Məhkəmə qərarları › İş №1(101)-1661/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1661/2024

25.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1661/2024 25.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X30 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibləri X10 və X5, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxsin hüquqi varisi X15, zərərçəkmiş şəxsin hüquqi varisi X6 nümayəndəsi (etibarnamə əsasında) Nümayəndə, zərərçəkmiş şəxsin hüquqi varisi X11, müdafiəçi – Bakı şəhər “Prospekt” vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 2001-ci ildə Qax rayonu, Ləkit kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş, Qax rayonu, Ləkit kəndində qeydiyyatda olan, həbs olunanadək ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3, 120.2.7 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, silah qismində istifadə edilən əşyadan istifadə etməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslərə qarşı zor tətbiq olunması, özgənin əmlakının qəsdən məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan, ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərib zor tətbiq etməklə xuliqanlıq etmiş, habelə xuliqanlıq niyyəti ilə ictimai borcunu yerinə yetirmələri ilə əlaqədar iki şəxsi qəsdən öldürmüş, yəni iki şəxsi qəsdən həyatdan məhrum etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, 31 dekabr 2023-cü il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Dəmiryolu Stansiyasının ərazisində yerləşən, anası Zərərçəkmiş şəxs3 icarəyə götürdüyü və birlikdə işlətdikləri adsız kafedə olduqları zaman, qarşıdan gələn yeni il münasibəti ilə əlaqədar kafedə olan şəxslərlə spirtli içki qəbul edib orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, anası Zərərçəkmiş şəxs3 və uzun müddətdir sonuncu ilə aralarında sevgi münasibətləri olmasından şübhələndiyi, ailəvi dostları Zərərçəkmiş şəxs1 ilə birgə həmin kafenin həyətyanı sahəsindəki manqalın yanında kabab bişirərkən atası Şahid2 müştərilərə yemək hazırlaması məqsədilə Zərərçəkmiş şəxs3 kafenin daxilinə çağırdıqda, anasının bu çağırışa məhəl qoymayıb kabab bişirməyə davam etməklə Zərərçəkmiş şəxs1 yanında qalmasını bəhanə edərək hər hansı bir ciddi səbəb olmadan Zərərçəkmiş şəxs3 saçından dartıb fiziki ağrı yetirdikdən sonra itələmiş, onların səs-küyünü eşidib hadisədən xəbərdar olan atasının təkidi ilə kafenin digər zalına keçib, kafedə əsas zalda olan müştərilərin diqqətini cəlb etmək məqsədilə yüksək səslə danışıb, oradakı masanın üzərində olan pivə stəkanını qəsdən yerə vurub sındıraraq Zərərçəkmiş şəxs3 əmlakını məhv edib, sonuncuya bir manat əlli qəpik məbləğində maddi ziyan vurmuş, daha sonra isə atası ilə birgə kafenin içərisində yerləşən mətbəxə keçmiş və anasının atasına məhəl qoymamasının qəbuledilməz olması barədə Şahid2lə söhbət edən zaman, Zərərçəkmiş şəxs3 kafenin əsas zalında dayanaraq mətbəxlə əsas zalı birləşdirən divarda yerləşən şüşəsiz pəncərədən boylanıb ona sakitləşməsini və səs-küy salmamasını deyərək ictimai qaydanın pozulmasının qarşısını almağa çalışdığını görüb, daha da azqınlaşaraq kafedə olan müştərilərin və işçilərin gözü qarşısında, ictimai yerdə aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına və əxlaq normalarına etinasızlıq göstərərək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymaqla, gücünü nümayiş etdirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri edib uca səslə ünvansız nalayiq söyüşlər səsləndirərək, pəncərədən əli ilə yenidən Zərərçəkmiş şəxs3 saçından tutub dartmaqla sonuncuya fiziki ağrı yetirmiş, həmin an mətbəxə daxil olaraq ona irad bildirib anasını buraxaraq sakit olub xuliqanlıq hərəkətlərini dayandırmasını tələb etməklə ictimai qaydanın pozulmasının qarşısını almaq üzrə vətəndaşlıq borcunu yerinə yetirən Zərərçəkmiş şəxs1 bu hərəkətindən daha da hiddətlənib özündən çıxaraq, sonuncu ilə Zərərçəkmiş şəxs3 ona qarşı bir-birini müdafiə etməsi kimi cüzi səbəblə onların aralarında sevgi münasibətləri olmasına dair şübhələrinin artmasını bəhanə edib, yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmək qərarına gələrək mətbəxdəki masanın üzərindən dəstəyi sarı rəngli taxta materialdan olan soyuq silah hesab olunmayan məişət təyinatlı mətbəx bıçağını götürüb silah qismində istifadə edərək, Zərərçəkmiş şəxs1 ünvanına ucadan nalayiq söyüşlər söyərək üzərinə hücum etdikdə, Zərərçəkmiş şəxs1 onun əlindəki bıçağı görüb qorxaraq kafedən çölə doğru qaçsa da, o, öz qərəzli xuliqanlıq hərəkətlərini davam etdirməklə kafenin çölündə giriş qapısının yanında Zərərçəkmiş şəxs1 çatıb, onunla əlbəyaxa olub, silah qismində istifadə etdiyi bıçağı sağ əlində tutaraq, öz şəxsiyyətini kafedə olan digər vətəndaşların şəxsiyyəti fövqündə qoyub, Zərərçəkmiş şəxs1 hər hansı bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmək məqsədilə, sonuncunun sağ qarın nahiyəsinə 1 (bir) dəfə bıçaq zərbəsi vuraraq Zərərçəkmiş şəxs1 döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz edərək nazik bağırsağın və müsariqəsinin, qaraciyərin zədələnməsi ilə müşayiət olunan və kəskin qanitirmə ilə nəticələnərək ölümünə səbəb olan yetirmə anında həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət xəsarət yetirsə də, Zərərçəkmiş şəxs1 onun əlindən çıxaraq sürətli addımlarla kafedən kənara doğru gedib həmin xəsarətin təsirindən öz boyu hündürlüyündən yıxılaraq yerin asfaltla örtülü bərk səthinə zərblə dəyməsi nəticəsində alın nahiyəsinin, burun belinin, sol yanaq nahiyəsinin həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilməyən sıyrıqlarından ibarət bədən xəsarətləri almış, o, qanunsuz hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs1 arxasınca gedib cinayətkar niyyətini tamamlamaq istədikdə isə, öz vətəndaşlıq və ictimai borcunu yerinə yetirib önünə keçərək ictimai qaydanın pozulmasının qarşısını almaq üçün saxlamağa çalışarkən məcbur qalıb onun qolundan və boynundan tutaraq boyun nahiyəsinin, sağ əlin arxa səthinin, sol said nahiyəsinin və sağ əlin İİİ barmağının həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmayan sıyrıqlarından ibarət bədən xəsarətləri yetirən Zərərçəkmiş şəxs2 ona mane olmağa çalışması kimi cüzi səbəbi bəhanə edərək və öz şəxsiyyətini sonuncunun şəxsiyyətindən üstün hesab edərək, həmçinin xuliqanlıq hərəkətlərini davam etdirərək qarşısından çəkilməsi üçün Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyətilə və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmək məqsədilə silah qismində istifadə etdiyi eyni bıçağı sağ əlində tutub sonuncunun da döş qəfəsi nahiyəsinə 1 (bir) dəfə bıçaq zərbəsi vuraraq döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna nüfuz edərək sol körpücükaltı arteriyanın, sol ağciyərin yuxarı payının və ürək kisəsinin zədələnməsi ilə müşayiət olunan və kəskin qanitirmə ilə nəticələnərək ölümünə səbəb olan yetirmə anında həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaradan ibarət bədən xəsarəti yetirdikdən sonra Zərərçəkmiş şəxs2 zərbənin təsirindən kənara çəkildiyini görüb Zərərçəkmiş şəxs1 öldürməklə bağlı niyyətini başa çatdırmaq məqsədilə sonuncunun ardınca qaçmış və Zərərçəkmiş şəxs1 bir qədər kənarda yerdə yıxılıb hərəkətsiz qaldığını gördükdə ölməsini, yəni öz cinayətkar niyyətinə çatdığını zənn edərək, yenidən kafeyə qayıtmış, Zərərçəkmiş şəxs2 elə xəsarət aldığı yerdə, Zərərçəkmiş şəxs1 isə təcili tibbi yardım avtomobilinə yerləşdirilərkən ölmüş, beləliklə də o, silah qismində istifadə edilən əşyadan istifadə etməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslərə qarşı zor tətbiq olunması, özgənin əmlakının qəsdən məhv edilməsi və zədələnməsi ilə müşayiət olunan, ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə zor tətbiq etməklə qərəzli hərəkətlərlə xuliqanlıq edərək Zərərçəkmiş şəxs3 fiziki ağrı yetirib əmlakını məhv etmiş, habelə silah qismində istifadə edilən əşyadan istifadə etməklə yuxarıda qeyd edilən qərəzli xuliqanlıq hərəkətlərini davam etdirməklə, xuliqanlıq niyyəti ilə ictimai borcunu yerinə yetirilmələri ilə əlaqədar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qəsdən öldürmüş, yəni hər iki şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3 və 120.2.7-ci maddələri ilə təqsirli bilərək, habelə zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X11 tərəfindən irəli sürülmüş mülki iddianı qəbul etməyərək, digər zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X15 tərəfindən verilmiş mülki iddianı qismən qəbul edərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 yeddi-səkkiz yaşından tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs1la onun və ailə üzvlərinin ailəli get-gəlləri olmuşdur. Zərərçəkmiş şəxs1 onun və ailə üzvlərinin dostu olmuşdur. Onun və ailə üzvlərinin Zərərçəkmiş şəxs1la heç bir zaman problemi olmamışdır. Zərərçəkmiş şəxs2la da, onun heç bir zaman problemi olmamış, əksinə onun Zərərçəkmiş şəxs2la dostluq münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs2 tez-tez onun atası Şahid2 işlətdiyi kafeyə gəlmiş və atasının müştərisi olmuşdur. Zərərçəkmiş şəxs2 bıçaq zərbəsi endirməsi onun yadında deyil. O, Polis bölməsində olan zaman müstəntiq ondan Zərərçəkmiş şəxs2 hansı səbəbdən bıçaq zərbəsi endirdiyini soruşmuşdur. O isə, müstəntiqə Zərərçəkmiş şəxs2 bıçaq zərbəsi endirmədiyini bildirmişdir. Bundan sonra müstəntiq ona yanıldığını və onun Zərərçəkmiş şəxs1 əlavə olaraq Zərərçəkmiş şəxs2 da bıçaq zərbəsi endirdiyini bildirmişdir. Həmin anda o, həyatının sarsıntısını yaşamışdır. Çünki o, Zərərçəkmiş şəxs2 bıçaq zərbəsi endirdiyini ağlına belə gətirməmişdir. Qətl baş verən gün və həmin gündən öncəki müddət ərzində onun mobil telefon sahibi olmamışdır. 30 dekabr 2023-cü il tarixdə, axşam saatlarında o, təsadüf əsnasında anası Zərərçəkmiş şəxs3 mobil telefonunda Zərərçəkmiş şəxs1la olan ismarıclarını görmüşdür. Həmin ismarıclar Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs3 aralarında intim münasibətlərin olduğuna dəlalət etmişdir. Bu zaman o, təmkinliyini qoruyaraq heç nə etməmişdir. O, 31 dekabr 2023-cü il tarixdə səhər saatlarında sözügedən kafeyə gəlmişdir. Həmin gün Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sözügedən kafedə iş çox olmuşdur. O da bütün işlərə köməklik etmişdir. O, kafeyə gəldikdən bir müddət sonra Zərərçəkmiş şəxs1 da kafeyə gəlmişdir. Bu zaman o, fürsətdən istifadə edərək Zərərçəkmiş şəxs1la söhbət etməyə başlamışdır. Həmin söhbətin məğzi Zərərçəkmiş şəxs3 ilə Zərərçəkmiş şəxs1 arasında olan intim münasibətdən onun da xəbərdar olmağından və növbəti addımların nədən ibarət olacağını aydınlaşdırmaqdan ibarət olmuşdur. Bu zaman Zərərçəkmiş şəxs1 ona 02 yanvar 2024-cü il tarixdən sonra Bakı şəhərini ya həmişəlik, ya da uzun müddətlik tərk edəcəyinə dair söz vermişdir. O da həmin sözə inanmışdır. O, özü Zərərçəkmiş şəxs1 dəfələrlə müdafiə etmişdir. Zərərçəkmiş şəxs1 “Dərnəgül” metrostansiyasına yaxın ərazidə, yəni “Baksol yolu” adlanan ərazidə olan Elgün adlı, Ramal adlı şəxsə, Vüqar və Vüsal adlı qardaşlara külli miqdarda borcu olmuşdur. Zərərçəkmiş şəxs1 borclu olduğu şəxslərə sözügedən kafeni öz kafesi kimi təqdim etdiyindən həmin şəxslər daimi bir şəkildə kafeyə gələrək onu və ailə üzvlərini kafeni yandıracaqları, müsadirə edəcəkləri və digər hədələrlə təhdid etmişlər. Zərərçəkmiş şəxs1 borclu olduğu şəxslərdən rəsmi müqavilə əsasında mallar götürmüş və sonradan sözügedən malların ödənişlərini həmin şəxslərə etməmişdir. Zərərçəkmiş şəxs1 daim həmin şəxslərdən gizlənmişdir. Həmin şəxslər onu və ailə üzvlərini təhdid edən zaman o, həmin şəxslərə kafenin Zərərçəkmiş şəxs1 məxsus olmadığını bildirməmiş, əksinə Zərərçəkmiş şəxs1 ailə üzvləri və dostları olduğunu bildirmişdir. Yəni o, heç bir zaman Zərərçəkmiş şəxs1 kiminsə ayağına verməmişdir. Zərərçəkmiş şəxs1 26-27 dekabr 2023cü il tarixdə sözügedən kafeyə yaxın yerləşən ərazidəki bazarda çalışan Qorxmaz adlı şəxsdən 600 (altı yüz) manat borc almışdır. O, bütün bu xüsusatları Zərərçəkmiş şəxs1la arasında heç bir zaman hüsumətin olmadığını izah etmək məqsədilə dilə gətirir. 31 dekabr 2023-cü il tarixdə o, Zərərçəkmiş şəxs1la sözügedən ismarıclar barədə söhbəti yekunlaşdırdığı andan Zərərçəkmiş şəxs1 tərəfindən bıçaq zərbələri alanadək Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 birgə şəkildə durmadan onun şəxsinə qarşı atmacalar atmışlar, onu qıcıqlandırmışlar və nalayiq ifadələrdən istifadə etmişlər. O, həmin sözlərə qarşı əsəblərini çətinliklə də olsa ram etməyə çalışmış, çünki ram etməyəcəyi təqdirdə, məsələnin cinayətlə bitəcəyini bilmişdir. Lakin o, bir anlıq əsəblərini cilovlaya bilməmiş və nəticədə qətllər baş vermişdir. 31 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1la onun arasında olan söhbətdən sonra Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 birgə şəkildə onu əsəbləşdirmələri, onun şəxsinə qarşı müxtəlif tərzdə xoş olmayan sözlərdən istifadə etmələri, Şahid2lə Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 eyni anda yanlarına çağırmaları və həmin vaxt Zərərçəkmiş şəxs3 Şahid2 çağırışına məhəl qoymaq əvəzinə Zərərçəkmiş şəxs1 çağırışına məhəl qoyması, üstəlik də bütün bu xüsusatların onun gözlərinin önündə baş verməsi, habelə Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs3 aralarında intim münasibətlərin olması ona ayan olduğundan o, partlamış və nəticədə cinayət əməllərini törətmişdir. O, əsəbləşmiş, Zərərçəkmiş şəxs3 saçlarından tutub əlinin altında olan kabab şişini yerə çırpmış, bu zaman isə, Şahid2 onu kafenin mətbəxinə çağırmış, o da, Zərərçəkmiş şəxs3 saçlarını buraxıb mətbəxə keçmişdir. O, etiraf edir ki, əsəbləşmiş, kafenin zalında Zərərçəkmiş şəxs3 saçlarından tutub əlinin altında olan pivə bakalını yerə çırpıb sındırmışdır. Bakal Şahid2 işlətdiyi kafeyə məxsus olmuşdur. Həmin kafedə o və Zərərçəkmiş şəxs3 da çalışmışlar. Yəni kafe ailə biznesi olmuşdur. Bu səbəbdən də o, bakalın sındırılmasında bir qəbahət görməmişdir. Həmin kafedə o da, çalışmış və həmin bakalın maddi dəyərində onun da payı olmuşdur. O, kafenin zalında qışqırmış, ucadan danışmış, səs-küy salmış, lakin bütün bu səsləri digər zalda olan şəxslər onun olduğu zalın qapısı bağlı olduğundan eşidə bilməmişlər. Həmin şəxslər bir az da olsa, nəsə bir səs-küy eşitsələr belə, bunun səbəbi onun bir zaldan digər zala keçən zaman zallararası qapını bir-iki saniyəlik açıb-bağlaması olmuşdur. Daha sonra o, zalda olan zaman Şahid2 ona kafenin müştərisinin yemək sifariş verdiyini bildirmiş, o isə, bu zaman mətbəxə keçərək müştərinin yeməyini hazırlamağa və həmin yəməyin yanında olacaq olan çörəyi bıçaqla doğramağa başlamışdır. O, həmin vaxt mətbəxdə yemək və çörək hazırlamaqla başını qatmağa, bununla da özünü sakitləşdirməyə nail olmağa çalışmışdır. Bu zaman mətbəxdə olan kiçik ölçülü nəfəslikdən Zərərçəkmiş şəxs3 onu ağır sözlərlə təhqir etməyə və yenidən özündən çıxartmağa başlamışdır. Bu sözlərdən sonra o, yenidən əsəb keçirmiş və Zərərçəkmiş şəxs3 Şahid2 yanında dayanmış olduğundan, habelə Şahid2 Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs3 arasında olan intim münasibətdən agah olmasını istəmədiyindən dolayı saçlarını bir neçə saniyəlik tutub buraxmışdır. O, Şahid2 Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs3 arasında olan intim münasibətlərdən agah olmasından Zərərçəkmiş şəxs3 qarşı cinayət törədə biləcəyindən ehtiyat etdiyindən dolayı çox qorxmuşdur. Bir müddət sonra, o, bıçaqla çörək doğrayan zaman Zərərçəkmiş şəxs1 onun yanına gələrək şəxsinə qarşı “Sən kimsən ki, bu cür məsələlərə müdaxilə edəsən?! Uşaqsan, uşaq yerini bil! Hər məsələyə burnunu soxma! Get işinlə məşğul ol!” kimi ifadələr işlətmişdir. Bu zaman o, durmadan Zərərçəkmiş şəxs1 “Ay kişi, çıx get başımdan! Gözüm görməsin səni!” demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 özünü dəfələrlə xəbərdar etmiş olmasına baxmayaraq, ondan əl çəkməmişdir. Bu zaman o, çörək doğradığı bıçağı Zərərçəkmiş şəxs1 tərəf tutmuş, Zərərçəkmiş şəxs1 isə bıçağı görən kimi kafenin giriş-çıxış qapısının çöl tərəfinə qaçıb dayanmışdır. O, Zərərçəkmiş şəxs1 çatan zaman yenidən “Ay kişi, çıx get başımdan! Gözüm görməsin səni!” söyləmiş, Zərərçəkmiş şəxs1 isə onun əlindəki bıçağı görmüş, bir neçə saniyə öncə əlindəki bıçağa görə ondan qaçmış olmasına baxmayaraq, ona qarşı yenidən durmadan nalayiq ifadələr səsləndirməyə davam etmişdir. Həmin an onun səbri artıq bitmiş və o, Zərərçəkmiş şəxs1 1 (bir) bıçaq zərbəsi endirmişdir. Zərərçəkmiş şəxs1 bıçaq zərbəsi aldıqdan sonra cəld bir şəkildə ondan uzaqlaşmışdır. O isə, əlində olan bıçaqda qan izini gördükdən sonra özünü itirmiş və kafeyə daxil olmuşdur. O, kafeyə daxil olduqdan bir neçə saniyə sonra Zərərçəkmiş şəxs1 vəziyyətini öyrənmək məqsədilə yenidən çölə çıxmışdır. O, çölə çıxan zaman birdən kimsə onun arxasından boynunu və qollarını bərk bir şəkildə tutmuşdur. O, həmin vaxt kimin tərəfindən tutulduğunu dərhal anlamamışdır. O, kimin tərəfindən tutulduğunu anlamaq məqsədilə boynunu arxaya çöndərən zaman Zərərçəkmiş şəxs2 tərəfindən tutulduğunun şahidi olmuşdur. Zərərçəkmiş şəxs2 onu tutmaqda məqsədi onun Zərərçəkmiş şəxs1 əlavə bıçaq zərbələri endirə biləcəyini düşünməsi olmuşdur. Halbuki onun Zərərçəkmiş şəxs1 əlavə bıçaq zərbələri endirmək kimi bir niyyəti olmamışdır. Onun Zərərçəkmiş şəxs2la heç bir zaman hər hansı problemi olmamışdır. İstər Zərərçəkmiş şəxs2, istərsə də, o, daim bir-birilərinin sirdaşı olmuşlar. O, həmin vaxt Zərərçəkmiş şəxs2 dəfələrlə onu buraxmasını xahiş etmiş, lakin Zərərçəkmiş şəxs2 ondan ehtiyat etdiyindən onu buraxmamışdır. Bu zaman o, əli ilə Zərərçəkmiş şəxs2 arxasından itələmiş və Zərərçəkmiş şəxs2 əlindən qurtulmuşdur. Sonradan isə, müstəntiq ona Zərərçəkmiş şəxs2 onun tərəfindən arxadan itələnməsi zamanı əlindəki bıçağın Zərərçəkmiş şəxs2 dəydiyini bildirmişdir. Onun Zərərçəkmiş şəxs2la heç bir ədavəti olmamışdır. O, Zərərçəkmiş şəxs2 öldürmək istəməmişdir. Əgər onun Zərərçəkmiş şəxs2 öldürmək kimi bir niyyəti olsaydı, o, əlindəki bıçağı düz bir şəkildə tutardı, tərsinə tutmazdı. O, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərinə həkimlər tərəfindən baxış keçirilmiş və baxış nəticəsində onun barmaqlarında, boynunda yüngül xəsarət izləri aşkar edilmişdir. Həmin xəsarət izləri Zərərçəkmiş şəxs2 həqiqətən də onu tutmuş olmasına dəlalət edir. O, Zərərçəkmiş şəxs2 arxasından itələdikdən sonra Zərərçəkmiş şəxs2 yerə yıxılmışdır. O, həmin vaxt Zərərçəkmiş şəxs2 özü tərəfindən itələnmiş olması səbəbindən yerə yıxılmış olmasına əmin olmuş və bu səbəbdən də Zərərçəkmiş şəxs2 yerə yıxılmasına həmin vaxt önəm verməmişdir. Lakin sonradan Zərərçəkmiş şəxs2 məhz onun əlindəki bıçaqdan xəsarət alması nəticəsində yerə yıxılması ona məlum olmuşdur. Zərərçəkmiş şəxs2 yerə yıxıldıqdan sonra o, sürətlə Zərərçəkmiş şəxs1 tərəf qaçmışdır. O, Zərərçəkmiş şəxs1 çatan zaman Zərərçəkmiş şəxs1 artıq kafedən iyirmi-otuz metr aralanmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs1 birdən kafenin yaxınlığında yerləşən dükanın önündə dayanmış və onun gözlərinin qarşısında onun tərəfindən aldığı bıçaq zərbəsinin təsirindən halsızlaşaraq yerə yıxılmııdır. O, bu zaman ətrafdakı insanları qışqıraraq köməyə çağırmağa başlamış, əynindəki köynəyi və gödəkçəni çıxarıb Zərərçəkmiş şəxs1 üzərinə sərmiş, ətrafdakı insanlardan “103” çağrı mərkəzinə zəng etmələrini xahiş etmiş, həmin yerdən əlli metr məsafədə yerləşən polis bölməsinin polis əməkdaşlarını həmin yerə səsləmişdir. Bundan sonra polis əməkdaşları dərhal həmin yerə gəlmişlər və onun əllərinə qandal vurmuşlar. Zərərçəkmiş şəxs1 yerə yıxılan zaman sağ olmuş, nəfəs almış və yerdə uzanmış olsa da, hərəkət edə bilmişdir. Əgər onun Zərərçəkmiş şəxs1 öldürmək kimi niyyəti olsaydı, o, yerdə çarəsiz və yaralı bir şəkildə uzanmış Zərərçəkmiş şəxs1 asanlıqla öldürərdi, daha durub həkimləri və polis əməkdaşlarını həmin yerə səsləməzdi. O, əlindəki bıçaqda qan izini gördükdən sonra özünü çox itirmiş, onun heç bir zaman bıçaqla, silahla işi olmamışdır. Uşaq yaşlarından elə əziyyət çəkmiş, istənilən işin dalıyca atılmış, ailəsinə çörəkpulu gətirmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3 və 120.2.7-ci maddələri ilə ona aşağı həddə cəza təyin edilməsini, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə isə ona bəraət verilməsini, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X11 tərəfindən irəli sürülmüş mülki iddianın rədd edilməsini, digər zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X15 tərəfindən verilmiş mülki iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə, həm də məhkəmədə verdiyi ifadələrini, zərərçəkmiş şəxslərin hüquqi varisləri və şahidlərin ifadələrini, cinayət işi üzrə istintaq hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tam və obyektiv tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşyadan istifadə etməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslərə qarşı zor tətbiq olunması, özgənin əmlakının qəsdən məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan, ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərib zor tətbiq etməklə xuliqanlıq etmiş, habelə xuliqanlıq niyyəti ilə ictimai borcunu yerinə yetirmələri ilə əlaqədar iki şəxsi qəsdən öldürmüş, yəni iki şəxsi qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşyadan istifadə etməklə, ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə, zərər çəkmiş şəxslərə qarşı zor tətbiq olunması, özgənin əmlakının qəsdən məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan, ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərib zor tətbiq etməklə xuliqanlıq etməklə, habelə xuliqanlıq niyyəti ilə ictimai borcunu yerinə yetirmələri ilə əlaqədar qəsdən iki adamı öldürməsi, yəni digər şəxsləri qəsdən həyatdan məhrum etməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxslərin hüquqi varislari və şahidlərin ifadələri, elan edilmiş şahid ifadəsi, maddi sübutlar, ekspertiza rəyləri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, onun mobil telefonu daim kafedə masanın üzərində olmuş və mobil telefonundan Təqsirləndirilən şəxs də, Şahid2 də, Zərərçəkmiş şəxs1 da, istifadə etmişlər. O, 30 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 ona nə kimi bir kontekstdə ismarıc yazdığını bilmir. Zərərçəkmiş şəxs1 Zara adlı bir xanımla qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamış və həmin Zara adlı xanımdan borc pul götürüb qaytarmamış, üstəlik Zara adlı xanıma onun mobil əlaqə nömrəsini vermişdir. Daha sonra həmin borc məsələsinə görə Zara adlı xanım onu parka dəvət etmiş və onun Zara adlı xanımla həmin parkda möhkəm davası olmuşdur. Bu hadisədən sonra, yəni 30 dekabr 2023-cü il tarixdə onun Zərərçəkmiş şəxs1la sonuncunun onun mobil nömrəsini Zara adlı xanıma vermiş olması və nəticədə Zara adlı xanım tərəfindən narazılıqlara məruz qalması səbəbilə mübahisəsi yaranmışdır. Zərərçəkmiş şəxs1 təxminən 26 dekabr 2023-cü il tarixdən etibarən kafeyə gəlməmiş, buna səbəb isə, Zərərçəkmiş şəxs1 kafeyə yaxın yerləşən bazarda çalışan bir şəxsdən borc pul götürərək qaytarmaması və nəticədə həmin şəxsdən bir növ gizlənməsi olmuşdur. Ümumiyyətlə, Zərərçəkmiş şəxs1 müxtəlif şəxslərə ümumilikdə 100.000 (yüz min) manat borcu olmuşdur. O və ailə üzvləri Zərərçəkmiş şəxs1la birgə 17-18 il çörək kəsmişlər, onun və ailə üzvlərinin Zərərçəkmiş şəxs1la çox yaxın dostluq münasibətləri olmuş, Zərərçəkmiş şəxs1 dəfələrlə onun iki oğlu və həyat yoldaşının iştirakı ilə onların evində qalmışdır. Zərərçəkmiş şəxs1 vəfatının təxminən son 15 günü ərzində minik avtomobilinin salonunda yatmışdır. Bunu görən Təqsirləndirilən şəxs isə, Zərərçəkmiş şəxs1 “Namiq dayı, minik avtomobilinin salonunda yatmaqdan ayaqların şişib. Sən gəl mənim çarpayımda yat” demiş və nəticədə Təqsirləndirilən şəxs öz çarpayısını Zərərçəkmiş şəxs1 verərək özü evdəki zəminin üzərində yatmışdır. Onunla Zərərçəkmiş şəxs1 arasında heç bir halda intim xarakterli yazışma və münasibət olmamışdır. O və ailə üzvləri Bakı şəhərinə Qax rayonundan onun Qax rayonunda sözsöhbətinin düşməsi və küsməyi səbəbilə 2015-ci ildə köçmüşlər. Həmin vaxt Zərərçəkmiş şəxs1 da, Qax rayonunda yaşamış, lakin o və ailə üzvləri Qax rayonundan Bakı şəhərinə köçdükdə, Zərərçəkmiş şəxs1 Qax rayonunda yaşamağa davam etmiş və nəticədə Zərərçəkmiş şəxs1la onun arasında olan çox yaxın dostluq münasibətləri soyumuşdur. O və ailə üzvləri Qax rayonundan Bakı şəhərinə köçdükdən sonra o, Bakı şəhərində fərdi sahibkarlıq fəaliyyətilə məşğul olmağa başlamışdır. Bundan sonra Zərərçəkmiş şəxs1 bir xanımla qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamağa başlamış və həmin xanımdan 15.000 manat borc pul götürüb sonradan qaytarmamışdır. Daha sonra həmin xanım iki-üç dəfə dava-dalaşla kafeyə gəlib söz-söhbət salmışdır. Bundan sonra Zərərçəkmiş şəxs1 Bakı şəhərində icarəyə mismar sexi götürüb işlətməyə başlamışdır. Lakin Zərərçəkmiş şəxs1 həmin mismar sexinin sahibilə də problem yaşamış, həmin şəxsi kafeyə gətirərək kafeni həmin şəxsə öz kafesi kimi təqdim edib həmin şəxsdən borc pul götürmüş və sonradan qaytarmamışdır. Zərərçəkmiş şəxs1 yaşamış olduğu bütün bu pul problemlərində o və ailə üzvləri bir dəfə də olsun Namiqin ayağını kiməsə verməmişlər. Zərərçəkmiş şəxs1 əvvəllər 2 (iki) dəfə həbs edilmiş, hər iki halda Zərərçəkmiş şəxs1 sərbəst buraxılmasında Təqsirləndirilən şəxs müstəsna xidmət göstərmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xahişi əsasında Zərərçəkmiş şəxs1 iki dəfə minik avtomobili ilə Şəki rayonuna aparmışdır. O, övladlarının və həyat yoldaşının problemləri ilə Zərərçəkmiş şəxs1 problemlərini daim bir tutmuşdur. Günün bu günü o, Zərərçəkmiş şəxs1 8.000 manatlıq borcunun faizini həmin borc onun adından götürüldüyündən ödəyir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bıçaq zərbəsi endirməsinə inanmır və məhkəmədən bu məsələni dərindən araşdırmağı xahiş edir. Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 arasında böyük problemlər olmuşdur. Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı Ülviyyə adlı bir xanımdan 1.000 manat borc pul almışdır. Daha sonra Ülviyyə adlı xanım Zərərçəkmiş şəxs1 rayonlardan birində baş tutacaq olan yas mərasiminə getməli olduğunu bildirərək həmin 1.000 manatı geri istəmiş, Zərərçəkmiş şəxs1 isə öz növbəsində söyüş qoyaraq həmin 1.000 manatı Ülviyyə adlı xanım yas mərasiminə gedənədək Ülviyyə adlı xanıma qaytaracağına dair söz vermişdir. Lakin Zərərçəkmiş şəxs1 Ülviyyə adlı xanıma vermiş olduğu sözünü də tutmamışdır. Daha sonra bütün bu məsələni öyrənən Zərərçəkmiş şəxs2 kafedən Zərərçəkmiş şəxs1 zəng edərək sonuncunu ağır söyüşlərlə söymüşdür. Məhz bu səbəbdən Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 çox əsəbi olmuş və Zərərçəkmiş şəxs1 kafeyə bir müddət gəlməməyinin səbəbi də məhz Zərərçəkmiş şəxs2 faktoru olmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs1 kafeyə yaxın yerləşən bazarda hind quşu satan bir şəxsdən 600 manat borc pul götürüb qaytarmamış və nəticədə Zərərçəkmiş şəxs1 kafeyə, həmçinin bu amilə görə də gələ bilməmişdir. Səhv etmirsə, həmin hind quşu satan şəxsin adı Rəfael olmuşdur. Beləliklə, Zərərçəkmiş şəxs1 vəfatına beş-altı gün qalmış kafeyə gəlməmişdir. Zərərçəkmiş şəxs2la isə onun və ailə üzvlərinin heç bir zaman hər hansı problemi olmamışdır. 31 dekabr 2023-cü il tarixdə Şahid2 Zərərçəkmiş şəxs2 300 manat, Təqsirləndirilən şəxs dostundan isə 200 manat götürərək ona vermişdir. O, özü də 150 manat qoyaraq, ümumilikdə 650 manat düzəldib öz borclarını qaytara bilməsi məqsədilə Zərərçəkmiş şəxs1 vermişdir. Həmçinin 31 dekabr 2023-cü il tarixi bayram günü olduğundan, o, istəmişdir ki, Zərərçəkmiş şəxs1 evində tək oturmasın, bunun əvəzinə kafeyə gəlib yeyib-içsin və əhvalı açılsın. Bundan başqa, Zərərçəkmiş şəxs1 kafeyə yaxın yerləşən bazarda hind quşu satan Mahir adlı şəxsdən hind quşu götürüb pulunu verməmiş, bu səbəbdən də Mahir adlı şəxs Zərərçəkmiş şəxs1 var-yox söyüşü söymüşdür. 31 dekabr 2023-cü il tarixdə isə Zərərçəkmiş şəxs1 kafeyə daxil olan zaman bir masa arxasında Təqsirləndirilən şəxs, Şahid2, Mahir adlı şəxsi və adını xatırlamadığı başqa bir şəxsi görmüşdür. Bu zaman Zərərçəkmiş şəxs1 tutulmuş bir vəziyyətdə ona Mahir adlı şəxsin var-yox söyüşü söyməsinə baxmayaraq, kafedə Şahid2lə əyləşməsinə görə incidiyini bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs1 ona demiş olduğu bu sözləri Şahid2 çatdırmış, Şahid2 isə Zərərçəkmiş şəxs1 “Sən utanmırsan məndən inciyirsən? Sən mənim evimin içisən, sən mənim evimdə qalırsan, özün də durub məndən inciyirsən. Mahirin ailəsi hazırda burada yoxdur, Mahir evdə təkdir, ona görə də burada oturub. Bir qədər sonra çıxıb gedəcək” söyləmişdir. 31 dekabr 2023-cü il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs2 kafeyə gələrək yeyib-içmiş və kababçıya ətin filan yerindən kabab sifariş vermiş, kababçı isə Zərərçəkmiş şəxs2 ətin elə eyni ət olduğunu bildirərək ət seçməyin bir önəmi olmadığını bildirmişdir. Kababçının bu sözündən sonra da Zərərçəkmiş şəxs2 inciyib kafedən çıxıb getmişdir. Həmin gün də bayram olduğu üçün onun kafedaxili işləri çox olmuş, bu səbəbdən də Zərərçəkmiş şəxs2 kafedən inciyib evə getmiş olmasından onun xəbəri olmamışdır. Zərərçəkmiş şəxs2 incimiş olmasını və incimə səbəbini ona həmin vaxt Ülviyyə adlı xanım danışmışdır. Bundan sonra Zərərçəkmiş şəxs1 həm öz mobil telefonundan, həm də onun mobil telefonundan, habelə Ülviyyə adlı xanım da öz mpbil telefonundan Zərərçəkmiş şəxs2 könlünü almaq məqsədilə dayanmadan Zərərçəkmiş şəxs2 zəng etməyə başlamışlar, lakin Zərərçəkmiş şəxs2 heç bir zəngə cavab verməmişdir. Zərərçəkmiş şəxs2 zənglərə cavab verməyəcəyini anlayan Zərərçəkmiş şəxs1 minik avtomobili ilə Zərərçəkmiş şəxs2 evinə yollanmış və Zərərçəkmiş şəxs2 götürüb kafeyə gətirmişdir. 31 dekabr 2023-cü il tarixdə kafenin son sifarişi saat 22:00 radələrində yekunlaşmışdır. Bu zaman Zərərçəkmiş şəxs1 mətbəxdəki manqalın başında olmuşdur. O isə, Zərərçəkmiş şəxs1 mətbəxdə kömət etmişdir. Hmin vaxt Şahid4 də onunla Zərərçəkmiş şəxs1 yanında dayanmışdır. Bu zaman Şahid2 mətbəxdəki kiçik ölçülü nəfəslikdən ona səslənərək kafeyə yaxın yerləşən bazarda çalışan bir şəxsin kafeyə gələrək yemək sifarişi verdiyini bildirib ondan həmin müştəridən sifarişi qəbul etməyini xahiş etmişdir. O isə, Şahid2 bu xahişinə “Zalda masadar var, məni nə edirsən ki? Həm də ki, əlimdə lülə düzəldirəm. Lüləni düzəldib gəlirəm. Lüləni atsam, lülə dağılacaq” cavabını vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs mətbəxə gəlib onun saçından tutaraq çiynindən dişləmiş və ona “Ay gombul, görmürsən səni çağırır?! Gəl də!” söyləmişdir. Təqsirləndirilən şəxs zarafatyana daim onun saçlarından tutub çiynindən dişləmiş, habelə ona “gombul” demişdir. Bu zaman o, Təqsirləndirilən şəxs də, lülənin şişi tutmamış olması səbəbindən gedə bilməcəyini, müştərinin zalda sifarişini gözlədiyini izah etmiş və ona gəlmiş olan ani əsəbdən dolayı əlindəki şişi yerə çırpıb ümumiyyətlə, kabab etməyəcəyini bildirərək “nə istəyirsiniz, onu da edin” söyləyib mətbəxi tərk etmişdir. Həmin vaxt lülə də, yerə dağılmış və kababı Zərərçəkmiş şəxs1la Şahid4 bişirməyə davam etmişlər. Bundan sonra o, mətbəxə yenidən gələrək mətbəxdə açıqda olan əti soyuducuya yerləşdirib mətbəxdəki masanın üzərini silərək çölə çıxmışdır. Bu zaman Zərərçəkmiş şəxs1 sonradan cinayətin predmeti olacaq bıçağı və məcməyini əlinə almışdır. O, mətbəxə qayıdan zaman Arif və İlfanı mətbəxdə görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs mətbəxdə çörək doğramışdır. Həmin gün Zərərçəkmiş şəxs1 kafedə heç normal bir şəkildə bir tikə də olsun ət yeməmişdir. Həmin gün Zərərçəkmiş şəxs1 yalnızca bir qədər yalandan salat yemiş və araq qəbul etmişdir. Ümumiyyətlə, həmin gün Zərərçəkmiş şəxs1 qanı Zərərçəkmiş şəxs2 və Mahir adlı şəxslə olan problemlərinə görə, üstəlik də həmin şəxslərin özü ilə bir masa arxasında əyləşmiş olmaları, habelə övladlarına pul göndərə bilməməsi səbəbindən çox qara olmuşdur. Zərərçəkmiş şəxs1 heç bir zaman cibində şəxsi pulu olmamışdır. Zərərçəkmiş şəxs1 pulla daim o, təmin etmişdir. Şəki rayonundan Bakı şəhərinə gəlmək məqsədilə Zərərçəkmiş şəxs1 yol xərclərini belə plastik bank kartına o, mədaxil etmişdir. O, mətbəxdən çölə çıxan zaman birdən mətbəxdən səs-küy eşitmişdir. Həmin səs-küyün səbəbini öyrənmək məqsədilə o, mətbəxə qayıdan zaman Şahid2 Təqsirləndirilən şəxs qucaqlayaraq sakitləşdirməyə çalışdığının şahidi olmuş, habelə həmin vaxt Ülviyyə adlı xanım qışqırmışdır. Bundan sonra Şahid2 Təqsirləndirilən şəxs mətbəxdən çölə çıxartmışdır. Həmin vaxt Arif və İlfan, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 alkoqol sərxoşluğu vəziyyətində olmuşlar. Bu hadisənin üzərindən bir qədər müddət keçdikdən sonra o, Təqsirləndirilən şəxs mətbəxdən çölə qaçdığının, Zərərçəkmiş şəxs2 isə huşsuz bir vəziyyətdə Ülviyyə adlı xanımın qucağında olduğunun şahidi olmuşdur. Bu zaman Ülviyyə adlı xanım ona Zərərçəkmiş şəxs2 qan gəldiyini bildirərək ondan məhrəba və su istəmiş, o da qaçaraq mətbəxdən Ülviyyə adlı xanıma məhrəba və su gətirmişdir. Bu zaman o, birdən bir polis əməkdaşının “Burada bir nəfər də yerdə uzanıb!” sözünü eşitmişdir. Həmin vaxt o, həmin şəxsin kim olduğunu öyrənmək məqsədilə həmin şəxsə tərəf qaçmış və həmin yerə çatan zaman həmin şəxsin Zərərçəkmiş şəxs1 olduğunu görmüşdür. Bu zaman Zərərçəkmiş şəxs1 yaralı bir vəziyyətdə yerdə uzanmış və həmin an ona “Qorxma! Mən etdim! Yenə hər bir şeyi mən etdim! Günahkar mənəm! Bağışla məni!” demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 kafeyə yaxın yerləşən bazarın giriş qapısının önündə, yerdə uzanmışdır. Bundan sonra Şahid4 Zərərçəkmiş şəxs1 köməyinə yetişmişdir. Şahid4 Zərərçəkmiş şəxs1 əmisi oğludur. O, Ülviyyə adlı xanım, Şahid4, Zülfiyyə Əfəndiyeva və Zərərçəkmiş şəxs2 əsas masa olmaq etibarı ilə bir masa arxasında əyləşmişlər, Zərərçəkmiş şəxs1, Arif və Şahid2lər, habelə Mahir adlı şəxs isə, bir masa arxasında əyləşmişlər. Həmin vaxt bayram süfrəsi hələ açılmadığından, sadalamış olduğu şəxslər və o, ayrıca əyləşmişlər. Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 bıçaqlanma anını heç bir kəs görməmişdir. O, Zərərçəkmiş şəxs2 nələrin baş vermiş olduğunu soruşmağa macal belə tapa bilməmişdir. Zərərçəkmiş şəxs2 uzanmış olduğu yerlə Zərərçəkmiş şəxs1 uzanmış olduğu yerin arasında 30-50 metr məsafə olmuşdur. Bundan sonra çöldə olan Təqsirləndirilən şəxs ətrafdakı insanlara “103” çağrı mərkəzinə zəng etməklə bağlı qışqırmağa başlamışdır. Artıq hadisə yerində olan polis əməkdaşları təxmini olaraq 20 dəfə “103” çağrı mərkəzinə zəng etmiş olsalar da, təcili və təxirəsalınmaz tibbi yardım briqadası hadisə yerinə çox gec gəlmişdir. Bu zaman o, Şahid4 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 minik avtomobili ilə xəstəxanaya çatdırmağını xahiş etmiş, Şahid4 isə, əlindəki suyu yerə ataraq heç nə edə bilməcəyini ona bildirmiş və hadisə yerini tərk etmişdir. Uzun bir müddət sonra nəhayət təcili və təxirəsalınmaz tibbi yardım briqadası hadisə yerinə gəlmiş və Zərərçəkmiş şəxs1 xəstəxanaya aparmış, lakin Zərərçəkmiş şəxs1 xəstəxanaya çatmamış yolda vəfat etmişdir. Həmin vaxt o da, təcili və təxirəsalınmaz tibbi yardım briqadasının xidməti avtomobilində olmuşdur. O, Zərərçəkmiş şəxs1 bıçaq zərbəsi almış olduğunu Təqsirləndirilən şəxs ətrafdakı insanları qışqıraraq köməyə çağıran zaman öyrənmişdir. Bir məsələni də sonda vurğulamaq istəyir ki, bir dəfə Təqsirləndirilən şəxs öz adına 3.000 manat borc pul götürüb Zərərçəkmiş şəxs1 vermişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi və mülki ididaçı qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs2 onun oğludur. O, Bəhərçiyevlər ailəsi barədə Zərərçəkmiş şəxs2 heç bir söz eşitməmişdir. Bəhərçiyevlər ailəsinin işlətmiş olduğu kafe dəmir yolunun kənarında yerləşir. Zərərçəkmiş şəxs2 iş yeri həmin kafeyə yaxın olmuşdur. Zərərçəkmiş şəxs2 iş yoldaşları ilə birlikdə ya işdən çıxdıqdan sonra, ya da doğum günləri ilə əlaqədar olaraq tez-tez həmin kafenin müştərisi olmuşlar. Hətta Zərərçəkmiş şəxs2 həmin kafedə çəkilmiş olan videoyazısı da onda olmuş, sadəcə olaraq o, həmin videoyazının həmin kafe Bəhərçiyevlər ailəsi tərəfindən işlədilən zaman çəkilib-çəkilməmiş olmasını bilmir. O, bir dəfə də olsun Zərərçəkmiş şəxs2 Bəhərçiyevlərin problemi barədə eşitməmişdir. Zərərçəkmiş şəxs2 vəfat edən gün yeznəsi onun evində olmuşdur. Yeznəsini evinə müalicə məqsədilə Zərərçəkmiş şəxs2 gətirmişdir. Həmin vaxt yeznəsi onkoloji xəstəlikdən əziyyət çəkmiş və yeznəsinə sistem köçürülməli olmuşdur. Həmin sistemi yeznəsinə Zərərçəkmiş şəxs2 tanışı olan bir həkim köçürməliydi. Zərərçəkmiş şəxs2 həmin həkimlə danışmış və həmin həkim evinə gəlməli idi. Həmin gün Zərərçəkmiş şəxs2 ev üçün alış-veriş edərək gecə növbəsindən çıxıb evə gəlmişdir. Bir müddət sonra həmin həkim evinə gəlib yeznəsinə sistem köçürtmüşdür. Bundan sonra o, Zərərçəkmiş şəxs2 yeznəsinin tikə ət yeyə bilmədiyini bildirib Zərərçəkmiş şəxs2 yeznəsi üçün bazardan çəkilmiş ət almasını xahiş etmiş, Zərərçəkmiş şəxs2 da bu xahişini yerinə yetirmişdir. Zərərçəkmiş şəxs2 çəkilmiş əti evə gətirdikdən sonra ona qısa bir müddətlik çölə çıxıb gələcəyini bildirmişdir. O da Zərərçəkmiş şəxs2 bu barədə razılığını bildirmişdir. Zərərçəkmiş şəxs2 çöldə olan zaman ona zəng edərək kabab çəkmək məqsədilə evdə kömürün olub-olmadığını soruşmuşdur. O da Zərərçəkmiş şəxs2 evdə kömürün olmadığını bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs2 mobil telefonla ona kömür dalıyca gedib evə qayıdacağını bildirmişdir. Zərərçəkmiş şəxs2 kömür alıb evə qayıtdıqdan sonra ona gecə növbəsindən çıxmış olması səbəbilə yorğun olduğunu bildirmiş və bundan sonra yerinə girib yatmışdır. Zərərçəkmiş şəxs2 yuxuda olan zaman Zərərçəkmiş şəxs2 mobil telefonuna Bəhərçiyevlər ailəsinin işlətmiş olduğu kafedə çalışan Şahid1 durmadan zəng etmişdir. Şahid1 özünü hər bir kəsə Ülviyyə kimi təqdim etmişdir. Bu zaman Zərərçəkmiş şəxs2 bütün zənglərə rədd cavabı vermiş, lakin sonda Zərərçəkmiş şəxs2 zənglərin mütəmadi olmasından bezərək dəstəyi açmışdır. Həmin vaxt Şahid1 Zərərçəkmiş şəxs2 Bəhərçiyevlər ailəsinin işlətmiş olduğu kafeyə çağırmış, Zərərçəkmiş şəxs2 da durub həmin kafeyə yollanmışdır. Bundan bir müddət sonra Zərərçəkmiş şəxs2 yenidən evə geri dönmüş və evdəki arxa otağa keçərək həmin otaqdakı balona qəpiklər salmışdır. Zərərçəkmiş şəxs2 balonun içərisində qəpiklər toplamışdır. Bundan sonra Zərərçəkmiş şəxs2 evin qapısının önündə böyük qardaşı Vahid Səfərovla möhkəm bir şəkildə öpüşübgörüşmüşdür. Bu zaman o, Ramil və Vahid Səfərovlara “Ay bala, niyə bu cür görüşürsünüz? Sanki bundan sonra bir-birinizi görməyəcəksiniz” söyləmişdir. Bu sözünə cavab olaraq Zərərçəkmiş şəxs2 ona sabah səhər tezdən bacısının işləri ilə əlaqədar olaraq Gəncə şəhərinə yollanacağını bildirmişdir. Bu zaman Vahid Səfərov Zərərçəkmiş şəxs2 özünün də Gəncə şəhərinə getmək istədiyini bildirmiş, Zərərçəkmiş şəxs2 da buna razılıq verərək sabah səhər tezdən Vahid Səfərovla birgə Gəncə şəhərinə yollanacağını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 evdən çıxıb getmişdir. Zərərçəkmiş şəxs2 evdən çıxmasının iyirminci dəqiqəsində o, Zərərçəkmiş şəxs2 zəng etmiş, lakin dəstəyi Şahid1 açmışdır. Şahid1 dəstəyi açan zaman “anasıdır-anasıdır!” deyib dəstəyi üzünə qoymuşdur. O, bundan dərhal sonra Zərərçəkmiş şəxs2 yenidən zəng etmiş, bu səfər isə, dəstəyi bir kişi açmışdır. Bu zaman o, həmin kişiyə Zərərçəkmiş şəxs2 mobil telefonunu hansı səbəbdən yad insanların açmalarını irad tutaraq həmin kişidən Zərərçəkmiş şəxs2 yerini soruşmuşdur. Həmin kişi isə ona Zərərçəkmiş şəxs2 uzaqda olduğunu bildirmişdir. O, həmin kişidən Zərərçəkmiş şəxs2 nə qədər uzaqda olduğunu soruşan zaman isə, həmin kişi ona təkrarən Zərərçəkmiş şəxs2 uzaqda olduğunu bildirərək dəstəyi üzünə qoymuşdur. Həmin vaxt da Vahid Səfərov evində yatmışdır. Sonradan o, bilmişdir ki, oğlu Zərərçəkmiş şəxs2 aldığı bıçaq xəsarətindən ölmüşdür. Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki ididaçı X11 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini və onun tərəfindən verilmiş mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun qardaşıdır. Mərhum Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsin anası Zərərçəkmiş şəxs3 ilə 24-25 il idi ki, yaxınlıq etmiş, hətta birlikdə icarəyə kafe götürüb işlətmişlər. Qaxda bir neçə yerdə bu cür kafe götürüb işlətmişlər (Qax şəhərində 2-3 yerdə, İlisu kəndinin “Səngər məhlə” hissəsində və sair). Sonralar eşitdiyinə görə həmin qadın kənd camaatı arasında milli mentalitetə uyğun olmayan başqa işlərinə görə də qınaq obyektinə çevrilmiş, sonuncuya qarşı böyük söz-söhbət yaranmış və nəticədə məcbur olub kənddən Bakının Biləcəri qəsəbəsinə köçərək orada yaşamağa başlamışdır. Biləcəriyə köçəndən sonra da, mərhum qardaşını dinc buraxmamışdır. Nəhayət qardaşı Namiq təxminən 2020-ci ilin sonları, 2021ci illərin əvvəllərində Bakıya gələrək Hövsan qəsəbəsində həm bacılarıildə, həm də mərhum əmisi qızının tək yaşayan həyat yoldaşıgildə yaşamağa başlamışdır. Qardaşı Namiq müəyyən işlər görərək və ya rayondan bal, mineral su və bəzi başqa məhsullar gətirərək satıb qazanc əldə etmiş və qazancından hər ay Qax şəhərində yaşayan ailəsinə dolanmaq üçün pul vermiş və ya göndərmişdir. Namqi Hövsanda yaşayan vaxtlarda da təqsirləndirilən şəxsin anası Zərərçəkmiş şəxs3 Namiqi dinc buraxmamışdır. Gülnurə durmadan zəng edib Namiqi Biləcəridə yaşamağa çağırmış və Biləcəridə daha çox pul qazanacağına inandırmışdır. Nəhayət mərhum qardaşı Namiq Biləcəriyə köçərək orada yaşamağa başlamışdır. O, Namiqi bu yoldan çəkindirmək üçün çox çalışsa da, xeyri olmamışdır. Nümayəndəsi olan həyat yoldaşı Nümayəndə öyrəndiyinə görə mərhum qardaşı Zərərçəkmiş şəxs1 Biləcəridə olduğu dövrdə təqsirləndirilən şəxs və sonuncunun Vilayət adlı qardaşı ilə dəmir (metallom) alveri ilə məşğul olmuşlar, pul qazanmışlar, şərikli şəxsi maşın almışlar. X25 bəzi ərzaq məhsulları və müxtəlif meyvələrdən çəkilmiş spirtli içkilər gətirmiş, təqsirləndirilənin anası da onları kafedə və ya ora gəlib-gedən və həmin ərazidə yaşayan digər şəxslərə satmışdır. Hətta mərhum qardaşı Namiq Biləcəridə böyük bir ərazini içərisində olan üstübağlı tikilisi ilə birlikdə icarəyə götürərək həmin yerdə mismar sexi yaratmışdır. Ora 10-11 ədəd dəzgah qoyaraq mismar istehsal etmişdir. Bacısının həyat yoladaşı Elnurun adına bir MMC yaratmışdır. Bir sözlə mərhum qardaşı Zərərçəkmiş şəxs1 Biləcəridə olduğu dövrdə deyilənə görə yaxşı pul qazanmışdır. Eşidib-bildiyinə görə Namiq yeni biznes qurmuşdur. Yəni səhv etmirsə, Namiq Monqolustandan ət məhsulları və xırdabuynuzlu heyvanların quyruqlarını gətirərək burada satışını təşkil etmək istəmişdir. Bu sahənin də işini şifahi olaraq qurmuşdur. Hətta burada kimin hansı işlə məşğul olacağını təyin etmişdir. Namiq şahid qismində tanınmış Şahid4 də hansısa bir vəzifə verməliydi. Lakin bu biznes üçün əlavə pul lazım olmuşdur. Həmin pulu da Namiq təqsirləndirilən şəxsin özü ilə rayona gedərək Qaxdan və ya Şəkidən kimdənsə deyəsən almışdır. Çünki dekabr ayının 27-də mərhum qardaşı Namiq Hövsan qəsəbəsinə gedərək orada Şahnabat adlı bacısına 900 manat vermişdir ki, özünə kimdənsə alıb verdiyi borcu qaytarsın. Həmin zaman Namiqin cibində xeyli miqdar (bır paket 100 manatlıq əskinaz) pul olmuşdur. Bacısı ondan “qaqaş səndə bu qədər pul hardandır?” deyə soruşanda, Namiq “sən qaqaşını elə-belə adam bilirsən?!” cavabını vermişdir. Sonra da Namiq Gültəkin adlı bacısına da 100 manat vermişdir. Mərhum qardaşının Qaxdanmı, Şəkidənmi 15.000 manat pul alıb gətirməsini Cövdət adlı əmisi oğlu da təsdiq etmişdir. Çünki dekabr ayının təxminən 21-23-də Namiq Cövdətə də Qaxa və ya Şəkiyə gedərək oradan 15.000 manat alıb gətirəcəyini, ət-quyruq biznesinə girişəcəyini demişdir. O, hesab edir ki, mərhum qardaşının qətlə yetirilməsi qısqanclıqdan çox tamah məqsədilə həyata keçirilmişdir. Bunu düşünməyinə əsas kimi aşağıdakıları qeyd edir. 2023-cü ilin dekabr ayının 2-də mərhum qardaşının 55 yaşı olmuşdur. Dekabrın 3-də bacıları Gültəkin və Şahnabat Biləcəriyə kafeyə gedərək Namiqi təbrik etmişlər, birlikdə şəkil də çəkdirmişlər. Axşam onları indiki təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs maşınla Hövsana, yəni yaşadıqları ünvana aparmışdır. Yolda gedərkən Arif öz tanışından 5.000 manat 2 aylıq faizə pul götürərək Namiqə verdiyini, lakin üstündən 1 il keçməsinə baxmayaraq, Namiqin pulu qaytarmadığını, faizləri özünün verdiyini, bu işə görə lap bezdiyini, Namiqin onu lap boğaza yığdığını elə əsəbi formada danışmışdır ki, sanki Namiqi öldürmək istəyən adam təəssüratı bağışlamışdır. Hesab edir ki, mərhum qardaşında həqiqətən pul olmuş və Arifin pulunu qaytarmadığına görə Namiqi, bəzi şeyləri bəhanə edərək qəsdən öldürmüşdür. Təqsirləndirilən şəxs özü də məhkəmədə ifadə verəndə qeyd etmişdir ki, Namiqin borclu olduğu şəxslərə cavab verməkdən yorulmuşdur. Anası da məhkəmədə etiraf etmişdir ki, son 1 həftədə Namiqi guya evdən çıxarmışlar və onlarda qalmışdır. Deməli Namiqdə olan pul da onların evində olmuşdur. Təqsirləndirilən şəxsin mərhum qardaşını öldürməsini qısqanclıq zəminində olmadığını onunla əsaslandırır ki, əgər bu səbəbə görə olsaydı, o zaman kafedə oğluna, Namiqi öldürməzdən əvvəl “mən sənin yanındayam, işində ol”, öldürəndən sonra isə “oldu, sakit ol, bəri gəl” deyərək oğlunu arxayın-arxayın heç nə olmamış kimi Namiqin yanından kafeyə gətirən “atası” Şahid2 həmin vaxt dərhal həmin qadından ayrılardı. Lakin bu hal baş verməmişdir. Onlar yenə də bir yerdə yaşayırlar. Onu da qeyd edir ki, bundan bir neçə il əvvəl də Arifgilin kafesində kababçı olan Mahir adlı bir nəfər şəxs, axşam kafedə birlikdə yeyib-içdikdən sonra orada qalmış, səhər açılanda ölü tapılmışdır. Mahirin də, çoxlu pulu olmuş, lakin işin arxasınca düşülmədiyinə görə özü ilə bərabər pulu da getmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin öldürdüyü 2-ci zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs2 da anasının və qardaşının dediyinə görə, ölən zaman cibində xeyli miqdar pul olmuş və öldürənin ailəsinin də ona borcları olmuşdur. Ona görə də, hesab edir ki, təqsirləndirilən şəxs nə vaxtsa cəzasını çəkib azadlığa çıxsa və yenə də həmin ata və ana ilə birlikdə olsa, o zaman yenə də “qısqanclıq”, “namus” bəhanəsi ilə başqa şəxslər öldürüləcək. Məhz buna görə də təqsirləndirilən şəxsə əlavə olaraq Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi ilə ittiham verilərək qanunla müəyyən edilmiş ən ağır cəza verilməlidir ki, oradan qayıdıb gəlib başqa şəxsləri, eyni zamanda ataanasını öldürməsin. Odur ki, məhkəmədən xahiş edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş ən ağır cəza təyin edilsin. Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki ididaçı X15 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini və onun tərəfindən verilmiş mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilməsi məqsədi ilə dəvət edilmiş Şahid2 Azərbaycan Respublikası Konstitusiyasının 66 və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 20-ci maddələrində nəzərdə tutulmuş konstitusion hüququndan istifadə edərək yaxın qohumu olan oğlu Təqsirləndirilən şəxs əleyhinə ifadə verməkdən imtina etmişdir. Bu səbəbdən də Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmədə elan edilməklə tədqiq edilmişdir. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs3 ilə birgə nikahlarından Vilayət Bəhərçiyev və Təqsirləndirilən şəxs adlı iki oğlu olmuşdur. Əvvəllər Bakı şəhərinə ara-sıra işləmək üçün tək gedib-gəlirmiş, təxminən 3-4 ay əvvəl isə, arvadı Gülnurə və oğlu Ariflə birlikdə daimi olaraq işləmək üçün Bakı şəhərinə gəlmişlər. Bakı şəhərinə gələrək “Biləcəri bazarı” adlanan ərzaq bazarına məxsus Binəqədi rayonu, Biləcəri qəsəbəsində, Biləcəri dəmir yolu stansiyasının ərazisində yerləşən kafeni icarəyə götürərək işlətməyə başlamışlar. Buna qədər rayonda olarkən arvadı Gülnurə ilə birlikdə kafe işlətmişlər. Hazırda işlətdikləri kafedə səhər saat 08:00-09:00 radələrindən axşam saat 23:00-24:00 radələrinədək iş davam edirmiş. Kafeni işlətməkdə onlara uzaq qohumları və Qax rayonunda qonşu kənddən həmyerliləri Zərərçəkmiş şəxs1 kömək edirmiş. Lakin o, kafeyə şərik deyilmiş və etdiyi köməyə görə ona müəyyən məbləğdə pul verirmişlər. Namiq bundan öncə rayonda kafe işlədərkən də onlara kömək etmişdir. Kafenin açot-uçot işlərini Gülnurə ilə özü aparırmış, bundan başqa yeməkləri Gülnurə bişirir, qabları Lütfiyyə və Zülfiyyə adlı iki qabyuyan yuyurmuş. Arif işlərə ümumi köməklik göstərir və özü də əsasən kafenin qarşısında qoyulmuş manqalda kabab bişirirmiş. Arif sakit təbiətli, deyib-gülən insan olmuş, xarioqrafiya, yəni rəqqaslıqla da məşğul olurmuş. İndiyə qədər heç kimlə dava-dalaşı olmamışdır. Hər kəs onun xətrini çox istəyirmiş, kiməsə dəyib-dolaşmırmış. Namiqlə münasibətləri yaxşı olmuş və onlar ailəvi dost olmuşlar. Namiq demək olar ki, əksər vaxtlarda səhərdən axşamadək onlarla birlikdə kafedə olurmuş. Namiq evlidir, iki övladı var və hal- hazırda ailəsi Qax rayonunda yaşayır. Namiq əvvəllər məhkum edilmiş və ayağında elektron qolbaq olmuşdur. Namiqlə Gülnurənin də yaxın, isti münasibəti olmuş və sonuncular bir-birini rayondan tanımışlar. Lakin onların arasında sevgi münasibətləri olması barədə nə özünün, nə də övladlarının məlumatı olmamışdır. Zərərçəkmiş şəxs2 isə, işlədiyi kafeyə gəlib-gedən adam kimi tanımış, Ramil həmçinin bir neçə dəfə kafedəki elektrik xətlərini düzəltməkdə onlara köməklik göstərmişdir. Ramil yaxşı insan imiş və Dəmiryol Stansiyasında işləyirmiş. Kafeləri Dəmir yolu vağzalına yaxınlıqda yerləşdiyi üçün adətən yemək yeməyə işlətdikləri kafeyə gəlirmiş. Bundan başqa Ramilin kafedə işləyən Ülviyyə ilə də aralarında sevgi münasibətləri olmuşdur. Arif bir neçə aydır mobil telefon işlətmirmiş və hərdən onun da telefonundan istifadə edirmiş. Hadisə vaxtı istər müştərilər, istərsə də, özü həyəcanlı olduqları üçün kafenin əsas zalındakı stollara toxunmuşlar və həmin stolların üzərində olan bəzi stəkanlar yerə düşüb sınmışdır. Həmin əşyalar Gülnurənin mülkiyyətindədir. Bu faktla bağlı hər hansı şikayət və tələbləri yoxdur. Arif isə, yalnız kafenin əsas zalında olan pivə stəkanını qəsdən sındırmışdır. Hadisə barədə bildirmişdir ki, 31 dekabr 2023-cü il tarixdə səhər saatlarından işlətdikləri kafedə olmuş, arvadı, kafedə ofisiant kimi işləyən Zülfiyyə, onun əri Mübariz, Ülviyyə də orada imişlər. Bundan başqa kafedə müştərilər də var imiş. Yeni il münasibətilə kafedə özü və Arif də yemək yeyib spirtli içki qəbul etmişlər. Namiq və Ramil də eyni masada əyləşərək spirtli içki qəbul edirmişlər. Həmin tarixdə saat 23:00 radələrində Gülnurə, Arif və Namiq kafenin arxasında yerləşən manqalda kabab bişirirmişlər. Kafedə olan müştərilər yemək istədikləri üçün Gülnurəni yanına çağırmışdır. Lakin Gülnurə kababları bişirdiyini deyib yanına gəlməmişdir. Bir az keçdikdən sonra Gülnurə ilə Arifin mübahisə etdiklərini eşidib çölə çıxdıqda Arifin əsəbi olduğunu və söyüş söydüyünü görüb onu sakitləşdirmək üçün kafenin içərisinə çağırmışdır. Gülnurə isə, manqalın yanında qalmışdır. Kafenin arxa tərəfində olan ümumi zalda Arifi sakitləşdirməyə çalışıb müştərilərə yemək hazırlamaq üçün mətbəxə aparmışdır. Həmin zalda olan zaman Arif anasına əsəbiləşdiyi üçün Gülnurənin barəsində deyinə-deyinə stolun üzərindəki pivə stəkanını yerə çırpıb sındırmışdır. Həmin vaxt zalda yalnız Arif və özü olmuşdur. Mətbəxə keçdikdən sonra Arif yenə də Gülnurənin onun çağırmağına məhəl qoymaması səbəbilə yüksək səslə əsəbi formada danışırmış. Bu ərəfədə Gülnurə kafenin əsas girişi tərəfdə olan ümumi zalda dayanıb mətbəxlə zalı birləşdirən divardakı şüşəsiz pəncərədən boylanaraq Arifdən sakitləşməsini, müştərilərin də narahat olduğunu bildirmişdir. Bu zaman Arif əsəbiləşərək pəncərədən əlini atıb anasının saçından tutub dartmağa başlamışdır. Arifə anasının saçını buraxmasını demiş, bu zaman Namiq də, mətbəxin giriş qapısının yanında mətbəxin içərisi tərəfə keçərək “sakitləş, ananı burax, camaatdan ayıbdı” demişdir. Gülnurə isə, manqal yerləşən tərəfə kafedən çölə doğru getmişdir. Namiqlə birgə həmçinin Ramil də zalda əyləşdiyi stoldan qalxaraq Arifdən sakitləşməyini xahiş etmişdir. Bütün bu qeyd etdikləri bir dəqiqədən qısa müddətə, ardıcıl baş vermişdir. Namiq Arifə irad bildirən zaman Arif anidən əsəbiləşib söyüşlü ifadələr səsləndirərək mətbəxdəki stolun üzərində olan və gündəlik məişət işlərində ət doğramaq üçün istifadə etdikəri sarı rəngdə dəstəyi və gümüşü rəngli tiyəsi olan təxminən 25-30 santimetr uzunluğunda bıçağı götürərək Namiqin üzərinə getmişdir. Namiq Arifin əlində bıçağı görüb kafedən çölə doğru qaçmağa başlamışdır. Həmçinin Ramil də Arifi sakitləşdirmək üçün onların arxasınca qaçmışdır. Kafenin giriş qapısının yanında kafedən çöldə Arif Namiqə bıçaqla zərbə vurmuşdur. Namiq bıçaq zərbəsinin təsirindən birbaşa ölməmiş və qaçmağa başlamışdır. Bu zaman Arif Namiqin arxasınca qaçmaq istəmişdir. Ramil Arifi sakitləşdirmək üçün Arifin qabağını kəsmək istəyərək əli ilə Arifin qollarından və boynundan tutub saxlamışdır. Ramil Arifin qarşısını kəsən zaman Arif ona da eyni bıçaqla zərbə vurmuş və Ramil elə həmin an yerə yıxılıb qalmışdır. Bundan sonra Arif Namiqin getdiyi istiqamətə doğru qaçmağa başlamışdır. Arifi tutmaq üçün arxasınca getmiş, özü də sərxoş vəziyyətdə olduğu üçün Arifə mane ola bilməmişdir. Arif bir qədər irəli gedib Namiqin kafedən 30-40 metr aralıda yıxıldığını görmüş və sakitləşib dayanmışdır. Arif elə bilmişdir ki, Namiq daha ölüb. Həmçinin özü də Arifdən saitləşməsini və onunla getməsini xahiş etmişdir. Bundan sonra Arif onunla birgə kafeyə doğru geri qayıtmışdır. Hadisə yeri polis bölməsinin yaxınlığında yerləşdiyindən dərhal polis əməkdaşları hadisə yerinə gəlmişlər və Arifi saxlamışlar. Hadisə vaxtı Arif digər hər hansı kənar şəxsə qarşı fiziki güc tətbiq etməmiş, ona və ya digər hər hansı şəxsə qarşı nə bıçaqla, nə də başqa formada hücum etməmişdir. Arif ünvansız söyüşlər səsləndirirək, o cümlədən Namiqin və Ramilin ünvanına söyüşlər səsləndirərək Gülnurənin saçından tutub dartmış, Namiqlə Ramilə isə, bıçaqla zərbə vurmuşdur. Nə Namiq, nə də Ramil Arif onları vurduğu zaman aman diləməmişlər. Çünki hadisə çox qısa müddət ərzində baş vermişdir. Arifin sındırdığı stəkan Gülnurənin mülkiyyətindədir və mağazadan təxminən bir manat əlli qəpiyə almışdır. Namiqin istifadəsində “***-***-**-**” saylı mobil nömrə olmuş, Ramilin istifadəsində olan mobil nömrəni bilmir. Arif isə, bir neçə aydır ümumiyyətlə mobil telefon istifadə etmirmiş. Gülnurənin üzərinə bıçaqla hücum etməmiş, onu bıçaqla vurmağa və ya öldürməyə cəhd etməmişdir. Ümumiyyətlə bununla bağlı hər hansı niyyəti olmasını nümayiş etdirməmişdir. Həmin vaxt Arif sərxoş olduğu üçün əsəbiymiş və özünü cilovlaya bilmirmiş. Sonradan isə Arifdən niyə belə etdiyini soruşduqda Gülnurə ilə Namiqin aralarında sevgi münasibətləri olduğundan şübhələndiyini və hadisə vaxtı onların birbirinin tərəfini saxlamalarının onda lap da qıcıq yaratdığını, Ramili isə Namiqin arxasınca qaçmağa mane olduğu üçün vurduğunu bildirmişdir. Ariflə Namiqin münasibəti həmişə səmimi olmuş, Ramillə də yalnız sonuncu kafeyə gəldiyi zaman görüşüb salamlaşırmış, Arifin nə Namiqlə, nə də Ramillə aralarında indiyə qədər hər hansı mübahisə, dava-dalaş olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs3 ailəsi ilə birlikdə işlətdiyi kafedə qabyuyan kimi işləmişdir. Hadisə günü o, hazırlaşıb evə gedən zaman çöldə səs-küy eşitmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs3 arasında mübahisə getmişdir. Mübahisə zamanı kafedə kənar şəxslər olmamışdır. Kafedə tez-tez kafeyə gələn müştərilər, yəni Mübariz, onun yoldaşı və Ruslan olmuşdur. Kafedə olan şəxslərdən heç kəsə zərər yetirilməmişdir. Şahid1 prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, onun Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxslə münasibətləri yaxşı olmuşdur. O, şəxsən hadisə günü Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında mübahisənin şahidi olmamışdır. Sonra Gülnurə və Arif çölə çıxmışlar ki, kabab bişirsinlər. O, Gülnurənin səsini eşitmiş və elə bilmişdir ki, sonuncu yıxılmışdır. Onun Təqsirləndirilən şəxs öz atası ilə mübahisəsi haqda məlumatı yoxdur. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı nalayiq ifadələr işlətmiş və nəticədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bıçaqla ağır zərbə yetirmişdir. Mərhum Zərərçəkmiş şəxs2 onun adının Lütfiyyə olduğunu bilmişdir. Zərərçəkmiş şəxs1 hadisə günü onların kafesinə gəlmiş və ondan telefonunu xahiş etmişdir ki, Ramilə yığsın. O, Namiqə demişdir ki, “Ramil günorta gəlmişdi, yeyib-içdikdən sonra evə gedib, şəkər xəstəsidir, onu çağırma, qoy evdə dincəlsin”. Namiq isə demişdir ki, Ramil onlarla dostdur, qoy gəlib onlarla çörək yesin. Onun Ramil ilə yaxın münasibəti olmuşdur. Onlar bir evdə bir ailə kimi yaşamışlar. Ramilin anası Türkiyədə yaşamış və ona görə də Ramil ona demişdir ki, “gəl, mənə bax”. Ramilin 36-37 yaşı olmuş, lakin yaşını dəqiq bilmir. O, Ramilin anası evdə olan zamanda da həmin evdə qalmışdır. O, Ramil ilə bir ailə kimi eyni evdə yaşamışdır. Ramilin anası da bunu bilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, hadisə baş verən kafedə üç ay olmuşdur ki, qabyuyan kimi işləmişdir. Onun yoldaşı isə həmin kafedə ofisiant kimi işləmişdir. 31 dekabr 2023-cü il tarixdə, axsam saat 22:00 radələrində onlar kafedə Yeni ili keçirmək məqsədilə süfrə açmışlar. O, hadisəni gözü ilə görməmişdir. Lakin o, Zərərçəkmiş şəxs3 səsini eşitmişdir. Gülnürə yoldaşı İlfana qışqıraraq demişdir ki, “oğlum mənə təpik vurdu”. O, səsə doğru getmək istəmiş, lakin onun yoldaşı ona imkan verməmişdir. Sonra Gülnurə polislər gələndə demişdir ki, “Arifi tutun”. Onun hadisə barədə başqa məlumatı yoxdur. Şahid X3 prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, o, həmin kafedə qabyuyan kimi işləmişdir. Yoldaşı isə ofisiant kimi işləmişdir. Bayram süfrəsi açdıqları gün kafedə onun yoldaşı, o, Zərərçəkmiş şəxs3, Şahid2, Təqsirləndirilən şəxs və Ülviyyə adlı ofisiant olmuşdur. Həmin vaxt Namiq və Ramil də orada olmuşdur. Namiq o, kafedə işlədiyi həmin müddətdə kafedə işləmişdir. Həmin axşam o, Gülnurənin qışqırıq sesini eşitmişdir. Gülnürə qışqıraraq, “Oğlum məni vurdu, təpiklədi” demiş. sonradan özləri sakitləşmişlər. Onların hamısı bayram süfrəsi arxasında əyləşmişlər. İlfan və Arif onun qab yuduğu yerdə olmuşlar, onların səsi gəlmiş, lakin aralarında nə baş verməsini bilmir. Arifin həmin axşam qab-qaşıq sındırmağını görməmişdir. Arifin kimisə bıçaqlamağını da görməmişdir. Lakin o, Arifin qışqıraraq Namiq və Gülnurənin arxasınca qaçdığının şahidi olmuşdur. Arif Namiqin arxasınca qaçırmış, Ramil isə, köməyə gedirmiş. Lakin Ramilin kimə köməyə getməsini bilmir. Zərərçəkmiş şəxs1 ilə onun qayınatası əmioğludur. O, Arifin bıçaqla çıxdığını görmüş, amma Ramillə mübahisə etdiklərini görməmişdir. O, çölə çıxanda Ramili yerdə yaralı vəziyyətdə uzandığını görmüşdür. O, Namiq və Ramilin kimin tərəfindən və necə bıçaqlanmasının şahidi olmamışdır. Müstəntiqə də belə məzmunda ifad vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2023-cü ilin dekabr ayının 31-də kafedə kabab çəkmək üçün İlfangil Namiqlə onu dəvət etmişlər. Səhər saatlarından axşam saat 20:00-a kimi o, Namiq ilə birlikdə kafedə kabab bişirmişdir. Onlar kafedə saat 21:00 radələrində yemək yemək üçün masa arxasına əyləşmişlər. Saat 22:00 üçün onların kabab sifarişləri olmuş və həmin sifariş üzrə onlar kabab bişirməliymişlər. Saat 21:30-da Zərərçəkmiş şəxs3 sifarişi hazırlmalı olduğunu deyib mətbəxə getmişdir. Bundan 8-10 dəqiqə sonra Namiq Gülnurənin yanına getmişdir. O, həmin vaxt yeməyini bitirirmiş və artıq süfrədən qalxmağı düşünürürmüş. O, süfrədən qalxan zaman Gülnurənin yoldaşı İlfana “İlfan, Arif məni təpiklə vurdu” qışqırararaq dediyi eşitmişdir. O, kabab sifarişini hazırlamaq üçün qapıdan həyətə çıxanda Ariflə rastlaşmışdır. Arif ondan soruşmuşdur ki, “hara gedirsən?”. O isə, kabab bişirməyə getdiyini bildirmişdir. Sonra görmüşdür ki, şişlər çırpılmış, lülələr yerə tökülmüşdür. Namiq də, yerə tökülmüş əşyaları süpürürmüş. O, əyilib Namiqdən soruşmuşdur ki, “Əmioğlu nə baş verib, nə hadisədir? Arif niyə Gülnurəni vurdu?” Namiq isə, ona heç bir hadisə baş vermədiyini bildirmişdir. Bütün bu hadisələr təxminən saat 10-a qalmış baş vermişdir. Onlar saat 22:00-a olan sifarişi yola salmışlar. Daha sonra içəridə əyləşmişlər. Həmin vaxt Arif də, rəqs edirmiş. Yeməkdən bir qədər əvvəl Arif spirtli içki qəbul etmişdir. X28 çağırmış və kövrək halda Namiqlə Gülnurə arasında xoşagəlməz halların olduğunu demişdir. Həmin vaxt İlfan içkili olsa da, oğlu Arifi sakitləşdirməyə çalışırmış. Həmin vaxt orada olan Ramil Arifə “Sən niyə ananı vurursan, sən necə oğulsan?” kimi sözlər işlədərək təhqir edirmiş. X27 üstünə hücum edəndə Arifin atası İlfan Arifi uzaqlaşdırmışdır. Ramil də, öz yerinə əyləşmişdir. Daha sonra İlfan Gülnurəni çağırmışdır. Gülnurə özünü sığortalamaq üçün nəsə demişdir. Lakin Gülnürənin nə dediyini bilmir. Bundan sonra Arif anasına şillə vurmuşdur. Arif yenə atasına nəsə deyirmiş. Bu zaman Gülnurə kənardan səslənmişdir ki, “Arif, sən yalan danışırsan, İlfan buna inanma”. Bundan sonra Arif anasının saçlarından tutmağa başlamış, Lütfiyyə və Namiq isə, Arifi anası Gülnurədən ayırırmışlar. Namiq Gülnurəyə buradan uzaqlaşmağını demişdir. Ona elə gəlir ki, Arif elə bilmişdir ki, o, Namiqlə Gülnurəni xoşagəlməz vəziyyətdə görmüşdür. Çünki o, 5-6 il qabaqdan Namiq və Gülnurə arasında sevgi münasibəti olması barədə xəbərdar olmuşdur. Daha sonra Arif bıçaq götürüb çıxmışdır. O, istəmişdir ki, Arifin arxasınca çıxıb bıçağı alsın. Lakin yoldaşı demişdir ki, “Getmə”. Heç 3 dəqiqə keçməmişdir ki, çöldən Lütfiyyənin qışqırıq səsi gəlmişdir. Lütfiyyə deyirmiş ki, “evimiz yıxıldı”. Sonradan bilmişdir ki, Arif Namiqi vurmuş, daha sonra Ramil Arifə deyəndə ki, “sən neynədin?”, həmin an Arif Ramili bıçaqla vurmuşdur. Şahid4 prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Ramilin gödəkcəsi onun əyləşdiyi stuldan asılı halda olmuşdur. Ramilin pulqabısını o, götürüb Lütfiyyəyə vermişdir. Arif atasına içkili halda Namiqi vuracağanı dedikdə, atası İlfan Arifin kürəyindən vuraraq, “Mən arxandayam” demişdir. Namiq hadisədən ay yarım əvvəl Şəkidə həbsxanada olmuşdur. Namiqin Biləcik kəndindən olan Rauf adlı şəxs ilə sövdələşməsi olmuşdur. Həmin şəxs bağ satmalıymış, bağın müqabilində 3.000 manat bağın sahibindən almışdır. Qalan 17.000 manatı sahibindən götürməli , 2.000 manatı özündə saxlayıb, qalan 15.000 manatı Namiqə verməliymiş. Namiq Arif ilə Şəkiyə getmişdir. Namiqin pulu götürməsini bilmir. Əgər Namiq pulu götürsəydi Monqolustana quyruq almaq üçün gedəcəkmiş. Mətbəxdən çıxanda artıq Arifin əlində bıçaq olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hadisə baş verən gün o, içkili olmuş və ona görə də çox şeyin şahidi olmamışdır. O, kafedə səs eşidib çölə çıxmışdır. O, çölə çıxdıqda, görmüşdür ki, Ramil ölmüşdür. Sonradan ona aydın olmuşdur ki, Ramili Arif öldürmüşdür. Şahid3 prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, o, müstəntiqə doğru şəkildə ifadə vermişdir. Hadisə günü kafenin zalında o, İlfan, Gülnurə və digər şəxslər olmuşdur. Arifin həmin axşam hirslənməsini və kiminləsə dalaşmasını görməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin hüquqi varisləri və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan (cild 1, iş vərəqə 1) görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qəsdən öldürülmələri faktında Azərbaycan Respublikası CM-nin 120.2.7-ci maddəsi ilə fakta görə cinayət işinin başlanılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 4-29) görünür ki, “Hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri qəsəbə Dəmiryolu Stansiyasının ərazisində yerləşən adsız kafedir. Biləcəri stansiyası X29 ilə üzbəüz istiqamətdə hərəkət etdikdə, küçənin sol tərəfində dəmir yolu vağzalı, sağ tərəfində isə iaşə obyektləri yerləşir. Hadisə baş verən kafenin qarşısına çatdıqda, kafenin giriş qapısı ilə üzbəüzdə küçədə asfalt örtüyünün üzərində bir nəfər insan meyiti var. Meyitin üzərinə qırmızı rəngli üstü naxışlı adyal örtülmüşdür. Adyalı qaldırdıqda, meyitin kişi cinsli olduğu görünür. Meyit səkiyə paralel formada uzanmışdır. Qolları və ayaqları da, bədənə paralel olaraq qalmışdır. Meyitin əynində qara rəngli uzunqol köynək, göy rəngli cins şalvar, qara rəngli ayaqqabı və corab olduğu müşahidə olunur. Şalvarının cibində olan 01 ədəd “Samsung” markalı mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Meyitin sinə nahiyəsində 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara olduğu görünür, digər nahiyələrdə hər hansı xəsarət müşahidə olunmur. Meyitin ətrafında asfaltın üzərində qanabənzər ləkələr var. Həmin ləkələrdən 01 ədəd tampon nümunə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Hadisə yerinə baxışda iştirak edən Şahid4 həmin meyitin Zərərçəkmiş şəxs2 meyiti olduğunu bildirmişdir. Kafenin qarşısında dayanmış “**-JK-***” dövlət qeydiyyat nişanlı “Ford” markalı təcili-tibbi yardım avtomobilinin xəstə daşımaq üçün nəzərdə tutulmuş hissəsinə daxil olduqda, oradakı xərəyin üzərində başqa bir nəfər kişi cinsli meyit var. Meyitin əynində qara rəngli qolsuz gödəkçə, tünd boz rəngli cins şalvar, tünd boz rəngli mayka, ağ rəngli uzunqol köynək, qara rəngli ayaqqabı olduğu görünür. Şalvarının cibində olan 01 ədəd “Samsung” markalı mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Meyitin sağ qarın nahiyəsində iri həcmli deşilmiş-kəsilmiş yara, o cümlədən sifət nahiyəsində sıyrıqlar olduğu müşahidə olunur, digər hər hansı xəsarət müşahidə olunmur. Şahid4 həmin meyitin Zərərçəkmiş şəxs1 meyiti olduğunu, meyitin kafedən 30-40 metr kənarda yıxılıb qaldığını, sonradan avtomobilə yerləşdirildiyini bildirmişdir. Şahid4 əlavə olaraq qeyd etdi ki, Təqsirləndirilən şəxs əvvəlcə Zərərçəkmiş şəxs1la kafenin mətbəxində mübahisə etməyə başlamış, kafenin qarşısında küçədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bıçaqla vurmuş, daha sonra Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışdıqda, Arif Ramili də həmin bıçaqla vurmuş və bıçağı yolun kənarına doğru atmışdır. Kafe ilə üzbəüz dayandıqda sağ istiqamətdə 30 metr irəlildədikdə asfalt örtüyünün üzərində səkidən 50 sm məsafədə qanabənzər ləkələr olduğu görünür. Həmin qanabənzər ləkələrdən 01 ədəd tampon nümunə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Kafe ilə üzbəüzdə yolun dəmir yolu stansiyası istiqamətində səkinin kənarında 01 ədəd dəstəyi sarı rəngli taxta materialdan olan bıçaq var. Həmin bıçaq da müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Kafe bir mərtəbəli olmaqla ağ rəngli boya ilə rənglənmişdir, girişi ağ rəngli metal materialdan olan qapıdandır. Qapıdan yuxarıda divarda üzərində “KAFE” yazısı olan lövhə bərkidilmişdir. İçəri daxil olub sola doğru getdikdə kafenin ümumi zalı olduğu görünür. Zalda dörd ədəd yemək masası və digər əşyalar vardır. Zalda divarlara yeni illə əlaqədar aksesuarlar bərkidilmişdir və masaların üzərində yemək, o cümlədən spirtli içki şüşələri var. Zala daxil olub sağa doğru irəlilədikdə sağ tərəfdə mətbəx, sol tərəfdə üç kabinet yerləşir. Mətbəxlə zalı ayıran arakəsmənin üzərində bir ədəd pəncərə yeri vardır. Mətbəxə daxil olduqda orada müxtəlif ərzaqlar, qab- qacaqlar, qaz sobası və digər əşyalar olduğu görünür. Mətbəxi keçdikdən sonra üzbəüzdə digər zal yerləşir. Həmin zaldan kafenin həyətyanı sahəsinə çıxış var. Həyətyanı sahəyə çıxdıqda orada manqal və kabab bişirmək üçün digər avadanlıqlar olduğu görünür. Hadisə baş verən kafe ilə üzbəüz dayandıqda sağ tərəfdə yerləşən “Zəhra Market” adlı mağazanın qarşısında kafenin girişinə doğru istiqamətlənmiş video-müşahidə kamerası quraşdırıldığı görünür. Həmin video-müşahidə kamerasının “Newtech” markalı yaddaş aparatından hadisə baş verən saatlara aid video-görüntülər 01 ədəd DVD diskə köçürülərək götürüldü. Həmçinin yaddaş aparatında olan vaxt rejiminin real vaxt rejimindən 33 dəqiqə fərqləndiyi müəyyən olundu. Bundan sonra Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 meyiti daxili və xarici müayinə olunması üçün MTE və PA Birliyinin Binəqədi rayon şöbəsinə göndərildi. Yuxarıda qeyd olunanlardan başqa istintaq üçün əhəmiyyət kəsb edən hər hansı hal müəyyən edilmədi. Bununla da hadisə yerinə baxış istintaq hərəkəti başa çatdı”. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X13” X26 məhkəmə-tibbi ekspertizasının 01 saylı rəyindən (cild 2, iş vərəqə 27-35) görünür ki, mərhum Zərərçəkmiş şəxs1 meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir. Döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz edərək nazik bağırsağı və müsariqəsini, qaraciyəri zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası (10,5x3,0sm ölçüdə). Yara kanalının dərinliyi 10,0sm, istiqaməti öndən-arxaya, sağdansola və bir qədər aşağıdan- yuxarıya doğrudur. Alın nahiyəsinin, burun belinin, sol yanaq nahiyəsinin sıyrıqları. Qeyd olunan xəsarətlər həyatidirlər və Zərərçəkmiş şəxs1 ölümündən az əvvəl əmələ gəlmişdirlər.Mərhum Zərərçəkmiş şəxs1 meyitində aşkar olunmuş xəsarətlərdən döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz edən deşilmişkəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdir, alın nahiyəsinin, burun belinin, sol yanaq nahiyəsinin sıyrıqları isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilmir. Mərhum Zərərçəkmiş şəxs1 meyitində aşkar olunmuş xəsarətlərdən döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (əşyanın) təsirindən, alın nahiyəsinin, burun belinin, sol yanaq nahiyəsinin sıyrıqları isə bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb nazik bağırsaq və müsariqəsinin, qaraciyərin zədələnməsi ilə müşaiyət olunan döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfiız edən, deşilmiş-kəsilmiş yarasının törətdiyi kəskin qanitirmə olmuşdur. Beləliklə, döş qəfəsinin sağ yarısının ön səthinə yetirilən bıçaq xəsarəti ilə onun ölümü arasında səbəbli əlaqə vardır. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2024-cü il tarixdə, saat 09:00-da meyitin müayinəsi başlamışdır) 8-12 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs1 meyitində aşkar edilmiş döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfiız edən deşilmiş-kəsilmiş yarasının ölçüsünə və yara kanalının dərinliyinə əsasən demək olar ki, deşici-kəsici alətin tiyəsinin eni 3,0 smdən, uzunluğu isə 10 sm-dən az olmamışdır. Mərhum Zərərçəkmiş şəxs1 meyitində aşkar olunmuş xəsarətlərin xarakterik xüsusiyyətlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası bıçağın tiyəsinin deşici-kəsici təsirindən (ola bilsin ekspertizaya təqdim olunmuş), alın nahiyəsinin, burun belinin, sol yanaq nahiyəsinin sıyrıqları isə onun öz boyu hündürlüyündən sərbəst yıxılaraq yerin bərk səthinə zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdilər. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı qanda-1,2 %o-dir. Etil spirtinin qanda tapılmış qatılığı Zərərçəkmiş şəxs1 sağlığında yüngül dərəcəli alkoqol sərxoşluğu törədə bilərdi. Qanda narkotik maddələr aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 53) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli könüllü təqdim edilmiş əşyanın götürülməsi haqqında qərardan (cild 1, iş vərəqə 65-66) görünür ki, Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq təqdim edilmiş belində qara rəngli kəmər olan 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd qara rəngli uzunqol köynək, 01 ədəd qara rəngli qolsuz mayka, 01 ədəd tünd göy rəngli alt tumanı, 01 cüt qara rəngli corab və 01 cüt qara rəngli ayaqqabının götürülməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli tədqiqat üçün nümunələrin götürülməsi haqqında qərardan (cild 1, iş vərəqə 69-70) görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs yanaq epiteli qaşıntısı nümunəsi götürülməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli meyitə baxış keçirilməsi haqqında ptorokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 73-84) görünür ki, baxış qapalı havada, süni işiqladırma şəraitində aparılmı və meyitə baxış zamanı aşağıdakılar müəyyən edilmişdir. Meyitin əynində aşağıdakı paltarlar vardır: 01 ədəd qara rəngli qolsuz gödəkçə, 01 ədəd belind qara rəngli kəmər olan tünd boz rəngli cins şalvar, 01 ədəd tünd boz rəngli qolsuz mayka, 01 ədəd ağ rəngli uzunqol köynək, 01 ədəd qara rəngli alt tumanı, 01 cüt qara rəngli corab, 01 cüt qara rəngli ayaqqabı vardır. Meyit kişi cinsli olub, düzgün bədən, quruluşlu, kafi köklükdədir, boyunun uzunluğu 175 sm-dir. Meyit əllə toxunduqda soyumuşdur. Meyitin gövdəsinin arxa səthində göyümtül-bənövşəyimtil rəngli, barmaqla təzyiq etdikdə rəngi avazıyan və 2,0-3,0 dəqiqədən sonra bərpa olunan meyit ləkələri vardır. Meyit qacıması yoxlanılan əzələ qruplarında yaxşı inkişaf etmişdir. Baş tükləri qara rəngdədir, az hissəsi ağarmışdır, 2-3 sm uzunluqdadır. Kəllə sümükləri əllədikdə tamdırlar. Gözləri qapalıdır, bəbəklərin diametri 0,4 sm-dir, buynuz qişa parlaqdır. Qulaq seyvanları tamdırlar. Xarici qulaq keçəcəkləri sərbəstdirlər. Burun sümükləri əllədikdə tamdırlar. Ağzı qapalıdır, üst çənədə 12 ədəd, alt çənədə 7 ədəd dişlər təbii və tamdırlar, digər dişlər tökülmüş, diş yataqları hamarlaşmışdır. Dili ağız boşluğunda sərbəst yerləşmişdir. Boynu qısadır. Döş qəfəsi silindr formasındadır, simmetrikdir. Qarnı qabırğa qövsləri səviyyəsindən bir qədər yuxarıdır. Xarici cinsiyyət üzvləri kişi tiplidir, düzgün inkişaf etmişdir, sünnət olunmuşdur. Sidik kanalının xarici dəliyindən ifrazat yoxdur. Xayalığın dərisi qəhvəyi rəngdədir, qırışlıdır. Xayalıqda iki ədəd orta böyüklükdə bərk-elastik konsistensiyalı xayalar əllənirlər. Arxa keçəcək dəliyi qapalıdır, ətrafındakı dəri təmiz və zədəsizdir. Yuxarı və aşağı ətrafları düzgün inkişaf etmişdir, əllədikdə sümükləri tamdırlar. Meyitin bədən səthində aşağıdakı xəsarətlər aşkar edildi: 1) Döş qəfəsinin sağ yarısının ön səthində - qabırğa qövsü sərhəddində ayaqaltından 119,0sm yuxarıda çəp istiqamətdə yerləşmiş 10,5x3,0sm ölçüdə yuxarı ucu iti, aşağı ucu küt olan kənarları hamar yara vardır. Yaranın kənarlarını yaxınlaşdırdıqda uzunluğu 12,0sm-dir. Yara kanalının istiqaməti öndən-arxaya, sağdan- sola, bir qədər aşağıdan-yuxarıya doğrudur. Yaradan nazik bağırsaq ilgəyi və böyük piylik bayıra çıxmışdır. 2) Alın nahiyəsinin sol yarısının ön səthində 1,5x0,7sm, burun belində 3,2x2,2sm sol yanaq nahiyəsində 6,0x3,0 ölçülərdə səthləri nəm və ətraf dəri səviyyəsindən aşağı olan qırmızımtıl rəngli fasiləli sıyrıqlar vardır. Meyitin bədən səthində digər xəsarət aşkar olunmadı. Qeyd: sol aşağı ətrafda olan azadlığın məhdudlaşdırılması üçün qoyulmuş elektron nəzarət vasitəsi - elektron qolbaq çıxarılaraq icra və probasiya idarəsinin əməkdaşına təhvil verilmsəsi üçün götürülmüşdür. Baxış zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş 01 ədəd qara rəngli qolsuz gödəkçə, 01 ədəd belind qara rəngli kəmər olan tünd boz rəngli cins şalvar, 01 ədəd tünd boz rəngli qolsuz mayka, 01 ədəd ağ rəngli uzunqol köynək, 01 ədəd qara rəngli alt tumanı, 01 cüt qara rəngli corab, 01 cüt qara rəngli ayaqqabı o cümlədən tədqiqat üçün sonuncuya məxsus 01 klapan nümunəsi müqaviq olaraq qablaşdırılaraq götürülmüşdür. xx.xx.2024-cü il tarixli hadisə yerindən götürülmüş video-görüntülərə baxış protokolundan və protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 85-89) görünür ki, “Disk gümüşü rəngdədir, arxa tərəfində “Verbatim” və başqa yazılar həkk olunmuş, disk kompüterə qoşularaq açıldıqda içərisində “2_02_R_**********0000” adlı video faylı vardır, həmin fayl “Potplayer” adlı tətbiq vasitəsilə açıldıqda video-görüntünün 58 dəqiqə 04 saniyəlik olmaqla hadisə baş verən kafenin qarşısında küçəni müşahidə etdiyi görünür. Video-görüntünün sağ yuxarı küncündə tarix və vaxt əks olunmuşdur, sol aşağı küncündə isə “Camera 02” yazısı vardır. Video-görüntüdə səs yoxdur. Qeyd olunmalıdır ki, hadisə yerinə baxış keçirilən zaman video-görüntülərin diskə köçürülərək götürüldüyü “Newtech” markalı yaddaş aparatındakı vaxt rejiminin real vaxt rejimindən 33 dəqiqə fərqləndiyi müəyyən olunmuşdur. Video-görüntüdən görünür ki, video-görüntünün öz üzərində əks olunmuş vaxt rejimi ilə xx.xx.2023-cü il tarixdə saat 23:33-də hadisə baş verən kafedən insanlar çölə çıxaraq həmin kafenin qarşısında toplaşır. Saat 23:33:11-də Təqsirləndirilən şəxs sağ əlində tutduğu bıçaqla kafenin giriş qapısının qarşısında Zərərçəkmiş şəxs1 qarın nahiyəsinə doğru bir dəfə zərbə vurur. Zərərçəkmiş şəxs1 ona zərbə dəydikdən dərhal sonra hər iki əli ilə sağ qarın nahiyəsini tutaraq sürətli addımlarla üzü NBPl-nin DYNPl-nin Biləcəri stansiyası X29 istiqamətinə irəliləyir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 arxasınca getməyə çalışdıqda Zərərçəkmiş şəxs2 onu hər iki əli ilə qollarından və boynundan tutaraq saxlamağa çalışdığı görünür. Saat 23:33:15-də Təqsirləndirilən şəxs eyni bıçağı sağ əlində tutaraq Zərərçəkmiş şəxs2 sinə nahiyəsinə bir dəfə zərbə vurur. Zərərçəkmiş şəxs2 həmin anda, yəni saat 23:33:20-də zərbənin təsirindən Təqsirləndirilən şəxs qarşısından çəkilərək yerin asfalt örtüyünün üzərinə yıxılır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vurduqdan sonra Zərərçəkmiş şəxs1 getdiyi istiqamətdə qaçaraq irəliləyir. Eyni zamanda Şahid3 və X1 Səfərovun yanına gəlib sonuncunu ayağa qaldırmağa çalışır. Həmçinin Şahid2 asta addımlarla Təqsirləndirilən şəxs getdiyi istiqamətdə irəliləyir. Bundan başqa Zərərçəkmiş şəxs3 kafenin digər istiqmətindən Təqsirləndirilən şəxs getdiyi istiqmətə doğru qaçıb “Zəhra” adlı marketin qarşısında dayanaraq Zərərçəkmiş şəxs2 yanına qayıdır. Zərərçəkmiş şəxs2 yenidən kafenin qarşısında səkinin yanına yerə yıxılıb hərəkətsiz qalır. Şahid4 da kafedən çölə çıxaraq giriş qapısının qarşısında dayanır. Saat 23:33:54-də Təqsirləndirilən şəxs sürətli addımlarla Şahid2lə birgə yenidən hadisə baş verən kafe istiqamətində qayıdaraq kafenin içərisinə daxil olur. Saat 23:34:30-da polis əməkdaşları hadisə yerinə gəlirlər. Saat 23:35də polis əməkdaşları Təqsirləndirilən şəxs saxlayaraq polis şöbəsi istiqamətində aparırlar” xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi paltarlara baxış protokolundan və protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 90-96) görünür ki, 01 ədəd qara rəngli uzunqol köynək parça materialdan olmaqla uzunqolludur, boyun, qol və bel kənarları manjetlidir, ön tərəfində “X”, “xmode” sözləri həkk olunmuşdur, üzərində geyilmə izləri fonunda gözlə görünən hər hansı əhəmiyyətli zədə və ya qanabənzər ləkələr müşahidə olunmur; 01 ədəd qara rəngli mayka parça materialdan olmaqla qolsuzdur, üzərində geyilmə izləri fonunda gözlə görünən hər hansı əhəmiyyətli zədə və ya qanabənzər ləkə müşahidə olunmur; 01 ədəd belində kəmər olan qara rəngli cins şalvar ön tərəfdən zəncirbənd və düymə ilə bağlanır, iki yan, iki arxa cibi vardır, belində qara rəngli kəmər vardır, sağ ön cibinin astar hissəsində qanəbənzər ləkələr vardır, üzərində geyilmə izləri fonunda gözlə görünən digər hər hansı əhəmiyyətli zədə və ya qanabənzər ləkələr müşahidə olunmur; 01 ədəd tünd göy rəngli-qara rəngə çalan alt tumanı parça materialdandır, beli rezinlidir, üzərində geyilmə izləri fonunda gözlə görünən hər hansı əhəmiyyətli zədə və ya qanabənzər ləkələr müşahidə olunmur; 01 cüt qara rəngli corab parça materialdandır, üzərində geyilmə izləri fonunda gözlə görünən hər hansı əhəmiyyətli zədə və ya qanabənzər ləkələr müşahidə olunmur; 01 cüt qara rəngli ayaqqabı dəri materialdandır, üzərində geyilmə izləri fonunda gözlə görünən hər hansı əhəmiyyətli zədə və ya qanabənzər ləkələr müşahidə olunmur. xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs1 meyitinin üzərində olmuş paltarlara baxış protokolundan və protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 97-104) görünür ki, 01 ədəd qara rəngli qolsuz gödəkçə sırıqlı materialdan olmaqla qolsuzdur, öndən zəncirbəndlə bağlanır, iki yan cibi vardır, ön hissəsində geyinildikdə sağ qarın nahiyəyə bərabər hissədə bir ədəd iri həcmli deşilmiş- kəsilmiş zədə vardır, gödəkçənin üzərində bir neçə hissədə qanabənzər ləkələr olduğu görünür; 01 ədəd ağ-bej rəngli uzunqol köynək parça materialdan olmaqla uzunqolludur, boyun, qol və bel kənarları manjetlidir, ön hissəsində geyinildikdə sağ qarın nahiyəyə bərabər hissədə bir ədəd iri həcmli deşilmişkəsilmiş zədə vardır, köynəyin üzərində bir neçə hissədə qanabənzər ləkələr olduğu görünür; 01 ədəd ağ-boz rəngli mayka parça materialdan olmaqla qolsuzdur, ön hissəsində geyinildikdə sağ qarın nahiyəyə bərabər hissədə bir ədəd iri həcmli deşilmişkəsilmiş zədə vardır, maykanın üzərində bir neçə hissədə qanabənzər ləkələr olduğu görünür; 01 ədəd belində kəmər olan tünd-boz rəngli cins şalvar ön tərəfdən zəncirbənd və düymə ilə bağlanır, iki yan, iki arxa cibi vardır, belində qara rəngli kəmər vardır, sağ ön cibinin astar hissəsində qanəbənzər ləkələr vardır, üzərində geyilmə izləri fonunda gözlə görünən hər hansı əhəmiyyətli zədə müşahidə olunmur, şalvarın üzərində bir neçə hissədə qanabənzər ləkələr olduğu görünür; 01 ədəd qara rəngli alt tumanı parça materialdandır, beli rezinlidir, üzərində geyilmə izləri fonunda gözlə görünən hər hansı əhəmiyyətli zədə və ya qanabənzər ləkələr müşahidə olunmur; 01 cüt qara rəngli corab parça materialdandır, üzərində geyilmə izləri fonunda gözlə görünən hər hansı əhəmiyyətli zədə və ya qanabənzər ləkələr müşahidə olunmur; 01 cüt qara rəngli ayaqqabı dəri materialdandır, üzərində geyilmə izləri fonunda gözlə görünən hər hansı əhəmiyyətli zədə müşahidə olunmur, ayaqqabının hər iki tayının üzərində bir neçə hissədə qanabənzər ləkələr olduğu görünür. xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs2 meyitinin üzərində olmuş paltarlara baxış protokolundan və protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 105-112) görünür ki, 01 ədəd tünd göy rəngli - qara rəngə çalan rəngli uzunqol köynək parça materialdan olmaqla uzunqolludur, boyun, qol və bel kənarları manjetlidir, ön tərəfində “adidas” sözləri həkk olunmuşdur, köynəyin ön tərəfində geyinildikdə sol boyun nahiyəsinə bərabər hissədə bir ədəd deşilmiş-kəsilmiş zədə vardır, köynəyin üzərində bir neçə hissədə qanabənzər ləkələr olduğu görünür; 01 ədəd tünd göy rəngli rəngli qısaqol köynək parça materialdan olmaqla qısaqolludur, boyun, qol və bel kənarları manjetlidir, köynəyin ön tərəfində geyinildikdə sol boyun nahiyəsinə bərabər hissədə bir ədəd deşilmiş-kəsilmiş zədə vardır, köynəyin üzərində bir neçə hissədə qanabənzər ləkələr olduğu görünür; 01 ədəd ağ rəngli mayka parça materialdan olmaqla qolsuzdur, üzərində geyilmə izləri fonunda gözlə görünən hər hansı əhəmiyyətli zədə müşahidə olunmur, maykanın üzərində bir neçə hissədə qanabənzər ləkələr olduğu görünür; 01 ədəd belində kəmər olan tünd göy rəngli cins şalvar ön tərəfdən zəncirbənd və düymə ilə bağlanır, iki yan, iki arxa cibi vardır, üzərində geyilmə izləri fonunda gözlə görünən hər hansı əhəmiyyətli zədə müşahidə olunmur, şalvarın üzərində bir neçə hissədə qanabənzər ləkələr olduğu görünür; 01 ədəd tünd qara rəngli alt tumanı parça materialdandır, beli rezinlidir, üzərində geyilmə izləri fonunda gözlə görünən hər hansı əhəmiyyətli zədə müşahidə olunmur, tumanın üzərində bir neçə hissədə qanabənzər ləkələr olduğu görünür; 01 cüt tünd göy rəngli qara rəngə çalan corab parça materialdandır, üzərində geyilmə izləri fonunda gözlə görünən hər hansı əhəmiyyətli zədə və ya qanabənzər ləkələr müşahidə olunmur; 01 cüt qara rəngli ayaqqabı dəri materialdandır, üzərində geyilmə izləri fonunda gözlə görünən hər hansı əhəmiyyətli zədə müşahidə olunmur, ayaqqabının sol tayı üzərində qanabənzər ləkələr vardır. xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs1 “Samsung Galaxy A05” markalı mobil telefonuna baxış protokolundan və protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 113-115) görünür ki, telefon qara rənglidir, parolsudur. Telefonun əməliyyat sisteminin dili Azərbaycan dilindədir, üzərində “Azerfon” mobil operatoruna məxsus olan “***-***-**-**” saylı işlək vəziyyətdə simkart mövcuddur. Telefonun “Whatsapp” mobil tətbiqinə daxil olduqda müxtəlif şəxslərlə danışıqlar aparıldığı görünür. Yazışmalar 24 saatlıq avtomatik silinmə rejiminə qoyulduğundan yazışmalarda ismarıclar yoxdur. Həmin tətbiqdə “Nazik” adı ilə qeyd olunmuş və Zərərçəkmiş şəxs3 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə ilə 30 dekabr 2023-cü il tarixdə danışıqlar aparıldığı, lakin həmin ismarıcların da avtomatik silindiyi görünür. Telefonun “Qalareya” bölməsinə daxil olduqda xx.xx.2023-cü il tarixdə qeydə alınmış “20231202_231922” adlı video faylına daxil olduqda həmin görüntülərin hadisə baş verən kafedə Zərərçəkmiş şəxs1 ad günü məclisinə aid olduğu görünür. Həmin görüntülərdə Təqsirləndirilən şəxs, Şahid2 və Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs1la səmimi şəkildə sonuncunun ad gününü qeyd etdikləri müəyyən olunur. xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs2 “Samsung Galaxy A12” markalı mobil telefonuna baxış protokolundan və protokola əlavə edilmiş fotoşəkildən (cild 1, iş vərəqə 116-117) görünür ki, telefon qara rənglidir, parolsuzdur. Telefonun əməliyyat sisteminin dili Azərbaycan dilindədir, üzərində “Azerfon” mobil operatoruna məxsus olan “***-***-**-**” saylı işlək vəziyyətdə simkart mövcuddur. Telefonda istintaq üçün əhəmiyyət kəsb edən hər hansı hal müəyyən edilməmişdir. xx.xx.2024-cü il tarixli hadisə yerindən götürülmüş cinayətin aləti olan bıçağa baxış protokolundan və protokola əlavə edilmiş fotoşəkildən ( cild 1, iş vərəqə 118-119) görünür ki, bıçaq qatlanmayan olmaqla, tiyə və dəstək hissəsindən ibarətdir. Bıçağın tiyəsi gümüşü rəngli metal materialdan, dəstəyi isə sarı rəngli taxta materialdandır. Bıçağın ümumi uzunluğu 310 mm, tiyəsinin uzunluğu 190 mm, dəstəyinin uzunluğu isə 120 mm uzunluqdadır. Bıçağın tiyəsinin bir tərəfi kəsici, digər tərəfi isə küt olmaqla kəsici hissədə itilənməyə xarakterik cızıqlar vardır. Bıçağın üzərində qanabənzər ləkələr müşahidə olunur. Bıçağın üzərində gözlə görünən digər hər hansı əhəmiyyətli zədə yoxdur. xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs3 “Redmi 91” markalı mobil telefonuna baxış protokolundan və protokola əlavə edilmiş fotoşəkildən ( cild 1, iş vərəqə 157-160) görünür ki,, telefon mavi rənglidir, parolsudur. Telefonun əməliyyat sisteminin dili Azərbaycan dilindədir, üzərində “Azerfon” mobil operatoruna məxsus olan “***-***-**-**” saylı işlək vəziyyətdə simkart mövcuddur. Telefonun “Whatsapp” mobil tətbiqinə daxil olduqda müxtəlif şəxslərlə danışıqlar aparıldığı görünür. Yazışmaların bir çoxunda, o cümlədən Zərərçəkmiş şəxs1 istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrə ilə aparılmış yazışmalarda 24 saatlıq avtomatik silinmə rejimi aktivdir və həmin tətbiqdə istintaq üçün əhəmiyyət kəsb edən hər hansı yazışma müəyyən edilmədi. Telefonda olan “Mesajlar” bölməsinə daxil olduqda Zərərçəkmiş şəxs3 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs1 istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrə arasında sevgi və intim xarakterli yazışmalar olduğu müəyyən edildi. Baxışda iştirak edən Zərərçəkmiş şəxs3 ona məxsus mobil nömrədən göndərilmiş ismarıcların özü, qarşı tərəfdən göndərilmiş ismarıcların isə Zərərçəkmiş şəxs1 tərəfindən icra olunduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 163-167) görünür ki, həmin gün Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verdiyi yerdə törətdiyi cinayət əməlinin üsulu və mexanizmi barədə ətraflı şəkildə ifadə vermişdir. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 169-170) görünür ki, həmin gün Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-2/2024 saylı qərarından (cild 1, iş vərəqə 197-200) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli sərxoşluq hallarının yoxlanılmasına dair 2/22 nömrəli protokoldan (cild 1, iş vərəqə 205) görünür ki, həmin gün Təqsirləndirilən şəxs orta dərəcəli sərxoşluq müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X13” X26 məhkəmə-tibbi ekspertizasının 02 saylı rəyindən (cild 2, iş vərəqə 44-46) görünür ki, Zərərçəkmiş şəxs3 bədən səthində xəsarət aşkar olunmamışdır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X13” X26 məhkəmə-tibbi ekspertizasının 02 saylı rəyindən (cild 2, iş vərəqə 47-50) görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər sağ əlin İV barmağının səthi kəsilmiş yarası kəsici əşyanın (alətin) təsirindən, boyun nahiyəsinin, sağ əlin arxa səthinin, sol said nahiyəsinin, sağ əlin İİİ barmağının sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir neçə saat əvvəl əmələ gəlmişdirlər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Vət. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən sağ əlin İV barmağının səthi kəsilmiş yarası bıçağın tiyəsinin kəsici təsirindən (ola bilsin bıçaqla digər şəxsi vurarkən), boyun nahiyəsinin, sağ əlin arxa səthinin, sol said nahiyəsinin, sağ əlin İİİ barmağının sıyrıqları isə müxtəlif şəraitlərdə, o cümlədən insan bədəninin hissələrinin (əl, əl barmaqlarının dırnaqları və s.) təsirindən qərarda göstərilən tarixdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X13” X26 məhkəmə-kimyəvi ekspertizasının 137/K saylı rəyindən (cild 2, iş vərəqə 56-59) görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X13” X26 məhkəmə-tibbi ekspertizasının 02 saylı rəyindən (cild 2, iş vərəqə 36-43) görünür ki, mərhum Zərərçəkmiş şəxs2 bədənində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: Döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna nüfuz edərək sol körpücükaltı arteriyanı, sol ağciyərin yuxarı payını və ürək kisəsini zədələyən deşilmişkəsilmiş yarası. Yara kanalının istiqaməti soldan-sağa, yuxarıdan-aşağıya və öndənarxaya doğrudur. Yara kanalının dərinliyi 15,0sm-dir. Qeyd edilən xəsarət həyati olub, onun ölümündən az əvvəl deşici-kəsici əşyanın (alətin) təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna nüfuz edərək sol körpücükaltı arteriyanı, sol ağciyərin yuxarı payını və ürək kisəsini zədələyən deşilmiş-kəsilmiş yarası nəticəsində baş verən kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, onun ölümü meyitin meyitxanada müayinəsi başlanandan (meyitin müayinəsi xx.xx.2024-cü il saat 09.30-da başlamışdır) 8-12 saat əvvəl baş vermişdir. Beləliklə, mərhum Zərərçəkmiş şəxs2 yetirilən xəsarətlə onun ölümü arasında səbəbli əlaqə vardır. Mərhum Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş deşilmiş- kəsilmiş yaranın xarakterini və yara kanalının dərinliyini nəzərə alaraq demək olar ki, həmin xəsarət bıçağın (ola bilsin ekspertizaya təqdim olunmuş) tiyəsinin deşicikəsici təsirindən əmələ gələ bilərdi. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanın məhkəmə- kimyəvi müayinəsi zamanı etil spirti və narkotik maddələr aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 9) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. xx.xx.2024-cü il tarixli Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 10) görünür ki, Zərərçəkmiş şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 237.2.3 və 234.4.3-cü maddələri ilə 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2001-ci il taixli qərarı ilə həmin cəza 7 ilə endirilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Bundan başqa, Qax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 221.1ci maddəsi ilə 01 il müddətinə islah işləri (20%) cəzasına; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.20203-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə 11 ay 28 müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Habelə Qax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə barəsində olan cinayət işinə Azərbaycan Respublikasının CM-nin 73-1-ci maddəsi ilə xitam verilmişdir. xx.xx.2024-cü il tarixli Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 11) görünür ki, Zərərçəkmiş şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə 4.000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X22 Kompleks komisyon ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 367 saylı rəyindən (cild 2, iş vərəqə 74-78) görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini ölçüb- biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq və digər prosessual hərəkətlərdə iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək iqtidarındadır. Təqsirləndirilən şəxs idrak prosseslərinin (yaddaş, diqqət, təfəkkür, qavrama, xarakter və s.) normaya uyğun olduğu müəyyən edilir. Kobudluq, qıcığa qarşı həssaslıq, eqosentrizm, emosional reaksiyalara meyillilik, inadkarlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji və ya kumulyativ affekt, psixi-emosional gərginlik, stress, frustrasiya kimi hallar keçirməmişdir. Qərarın təsviri hissəsində qeyd olunmuş cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında hirslilik, emosional reaksiyalara meyillilik əmələ gəlmiş, həmin halların yaranması fərdi-psixi xüsusiyyətləri fonunda, anası ilə Zərərçəkmiş şəxs1 adlı şəxs arasında sevgi münasibətinin olması ilə bağlı şübhələri ilə şərtləşmişdir. Emosional halından asılıq olaraq Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə genetik ekspertizasının 24/398R saylı rəyindən (cild 2, iş vərəqə 60-73) görünür ki, 01 (bir) ədəd dəstəyi sarı rəngli taxta materialdan olan qatlanmayan bıçağın tiyə hissəsi, Zərərçəkmiş şəxs1 yıxılıb qaldığı yerdə asfaltın üzərində olan qanabənzər ləkələrdən 01 (bir) ədəd tamponda nümunə, Zərərçəkmiş şəxs2 meyitinin yanında asfaltın üzərində olan qanabənzər ləkələrdən 01 (bir) ədəd tamponda nümunə, Zərərçəkmiş şəxs1 meyitinə baxış zamanı üzərində olmuş 01 (bir) ədəd qara rəngli qolsuz gödəkçə, 01 (bir) ədəd belində qara rəngli kəmər olan tünd boz rəngli cins şalvar, 01 (bir) ədəd tünd boz rəngli qolsuz mayka, 01 (bir) ədəd bej rəngli uzunqol köynək, 01 (bir) cüt qara rəngli ayaqqabı, Zərərçəkmiş şəxs2 meyitinə baxış zamanı üzərində olmuş 01 (bir) ədəd belində qara rəngli kəmər olan göy rəngli cins şalvar, 01 (bir) ədəd tünd göy rəngli qısaqol köynək, 01 (bir) ədəd tünd göy rəngli uzunqol köynək, 01 (bir) ədəd ağ rəngli qolsuz mayka, 01 (bir) ədəd qara rəngli tuman, 01 (bir) cüt qara rəngli ayaqqabının sol tayı, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş könüllü olaraq təqdim etdiyi belində qara rəngli kəmər olan 01 (bir) ədəd qara rəngli cins şalvarın sağ ön cibinin astarı üzərində aşkar edilmiş qanabənzər ləkələr insana məxsus qan nümunəsidir; Zərərçəkmiş şəxs1 meyitinə baxış zamanı üzərində olmuş 01 (bir) ədəd qara rəngli tuman, 01 (bir) cüt qara rəngli corab, Zərərçəkmiş şəxs2 meyitinə baxış zamanı üzərində olmuş 01 (bir) cüt qara rəngli corab, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş könüllü olaraq təqdim etdiyi 01 (bir) ədəd qara rəngli uzunqol köynək, 01 (bir) ədəd qara rəngli qolsuz mayka, 01 (bir) ədəd tünd göy rəngli tuman, 01 (bir) cüt qara rəngli corab, 01 (bir) cüt qara rəngli ayaqqabı üzərində insana məxsus qan nümunəsi aşkar edilmədi; Zərərçəkmiş şəxs1 yıxılıb qaldığı yerdə asfaltın üzərindən 01 (bir) ədəd tamponda götürülmüş qan nümunəsi, Zərərçəkmiş şəxs1 meyitinə baxış zamanı üzərində olmuş 01 (bir) ədəd qara rəngli qolsuz gödəkçə, 01 (bir) ədəd belində qara rəngli kəmər olan tünd boz rəngli cins şalvar, 01 (bir) ədəd tünd boz rəngli qolsuz mayka, 01 (bir) ədəd bej rəngli uzunqol köynək, 01 (bir) cüt qara rəngli ayaqqabının sağ və sol tayı üzərində aşkar edilmiş qan ləkələri Zərərçəkmiş şəxs1 məxsusdur; Zərərçəkmiş şəxs2 meyitinin yanında asfaltın üzərindən 01 (bir) ədəd tamponda götürülmüş qan nümunəsi, Zərərçəkmiş şəxs2 meyitinə baxış zamanı üzərində olmuş 01 (bir) ədəd belində qara rəngli kəmər olan göy rəngli cins şalvar, 01 (bir) ədəd tünd göy rəngli qısaqol köynək, 01 (bir) ədəd tünd göy rəngli uzunqol köynək, 01 (bir) ədəd ağ rəngli qolsuz mayka, 01 (bir) ədəd qara rəngli tuman, 01 (bir) cüt qara rəngli ayaqqabının sol tayı üzərində aşkar edilmiş qan ləkələri Zərərçəkmiş şəxs2 məxsusdur; 01 (bir) ədəd dəstəyi sarı rəngli taxta materialdan olan qatlanmayan bıçağın tiyəsi üzərində həm Zərərçəkmiş şəxs1 və həm də Zərərçəkmiş şəxs2 məxsus qan nümunələri mövcuddur; Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş könüllü olaraq təqdim etdiyi belində qara rəngli kəmər olan 01 (bir) ədəd qara rəngli cins şalvarın sağ ön cibinin astarı üzərində aşkar edilmiş qan ləkəsi Təqsirləndirilən şəxs məxsusdur; Təqdim edilmiş 01 (bir) ədəd dəstəyi sarı rəngli taxta materialdan olan qatlanmayan bıçağın dəstəyi üzərindən götürülmüş tədqiqat nümunəsində molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcud deyildir və deqradasiya əlamətləri müşahidə edilir. Bu səbəbdən təqdim edilmiş 01 (bir) ədəd dəstəyi sarı rəngli taxta materialdan olan qatlanmayan bıçağın dəstəyi üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi mümkün olmadı. Qeyd: Təqsirləndirilən şəxs götürülmüş “yanaq epiteli qaşıntısı” nümunəsi və hadisə yerində aşkar edilmiş qan ləkələrinin götürüldüyü iki ədəd tampon tədqiqat zananı sərf edilmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X22 məhkəmə ambulator məcburi narkoloji ekspertizasının 1619 saylı rəyindən (cild 2, iş vərəqə 121-123) görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli xasiyyətnamədən (cild 2, iş vərəqə 165) görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı müddət ərzində hər hansı şikayət daxil olmamışdır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X22 Məhkəmə-tibbi kriminalistik və kriminalistik ekspertizasının 97/2024-MTKŞ saylı rəyindən (cild 2, iş vərəqə 124-133) görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus gödəkçənin, sviterin və maykanın ön hissəsinin sağ-orta nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus şalvar, tuman, bir cüt corab və bir cüt ayaqqabı üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus uzunqol köynəyin və qısaqol köynəyin ön hissəsinin sol boyun nahiyəsində bir ədəd, uzunqol köynəyin sol qolunun arxa-aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus mayka, şalvar, tuman, bir cüt corab və bir cüt ayaqqabı üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin sağ qoltuqaltı nahiyəsində bir ədəd və sol qoltuqaltı nahiyəsində bir ədəd məhdud sökülmələr aşkar edildi. Bu sökülmələr küt yaranma mexanizmə malikdir, köynəyin müvafiq nahiyələrinin gərilib- dartılması nəticəsində yaranmışlar. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin sol çiyin nahiyəsində bir ədəd məhdud cırılma aşkar edildi. Bu cırılma küt yaranma mexanizmə malikdir, köynəyin müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus tuman, bir cüt corab, bir cüt ayaqqabı, mayka və şalvar üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim edilmiş bıçağın üzərində sonradan hər hansı əlavə və dəyişiklik aşkar edilmədi. xx.xx.2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 134-135) görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 120.2.7-ci maddəsindən həmin Məcəllənin 120.2.2, 120.2.3, 120.2.7 və 221.3-cü maddələrinə tövsif edilmiş və Təqsirləndirilən şəxs CM-nin 120.2.2, 120.2.3, 120.2.7 və 221.3-cü maddələri ilə ittiham elan edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli ərizədən (cild 2, iş vərəqə 161) görünür ki, Zərərçəkmiş şəxs3 ərizə ilə rayon prokurorluğuna müraciət edərək Təqsirləndirilən şəxs hadisə vaxtı onun mülkiyyətində olan bir manat əlli qəpik dəyərindəki pivə stəkanını sındırması ilə bağlı hər hansı şikayət və tələbi yoxdur, ona vurulmuş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkildən (cild 2, iş vərəqə 159-160) görünür ki, Zərərçəkmiş şəxs3 ona məxsus kafedə olan və hadisə vaxtı Təqsirləndirilən şəxs qəsdən sındırdığı pivə stəkanını satın aldığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Mini Sədərək” adlı mağazaya baxış keçirilən zaman orada olan eyni növ pivə stəkanlarının bir ədədinin dəyərinin bir manat əlli qəpik məbləğində olması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 191-226) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3, 120.2.7 və 221.3-cü maddələri ilə yenidən ittiham elan edilməsi, iş üzrə hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd dəstəyi sarı rəngli taxta materialdan olan qatlanmayan bıçaq, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “Samsung” markalı mobil telefon, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş könüllü olaraq təqdim etdiyi belində qara rəngli kəmər olan 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd qara rəngli uzunqol köynək, 01 ədəd qara rəngli qolsuz mayka, 01 ədəd tünd göy rəngli alt tuman, 01 cüt qara rəngli corab və 01 cüt qara rəngli ayaqqabı; Zərərçəkmiş şəxs1 meyitinə baxış zamanı üzərində olmuş 01 ədəd qara rəngli qolsuz gödəkçə, 01 ədəd belində qara rəngli kəmər olan tünd boz rəngli cins şalvar, 01 ədəd tünd boz rəngli qolsuz mayka, 01 ədəd ağ rəngli uzunqol köynək, 01 ədəd qara rəngli alt tumanı, 01 cüt qara rəngli corab, 01 cüt qara rəngli ayaqqabı, o cümlədən sonuncuya aid 01 ədəd klapan qan nümunəsi, Zərərçəkmiş şəxs2 meyitinə baxış zamanı üzərində olmuş 01 ədəd belində qara rəngli kəmər olan göy rəngli cins şalvar, 01 ədəd tünd göy rəngli qısaqol köynək, 01 ədəd tünd göy rəngli uzunqol köynək, 01 ədəd ağ rəngli qolsuz mayka, 01 ədəd qara rəngli alt tumanı, 01 cüt qara rəngli corab, 01 cüt qara rəngli ayaqqabı, o cümlədən sonuncuya aid 01 ədəd klapan qan nümunəsinin maddi sübut kimi tanınması və Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanma otağına təhvil verilməsi, hadisə yerinə baxış zamanı götürülmüş və hadisəyə aid videogörüntülərin olduğu 01 ədəd DVD disk, ifadənin yerində yoxlanılması istintaq hərəkətinin qeydə alındığı 01 ədəd DVD disk, həmçinin cinayət işinə əlavə edilmiş məktub və digər sənədlərin maddi sübut kimi qiymətləndirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında qərardan (cild 2, iş vərəq 234-236) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3, 120.2.7 və 221.3-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yeni ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X11 tərəfindən verilmiş mülki iddiadan (cild 03, iş vərəqə 162 ) görünür ki, o, mülki iddia ilə məhkəməyə müraciət edərək 28000 manat məbləğində pul vəsaitinin maddi ziyan, 52000 manat məbləğində pul vəsaitinin mənəvi ziyan, ümumilikdə isə, 80000 manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X15 tərəfindən verilmiş mülki iddiadan (cild 03, iş vərəqə 163-167) görünür ki, o, mülki iddia ilə məhkəməyə müraciət edərək 43000 manat məbləğində pul vəsaitinin maddi ziyan, 46000 manat məbləğində pul vəsaitinin mənəvi ziyan, ümumilikdə isə, 90000 manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs mülki iddianı qismən etməsinə dair ərizəsindən (cild 03, iş vərəqə 168 ) görünür ki, o Zərərçəkmiş şəxs1 hüquqi varisi X6 mülki iddia məbləğinin zərər hissəsində göstərilən məbləğin 6670 manat və 660 manat hissəsini qəbul etdiyini, mülki iddianı qalan hissədə qəbul etmədiyini qeyd etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X9 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazını bildirmişlər, habelə məhkəmə istintaqında tədqiq edilmiş sübutları və ittihamı mübahisələndirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də silah qismində istifadə edilən əşyadan istifadə etməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslərə qarşı zor tətbiq olunması, özgənin əmlakının qəsdən məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan, ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərib zor tətbiq etməklə xuliqanlıq etmiş, habelə xuliqanlıq niyyəti ilə ictimai borcunu yerinə yetirmələri ilə əlaqədar iki şəxsi qəsdən öldürmüş, yəni iki şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və baş vermiş cinayət hadisəsi nəticəsində həyatdan məhrum olmuş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əvvəlcədən birbirilərini tanımışlar. Belə ki, 31 dekabr 2023- cü il tarixdə, saat 23:00 rəddlərində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri qəsəbə Dəmiryolu Stansiyasının ərazisində yerləşən, anası Zərərçəkmiş şəxs3 icarəyə götürdüyü və birlikdə işlətdikləri adsız kafedə yeni il qarşılamaq məqsədilə bir yerə yığışmışlar və spirtli içki qəbul etmişlər. Təqsirləndirilən şəxs həmin gün orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs3 ilə Zərərçəkmiş şəxs1 arasında uzun müddətdir ki, sevgi münasibətlərinin olmasından şübhələnmişdir. Zərərçəkmiş şəxs3 ailəvi dostları Zərərçəkmiş şəxs1 ilə birgə həmin kafenin həyətyanı sahəsindəki manqalın yanında kabab bişirərkən atası Şahid2 müştərilərə yemək hazırlaması məqsədilə Zərərçəkmiş şəxs3 kafenin daxilinə çağırdıqda, anasının bu çağırışa məhəl qoymayıb kabab bişirməyə davam etməklə Zərərçəkmiş şəxs1 yanında qalmasını bəhanə edərək hər hansı bir ciddi səbəb olmadan Zərərçəkmiş şəxs3 saçından dartıb fiziki ağrı yetirdikdən sonra itələmişdir. Həmin an mətbəxə daxil olaraq Təqsirləndirilən şəxs irad bildirib anasını buraxmasını tələb edən Zərərçəkmiş şəxs1 bu hərəkətindən daha da hiddətlənmiş, anası ilə Zərərçəkmiş şəxs1 arasında sevgi münasibətlərinin olmasına dair şübhələri daha da möhkəmlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 öldürmək qərarına gəlmiş, kafenin mətbəxindən götürdüyü, soyuq silah hesab edilməyən məişət təyinatlı bıçaqdan silah qismində istifadə etməklə kafenin çölündə, giriş qapısının qarşısında Zərərçəkmiş şəxs1 hər hansı bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmək məqsədilə, sonuncunun sağ qarın nahiyəsinə bir dəfə bıçaq zərbəsi vuraraq Zərərçəkmiş şəxs1 döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz edərək nazik bağırsağın və müsariqəsinin, qaraciyərin zədələnməsi ilə müşayiət olunan və kəskin qanitirmə ilə nəticələnərək ölümünə səbəb olan yetirmə anında həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarasından ibarət xəsarət yetirmiş, lakin bu zaman Zərərçəkmiş şəxs1 onun əlindən yaxa qurtararaq sürətli addımlarla bir qədər irəli getmiş, aldığı xəsarətlərdən dolayı öz boyu hündürlüyündən yıxılaraq yerin asfaltla örtülü bərk səthinə zərblə dəymişdir. Bu zaman Təqsirləndirilən şəxs öz cinayətkar əməllərini davam etdirmək məqsədilə Zərərçəkmiş şəxs1 arxasınca getmiş, ona ölümü ilə nəticələnə biləcək bıçaqla zərbələr yetirmək qərarına gəlmişdir. Lakin bu zaman Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs mane olmağa, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 öldürülməsinin qarşısını almağa çalışmışdır. Nəticədə Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmək məqsədilə silah qismində istifadə etdiyi eyni bıçaqla Zərərçəkmiş şəxs2 döş qəfəsi nahiyəsinə bir dəfə bıçaq zərbəsi vurmuş, sonuncunun döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna nüfuz edərək sol körpücükaltı arteriyanın, sol ağciyərin yuxarı payının və ürək kisəsinin zədələnməsi ilə müşayiət olunan və kəskin qanitirmə ilə nəticələnərək ölümünə səbəb olan yetirmə anında həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik bir ədəd deşilmiş-kəsilmiş yaradan ibarət bədən xəsarəti yetirmişdir. Arif Bəhrçiyev bundan sonra Zərərçəkmiş şəxs2 zərbənin təsirindən kənara çəkildiyini görüb, Zərərçəkmiş şəxs1 öldürməklə bağlı niyyətini başa çatdırmaq məqsədilə sonuncunun ardınca qaçmış və Zərərçəkmiş şəxs1 bir qədər kənarda yerdə yıxılıb hərəkətsiz qaldığını gördükdə ölməsini, yəni öz cinayətkar niyyətinə çatdığını zənn edərək, yenidən kafeyə qayıtmışdır. Beləliklə, Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşyadan istifadə etməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxslərə qarşı zor tətbiq olunması, özgənin əmlakının qəsdən məhv edilməsi və zədələnməsi ilə müşayiət olunan, ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə zor tətbiq etməklə qərəzli hərəkətlərlə xuliqanlıq edərək Zərərçəkmiş şəxs3 fiziki ağrı yetirib əmlakını məhv etmiş, habelə silah qismində istifadə edilən əşyadan istifadə etməklə yuxarıda qeyd edilən qərəzli xuliqanlıq hərəkətlərini davam etdirməklə, xuliqanlıq niyyəti ilə ictimai borcunu yerinə yetirilmələri ilə əlaqədar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qəsdən öldürmüş, yəni hər iki şəxsi qəsdən həyatdan məhrum etmişdir. Bu səbəbdən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3, 120.2.7 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməlləri həqiqətən törədildiyindən ibtidai istintaq orqanı düzgün olaraq onun əməllərini Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3, 120.2.7 və 221.3-cü maddələri ilə tövsif etmişdir. Bu cinayətlərin törədilməsində məhz o, təqsirlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3, 120.2.7 və 221.3-cü maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3, 120.2.7 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini qəsdən törətmiş, Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3, 120.2.7 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri başa çatmış cinayətlərdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2-ci maddəsinin sanksiyasında 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza, Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə növündə nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cavan olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Zərərçəkmiş şəxs3 ilə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını, ibtidai istintaq zamanı törətmiş olduğu cinayət əməlini tam, məhkəmədə törətmiş olduğu əməlləri qismən etiraf edərək törətdiyi cinayət əməllərinə görə peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddələrindəə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3, 120.2.7-ci maddələri ilə azadlıqdan məhrum etmə növündə vahid cəza təyin edilməli, habelə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin edilmiş cəzalar Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yalnız bu cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən - bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qeyd edilən Məcəllənin 17.3-cü maddəsinə əsasən - şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3, 120.2.7-ci maddələrində göstərilən cinayət əməlləri cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayətlərə görə Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəzaların ağırlığını, əməlində cinayətlərin məcmusu olduğunu və törədilmiş cinayət əməlləri nəticəsində 2 (iki) nəfər şəxsin öldüyünü məcmu halda nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının bir hissəsini həbsxanada çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.2-ci maddəsinə əsasən xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Həmin Məcəllənin 56-3-cü maddəsinə əsasən cəzaçəkmə müəssisəsinin növü bu Məcəllənin 56.1.1-56.1.5 və 56.2-ci maddələrinə uyğun olaraq məhkəmənin hökmü ilə müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 01 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə cinayət işi üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olub Bakı şəhəri Binəqədi rayon prokurorluğunda saxlanılan və cinayətin aləti qismində çıxış edən 1 (bir) bıçaq, cinayət hadisəsi zamanı Təqsirləndirilən şəxs əynində olmuş - belində qara rəngli kəmər olan 1 (bir) ədəd qara rəngli cins şalvar, 1 (bir) ədəd qara rəngli uzunqol köynək, 1 (bir) ədəd qara rəngli qolsuz mayka, 1 (bir) ədəd tünd göy rəngli alt tuman, 1 (bir) cüt qara rəngli corab və 1 (bir) cüt qara rəngli ayaqqabı, Zərərçəkmiş şəxs1 meyitinə baxış zamanı üzərində olmuş 1 (bir) ədəd qara rəngli qolsuz gödəkçə, 1 (bir) ədəd belində qara rəngli kəmər olan tünd boz rəngli cins şalvar, 1 (bir) ədəd tünd boz rəngli qolsuz mayka, 1 (bir) ədəd ağ rəngli uzunqol köynək, 1 (bir) ədəd qara rəngli alt tumanı, 1 (bir) cüt qara rəngli corab, 1 (bir) cüt qara rəngli ayaqqabı, o cümlədən sonuncuya aid 1 (bir) ədəd klapan qan nümunəsi, Zərərçəkmiş şəxs2 meyitinə baxış zamanı üzərində olmuş 1 (bir) ədəd belində qara rəngli kəmər olan göy rəngli cins şalvar, 1 (bir) ədəd tünd göy rəngli qısaqol köynək, 1 (bir) ədəd tünd göy rəngli uzunqol köynək, 1 (bir) ədəd ağ rəngli qolsuz mayka, 1 (bir) ədəd qara rəngli alt tumanı, 1 (bir) cüt qara rəngli corab, 1 (bir) cüt qara rəngli ayaqqabı, o cümlədən sonuncuya aid 1 (bir) ədəd klapan qan nümunəsi iş üzrə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Zərərçəkmiş şəxs1 məxsus 1 (bir) ədəd “Samsung” markalı mobil telefon, Zərərçəkmiş şəxs2 məxsus 1 (bir) ədəd “Samsung” markalı mobil telefon sonuncuların yaxın qohumlarına qaytarılmalı, hadisə yerinə baxış zamanı götürülmüş və hadisəyə aid videogörüntülərin olduğu 1 (bir) ədəd DVD disk, ifadənin yerində yoxlanılması istintaq hərəkətinin qeydə alındığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Mülki iddialara gəldikdə, məhkəmə qeyd edir ki, həm zərərçəkmiş şəxsin hüquqi varisi X11, həm də zərərçəkmiş şəxsin hüquqi varisi X15 (nümayəndə vasitəsi ilə) Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair mülki iddia vermişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi X11 və zərərçəkmiş şəxsin hüquqi varisi X15 mülki iddianın mənəvi ziyanla bağlı olan hissəsini hər birinə nisbətdə yaxın qohumunun ölməsi, nəticədə keçirdikləri sarsıntı ilə əsaslandırsalar da, mülki iddianın maddi ziyanla bağlı olan hissəsinə dair məhkəməyə onların çəkdikləri xərclə bağlı heç bir sübut təqdim etməmişlər. Bu hissədə məhkəmə tərəfindən bir neçə dəfə zərərçəkmiş şəxsin hüquqi varisi X11 və zərərçəkmiş şəxsin hüquqi varisi X8 vurulmuş maddi ziyanla bağlı mötəbər sübut təqdim edilməsi təklif olunsa da, sonuncular çəkdikləri xərcin həcmi və təyinatı barədə heç bir sübut təqdim etməmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X15 tərəfindən irəli sürülmüş mülki iddianın maddi ziyanla bağlı 7.330 manat hissəsini etiraf edərək qəbul etsə də, qalan hissədə mülki iddianı qəbul etməmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X11 tərəfindən irəli sürülmüş mülki iddianı isə ümumiyyətlə qəbul etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X11 tərəfindən irəli sürülmüş mülki iddianın maddi ziyanla bağlı hissəsinə dair mötəbər sübut təqdim edilmədiyindən mülki iddia bu hissədə rədd edilməlidir. Zərərçəkmiş şəxsin hüquqi varisi X15 tərəfindən irəli sürülmüş mülki iddianın maddi ziyanla bağlı 7.330 manat hissəsi Təqsirləndirilən şəxs tərəfindən etiraf edildiyindən məhkəmə belə hesab edir ki, mülki iddia maddi ziyanla bağlı olan 7.330 manat hissədə təmin edilməli, maddi ziyanla bağlı qalan hissədə isə mötəbər sübut təqdim edilmədiyindən rədd edilməlidir. Hər iki mülki iddianın mənəvi ziyanla bağlı hissəsinə gəldikdə isə qeyd edilməlidir ki, yaxın qohumun (birini nisbətdə oğlu, digərinə nisbətdə qardaşı) zorakı cinayət nəticəsində ölməsi şübhəsiz ki, hər bir insanda uzun müddət davam edən sarsıntıya səbəb olur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, hər iki mülki iddia mənəvi ziyanla bağlı hissədə qismən təmin edilməlidir. Odur ki, zərərçəkmiş şəxsin hüquqi varisi X11 tərəfindən verilmiş mülki iddia mənəvi ziyanla bağlı hissədə qismən təmin edilməli, habelə zərərçəkmiş şəxsin hüquqi varisi X15 tərəfindən verilmiş mülki iddia mənəvi ziyan hissəsində və maddi ziyan hissəsində qismən təmin edilməli, mülki iddialar qalan hissədə isə təmin edilməməlidir. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1, 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3, 120.2.7 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3 və 120.2.7-ci maddələri ilə 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 20 (iyirmi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 01 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasının ilk 5 (beş) ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X11 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. 10.000 (on min) manat məbləğində pul vəsaiti mənəvi ziyan kimi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X4 xeyrinə tutulsun, mülki iddia qalan hissədə rədd edilsin. Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X15 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. 7.330 (yeddi min üç yüz otuz) manat məbləğində pul vəsaiti maddi ziyan və 10.000 (on min) manat məbləğində pul vəsaiti mənəvi ziyan kimi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X6 xeyrinə tutulsun, mülki iddia qalan hissədə rədd edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Binəqədi rayon prokurorluğunda saxlanılan və cinayətin aləti qismində çıxış edən 1 (bir) bıçaq, cinayət hadisəsi zamanı Təqsirləndirilən şəxs əynində olmuş - belində qara rəngli kəmər olan 1 (bir) ədəd qara rəngli cins şalvar, 1 (bir) ədəd qara rəngli uzunqol köynək, 1 (bir) ədəd qara rəngli qolsuz mayka, 1 (bir) ədəd tünd göy rəngli alt tuman, 1 (bir) cüt qara rəngli corab və 1 (bir) cüt qara rəngli ayaqqabı, Zərərçəkmiş şəxs1 meyitinə baxış zamanı üzərində olmuş 1 (bir) ədəd qara rəngli qolsuz gödəkçə, 1 (bir) ədəd belində qara rəngli kəmər olan tünd boz rəngli cins şalvar, 1 (bir) ədəd tünd boz rəngli qolsuz mayka, 1 (bir) ədəd ağ rəngli uzunqol köynək, 1 (bir) ədəd qara rəngli alt tumanı, 1 (bir) cüt qara rəngli corab, 1 (bir) cüt qara rəngli ayaqqabı, o cümlədən sonuncuya aid 1 (bir) ədəd klapan qan nümunəsi, Zərərçəkmiş şəxs2 meyitinə baxış zamanı üzərində olmuş 1 (bir) ədəd belində qara rəngli kəmər olan göy rəngli cins şalvar, 1 (bir) ədəd tünd göy rəngli qısaqol köynək, 1 (bir) ədəd tünd göy rəngli uzunqol köynək, 1 (bir) ədəd ağ rəngli qolsuz mayka, 1 (bir) ədəd qara rəngli alt tumanı, 1 (bir) cüt qara rəngli corab, 1 (bir) cüt qara rəngli ayaqqabı, sonuncuya aid 1 (bir) ədəd klapan qan nümunəsi məhv edilsin, Zərərçəkmiş şəxs1 məxsus 1 (bir) ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına, Zərərçəkmiş şəxs2 məxsus 1 (bir) ədəd “Samsung” markalı mobil telefon isə onun yaxın qohumlarına qaytarılsın, hadisə yerinə baxış zamanı götürülmüş və hadisəyə aid videogörüntülərin olduğu 1 (bir) ədəd DVD disk, ifadənin yerində yoxlanılması istintaq hərəkətinin qeydə alındığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci və xüsusi müsadirə edilməsi olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Səbinə Məmmədzadə Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar