Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1668/2024 29.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X3 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi – Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 02 (iki) azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ağsu rayonu, Kalva ərazi dairəsi, Suraxanı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddədində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, dələduzluq, yəni təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə müxtəlif vaxtlarda tanışı Zərərçəkmiş şəxs1 xırda məbləğlərdə pul vəsaitləri alıb guya qızıl-zinət əşyalarının alqı-satqısını həyata keçirərək gəlir əldə etdiyini bildirməklə aldığı məbləğdən artıq miqdarda pul vəsaiti qaytarıb etibarını qazanmaqla, yaratdığı inam və etibardan sui-istifadə edib banklar vasitəsilə hərraca çıxarılan qızıl-zinət əşyalarını alıb baha qiymətə satmaqla yüksək məbləğlərdə qazanc əldə edəcəklərini bildirərək yalan vəd verib aldatmaqla 2023-cü ilin sentyabr ayından həmin ilin noyabr ayına qədər olan müddət ərzində ünvan 3 ünvanında yerləşən “Moskva Ticarət Mərkəzi”ndə və Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 4 ünvanında sonuncudan hissə-hissə olmaqla ümumilikdə 69.092 (altmış doqquz min doxsan iki) manat dəyərində qızıl-zinət əşyalarını və 94.500 (doxsan dörd min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alaraq sonradan verdiyi vədə əməl etməyib öz şəxsi ehtiyacları üçün istifadə etməklə Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 163.592 (yüz altmış üç min beş yüz doxsan iki) manat məbləğində külli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər qızıl-zinət əşyalarının alqı-satqısı ilə əlaqədar aralarında yaranmış münasibət, qarşılıqlı inam və etibardan sui-istifadə edərək tanışı Zərərçəkmiş şəxs2 Türkiyə Cümhuriyyətindən idxal etmək istədiyi 3,5 kq çəkidə qızıl-zinət əşyalarının ölkə sərhədlərindən keçirilməsi üçün pula ehtiyacının olduğunu, həmin qızıl-zinət əşyalarına yatırım edəcəyi təqdirdə gömrük rəsmiləşməsindən sonra baha qiymətə satmaqla yüksək məbləğdə gəlir əldə edəcəyinə dair vəd verib aldatmaqla 2023-cü ilin sentyabr ayından həmin ilin noyabr ayına qədər olan müddət ərzində Zərərçəkmiş şəxs2 03 sentyabr 2023-cü il tarixdə saat 10:38-də ünvan 5 ünvanında yerləşən “mpay” ödəmə terminalı vasitəsi ilə istifadəsində olan 416973*****0555 nömrəli bank kartı hesabına köçürdüyü 1.500 manat, 04 sentyabr 2023cü il tarixdə saat 16:36-da Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “PashaPay” ödəmə terminalı vasitəsi ilə istifadəsində olan 416973*****0555 nömrəli bank kartı hesabına köçürdüyü 1.500 manat, 05 sentyabr 2023-cü il tarixdə saat 08:32-də Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “PashaPay” ödəmə terminalı vasitəsi ilə istifadəsində olan 416973*****0555 nömrəli bank kartı hesabına köçürdüyü 1.000 manat 11 sentyabr 2023-cü il tarixdə saat 14:03-də Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 125 K ünvanında yerləşən “mpay” ödəmə terminalı vasitəsi ilə istifadəsində olan 416973*****0555 nömrəli bank kartı hesabına köçürdüyü 2.000 manat, 02 oktyabr 2023-cü il tarixdə saat 11:00-da Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 125 K ünvanında yerləşən “mpay” ödəmə terminalı vasitəsi ilə istifadəsində olan 416973*****0555 nömrəli bank kartı hesabına köçürdüyü 5.200 manat, 02 oktyabr 2023-cü il tarixdə saat 11:40-da ünvan 7 ünvanında yerləşən “mpay” ödəmə terminalı vasitəsi ilə istifadəsində olan 47********001636 nömrəli bank kartı hesabına köçürdüyü 1.960 və 40 manat, 16 oktyabr 2023-cü il tarixdə saat 18:15-də Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “PashaPay” ödəmə terminalı vasitəsi ilə istifadəsində olan 47********001636 nömrəli bank kartı hesabına köçürdüyü 2.500 manat, 17 oktyabr 2023-cü il tarixdə saat 20:28-də istifadəsində olan “Leo Bank”-a məxsus mobil tətbiq vasitəsi ilə 416973*****0555 nömrəli bank kartı hesabına köçürdüyü 500 manat olmaqla ümumilikdə 16.200 (on altı min iki yüz) manat məbləğində pul vəsaitini, 2023-cü ilin oktyabr ayı ərzində müxtəlif tarixlərdə ünvan 3 ünvanında yerləşən “Moskva Ticarət Mərkəzi”nin qarşısında taksi fəaliyyətilə məşğul olan Şahid3 və qeyrilərinin vasitəsi ilə göndərdiyi 8.950 (səkkiz min doqquz yüz əlli) manat dəyərində qızıl-zinət əşyalarını, 01 noyabr 2023-cü il və 14 noyabr 2023-cü il tarixlərində Bakı şəhəri, Nizami rayonu ərazisində “Xalqlar Dostluğu” metrostansiyasmm yaxınlığında Şahid4 vasitəsi ilə göndərdiyi 19.600 (on doqquz min altı yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alaraq sonradan verdiyi vədə əməl etməyib öz şəxsi ehtiyacları üçün istifadə etməklə Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 44.750 (qırx dörd min yeddi yüz əlli) manat məbləğində xeyli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1la birlikdə qazanc əldə etmək məqsədi ilə qızıl-zinyət əşyalarının alqı-satqısı ilə bağlı iş görmüşlər. İlqar ona qızıl-brilliyant işi ilə məşğul olmağı təklif etmişdir. Sonradan onun özünün müəyyən məsələlərlə bağlı problemləri yaranmış və başqa şəxslərdən alacaq borcları olmuşdur. İlqar ona olan borcunu qaytarmağı üçün çox qısa bir müddət qoymuş, bu səbəbdən də o Zərərçəkmiş şəxs1 olan borcunu ödəyə bilməmişdir. Hazırki iş üzrə 146562 (yüz qırx altı min beş yüz altmış iki) manat pul məbləğində Zərərçəkmiş şəxs1 borcu var. Zərərçəkmiş şəxs2 da təsdiq edə bilər ki, Xuramanının da ona dəfələrlə borcu olmuşdur. O, Xuraman xanımla bacı-qardaş kimi olmuşlar. Onun kiməsə pislik etdiyini görməmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, 2008-2009-cu illərdən qızıl alqı-satqısı ilə məşğul olur. İşləri hər zaman qaydasında olmuşdur. Lakin dolların məzənnəsi dəyişdikdə ziyan etmiş və müəyyən borcları yaranmışdır. Bu da onun maddi vəziyyətini ağırlaşdırmışdır. İşləri qaydasında olduqda aylıq qazancı 2000-8000 manat arası olurmuş. O 2019-2020-ci illərdə müflis olmuşdur. Ondan sonra psixoloji problemləri yaranmışdır. O Zərərçəkmiş şəxs1 onunla alqı-satqı edən şəxs vasitəsilə tanımışdır. O bankdan ucuz və toplu halında qızıl çıxartmış, İlqara da bankdan qızıl çıxartmaqla bağlı vəd vermişdir. O, 51000 (əlli bir min) manatın müqabilində bankdan qızıl çıxarmış və satıb gəliri bölmüşdür. Qızılları fərqli lombardlardan götürürmüş. 51000 (əlli bir min) manatın qarşılığında 4000 manatdan yuxarı pul almışdır. Həmin pulu İlqar bəylə bölüşmüşdür. İlqar müəllimə bildirmişdir ki, onun maşınından mal oğurlanmışdır. İtki olub deyə maddi vəziyyəti pis olmuşdur. O, yaddaşını itirmişdir. İttiham aktında qeyd olunan borclar doğrudur. O, “Topaz” da oynayırmış. Lakin sonra səhv etdiyini düşünüb tövbə etmişdir. O, “Topaz” da 30000 (otuz min) manatdan çox pul uduzmuşdur. Ona verilən pullarla mərc oyunları oynamışdır. Düşünmüşdür ki, vəziyyətdən çıxar və insanların pulunu qaytarar. “Topaz” da uduzandan sonra İlqar bəy və Xuraman xanımdan pul almamışdır. O özü kirayədə qalır. Aylıq 400 (dörd yüz) manat kirayə haqqı ödəyir. Onun banka borcu var. Əgər pulları şəxsi istifadəsi üçün etsə borclarını bağlayarmış. Onun kimisə aldadaraq pul almaq məqsədi olmamışdır. O, 14000 (on dörd min) manat məbləğində pul qaytarmışdır. Avtomobilindən 20000 (iyirmi min) dollar, 4000 (dörd min) manat məbləğində pul və əlavə olaraq qızıllar oğurlanmışdır. Lakin bu haqda hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Pulları və qızılları zibillərlə birgə zibil qabına atdığını, yoxsa avtomobilindən götürüldüyünü dəqiq bilmədiyi üçün hər hansı orqana şikayət etməmişdir. Xuraman xanıma 4100 (dörd min yüz) manat məbləğində pul ödəmişdir. Devalvasiya dövründə və daha sonra koronavirus pandemiyası dövründə çoxsaylı problemlər yaşamışdır. Devalvasiya dövründə dolların qalxması səbəbilə aşağı qiymətlə aldığı ödəncləri yuxarı qiymətlə ödəməli olmuşdur. Covid-19 pandemiyası zamanı da ticarət obyekti bağlanmış və həmçinin müəyyən şəxslərdən alacaq borcları yaranmışdır. O, alış-verişləri kağız üzərində rəsmiləşdirməmişdir. Zərərçəkmiş şəxslərə olan borcu qaytarmaq niyyəti var. Devalvasiya və Covid-19 pandemiyası olmasa, belə bir hadisə baş verməzdi. Xuraman xanıma dəymiş 44700 manat ziyanı qəbul edir. İlqar bəyə isə 146000 manat ziyan vurmuş, ümumi dəymiş ziyandan 14000 manat qaytarmışdır. İstintaq zamanı ona fiziki və psixi təsir və təzyiq olmamışdır. Hesablanmış zərər doğrudur. Zərərçəkmiş şəxs1 800 qram qızıl aldığını da qəbul edir. Pulu və qızılları 2023cü il tarixdə götürmüşdür. O əvvəllər başqa şəxslərdən aldığı pulları vaxtı-vaxtında qaytarmışdır. Ona İlqar bəyin pulunu qaytarmaq üçün vaxtı olmamış, çünki bir ayın içində tutulmuşdur. İlqardan götürdüyü 800 qram qızılı isə itirmişdir. Qızılların itməsi ilə bağlı heç yerə müraciət etməmişdir. O, lombardlarla işləmiş, lakin lombarddan aldığı qızılları təsdiq edəcək sənədlər yoxdur. Xuraman xanımın ona 10 000 manatdan yuxarı borcu var. O, Şahid4 də 19 600 manat pul almışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, latın qrafikalı əlifba ilə yazmağı və oxumağı sərbəst bacarır və ifadəsinin müstəntiq tərəfindən kompüterdə latın qrafikalı əlifba ilə yazılmasına etirazı yoxdur. Mahiyyəti üzrə bildirmişdir ki, o, təxminən 2008-ci ildən 2021-ci ilin əvvəllərinə qədər “Moskva Ticarət Mərkəzi”ndə fərdi sahibkarlıq fəaliyyəti ilə - qızıl-zinət əşyalarının satışı ilə məşğul olmuş, adı qeyd olunan MMC-də onun şəxsi dükanı olmuşdur. Ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən qızıl firmalarından modelləri alıb öz dükanında pərakəndə şəkildə sataraq dolanırmış. Aldığı qızıllar adətən türk və italyan qızılları olmuş, onlar brilliant qaşlı və qaşsız üzüklər, dəst komplektlər, qolbaqlar, kolyelər, sırğalar və s. kimi əşyalardan ibarət olmuşdur. Əvvəllər qazancı yaxşı olsa da, sonradan dolların məzənnəsinin qalxması ilə əlaqədar yaranan devolvasiya, 2020-ci ildə “Covid 19” pandemiyası ilə əlaqədar ölkə ərazisində yaranmış mövcud vəziyyət onun maddi durumunu aşağı salmış və borcları yaranmağa başlamışdır. O, ayrı-ayrı qızıl firmalarından borca qızıl əşyalar götürüb sataraq pul qazanmaq istəsə də, 15-20 gün ərzində aldığı qızılların pulunu ödəməli olduğundan və satışın normal olmamasına görə qızılları dəyər-dəyməzə satmağa başlamış və buna görə də borcları yaranmışdır. 2023-cü ilin əvvlərində Zərərçəkmiş şəxs1la tanış olmuş, tanışlıqları “Moskva Ticarət Mərkəzi”nin yaxınlığında yerləşən “Bərəkət” restoranında olmuşdur. Onlar ortaq tanışları vasitəsi ilə bir-birilərini tanımışdır. 2023-cü ilin sentyabr ayının əvvəllərində İlqar Təqsirləndirilən şəxs iş birliyi olaraq qızıl işi görməyi təklif etmiş, nə cür daha çox qazanc əldə edə bilmənin yolunu soruşduqda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qaşlıqaşsız qızıl-zinət əşyaları-komplekt, üzük, sırğa, sep, ayrıca brilliant qaşlar, və s. kimi əşyaları satmaqla daha çox qazanc əldə edə biləcəklərini demiş, bundan sonra İlqar ona 1.200 manat pul vermişdir. Təqsirləndirilən şəxs həmin məbləğin dəyərində qızıl-brilliant əşyaları alıb satacağını və daha çox qazanc əldə edəcəklərini bildirmiş, onlar razılaşmış və İlqar əlavə olaraq ona 1.200 manat məbləğdə pul vermişdir. Təqsirləndirilən şəxs 7-8 aydır ki, normal mübasibətlərinin olduğunu bildirərək Zərərçəkmiş şəxs1 onun səmimiyyətinə inandıra bildiyini demişdir. Təqsirləndirilən şəxs isə ondan aldığı pulu borclarının çox olduğuna görə bağlamaq niyyətində olduğundan qaytarmağa başlamışdır. Bu hadisədən 3-4 gün sonra o, İlqara 80 manat pul verərək yenidən 1.800 manat pul istəmiş və bildirmişdir ki, birinci vermiş olduğu 1.200 manat pulu maya kimi əlində saxlayırmış, xeyir 80 manat olmuş və daha çox pul qazandırmaq üçün əlavə olaraq 1.800 manat pula ehtiyacı olmuşdur. İlqar da onun vədinə inanmış və 1.800 manat pul vermişdir. Zərərçəkmiş şəxs1 ona həm 1.800 manat, həm də 1.200 manat pulu “Moskva Univermağı”nın yaxınlığında olan çayxanaların birində vermişdir. Daha sonra bu minvalla İlqardan cari ilin sentyabr ayının ortalarına kimi 20.000 manat pul almış və eyni qaydada İlqarı aldadaraq daha çox maddi gəlir əldə edəcəklərini bildirmişdir. Bu hadisədən 1 həftə sonra o, bir daha İlqara yeni bir iş birliyi təklif edərək hazırda banklarda xeyli miqdarda qızıl-zinət əşyalarının olduğunu bildirmiş, hansı ki, vətəndaşlar qızıl-zinət əşyalarını girov qoyaraq pul götürürmüşlər. Həmin pulun ödənilməsi gecikdirildikdə qızıl-zinət əşyaları bank tərəfindən hərrac yolu ilə satışa çıxarılırmış və dəyərindən bir az ucuz qiymətə satılırmış. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 30.000 dollar (51.000 manat) pul verməyini, banklar qızıl-zinət əşyalarını satışa çıxardıqda ucuz qiymətə alıb baha satacaqlarını və pul qazanacaqlarını təklif etmişdir. İlqar bu minvalla 30.000 dollar məbləği Təqsirləndirilən şəxs əlbəəl şəkildə bir həftə ərzində hissə-hissə olmaqla üç dəfəyə tam olaraq vermişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, İlqar ona həmin pulu yaşadığı Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən evinin yaxınlığında ona məxsus olan “Chevrolet Cruze” markalı, **-MO-*** qeydiyyat nişanlı avtomobildə və həmin evin yaxınlığında yerləşən çayxanada vermişdir. Bu hadisədən bir həftə sonra, təxminən oktyabr ayının əvvəllərində İlqar ona Tərtər şəhəri ərazisində əvvəllər işlədiyi dükanda 48.968 manat dəyərində qızıl-zinət əşyalarının olduğunu və həmin qızıl-zinət əşyalarını pula çevirmək istədiyini bildirmiş, Təqsirləndirilən şəxs da ona vəd verərək bu işi uğurla tamamlayacağını və qısa bir zamanda pula çevirə biləcəyini bildirmişdir. İlqar da buna görə Tərtər rayonuna getmiş və qızılları Bakı şəhərinə gətirərək ona təhvil vermişdir. Təqsirləndirilən şəxs birinci dəfə təxminən 44.748 manat dəyərində olan qızıl-zinət əşyalarını götürmüş, ikinci dəfə isə 2-3 gün sonra təxminən 4.220 manat dəyərində olan qızılı gəlib götürmüşdür. O, İlqardan 48.968 manat dəyərində olan qızıl-zinət əşyalarını sonuncunun yaşadığı ünvandan götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs bu hadisədən sonra təxminən noyabr ayının 10-12-nə qədər İlqardan eyni minvalla müvafiq ardıcıllıqla 7.000 manat, 5.000 manat, 4.000 manat və 4.500 manat olmaqla ümumilikdə 20.500 manat pul və 20.124 manat dəyərində brilliant əşyalarını aldığını bildirmişdir. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, əməkdaşlıq etdikləri 2023-cü ilin sentyabr-noyabr aylarında İlqara təxminən 14.000 manat qazanc kimi pul vermişdir. Bununla da İlqara ümumilikdə 146.592 manat dəyərində maddi ziyan vurmaqla pulunu və qızıl-zinət əşyalarını ələ keçirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs “Moskva Univermağı”nda işləyən Minarə adlı, Elşən adlı, Elmar adlı, Elman adlı, Namiq adlı, Yalçın adlı, Nicat adlı, İlqar adlı, adını xatırlamadığı qızıl firmasının işçisi Rahim adlı şəxslərə və "xxxx" MMC-ə borclarının olduğunu, həmçinin Minarənin təxminən 12.000 manata yaxın borcunu, Elşənin təxminən 8.000 manata yaxın borcunu, Elmanın təxminən 4.000 manata yaxın borcunu, Elmarın təxminən 4.000 manata yaxın borcunu, Namiqin təxminən 5.000 manata yaxın borcunu, Yalçının təxminən 5.000 manata yaxın borcunu, Nicatın təxminən 1.000 manata yaxın borcunu, İlqarın təxminən 5.000-6.000 manat borcunu, Rahimin təxminən 2.000- 2.500 manat borcunu və "xxxx" MMC-nin isə 3.000 manata yaxın kredit borcunu ödədiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin borclarını İlqardan götürdüyü pullar və qızıl-zinət əşyalarının satışından əldə etdiyi qazancla ödədiyini bildirmişdir.(cild 1; iş vərəqə 71-74, cild 2; iş vərəqə 178-182) Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, eləcə də qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı zərərçəkmiş qismində tanınmış şəxslərə qarşı dələduzluq cinayətini törətməməsi, sonuncuların pullarını qanunsuz şəkildə ələ keçirməməsi barədə vermiş olduğu ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi bu kimi ifadələrini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, yaxud məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 bildirdi ki, Təqsirləndirilən şəxs “Moskva” univermağında tanımışdır. Onda Bilal haqqında Bakı və Bakıətrafı zonalarda müştəriləri olan, işgüzar bir şəxs kimi təəssürat yaranmışdır. Sentyabr ayının əvvəlləri Bilal ona yaxınlaşmış və ondan 1200 manat pul istəmişdir. Belə ki, Yadigar brilliant zinət əşyası alacağını və axşama kimi satıb gəliri yarı böləcəklərini ona bildirmişdir. Yadigar 2 gün sonra gələrək malı satdığını, 160 manat xeyir qaldığını demiş və həmin pulun yarısını, yəni 80 manatını ona vermişdir. Daha sonra Yadigar ona əlavə mal olduğunu, lakin pulunun çatmadığını demişdir. O da Yadigara əlavə olaraq 1800 manat vermişdir. Daha sonra Yadigar ona daimi işinin bol olduğunu və birlikdə işləyib xeyir götürə biləcəklərini demişdir. O da Yadigara inanmışdır. 10 gün içində Yadigarın ondan hissə-hissə aldığı pulun məbləği 20 min manata çatmışdır. Daha sonra Yadigar ona demişdir ki, o banklarla işləyir və 100-200 min manatlıq topdan mallar olur, bəzi tanımadığı şəxslərin adını çəkmiş və bidirmişdir ki, “həmin şəxslər o malları topdan şəkildə alır, bizə isə yaxşı mallar qalmır, sən imkan varsa, çox pul tap, malları topdan götürək”. Bundan sonra o 51 min manat düzəltmiş, və bundan əlavə univermaqda satış üçün qoyduğu qızıllardan 800 qramını da əlavə olaraq Yadigara vermişdir ki, bunu da satıb pula çevirsin. Həmin qızılın da satış qiymətini hesablayanda 70 min manatdan yuxarı pul edir. Sonra Yadigar təkrar ondan hissə-hissə pul istəmiş, ən sonuncu 2023-cü ilin noyabr ayının 8-i - 9-u Moskva univermağında işçilərdən hissə-hissə 200 min manata yaxın, Gənclik univermağından da 200 min manatlıq mal və pul yığmışdır. Hələ Sumqayıt və digər ərazilərdən xəbəri yoxdur. Noyabr ayının 10-u Yadigar ondan 21000 manatlıq mal götürmüşdür. Səhəri gün isə təkrar zəng vuraraq mal almağa getdiyini və 5 min manatının çatmadığını demişdir. O isə pulunun olmadığını, üzərində 4500 manat pulunun olduğunu, həmin pulu isə uşağının əməliyyatı ilə bağlı təcili şəkildə 2 gün ərzində ödəməli olduğunu demişdir. Yadigar isə narahat olmamağını, 2 gün içində pulu geri qaytaracağını bildirmişdir. O da Yadigarın gəlib pulu götürməyinə razı olmuş, Yadigar gələrək 4500 manat pulu ondan almışdır. Noyabrın 14-ü Yadigara zəng etmiş, lakin Yadigar onun zənglərinə cavab verməmiş, axşama yaxın isə telefonu açaraq pulların batdığını demişdir. Digər şəxslərdən aldığı pul ilə birlikdə Yadigar noyabrın 8-dən 16-na qədər 800-900 min manat pul yığmışdır. Ona hesablanmış 160 min manat ziyandan əlavə, 800 qrama yaxın qızılı da var. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirdi ki, 800 qram qızıl və pulları Yadigara etibar etməsinin səbəbi, Yadigarın hamıda müsbət fikir yaratmağı, hamının güvənini qazanmış olması, daim işinin və müştərilərinin bol olmağı olmuşdur. Yadigarın başqa adamlarla iş qurmaq üçün söhbətlər etdiyindən məlumatı yoxdur. Yadigar aldığı pullardan qazanılan xeyirdən 14 min manat pul vermiş, güvəninin yaranma səbəbi də bu olmuşdur. Yadigarın həbsdən çıxacağı halda zərəri ödəcəyinə inanmır. O, Moskva univermağında qızıl alış-verişi ilə məşğul olur. Yadigar onun rəfində olan qızıllardan götürərək, evlərə getmiş və qızılları satmışdır. Yadigarın ondan pul götürməsinin səbəbi toplu şəkildə 100-200 min manatlıq qızılı almaq olmuşdur. Həftədə 2- 3 dəfə Yadigar ilə bir araya gəlib, nə qədər mal satıldığı, nə qədər xeyir olduğunun hesabatını aparmışdır. Təqsirləndirilən şəxs şikayətçidir, onunla barışmamış və ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 bildirdi ki, Yaigarı 6 ildir ki, tanıyır. Bu illər ərzində münasibətləri bacı-qardaş kimi olmuşdur. Son vaxtlarda isə artıq münasibətləri korlanmışdır. O özü Bərdə şəhərində tibb bacısı işləyir. Yadigardan aldığı zinət əşyalarını öz iş yerində satırmış. 2023-cü ilin iyul ayında o Yadigarla yenidən alış-verişə başlamışdır. Onun Yadigara borcu olmuş və alışveriş ilə borcunu qaytarmağı düşünmüşdür. Sentyabr ayında Yadigar artıq brilliant qaş alış-verişi ilə məşğul olmağa başlamaq istədiyini demişdir. Yadigar ondan bu alış-verişi etmək üçün hissə-hissə pullar almağa başlamış və o da pulları Yadigarın kart hesabına atmışdır. Daha sonra Yadigar ona Türkiyədən qızıl gəldiyini bildirmişdir. O təklif etmişdir ki, Bərdə univermağında özləri üçün rəf açsınlar və şərikli işlətsinlər. Yadigar ona yenidən pul lazım olduğunu bildirmişdir. Bu zaman o bacısı oğlundan pul ala biləcəyini Yadigara demişdir. Sonra Yadigar onun bacısı oğlunun yanına getmiş, bacısı oğlu ona zəng vuraraq Yadigara pul vermək üçün güvənib-güvənmədiyini soruşmuşdur. O da Yadigarı 6 ildir ki tanıdığını, 100 min manata qədər Yadigara zamin dura biləcəyini bildirmişdir. Bacısı oğlu noyabr ayının 1-də 13 min manat, noyabrın 14-də 6600 manat pul almışdır. Onun Yadigardan şikayət etməsinin səbəbi telefonlarına cavab verməməsi olmuş, Yadigar ümumi dəymiş zərərdən 4 min manat qaytarmış, ona hal-hazırda 40 min 650 manat borcu var. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirdi ki, Yadigarla münasibətləri yaxşı olmuşdur. Yadigarın xəstəliyini son dövrlərdə görməmişdir. Yadigarın yaddaşı yaxşı olmuşdur. Yadigarın borcu olanda, mal alanda qiymətini rahat şəkildə deyə bilirmiş. Bacısı oğlu Yadigara noyabrın 1-də 13 min manat, noyabrın 14-də isə 6600 manat göndərmişdir. Yadigarla 6 ildir qızıl alış-verişi ilə məşğul olurlar. Əvvəlki dövrlərdə münasibətləri yaxşı olmuş, əksinə onun Yadigara borcu olmuşdur. 2019-cu ildə Yadigar xeyli borc eləmiş, həmin müddətdə Yadigar xəstələnmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Yadigardan şikayətçi deyil və barışmışdır. Ona dəymiş ziyanın Yadigar həbsdə olan dövrdə ödəməsini istəmir. Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs iki dəfə ona Zərərçəkmiş şəxs2 pulunu götürmək üçün yaxınlaşmış, Yadigarın kartına pulu atmışdır. Təqsirləndirilən şəxsla yalnız Zərərçəkmiş şəxs2 pulunu vermək üçün görüşmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid4 bildirdi ki, Zərərçəkmiş şəxs2 pulları ona ya taksi ilə, ya da kartına göndərmişdir. Zərərçəkmiş şəxs2 ona ayrı-ayrı 13000, 4000 və 6600 manat göndərmişdir. Zərərçəkmiş şəxs2 pulları ona 2023-cü ilin noyabr ayının əvvəli və ortaları göndərmişdir. Təqsirləndirilən şəxs birinci dəfə nə qədər pul verdiyini xatırlamır. Bildiyi qədəri ilə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs pul göndərməsinin səbəbi aralarında qızıl-alverinin olmasıdır. Təqsirləndirilən şəxsla bir-iki dəfə onun Xalqlar Dostluğu metrosu yaxınlığında yerləşən iş yerində, bir dəfə də Koroğlu metrostansiyası yaxınlığında görüşmüşlər. Onun kartına pulu Zərərçəkmiş şəxs2 köçürmüşdür. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs2 vasitəsilə danışmışdır. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs narazı olması barədə ona məlumat verməmişdir. Təqsirləndirilən şəxs ümumi təxminən 23 000 manat pul vermişdir. Şahid4 ibtdai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Xuramanın onun dayısının yoldaşı olduğunu, qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğunu, onların aralarında bu günə qədər heç bir problemin yaşanmadığını bildirmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, təxminən 2023-cü ilin oktyabr ayının sonlarında Xuraman onunla əlaqə saxlayaraq qızıl işi ilə bağlı olaraq onun iş gördüyü bir adama 19.600 manat pul vermək lazım olduğunu bildirmiş, Bərdə rayonu ərazisində olduğundan pulu əlbəəl verə bilmədiyini və buna görə də məsələni ona tapşırdığını demişdir. Daha sonra Xuraman ona taksi sürücüsü vasitəsi ilə Bərdə rayonundan 19.600 manat pul göndərmiş və pulu onun iş gördüyü Yadigar adlı şəxsə çatdırmalı olduğunu demişdir. Həmçinin əlavə olaraq pulu 13.000 manat və 6.600 manat olmaqla hissə-hissə verməli olduğunu bildirmişdir. Elşən də onun xahişini nəzərə alaraq Xuramanın verdiyi Yadigara aid olan mobil nömrə ilə əlaqə saxlayaraq görüş təyin etmiş, bundan sonra o, Yadigarla xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Xalqlar Dostluğu” metrostansiyasınm yaxınlığında səhər saatlarında görüşərək, 13.000 manat pulu əlbəəl şəkildə ona vermişdir. Yadigar da pulu götürərək sağollaşıb çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə Xuraman telefonla onunla əlaqə saxlayaraq verdiyi 6.600 manatın da Yadigara çatdırılmasını xahiş etmiş, o, bir daha telefon vasitəsi ilə Yadigarla əlaqə saxlamış və birinci dəfə görüşdükləri yerə dəvət etmişdir. Eyni qaydada Yadigar gəlmiş, 6.600 manat pulu əlbəəl şəkildə götürmüş və sağollaşaraq çıxıb getmişdir. (cild 1, iş vərəqə 197-198) Məhkəmə iclasında ifadəsi elan edilikdən sonra Şahid4 verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o 8 ildir ki, Təqsirləndirilən şəxs tanıyır, aralarında alış-veriş olmuşdur. O, Təqsirləndirilən şəxs yaxşı insan kimi tanıyır. Təqsirləndirilən şəxs ona 100 manat borcu qalmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, ümumi illər ərzində aralarında 200 min manatdan çox qızıl alış-verişi olmuşdur. O, qızılları səyyar satır. Sonuncu dəfə Təqsirləndirilən şəxs ondan 750 əyyarlı, 97 qramlıq qızılı nisyə almışdır. Təqsirləndirilən şəxs 97 qramlıq qızıla görə ona 13 289 manat pul verməliymiş, lakin həmin puldan ona 10 000 manat qaytarmışdır. Şahid2 ibtdai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, təxminən 05 ildir ki, “Moskva Univermağı”nda, “Gənclik”də, Sumqayıtda qızıl-zinət əşyalarının səyyar şəkildə alqı-satqısı ilə məşğul olur. Yadigarı qızıl alqı-satqısı ilə məşğul olan şəxs kimi tanışlarının vasitəsi ilə təxminən 5-6 il olar ki, tanımışdır. Həmin müddətdən bəri onların ticarət münasibətləri yaranmışdır. Şahid2 qeyd etmişdir ki, Yadigar saxlanılmazdan təxminən 7-8 ay əvvəl gəlib ondan 90 qram İtaliya qızılı istəmiş, həmin qızılların qiyməti 10.000 manat təşkil etmişdir. Yadigar həmin qızılları satıb ona da pul qazandıracağını bildirmiş, Şahid2 da onunla razılaşmışdır. Şahid2 ona verdiyi qızıl-zinət əşyalarının içərisində üzük, sırğa, bilərzik və.s kimi əşyaların olduğunu bildirmişdir. Həmin əşyalar qaşsız olmuşdur. Onların iş birlikləri qızılları Yadigara verməyi və onun həmin qızıl məhsulunun üzərinə qiymət qoyaraq satışını təşkil etdikdən sonra pulunu qaytarmaqdan ibarət olmuşdur. Təxminən keçən ilin yay aylarından etibarən Şahid2 pulunu tələb etməyə başlamış, hər dəfə onunla əlaqə saxladıqda maddi durumunun pis olduğunu, borclarının çox olduğunu və işlərinin qaydasında getmədiyini bildirmişdir. Hətta bir dəfə ona həmin pulu ümumiyyətlə qaytara bilməyəcəyini demişdir. Lakin təxminən keçən ilin oktyabr ayında Yadigarın həmin pulu ona birinci dəfə 4.000 manat olmaqla, sonradan isə 500 manat, 1.000 manat və.s olmaqla hissə-hissə qaytardığını, hazırda 400 manat borcunun olduğunu bildirmişdir. Bu hadisə onda böyük təəccüb yaratmış, Yadigardan bu pulları qısa bir zamanda necə tapdığını soruşduqda cavabmda artıq işlərinin qaydasmda getdiyini bildirmişdir. (cild 1, iş vərəqə 154-155) Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilikdən sonra Şahid2 verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəlki işlərdən ona 400 manat borcu qalmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs2 ondan kiçik ölçüdə bir sellofanda üzüyü Bakıya çatdırmağını xahiş etmişdir. O həmin üzüyü Təqsirləndirilən şəxs vermişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, Zərərçəkmiş şəxs2 ona çatdırmaq üçün yalnız bir dəfə qızıl vermişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Xuramanı təxminən 6-7 ildir ki, Bərdə rayonu ərazisində qızılzinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımışdır. Hadisə ilə bağlı qeyd etmişdir ki, təxminən keçən ilin oktyabr ayında Xuraman ona balaca sellofana bükülmüş vəziyyətdə olan qızıl əşyaları verərək onu Bakı şəhəri, Nəsimi rayonu, “Moskva Univermağı”nda işləyən Yadigar adlı şəxsə çatdırmağını xahiş etmiş, o da Xuramanla razılaşmış və Bakı şəhərinə adı qeyd olunan ünvana gəlmişdir. Qızıl sellofana bükülmüş olduğundan onu açmamış, içərisində hansı növ qızıl əşyalarının olduğunu bilməmişdir. Daha sonra Yadigarla əlaqə saxlamışdır. Şahid3 Yadigarı tanımadığını, onun mobil nömrəsini “Moskva Univermağı”na çatdıqda Yadigarla əlaqə saxlamaq üçün Xuramanın verdiyini bildirmişdir. O, daha sonra Yadigarla əlaqə saxlamış, gələrək salamlaşmış və daha sonra qızılı götürərək univermağa tərəf getmişdir. Şahid3 bu minvalla Yadigarın ondan 3 dəfə sellofana bükülmüş vəziyyətdə qızıl əşyaları götürdüyünü bildirmişdir. İkinci və üçüncü dəfə bu hadisə eyni qaydada təkrarlanmış, belə ki, Xuramanın xahişi ilə qızılları Yadigara çatdırmışdır (cild 1, iş vərəqə 219-220) Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, o Təqsirləndirilən şəxs neçə dəfə qızıl verdiyini xatırlamır. Məhkəmə istintaqı zamanı Şahid1 teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin razılığı ilə Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Moskva Univermağı”nda qızıl dükanında 12 ildir ki, qızıl-zinət əşyalarının alqısatqısı ilə məşğul olmuşdur. Adı qeyd olunan univermaqda işlədiyi vaxtdan Yadigarı qızıl alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımış və onların arasında ticarət münasibəti yaranmışdır. Onların iş birlikləri dükanında olan qızılları Yadigara verməsi və Yadigarın da həmin qızıl məhsulunun üzərinə qiymət qoyaraq satdıqdan sonra pulunu qaytarmasından ibarət olmuşdur. O, Yadigara ancaq 85 əyarlı türk və italyan qızılı olan üzük, sırğa, qolbaq, sep, komplekt və s. kimi qızıl-zinət əşyalarını verdiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, Yadigar saxlanılmazdan təxminən 7-8 ay əvvəl gəlib ondan 10.168 manat dəyərində qızıl-zinət əşyaları götürmüş, təxminən keçən ilin yay aylarından etibarən ondan pulunu tələb etməyə başlayıb, hər dəfə əlaqə saxladıqda maddi durumunun pis olduğunu, borclarının çox olduğunu və işlərinin qaydasında getmədiyini bildirmişdir. Hətta bir dəfə həmin pulu ümumiyyətlə qaytara bilməyəcəyini demişdir. Bu hadisənin üzərindən bir müddət keçdikdən sonra-təxminən keçən ilin oktyabr ayında Yadigar onun pulunu tam şəkildə bir dəfəyə qaytarmış, bu hadisə Şahid1 böyük təəccüb yaratmışdır. O, Yadigardan bu pulları qısa bir zamanda necə tapdığını soruşduqda cavabında artıq işlərinin qaydasında getdiyini bildirmişdir. (cild 1, iş vərəqə 129-130) Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 28 dekabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (cild 1, iş vərəqə 1) Zərərçəkmiş şəxs1 Davud oğlu tərəfindən DİN-nin BMCM-nə verdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs 2023-cü il oktyabr-noyabr aylar ərzində birgə iş qurma adı ilə onu aldadaraq 48000 manat dəyərində qızıl brilliant əşyaları və 113000 manat pulunu ələ keçirməsi ilə bağlı DİN-nin BMCM-nə müraciət edərək Təqsirləndirilən şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. (cild 1, iş vərəqə 5) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 28 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 1, iş vərəqə 19) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 1, iş vərəqə 19) Şübhəli şəxsin tutulması haqqında 29 dekabr 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 dekabr 2023-cü il tarixdə, saat 18:30-da Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqə 45-46) 29 dekabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs üzləşdirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demiş, əlavə olaraq Təqsirləndirilən şəxs vermiş olduğu 30.000 dollar pulu üç dəfəyə - hissə-hissə olmaqla (13.000 dollar, 6.000 dollar və 11.000 dollar) verdiyini, Tərtər şəhəri ərazisindən gətirmiş olduğu qızıl-zinət əşyalarını iki dəfəyə - hissə-hissə olmaqla (44.748 manat və 4.220 manat dəyərində) verdiyini, bu hadisədən sonra Təqsirləndirilən şəxs vermiş olduğu qızılzinət əşyalarının dəyərinin 21.500 manat deyil, 20.124 manat dəyərində olduğunu, əməkdaşlıq etdikləri müddət ərzində Təqsirləndirilən şəxs ona guya “qazanc” kimi vermiş olduğu pulun 10.000 manat yox, 14.000 manat olduğunu və Təqsirləndirilən şəxs ona vurmuş olduğu maddi ziyanın məbləğinin ümumilikdə 146.592 manat olduğunu bildirmişdir (cild 1, iş vərəqə 32-35) 01 aprel 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs üzləşdirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demiş, əlavə olaraq ilkin ifadə verən zaman hesablamaları tam şəkildə müəyyən etmədən ifadə verdiyini, buna görə də qeyri-müəyyənlik yarandığını və daha sonra ona dəymiş maddi ziyanın məbləğinin 39.950 manat olduğunu bildirmişdir (cild 2, iş vərəqə 143-146) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 30 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 61) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 dekabr 2023-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 81-85) 11 mart 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Redmi” markalı mobil telefon Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmişdir; telefona baxış keçirilən zaman telefonun “WhatsApp” mobil tətbiqi bölməsində adı “Bakiqaqa” deyə qeyd edilmiş, Təqsirləndirilən şəxs istifadəsində olmuş +994 51 *** ** ** mobil telefon nömrəsinin olması müəyyən edilmişdir; həmin mobil nömrə ilə aralarında olan mesajlara baxış keçirilən zaman Zərərçəkmiş şəxs2 istifadəsində olmuş +994 50 *** ** ** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan +994 51 *** ** ** mobil telefon nömrəsinə qızıl-zinət əşyalarının alınması ilə bağlı aşağıdakı məzmunda SMS yazışmaları aşkar edilmişdir: - sabahin xeyir Elman apardi Komplektleri Saat 7 dede bakidadi; -Yadi onu at bawuma dobum; -ay ata cavab ver de yiqir axi bawim. itir; -pulu dedin seher seher atacam indide yiqir dayanmadan oqlanda şey gedib bakiya deyir pulumu verin sizdən mal verən olmaz Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olmuş +994 51 *** ** ** mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs2 istifadəsində olan +994 50 *** ** ** mobil telefon nömrəsinə qızıl-zinət əşyalarının alqı-satqısı ilə bağlı aşağıdakı məzmunda SMS yazışmaları aşkar edilmişdir: -sabahın xeyir He götürdüm Pul atmısan karta?; -mən kimisə aldatmisam ki. Məni hər zaman aldadıblar; -mən kimə yaxşılıq etmək istəyirəm o məni aldadır; -sən normal pul tap çıxaq bu vəziyyətdən; -verdiyin karta pul atsalar olar tez de mən də olan karta Həmçinin mobil telefona baxış keçirilən zaman Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə “WhatsApp” mobil tətbiqi vasitəsi ilə göndərilmiş qızıl-zinət əşyalarının fotoşəkilləri öz əksini tapmışdır; əlavə olaraq 03 sentyabr 2023-cü il tarixli qəbzlə 1.500 manat, 04 sentyabr 2023-cü il tarixli qəbzlə 1.500 manat, 05 sentyabr 2023-cü il tarixli qəbzlə 1.000 manat, 02 oktyabr 2023-cü il tarixli qəbzlə 5.200 manat, 16 oktyabr 2023-cü il tarixli qəbzlə 2.500 manat, 11 noyabr 2023-cü il tarixli qəbzlə 2.000 manat, xx.xx.2023-cü il tarixli qəbzlə 1.960 manat, xx.xx.2023-cü il tarixli qəbzlə 40 manat pulun Təqsirləndirilən şəxs istifadəsində olmuş bank kartına göndərilməsi müəyyən olunmuşdur; bundan başqa, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 video göndərib videogörüntüdə cəm şəklində olan 2 paçka pulu göstərərək “Xuraman pulun hazırdı məndə, bax iki paçka. Onsuz da gəlib məndən mal götürəcəysiz də. Bunu sənə nəyə verim? Özün mənə bir söz deginən” ifadələrini səsləndirməsi müəyyən edilmişdir. Bundan başqa, telefonun “WhatsApp” bölməsində Yadigar Məmmədov tərəfindən Zərərçəkmiş şəxs2 aşağıdakı məzmunda səsli mesajlar göndərilmişdir: -sabahın xeyir qadası hə danışdım çatıb; -Xuraman üç min heç olmuya atgınan onu alım satax bir az pulum çatmır çalışdığın qədər tez eləginən; -eşidirsən məni bəs mən də onu deyirəm ki, bizim əlimizdə nə qədər pulumuz çox olsa o qədər hərəkət eliyərik elə mən də bu tərəfdən eliyirəm görəssən mən də bir şey çıxardacam ortaya inşallah hər an vəziyyət dəyişə bilər; -hə bajı başım qarışıqdı e ona görə ataram bir azdan ataram sən bular nə qədər atacağlar bi dənə denən də mən raşotumu götürüm qaqaş bir azdan gəlir kəlan mal gətirib; -Xuraman Sənə söz dedim axı qurban olum deyirsən sən elə bilirsən var vermirəm qoy buları satım ki verim də başıva dönüm səbir elə də başıva dönüm bi çıkan səbir elə görək toya da gedməliyəm bibioğlunun tiyudu hamısı qarışıb bir-birinə sən onu saxla sabaha sən allah; Bundan başqa, “WhatsApp” bölməsində Zərərçəkmiş şəxs2 tərəfindən taksi sürücüsü vasitəsi ilə göndərilmiş qızıl-zinət əşyalarının çatıb-çatmaması ilə bağlı Təqsirləndirilən şəxs aşağıdakı məzmunda səsli mesajlar göndərilmişdir: -sabahın xeyir ata götürdün aynoyunları (cild 1; iş vərəqi 200-218). 02 fevral 2024-cü il tarixli “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, BKC/LGL-1490/24 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** saylı mobil telefon nömrəsi ilə müxtəlif nömrələr arasında aşağıdakı məzmunda SMS yazışmaları aşkar edilmişdir: - xx-xx-2023 13:52:31 xx-xx-2023 13:52:31 1.1.**********04 1.1.**********03 Qaqa men Bakıda qalmışam Elşənin muellimin pulların ver qizillarida qaytar olurem Kişisən bacı dedin mənə noldu niye meni bu güne qoydun dedin görüşək 12-den sora Arvadına qızına bele etseler goturersen kucelerde qalmışam qeyrətin yoxdu senin; xx-xx-2023 21:10:21 xx-xx-2023 21:10:21 1.1.**********04 1.1.**********03 Elwenin pulun ver qızılları qaytar sen ol özümü öldürüb yazıb qoymusam sen etdin; xx-xx-2023 20:22:36 xx-xx-2023 20:22:36 1.1.**********98 1.1.**********03 Salam Yadı, necəsən? Bəs söz verdin mənə, dedin iki günə sizə gələcəm. Heç olmasa o l borcunun bir hissəsini verdə, bilirsən axı mən altı aydır yataqdayam; xx-xx-2023 09:46:46 xx-xx-2023 09:46:46 1.1.**********04 1.1.**********03 Vicdanın olsun Elşənin pulun ver pislik etmeyim. (cild 1, iş vərəqi 135-137). "xxxx" ASC-dən daxil olmuş 14 fevral 2024-cü il tarixli məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs "xxxx" ASC-də adına olan hesablar üzrə aparılmış əməliyyatların hesabdan çıxarışlara baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs "xxxx" ASC-ə xx.xx.2023-cü il tarixdə 1228.54 manat, xx.xx.2023-cü il tarixdə 1290 manat, xx.xx.2023cü il tarixdə 835.20 manat, xx.xx.2023-cü il tarixdə 1290 manat, xx.xx.2023-cü il tarixdə 04 dəfə - 3 dəfəsində 1000 manat və 01 dəfəsində 900 manat olmaqla ümumilikdə 3.900 manat, xx.xx.2023-cü il tarixdə 04 dəfə - 990 manat, 500 manat, 950 manat və 1428.18 manat olmaqla ümumilikdə 3868.18 manat, xx.xx.2023-cü il tarixdə 244.59 manat, xx.xx.2023-cü il tarixdə 1290 manat, xx.xx.2023-cü il tarixdə 03 dəfə - 700 manat, 600 manat və 650 manat olmaqla ümumilikdə 1.950 manat, xx.xx.2023-cü il tarixdə 03 dəfə - 1000 manat, 500 manat və 800 manat olmaqla ümumilikdə 2.300 manat, xx.xx.2023-cü il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 1290 manat, xx.xx.2023-cü il tarixdə 379.10 manat və.s miqdarlarda pul ödəniş etdiyi müəyyən edilmişdir. (cild 2, iş vərəqi 142). DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 101-102) 13 avqust 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. 01 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 01 ədəd “Redmi” markalı mobil telefona baxış keçirilən zaman səs yazılarını və videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk, pulun köçürülməsi ilə bağlı qəbzlər, qızıl-zinət əşyalarının fotogörüntüləri və Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında olan mesajları özündə əks ertdirən fotogörüntülər sübut kimi tanınsın və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskin sübut kimi tanınmadan iş materiallarına əlavə edilməsi nəzərə alınmış, cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskin sübut kimi tanınaraq iş materiallarına əlavə edilməsi nəzərə alınsın. Cinayət işi üzrə Zərərçəkmiş şəxs2 dələduzluq yolu ilə dəymiş maddi ziyanın məbləğinin 44.750 manat olduğu təqdim edilmiş qəbzlərlə sübuta yetirildiyindən nəzərə alınmış, Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olaraq daha çox qazanc əldə edəcəkləri barədə vəd verib aldadaraq X1 163.592 manat pulunu ələ keçirməsi cinayətini törətməkdə öz təqsirini etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən ona qarşı ittihamın əsası kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.3.1-ci maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş,Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2 və 178.4-cü maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsi əsasında Təqsirləndirilən şəxs əməlində əlavə fakt olaraq Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsi əsasında Təqsirləndirilən şəxs əməlində əlavə fakt olaraq Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında müdafiəçi tərəfindən müdafiə olunmuş, onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şəxslərə bilavasitə və müdafiəçi vasitəsilə suallar vermiş, məhkəmə istintaqında araşdırılmış digər sübutlarla bağlı öz etirazını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 139.0, 139.0.1, 139.0.2, 139.0.3 və 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Cinayət işinin materiallarından və ittiham aktından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayətlərinin törədilməsi ilə bağlı ittiham verilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün tövsif edilmişdir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayətlərini törətmişdir. Belə ki, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 xırda məbləğlərdə pul vəsaitləri alıb guya qızıl-zinət əşyalarının alqı-satqısını həyata keçirərək gəlir əldə etdiyini bildirməklə aldığı məbləğdən artıq miqdarda pul vəsaiti qaytarıb etibarını qazanmış, yaratdığı inam və etibardan sui-istifadə edib banklar vasitəsilə hərraca çıxarılan qızıl-zinət əşyalarını alıb baha qiymətə satmaqla yüksək məbləğlərdə qazanc əldə edəcəklərini bildirərək yalan vəd verib aldatmaqla ümumilikdə 69.092 (altmış doqquz min doxsan iki) manat dəyərində qızıl-zinət əşyalarını və 94.500 (doxsan dörd min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alaraq sonradan verdiyi vədə əməl etməyib öz şəxsi ehtiyacları üçün istifadə etməklə Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 163.592 (yüz altmış üç min beş yüz doxsan iki) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmiş, bundan başqa, o, təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər qızıl-zinət əşyalarının alqı-satqısı ilə əlaqədar aralarında yaranmış münasibət, qarşılıqlı inam və etibardan sui-istifadə edərək vahid niyyətlə əhatə olunan qəsdlə alaraq sonradan verdiyi vədə əməl etməyib öz şəxsi ehtiyacları üçün istifadə etməklə Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 44.750 (qırx dörd min yeddi yüz əlli) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə yuxarıda göstərilən nəticəyə gələrkən iş üzrə bir neçə əhəmiyyət kəsb edən halı əsas tutmuşdur. İlk növbədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərək özünün uzun illərdir qızıl-zinyət əşyalarının alqı-satqısı ilə məşğul olduğunu, zərərçəkmiş şəxslərlə məhz qızıl-zinyət əşyaları alveri etmək və birlikdə qazanc əldə edərək bölmək üçün müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaitləri (həmçinin əlavə olaraq Zərərçəkmiş şəxs1 qızıl zinyət əşyaları) aldığını etiraf etmişdir. Lakin sonradan Covid-19 pandemiyası və dolların manata münasibətdə bahalaşması (devalvasiya) səbəbindən işlərində problemlərinin yarandığını, maddi vəziyyətinin pisləşdiyini, kimisə aldadaraq pul almaq məqsədi olmadığını, hətta aldığı qızılların və pulların bir qismini itirdiyini bildirmiş, göstərilən səbəblərdən dolayı zərərçəkmiş şəxslərin pullarını qaytara bilmədiyini, Zərərçəkmiş şəxs2 ittihamda qeyd edilən məbləğdə yəni, 44750 manat məbləğində ziyan vurduğunu, lakin Zərərçəkmiş şəxs1 vurduğu ziyanın ümumilikdə 146000 manat olduğunu qeyd etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bütün mümkün üsullardan istifadə edərək zərərçəkmiş şəxsləri aldatmış, həmçinin onlara banklardan toplu qiymətə qızıl zinyət əşyaları çıxara biləcəyini, eləcə də xarici ölkələrdən ucuz qiymətə toplu halında qızıl zinyət əşyaları gətirəcəyini, bu yollarla xeyli miqdarda gəlir əldə edəcəkləri və əldə ediləcək gəliri zərərçəkmiş şəxslərlə bərabər paylara bölərək qazanc edəcəkləri barədə yalan vədlər vermiş və bu kimi həqiqətə uyğun olmayan sözlər verərək aldatma yolu ilə özgə əmlakını qanunsuz şəkildə ələ keçirmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aldığı pullarla iş görüb onlara müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə qazanc verməsi barədə gətirdiyi dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına və zərərçəkmiş şəxslərin ifadələrinə görə həqiqətən də Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə ilkin mərhələlərdə iş görüb birlikdə qazanc əldə etmək məqsədilə aldığı pul vəsaitlərindən və əvvəlcədən razılaşdıqları şərtlərlə həmin puldan bəzən əsas məbləği saxlamaqla yalnız qazancını zərərçəkmiş şəxslərə qaytarmışdır. Göründüyü kimi, ilk mərhələlərdə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən götürdüyü pulun müqabilində əsas məbləği özündə saxlamaqla onlara qazanc versə də, aralarında olan həmin münasibətlərdən yaranmış etibardan istifadə etməklə onların əmlakını dələduzluq yolu ilə ələ keçirmək niyyətinə düşmüş, bu məqsədlə o guya zərərçəkmiş şəxslərdən qızıl-zinyət əşyaları “biznesinə” daha böyük məbləğlərdə pul vəsaitləri yatıracaqları təqdirdə yüksək məbləğdə qazanc əldə edəcəklərinə dair yalan vəd verərək, Zərərçəkmiş şəxs2 müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə pul, Zərərçəkmiş şəxs1 isə pul və qızıl-zinyət əşyaları almış, pul vəsaitlərinin bir qismini görüşərək əlbəəl, bir qismini kart vasitəsi ilə köçürməklə, bir qismini isə başqa şəxslərin vasitəçiliyi ilə götürmüşdür. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 44750 manat xeyli miqdarda, Zərərçəkmiş şəxs1 isə 69.092 (altmış doqquz min doxsan iki) manat dəyərində qızıl-zinət əşyaları və 94.500 (doxsan dörd min beş yüz) manat məbləğində pul vəsaiti olmaqla ümumilikdə 163.592 (yüz altmış üç min beş yüz doxsan iki) manat məbləğində külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə bundan başqa, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı törətdiyi əmələ münasibətdə müdafiə məqsədi ilə gətirdiyi dəlilləri, eləcə də Zərərçəkmiş şəxs1 ümumilikdə 146000 manat məbləğində zərər vurmasını bildirərək ittihamın həmin hissəsinə münasibətdə mübahisələndirməsinə tənqidi yanaşır və qeyd edir ki, onun ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələrində, eləcə də məhkəmə baxışı zamanı proses iştirakçılarının suallarına cavab olaraq bildirdikləri arasında ziddiyyətdər vardır və işin faktiki halları ilə uzlaşmır. Belə olan halda onun ifadəsinin həqiqiliyi şübhə doğurur. Məhkəmə tərəfindən bu ziddiyyətlər zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş materialları ilə aradan qaldırılmışdır. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı cinayət epizodu üzrə təqsirsizliyini sübut etmək üçün qeyd etdiyi həmin xüsusatlar əsassızdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs "xxxx" QSC-ə kredit borcunun olduğunu, Zərərçəkmiş şəxs1 almış olduğu pul və qızıl-zinət əşyalarının bir qisminin hesabına kredit borcunu ödədiyini bildirmiş, bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində aldığı pulların bir hissəsini “Topaz” mərc saytında uduşlara yatırdığını və qazanacağı təqdirdə borclu olduğu şəxslərin pullarını qaytara biləcəyinə ümid etdiyini, lakin həmin pulları da (təqribən 30000 manat) uduzduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər Təqsirləndirilən şəxs tərəfindən aldadılmış, onlara məxsus əmlakın (pul vəsaitləri və qızıl-zinyət əşyaları) Təqsirləndirilən şəxs tərəfindən ələ keçirildikdən sonra müəyyən müddət özlərinə geri qaytarılmasını ehtimal edərək gözləmiş, lakin Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən əldə etdiyi pul vəsaitlərini və qızıl-zinyət əşyalarını qaytarmaq niyyətində olmadığından, öz ehtiyaclarına sərf etmişdir. Məhkəmə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə verdiyi vədlərinə əməl etməyərək sonuncularla heç bir ortaq kommersiya fəaliyyəti ilə məşğul olmamış, birlikdə iş qurmaq və qazanc əldə etmək adı ilə həmin şəxslərdən əldə etdiyi pul vəsaitlərini öz şəxsi məqsədləri üçün istifadə etmiş, zərərçəkmiş şəxslərin etibarını qazanmaq üçün qazanc adı ilə bir qisim pul vəsaitini sonunculara qaytarmış və yaranmış etibardan istifadə edərək pulların qalan hissəsini qaytarmayaraq dələduzluq yolu ilə ələ keçirmiş, bununla da zərərçəkmiş şəxslərə külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları, cinayət işinin materialları, özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadəsi, şahidlərin ifadələri, üzləşdirmə protokolları, ödəniş qəbzləri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi tövsif edir və belə hesab edir ki, o, həmin maddə ilə təqsirli bilinməklə maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli Zərərçəkmiş şəxs1 hissədə külli miqdarda, Zərərçəkmiş şəxs2 hissədə isə xeyli miqdarda özgənin pul vəsaitini dələduzluq yolu ilə ələ keçirilməsindən ibarətdir. Onun əməli başa çatmış cinayətdir. Onun əməli nəticə etibarı ilə cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət və mülki məsuliyyətdən, eləcə də cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. İş materiallarında olan AA ******* və AA ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015 ( X2) və xx.xx.2012-ci il təvəllüdlü (X4) iki azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2yla barışmasını və ona dəymiş ziyanın qismən ödənilməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. «Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məhkəmə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində onun cəzasını yüngülləşdirən hallar həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Yuxarıda qeyd edilənləri, cinayət əməli nəticəsində vurulmuş ziyanın həcmini, cinayət əməlinin üsulunu və mexanizmini, vurulmuş ziyanın zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 qismən ödənilməsi, Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın ödənilməməsini və ziyanın ödənilməsi ilə bağlı onun təşəbbüs belə göstərməməsini (hər hansı məbləğdə pul vəsaitini qaytarmamasını) məcmu halda qiymətləndirərək və nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cəza növü kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəzasının əvvəli onun tutulduğu gündən, yəni 29 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 216 (iki yüz on altı) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli olan əmlakın, ekspertiza xərcinin, mülki iddianın və maddi sübutun olmaması nəzərə alınsın. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 216 (iki yüz on altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-1668/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1668/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver