Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1660/2021 22.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müadfiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Agakişi oğlu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edərək özündə saxlamış və daşımışdır. Belə ki, o, naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağaq olunmuş psixatrop maddələr»-in İİ siyahısına daxil edilmiş təmiz çəkisi 9,370 qram küstar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metafetamini əldə edib üstündə saxlamaqla daşımış və 04 iyun 2021-ci il tarixdə, saat 22:30 radələrində Bakı şəhəri Yasamal rayonu, H.B.ünvan 2 ünvanın qarşısında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş-əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılıb, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə gətirilmiş, şöbənin inzibati binasında video çəkiliş vasitəsi ilə onun üzərindən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir bükümdə təmiz çəkisi 9,370 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və bir ədəd «gümüşü» rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən bir ildir narkotik istifadəçisidir. Narkotik vasitə kimi yalnız psixotrop maddə olan metafetamindən istifadə edir. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, yalnız şəxsi istifadəsi üçün almışdır. İlk vaxtlar narkotik vasitəni Bakı şəhəri, Binəqədi rayonu ərazisində adını dəqiq xatırlamadığı «Azər», yaxud «Həsən» adlı şəxslərdən alırdı. Həmin şəxsin mobil telefon nömrəsini xatıramır. Narkotik vasitəni müxtəlif vaxtlarda qramını 20 (iyirmi) manatdan 50 (əlli) manatadək qiymətlərdə almışdır. Hər gün bir qram yaxud, bir qram yarım istifadə edirdi. Bundan əvvəl şəxsi istifadə üçün bir dəfəyə 9-10 qram narkotik vasitə aldığı olmamışdır. 04 iyun 2021-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, «20 Yanvar» adlandırılan ərazidə polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl uzun müddət Bakı şəhərində, həmçinin respublikanın müxtəlif rayonlarında olan restoranlarda aşpaz işləmiş, aylıq gəliri 900-1.000 (doqquz yüz-min) manat olmuşdur. Bundan əlavə, sosial şəbəkələrdə «e-bay» tətbiqi vasitəsilə online ticarətlə məşğul olmuşdur. Narkotik vasitələrə olan tələbatını qeyd etdiyi mənbələrdən gələn gəlirləri ilə ödəyirdi. Narkotik vasitə və psixotrop maddədən istifadə etməyin cinayət olduğunu bilməmişdir, peşimandır, əgər bu əməlin onun uzun müddətə azadlıqdan məhrum etmə cəzası almasına səbəb olacağını bilsəydi belə hərəkətə yol verməzdi. İbtidai istintaq zamanı ilkin izahat və ifadələrini təzyiq altında verdiyi üçün etmədiyi cinayəti üzərinə götürmüşdür. Belə ki, o, heç vaxt narkotik vasitə və ya psixatrop maddə satışı ilə məşğul olmamışdır. Sonrakı ifadələrində sərbəst, heç bir təzyiq altında olmadığından doğru danışmışdır. Tutulduqdan bir ay sonra ekspertizaya göndərilmiş və analizin nəticəsi neqativ olmuşdur. Ekspertiza Mərkəzində analiz götürülərkən yalnız metafetamin və «şüşə» adlanan narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin izahatını, ifadələrini təzyiq altında verməsi səbəbindən təsdiq etmədiyini, təqsirləndirilən şəxs qismində vermiş olduğu son iki ifadəsi daxil olmaqla məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini dinləyib, şahidi dindirərək, habelə iş üzrə digər sübutları araşdıraraq hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 04 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliynin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumatda Sumqayıt şəhəri, Kotec qəsəbəsi, M.F.Axundov küçəsi, ev 2 ünvanında yaşayan 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitə və psixotrop maddələr əldə edib üzərində gəzdirməsi və satışı ilə məşğul olması göstərilmişdir. Bununla əlaqədar raportla Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs və onunla əlaqəli olan digər şəxslərin müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri, Yasamal rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə çıxarılmış qərar əsasında İdarənin əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. Həmin əməliyyat-axtarış tədbirinə şəxsən rəhbərlik etmiş, əməliyyat qrupunun üzvləri ilə birlikdə 04 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Bakı şəhəri, Yasamal rayonu ərazisinə yollanmışlar. Orada əməliyyat mövqeyi seçildikdən sonra saat 22:30-da Yasamal rayonu, H.B.ünvan 2 ünvanının qarşısında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs müəyyən edilərək saxlanılmışdır. Təqsirləndirilən şəxs özünü şübhəli aparsa da, narkoitik vasitə satarkən saxlanılmamışdır. Saxlanılan şəxs özünü təqdim etdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş, sonra ona izah edilmişdir ki, mütəmadi olaraq Yasamal rayonu ərazisində narkotik vasitə olan heroinin və psixotrop maddə olan metafetaminin əldə edib, üzərində gəzdirməsində və satışı ilə məşğul olmasında şübhəlidir. Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində dəvət olunmuş vəkilin işirakı ilə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə ağ rənli kristal şəkilli, psixotrop maddə metafetamnə bənzər kütləni təqdim etmişdir. Həmin maddənin çəkisi 10 qram olardı. Bundan sonra Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd elektron tərəzi, sol yan cibindən bir ədəd «Redmi» markalı qara rəngli mobil telefon, 40 (qırx) manat pul, sol arxa cibindən isə siqaret dənələri olan siqaret qutusu və bir ədəd alışqan aşkar olunmuş, büküm və tərəzi zərfə qoyularaq möhürlənmiş, Təqsirləndirilən şəxs də zərfin üzərinə imza etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 40 (qırx) manat pul özünə qaytarılmış, bir ədəd mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə psixotrop maddə metafetmini İran İslam Respublikasının vətəndaşı «Həsən» adlı şəxsin vasitəsi ilə satmaq üçün Yasamal rayonu ərazisindən əldə etdiyini, qramını 30 (otuz) manata satdığını bildirmişdir. Məhkəmədə ifadəsi elan olunmuş şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində Xüsusilə Mühüm İşlər üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 digər Şahid2 ifadəsində göstərdiyi xüsusiyyətləri təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir (iş vərəqi 110-112). Bundan başqa iş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin 04.06.2021-ci il tarixli raportundan məlum olur ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib, Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur (iş vərəqi 04). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin 04.06.2021-ci il tarixli raportundan məlum olur ki, BNMİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib, Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün 04.06.2021-ci il tarixdə, saat 22:30 dəqiqədə Yasamal rayonu, H.B.ünvan 2 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə gətirilmişdir (iş vərəqi 10). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin 04.06.2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 23:00 dəqiqədə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 23). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin 04.06.2021-ci il tarixli protokolundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə metafetaminə bənzər kütlə, bir ədəd elektron tərəzi, sol yan cibindən bir ədəd «Redmi» markalı, qara rəngli mobil telefon, 40 (qırx) manat pul, sol arxa cibindən isə içində siqaret dənələri olan siqaret qutusu və bir ədəd alışqan aşkar olunmuş, həmin bir bükümdə metafetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə çəkisi 10,98 qram olmuş, daha sonra həmin kütlə və bir ədəd elektron tərəzi qablaşdırılaraq, möhürlənib, üzərində müvafiq qeydlər aparıldıqdan sonra iş üzrə əhəmiyyət kəsb etdiyindən bir ədəd mobil telefonla birlikdə götürülmüş, içində siqaret dənələri olan siqaret qutusu, bir ədəd alışqan və 40 (qırx) manat pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır (iş vərəqi 32-34). İş materiallarındakı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində verdiyi 05.06.2021-ci il tarixli izahatı, həmin və 06.06.2021-ci il tarixli dindirmə protokollarından (şübhəli və təqsirləndirilən qismində) görünür ki, o, polis əməkdaşları tərəfindən 04.06.2021-ci il tarixdə, saat 22:30 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində saxlanılarkən üzərindən aşkar olunan narkotik vasitə özünə məxsusdur, həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı Həsən adlı şəxsin vasitəsi ilə satmaq üçün əldə etmiş, metafetaminin qramını 20 (iyirmi) manata alıb 30 (otuz) manata satmış, elektron tərəzidən satdığı narkotik maddələrin çəkisini müəyyən etmək üçün istifadə etmiş, vaxtaşırı olaraq narkotik maddələrdən istifadə emişdir. Saxlanılan zaman ona polis əməkdaşları tərəfindən heç bir zorakılıq tətbiq edilməmişdir (iş vərəqi 38-39; 54-56; 65-67). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.06.2021-ci il tarixli 6/2259 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...» yazısı olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 9,370 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə- metafetamindir və bir ədəd «gümüşü» rəngli elektron tərəzinin üzərində metafetaminin izləri vardır. Metafetamin iz şəkilində olduğu üçün bükümdəki metafetaminlə eyni tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. 28.06.2005-ci il tarixli Azərbacan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İİ siyahısına daxildir; aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat müəyyən edilmişdir (iş vərəqi 41-44). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 5(004)-505/2021 nömrəli 05.06.2021-ci il tarixli qərarından görünür ki, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş 04.06.2021-ci il tarixli qərar qanuni hesab edilmişdir (iş vərəqi 48). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 06.06.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir (iş vərəqi 57-58). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-296/2021 nömrəli 06.06.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 04 iyun 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir (iş vərəqi 76-80). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 06.06.2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən götürülmüş bir ədəd «Redmi» markalı, «Note8» modelli, **********16768 və **********16764 İmei kodlu mobil telefonun üzərinə taxılmış bir ədəd "xxxx" mobil telefon nömrəsinə keçirilmiş baxış zamanı həmin mobil telefonun üzərindəki mobil telefon nömrəsinin "xxxx" MMC-ə məxsus +994 55 450 85 14 GSM nömrəsi olması müəyyən edilmişdir; fotocədvəllər protokola əlavə edilmişdir (iş vərəqi 89-91). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən, Ağstafa Rayon Məhkəməsinin 1(015)-69/2019 nömrəli 10.12.2019-cu il tarixli hökmünün surətindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidməti Sumqayıt şəhər Probosiya Şöbəsinin 09.07.2021-ci il tarixli 27047/2021 nömrəli, 20.12.2021-ci il tarixli 4534 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs Ağstafa Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddəsi ilə təqsirli bilinərək 1.500 (bir min beş yüz) manat cərimə cəzasına məhkum edilmiş, barəsində həmin Məcəllənin 69.4-cü maddəsi tətbiq olunmaqla təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək üzərində 1.000 (bir min) manat cərimə cəzası saxlanılmış, 500 (beş yüz) manat cərimə cəzası ödənilməmiş qalmış, «8 noyabr- Zəfər günü» münasibətilə amnistiya elan edilməsi» haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarına əsasən barəsində amnistiya tətbiq edilərək cərimə cəzasından azad edilmişdir (iş vərəqi 102-103; 133; 135-137;). Azərbaycan Respublikası CM-nin 83.3, 83.3.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 1 (bir) il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 81-ci maddəsində göstərilir ki, «... Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər». Həmin Məcəllənin 83.2-ci maddəsinə görə barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair» 08 iyul 2008-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsi yalnız məhkəmənin ittiham hökmünə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə cəza təyin edilməməsi və amnistiya aktına əsasən cəzadan azad edilməsi hallarını nəzərdə tutur. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu götürülmüşdür. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.1, 18.4.3-cü maddələrinə görə, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər və bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Bu mənada Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaratmır. İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 17.06.2021-ci il tarixli protokolundan görünür ki, maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuş cinayət işi üzrə şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünə əks etdirən bir ədəd CD disk keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X8, BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsi təklif edilir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona baş təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə metafetaminə bənzər kütləni təqdim etdi. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı sonuncunun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd elektron tərəzi, sol yan cibindən bir ədəd «Redmi» markalı, qara rəngli mobil telefon, 40 (qırx) manat pul, sol arxa cibindən isə içində siqaret dənələri olan siqaret qutusu və bir ədəd alışqan aşkar olundu. Sonra həmin bir bükümdə metafetaminə bənzər kütlə elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 10,98 qram oldu. Sonra həmin kütlə və bir ədəd elektron tərəzi qablaşdırıldı, möhürləndi, üzərində müvafiq qeydlər aparıldı, şübhəli şəxs, müdafiəçi, tərəfimdən imzalandı və götürüldü. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd mobil telefon götürüldü, içində siqaret dənələri olan siqaret qutusu, bir ədəd alışqan və 40 (qırx) manat pul Təqsirləndirilən şəxs geri qaytarıldı. Sorgu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı «Həsən» adlı şəxsin vasitəsi satmaq üçün Bakı şəhəri, Yasamal rayonu ərazisindən əldə etdiyini, metamfetaminin qramını 30 manata satdığını, polis əməkdaşları tərəfindən ona fiziki və psixi zor tədbiq olunmadığını, narkotik vasitələrdən istifadə etdiyini bildirdi (iş vərəqi 108-109). İş materiallarındakı Sumqayıt Bələdiyyəsi «Xəzər» Bağçılıq Cəmiyyəti Ərazisi üzrə 1 saylı Məhəllə Komitəsinin 775 nömrəli 02.07.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs «ünvan 4 ünvanda qeydiyyatsız yaşayır (iş vərəqi 128). İş materiallarındakı Sumqayıt Bələdiyyəsi «Xəzər» Bağçılıq Cəmiyyəti Ərazisi üzrə 1 saylı Məhəllə Komitəsinin 16 nömrəli 02.07.2021-ci il tarixli xasiyyətnaməsində Təqsirləndirilən şəxs müsbət xasiyyətləndirilmişdir (iş vərəqi 129). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 14.07.2021-ci il tarixli protokolundan görünür ki, "xxxx" MMC-nin BKC/LGL-12522/21 nömrəli 08.07.2021-ci il tarixli məktubu ilə daxil olmuş, Təqsirləndirilən şəxs istifadəsində olan 055 ***-**-** mobil nömrəsi ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlara keçirilmiş baxış zamanı həmin mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqları və sms yazışmalarının aparılması, həmçinin Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin alışı, satışı və istifadəsini təsdiq edən danışıqların və sms yazışmalarının aparılması müəyyən edilmişdir (iş vərəqi 138-152). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 14.07.2021-ci il tarixli 2334 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 153- 155). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5/675 nömrəli 23.07.2021-ci il tarixli ekspert rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı «Android 10» əməliyat sistemi ilə təhciz olunmuş «X15 8» markalı, «M1908C3JG» modelli, **********16768, **********16764 «imeı» kodlu mobil smartfon halhazırda işlək vəziyyətdədir; «X15 8» markalı, «M1908C3JG» modelli mobil smartfonun yaddaşında movcud olan (kontaklar, zənglər, «SMS» mesajlar, foto, video, audio və sairə fayllar) məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş iki ədəd DVD-R disk); rəyin tədqiqi hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş «X15 8» markalı, «M1908C3JG» modelli mobil smartfonun yaddaşından hər-hansı bir məlumatın pozulubpozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı; «X15 8» markalı, «M1908C3JG» modelli mobil smartfonun yaddaşına quraşdırılmış «WhatsApp» proqram təminatı vasitəsi ilə aparılmış məlumat (çat seansı, audio fayllar, qəbul olunmuş, çıxan, buraxılmış səsli zənglər və çıxan, buraxılmış video zənglər) mübadilələləri, «İnstagram» sosial şəbəkəsinə aid, «elcan_066» adlı istifadəçi profilinin «Direct» bölməsində məlumat (çat seansı və aidio faylar) mübadilələləri müəyyən olundu, lakin rəyin tətqiqi hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə qeyd olunan məlumat mübadilələrini köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı; aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir (iş vərəqi 162-166). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 06.09.2021-ci il tarixli protokolundan görünür ki, məhkəmə kompütertexniki ekspertizasından daxil olmuş iki ədəd DVD+R diskə keçirilmiş baxış zamanı «X15 8» markalı, «M1908C3JG» modelli mobil smartfonun yaddaşında mövcud olan kontaklar, zənglər, «sms» mesajlar, foto, video, audio və sair fayllarda olan məlumatlarda iş üzrə əhəmiyyət kəsb edən sübutlar müəyyən edilməmişdir; disklər protokola əlavə olunmuşdur (iş vərəqi 167-168). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 X10 Məhkəmə Psixiatrik Ekspertizasının 28.07.2021-ci il tarixli 1625 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Belə ki, o, əvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur və buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur, əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və onda hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilmir (iş vərəqi 170-171). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 08.09.2021-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsinə dair qərarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından qalıq qalmış 9,270 qram psixotrop maddə metafetamin, bir ədəd «gümüşü» rəngli elektron tərəzi, bir ədəd «Redmi» markalı, «Note 8» modelli, **********16768 və **********16764 «imei» kodlu mobil telefon məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Yasamal Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş; şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən bir ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD disk və Təqsirləndirilən şəxs ifadəsini əks etdirən bir ədəd CD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (iş vərəqi 176-187; 224). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 08.09.2021-ci il tarixli qərarından görünür ki, cinayət işinin materiallarından İran İslam Respublikasının vətəndaşı «Həsən» adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqi 189-190). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 09.09.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (iş vərəqi 193- 194). Məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Probasiya Şöbəsinin 20.12.2021-ci il tarixli 4534 nömrəli məktubundan görünür ki, «8 noyabr- Zəfər günü» münasibətilə amnistiya elan edilməsi» haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarına əsasən Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilərək cərimə cəzasından azad edilmişdir. Məhkəməyə təqdim olunan ərizə-hesabatdan görünür ki, Təqsirləndirilən şəxs hüquqları məhkəmədə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 50 (əlli) iş saatı müddətində müdafiə olunmuşdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə özünü təqsirli bilməməsinə, yəni narkotik vasitənin istifadəçisi olsa da, alqı-satqısı ilə məşğul olmadığına dair verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşıyıb cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04.03.2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanununun Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasiətlərin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İİ siyahısında psixotrop maddə- metafetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış şahid ifadələri, məhkəmədə elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmada verdiyi etirafedici izahat və ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri, maddi sübutların mövcudluğu və iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını işdə cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 15.4 və 56.1.2-ci maddələrini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə verilmiş ekspertiza rəyinə əsasən Azərbaycan Respublikası CM-nin 93.1 və 93.1.2-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli lakin o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülmədir. İş üzrə maddi ziyan, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə uyğun olaraq, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1, 132.1.4, 132.1.5, 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; cinayət qanuni ilə nəzərdə tutlmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçılərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; digər əsənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və saxlanılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından qalıq qalmış 9,270 qram psixotrop maddə metafetamin, bir ədəd «gümüşü» rəngli elektron tərəzi məhv edilməli; bir ədəd «Redmi» markalı, «Note 8» modelli, **********16768 və **********16764 «imei» kodlu mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı; şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən bir ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD disk və Təqsirləndirilən şəxs ifadəsini əks etdirən bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197-198-ci maddələrinə əsasən bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə, ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə bu qənaətə gəlir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri 174 (yüz yetmiş dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 nömrəli qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 06 (altı) manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından vəkil X2 vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27.12.1996-cıil tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında qauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30.03.2006-cıil tarixli 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27.12.1996-cıil tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəza çəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 04 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının əvvəli 04 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasın lakin o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri 174 (yüz yetmiş dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından vəkil X2 vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı Vəkil Bürosunun nəfinə 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və saxlanılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından qalıq qalmış 9,270 qram psixotrop maddə metafetamin, bir ədəd «gümüşü» rəngli elektron tərəzi məhv edilsin. Bir ədəd «Redmi» markalı, «Note 8» modelli, **********16768 və **********16764 «imei» kodlu mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən bir ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD disk və Təqsirləndirilən şəxs ifadəsini əks etdirən bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1660/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1660/2021
22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver