Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1667/2021 04.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X3 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi: Şahid2 iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada taksi sürücüsü işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2əhəllə nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan mərhum etmişdir. Belə ki, o, 06.06.2021-ci il tarixdə axşam saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində keçmiş arvadı Zərərçəkmiş şəxs tanımadığı “BMW” markalı minik avtomobilə əyləşdiyini görüb həmin maşını izləyib, izini itirdikdən sonra onun yaşadığı evə gələrək, evinin həyətində aralarında mübahisə yaranmış, onu qısqanclıq zəminində qəsdən öldürmək qərarına gəlmiş, bu səbəbdən ətrafda yaşayan qonşuları narahat edəcəklərini bəhanə edib, mübahisələrini sakit bir yerdə davam etməyi təklif edərək həmin niyyətini həyata keçirmək məqsədi ilə onu idarə etdiyi “Mercedes Benz E240” markalı **-KF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə ünvan 3 ünvanında yerləşən boş torpaq sahəsinə gətirmiş, həmin tarixdə saat 23:50 radələrində qısqanclıq zəminində orada mübahisələri davam edən zaman daim üzərində gəzdirdiyi soyuq silah hesab olunmayan bıçaqla ayaqüstü vəziyyətdə olan Zərərçəkmiş şəxs bədən səthinə ardıcıl zərbələr vuraraq sonuncuya alın, sağ kürək, hər iki bazu, hər iki dirsək və hər iki diz oynağı nahiyyələrinin, sol bazunun, sağ ayağının 1-ci barmağın sıyrığı kimi dərəcəsi təyin edilmədiyi üçün sağlamlığa zərər vurmayan, döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna keçməyən 1 (bir) ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmaya aid deşilmiş-kəsilmiş yarası, sağ əlin 1-ci barmağının 1 (bir) ədəd, sol əlin ovuc səthinin 1 (bir) ədəd, sol əlin İİ barmağının 1 (bir) ədəd, İİİ barmağının 1 (bir) ədəd, İV barmağının 3 (üç) ədəd, V barmağının 1 (bir) ədəd hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmaya aid kəsilmiş yaraları, sol ümumi yuxu arteriyasının və sol daxili vidaci venanın yaralanmasına səbəb olan boyunun sol yarısının ön səthinin 01 (bir) ədəd canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik və ölümü ilə birbaşa səbəbli əlaqəli olan deşilmişkəsilmiş yarası xəsarətləri yetirib, Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ildə qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs ilə taksi fəaliyyəti ilə məşğul olduğu zaman tanış olmuşdur. O zaman Svetlana Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi icra nümayəndəliyində işləmişdir. O, Svetlananı bir neçə dəfə taksi sürücüsü kimi evinə və digər ünvanlara aparmışdır. Bundan sonra Zərərçəkmiş şəxs təşəbbüsü ilə onunla münasibət qurmuşdur. Dostluq münasibətləri sonrada daha da yaxın münasibətə keçmişdir. 2018-ci ildən etibarən mütəmadi olaraq Zərərçəkmiş şəxs ilə müxtəlif otellərdə görüşmüşdür. 2020-ci ildən etibarən Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpic Zavod, yeni yaşayış massivində nömrəsiz fərdi evində Svetlanın birinci nikahından olan qızı Maya Əsədova ilə birlikdə ailə kimi yaşamışlar. 2020-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs ilə rəsmi nikah bağlasa da bir müddətdən sonra ailə münaqişələri səbəbindən 2021ci ilin fevral ayında birlikdə Sabunçu rayon qeydiyyat şöbəsinə müraciət edərək rəsmi qaydada ayrılmışlar. Ayrılmalarına baxmayaraq Svetlana ilə yenidən barışmış və qeyrirəsmi olaraq ər-arvad münasibətlərində yaşamağa davam etmişlər. Svetlana və ailə üzvləri onu tanımışlar və onun özü ilə və eləcə də ailəsi ilə münasibətləri normal olmuşdur. Ailələr arasında heç vaxt ədavət, inciklik olmamışdır. Zərərçəkmiş şəxs ilə birgə yaşadığı dövrdə hər bir ailədə olduğu kimi aralarında da arabir söz-söhbət olmuşdur, lakin sonradan münasibətləri qaydasına düşmüşdür. Ailə münaqişələri əsasən qısqanclıq zəmnində baş verən söz-söhbətlər zamanı baş vermişdir. Belə ki, 2018-ci ildən etibarən Zərərçəkmiş şəxs müxtəlif zamanlarda ona xəyanət etdiyi üçün onunla mübahisə edib, hansı səbəbə görə ona xəyanət etməsini soruşanda Svetlana hər dəfəsində yalanlarla onu aldadıb və həmin şəxslərlə heç bir münasibətdə olmadığını bildirmişdir. Xəyanət etdiyi şəxslərdən bir neçəsinin adını bilsə də onları heç bir zaman görməmişdir. Hadisədən 10 gün əvvəl Svetlana ilə məişət zəmnində olan mübahisə səbəbindən Svetlana ilə birgə yaşadıqları evdən çıxıb anasıgilin evinə getmişdir. Buna baxmayaraq o, Svetlananı hər səhər evdən çıxıb işə gedərkən və işdən çıxıb evə qayıdarkən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, dövlət yol polis şöbəsinin yanında yerləşən dayanacaqda görürmüş. 06.06.2021-ci il tarixdə axşam saat 22 radələrində Zabrat qəsəbəsi, dövlət yol polis şöbəsinə tərəf gələrkən Svetlananı “BMW” markalı minik avtomobilinə mindiyinə görmüş və Svetlananın xəyanət etdiyini düşünüb həmin maşını izləməyə başlamışdır. Təxminən bir neçə dəqiqə maşını təqib etdikdən sonra onu Zabrat qəsəbəsi, Zabrat şosessinində yerləşən “Ayxan” ticarət mərkəzinin qarşısında olan ışıqforun yaxınlığında izini itirmişdir. Bundan sonra o, Svetlananın yaşadığı Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpic zavod, yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evlərinə getmiş, çöldən işıqların yanmadığını görüb təzədən Zabrat qəsəbəsi Sabunçu rayon dövlət yol polis şöbəsinin yaxınlığına tərəf gəlmişdir. Orada taksi sürücüsü kimi tanıdığı Azər adlı tanışından Svetlananı görüb-görməməsi ilə maraqlanmışdır. Azər ona Svetlananı “BMW” markalı minik avtomobilə əyləşdiyini bildirmişdir. O, bunu eşidəndən sonra şübhələrinin dəqiq çıxdığını fikirləşib, yenidən onların yaşadığı ünvana getmiş və Svetlananın evdə olmadığına bir daha əmin olmuşdur. Bundan sonra Azər adlı taksi sürücü olan tanışına zəng edib dəqiq Svetlananın görübgörmədiyini soruşanda sonuncu əminliklə Svetlananı “BMW” markalı minik avtomobilə əyləşdiyini təkrar bildirmişdir. O, Svetlanaya məxsus ***-***-**-** nömrəli mobil telefonuna zəng etsə də Svetlananın mobil telefonu sönülü olduğundan ona zəng çatmamışdır. Svetlananın telefonuna zəng çatmadığını görüb, Svetlananın qızı Maya Əsədovaya məxsus ***-***-**-** nömrəli mobil telefonuna bir necə dəfə zəng etmiş, ilk öncə zənginə cavab verməsələr də sonradan cavab verən Svetlanadan harada olması ilə maraqlanmış, Svetlana evdə olduğunu bildirəndən sonra ona həyətə çıxmasını bildirib, onların yaşadığı ünvana getmişdir. Yolda olarkən hər ehtimala qarşı həqiqətəndə Svetlananın “BMW” markalı minik avtomobilə əyləşdiyini dəqiqləşdirməkdən ötrü Zabrat qəsəbəsi, AR DİN-nin dövlət yol polis idarəsinin Sabunçu rayon şöbəsinin qarşısında taksi fəaliyyəti ilə məşğul olan digər tanışı Eyvaza zəng etmişdir. Eyvazla telefon əlaqəsi zamanı sonuncudan harada olması ilə maraqlanmış, o isə ailəsi ilə birlikdə bağa getdiyini bildirmişdir. O, Svetlanagilin yaşadığı evə çatıb Svetlana ilə onlara məxsus evinin həyətində Svetlananın əyləşdiyi “BMW” markalı minik avtomobilin kimə məxsus olmasını soruşarkən Svetlana ona aqressiv formada “sənə nə var” deyib cavab vermişdir. Bir necə dəfə ona bu sualı versə də Svetlana eyni qaydada ona cavab vermişdir. Svetlananın onunla bu formada danışmağına görə bərk əsəbləşdiyi üçün mübahisələrinin böyüdüyünü və ətrafda olan qonşuları narahat edəcəyini görüb Svetlanaya özünə məxsus “Mercedes Benz E240” markalı “**-KF-***” dövlət qeydiyyat nişanlı minik avtomobilimə əyləşməsini və mübahisələrinə sakit bir yerdə davam etdirəcəyini bildirib onu maşına əyləşdirib, atasından ona qalan ünvan 3 ünvanında yerləşən boş torpaq sahəsinə aparmışdır. Həyətə daxil olandan sonra Svetlanadan yenidən onun əyləşdiyi “BMW” markalı minik avtomobilin kimə məxsus olmasını soruşmuş, Svetlana da ona həmin şəxsin onun xalası oğlu Aqşının olduğunu bildirmişdir. O, Svetlanadan Aqşına zəng etməsini tələb etmişdir. Svetlana ona məxsus ***-***-**-** nömrəli mobil telefonla ***-***-**-** nömrəli mobil telefona zəng etmiş və onun yanında həmin şəxslə danışmışdır. Telefon danışığı zamanı Svetlana həmin şəxsdən “BMW” markalı minik avtomobilin ona məxsus olub-olmadığını, Aqşının onu “BMW” markalı minik avtomobili ilə aparıb-aparmadığını soruşanda, qarşı tərəf Svetlananın dediklərini təsdiqləmişdir. Lakin o, buna inanmadığını, Aqşın adlı qohumunu tanıdığını və hansı səbəbə görə qohumu olan Aqşının Svetlananı onun yaşadığı evə gətirmədiyini soruşmuşdur. Bu zaman telefon əlaqəsini sonlandırmış Svetlana aqressiv formada mənə “yaxşı eləmişəm, xəyanət etmişəm zor eləmişəm, elə bundan sonra da eliyəcəm, sən mənim üçün heç kimsən” deyərək cavab vermişdir. O, Svetlananın bu sözlərini eşidəndən sonra bərk əsəbləşmiş, üzərində daşıdığı qatlanan bıçağı çıxardıb Svetlanaya nümayiş etdirib “çatdırma məni o həddə” deyərək hədələmişdir. Buna cavab olaraq Svetlana ona nəlayiq formada “sənin … çatmaz məni vurmağa, … çatırdısa əvvəldən vurardın” deyərək aqressiv formada cavab vermişdir. Svetlananın bu sözlərindən sonra o bərk əsəbləşib Svetlananın boğazından sol əli iə tutub, sağ əlində olan bıçaqla birinci dəfə boyun nahiyəsindən zərbə vurmuşdur. Bu zərbədən sonra Svetlana özünü müdafiə etməkdən ötrü əlləri ilə onun qarşısını almaq istəmiş, lakin buna baxmayaraq o, Svetlanaya bir dəfə də hazırda xatırlamadığı nahiyəsinə bıçaq xəsarəti yetirmişdir. Həmin zaman Svetlana özünü əlləri ilə müdafiə etdiyi səbəbindən onun barmaqları iç tərəfdən bir necə yerdə kəsilmişdir. O, Svetlanaya xəsarətləri yetirdikdən sonra Svetlana çöməlib yerə yıxılmışdır. Yerə yıxılandan sonra Svetlana “ay Ramil neynədin sən” deyərək ondan ona kömək etməyini, bundan sonra bir daha belə səhv etməyəcəyini bildirmişdir. O, Svetlananın bu sözlərindən sonra ona xəsarət yetirdiyi bıçağı ünvan 3 ünvanında yerləşən ona məxsus boş torpaq sahəsində Svetlananın yanına tullamış və dərhal qardaşı Kamala zəng edib onu Zabrat qəsəbəsində yerləşən məscidin yanına çıxıb gözləməsini demişdir. Kamalla görüşəndə hadisəni ona danışmış və qardaşından onu Sabunçu RPİ-nin 15-ci PB-nə aparmasını xahiş etmişdir. Bölməyə daxil olandan sonra orada olan polis əməkdaşına baş vermiş hadisəni danışmış, könüllü təslim olmuşdur. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, qızı Zərərçəkmiş şəxs 1996-cı ildə Xəqani Əsədovla rəsmi qaydada ailə qurmuşdur. Həmin nikahdan 1997-ci il təvəllüdlü oğlu Elnur Əsədov və 2005ci il təvəllüdlü qızı Şahid1 dünyaya gəlmişlər. X9 və qızı Zərərçəkmiş şəxs İmişli rayonunda ailə həyatı qurduqdan sonra ailələri ilə birlikdə Bakı şəhərinə köçmüşlər. Onlar köçəndən bir müddət sonra o da X9nin Bakıda yaşadığı evə köçmüşdür. Qızı Zərərçəkmiş şəxs Bakı şəhəri Sabunçu rayonu icra hakimiyyətinin Zabrat qəsəbəsi üzrə nümayəndəliyində texniki işçi, son bir il ərzində isə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi bələdiyyəsində mütəxəssis vəzifəsində işləmişdir. Qızı Zərərçəkmiş şəxs birinci nikahını 2016-cı ildə məhkəmə qaydasında boşanmaqla rəsmiləşdirmişdir. Ondan sonra Svetlananın oğlu Elnur Əsədov atası Xəqani ilə, qızı Maya isə Svetlananın özü ilə birgə yaşamağa başlamışlar. Uzun illər Svetlana ailəsi ilə birlikdə kirayədə Sabunçu rayonu ərazisində müxtəlif ünvanlarda yaşamışdır. 2020-ci ilin dəqiq tarixini xatırlamadığı zaman qızı Zərərçəkmiş şəxs ona bildirmişdir ki, Ramil adlı taksi sürücüsü ilə ailə həyatı qurmaq istəyir, bu səbəbdən qardaşı Elmir Məmmədlidən xeyir-dua almaq istəyir. O, Svetlananın həmin təklifindən sonra qətiyyən həmin münasibətə qarşı olduğunu, qardaşı Elmirin də həmin münasibətə yaxşı baxmayacağını bildirmişdir. Buna baxmayaraq Elmirə bu barədə məlumat vermişdir. Elmir də öz növbəsində qətiyyən həmin münasibətə qarşı olduğunu bildirmişdir. Lakin buna baxmayaraq Svetlana onun və oğlu Elmirin sözlərinə məhəl qoymamış və heç kimə xəbər vermədən Təqsirləndirilən şəxsla rəsmi qaydada nikaha daxil olmuşdur. O, Təqsirləndirilən şəxs Zabrat qəsəbəsində dayanan taksi sürücüsü kimi tanımışdır. Svetlana Zabrat qəsəbəsi üzrə icra nümayəndəliyində işləyərkən dəfələrlə onu və qızı Mayanı Ramilin taksisi ilə yola salmışdır. Svetlana Ramil ilə nikah bağlamaq istəməsini ona bildirəndən sonra o, bir neçə dəfə Ramil adlı həmin şəxsə yaxınlaşıb qızı Svetlanadan uzaq durmasını tələb etmişdir. Sonradan Svetlana ona bildirmişdi ki, onun Ramillə danışığından sonra Ramil Svetlanaya onu öldürəcəyini bildirib. Belə ki, o onların münasibətlərinə qarşı olduğu üçün Ramil Svetlanaya bu kimi ifadələr işlətmişdir. O, Ramil adlı şəxsin Svetlana ilə rəsmi qaydada nikah bağlaması, sonradan nikahlarının pozulması və nikah pozulduqdan sonra yenidən bir yerdə yaşaması barədə hadisə baş verən gün bilmişdir. 07 iyun 2021-ci il tarixdə gecə saat 01 radələrində tanımadığı bir nömrədən ona məxsus ***-***-**-** mobil nömrəsinə zəng gəlmiş və özünü 3 saylı şəhər klinik xəstəxanasının cərrahı kimi təqdim edən şəxs qızı Svetlananın bıcaqlandığını və hazırda həmin xəstəxanada əməliyyata alındığını bildirmişdir. O, gəlini Aynurə Məmmədli, nəvələri Nadir və Tamerlan Məmmədli və X9nin gəlini Şəlalə Məmmədli ilə birlikdə 3 saylı şəhər klinik xəstəxanasına özünü çatdırmışdır. Ora çatanda oğlu Elmir də orada olmuşdur. Əməliyyatdan bir müddət sonra təxminən səhər saat 05 radələrində xəstəxananın reanimasiya şöbəsindən ona məlumat verilmişdir ki, Svetlana artıq ölmüşdür. Bundan sonra oğlu Elmir Svetlananın kim tərəfindən bıçaqlanaraq öldürüldüyünü polis əməkdaşlarından maraqlandıqda onlar Elmirə Svetlananın keçmiş əri tərəfindən öldürüldüyünü bildirmişlər. Şahid2 hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmiş və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmdə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun anasıdır. 06 iyun 2021-ci il tarixdə gecə saat 23 radələrində tanımadığı bir nömrədən ona məxsus ***-***-**-** mobil nömrəsinə zəng gəlmişdir. O həmin zaman öz otağından mətbəx otağına keçib su içmək istəmişdir. Nömrə ona tanış gəlmədiyi üçün mobil telefonunu anası Svetlanaya Məmmədovaya təqdim etmişdir. O, telefonunu anası Svetlanaya uzadıb verəndən sonra mətbəx otağına keçmişdir. Həmin zaman anasının telefonla nə danışdığını eşitməmişdir. Daha sonra qayıdıb anasından telefonu götürəndən sonra öz otağına keçmiş və daha sonra pəncərdən baxanda həyətə maşın gəldiyini görmüşdür. Daha sonra həytdə qışqırıq səsi eşitmiş və sonra maşının sürətlə uzaqlaşdığını görmüşdür. Bundan sonra yatmayıb evdə oturub gözləmişdir. Gecə saat 02 radələrində ilk öncə nənəsi Şahid2 ona zəng etmişdir. O, telefonla nənəsi ilə danışan zaman nənəsi ona anasının onlarda olduğunu bildirib başqa heç nə deməmişdir. Bundan sonra nənəsi ona zəng edib bildirmişdir ki, düşüb qapının kilidini açsın, dayısı oğlu Tamerlan və onun anası Aynur onu aparmağa gəlirlər. O dərhal evin qapısının açarını götürüb qapıya tərəf yaxınlaşıb qapını yoxlayarkən qapının açıq olduğunu, hətta həyət darvazasının qapısının da açıq olduğunu görmüş və təəcüblənmişdir ki, anası heç bir zaman evdən çıxanda qapıların kilidlərini açıq qoymur. Sonra o, Tamerlan və Aynurə ilə onların yaşadıqları evə getmişlər. Orada olanda ona bildirmişdilər ki, əslində anası yüngül dərəcəli yaralanmışdır, lakin qorxmağa ehtiyac yoxdur. O, xəstəxanada olan qohumlarına anası Zərərçəkmiş şəxs palataya keçəndən sonra onunla əlaqə saxlamasını bildirib gözləmişdir. 07.06.2021-ci il tarixdə o səhər saat 08 radələrində 3 saylı şəhər klinik xəstəxananın həyətinə daxil olanda orada qohumlarını və nənəsi Həcərin ağladığını və qışqırıq səslərini eşitmişdir. İlk öncə anlamasa da ona tərəf yaxınlaşan qohumlarından anasının adını eşidəndə artıq onun öldüyünü anlamışdır. Orada olan qohumlarından biri ondan Ramili tanıyıb-tanımadığını soruşmuş, o da Ramili onu tanıdığını bildirmişdir. Sonra ona aydın olmuşdur ki, anasını Ramil öldürmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid6 ifadəsində göstərmişdir ki, uzun müddətdir taksi sürücüsü kimi Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsində işləyir. Təqsirləndirilən şəxs çoxdan tanıyır. Belə ki, Ramillə birlikdə uşaqlığından bəri Zabrat qəsəbəsində yaşamışdır. Təqsirləndirilən şəxs əvvəllər evli olmuş və boşanmışdır. Sonralar isə Ramil Zərərçəkmiş şəxs adlı bir xanımla nikah bağlamışlar və Ramil Svetlana ilə birlikdə Svetlananın yaşadığı evdə yaşamağa başlamışdılar. 06 iyun 2021-ci il tarixdə axşam saat 22 radələrində Bakı şəhəri Sabunçu rayon, Zabrat qəsəbəsi, Sabunçu rayon dövlət yol polis şöbəsinin yaxınlığında özünə məxsus “Opel Astra” markalı “**-VS-***” dövlət qeydiyyat nişanlı maşınında əyləşib müştəri gözləyən zaman Zərərçəkmiş şəxs həmin yerdə “BMW” markalı maşına əyləşdiyini görmüşdür. Təxminən 10 dəqiqədən sonra Təqsirləndirilən şəxs onun maşını ilə gəlib saxlamş və ona tərəf yaxınlaşıb Svetlananı görüb-görmədiyini soruşmuşdur. O da Ramilə Svetlananın “BMW” markalı maşına əyləşdiyini gördüyünü, lakin maşının qeydiyyat nişanını xatırlamadığını bildirmişdir. Bundan sonra Ramil özünə məxsus maşına əyləşib çıxıb getmişdir. Təxminən bir saatdan sonra Ramil ona məxsus mobil telefona zəng edib təkrar Svetlananın dəqiq maşına əyləşib-əyləşmədiyi ilə maraqlanmışdır. O da Ramilə dəqiq olaraq Zərərçəkmiş şəxs “BMW” markalı maşına əyləşdiyini gördüyünü təkrar bildirmişdir. 07.06.2021-ci il tarixdə səhər saatlarında ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurub öldürmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs çoxdan tanıyır. Ramillə birlikdə uşaqlığından bəri Zabrat qəsəbəsində yaşamışdır. 2018-ci ildən etibarən Ramil Zərərçəkmiş şəxs adlı bir xanımla taksi fəaliyyəti ilə məşğul olduğu zaman tanış olmuşdur və onunla evlənmiş və Svetlana ilə birlikdə Svetlananın yaşadığı evdə yaşamışlar. 06 iyun 2021-ci il tarixdə axşam saat 23 radələrində özünə məxsus Bakı şəhəri, Maştağa qəsəbəsi, Ləhiç bağlarında yerləşən bağa gedirkən Təqsirləndirilən şəxs ona məxsus ***-***-**-** saylı mobil nömrəsinə zəng edib ondan harada olmağı ilə maraqlanmışdır. O Ramilə ailəsilə birlikdə bağa getdiyini bildirmişdir. O, Ramldən nə isə olub-olmaması ilə maraqlanmış, Ramil ona bildirmişdir ki, hər şey qaydasındadır. Sonra sağollaşıb telefon əlaqəsini sonlandırmış, 07.06.2021-ci il tarixdə səhər saatlarında ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurub öldürmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 ifadəsində göstərmişdir ki, 06 iyun 2021-ci il tarixdə axşam saat 19 radələrində işdən evə qayıtmışdır. Axşam yeməyimi yeyib, daha sonra işdən yorğun qayıtdığı üçün keçib öz otağında yatmışdır. 06 iyun 2021ci il tarixdən 07 iyun 2021-ci il tarixə keçən gecə saat 24 radələrində anası Almaz Rəhmanova onu oyadıb, qardaşı Ramilin onu telefona çağırdığını bildirmişdir. O, telefona cavab verən zaman qardaşı Təqsirləndirilən şəxs ona tez bir zamanda evlərinin yaxınlığında yerləşən məscidin yanına çıxmağını bildirmişdir. O tez bir zamanda əynini dəyişib Ramilin ona dediyi yerə gedib çıxmışdır. Təxminən 2-3 dəqiqə sonra Ramil də ora çatmış, Ramilin idarə etdiyi “Mercedes Benz E240” markalı “**-KF-***” dövlət qeydiyyat nişanlı minik avtomobilinin ön sərnişin oturacaq hissəsində əyləşmişdir. Maşında olarkən Ramil ona Svetlananı bıçaqla vurub öldürdüyünü və bu səbəbdən onunla birgə Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə getməyi və orada onun təslim olacağını bildirmişdir. O da Ramillə birgə Sabunçu RPİ-nin 15-ci PB-nə gedib çatandan sonra Ramil özünə məxsus maşının açarını ona verib, bölməyə daxil olmuşdur. Bölmədə növbətçi hissədə olan polis əməkdaşına yaxınlaşıb bir nəfər adam öldürdüyünü bildirmişdir. Bundan sonra polis əməkdaşları Ramildən hadisənin necə və harada baş verməsini, onun kimi öldürməsini soruşmuşlar. Onu sorğu-sual etdikdən bir qədər sonra Ramil polis bölməsinə məxsus xidməti avtomobilə əyləşdirilmiş və hadisə yerinə getmişlər. O isə öz növbəsində polis bölməsinin xidməti avtomobilin arxasınca sürmüşdür. Hadisə yerinə gəlib çatdıqda, hadisənin ata yurdu ünvan 5 ünvanında yerləşən hasarlanmış boş torpaq sahəsi olduğunu bilmişdir. Onlar ora çatdıqda təcili tibbi yardımın həkim briqadası Svetlananı xidməti avtomobillərinə keçirtdiyini görmüşdür. Bundan sonra orada hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirtmişlər, baxış keçirlən zaman qardaşı Təqsirləndirilən şəxs Svetlananı vurub öldürdüyü bıçağı da orada aşkar edib götürmüşlər. Bundan sonra qardaşı Təqsirləndirilən şəxs bölməyə aparmışlar o isə evinə qayıtmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 Təqsirləndirilən şəxs qonşu olduğu üçün tanımışdır. Belə ki, onların küçəsində onun həyət evinin qarşısında ona məxsus həyət evi vardır. Ramil orada yaşamasa da, arada bir ora gəlib getmişdir. Bildiyinə görə, onun birinci nikahının pozulması ilə əlaqədar aliment tutulmalı idi, həmin torpaq sahəsində isə ona məxsus yarıtikili evi var idi. Aliment tutulduğu üçün o, həmin yarıtikilidə söküntü işi aparmışdır. Bu səbəbdən o, arada bir həmin torpaq sahəsinə gəlib baş çəkmişdir. 06.06.2021-ci il tarixdən 07.06.2021-ci il tarixə keçən gecə saat 24 radələrində evdə olarkən həyətdən səs gəldiyini eşidib çölə çıxmışdır. İlk öncə hasar qonşusu Tovuz xalanın gecə saatlarında yıxıldığını düşünüb onların darvazasına tərəf yaxınlaşıb ona səslənmiş, lakin onların həyətindən hər hansı səs gəlməmişdir. Bundan sonra səsin bir az daha güclü gəldiyini eşidib səsin gəldiyi yerə doğru bir az irəlilədikdə Təqsirləndirilən şəxs məxsus torpaq sahəsinin darvazasının qarşısında yerdə oturaqlı vəziyyətdə, beli qapıya söykənmiş halda bir qadını görmüşdür. Həmin qadın onu görən kimi ondan ona kömək etməyi istəmiş, onun kim olduğunu, burda nə baş verdiyini soruşanda, həmin qadın ona Ramilin arvadı olduğunu və Ramilin onu bıçaqla vurduğunu bildirmişdir. Bundan sonra xanımın harayına bir-iki nəfər qonşu da daravazadan boylanmış, lakin darvazadan çölə çıxan olmamışdır. Onun ondan kömək istədiyi zaman dərhal özünə məxsus mobil telefonu ilə təcili-tibbi yardım xidmətin qaynar xətti sayılan “103” nömrəsinə zəng edib məlumat vermişdir. Təxminən 15-20 dəqiqədən sonra təcili-tibbi yardım həkim briqadası hadisə yerinə gəlmişdir. Onlarla eyni vaxtda polis əməkdaşları da oraya gəlmişlər. Hadisə yerinə gəlmiş təcili-tibbi yardım həkim briqadası Təqsirləndirilən şəxs bıçaqla vurduğu həmin qadını təcili-tibbi yardım maşınına əyləşdirib aparmışlar. Bundan sonra öz evinə qayıtmışdır. Hadisənin səhəri gün ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bıçaqla xəsarət yetirdiyi qadın Zərərçəkmiş şəxs xəstəxanada almış olduğu bıçaq xəsarətlərindən ölmüşdür. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxsla da yaxın münasibəti olmamışdır. Sadəcə onu qonşu olaraq tanımışdır. Əvvəllər Zərərçəkmiş şəxs orada ümumiyyətlə görməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs əvvəllər Zərərçəkmiş şəxs döyməsi, öldürməyə cəhd etməsi barədə hər hansı bir məlumatı yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid9 ifadəsində göstərmişdir ki, Azərbayan Respublikasının Daxili İşlər Nazirliyinin Əlahiddə X7 8-ci Patrul Bölüyünün polis nəfəri işləyir. Təqsirləndirilən şəxs Zabrat qəsəbəsində yaşadığına, eləcə də orada taksi fəaliyyəti ilə məşğul olduğuna görə tanımışdır. Belə ki, onun işlədiyi Əlahiddə X7 8-ci Patrul Bölüyü Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşdiyindən, orada yaşayan, eləcə də orada fəaliyyət göstərən sakinlərlə mütəmadi olaraq əlaqədə olur. Ramili də orada taksi fəaliyyəti ilə məşğul olarkən tanımışdır. 06.06.2021-ci il tarixində gecə saat 12 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək, adam öldürdüyünü söyləmişdir. Ondan maşın ilə adam öldürdüyü soruşduqda, o, Zərərçəkmiş şəxs bıçaqla boğaz və ürək nahiyələrinə vuraraq öldürdüyünü bildirmişdir. Bundan sonra özü ona zəng edərək heç bir yerə qaçmamasını və Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə gəlib təslim olmasını söyləmişdir. Ramil ona heç bir yerə qaçmayacağını və onsuz da bölməyə gedib təslim olacağını bildirmişdir. Sonradan bilmişdir ki, Ramil qardaşı ilə birlikdə polis bölməsinə gedərək könülü təslim olmuşdur. Məhkəmədə Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyətinin Zabrat qəsəbəsi İcra Nümayəndəliyində kargüzarlıqda işləmişdir. Ona iş yerinə anasının vəfat etməsi ilə əlaqədar arayış lazım olduğundan 12 yanvar 2017-ci il Sabunçu rayon İcra Hakimiyyətinin Zabrat qəsəbəsi İcra Nümayəndəliyinə həmin arayışı almaq üçün getmişdir. Həmin zaman qeyd olunan arayışı alan zaman Zərərçəkmiş şəxs tanımış və onu ilk dəfə həmin zaman görmüşdür. Həmin arayış üçün müraciət edəndə Zərərçəkmiş şəxs ona demişdir ki, nahardan sonra gəlib arayışı götürər. Öz mobil telefonunu ona vermişdir ki, arayış hazır olanda ona zəng etsin və o gedib arayışı götürsün. Həmin gün saat təxminən 16 radələrində Zərərçəkmiş şəxs hazırda yadında qalmayan mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək arayışın hazır olduğunu bildirmişdir. Bunu biləndən sonra Zabrat qəsəbə İcra Nümayəndəliyinə getmiş və arayışı götürmüşdür. Arayışı götürməyə gedəndə Zərərçəkmiş şəxs minnətdarlığını bildirmək üçün ona konfet alıb aparmışdır. Arayışı Zərərçəkmiş şəxs götürən gündən növbəti gün sonra o, hazırda yadında qalmayan mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəngli çağırış göndərmişdir. Zəngli çağırışa cavab verəndə məlum olmuşdur ki, ona zəngli çağırış göndərən Zərərçəkmiş şəxsdır. Həmin telefon danışığı zamanı Zərərçəkmiş şəxs ona xoşu gəldiyini bildirmişdir. O da Svetlanaya cazibədar olduğunu bildirərək ondan xoşu gəldiyimi demişdir. Bundan sonra Svetlana ilə qarşılıqlı olaraq mütəmadi zəngləşmişlər. Bir neçə dəfə də Svetlana ilə “Amay” ticarət mərkəzinin yaxınlığında hazırda adı yadında qalmayan restoranda və başqa kafelərdə oturub yemək yemişlər. Onunla qeyd etdiyi restoranda və kafelərdə oturub yemək yesələr də bir-birilərinin ad günlərini bir yerdə qeyd etməmişlər. Zərərçəkmiş şəxs xoşu gəldiyi üçün ona bağlanmış və ailəsindən boşanıb onunla ailə qurmaq istədiyini ona təklif etmişdir. Lakin Svetlana ona demişdir ki, “ailəlisən, iki uşağın vardır, boşanma”. Svetlanaya onunla intim münasibətdə olmaq istədiyini təklif edəndə sonuncu uşaqlıq yolunda qadın xəstəliyinin olduğunu bildirib onun təklifi ilə razılaşmamış və həmin xəstəliyini müalicə etdirib sağalandan sonra onunla intim münasibətdə olacağını bildirmişdir. Svetlana həmin xəstəliyi ilə əlaqədar hər il müalicə olunmuşdur. Lakin son zamanlar həkimlər ona bildirdmişlər ki, uşaqlıq yolu əməliyyat olunmalıdır. Lakin Zərərçəkmiş şəxs əməliyyat olunmaq üçün pulu olmamışdır. Onun da pulu olmamışdır ki, ona versin ki, əməliyyat olunsun. Zərərçəkmiş şəxs 2018-ci ilin yaz aylarında ona demişdir ki, tanış bir adam var, onunla ailə qurmaq istəyir, onu və qızı Mayanı da götürüb Rusiyanın Omsk, ya da Orenburq şəhərinə aparmaq istəyir. O, Svetlanaya məsləhət etmişdir ki, Rusiyaya getməsin, çünki rus dilini bilmir, özü də qız uşağı vardır, qız uşağını Rusiyaya aparmasın. Svetlana onun təklifi ilə razılaşıb bu fikrindən daşınmışdır. Cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş bir ədəd diskə baxış keçirilən zaman ***-***-**-** mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə 13.04.2021-ci il tarixdə saat 09:42-də “men xəstəxanadayam təcili pul tap mənə, ürəyim ağriyir işdən gətirdilər həkimdəyəm sən əsəblərimlə oynama”, 15.04.2021-ci il saat 09:15də “mən ayrılmaq istəyəndə o vaxt əl çəkmədin ömrümün 5 ilini zanet etmisən səni cıraram təcili əvvəl 300 manatı sonra da əməliyyat pulumu otuzdur kartıma sonra birdəfəkik bitsin bu məsələ”, 15.04.2021-ci il saat 09:16-da “birdə yazmayacam bu gun 300 manat kartımda olsun”, 15.04.2021-ci il tarixdə saat 09:17-də “hunərin var olmasın yigim o qəhbə arvadını deyim yenə də ərin mənə pul verməlidi canın çıxsın demisən et”, 15.04.2021-ci il tarixdə saat 09:18-də “bu gun həll et birdə yıgmayacam səni 300 sonra da 2000 birdəfəlik”, 29.04.2021-ci il tarixdə saat 14:02-də “kartim səndə var əvvəl 500 sonra da ki 2000 qoyarsan karta birdəfəlik bitsin bilirsən ki başim çönende pis çönur” məzmunlu sms-lər göndərilməsi xüsusatı ilə əlaqədar verilən sualla əlaqədar Şahid8 ifadəsində göstərmişdir ki, 2020-ci ilin mart ayında Zərərçəkmiş şəxs həmin ilin noyabr-dekabr aylarında qaytarmaq şərti ilə 2500 (iki min beş yüz) manat borca götürmüşdür. Zərərçəkmiş şəxs borca pul götürəndən bir ay keçməmiş o, ondan borc verdiyi pulu geri istəmişdir. Ona demişdir ki, pulu borca götürəndə razılaşmışlar ki, noyabr-dekabr aylarında qaytaracaqdır. Bu zaman Svetlana ona demişdir ki, pulunu geri qaytara bilmirsə, evinin damını, istilik və termoizolyasiya sistemini düzəltmək lazımdır, pulun əvəzində gəlib onu düzəltsin. Vaxtı olmadığını Svetlanaya demiş və onun bu təklifi ilə razılaşmamışdır. 2020-ci ilin avqust ayın təxminən 15, ya da 16-da ondan borca götürdüyü 2500 (iki min beş yüz) manat pulu Zərərçəkmiş şəxs özünə onun evində qaytarmış və ona bildirmişdir ki, hər hansı bir problemi yaransa, ona həm maddi, həm də mənəvi cəhətdən dayaq olmağa hazırdır və ona kömək edəcəkdir. Bundan sonra onunla bir müddət əlaqəsi olmasa da, bir müddət sonra Svetlana özü ona zəng edib, yenidən onunla söhbət etməyə başlamışdır. Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirilməsindən məlumatı olmamışdır. O, “sms” yazaraq xəstəxanaya yerləşdirilməsini bildirmişdir. Svetlana ona “sms”lər yazıb ona kömək üçün pul verməyini istəyəndə, onun ona kömək etmək üçün verməyə pulu olmadığından Svetlana onun ona kömək edəcəyinə verdiyi vədi özünün aldanılması kimi başa düşüb həmin məzmunlu “sms”ləri ona yazmışdır. Cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş bir ədəd diskə baxış keçirilən zaman müəyyən edilmiş ***-***-**-** mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə, eləcə də, onun istifadəsində olan nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrəyə mütamadi olaraq zənglər olunması ilə əlaqədar Şahid8 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə sevgi münasibətlərində olduqlarından onunla daim telefon əlaqəsi saxlayıb müxtəlif məzmunda, əsasən də, ona duyduğu hisslərlə əlaqədar söhbət etmişdir. O da eyni hissləri onunla bölüşdürmüş, onu tanıdığı üçün çox xoşbəxt olduğunu və həyatlarında olan problemlərdən danışmışlar. Məhkəmədə şahid X2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun xalası Şahid2 qızıdır. Zərərçəkmiş şəxs 1996-cı ildə Xəqani Əsədovla rəsmi qaydada ailə qurmuşdur. Həmin nikahdan 1997-ci il təvəllüdlü oğlu Elnur Əsədov və 2005-ci il təvəllüdlü qızı Şahid1 dünyaya gəlmişlər. Xalası Şahid2 X9 və qızı Zərərçəkmiş şəxs İmişli rayonunda ailə həyatı qurduqdan sonra ailələri ilə birlikdə Bakı şəhərinə köçmüşlər. Zərərçəkmiş şəxs İmişli rayonunda yaşayarkən orada yerləşən məktəbdə müəllimə işləmişdir. Svetlanana boşandıqdan sonra Svetlana müxtəlif yerlərdə işləmiş, son iş yerinin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi bələdiyyəsində olmuşdur. 06 iyun 2021-ci il tarixdə gecə saat 22 radələrində Zabrat qəsəbəsindən keçən zaman xalası qızı Zərərçəkmiş şəxs ilə əlaqə saxlamış və ona xalası Həcərin yanına getdiyini, ora getmək istəyirsə, onu apara biləcəyini bildirmişdir. Svetlana ona bir azdan zəng edib məlumat verəcəyini bildirmişdir. Ona həmçinin onun tanışı olan xanımın gözəllik salonunu göstərməsini xahiş etmişdir. Bu zaman Svetlana onunla razılaşıb onu Zabrat qəsəbəsində yerləşən Sabunçu rayon dövlət yol polis şöbəsinin yanından götürməsini bildirmişdir. Svetlana ilə təxminən saat 21:50 radələrində Sabunçu rayon dövlət yol polis şöbəsinin yanında görüşmüşlər. Svetlana onun idarə etdiyi “BMW 750” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı maşınına əyləşmiş və onlar onun tanışı olan xanımın Zabrat qəsəbəsində yerləşən gözəllik salonuna getmişlər. Təxminən 3 dəqiqə ərzində oraya çatmışlar. Həmin gözəllik salonunu çöldən maşınından düşmədən baxımsız vəziyyətdə olduğunu görəndən sonra Svetlanaya ora ilə bağlı sonra danışaçaqlarını bildirmişdir. Maşınında nasazlıq olduğu səbəbindən həmin nasazlığın yanacağın az olması səbəbindən olduğunu hesab edib Zabrat qəsəbəsində yerləşən “Socar” yanacaq doldurma məntəqəsinə doğru sürmüşdür. Orada yanacağı doldurmuş, lakin maşınında olan nasazlıq aradan qalxmamışdır. Yanacaq doldurma məntəqəsindən çıxandan sonra Svetlanaya xalası Həcərin yanına getmək istədiyini təkrar bildirmiş, lakin Svetlana ona qardaşı Elmirlə küsülü olduqlarını və onunla danışmadığını, bu səbəbdən ora getmək istəmədiyini, anası Həcərin onlara gələn zaman onunla görüşəcəyini bildirmişdir. Svetlanaya hansı səbəbə görə qardaşı ilə küsülü olduqlarını, qardaş və bacı arasında küsülülüyün olmasının yaxşı bir hal olmadığını, ona qardaşı Elmirlə barışmasını təklif etsə də, Svetlana onun təklifini qəbul etməmiş və onu evlərinə düşürtməyini xahiş etmişdir. Svetlananı onların Zabrat qəsəbəsində yerləşən yaşadıqları evə onun ona izah etdiyi yolla getmişdir. Daha sonra Svetlana onun maşınından düşüb öz evlərinə keçmiş, özü isə maşının mühərrik hissəsinin qapağını açıb maşında olan nasazlığı aradan qaldırmaq istəmiş, lakin başı çıxmadığından Elmirə zəng etmiş, lakin o bu dəfə də telefon zənginə cavab verməmişdir. Bundan sonra maşının sürət qutusunu tiptronikə keçirdib yola düşmüşdür. Artıq gec olduğunu nəzərə alıb və maşınının nasaz vəziyyətdə olduğu səbəbindən Həcər xalasıgilə getmək fikrindən dönüb Masazır qəsəbəsində yerləşən evinə getmişdir. Gecə təxminən saat 23:30 radələrində ona tanımadığı ***-***-**-** saylı mobil nömrədən zəng gəlmiş, zəngə cavab verən zaman telefon zənginin o biri tərəfində xalası qızı Svetlananın olduğunu eşitmişdir. Svetlana ondan hal-əhval tutmuş, onun anası, yəni xalası Həcərgilə gedib-getməməsini, maşınını düzəlib-düzəlmədiyini soruşan zaman bir nəfər kişinin Svetlananın yanında ona sual verdiyini eşitmiş, həmin şəxs hansı səbəbə görə Svetlananın yanına gəldiyini, daha sonra həmin şəxs ondan Svetlanın evini tanıyıbtanımadığını soruşmuş, bu zaman həmin şəxsdən kim olması ilə maraqlananda həmin şəxs özünü Svetlananın əri Ramil adlı şəxs olduğunu bildirmiş, o isə özünün Svetlananın xalası oğlu Aqşın olduğunu bildirmiş, bu zaman Ramil adlı şəxs onu tanıdığını, lakin onun idarə etdiyi maşını tanımadığını bildirmiş, daha sonra Svetlana telefon zəngini sonlandırmışdır. 07 iyun 2021-ci il tarixdə səhər saat 6 radələrində anası Sevil Paşayeva ona zəng edib Svetlananın öldürüldüyünü bildirmişdir. Taksi ilə Sabunçu rayon morquna gəlib çatanda artıq orada qohumlarının olduğunu görmüşdür. Bundan sonra ona məlum olmuşdur ki, özünü Svetlananın əri kimi təqdim edən Ramil adlı şəxs Svetlananı öldürmüşdür. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməkdə təqsirli olması özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan "cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında" 07 iyun 2021-ci il tarixli protokoldan müəyyən olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhər Sabunçu rayon məhkəməsinin 08 iyun 2021-ci il tarixli 4(008)-378/2021 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 07 iyun 2021-ci il tarixdən hesablanmaqla "həbs" qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan arayışdan müəyyən olur ki, Təqsirləndirilən şəxs himayəsində 1 yetkinlik yaşına çatmayan övladıı vardır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsindən verilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 07.06.2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 6 ünvanında olan boş torpaq sahəsində yerləşir. Küçə ilə getdikdə mişar daşı ilə hörülmüş hasar divarına üstünə rus dilində kirill hərfləri ilə “ul.Mexti Quseynzade” sözləri yazılmış trafaret bərkidilmişdir. Həmin küçə ilə getdikdə küçənin hər iki tərəfində bir və iki mərtəbəli fərdi yaşayış evləri müşahidə olunur. Küçədə yerləşən fərdi evlərin həyətinin bəzilərinin həyət hasarının divarı suvaqlanaraq rənglənmiş, bəzi evlərin həyət hasarının divarına isə suvaq vurulmamışdır. Küçədə həyət hasarının divarı qırmızı rənglə rənglənmiş evin darvazasının qarşı, küçənin əks tərəfində hasarının divarına suvaq vurulmamış həyət vardır. Həmin həyətin darvazası dəmirdən olub boz rənglə rənglənmişdir. Darvazanın qarşısında yerdə qana bənzər ləkələr vardır. Darvazanın rənginin çoxdan vurulduğu açıq-aydın görünür, darvazanın bəzi yerləri pas atmışdır. Darvaza ilə üzbəüz qalanda sol çöl tərəfdə divarda elektrik sayğacının quraşdırıldığı görünür. Həmin darvazanın yerləşdiyi hasar divarı boyunca dəmirdən elektrik dirəkləri yerə basdırılmışdır. Hasar boyunca qaz xətti də çəkilmişdir. Darvaza ilə üzbəüz qalanda darvazanın orta sağ yan tərəfində piyada keçmək üçün nəzərdə tutulan qapı vardır. Bu qapı soldan sağa çölə açılır. Qapının çöl tərəfdən dəstəyi, tutacağı yoxdur, içəri tərəfdə olan tutacaq yeri isə qana bənzər ləkəyə bulaşmışdır. Qapını açıb içəri keçəndə sol tərəfdə darvaza ilə hasar bitişik olan yerdə küncdə divarın aşağı hissəsinin, darvazanın aşağı hissəsinin və yerin qana bənzər ləkəyə bulaşdığı açıq-aydın görünür. Bundan sonra isə boz rəngli, dörd faralı, qabaq mühərrik hissəsi tərəfdən vurulmuş vəziyyətdə olub üstü örtülmüş və üzərinə iki ədəd mişar daşı qoyulmuş “Mercedes Benz” markalı minik avtomobil vardır. Dəmir darvazadan daxil olanda bir qədər sağ tərəfdə köhnədən tikilmiş evin çoxdan söküldüyü, daş parçaları və tikinti materialları qırıntılarının ətrafa səpələndiyi müşahidə olunur. İbtidai istintaq üçün əhəmiyyət kəsb etdiyindən darvazanın qarşısında yerdən, darvazanın qapısının tutacağından və darvazanın qapısından içəri keçəndə sol tərəfdə darvaza ilə hasarın bitişik olan hissəsində yerdən müşahidə edilən qana bənzər ləkələr pambığa hopdurularaq hal şahidlərinin iştirakı ilə götürülmüşdür. Cinayət işinin materiallarında olan meyitə baxış keçirilməsi haqqında 07.06.2021-ci il tarixli protokoldan görünür ki, təşrih masası üzərinə arxası üstə qadın cinsli meyit qoyulmuşdur. Paltarları: Ağ rəngli mayka, ağ büsqalter, qəhvəyi rəngli idman şalvarı, qara trusik, ayaqlarında bir cüt qırmızı tərlik. Paltarlar qana bulaşmışdır. Meyit düzgün bədən quruluşlu, kafi qidalıdır, uzanmış vəziyyətdə boyunun uzunluğu 170 sm-dir, üzdən baxdıqda 40-45 yaşlarına uyğun gəlir. Əllə toxunduqda meyit istidir, dəri örtükləri qana bulaşmışdır. Meyit ləkələri bədənin arxa və yan səthlərində yerləşib, solğun-bənövşəyi rəngdədir, barmaqla təzyiq etdikdə rəngi itir, 30-40 saniyəyə bərpa olunur. Yoxlanılan əzələ qruplarında meyit qacıması inkişaf etmişdir. Başında 10-15 sm uzunluqda qara rəngdə boyanmış saçı vardır. Əllə müayinə etdikdə kəllə sümükləri tamdır. Alının sağ yarısında 1,5x1,0 sm ölçüdə qırmızımtıl rəngli, qansızmalı sıyrıq vardır. Gözləri qapalıdır, qüzehli qişa qəhvəyi rənglidir, bəbəklərin diametri 0,5 sm-dir, buynuz qişa parlaqdır, konyuktiva qansızmasızdır. Ağzı yarımörtülüdür, ağız boşluğu sərbəstdir, dil ağız boşluğunda sərbəst yerləşmişdir. Ağzında olan dişləri təbiidir. Əllə müayinə etdikdə burun və üz skeleti sümükləri tamdır. Boynu orta uzunluqdadır. Əllə müayinə etdikdə boyun fəqərələrində patoloji hərəkətlilik yoxdur. Boyunun aşağı 1/3-nin ön-bayır səthində 7,0x0,5 sm ölçüdə kənarları hamar, üzərində cərrahi tikişlər olan cərrahi işlənmiş yara vardır. Döş qəfəsi simmetrikdir, əllə müayinə etdikdə qabırğalarda patoloji hərəkətlilik müəyyən olunmur. Sağ kürək nahiyəsində 7,0x3,0 sm, 3,5x3,0 sm və 3,0x2,0 sm ölçülərdə gasiləli yerləşmiş, eyni xarakterli, qeyri-müəyyən formalı sıyrıqlar vardır. Döş vəziləri yarımkürə şəklindədir, yumşaq konsistensiyalıdır. Döş qəfəsinin sol yarısının ön səthində döş xətti üzrə İİ qabırğa səviyyəsində 8,0x0,5 sm ölçüdə eyni xarakterli yara vardır. Qarnı döş qəfəsi səviyyəsində yerləşmişdir, əllə müayinə etdikdə yumşaq konsistensiyalıdır. Xarici cinsiyyət üzvləri qadın tipli olub, düzgün inkişaf etmişdir, üzərində xəsarət yoxdur. Arxa keçəcək dəliyi örtülüdür, ətraf dərisi təmiz və zədəsizdir. Əllə müayinə etdikdə çanaq sümükləri tamdır. Yuxarı və aşağı ətrafları düzgün inkişaf etmişdir, əllə müayinə etdikdə sümükləri tamdır. Sağ əlin 1-ci barmağının dırnaq falanqasında 1,5x0,2 sm; sol əlin İİ barmağının dırnaq falanqasının ovuc səthində 1,0x0,2 sm; sol əlin İİİ barmağının dırnaq falanqasının ovuc səthində 2,0x0,3 sm; sol əlin İV barmağının dırnaq falanqasının ovuc səthində 1,0x0,3 sm və 0.8x0,3 sm, orta falanqasının ovuc səthində 1,2x0,2 sm; sol əlin V barmağının dırnaq falanqasının ovuc səthində 1,5x0,2 sm, sol əlin ovuc səthində 4,0x0,2 sm ölçülərdə kənarları hamar, bucaqları iti, qansızmalı yaralar vardır. Sağ bazu oynağının bayır səthində 8,0x6,0 sm, sağ dirsək oynağının arxa səthində 1,5x1.0 sm, sol bazu oynağının arxa səthində 4,0x2,0 sm, sol bazunun aşağı 1/3-nin arxa səthində 7,0x3,5 sm, sol dirsək oynağının arxa səthində 3,0x1,0 sm və 1,2x1,0 sm, hər iki diz oynağının ön səthində 1,0x0,6 sm və 0,6x0,5 sm, sağ ayağın 1-ci barmağının əsas falanqasının iç səthində 1,2x0,7 sm ölçülərdə eyni xarakterli, uzunsov və qeyri-müəyyən formalı sıyrıqlar vardır. İbtidai istintaq üçün əhəmiyyət kəsb etdiyindən əl dırnaqlarından 10 ədəd üzəri firuzə rənglə boyanmış dırnaq nümunələri, ağ rəngli mayka, ağ büsqalter, qəhvəyi rəngli idman şalvarı və bir cüt qırmızı tərlik müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Meyitin xarici müayinəsində digər xəsarətlər aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan ibtidai istintaqı zamanı "xxxx" MMC-dən 15 iyul 2021-ci il tarixli 14486 saylı məktubda görünür ki, (01) bir ədəd diskə baxış keçirilən zaman Zərərçəkmiş şəxs **********10 saylı mobil nömrəsinin anten dairəsi ən son 06.06.2021-ci il tarixdə **********44 saylı mobil nömrə ilə saat 21:31-də əlaqə saxladığı zaman Zabrat qəsəbəsində olduğu müəyyən edilmişdir. **********44 saylı mobil nömrənin X2 istifadəsində olması və Zərərçəkmiş şəxs istifadəsində olmuş **********10 saylı mobil nömrə ilə əlaqə saxlaması X5 rayon prokurorluğunda vermiş olduğu şahid qismində ifadəsində də öz əksini tapmışdır. Həmin disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan ibtidai istintaqı zamanı "xxxx" MMC-dən 23.07.2021-ci il tarixli BKC/LGL-13053/21 saylı məktubda görünür ki, 01 (bir) ədəd diskə baxış keçirildikdə Təqsirləndirilən şəxs məxsus ********** saylı mobil nömrənin 06.06.2021ci il tarixində ********** saylı mobil nömrə ilə Abşeron rayonu, Zabrat qəsəbəsi, Məmmədli kəndində telefon danışığı qeydə alındığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məxsus ********** saylı mobil nömrənin sms məlumatlarına baxdıqda 2019-cu il tarixdən etibarən **********14, **********89 və **********55 saylı mobil nömrələrlə sevgi xarakterli və qısqanclıq məzmunlu ismarıcların göndərilməsi müəyyən edilmişdir. Həmin disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən 12.08.2021-ci il tarixli AZF/LGL- 18617/21 saylı məktubda görünür ki, 01 (bir) ədəd diskə baxış keçirildikdə Təqsirləndirilən şəxs məxsus ********** saylı mobil nömrəsinin anten dairəsinin verdiyi məlumata görə ən son 06.06.2021-ci il tarixində **********50 nömrə ilə saat 23:19-da ünvan 7 ünvanında əlaqə saxladığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məxsus ********** saylı mobil nömrənin sms məlumatlarına baxdıqda 2019-cu il tarixdən etibarən **********13, **********19 və **********19 saylı mobil nömrələrlə sevgi, münaqişə və qısqanclıq məzmunlu ismarıcların göndərilməsi müəyyən edilmişdir. Həmin disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan ibtidai istintaqı zamanı şahid qismində dindirilib ifadəsi alınmış X1 olaraq təqdim etdiyi 01 (bir) ədəd CD diskə keçirilən baxış zaman müəyyən edilmişdir ki, həmin diskdə 06.06.2021-ci il tarixdə gecə saat 23:30 radələrində qeydə alınmış 1 dəqiqə 13 saniyəlik səs yazısı öz əksini tapmışdır. Qeyd edilən diskdə olan səs yazısı hadisə baş verməmişdən bir necə dəqiqə öncə Aqşın Paşayeva daxil olan telefon zəngi zamanı qeydə alındığı müəyyən edilmişdir. İbtidai isintaqla həmçinin, müəyyən edilmişdir ki, həmin səs yazısında əks olunan səslər Aqşın Paşayevə, sonuncunun qohumu Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs aiddir. Həmin səs yazısında qeydə alınmış söhbətin məzmunu Aqşın Paşayevin və Zərərçəkmiş şəxs ilkin olaraq Aqşın Paşayevə məxsus maşının ustaya aparılıb-aparılmaması, maşının düzəlibdüzəlməməsindən, Təqsirləndirilən şəxs Aqşın Paşayevlə Zərərçəkmiş şəxs ilə əlaqədar qısqanclıq zəminində danışmaqlarından ibarət olmuşdur. Həmin disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 30.06.2021-ci il tarixli 101 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: 1) Sol ümumi yuxu arteriyasının və sol daxili vidaci venanın yaralanmasına səbəb olan boyunun sol yarısının ön səthinin 1(bir) ədəd; döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna keçməyən 1(bir) ədəd deşilmiş-kəsilmiş yaraları (cəmi 2 ədəd); 2) Sağ əlin 1-ci barmağının 1(bir) ədəd; sol əlin ovuc səthinin 1(bir) ədəd, sol əlin İİ barmağının 1(bir) ədəd, İİİ barmağının 1(bir) ədəd, İV barmağının 3(üç) ədəd, V barmağının 1(bir) ədəd kəsilmiş yaraları (cəmi 8 ədəd); 3) Alın, sağ kürək, hər iki bazu, hər iki dirsək və hər iki diz oynağı nahiyyələrinin, sol bazunun və sağ ayağım 1-ci barmağın sıyrıqları. Xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl törənmişlər. Xəsarətlərdən: 1) Sol ümumi yuxu arteriyasının və sol daxili vidaci venanın yaralanmasına səbəb olan boyunun sol yarısının ön səthinin 1(bir) ədəd; döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna keçməyən 1(bir) ədəd deşilmiş-kəsilmiş yaraları (cəmi 2 ədəd) deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin (alətlərin); sağ əlin 1-ci barmağının 1(bir) ədəd; sol əlin ovuc səthinin 1(bir) ədəd, sol əlin İİ barmağının 1(bir) ədəd, İİİ barmağının 1(bir) ədəd, İV barmağının 3(üç) ədəd, V barmağının 1(bir) ədəd (cəmi 8 ədəd kəsilmiş yaraları kəsici alətin (alətlərin) təsirindən törənmişdir, ekspertizaya təqdim olunmuş bıçaqla yetirilə bilər; 2) Alın, sağ kürək, hər iki bazu, hər iki dirsək və hər iki diz oynağı nahiyyələrinin, sol bazunun və sağ ayağım 1-ci barmağın sıyrıqları isə bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir. Dərəcəsinə görə: 1) Sol ümumi yuxu arteriyasının və sol daxili vidaci venanın yaralanmasına səbəb olan boyunun sol yarısının ön səthinin 1(bir) ədəd deşilmiş-kəsilmiş yarası canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir; 2) Döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna keçməyən 1(bir) ədəd deşilmiş-kəsilmiş yarası; sağ əlin 1-ci barmağının 1(bir) ədəd; sol əlin ovuc səthinin 1(bir) ədəd, sol əlin İİ barmağının 1(bir) ədəd, İİİ barmağının 1(bir) ədəd, İV barmağının 3(üç) ədəd, V barmağının 1(bir) ədəd (cəmi 8 ədəd) kəsilmiş yaraları canlı şəxslərdə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdirlər; 3) Alın, sağ kürək, hər iki bazu, hər iki dirsək və hər iki diz oynağı nahiyyələrinin, sol bazunun və sağ ayağın 1-ci barmağın sıyrıqları isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb boyunun sol yarısının ön səthinin 1(bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə əlaqədar sol ümumi yuxu arteriyasının və sol daxili vidaci venanın yaralanması nəticəsində baş vermiş çoxlu qanitirmə olmuşdur. Ölüm 07.06.2021ci il tarixdə saat 05:35-də xəstəxanda baş vermişdir, bu da ilkin meyit əlamətlərinə əsasən öz təsdiqini tapır. Mərhum Zərərçəkmiş şəxs xəsarətləri alarkən bədənin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, oturaq, uzanmış və s.) ola bilərdi. Lokalizasiysına və xarakterinə görə xəsarətlərin Zərərçəkmiş şəxs özü tərəfindən özünə yetirilməsi inkar olunur. Mərhum Zərərçəkmiş şəxs meyiti müayinə edilərkən onda hamiləlik aşkar olunmamışdır. Mərhum Zərərçəkmiş şəxs xəsarətlər qısa müddət ərzində yetirildiyindən yetirilmə ardıcıllığını müəyyən etmək mümkün olmamışdır. Mərhum Zərərçəkmiş şəxs hər iki yuxarı ətrafında olan xəsarətlər onun özünü müdafiəsi zamanı törənə bilərdi. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi biloji ekspertizasının 05.07.2021-ci il tarixli 416/2021-MTBŞ saylı rəyindən görünür ki: 1.Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu: O/1/-dir.
2. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: O(1)-dir.
3. Ekspertizaya təqdim olunmuş 01 ədəd bıçaq 03 ədəd standart gigiyenik çubuq Zərərçəkmiş şəxs məxsus dırnaq kəsikləri, şalvar, mayka, büstalter, tuman, çəkələkin üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq edildikdə yalnız H antigeni alındı. Beləliklə, bu qan ləkələri ABO sistemi üzrə O (1) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər.
4. Təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus şalvar, qısa qol köynək üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır.
5. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus dırnaq kəsikləri insan dərisinin buynuzlaşmış üst qatı hüceyrələri aşkar olundu. Bu hüceyrələr az miqdarda olduğu üçün onlarda qrup mənsubiyyətini təyin etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan cinayət işinin ibtidai istintaqı zamanı maddi sübutların tədqiqi ilə əlaqədar təyin edilmiş məhkəmə-tibbi kriminalistik ekspertizasının 06.07.2021-ci il tarixli 283/2021-MTKŞ saylı rəyindən görünür ki: İ.1. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynək və şalvar üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır.
2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir cüt tərlik, büstqalter, tuman, mayka və şalvar üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır.
3. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: a) Şalvarın, maykanın, büstqlterin və tumanın demək olar ki, bütün səthi boyu qeyrimüəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontaky nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşlar. b) Bir cüt çəkələyin alt hissəsində və sol tayının iç hissəsində fasilələrlə yerləşən qan ləkləri yaxma xarakterli olub qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətliu) kontakt nəticəsində əmələ gəlmişlər. İİ.1.Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış cib bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 07.07.2021-ci il tarixli 1477 saylı rəyinin nəticə hissəsinin məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissəsinə əsasən Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissəsinə əsasən aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətcil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-irad sferasında, hərəkət və davranışını iradi olaraq tənzimləməsində eqosentrizm, qızığa qarşı həssaslıq müşahidə edilir. Həmin rəyin məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissəsinə əsasən, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən olunmamamışdır. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri qeyd olunmamamışdır. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.3-ci maddəsinin təsiri altına düşmür. Həmin rəyin məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissəsinə əsasən, Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətləri tam dərk etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəb yaranmışdır. Həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Sabunçu RPİ-nin 15-ci PB-nin məsul növbətçisi, polis leytenantı Rəşad Vəlizadə tərəfindən 07.06.2021-ci il tarixdə tərtib olunmuş protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07.06.2021-ci il tarixdə həmin polis bölməsinə gedərək 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs öldürdüyünü bildirmiş və könüllü təslim olmuşdur. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddələsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağunun olması, həmin Məcəllənin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna alması, törətmiş olduğu cinayət əməlindən peşman olması cəzanı yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğu üçün və o, ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğu üçün cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Cinayət işi üzrə maddi sübut olan Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutlar saxlama yerində saxlanılan - Təqsirləndirilən şəxs məxsus köynək və şalvar, Zərərçəkmiş şəxs əl dırnaqlarından 10 ədəd üzəri firuzə rənglə boyanmış dırnaq nümunələri, Zərərçəkmiş şəxs məxsus bir cüt tərlik, büstqalter, tuman, mayka və şalvar, hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd qatlanan bıçaq hökm qanunu qüvvəsini aldıqdan sonra məhv edilməli, telefon danışıqlarının əks olunduğu 01 ədəd CD disk, mobil operator xidmətlərindən götürülmüş 03 ədəd disk və 04 ədəd disk cinayət işinin materiallarındaa saxlanılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə ekspertiza xərci yoxdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi 150 (yüz əlli) manat məbləğində pul ödənilməlidir. Təqsirləndirilən şəxsin cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan- 07 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə
h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan- 07 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində xüsusi müsadirə təbiq edilməsin. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutlar saxlama yerində saxlanılan - Təqsirləndirilən şəxs məxsus köynək və şalvar, Zərərçəkmiş şəxs əl dırnaqlarından 10 ədəd üzəri firuzə rənglə boyanmış dırnaq nümunələri, Zərərçəkmiş şəxs məxsus bir cüt tərlik, büstqalter, tuman, mayka və şalvar, hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd qatlanan bıçaq hökm qanunu qüvvəsini aldıqdan sonra məhv edilsin, telefon danışıqlarının əks olunduğu 01 ədəd CD disk, mobil operator xidmətlərindən götürülmüş 03 ədəd disk və 04 ədəd disk cinayət işinin materiallarındaa saxlanılması nəzərə alınsın. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi 150 (yüz əlli) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.