Məhkəmə qərarları › İş №1(101)-1660/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1660/2022

23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1660/2022 23.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X7 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işşləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Axundov küçəsi ev 9A-da qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, külli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin, külli miqdarda psixotrop maddə hesab edilən metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, 12 may 2022-ci il tarixdə saat 12:50 radələrində Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında tərəflərindən narkotik vasitənin dövrüyyəsində şübhəli bilinərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən «Topaz» mərc oyunu salonu qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasına dəvət edilmiş, müdafiəçinin iştirakı ilə həmin tarixdə saat 14:30 radələrində üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılarkən əynində olan tünd göy rəngli gödəkçəsinin sol yan cibindən satış məqsədi ilə saxladığı 02 ədəd, yəni 01 ədəd selofan kəsiyi bükümdə təmiz çəkisi 3,814 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, 01 ədəd selofan kəsiyi bükümdə təmiz çəkisi 4,012 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona verilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə metamfetamindən istifadə etmiş, lakin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 11 may 2022-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı kimi bildiyi şəxsin xatırlamadığı hesab nömrəsinə «E-manat» vasitəsi ilə 150 manat ödəyərək özü istifadə etmək üçün metamfetamin və narkotik vasitə olan heroin sifariş vermişdir. 12 may 2022-ci il tarixdə saat 12:50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində «Topaz» mərc oyunu salonu yaxınlığında sifariş verdiyi metamfetamin və narkotik vasitə olan heroini nömrəsini bilmədiyi evin qaz sayğacının içərisindən götürdükdən sonra polislər tərəfindən saxlanılaraq Qaradağ RPİ-nin 11-ci polis bölməsinə aparılmışdır. Bölmədə üzərinə videoçəklişlə baxış keçilmiş, metamfetamin və narkotik vasitə ondan aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, narkotik və psixotrop maddələrin alüdəçisi olduğu üçün arada bir tanımadığı şəxslərdən əldə edir və maddi tələbatını ödəmək üçün tanımadığı şəxslərə satır. 11 may 2022-ci il tarixdə günorta saatlarında əvvəllər internetdə yadında qalmayan sosial şəbəkədə tanış olduğu heç bir anket məlumatını bilmədiyi, İran İslam Respublikasının vətəndaşı olduğunu bildiyi şəxsin yadında qalmayan hesab nömrəsinə «E-manat» vasitəsi ilə 150 manat ödəyərək özü istifadə etmək və satmaq məqsədi ilə hərəsindən bir büküm psixotrop maddə olan metafetamin və narkotik vasitə olan heroin sifariş vermişdir. Həmin şəxs bükümləri Lökbatan qəsəbəsində 28 may küçəsində şərti yerə qoyduqdan sonra 12 may 2022-ci il tarixdə saat 12:50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində «Topaz» mərc oyunu salonu yaxınlığında nömrəsini bilmədiyi evin izah olunmuş qaz sayğacının içərisindən selofan kəsiyində 2 büküm, 1 bükümdə psixotrop maddə olan metafetamin və 1 bükümdə narkotik vasitə olan heroin götürərək əynində olan tünd göy rəngli gödəkçəsinin sol yan cibinə qoymuşdur. Həmin yerdən aralanaraq «Topaz» mərc oyunu salonu qarşısından keçərkən mülki geyimdə iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edib, özlərini təqdim etdikdən sonra Qaradağ RPİ-nin 11-ci polis bölməsinə dəvət etmişlər. Bölməsinə Xidməti otaqların birində müdafiəçinin də iştirakı ilə videoçəkliş aparmaqla ona təklif edilmişdir ki, üzərində dövriyyəsi qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etsin. O da əynində olan tünd göy rəngli gödəkçəsinin sol yan cibindən həmin selofan bükümdə əldə etdiyi 1 bükümdə psixotrop maddə olan metafetamini və 1 bükümdə narkotik vasitə olan heroini çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı o, psixotrop maddə olan metamfetamini və narkotik vasitə heroini öz isfadəsi və tələbatını təmin etmək üçün də satış məqsədi ilə üzərində saxlayaraq daşıdığını bildirmişdir. Sonra ondan aşkar edilmiş həmin bükümlər, iştirakçıların yanında zərfə qoyulub möhürlənmiş, zərfin üzəri onun və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsinin narkotik vasitəni satış məqsədi ilə üzərində saxlaması hissəsini təsdiq etmədiyini, həmin ifadələri polislərin psixi təsirinə məruz qaldığı üçün imza etməyə məcbur qaldığını, məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Qaradağ RPİ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 12 may 2022-ci il tarixdə saat 12:50 radələrində əməliyyat məlumatı əsasında digər əməliyyat müvəkkili Şahid2 ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən «Topaz» mərc oyunu salonu qarşısında qanunsuz narkotik vasitələrin, psixotrop maddələrin dövrüyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs saxlayaraq Qaradağ RPİ-nin 11-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə hüquqlarını müdafiə olunması üçün Bakı şəhəri 10 saylı vəkil bürosundan bölmənin təhqiqatçısı tərəfindən dövlət hesabına müdafiəçi təyin olunaraq dəvət olunmuşdur. Sonra iştirakçılara xəbərdarlıq edilməklə, görüntünü əks etdirən videoçəkliş vasitəsi ilə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün dəvət edilmiş müdafiəçisinin də iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçəsinin sol yan cibindən selofan kəsiyində iki büküm çıxardaraq masanın üzərinə qoymuşdur. Sorğu zamanı Tamerlan bükümlərdən birinin içərisində psixotrop maddə olan metamfetamin, digərinin içərisində narkotik vasitə heroin olmasını və həm satmaq üçün, həmdə öz isfadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Aşkar olunmuş bükümlər açılaraq içərisinə baxdıqda birinin içərisində ağ rəngli kristal şəkilli maddə, digərindən isə qəhvəyi rəngli toz şəklində maddə müəyyən edilmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin maddələri həmin günü həm satmaq, həmdə özü qəbul etmək üçün internetdə sosial şəbəkədə tanış olduğu İİR-nın tanımadığı vətəndaşın kartına 150 manat pul ödədikdən sonra ona bükümlərin olduğu yer izah olunduqdan sonra Lökbatan qəsəbəsində əldə etmişdir. Aşkar edilmiş həmin bükümlər, iştirakçıların yanında zərfə qoyulub möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, dəvət edilmiş müdafiəçi, Təqsirləndirilən şəxs və onlar həmin protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 və ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuş Şahid3 fadələrində Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında 12 may 2022-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri rayon Qaradağ Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi haqqında 14 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 12 may 2022-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması barədə 12 may 2022-ci il tarixli protokoldan görünür ki, müdafiəçisi X3 və Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşlarının iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçəsinin sol yan cibindən 2 (iki) ədəd selofan kəsiyində bükümlər çıxardaraq masanın üzərinə qoymuş, bükümlər açıldıqda birinin içərisində ağ rəngli kristallardan ibarət, digərinin içərisindən qəhvəyi rəngli toz şəklində maddələr aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan protokoldan məlum olur ki, 1 ədəd DVD diskə baxış keçirilmişdir. Eyni zamanda məhkəmədə həmin diskə baxış keçirilmişdir. Həmin protokolda və məhkəmədə tədqiq olunan diskə baxış zamanı yuxarıda qeyd olunan 12 may 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokolunda göstərilənlər öz əksini tapmışdır. Cinayət işinin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/2734 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün № 223” möhür əks olan, “Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə və psixotrop maddəyə oxşar kütlə....” və s. yazılar, imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 3,814 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 4,012 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Metamfetamin -3,814qr., tədqiqata sərf edildi-0,01qr., qalıq -3,714 qramdır. Heroin -4,012 qram, tədqiqata sərf edildi-0,01qr., qalıq 3,912 qramdır. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022ci il tarixli 3897 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***- ***-**-** mobil sim nömrələrin 12 aprel 2022-12 may 2022-ci il tarixə olan zənglərin, SMSlərin əldə edilərək baxış keçirilmiş, sms mətnlərindən müəyyən olunmuşdur ki, sonuncuya müxtəlif adlar altında narkotik vasitə və psixotrop maddələrin istəyinə dair SMS mətinləri yazılmış və həmin nömrələrdən narkotik vasitə və psixotrop maddə satılmasına, təşkil edilməsinə dair SMS-lər vardır. Belə ki, onun yazdığı və ona yazılan SMS-lər in məzmunundan görünür ki, o, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və 01 ədəd DVD diskə köçürülmüş və maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi narkotik vasitələrin satışı ilə məşğul olmaması kimi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladı vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladının olması cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə verilmiş ekspertiza rəyinə görə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertizadan sonra qalıq qalan 3,714 qram psixotrop maddə metamfetamin və 3,912 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 1 ədəd DVD disk və telefon məlumatlarını özündə əks etdirən 2 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 04 iyun 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 110 (yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İbtidai istintaq zamanı və məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 294 (iki yüx doxsan dörd) manat, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 12 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertizadan sonra qalıq qalan 3,714 qram psixotroa maddə metamfetamin və 3,912 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 1 ədəd DVD disk və telefon məlumatlarını özündə əks etdirən 2 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 110 (yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İbtidai istintaq zamanı və məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 294 (iki yüx doxsan dörd) manat, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 120 (yüz iyirmi) manat məbləğində pulödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar