Məhkəmə qərarları › İş №1(101)-1667/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1667/2024

10.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1667/2024 10.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 (sədrlik edən), X19 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxsin hüquqi varisi X2, təqsirləndirilən şəxs X8 (Ceyhun Qubad oğlunun), onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1989-cu ildə Salyan rayonunun Nəvahı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində iki azyaşlı uşağı olan, fərdi əmək fəaliyyyəti ilə məşğul olmuş, Sabirabad Rayon Məhkəməsinin 1(056)-79/2021 saylı, 27 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından 20 % dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmiş, Hacıqabul rayonunun Navahi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, ünvan 2l tarixli qərarına əsasən barəsində əvvəli 28 mart 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan X8 (Ceyhun Qubad oğlunun) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X14 (Ceyhun Qubad oğlu) 09 yanvar 2024-cü ildə saat 22:30 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə riayət etməyərək texniki cəhətdən saz vəziyyətdə olan «Kia Rio» markalı, **-RY-*** qeydiyyat nişanlı avtomobili yüngül dərəcəli alkoqol sərxoşluq vəziyyətində idarə edib Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindən keçən 13,5-ci kilometrində, Qazax rayonu istiqamətində 90 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmamaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyib yolu soldan sağa doğru keçən piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs baş beyin toxumasına onun mədəciklərinə və qişalarına qansızma, başın sağ gicgah-ənsə sümüklərinin kəllə əsasına keçən qəlpəli sınıqları ilə müşayiət olunan hər iki gicgah və ənsə nahiyələrinin əzilmiş yaraları, döş qəfəsinin soldan orta qoltuqaltı xətt üzrə İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların sınıqları, hər iki bazu sümüklərinin orta 1/3-nin qapalı, yerinidəyişmiş sınıqları, sağ baldır sümüyünün aşağı 1/3-nin qapalı, yerinidəyişmiş sınığı, qarın boşluğu orqanların xaricə doğru evakuasiyası ilə müşayiət olunan sağ qalça nahiyəsinin geniş sahəli əzilmiş-cırılmış yarası, sol bud nahiyəsinin əzilmiş yarası kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri alaraq ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X14 (Ceyhun Qubad oğlu) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, B1,B,C1,C kateqoriyalı, BB seriyalı, 501905 nömrəli sürücülük vəsiqəsilə tanışı Şahid məxsus olan “Kia Rio” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edərək həmin avtomobillə müxtəlif vaxtlarda müxtəlif yerlərə sərnişin apararaq çörəkpulunu qazanaraq hər gün avtomobilə görə 23 manat pul ödəyirmiş. O, 09 yanvar 2024-cü il tarixdə həmin avtomobillə yaşadığı Hövsan qəsəbəsindən çıxıb Hacıqabul rayonu Nəvahi kəndinə getmək üçün Bakı şəhəri daxilində xeyli getdikdən sonra Lökbatan qəsəbəsi ərazisinə çatmış və oradan Bakı-Qazax avtomobil yoluna çıxıb Qazax rayonu istiqamətində hərəkətinə davam edirmiş. O, hərəkətdə olan zaman avtomobil texniki cəhətdən saz olmuş, yük yeri boş olmuş, avtomobildə sərnişin olmamışdır. Bakı-Qazax yoluna daxil olaraq avtomobili sağdan birinci hərəkət zolağı ilə saatda təxminən 85-90 km/saat sürətlə idarə edirmiş. Hərəkətdə olduğu zaman qəflətən yolun sol hissəsindəki dəmir çəpərlərin yanından bir qadın piyada yolu soldan sağa doğru keçirmiş. O, həmin qadını görən kimi tormoz versə də bunun heç bir xeyri olmamış və həmin piyada qadın onun idarə etdiyi “Kia Rio” markalı avtomobilin qabaq sol hissəsindən dəyib yolun sol tərəfmə düşmüşdür. O, dərhal avtomobili yolun sağ kənarında saxlayaraq düşüb həmin qadına doğru qaçmış və ona çatanda öldüyünü görmüşdür. Biraz sonra hadisə yerinə Polis əməkdaşları gələrək daha sonra həmin qadını morqa göndərib özü hadisə yerində qalıb hadisə yerinin müayinəsində iştirak etmişdir. Hadisədən əvvəl, saat 20:00 radələrində spirtli içki olan araq içmiş, ancaq narkotik vasitə qəbul etməmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, hadisə vaxtı yolu görmə şəraiti pis olmuşdur. Mərhumu hadisə baş verməzdən 5-10 saniyə əvvəl görmüşdür. Zərər çəkmiş şəxsin hüquqi varisi ilə aralarında barışıq əldə olunmamışdır. Özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmə dövlət ittihamçısını, zərər çəkmiş şəxsin hüquqi varisini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxs X14 (Ceyhun Qubad oğlu) Azərbaycan Respublikası CM-nin 263-1.3cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 09 yanvar 2024-cü il tarixdə saat 22:30 radələrində Bakı- Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindən keçən 13,5-ci kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş şəxs Zərərçəkmiş şəxs onun bacısı olmaqla xx.xx.1969-cu ildə anadan olmuşdur. Sonuncu subay olmuş və öz həyatını yaşamışdır. xx.xx.2024-cü il tarixdə baş müstəntiq Fuad Şirinov ona zəng vuraraq bacısını avtomobil vurduğunu və aldığı xəsarətlərdən öldüyü üçün morqda olduğunu bildirmişdir. O, dərhal evdən çıxıb Qaradağ rayon morquna getmiş və bacısını morqda müayinə etdikdən sonra təhvil alıb Bakı şəhər Badamdart qəsəbəsində yerləşən qəbirstanlığında dəfn etmişlər. Ona sonradan məlum olmuşdur ki, bacısı yolu keçən zaman Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı avtomobillə onu vurmuş, hadisədən sonra sürücü və onun ailəsi onlarla maraqlanmamışdır. Sonuncuya qarşı şikayətçidir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 09 yanvar 2024-cü il tarixdə saat 22:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindən keçən 13,5-ci kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsilə bağlı başlanmış cinayət işi üzrə «Kia Rio» markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ona məxsusdur və həmin avtomobili etibarnamə əsasında həyat yoldaşı “Ceyhun” adlı şəxsə vermişdir və hər ay həmin avtomobilə görə icarə pulu ödəyirmiş. Hadisə nəticəsində ona məxsus olan «Kia Rio» markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilmə 599 manat maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanla bağlı hal hazırki cinayət üzrə heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X12” X30 Qaradağ rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 06 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarətlər baş beyin toxumasına onun mədəciklərinə və qişalarına qansızma, başın sağ gicgah-ənsə sümüklərinin kəllə əsasına keçən qəlpəli sınıqları ilə müşayiət olunan hər iki gicgah və ənsə nahiyələrinin əzilmiş yaraları, döş qəfəsinin soldan orta qoltuqaltı xətt üzrə İİİ-İV-V- Vİ-Vİİ-Vİİİ qabırğaların sınıqları, hər iki bazu sümüklərinin orta 1/3-nin qapalı, yerinidəyişmiş sınıqları, sağ baldır sümüyünün aşağı 1/3-nin qapalı, yerinidəyişmiş sınığı, qarın boşluğu orqanların xaricə doğru evakuasiyası ilə müşayiət olunan sağ qalça nahiyəsinin geniş sahəli əzilmiş-cırılmış yarası, sol bud nahiyəsinin əzilmiş yarası. Göstərilən xəsarətlər həyati olub, ölümündən az əvvəl bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı piyada qismində olarkən hərəkətdə olan minik avtomaşının vurması nəticəsində törənmişlər, ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər və canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanm əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma və başın hər iki gicgah və ənsə nahiyələrinin əzilmiş yaraları ilə müşayiət olunan başın sağ gicgah-ənsə sümüklərinin kəllə əsasına keçən sınıqları olmuşdur. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 04 mart 2024-cü il tarixli 3-16-16/2-8/503 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, «Kia Rio» markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Kia Rio” markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan 10 yanvar 2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi 2/67 nömrəli aktı ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoşluq vəziyyətdə olmuşdur. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə Tərtər Hərbi Məhkəməsinin qərarı ilə CM-nin 333.4-cü maddəsilə 02 il 06 ay məhkum olunmuş, xx.xx.2015-ci ildə Salyan Rayon Məhkəməsinin qərarı ilə 03 ay 12 gün vaxtından əvvəl şərti azad edilib, xx.xx.2019-cu il tarixdə CM-nin 127.1-ci maddəsilə cəlb edilərək həmin tarixdə CPM-nin 39.1.11-ci maddəsilə rədd edilmiş,xx.xx.2019-cu il tarixdə CM-nin 128-ci maddəsilə məhkum olunmuş, xx.xx.2021-ci ildə cəzasını tam icra etmişdir, xx.xx.2021-ci il tarixdə Sabirabad Rayon Məhkəməsinin qərarı ilə CM-nin 213.1-ci maddəsilə məhkum olunmuşdur, xx.xx.2023-cü il tarixdə yenidən həmin məhkəmənin qərarı ilə CM-nin 213.2.2-ci maddəsilə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutetmə məsələlərinə həsr olunmuş XV fəslinin qaydaları da cinayət-prosessual qanunun qeyd olunan ümumi prinsipləri əsasında formulə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X8 (Ceyhun Qubad oğlunun) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsiri iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263- 1.3-cü maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs X8 (Ceyhun Qubad oğlunun) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs X9 (Ceyhun Qubad oğluna) qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X9 (Ceyhun Qubad oğluna) cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, mənfi xarakterizə olunmayan şəxsiyyətini, zərər çəkmiş şəxsin hüquqi varisi ilə aralarında barışıq əldə etmədiklərini, sonuncunun ona qarşı şikayətçi olduğunu, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən X8 (Ceyhun Qubad oğlunun) ilk dəfə cinayət törətməsini, himayəsində 2 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, iş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, X8 (Ceyhun Qubad oğlunun) 31 yanvar 2014-cü il təvəllüdlü X17 və 05 yanvar 2016-cı il təvəllüdlü X10 anadan olmuşdur. İş materiallarında olan Hacıqabul rayonunun Navahı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X14 (Ceyhun Qubad oğlu) Hacıqabul rayonunun Navahı kəndində yaşadığı müddətdə onun barəsində kənd inzibati ərazi dairəsi nümayəndəliyinə şikayət daxil olmamışdır. İş materiallarında olan Hacıqabul rayonunun Navahı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X14 (Ceyhun Qubad oğlu) ailə üzvləri həyat yoldaşı X11, oğlu X17, X10, atası X15, anası X6, qardaşı X18 ilə birgə Hacıqabul rayonunun Navahı kəndində yaşayır. Təqsirləndirilən şəxs X14 (Ceyhun Qubad oğlu) barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət işinin materiallarından müəyyən olunur ki, X14 (Ceyhun Qubad oğlu) Sabirabad Rayon Məhkəməsinin 1(056)-79/2021 saylı, 27 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından 20 % dövlət nəfinə tutulmaqla 02 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Buna görə də məhkəmə hesab edir ki, əvvəllər qəsdən cinayət törətməyə görə Sabirabad Rayon Məhkəməsinin 1(056)-79/2021 saylı, 27 dekabr 2021-ci il tarixli hökmü ilə islah işləri cəzasına məhkum olunmuş X14 (Ceyhun Qubad oğlu)nın həmin cinayət əməlinə, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluğu cinayətin residivi növündə cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 01 may 2024-cü il tarixli məktubundan görünür ki, Sabirabad Rayon Məhkəməsinin 1(056)-79/2021 saylı, 27 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından 20 % dövlət nəfinə tutulmaqla 02 il müddətə islan işləri cəzasına məhkum olunmuş X14 (Ceyhun Qubad oğlu) 01 may 2024-cü il tarixə ona təyin edilmiş islah işləri cəzasının heç bir hissəsini çəkməmişdir. Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinın dörd günü bərabər tutulur. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Sabirabad Rayon Məhkəməsinin 1(056)-79/2021 saylı, 27 dekabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş islah işləri növündə cəzanın çəkilməmiş 02 (iki) müddətində hissəsi azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü hesabı ilə hesablanaraq 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutularaq Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə X9 (Ceyhun Qubad oğluna) müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X9 (Ceyhun Qubad oğluna) təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, X14 (Ceyhun Qubad oğlu) 28 mart 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 28 mart 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxs X9 (Ceyhun Qubad oğluna) təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 28 mart 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış X8 (Ceyhun Qubad oğlunun) idarə etdiyi “Kia Rio” minik markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X7 (Ceyhun Qubad oğlundan) 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Müdafiəçi məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X9 (Ceyhun Qubad oğluna) məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: X14 (Ceyhun Qubad oğlu) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. X9 (Ceyhun Qubad oğluna) Sabirabad Rayon Məhkəməsinin 1(056)-79/2021 saylı, 27 dekabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə islah işləri növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü hesabı ilə hesablanmaqla 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutularaq Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə X9 (Ceyhun Qubad oğluna) çəkilməsi üçün qəti olaraq 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. X14 (Ceyhun Qubad oğlu) ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X8 (Ceyhun Qubad oğlunun) məhkəməyədək və məhkəmə icraatı zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzasının əvvəli 28 mart 2024cü il tarixdən hesablansın. X14 (Ceyhun Qubad oğlu) barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış X8 (Ceyhun Qubad oğlunun) idarə etdiyi “Kia Rio” minik markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid qaytarılması nəzərə alınsın. Məhkəmə yol-nəqliyyat ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti X7 (Ceyhun Qubad oğlundan) tutularaq dövlət büdcəsinə ödənilsin. X9 (Ceyhun Qubad oğluna) məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 10 (on) iş saatı üçün 60 (altmış) manat məbləğində vəsait Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar