Məhkəmə qərarları › İş №1(101)-1661/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1661/2022

04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1661/2022 04.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X8 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 8 dekabr 1964-cü il tarixdə Ucar rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 31 may 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 (bir) il 3 (üç) ay 18 (on səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş), məhkumluğu ödənilməmiş, ünvan 5-də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, YYM-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni və külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs şəxs halında 23 aprel 2022-ci il tarixdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan yerdə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə görüşüb sonuncudan satış məqsədi ilə qanunsuz olaraq 50 manat müqabilində şəffaf sellofana bükülmüş halda 3 ədəd bükümdə ümumilikdə 1,033 qram çəkidə psixotrop maddə olan metafetamini və 4 ədəd bükümdə ümumilikdə 3,792 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini əldə edib daşımaqla üzərində saxlamış, 23 aprel 2022-ci il tarixdə saat 22 radələrində ünvan 1 ünvanında Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə gətirilmiş və polis bölməsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən əlində olan qara rəngli çantanın içərisindən şəffaf sellofana bükülmüş halda 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,389 qram, 0,441 qram və 0,203 qram, ümumilikdə 1,033 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və şəffaf sellofana bükülmüş halda 4 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,836 qram, 0,159 qram, 1,630 qram və 0,167 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, uzun müddət narkotik vasitələrdən istifadə etmişdir. Zəmanət adlı rəfiqəsinin qızı vəfat etdiyindən baş sağlığı vermək üçün 23 aprel 2022-ci il tarixdə səhər saatlarında sonuncunun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Abdin küçəsində yerləşən evinə getmişdir. Həmin evdə olarkən rəfiqəsi mağazaya getməli olduğunu, qayıdacağını deyib çıxmış, o isə evdə qalmışdır. Bir qədər keçmiş evin qapısı döyülmüşdür. O, qapını açdıqda 4-5 nəfər şəxs evə daxil olaraq polis əməkdaşları olduqlarını, onun narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olduğunu və onlarla polis bölməsinə getməli olduğunu bildirmişlər. Həmin vaxt polis əməkdaşları ona tez-tez “malı ver” demiş, o isə həmin şəxslərə üzərində nakotik vasitə olmadığını bildirmişdir. Zəmanətin qızı yeni öldüyündən hüzr yerində səs-küy yaratmamaq üçün polis əməkdaşları ilə razılaşıb onlarla birlikdə Binəqədi RPİ-nin 6-cı PB-nə gəlmişdir. Binəqədi RPİ-nin 6-cı PB-də olarkən polis əməkdaşları həmin vaxt onun əlində olan pulqabını götürüb içərisinə narkotik vasitə qoyduqdan sonra ona geri qaytarmışlar. Bundan sonra videoçəkiliş zamanı həmin narkotik vasitənin özünə məxsus olmasını bildirməyini tələb etmişlər. O, polis əməkdaşlarına etiraz edib narkotik vasitənin ona məxsus olmasını bildirməyəcəyini deyib, onu nə üçün tutduqlarını soruşduqda polis əməkdaşları səbəb kimi onun əvəllər də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunduğunu deyib, pulqabına qoyduqları narkotik vasitənin necə olursa olsun ona məxsus olmasını qeyd edəcəklərini, etiraz etdiyi təqdirdə ona qarşı daha ağır itttiham irəli sürüləcəyi ilə hədələmişlər. Həmin hədələrin nəticəsində məcbur olub polis əməkdaşları ilə razılaşmış və videoçəkiliş zamanı narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Narkotik vasitə istifadəçisidir və narkotik vasitəni tanımadığı şəxslərdən almışdır. Tutulan zaman üzərində qanunsuz heç nə olmamışdır. Polis əməkdaşları bölməyə gətirməzdən əvvəl onunla təxminən 2 saat söhbət etmiş, söhbət zamanı polis əməkdaşlarından biri onun əvvəllər də narkotik vasitənin qəbulu ilə bağlı məhkum olunduğunu demişdir. Əvvəllər məhkumluğunun olmasını polis əməkdaşlarından hansının dediyini xatırlamır. Onu tutanlar DİN-nin BNMİ-nin əməkdaşları olmuş və bölmədə onun üzərində şəxsi axtarışın həyata keçirilməsində iştirak etməmişlər. Narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün almış, özü istifadə etmişdir. Heç vaxt narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə ittiham irəli sürüləcəyini bildirmişlər. Ona qarşı polis əməkdaşları tərəfindən psixi təsir göstərilmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Ona qarşı fiziki zor tətbiq edilməmişdir. İbtidai istintaq ona psixi təsir göstərildiyi üçün yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, uzun müddət narkotik vasitələrdən istifadə etmişdir. 23 aprel 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan yerdən tanımadığı şəxsdən 50 manata öz istifadəsi üçün narkotik vasitə heroini və psixotrop maddə metafetamini alıb üzərində saxlamışdır. Həmin tarixdə saat təxminən 22 radələrində ünvan 1 ünvanında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək onu qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 6-cı PB-nə gətirmişlər. Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra özünün xahişi ilə dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Ona təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilərkən əlində olan qara rəngli çantanın iç cibindən 4 ədəd şəffaf sellofana bükülmüş halda bükümlərdə olan narkotik vasitə hesab edilən heroin və 3 ədəd şəffaf sellofana bükülmüş halda bükümlərdə olan psixotrop maddə hesab edilən metafetamin aşkar olunaraq götürülmüşdür. Həmin naroktik vasitə və psixotrop maddə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiqləmişdir. Narkotik vasitə heroinin və psixotrop maddə metafetaminin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddəni öz şəxsi istifadəsi üçün əldə etmişdir (cild 1, iş vərəqə 52-53 və 83-85). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı qismən etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi RPİ-nin 6-cı PB-də əməliyyat müvəkkili vəzifəsində çalışır. ünvan 5 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni massivdə, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulu ilə məşğul olması barədə PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində onun zahiri əlamətləri, tez-tez harada olduğu və şəxsiyyəti müəyyən edilmişdir. Eyni zamanda sonradan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə də əməliyyat məlumatı daxil olmuşdur. Onun cinayət əməlinin ifşa olunması məqsədilə cinayət başında yaxalanması üçün tərəfindən 23 aprel 2022-cı il tarixdə bölmə rəisinə məruzə olunmuşdur. Belə ki, əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair onun tərəfindən qəbul olunmuş qərar bölmə rəisi tərəfindən təsdiq olunmuşdur. Sonra isə o və Binəqədi RPİ 6-cı PB-nin polis sahə inspektoru Şahid3 ibarət əməliyyat qrupunun təşkil olunması barədə protokol tərtib olunmuşdur. İş yoldaşı Şahid3 ilə birlikdə 23 aprel 2022-ci il tarixdə təxminən saat 22 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 1 ünvanında olduğunu müşahidə etmişlər. Təqsirləndirilən şəxs yaxınlaşıb polis vəsiqələrini göstərərək özlərini təqdim edib onlarla birlikdə polis bölməsinə gəlməsinin vacib olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsinin inzibatı binasındakı otaqların birində Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində hər hansı əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində PB-nin xadiməçisi Şahid2 tərəfindən axtarış aparılmışdır. İlk öncə Təqsirləndirilən şəxs geyindiyi paltarların ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması tələb edilmişdir. Təqsirləndirilən şəxs masanın üzərinə ona məxsus çantanı qoymuş və həmin çantanın özünə məxsus olmasını bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs özü çantanı açmış və çantanın iç cibindən 7 ədəd şəffaf sellofan bükümləri, özünə aid şəxsiyyət vəsiqəsini və 5 manat pulu çıxararaq masanın üzərinə qoymuşdur. Sonra isə Təqsirləndirilən şəxs çantasından aşkar olunmuş əşyaların bir-bir adlarını deməklə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs 4 ədəd şəffaf sellofan bükümdə "heroin" və 3 ədəd şəffaf sellofan bükümdə “metafetamin” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin 7 ədəd bükümü haradan əldə etməsi və nə məqsədlə üzərində daşıması soruşulduqda o, narkotik vasitə və psixotrop maddədən istifadə etdiyini, 23 aprel 2022-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu, “Papanin” adlanan verdən tanımadığı şəxsdən həmin 7 ədəd bükümü ümumilikdə 50 manata aldığını, həmin narkotik vasitəni və psixotrop maddəni əldə etdiyı şəxsin anket məlumatlarını bilmədiyini, ilk dəfədir ki, həmin şəxsdən narkotik vasitə və psixotrop maddə aldığını bildirmişdir. Bundan sonra ümumilikdə 7 ədəd şəffaf rəngli sellofan büküm içərisində olan maddələr çəkisinin və tərkibinin müəyyən edilməsi məqsədilə ekspertiza tədqiqatına göndərilməsi üçün 1 ədəd zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qəbulu, sonra isə satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Tutululmanın həyata keçirildiyi yerdə insanların intensiv hərəkəti, gecə saatları olduğu üçün qaranlıq olması və hər hansı kənar müdaxiləyə yolverilməməsi üçün şəxsi axtarış polis bölməsində həyata keçirilmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı hədə olmamış, heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxsə məxsus pulqabı videoçəkilişlə şəxsi axtarış həyata keçirilənədək Təqsirləndirilən şəxs özündə olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik maddələri şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 aprel 2022-ci il tarixli 6/2364 saylı rəyindən görünür ki, ekspert tədqiqatına üzərində “Azərbaycan Respublikası DİN-in Zərflər üçün №175” dairəvi möhür əks olunan “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr” sözləri və imzalar qeyd edilmiş zərf təqdim olunmuşdur. Zərfi açdıqda 4 ədəd bükümdə 1,836 qram, 0,159 qram, 1,630 qram və 0,167 qram, ümümilikdə 3,792 qram çəkidə qəhvəyi rəngli maddələr eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,389 qram, 0,441 qram və 0,203 qram, ümumilikdə 1,033 qram çəkidə ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr eyni tərkibli kustar üsulla hazırlanmış psixotrop maddələr metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”-in siyahısına (siyahı İ) daxildir. Metafetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”-in siyahısına (siyahı İ) daxildir (Qeyd: heroinin ümumi təmiz çəkisi 3,792 qram, tədqiqata sərf edildi 0,08 qram, qalıq 3,712 qram, metafetaminin ümumi təmiz çəkisi 1,033 qram, tədqiqata sərf edildi 0,09 qram, qalıq 0,943 qram, cild 1, iş vərəqə 45-49). Cinayət işinin materiallarında olan “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi qara rəngli əl çantasından içərisində 4 ədəd sellofan bükümdə 1,836 qram, 0,159 qram, 1, 630 qram və 0,167 qram, ümümilikdə 3,792 qram çəkidə narkotik vasitə heroin və 3 ədəd sellofan bükümdə 0,389 qram, 0,441 qram və 0,203 qram, ümumilikdə 1,033 qram çəkidə psixotrop maddə metafetaminin aşkar olunması müşahidə olunur (cild 1, iş vərəqə 113-114). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 18 iyun 2022-ci il tarixli 3349 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 164-165). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 18 iyul 2022-ci il tarixli 1869 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlik aşkar olunmamışdır. Təqsirləndirilən şəxs məcburi mülicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 167-168). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs çantasından aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkiləri 3,712 qram olan narkotik vasitə heroin və 0,943 qram olan psixotrop maddə metafetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş, “şəxsi axtarış və götürmə” istintaq hərəkətini özündə əks etdirən “DVD-R” disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 175-180). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 31 may 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 (bir) il 3 (üç) ay 18 (on səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur (cild 1, iş vərəqə 110-112 və 121-134). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə görə “ağır” cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər ağır cinayət törətməyə görə məhkum olunmuş və vaxtından əvvəl cəza çəkməkdən azad edildikdən sonra 6 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4 və 83.4-cü maddələrinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasının yuxarı həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü madəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirə bilər. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 31 may 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) il 3 (üç) ay 18 (on səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və çəkilməmiş həmin cəza yeni təyin olunmuş hökmlə qismən birləşdirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı ağırlaşdıran halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 aprel 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 23). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 25 aprel 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 23 aprel 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 99-103). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normanın tələblərinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 23 aprel 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 81 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutarın saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs çantasından aşkar olunmuş tədqiqatdan sonra qalıq çəkiləri 3,712 qram olan narkotik vasitə heroin və 0,943 qram olan psixotrop maddə metafetamin məhv edilməli; -“şəxsi axtarış və götürmə” istintaq hərəkətini özündə əks etdirən 1 ədəd “DVD-R” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xətai rayon məhkəməsinin 31 may 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 (bir) il 3 (üç) ay 18 (on səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən çəkilməmiş həmin cəza yeni təyin olunmuş hökmlə qismən birləşdirilərək ona qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 23 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 81 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutarın saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs çantasından aşkar olunmuş tədqiqatdan sonra qalıq çəkiləri 3,712 qram olan narkotik vasitə heroin və 0,943 qram olan psixotrop maddə metafetamin məhv edilsin; -“şəxsi axtarış və götürmə” istintaq hərəkətini özündə əks etdirən 1 ədəd “DVD-R” disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar