Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1666/2025 22.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X2 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 2006-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki həmin ünvanda yaşayan, barəsində ibtidai istintaq orqanının 06 avqust 2024-cü il tarixli qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində ünvan 2 ünvanının qarşısında tanışı Zərərçəkmiş şəxs anası Şahid1 Muxtar qızı barəsində xoşagəlməz sözlər danışması səbəbindən qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı əvvəlcədən üzərində olan istintaqla müəyyən edilməmiş bıçaqla Zərərçəkmiş şəxs vuraraq sonuncuya 01 ədəd ənsə nahiyəsinin, 01 ədəd boyunun arxa səthinin, 01 ədəd boyunun sağ yan səthinin və 01 ədəd sağ çiyin qurşağının deşilmiş-kəsilmiş yaraları qismində qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri və sol gicgah nahiyəsində yerləşərək kəllə boşluğuna nüfuz edib əsas sümüyün böyük qanadını zədələmiş 01 ədəd deşilmiş-kəsilmiş yarası qismində həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, zərərçəkmiş şəxsin onun haqqında nalayiq ifadələr işlətdiyini eşitmiş və onunla söhbət etməyə getmişdir. Söhbət zamanı aralarında mübahisə yaranmış və o, zərərçəkmiş şəxsin çiynindən bıçaq vurmaq istəsə də bıçaq zərbəsi onun boyun nahiyəsinə dəymişdir. Anası haqqında pis sözlər işlətdiyi üçün onu bıçaqla vurmuşdur. İbtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, hadisə bir il öncə günorta saatlarında metronun “Nizami” stansiyasının yaxınlığında baş vermişdir. Təsadüfən qarşılaşmışlar və həmin vaxt bıçaq üzərində olmuşdur. Həmin vaxt bıçağı itilətməyə getmişdir. Məhlədə olan şəxslər zərərçəkmiş şəxsin onun anasının ünvanına nalayiq ifadələr işlətdiyini söyləmişdir. Çiyninə bıçaqla vurmaq istəmiş, lakin boynuna dəymişdir. İkinci dəfə yenə boynuna bıçaqla vurmuşdur. Zərərçəkmiş şəxs birinci zərbədən sonra yerə yıxılmışdır. Psixoloji problemləri olduğu üçün hərbi xidmətə getməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafedici ifadələrini, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bidirmişdir ki, o, xlor satandır, təqsirləndirilən şəxsin anasının müraciəti əsasında onların evində iş görmüşdür. Təqsirləndirilən şəxsdən şikayəti yoxdur amma qanunvericiliklə nəzərdə tutulmuş qaydada cəza təyin edilməsini istəyir. Təqsirləndirilən şəxsin onu nəyə görə bıçaqla vurmasının səbəbini bilmir. Zərərçəkmiş şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, onun təqsirləndirilən şəxslə və onun ailəsi ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Gördüyü işin pulunu vermədiyinə görə təqsirləndirilən şəxsin anası ilə aralarında mübahisə olmuş, sonuncu ona ədəbsiz söz dediyi üçün o da həmin sözləri eynilə ona demişdir. Tərlanı hadisədən öncə tanımışdır və aralarında heç bir problem olmamışdır. Tərlanın anasına evlənmək üçün elçi göndərməmişdir. Müalicəsinin pulunu heç kim ödəməmişdir. 5000 manat ona pul verilmiş və müalicəsinə kömək edəcəklərini söyləmişlər. Müalicəsinə nə qədər pul xərclədiyini xatırlamır, 5000 manat onun müalicə xərclərini qarşılamamışdır. Məhkəmə iclasında çıxış nitqini səsləndirərkən zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs həyat yoldaşı vəfat etdikdən sonra bacısının evinə onunla evlənmək üçün onun xəbəri olmadan elçi göndəmişdir. Ənvər pəncərələrini və qapılarını döyərək onları narahat etmişdir.Oğlunun dostlarına onu və oğlunu saxladığını demiş və oğlu bunu eşitdikdən sonra hadisə baş vermişdir. Oğlunun əqli geriliyi var.Ənvər bütün qonşulara onunla evli olduğunu demişdir. Şahid1 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Ənvər məhlədə həm xlor satmış, həm də bəzi xırda işlər olduqda pul qarşılığında həmin işləri də görmüşdür. Ənvəri 5-6 ildir ki tanıyır. Evlərində hər hansı bir əşya xarab olanda Ənvər onu düzəltmək üçün evlərinə gəlmişdir. Qonşular və Ənvər arasında üzləşdirmə aparsa da Ənvər onun haqqında belə bir sözlər dediyini qəbul etməmişdir.Oğlu saçını kəsdirməyə getmiş və oradan geri dönəndə Ənvəri bıçaqla vurduğunu bildirmişdir. Oğlu saçını kəsdirmək üçün evdən çıxanda üzərində bıçaq olduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Tərlan hələ uşaq olduğu vaxtlardan zərərçəkmiş şəxs Tərlanı və onun anasını saxladığını,Tərlanın anası ilə evlənəcəyini söyləmişdir və bütün bunlar illər keçdikdən sonra Tərlanın həmin hadisəni törətməyinə səbəb olmuşdur. Tərlanın belə bir hadisə törədəcəyindən məlumatı olmamışdır. Şahid3 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, zərərçəkmiş şəxs Tərlanın anası ilə ailə qurmaq üçün onun evinə elçi göndəmiş, lakin həmin vaxt o, evdə olmamışdır. Ənvərlə bu mövzular haqqında danışmamışdır. Onun evinə Ənvər elçi göndərəndə evdə həyat yoldaşı olmuş, Ənvərin evinə elçi göndərdiyindən bu hadisə baş verdikdən sonra məlumatı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, bacısı Şəhla ona zəng edib məlum hadisənin baş verdiyini bildirmişdir.Hadisə yerinə getdiyi zaman zərərçəkmiş şəxs xəstəxanaya aparılmışdır. Zərərçəkmiş şəxsin olduğu yerə getsə də yanına buraxmamışlar. Hadisənin baş vermə səbəbi Ənvərin bacısı haqqında danışmasıdır. X4 o, aparmışdır. Ənvərin bacısına elçi göndərməsi haqqında eşitmişdir. Bacısının şəkillərini Ənvər telefonunda saxlamış və həmin şəkilləri hadisədən sonra Ənvərin yanına gedəndə ona göstərmişdir. Ənvərin şəkilləri ona göstərməyindəki məqsədinin nə olduğunu bilmir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 04 avqust 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə həkim Əliquliyeva xx.xx.1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs M.Muxtarov küçəsindən boyunun dərin kəsilmiş yarası ilə onlara müraciət etdiyini bildirmişdir(cild 1, iş vərəqə 6). 26 avqust 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 1, iş vərəqə 99-101). Sağlamlıq vəziyyətinin müayinə edilməsi barədə aktdan görünür ki, Yasamal rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 10 nömrəli göndərişi ilə Təqsirləndirilən şəxs Bakı şəhəri 2 nömrəli kliniki Psixiatriya Xəstəxanasında xx.xx.2024-cü il tarixdə staionar, ambulator müayinədə olmuş və ona yüngül ifadəli üzvi koqnitiv pozuntusu, anamnezidə özünükəsmələr diaqnozu qoyulmuşdur (cild 1, iş vərəqə 120). 05 iyul 2025-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi xüsusatları bir daha əyani şəkildə hadisə yerində göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 144-146). 05 noyabr 2024-cü il tarixli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-ənsə nahiyəsində 01 ədəd, boyunun arxa səthində 01 ədəd, boyunun sağ yan səthində 01 ədəd, sağ çiyin qurşağında 01 ədəd və sol gicgah nahiyəsində yerləşərək kəllə boşluğuna nüfuz etmiş əsas sümüyün böyük qanadını zədələmiş 01 ədəd deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətin (əşyanın) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni bıçağın tiyəsinin təsirindən əmələ gələ bilərdilər, törəmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcələrinə görə ənsə nahiyəsinin, boyunun arxa səthinin, boyunun sağ yan səthinin və sağ çiyin qurşağının deşilmiş-kəsilmiş yaraları həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, sol gicgah nahiyəsində yerləşərək kəllə boşluğuna nüfuz edib əsas sümüyün böyük qanadını zədələmiş 01 ədəd deşilmiş-kəsilmiş yara həyat üçün təhlükəli olan sağmlamlığa ağır zərər vurmaya aiddir (cild 1, iş vərəqə 128-131). 03 fevral 2025-ci il tarixli ambulator məhkəmə psixatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anemnestik məlumatlar və hal-hazırki psixatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, Təqsirləndirilən şəxs hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazır ki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hadisədən əvvəl, ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xətəlik aşkar olunmur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci madəsinin təsiri altına düşmür (cild 1, iş vərəqə 132-133). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 143). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətdir. Qeyd olunan əməl təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulan könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəlarının şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında “könüllü gəlib təqsirini boynuna alma” müddəasının “törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi” kimi təfsir olunduğunu nəzərə almalı və bu təfsirlə şərtləndirilən halların, o cümlədən şəxsin qeyd olunan orqanlara gəlməsinin onun azad iradə ifadəsi, verdiyi məlumatın isə düzgün olubolmamasını tam, hərətərfli və obyektiv yoxlamalıdırlar. Məhkəmədə cinayət işi materiallarına əlavə edilən sənədlərdə təqsirləndirilən şəxsin əməliyyat axtarış tədbirləri nəticəsində tutulması göstərilsə də Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə protokollarından görünür ki, o, dayısı ilə birgə könüllü olaraq Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə təslim olduğunu bildirmişdir. Lakin cinayət işi materiallarına könüllü gəlmə haqqında protokol əlavə edilməmişdir .Qeyd edilən xüsusatın yoxlanılması məqsədilə Yasamal Rayon Polis İdarəsinə ünvanlanmış sorğuya əsasən bildirilmişdir ki, Təqsirləndirilən şəxs dayısı Şahid2 ilə polis şöbəsinə könüllü şəkildə yaxınlaşmış və 04 avqust 2024-cü il tarixdə Xəyyam Bağırov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin könüllü gəlməsinin rəsmi qaydada protokolla rəsmiləşdirilməməsinə baxmayaraq həm təqsirləndirilən şəxsin ifadələrini, həm qeyd edilən məktubu nəzərə alaraq hesab edir ki, sonuncunun Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə könüllü gəlməsi barədə ifadəsi həqiqətə uyğun qəbul edilməklə könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10, zərərçəkmiş şəxslə barışmasını həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi kimi barəsində cəzasını yüngülləşdirən halların olmasını, barəsində cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalından həbs olunmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 18), Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuş (cild 1, iş vərəqə 63-73), ibtidai istintaq orqanının 06 avqust 2024-cü il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 74-76). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 04 avqust 2024-cü il tarixdən 06 avqust 2024-cü il tarixədək tutulduğu 2 gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı hökm çıxarıldığı tarixdən, yəni barəsində hökmlə həbs qətimkan tədbiri seçildiyi gündən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 avqust 2024-cü il tarixdən 06 avqust 2024-cü il tarixədək tutulduğu müddət ona təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 2(iki) il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 22 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilsin. Barəsində həbs qətimkan tədbiri seçilsin. O, məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-1666/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1666/2025
22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver