Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1668/2022 30.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs anası olan qanuni nümayəndəsi Qanuni nümayəndə müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 2004-cü il oktyabrın 18-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta-texniki təhsilli, əvvəllər məhkum olunmamış, işləməmiş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2əbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, istintaqla müəyyən edilmişdir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 2022-ci il aprel ayının əvvəllərində qonşuluqda yaşayan həmyaşıdı Şahid1 ilə mübahisə edərkən sonuncunun atası Naır İmamalıevin onun anası Qanuni nümayəndə və xalası Şahid2 ilə telefonda mesajlaşmaqla danışmasını bilmiş, dəqiqləşdirməkdən ötrü evlərində usta kimi işləyən Naır İmamalıevin telefonuna sonuncudan xəbərsiz baxaraq həmin məlumatların doğru olduğunu yəqin etmiş, anası ilə xalasını Naır İmamalıevə qısqanması səbəbindən sonuncunu bıçaqla vurub xəsarət yetirməklə qisas almağı qərarlaşdırdıqda cinayətkar niyyətini həyata keçirmək üçün 2022-ci il aprelin 10-da saat 23 radələrində ünvan 3 ünvanda yerləşən «Yasamal qəbiristanlığı» deyilən əraziyə gedərək oradan Naır İmamalıevə zəng edib guya işinin olmasını söyləməklə olduğu yerə çağırmış, sonuncu onun yanına gəldikdən sonra Naır İmamalıevə anası Qanuni nümayəndə və xalası Şahid2 zəng edərək mesaj yazmasını irad tutduqda aralarında bu zəmində yaranan mübahisə zamanı əvvəlcədən özü ilə gətirdiyi, istintaqa məlum olmayan bıçağı əynində olan gödəkcənin cibindən çıxarıb qəsdən Naır İmamalıevin bədəninin müxtəlif nahiyələrinə üç dəfə, həmçinin hadisə yerindən götürdüyü taxta parçası ilə baş nahiyəsindən iki dəfə vurmaqla sonuncuya bir ədəd döş qəfəsinin sağ yarısından döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, başın bir ədəd kəsilmiş yarası kimi həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya, bir ədəd döş qəfəsinin sağ yarısında sağ plevra boşluğuna keçən, bir ədəd qarının sağ yarısında olan, qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası kimi həm ayrıayrılıqda, həm də ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirərək əlindəki bıçağı naməlum istiqamətdə atıb hadisə yerindən qaçmaqla zərər çəkmiş şəxs Naır İmamalıevin sağlamlığına qəsdən ağır zərər vurmuşdur. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, qonşusu Naır İmamalıev onun yaşadığı evə gəlib-gedən adam olmuş, həmçinin o, sonuncunun övladı Şahid1 ilə də yaxın münasibətdə olmuşdur. 2022-ci il aprelin 08-də saat 17 radələrində sonuncu onunla görüşüb atası Naırın onun anası Qanuni nümayəndə ilə telefonla danışmaqla sevgi mesajları yazdığını, lakin bu barədə heç kəsə bildirməməsini xahiş etmişdir. 2022-ci il aprelin 09-da Naır onun yaşadığı evdə təmir işi görən vaxt o, sonuncuya məxsus «Nokia» markalı mobil telefona gizlincə baxdıqda Naırın hətta onun xalası Şahid2 zəng vurduğunu görsə də Naıra heç bir söz deməmiş, 2022-ci il aprelin 10-da o, sonuncuya zəng vuraraq Naırı «Yasamal qəbiristanlığı» adlanan ərazinin qarşısına çağırmış, göstərilən tarixdə saat 23 radələrində onlar görüşdükdə o, Naırdan nədən ötrü xalasına zəng etdiyini, sonuncunun evli olduğunu və ailəsində problem ola biləcəyini söyləmiş, Naır Naidə ilə telefonla danışdığını etiraf edəndə isə o, anasına zəng vurub mesaj yazmasının səbəbini soruşmaqla Naırın Ülkərlə əlaqə saxlamasını ailəsindəki problemlərlə izah etməsini eşitmişdir. O, Naırın sözlərinə əsəbiləşərək cibindən düyməsi açılıb bağlanan bıçağı çıxarmaqla vurmaq istədikdə ilk zərbə özünün sağ ayağına dəysə də bıçaqla bir dəfə Naırın sağ döş qəfəsindən, iki dəfə isə qarın nahiyəsindən vurmuş, bundan sonra bıçaq onun əlindən yerə düşmüş, Naır kənara çəkilərkən o, yerdən taxta parçasını götürərək iki dəfə sonuncunun baş nahiyəsinə vurmuşdur. Zərbədən Naır yerə yıxılanda o, oradan uzaqlaşmaqla bıçağı yerdən qaldırıb qəbiristanlığın yanındakı yol kənarına atmış, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə gedərək könüllü təslim olmuşdur. Törətdiyi əməldən peşmandır. İş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Naır İmamalıev qonşuluqda yaşayan onun bacısı Qanuni nümayəndə evində usta kimi işlər gördüyü zaman sonuncunun övladı Təqsirləndirilən şəxs Naırın yanında işləmişdir. X6 ilə ailə qurmağı qərarlaşdırıb elçiliyə getdikdə Naır Orxanı yaxşı tanımaq üçün vaxt istəmiş, buna görə də Naır bir neçə dəfə ona zəng vurmaqla oğlanın ailə üzvləri ilə maraqlanmış, lakin Naırla onun arasında heç bir münasibət olmamışdır. 2022-ci il aprelin 11-də saat 10 radələrində Ülkərin etdiyi zəngdən Orxanın anasının və onun Naırla yaxınlıq etmələrindən şübhələnərək sonuncunu bıçaqla vurduğunu öyrənmişdir. Məhkəmə iclasında ifadəsi elan olunub tədqiq edilən zərər çəkmiş şəxs Naır İmamalıev ibtidai istintaqda Şahid2 ilə uyğun ifadə verməklə yanaşı qonşuluqda yaşayan Təqsirləndirilən şəxs anası Qanuni nümayəndə və xalası Şahid2 ilə yaxın münasibətlərdə olduğunu inkar edərək 2022-ci il aprelin 10-da saat 22 radələrində «Yasamal qəbiristanlığı» deyilən ərazidə nahaq səbəbdən Orxan tərəfindən bıçaqla və taxta parçası ilə zərbələr almasına məruz qaldığını, mübahisənin bir-iki dəqiqə davam etdiyini, hadisə yerində onlardan başqa heç kəsin olmadığını, kənardan aralarına hər hansı bir şəxsin girmədiyini, Orxanın qohumlarının onun xəstəxana xərclərini ödədiklərini göstərmişdir (iş vərəqi 87-90). Məhkəmə iclasında ifadəsi elan olunub tədqiq edilən Şahid1 ibtidai istintaqda Təqsirləndirilən şəxs ilə oxşar ifadə verməklə əlavə olaraq 2022-ci il aprelin 10-da saat 23 radələrində yaşadığı evdə olarkən atası Naır İmamalıevin zəng edib Orxanın ona bıçaqla xəsarət yetirdiyini söylədiyini göstərmişdir (iş vərəqi 113-115). İş materiallarında olan 2009-cu il 29 aprel tarixli AZ-İİ seriyalı 262569 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2004-cü il oktyabrın 18-də anadan olmaqla hadisə zamanı yetkinlik yaşına çatmamışdır (iş vərəqi 15). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 11 aprel tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:30-da Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, sonuncunun atası X2 məlumat verilmişdir (iş vərəqi 25). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 13 aprel tarixli qərarından görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona göstərilən maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (iş vərəqi 38-39). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2022-ci il 13 aprel tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində əvvəli 2022-ci il aprelin 11-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 64-68). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 13 aprel tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ünvan 3 ünvandakı «Yasamal qəbiristanlığı»nın içərisində dayanaraq ifadəsini təsdiqləmiş, fotocədvəl protokola əlavə olunmuşdur (iş vərəqi 69-73). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 26 aprel tarixli protokoldan görünür ki, hadisə zamanı zərər çəkmiş şəxs X3 əynində olan bir ədəd köynək, bir ədəd şalvar, bir ədəd alt mayka və bir cüt corab götürülmüşdür (iş vərəqi 96). İş materiallarında olan 2022-ci il 25 aprel tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs X3 yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində heç bir şikayəti və tələbi yoxdur (iş vərəqi 98). İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin İlk-İxtisas Təhsili Müəssisəsinin 7 №-li Bakı Peşə Məktəbinin 2022-ci il 04 may tarixli 18 №-li arayışından görünür ki, 2020-ci il sentyabrın 15-də 7 №-li Bakı Peşə Məktəbinə daxil olmaqla 2022-ci il martın 28-dək «Elektrik qaz qaynaqçısı» ixtisası üzrə İİ kursda təhsil alan Təqsirləndirilən şəxs özünü intizamlı tələbə kimi göstərmiş, dərsə gəlmədiyinə və ailə vəziyyətinə görə 2022-ci il martın 28-də məktəb tələbələri sırasından çıxarılmışdır (iş vərəqi 105). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2022-ci il 30 aprel tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri 2022-ci il iyulun 11-dək ev dustaqlığı qismində qətimkan tədbiri ilə əvəz edilmişdir (iş vərəqi 106-111). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X5» publik hüquqi şəxsinin sağlamlığa zərərvurmanın təyininə dair 2022-ci il 04 may tarixli 387 nömrəli ekspert rəyindən görünür ki, 1979-cu il təvəllüdlü X3 bədənində aşkar olunmuş xəsarətlər – bir ədəd döş qəfəsinin sağ yarısında sağ plevra boşluğuna keçən, bir ədəd qarının sağ yarısında olan, qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (alətlərin), başın bir ədəd kəsilmiş yarası iti kənarlı alətin (alətlərin) təsirindən törənməklə müddəti 2022-ci il aprelin 10-na uyğun gəlir, dərəcəsinə görə bir ədəd döş qəfəsinin sağ yarısında sağ plevra boşluğuna keçən, bir ədəd qarının sağ yarısında olan, qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası həm ayrı-ayrılıqda, həm də ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, bir ədəd döş qəfəsinin sağ yarısında döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yarası və başın bir ədəd kəsilmiş yarası həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir (iş vərəqi 121-123). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəməpsixiatrik ekspertizasına dair 2022-ci il 05 may tarixli 1118 saylı ekspert rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmamış, sonuncu ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 134-135). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi tələbnamədən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 141-142). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X5» publik hüquqi şəxsinin 2022-ci il 24 iyun tarixli 317/2022-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən X4 məxsus köynək, şalvar, alt mayka və bir cüt corab üzərindəki insan qanı ləkələrinin qrup mənsubiyyətinin təyini zərər çəkmiş şəxsin nümunə obyektləri təqdim olunduqdan sonra məqsədə uyğun hesab olunur (iş vərəqi 144-146). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəməpsixoloji ekspertizasına dair 2022-ci il 24 iyun tarixli 11/238 saylı ekspert rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs yaş və fərdi-psixoloji xüsusiyyətlərinə, əqli və psixi inkişafına görə hadisə zamanı etdiyi hərəkətləri qavramaq və həmin hərəkətlərin mahiyyətini dərk etmək qabilliyətinə malik olmuş, sonuncunun fərdi-psixoloji xüsusiyyətlərində təlqinə qapılmağa, özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri müəyyən olunmamaqla yaş və fərdi-psixoloji xüsusiyyətlərinə, əqli və psixi inkişafına görə iş üçün əhəmiyyətli halları adekvat olaraq qavramaq qabiliyyətinə malikdir, ekspertiza tədqiqatının dəyəri 100 manatdır (iş vərəqi 149-152). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X5» publik hüquqi şəxsinin 2022-ci il 05 iyul tarixli 259/MTKŞ-2022 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən X4 məxsus koftanın və maykanın hər birinin ön səthinin sağ yarısındakı üç ədəd dəlib-keçən zədə iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənə bilərdi, koftanın və maykanın üzərində olan deşilmiş-kəsilmiş zədələrlə onun bədən səthindəki xəsarətlər yerləşməsinə və xarakterinə görə bir-biri ilə uyğunluq təşkil edir, şalvarın və bir cüt corabın üzərində zədə aşkar edilməmişdir, koftanın, maykanın və şalvarın üzərində məhkəmətibbi-bioloji təhqiqat zamanı aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt nəticəsində əmələ gəlmiş hopma xarakterli olub corabların üzərində aşkar edilmiş qan ləkələrinin morfoloji əlamətləri biruzə olunmadığından əmələ gəlmə mexanizmini təyin etmək mümkün deyildir (iş vərəqi 155-158). İş materiallarında olan 2022-ci il 11 iyul tarixli iltizamdan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 162). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin 2022-ci il 13 iyul tarixli 096-5461-1222 №-li məktubundan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bıçağı və hadisə yerində olan şahidləri müəyyənləşdirmək mümkün olmamışdır (iş vərəqi 164). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 14 iyul tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə 2022-ci il 15 iyul tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə barədə qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə yenidən ittiham elan olunmuş, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 29, 120.1.-ci, 126.2.4.-cü, 221.3.cü və 228.4.-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, maddi sübut kimi tanınan zərər çəkmiş şəxs X3 hadisə zamanı əynində olan bir ədəd köynək, bir ədəd şalvar, bir ədəd alt mayka və bir cüt corab saxlanılması üçün idarənin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş, zərər çəkmiş şəxsin adının və soyadının Naır İmamalıev kimi oxunması qərara alınmışdır (iş vərəqi 167-175 və 177-179). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsinin 2022-ci il 19 avqust tarixli 020-13787-1222 №-li məktubunun kserosurətindən görünür ki, Naır İmamalıev 2022-ci il mayın 04-də Gürcüstana getmişdir (iş vərəqi 195-197). İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2022-ci il 29 avqust tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 120.1.-ci maddəsi ilə təqsirləndirilən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində əvvəli 2022-ci il avqustun 27-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 222- 225). Məhkəməyə təqdim olunan ərizənin kserosurətindən görünür ki, zərər çəkmiş şəxs Naır İmamalıev yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəməyə təqdim olunan 2022-ci il 30 sentyabr tarixli hesabatdan görünür ki, məhkəmədə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı müddətində müdafiə olunmuşdur. Məhkəmə mövcud sübutlara qiymət verərək yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün tam etirafedici, habelə şahidin ifadələri, məhkəmə iclasında elan edilərək tədqiq olunan zərər çəkmiş şəxsin və şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməli yetkinlik yaşına çatmadığı dövrdə törətməsinin və zərər çəkmiş şəxslə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə almaqla ilk məhkumluğunu, əməlindən peşman olmasını, ailə vəziyyətin cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8., 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib müəyyən müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikasının CM-nin 85.5.-ci maddəsinə görə, yetkinlik yaşına çatmayan məhkumlara azadlıqdan məhrumetmə cəzası on ildən çox olmayan müddətə təyin edilir. Məhkəmə habelə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 2022-ci il aprelin 11-dən 2022-ci il aprelin 30-dək həbsdə, 2022-ci il aprelin 30-dan 2022-ci il iyulun 11-dək ev dustaqlığında saxlandığı 03 (üç) ay Azərbaycan Respublikasının CPMnin 158.2.1.-ci maddəsinin tələblərinə müvafiq olaraq təyin ediləcək cəzadan çıxılmalıdır. «Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-ci il 28 iyun tarixli 2 saylı Qərarının 12-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət (o cümlədən, xüsusilə ağır cinayət) törətmiş şəxs hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ehtiyatsızlıqdan cinayət törətməyə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 85.5.1.-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş Naır İmamalıevə məxsus bir ədəd köynək, bir ədəd şalvar, bir ədəd alt mayka və bir cüt corab məhv edilməlidir. Məhkəmə eyni vaxtda hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 100 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 180 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2022-ci il avqustun 27-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, onun 2022-ci il aprelin 11-dən 2022-ci il aprelin 30-dək həbsdə, 2022-ci il aprelin 30-dan 2022-ci il iyulun 11-dək ev dustaqlığında saxlandığı 03 (üç) ay təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza kimi 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 2022-ci il avqustun 27-dən hesablansın. 100 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 180 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş Naır İmamalıevə məxsus bir ədəd köynək, bir ədəd şalvar, bir ədəd alt mayka və bir cüt corab məhv edilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs haqqında seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-1668/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1668/2022
30.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver