Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1664/2024 25.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X5 və X10, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs və onun nümayəndəsi X11, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 (iki) nəfər azyaşlı və 1 (bir) nəfər yetkinlik yaşına çatmayan uşağı olan, ali təhsilli, "xxxx" MMC-də mühafizəçi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Gərmətük qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, E.Cəfərov küçəsi, "xxxx" MTK, mənzil 43-də yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs (Fin: xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 25 sentyabr 2024-cü il tarixdə, saat 9:35-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 yanvar 2016-cı il tarixli qətnaməsinə əsasən "xxxx" MMC ilə arasında bağlanmış 16 noyabr 2012-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edildiyi və arvadı Şahid5 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Telnov (köhnə Xocalı, indiki Lütfi Zadə) küçəsi, 2347/48-ci məhəllədə yerləşən binanın 1-ci giriş, 13-cü mərtəbəsində, ümumi sahəsi 67,7 kvadrat metr olan 1 otaqlı 96 saylı mənzildən çıxarılmalı olduqları halda, X6 xüsusi mülkiyyət hüququnun tanındığı və faktiki olaraq öz mülkiyyətində olmayan həmin mənzili Zərərçəkmiş şəxs özünə məxsus kimi təqdim etməklə satacağına dair yalan vəd verib aldadaraq 14 fevral 2016-cı il tarixdə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 2347/48-ci məhəllədə yerləşən 96 saylı mənzildə Zərərçəkmiş şəxs beh olaraq ona məxsus 2.000 (iki min) manat, 15 fevral 2016-cı il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Neapol dairəsinin yaxınlığındakı ofisdə Zərərçəkmiş şəxs ona məxsus 40.000 (qırx min) manat, 2016-cı ilin fevral ayının sonlarında Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 2347/48-ci məhəllədə yerləşən 96 saylı mənzildə Zərərçəkmiş şəxs ona məxsus 10.000 (on min) manat, 16 mart 2016-cı il tarixdə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 2347/48-ci məhəllədə yerləşən 96 saylı mənzildə Zərərçəkmiş şəxs ona məxsus 11.000 (on bir min) manat, 18 mart 2016-cı il tarixdə X18 məxsus ünvan 1 ünvanda yerləşən 37 saylı notariat kontorunda Elşən Əliyev tərəfindən verilmiş etibarnamə əsasında 4.500 (dörd min beş yüz) manat məbləğində qiymətləndirilmiş “Mercedes Benz E280” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili, 2016-cı ilin aprel ayının sonlarında Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 2347/48-ci məhəllədə yerləşən 96 saylı mənzildə Zərərçəkmiş şəxs ona məxsus 4.000 (dörd min) manat nağd pulu vahid qəsdlə əhatə olunan niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 71.500 (yetmiş bir min beş yüz) manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
İşin halları və dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, verilmiş ittiham üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs ziyan vurmuş, lakin sonuncunu aldatmaq niyyəti olmamış, vurulmuş ziyanı ödəmək üçün müvafiq tədbirlər görməyə çalışır. Belə ki, o, 2012-ci ilin yanvar ayında "xxxx" MMC-dən (əvvəlki adı "xxxx" MMC) Xətai rayonunda yerləşən mənzil alıb təmir etmiş, orada ailəsi ilə birlikdə təxminən bir il yarım yaşadıqdan sonra aldıqları evin 2007-ci il tarixdə başqa şəxsə satılmaqla həmin şəxsin mülkiyyətində olmasını öyrənmiş, həmin məsələ ilə bağlı açılmış cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, lakin həmin cinayət işi üzrə təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmiş, sonuncu ilə aralarında barışıq olmamış, habelə bu barədə hər hansı ərizə verməmişdir. O, 2012-ci il tarixdə evi icraçı direktordan alarkən həmin evin eyni anda başqa şəxslərə də satılmasını bilməmiş, sonradan evin onun kimi 13 nəfərə də satıldığını öyrənib dələduzluq əməlini törətmiş şəxslər barəsində etdiyi şikayət nəticəsində həmin şəxslər tutulmuşdur. Evi Zərərçəkmiş şəxs satdığı dövrdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında evin əsl sahibi (mülkiyyətçisi) ilə onun (Təqsirləndirilən şəxs) arasında mülki mühakimə icraatı qaydasında məhkəmə prosesi başlanmış, həmin proses Ali Məhkəməyə qədər davam etmiş, lakin sonda qarşı tərəfin xeyrinə qərar qəbul edilmişdir. O, evi aldığı şəxsə evin problemli olması barədə bildirmiş, sonradan binanın sahibliyi Azad adlı şəxsə keçdikdə sonuncu ona narahat olmamasını, yaranmış problemi həll edəcəklərini bildirmişdir. O, evin Zərərçəkmiş şəxs satılmasına dair qərarı məhkəmədə mülki mübahisə davam edərkən almamış, habelə evini satmaq üçün kiməsə müraciət etməmiş, Zərərçəkmiş şəxs evin problemli olduğunu deməmişdir. Belə ki, binanın sahibləri İbarətə hər hansı məlumat verməməsini və özlərinin həmin məsələni yoluna qoyacaqlarını bildirmiş, həmçinin həmin dövrdə mənzillə bağlı qanuni qüvvəyə minmiş hər hansı məhkəmə qərarı olmamışdır. Bina əvvəllər "xxxx" MMC-yə məxsus olsa da, sonradan həmin şirkətin adı "xxxx" MMC ilə əvəz edilmiş, evin sahibi olduqlarını iddia edən şəxslər isə "xxxx" MMC-nin maliyyə arayışını təqdim etmiş, habelə arvadı Şahid5 evdə olarkən ona zəng edib tanımadığı şəxslərin evə gələrək evin sonunculara məxsus olmasını dediklərini bildirmişdir. Evlə bağlı məhkəmə prosesindən MTK-nın xəbəri olmuş, hətta bununla bağlı Xətai rayonunun icra məmurları MTK-ya xəbərdarlıq etmişlər. Mənzil alınarkən şirkət tərəfindən həm onlara, həm də əvvəlki alıcılara maliyyə arayışı verilmişdir. Bina Azad adlı şəxsin istifadəsinə keçdikdən sonra sonuncu, habelə makler kimi fəaliyyət göstərən Rüfət adlı şəxs yaranmış bütün problemləri həll edəcəklərini ona vəd etmiş, lakin ev satıldıqdan qısa müddət sonra Azad tutulmuşdur. Evin satılması zamanı Zərərçəkmiş şəxsla aralarında sadə yazılı müqavilə bağlanmış, bu zaman MTK tərəfindən Zərərçəkmiş şəxs hər hansı sənəd verilməsindən məlumatı olmamışdır. O, evi alarkən evin problemli olması barədə bilməmişdir. O, Şahid3 evini satmaq üçün deyil, Həzi Aslanov ərazisində ev almaq üçün müraciət etmiş, sonuncu da öz növbəsində ona kömək etmişdir. Sonda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı etdiyi əməldə cinayətkar niyyətinin olmadığını, zərərçəkmiş şəxsə ziyan vurulmasına görə peşman olduğunu, özünün də əvvəllər həmin evlə əlaqədar digər cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanındığını, himayəsində 2 (iki) azyaşlı və 1 (bir) yetkinlik yaşına çatmayan uşağı olmaqla ailədə yeganə qazanc gətirən şəxs olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməklə sonuncu ilə barışıq əldə etdiyini bildirərək məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını və ya barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona şərti cəza təyin olunmasını xahiş etdi.
3. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 2012-ci ildə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 2347/48 ünvanında yerləşən "xxxx" MMC-də 13-cü mərtəbədən 1 otaqlı, ümumi sahəsi 67,7 kvadrat metr olan təmirsiz və ilkin tikinti vəziyyətində qeyd edilən MMC-nin icraçı direktoru olan Fuad adlı şəxsdən 28.700 manat məbləğində nağd pula almışdır. Mənzilin dəyəri olan 28.700 manat məbləğində pulu alqı-satqı aparılarkən bir dəfəyə nağd formada ödəmişdir. Bununla bağlı MMC tərəfindən adına müqavilə tərtib olunmuş və müqavilə bağlandıqdan sonra bir nüsxəsi ona təqdim olunmuş, hətta MMC tərəfindən ona mənzilin dəyərini tam ödəməsi ilə bağlı maliyyə arayışı vermişdir. Mənzili aldıqdan təxminən 15 gün sonra təmir işləri aparmağa başlamışdır. Belə ki, əvvəlcə mənzili 1 otaqdan 3 otağa düzəlmə formasına çevirmiş, daha sonra mənzili bütünlüklə yeni təmir olunmuş vəziyyətə gətirmişdir. Mənzilin təmirinə ümumilikdə 23.000 manat məbləğində pul xərcləmişdir. Təxminən 3 aydan sonra ailə üzvləri ilə birlikdə tam təmir olunmuş vəziyyətdə mənzilə köçmüşdür. Həmin vaxtdan etibarən qeyd olunan mənzildə yaşamağa başlamışlar. 2013-cü ildə dəqiq xatırlamadığı tarixdə "xxxx" MMC-nin həmin ərəfələrdə icraçı direktoru olan Fuad adlı şəxsin binada olan bir neçə mənzili təkrarən ayrıayrı şəxslərə satdığına görə barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparıldığını eşitmişdir. Maraqlandıqda araşdırma zamanı "xxxx" MMC-nin xatırladığı qədəri ilə 18 mənzilin təkrarən ayrı-ayrı şəxslərə satılmasını öyrənmişdir. Vətəndaşlar və MMC arasında narazılıq yarandıqdan sonra MMC-nin satış ofisindən maraqlandıqda aldığı mənzilə dair 2007-ci ildə X12 ilə "xxxx" MMC arasında mənzilin alqı-satqı müqaviləsinin bağlanmasını öyrənmişdir. Bundan sonra Fuad adlı şəxs tərəfindən binada olan bir neçə mənzilin təkrarən ayrı-ayrı şəxslərə satılması ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılmışdır. Həmin cinayət işinin istintaqı ilə əlaqədər o da istintaqa dəvət olunmuş və 2012-ci ildə təmirsiz vəziyyətdə aldığı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 2347/48 ünvanında yerləşən 96 nömrəli mənzilin 1-ci dəfə Xanlar Abdullayevə satıldıqdan sonra 2-ci dəfə ona satılması ilə bağlı zərərçəkmiş şəxs qismində tanınaraq ifadə vermişdir. Həmin cinayət işi ilə bağlı məhkəmə istintaqı gedərkən Fuad adlı şəxs həbs olunmuş, sonradan isə məhkəmə hökmü ilə ona azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. Həmin ərəfələrdə mənzildə yenə də ailə üzvləri ilə yaşamaqda davam etmişdir. Yalnız 1 dəfə mənzili ondan əvvəl alan Xanlar Abdullayevin atası Rəşid Abdullayevlə mənzilin kimə məxsus olması ilə bağlı telefon danışıqları olmuş, lakin bununla bağlı aralarında hər hansı bir görüş baş tutmamışdır. 2015-ci ilin təxminən aprel ayında işdə olarkən həyat yoldaşı Şahid5 onunla telefon əlaqəsi saxlayaraq əvvəllər tanımadığı 3 nəfər orta yaşlı qadının yaşadıqları mənzilə gələrək özlərini Xanlar Abdullayevin yaxın qohumları kimi təqdim edib mənzilin onlara məxsus olmasını iddia etmələri barədə məlumat vermişdir. Həyat yoldaşının deməsinə görə, onlar təqdim etdikləri sənədlər əsasında yaşadıqları mənzili 2007-ci ildə "xxxx" MMC-nın həmin dövrdəki sədri olan şəxsdən almalarını bildirmişlər. Evdə olmadığına görə həyat yoldaşı həmin qadınlara daha sonra onun iştirakı ilə görüşüb məsələni aydınlaşdırmağı təklif etmiş, həmin qadınlar da razılaşmışlar. Bir neçə gün sonra o, "xxxx" MMC-nın həmin ərəfələrdə yeni təyin olunmuş sədri Azad adlı şəxsə yaxınlaşaraq yaşadığı mənzilin ondan əvvəl 1 nəfər şəxsə satılmasını, həmin şəxsin qohumlarının bir neçə gün əvvəl mənzilə gəlib sənədlər təqdim edərək evin onlara məxsus olmasını iddia edib evdən çıxmalarını tələb etmələri barədə məlumat vermişdir. Azad ona ya həmin şəxslərlə danışıb onlara binadan yeni mənzil veriləcəyini, ya da onun evə görə ödədiyi pul qaytarılmaqla mənzili onlara vermək şərtilə razılaşdıracağını deyərək məsələni həll edəcəyini bildirmişdir. Bir neçə gün sonra yaşadığı mənzildə olarkən mənzilin qapısı döyülmüşdür. Həyat yoldaşı Şahid5 qapını açdıqda bir neçə nəfər kişi cinsindən olan şəxs mənzilə daxil olaraq mənzilin onlara məxsus olmasını bildirməklə təcili evi tərk etmələrini tələb etmişlər. Həmin şəxslər yüksək tonla və hədə-qorxu ilə danışmaqla narahatlıq yaratmağa başlamışlar. Bu zaman həyat yoldaşı polisə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları yaşadıqları mənzilə gəlmiş, bundan sonra həmin şəxslər mənzili tərk etmişlər. Bir neçə ay sonra Xanlar Abdullayevin mənzilə dair onunla "xxxx" MMC arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi və ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmaları barədə iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etməsini öyrənmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsində təxminən 2-3 ay müddətində aparılan araşdırmadan sonra qəbul edilmiş qətnamə əsasında onunla "xxxx" MMC arasında bağlanmış müqavilə etibarsız hesab olunmuşdur. Həmçinin qətnamə əsasında həyat yoldaşı ilə birlikdə mənzildən çıxarılmağı barədə qərar qəbul edilmişdir. Bundan başqa qətnamə əsasında 28.260 manat məbləğində pulun "xxxx" MMC-dən alınaraq ona ödənilməsi qət edilmişdir. Bundan sonra o, "xxxx" MMC-nin həmin dövrdə sədri olan Azada müraciət etmiş və çıxarılmış qətnamə barədə ona məlumat vermişdir. Azadla aralarında olan danışıq zamanı onun qətnamə barədə məlumatlı olmasını müəyyən etmişdir. Azad da həmin mənzili təkrarən başqa bir şəxsə satmaqla qətnamə əsasında ona veriləcək 28.260 manat məbləğində pul və mənzilin təmirinə çəkdiyi 23.000 manat məbləğində pulu götürməyini, mənzilin satışından qalan məbləği isə özünün götürəcəyini bildirmişdir. Mənzili aldığı 28.260 manat və təmirə çəkdiyi 23.000 manat məbləğində pulu geri qaytarmaq üçün başqa yolu olmadığından çıxılmaz vəziyyətdə qalıb Azadın təklifi ilə razılaşmışdır. Azad mənzilin satışını özü təşkil edəcəyini və mənzil üçün müştərini özünün tapacağını bildirmişdir. 2016-cı ilin fevral ayının təxminən əvvəllərində binanın komendantı olaraq tanıdığı Rüfət adlı şəxs əvvəllər tanımadığı və görmədiyi, İbarət və İsaq adlı şəxslər müştəri olaraq mənzilə baxmaq üçün gəlmişlər. İbarət və İsaq adlı şəxslər mənzilə baxıb bəyənmişlər və İbarət adlı şəxs mənzili özü üçün almaq istədiyini bildirmişdir. Rüfət onu kənara çəkib mənzilin satış qiymətini həmin şəxslərə 75.000 manat məbləğində təklif etməsini bildirmişdir. İbarət isə mənzilə görə 71.500 manat məbləğində pul verməyi təklif etmişdir. O da Azadın sözlərinə görə məcbur qalıb İbarətin təklif etdiyi qiymətlə razılaşmışdır. Həmin vaxt İbarət üzərində 71.500 manat məbləğində pul olmadığını, ona ilkin olaraq cəmi 40.000 manat məbləğində pul verə biləcəyini bildirib qalan məbləği də ən geci 2-3 ay ərzində tam olaraq ödəyəcəyinə söz vermişdir. Daha sonra bu barədə Azadla məsləhətləşmişdir. Azad da hələ ki, mənzilin müqaviləsinin onun adına olduğunu bildirib ödəniş tam olub yekunlaşdıqdan sonra İbarətin adına müqavilə sənədləşdirəcəyini demişdir. Buna görə də İbarətin təklifi ilə razılaşmışdır. Bundan sonra İbarət qohumu İsaq və Rüfətin yanında ona mənzilə görə beh olaraq 2.000 manat məbləğində pul vermişdir. Aralarında olan razılaşmaya əsasən İbarət mənzilin razılaşdırılmış məbləğinin 40.000 manatını ilkin, sonrakı 10 gün ərzində 10.000 manatını, sonrakı 1 ay ərzində isə qalan 19.500 manatını ödəməli olmuşdur. O buna etiraz etmədikdən sonra bu barədə yazılı sənədləşmə etmək qərarına gəlmişlər. 15 fevral 2016-cı il tarixdə axşam saatlarında tanışı Hidayətin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Neapol dairəsinin yaxınlığındakı ofisində İbarət və İsaqla görüşmüşlər. Həmin vaxt o, tək olmuşdur. Ofisdə olarkən İbarət mənzilin alqı-satqısı ilə bağlı razılaşdırılmış məbləğin 40.000 manatını ona vermişdir. O, pulu sayıb qəbul etmişdir. Bununla bağlı ağ vərəqdə öz xətti ilə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 2347/48- də yerləşən 96 nömrəli mənzili satmağı, mənzilin satışına görə razılaşdırılmış pulun ümumi məbləği, hər dəfəsində hansı məbləğdə pulun veriləcəyi ilə bağlı qeydlər aparmışdır. Sonda yazdığı qeydlərin axırında öz xətti ilə imza etmişdir. Həmin vərəqin aşağı alt tərəfində isə İbarət öz xətti ilə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 2347/48-də yerləşən 96 nömrəli mənzili alması, mənzilə görə razılaşdırılmış ümumi məbləği, 2.000 manat məbləğində beh və 40.000 manat məbləğində ilkin ödəniş etməyi, pulu ödəyəcəyi müddət və məbləğlər barədə qeydlər aparmışdır. Həmçinin İbarət də yazdığı qeydlərin sonunda imza etmişdir. Daha sonra isə tanışı Hidayət, onun yanında olan ev alqı-satqısında vasitəçiliklə məşğul olan tanımadığı qadın və o da öz xətləri ilə imza etmişlər. Bundan sonra görüşüb ayrılmışlar. Həmin günü axşam saatlarında Azadla binanın 1-ci mərtəbəsində yerləşən ofisdə görüşmüşdür. Ofisdə Azaddan başqa hər hansı bir şəxs olmamışdır. O, İbarətdən mənzilə görə aldığı 40.000 manat məbləğində pulun 15.000 manatını Azada vermişdir. Belə ki, mənzilin satılmasından əvvəl Azadla aralarında olan razılığa əsasən mənzilin 71.500 manat məbləğində pula satılması barədə İbarətlə razılığa gəldikdən sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi əsasında ona "xxxx" MMC tərəfindən verilməli olan 28.260 manat və mənzilin təmirinə çəkdiyi 23.000 manat məbləğində pulun cəmi məbləğini mənzilin razılaşdığı satış qiymətindən çıxdıqdan sonra Azada verməli olmuşdur. O da aralarında olan danışığa riayət edib 15.000 manat məbləğində pulu Azada vermişdir. Bir neçə gün sonra İbarət və İsaq birlikdə yaşadıqları mənzilə gəlib mənzilə görə razılaşdırılmış məbləğin 10.000 manatını ona vermiş, həmin vaxt həyat yoldaşı Günay da evdə olmuşdur. Lakin həmin vaxt İbarət tərəfindən ona 10.000 manat məbləğində pulun verilməsi ilə bağlı hər hansı sənədləşdirmə aparılmamışdır. 16 mart 2016-cı il tarixdə İbarət və İsaq yaşadıqları mənzilə gəlmişdir. Mənzildə olarkən İbarət 11.000 manat məbləğində pulu ona vermiş, həmin vaxt həyat yoldaşı Günay da evdə olmuşdur. O, 11.000 manat məbləğində pulu saydıqdan sonra qəbul etmişdir. Bundan sonra İbarət mənzilin alıq-satqısı ilə bağlı razılaşdırılan 71.500 manat mələğində pulun 63.000 manatının tam olaraq ödənilməsini, qalan 8.500 manat məbləğində pulun isə ən geci aprel ayının 15-nə qədər ödəniləcəyini bildirmişdir. O da İbarətin dediklərini təsdiq edib ağ vərəqədə öz xətti ilə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 2347/48-də yerləşən 96 nömrəli mənzilin İbarətə satılmasına dair razılaşdırılan ümumi 71.500 manat məbləğində pulun 63.000 manatını almağı, qalan məbləğdə pulun isə aprel ayının 15-nə qədər ödənilməsi barədə qeydlər aparmışdır. Sonda öz xətti ilə imza edib tarixi qeyd etmişdir. Həmçinin, İbarət də həmin vərəqin aşağı alt tərəfində öz xətti ilə imza etmişdir. Daha sonra bir neçə gün ərzində İbarət ona vermək üçün pul toplaya bilməmişdir. Buna görə də İbarətin qohumu İsaq tanışına məxsus “Mercedes Benz E280” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili müəyyən qiymətə razılaşdırıb ona verməklə mənzilin razılaşdırılmış qalan məbləğindən ödəməyi təklif etmişdir. O, İbarətin pul tapa bilməməsinə görə məcbur İsaqın təklifi ilə razılaşmışdır. Avtomobilin sahibi olan Elşən adlı şəxslə avtomobilə baxıb onu 4.500 manat məbləğində pula qiymətləndirmişlər. Elşən adlı şəxs də “Mercedes Benz E280” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair onun adına Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən notariusda baş etibarnamə vermişdir. O da Elşən adlı şəxsin baş etibarnamə əsasında onun adına vermiş olduğu “Mercedes Benz E280” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə mənzilin qalan 8.500 manat məbləğindən 4.500 manat məbləği çıxmışdır. Bu hadisədən təxminən 10-15 gün sonra, aprel ayının təxminən sonlarında ibarət və İsaq birlikdə yaşadığı mənzilə gəlmişlər. Həmin vaxt həyat yoldaşı Günay mənzildə olmuşdur. İbarət qalan 4.000 manat məbləğində pulu ona təqdim etmişdir. O da pulu sayıb qəbul etmişdir. Bununla da İbarət mənzilin alınmasına görə onunla razılaşdığı 71.500 manat məbləğində pulu tam olaraq vermişdir. Həyat yoldaşı Şahid5 ağ vərəqədə öz xətti ilə mənzilin onun tərəfindən İbarətə 71.500 manat məbləğində pula satılmasına dair qeydlər aparmışdır. Daha sonra həmin ağ vərəqədə yazılan qeydlər tərəfindən öz imzası ilə təsdiq edilmişdir. Həmin ağ vərəqədə həyat yoldaşı Şahid5 hətta mənzildə olan bəzi məişət əşyalarının da mənzildə qalacağı ilə bağlı öz xətti ilə yazılar yazmışdır. Bundan sonra İbarət və İsaq mənzili tərk etmişlər. Bir neçə gün sonra Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən kafelərdən birində o, binanın komendantı Rüfət, İbarət və İsaq birlikdə görüşmüşlər. Həmin vaxt Rüfət İbarətin adına olan mənzil tikintisi haqqında müqaviləni və maliyyə arayışını İbarətə təqdim etmişdir. İbarət də müqavilə və maliyyə arayışını qəbul etmişdir. Rüfət Azadın qalan məbləği nə zaman verəcəyini xəbər aldığını bildirib pulun verilməsini tezləşdirməyi xahiş etmişdir. O da bir neçə gün sonra 10.000 manat məbləğində pulu Azada çatdıracağını bildirmişdir. Lakin Azad ona 10.000 manat məbləğində pulun verilməsinə qarant olaraq zəmanət istəmişdir. Buna görə də Azadın sürücüsü olan Vidadi ilə aralarında borc müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən, o, Azadın sürücüsünə 10.000 manat məbləğində pul verməli olmuşdur. Təxminən 1 həftədən sonra binanın yaxınlığında Rüfətlə görüşüb Azada çatdırması üçün 5.000 manat məbləğində pulu ona vermiş, sonradan Azadla görüşərkən aralarında olan danışıqlar əsnasında Rüfətin 5.000 manat məbləğində pulu Azada verməsini öyrənmişdir. Mənzili İbarətə satdıqdan sonra İbarətdən evlə bağlı niyyətini xəbər almışdır. İbarət də evi aldıqdan sonra kirayəyə vermək fikrində olduğunu demiş, o da elə evdən çıxmadan İbarətdən mənzili ona aylıq kirayəyə verməsini xahiş etmiş, İbarət də onun təklifi ilə razılaşmışdır. Aralarında olan danışığa əsasən evin aylıq kirayəsi ilə bağlı 250 manata razılaşmışlar. O, evin kirayə haqqının 2 aylığı olan ümumi 500 manat məbləğində pulu İbarətə vermişdir. Bir neçə gündən sonra İbarət Bakı şəhərində işlərini yekunlaşdırıb Türkmənistan Respublikasına qayıtmışdır. 2016-cı ilin yay aylarında Azad binada olan satılmış mənzillərin təkrarən ayrıayrı şəxslərə satılmasına görə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı ilə əlaqədar həbs olunmuşdur. O da təxminən 7-8 ay müddətində həmin mənzildə kirayə yaşamışdır. Həmin müddətdə evin aylıq kirayə haqlarını İbarətin qohumu İsaqa vermişdir. Son vaxtlar evin kirayə haqqını verə bilmədiyinə və gecikdirdiyinə görə İsaq bu barədə İbarətə məlumat vermişdir. Buna görə də İsaq İbarətin tələbi ilə mənzildən çıxmağını tələb etmişdir. Mənzildən çıxarkən bəzi əşyaları kirayə haqqının qalan borc əvəzi olaraq İsaqa təhvil vermişdir. Sonrakı müddət ərzində onun İbarət və İsaqla ümumiyyətlə əlaqəsi olmamışdır. 2018-ci ilin təxminən yay aylarında İsaq onunla telefon əlaqəsi saxlayarkən mənzilə qaz xətti çəkmək istədiyini, lakin həmin vaxt binanın əməkdaşlarının deməsinə görə mənzilə dair mülkiyyət hüququnun tanınması ilə bağlı o və mənzili daha öncədən alan digər bir nəfər şəxs arasında məhkəmə mübahisəsinin olması və buna görə də mübahisənin həllini tapmadan qaz xəttinin çəkilməsinin mümkün olmaması barədə məlumat verdiklərini demişdir. O da bir neçə gün sonra binaya gəlib əməkdaşlarla danışaraq vəziyyəti aydınlaşdıracağını bildirmişdir. Bir müddət sonra İbarət onunla telefon əlaqəsi saxlayıb Bakı şəhərində olduğunu və onunla görüşmək istədiyini bildirmişdir. O da etiraz etməmiş və İbarət və İsaqla görüşmüşdür. Görüş zamanı onlara mənzilin ondan əvvəl MTK tərəfindən digər bir nəfər şəxsə satılmasını və mənzilə dair mülkiyyət hüququnun tanınması ilə bağlı məhkəmə mübahisəsi nəticəsində uduzmağını və evə dair mülkiyyət hüququnun mənzili ilk olaraq MTK-dan almış şəxsin lehinə tanınması barədə məlumat vermişdir. İbarət hansı səbəbdən bu barədə ona məlumat verməməsini soruşduqda o, "xxxx" MMC-nin həmin dövrdə sədri olan Azadın təklifi ilə mənzili satdığını və Azadın bu məsələni həll etmək barədə sözünə inanıb mənzilin ona satılmasına razılıq verdiyini bildirmişdir. Buna baxmayaraq İbarət ondan mənzilə görə verdiyi 71.500 manat məbləğində pulunu geri qaytarmasını tələb etmişdir. O, İbarətə yalnız o və həyat yoldaşının mənzildən çıxarılacaqlarını, İbarətin mənzildə yaşamağına hər hansı problem olmayacağını bildirib məsələni bir daha aydınlaşdıracağını demişdir. Lakin həmin dövrdə Azad cəzaçəkmə müəssisəsində olduğundan problemin həlli ilə bağlı onunla görüşə bilməmişdir. Buna görə də İbarət hər dəfə pulunu geri qaytarmasını tələb etdikdə müxtəlif bəhanələrlə vaxtı uzatmış və pulu qaytarmaqdan yayınmışdır. Mənzili satdıqdan sonra həmin dövrdə "xxxx" MMC-nin sədri vəzifəsində işləmiş Elnur adlı şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verməsini tələb etmişdir. Apellyasiya şikayəti "xxxx" MMC-nin nümayəndələri tərəfindən tərtib olunaraq ona təqdim edilmişdir. Apellyasiya Məhkəməsində aparılan araşdırma zamanı 14 mart 2017-ci il tarixli qərar əsasında şikayəti təmin olunmamışdır. Ali Məhkəməyə kassasiya şikayətini də həmçinin "xxxx" MMC-nin nümayəndələri tərtib edib onun adından vermişlər. Lakin Ali Məhkəmədə də aparılan araşdırma zamanı 27 iyul 2017-ci il tarixdə qəbul edilmiş qərarla hüquqları təmin olunmamışdır. Bundan sonra artıq həqiqətən mənzilin X8 məxsus olmasını və "xxxx" MMC-nin sədri Azad tərəfindən aldadıldığını öyrənmişdir. Həmin mənzili Azadın təklifi ilə mənzilə görə çəkdiyi xərclərin əvəzinin ödənilməsi üçün satmağa razılaşmışdır (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 147-154; 168-175;).
4. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
5. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
6. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, 1988-ci ildən ailə üzvləri ilə birlikdə Türkmənistan Respublikasına köçüb həmin ölkənin vətəndaşlığını qəbul edərək orada daimi yaşamışdır. Türkmənistan Respublikasında fərdi sahibkarlıqla məşğul olur. Hər il Azərbaycan Respublikasına gedibgəlmiş, lakin “Covid 19” pandemiyası başladıqdan sonra ölkələr arasında quru sərhədlərinin bağlanması ilə əlaqədar Azərbaycan Respublikasına gələ bilməmiş, yalnız üç il yarımlıq fasilədən sonra 18 sentyabr 2023-cü ildə ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasına gəlmişdir. Türkmənistan Respublikasında uzun müddət işlədikdən sonra müəyyən məbləğdə pul yığaraq Bakı şəhərində mənzil almaq qərarına gəlmişdir. 2016-cı ilin fevral ayının əvvəllərində ev almaq məqsədilə ünvan 2 ünvanlarda yerləşən ev alqısatqısı ilə məşğul olan ofislərdə olmuşdur. Təsadüfən Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347/48 saylı binanın qarşısından keçərkən həmin binanın birinci mərtəbəsində yerləşən ev alqı-satqısı ofisinə daxil olmuş, ofisdə olan ev alqı-satqısında vasitəçiliklə məşğul olan, əvvəllər tanımadığı və görmədiyi, anket məlumatlarını bilmədiyi şəxs həmin binada 67 kvadratdan ibarət 2 otaqlı mənzilin olmasını bildirmişdir. Bundan sonra vasitəçi onu binanın komendantı olan Rüfət adlı şəxslə tanış etmiş, sonuncu isə həmin binada 13cü mərtəbədə olan mənzili ona göstərmişdir. Həmin mənzil 1 otaqdan 2 otağa düzəldilməklə təmirli vəziyyətdə və içərisi əşyalarla tam dolu vəziyyətdə mənzil olmuşdur. Mənzilə baxdıqdan sonra mənzili bəyənmişdir. Həmin evin sahibi isə mənzildə həyat yoldaşı və 2 azyaşlı uşaqları ilə birlikdə yaşayan Təqsirləndirilən şəxs olmuşdur. Mənzilin qiyməti ilə bağlı ev sahibi ilə danışdıqdan sonra sonda 71.500 manat məbləğə razılaşmışlar. O, Bəhruzdan evə dair hansı sənədlərin olmasını soruşduqda sonuncu binada olan bütün mənzillərdə çıxarış olmadığını, yalnız razılaşdırılan məbləği tam olaraq ödədikdən sonra MMC tərəfindən mənzilə dair adına müqavilə tərtib olunacağını və müqavilənin adına tərtib olunub ona təhvil verilməsini həll edəcəyini bildirmişdir. O da buna hər hansı etiraz etməmişdir. Həmin vaxt o, mənzilin alınması ilə bağlı aralarında razılaşdıqları məbləğdən 2.000 manatını beh olaraq Bəhruza vermiş, sonuncu isə pulu sayıb qəbul etmişdir. Bəhruzla danışdıqdan sonra ona cəmi 40.000 manat məbləğində pulunun olmasını, həmin pul ödənildikdən sonra qalan hissəsini 2 ay müddətində ödəyəcəyini bildirmişdir. Bəhruz ilk əvvəl buna razılıq versə də, pulun notarial qaydada borc müqaviləsi bağlanmaqla qaytarılmasına zəmanət istəmişdir. Onlar Bəhruzla razılaşmışlar. Lakin birlikdə notariusa getsələr də, notarius mənzilin çıxarışı olmadığına görə borc müqaviləsini bağlamaq və təsdiq etməkdən imtina etmişdir. Bundan sonra Bəhruz onların ilkin təklifləri ilə razılaşmışdır. Aralarında olan ilkin razılaşmaya əsasən o, mənzilin razılaşdırılmış məbləğinin 40.000 manatını ilkin, sonrakı 10 gün ərzində 10.000 manatını, sonrakı 1 ay ərzində isə qalan 19.500 manatını ödəməli olmuşdur. Bir neçə saat sonra həmin mənzildə ev sahibi Təqsirləndirilən şəxsla görüşmüşlər. Aralarında olan razılaşmaya əsasən mənzilin razılaşdırılmış məbləğinin 40.000 manatını axşam saatlarında ödəmək barədə razılaşmış və bu barədə yazılı sənədləşmə etmək qərarına gəlmişlər. 15 fevral 2016-cı il tarixdə axşam saatlarında Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Neapol dairəsinin yaxınlığındakı ofislərin birində ev sahibi Bəhruz və qohumu kimi təqdim etdiyi Hidayət adlı şəxslə görüşmüşlər. Həmin vaxt o və qohumu İsaq birlikdə olmuşdur. Ofisdə olarkən mənzilin alqı-satqısı ilə bağlı razılaşdırılmış məbləğin 40.000 manatını Bəhruza vermiş, sonuncu pulu sayıb qəbul etmişdir. Bununla bağlı Bəhruz ağ vərəqdə öz xətti ilə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 2347/48-də yerləşən 96 nömrəli mənzili satması, mənzilin razılaşdırılmış məbləği, pulun razılaşdırılmış ümumi məbləği, hər dəfəsində hansı məbləğdə pulun veriləcəyi ilə bağlı qeydlər aparmışdır. Bəhruz yazdığı qeydlərin sonunda öz xətti ilə imza etmişdir. Həmin vərəqin aşağı alt tərəfində isə o, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 2347/48-də yerləşən 96 nömrəli mənzili almağı, mənzilə görə razılaşdırılmış ümumi məbləği, 2.000 manat məbləğində beh və 40.000 manat məbləğində ilkin ödəniş etməyi, pulu ödəyəcəyi müddət və məbləğlər barədə qeydlər aparmışdır. Həmçinin, o da yazdığı qeydlərin sonunda imza etmişdir. Daha sonra isə Bəhruzla birlikdə gəlmiş Hidayət adlı şəxs, onun yanında olan ev alqı-satqısında vasitəçiliklə məşğul olan qadın və İsaq da öz xəttləri ilə imza etmişlər. Bundan sonra görüşüb ayrılmışlar. Bir neçə gün sonra yaxın qohumlarının köməkliyi ilə pul toplayıb İsaqla birlikdə Bəhruzun yaşadığı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 2347/48-də yerləşən 96 nömrəli mənzildə onunla görüşmüşlər. Mənzildə olarkən 10.000 manat məbləğində pulu Bəhruza vermişdir. Həmin vaxt Bəhruzun həyat yoldaşı Günay da evdə olmuş və pulun verilməsinin şahidi olmuşdur. Lakin həmin vaxt Bəhruza 10.000 manat məbləğində pulun verilməsi ilə bağlı hər hansı bir sənədləşdirmə aparılmamışdır. 16 mart 2016-cı il tarixdə İsaqla görüşüb birlikdə Bəhruzun yaşadığı mənzilə gəlmişlər. Mənzildə olarkən 11.000 manat məbləğində pulu Bəhruza vermişdir. Həmin vaxt Bəhruzun həyat yoldaşı Günay da evdə olmuş və pulun verilməsinin şahidi olmuşdur. Bəhruz 11.000 manat məbləğində pulu saydıqdan sonra qəbul etmişdir. Bundan sonra o, mənzilin alıq-satqısı ilə bağlı razılaşdırılan 71.500 manat mələğində pulun 63.000 manatının tam olaraq ödənilməsini, qalan 8.500 manat məbləğində pulun isə ən geci aprel ayının 15-nə qədər ödəniləcəyini bildirmişdir. Bəhruz da dediklərini təsdiq edib ağ vərəqədə öz xətti ilə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 2347/48-də yerləşən 96 nömrəli mənzilin İbarətə satılmasına dair razılaşdırılan ümumi 71.500 manat məbləğində pulun 63.000 manatını alması, qalan məbləğdə pulun isə aprel ayının 15-nə qədər ödənilməsi barədə qeydlər aparmış və öz xətti ilə imza edib tarixi qeyd etmişdir. Həmçinin o da həmin vərəqin aşağı alt tərəfində isə öz xətti ilə imza etmişdir. Daha sonra bir neçə gün ərzində Bəhruza vermək üçün pul toplaya bilməmişdir. Bir neçə gün sonra İsaq onunla telefon əlaqəsi saxlayıb Bəhruzla görüşərkən onun təsadüfən yanında olan tanışı Elşən Əliyevin idarə etdiyi “Mercedes Benz E280” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili görüb bəyənməsini, Elşən Əliyevin də ona olan müəyyən məbləğdə borcunun müqabilində həmin avtomobili 4.500 manat məbləğində qiymətləndirib Bəhruza satmağa razılıq verməsi barədə məlumat vermişdir. Həmin avtomobillə bağlı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən notariusda Elşən Əliyev tərəfindən Bəhruzun adına baş etibarnamə verilmişdir. Bununla da X28 almış olduğu “Mercedes Benz E280” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə mənzilin qalan 8.500 manat məbləğindən 4.500 manat məbləği çıxmışdır. Bu hadisədən təxminən 10-15 gün sonra, aprel ayının təxminən sonlarında axşam saatlarında İsaqla görüşüb Bəhruzun yaşadığı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 2347/48-də yerləşən 96 nömrəli mənzilə gəlmişlər. Həmin vaxt Bəhruzun həyat yoldaşı mənzildə olmuşdur. O, mənzildə olarkən qalan 4.000 manat məbləğində pulu Bəhruza təqdim etmiş, Bəhruz da pulu sayıb qəbul etmişdir. Bununla da o, mənzilin alınmasına görə Bəhruzla razılaşdıqları 71.500 manat məbləğində pulu tam olaraq sonuncuya vermişdir. Bəhruzun həyat yoldaşı Şahid5 ağ vərəqədə öz xətti ilə mənzilin həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən ona 71.500 manat məbləğində pula satılmasına dair qeydlər aparmışdır. Daha sonra həmin ağ vərəqədə yazılan qeydlər Təqsirləndirilən şəxs tərəfindən öz imzası ilə təsdiq edilmişdir. Həmin ağ vərəqədə Şahid5 hətta mənzildə olan bəzi məişət əşyalarının da mənzildə qalacağı ilə bağlı öz xətti ilə yazılar yazmışdır. Bundan sonra həmin əlyazma vərəqəni götürüb İsaqla birlikdə mənzili tərk etmişlər. Bir neçə gün sonra həmin binanın komendantı olaraq tanıdığı Rüfət adlı şəxsin yanında mənzilin alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. Həmin vaxt ofisdə o və Bəhruz var olmuşdur. Rüfət əvvəlcədən hazırlanmış müvafiq rekvizitləri olan müqavilədə öz xətti ilə müəyyən qeydlər aparmış, daha sonra İsaq həmin müqaviləni oxuyub məzmunu ilə tanış olmuş, özü də müqavilənin məzmunu ilə tanış olduqdan sonra həmin müqaviləni imza etmiş və həmin müqavilənin təsdiq olunmuş kserosurətinin bir nüsxəsini də götürmüşdür. Müqavilə bağlandıqdan sonra Bəhruz ondan evlə bağlı niyyətini xəbər almışdır. O da evi aldıqdan sonra kirayəyə vermək fikrində olduğunu demişdir. Bəhruz da elə evdən çıxmadan evi ona aylıq kirayəyə verməyini xahiş etmişdir. Bəhruzun evdə yaşamasına və evin şəraitindən məlumatlı olmasına görə onun təklifi ilə razılaşmışdır. Onlar evin aylıq kirayəsi ilə bağlı 250 manata razılaşmışlar. Bəhruz evin kirayə haqqının 2 aylığı olan ümumi 500 manat məbləğində pulu əvvəlcədən ona vermişdir. Bir neçə gündən sonra Bakı şəhərində işlərini yekunlaşdırıb Türkmənistan Respublikasına qayıtmışdır. Bir neçə ay sonra İsaq onunla telefon əlaqəsi saxlayaraq Bəhruzun mənzilin aylıq kirayə haqqını bir neçə aydır vermədiyini, pulu istədikdə isə müxtəlif bəhanələr gətirməsi barədə məlumat vermişdir. O bu barədə Bəhruzla danışdıqda sonuncu ona müəyyən qədər vaxt verməsini və evin aylıq kirayə haqqının yığılmış məbləğini ona çatdıracağına söz vermişdir. 2018-ci ilin yay aylarında dəqiq xatırlamadığı tarixdə İsaq onunla telefon əlaqəsi saxlayaraq almış olduğu mənzilə qaz xətti çəkilməsi üçün işlər aparmaq istəyərkən binanın əməkdaşları tərəfindən bunun mümkün olmamasının bildirilməsini demişdir. İsaqdan bunun səbəbini soruşanda o, mənzilə dair mülkiyyət hüququnun tanınması ilə bağlı mənzili aldığı Bəhruz və digər bir nəfər şəxs arasında məhkəmə mübahisəsinin olması və buna görə də mübahisə həllini tapmadan qaz xəttinin çəkilməsinin mümkün olmadığını izah etmişdir. Bundan sonra məcbur qalıb bir neçə gün sonra Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəldikdən sonra Bəhruzla görüşərkən sonuncu mənzilin ondan (Təqsirləndirilən şəxs) əvvəl "xxxx" MMC tərəfindən digər bir nəfər şəxsə satılmasını və mənzilə dair mülkiyyət hüququnun tanınması ilə bağlı məhkəmə mübahisəsi nəticəsində uduzmasını və evə dair mülkiyyət hüququnun mənzili ilk olaraq "xxxx" MMC-dən almış şəxsin lehinə tanınması barədə məlumat vermişdir. Bəhruzdan hansı səbəbdən ona bu barədə məlumat verməməsinin səbəbini soruşanda Bəhruz məhkəmə mübahisəsinin lehinə başa çatacağına ümid etdiyinə görə ona məlumat verməyə lüzum olmadığını bildirmişdir. Bəhruzdan pulunu geri qaytarmasını tələb etdikdə isə Bəhruz mənzildən yalnız özünün və ailə üzvlərinin çıxarılacağını və onun isə mənzildə yaşamağına hər hansı bir problem olmayacağına arxayın etmişdir. Hətta Bəhruzun valideynləri də onu mənzillə bağlı hər hansı bir problem olacağı təqdirdə pulunu geri qaytarmağa söz vermişlər. 2018-ci ilin yay aylarında artıq Bəhruz ailə üzvləri ilə birlikdə mənzili birdəfəlik tərk etmişdir. Həmin vaxt Bəhruz mənzilin açarlarını ona təqdim etmişdir. Sonrakı müddətdə həmin mənzildə ara-sıra fasilələrlə yaxın qohumları bir neçə gün ərzində qalmışlar. Hətta bir neçə ay ərzində binanın komendantı olaraq tanıdığı Rüfət adlı şəxs də mənzildə kirayə yaşamışdır. Bir neçə gün sonra o, yenidən Türkmənistan Respublikasına qayıtmışdır. 2019-cu ilin yay aylarında yenidən Bakı şəhərinə qayıtmışdır. Həmin vaxt Bəhruzla görüşüb mənzilə görə ödəmiş olduğu 71.500 manat məbləğində pulu qaytarmasını tələb etmişdir. Bəhruz isə ona müxtəlif ev, torpaq sahəsi və digər variantlar təklif etsə də onun təklifi ilə razılaşmayaraq yalnız vermiş olduğu pulu qaytarmasını tələb etmişdir. Bəhruz isə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayındığına görə artıq Bəhruzun onu aldadaraq pulunu ələ keçirməsi barədə polis orqanına müraciət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 2347/48-də yerləşən binanın 1-ci giriş, 13-cü mərtəbəsində, ümumi sahəsi 67,7 kvadrat metr olan 1 otaqlı 96 nömrəli mənzilin ona satılması ilə bağlı aralarında danışıqlar aparılmamışdan əvvəl və ya alqı-satqı ilə bağlı razılaşma əldə etdikdən sonrakı müddətdə mənzilin ona satılmamışdan əvvəl "xxxx" MMC tərəfindən digər bir nəfər şəxsə satılması və həmin mənzilə dair xüsusi mülkiyyət hüququnun ilkin alıcının xeyrinə tanınması, ümumiyyətlə mənzilə mülkiyyət hüququ ilə bağlı hər hansı bir şəxsin iddiası olması, mənzillə bağlı məhkəmə mübahisələrinin olması barədə hər hansı bir məlumat verməmişdir.
7. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, 1988-ci ildən etibarən ailəsi ilə birgə Türkmənistan Respublikasında yaşayaraq orada işləmiş, 2016-cı il tarixdə Azərbaycan Respublikasına gəlib yaşamaq üçün ev almaq qərarına gəlmiş, buna görə də satışda olan müxtəlif evlərə baxıb maraqlanmışdır. Həmin dövrdə Rüfət adlı maklerlə tanış olmuş, sonuncu əvvəlcə ona bir neçə ev göstərmiş, sonradan Xalqlar Dostluğu metrostansiyası yaxınlığında yerləşən təzə tikilmiş binalardan birində Bəhruz adlı şəxsin 13-cü mərtəbədə 67 kvadrat metrlik evini satdığını bildirmiş, o da həmin evə gedib orada Bəhruz və arvadı ilə birgə evin qiyməti barədə danışıqlar aparmış, bu zaman Rüfət onu binanın həyətində gözləmiş, özünü hər hansı başqa şəxs kimi təqdim etməmişdir. Təqsirləndirilən şəxs danışıqlar zamanı evi 73.000 manata təklif etmiş, lakin sonda 71.500 manata razılaşmaqla sonuncunun arvadının yanında 2.000 manat pulu beh kimi vermiş, 2-3 gün sonra İsaqla birlikdə Bəhruzun yanına gedib ona 40.000 manat verib qalıq pulu da verəcəyini bildirmişdir. Onlar pulun ödənilməsini notarial qaydada rəsmiləşdirmək məqsədilə notariusa getmiş, lakin notariusda onlara hər hansı sənəd verməyin mümkün olmadığı bildirilmiş, bu səbəbdən özləri ödənişlərlə bağlı kağıza müvafiq qeydlər aparmaqla imzalamış, habelə hər biri sənədin bir nüsxəsini özündə saxlamışdır. Bundan sonra Bəhruz evi ona kirayə verməsini təklif etdikdə o həmin təkliflə razılaşmış, sonuncu ona 2 aylıq kirayə pulu, yəni 500 manatı birdəfəlik vermiş, lakin bir neçə ay sonra Bəhruz ona zəng edib evin başqa şəxsə məxsus olmaqla məhkəmə prosesində uduzduğunu, bu səbəbdən evi təhvil verib çıxmalı olduğunu, lakin ona heç kimin heç nə etməyəcəyini bildirmişdir. 2018-ci il tarixdə bacanağı və İsaq evə qaz çəkdirmək istədikdə işçilər icazə verməmiş, yalnız bundan sonra o, evin başqasının mülkiyyətində olduğunu öyrənmiş, açarı aparıb qaytarmış, lakin Bəhruzun atası evin onun (Zərərçəkmiş şəxs) olmasını, evin pulunu ona qaytaracaqlarını bildirmişlər. O, Bəhruza evin pulunu tam şəkildə ödəmiş, sonuncu kağıza ödənişi təsdiq edən müvafiq qeyd aparmış, alqı-satqı zamanı evin başqa şəxsə məxsus olmasını bilməmişdir.
8. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, Xanağa ilə birlikdə müxtəlif yerlərdə, o cümlədən Xətai rayonu ərazisində evlərə baxsa da, qiymətlərdə satıcılarla razılığa gəlməmişdir. Belə ki, o, Xanağa ilə birlikdə binanın 10cu mərtəbəsindəki evə gedib baxmış, lakin bəyənməmiş, habelə başqa evlər təklif edilməsinə baxmayaraq qiymətdə razılığa gəlməmişdir. Binanın həyətində özünü binanın komendantı kimi təqdim etmiş Rüfət adlı şəxs onları görüb nəyə görə burada olduqlarını soruşduqda o, ev almaq üçün bura gəldiklərini bildirmiş, Rüfət də onlara həmin binanın 13cü mərtəbəsində ev satıldığını deyib ünvanı göstərmiş, lakin onlarla birlikdə evə baxmağa gəlməmişdir. Rüfətin Bəhruzla hər hansı tanışlığı olmamış, evin alqı-satqısı proseslərində iştirak etməmişdir. Bəhruz evi ilkin olaraq 73.000 manata təklif etsə də, sonradan 71.500 manata razılaşmış, həmin gün üzərindəki 2.000 manat pulu beh kimi Bəhruzun arvadının yanında verib qalan pulu da ayrı-ayrı vaxtlarda ödəmiş, maklerə xidmət haqqı olaraq 500 manat pul vermiş, sonuncu Bəhruza beh verdikdən sonra onlardan uzaqlaşmış, bir daha görüşməmişlər. Şahid1 onun qohumu və dostu olmuşdur. O, evin başqasının mülkiyyətində olmasından 2018-ci ildə xəbərdar olmuşdur. O, Rüfəti tanımamış, Bəhruz müvafiq sənədləri onlara komendat Rüfətin verəcəyini bildirmişdir. O, Bəhruzdan evin hər hansı problemi olub-olmadığını soruşduqda sonuncu evi ona atasının aldığını və heç bir problemi olmadığını bildirmiş, habelə evlə bağlı heç bir rəsmi sənəd olmamışdır.
9. Məhkəmədə Zərərçəkmiş şəxs nümayəndəsi qismində tanınmış X19 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tərəfindən Lənkəran rayonunda yerləşən ev onların adına sənədləşdirilərək atasına dəymiş ziyan tamamilə ödənilməklə sonuncu ilə barışıq əldə edilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir maddi və ya mənəvi iddiası, tələbi və şikayətləri yoxdur.
10. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və Zərərçəkmiş şəxs ifadəsi ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində özünə aid hissələri təsdiq edərək əlavə olaraq göstərdi ki, Zərərçəkmiş şəxs həmkəndlisi olmaqla yanaşı, həyat yoldaşı tərəfdən qohumudur. O, 1988-ci ildən etibarən ailə üzvləri ilə birlikdə Türkmənistan Respublikasına getmiş və orada daimi yaşamağa başlamışdır. Buna baxmayaraq İbarətlə mütəmadi əlaqə saxlamış, sonuncunun Azərbaycan Respublikasında olan vacib işlərini və xahişlərini özü həll etmişdir. Xətai rayonu, Telnov küçəsi 2347/48 saylı ünvanda yerləşən evin aylıq kirayə haqqlarının alınması üçün Bəhruzla danışarkən sonuncu İbarətlə danışdıqdan sonra mənzilin aylıq kirayə məbləğinin bir neçə ayını birlikdə ödəyəcəyini bildirmişdir. Bir müddət sonra Bəhruzla əlaqə saxladıqda o, yenidən eyni bəhanəni gətirmişdir. Artıq Bəhruz kirayə haqlarını vermədiyinə görə bu barədə İbarətə məlumat vermişdir. İbarət də özü Bəhruzla danışacağını bildirsə də sonradan bir qərara gəlməmişdir. 2018-ci ilin yay aylarında dəqiq xatırlamadığı tarixdə mənzilə qaz xətti çəkilməsi üçün işlər aparmaq istəyərkən binanın əməkdaşları bunun mümkün olmadığını bildirmiş, səbəbini soruşanda həmin şəxslər mənzilə dair mülkiyyət hüququnun tanınması ilə bağlı Bəhruz və mənzili daha öncədən alan digər bir nəfər şəxs arasında məhkəmə mübahisəsinin olması və buna görə də mübahisənin həllini tapmadan qaz xəttinin çəkilməsinin mümkün olmadığını izah etmişlər. Bundan sonra İbarətlə telefon əlaqəsi saxlayıb bu barədə ona məlumat vermişdir. Bir neçə gün sonra İbarət Bakı şəhərinə gəlmiş, sonuncu ilə birlikdə Bəhruzla görüşərkən Bəhruz mənzilin ondan əvvəl MTK tərəfindən digər bir nəfər şəxsə satılmasını və mənzilə dair mülkiyyət hüququnun tanınması ilə bağlı məhkəmə mübahisəsi nəticəsində uduzmasını və evə dair mülkiyyət hüququnun mənzili ilk olaraq MTK-dan alınmış şəxsin lehinə tanınması barədə məlumat vermişdir. İbarət Bəhruzdan hansı səbəbdən bu barədə vaxtında və mənzil alınarkən ona məlumat verməməsinin səbəbini soruşanda Bəhruz məhkəmə mübahisəsinin lehinə başa çatacağına ümid etdiyinə görə ona məlumat verməyə lüzum olmadığını bildirmişdir. İbarət Bəhruzdan pulunu geri qaytarmasını tələb etdikdə o, mənzildən yalnız özünün və ailə üzvlərinin çıxarılacağını və İbarətin mənzildə yaşamağına hər hansı problem olmayacağına dair arxayın etmişdir. 2018-ci ilin yay aylarında artıq Bəhruz ailə üzvləri ilə birlikdə mənzili birdəfəlik tərk etmişdir. Həmin vaxt Bəhruz mənzilin açarlarını İbarətə təqdim etmişdir. Sonrakı müddətdə həmin mənzildə ara-sıra fasilələrlə İbarətin yaxın qohumları bir neçə gün ərzində qalmışlar. Hətta bir neçə ay ərzində binanın komendantı olaraq tanıdığı Rüfət adlı şəxs də mənzildə kirayə yaşamışdır. İbarət də yenidən Türkmənistan Respublikasına qayıtmışdır. 2023-cü ilin sentyabr ayında İbarət yenidən Bakı şəhərinə qayıtmışdır. Həmin vaxt İbarət onunla birlikdə Bəhruzla görüşüb mənzilə görə ödəmiş olduğu 71.500 manat məbləğində pulu tələb etmişdir. Bəhruz isə İbarətə müxtəlif ev, torpaq sahəsi və digər variantlar təklif etsə də, İbarət onun təklifi ilə razılaşmayaraq yalnız vermiş olduğu pulu qaytarmasını tələb etmişdir. Bəhruz isə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. X23 aldadaraq pulunu ələ keçirməsi barədə polis orqanına müraciət etmişdir.
11. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2012-ci ildən etibarən "xxxx" MMC-də texniki təhlükəsizlik üzrə rəis vəzifəsində işləmişdir. 2016-cı ilin sonlarında öz ərizəsi ilə işdən azad olunmuşdur. "xxxx" MMC tərəfindən 2006-cı ildə ünvan 3 ünvanda 16 mərtəbəli 3 bloklu və 354 mənzildən ibarət yaşayış kompleksi inşa olunmağa başlamışdır. Həmin yaşayış kompleksinin tikintisi 2009-cu ildə tam olaraq başa çatmış və mənzil sahiblərinin istifadəsinə verilmişdir. 2012-ci ildən etibarən "xxxx" MMC-də işə başladığı vaxtlarda ünvan 3 ünvanda yerləşən 1 otaqdan 2 otağa düzəlmə olan 96 nömrəli mənzildə Təqsirləndirilən şəxs öz ailə üzvləri ilə birlikdə yaşamışdır. MMC-də işə başladığı vaxtlarda həmin mənzildə Təqsirləndirilən şəxs öz ailə üzvləri ilə birlikdə yaşamasını görmüşdür. 2015-ci ilin sonlarında Bəhruz ona müraciət edərək yaşadığı mənzili satıb fərdi yaşayış evinə köçmək niyyətində olması barədə məlumat vermişdir. O da Bəhruza mənzillə bağlı müştəri olacağı təqdirdə ona məlumat verəcəyini bildirmişdir. Sonrakı müddətdə həmin mənzili almaq üçün təxminən 10 nəfər müştəri gəlsə də, Bəhruzla aralarında razılaşma olmadığına görə Bəhruz mənzili satmamışdır. Bu razılaşma mənzilin qiyməti ilə tərəflər arasında razılaşmanın olmaması ilə bağlı olmuşdur. 2016-cı ilin fevral ayında Bəhruz onunla telefon əlaqəsi saxlayaraq mənzili almaq istəyən bir nəfər şəxslə danışıb razılaşmasını bildirib sənədləşdirmə işlərinə başlamaq üçün onu yaşadığı mənzilə dəvət etmişdir. Bəhruzun yaşadığı mənzilə gəldikdən sonra o, bir nəfər milliyyətcə azərbaycanlı, Türkmənistan Respublikası vətəndaşı olan şəxslə mənzilin alqı-satqısı ilə bağlı 71.500 manat məbləğində pula danışıb razılaşması barədə ona məlumat vermişdir. Həmçinin, Bəhruz artıq "xxxx" MMC-nin təsisçisi olan Azad adlı şəxslə mənzilin satılması ilə bağlı danışmasını və mənzilin alqı-satqısının sənədləşdirilməsindən sonra Azada 5.000 manat məbləğində pul verəcəyini demişdir. O da Bəhruza xeyir-dua verib mənzili almaq istəyən şəxsin şəxsiyyət vəsiqəsini tələb etmişdir. Bəhruz da həmin günü axşam saatlarında mənzilə dair beh məbləği alacağını və mənzili almaq istəyən şəxsin də görüşə gələrkən şəxsiyyət vəsiqəsini özü ilə gətirəcəyini bildirmişdir. Həmin günü axşam saatlarında Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən “Turan” klinikasının yanında Bəhruz və mənzili almaq istəyən adını sonradan bildiyi İbarət və onun qohumu olan İsaq adlı şəxslə görüşmüşlər. İbarət və İsaq adlı şəxsləri ilk dəfə həmin vaxt görmüşdür. Görüş zamanı İbarət adlı şəxs mənzili alması üçün razılaşdıqları məbləğin 2.000 manatını beh olaraq Bəhruza vermişdir. Bəhruz da pulu sayıb qəbul etmişdir. Daha sonra İbarət sənədləşdirmə işlərini aparması üçün şəxsiyyət vəsiqəsinin kserosurətini ona təqdim etmişdir. Həmin vaxt İbarət tərəfindən Bəhruza 2.000 manat məbləğində pulun verilməsi ilə bağlı hər hansı bir sənədləşdirilmə aparılmamışdır. Bundan sonra İbarət və İsaqla görüşüb onlardan ayrılmışlar. Bəhruz və İbarət mənzilin alqı-satqısı ilə bağlı aralarında olan razılaşmanın şərtləri, pul məbləğinin ödənilməsi qaydaları barədə ona hər hansı bir məlumat verməmişlər. O, yalnız Bəhruzun deməsindən mənzilin 71.500 manat məbləğində pula satılacağından məlumatlı olmuşdur. Həmçinin Azad da ona Bəhruzla aralarında olan danışıqlar və razılaşmanın şərtləri barədə əlavə hər hansı bir məlumat verməmişdir. Bəhruz aldığı 2.000 manat məbləğində puldan ona hər hansı bir məbləğdə pul verməmişdir. İbarətin şəxsiyyət vəsiqəsinin kserosurətini isə müvafiq sənədləşdirmə işlərinin aparılması üçün MMC-nin ofisinə təqdim etmişdir. 2016-cı ilin may ayının dəqiq xatırlamadığı tarixində Bəhruz onunla əlaqə saxlayaraq mənzilin satılması ilə bağlı İbarətlə aralarında olan danışığa əsasən razılaşdıqları 71.500 manat məbləğində pulu ona tam olaraq ödəməsini bildirmişdir. Daha sonra Bəhruz bu barədə Azada məlumat verməsini deyərək mənzilin İbarətə satılması ilə bağlı müqavilənin hazırlanmasını xahiş etmişdir. O bu barədə Azad müəllimə məlumat verdikdə sonuncu alqı-satqı işlərinin sənədləşdirilməsi və mənzilin İbarətin adına keçməsi ilə bağlı müqavilənin hazırlanması üçün Bəhruzun 5.000 manat məbləğində pul verəcəyini deyərək həmin məbləğdə pulu ondan almağını tapşırmışdır. Bundan sonra Azad İbarətin adına olan müqaviləni hazırlatdırıb ona vermişdir. O, Bəhruzun yaşadığı mənzilə gedib müqaviləni ona təqdim etmişdir. Bəhruz müqaviləni görüb ona 5.000 manat məbləğində pul vermişdir. O, Bəhruzdan 5.000 manat məbləğində pulu qəbul edib Azada vermişdir. Azad 5.000 manat məbləğində puldan ona hər hansı bir məbləğdə pul verməmişdir. Bundan sonra mənzilə dair Zərərçəkmiş şəxs adına müqavilə sənədləşdirilmişdir. Həmin müqaviləni özü İbarətə təqdim etmişdir. Sonrakı müddətdə Bəhruz yenə də həmin mənzildə yaşamağa başlamışdır. Bəhruzun deməsinə görə o, İbarətlə mənzildə aylıq 250 manata kirayə yaşamağa razılaşmışdır. Həmin ilin avqust ayında Azad və MMC-nin həmin ərəfələrdə direktoru olan Şahid6 Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunan cinayət işi üzrə "xxxx" MMC-nin qanunsuz əməlləri ilə bağlı həbs olunmuşlar. Təxminən 5-6 aydan sonra Bəhruz mənzildən çıxmışdır. Həmin ərəfələrdə yaşamağa evi olmadığından İbarətin qohumu olan İsaq adlı şəxslə danışıb həmin mənzildə aylıq 350 manata kirayə qalmağa razılaşmışdır. Təxminən 1 il müddətində həmin mənzildə kirayə yaşamışdır. 2018-ci ilin sonlarında həmin mənzildən kirayədən çıxmışdır. Bir neçə aydan sonra təxminən 4 nəfər qadın MMC-nin yerləşdiyi ofisə gəlib Bəhruzun İbarətə satdığı mənzilə dair ilkin sənədləri təqdim edərək həmin mənzilin ilkin mülkiyyətçisinin onlar olmasını iddia etmişlər. Sənədləri nəzərdən keçirdikdə həqiqətən də adını xatırlamadığı bir nəfər şəxslə "xxxx" MMC-nin əvvəlki adı olan "xxxx" MMC arasında müqavilənin bağlanmasını və adına maliyyə arayışının olmasını görmüşdür. Həmçinin həmin qadınlar mənzilə dair Bəhruzla aralarında olan məhkəmə araşdırmalarına dair yekun qərarların surətlərini vermişlər. Bundan sonra bu barədə İbarətin Bakı şəhərində olan İsaq adlı qohumuna məlumat vermişdir. İsaq MMC-nin yerləşdiyi ofisə gəldikdə həmin qadınlar bütün sənədləri İsaqa göstərmiş və vəziyyəti ona izah etmişlər. İsaq da sənədləri nəzərdən keçirdikdən sonra həqiqətən də qadınların haqlı olduqlarını görmüşdür. Buna görə İsaq özü bu barədə İbarətə məlumat vermişdir. Həmin vaxt o, Bəhruzun artıq mənzilə dair ilkin mülkiyyətçinin hüquqları tanındıqdan sonra mənzili tez bir zamanda satmaq məqsədilə İbarətə satmaqla onun pulunu ələ keçirməsini anlamışdır. Lakin Bəhruz mənzilin İbarətə satılması prosesində mənzilə dair ilkin mülkiyyətçi ilə aralarında məhkəmə araşdırmalarının aparılması barədə ona hər hansı məlumat verməmişdir. Təqsirləndirilən şəxs mənzili Zərərçəkmiş şəxs satmaq barədə razılaşmamışdan əvvəl mənzilin özünə məxsus olmasını bildirmişdir. Həmin mənzilə dair Təqsirləndirilən şəxs ilə mənzili ilkin olaraq alan şəxs arasında rəsmi qaydada məhkəmə mübahisələrinin olmasından tamamilə məlumatsız olmuşdur. Qeyd olunan halı yalnız 2018-ci ilin sonlarında 4 nəfər qadın MMC-nin yerləşdiyi ofisə gəlib Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs satdığı mənzilə dair ilkin sənədləri və Təqsirləndirilən şəxsla ilkin alıcı arasında olan məhkəmə araşdırmalarına dair yekun qərarların surətlərini təqdim etdikdən sonra bilmişdir. Çünki o özü də təxminən 1 il müddətində həmin mənzildə kirayə qaldığı ərəfədə Zərərçəkmiş şəxs və mənzili ilkin olaraq alan şəxsin qohumları tərəfindən mənzillə bağlı ona hər hansı narahatlıq olmamışdır.
12. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2005-ci ildən 2018-ci ilədək Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsində yerləşən ofisi icarəyə götürərək həmin ofisdə fərdi qaydada ev alqı-satqısında vasitəçiliklə məşğul olmuşdur. Təqsirləndirilən şəxs 2016cı ilin əvvəllərindən etibarən həmin ərəfələrdə onunla birlikdə işləyən tanışı İntiqamın vasitəsilə tanımışdır. Belə ki, Bəhruz 2016-cı ilin fevral ayının əvəllərində işlədiyi ofisə gələrək yaşadığı ünvan 3 ünvanda yerləşən hündürmərtəbəli binadakı 1 otaqlı mənzili satmaq üçün artıq bir nəfər şəxslə behləşməsini və evin satışından alacağı pulla Bakı ətrafı qəsəbələrdə torpaq sahəsi alıb orada fərdi yaşayış evi tikmək istədiyini və bu məqsədlə torpaq sahəsi tapmaqda ona köməklik göstərməyini xahiş etmişdir. O da Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində öz adına 10 sot torpaq sahəsi olmasını bildirib həmin torpaq sahəsinin 5 sotunu ona sata biləcəyini demişdir. Bəhruz onunla razılaşmış və evin satışını həyata keçirdikdən sonra alacağı pulla təklif etdiyi torpaq sahəsinin 5 sotunu alacağını bildirmişdir. Bundan sonra Bəhruz ona hər hansı bir ödəniş etmədən ofisdən getmişdir. Təxminən 5-10 gün sonra Bəhruz onunla telefon əlaqəsi saxlayaraq evi almaq istəyən şəxslərlə işlədiyi ofisə gəlmək istədiyini bildirmişdir. Bir neçə dəqiqə sonra işlədiyi ofisdə Bəhruzla görüşmüşlər. Həmin vaxt ofisdə işçisi Fidan adlı qadın da olmuşdur. Bəhruz isə yanında olan əvvəllər tanımadığı və görmədiyi, 2 nəfər orta yaşlı şəxslə birlikdə ofisə gəlmişlər. Ofisdə olarkən Bəhruz ona həmin şəxslərin yaşadığı mənzili almaq üçün gəlmiş şəxslər olduqlarını bildirmişdir. Bundan sonra Bəhruzun yanında olan 2 nəfər şəxs mənzilin alqı-satqısı ilə bağlı razılaşdırılmış məbləğin 40.000 manatını Bəhruza vermişlər. Bəhruz da pulu sayıb qəbul etmişdir. Bununla bağlı Bəhruz ağ vərəqdə öz xətti ilə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 2347/48-də yerləşən 96 nömrəli mənzili satması, mənzilin razılaşdırılmış məbləği, pulun razılaşdırılmış ümumi məbləği, hər dəfəsində hansı məbləğdə pulun veriləcəyi ilə bağlı qeydlər aparmışdır. Bəhruz yazdığı qeydlərin sonunda öz xətti ilə imza etmişdir. Həmin vərəqin aşağı alt tərəfində isə mənzili alan şəxs də öz xətti ilə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 2347/48-də yerləşən 96 nömrəli mənzili alması, mənzilə görə razılaşdırılmış ümumi məbləği, 2.000 manat məbləğində beh və 40.000 manat məbləğində ilkin ödəniş etməyi, pulu ödəyəcəyi müddət və məbləğlər barədə qeydlər aparmışdır. Həmin vərəqənin sonunda yazılan qeydlərin altında o, işçisi Fidan öz xəttləri ilə imza etmişər. Bundan sonra Bəhruzla görüşüb ayrılmışlar. Təxminən 1 ildən sonra Bəhruz onunla görüşüb mənzilin satışından əldə etdiyi puldan Türkan qəsəbəsində özünə məxsus olan 10 sot torpaq sahəsindən təklif etdiyi 5 sotunu almaq istədiyini bildirmişdir. Bəhruzla birlikdə həmin torpaq sahəsinə baxdıqdan sonra Bəhruz torpaq sahəsini bəyəndiyini və 10 sot torpaq sahəsinin 5 sotunu almaq istədiyini demişdir. O da Bəhruzla razılaşmışdır. Bəhruzla torpaq sahəsinin 1 sotunu 2.000 manata razılaşmışlar. Bəhruz adına çoxsaylı şəxslərə rəsmi qeydiyyatda olan borcunun olmasına görə torpaq sahəsini atasının adına sənədləşdirməyini xahiş etmişdir. Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən “Asan” xidmət mərkəzində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 48 saylı torpaq sahəsinin 10 sotundan 5 sotunu Bəhruzun atası Mansurun adına sənədləşdirmişlər. Bunun müqabilində Bəhruz ona cəmi 10.000 manat məbləğində pul vermiş, o da 10.000 manat məbləğində pulu qəbul etmişdir. Bundan başqa, Bəhruzla aralarında sonradan problem yaranmaması üçün ağ vərəqədə torpaq sahəsinin ünvanını, razılaşdırılmış torpaq sahəsinin sotunu və aralarında başqa alış-verişlərinin olmaması barədə qeydlər aparmışdır. O, yazdığı qeydlərin sonunda öz xətti ilə imza etmişdir. Həmin vərəqin aşağı alt tərəfində də Bəhruz öz xətti ilə torpaq sahəsinin ünvanını, razılaşdıqları torpaq sahəsinin sotunu və aralarında başqa alış-verişlərinin olmaması barədə yazılar yazmış və sonda öz xətti ilə imza etmişdir. Sonrakı müddət ərzində Bəhruzla arasında hər hansı ünsiyyət və əlaqə olmamışdır. Qeyd etdiyi torpaq sahəsindən başqa Bəhruzla aralarında hər hansı bir alqı-satqı və ya alış-veriş olmamışdır. Hal-hazırda da Bəhruzla birbirlərinə hər hansı bir borc məbləği ilə bağlı narazılıqları olmamışdır. Təqsirləndirilən şəxs anket məlumatlarını sonradan bildiyi Zərərçəkmiş şəxs satdığı ünvan 3 ünvanda yerləşən binadakı 1 otaqdan 2 otağa düzəlmə 67 kvadratdan ibarət 96 nömrəli mənzilin özünə və ya digər şəxsə məxsus olması barədə ona hər hansı bir məlumat verməmiş və bununla bağlı ona hər hansı bir sənəd təqdim etməmişdir. Bəhruz özü də həmin mənzilin satılması ilə bağlı ona əvvəlcədən müraciət etməmişdir. Alıcı Zərərçəkmiş şəxs Bəhruz özü onun iştirakı olmadan tapmışdır. O, ümumiyyətlə həmin mənzillə tanış olmamış və mənzilin vəziyyətindən tamamilə məlumatsız olmuşdur.
13. Verilən suallara cavab olaraq Şahid3 ifadəsinə əlavə edərək göstərdi ki, o, hazırda maşın ehtiyat hissələrinin satışı ilə məşğuldur. O, Bəhruzu hadisədən bir il əvvəl, işçisi – satıcı İntiqam adlı şəxs vasitəsilə tanımışdır. Bəhruz onun yanına gəlib evini satmaq üçün müştəri tapdığını, həmin müştərinin ona 2.000 manat beh verdiyini, aralarındakı müqavilənin isə onun ofisində bağlamalarını xahiş etmiş, o da sonuncu ilə razılaşdıqdan sonra Bəhruz İbarətlə birlikdə onun ofisinə gəlmiş, sonuncu Bəhruza onun yanında 40.000 manat məbləğində pul vermiş, qalıq pulu isə sonra ödəyəcəyini ödəyəcəyini bildirmişdir. O, İbarəti ilk dəfə həmin vaxt, ev almaq üçün yanına (ofisə) gəldikdə görmüşdür. O, hadisədən təxminən bir il sonra Bəhruza torpaq təklif edib 5 sot torpaq vermiş, sonuncu borcu olduğundan torpaq atasının adına rəsmiləşdirilmiş, tələbin olmaması ilə bağlı notarial qaydada təsdiq olunmuş sənəd də əldə etmişdir. Bəhruz ona evini satmaq istədiyini İbarətlə müqavilə bağladıqları gündən uzun müddət əvvəl demiş, habelə ondan evi üçün müştəri tapmasını xahiş etmiş, lakin həmin dövrdə müştəri olmadığından heç kimi evin alqı-satqısına yönləndirə bilməmişdir. Bəhruz evin problemli olmasına dair ona heç nə deməmiş, özünün də bu barədə xəbəri olmamışdır. Bəhruz evini satdıqdan sonra Həzi Aslanovda ev almış, həmin evin alınmasında ona özü köməklik etmiş, bir müddət sonra evi yenidən onun köməyi ilə satmışdır. Evin pulu Bəhruza verilmiş, qalıq 10.000 manat pulu da 5 sot torpaq verməklə əvəzləşdirmişdir. Onun ofisi Bəhruzun evinə yaxın olmamış, o, Bəhruzun mənzili İbarətə verilməsi prosesində iştirak etməmiş, onun rolu yalnız Bəhruza yeni ev tapmaqda köməklik etmək olmuşdur.
14. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, 2013-cü ildən etibarən "xxxx" MMC-də direktor, 2014-cü ilin yay aylarından etibarən isə MMC-də həm təsisçi, həm də direktor olaraq fəaliyyət göstərmişdir. 28 iyun 2016-cı il tarixdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə üzrə aparılmış ibtidai istintaq zamanı podratçı şirkət "xxxx" MTK tərəfindən satış üçün tikilmiş mənzillərin ayrı-ayrı şəxslərə təkrarən satılmasına görə tutulmuşdur. Həmin tarixdən etibarən istintaq təcridxanasında və cəzaçəkmə müəssisəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs 2013-cü ilin yay aylarından etibarən tanımışdır. Belə ki, ondan əvvəl "xxxx" MMC-nin direktoru olmuş X14 Təqsirləndirilən şəxs satdığı mənzillə bağlı 1 nəfər şəxsin də mənzilin ona məxsus olması ilə bağlı iddiasının olmasını bilmişdir. Lakin Təqsirləndirilən şəxs həmin problemin həlli ilə əlaqədar bir neçə dəfə yanında olarkən o həmin problemin həll edilməsinin onun səlahiyyətində olmadığını, problemin həll edilməsini mənzili aldığı Fuad Mirzəyevlə danışıb həll etməli olmasını bildirmişdir. Təqsirləndirilən şəxs danışıqlarından həmin ərəfələrdə yaşadığı və Fuad Mirzəyevdən aldığı mənzilin ondan əvvəl 1 nəfər şəxsə də satılmasını bilmişdir. Həmçinin, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış ibtidai istintaq zamanı da şahid qismində ifadə verərkən X29 Həbibova satdığı mənzilin ondan əvvəl başqa bir nəfər şəxsə də satılmasını müəyyən etmişdir. Sonrakı müddət ərzində Təqsirləndirilən şəxs mənzillə bağlı nə hərəkət etməsindən məlumatı olmamışdır. 2016-cı ilin fevral ayının təxminən əvvəllərində Təqsirləndirilən şəxs ofisə gələrək mənzili satmaq niyyətində olması barədə məlumat vermişdir. Həmçinin, Təqsirləndirilən şəxs ona Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ilə onunla "xxxx" MMC arasında 2012-ci ildə bağlanmış “alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi və ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması barədə qərar qəbul edilməsi, eləcə də "xxxx" MMC tərəfindən mənzili aldığı 28.260 manat məbləğində pulun ona ödənilməsinin məcburi olması barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs ona Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi barədə şifahi məlumat versə də həmin qətnaməni ona təqdim etməmişdir. Təqsirləndirilən şəxs qətnamə ilə mənzilin onun əlindən çıxmasını bildirib mənzili təcili satmaq istədiyini demişdir. Belə ki, Təqsirləndirilən şəxs qətnamə əsasında mənzilin mülkiyyət hüququnun mənzili ilkin almış şəxsə verilməsini bildiyindən MMC-nin təsisçisi olaraq mənzili gələcəkdə alacaq şəxsin adına müqavilə ilə sənədləşdirə bilib-bilməməyini soruşmuşdur. O da Bəhruza mənzilin problemli olmasına görə sənədləşdirməni 15.000 manata həyata keçirəcəyini bildirmişdir. Bəhruz da məcbur qalıb onun təklifi ilə razılaşmış və mənzili satdığı təqdirdə ona 15.000 manat məbləğində pul verəcəyini, qalan məbləğdə pulu isə özünün götürəcəyini demişdir. Bundan sonra Bəhruzla sağollaşıb ayrılmışdır. Bir neçə gün sonra "xxxx" MMC-də texniki təhlükəsizlik üzrə rəis vəzifəsində işləyən Şahid2 deməsindən Bəhruzun mənzili satmaq üçün tanımadığı şəxslə razılığa gəlməsini, hətta mənzilə dair beh almasını öyrənmişdir. Lakin Rüfət ona mənzili alan şəxsin kim olması, mənzilin satışının hansı qiymətə razılaşdırılması və s. hallar barədə məlumat verməmişdir. Bir müddət sonra Şahid2la görüşərkən o, Təqsirləndirilən şəxs mənzili artıq satdığını və razılaşdırılmış pul məbləğini almasını bildirib mənzili alan şəxsin adına müqavilə hazırlanmasını xahiş etmişdir. O, Şahid2 Təqsirləndirilən şəxs mənzili alan şəxsin adına müqavilənin tərtib olunması üçün 15.000 manat məbləğində pul verməli olmasını demişdir. Şahid2 həmin günü Təqsirləndirilən şəxs verdiyi 5.000 manat məbləğində pulu gətirib ona vermişdir. O da pulu sayıb qəbul etmişdir. Təqsirləndirilən şəxs ona verməli olduğu yerdə qalan 10.000 manat məbləğində pulu isə borc müqaviləsi bağlamaqla bir qədər vaxt verməyini xahiş etmişdir. O da həmin dövrdə sürücüsü olan X21 müqavilə bağlamasını tapşırmışdır. Daha sonra Bəhruzun mənzili satdığı adını bilmədiyi şəxsin adına müqavilə hazırlatdırmış və Şahid2 vasitəsilə Bəhruza göndərmişdir. Növbəti gün isə Bəhruz ona verməli olduğu 10.000 manat məbləğində pulla bağlı sürücüsü Vidadi Cəlilovla borc müqaviləsi bağlamışdır. Lakin Bəhruz 1 ay müddət keçsə də 10.000 manat məbləğində pulu ona verməmişdir. Bir neçə gün sonra isə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi ilə əlaqədar saxlanıldığından sonradan baş verənlərdən məlumatı olmamışdır. Mənzili alan şəxsi Təqsirləndirilən şəxs özü tapmışdır. Həmin şəxsin şəxsiyyəti barədə hər hansı bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs mənzili satması ilə əlaqədar mənzili alan şəxsin adına müqavilənin tərtib olunması üçün 5.000 manat məbləğində pul almışdır. 5.000 manat məbləğindən başqa Təqsirləndirilən şəxs ona hər hansı məbləğdə pul verməmişdir.
15. Verilən suallara cavab olaraq Şahid4 ifadəsinə əlavə edərək göstərdi ki, o, 2012-ci il tarixdən "xxxx" MMC-nin təsisçisi və direktoru olmuş, 2013-2014-cü il tarixlərdə Təqsirləndirilən şəxs onun yanına gəlib ailə vəziyyətində problemlər yarandığını, övladının müalicə olunması üçün evini satmaq istədiyini, ev üçün müştərini özünün tapacağını, həmin məsələdə ona köməklik göstərməsini xahiş etmiş, o da müştəri tapıldıqdan sonra direktora tapşırıq verib evin alqı-satqı işini təşkil etmiş, həmin vaxt Bəhruz ona evlə bağlı hər hansı məhkəmə qərarı göstərməmiş, buna görə də onun evin başqa şəxsə məxsus olmasından məlumatı olmamışdır. 21 may 2016-cı il tarixdə Bəhruzun evi satdıqdan sonra ona verdiyi 5.000 manat pulu şirkətin problemlərinə sərf etmişdir. O, 2016-cı ilin iyun ayında həbs edilmiş, Bəhruza evi "xxxx" MMC-nin özündən əvvəlki direktoru Fuad Mirzəyev satmış, sonuncu 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib cəzasını çəkdikdən sonra vəfat etmiş, Bəhruzun evi müştəriyə hansı qiymətə satmasından məlumatı olmamış, Bəhruzun evinin problemli olduğunu bilməmiş, sonuncu özü onun yanına gəlib evi satılmasını istəmiş, sonradan həmin ev barəsində məhkəmə qərarının olmasını bilmişdir. O, binanı təhvil alarkən binada 3 ailə yaşamış, həmin binada qaz, işıq və su olmadığından problemləri çox olmuş, bu səbəbdən bəzi şəxslərin evini satıb işıq, qaz və su çəkdirməklə binanın tam tikilib qurtarmasını təmin etmişdir. O, Bəhruzun deməsinə əsasən onun evinin Fuad Mirzəyev tərəfindən başqa şəxsə satılmasını bilmiş, həmin evlə bağlı qətnamə qəbul edilməsindən xəbəri olmamış, yalnız ev satıldıqdan sonra bu barədə bilmişdir. O, evin problemli olmasını bilmiş, şirkətin möhürü onda olmuş, habelə ev satılmamışdan əvvəl evin “dvaynik” olmasını bilmiş, lakin qətnamədən xəbəri olmamışdır. Evi almış şəxs onun ofisinə gəlməmiş, tərəflər arasında müqavilə şirkətin direktoru Şahid6 tərəfindən hazırlanıb Bəhruzun özünə verilmişdir. Onun barəsində olan cinayət işi üzrə Bəhruz zərərçəkmiş şəxs qismində tanınmamışdır.
16. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və əri Təqsirləndirilən şəxs ifadəsi ilə oxşar məzmunlu ifadə verərək əlavə olaraq göstərdi ki, o, evlə bağlı məhkəmədə gedən proseslərdə iştirak etməsə də, əri Təqsirləndirilən şəxs həmin proseslərdə iştirak etmiş, onun (Şahid5) iş üzrə qəbul edilmiş qətnamədən xəbəri olmuşdur. Özünü binanın komendantı kimi təqdim etmiş Rüfət evin qapısını döyüb İbarət və İsaqın evə baxmağa gəldiyini bildirmiş, evin alqısatqısı ilə bağlı danışıqlarda Rüfət də iştirak etmişdir. Onun evin sonrakı taleyi barədə məlumatı olmamışdır.
17. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, əvvəllər "xxxx" MMC-nin direktoru, Şahid4 da təsisçisi olmuş, barəsində qəbul edilmiş 2017-ci il tarixli hökmlə 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Onun Təqsirləndirilən şəxsla hər hansı əlaqəsi olmamış, sonuncunu, o cümlədən Zərərçəkmiş şəxs tanımamış, Bəhruzla İbarət arasında aparılan ev alqı-satqısında ümumiyyətlə iştirak etməmişdir.
18. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
19. “Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında” və “Cinayət işinin icraata qəbul edilməsi haqqında” qərarlardan görünür ki, 27 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Xətai rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs 21 may 2016-cı il tarixdə ünvan 3 ünvanda yerləşən 96 nömrəli mənzilin MTK tərəfindən başqa şəxslərə satılmasına baxmayaraq Zərərçəkmiş şəxs satacağını vəd edib yaşadığı evdə Zərərçəkmiş şəxsla müqavilə bağlayıb 71.500 manat məbləğində pulunu alıb ələ keçirərək sonuncuya külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə dair toplanmış material əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq ibtidai istintaqın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə (bundan sonra mətndə-Xətai RPİ-nin İŞ) göndərilmiş və həmin cinayət işi 30 noyabr 2023-cü il tarixdə həmin şöbənin müstəntiqi, polis mayoru X24 tərəfindən icraata götürülərək istintaqı davam etdirilmişdir (Cild 1, i. v. 1; 26-27;).
20. Xətai RPİ-nin 34-cü PŞ-yə ünvanlanmış 7 noyabr 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ünvan 5 ünvanında yerləşən Təqsirləndirilən şəxs məxsus mənzili almaq məqsədi ilə sonuncuya 71.500 (yetmiş bir min beş yüz) manat pulu verməsini, bir müddətdən sonra sonuncunun ona satılan mənzili başqa şəxsə də satdığını öyrəndiyindən ondan pulunu geri tələb etdiyini, lakin Bəhruzun müxtəlif bəhanələr gətirməklə pulunu qaytarmadığını qeyd edərək Təqsirləndirilən şəxs müəyyən edilərək pulunun geri qaytarılmasında və sonuncunun cinayət məsuliyyətinə cəlb edilməsində köməklik göstərilməsini xahiş etmişdir (Cild 1, i.v. 5;).
21. “Sənədlərin götürülməsi və baxış keçirilməsi haqqında” 7 noyabr 2023-cü il tarixli protokoldan və müvafiq sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs ünvan 3 ünvanda yerləşən 96 nömrəli mənzilin alınması prosesində ona "xxxx" MMC tərəfindən təqdim edilmiş və adına sənədləşdirilmiş 1 vərəqədən ibarət 21 may 2016-cı il tarixli “Mənzil tikintisi haqqında müqavilə”ni, mənzilin dəyəri olaraq razılaşdırılmış 71.500 manat məbləğində pulun ödənilməsi ilə bağlı "xxxx" MMC tərəfindən verilmiş 1 (bir) vərəqədən ibarət arayışı, Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid5 tərəfindən mənzilin satılmasına görə 71.500 manat məbləğində pulun alınması ilə bağlı öz xətti ilə qeydlər apardığı 1 (bir) vərəqədən ibarət əlyazma vərəqənin surətini, Təqsirləndirilən şəxs ilə arasında mənzilin alqı-satqısı ilə bağlı razılaşdırılmış məbləğin ödənilməsi şərtləri və müxtəlif pul məbləğlərinin alınması ilə bağlı hər ikisinin öz xəttləri ilə qeydlər apardıqları 1 (bir) vərəqədən ibarət əlyazma vərəqənin surətini, Təqsirləndirilən şəxs öz xətti ilə qeydlər apardığı mənzilin razılaşdırılmış qiymətindən həmin tarixədək qalan 8.500 manat məbləğində pulun əvəzində 4.500 manat məbləğində 1996-cı il istehsallı “Mercedes E280” markalı avtomobilin verilməsi ilə bağlı öz xətti ilə qeydlər apardığı 1 (bir) vərəqədən ibarət əlyazma vərəqənin surətini istintaqa təqdim etmiş, həmin sənədlər bu barədə protokol tərtib olunaraq cinayət işi materiallarına əlavə olunmuşdur (Cild 1, i.v. 9-14;).
22. “Sənədin götürülməsi haqqında” 10 noyabr 2023-cü il tarixli protokoldan və kredit müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs və Vidadi Cəlilov arasında 22 may 2016cı il tarixdə 1 vərəqdən ibarət 10.000 manat məbləğində pula münasibətdə notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi bağlanılmışdır (Cild 1, i.v.19-21;).
23. “Sənədlərin götürülməsi və baxış keçirilməsi haqqında” 12 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şahid3 özünə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 48 saylı 10 hektar torpaq sahəsindən 5 hektar torpaq sahəsini Təqsirləndirilən şəxs verməsi ilə bağlı öz xəttləri ilə qeyd apardıqları və imzaları ilə təsdiq etdikləri 3 may 2017-ci il tarixli 1 vərəqdən ibarət əlyazma vərəqinin surətini təqdim etmiş, həmin sənəd bu barədə protokol tərtib olunaraq cinayət işi materiallarına əlavə olunmuşdur (Cild 1, i.v. 24-25;).
24. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 2 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmaqla ona hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v. 29-34;).
25. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 9 dekabr 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (Cild 1, i.v. 52;).
26. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 11 dekabr 2023-cü il tarixli cavabından və müvafiq hökmdən görünür ki, Şahid4 sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 46.2, 66.4 və 66.5-ci maddələrinə əsasən qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 12 (on iki) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur (Cild 1, i.v. 54-56;).
27. “Sənədlərin götürülməsi və baxış keçirilməsi haqqında” 13 dekabr 2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş müvafiq sənəd, qətnamə və qərarlardan görünür ki, Gülnarə Qəmbərova yaxın qohumu Xanlar Abdullayevin hal-hazırda Azərbaycan Respublikasının ərazisində olmamasına görə sonuncunun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347/48-ci məhəllədə yerləşən binanın 1-ci giriş, 13-cü mərtəbəsində, ümumi sahəsi, 67,7 kvadrat metr olan 1 otaqlı 96 saylı mənzillə bağlı "xxxx" MTK ilə Xanlar Abdullayevin atası X9 arasında bağlanmış “kooperativ binada mənzil tikintisi haqqında” 14 yanvar 2007-ci il tarixli müqavilənin 1 vərəqədən ibarət surətini, "xxxx" MMC ilə Xanlar Abdullayevin atası X9 arasında bağlanmış “mənzil tikintisi haqqında” 2 may 2011-ci il tarixli müqavilənin 2 vərəqədən ibarət surətini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 yanvar 2016-cı il tarixli qətnaməsinin 5 vərəqədən ibarət surətini, Ali Məhkəmənin Mülki Kollegiyasının 27 iyul 2017-ci il tarixli qərarının 3 vərəqədən ibarət surətlərini istintaqa təqdim etmiş, həmin sənədlər bu barədə protokol tərtib olunaraq cinayət işi materiallarına əlavə olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 yanvar 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı X6 cavabdehlər "xxxx" MMC-yə, Təqsirləndirilən şəxs və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilərək "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 16 noyabr 2012-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, Təqsirləndirilən şəxs və Şahid5 Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347/48-ci məhəllədə yerləşən binanın 1-ci giriş, 13-cü mərtəbəsində, ümumi sahəsi 67,7 kvadrat metr olan, 1 otaqlı 96 saylı mənzildən çıxarılması və 28.260 (iyirmi səkkiz min iki yüz altmış) manat məbləğində pul vəsaitinin "xxxx" MMC-dən alınaraq Təqsirləndirilən şəxs ödənilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 mart 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 yanvar 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 iyul 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 mart 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v. 76-87; 250-257;).
28. “Axtarışda olan şəxsin tutulması haqqında” 19 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq Xətai RPİ-nin MSY-yə gətirilmişdir (Cild 1, i.v. 127-128;).
29. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 21 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v.159-160;).
30. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 yanvar 2024-cü il tarixli, 4(011)-56/2024 saylı qərarından görünür k, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilməklə dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş və barəsində əvvəli 19 yanvar 2024-cü il tarixdən hesablanmaqla 2 (iki) ay 18 (on səkkiz) gün müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)-75/2024 saylı qərarı ilə Xətai Rayon Məhkəməsinin 21 yanvar 2024cü il tarixli, 4(011)-56/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v. 184-190; 214-219;).
31. “Azərbaycan Rspublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X38 tərəfindən təqdim olunmuş 24 yanvar 2024 və 25 yanvar 2024-cü il tarixli məktublarda göstərilmişdir ki, "xxxx" MMC tərəfindən inşa olunmuş Bakı şəhəri, Lütfi Zadə küçəsi, 2347/48-ci məhəllədə yerləşən hündürmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsindəki 1 otaqdan ibarət 96 nömrəli mənzilin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Habelə qeyd olunan X38n ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs adına dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir (Cild 1, i.v. 227; 235;).
32. Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təqdim edilmiş məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347/48-ci məhəllədə yerləşən binanın 1-ci giriş, 13-cü mərtəbəsində, ümumi sahəsi 67,7 kvadrat metr olan 1 otaqlı 96 saylı mənzilin aldatma yolu ilə "xxxx" MMC-nin təsisçisi X25 tərəfindən 2012-ci ildə Təqsirləndirilən şəxs təkrarən 2-ci dəfə satılması faktı ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq aparılmış, həmin iş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs qismində tanınmış və cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq 3 mart 2014-cü il tarixdə baxılması üçün aidiyyatı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v. 265;).
33. Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2014-cü il tarixli, 1(101)-442/2014 saylı hökmündən görünür ki, X25 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmün təsviri əsaslandırıcı hissəsindən görünür ki, X25 15 sentyabr 2010-cu il tarixdən 7 noyabr 2013-cü il tarixədək "xxxx" MMC-nin təsisçisi olmaqla həmin cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən vəzifəli şəxs kimi cəmiyyətin direktoru X27 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etməklə öz qulluq mövqeyindən istifadə edib özgənin külli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə "xxxx" Mənzil Tikinti Kooperativi ilə bağlanmış 3 may 2006-cı il tarixli podrat müqaviləsinin şərtlərinə əsasən yaşayış binasının tikintisini aparmaqla onu vaxtında və keyfiyyətli, tikinti qaydalarına əməl etməklə başa çatdırmaq, kooperativə qəbul olunmuş payçılarla müqavilələr bağlamaq və s. öhdəlikləri üzrə həmin MTK tərəfindən tikintisi aparılan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 2347/48-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasından əvvəllər alqı-satqı müqavilələri ilə mənzillərin və digər sahələrin ayrı-ayrı şəxslərə satıldığını bildikləri halda, özü və tapşırığına əsasən Akif Bağırovun həmin yaşayış və qeyri-yaşayış sahələrini saxta sənədlər əsasında rəsmiləşdirərək "xxxx" MMC-nin adından yenidən başqa şəxslərə,...o cümlədən 16 noyabr 2012-ci il tarixli saxta müqavilə ilə binanın birinci giriş on üçüncü mərtəbəsində yerləşən ümumi sahəsi 67.7 kvadrat metr olan bir otaqlı mənzili Təqsirləndirilən şəxs 40000 (qırx min) ABŞ dollarına, həmin dövrün məzənnəsi ilə 31200 (otuz bir min iki yüz) manata,...ümumilikdə on səkkiz mənzili və iki qeyri-yaşayış sahəsini on səkkiz nəfərə satıb, onların bir hissəsindən pulu özü, digər hissəsindən isə Akif Bağırov nağd olaraq almaqla özgənin külli miqdarda, yəni ******* manat məbləğində əmlakını vəzifə saxtakarlığı törətməklə qulluq mövqeyindən istifadə edib aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişdir. Beləliklə, hökmlə müəyyən edilmişdir ki, X7baqcadan əlbir olaraq Təqsirləndirilən şəxs etibarından sui-istifadə edərək aldatmış, 2007-ci ildən qeyd edilən mənzilin X3 məxsus olmasını həm Fuad Mirzəyev, həm də Təqsirləndirilən şəxs bilmiş, zərərçəkmiş şəxs qismində tanınmış Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanla bağlı razılığa gəldiklərini, buna görə də Fuad Mirzəyevə qarşı heç bir şikayəti və tələbi olmadığını, Fuada azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə hökmündəki ifadəsində göstərmişdir ki, ...2013-cü ilin mart ayında iki nəfər şəxs mənzilə gələrək özlərini mənzilin sahibi Rəşid Abdullayevin yeznəsi və qızı kimi təqdim edərək mənzilin onlara məxsus olduğunu bildirmişlər...Lakin ofisdə məlum olmuşdur ki, mənzilin sahibi o deyil, Rəşiddir və sonuncu həmin mənzili 2007-ci ilin yanvar ayında aldığını demişdir. (Cild 2, i.v. 3-68;).
34. “Üzləşdirmə” 11 mart 2024-cü il tarixli protokolundan görünür ki, iş üzrə Şahid4 ifadəsində göstərdiyi halları Təqsirləndirilən şəxs ilə üzləşdirmə istintaq hərəkəti zamanı da sonuncunun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs müştəri kimi Zərərçəkmiş şəxs ona "xxxx" MMC-nin rəhbərliyinin tapdığını, Şahid4 isə müştəri kimi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üçün kimin tapmasını bilmədiyini, sonuncular arasındakı alqı-satqı müqaviləsinin onun göstərişi əsasında "xxxx" MMC-nin direktoru Şahid6 bağladığını göstərmişdir (Cild 2, i.v. 69-73;).
35. “Üzləşdirmə” 11 mart 2024-cü il tarixli protokolundan görünür ki, iş üzrə Şahid2 ifadəsində göstərdiyi halları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs mənzilin İbarətə satılması ilə əlaqədar Şahid2 2 dəfə 5.000 manat olmaqla cəmi 10.000 manat məbləğində pul verdiyini, Şahid2 isə mənzili almaq istəyən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tapdığını, özünün Zərərçəkmiş şəxsla əvvəlcədən hər hansı tanışlığı olmadığını, bu barədə Təqsirləndirilən şəxs ona zəng edib məlumat verdiyini, sonuncuların bir-biriləri ilə mənzillə bağlı necə əlaqə saxlamalarından məlumatsız olduğunu göstərmişdir (Cild 1, i.v 74-80;).
36. “Nikah haqqında” AZ-İ№370186, “Doğum haqqında” AZ-İİ№957981 və AZ- İV№153629 nömrəli şəhadətnamələrdən və “Azemis” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Həbibov Təqsirləndirilən şəxs Günay Asif qızı ilə 20 fevral 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 9 dekabr 2009-cu il təvəllüdlü Mədinə Həbibzadə, 8 sentyabr 2012-ci il təvəllüdlü Əminə Həbibzadə və 20 iyul 2018-ci il təvəllüdlü Rauf Həbibzadə adlı üç uşaqları vardır (Cild 1, i.v. 82-84;).
37. “Sübutların qiymətləndirilməsi haqqında” 25 mart 2024-cü il tarixli qərardan görünür ki, əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından Şahid4, Şahid2 və Şahid5 barəsində cinayət təqibinin başlanması rədd edilmiş, eyni zamanda Şahid4 mənzilin yeni alıcının adına müqavilə tərtib edilməklə həmin şəxsin adına sənədləşdirilməsinə dair Təqsirləndirilən şəxs aldadıb sonuncunun deməsi ilə təsdiq olunduğunu əsas götürməklə 15000 manat məbləğində pulunu ələ keçirməsi olaraq nəzərə alındığı halda Şahid4 barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, həmçinin Şahid4 sözügedən mənzilin Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs satılması prosessində hər hansı bir iştirak etməsi müəyyən edilmədiyindən və həmin prosesin "xxxx" MMC-nin təsisçisi olaraq Şahid4 xidməti vəzifələrinin icrasına aidiyyəti olmadığından sonuncu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (Cild 2, i.v.91-118;).
38. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq İ.G.Almazov tərəfindən 4 aprel 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 5 aprel 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 2, i.v.136-161;).
39. Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin edilmişdir (Cild 3;).
40. Zərərçəkmiş şəxs (etibar edən) adından sonuncunun oğlu Ruslan Əhmədov (etibar edilən) tərəfindən verilməklə notarial qaydada təsdiq edilmiş 11 sentyabr 2024-cü il tarixli ərizədə göstərilmişdir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı heç bir maddi, mənəvi iddia, tələbi və şikayəti yoxdur, barışmış və ona dəyən maddi və mənəvi ziyan tamamilə ödənilmişdir (Cild 3;).
Əməlin tövsifi və digər hüquqi məsələlər:
41. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM-in) 3cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
43. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
44. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
45. CM-in 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin məcəllənin 178.3.2-ci maddəsinə görə CM-in 178.1 və 178.2-ci maddələrində nəzərdə tutulmuş dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
46. CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.
47. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
48. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi CM-in 178.3.2-ci maddəsi ilə olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. Ümumiyyətlə, mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd və əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talamanın obyektiv cəhəti mülkiyyət münasibətlərinə qəsdən ibarətdir. Cinayət qanunvericiliyi cinayətin törədilmə üsullarından asılı olaraq, talamanın oğurluq (CM-in 177-ci maddəsi), dələduzluq (CM-in 178-ci maddəsi), soyğunçuluq (CM-in 180-ci maddəsi) və quldurluq (CM-in 181-ci maddəsi) formalarını fərqləndirir. Qanunverici talamanın ayrı-ayrı formalarına görə cinayət məsuliyyətini məhz talamanın üsullarını nəzərə alaraq fərqləndirmişdir. Hansı formada törədilməsindən asılı olmayaraq, talama özgənin əmlakının götürülməsindən və (və ya) özünün, yaxud başqa şəxsin xeyrinə keçirilməsindən ibarətdir. Özgənin əmlakını talama cinayətlərinin əksəriyyəti (yalnız kəsik tərkibli cinayət hesab edilən quldurluq istisna olmaqla) maddi tərkibli cinayət olduğundan, belə cinayətlərin daha bir obyektiv əlaməti ictimai təhlükəli nəticənin-əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Bu tərkiblərdə ziyanın miqdarı əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Talama cinayətləri törədildikdə zərərçəkmiş şəxsə dəymiş başqa ziyan (məsələn, əldən çıxmış fayda) təqsirkarın vurduğu real maddi ziyanın miqdarı müəyyən edilərkən nəzərə alınmır (lakin zərərçəkmiş talama cinayətləri nəticəsində əldən çıxmış fayda formasında maddi ziyanın da əvəzinin ödənilməsi ilə əlaqədar mülki iddia qaydasında tələb irəli sürə bilər).
49. Məhkəmə ilk növbədə vurğulayır ki, dələduzluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir və subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında tamah məqsədilə törədilir. Dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Təqsirkar şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur.
50. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.
51. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ittihamda göstərilən tarixlərdə, vaxtlarda, yerlərdə və qaydada 71500 (yetmiş bir min beş yüz) məbləğində pul vəsaitini məhz Bakı şəhəri, Xətai rayonu, Telnov (köhnə Xocalı, indiki Lütfi Zadə) küçəsi, 2347/48-ci məhəllədə yerləşən binanın 1-ci giriş, 13-cü mərtəbəsində, ümumi sahəsi 67.7 kvadrat metr olan 1 otaqlı 96 saylı mənzilin alqı-satqısı ilə bağlı əldə edərək özünün şəxsi ehtiyaclarına sərf etmişdir. Həmin halı tərəflər mübahisəsiz olaraq qəbul etmişlər.
52. Bundan başqa, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla "xxxx" MTK ilə X9 arasında 14 yanvar 2007-ci il tarixdə “kooperativ binada mənzil tikintisi haqqında” müqavilə və "xxxx" MMC ilə X9 arasında 2 may 2011-ci il tarixdə “mənzil tikintisi haqqında” müqavilə bağlanması müəyyən edilmişdir. Həmçinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 yanvar 2016-cı il tarixli qətnaməsi ilə X1 13 avqust 2014-cü il tarixdə vəfat etməsi, iddiaçı X6 atası R.M.Abdullayevin hüquqi varisi olması, Rəşid Abdullayevin MTK-dan mənzili aldıqdan beş il sonra, yəni 16 noyabr 2012-ci il tarixdə cavabdeh Təqsirləndirilən şəxs ilə cavabdeh "xxxx" MMC arasında “mənzil tikintisi haqqında” müqavilə bağlanması müəyyən edilmişdir. Qeyd edilən qətnamə və Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2014-cü il tarixli 1(101)-42/2014 saylı hökmündən görünür ki, Fuad Mirzəyev Təqsirləndirilən şəxs etibarından sui-istifadə edərək sonuncunu aldatmış və 2007-ci ildən həmin mənzilin məhz X3 məxsus olmasını həm Təqsirləndirilən şəxs, həm də F.Mirzəyev etiraf etmişdir. Həmin qətnamə ilə Təqsirləndirilən şəxs ilə "xxxx" MMC arasında bağlanmış 16 noyabr 2012-ci il tarixli mənzil tikintisi haqqında müqavilə etibarsız hesab edilmiş, o, həyat yoldaşı Şahid5 birlikdə Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347/48-ci məhəllədə yerləşən binanın 1-ci giriş, 13-cü mərtəbəsində ümumi sahəsi 67.7 kvadrat metr olan 1 otaqlı 96 saylı mənzildən çıxarılmalı olmuşdur. Eyni zamanda, Təqsirləndirilən şəxs 2013-cü ilin may ayından X14 CM-in 178.3.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan ibtidai istitnaq zamanı zərərçəkmiş şəxs qismində tanınıb ifadə verərkən mənzilin 1-ci dəfə Rəşid Abdullayevə satıldıqdan sonra 2-ci dəfə ona satılmaqla mənzilin X2 məxsus olmasını bilmiş, bununla bağlı tərəflər arasında dəfələrlə sözlü mübahisələr baş vermiş, qətnamə ilə X6 xüsusi mülkiyyət hüququnun tanınmasından məlumatlı olduğu halda faktiki olaraq öz mülkiyyətində olmayan Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347/48-ci məhəllədə yerləşən binanın 1-ci giriş, 13-cü mərtəbəsində ümumi sahəsi 67.7 kvadrat metr olan 1 otaqlı 96 saylı mənzili özünə məxsus mənzil kimi təqdim etməklə Zərərçəkmiş şəxs 71500 manat məbləğində pula satacağına dair yalan vəd verib sonuncunu aldadaraq onunla razılaşmış və sonradan Zərərçəkmiş şəxs 71500 manat məbləğində pulu hissə-hissə olmaqla almışdır. Başqa sözlə, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 28 yanvar 2016-cı il tarixli qətnaməsinə əsasən "xxxx" MMC ilə arasında bağlanmış 16 noyabr 2012-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edildiyini, həyat yoldaşı Şahid5 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347/48-ci məhəllədə yerləşən binanın 1-ci giriş, 13-cü mərtəbəsində ümumi sahəsi 67.7 kvadrat metr olan 1 otaqlı 96 saylı mənzildən çıxarılmalı olduqlarını və X6 xüsusi mülkiyyət hüququnun tanındığını bildiyi halda faktiki olaraq öz mülkiyyətində olmayan həmin mənzili Zərərçəkmiş şəxs yalandan özünə məxsus kimi təqdim edərək 71500 manat məbləğində pula satacağına dair yalan vəd verib sonuncunu aldararaq həmin məbləğdə pulu hissəhissə Zərərçəkmiş şəxs alıb ələ keçirmişdir.
53. Müdafiə tərəfi təkidlə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347/48-ci məhəllədə yerləşən binanın 1-ci giriş, 13-cü mərtəbəsində ümumi sahəsi 67.7 kvadrat metr olan 1 otaqlı 96 saylı mənzili satarkən mənzilə dair ehtimal olunan mülkiyyət hüququnun olmasını güman edib sonradan Təqsirləndirilən şəxs mənzilə dair xüsusi mülkiyyət hüququnun tanınması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə razılaşmayıb apellyasiya və kassasiya şikayətləri verilməsini, həmçinin məhkəmələrdə mənzilə dair mülki mühakimə icraatı qaydasında mübahisənin davam etdirildiyini, mənzilə dair mülkiyyət hüququnun son nəticədə kimin xeyrinə tanınmasının qeyri-müəyyən olduğunu vurğulamışlar. Halbuki, həmin vaxt Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almasa da Təqsirləndirilən şəxs qətnamə əsasında qət edilmiş faktiki nəticələrdən məlumatlı olmuşdur. Bundan başqa iş materiallarında olan Təqsirləndirilən şəxs ilə zərərçəkmiş Zərərçəkmiş şəxs arasında mənzilin alqı-satqısı ilə bağlı razılaşdırılmış məbləğin ödənilməsi şərtləri və müxtəlif pul məbləğlərinin alınması ilə bağlı hər ikisinin öz xəttləri ilə qeydlər apardıqları əlyazma vərəqələrdən də görünür ki, tərəflər arasında mənzillə bağlı alqı-satqı prosesi artıq 14 fevral 2016-cı il tarixdən başlanmışdır. Bu isə onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347/48-ci məhəllədə yerləşən binanın 1-ci giriş, 13-cü mərtəbəsində ümumi sahəsi 67.7 kvadrat metr olan 1 otaqlı 96 saylı mənzilə dair ehtimal olunan xüsusi mülkiyyət hüququnun bərpası üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 yanvar 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verməmişdən əvvəl (iş materiallarına əsasən apellyasiya şikayəti 18 mart 2016-ci il tarixdə verilib) artıq Zərərçəkmiş şəxs ilə mənzilin alqı-satqısı ilə bağlı danışıqlar aparmış və mənzilə dair razılaşdıqları ilkin beh məbləği və ilkin ödənişi almışdır. Başqa sözlə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldadıb əmlakını ələ keçirməkdən ibarət cinayətkar niyyətini artıq həyata keçirməyə başladıqdan sonra öz əməlini “pərdələməyə” çalışaraq mənzilə dair guya pozulmuş mülkiyyət hüququnun bərpası üçün ehtimal olunan nəticələri demək olar ki artıq məlum olan formal xarakterli apellyasiya şikayəti vermişdir. Eyni zamanda qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2014-cü il tarixli, 1(101)-442/2014 saylı hökmündən görünür ki, X14 CM-in 178.3.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair olan cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində 2013-cü ilin mart ayında iki nəfər şəxsin mənzilə gələrək özlərini mənzilin sahibi Rəşid Abdullayevin yeznəsi və qızı kimi təqdim edərək mənzilin onlara məxsus olduğunu bildirmələrini, bu barədə Fuad Mirzəyevlə görüşərək məsələni danışdıqda sonuncunun ona narahat olmamağı, mənzilin sahibinin özü olduğunu deməsi, lakin ofisdə mənzilin sahibinin həqiqətən də Rəşid Abdullayev olmasını və sonuncunun mənzili 2007-ci ildə yanvar ayında almasını müəyyən etməsini, bu haqda Fuad Mirzəyevə zəng vurub məlumat verdikdə Fuad Mirzəyevin həqiqətən də mənzilin sahibinin Rəşid Abdullayev olduğunu deməsini, X34 Abdullayevlə danışıb onu razılığa gətirəcəyini, onun da mənzildə yaşayacağına dair arxayınçılıq verməsini və Fuad Mirzəyevə inandığı üçün başqa söz demədiyini bildirmişdir. Beləliklə, məhkəmə istintaqı ilə müəyyən edildi ki, Zərərçəkmiş şəxs 71500 manat nağd pulu Təqsirləndirilən şəxs yalan vədlərinin təsiri altında Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347/48-ci məhəllədə yerləşən binanın 1-ci giriş, 13cü mərtəbəsində ümumi sahəsi 67.7 kvadrat metr olan 1 otaqlı 96 saylı mənzili almaq üçün könüllü surətdə ona vermiş və sonuncunun niyyəti həmin pulu ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə yönəlmişdir. Başqa sözlə, məhkəmə istintaqı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Telnov (köhnə Xocalı, indiki Lütfi Zadə) küçəsi, 2347/48-ci məhəllədə yerləşən binanın 1-ci giriş, 13-cü mərtəbəsində, ümumi sahəsi 67,7 kvadrat metr olan 1 otaqlı 96 saylı mənzilin başqa şəxsin xüsusi mülkiyyətində olmasını təsdiq edən məhkəmə qətnaməsi qəbul edildikdən (28 yanvar 2016) çox qısa müddət ərzində (14 fevral 2016-dan başlayaraq (beh)) özünə məxsus olmayan mənzili guya başqasına satıb pul əldə etmək qərarına gəlmiş, həmçinin zərərçəkmiş şəxsə bu barədə hər hansı məlumat vermədən yalandan həmin mənzilin özünə məxsus kimi qələmə verib külli miqdarda pulunu ələ keçirməklə zərərçəkmiş şəxsi aldatmışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı düzgün olaraq Təqsirləndirilən şəxs əməlini CM-in 178.3.2-ci maddəsi ilə tövsif etmişdir.
54. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və digər sübutları CPM-in 124-136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-in 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri mövcuddur.
55. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
56. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
57. Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (qərarın 1-ci bəndi). Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər (qərarın 2-ci bəndi). Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan suiistifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir (qərarın 3-cü bəndi). Məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər (qərarın 5-ci bəndi). Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər (qərarın 27-ci bəndi). Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir (qərarın 31-ci bəndi).
58. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldatmaq niyyətinin olmaması, çıxılmaz vəziyyətdə qalmaqla ona dəymiş 28.260 manat (evin alınması üçün çəkilən xərc) və 23.000 manat (evin təmiri üçün çəkilən xərc) pulun kompensasiya edilməsi məqsədilə Şahid4 təklifi, tələbi və sonuncuya olan inamına əsasən evin satılmasına razılıq verməsi, o cümlədən evin alqı-satqısı zamanı qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmaması və ifadələrində göstərdiyi işin faktiki hallarına uyğun olmayan sair xüsusatlar başqa hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından, əksinə cinayət təqibi üzrə toplanmış mötəbər sübutlarla tam inkar olunduğundan məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq həmin ifadələri Təqsirləndirilən şəxs törədilmiş ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir.
59. Halbuki, Həbibov X13 Fuad Əhməd oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, sonuncu barəsində aparılmış məhkəmə iclaslarında şəxsən iştirak etmiş, habelə məhkəməyə ərizə ilə müraciət edərək ziyanla bağlı razılığa gəldiklərini, hər hansı tələbinin olmadığını bildirmişdir. Bundan başqa, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 yanvar 2016-cı il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs mənzil tikintisi müqaviləsi etibarsız hesab edilməklə yanaşı, ona dəymiş 28.260 (iyirmi səkkiz min iki yüz altmış) manat ziyanın "xxxx" MMC-dən tutularaq ona ödənilməsi qət edilmiş, habelə sonuncunun həmin məhkəmə iclaslarında iştirakı və çıxarılmış məhkəmə qətnaməsindən xəbərdar olması arvadı Şahid5 ifadələri ilə də öz təsdiqini tapmışdır. Lakin Təqsirləndirilən şəxs bütün bunlara, o cümlədən qətnamədə ona dəymiş ziyanın ödənilməsi məsələsinin həll edilməsinə (hətta icra məmurlarının da bununla bağlı evə gəldiyini göstərmişdir) baxmayaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 yanvar 2016-cı il tarixli qətnaməsi elan edildikdən dərhal sonra yaranmış hüquqi nəticələrdən boyun qaçırmaq məqsədilə evi satmaq qərarına gəlmiş və 17 gün sonra həmin ev üçün müştəri tapıb məhkəmə prosesləri, o cümlədən evin ondan əvvəl başqa şəxsə satılması və mübahisəli olması barədə hər hansı məlumat vermədən sonuncunu aldatmaqla pulunu ələ keçirmiş, həmçinin iş üzrə apellyasiya məhkəməsində qərarı qəbul edilənədək evin üzərində nəzarəti həyata keçirmək üçün qabaqcadan 2 aylıq kirayə pulunu verib özünə qarşı inam formalaşdırmaqla orada yaşamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanıldıqda isə evdən ayrılmaq istədiyini bildirmişdir.
60. Məhkəmə Təqsirləndirilən şəxs CM-in 178.3.2 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi nəticəsinə gələrkən ilk növbədə ona istinad etmişdir ki, o, həm məhkəməyərək icraat zamanı, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrində özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməsə də, həmin ifadələrində faktiki olaraq törətmiş olduğu cinayət əməlinin törədilmə üsulunu və mexanizmini açıqlamışdır.
61. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özünün məhkəmədə və məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin və çoxsaylı şahid ifadələri, üzləşdirmə protokolları, müvafiq məhkəmə qətnamə və qərarları, eləcə də digər sənədlərlə kifayət qədər sübuta yetirilir.
62. Belə ki, “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə Cinayət-Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
63. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
64. Məhkəmədə tədqiq edilən mötəbər və mümkün sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir.
65. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxsin etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi tam sübuta yetirildiyindən onun əməli yuxarıda qeyd edilənlər nəzərə alınmaqla ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 178.3.2-ci maddələri ilə tövsif edilmiş və o həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir.
66. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 178.3.2-ci maddələsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
67. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.
68. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
69. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
70. Məhkəmə CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməklə aradan qaldırılmasını, CM-in 59.2-ci maddəsinə əsasən himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını, habelə əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamasını, cinayət hadisəsinin üzərindən səkkiz ildən artıq müddətin keçməsi və 43 yaşında olmaqla törətdiyi əməldən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
71. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir.
72. CM-in 60.1-ci maddəsinə əsasən 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.
73. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
74. CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir.
75. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdən 21 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuş, 21 iyun 2024-cü il tarixdə barəsində Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin qərarı ilə əvvəli 19 yanvar 2024-cü il tarixdən hesablanmaqla 2 (iki) ay 18 (on səkkiz) gün müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin 5 aprel 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ev dustaqlığında saxlanılma müddəti 26 aprel 2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v.127-129; 184-190; Cild 2, i.v. 170-173;).
76. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə (həmçinin CPM-in 158.2-ci maddəsinə əsasən ev dustaqlığında saxlama müddətinə) bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, 19 yanvar 2024-cü il tarixdən tutularaq hazırkı vaxtadək ev dustaqlığında olduğu müddətin ümumi cəza müddətinə hesablanması nəzərə alınmalıdır.
77. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
78. Bununla əlaqədar CM-in 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz.
79. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
80. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.
81. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
82. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin.
83. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, zərərçəkmiş şəxslə barışıq əldə edilməklə sonuncuya dəymiş ziyanın tam şəkildə ödənilməsi, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmaması, o cümlədən himayəsində 2 (iki) azyaşlı və 1 (bir) yetkinlik yaşına çatmayan uşaqlarının olması, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə məhkumluğunun olmaması, habelə məhkəmə icraatı dövründə davranışı nəzərə alınmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz.
84. Belə ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-in cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi onu, eləcə də 2 (iki) azyaşlı və 1 (bir) yetkinlik yaşına çatmayan uşaqlarını və ümumilikdə ailəsini ciddi məhrumiyyətlərə düçar edər, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışları nəzərə alınmaqla onu cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqini mümkün hesab edir.
85. CM-in 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər.
86. Məhkəmə, təqsirləndirilən şəxsin üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təbii fəlakət və sair fövqəladə hallarla əlaqədar mənzili tərk etmək və xəstəliyi ilə əlaqədar həkimə müraciət etmək halları istisna olmaqla yaşayış yeri olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, E.Cəfərov küçəsi, "xxxx" MTK, mənzil 43 ünvanını saat 23:00-dan növbəti gün saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini tərk etməmək, ailəsinə maddi yardım göstərmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır.
87. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələbinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Sınaq müddətinin qurtarması ilə məhkum üzərində nəzarət dayandırılır və o, qeydiyyatdan çıxarılır.
88. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
89. İş üzrə üzərinə həbs qoyulmuş əmlak, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Maddi ziyanın tam həcmdə ödənilməsi nəzərə alınmalıdır.
90. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
91. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
92. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdən tutularaq hazırkı vaxtadək ev dustaqlığında saxlanıldığı müddət ümumi cəza müddətinə hesablansın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 2 (iki) il sınaq müddəti müəyyən edilsin və sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində təbii fəlakət və sair fövqəladə hallarla əlaqədar mənzili tərk etmək və xəstəliyi ilə əlaqədar həkimə müraciət etmək halları istisna olmaqla yaşayış yeri olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, E.Cəfərov küçəsi, "xxxx" MTK, mənzil 43 ünvanını saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini tərk etməmək, ailəsinə maddi yardım göstərmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə xüsusi müsadirə edilməli əmlakın, üzərinə həbs qoyulmuş əmlakın, mülki iddianın və məhkəmə məsrəflərinin olmaması nəzərə alınsın. Hökmdən onun elan andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.