Məhkəmə qərarları › İş №1(101)-1665/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1665/2024

29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1665/2024 29.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X2 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Tərcüməçi – X1 iştirakları ilə, xx.xx.1962-ci ildə Türkmənistan Respublikasında anadan olmuş, Türkmənistan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Türkmənistan Respublikası, Aşqabad şəhərində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan Südçülük sovxozu adlanan ərazidə nömrəsiz fərdi evdə yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı 400 manat müqabilində qoyulduğu yerdən götürüb ona göndəriləcək məkana qoyması barədə ümumi razılığa gəlmiş, bu məqsədlə xx.xx.2023-cü il tarixdə saat 02 radələrində həmin şəxsin bir qrup şəxs halında Bakı şəhəri, Suraxanı rayonu Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən “Spar” marketin yaxınlığına qoyduğu 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxil edilmiş 4 ədəd qara rəngli üzərində R1 yazısı olan poletilen bağlamada ayrı-ayrılıqda 946,1 qram, 933,4 qram, 946,2 qram və 53,69 qram çəkilərdə, ümumilikdə 2879,39 qram çəkidə külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı götürüb satış məqsədilə qanunsuz əldə edərək, 3 ədəd qara rəngli poletilen bağlamada ayrı-ayrılıqda çəkiləri 946,1 qram, 933,4 qram və 946,2 qram olan qurudulmuş marixuananı idarə etdiyi “Kia” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində, bir ədəd qara rəngli bağlamada 53,69 qram çəkidə qurudulmuş marixuananı əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlayaraq yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan Südçülük sovxozu adlanan ərazidəki evinin yaxınlığına daşımış, 12 avqust 2023-cü il tarixdə saat 04:30 radələrində Abşeron RPİ-nin Cinayət axtarışı şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı evin yaxınlığında saxlanılaraq idarə etdiyi “Kia” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə Abşeron rayon polis idarəsinə gətirilib həmin gün saat 06:30-dan saat 06:48-ə kimi xidməti otaqların birində üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibində, 01 ədəd qara rəngli sellofan bağlamada 53,69 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və əməliyyat tədbirlərinin davamı kimi həmin gün saat 06-50-dən saat 07-00-a kimi avtomobilinə baxış keçirilərkən yük yerindən 03 ədəd qara rəngli sellofan bağlamada, ayrıayrılıqda: 946,1 qram, 933,4 qram və 946,2 qram çəkilərdə, tərkiblərinə görə eyni olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında tərcüməçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 12 avqust 2023-cü il tarixdə saat 08 radələrində; bacısı qızı ona zəng edərək çiyələk aldığını və mürəbbə bişirdiyini bildirmişdir. O saat təxminən 21:30 radələrində evdən çıxmışdır. O, maşının sol tərəfində işığın yanmadığını görmüş və onu düzəltmək istəmişdir. Həmin zaman baqaj da açıq olmuşdur. Bu zaman cavan bir oğlan ona yaxınlaşaraq kömək lazım olub-olmadığını soruşmuş, o da öz növbəsində ehtiyac olmadığını bildirmişdir. Bundan başqa qonşusu da ona yaxınlaşaraq kömək lazım olub-olmadığını soruşmuş, o isə eyni zamanda qonşusuna da köməyə ehtiyac olmadığını bildirmişdir. Təxminən 20 dəqiqə keçdikdən sonra bir maşın, daha sonra isə başqa bir avtomobil ona yaxınlaşmışdır. Həmin şəxslər ona onlarla birlikdə getməli olduğunu bildirmişlər və o həmin şəxslərlə razılaşmışdır. Həmin şəxslər onu öz avtomobillərinə əyləşdirmişlər. Bundan sonra onu binanın sovxozuna qaytarmışlar. Həmin şəxslər ondan narkotik vasitəni hara qoyduğunu soruşduqda, o həmin şəxslərə xəbərinin olmadığını bildirmişdir. O narkotik vasitələrdən istifadə etmir. Polislər ona çox danışmamağını bildirərək onu oğlu ilə təhdid etmişlər. Onu Abşeron rayon polis idarəsinə gətirmişlər və səhərə kimi gözləmişlər. Bundan sonra üzərinə narkotik vasitə qoyaraq cibindən nə varsa çıxartmağını bildirmişlər. İttiham aktında yazılanlarla razı deyil. Belə ki, tutulan zaman onun əynində şort olmuş, lakin cins şalvar olmamışdır. Polislər onu maşının yanına apararaq baqajı açmağını istəmişlər. O, baqajı açanda şok olmuşdur. Belə ki, onun avtomobilinə 03 (üç) ədəd paket qoymuşlar. Maşını o sürməmişdir. Oğlu həmin gün ona 300 (üç yüz) manat məbləğində cərimə gəldiyini bildirmişdir. O əsəblərini sakitləşdirmək üçün içki içirmiş. Onun psixologiyası pozulduğu üçün Maştağaya müalicə almaq üçün könüllü şəkildə getmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, narkotik vasitələrdən uzun müddət əvvəl Aşqabadda olan zaman istifadə etmişdir. O, narkotik vasitənin heroin növündən istifadə etmişdir. Onun üzərində narkotik vasitə olmamışdır. Onun iki oğlu narkotik vasitə istifadə etmişlər, bu səbəbdən də onları evdən qovmuşdur. O, narkotik vasitələrin kuryerliyi ilə məşğul olmamışdır. O, “Meyvəli” bazarında araba sürücüsü işləyirmiş. Ona qarşı fiziki təsir edən olmamış, yalnız onu polis idarəsinə aparan zaman avtomobildə bir dəfə yumruq vurmuşlar. Polis əməkdaşları ona ya kiçik oğlunun, ya da onun tutulacağını bildirmişlər. O tutularkən yanında qonşusu, eyni zamandan ətrafda 4-5 nəfər şəxs olmuşdur. Həmin qonşusunu da onunla birlikdə İdarəyə aparmışlar. Onun qonşusu narkotik vasitə satışı ilə məşğul olmuş və bu səbəbdən aralarında qərəz yaranmışdır. Hesab edir ki, tutulmağının səbəbkarı məhz həmin qonşusu olmuşdur. O, 22 ildir ki, Azərbaycn Respublikasında daimi yaşayır. Onun həyat yoldaşı Azərbaycan Respublikası vətəndaşıdır. Onu saxladıqdan sonra hündür qara rəngli avtomobilə əyləşdirərək İdarəyə aparmışlar. Avtomobilini idarəyə kimin gətirdiyini bilmir. Avtomobili gətirilərkən həmin vaxt yolda 280 manat cərimə yazılmışdır. O, ittiham aktında göstərildiyi vaxtda deyil, saat 22-23 radələrində saxlanılmışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçinin və tərcüməçinin iştirakı ilə verdiyi ifadəsindən görünür ki, o, Türkmənistan Respublikası, Aşqabad şəhərində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkumluq həyatı yaşamışdır. Təxminən 10-12 gün əvvəl tanımadığı bir nəfər şəxs istifadəsində olan ***-***- **-** nömrəli mobil telefonuna zəng edərək hazırda Azərbaycan Respublikası CM-nin 234cü maddəsi ilə məhkumluq həyatı yaşayan oğlu Əziz Həbibovun tanışı olduğunu və Əzizə ərzaq alıb aparmağı üçün ona 300 manat göndərəcəyini demişdir. O, həmin şəxsdən kim olduğunu soruşduqda sonuncu oğlu Əzizlə yaxın münasibətləri olduğuna görə Əzizə belə bir köməklik göstərmək istədiyini demişdir. Bundan təxminən 2 gün sonra həmin şəxs mobil telefonunun “WhatsApp” xidmətinə məkan (konum) göndərərək işarə etdiyi yerə 300 manat qoyduğunu, həmin pulu qoyduğu yerdən götürüb ərzaq alıb oğlu Əzizə aparmağı bildirmişdir. Maddi vəziyyəti yaxşı olmadığına görə o, həmin şəxsin Bakı şəhəri, Suraxanı rayonu ərazisində “Zeytunluq” adlanan yerə qoyduğu 300 manat pulu götürmüşdür. Bundan təxminən 2 gün sonra həmin şəxs yenidən ona mobil telefonun “WhatsApp” xidməti vasitəsilə zəng edərək onunla işləməyini təklif etmişdir. O, həmin şəxsdən işin nədən ibarət olduğunu soruşduqda həmin şəxs mobil telefonuna göndərəcəyi məkan (konum) vasitəsilə deyilən yerə qoyacağı, içərisində narkotik vasitə qurudulmuş marixuana olan bağlamaları götürüb başqa bir yerə, yəni təyin edəcəyi yerə çatdırmağını, əvəzində də ona bağlamaları götürəcəyi yerə 250-300 manat civarında pul qoyacağını bildirmişdir. Maddi vəziyyəti yaxşı olmadığına görə o, həmin şəxsin bu təklifi ilə razılaşmışdır. Bundan sonrakı günlərdə həmin şəxsin mobil telefonuna göndərdiyi məkan (konum) vasitəsilə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən “Zeytunluq” adlanan ərazidən 2 dəfə, hər dəfəsində içərisində qurudulmuş marixuana olan bir bağlama götürüb dediyi yerə, yəni Bakı şəhəri, Suraxanı rayonunda, Südçülük sovxozu adlanan ərazidə təyin etdiyi yerə çatdırmışdır. Əvəzində də bağlamaları götürdüyü yerdən həmin şəxsin 1-ci dəfə qoyduğu 250 manat və 2-ci dəfə də qoyduğu 300 manat pulu götürmüşdür. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə gecə saatlarında həmin şəxs yenə də onunla əlaqə saxlayaraq və mobil telefonuna məkan (konum) göndərərək Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisinə içərisində qurudulmuş marixuana olan 4 bağlama qoyduğunu, həmin bağlamaları götürərək yenidən mobil telefonuna məkan (konum) vasitəsilə göndərəcəyi yerə çatdırmağı, əvəzində də bağlamaları götürəcəyi yerə 400 manat qoyacağını bildirmişdir. Ona görə də o, həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 02 radələrində həmin şəxsin mobil telefonuna məkan (konum) vasitəsilə göndərdiyi yerdən, yəni Suraxanı rayonu, Binə qəsəbəsi Südçülük sovxozu adlanan ərazidən içərisində narkotik vasitə qurudulmuş marixuana olan həmin 4 ədəd bağlamaları götürüb bağlamanın birini əynində olan şalvarının sağ yan cibinə, digər 3 ədəd bağlamaları da idarə etdiyi, oğlu Əziz Həbibova məxsus “Kia” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub yaşadığı evin yaxınlığına getmiş və gözləmiş ki, həmin şəxs bağlamaları çatdıracağı yeni ünvan barədə mobil telefonuna məkan (konum) göndərsin. Bundan bir qədər sonra, yəni xx.xx.2023-cü il tarixdə saat 04:30 radələrində yaşadığı evdən bir qədər aralıda idarə etdiyi həmin avtomobillə dayanıb gözləyərkən tanımadığı 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Abşeron RPİ-nin Cinayət axtarışı şöbəsinin əməkdaşları olduqlarını bildirdikdən sonra ona narkotik vasitələri və psixotrop maddələri öz üzərində saxlamaqda və satışında şübhəli bilindiyi üçün onu Abşeron RPİ-nə dəvət etmişlər. O, da etiraz etməyib onlarla birlikdə idarə etdiyi həmin avtomobillə Abşeron RPİ-nə gəlmişdir. Abşeron RPİ-də dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutularaq şübhəli şəxs kimi ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə, psixotrop maddə varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra isə o, üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən qara rəngli sellofana bükülmüş bir büküm çıxarıb təqdim edərək həmin bükümdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. İçərisində narkotik vasitə qurudulmuş marixuana olan həmin büküm qablaşdırıldıqdan sonra həmin zərf üzəri iştirakçılar və onun tərəfindən imzaları ilə təsdiq olunmuşdur. Həmçinin bu barədə protokol tərtib edilərək ucadan oxunmuş və protokol imzalarla təsdiq edilmişdir. Göstərmişdir ki, həmin vaxt sorğu zamanı üzərindən aşkar olunaraq götürülmüş həmin narkotik vasitə qurudulmuş marixuanadan əlavə idarə etdiyi avtomobildə də 3 ədəd sellofan bağlamada narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirdiyi üçün polis əməkdaşları tərəfindən həmin avtomobilə də baxış keçirilmişdir. Baxış zamanı avtomobilin yük yerindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan həmin 3 ədəd sellofan bağlamalar da aşkar edilərək götürülmüş və ekspertizaya təqdim olunmasından ötrü qablaşdırıldıqdan sonra bu barədə tərtib olunmuş, protokol imzalarla təsdiq olunmuşdur. Üzərindən və idarə etdiyi “Kia” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən aşkar olunaraq götürülmüş, içərisində narkotik vasitə qurudulmuş marixuana olan ümumilikdə 4 ədəd sellofan bağlamaları xx.xx.2023-cü il tarixdə gecə saatlarında İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı, lakin üzünü görmədiyi şəxsin mobil telefonuna göndərdiyi məkan (konum) vasitəsilə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidən əldə etmişdir. Bildirir ki, o, nə psixotrop maddə, nə də ki, narkotik vasitə qəbul etməsə də təxminən 10 gün olar ki, mobil telefonuna göndərilmiş məkan (konum) vasitəsilə işarə olunan yerlərdən içərisində qurudulmuş marixuana olan bağlamaları götürüb təyin olunan ünvanlara daşımaqla məşğul olmuş və bunun müqabilində də 250-300 manat civarında pul qazanmışdır. O, həmin bağlamaları hazırda məhkumluq həyatı yaşayan oğlu Əziz Həbibovun tanışı kimi özünü ona tanıdan şəxsin sifarişi ilə təyin olunmuş ünvanlara daşımış, həmin şəxsin onunla əlaqə saxladığı mobil nömrələri mobil telefonunun “adlar” bölməsində özünün istəyi ilə “Marina İvanovna” və “Mirağa” adları ilə qeyd etsə də onun əsl adını bilmir. Həmçinin telefonla bir-birləri ilə əlaqə saxlayarkən sonuncu ona İran İslam Respublikasının vətəndaşı olduğunu, bir neçə ildir ki, Bakı şəhərində yaşadığını demiş, buna baxmayaraq həmin şəxsin həqiqətən də İran İslam Respublikasının vətəndaşı olub-olmadığını dəqiq bilmir. (cild 1, iş vərəqə 81-83) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, 2023-cü ili avqust ayında Şahid1, Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmış və Binə Südçülük sovxozu adlanan ərazidə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində İdarəyə dəvət etmişlər. İdarədə müdafiəçi dəvət olunmuşdur. Videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Bu zaman şəxsin üzərindən narkotik vasitə aşkar edilmişdir. Daha sonra avtomobilə baxış keçirilmiş və avtomobildən də narkotik vasitə aşkar edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, əməliyyat qrupu Şahid1, Şahid2 və ondan ibarət olmuşdur. Əməliyyat qrupunun rəhbəri Şahid1 olmuşdur. Təqsirləndirilən şəxs səhərə yaxın saxlanılmışdır. Təqsirləndirilən şəxs onlar saxlayan zaman tək olmuş və yanında avtomobili olmuşdur. Təqsirləndirilən şəxs yanında qonşusu olmamışdır. Səhv eləmirsə şəxsdən cəmi 04 büküm marixuana aşkar edilmişdir. Şəxsə qarşı fiziki və psixi təsir olmamışdır. Təqsirləndirilən şəxs səhərə yaxın təxminən saat 04 radələrində uraxanı rayonu, Binə Südçülük sovxozu ərazisində saxlamışlar. Maşına və şəxsin üzərinə baxış keçirilən zaman o, təhqiqatçı, müdafiəçi və Şahid1 iştirak edirmiş. Narkotik vasitəni Təqsirləndirilən şəxs geyiminin hansı hissəsindən çıxmasını xatırlamır. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, hazırda Abşeron rayon Pİ-də sahə polis nəfəri vəzifəsində xidmət göstərir, rütbəsi polis serjantıdır. xx.xx.1962-ci ildə Türkmənistan Respublikasında anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Binə Südçülük sovxozunda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması, gəzdirməsi və qanunsuz satışı ilə məşğul olması barədə Abşeron rayon Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlamasında, gəzdirilməsində və satışında şübhəli olduğu üçün xx.xx.2023-cü il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar çıxarılmış, onun və əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 12 avqust 2023-cü il tarixdə saat 04:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə Südçülük sovxozu ərazində keçirilmiş əməliyyat tədbirləri zamanı “Kia” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobil va həmin avtomobili idarə edən Təqsirləndirilən şəxs müəyyən edilərək müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və Abşeron RPİ-yə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onun şübhəli şəxs qismində tutulması barədə məlumat verilmiş və üzərində şəxsi axtarış aparılmasını bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilməklə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən qara rəngli sellofana bükülmüş bir büküm çıxarıb təqdim edərək həmin bükümdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. İçərisində narkotik vasitə qurudulmuş marixuana olan həmin büküm qablaşdırıldıqdan sonra həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Həmçinin bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğunu da imzalarla təsdiq edilmişdir. Həmin vaxt sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş həmin narkotik vasitə qurudulmuş marixuanadan əlavə idarə etdiyi avtomobildə də 3 ədəd sellofan bağlama narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirdiyi üçün polis əməkdaşları tərəfindən həmin avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin yük yerindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan həmin 3 ədəd sellofan bağlamalar da aşkar edilərək götürülmuş, ekspertizaya təqdim olunmasından ötrü qablaşdırıldıqdan sonra bu barədə tərtib olunmuş protokolun doğruluğu da imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi “Kia” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən aşkar olunaraq götürülmüş, içərisində narkotik vasitə qurudulmuş marixuana olan ümumilikdə 4 ədəd sellofan bağlamaları xx.xx.2023-cü il tarixdə gecə saatlarında İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı, lakin üzünü görmədiyi şəxsin mobil telefonuna göndərdiyi məkan (konum) vasitəsilə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təxminən 10 gün olar ki, mobil telefonuna göndərilmiş məkan (konum) vasitəsilə işarə olunan yerlərdən içərisində qurudulmuş marixuana olan bağlamaları götürüb təyin olunan ünvanlara daşımaqla məşğul olduğunu və bunun müqabilində də 250-300 manat civarında pul əldə etdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və başqa hər hansı qanunla saxlanılması qadağan edilmiş əşya və ya kütlə aşkar olunmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Abşeron RPİ-yə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında Şahid1 tərəfindən əməliyyat qrupu yaradılmışdır. Onlar əməliyyat tədbiri keçirərək Binə Südçülük sovxozu ərazisində KİA markalı avtomobilinin yanında Təqsirləndirilən şəxs saxlamışlar. Daha sonra Təqsirləndirilən şəxs İdarəyə gətirmişlər. İdarədə üzərinə baxış keçirilən zaman şəxs könüllü şəkildə 01 büküm marixuana təqdim etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs avtomobilində də narkotik vasitə olduğunu bildirmişdir. Avtomobilə baxış keçirilən zaman 03 büküm qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, əməliyyat qrupunun rəhbəri Şahid1 olmuşdur. Təqsirləndirilən şəxs Binə Südçülük sovxozu ərazisində saxlanılmışdır. Şəxs avtomobilin yanında dayanmışdır. Təqsirləndirilən şəxs saxladıqdan sonra Abşeron RPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs saxlayarkən maşınına vizual baxış keçirmək imkanları olmamışdır. Təqsirləndirilən şəxs 12 avqust saat 04-05 radələrində saxlanılmış və saxlanılarkən onlara qarşı müqavimət göstərməmişdir. Şəxsə qarşı fiziki və psixi təsir olmamışdır. Avtomobilin qeydiyyat nişanını xatırlamır. İlk olaraq Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərindən 01 büküm marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs iranlı şəxsin atdığı konumlara 250-300 manat müqabilidə narkotik vasitələri daşıdığını bildirmişdir. Avtomobilin baqajından 3 bağlama narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs saxlamağa üç nəfər getmişlər, əlavə dəstək olmamışdır. Təqsirləndirilən şəxs avtomobilini o idarə etməmişdir. Şəxs Abşeron RPİ-yə öz avtomobilində gətirilmiş, lakin avtomobili kimin idarə etdiyini xatırlamır. Şəxsi axtarış və avtomobilə baxış istintaq hərəkətləri aparılan zaman Rəşad Həsənov, Şahid1 və o iştirak etmişlər. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, hazırda Abşeron rayon Pİ-də əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir, rütbəsi polis mayorudur. xx.xx.1962-ci ildə Türkmənistan Respublikasında anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Binə Südçülük sovxozunda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması, gəzdirməsi və qanunsuz satışı ilə məşğul olması barədə Abşeron rayon Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlamasında, gəzdirilməsində və satışında şübhəli olduğu üçün xx.xx.2023-cü il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar çıxarılmış, onun və sahə polis nəfəri, polis serjantı Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 12 avqust 2023-cü il tarixdə saat 04:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə Südçülük sovxozu ərazində keçirilmiş əməliyyat tədbirləri zamanı “Kia” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobil va həmin avtomobili idarə edən Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və Abşeron RPİ-yə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onun şübhəli şəxs qismində tutulması barədə məlumat verilmiş və üzərində şəxsi axtarış aparılmasını bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilməklə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən qara rəngli sellofana bükülmüş bir büküm çıxarıb təqdim edərək həmin bükümdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. İçərisində narkotik vasitə qurudulmuş marixuana olan həmin büküm qablaşdırıldıqdan sonra həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Həmçinin bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğunu da imzalarla təsdiq edilmişdir. Həmin vaxt sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş həmin narkotik vasitə qurudulmuş marixuanadan əlavə idarə etdiyi avtomobildə də 3 ədəd sellofan bağlama narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirdiyi üçün polis əməkdaşları tərəfindən həmin avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin yük yerindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan həmin 3 ədəd sellofan bağlamalar da aşkar edilərək götürülmuş, ekspertizaya təqdim olunmasından ötrü qablaşdırıldıqdan sonra bu barədə tərtib olunmuş protokolun doğruluğu da imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi “Kia” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən aşkar olunaraq götürülmüş, içərisində narkotik vasitə qurudulmuş marixuana olan ümumilikdə 4 ədəd sellofan bağlamaları xx.xx.2023-cü il tarixdə gecə saatlarında İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı, lakin üzünü görmədiyi şəxsin mobil telefonuna göndərdiyi məkan (konum) vasitəsilə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təxminən 10 gün olar ki, mobil telefonuna göndərilmiş məkan (konum) vasitəsilə işarə olunan yerlərdən içərisində qurudulmuş marixuana olan bağlamaları götürüb təyin olunan ünvanlara daşımaqla məşğul olduğunu və bunun müqabilində də 250-300 manat civarında pul əldə etdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və başqa hər hansı qanunla saxlanılması qadağan edilmiş əşya və ya kütlə aşkar olunmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 2023-cü ilin avqust ayında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Əməliyyat məlumatı əsasında Binə Südçülük sovxozunda Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. O digər əməliyyat tədbirlərində davam etməli olduğu üçün Təqsirləndirilən şəxs əməkdaşlara təhvil vermişdir. Şəxsin üzərinə baxış keçirilməsində o iştirak etməmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, əməliyyat qrupu 3 nəfərdən ibarət olmuşdur. Əməliyyat qrupunun rəhbəri özü olmuşdur. Əməliyyat məlumatı narkotik vasitələrin satışı ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs səhərə yaxın saat 04-05 radələrində saxlanılmışdır. Təqsirləndirilən şəxs Binə Südçülük sovxozu ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuşdur. Təqsirləndirilən şəxs piyada formada avtomobilinin yaxınlığında olmuşdur. O, Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə baxış keçirilən zaman iştirak etməmişdir. Sonradan Təqsirləndirilən şəxs üzərindən marixuana aşkar edildiyindən məlumatı olmuşdur. Təqsirləndirilən şəxs iran vətəndaşı ilə “whatsapp” tətbiqində tanış olduğunu və ona 300-400 manat qarşılığında kuryerlik etdiyini bildirmişdir. Şəxs saxlanılarkən onlara qarşı heç bir müqavimət göstərməmişdir. Şəxsə qarşı fiziki və psixi təsir olmamışdır. Təqsirləndirilən şəxs saxlandıqdan sonra öz avtomobili ilə İdarəyə aparılmış, lakin avtomobili kimin idarə etdiyini bilməmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, hazırda Abşeron rayon Pİ-nin CAŞ-də baş əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir, rütbəsi polis polkovnik-leytenantıdır. xx.xx.1962-ci ildə Türkmənistan Respublikasında anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Binə Südçülük sovxozunda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması, gəzdirməsi və qanunsuz satışı ilə məşğul olması barədə Abşeron rayon Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuşdu. Həmin şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlamasında, gəzdirilməsində və satışında şübhəli olduğu üçün xx.xx.2023-cü il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar çıxarılılmış və Abşeron rayon polis idarəsinin CAŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Abşeron RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid3 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. 12 avqust 2023-cü il tarixdə saat 04:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə Südçülük sovxozu ərazində keçirilmiş əməliyyat tədbirləri zamanı “Kia” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobil və həmin avtomobili idarə edən Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və Abşeron RPİ-yə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün ona şübhəli şəxs qismində tutulması barədə məlumat verilmiş və üzərində şəxsi axtarış aparılmasını bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilməklə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmiş və əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən qara rəngli sellofana bükülmüş bir büküm çıxarıb təqdim edərək həmin bükümdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. İçərisində narkotik vasitə qurudulmuş marixuana olan həmin büküm qablaşdırıldıqdan sonra həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Həmçinin bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş həmin narkotik vasitə qurudulmuş marixuanadan əlavə idarə etdiyi avtomobildə də 3 ədəd sellofan bağlamada narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirdiyi üçün polis əməkdaşları tərəfindən həmin avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin yük yerindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan həmin 3 ədəd sellofan bağlamalar da aşkar edilərək götürülmüş və ekspertizaya təqdim olunmasından ötrü qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi “Kia” markalı, 99- ZP-228 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən aşkar olunaraq götürülmüş, içərisində narkotik vasitə qurudulmuş marixuana olan ümumilikdə 4 ədəd sellofan bağlamaları xx.xx.2023-cü il tarixdə gecə saatlarında İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı, lakin üzünü görmədiyi şəxsin onun mobil telefonuna göndərdiyi məkan (konum) vasitəsilə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təxminən 10 gün olar ki, mobil telefonuna göndərilmiş məkan (konum) vasitəsilə işarə olunan yerlərdən içərisində qurudulmuş marixuana olan bağlamaları götürüb təyin olunan ünvanlara daşımaqla məşğul olduğunu və bunun müqabilində də 250-300 manat civarında pul əldə etdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və başqa hər hansı qanunla saxlanılması qadağan edilmiş əşya və ya kütlə aşkar olunmamışdır. Aşkar olunmuş narkotik vasitə heroin qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüş, paketə qoyularaq möhürlənmiş və üzəri imzalarla təsdiq edilmişdir. Hazırda Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi şəxsin və həmin kütlələri qeyd olunan əraziyə qoymuş şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilməkdədir. (cild 1, iş vərəqə 111-113) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Cinayət işinin başlanılması və icraata götürülməsi haqqında 13 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata götürülmüşdür. (cild 1, iş vərəqə 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs Binə-savxoz südcülük ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 4) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaxalanmasından ötrü Abşeron RPİ-də əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 5-6) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs Suraxanı rayonu, Binə-savxoz, Spar marketin yaxınlığında saxlanılaraq Abşeron RPİ-nə gətirilmişdir. (cild 1, iş vərəqə 9) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 13, 38-40) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə Abşeron RPİ-nə müraciət edərək üzərinə şəxsi axtarış aparılmasına etiraz etmədiyni bildirmişdir. (cild 1, iş vərəqə 44) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, həmin tarixdə saat 04:30 radələrində Abşeron RPİ-nin Cinayət axtarışı şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlanılaraq idarə etdiyi “Kia” markalı, **- ZP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə Abşeron rayon polis idarəsinə gətirilib xidməti otaqların birində üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı, 01 ədəd qara rəngli sellofan bağlamada narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqə 45-47) xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 04:30 radələrində Abşeron RPİ-nin Cinayət axtarışı şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlanılaraq idarə etdiyi “Kia” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə Abşeron rayon polis idarəsinə gətirilib avtomobilinə baxış keçirilərkən yük yerindən 03 ədəd sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqə 49-52) Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 7/1155 nömrəli rəyi ilə müəyyən edilmişdir ki:

1. Tədqiqata təqdim edilmiş üzərində «....2 imza Təqsirləndirilən şəxs...» sözləri yazılmış bir ədəd qara rəngli poletilen bağlamada 03 ədəd skoçla bağlanmış qara rəngli poletilen bağlamada şəffaf sellofonun içərisində ayrı-ayrılıqda təmiz çəkiləri : 946,1 qram, 933,4 qram və 946,2 qram və üzərində «....imza Təqsirləndirilən şəxs...» sözləri yazılmış kağız paketdə bir ədəd skoçla bağlanmış qara rəngli poletilen bağlamada şəffaf sellofonda təmiz çəkisi 53,69 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi -2879,39 qramdır (2 kq 879,39 qram) 2.Tədqiqata təqdim olunmuş bir ədəd qara rəngli poletilen bağlamada və bir ədəd kağız paketdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Ekspertiza tədqiqatına təqdim olunmuş marixuananın ümumi çəkisi - 2879,39 qram, cəmi tədqiqata sərf edildi - 0,2 qram (hər 1-4 №-li obyektdən 0,05 qram götürüldü), qalıq 2879,19 qram təşkil edir. (Cild 1, iş vərəqə 58-62) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 71-73) Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 90-94) xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi “Kia” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş bir ədəd qara rəngli polietilen bağlamada 03 (üç) ədəd skoçla bağlanmış qara rəngli polietilen bağlamada şəffaf sellofanın içərisində ayrı-ayrılıqda təmiz çəkiləri: 946,1 qram, 933,4 qram, 946,2 qram və 01 ədəd kağız paketdə bir ədəd skoçla bağlanmış qara rəngli polietilen bağlamada şəffaf sellofanda təmiz çəkisi 53,69 qram, ümumi təmiz çəkisi 2879,39 qram (2 kq 879,39 qram) külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana xx.xx.2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2879,19 qram qurudulmuş marixuana saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanıldığı anbara təhvil verilmiş, şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd DVD diski və baxış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və iki ədəd DVD formatlı disk iş materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 102-103) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli «1698» №li rəyindən görünür ki, 1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində xəsarət və onun izi aşkar olunmamışdır. (cild 1, iş vərəqə 119) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 6241 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Müayinə zamanı Təqsirləndirilən şəxs alkoqoldan sui istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona alkoqolizmdən məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 1, iş vərəqə 120-121) Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 03 (üç) ay, yəni 12 mart 2024-cü il tarixədək uzadılmışdır. (cild 1, iş vərəqə 132-135) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixdə Əzizbəyov rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum edilməklə 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmədən məhrum edilmişdir. xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Abşeron Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, ********* saylı əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bəıxtiyaroviçin bilavasitə narkotik vasitələrin dövriyyəsi və daşınması ilə məşğul olduğu müəyyən edilmişdir. Lakin keçirilmiş tədbirlər zamanı onun külli miqdarda narkotik vasitəni əldə etdiyi şəxsin şəxsiyyəti və olduğu yer barədə müsbət nəticə əldə edilməmişdir. (cild 1, iş vərəqə 142) xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Abşeron rayon Pİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim edilmiş bir ədəd DVD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 12 avqust 2023-cü il tarixdə saat 04:30 radələrində Abşeron RPİ-nin Cinayət axtarışı şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı evin yaxınlığında saxlanılaraq idarə etdiyi “Kia” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə Abşeron rayon polis idarəsinə gətirilib xidməti otaqların birində üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı, 01 ədəd qara rəngli sellofan bağlamada narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. (cild 1, iş vərəqə 149) xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Abşeron rayon Pİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim edilmiş bir ədəd DVD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 12 avqust 2023-cü il tarixdə saat 04:30 radələrində Abşeron RPİ-nin Cinayət axtarışı şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı evin yaxınlığında saxlanılaraq idarə etdiyi “Kia” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə Abşeron rayon polis idarəsinə gətirilib avtomobilinə baxış keçirilərkən yük yerindən 03 ədəd sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. (cild 1, iş vərəqə 150) Bakı Şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli, 1269 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Suraxanı rayonu Hövsan qəsəbəsi Hövsan südçülük savxozu nömrəsiz evdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 1, iş vərəqə 156-157) Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 26 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 va 234.4.3-cü maddələrinə tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.2 və 206.3.2-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs üzərində və avtomobilində saxladığı külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı könüllü təhvil verməsi xüsusatı üzrə Azərbaycan Respublikası CM-nin 234-cu maddəsinin qeydinin 1-ci bəndi şamil edilməmişdir. (cild 1, səhifə 165-174) Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 28 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 180-182) Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə olan cinayət işinin istintaq materiallarından külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın əldə edildiyi mənbə ilə bağlı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü madələri ilə ********* nömrəli ayrıca cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqə 192-193)

Əməlin tövsifi və digər hüquqi məsələlər:

Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən narkotik vasitələrdən istifadə etmədiyini, üzərindən və avtomobilindən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmadığını, polislər tərəfindən qoyulduğunu, narkotik vasitələrin kuryerliyi ilə məşğul olmadığını, qonşusunun narkotik vasitələrin satışı ilə məşğul olduğunu, bu səbəbdən qonşusu ilə aralarında qərəz yarandığını, tutulmağının səbəbkarı həmin qonşusunun olduğunu, polislər tərəfindən 12 avqust 2023-cü ildə, saat 22-23 radələrində saxlanıldığını, saxlanılan zaman tək olmadığını, yanında qonşusunun olduğunu, ona fiziki təsir olmadığını, yalnız onu polis idarəsinə aparan zaman avtomobildə bir dəfə yumruq vurduqlarını, polis əməkdaşlarının ona psixi təzyiq edərək oğlu ilə hədələdiyini və ona məxsus olmayan narkotik vasitəni boynuna götürməsini istədiklərini bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs Bıxtiyaroviçin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs Bıxtiyaroviçin məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıbqalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2024-cü il tarixli 3-16-17/40/2-6617/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcrixanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədənində xəsarət aşkar olunmamış, hər iki qalça çüxuru nahiyəsində keçirilmiş cərrahiyyə əməliyyatından sonrakı köhnə çapıq toxumalar, sağ pəncədə cərrahiyyə əməliyyatından sonrakı streil yara müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadələrində tutulan zaman narkotik vasitələrdən istifadə etmədiyini, üzərindən və avtomobilindən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmadığını, polislər tərəfindən qoyulduğunu, narkotik vasitələrin kuryerliyi ilə məşğul olmadığını, qonşusunun narkotik vasitələrin satışı ilə məşğul olduğunu, bu səbəbdən qonşusu ilə aralarında qərəz yarandığını, tutulmağının səbəbkarı həmin qonşusunun olduğunu, polislər tərəfindən 12 avqust 2023-cü ildə, saat 22-23 radələrində saxlanıldığını, saxlanılan zaman tək olmadığını, yanında qonşusunun olduğunu, polis əməkdaşlarının ona psixi təzyiq edərək oğlu ilə hədələdiyini və ona məxsus olmayan narkotik maddəni boynuna götürməsini istədiklərini bildirmişdir. Şahidlər Şahid1, Şahid2 və Şahid3 isə ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğunu, 12 avqust 2023-cü il tarixdə saat 04:30 radələrində yaşadığı evin yaxınlığında saxlanıldığını, saxlanılan zaman tək olduğunu, polis idarəsində üzərindən və avtomobilindən narkotik vasitə marixuana aşkar edildiyini, şəxsə qarşı fiziki və psixi təsir və təzyiq olmadığını bildirmişlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğluna qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, habelə narkotik vasitələrin polis əməkdaşları tərəfindən onun üzərinə və avtomobilinə qoyulması barədə məhkəmə iclaslarında verdiyi bu kimi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, “Baxış keçirilməsi və götürmə aparılması haqqında” protokol, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən onun ibtidai istintaqın ilkin mərhələsində verdiyi etirafedici ifadələrini əsas götürür. Məhkəmə təqsirləndirilən şəxsin həm üzərinə şəxsi axtarış keçirilməsi, eyni zamanda avtomobilə baxış keçirilməsi, istintaqın ilkin mərhələsində eyniməzmunlu ifadə verməsini və təqsirini etiraf etməsini nəzərə alaraq hesab edir ki, Əbülfəz Bəxtiyaroviçin üzərindən 01 ədəd qara rəngli sellofan bağlamada 53,69 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, həmçinin, avtomobilindən 03 ədəd qara rəngli sellofan bağlamada, ayrıayrılıqda: 946,1 qram, 933,4 qram və 946,2 qram çəkilərdə, tərkiblərinə görə eyni olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilməsi, həmçinin ondan aşkar edilmiş narkotik vasitələrin İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı, lakin üzünü görmədiyi şəxsin onun mobil telefonuna göndərdiyi məkan (konum) vasitəsilə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidən əldə etməsi, mobil telefonuna göndərilmiş məkan (konum) vasitəsilə işarə olunan yerlərdən içərisində qurudulmuş marixuana olan bağlamaları götürüb təyin olunan ünvanlara daşımaqla məşğul olması, bunun müqabilində də 250-300 manat civarında pul qazanması ilə bağlı ibtidai istintaqın ilkin mərhələsində verdiyi izahat və ifadəsi işin mübahisəsiz hallarıdır. Məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə və psixotrop maddələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, əldə etdiyi narkotik vasitəni üzərində gəzdirməsini, avtomobilindən narkotik vasitələrin aşkar edilməsini və bu kimi halları birgə qiymətləndirərək hesab edir ki, Əbülfəz Bəxtiyaroviç külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə və avtomobilə baxış keçirilməsi istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitələrin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitələri satış məqsədi ilə əldə etməsini, həmçinin narkotik vasitələri qabaqcadan əlbir olduğu İran İslam Respublikası vətəndaşından almasına dair ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrinə, əldə etdiyi külli miqdarda narkotik vasitəni üzərində gəzdirməsinə və avtomobilində saxlamasına dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasına görə, həmin əməlləri törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Abşeron rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 12 avqust 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Abşeron rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2879,19 qram qurudulmuş marixuana məhv edilməli, şəxsi axtarış keçirilməsi görüntüsünün olduğu 01 ədəd DVD disk və baxış keçirilməsi görüntüsünün olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 6241 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Müayinə zamanı Təqsirləndirilən şəxs alkoqoldan sui istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona alkoqolizmdən məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs oğlu ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

hökmetdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2879,19 qram qurudulmuş marixuana məhv edilsin, şəxsi axtarış keçirilməsi görüntüsünün olduğu 01 ədəd DVD disk və baxış keçirilməsi görüntüsünün olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 89 (səksən doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən hakim Fəxri Məmmədov

Hakimlər Anar Sadıqov

Mahirə Kərimova

.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar