Sonra məlum olmuşdur ki, heç bir məhkəmə işi olmamışdır. Onlar pul verməmiş, məhkəmə xərclərini Novruz çəkəcəyini, sonda məhkəmə onların xeyrinə qərar qəbul edərsə, həmin məbləği alarında bölüşüb, Novruza verməyə razılaşmışlar. Təqsirləndirilən şəxsləri onlara vəkil kimi təqdim ediblər. Proseslər gedən vaxtlarda qaynı ilə rayona gəlmişdilər. Qaynı olnlara 86500 manatı hissə hissə vermişdir. Özü şəxsən pulun verilməsini görməmiş, etibar etmişdir. Təqsirləndirilən şəxslər özlərini rayona gələndə vəkil kimi təqdim etmiş, şəxsən onun özünə bu barədə deməsələr də, ümumi demişlər. Özü şəxsən İlhama pul verməmişdir. Onlara nə vaxt qonaq gəldiklərini xatırlamır. Məhkəmədə iddialarının təmin edilmədiyini sonradan qaynı Novruzdan öyrənmişdir. Məhkəmənin qətnaməsi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxslər özlərini təqdim edəndə bütün mənzil sahibləri orada olmamışdır. Novruz İbadı vəkil kimi, İlhamı da vəkil tanışı kimi təqdim etmişdir. Pulların hansı məqsədlə verilməsini bilmir, Novruz onlara məhkəmə işlərini xeyirlərinə həll edəcəyini demişdir. Məhkəmədə iddiaları təmin edilməmiş, mənzillər onlara qaytarılmamışdır. Yüz min manatlıq razılaşmanın nə vaxt olmasını xatırlamır. İbad və İlham ondan yüz min manat istəməmiş, şəxsən ona özlərini vəkil kimi təqdim etməmişlər. 20.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Şahid7 onun həyat yoldaşı olmuşdur. Onun və həyat yoldaşının adına "xxxx" MMC-dən daşınmaz əmlaklar almışlar. 2020-ci ildə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "xxxx" MMC ilə bağlı məhkəmədə mülki işiləri olmuşdur. Mülki işlə bağlı onlara vəkil lazım olduğunu, məhkəmə işi ilə ilk dəfə rastlaşdığlarına görə qaynı Novruzun qayınatası onu İbad adlı şəxslə əlaqə saxlamağı və İbadın məhkəmə işi ilə bağlı onlara köməklik göstərəcəyini bildirmişdir. Novruz İbadla görüşmüş, İbad ona Vəkillər Kollegiyasının üzvü olduğunu, İlham adlı güclü bir vəkil olduğunu, onu da bu işə cəlb edəcəyyini, bizim məhkəmədəki işi öz güclərini ortaya qoyub ədalətli, xeyrlərinə qanuni qətnamə çıxarılmasına nail olacağlarını bildirmişdir. Bunun üçün ilkin olaraq 100.000 (yüz min) manat onlardan pul alacağlarını bildirmişdir. Beləliklə də onlar və digər iddiaçılar vəkillə bağlı məsələləri Novruz öz vəsaiti hesabına həll edəcəyini və sonda onların üzərinə düşən xərcləri Novruza qaytaracağlarına razılaşdıqlarını bildirmişdir. Novruza həyat yoldaşı Namiq 40 000 (qırx min) manat bir ay müddətinə borca pul da tapıb verdiyini, bir aydan sonra Namiqin verdiyi 40 000 (qırx min) manat borc pulu Novruz Namiqə qaytardığını bildirmişdir. Bir sözlə onların sözlərinə inanaraq İbad və İlhamın onlardan tələb etdiyi pulun onlara verilməsinə razılıq verdiklərini bildirmişdir. Həmin mülki işlə bağlı iddiaçılar Novruzla yanaşı əmisi oğlu Nicatın ailə üzvləri və yaxın qohumları olduğunu bildirmişdir. Ümumilikdə iddiaçıların sayı 12 nəfər olmuşdur. Siyahı üzrə Zərərçəkmiş şəxs1, X12, Zərərçəkmiş şəxs2, Şahid7, X18, Şahid2, Şahid6, X6, Şahid5, Şahid3, Şahid4 və onun özündən ibarət olduqlarını bildirmişdir. Həmin şəxslərin marağlarını məhkəmədə təmsil edəcək vəkil və vəkilə veriləcək pul vəsaitinin həll edilməsi məsələsi hamının razılığı əsasında Zərərçəkmiş şəxs1 həvalə edildiyini, iddia məsələsi məhkəmə vasitəsi ilə qanuni əsaslarla onların xeyrinə həll olunduğu halda Novruzun vəkillərə çəkdiyi xərclər iddiaçılar arasında bölünərək ona qaytarılacağı aralarında şifahi olaraq razılaşdırıldığını bildirmişdir. Məhkəmə işinin onların xeyrinə tam şəkildə həll olunacağına dair vəd vermiş İbad və İlham hissə-hissə olaraq Novruzdan 86.500 manat pul vəsaiti aldığını bildirmişdir. X25 Novruzdan 86.500 manat pul tələb edərək aldıqlarını demişdir. Lakin, İbadla İlham heç bir iş görmədiklərini, hətta məhkəmədə də iştirak etmədiklərini bildirmişdir. Nəticədə İlham və İbad onların etibarından istifadə edərək özlərini Vəkillər Kollegiyasının üzvü kimi qələmə verərək onlara dələduzluq edərək pulları mənimsədiklərini bildirmişdir. Sonradan onlara məlum olmuşdur ki, İbad və İlham Ramin adlı vəkil ilə müqavilə bağlayıb ona cüzi bir məbləğdə pul vermiş, lakin o, məhkəmə prosesində formal iştirak emiş və məhkəmə prosesində iddiaları qismən təmin edilmişdir. Lakin, həmin qərar onların maraqlarını və mənafeyini tam təmin etmədiyi üçün narazı qaldıqlarını bildirmişdir. Lakin buna baxmayaraq yuxarı məhkəmə proseslərinə aidiyyəti müraciətlərin edilməsi İbad və İlham tərəfindən təmin edilməmişdir. Qohumu Zərərçəkmiş şəxs2 Şəmkir rayon məhkəməsində başqa bir mülki işi ilə bağlı “Tonqal” restoranında İlham və İbada 2000 manat pul verdiyini bildirmişdir. Sözügedən məhkəmə işində onlarda iddiaçı qismində iştirak etdiklərinə görə bütün bu olanlardan məlumatlı olduqlarını, işi nəzarətdə saxladıqlarını bildirmişdir. Bundan sonra Namiq və qardaşı Novruz İbad və İlhamla əlaqə saxladıqlarını, nə səbəbə görə məhkəmədə iştirak etmədikləri ilə maraqlandıqda, İbad İlhamın xəstə olduğunu və bu səbəbdən onlar iştirak edə bilmədiklərini, yerlərinə başqa vəkil məhkəməyə göndərdiklərini, narahat olmamaqlarını, işin onların xeyrinə tam şəkildə təmin ediləcəyini bildirmişdir. Namiq məhkəmədə olan zaman aydın olmuşdur ki, onların işi ilə bağlı bir nəfər Ramin adlı şəxs Nərimanov məhkəməsində olmuş və məhkəməni uduzduğunu bildirmişdir. Bundan sonra o, məhkəmə proseslərində işitirak etməmişdir. O və Namiq, İbad adlı şəxsə onun tələbi əsasında İlhama notarial qaydada etibarnamə verdiklərini bildirmişdir. Onlara sonradan İbad və İlham vəkil olmadıqları, onlar özlərini yalandan vəkil kimi təqdim edib onları aldatdıqlarını bildirmişdir. Novruz pulu onlardan geri tələb etməyə başlasa da və onlar ona hər dəfə müxtəlif bəhanələr gətirərək aldatmaqda davam etdiklərini bildirmişdir. Bu günə kimi Novruzdan İbad və İlham tərəfindən alınmış 86.500 manat məbləğində və qohum Zərərçəkmiş şəxs2 əlavə Şəmkir məhkəməsində mülki işinin həlli ilə bağlı aldığı cəmi 2000 manat pulu qaytarılmamışdır (İİ cild, səh. 14-17). 21.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İİ cild, səh. 19-22). 22.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 24- 27). 23.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, "xxxx"dan 4-cü mərtəbədə “C” blokundan mənzil almışdır. Oradan Novruza görə ev almış, sonradan problem yaranmışdır. Mənzili 2019-cu ildə, kvadratını səkkiz yüzdən təxmini 135000-ə almışdır. Pulu hissə-hissə Novruza ödəmişdir. Həmin binada mənzili hamıya Novruz tapmışdır. Həmin mənzildə binalar ucuz olmuşdur. Ümumilikdə Novruza təxminən yüz otuz min ödəmişdir. Mənzilləri təmir etmək üçün binaya daxil olmağa cəhd etsələr də girişə icazə verməmişdilər. Ödənişlərlə bağlı ona maliyyə arayışı verilmişdir. Novruza problem olduğunu bildirəndə həll edəcəyini demişdir. Daha sonra Novruz vəkillər tutmuş, işi tam icra ediləcəyini demişdir. Təqsirləndirilən şəxsləri Şəmkirdə bir dəfə kənardan görmüşdür. Məhkəmə işi olmuş, vəd verilmiş, sonra da deyilmişdir ki, yeyinti olub, işləri alınmayıb. Ümumilikdə səksən altı min beş yüz manat verilib, daha sonra bir ay ərzində qırx min Namiqə qaytarılmışdır. Mənzili 12 nəfər almış, onlardan ilkin olaraq yüz min tələb edilmiş, o da öz mənzili üçün təxmini on iki min xərci çıxacağını hesablamışdır. Ona nə qədər xərci çıxacağını Novruz demişdir. Bildiyi qədər yüz min xərclə bağlı səksən altı min beş yüz verilmişdir. Pulun verilməsində özü iştirak etməmişdir. Təqsirləndirilən şəxslərin hər ikisi ona vəkil kimi təqdim edilmişdir. Novruz ona İlham Şəmkirdə olanda demişdir ki, o, vəkildir. Novruz özü İlhama səksən altı min beş yüz manat pulu hissə-hissə verdiyini demişdir. Onlara Novruz vəd verərək demişdir ki, evlər orada münasib qiymətədir, sonra da deyilmişdir ki, Novruzla şirkətin problemləri yarandı, evləri təmir etmək istəsələr də icazə vermədilər. Novruzun İlhama verdiyi puldan il yarım əvvəl Namiqin Novruza qırx min verdiyini, ümumilikdə isə 86500 verdiyini bilir. Pulları İlhama vermək üçün götürdüklərini, amma orada iştirak etmədiyindən verilməsini dəqiq bilmir. Təqsirləndirilən şəxsləri mənzilləri alandan iki il sonra görmüş, onlarla şəxsən tanışlığı yoxdur. Mənzillərlə bağlı məhkəmə prosesinin nə yerdə olduğunu bilmir. Başqa işlərlə məşğul olduğundan məhkəmə işlərini Novruza həvalə etmişdir. İddia ərizəsini özü imzalamış, lakin Novruza güvəndiyindən məhkəmənin nəticəsini maraqlanmamışdır. İfadəsini Novruzun ona dediklərinə əsasən verir. İlhamla şəxsi tanışlığı yoxdur, iddia tələbi təmin edilməyib, bildiyi qədər Nərimanov Rayon Məhkəməsində xeyrinə qərar çıxarılıb. Özü heç bir vəsait ödəməmiş, məsuliyyət Novruzda olduğundan o, özü verir. İşlərinə hansı məhkəmədə baxılmasını bilmir, hazırda məhkəmə prosesi davam edir, yeni nümayəndələri İnci xanımdır. Novruz onlara səksən altı min beş yüz verəndə demiş, onlar da pulun verilməsinə razılıq vermiş, Novruzla yekunda hesablaşmağa razılaşmışdır. Novruz onlara demişdir ki, ilkin olaraq vəkillər təxminən yüz min tələb edir, amma əlavəsi də olacaq. Yekunda Novruza nə qədər verəcəyini bilmir, amma əgər yüz minə həll olunacaqdısa, həmin məbləğ mənzili alanlar arasında bölünəcəkdir. 24.Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 29- 32). 25.Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 34- 37). 26.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Çapayevdə 15 mərtəbəli binanın 6-cı mərtəbəsindən ev almışdır. Evlə bağlı hər bir şeyi onlar Novruza həvalə etmişdilər ki, həmin evləri onlara versinlər. Evi "xxxx" şirkətindən almış, aldıqları mənzillər problemli çıxmışdır. Mənzillərlə bağlı problem onların MTK tərəfindən təhvil verilməməsi ilə bağlı idi. Problemlə məhkəmə yolu ilə həll olunmalı idi. Həmin problemləri həll etməyi Zərərçəkmiş şəxs1 öhdəsinə götürmüşdür. Təqsirləndirilən şəxsləri Novruzun qayıntası vasitəsilə tanımışdır. Təqsirləndirilən şəxslər özlərini evləri alıb, onlara təhvil verəcək kimi təqdim etmişdir. Təqsirləndirilən şəxslər özlərini şəxsən ona yox, Novruza təqdim etmişlər. Təqsirləndirilən şəxslər Şəmkirdə evlərində qonaq olmuşlar. Ümumilikdə təqsirləndirilən şəxslərə səksən altı min beş yüz verilmişdir. Həmin vəsait hissə-hissə verilmiş, özü şəxsən İbad və İlhama hansısa pul verməmişdir.Təqsirləndirilən şəxslərə pulun verilməsini şəxsən şahidi olmuşdur. Pulların hansı tarixə verilməsini xatırlamır. Təqsirləndirilən şəxslərə pul verilməsini görməmiş, amma eşitmişdir. Təqsirləndirilən şəxslər Novruzun qaynatasının yas yerində də görmüşdür. Tapşırılan işin şərti evlərin alınıb təhvil verilməsi olmuşdur. Xətai rayonunda yerləşən ofisə getməsini xatırlamır. Novruzun Namiqdən qırx min almasını bilir, həmin pulu Novruz Namiqə bir ay ərzində qaytarıb. Razılaşmaları belə olmuşdur ki, bütün işləri Novruz həll edəcək, sonra da pullar Novruza veriləcəkdi. Həmin problemlər həll olunmamış, pullar qaytarılmamışdır. Şərt belə olmuşdur ki, verilən pulun müqabilində bütün evləri geri qaytarılacaqdır. Evlə bağlı problemlərə görə məhkəməyə müraciət olunması yadında deyil, hər bir şeylə Novruz məşğul olmuşdur. Ona məxsus olan evlə bağlı Novruza hansısa vəsait ödənişi etməmişdir. Novruz yaxın adamı olduğundan ona etibar etmişdir. Evi əvvəlcə Novruz almış, sonra onlar da yaxşı evlər olduğuu görüb evi almışdır. Novruz evin sənədlərini düzəltmək üçün versə də alınmamışdır. Nərimanov Rayon Məhkəməsinə mənzilin problemləri ilə bağlı Novruz iştirak etmiş, o etməmişdir. Nərimanov Rayon Məhkəməsində xeyrinə qətnamə qəbul edilməsi barədə Novruzun ona məlumat verməsini xatırlamır. Qətnamə ilə bağlı harasa şikayət edilməsini xatırlamır. Təqsirləndirilən şəxs1 özünü vəkill kimi təqdim etdiyini eşitmişdir. Mənzilinə olan istifadə hüququnun təmin edilməsi barədə iddia tələbinin təmin edilməsindən məlumatı yoxdur. Sonda nə qədər pulun verilməsi payçılarn sayına uyğun verilməli olmuşdur. 27.Məhkəmə iclasında Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 39- 42). 28.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, İbadı tanımış, İlhamı tanımamışlar. Təqsirləndirilən şəxslərin hər ikisi özlərini Vəkillər Kollegiyasının üzvü kimi təqdim etmişdilər. İş danışılmış, amma həmin ərəfədə qardaşında maddi imkanında biraz çətinlik olmuşdur. İbad ona gecə üç dəfə zəng etmişdir ki, Novruza düşə bilmir, təcili olaraq qırx min pul lazımdır. Maşınını gecə on min ziyanına satıb Novruza vermişdir ki, İbada pulu versin. Həmin pulu qardaşı bir ay sonra ona qaytarmışdır. Qardaşına verdiyi qırx mini qardaşı İbada vermişdir. Onun binada iki qeyri-yaşayış mülkiyyəti var. Həmin iki mülkiyyətin dörd çıxarışı var ki, bu şəxslər məhkəməyə onun iki dənəsini təqdim etmiş, ikisini etməmişdir. Bunlar həm də Ramil adlı şəxsi vəkil kimi tutmuşdular, o da Nərimanov Məhkəməsində bir dəfə çıxış etmişdir. İlhamı tanımır, İbadı görmüşdür. Onu da qardaşının mərhum qayınatası tanış etmişdir. Təqsirləndirilən şəxslər Şəmkirə gəlmiş, evlərində qonaq olmuş, onlarla birgə istirahət mərkəzinə getmiş, orada İlham anasının əlini öpüb demişdir ki, arxayın olun, işlərini həll etmişdir. Bu hadisələrin üzərindən bir ay keçəndən sonra İbad ona zəng etmişdir ki, İlhamın oğlunun boynu idman edəndə qırılıb. Ona təcili beş min pul lazım olduğu, Novruza deməyə utandıqları deyilmiş, daha sonra həmin beş mini də Novruzdan almışlar. İlhamın olduğu rayondan dostu var. Onun yoldaşı rəhmətə getdiyi üçün yas yerinə getmiş orada söhbət edəndə demişdir ki, burada bir nəfər var onun dostudur, həmin şəxs vəkildir. Ona həmin şəxsi tanıdığını, vəkil deyil, dələduz olduğunu, altı il də həbsdə olduğunu demişdir. Yasdan çıxandan sonra qardaşına demişdir ki, onlar dələduzdurlar, aldadırlar. Təqsirləndirilən şəxslər qəbul etmədiklərində gedib polisdən məlumatlarını çıxarmışdır. Orada da deyilmişdir ki, həbsdə olublar. İşləri apellyasiya məhkəməsindədir, işə yeni vəkil qoşulmuşdur. Təqsirləndirilən şəxslər onlarla işi görmək üçün yüz minə danışmış, ilkin olaraq səksən altı min beş yüz manat pul ödənilmiş, daha sonra təqsirləndirilən şəxslərə əlavə pullar da ödəniləcəkdi. Təqsirləndirilən şəxslər Ali Məhkəməyə kimi işi udub, qətnaməni onlara verəcəkdilər. Qardaşı İbadla danışmış, pulu vəkil kimi xidmət üçün ödəmişlər. Danışıqları belə idi ki, yüz mindən əlavə bu şəxslərə yenə də sonda ödəniş edilməli idi. Yüz minin ödənişini ona görə etmişdilər ki, əmlaklar onlara qaytarılacaq rüşvət veriləcək . Danışıqları yüz minin hissə-hissə verilməsi olmuşdur. Pulun razılaşdırılmasında şəxsən Novruz iştirak etmiş, özü orada olmamışdır. Yüz minin verilməsi barədə məlumatı ona Novruz vermiş, pul da İbada verilirdi. Özü şəxsən etibarnaməni İbada vermiş, o da ona məsələlərin öz həllini tapacağını söz vermişdir. Pullar hamısı hissə-hissə İbada verilmişdir. O, pulların verilməsində iştirak etməmişdi. Sonuncu dəfə qırx min verilmişdir. Novruzun pulu İbada verməsində iştirak etməmişdir. İbad özü hər ikisinin Vəkillər Kollegiyasının üzvü olduğunu demişdir. Səksən altı min manat pulun verilməsini görməmişdir. İbad bir gün polisdə saxlanılan zaman oğlu əlaqə saxlayıb, on min pul təklif etmiş, atasının o işdən on min pul götürdüyünü demişdir. Onlar razılaşmamış, dəymiş ziyanın tam ödənilməsini istəmişdir. Sonra, onları “Atçılar” deyilən yerə aparmış, orada olan evi onların adına keçirməyi təklif etmiş, onlar da razılaşmamışlar. Şəmkirə gələnə kimi danışıqlarda iştirak etməmiş, Şəmkirə gələndən sonra danışıqlarda o da iştirak etmişdir. Pul bütün işləri tamamlamağa görə verilmiş, Novruz pulların kimə veriləcəyini onlara deməmişdir. Pulları rüşvət kimi yox, xidmət haqqı kimi ödəmişdir. O, həmin pulları təqsirləndirilən şəxslərin sonradan nə edəcəklərini bilməmişdir. 29.Məhkəmə iclasında Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2020-ci ildə onun və qardaşının Bakı şəhərində yerləşən "xxxx" MMC ilə bağlı mülki işi olmuşdur. Mülki işlə bağlı onlara vəkil lazım olduğunu, məhkəmə işi ilə ilk dəfə rastlaşdığlarına görə qardaşının qaynatası onu İbad adlı şəxslə əlaqə saxlamağı və İbadın məhkəmə işi ilə bağlı onlara köməklik göstərəcəyini demişdir. X33 görüşmüş, İbad ona Vəkillər Kollegiyasının üzv olduğunu, İlham adlı güclü bir vəkilin olduğunu, onu da bu işə cəlb edəcəyini, məhkəmədəki işlə bağlı öz gücülərini ortaya qoyub onlar üçün ədalətli, xeyrlərinə qanuni qətnamə çıxarılmasına nail olacağlarını bildirmişdir. Bunun üçün ilkin olaraq 100.000 (yüz min) manat onlardan pul alacağını demişdir. Beləliklə də o və digər iddiaçılar vəkillə bağlı məsələləri qardaşı Novruz öz vəsaiti hesabına həll edəcəyini və sonda onların üzərinə düşən xərcləri Novruza qaytaracağlarını razılaşdıqlarını bildirmişdir. O və qardaşı onların sözlərinə inanaraq İbad və İlhamın onlardan tələb etdiyi pulun onlara veriməsinə razılıq verdiklərini bildirmişdir. Novruz vəkillər İbad və İlhama məhkəmə işinin həll edilməsi məqsədi ilə onlarn istədiyi məbləğin onlara verilməsində ona bir aylıq müddətə 40.000 manat borca pul verməsini xahiş etdiyini və o, 40.000 manat pulu təşkil edib Novruza verdiyini bildirmişdir. Bir aydan sonra Novruz həmin məbləğ pulu ona tam şəkildə qaytardığını bildirmişdir. Həmin mülki işlə bağlı iddiaçılar Novruzla yanaşı o, əmisi oğlu Nicat ailə üzvləri və yaxın qohumları olmuşdur. Belə ki, ümumilikdə iddiaçıların sayı 12 nəfər olmuşdur. Siyahı üzrə Zərərçəkmiş şəxs1, X12, Zərərçəkmiş şəxs2, Şahid1, X18, Şahid2, Şahid6, X6, Şahid5, Şahid3, j Şahid4 və onun özündən ibarət olmuşdur. Həmin şəxslərin marağlarını məhkəmədə təmsil edəcək vəkil və vəkilə veriləcək pul vəsaitinin həll edilməsi məsələsi hamının razılığı əsasında Zərərçəkmiş şəxs1 həvalə edildiyini bildirmişdir. İddia məsələləri məhkəmə vasitəsi ilə qanuni əsaslarla onların xeyrinə həll olunduğu halda Novruzun vəkillərə çəkdiyi xərclər iddiaçılar arasında bölünərək ona qaytarılacağı aralarında şifahi olaraq razılaşdırıldığını bildirmişdir.Məhkəmə işinin onların xeyrinə tam şəkildə həll olunacağına dair vəd vermiş İbad və İlham hissə-hissə olaraq Novruzdan 86.500 manat pul vəsaiti aldıqlarını bildirmişdir. X14rdaşı Novruzdan 86.500 manat pul tələb edərək aldıqlarını bildirmişdir. Lakin, İbadla İlham heç bir iş görmədiklərini, hətta məhkəmədə də iştirak etmədiklərini bildirmişdir. X13rın etibarından istifadə edərək özlərini Vəkillər Kollegiyasının üzvü kimi qələmə verərək onlara qarşı dələduzluq edərək pullan mənimsədiklərindən xəbər tutduğunu bildirmişdir. Sonradan onlara məlum olmuşdur ki, İbad və İlham Ramin adlı vəkil ilə müqavilə bağlayıb ona cüzi bir məbləğdə pul vermiş, lakin o, məhkəmə prosesində formal iştirak emiş və məhkəmə prosesində iddia qismən təmin edilmişdir. Lakin, həmin qərar onların marağlarını və mənafeyini tam təmin etmədiyi üçün onlar narazı qaldıqlarını bildirmişdir. Lakin buna baxmayaraq yuxarı məhkəmə proseslərinə aidiyyəti müraciətlərin edilməsi İbad və İlham tərəfindən təmin edilmədiyini bildirmişdir. Əmisi oğlu Zərərçəkmiş şəxs2 Şəmkir rayon məhkəməsində başqa bir mülki işi ilə bağlı “Tonqal” restoranında İlham və İbada 2000 manat pul verdiyini bildirmişdir. Sözü gedən məhkəmə işində o, da iddiaçı qismində iştirak etdiyinə görə bütün bu olanlardan məlumatı olduğunu, işi nəzarətdə saxladığını bildirmişdir. Bundan sonra o və qardaşı İbad və İlhamla əlaqə saxladıqlarını, nə səbəbə görə məhkəmədə iştirak etməmələri ilə maraqlandıqlarını bildirmişdir. İbad İlhamın xəstə olduğunu və bu səbəbdən onlar iştirak edə bilmədiklərini, yerinə məhkəməyə başqa vəkil göndərdiklərini bildirmişdir. İbad narahat olmamaqlarını, iş onların xeyrinə tam şəkildə təmin ediləcəyini bildirmişdir. O, məhkəmədə olan zaman onun işi ilə bağlı bir nəfər Ramin adlı şəxs Nərimanov məhkəməsində olduğunu və məhkəməni uduzduğunu bildirmişdir. Bundan sonra o, məhkəmə proseslərində işitirak etmədiyini bildirmişdir. O, həmin vaxtı Rusiyada Sankt - Peterburqda olduğunu, qardaşı və özü İbad adlı şəxsə onun tələbi əsasında İlhama notarial qaydada Rusiyadan etibarnamə göndərdiklərini bildirmişdir. Sonradan Bakıya gəldiyini və maraqlananda, İbad və İlhamın vəkil olmadıqlarını, ona və qardaşına özlərini yalandan vəkil kimi təqdim edib aldatdıqlarını bildirmişdir. Novruz pulu onlardan geri tələb etməyə başlasa da onlar ona hər dəfə müxtəlif bəhanələr gətirərək aldatmaqda davam etklərini bildirmişdir. Bu günə kimi qardaşı Novruzdan İbad və İlham tərəfindən alınmış 86.500 manat məbləğində və əmisi oğlu Zərərçəkmiş şəxs2 əlavə Şəmkir məhkəməsində mülki işinin həlli ilə bağlı aldığı cəmi 2000 manat pulu bu günə kimi qaytarılmadığım bildirmişdir (İİ cild, səh. 153-156). 30.Məhkəmə iclasında X2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, özü 2014-cü il tarixdən etibarən Horadiz şəhərində fərdi qaydada ”Vəkil Bürosunda vəkil işləmiş və Azərbaycan Respublikası Vəkillər Kolegiyasının üzvü olmuşdur. 2021-ci ilin təxninən dekabr ayının əvvəllərində X22 ona müraciət edərək Zərərçəkmiş şəxs1, X5, Şahid7, Zərərçəkmiş şəxs2, Şahid1, X18, Şahid2, X7, X6, Şahid3 və Şahid4 "xxxx" MMC qarşı yaşayış və qeyri yaşayış sahələrinə sahiblik və istifadə hüquqlarının tanınması, sahiblik və istifadəyə verilməsi tələbinə dair milki işlə bağlı onunla bağlanmış müvafiq müqavilə əsasında Nərimanov rayon məhkəməsinə iddia qaldırdığını və 22 dekabr 2021-ci il tarixdə Nərimanov rayon məhkəməsində həmin milki işə baxıldığını bildirmişdir. Məhkəmə tərəfindən iddia qismən təmin edildiyini bildirmişdir. Bundan sonra o, həmin iddia ilə bağlı heç bir məhkəmə prosessində iştirak etmədiyini bildirmişdir. Apellyasiya, Ali məhkəmədə həmin işin baxılıbbaxılmamasmdan məlumatım olmadığım demişdir. Onunla yalnız Nərimanov məhkəməsində həmin mülki işlə bağlı müqavilə bağlanıldığını, müqavilə haqqı cəmi 1000 manat olduğunu və həmin məbləği İlham tərəfindən ona verildiyini bildirmişdir. Başqa bir məbləğ pul ona verilmədiyini demişdir. O, Təqsirləndirilən şəxs2 tanıdığını və həmin işlə bağlı ona heç bir məbləğdə pul verilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 həmin işin məhkəmədə müsbət həll ediləcəyi vədi ilə 86.500 manat, Zərərçəkmiş şəxs2 mülki işi ilə bağlı Şəmkir məhkəməsinə müraciət edilməsi və işin müsbət həllinə dair vəd verilərək 2000 manat məbləğində pul almaları barədə heç bir məlumatı olmadığını bildirmişdir (İİ cild, səh. 48-50). 31.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X17-Hüquqi şəxsi ambulator məhkəmə psixiatrik ekspertizasının 21 oktyabr 2023-cü il tarixli, 2943 nömrəli rəyindən görünür ki, İ.Motivləşdirici hissə: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. İİ.Yekun hissəsi: Təqsirləndirilən şəxs1 hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmallıq və ya sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur (İİ cild, səh. 138-140). 32.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X17-Hüquqi şəxsi ambulator məhkəmə psixiatrik ekspertizasının 01 noyabr 2023-cü il tarixli, 3051 nömrəli rəyindən görünür ki, İ.Motivləşdirici hissə: Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. İİ.Yekun hissəsi: Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur (İİ cild, səh. 141-143). 33.«DVD diskinə baxış keçirilməsi haqqında» 27 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş 01 ədəd DVD diskə Təqsirləndirilən şəxs2 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, video görüntüdə 4 nəfər şəxs iştirak edir. Videogörüntünün 04-cü saniyəsində sağ tərəfdə əyləşən Zərərçəkmiş şəxs1 aralarında ilk öncə iş üçün ümumilikdə 88.000 manat olmaqla 45.000 sonra isə 35.000 manat və əlavə olaraq təxminən 10.000 manat pul verdiyini və nə üçün işini həll etmədiyini bildirir. Onunla üzbəüz də əyləşən İlham adlı şəxs onunla razılaşmayaraq 30.000 manata razılığa gəldiklərini Novruza bildirir. Videogörüntünün 02 dəqiqə 14-cü saniyəsində daha 2 nəfər şəxs həmin otağa daxil olub əyləşirlər. Sağ tərəfdə küncdə Novruzun yanında əyləşən ağ köynəkli şəxs əlindəki özündə qeydiyyat apardığı dəftərinə baxaraq yanında əyləşən sonradan daxil olan şəxslərə verdiyi pullar qarşılığında qarşısında əyləşən şəxslərin nə iş gördüklərini onlardan soruşduğu, Novruz qarşısında əyləşən şəxsi qaynatasının dostu olduğu üçün ona obyekt verdiyini və həmin şəxsin özünü MTN-nin işçisi kimi tanıtdığını, yanında əyləşən şəxslərə bildirir. Otağa sonradan daxil olan şəxslərdən biri özünə məxsus çantasından müvafiq sənədləri çıxardaraq özündə bir çox qeydiyyatlar apardığını bildirir. Sonra o İlhama bildirir ki, “sən özünü mənə kollegiyanın üzvü kimi təqdim etmisən”, o, isə onunla razı olmayaraq elə demədiyini dediyi qeyd edir. Bundan sonra videogörüntünün 03 dəqiqə 50-ci saniyəsində otağa yenidən bir nəfər daxil olur. Onunla üzbəüzdə əyləşən İlham isə ona təqdim etdiyi əlində tutduğu sənədlərin saxta olduğunu deyir. Daha sonra isə o, ona müqavilələri təqdim etdiklərini bildirir. Ən sonda otağa daxil olan şəxs öz pulunu istəyərək “gətir mənim pulumu qoy ortalığa” deyir. Bundan sonra Novruz İlhamdan pullarını tələb edərək “mənim pullarımı nə vaxt qaytaracaqsan” deyə ona bildirir. Daha sonra İbad adlı şəxs otaqda əyləşənlərə bildirir ki, 100.000 manata yaxın pul xərcləmişəm. Vasif adlı şəxs isə hər kəsin içində onun dedikərinin yalan olduğunu, onun özünə yalan danışırsan deyə bildirir. Bundan sonra İbad və İlham otağı tərk edirlər və bununla da video görüntü başa çatır. Təqsirləndirilən şəxs2 DVD disindəki görüntülərdə onun özünün, Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 olduqlarını bildirir (İ cild, səh. 143). 34.«DVD diskinə köçürülmüş danışıqların dinlənilməsi haqqında» 17 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş 01ədəd DVD diskə içərisində 06 ədəd səs yazısına Zərərçəkmiş şəxs3 iştirakı ilə dinlənilmə keçirilmişdir. Zərərçəkmiş şəxs3 dinlənilən danışıqların onunla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında olduğunu bildirmişdir. Həmin danışıqların məzmunu Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 pul verməsi və pulun geri qaytarılması ilə bağlı söhbətlərdən ibarətdir (İİ cild, səh. 135-137). 35.«DVD diskinə köçürülmüş danışıqların dinlənilməsi haqqında» 30 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş 01ədəd DVD diskə içərisində 06 ədəd səs yazısına Təqsirləndirilən şəxs2 və onun müdafiəçis 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə dinlənilmə keçirilmişdir. Həmin danışıqların məzmunu Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 pul verməsi və pulun geri qaytarılması ilə bağlı söhbətlərdən ibarətdir (İİ cild, səh. 145-147). 36.«DVD diskinə köçürülmüş danışıqların dinlənilməsi haqqında» 01 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş 01ədəd DVD diskə içərisində 06 ədəd səs yazısına Təqsirləndirilən şəxs1 və onun müdafiəçis 25 saylı Vəkil Bürosunun vəkili X8 iştirakı ilə dinlənilmə keçirilmişdir. Həmin danışıqların məzmunu Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 pul verməsi və pulun geri qaytarılması ilə bağlı söhbətlərdən ibarətdir (İİ cild, səh. 167-169). 37.«DVD diskinə köçürülmüş danışıqların dinlənilməsi haqqında» 30 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş 01 ədəd ödəniş terminalı vasitəsi ilə pul köçürülməsinə dair qəbzə Zərərçəkmiş şəxs3 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin qəbz Sumqayıt şəhəri 32-ci məhəllə Araz supermarketdə yerləşən "xxxx" MMC-nin “Milli ön” elektron ödəmə terminalına aid olduğu və 700 manat məbləğdə pulun 25 mart 2022-cü il tarixdə saat 13- 42 dəqiqə köçürüldüyü qeyd olunur. Zərərçəkmiş şəxs3 həmin qəbzdə qeyd olunan məbləğ pulun onun tərəfindən Təqsirləndirilən şəxs1 bank kart hesabına köçürtdüyünü bidirmişdir. (İİ cild, səh. 144). 38.«Sübutların qiymətləndirilməsi haqqında» 02 dekabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə ödəmə terminalı vasitəsi ilə pul köçürülməsinə dair qəbz, videogörüntülər və danışıqlara aid DVD disklər sübut əhəmiyyətinə malik olduqları nəzərə alınmaqla maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (İİ cild, səh. 191- 208). 39.«İfadənin yerində yoxlanılması haqqında» 14 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs Xəlilov X11 rayonu, Ağa Neymətulla küçəsi 23 ünvanında 03 fevral 2020-ci il tarixdə 15.000 manat, daha sonra Xətai rayonu Əhmədli qəsəbəsində, Nəsimi rayonunu Qulu Quliyev küçəsində, Nərimanov rayonu F.X.Xoyski küçəsində Papatiya mağazasının qarşısında, sonuncu dəfə isə Nərimanov rayonu “Tonqal” restoranında hissə-hissə olmaqla 86.500 manat məbləğində pulu məhkəmədə olan mülki işin həlli ilə bağlı verildiyini bildirmişdir (İ cild, səh. 126-130). 40.«İfadənin yerində yoxlanılması haqqında» 15 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ünvan 11 ünvanında yerləşən “Tonqal” restoranını göstərərək, həmin yerdə 1500 manat məbləğində pulu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 mülki işinin məhkəmədə həlli edilməsi üçün 2021-ci ilin mart ayında verdiyini bildirmişdir (İ cild, səh. 138-139). 41.«Cinayət törətməkdə şübhə edlən şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 28 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 190-191). 42.«Cinayət törətməkdə şübhə edlən şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 27 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 168-169). 43.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 4(005)- 1406/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 28 sentyabr 2023-cü il tarixdən hesablamaqla 14 yanvar 2024-cü il tarixədək “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 244-248). 44.«Polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilməsi haqqında» 29 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 29 sentyabr 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 255-257). 45.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 iyul 2002-ci il tarixli, 1-309/02 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 iyul 2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 maddələri ilə 05 il müddətə, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları toplamaqla qəti olaraq 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (İ cild, səh. 116-117, İİ cild, səh. 120- 125). 46.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Füzuli Qarnizonu Hərbi Məhkəməsinin 15 aprel 1999-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 241-ci maddəsinin “V” bəndi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökmün icrası hərbi əməliyyat qurtaranadək təxirə salınmış, 17 aprel 2000-ci il tarixdə Gəncə Qarnizonu Hərbi Məhkəməsinin qərarı ilə cəzadan azad edilmişdir (İİ cild, səh. 3-4). 47.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2008-ci il və xx.xx.2014-cü il təvəllüdlü iki uşağı vardır. 48.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 10 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1965-ci il tarixdə İmişli rayonu Poltavka kəndində anadan olmuş, AR CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hesabında olan Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə 3 saylı istintaq təcridxanasından təcili etapla “Mexaniki sarılıq” diaqnozu ilə müəssisənin İntensiv terapiya şöbəsinə daxil olmuşdur (həbs müddətinin əvvəli: xx.xx.2023). xx.xx.2024-cü il tarixdə təxminən saat 19:10 radələrində həbs edilmiş şəxs Təqsirləndirilən şəxs1 müəssisənin İntensiv terapiya şöbəsində “Qaraciyərin qarışıq mənşəli sirrozu. Dekompensasiya mərhələsi. Assit. Portal hipertenziya. Qaraciyər ensefalopatiyası. Qaraciyər koması. Kəskin ürək-damar və tənəffüs çatışmazlığı” diaqnozu ilə ölmüşdür. Meyit ölüm səbəbinin dəqiqləşdirilməsi üçün Bakı şəhəri Məhkəmə Tibbi Ekspertizası Pataloji Anatomiya Birliyinin Nizami rayon şöbəsinə göndərilmişdir. Tətbiq edilən qanunvericilik normaları və məhkəmənin mövqeyi: 49.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 50.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 51.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 52.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır və onların törətmiş olduqları cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilmişdir. 53.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 54.Məhkəmə, təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək onların ittiham olunduğu cinayət əməlini törətmələrini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxslərin öz müdafiələri üçün məhkəmə istintaqı zamanı irəli sürdükləri mülahizələri məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, təqiq edilmiş istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiələri üçün gətirdikləri dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 55.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X10rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 56.Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq cinayət əməlini törətmələri məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 57.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 58.Təqsirləndirilən şəxs1 10 noyabr 2024-cü il tarixdə saat 19:10 radələrində müalicə aldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 terapiya şöbəsində “Qaraciyərin qarışıq mənşəli sirrozu. Dekompensasiya mərhələsi. Assit. Portal hipertenziya. Qaraciyər ensefalopatiyası. Qaraciyər koması. Kəskin ürək-damar və tənəffüs çatışmazlığı” diaqnozu ilə öldüyündən ailəsi Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmış və məhkəmə iclasında ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmış X15 bəraətverici əsaslar olmadan Təqsirləndirilən şəxs1 barəsində olan cinayət işinə xitam verilməsi barədə məhkəməyə müraciət etməmiş, bu səbəbdən ümumi qaydada məhkəmə baxışı davam etdirilmişdir. 59.Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. Mərhum Təqsirləndirilən şəxs1 qeyd edilən cinayət əməlini törətməkdə təqsirli bilinməli, 10 noyabr 2024-cü il tarixdə tarixdə öldüyündən ona cəza təyin olunmamalıdır. 60.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.2-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: “44.2.1-1. bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda - ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə”. 61.Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbirinin ləğv olunmasını əsaslı hesab edir. 62.Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 63.Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 64.Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 65.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 66.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 67.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 68.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 70.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 71.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 72.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 73.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. 74.Göründüyü kimi Təqsirləndirilən şəxs2 əvvəllər Füzuli Qarnizonu Hərbi Məhkəməsinin 15 aprel 1999-cu il tarixli hökmü ilə məhkum edildiyi cinayət əməlinə münasibətdə məhkumluğu ödənilmişdir. 75.Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 76.Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 77.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 78.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 79.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 80.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı - 03 aprel 2025-ci il tarixdən hesablanmalıdır. 81.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 27 sentyabr 2023-cü il tarixdən 29 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 (iki) gün müddət ona təyin ediləcək cəzanın müddətinə hesablanmalıdır. 82.Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsini, həbs qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalından həbs edilməsini və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 83.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi . 84.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 85.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 86.Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 87.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizəni baxılmamış saxlanılır. 88.İş üzrə Zərərçəkmiş şəxs1 mülki iddiaçı kimi tanınmış, lakin məhkəmə hesab edir ki, mülki iddia qanunvericiliyin tələblərinə uyğun verilmədiyindən baxılmamış saxlanılmalıdır. 89.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.6 və 353.4.11-ci maddələrinə əsasən cinayət işi üzrə maddi sübut olan ödəmə terminalı vasitəsi ilə pul köçürülməsinə dair qəbzin, videogörüntülər və danışıqları özündə əks etdirən 02 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 90.İş üzrə ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 91.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 92.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. 93.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 94.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 10 noyabr 2024-cü il tarixdə öldüyündən ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 27 sentyabr 2023-cü il tarixdən 29 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı 03 aprel 2025-ci il tarixdən hesablansın. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası baxılmamış saxlanılsın. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsindən 480 (dörd yüz səksən) manat Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut - ödəmə terminalı vasitəsi ilə pul köçürülməsinə dair qəbz, videogörüntülər və danışıqları özündə əks etdirən 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Elmin Rüstəmov
3. Vüqar Quliyev