Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1665/2025 17.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi X6 (sədrlik edən), hakimlər İmanova Nigar Arzu qızı və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 4800 ünvanında qeydiyyatda olmaqla ünvan 2, hazırda barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən sağlamlığa ağır zərərvuran xəsarət yetirmə cinayət əməlini törətmişdir. Belə ki, o, 26 fevral 2025-ci il tarixdə saat 01 radələrində Yasamal rayonu ərazində yerləşən “Şah Hüseyn” məscidinin yaxınlığındakı Qədirli küçəsi 159 ünvanında tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı sonuncu yumruq və baş zərbəsi ilə onun sifət nahiyəsindən vurmuş, bundan sonra Təqsirləndirilən şəxs hadisə zamanı yerdən tapdığı istintaqla müəyyən olunmayan kəsici-deşici alətlə Zərərçəkmiş şəxs sol qoltuqaltı xəttlə qabırğa qövsü nahiyyəsindən qəsdən vuraraq ona döş qəfəsinin sol yan səthinin sol plevra boşluğuna və periton boşluğuna nüfuz edən peritoni, köndələn çənbər bağırsağı yaralayan 1(bİr) ədəd kəsilmiş deşilmiş yarası ilə nəticələnən, həyat üçün təhlükəli olan qəsdən sağlamlığın uzun müddət pozulmasına səbəb olan ağır bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 26 fevral 2025-ci il tarixdə evdən çölə siqaret çəkməyə çıxmışdır. Bu zaman zərərçəkmiş şəxs onu “bir dəqiqə olar?” deyə çağırdığı üçün, o da “hə olar” deyərək, az yuxarı qalxaraq bir-iki nəfər tanımadığı şəxslərin də gəldiyini görmüş və onlara da salam vermişdir. Zərərçəkmiş də daxil həmin adamlar onu vurmağa başladığından o, da kafelin üzərinə yıxılmışdır. Yerdə isə qırılmış kafel və ya şpatel olmuşdur, həmin əşyanı götürüb sadəcə havaya əli ilə tətbiq etmiş və bundan sonra həmin şəxslərin hamısı aralanmış, o isə çönüb evinə tərəf qaçmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, Zöhrabı uşaq vaxtından tanıyır, aralarında əvvəldən ədavət və ya mübahisə olmamışdır, Zöhrabın onu niyə vurduğunu bilməmişdir, Zöhrabdan onu niyə vurduğunu soruşduqda sonuncu ona ”oldu, daha bağışla” deyə cavab vermişdir. Özünü müdafiə etmək üçün yerdəki qırılmış vəziyyətdə olan şpateldən istifadə etmişdir. Ətrafdakı kənar şəxslərin onu vurub-vurmadıqlarını dəqiq bilmir. Bir dəfə yerə yıxılıb durmuş, ikinci dəfə yıxılanda isə yerdəki şpateli götürmüşdür. Fevral ayı olduğundan əynində qış paltarları olmuşdur, polisə həmin gün məlumat versə də, hadisə olan günün səhərisi polisə getmişdir. O polisə təslim olmağa gedəndə artıq polislər gəlmişlər və polislərin məlumatlı olmuşdur. Hadisə olan yer insanların kütləvi şəkildə toplaşdığı yer olmamışdır, həmin hadisə gecə saat 1,2-yə işləmiş baş vermişdir, ətrafta adamlar olmamışdır. Hadisədən 1 həftə və ya 8-10 gün sonra zərərçəkmiş şəxsin evinə gedib görüşmüşdür. Zərərçəkmiş şəxs onu nəyə görə vurduğunu deməmiş, “gərək olmayaydı, amma oldu, əsəbi idim” demişdir, lakin onun əsəbləşməyinin səbəbini bilməmişdir. Zərərçəkmiş şəxs onu çağırdığı zaman tək olmuş, ona “bir dəqiqə bura gəl” demişdir. O, zərərçəkmiş şəxslə artıq görüşdüyü üçün gələn adamlarla salamlaşanda, birinə salam vermiş, lakin digərinə salam vermək istəyəndə Zöhrab onu əli ilə vurmuş, o yerə yıxılmış, durub Zöhraba “bir dəqiqə gözlə” demişdir. Həmin anda ona sərt zərbə dəymiş, yıxılıb, sonra durmuş, o an nə olduğunu anlaya bilməmişdir, sadəcə “bir dəqiqə gözlə” demişdir. Zöhrabın yanındakılardan biri qışqırıb, biri arxadan onu itələmişdir. Yıxıldıqdan sonra duranda kimsə ona kəllə ilə vursa da, adam çox olduğu üçün vuran adamı xatırlamamışdır. Hadisəyə qədər zərərçəkmiş şəxslə heç bir ədavəti olmamışdır. Onların arasında bəzən pul söhbəti olmuş, zərərçəkmiş şəxs arada ondan pul istəmiş, hadisə olan ərəfədə də Zöhrabın ona borcu olmuşdur. Hadisədən təxminən 3-4 gün qabaq Zöhrabdan ona olan 10-15 manat borcunu istədikdə, olanda verəcəyini demişdir. Həmin gecə də ondan borcunu qaytarmağını istəmişdir. İstintaq zamanı verdiyi ifadədə özünü tam təqsirli bilməklə, məhkəmədə verdiyi ifadədə isə qismən təqsirli bilməklə bağlı yaranan ziddiyət, ona verilən ifadəni oxumadan imzalamağı ilə əlaqəlidir. Onu neçə nəfərin döyməyini xatırlamır, ayıran da olmuş, döyən də olmuşdur. Zöhrabın əməli ilə bağlı hansısa istintaq orqanında cinayət işi getməmiş, orda olanlardan 2 nəfərlə görüşə bilmiş, 3-cü ilə görüşə bilməmişdir. Hadisədə Zöhrabdan başqa 3-4 nəfər olmuş, qaranlıq olduğu üçün tam görə bilmədiyindən həmin şəxsləri tanımamışdır. Nəticədə zərərçəkmiş şəxslə barışdıqlarını, törətdiyi əməldən peşman olduğunu, aliə vəziyyətini və işin hallarını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisədən təxminən 10 gün qabaq Nicatdan borca pul götürmüşdür. Nicat ona pulu vermiş, lakin vaxtı gəldikdə o, pulu qaytara bilməmiş, pulu aldıqda özünə söyüş qoymuşdur ki, bu pulu müəyyən tarixdə qaytaracaq. Həmin tarix gəldikdə pulu Nicata verə bilməmiş, Nicat da pulu ona borc verə bilmək üçün kimdənsə borc almışdır. Nicat da “bəs belə söz demişdin, sənin sözünlə mən də kiməsə söz demişəm, bu pulu qaytarmaq lazımdır” demişdir. Həmin söz ona təsir etdiyi üçün Nicata əl atmışdır. Nicat ifadəsində orada başqa adamların olduğunu desə də bu yalandır. Orada olan şəxslər məhəllə camaatı idi, onu vuran başqa heç kim olmamışdır. Nicata sadəcə o əl atmış və 2-3 dəfə zərbə vurmuşdur. O, Nicata kəllə vuran vaxt o, yerə yıxılmış və yerdən nəsə götürmüşdür. O, Nicatın yerdən nəsə götürdüyünü görməsə də, anidən ona zərbə dəydiyini bilmişdir. Nicat onu vurduqdan sonra insanlar da araya girdiyi üçün Nicat qaçıb getmişdir. Ondan sonra o məhəllə uşağı Emingilə getmiş, əlini-üzünü yumuş, şərfini çıxarıb yarasını bağlamışdır. Sonra qonşu Eldənizlə əlaqəyə keçib “gəl, dava etmişəm, yaralıyam” demişdir. Eldəniz gəldikdə, taksi ilə xəstəxanaya getmişlər. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs göstərmişdir ki, əvvəllər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur, hazırda fəhlə işləyir, təqsirləndirilən şəxslə barışmışdır, hazırda ondan şikayətçi deyildir. O, Nicata birinci zərbəni üz nayihəsindən yumruq ilə vurmuşdur, Nicat yıxıldıqdan sonra bir-birilərinə girmişlər, Nicata ilk dəfə yıxıldıqdan sonra vurmamış, araya adamlar girdikdə, Nicat ayağa qalxanda ona yenə kəllə vurmuşdur. Birinci zərbədən sonra Nicatın qaşı qanamış, ikinci zərbə dava əsnasında olduğundan, ona vurulan zərbələrdən hər hansı xəsarət qeydə alınmamışdır. Nicatı çağıran kimi vurmamış, söyüş söhbəti həmin gün olmamışdır. Hazırki hadisə olan gün üçün pul verəcəyinə söz vermiş, lakin pulu tapa bilməmişdir. Nicatı tapıb, pulu verə bilmədiyini demiş, Nicat da ona “məhlə uşağıyıq, uşaqlıqdan bir yerdə böyümüşük, mən də sənin sözünlə başqasına söz demişəm, sən də söyüş söymüsən, mən də həmin adama qarşı söyüş söymüşəm” demişdir. Bu söhbət hadisə olan gün, hadisə baş verməmişdən qabaq olmuşdur. Nicatı çəkib qırağa pulu verə bilmədiyini deyəndə Nicat da ona “hər ikimiz də söz danışmışıq, söyüş söymüşük, biz bu söyüşü yeyirik, mən də söyüş yeyirəm, sən də söyüş yeyirsən” deyən zaman o, Nicata əl atmışdır. O, gündəlik fəhlə kimi 20 manata işləmiş, lakin həmin gün, pul almamışdır, çünki işdə ödənişi həftəlik ödəmişdilər. Zərərçəkmiş şəxs həmçinin məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş zərərin təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə günü Zöhrab pis vəziyyətdə onun evinin qapısını döymüş, sonuncunu evə almadıqda Zöhrab heç olmasa ona su verməsini istəmiş, o da su verdikdən sonra Zöhrab suyu götürüb getmiş, o, özü hadisənin şahidi olmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Zöhrab onların həyətinə gəlib, su istəyəndə, qorxduğu üçün Zöhrabı evə buraxmamışdır. Zöhrab özü ona dava elədiyini demiş, bu səbəbdən də onu evə götürməyə çəkinmişdir. Zöhrabın aldığı xəsarətləri gözü ilə görməmiş, Zöhrab yaralı olduğunu ona desə də, lakin onu kimin yaraladığını deməmişdir. Zöhrabın məqsədinin nə olduğunu bilməmiş, Zöhrab Nicatın onu vurduğunu deməmişdir. Zöhrabdan niyə yaralı olduğunu sonuncudan soruşmamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs o, uzun müddətdir ki, tanıyır və onunla qonşudur. Münasibətləri həmişə yaxşı olmuşdur. 26 fevral 2025-ci il tarixdə saat təxminən 01 radələrində o, evdə olan zaman dostu Zöhrab ona zəng edərək Bakı şəhəri Yasamal rayonu Qədirlİ küçəsində kəsici alətlə vurulduğunu və hazırda tanışı Eminin Qədirli küçəsində yerləşən evində olduğunu bildirib, xəstəxanaya getmək üçün ondan köməklik isdəmişdir. O, dərhal evdən çıxaraq Zöhrabın olduğu qonşuluqda yaşayan Eminin evinə getmişdir və orada Zöhrabın yaralı olduğunu görmüş və nə baş verdiyini soruşduqda Zöhrab ona tanışı olan və qonşuluqda yaşayan Nicat tərəfindən kəsici deşici alətlə vurulduğunu və nəticədə xəsarət aldığım bildirmişdir. Zöhrab həmin zaman yarasını bağlasada ondan qan gəlmiş və vəziyəti yaxşı olmuşdur. Bu səbəbdən o, onu dərhal X10 aparmışdır. (cild1, i/v 44-45) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (cild 1, i/v.01); Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 “X11” X12 direktoru Könül Ələkbərovanın ünvanladığı 28 fevral 2025-ci il tarixli 18-1-2/2-868/2025 nömrəli məktubundan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 26 fevral 2025-ci il tarixdə saat 02:56-da döş qəfəsinin deşilmiş-kəsilmiş yarası ilə X9 müraciət etmişdir (cild 1, i/v. 19); “Şübhəli şəxsin tutulması haqqında” 04 mart 2025-ci il tarixli protokoldan görünürki, Təqsirləndirilən şəxs həmin gün saat 13:00-da şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i/v. 34); “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham elan edilmiş və o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 1, i/v.46-47); Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli 4(004)-198/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək, o, dərhal məhkəmə iclas zalından azad edilmişdir (cild 1, i/v.74-84); “Təqsirləndirilin şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçmə barədə” 05 mart 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiti seçilmişdir (cild 1, i/v. 85-86); Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli 4(103)-270/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin və təqdimatın təmin edilməməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli 4(004)-198/2025 nömrəli qərarı verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (cild 1, i/v.107-111); “Zərərçəkmiş şəxs qimsində tanınma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, i/v. 90); Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 may 2025-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i/v. 122); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə - tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 384 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sol yan səthinin sol plevra boşluğuna və periton boşluğuna nüfuz edən peritoniş köndələn çənbər bağırsağı yaralayan 1 (bir) ədəd kəsilmiş deşilmiş yarası iti deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə tiyəyə malik olan alətin təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan ağlamlığa AĞİR zərər vurmaya aiddir (cild 1, i/v. 123-126); “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs istintaqa məlum olmayan kəsici-deşisici alətlə vurduğu yeri əyani olaraq göstərərək ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (cild 1, i/v. 129-132); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsin ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 2269 №li rəyindən görünür ki, İ. Motivləşdirici hissə. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları və hal-hazırki psixatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixatrik müəssisələrə müraciət etməmiş və həmçinin hazır ki, müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. İİ.Yekun hissə. Cinayət işi materiallarının və aparılmış psixatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməı dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və İctimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, i/v. 150-151); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 X12 tibbi-ekspertizasının xx.xx.2025-ci il tarixli 15/195 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarət – sağ göz nahiyyəsinin əzilmiş-cırılmış yarası küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitə, yəni xx.xx.2025-ci il tarixdə insan bədəni hissəsinin (əl, baş və.s)təsirindən əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (cild 1, i/v. 152-154); Zərərçəkmiş şəxs Yasamal RPİ-ə ünvanlamış xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur (cild 1, i/v. 157-158); 16 iyul 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci, 228.4-cü, 126.2.3, 126.2.4-cü və 221.3-cü maddələrin tərkibi olmadığından, həmin xüsusatlar üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarından fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi ayrılaraq ayrıca istintaqı aparılsı qərara alınmışdır (cild 1, i/v. 159-166); Məhkəməyə ünvanlanmış 05 sentyabr 2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunanlara əsasən məhkəmə ittihama daxil olan cinayət əməlinin tövsifi məsələsini təhlil etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci tarixdə aralarında yaranmış mübahisə zamanı yerdən tapdığı istintaqla müəyyən olunmayan kəsici-deşici alətlə Zərərçəkmiş şəxs qəsdən sağlamlığın uzun müddət pozulmasına səbəb olan ağır bədən xəsarəti yetirmişdir. Zərərçəkmiş şəxsin aldığı ağır xəsarətlə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin yetirdiyi zərbə nəticəsində almışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiqini tapmışdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun əməli qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlidir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 dekabr 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza həddini və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs yaşını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini etiraf edərək həmin əməldən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanununun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, sözügedən hadisənin zərərçəkmişin təşəbbüsü ilə başlamasını, tərəflər arasında yaşanmış həmin mübahisə zamanı zərərçəkmişin özünün təqsirləndirilən şəxsə qarşı qanunsuz hərəkələri nəticəsində sonuncunun yüngül dərəcəli bədən xəsarəti alması və digər yüngülləşdirici halların məcmusunu nəzərə almaqla, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi və onun ailəsini ciddi məhrumiyyətlərə düçar edər ki, buda belə bir şəxs üçün kifayət qədər ağır cəza olar. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. İş materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 1, i/v: 46) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-198/2025 saylı 05 mart 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (cild 1, i/v: 74-83), həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçılmışdir. (cild 1, i/v: 85-86), Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi yoxdur, qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir və əmlak üzərinə həbs qoyulmamışdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 03 il (üç) 06 (altı) ay il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməkdə ona təyin edilmiş 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökm elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Kamil Əliyev Hakimlər Nigar İmanova Vüqar Seyidov
Məhkəmə qərarları › İş №1(101)-1665/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1665/2025
17.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver