Məhkəmə qərarları › İş №1(101)-1661/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1661/2023

25.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1661/2023 25.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:15-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi "Mirzəyev və partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1976-ci il tarixdə Naxçıvan MR, Naxçıvan rayonu, Cəhri kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, Naxçıvan MR, Babək rayonu, Cəhri kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından suiistifadə edərək, sonuncunun Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan cinayət işi üzrə həbs edilmiş tanışları X8 və X6 həbsdən azad etdirəcəyini yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs 2021-ci ilin oktyabr ayı ərzində Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən “Pink House” restoranında ümumilikdə 20.000 manat, daha sonra dostu Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, sonuncunun Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan cinayət işi üzrə həbs edilmiş tanışları X8 və X6 həbsdən azad etdirəcəyini yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs 2021-ci ilin dekabr ayının birinci ongünlüyündə, günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən “Pink House” restoranında 15.000 manat, Təqsirləndirilən şəxs həyat yoldaşı X3 “Kapital bank”a aid kart hesabına 15 dekabr 2021-ci il tarixdə, saat 20:19-da Binəqədi rayonu, C.Xəndan küçəsi, Cudo peçkanın yanında olan terminaldan göndərdiyi 100 manat və 16 dekabr 2021-ci il tarixdə, saat 18:28-də ünvan 2 ünvanında olan terminaldan göndərdiyi 100 manat, özünün “Kapital bank”a aid kart hesabına 22 dekabr 2021-ci il tarixdə, saat 14:50-də ünvan 3 ünvanında olan terminaldan göndərdiyi 2000 manat, 23 dekabr 2021-ci il tarixdə, saat 20:56- da ünvan 4 ünvanında olan terminaldan göndərdiyi 600 manat, X1 hesabına 26 dekabr 2021-ci il tarixdə, saat 15:41də Yasamal rayonu, Mətbuat prospekti, Nəşriyyatın qarşısında olan terminaldan göndərdiyi 100 manat, özünün kart hesabına 08 yanvar 2022-ci il tarixdə, saat 00:02-də Binəqədi rayonu, ünvan 5 ünvanında olan terminaldan göndərdiyi 2000 manat, 13 yanvar 2022-ci il tarixdə, saat 17:33-də Ə.ünvan 6 ünvanında olan terminaldan göndərdiyi saat 22:09-da 800 manat və saat 22:12-də 1.500 manat, 2022-ci ilin aprel ayının ortalarında, günorta saatlarında 8-ci mikrorayonda yerləşən “Pink House” restoranında 600 manat və həmin ayın sonlarında eyni ünvanda 3.000 manat, 2022-ci ilin may ayının ortalarında Qaradağ rayonu, Lökbatan dairəsində 1.500 manat və növbəti 2-3 gün ərzində 8-ci mikrorayonda yerləşən «Pink house» restoranında 250 manat, 450 manat və 2.000 manat olmaqla cəmi 2.700 manat, özünün kart hesabına 10 iyun 2022-ci il tarixdə, saat 10:20-də ünvan 8 ünvanında olan terminaldan göndərdiyi 2.000 manat pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 55.000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Şahid1 təxminən 15 ildir ki, tanıyır, Zərərçəkmiş şəxs isə təxminən 8 ildir ki, tanımışdır. Zərərçəkmiş şəxs “Pink House” restoranından tanıdığı Pərviz adlı şəxs vasitəsilə polis əməkdaşı kimi tanımışdır. Zərərçəkmiş şəxs ona Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində, daha sonra isə Prokurorluq orqanlarında işlədiyini bildirmişdir. Onlar Cəlilabad rayonu ərazisində metal işi ilə bağlı alqı-satqı ilə məşğul olmuş, Cəlilabad rayonunda 1.200 metr uzunluğunda metal boru olmuş, həmin borunun qiyməti təxminən 350.000- 400.000 təşkil etmişdir. Onlara verilən məlumata görə həmin metal borunu əldə etmək üçün 45.000 manat tələb olunmuşdur. Şahid1, Zərərçəkmiş şəxs və o, həmin metal turbanın xərcini ödədikdən sonra onun satışından əldə ediləcək gəliri aralarında bölmək barədə razılaşmışlar. Həmin metal turba kəndin meliorasiya sisteminin qalıq borusu olduğundan, yerli kənd əhalisi həmin borunun drenaj sisteminə aid olduğunu bildirərək, işin davam etdirilməsinə etiraz etmişlər. Bu səbəbdən də rəhbərlik tərəfindən əhalinin narazılığı nəzərə alınaraq, işlərin davam etdirilməsinə icazə verilməmişdir. Ümumilikdə işlərin görülməsi üçün 30.500 manat məbləğində pul xərclənmiş, bundan sonra Zərərçəkmiş şəxs ondan pulunu tələb etməyə başlamışdır. O, bir müddət işləmədiyinə görə zəruri xərclərini qarşılamaq üçün Sənandan müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 6400 manat borc pul almışdır. Zərərçəkmiş şəxs pulu tələb etdikdə 18.000 manat məbləğin onun üzərinə düşdüyünə görə özünə məxsus avtomobili Sənana verərək, həmin avtomobilin satılaraq, 18.000 manat pulun götürülməsini, yerdə qalan pulun ona qaytarılmasını, həmçinin, avtomobilin üzərindəki dövlət qeydiyyat nişanının satılmamasını xahiş etmişdir. Lakin, o, avtomobilini üzərində olan dövlət qeydiyyat nişanı ilə birlikdə verildikdən sonra ona hər hansı məbləğdə pul qaytarılmamışdır. Daha sonra isə o, həbs edilmiş və həbs edildikdən sonra oğlu hissə-hissə olmaqla ödənişlər etmişdir. Nadir Surxayov və Samir Cəbrayılov adlı şəxsləri tanımasa da, onların barələrində məhkəmədə cinayət işinə baxılması ona məlum olmuşdur. Həmin şəxslər haqqında ona Zərərçəkmiş şəxs məlumat vermiş, o, vəkil Dilbər xanım vasitəsilə həmin iş barədə məlumat alsa da, Şahid4 həmin cinayət işi ilə əlaqədar məsələyə qarışmağın məsləhət olmadığını bildirmişdir. O, sonradan bilmişdir ki, Zərərçəkmiş şəxs Nadir Surxayov və Samir Cəbrayılov adlı şəxslərin məhkəmə işi ilə əlaqədar onlardan pul alaraq metal işinə pul qoymuşdur. Sənan qeyd etmişdir ki, həmin şəxslərdən aldığı pulun bir qismini xərclədiyi üçün hər hansı iş görərək, pulu geri qaytarmaq istəyir. Sənanın həmin şəxslərdən ümumilikdə hansı məbləğdə pul alması və ya həmin məbləğin hansı hissəsini xərcləməsini bilməmişdir. O, Zərərçəkmiş şəxs 6.400 manat pulu borc kimi almış, 30.500 manat pulu isə Zərərçəkmiş şəxs metal işi ilə əlaqədar vermişdir. Zərərçəkmiş şəxs məhkəmə işi ilə əlaqədar aldığı pulun onunla hər hansı əlaqəsi olmamış, sadəcə olaraq o, həmin işdən aldığı pulu gətirib metal işi üçün vermişdir. Zərərçəkmiş şəxs ona 6.400 manat pulu verdikdən təxminən 2-3 ay sonra ondan pulu tələb etmişdir. O, pulu Zərərçəkmiş şəxs götürmüş, Nadir Surxayov və Samir Cəbrayılov adlı şəxslərin qohumlarından pul almamış, Dilbər Nəzərovla görüşmək Şahid1 fikri olmuşdur. Şahid1 iki il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, o, cinayət işi üzrə 55 min manat məbləğində maddi ziyanı tam olaraq ödəmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır. 2021-ci ilin təxminən oktyabr ayının ilk günlərində Şamaxıda yaşayan dostu Fərid Ədilov ona zəng edərək ortaq dostları olan X9 və X4 Sumqayıt Apellyasiya Məhkəməsində olan cinayət işləri ilə bağlı onların həbsdən azad olunmalarına kömək etmək məqsədilə vəkil axtardığını bildirmişdir. O, qeyd edilən məhkəmə işi ilə bağlı məsləhət almaq üçün Təqsirləndirilən şəxsla görüşmüş, o, bir neçə yerdən həmin məhkəmə işi ilə əlaqədar maraqlansa da, məsələnin həllinin mümkün olmaması ona bildirilmişdir. Təqsirləndirilən şəxsla həmin məhkəmə işi ilə əlaqədar, eləcə də, metal işi ilə bağlı pul münasibətləri yaranmışdır. Həmin şəxslər məhkəmə işi ilə bağlı 55.000 manat pul vermiş, qeyd etdiyi şəxslərin pulunu geri qaytarmaq lazım olduqda Təqsirləndirilən şəxs puldan 5 min manatın çatışmadığını bildirərək, birlikdə metal işi görərək həmin məbləği yerinə qoymağı təklif etmişdir. Həqiqətən də, onlar bir neçə rayonda metal işi ilə məşğul olsalar da, X9 və X4 qohumlarından alınmış məbləği geri qaytarmaq üçün pulu tam toplamaq mümkün olmamışdır. Təqsirləndirilən şəxs həmin şəxslərlə o tanış etdiyi üçün öz avtomobilini sataraq, pulu tam şəkildə geri qaytarmışdır. Onun barəsində hər hansı araşdırılma aparılmamış, ondan hər hansı şikayət olunmamışdır. O, özü ilk olaraq, vurulmuş ziyanla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, daha sonra isə Baş Prokurorluğa müraciət etmiş, ümumilikdə 55.000 manat pul vermişdir. 55 min manat pulun müqabilində Təqsirləndirilən şəxs və Elsever X2 və X4 Sumqayıt Apellyasiya Məhkəməsində olan cinayət işləri ilə bağlı onların həbsdən azad olunmalarını öz üzərlərinə götürmüşlər. Şahid1 müxtəlif rəhbər vəzifəli şəxslərin adını çəkərək ona bu işi həll edəcəyini bildirirmişdir. Şahid1 Mahmud Məmmədquliyev adlı tanışının Xarici İşlər nazirinin müavini olduğunu, eləcə də, digər rəhbər şəxslərin adını çəkərək onda 55000 manatı vermək üçün inam yaratmışdır. Hazırda ziyan ödənilmiş, X7 qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 15 ildir ki, həmyerlisi kimi tanıyır, aralarında dostluq münasibəti vardır. Camalla birlikdə səyyari şəkildə metal alqı-satqısı ilə məşğul olmuşlar. Zərərçəkmiş şəxs isə təxminən 10 ildir ki, ortaq tanışları vasitəsilə tanımış və onunla da aralarında dostluq münasibəti yaranmışdır. Zərərçəkmiş şəxs onlarla metal işi görmək üçün ilk öncə 15.000 manat pul vermiş, daha sonra isə işin gedişində hissə-hissə olmaqla 15.500 manat pul vermiş və beləliklə, ümumi məbləğ 30.500 manat təşkil etmişdir. Həmçinin, eşitdiyinə görə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 6000 manat məbləğində borc pul vermiş, Zərərçəkmiş şəxs tanışlarının məhkəmə işi ilə əlaqədar 60 min manata yaxın pul məbləğini həmin şəxsləri həbsdən azad etdirmək üçün alaraq, həmin məsələni həll edə bilmədiyindən, qeyd edilən məbləği Təqsirləndirilən şəxs və ona verdiyini bildirərək, məsuliyyəti öz üzərindən atmışdır. O, Zərərçəkmiş şəxs şikayəti əsasında Binəqədi rayon Məhkəməsinin hökmü ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Zərərçəkmiş şəxs onlara məhkəmə işinin həlli ilə əlaqədar 55.000 manat pul verməmişdir. Zərərçəkmiş şəxs metal alveri işi ilə əlaqədar ümumilikdə 30.500 manat borcları olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsində Zərərçəkmiş şəxs tanışlarının məhkəmə işi ilə əlaqədar Sənan onlara 15.000 manat pul vermiş, həmin iş alınmadıqda Zərərçəkmiş şəxs həmin pulu metal işinə yatırmağı özü təklif etmişdir. 15.000 manat maddi ziyan onun tərəfindən ödənilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini də təsdiq edir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dostudur. Sənana görə Camalla Elsevəri də tanımış və onlarla normal münasibəti olmuşdur. 2021-ci ilin payızında Sənanın hansısa 2 nəfər dostlarinin cinayət işləri ilə bağlı onların həbsdən azad olunmalarına köməklik məqsədilə adam axtardığını bilmişdir. Belə ki, görüşləri zamanı Sənan bu barədə Camala dediyindən Camal da guya ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində işləyən əmisi Mahmud Məmmədquliyevin vasitəsilə bu məsələni həll edə biləcəyini bildirmişdir. Sonradan isə X5 əmisi olmasını yalan dediyini öyrənmişlər. 2021-ci il oktyabr ayının ilk günlərində də Binəqədi rayonu, 8-ci mikrorayonu ərazisindəki «Pink House» restoranında Sənan, o, Aydın və Camal görüşmüşlər. Söhbət zamanı Camal qohumu Mahmud Məmmədquliyevin vasitəsilə Sənanın tanışlarının həbsdən azad olunması məsələni danışıb razılaşdığını və bunun üçün 55-60 min manat pul lazım olacağını və ilkin olaraq da 15000 manat pul lazım olduğunu bildirmişdir. Sənan da razılaşmış və 15000 manat pulu həmin görüşlərində hamının yanında Camala vermiş, Camal da pulu götürmüş və yaxın vaxtlarda məsələnin həll olunacağını bildirmişdir. 2021ci il oktyabr ayının ortalarında «Pink House» restoranında təkrarən Sənan, o, Aydın və Camal görüşmüşlər. Söhbət əsnasında Camalın məhkəmə işi ilə əlaqədar Sənandan 3000 manat pul istədiyini bilmiş və Sənan həmin pulu orada da Camala vermişdir. Ondan bir müddət sonra «Pink House» restoranı ilə üzbəüz olan «Kübar» restoranında Sənan və Aydınla birilikdə olarkən Camal ora gəlmişdir. Camal yenə məhkəmə işi ilə əlaqədar 2000 manat pul istədiyindən Sənanın qardaşı Seyid həmin pulu gətirib Sənana vermiş, Sənan da Camala təqdim etmişdir. Sonradan Sənanla görüşərkən o, tez- tez Camalla telefonla danışdığını və Camalın işi həll edəcəyini bildirmişdir. Lakin sonradan isə Sənan bildirmişdir ki, Camal qohumu Mahmud Məmmədquliyevin vasitəsilə işi həll edə bilməmişdir. Daha sonra ona məlum olmuşdur ki, Camal dostu Elsevərin qohumu Xancanın vasitəsilə işi həll edəcəyini Sənana söz vermişdir. Həmçinin sonradan Sənan onlara demişdir ki, Camalla Elsevər onun tanışlarının həbsdən azad olunmaları üçün əlavə xərclər adı ilə ondan ümumilikdə 20000 manat pul almışlar. Bütün bunlara baxmayaraq X19 tanışlarını həbsdən azad etdirmədiklərindən və hər dəfəsində müxtəlif bəhanələr gətirdiklərindən Sənan da aldanılaraq pulunun ələ keçirildiyini başa düşüb hüquq-mühafızə orqanlarına şikayət etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, dostu Zərərçəkmiş şəxs dostları Təqsirləndirilən şəxs və Şahid1 da tanımış, hamısı ilə dostluq münasibətində olmuşdur. Camalla ilkin tanış olduğu vaxtlardan o, özünü Azərbaycan Respublikası Xarici X11 üzrə müavini Mahmud Məmmədquliyevin qohumu kimi təqdim etmişdir ki, o da ona inanmışdır. Lakin sonradan Camalın bu məsələdə yalan dediyini öyrənmişlər. 2021-ci ilin payızında Sənan Şamaxıda yaşayan dostu Fərid Ədilovun başqa ortaq dostları olan X9 və X4 Sumqayıt Apellyasiya Məhkəməsində olan cinayət işləri ilə bağlı onların həbsdən azad olunmalarına köməklik məqsədilə vəkil axtardığını bildirməsini demişdir. Sənan da bu barədə Camala məlumat verdiyindən Camal guya ki, qohumu Mahmud Məmmədquliyevin vasitəsilə dostlarının həbsdən buraxılması məsələni həll edə biləcəyini və bunun üçün də qohumu ilə danışacağını demişdir. 2021-ci ıl oktyabr ayının ilk günlərində Binəqədi rayonu, 8-ci mikrorayondakı «Pink House» restoranında görüşmüşlər. Həmin görüşlərində o, Rəşad, Sənan və Camal iştirak etmişlər. Elsevər isə həmin görüşdə olmamışdır. Söhbət zamanı Camal qohumu Mahmud Məmmədquliyevlə dostlarının həbsdən azad olunması məsələsini danışıb razılaşdığını, bu işin yekun həlli üçün təxminən 55-60 min manat pul lazım olacağını və ilkin olaraq 15000 manat pul lazım olduğunu bildirmişdir. Sənan da razılaşmış və 15000 manat pulu həmin görüşdə hamının yanında Camala vermiş, Camal da pulu götürmüş və təxminən bir ay müddətində məsələnin həll olunacağına söz vermişdir. Bundan bir neçə gün sonra, yəni 2021-cı il oktyabr ayının təxminən 15-16-da saat təxminən 12 radələrində Binəqədi rayonu, 8-ci mikrorayondakı «Pink House» restoranında təkrarən Sənanla o Camalla görüşmüşlər. Həmin zaman dostları Şahid3 də yanlarında olmuşdur. Söhbət əsnasında Camalın məhkəmə prosesinin təxirə salınması məqsədilə Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Elmar Rəhimova vermək üçün Sənandan 3000 manat pul istədiyini öyrənmiş və Sənan da həmin məbləği orada da Camala vermişdir. Növbəti dəfə 2021-ci il oktyabr ayının təxminən 19-20-də saat təxminən 12 radələrində «Pink House» restoranı ilə üzbəüz olan «Kübar» restoranında dostları Sənan və Rəşadla birlikdə olarkən Camal da ora gəlmişdir. Camal bu dəfə də məhkəmə işi ilə əlaqədar əlavə olaraq 2000 manat pul istədiyindən Sənanın qardaşı Seyid gətirib vermişdir ki, Sənan da həmin pulu Camala vermişdir. Sonradan Sənanla görüşləri zamanı Sənan ara-sıra Camalla telefonla danışdığını və Camalın işin getdiyini və narahat olmamağını deməsini bildirmişdir. Lakin sonradan Sənan bildirmişdir ki, Camal qohumu Mahmud Məmmədquliyevin vasitəsilə ilə işi həll edə bilməmişdir. Bundan sonra isə ona məlum olmuşdur ki, Camal dostu Elsevərin qohumu Xancanın vasitəsilə işi həll edəcəkdir. Həmçinin sonradan Sənanın deməsindən ona məlum olmuşdur ki, Camalla Elsevər dostlarının həbsdən azad olunmaları üçün əlavə xərclər adı ilə Sənandan ümumilikdə 20000 manat pul almışlar. X22 dostlarının həbsdən azad olunması üçün heç bir iş görməmişlər və hər dəfəsində müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışlar. X26 və Elsevər tərəfindən aldanılaraq pulunun ələ keçirildiyini başa düşdüyündən hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, uzun illərdir ki, vəkillik fəaliyyəti ilə məşğul olur, mütəmadi olaraq hüquq-mühafizə orqanlarında özləri və ya qohumları barəsində işləri olan şəxslər ona hüquqi yardımla bağlı müraciət edir, həmin şəxslərlə onların arasında görüşlər olur. Cinayət işi üzrə adları keçən şəxsləri bilavasitə tanımır, bəlkə də onlarla onun arasında görüş olmuş, lakin sualda göstərildiyi kimi bu görüş xeyli müddət əvvəl, yəni 2021-ci ilin noyabr ayında olduğu üçün onu xatırlamır. Lakin dəqiqliklə bildirmişdir ki, həmin şəxslərlə arasında görüş olubsa da, onlara hüquqi yardım göstərməyi ilə bağlı aralarında yəqin ki, razılaşma əldə olunmamışdır. Onun özünü Ədliyyə Nazirliyinin şöbə rəisi kimi və Xancan müəllimin bibisi qızı kimi təqdim edərək işin həlli üçün Camalla Elsevərin deyəcəklərini etməsi, yəni lazım olan pul məbləğini Camal və Elsevərə verməyini ona bildirməsi tamamilə yalandır, o, vəkillik fəaliyyəti ilə məşğul olub hüquqi yardım göstərir, Ədliyyə Nazirliyinin işçisi deyildir. Həqiqətən də Xancan adlı onun qohumu var, lakin həmin şəxs hüquq sahəsindən tamam kənar bir insandır. Bir daha bildirmişdir ki, sualda göstərilən məsələ ilə bağlı onun kiminləsə pul barədə danışığı, pul alışı və verməsi olmamışdır. İş materiallarında olan 09 mart 2023-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, üzləşdirmə zamanı zərər çəkmiş şəxs ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı 55000 manat pulun verilməsini bir daha təsdiq etmişdir. (iş vərəqə 242- 248) İş materiallarında olan Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)- 301/2023 nömrəli hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. (iş vərəqə 295-306) Məhkəmə tərkibi Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilməsinə dair ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun ifadəsi məsuliyyətini müəyyən qədər yüngülləşdirmək məqsədi daşıyır və Təqsirləndirilən şəxs AR CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-301/2023 nömrəli hökmü, 09 mart 2023-cü il tarixli üzləşdirmədə dindirmə protokolu, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də digər mötəbər sübutlarla tam sübuta yetirilir. Həmçinin, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2022-ci ilin əvvəllərində Sənan və Elsevərlə birlikdə Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən «Pink House» restoranında çay içən zaman söhbət əsnasında Sənan onun iki nəfər tanışının həbsdə olmasını və Sumqayıt Ağır Cinayətlər Məhkəməsində işlərinə baxıldığını, həmin şəxslərin həbsdən buraxılmaları üçün kiməsə pul verdiyini, lakin iş alınmadığından pulun ona qaytarıldığını və hazırda 15.000 manatın üzərində olduğunu bildirmişdir. Həmin zaman Sənan ondan dövlət qurumunda vəzifədə işləyən tanışlarından bu işi xahiş etməsinin mümkün olub-olmamasını soruşmuşdur. O da bu iş barədə maraqlanacağını bildirmişdir. Bu zaman Sənan cibindən 15.000 manat pulu çıxarıb stolun üstünə qoymuş, o, isə Elsevərə bildirmişdir ki, pulu götürüb özündə saxlasın. Elsevər də pulu sayıb 15.000 manat olduğunu görmüşdür və cibinə qoymuşdur. Təxminən 3-4 gündən sonra o, işin alınmayacağını Sənana bildirmişdir. Bu zaman Elsevər Sənana təklif etmişdir ki, verdiyi 15.000 manatı metal işinə qoyub əlavə gəlir əldə edə bilər və həmin gəlirdən Sənana da hörmət edəcəklər. Onların bu təklifi ilə Sənan razılaşmış və beləliklə 15.000 manat onlarda qalmışdır. Daha sonra həmin metal işi ilə əlaqədar 15.500 manat əlavə pul lazım olduğundan, Sənan həmin pulu hissə-hissə olmaqla onun, ailə üzvlərinin Elsevərin plastik bank kartlarına köçürmüşdür, həmçinin bir hissəsini nağd şəkildə ona və Elsevərə vermişdir. Beləliklə Sənan ona və Elsevərə ümumilikdə 30.500 manat məbləğində pul vermişdir. O, və Elsevər həmin pul müqabilində bir neçə dəfə metal alıbsatmışlar və həmin alqı-satqıdan əldə etdikləri gəlirdən Sənana ümumilikdə təxminən 4-5 min manat gəlir vermişlər. Həmin ərəfədə Sənan məhkəmədə olan tanışlarının məhkəmə baxışlarını uzatmaq lazım olmasını bildirmişdir. Elsevər də bu məqsədlə vəkillik fəaliyyəti ilə məşğul olan tanışı Dilbər xanıma zəng vurmuş, o, Sənan, Dilbər xanım və Elsevər birlikdə «Elmlər Akademiyası» metrosunun yaxınlığında kafedə görüşmüşlər. Dilbər xanım isə işin mahiyyətini biləndən sonra bu işdə köməklik edə bilməyəcəyini demişdir. Lakin sonrakı vaxtda onlar yenə də metal işi görmək istəsələr də, işləri alınmamış və 30.500 manat pul ortalıqda xərclənib getmişdir. Həmin pul xərclənəndə Sənan onların yanında olmamışdır. Yəni Elsevər və o, birlikdə ikisi əlavə iş görmək istəmişlər, lakin alındıra bilməmişlər. Sonra Sənana onun pulunu qaytaracağını bildirsələr də, pul tapa bilmədikləri üçün Sənanın pulunu qaytara bilməmişlər. Sonradan Sənan pulunu geri tələb etdiyindən o, özünə məxsus maşını sataraq Sənana 14.000 ABŞ dolları, yəni 23.800 manat pul ödəmiş, qalan pulu isə Elsevər verməli olmuşdur. Lakin, Elsevər hər hansı məbləğdə pul vermədiyi üçün Sənan bununla bağlı polisə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı geniş ifadəsində göstərmişdir ki, Camalla tanış olduqları vaxtlardan Camal özünü Azərbaycan Respublikası Xarici X11 üzrə müavini Mahmud Məmmədquliyevin qardaşı oğlu kimi təqdim etmişdir ki, o, da ona inanmışdır. Lakin sonradan Camalın bu məsələdə ona yalan dediyini öyrənmişdir. «Pink House» restoranında həmin görüşləri zamanı Camalla Elsevərin də dostlarının məhkəmədə olan cinayət işindən məlumatları olmuşdur. Odur ki, Camal guya ki, əmisi Mahmud Məmmədquliyevin vasitəsilə dostlarının həbsdən buraxılması məsələni həll edə biləcəyini və bunun üçün də əmisi ilə danışıb ona məlumat verəcəyini demişdir. Növbəti gün Camal özünə məxsus ***-***-**-** saylı mobil nömrəsindən onun ***-***-**-** saylı nömrəsinə zəng edərək axşam saatlarında «Pink House» restoranında görüşmələrini təklif etdiyindən razılaşdıqları vaxtda orada görüşmüşlər. Həmin görüşlərində o, dostları Şahid3, Şahid2, Camal və onun Elnur adlı dostu olmuşdur. Elsevər həmin görüşdə olmamışdır. Söhbət zamanı Camal əmisi Mahmud Məmmədquliyevlə dostlarının həbsdən azad olunması məsələni danışıb razılaşdığını, bu işin yekun həlli üçün ümumi olaraq təxminən 55-60 min manat xərclərinin çıxacağını və işə başlanılması məqsədilə əmisi Mahmud Məmmədquliyevə vermək üçün 15000 manat pul lazım olduğunu bildirmişdir. O, razılaşmış və üzərində olan puldan 15000 manatını həmin görüşlərində iştirak edən şəxslərin yanında şəxsən Camala vermiş, Camal da pulu sayıb cibinə qoymuş və təxminən bir ay müddətində dostlarının həbsdən azad olunacaqlarına söz vermişdir. Bundan sonrakı bir neçə gün ərzində dəfələrlə Camalla telefonla danışanda o, dostlarının məhkəmədə olan cinayət işinin gedişatı barədə ona məlumat vermişdir. Artıq 4-5 gün keçmişdir ki, Camal ona zəng edib məhkəmə prosesinin təxirə salınması məqsədilə Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Elmar Rəhimova vermək üçün 3000 manat pul istəmişdir. O, da razılaşmış və növbəti gün, yəni 2021-ci il oktyabr ayının təxminən 15- 16-da saat təxminən 12 radələrində Camalla Binəqədi rayonu, 8-ci mikrorayondakı «Pink House» restoranında görüşüb 3000 manat pulu ona vermişdir. Həmin zamanı onun dostları Şahid3, Şahid2 və Camalın Elnur adlı dostu da yanlarında olmuşdur. Təxminən 2 gün sonra Camal yenidən ona zəng edib dostlarının məhkəmə prosesinin təxirə salınması məqsədilə bu dəfə dövlət ittihamçısına vermək üçün 2000 manat pul istəmişdir. O, razılaşmış və növbəti gün, yəni 2021-ci il oktyabr ayının təxminən 19-20-də saat təxminən 12 radələrində Camalla Binəqədi rayonu, 8-ci mikrorayondakı «Pink House» restoranı ilə üzbəüz olan «Kübar» restoranında görüşüb 2000 manat pulu Camala vermişdir. Həmin zaman yenə də onun dostları Şahid3, Şahid2 və Camalın Elnur adlı dostu da yanlarında olmuşdur. Həmçinin həmin 2000 manat pulu olduqları yerə qardaşı X12 gətirib ona vermişdir. Bundan sonra həqiqətən də dostlarının məhkəmə prosesi 2021-ci il noyabr ayının əvvəllərinə təxirə salındığından o, Camala inanmışdır. Mütəmadi Camalla telefonda danışanda, eyni zamanda vatsapda yazışanda o, hər dəfəsində işin çox yüksək səviyyədə getdiyini və narahat olmamağını ona demişdir. Lakin noyabr ayının ortalarında Camal ona zəng edib əmisi Mahmud Məmmədquliyevin vasitəsilə işin həllinin alınmadığını və digər şəxslərin vasitəsilə həll olunmasını təklif etmişdir. Belə ki, əvvəlcə Camalla Elsevərin ortaq dostları olan Şıx qəsəbəsindəki «Dostluq» restoranının sahibi Xanların 15000 manat müqabilində işi həll edəcəyini dediklərindən birlikdə Xanlarla «Dostluq» restoranında görüşüb 15000 manat pulu ona vermişlər. Xanlara verdiyi 15000 manat onun Camala verdiyi 20000 manatdan əlavə pul olmuş yəni o, artıq 35000 manat xərcləmiş olmuşdur. Lakin 3-4 gün sonra Xanlar işin alınmadığını bildirmiş və ona verdikləri 15.000 manat pulu geri almış və pul onda qalmışdır. Bundan sonra Camalla Elsevər ona həmin işi Elsevərin bacısının həyat yoldaşı Xancan müəllimin vasitəsilə həll etmələrini təklif etmişlər. Belə ki, X21 müəllimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri üzrə Ərazi İdarəsinin müavini kimi təqdim etmişlər. Camal və Elsevər Xancan müəllimin danışıb razılaşdığı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində şöbə rəisi vəzifəsində işləyən Dilbər adlı xanımın dostlarının həbsdən azad olunmasına köməklik edəcəyini bildirmişlər. Bu məqsədlə də 2021-ci il noyabr ayının sonlarında o, Camal və Elsevərlə birlikdə Ədliyyə Nazirliyinin inzibati binasının yaxınlığında olan kafedə Dilbər adlı xanımla görüşmüşlər. Dilbər özünü Ədliyyə Nazirliyinin şöbə rəisi, həmçinin Xancan müəllimin bibisi qızı kimi təqdim edərək işin həlli üçün Camalla Elsəvərin deyəcəklərini etməyini, yəni lazım olan pul məbləğini Camal və Elsevərə verməyini ona bildirmiş, Xancan müəllimin də lazımi tapşırıqları ona verdiyini demişdir. 2021-ci il dekabr ayının ilk ongünlüyündə günorta saatlarında dostları Aydın və Rəşadla Binəqədi rayonu, 8-ci mikrorayondakı «Pink House» restoranında olarkən Camalla Elsevər də ora gəlmişlər. Söhbət əsnasında onlar dostlarının həbsdən azad olunmaları üçün Xancan müəllimin təcili 15000 manat pul istədiyini dediklərindən o da üzərində olan həmin məbləği onlara vermişdir. Pulu ondan Camal götürüb sayaraq Elsevərə vermiş, o, da cibinə qoymuşdur. Sonralar o, mütəmadi olaraq Camal və Elsevərlə telefonda danışmış, hər dəfəsində də onlar işin getdiyini bildirmişlər. Bildirir ki, sonrakı müddətdə Camalla Elsevər dostlarının həbsdən azad olunmalları üçün əlavə xərclər adı ilə ondan pul istəmişlər ki, o, da ümumilikdə 20000 manat pulu hissə-hissə olmaqla Elsevərin, Camalın həyat yoldaşı Kəmalə xanımın və oğlu Məhəmmədin adlarına olan bank kartlarına, həmçinin nağd şəkildə Camalla Elsevərə ödəmişdir. Belə ki, Kəmalə xanımın hesabına 15,16 və 26 dekabr 2021-ci il tarixlərinin hər birində 100 manat, Şahid1 hesabına 23 dekabr 2021-ci il tarixdə 600 manat, 22 dekabr 2021-ci il tarixdə 2000 manat, 08 yanvar 2022-ci il tarixdə 2000 manat, 13 yanvar 2021-ci il tarixdə 3000 manat, 03 aprel 2022-ci il tarixdə 800 və 1500 manat, 10 iyun 2022-ci il tarixdə 2000 manat ödənişlər etmişdir. Həmçinin o, Camalla Elsevərə əlavə olaraq 3600 manat pulu nağd vermiş, belə ki, 2022-ci ilin təxminən aprel ayının ortalarında «Pink house» restoranında 600 manat, həmin ayın axırlarında isə yenə həmin yerdə 3000 manat pul vermişdir. Bundan başqa o, 2022-ci ilin mayın ayının ortalarında Camal və Elsevərlə Gəncədən qayıdanda Lökbatan dairəsində Camala 1500 manat pul vermişdir. Bundan başqa yenə may ayının ortalarında o, 2-3 gün ərzində «Pink house» restoranında Elsevərin iştirakı ilə Camala 250 manat, 450 manat və 2000 manat pul vermişdir. Bununla da o, Camalın özünə ilkin olaraq 20000 manat vermiş olmuş, həmçinin ailə üzvlərinin kartına 300 manat göndərmiş, hansı ki, həmin zaman Elsevər hələ ki, söhbətə qoşulmamış, sonra isə Camalla Elsevərə birlikdə əlavə 34700 manat pul vermişdir. Bundan sonra o, Camalla Elsevərin dostlarının həbsdən azad olunması üçün heç bir iş görmədiklərini başa düşmüşdür. Onlardan bu iş barədə maraqlananda isə onlar hər dəfəsində müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışlar. Nəhayət onlardan pulunu geri tələb etməyə başlamışdır. Həmin 55000 manat pul həbsdə olan şəxslərin qohumları Fərid və Hacı Amir tərəfindən ona verilmişdir ki, o, da həmin məbləği qeyd etdiyi kimi Camal və Elsevərə vermişdir. Onun çoxsaylı təkidlərindən sonra təxminən 2022-ci ilin iyul ayının axırlarında Camal öz maşınını sataraq 18000 manat pul əldə etmiş və həmin pulu özünün tanışı Zamiq vasitəsilə Fəridə ödəmişdir. Qalan 37000 manatı isə o, özünə məxsus olan «Porcshe» markalı ** HN *** nömrəli maşını sataraq 37000 manat pul düzəldib Fərid və Amirə ödəmişdir. Yəni Camal və Elsevərin dələduzluğu nəticəsinə hazırda faktiki olaraq ona maddi ziyan dəymişdir. Bundan başqa bildirir ki, Camal və Elsevər işi həll edə bilməyib aldıqları pulu da qaytarmadıqları vaxtda pulu düzəldib ona qaytarmaları üçün guya hansısa dəmir işi görmək istədiklərini ona yalandan demişlər. Bir-iki dəfə Camalgillə birlikdə dəmir işi ilə bağlı bir neçə rayona getsələr də, o, ortada real bir işin olmadığına əmin olub onların bu hərəkətlərini sadəcə vaxt udmaq cəhdi hesab edərək hüquqmühafizə orqanlarına şikayət etmişdir. Elsevər və Camala verdiyi puldan onların hansısa vəzifəli şəxsə pul vermələri barədə onun dəqiq bir məlumatı yoxdur. Mahmud Məmmədquliyev və ya Xancan adlı şəxslərlə onun görüşü olmamışdır. O, Təqsirləndirilən şəxs verdiyi 55.000 manat pulun verilməsi ilə bağlı hər şeyi olduğu kimi ətraflı ifadəsində göstərdiyini bildirmişdir. Eləcə də, Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2022-ci ilin əvvəllərində Sənan və Camalla birlikdə Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən «Pink House» restoranında çay içən zaman söhbət əsnasında Sənan onun iki nəfər tanışının həbsdə olmasını və Sumqayıt Ağır Cinayətlər Məhkəməsində işlərinə baxıldığını, həmin şəxslərin həbsdən buraxılmaları üçün kiməsə pul verdiyini, lakin iş alınmadığından pulun ona qaytarıldığını və hazırda 15000 manatın üzərində olduğunu bildirmişdir. Həmin zaman Sənan Camaldan onun hansısa dövlət qurumunda vəzifədə işləyən tanışından bu işi xahiş etməyin mümkün ola biləcəyini soruşmuş, Camal da həmin tanışından bu iş barədə maraqlanacağını bildirmişdir. Camalın vəzifədə işləyən tanışının olmasından Sənan da məlumatlı olmuşdur. Bu zaman Sənan cibindən 15000 manat pul çıxarıb stolun üstünə qoymuş, Camal ona pulu götürüb onda qalmasını demişdir. O, da pulu sayıb 15000 manat olduğunu görmüş və cibinə qoymuşdur. Ondan sonrakı müddətdə Sənan onun kartına hissə-hissə olmaqla ümumilikdə 15500 manat da pul göndərmişdir. O da uzaq qohumu Xancan adlı şəxsə Sənanın tanışlarının həbsdən buraxılması üçün müvafiq adamlardan xahiş etməsini demiş, lakin Xancan müəllim bu sahədə tanışlarının olmadığını bildirmişdir. Bundan 3-4 gün sonra Camal Sənanın tanışlarının işi ilə maraqlandığını və həmin işi həll etməyin mümkün olmadığını bildirmişdir. Həmin zaman Camal onun yanında Sənana zəng edib onun tanışlarının həbsdən buraxılması işini həll etməyin mümkün olmadığını, lakin istəyirsə onlarda olan 15000 manatını metal işinə yatırıb əlavə qazanc əldə etmək olacağını bildirmişdir. Sənan pul lazım olan anda ona qaytara biləcəklərsə o halda pulunu metal biznesinə yatıra biləcəklərini demiş, onlar da narahat olmamasını və istəyəcəyi halda onun pulunu qaytara biləcəklərini bildirmişlər. Onlar həmin pulla bir neçə dəfə metal alıb-satmış, Sənana ümumilikdə təxminən 4-5 min manat gəlir vermişlər. Həmin ərəfədə Sənan məhkəmədə olan tanışlarının məhkəmə baxışlarını uzatmaq lazım olmasını bildirmişdir. O, da bu məqsədlə vəkillik fəaliyyəti ilə məşğul olan tanışı Dilbər xanıma zəng vurmuş və Camal, Sənan, Dilbər xanım və o, birlikdə «Elmlər Akademiyası» metrosunun yaxınlığında kafedə görüşmüşlər. Dilbər xanım isə işin mahiyyətini biləndən sonra bu işdə köməklik edə bilməyəcəyini demişdir. Lakin sonrakı vaxtda onlar yenə də metal işi görmək istəsələr də, işləri alınmamış və 30500 manat pul ortalıqda xərclənib getmişdir. Həmin pul xərclənəndə Sənan onların yanında olmamışdır. Yəni o, Camalla birlikdə ikisi əlavə iş görmək istəmiş, lakin alındıra bilməmişlər. Sonra Sənana onun pulunu qaytaracaqlarını bildirmişlər. Lakin pul tapa bilmədiklərindən Sənanın pulunu qaytara bilməmişlər. Sonradan Sənan pulunu geri tələb etdiyindən Camal maşınını sataraq Sənana 18000 manat pul ödəmiş və Camal ona qalan pulu da onun ödəyəcəyini demişdir. Lakin Sənan sonradan polisə şikayət edəndə onlara ümumilikdə 55000 manat pul verməsi barədə ərizə yazmış və bu barədə maraqlananda Sənan bildirmişdir ki, 30500 manat puldan əlavə 25000 manat da Camala vermişdir. Camal isə həmin məbləği etiraf etməmişdir. Bildirmişdir ki, onun Sənana 15000 manat verəcəyi var və imkan tapıb həmin məbləği Sənana qaytaracaqdır. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Yuxarıda qeyd olunan Plenumun 3-cü bəndində qeyd edilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmamaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə tərkibi yuxarıda qeyd edilənləri nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qeyrisi ilə qabaqcadan əlbir olaraq, Zərərçəkmiş şəxs 55.000 manat miqdarında pul vəsaitini heç bir əsas olmadan onun tanışlarının barəsində olan cinayət işi üzrə köməklik göstərəcəyini yalandan vəd edərək, zərərçəkmiş şəxsdə inam yaradaraq, hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadan ələ keçirmiş, daha sonra həmin pul məbləğindən bir qismini metal alqı-satqısına yönəltməklə dələduzluq niyyətini pərdələmək məqsədi güdmüşdür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 02.12,1997-ci il tarixli Lənkaran Qarnizon Hərbi Tribunalının hökmü ilə Azərbaycan Respublikası CN-nin 241 maddəsinin “b” bəndi ilə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, AR Milli Məclisinin xx.xx.1997-ci il tarixli Aministya qərarına əsasən cəzadan azad edilmişdir. (iş vərəqə 149-150) Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 1(101)-1176/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər X10 və X13 ilə barışdığından, zərərçəkmiş şəxslərə vurulmuş ziyan tamamilə ödənildiyindən, cinayət nəticəsində vurulmuş ümumi ziyanın 25 (iyirmi beş) faizi miqdarında dövlət büdcəsinə ödəniş edildiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2 və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.11-ci maddələri tətbiq edilməklə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri üzrə cinayət məsuliyyətindən azad edilmiş, bu hissədə cinayət işi üzrə icraata xitam verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dövlət ittihamçısının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi üzrə ittihamdan bəraətverici əsasla imtina etməsi səbəbindən cinayət işinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə bağlı olan hissədə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan tam ödənilmiş, zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı iddiası, şikayəti, tələbi yoxdur. (iş vərəqə 323) Məhkəmə tərkibi AR CM-in 59 və 61-ci maddələrini rəhbər tutaraq, AR CM-in 59.1.12, 59.1.13-cü maddələrinə əsasən, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamında qeyd edilir ki, İbtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Qeyd edilən Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Sərəncamın 10-cu bəndində qeyd olunmuşdur ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması; cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması; azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi; həbsə alternativ olan qətimkan tədbirinin tətbiq edilməsi hallarının genişləndirilməsi, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 39-cu bəndinə əsasən, Məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. AR CM-in 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 8-ci bəndindən görünür ki, Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Göründüyü ki, Təqsirləndirilən şəxs AR CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətsə də, cinayətin törədilməsindən sonra onun davranışı ilə bağlı müstəsna hal ondan ibarət olmuşdur ki, o, qısa müddət ərzində, cinayət işi hələ məhkəmənin icraatına daxil olmadan zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tamamilə ödəyərək, onunla barışmışdır. Beləliklə Məhkəmə tərkibi, yuxarıda qeyd edilənləri, törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, cinayət işi üzrə vurulmuş ziyanı tamamilə ödəməsini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilərək, ona AR CM-in 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza növü – cərimə cəzası təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 20-ci bəndində qeyd edilir ki, CM-in 69.4-cü maddəsinə görə məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə, yaxud müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxs bu cəzadan tamamilə azad edir. Qanunun bu norması imperativ xarakter daşıyır və müvafiq hallarda mütləq tətbiq olunmalıdır. Belə hallarda cəzanın yüngülləşdirilməsi və ya cəzadan tamamilə azad olunma CM-in 69.4-cü maddəsinə istinad etməklə hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. İş materiallarında olan 07 mart 2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. (iş vərəqə 211) İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-219/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilərək, həbsetmənin əvvəli 07 mart 2023-cü il tarixdən hesablanmışdır. (iş vərəqə 274-278) Məhkəmə tərkibi yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs cərimə cəzası əsas cəza kimi təyin edildiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 07 mart 2023-cü il tarixdən hökm çıxarılanadək həbsdə saxlanıldığı 09 ay 18 gün müddət nəzərə alınmalı, ona təyin edilmiş cərimə cəzası 10.000 (on min) manat məbləğində yüngülləşdirilməli və onun üzərində qəti cərimə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində hökmün icrası AR Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri "Mirzəyev və partnyorları" Vəkil Bürosunun hesabına 240 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345, 346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və onun barəsində AR CM-in 62.1-ci maddəsi tətbiq olunmaqla 20.000 (iyirmi min) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 07 mart 2023-cü il tarixdən hökm çıxarılanadək həbsdə saxlanıldığı 09 ay 18 gün müddət nəzərə alınaraq, ona təyin edilmiş 20.000 (iyirmi min) manat məbləğində cərimə cəzası 10.000 (on min) manat məbləğində yüngülləşdirilsin və onun üzərində qəti olaraq 10.000 (on min) manat məbləğində cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri "Mirzəyev və partnyorları" Vəkil Bürosunun hesabına 240 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev Hakimlər: Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar