Məhkəmə qərarları › İş №1(101)-1666/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1666/2021

27.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1666/2021 27.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş, lakin üzərində məhkumluğu olmayan, ünvan 3-də qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq ünvan 1-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 6,556 qram çəkidə narkotik vasitə heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib, 3,250 qramını 1 (bir) ədəd bükümdə qablaşdırıb üzərində saxlamaqla daşımış, qalan 3,306 qramını isə 1 (bir) bükümdə qablaşdırıb yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə daşıyaraq orada saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 20 mart 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 17:10-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq Baş İdarəyə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 3,250 qram çəkidə narkotik vasitə heroin 1 (bir) ədəd bükümdə olmaqla əynindəki boz rəngli pencəyin sol iç cibindən aşkar edilərək götürülmüşdür. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin gün saat 20:32-də Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə yaşadığı ünvan 1 ünvanına baxış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı külli miqdarda 3,306 qram çəkidə narkotik vasitə heroin 1 (bir) ədəd bükümdə olmaqla evin qonaq otağındakı dolabın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2021-ci ilin fevral ayının ortalarında onun arvadının istifadəsində olan mobil nömrəsinə tanımadığı bir şəxsdən zəng gəlmişdir. Həmin şəxs səhv olaraq onun arvadına zəng etdiyini bildirmişdir. Bu şəxs Pərvin adında bir kişi olmuşdur. Telefon danışığı zaman Pərvin səhvən onun arvadına zəng etdiyini anladıqdan sonra üzr istəmişdir. Onlar da bunu normal hal kimi qarşılamışlar. Lakin bu zəngdən təxminən 30 dəqiqə keçdikdən sonra onun arvadının mobil nömrəsinə “Həyatda heç bir şey təsadüfi deyil, bəlkə də bu özü də təsadüf deyil, bizim tanışlığımız üçün ilk başlanğıc ola bilər” məzmunlu mesaj gəlmişdir. Bu mesajı onun arvadı ona göstərdikdən sonra o, həmin nömrəyə zəng etmiş və Pərvin adlı həmin şəxsə öz iradını bildirərək sonuncuya demişdir ki, “Biz mütləq görüşməliyik və bu məsələni qarşılıqlı olaraq danışmalıyıq”. Pərvin ona cavab olaraq bildirmişdir ki, “bu xırda bir məsələdir, nəyə görə sən belə xırda məsələni bu qədər böyüdürsən”. O isə Pərvinə demişdir ki, “bu xırda məsələ deyil, bu xırda məsələ kimi görünsə də böyük məna daşıyan bir hərəkət kimi görsənir”. Pərvinin onun arvadına zəng etməsi və sonradan mesaj yazması ona bir azərbaycanlı kişisi kimi çox pis təsir etmişdir. O, Pərvinə bu məsələni böyütmədiyini, bu məsələnin özlüyündə böyük bir məsələ olduğunu demişdir. Pərvin isə onun bu dediklərindən sonra ona və onun ailə üzvlərinə qarşı, habelə onun arvadına və böyüklərinə qarşı nalayiq ifadələr işlətməyə, yəni söyüş söyməyə başlamışdır. O da Pərvinə onun söydüyü söyüşlərə layiq oğlan olmadığını demiş və tezliklə Pərvinlə görüşüb baş verənlərə aydınlıq gətirməyini tələb edəcəyini bildirmişdir. Ona görə də o, Pərvin adlı şəxsin kim olmasını aydınlaşdırmaq istəmişdir. “Get kontakt” proqramı vasitəsi ilə o, Pərvinin zəng etdiyi nömrəni proqramda yazmış və həmin nömrənin qarşısında “Pərvin nadzor” yazısı qarşısına çıxmışdır. Sonra o, Pərvini axtarmağa başlamışdır. Sonradan Pərvinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Yetkinlik X15 Cəzaçəkmə Müəssisəsində gizir rütbəsi daşımaqla nəzarətçi işlədiyini öyrənmişdir. Beləliklə o, 16 mart 2021-ci il tarixdə Pərvinin işlədiyi həmin cəzaçəkmə müəssisəsinə getmişdir. Pərvin onu işlədiyi müəssisənin qapısında qarşılamış və ilk olaraq ona demişdir ki, “Tərlan qurban olum sənə, bura mənim iş yerimdir, burada belə söhbətlər etməyə utanıram, istəmirəm ki, mənim iş yoldaşlarım belə iş tutduğumu bilsinlər. Mən burada bir neçə günlük növbədəyəm, bir neçə gündən sonra görüşək”. O da Pərvinə bu məsələdə bir problemin olmadığını, bu zamana qədər heç kimin namusuna göz dikmədiyini, bu məsələni aydınlaşdırmaq üçün cəzaçəkmə müəssisəsinə gəldiyini demişdir. Bundan sonra Pərvin ona demişdir ki, “19 mart 2021-ci il tarixdə gəl görüşək və bu məsələni aydınlaşdıraq”. O da Pərvin ilə razılaşmışdır. O, 19 mart 2021-ci il tarixdə yenə də həmin cəzaçəkmə müəssisəsinin qarşısına getmişdir. Bu dəfə Pərvin onu tək yox, əlavə olaraq yeddi nəfər iş yoldaşı ilə birlikdə qarşılamışdır. Həmin yeddi nəfər də həmin cəzaçəkmə müəssisəsinin nəzarətçiləri olmuşlar. Pərvin iş yoldaşlarından bir qədər aralıda onunla görüşmüş və onlar söhbət etməyə başlamışlar. Bir qədər sonra Pərvin ona demişdir ki, “gedək oturaq bir çayxanada çay içək və söhbətimizi orada davam etdirək”. O da Pərvinlə razılaşmış və yaxınlıqda yerləşən “Kövsər” çay evinə getmişlər. Çayxanada olarkən Pərvin ona “Başa düşürəm, səhv etmişəm. Lazımdırsa gedək sizin evinizdə anandan, həyat yoldaşından üzr istəyim” demişdir. Bu ərəfələrdə onun evində gərginlik artmışdır. Belə ki, onun anası həmin vaxt xəstə olmuşdur. Arvadı isə yeddi aylıq hamilə olmuşdur. Arvadı yaşadığı stressdən ana bətnində olan 7 aylıq körpəsini itirmişdir. O, Pərvinin səmimiliyinə yenə də inanmış və sonuncunun öz evinə gəlməsinə razılıq vermişdir. Sonra o, Pərvinlə birlikdə yaşadığı evə getmişdir. Bu zaman Pərvinin iş yoldaşları da maşınla onların arxasınca məhəlləyə qədər gəlmişlər. Pərvinin iş yoldaşları 7 nəfər olmuşlar və ona demişlər ki, onun Pərvinlə söhbəti bitəndən sonra Pərvinlə birlikdə qonaqlığa gedəcəklər. Yəni bu bahənə ilə Pərvinin iş yoldaşları onların arxasınca gəlmişlər. Onlar evə çatdıqdan sonra Pərvin evdə onun anasından və arvadından üzr istəmişdir. Bu zaman onun anasının halı birdən-birə pisləşmişdir. O da buna görə Pərvinə evdə iki sillə vurmuşdur. Əslində Pərvini evə gətirərkən onun sonuncunu vurmaq kimi fikri olmamışdır. Sadəcə onun anasının halı pisləşdiyindən o, bir anlıq özünü itirmişdir. Onun anası Pərvinin etdiyi əxlaqsız hərəkətə görə çox əsəbiləşmişdir. Evdə olarkən onun anası Pərvinə demişdir ki, “nəvəmi itirmişəm, bax gör sənin qadınlara olan tamahın hansı böyük səhvə və günaha səbəb oldu. Sən başa düşürsən hansı günaha girmisən?”. Anası bunu dedikdən sonra ağlamış və birdən halı pisləşmişdir. O, Pərvinə sillə vurduqdan sonra sonuncu bayıra çıxmış və iş yoldaşlarının yanına getmişdir. Pərvinin iş yoldaşları da ona demişlər ki, “Bağışla bizi. Biz bilməmişik ki, Pərvin belə alçaq iş görüb. Biz bilsəydik ki, o, başqasının arvadına göz dikib heç vaxt sizin məhəllənizə qədər gəlməzdik”. Bundan sonra Pərvin öz iş yoldaşlarının maşınına oturmuş və iş yoldaşları ilə birlikdə məhəllədən çıxıb getmişdir. Bu söhbətdən sonra o, Pərvinin ona pislik edəcəyini düşünmüşdür. Elə bunu düşünmüşdür ki, həmin gün təxminən saat 23:00 radələrində 37-ci Polis bölməsindən ona zəng edərək bildirmişlər ki, “Pərvinin atası 37-ci Polis bölməsinə gəlib, səndən şikayətçi deyil, sadəcə Pərvinin atası bilmək istəyir ki, sən nəyə görə Pərvini sillə ilə vurmusan.” O, bu vaxt başa düşmüşdür ki, Pərvin özünü təmizə çıxarmaq üçün onun “torbasını tikəcək”. O, zəng edən polis əməkdaşına növbəti gün Polis bölməsinə gələcəyini bildirmişdir. O, həmin vaxt artıq başa düşmüşdür ki, onun “paqonlu” şəxsə sillə vurmağına görə ona ciddi problemlər yaradacaqlar. Ona görə də o, səhər yuxudan oyanan kimi, Bakı şəhərində olan ziyarətgahlara gedərək Allaha dua etmişdir ki, “Allah sən özün məni şər-böhtdan qoru”. O, müqəddəs yerləri ziyarət etdikdən sonra 37-ci Polis bölməsinə getmişdir. O, 37-ci Polis bölməsinə tək getmişdir. O, Polis bölməsinə girmək istəmişdir. Lakin qapı bağlı olmuşdur. Bu zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşmışdır. Polis əməkdaşlarından birinin adı Ayxan, digərinin adı isə Rövşən olmuşdur. Həmin şəxslər ona polis əməkdaşları olduqlarını və özləri ilə birlikdə BMCMİ-nə getməli olduğunu bildirmişlər. O da polis əməkdaşlarına etiraz etməyərək polislərlə birlikdə BMCMİ-nə getmişdir. O, polislərə yol boyu başına gələn əhvalatı danışmışdır. Polis əməkdaşları da ona demişlər ki, “Yaxşı eləmisən, biz də sənin yerində olsaydıq belə edərdik”. Hətta polis əməkdaşları ona demişlər ki, “Biz öz namusunu qoruyan oğlanlara hörmət edirik”. Sonra onlar BMCMİ-nə gəlib çatmışlar. Onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəldikdən sonra polislər ona demişlər ki, “Tərlan otur gözlə bu otaqda. İndi yuxarıdan nə göndərsələr sənindir. Bura “banditizmdir”. Burada işlər belə olur. Burada başqa söhbət ola bilməz”. O, həmin vaxt başa düşmüşdür ki, polislər onu Pərvini vurduğuna görə tutmuşlar. Bir qədər sonra yuxarıdan polislər iki büküm narkotik vasitə gətirmişlər və ona demişlər ki, “Boynuva almalısan ki, bu mal sənindir”. O, polislərə sual vermişdir ki, “bu bükümlərin içində neçə qram narkotik vasitə var?”. Polislər də ona demişlər ki, “Bu bükümlərdə 6 qram narkotik vasitə var və bunun sənə məxsus olduğunu etiraf etməlisən”. Sonra o, polislərdən soruşmuşdur ki, “Bu qədər narkotik vasitənin mənə məxsus olduğunu etiraf etsəm, mənə məhkəmədə neçə il azadlıqdan məhrum etmə cəzası təyin edərlər?”. Polislər də demişlər ki, “6 qram heroinə görə 5 ildən 12 ilə qədər azadlıqdan məhrum etmə cəzası təyin edilir”. O, bununla razılaşmamış və polislərdən xahiş edərək demişdir ki, “Heç olmasa mənə biraz az narkotik vasitə verin ki, balalarım və ailə üzvlərim yazıqdırlar, heç olmasa az türmədə yatım”. Bundan sonra polislər ona demişlər ki, “Əgər sən bu narkotik vasitələrin sənə məxsus olduğunu etiraf etsən, sənə qarşı ittiham Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürüləcək”. Lakin o razılaşmamışdır. Bundan sonra onu BMCMİ-nin “podvalına” aparmışlar və orada ona 9 dəfə elektroşok ilə işgəncə vermişlər. Bundan sonra da o, verilən işgəncələrə dözmüş və polislərin dediklərini, yəni narkotik vasitənin ona məxsus olmasını etiraf etməmişdir. Çünki onu günahsız yerə şərləmişlər. Bundan sonra polislər ona demişlər ki, “Bu hələ başlanğıcdır. İndi biz gedirik sənin ananı, arvadını və uşaqlarını BMCMİ-nə gətirək, hamınızı həbs edərik”. O, öz ailəsinə həddən artıq bağlı adam olduğundan arvadının, anasının, uşaqlarının polis orqanına gəlməsinə heç vaxt rəva bilməmişdir. O, məhz bundan sonra bütün sənədlərə qol çəkməyə razılaşmışdır. Bundan sonra o, bütün sənədləri imzalamışdır. O, öz namusunu qorumuşdur. Onun başına gələn hadisələrin səbəbkarı Pərvinin vəzifədə olan tanışları olmuşdur. O, heç bir narkotik vasitə almamış və satmamışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 20 mart 2021-ci il tarixində Bakı şəhəri, Xətai rayonunda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, bu əməliyyat məlumatını aldıqdan sonra öz rəhbərliyinə raportla məruzə etmiş və əməliyyat məlumatı rəsmiləşdirildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, əməliyyat müvəkilləri Şahid2, Şahid3 və Şahid4 daxil olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı ünvanda olması barədə əməliyyat məlumatı dəqiqləşdikdən sonra onlar Təqsirləndirilən şəxs olduğu ünvana getmişlər. Onlar Tərlanın olduğu ünvana çatdıqda, axşam vaxtı olmuşdur. Onlar həmin vaxt orada, yəni Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsində özünü şübhəli aparan və xarici görünüşünə görə Təqsirləndirilən şəxs oxşar bir nəfərin olması müşahidə etmişlər. Bundan sonra onlar həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını demişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də onlara özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra sonuncunu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərarla tanış etmişlər, eləcə də qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə onlara məlumatın daxil olduğunu bildirmişlər. Sonra onlar Təqsirləndirilən şəxs BMCMİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs də buna etiraz etməyərək onlarla birlikdə Baş İdarəyə getmişdir. Onlar İdarəyə çatdıqdan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə sonuncunu baş təhqiqatçı Mirata Seyidovun xidməti iş otağına aparmışlar. Orada təhqiqatçı X21 Ağayevə hüquq və vəzifələrini izah etmiş və sonra oraya vəkil də dəvət edilmişdir. Vəkil gəldikdən sonra təhqiqatçı X21 Ağayevdən üzərində qadağan olunmuş hansısa əşyanın olub-olmamasını soruşmuş və olduğu halda həmin əşyaları təqdim etməsini təklif etmişdir. Şəxsi axtarış videoçəkiliş vasitəsi ilə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroinin olduğunu bildirmiş və əynində olan pencəyin cibindən 1 (bir) ədəd sellofan bükümü çıxararaq təhqiqatçıya təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni 2 (iki) gün əvvəl tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd büküm qablaşdırılaraq götürülmüşdür. Bundan sonra bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs yaşadığı evdə də 1 (bir) büküm narkotik vasitə heroinin olduğunu onlara bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə dair razılıq ərizəsini yazaraq təhqiqatçıya təqdim etmişdir. Sonra onlar Təqsirləndirilən şəxs və sonuncu üçün dəvət edilmiş vəkil ilə birlikdə Tərlanın yaşadığı ünvana getmişlər. Tərlan yaşadığı evin qapısını özü açdıqdan sonra onlar birlikdə evin içərisinə daxil olmuşlar. Onlar evə daxil olduqları zaman videoçəkiliş başlanmış və Təqsirləndirilən şəxs yaşadığı mənzildə narkotik vasitə və ya psixotrop maddə olubolmaması soruşulmuşdur. Tərlan evin qonaq otağında narkotik vasitə saxladığını bildirərək onları həmin otağa dəvət etmişdir. Onlar həmin otağa daxil olduqdan sonra Təqsirləndirilən şəxs üzərində televizor olan dolabın siyirməsini açaraq oradan 1 (bir) ədəd bükümü çıxararaq onlara təqdim etmiş və həmin bükümdə narkotik vasitə heroinin olduğunu bildirmişdir. Sonra həmin büküm də qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Protokol tərtib edildikdən sonra bütün iştirakçılar həmin protokolu imzalamışlar. Təqsirləndirilən şəxs həmin bükümü də onlara təqdim edərək həmin bükümdə olan vasitəni 2 (iki) gün əvvəl öz şəxsi istifadəsi üçün aldığını, həmin heroininn bir hissəsini istifadə etdiyini, bir hissəsini üzərində, qalan hissəsini isə yaşadığı evdə saxladığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 və Şahid3 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs anasıdır. Oğlu Təqsirləndirilən şəxs Cavadova Elvirə ilə ailə qurmuş və birlikdə ər-arvad kimi yaşamışlar. Lakin onun oğlu ilə gəlini nikaha daxil olmamışlar. Tərlanla Elvirə kəbin kəsdirərək ailə həyatı qurmuşlar. Tərlan tutulmamışdan bir neçə ay əvvəl iki ədəd “Nar” nömrəsi almışdır. Tərlan mobil nömrənin birisini arvadı Elvirəyə vermiş, digərini isə özü istifadə etməyə başlamışdır. Gəlini Elvirə də həmin nömrəyə “Votsap” mobil tətbiq etməni yükləmiş və profilinə özünün qızı Zeynəblə olan şəklini qoymuşdur. Onların evində nə xoşagəlməz hadisələr baş vermişdirsə, məhz bu nömrələrin alınmasından sonra baş vermişdir. Belə ki, günlərin birində onun gəlini Elvirənin istifadəsində olan mobil nömrəyə gəlinin tanımadığı bir şəxsin nömrəsindən zəng gəlmişdir. Həmin nömrədən zəng edən şəxs özünü Pərvin kimi təqdim edərək Fərhad adlı bir şəxsi soruşmuşdur. Lakin onun gəlini zəng edən şəxsə səhv düşdüyünü və bu nömrənin özünə aid olduğunu, eləcə də Fərhadın bu nömrəyə aid olmadığını bildirmişdir. O, bu baş verənləri əvvəllər bilməmişdir. O, bu hadisələrin şahidi olmamışdır. Bunların hamısını ona sonradan gəlini danışmışdır. Onun gəlini bu məsələni əvvəlcə ona demişdir. Elvirə bu məsələni Tərlana deməsindən çəkinmişdir. Belə ki, Elvirə bu məsələni Tərlana deyəcəyi halda Tərlanın bu məsələni düzgün başa düşməyəcəyindən qorxmuşdur. Ona görə də Elvirə Pərvinin zəng etməsini əvvəlcədən gizlətmiş, lakin sonradan ona demişdir. Elvirə, həmçinin ona demişdir ki, Pərvinə səhv düşdüyünü desə də, Pərvin Elvirədən əl çəkməmiş və dəfələrlə zəng edərək “həyatda heç nəyin təsadüf olmadığını” bildirərək Elvirə ilə tanış olmaq istəmişdir. Lakin Elvirə hər dəfə bundan imtina etmişdir. Elvirə Pərvinə nə qədər evli olduğunu, ərinin və uşaqlarının olduğunu deyib əl çəkməsini istəsə də, Pərvin Elvirədən əl çəkməyərək zəng etməyə və “Votsap” proqramı vasitəsi ilə mesaj yazmağa davam etmişdir. Hətta Pərvin bir dəfə Elvirəyə sonuncunun Fərhadın tanış olduğu qızlardan biri olduğunu demişdir. Həmin ərəfədə onun gəlini Elvirə hamilə olmuşdur. Pərvinin Elvirəyə mesaj yazması və dəfələrlə zəng etməsi Elvirəyə çox pis təsir etmişdir. Elvirədə özünə qapanma halları baş verirmiş, işdən evə gələn kimi öz otağına qapanmış, heç kəslə danışmamış və mütəmadi olaraq ağlamışdır. O da elə düşünmüşdür ki, bütün bu hallar Elvirənin hamilə olması, hamiləlik vaxtı gərgin və stresli vəziyyətdə olması ilə bağlı olmuşdur. Əvvəlcə Elvirə bu barədə evdə heç bir söz danışmamışdır. Bunun səbəbi isə Elvirənin öz yoldaşı Tərlandan çəkinməsi və ikinci dəfə qurduğu ailəsinin dağılmasını istəməməsi ilə bağlı olmuşdur. Lakin Pərvinin onun gəlini Elvirəyə zəng etməyə davam etdiyindən Elvirə məcburiyyət qarşısında qalaraq əri Tərlana hər bir hadisəni, yəni Pərvinin Elvirəni narahat etdiyini demişdir. O, bunu da Elvirənin özündən eşitmişdir. Elvirə onun oğlu Tərlana baş verənləri danışdıqdan sonra Tərlan Pərvini axtarmağa başlamışdır. Tərlan Pərvini müəyyən etdikdən sonra sonuncunun mobil nömrəsinə zəng etmişdir. Tərlan Pərvinə bu məsələni yoluna qoymaq üçün görüşmək istədiyini bildirmişdir. X24 görüşməyə ehtiyacın olmadığını və öz səhvini başa düşdüyünü demişdir. Bu hadisələrə görə onların evində gərginlik artmışdır. Artıq Tərlan ilə Elvirə birbirindən boşanmaq həddinə çatmışlar. Demək olar ki, Tərlanın ürəyində şübhə yaranmışdır. Yaranmış gərginlik nəticəsində Elvirənin hamiləliyi pozulmuş və ana bətnində olan 7 aylıq körpə tələf olmuşdur. Buna görə də Tərlan evdə demişdir ki, “Gedim Pərvini tapım gətirim evə, sizdən üzr istəsin və bütün bu söz-söhbətə evdə son qoyulsun”. Tərlan Pərvinin yetkinlik yaşına çatmayanların cəzaçəkmə müəssisəsində nəzarətçi işlədiyini müəyyən etmişdir. Sonra Tərlan yenə Pərvinlə danışmış və sonuncuya işlədiyi yerə gələcəyini demişdir. Pərvin Tərlana həmin həftə deyil, növbəti həftə işdən çıxa biləcəyini deyərək Tərlana bir həftə sonra görüşəcəyini demişdir. Növbəti həftə Tərlan Pərvinin işlədiyi cəzaçəkmə müəssisəsinə gedərək Pərvinlə görüşmüşdür. Bu hadisə bayram axşamı, yəni 19 mart 2021-ci il tarixdə olmuşdur. Tərlan Pərvinlə görüşüb danışdıqdan sonra sonuncu ilə birlikdə evə gəlmişdir. Tərlanın Pərvini evə dəvət etməkdə məqsədi sonuncunun ondan və onun gəlini Elvirədən üzr istəməsindən və ailədə yaranmış sözsöhbətə son qoyulmasından ibarət olmuşdur. Ona görə də Pərvin də Tərlanla razılaşaraq onların evinə gəlmişdir. Bu zaman Pərvinin iş yoldaşları da onların yaşadığı məhəlləyə qədər gəlmişlər. Onlar 19 mart 2021-ci ildə evdə olduqları zaman birdən evin qapısı döyülmüşdür. Onun nəvəsi qapını açmış və Pərvinlə Tərlan birlikdə evə daxil olmuşlar. Bu zaman onun qudası da, yəni Elvirənin anası da onların evində olmuşdur. Sonra Pərvin onların oturduqları otağa daxil olmuşdur. O, Pərvinə müraciət edərək Elvirənin ailəli olduğunu, xırda bir zəngə görə az qala bir ailənin dağılma həddinə gəlib çatdığını, oğlu Tərlanın indiyə qədər heç kimin qeyrət-namusuna sataşmadığını demişdir. Bu zaman Pərvin oturduğu yerdə başını aşağı salaraq ona qulaq asmışdır. Sonda o, Pərvinə demişdir ki, “Sənə hər bir məsələni bağışlayaram, başa düşürəm ki, cavansan, lakin sənin bu hərəkətlərin bizim əlimizdən 7 aylıq ana bətnində olan körpəni aldı, bax bunu sənə heç vaxt bağışlamayacam”. Onun bu sözündən sonra Tərlan Pərvinə sonuncunun etdiyi hərəkətlərin kişiliyə yaraşmayan bir hərəkət olduğunu demiş və ondan, eləcə də Elvirədən üzr istəməsini Pərvindən istəmişdir. Pərvin isə bunu etməmişdir. Bu vaxt Tərlan ayağa qalxaraq Pərvinə iki dəfə sillə ilə vurmuşdur. Tərlan Pərvini iki dəfə silllə ilə vurduqdan sonra Pərvin ayağa durmuş, ondan və gəlinindən üzr istəmədən hirsli-hirsli evdən bayıra çıxmışdır. Pərvin evdən çıxıb getdikdən sonra həmin gün axşam saat 23:00 radələrində onların yaşadıqları ərazinin sahə müvəkkili Zaur adlı polis əməkdaşı Tərlanın mobil telefonuna zəng edərək, Pərvinin atasının Polis bölməsinə gəldiyini və baş vermiş hadisəni aydınlaşdırmaq istədiyini Tərlana bildirərək Tərlandan işlədiyi bölməyə gəlməsini tələb etmişdir. Tərlan da Zaura demişdir ki, “Sabah bayramdır, səhər ölülərimizi ziyarət etmək üçün qəbirstanlığa gedib gəldikdən sonra Polis bölməsinə gələ biləcəm”. Tərlan bunu Zaura dedikdən sonra sabaha qədər sonuncudan vaxt istəmişdir. Zaur da Tərlanla razılaşmışdır. 20 mart 2021-ci il tarixdə Tərlan Polis bölməsinə getmişdir. Tərlan getdikdən sonra çox vaxt keçməsinə baxmayaraq, evə gəlməmişdir. O, bir neçə saat gözləsə də, Tərlan geri qayıtmamışdır. Bu hadisənin saatı da dəqiq olaraq onun yadında qalmışdır. Çünki həmin vaxt onun əlində planşet olmuş və planşetdə saat 18:48 olmuşdur. Sonra Tərlan ona mesaj yazaraq evlərinin dəqiq ünvanını soruşmuş və Polis bölməsində izahat verdiyini, narahat olmamalarını, bir qədər sonra evə gələcəyini demişdir. O da evin ünvanını dəqiq olaraq Tərlana demişdir. Bir qədər də müddət keçdikdən sonra, təxminən saat 21:00 radələrində evin qapısı döyülmüş və Tərlan 5-6 nəfər mülki geyimli şəxslə birlikdə evə gəlmişdir. Həmin şəxslər onlara demişlər ki, “Narahat olmayın, Pərvinin atası da gələcək bizim evimizə və biz burada Tərlanla Pərvini barışdıracayıq”. O da öz daxilində əgər Pərvinin atası barışığa gələcəksə bu qədər adamın onların evinə gəlməyinə nə ehtiyac olduğunu düşünmüşdür. Bir qədər sonra həmin şəxslər onları, yəni onu, gəlini Elvirəni, nəvələrini, qudası Məlakət xanımı digər otağa aparmışlar. Onlar etiraz etsələr də, polislər onları güclə bir otağa aparmışlar. Bu zaman bir qarayanız hündür oğlanı otağın qarşısına qoyaraq onlara nəzarət etməyi tapşırmışlar. Onları otağa zorla salmışlar. Onlar Tərlanı qaldıqları otaqdan görə bilməmişlər. Çünki qapı bağlı olmuşdur. Onlar Tərlanı görə bilməsələr də, orada baş verənləri eşitmişlər. Tərlanla birlikdə evə gələn mülki geyimli şəxslər Tərlana demişlər ki, “Al boynuna, yoxsa sənə pis olacaq. Səni daha böyük “malla yükləyəcəyik”. Polislər Tərlana “Al boynuna” deyərkən Tərlanın narkotik vasitələri boynuna almasını nəzərdə tutmuşlar. Çünki onlar həmin otaqda narkotikdən söhbət getdiyini eşitmişlər. Bu zaman gəlini Elvirə otaqdan bayıra atılmış və Tərlana təkidlə narkotik vasitənin özünə məxsus olmasını boynuna almamasını tələb etmişdir. Lakin polis əməkdaşı Elvirəni geri itələyərək yenidən otağa salmışdır. Tərlan mülki geyimli şəxslər tərəfindən onlara qarşı təzyiqlər göstərildiyini görmüş və bütün bunlara görə polislərin evə özləri ilə gətirdikləri narotik vasitəni məcbur olub özünə məxsus olduğunu boynuna almışdır. Bütün bu baş vermiş hadisələr, yəni guya Tərlanın narkotik vasitələrin özünə məxsus olmasını etiraf etməsini həmin mülki şəxslər mobil telefonları vasitəsilə videoçəkiliş vasitəsilə qeydə almışlar. Bundan sonra isə həmin mülki geymli şəxslər Tərlanı yenidən Polis bölməsinə aparmışlar. Tərlan evdən çıxarkən ona “Ana, məni şərləyərək tutdular” demişdir. Bundan sonra onlar sahə müvəkkili Zaurun qəbuluna getmək istəmişlər. Lakin Zaur onlara demişdir ki, “Mən Covid-19 infeksiyasına yoluxmuşam. Sizinlə hazırda görüşə bilmərəm”. O, Zaurun dediklərini bəhanə hesab etmişdir. Zaur onlarla bu bəhanə vasitəsilə görüşməkdən imtina etmişdir. X26 iki dəfə sillə vurduğuna görə şərlənmişdir. Bu işin arxasında Pərvin və Pərvinin atası olmuşdur. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X13 oxşar məzmunlu ifadə verməklə əlavə şahid X4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Tərlan onun qızı Elviranın həyat yoldaşıdır. O, Pərvin adlı şəxsin onun qızı Elvirəyə zəng edərək qızını narahat etdiyini eşitmişdir. Bunu ona qızı Elvirə və qızının qayınanası demişdir. O, Tərlanın Pərvini taparaq Elvirədən və onun qudası Elmira xanımdan üzr istəməsi üçün evə gətirdiyini görmüşdür. O, həmin vaxt Tərlangilin evində olmuşdur. O, evdə olarkən Tərlan Pərvinə anasından və həyat yoldaşından üzr istəməli olduğunu demişdir. Pərvin də Tərlana nəyə görə üzr istəyəcəyini yüksək bir səslə soruşmuş və sanki üzr istəməli olmadığını bildirmişdir. Sonra o, Tərlanın Pərvini buna görə iki dəfə sillə ilə vurduğunu görmüşdür. Bundan sonra Pərvin hirsli şəkildə evdən çıxaraq getmişdir. O, işə gedərkən də Tərlangilin yaşadığı evin qarşısında Pərvinlə birlikdə sonuncunun iş yoldaşlarının evin qarşısında olduqlarını görmüşdür. 20 mart 2021-ci il tarixində bayram axşamı günü o, işdən çıxaraq Tərlangilin evinə gəldikdə evin qarşısında və evin içərisində bir neçə maşının və çoxlu sayda insanın olduqlarını və Tərlanın mülki geyimli şəxslər tərərfindən tutularaq aparıldığını görmüşdür. Əvvəlcə onu evə buraxmamışlar. Lakin onun qızı Elvirənin tələbindən sonra onu da evə buraxmışlar. Bir qədər sonra həmin şəxslər onları, yəni onu, onun qudasını, qızı Elvirəni və onun nəvələrini evdə olan bir otağa yığmışlar. Bu zaman bir qarayanız hündür oğlanı onların salındığı otağın qarşısına qoyaraq onlara nəzarət etməyi tapşırmışlar. Bu zaman onları zorla otağa salmışlar. O, Tərlanı olduğu otaqdan görə bilməmişdir. Çünki həmin vaxt onların olduqları otağın qapısı bağlı olmuşdur. Lakin o, sonradan bilmişdir ki, Pərvin adlı şəxsin atası Tərlanı “şərləyərək” tutdurmuşdur. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, onun Təqsirləndirilən şəxs ilə tanışlığı onun səhvən Tərlanın arvadı Elvirəyə “Votsap” vasitəsi ilə mesaj yazmağı ilə bağlı olmuşdur. O, 2021-ci ilin fevral ayında bibisi oğlu Fərhadın nömrəsinə “Votsapda” mesaj yazmışdır. O, Fərhadın nömrəsinə “Votsap” vasitəsi ilə “Salam”, sonra isə “Salam Fərhad necəsən” məzmunlu mesaj yazmışdır. Sonradan o, bilmişdir ki, Fərhadın istifadəsində olmuş həmin nömrə istifadə edilmədiyindən satışa çıxarılmış və Tərlanın yoldaşı Elvirənin istifadəsində olmuşdur. Elvirənin istifadə etdiyi ***-***-**-** mobil nömrə əvvəllər onun “bibi oğlu” dediyi, əslində isə onun bibisinin nəvəsi X2 məxsus olmuşdur. Həmin ərəfədə onun bibisinin yoldaşı rəhmətə getdiyindən o, yas mərasiminə getmişdir. Lakin həmin vaxt o, orada Fərhadı tapmamışdır. Bibisinin yoldaşı 2021-ci ilin fevral ayında rəhmətə getmişdir. O, Fərhadı həmin yas mərasimində görmədiyindən sonuncu ilə əlaqə saxlamaq qərarına gəlmişdir. Buna görə də o, bir neçə gündən sonra Fərhada məxsus olan telefon nömrəsinə, yəni ***-***-**-** mobil telefon nömrəsinə “Votsapda” mesaj yazmışdır. O, mesaj yazdığı mobil nömrənin “Votsapda” profil hissəsinə baxdıqda, Fərhadın nömrəsinin qarşısında adi bir şəkil olduğunu görmüşdür. Səhv etmirsə həmin şəkil hansısa bir mənzərənin şəkli olmuşdur. O, Fərhadın nömrəsi olduğunu zənn etdiyi ***-***-**-** nömrəsinə “Salam” məzmunlu mesaj yazmışdır. Bir müddətdən sonra o, görmüşdür ki, “Votsapda” yazı sahəsində salam yazdığı hissədə salam sözünün altında iki xətt işarəsi gəlmişdir. Bu iki xətt onun yazdığı mesajın qarşı tərəfə çatdırılmasını bildirmişdir. İki xətt işarəsindən sonra o, həmin nömrəyə yenidən “Salam Fərhad, necəsən? Pərvindir?” yazmışdır. O, həmin nömrəyə mesaj yazdıqdan sonra təxminən 10-15 dəqiqə keçmişdir ki, onun mesajına ***-***-**-** mobil telefon nömrəsindən “Votsap” mesajı vasitəsilə cavab gəlmişdir. Sonra ona “Votsap” vasitəsilə “Salam, hə tanıdım, mənəm Fərhad” mesajı gəlmişdir. O da cavab yazmışdır ki, “Fərhad necəsən?”. O, həmin vaxt ona yazan şəxsin Fərhad olduğunu zənn edərək, demişdir ki, “Nəyə görə mənə qəribə məzmunlu mesajlar yazırsan? Sanki mənimlə məzələnirsən”. Ona görə də o, Fərhada demişdir ki, “Nəyə görə mənimlə məzələnirsən?”. Sonra o, Fərhada bir daha “Fərhad, mənəm Pərvindir sənə yazan “ mesajını yazmışdır. O, sonraki yazışmadan başa düşmüşdür ki, ona cavab yazan şəxs Fərhad deyil, başqa şəxs olmuşdur. Çünki bir qədər sonra Elvirə ona “Votsap” proqramı vasitəsilə səsli mesaj göndərmişdir. O, bundan sonra tam olaraq həmin şəxsin Fərhad olmadığını və bir neçə dəqiqədir ki, hansısa bir qadınla yazışdığını anlamışdır. Bundan sonra bu məsələnin uzanmaması üçün o, həmin şəxsə, yəni Elvirəyə demişdir ki, “Üzrlü hesab edin, səhv yazmışam”. O, səhvən Elvirəyə mesaj yazdığını, bir daha belə bir məsələnin ortaya çıxmaması üçün sonuncuya da heç vaxt mesaj yazmamasını, səs göndərməməsinin vacib olduğunu bildirmişdir. Həmçinin o, Elvirəyə demişdir ki, Elvirənin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi əvvəllər onun bibisinin nəvəsi Fərhadın nömrəsi olmuşdur. O da Elvirəni Fərhad zənn edərək mesaj yazmışdır. Sonradan o, Fərhadın nömrəsini bibisi oğlu Cəfərdən almışdır. O, Fərhada zəng edərək danışmış və həmin vaxt Fərhad ona demişdir ki, “Əsgərliyə gedib-qayıtdıqdan sonra ***- ***-**-** mobil telefon nömrəsini uzun müddət işlətmədiyimdən həmin nömrə mobil operator tərəfindən yenidən satışa çıxarılmış və başqa şəxsə satılmışdır”. Onunla Elvirə arasında səhvən olmuş “Votsap” yazışmalarından bir müddət sonra Təqsirləndirilən şəxs onunla telefon vasitəsilə əlaqə saxlamışdır. Tərlan ona zəng edərək arvadı Elvirəyə məxsus olan ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlayıb-saxlamadığını ondan soruşmuşdur. O da Tərlana demişdir ki, “Belə bir hadisə baş versə də, bu hadisə anlaşılmazlıq üzündən baş vermişdir, xahiş edirəm ki, məni bir daha üzrlü hesab et”. O, Tərlana Elvirə ilə yazışmasının səhvən olduğunu desə və Tərlandan bunu üzrlü saymasını xahiş etsə də, Tərlan ona yenidən zəng edərək yazışmalar barədə onunla danışmışdır. Onların arasında bir neçə dəfə telefon danışığı olmuşdur. Onun Elvirə ilə tanışlığı “Votsap” proqramı vasitəsi ilə olsa və bu səhvən baş versə də, sonradan onunla Elvirə arasındakı telefon zənglərinin səbəbi Elvirənin dəfələrlə ona zəng etməsi ilə bağlı olmuşdur. Elvirə ona bir neçə dəfə zəng edərək demişdir ki, “Mən səni tanıyıram”. Lakin o, Elvirəyə demişdir ki, “Mən səni tanımıram, əgər bir dəfə “Votsapda” sənə mesaj yazmışamsa, bu səhvən olub”. O, həmçinin Elvirəyə demişdir ki, “Aramızda bundan artıq heç nə ola bilməz”. Bundan sonra ona Tərlan özünə məxsus olan ***-***-**-** mobil telefon nömrəsindən zəng etmişdir. Tərlan ona zəng edənə qədər onunla Elvirə arasında əlaqələr həm “Votsap”, həm də mobil telefon zəngi vasitəsilə yalnız bir gün, yəni 16 fevral 2021-ci il tarixində olmuşdur. Elvirə tərəfindən onunla tanışlıqla bağlı heç bir təşəbbüs olmamışdır. Onun Elvirə ilə şəxsi münasibətlər zəminində danışığı olmamışdır. Elvirənin də onunla şəxsi münasibətlər zəminində danışığı olmamışdır. Tərlan ona zəng edərək ondan harada yaşadığını soruşmuşdur. O da Tərlana demişdir ki, “Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 Sovxozda yaşayıram”. Tərlan ondan görüşə bilib-bilməyəcəyini soruşmuşdur. O da görüşə biləcəyini Tərlana bildirmişdir. Tərlanın ona ilk zəngi 16 fevral 2021-ci il tarixindən sonra olmuşdur. Tərlanın ona ilk zəngindən sonra Elvirə ilə onun arasında heç bir əlaqə olmamışdır. 16 mart 2021-ci il tarixdə Tərlan onun işlədiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyyə Müəssisəsinə gəlmişdir. O, Tərlanı çölə çıxararaq qarşılamışdır. Tərlanın onun işlədiyi yeri haradan bilməsi və necə gəlib onu tapması hələ də ona aydın olmamışdır. O, Tərlana demişdir ki, “Hazırda iş günümdür, 19 martda işdən çıxım görüşək”. Tərlan da onunla razılaşmışdır. O, 19 mart 2021-ci ildə işdən çıxdıqda, Tərlanı işinin qabağında görmüşdür. O, Tərlan ilə görüşmüş və onlar çayxanaya gedərək orada çay içmişlər. Tərlan ona orada demişdir ki, “Anam xəstədir, 5-6 aydır ki, anam ürək xəstəliyindən əziyyət çəkir, sənin səhvən Elvirəyə mesaj yazmağın bizim evdə problemlər yaradıb. Bu problemləri aradan qaldırmaq üçün gedək bizim evə, orada anamla danış, məsələnin mahiyyətini başa sal və de ki, bütün baş verən hadisələr anlaşılmazlıq səbəbindən baş vermişdir”. O, da Tərlanla razılaşaraq sonuncu ilə birlikdə göy rəngli “Priora” markalı taksi avtomobili ilə Tərlanın evinə getmişdir. Onun Tərlanın evinə getdiyini onun iş yoldaşları da bilmişdir. Buna görə də o, Tərlanın evinə getdikdən sonra, onun iş yoldaşları da Tərlanın evinin qarşısına gəlmişlər. O, Tərlan ilə birlikdə sonuncunun evinə gəldikdən sonra ilk dəqiqələrdən ona xoş münasibət göstərilmişdir. Sonra ona çay gətirmişlər və onlar birlikdə çay içmişlər. Tərlanın ailə üzvləri, yəni anası, iki qızı da evdə olmuşdur. Həmin vaxt o, Elvirəni evdə görməmişdir. Bəlkə də Elvirə evdə olmuş, amma o, həmin vaxt Elvirəni görməmişdir. O, Tərlanın anasına demişdir ki, “Ana, mənim Elvirəyə “Votsapda” yazmağım anlaşılmazlıq nəticəsində baş verib. Elvirənin işlətdiyi nömrə əvvəllər mənim bibim nəvəsi Fərhada məxsus olmuş və mən Fərhada mesaj yazdığımı zənn edərək səhvən Elvirəyə “Votsapda” mesajlar yazmışam. Mən Elvirəyə mesaj yazanda həmin mesajı Fərhada yazdığımı zənn edirdim. Sonradan başa düşdüm ki, mənimlə yazışan şəxs Fərhad deyil, qadındır. Mən səhvən yazdığımı və bir daha narahat etməyəcəyimi bildirdim.” O, bunu Tərlanın anasına dedikdən sonra sonuncudan onu bağışlamasını xahiş etmişdir. Həmin gün onunla Elvirə arasında heç bir üzləşdirmə olmamışdır. Çünki o, həmin gün Elvirəni evdə görməmişdir. Tərlanın anası ona anlaşılmazlıq üzündən hadisələrin baş verdiyini anladığını, baş vermiş hadisədə onun bilərəkdən bu hərəkətləri etmədiyini bildirmişdir. Bundan sonra Tərlan ona iki dəfə sillə vurmuşdur. O da Tərlana heç bir müqavimət göstərməmişdir. Sonra o, bir daha Tərlandan və sonuncunun ailəsindən baş vermiş hadisəyə görə üzrlü bilmələrini xahiş etmişdir. Tərlan onu sillə ilə vurduqdan sonra o, Tərlana qarşı heç bir təhdidli sözlər işlətməmiş və bu hərəkətlərinə görə Tərlanı tutduracağını deməmişdir. O, Tərlanın evinə gəldikdən sonra onun arxasınca 5 nəfər iş yoldaşı da Tərlanın yaşadığı məhəlləyə, yəni evinin qarşısına gələrək onu gözləmişlər. O, Tərlanın evindən çıxdıqdan sonra dostları ilə birlikdə geri qayıtmışdır. O, Tərlanın yaşadığı evdən çıxdıqdan sonra baş vermiş hadisə barədə qardaşına mobil telefon vasitəsilə zəng edərək məlumat vermişdir. Onun qardaşı zabitdir və hansısa idarədə işləyir. Lakin o, qardaşının hansı vəzifədə işləməsini dəqiq olaraq bilmir. O, qardaşına baş vermiş hadisələri danışmış və Tərlanın iki dəfə onu sillə ilə vurduğunu bildirmişdir. Onun qardaşı Tərlanın ona sillə vurmasından bərk əsəbiləşmişdir. Bundan sonra onun qardaşı onun atasına zəng edərək baş vermiş hadisəni danışmışdır. Sonra onun atası Tərlanın onu sillə ilə vurmasına görə hansısa bir Polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. O, atasının hansı Polis bölməsinə şikayət ərizəi ilə müraciət etməsini xatırlamır. Səhv etmirsə onun atasının sahə müvəkkili vəzifəsində işləyən Zaur adlı tanışı olmuşdur. Səhv etmirsə onun atası sahə müvəkkili işləyən Zaura müraciət etmişdir. Lakin o, Zaurun hansı Polis bölməsində işlədiyini bilməmişdir. Lakin o, atasının tanışı olan Zaurun mayor rütbəsi daşıdığını bilmişdir. O, evə gəldikdə artıq atası bütün hadisəni bilmişdir. Atası onu Pirşağıya gedən Mehdiabad yolunda qarşılamışdır. O da olanları, yəni Tərlanın arvadına səhvən “Votsapda” mesaj yazdığını, bu məsələdən Tərlanın xəbərdar olduğunu, sonra Tərlanla birlikdə sonuncunun yaşadığı evə getdiyini, evdə baş vemiş hadisəyə aydınlıq gətirildiyini, üzr istəməsinə baxmayaraq, Tərlan tərəfindən iki dəfə sillə ilə vurulduğunu atasına danışmışdır. Atası baş vermiş hadisələri əvvəlcə qardaşından eşitmiş və ondan tam dəqiqliklə baş verənləri öyrəndikdən sonra Polis bölməsinə gedib Tərlan barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan sonra da onu Polis bölməsinə çağırmışlar və o, bölməyə gedərək baş vermiş hadisəni, yəni Tərlan tərəfindən sillə ilə vurulduğunu bildirmişdir. Lakin o, hansı Polis bölməsinə gedərək izahat yazdığını hazırda bilmir. Atası onu Polis bölməsinə istiqamətləndirmişdir. Onunla atası arasında Təqsirləndirilən şəxs şərləyərək tutdurmaqla bağlı heç bir danışıq olmamışdır. Onu atasının Tərlanla bağlı şikayətinə görə Polis bölməsinə çağırmışlar. O, baş vermiş hadisələrlə bağlı Polis bölməsində izahat vermişdir. Ola bilər ki, Tərlanı da baş vermiş hadisəyə görə Polis bölməsinə çağırıb izahat almışlar. Lakin o, bu hadisəni görməmişdir. O, Təqsirləndirilən şəxs nəyə görə həbs olunduğunu dəqiq olaraq bilmir. Təqsirləndirilən şəxs həbs edilməsinə onun və onun ailə üzvlərinin heç bir aidiyyəti yoxdur. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində ibtidai istintaq zamanı vermiş olduğu ifadədən bir qədər fərqli məzmunda ifadə verərək göstərdi ki, o, Xətai rayon Polis İdarəsinin 37-ci Polis bölməsində sahə rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onun xidmət etdiyi sahədə yaşadığına görə o, Təqsirləndirilən şəxs tanımışdır. 2021-ci ilin payız aylarında ölkə ərazisində xüsusi karantin rejimi tətbiq olunduğu vaxtda o, Təqsirləndirilən şəxs Nobel prospektində saxlamışdır. O, Təqsirləndirilən şəxs icazəsinin olub-olmadığını yoxladıqdan sonra sonuncunun icazəsinin olmadığını müəyyən etmiş və bildirmişdir ki, “Sənə protokol tərtib edərək inzibati məsuliyyətə cəlb edəcəm”. Təqsirləndirilən şəxs ona həbsdən yeni çıxdığını, atasının xəstə olduğunu, atasını həkimə aparmaq üçün taksi dalınca getdiyini bildirmişdir. O da Təqsirləndirilən şəxs sosial vəziyyətini nəzərə alaraq, sonuncu barəsində protokol tərtib etməmişdir. 18 noyabr 2021-ci il tarixdə o, Təqsirləndirilən şəxs zəng vurmuşdur. Təqsirləndirilən şəxs atası həmin tarixdən bir neçə gün əvvəl onun işlədiyi məntəqənin qarşısına gəlib onu gözləmişdir. O, Tərlanın atasına yaxınlaşmış və nə məsələ olduğunu soruşmuşdur. Atası da oğlu Tərlandan şikayət edərək oğlu tərəfindən döyüldüyünü və evdən qovulduğunu bildirmişdir. O da Tərlana zəng edərək profilaktik söhbət aparmışdır ki, atasına qarşı belə rəftar etməsin. Sonra o, Tərlanın yaşadığı evin yerini öyrənmiş və Tərlanın atasını yaşadığı evə qədər aparmışdır. Səhv etmirsə evin qapısını Tərlanın anası açmış və ərinin ruhi xəstə olduğunu demişdir. 2021-ci ilin mart ayında o, yenə Təqsirləndirilən şəxs zəng vurmuşdur. Belə ki, Tərlanın atası yenə onun işlədiyi yerə gələrək Tərlandan şikayət etmişdir. O, Tərlan ilə 1 ya 2 dəfə telefon vasitəsilə danışmışdır. Tərlan gəlib atası barədə onunla söhbət edəcəyini bildirmişdir. O da Tərlana “Covid-19” xəstəsi olduğunu və işə çıxmadığını, görüşün vaxtını daha sonra təyin edəcəyini bildirmişdir. Bundan sonra onun Tərlanla telefon danışığı olmamışdır. Sonra o, Tərlanın narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edildiyini öyrənmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 mart 2021-ci il raportdan (cild 1, iş vərəqə 3) görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 mart 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 4-5) görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 mart 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 9) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 mart 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 17) görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 mart 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 24) görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 mart 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 25-26) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və o, əynində olan boz rəngli pencəyin sol iç cibindən 1 (bir) ədəd bükümdə narkotik vasitə heroini, pencəyin sağ iç cibində olan “Samsung S8” markalı mobil telefonu və əynində olan şalvarının sağ yan cibində olan 20 manat pulu çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 mart 2021-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 27) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 mart 2021-ci il tarixli baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan (cild 1, iş vərəqə 28-30) görünür ki, həmin gün Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş və evin zal otağında olan dolabın içərisindən 1 (bir) ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 mart 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1140 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 52-54) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş..." sözləri olan 1 №-li zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,250 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərində “... şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı..." sözləri olan 2 №-li zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,306 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Hər iki zərfdəki heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkiləri 6,556 qramdır. 1 №-li zərfdəki heroinin təmiz çəkisi - 3,250 qram, tədqiqata 0.050 qram sərf olunmuş, qalıq çəki 3,200 qramdır. 2 №-li zərfdəki heroinin təmiz çəkisi - 3,306 qram, tədqiqata 0.050 qram sərf olunmuş, qalıq çəki - 3,256 qramdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 mart 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 70-71) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 mart 2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-310/2021 saylı qərarından (cild 1, iş vərəqə 100-104) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 20 mart 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 mart 2021-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 5(011)-231/2021 saylı qərarından (cild 1, iş vərəqə 110) görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair 20 mart 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 118-120) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməyə görə məhkum olunsa da, onun üzərində ödənilməmiş məhkumluğu olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X23 Şəxsi Ambulator X1 1145 nömrəli ekspertiza rəyindən (cild 2, iş vərəqə 1-2) görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 2, iş vərəqə 7) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 iyun 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 40-43) görünür ki, Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki və psixi işgəncələrə məruz qalması barədə əlavə ifadəsində və izahatında göstərdiyi xüsusatlar toplanmış materiallarla təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 iyul 2021-ci il tarixli protokoldan (cild 2, iş vərəqə 16) görünür ki, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin alqısatqısı ilə bağlı danışıqların aparılmasına dair məlumatlar müəyyən edilməmişdir. Bundan başqa, Şahid6 istifadəsində olan ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 25 fevral 2021-ci il tarixdə saat 09:07də və 09:11-də 2 (iki) dəfə zəng etməsi müəyyən edilmişdi. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyul 2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-696/2021 saylı qərarından (cild 2, iş vərəqə 33-37) görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin 2 ay müddətə, yəni 20 sentyabr 2021-ci il tarixədək uzadılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 sentyabr 2021-ci il tarixli protokoldan (cild 2, iş vərəqə 46) görünür ki, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd diskə baxış keçirilmiş və Şahid6 istifadəsində olan ***-***-**-** mobil nömrəyə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən 16 mart 2021-ci il tarixdə və 19 mart 2021-ci il tarixlərdə bir neçə dəfə danışıqlar aparması müəyyən edilmişdir. Lakin Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi nömrə ilə Şahid5 istifadəsində olan nömrələr arasında danışıqların aparılması müşahidə edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 sentyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 47-58) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittihamın elan edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra təmiz çəkisi 6,456 qram təşkil edən narkotik vasitə heroinin maddi sübut kimi tanınması və saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsini özündə əks etdirən diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə olunması, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Samsung” markalı mobil telefonun və 1 (bir) ədəd oyuncaq tapancanın cinayət işi üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs müdafiəçisinə və ya ailə üzvlərinə qaytarılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 sentyabr 2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 65-66) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 sentyabr 2021-ci il tarixli qəbzdən (cild 1, iş vərəqə 75) görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Samsung” markalı mobil telefon və 1 (bir) ədəd oyuncaq silah onun müdafiəçisi Müdafiəçi təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 sentyabr 2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-908/2021 saylı qərarından (cild 2, iş vərəqə 91-95) görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin daha 1 ay müddətə, yəni 20 oktyabr 2021-ci il tarixədək uzadılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 noyabr 2021-ci il tarixli "xxxx" MMC-nin məktubundan və ona əlavə edilmiş diskdən (cild 3, iş vərəqə 3-5) görünür ki, ********** saylı mobil nömrədən ********** saylı mobil nömrənin sorğulanan müddət ərzində zəngi qeydə alınmamış, habelə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə sorğulanan müddət ərzində xaric olan zəng və sms qeydə alınmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 noyabr 2021-ci il tarixli "xxxx" MMC-nin məktubundan və ona əlavə edilmiş diskdən (cild 3, iş vərəqə 7-8) görünür ki, ********** saylı mobil nömrədə 01.03.2021-30.03.2021-ci il müddətində sms mətni qeydə alınmamışdır. ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə 01.01.2020-01.03.2021-ci il müddətində zəng və sms daxil olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 noyabr 2021-ci il tarixli "xxxx" MMC-nin məktubundan və ona əlavə edilmiş diskdən (cild 3, iş vərəqə 11-13) görünür ki, X8 istifadəsində olan mobil nömrə ilə Şahid5 istifadəsində olmuş mobil nömrə arasında danaışıq aparılmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinin məktubundan (cild 3, iş vərəqə 137) görünür ki, Təqsirləndirilən şəxs Xətai rayon Polis İdarəsinin səlahiyyətli şəxsləri tərəfindən inzibati məsuliyyətə cəlb olunması faktı müəyyən olunmamış və Təqsirləndirilən şəxs ölkədə sərt karantin tətbiq edildiyi müddətdə inzibati məsuliyyətə cəlb edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 noyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BMCMB-nin cavab məktubundan (cild 3, iş vərəqə 2) görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BMCMB məhkəmənin sorğusunu icra etməyərək Təqsirləndirilən şəxs barəsində əməliyyat işini məhkəməyə göndərməkdən imtina etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 iyun 2014-cü il tarixli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-127/2014 saylı qərarından (cild 2, iş vərəqə 12-13) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilindiyə görə ona 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə ona təyin olunmuş cəza əvvəlki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilərək onun üzərində qəti olaraq 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermiş, şəxslərin əlavə şahid qismində dindirilməsi barədə müxtəlif vəsatətlər vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmartan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmartan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmartan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olubolmaması, olduğu halda onun əməllərinə hüquqi qiymət verilməsi, yəni onun əməlinin tövsifi məsələsini müəyyənləşdirmək məqsədi ilə onun tutulmasından əvvəl baş vermiş bir sıra halların aydınlaşdırılmasının zəruri olmasını vacib hesab edir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tutulmamışdan xeyli müddət əvvəl Elvirə Cavadova ilə faktiki olaraq ər-arvad münasibətlərinə daxil olaraq ailə həyatı qurmuşdur. Qeyd edilən hal cinayət işinin mübahisəsiz hallarından biridir. Bundan başqa, Təqsirləndirilən şəxs arvadı sayılan Elvirə Cavadovanın istifadəsində olan mobil nömrəyə Şahid6 öz istifadəsində olan mobil nömrədən “Votsap” sosial şəbəkəsi vasitəsi ilə bir neçə dəfə mesaj yazmış və bundan sonra Şahid6 istifadəsində olan mobil nömrə ilə Elvirə Cavadovanın istifadəsində olan mobil nömrəsi arasında “Votsap” sosial şəbəkəsi vasitəsi ilə yazışmalar həyata keçirilmişdir. Şahid6 məhkəmə istintaqında Elvirə Cavadovanın istifadəsində olmuş mobil nömrənin əvvəllər öz bibisinin nəvəsi olan Fərhad adlı şəxsin istifadəsində olmasını iddia etsə də, bu hal məhkəmə istintaqında müəyyən edilməmişdir. Bu məsələ ilə bağlı məhkəmə tərəfindən milli mobil operatoruna sorğular verilsə də, məhkəməyə daxil olmuş cavablardan Şahid6 iddia etdiyi hal öz təsdiqini tapmamışdır. Lakin məhkəmə istintaqında Şahid6 təşəbbüsü ilə faktiki olaraq evli olan Elvirə Cavadovaya mesaj yazması tam şəkildə öz təsdiqini tapmışdır. Bu məsələ Təqsirləndirilən şəxs və onun arvadı Elvirə Cavadovanın ifadəsi ilə yanaşı, həmçinin Şahid6 məhkəmə istintaqında vermiş olduğu ifadə ilə tam şəkildə təsdiq olunmuşdur. Şahid6 ilə Elvirə Cavadova arasında “Votsap” sosial şəbəkəsi vasitəsi ilə aparılmış danışıqların və yazışmaların məzmununda onların arasında yaxın münasibətlərin olması təsdiq olunmamışdır. Şahid6 evli olan Elvirə Cavadovaya mesaj yazması hüquqi cəhətdən qadağan edilməsə də, məhkəmə onun təşəbbüsü ilə başlanmış yazışmanı hamılıqla qəbul olunmuş əxlaq normalarına zidd hərəkət kimi qəbul edir. Bu səbəbdən də Şahid6 Elvirə Cavadovaya mesaj yazması və daha sonra onların arasında aparılmış yazışma ilə əlaqədar X19 Cavadova arasında narazılıq yaranmışdır. Narazılıq yarandıqdan sonra Elvirə Cavadovanın hamiləliyi pozulmuşdur. Hamiləliyin pozulması Təqsirləndirilən şəxslə Elvirə Cavadova arasında Şahid6 mesaj yazması səbəbindən yaranmış narazılıq daha da dərinləşmişdir. Qeyd edilən hallar da cinayət işinin mübahisəsiz hallarından biridir. Təqsirləndirilən şəxs Şahid6 onun arvadı Elvirə Cavadovaya mesaj yazmasından xəbər tutmuş və o, bu məsələni Şahid6 ilə aydınlaşdırmaq qərarına gəlmişdir. Təqsirləndirilən şəxs Şahid6 harada işləməsini müəyyən etdikdən sonra sonuncu ilə görüşmüş və Pərvin həmin vaxt növbədə olduğunu bildirərək sonra Təqsirləndirilən şəxslə görüşəcəyini bildirmişdir. Bu görüş zamanı da Pərvin Elvirəyə mesaj yazmasını etiraf etmişdir. Təqsirləndirilən şəxslə Şahid6 arasında növbəti görüş 19 mart 2021-ci il tarixdə baş vermişdir. Belə ki, Təqsirləndirilən şəxs Şahid6 işlədiyi müəssisənin qarşısına gedərək baş vermiş hadisəni aydınlaşdırmaq istəmiş, bu məsələ ilə onların arasında danışıq olmuş və danışıq zamanı sonuncu səhvən Elvirəyə mesaj yazdığını bildirmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs Şahid6 ilə danışdıqdan sonra sonuncunu yaşadığı evə dəvət edərək onu öz ailə üzvləri ilə üzləşdirib yaranmış söz-söhbətə son vermək istəmiş və qeyd edilən məsələni Şahid6 təklif etmişdir. Şahid6 da Təqsirləndirilən şəxslə razılaşaraq sonuncunun evinə getmişdir. Onlar birlikdə evə getdikdən sonra Şahid6 ilə Tərlanın anası arasında danışıq olmuş və danışıq zamanı Tərlanın anası öz gəlini Elvirənin hamiləliyinin pozulması, nəticədə doğulacaq nəvəsinin tələf olması ilə bağlı Şahid6 iradını bildirmişdir. Həmçinin həmin vaxt Əhməd X9 arvadı Elvirəyə mesaj yazdığını, lakin həmin mesajı səhvən yazdığını bir daha etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Şahid6 sillə vurmuşdur. Tərlan Pərvinə sillə vurduqdan sonra Pərvin evi tərk edərək çıxıb getmişdir. Təqsirləndirilən şəxs və Şahid6 ayrı-ayrılıqda Tərlanın Pərvinə sillə vurmasını bildirsələr də, onların hər biri sillənin vurulmasının səbəbi kimi ayrı-ayrı halları göstərmişlər. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxt anasının vəziyyətinin pisləşməsini, bunun səbəbi kimi anasının Şahid6 ilə danışdığı zaman əsəb keçirməsi nəticəsində halının pisləşməsinin ona pis təsir etməsini və məhz bunun nəticəsində Pərvinə sillə vurmasını göstərsə də, Şahid6 sillə vurulmasının səbəbini dəqiq göstərə bilməmişdir. Bu səbəbdən də məhkəmə istintaqında Təqsirləndirilən şəxs Şahid6 sillə vurmasının dəqiq səbəbini müəyyən etmək mümkün olmamışdır. Lakin həm Təqsirləndirilən şəxs, həm Təqsirləndirilən şəxs anasının, həm də Şahid6 məhkəmə istintaqında ayrı-ayrılıqda verdikləri ifadələr əsasında Tərlanın Pərvinə yaşadığı evdə sillə vurması öz təsdiqini tam şəkildə tapmışdır. İlk baxışdan yuxarıda göstərilən halların Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamla əlaqəsinin və bağlılığının olmaması sezilir. Lakin məhkəmə bu halları və bundan sonraki halları iş üçün kifayət qədər əhəmiyyətli hallar kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirərək bildirmişdir ki, o, heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamış, ona qarşı irəli sürülmüş ittiham saxta və qanunsuzdur, o, polis əməkdaşları tərəfindən şərlənmiş, onun şərlənməsinə səbəb isə tutulmamışdan bir gün əvvəl yaşadığı evdə Pərvinə sillə vurması olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi hallar və dəlillər onun anası, qayınanası və arvadı, həmçinin Şahid6 verdiyi ifadələrlə müəyyən qədər üst-üstə düşdüyündən məhkəmə təqsirləndirilən şəxs tərəfindən iddia olunan dəlillərə hüquqi qiymət verilməsini də iş üzrə obyektiv həqiqətin müəyyən edilməsində zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində şərlənərək tutulmasının səbəbi kimi aşağıdaki halları göstərmişdir: - Onun Pərvinə sillə vurmasından sonra Pərvinin atası Zaman Əhmədovun onun barəsində Polis bölməsinə şikayət etməsi, - Onun Pərvinə sillə vurmasından bir neçə saat sonra onun yaşadığı yer üzrə sahə müvəkkili Şahid5 ona zəng edərək Pərvinin atası Zaman Əhmədovun ondan şikayət etməsi səbəbindən baş vermiş hadisənin araşdırılması üçün onun Polis bölməsinə dəvət olunması, - Növbəti gün o, Şahid5 yanına gedərkən orada Baş Mütəşəkklil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulması və Baş İdarəyə aparılması, - Baş İdarədə polis əməkdaşlarının ona verdiyi işgəncə nəticəsində 1 (bir) bükümün içərisində olan narkotik vasitə heroinin üzərində olmasını etiraf etməsi, habelə yaşadığı evdə də 1 (bir) bükümün içərisində narkotik vasitə heroini saxladığını etiraf etməsi. Təqsirləndirilən şəxs yuxarıda göstərilən məsələlərlə bağlı dəlilləri məhkəmə istintaqında dindirilmiş şahid ifadələri ilə qismən təsdiq olunmuşdur. Belə ki, əlavə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Tərlan ona sillə vurduqdan sonra o, bu barədə əvvəlcə hüquq mühafizə orqanlarında işləyən qardaşına məlumat vermiş, sonra qardaşı onun atasına məlumat vermiş, nəticədə isə atası Zaman Əhmədov polis mayoru rütbəsində olan Zaur adlı tanışına müraciət edərək Təqsirləndirilən şəxs sillə vurması barədə şikayət etmiş, bundan başqa, hətta özü də atasının şikayəti ilə bağlı polis orqanına gedərək baş vermiş hadisə barədə izahat vermişdir. Lakin Şahid6 məhkəmə istintaqında ifadə verərkən və cinayət prosesi iştirakçılarının suallarını cavablandırarkən atasının müraciət etdiyi Zaur adlı tanışının hansı polis orqanında işləməsini və özünün hansı polis orqanına gedərək izahat yazmasını dəqiq şəkildə bildirə bilməmişdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş sahə müvəkkili Şahid5 ibtidai isitntaq zamanı vermiş olduğu ifadədən iş üzrə əhəmiyyət kəsb edən hallarla bağlı bir qədər fərqli məzmunda ifadə verərək Təqsirləndirilən şəxs tanıdığını, ölkədə sərt karantin rejimi tətbiq edildiyi vaxt Təqsirləndirilən şəxs maskadan istifadə etmədiyinə görə sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib etmək istədiyini, lakin Tərlanın sosial vəziyyəti ilə bağlı protokol tərtib etmədiyini göstərmişdir. Həmçinin Şahid5 19 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs zəng etdiyini də bildirmiş və buna səbəb kimi Tərlanın inzibati xəta üzrə cərimə ödəyib-ödəməməsini aydınlaşdırmaq istəməsi ilə əlaqələndirmişdir. Halbuki, Şahid5 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, dədiq olaraq Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və Tərlan həmin protokol üzrə inzibati cəriməni ödəmədiyinə görə ona bir neçə dəfə zəng edərək cərimənin ödənilməsi ilə maraqlanmışdır. İş üzrə ən əhəmiyyətli məsələ isə ondan ibarətdir ki, məhkəmənin sorğusuna verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs Xətai rayon Polis İdarəsinin səlahiyyətli şəxsləri, o cümlədən sahə müvəkkili Şahid5 tərəfindən heç vaxt inzibati məsuliyyətə cəlb edilməmişdir. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməməsi isə onun inzibati qaydada cərimələnməsini istisna edən haldır. Şahid5 19 mart 2021-ci il və 20 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs zəng etməsinin səbəbini məhkəmə istintaqında müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də Şahid5 Təqsirləndirilən şəxs sonuncunun Pərvinə sillə vurmasından sonra zəng etməsi məhkəmə üçün başa düşülən deyil və bu hallar Təqsirləndirilən şəxs irəli sürdüyü dəlilləri dolayı yolla təsdiq edir. Eyni zamanda məhkəmə istintaqında Şahid5 hansı səbəbdən Təqsirləndirilən şəxs zəng etməsinin və onların arasında hansı mövzuda danışıqların aparılmasını da məhkəmə istintaqında müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs polis əməkdaşı olan Şahid5 təhriki nəticəsində sonuncunun işlədiyi yerə gedib-getməməsi məsələsini aydınlaşdırmaq məqsədi ilə məhkəmə tərəfindən müdafiə tərəfinin bir sıra vəsatətləri təmin edilmiş və Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi dəlillərlə bağlı bütün əhəmiyyət kəsb edən hallarla bağlı milli mobil operatorlara, o cümlədən digər səlahiyyətli orqanlara sübutların əldə edilməsi ilə bağlı qərarlar göndərilmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərilmiş dəlillərin arasında məhkəmə üçün vacib olan hallar - onun tutulması yerinin, vaxtının və şəraitinin müəyyən edilməsi, 20 mart 2021ci il tarixdə onun həqiqətən də Şahid5 yanına gedib-getməməsi, getdiyi halda onun Şahid5 işlədiyi ərazidə tutulub-tutulmaması, Pərvinin atası X25 Usubov və Təqsirləndirilən şəxs tutulmasında iştirak edən polis əməkdaşları arasında telefon zənglərinin müəyyən edilibedilməməsi olmuşdur. Məhkəmənin qərarları əsasında məhkəməyə daxil olmuş və cinayət işinin materiallarına əlavə edilmiş yazılı sübutlarla Şahid5 Təqsirləndirilən şəxs bir neçə dəfə zəng etməsi, həmin zənglərin bir neçəsinin 19 mart 2021-ci və 20 mart 2021-ci il tarixinə təsadüf etməsi, Tərlanın Pərvinə sillə vurduqdan sonra həmin gün onların arasında çox saylı telefon zənglərinin olması müəyyən edilsə də, Təqsirləndirilən şəxs tutulmasından bir qədər əvvəl və tutulduğu gün saat 23:00-dək telefon anten dairəsini məhkəməyə aydın olmayan səbəblərdən müəyyən etmək mümkün olmamışdır. Bu məsələ məhkəmə üçün şübhəli qalsa da, mobil operator tərəfindən verilmiş məlumatların məhkəmə istintaqında digər sübutlarla tam şəkildə aydınlaşdırılması mümkün olmamışdır. Bu səbəbdən də məhkəmə qeyd edilən məsələlərin aydınlaşdırılmasında yalnız milli operatorlardan daxil olmuş disklərlə kifayətlənmək məcburiyyətində qalmışdır. Məsələ ondan ibarətdir ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs tutularkən üzərində mobil telefonun aşkarlanması təsdiq olunduğu halda, onun tutulduğu gün, yəni 20 mart 2021-ci il tarixdə saat 13:00-dan həmin gün saat 23:00 radələrinədək anten məlumatları məhkəmə qərarına cavab olaraq verilmiş diskdə mövcud olmamışdır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs 20 mart 2021-ci il tarixdə saat 13:00-dan həmin gün saat 23:00 radələrinədək olduğu yerləri onun telefon anten məlumatları əsasında müəyyən edə bilməmişdir. Bu kimi vacib məsələlərə məhkəmə istintaqında mötəbər sübutlar əsasında aydınlıq gətirilməsi mümkün olmadığı halda Təqsirləndirilən şəxs ifadəsində göstərmiş olduğu halları və dəlilləri yalnız onun ifadəsi əsasında sübuta yetirilmiş dəlil kimi qəbul edilməsi də əsassızdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs Pərvinin atası Zaman Əhmədov tərəfindən polis əməkdaşlarının vasitəsi ilə şərlənməsi nəticəsinə gəlmək əsassızdır və məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulma vaxtı, yeri və şəraiti ilə bağlı iddia etdiyi hallar və dəlillər məhkəmə istintaqında sübuta yetirilmədiyindən onun bu hissədə verdiyi ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qəbul edilməlidir. Əlavə şahid qismində dindirilmiş Şahid6 öz ifadəsində atası X20 Ağayev barəsində şikayət etməsi, atasının Zaur adlı polis olan tanışının olması, Zaur adlı polis əməkdaşının mayor rütbəsi daşımasını bildirsə də, habelə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə sahə müvəkkilinin adı Zaur və qeyd edilən şəxsin rütbəsi polis mayoru olsa da, Şahid6 ifadəsində göstərmiş olduğu Zaur adlı polis əməkdaşının məhz Şahid5 olmasını məhkəmə istintaqında müəyyən etmək də mümkün olmamışdır. Habelə Şahid5 Təqsirləndirilən şəxs tutulmamışdan bir gün əvvəl sonuncuya zəng etməsi də məhkəmə istintaqında müəyyən edilsə də, Şahid5 hansı məqsədlə Təqsirləndirilən şəxs zəng etməsi məsələsinə Şahid5 məntiqli cavab verərək aydınlıq gətirə bilməmişdir. Buna baxmayaraq, belə polis əməkdaşı olan Şahid5 təhriki nəticəsində Təqsirləndirilən şəxs qanunsuz şəkildə tutulması nəticəsinə gəlmək üçün heç bir əsas yoxdur. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs iddia etdiyi hallarla, yəni onun tutulduğu yer, vaxt, şərait və səbəb ilə bağlı mübahisələndirdiyi hallarla bağlı dəlillər əsassız olduğundan həqiqi hallar kimi qəbul edilə bilməz. Şəxsi axtarış keçirilən və evə baxış keçirilən zaman aşkar edilmiş ümumilikdə 2 (iki) bükümdə olan narkotik vasitə heroinlə bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt külli miqdarda narkotik vasitə heroini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı ibtidai istintaq orqanı tərəfindən bu hissədə heç bir əməliyyat tapşırığı verilməmiş və qeyd edilən məsələlər araşdırıllmamışdır. Lakin 20 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən onun üzərindən 1 (bir) ədəd bükümdə külli miqdarda, ümumi təmiz çəkisi 3,250 qram təşkil edən narkotik vasitə heroinin və yaşadığı ünvan 1 ünvanına baxış keçirilərkən evdən 1 (bir) bükümdə külli miqdarda, ümumi təmiz çəkisi 3,306 qram təşkil edən narkotik vasitə heroinin aşkar edilməsi məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən heç bir sübut yoxdur. Cinayət işinin materiallarında olan raportda Təqsirləndirilən şəxs qanunsuz şəkildə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması göstərilsə də, məhkəmə raportda göstərilmiş məlumatın formal xarakterli olması nəticəsinə gəlir. Belə ki, raportda Təqsirləndirilən şəxs ümumi qaydada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məşğul olması göstərilsə də, onun məhz kiməsə narkotik vasitə satması göstərilməmişdir. Bundan başqa, yaranmış məsələyə aydınlıq gətirilməsi məqsədi ilə məhkəmə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə sorğu ilə müraciət edərək Təqsirləndirilən şəxs barəsində açılmış əməliyyat işinə baxış keçirilməsi məqsədi ilə əməliyyat işini tələb etsə də, Baş İdarə Təqsirləndirilən şəxs barəsində açılmış əməliyyat işini məhkəməyə təqdim etməmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən məhkəmənin sorğusunun icra edilməməsi məhkəmə üçün başa düşülən deyil. Bu səbəbdən iş üçün əhəmiyyət kəsb edən halların aydınlaşdırılması mümkün olmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 20 mart 2021-ci il tarixdə tutulanadək onun narkotik vasitələrin satışı ilə məşğul olması, kiməsə narkotik vasitə heroini satması, narkotik vasitələrin satışı ilə bağlı üçüncü şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə narkotik vasitələri əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni, hüquq mühafizə orqanları Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv məlumata sahib olmamışlar. Bundan başqa, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid4 və Əliyev X14 Ağayev barəsində daxil olmuş əməliyyat məlumatının sonuncu tərəfindən qanunsuz şəkildə külli miqdarda narkotik vasitə heroini əldə etməsi və üzərində saxlamasından ibarət olmasını bildirmişlər. Eyni zamanda qeyd edilən şahidlər sonradan da Tərlar Ağayevin narkotik vasitələrin satışı ilə məşğul olmasının əməliyyat yolu ilə təsdiq edilmədiyini bildirmişlər. Başqa sözlə, 20 mart 2021-ci il tarixədək əməliyyat və istintaq orqanında Təqsirləndirilən şəxs kiməsə dövriyyəsi qadağan olunmuş narkotik vasitələri satması barədə yoxlanılmış və dəqiq məlumat olmamışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən iki bükümdə külli miqdarda narkotik vasitə heroinin aşkarlanması özü-özlüyündə həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını, eləcə də onun həmin vasitələri satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmartaraq, ibtidai istintaq dövründə onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə etməsi, bir hissəsini üzərində saxlayaraq daşıması, digər hissəsini yaşadığı evdə saxlaması, habelə 20 mart 2021-ci il tarixdə onun üzərindən külli miqdarda, ümumi təmiz çəkisi 3,250 qram təşkil edən narkotik vasitə heroinin, yaşadığı evdən 1 (bir) bükümdə külli miqdarda, ümumi təmiz çəkisi 3,306 qram təşkil edən narkotik vasitə heroinin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin narkotik vasitələri məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri satmaq məqsədi ilə deyil, əksinə öz istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin çəkisinə gəldikdə isə məhkəmə belə hesab edir ki, 6,456 qram çəkidə narkotik vasitə heroin uzun müddət narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin bir neçə dəfəlik istifadə dozasını təşkil edir. Bu səbəbdən də Təqsirləndirilən şəxs qeyd edilən çəkidə narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün əldə etməsi daha ağlabatan və inandırıcıdır. Bundan başqa, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları ayrı-ayrılıqda ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs onun üzərində şəxsi axtarış və yaşadığı evdə baxış keçirilərkən 2 (iki) bükümdə olan narkotik vasitə heroini öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Hazırki cinayət işi üzrə şahid ifadələri kifayət qədər ciddi sübutları təşkil edir. Belə ki, şahid ifadələri əsasında da Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etməsini və onun narkotik vasitələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə istintaqında təsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittihamı mübahisələndirərək onun son dövrdə narkotik vasitələrdən istifadə etmədiyini, ibtidai istintaq zamanı təzyiq altında ifadə verməyə məcbur olduğunu bildirmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verərək məsuliyyətdən yaxa qurtarmaq istəmişdir. Belə ki, Təqsirləndirilən şəxs tutularkən polis əməkdaşlarının zorakılığına məruz qaldığını və törətmədiyi cinayəti təzyiq altında etiraf etdiyini bildirsə də, ibtidai araşdırma zamanı onun tutulmasında iştirak edən polis əməkdaşları barəsində araşdırma aparılmış və həmin polis əməkdaşlarının Təqsirləndirilən şəxs qarşı cinayət törətməməsi səbəbindən polis əməkdaşları barəsində cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda polis əməkdaşları barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı müdafiə tərəfi yuxarı prokuror və məhkəmə nəzarəti qaydasında mübahisələndirməmişdir. Belə olduğu təqdirdə Təqsirləndirilən şəxs işgəncə altında törətmədiyi cinayəti etiraf etməsi barədə nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs uzun müddət narkomaniya xəstəsi olduğundan həqiqətən də onun üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, üzərində saxlamış və daşımışdır. İbtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübutu əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edə biləcək sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplayıb cinayət işinə əlavə etmədən ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa, mötəbər və obyektiv sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş narkotik vasitə heroinin çəkisi, yəni külli miqdarda olması təşkil etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroini əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmamışdır. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də yoxlanılmamış və öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmartan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, faktiki olaraq evli olmasını, himayəsində 2 (iki) uşağının (faktiki nikah münasibətlərində olduğu Elvirə Cavadovanın birinci nikahdan olan uşaqları), himayəsində xəstə və yaşlı anasının olmasını, habelə yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirinin tam sübuta yetirilməsinə dair məhkəmə belə hesab edir ki, Təran Ağayevə onun təqsirli bilindiyi maddə üzrə cəza kimi məhz azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasına nisbətdə ona daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun üzərində daha çox məhrumiyyətlər yaradacaq. Bu isə ona və onun ailəsinə mənfi təsir göstərəcək. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası onu islah etməyə kifayət edəcək. Bundan başqa, Təqsirləndirilən şəxs 20 mart 2021-ci il tarixdən 27 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 9 (doqquz) ay 7 (yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində, yəni ünvan 1-da çəkməli, cəzanın çəkildiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, eləcə də Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, cinayət işində olan 19 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X23 Şəxsi Ambulator X1 1145 nömrəli ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra təmiz çəkisi 6,456 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 mart 2021-ci il tarixdən 27 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 9 (doqquz) ay 7 (yeddi) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 1 (bir) il 6 (altı) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına daxil edilərək həmin cəzadan çıxılsın və onun üzərində 11 (on bir) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanını gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərində saxlanılan cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra təmiz çəkisi 6,456 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar