Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1669/2024 30.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Namazov Fərid oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 Tahir oğlu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1963-cü il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, “Baydamirli Holding MMC”-nin baş direktoru vəzifəsində işləmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan SSR Cinayət Məcəlləsinin 146-cı (köhnə (1961-ci il) redaksiyada) və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 30 sentyabr 2023-cü il tarixdə, saat 14:00-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs zərər çəkən şəxsin və onun yaxın adamlarının şəxsiyyəti üzərində zor göstərmək hədəsi ilə vətəndaşın şəxsi əmlakını hədəqorxu ilə tələb etmiş, həmçinin zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs hədə-qorxu ilə tələb etmə yolu ilə vətəndaşın şəxsi əmlakını ələ keçirmək, yəni Rusiya Federasiyası ərazisində məşğul olduğu spirtli içkilərin alğı-satqısı biznesinə həmin dövrün məzənnəsi ilə ********* (34320 Yeni Azərbaycan manatı) manat təşkil edən 40000 ABŞ dolları məbləğində yatırım etmiş Azərbaycan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs2 pulunu geri qaytarmamaq və əlavə olaraq pul vəsaiti əldə etmək qərarına gələrək, bu niyyətlə 1996-cı ilin avqust ayının ortalarında Rusiya Federasiyasının Lipetsk şəhərində sonuncuya kriminal aləmin nümayəndələri vasitəsilə özünü və ailə üzvlərini oğurlatdıracağını, öldürtdürəcəyini və şəxsiyyəti üzərində başqa formada zor göstərəcəyini deyib hədələyərək, həmçinin telefon vasitəsilə yaşadıqları evə zənglər edib ailə üzvlərində qorxu hissi yaratmaqla onun biznes fəaliyyətinə yatırdığı pul vəsaitindən imtina etməsini, əlavə olaraq ona həmin dövrün məzənnəsi ilə ********* (60060 Yeni Azərbaycan manatı) manat təşkil edən 70000 ABŞ dolları məbləğində pul verməsini hədə-qorxu ilə tələb etmiş, məqsədinə nail olmaqla Zərərçəkmiş şəxs2 onun biznes fəaliyyətinə yatırım etdiyi məbləğdən imtina edərək əlavə olaraq ona 1996-cı ilin sentyabr ayının ortalarında yuxarıda qeyd olunan şəhərdə həmin dövrün məzənnəsi ilə ********* (24000 Yeni Azərbaycan manatı) manat təşkil edən 28000 ABŞ dolları məbləğində pul verdikdən sonra təhlükəsizliklərini təmin etmək məqsədilə ailə üzvlərini Azərbaycan Respublikasına göndərsə də, o, təkrarən, hədə-qorxu ilə tələb etmə yolu ilə vətəndaşın şəxsi əmlakını ələ keçirmək məqsədilə 1996-cı ilin sentyabr ayının ortalarında Rusiya Federasiyasının Lipetsk şəhərində Zərərçəkmiş şəxs2 Bakı şəhərində və Azərbaycan Respublikasının digər şəhər və rayonları ərazisində yaşayan adamları vasitəsilə özünü və ailə üzvlərini oğurlatdıracağını, öldürtdürəcəyini və şəxsiyyəti üzərində başqa formada zor göstərəcəyini deyib bir həftə ərzində Bakı şəhəri ərazisində olan mülklərini satıb ona həmin dövrün məzənnəsi ilə ********* (42900 Yeni Azərbaycan manatı) manat təşkil edən 50000 ABŞ dolları məbləğində pul verməsini hədə-qorxu ilə tələb etmiş və təxminən 3-4 gün sonra sonuncudan Bakı şəhəri ərazisində şəxsiyyəti istintaqla tam dəqiqləşdirilməyən İran İslam Respublikası vətəndaşı Əli adlı şəxs vasitəsilə həmin dövrün məzənnəsi ilə ********* (25740 Yeni Azərbaycan manatı) manat təşkil edən 30000 ABŞ dolları məbləğində pul vəsaiti almışdır. Bundan başqa, Təqsirləndirilən şəxs hədə-qorxu ilə tələb etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünün də təsis payına malik olduğu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təsisçisi və Müşahidə Şurasının sədri Zərərçəkmiş şəxs1 müxtəlif qadınlarla intim münasibətlərdə olmasını və əxlaqsız hərəkətlər etməsini əks etdirən foto və video görüntüləri əldə etdiyini bildirib rüsvayedici xarakter daşıyan həmin görüntüləri internet vasitəsi ilə sosial şəbəkələrdə yayıb ictimailəşdirəcəyi ilə hədə-qorxu gələrək yayılmaması müqabilində 2023-cü ilin may ayının sonlarından 30 iyun 2023-cü il tarixədək olan müddət ərzində, o cümlədən 24 iyun 2023-cü il tarixdə, saat 18:30 radələrində ünvan 2 ünvanında yerləşən yuxarıda qeyd olunan Cəmiyyətin inzibati binasının həyətində vahid niyyətlə əhatə olunan qəsdlə sonuncudan hədə-qorxu ilə 50000 manat məbləğində pul vəsaiti tələb etmiş və 24 iyun 2023-cü il tarixdə, saat 18:30 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətində sonuncudan 10000 manat məbləğində pul vəsaiti alaraq özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmişdir. İşin halları və dəlilləri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan SSR Cinayət Məcəlləsinin 146-cı (köhnə (1961-ci il) redaksiyada) və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 1995 və ya 1996-cı il tarixdə Zərərçəkmiş şəxs2 onun Rusiya Federasiyasının Lipetsk şəhərində sahib olduğu meyvətərəvəz topdan satış mərkəzinə İran İslam Respublikasının vətəndaşı olan Məmmədrza adlı şəxsə məxsus avtomobillə 2 yük maşınında alma gətirmişdir. Həmin vaxt ona məxsus meyvə-tərəvəzin topdan satış mərkəzinin həmin dövrdə qiyməti təxminən bir neçə milyon dollara bərabər olmuşdur. Belə bir müəssisəyə sahib biri kimi onun Zərərçəkmiş şəxs2 kimi vasitəçidən nə isə tələb etməsi məntiqsizdir. O, ibtidai istintaqda aparılmış üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ilk dəfə görmüş, həmin vaxt Zərərçəkmiş şəxs2 onun guya ailə üzvlərini və s. transmilli cinayətkar qrupun rəhbəri olaraq hədə-qorxu edib əmlakını ələ keçirdiyini söyləmişdir. Bu, tamamilə şər-böhtandır. O, 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilərkən müvafiq dövlət orqanları, hüquqmühafizə və xüsusi xidmət orqanları onun bütün avtobioqrafiyasını, hər hansısa cinayət törədib-törətmədiyini araşdırmışdır. İbtidai istintaq orqanı bu ittihamı irəli sürməklə onun barəsində ictimai fikir formalaşdırmaq və həbs müddətini uzatmaq məqsədi güddüyünü hesab edir. Zərərçəkmiş şəxs2 yuxarıda qeyd etdiyi vaxt 2 yük maşınında alma gətirdikdən bir neçə gün sonra həmin İran İslam Respublikasının vətəndaşını ağlayan görüb səbəbini soruşduqda, sonuncu ona Zərərçəkmiş şəxs2 aldadıb gətirdiyini, bu səbəbdən avtomobillərinin uzun müddət gömrükdə qaldığını və xeyli miqdarda cərimə ödəməli olduğunu dediyinə görə həmin şəxsə kömək etmiş, mallar anbarda saxlanıldıqdan sonra pərakəndə satış yerlərinə paylanaraq həmin şəxsin pulları verilmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs2 onunla düşmənçiliyi yaranmış, həmin tarixdən isə Zərərçəkmiş şəxs2 görməmişdir. Bundan başqa, o, 2004-cü ildə Zərərçəkmiş şəxs1 ilə tanış olmuş, sonuncu "xxxx" ASC-nin dövlətdə olan səhmlərinin 30 faizinin alınması üçün ona müraciət etmiş, o da həmin cəmiyyətdə audit yoxlaması apardıqdan sonra Dövlət Əmlak Komitəsinin açıq hərracına çıxarılması üçün müraciət etmiş, bununla bağlı 50000 ABŞ dolları məbləğində avans ödəmişdir. Daha sonra o, köhnə Azərbaycan manatına münasibətdə 70000 ABŞ dolları məbləğində pul vəsaitini ödəyib, "xxxx" ASC-nin dövlətdə olan səhmlərinin 30 faizini almışdır. O, müvafiq qanuna görə həmin cəmiyyətdə qoruyucu səhmdar hesab olunmasına, müəssisənin icraçı direktoru, idarə heyətinin üzvləri, təftiş komissiyasının üzvlərinin onun razılığı ilə təyin edilməli olmasına baxmayaraq, heç biri baş verməmişdir. O, deputat seçilərkən öz əmlakını etibar etmiş, Zərərçəkmiş şəxs1 əmisioğlu Adil Xıdırov və sonuncunun qardaşı "xxxx" ASC-nin səhmlərinin 61 faizini alaraq Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirmiş, daha sonra həmin şəxslərin arasında mübahisə yaranmışdır. O, 2010-cu ilədək Zərərçəkmiş şəxs1la Adil Xıdırov arasında olan mübahisəni hüquqi yollarla həll etməyə çalışmış, lakin mübahisə böyüdüyündən, Zərərçəkmiş şəxs1 əmisi oğlu Adil Xıdırovu şər-böhtan atıb məsuliyyətə cəlb etdirmişdir. Bir müddət sonra o, əmlakının bölünməsi ilə bağlı məhkəməyə müraciət etsə də, bu mümkün olmamış, 2013-cü ildə Zərərçəkmiş şəxs1 qardaşı Fazil Bağırov əmlakın satılması üçün ona müraciət etdikdə, o, razılaşmış, sonradan Zərərçəkmiş şəxs1la sonuncunun qardaşı Fazil Bağırov arasında mübahisə yaranmışdır. X3 2016-cı ildə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Zərərçəkmiş şəxs1 barədə şikayət vermiş, həmin şikayətdə əmlakın faktiki sahibinin Fazil Bağırov olması ilə bağlı Zərərçəkmiş şəxs1 anasının, bacısının, qardaşının və digər qohumlarının izahatları da mövcud olmuşdur. Həmin mübahisələr 2020-ci ildə baş vermiş “koronovirus” pandemiyasına qədər davam etmiş, o, sonradan həmin məsələnin araşdırılması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciət etmiş, izahatları alınıb materiallar toplanmışdır. Araşdırmanın ləng aparılması, süründürməçiliyə yol verilməsi ilə bağlı o, 2022-ci ildə yenidən Daxili İşlər Nazirliyinə müraciət etmiş, 17 aprel 2022-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev onu qəbul edib dinlədikdən sonra araşdırmanın aparılması həmin baş idarənin müstəntiqi Ayaz Bayramova həvalə edilmişdir. O, müvafiq şikayətləri ilə bağlı mütəmadi olaraq Ayaz Bayramovla mobil telefon vasitəsilə əlaqə saxlamış, sonuncunun təklifi ilə Zərərçəkmiş şəxs1la görüşmüş, sonuncu da ona zəng etmişdir. O, heç vaxt Zərərçəkmiş şəxs1 təhdid etməmiş, o, 2010-cu ildən 2023-cü ilədək olan müddətdə vurulmuş ziyanı, yəni 1 milyon 500 min manat pulu qanuni yolla Zərərçəkmiş şəxs1 tələb etmişdir. İttihamda qeyd olunan 50000 manatı Zərərçəkmiş şəxs1 tələb etməsi məntiqsizdir. Bütün bu mübahisələrin baş verdiyi ərəfədə Gədəbəy rayonunun Söyüdlü kəndində qarşıdurma baş vermiş, o, bununla əlaqədar müsahibələr vermişdir. Çünki 2009-cu ildə həmin qarşıdurmaya səbəb olan müəssisəsinin açılışında iştirak etmişdir. Daha sonra mətbuatda Gədəbəydə baş verən qarşıdurmanı guya onunla birlikdə rayonun keçmiş icra hakimiyyəti başçısının təşkil etməsi ilə bağlı xəbərlər yayılmışdır. Onun bütün çıxışları “Youtube” internet portalında açıq izləyici kütləsi tərəfindən görünməklə, oradakı çıxışlarının heç birində, xalqın, dövlətin mənafelərinə zidd olan bir cümlə olmamışdır. İndiyə qədər olan bütün ictimai fəaliyyətində tənqidi xarakter daşıyan bir cümlə belə mövcud deyildir. “Facebook” sosial şəbəkəsində şikayətlərinin araşdırılmaması ilə bağlı yazılarına görə dəfələrlə təhdid olunmuşdur. 04 iyul 2023-ci il tarixdə o, yenidən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayevin qəbulunda olmuş, orada onu həmin idarənin müstəntiqi Ayaz Bayramovun xidməti otağına apardıqdan 3 saat sonra ona ittiham irəli sürülmüşdür. Onun xalqının, dövlətinin, insanların qarşısında heç bir günahı yoxdur, alnı açıq, üzü ağdır. Onun nə iqtidara, nə də müxalifətə aidiyyəti vardır. O, müstəqil deputat kimi seçilib şəffaf fəaliyyət göstərmişdir. O, Zərərçəkmiş şəxs1 onun üzünə durmasını, əks halda tutulacağının deyildiyini düşünür, belə ki Gədəbəy hadisələrinə görə 1 nəfər qurban verilməli idi. Gədəbəy hadisələri baş verdikdən 1 həftə sonra ona qarşı münasibət kəksin dəyişmiş, ibtidai istintaq zamanı müstəntiq dəfələrlə ona sakit dayanmasını, ictimailəşdirməməsini, səhv olduğunu, tapşırıldığına görə tutulduğunu demiş, bu ifadələr həm müdafiəçisinin, həm də təklikdə ona deyilmişdir. Ailə üzvlərinə məsələnin həll ediləcəyi, ev dustaqlığına buraxılacağı söylənilmişdir. Lakin müstəntiq dediklərinə əməl etməyib müvafiq ittihamı irəli sürmüşdür. Rəhbər şəxslərin qəbulunda olan birinin hədəqorxu, şantaj yolu ilə kimdənsə pul tələb etməsi ağlabatan deyil. O başa düşür ki, azadlığa buraxılması deyilən vaxt baş verəcəkdir. Cari ildə ölkədə “COP 29”, yəni BMT-nin ətraf mühitlə bağlı növbəti sesiyası baş tutacaq. O, həbs olunduğu gündən “ekoloji məhbus” hesab edilsə də, həmin tədbir dövründə adının xarici hüquq müdafiəçiləri, təşkilatlar tərəfindən “ekoloji məhbus” kimi hallanmasının tərəfdarı deyildir. Həqiqətin üzə çıxacağına ümid edir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1la aralarında heç bir ədavət və düşmənçiliyin olmadığını, mobil telefonda video göstərib Zərərçəkmiş şəxs1 təhdid etmədiyini, müstəntiq Ayaz Bayramovun təklifi ilə Zərərçəkmiş şəxs1la "xxxx" ASC-nin həyətində görüşdüyünü, digər Zərərçəkmiş şəxs2la aralarında heç bir ticarət münasibətlərinin olmadığını bildirdi. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik yoxdur. O, biznes fəaliyyəti ilə əlaqədar 1995ci ilin aprel ayında Rusiya Federasiyasının Lipetsk şəhərinə gedib orada təsadüfən Təqsirləndirilən şəxs ilə tanış olmuş, həmin vaxt Təqsirləndirilən şəxs ona müsbət təsir bağışlamış, Təqsirləndirilən şəxs ona meyvə-tərəvəz ticarəti ilə məşğul olduğunu söyləmişdir. Azərbaycan Respublikasına qayıtdıqdan sonra onunla birgə ticarətlə məşğul olan İran İslam Respublikasının vətəndaşı Məmmədrza adlı şəxs ona Rusiya Federasiyasına portağal, makaron və s. kimi məhsullar aparıb ticarətlə məşğul ola biləcəklərini dedikdə yadına Təqsirləndirilən şəxs düşmüş və o, hər üçü birgə ticarətlə məşğul olub pul qazanacaqlarını düşünmüşdür. 1996-cı ilin fevral ayında Məmmədrza ilə o, Rusiya Federasiyasına Təqsirləndirilən şəxs yanına getmiş, orada Məmmədrza ilə Təqsirləndirilən şəxs sonuncunun anbarına alma gətirmələri barədə razılaşdıqdan sonra o, Azərbaycan Respublikasına qayıtmışdır. Novruz bayramı ərəfəsində Təqsirləndirilən şəxs ona zəng edib Bakı şəhərində olduğunu, görüşmək istədiyini dedikdə, razılaşaraq görüşmüş, həmin vaxt Təqsirləndirilən şəxs ona Rusiya Federasiyasında araq biznesi ilə məşğul olmağı, pulu onun verməsini, alğı-satqını isə özünün həyata keçirməsini, gəlirin isə yarıbayarı bölünməsini təklif etmişdir. Təqsirləndirilən şəxs hətta ona ailəsini də Rusiya Federasiyasına gətirməsini, orada yaşamasını, metal alveri və araq biznesi ilə məşğul olmasını təklifinə əlavə etmişdir. O, İranlı dostlarından 40000 ABŞ dolları götürüb Rusiya Federasiyasına ailə üzvləri ilə birgə getmiş, Təqsirləndirilən şəxs həmin pulu verib araq alaraq biznesə başlamışlar. Təqsirləndirilən şəxs Rusiya Federasiyasında özündən 15-20 yaş böyük arvadı olmuş, sonradan o, həmin qadının qardaşının Lipetsk şəhərinin polis rəisi olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs arvadı isə həmin dövrdə vergi müfəttişi işləmişdir. O, Təqsirləndirilən şəxs həmin xanımla məqsədli şəkildə evləndiyini düşünür. Təqsirləndirilən şəxs arvadı onun arvadına zəng edib barəsində şər-böhtan xarakterli məlumatlar demiş, o, bu barədə Təqsirləndirilən şəxs söylədikdə isə sonuncu gülmüşdür. Təqsirləndirilən şəxs ona qarşı törətdiyi əməllə onun işini əlindən almışdır. O, Təqsirləndirilən şəxs qazanclarını hesablamağı dedikdə sonuncu ona çox yerə pul xərclədiyini, sonra hesablaşmalarını demişdir. Təxminən 3-4 ay sonra oğlu gecə evə gəlməmiş, ona oğlunun girov götürüldüyü bildirilmişdir. Təqsirləndirilən şəxs arvadı ona Rusiya Federasiyasından getməli olduğunu və sağ-salamat getməsi üçün 70000 ABŞ dolları pulu verməyi söyləmiş, o, əlində olan 28000 ABŞ dolları pulu həmin xanıma verdikdən sonra Təqsirləndirilən şəxs onun oğlunu buraxmışdır. O, oğlunu Bakı şəhərinə göndərmiş, arvadı və qızı ilə orada yaşamağa davam etmişdir. Təqsirləndirilən şəxs sonradan onu hədələyərək sağ-salamat Azərbaycan Respublikasına qayıtması üçün 30000 ABŞ dolları tələb etmiş, bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhərinə getdikdən sonra orada onun Əli Abbaslı adlı müştərisi sonuncuya 30000 ABŞ dolları pulu verdiyindən, Təqsirləndirilən şəxs Lipetsk şəhərinə qayıtmış və bundan sonra o, sağsalamat Azərbaycan Respublikasına getmişdir. Təqsirləndirilən şəxs həmin şəhərdə müxtəlif vəzifələrdə işləyən tanışları olduğuna görə şikayət edə bilməmişdir. Həmin hadisələrlə bağlı şahidləri İran İslam Respublikası və Rusiya Federasiyasının vətəndaşları olduğuna görə məhkəməyə dəvət edə bilmir. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs onun Rusiya Federasiyasından getməsi üçün pul istədiyini, Təqsirləndirilən şəxs pula ehtiyacının olmadığını, sosial şəbəkədə Təqsirləndirilən şəxs həbs olunduğunu öyrəndikdən sonra şikayət etdiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs tanımaqla, aralarında ədavət və düşmənçilik yoxdur. O, 19 may 2003-cü il tarixdə "xxxx" ASC-nin təsis payının 62%-ni almışdır. 2005-ci ildə Lətif Nəbiyevlə birlikdə Təqsirləndirilən şəxs "xxxx" ASC-yə gələrək onunla söhbət etmiş və cəmiyyətin bir hissəsinin 120000 və 70000 ABŞ dolları məbləğinə almağa razılaşmışlar. O, həmin pul müqabilində ev almaq istədiyini həmin şəxslərə söyləmişdir. “Avto-Qarant ASC-nin təsis payının 30%-i dövlətin mülkiyyətində olduğundan, 03 may 2005-ci il tarixdə Təqsirləndirilən şəxs həmin 30%-i alaraq öz adına özəlləşdirmiş, sonradan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmiş, o, sonuncunu ilk təbrik edən şəxslərdən olmuşdur. Təqsirləndirilən şəxs deputat seçildikdən sonra Lətif Nəbiyevlə birgə bir neçə dəfə görüşmüş, həmin görüşlərdən birində o, Təqsirləndirilən şəxs verməli olduğu 120000 ABŞ dolları və "xxxx" ASC-nin təsis payının 30%-ni almaqla bağlı məsələni dedikdə sonuncu ona narahat olmamasını, həll edəcəyini desə də, Təqsirləndirilən şəxs və ətrafında olan digər şəxslər daima ona təzyiq etmişlər. Hətta Təqsirləndirilən şəxs ondan guya özünü təhqir etməsi ilə bağlı şikayət də etmişdir. 2008-ci ildə "xxxx" ASC-də olarkən orada olan 50-55 yaşlı bir qadın yaxınlaşaraq zorladığını ona demiş, həmin vaxt onun təxminən 35 yaşı olmuşdur. O, bir neçə qadını məsələyə cəlb edib həmin qadına heç nə etmədiyini söyləmiş, sonradan həmin qadın onun barəsində şikayət etməkdən yayınmışdır. 2023-cü ildə Təqsirləndirilən şəxs "xxxx" ASC-nin Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi ünvanında yerləşən qarajına gəlib, cinsi əlaqədə olan 2 nəfər şəxsin videosunu göstərdikdən sonra ona 50000 manat pul və "xxxx" ASC-nin təsis payının 15%-ni vermədiyini təqdirdə, həmin videonu ona uyğunlaşdırıb yaya biləcəyini söyləmiş, daha sonra, yəni 24 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs həmin cəmiyyətə gəlmiş, o, Təqsirləndirilən şəxs ilə yaşadığı evə getmiş və orada evin həyətində Təqsirləndirilən şəxs 10000 manat pul vermişdir. Təqsirləndirilən şəxs isə qalan pulu və "xxxx" ASC-nin təsis payının 15%-ni vermədiyi təqdirdə, videonu yayacağı ilə onu hədələmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yanında jurnalist də olmuş, o, Təqsirləndirilən şəxs cəmiyyətin 30 iyun 2023-cü il tarixdə saat 17:00-a illik ümumi yığıncağının təyin edildiyini bildirmişdir. Onun 2 qızı və 1 oğlu olduğundan, qorxub, Təqsirləndirilən şəxs təhdidlərindən narahat olub polisə müraciət etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona cinsi əlaqədə olan 2 nəfər şəxsdən birinin başının yerinə onun başını videoya montaj edə biləcəyini, Təqsirləndirilən şəxs məqsədinin ondan pul və "xxxx" ASC-nin təsis payının 15%-ni məndən almaq olduğunu, pulu almaq səbəbi kimi Təqsirləndirilən şəxs Türkiyə Respublikasında yaşayan oğluna ev almaq istədiyini söylədiyini, onun intim videolarının olmadığını, dəfələrlə onun videolarını çəkdiyinə görə Təqsirləndirilən şəxs videomontaj işini bacardığını düşündüyünü, 24 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs gələndə onun yanında Şahid2 və digərlərinin olduğunu, lakin pul istəyərkən onların yanında heç kimin olmadığını, adlarını qeyd etdiyi şəxslərlə aralarında 15-20 metr olduğunu, təxminən 21-22 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona cinsi əlaqədə olan 2 nəfər şəxsin videosunu göstərdiyini, şikayəti əl ilə yazıb Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsinə təqdim etdiyini, 23 iyun 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs zəng etdikdə, o, xəstəliyi ilə əlaqədar Sabunçu xəstəxanasında olduğunu söylədiyindən, Təqsirləndirilən şəxs birbaşa 24 iyun 2023-cü il tarixdə "xxxx" ASC-yə gəldiyini söylədi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 tanımaqla, aralarında ədavət və düşmənçilik yoxdur. Digər Zərərçəkmiş şəxs2 isə tanımır. 24 iyun 2023-cü tarixdə, saat 18:30 radələrində Təqsirləndirilən şəxs "xxxx" ASC-yə gəlib Zərərçəkmiş şəxs1la 10 dəqiqə söhbət etdikdən sonra təxminən 100 metr aralıda yerləşən Zərərçəkmiş şəxs1 evinə doğru hərəkət etmiş, o, təhlükəsizlik baxımından Şahid2la həmin şəxslərin getdiyi istiqamətə doğru baxmışlar. Təxminən 10-15 dəqiqə sonra Zərərçəkmiş şəxs1 gəldikdə sonuncunun kefinin olmadığı görüb nə baş verdiyini soruşduqda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs hədə-qorxu ilə pul tələb etdiyinə görə sonuncuya 10000 manat pul verdiyini söyləmişdir. Təqsirləndirilən şəxs isə oradan uzaqlaşmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 "xxxx" ASC-də mühafizəçi vəzifəsində işlədiyini, Zərərçəkmiş şəxs1 həmin müəssisənin rəhbərlərindən biri olduğunu, ibtidai istintaqda verdiyi ifadəsini təsdiqlədiyini, Təqsirləndirilən şəxs 24 iyun 2023-cü il tarixdən əvvəl 1 dəfə "xxxx" ASC-yə gələrkən gördüyünü, ibtidai istintaqda ifadəsini 24 iyun 2023-cü il tarixdən 1-2 ay sonra verdiyini, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs videoçəkiliş montaj etməklə hədələdiyini söylədiyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 pul almasını, sonuncuya ona video göstərməsini görmədiyini, 48 saatdan bir 24 saatlıq iş rejimi ilə həmin müəssisədə işlədiyini, idarənin digər işçilərinin yalnız həftəiçi işlədiklərini, 25 iyun 2023-cü il tarixdə, saat 09:00-da növbəni təhvil verib evə getdiyindən, həmin tarixdə "xxxx" ASC-yə kimlərin gəlməsini bilmədiyini, nadir hallarda digər işçilərinin həftəsonu işə cəlb olunduqlarını, işçilərin gəlmələrinə dair hər hansı kitabçada qeydiyyatın aparılmadığını, əvvəllər Təqsirləndirilən şəxs bir dəfə müəssisəyə gəldiyini gördüyünü, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 harada olduğunu soruşduğunu bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 tanımaqla, aralarında ədavət və düşmənçilik yoxdur. Digər Zərərçəkmiş şəxs2 isə tanımır. O, şəxsi işi ilə əlaqədar 24 iyun 2023-cü tarixdə "xxxx" ASC-yə gəlmiş, orada olan zaman Təqsirləndirilən şəxs həmin müəssisəyə gəlib Zərərçəkmiş şəxs1 ilə söhbət etdikdən sonra Zərərçəkmiş şəxs1 yaşadığı evə doğru getmişlər. Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs arasında problem olduğunu eşitdiyindən həmin şəxslərin olduğu istiqamətə getmiş, təxminən 10-15 dəqiqə sonra Zərərçəkmiş şəxs1 qayıtmış, sonuncudan nə baş verdiyini soruşduqda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs hədə-qorxu ilə 50000 manat pul tələb etdiyindən sonuncuya 10000 manat pul verdiyini söyləmiş, Təqsirləndirilən şəxs isə oradan uzaqlaşmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiqlədiyini, Zərərçəkmiş şəxs1 qohumu olduğunu, Zərərçəkmiş şəxs1 ona Təqsirləndirilən şəxs intim video ilə hədələyib 50000 manat pul tələb etdiyini söylədiyini, həmin intim şəkilləri və ya videonu, eləcə də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 pul aldığını görmədiyini, aralarında məsafə xeyli olduğundan Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında olan söhbəti eşitmədiyini bildirdi. Məhkəmədə ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan edilmiş Şahid4 həmin ifadəsində şahidlər Şahid1 və Şahid2 məhkəmədə verdiyi ifadələrinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 tanımaqla, aralarında ədavət və düşmənçilik yoxdur. Digər Zərərçəkmiş şəxs2 isə tanımır. 25 iyun 2023-cü ildə o, "xxxx" ASC-nin idarə heyətinin üzvləri Üzeyir Səmədov və Əhməd Paşayevlə birgə iş otağında olarkən, Zərərçəkmiş şəxs1 kefsiz şəkildə otağa daxil olmuş, nə baş verdiyini soruşduqda Zərərçəkmiş şəxs1 halının olmadığını, bir gün əvvəl Təqsirləndirilən şəxs müəssisəyə gəlib ona hədə-qorxu gələrək videolarının olduğunu, 50000 manat pul vermədiyi təqdirdə, həmin videoları yayacağını söylədiyindən, qorxub yaşadığı evin həyətində Təqsirləndirilən şəxs 10000 manat pul verdiyini söyləmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid3 baş verən hadisəni görmədiyini, bu barədə Zərərçəkmiş şəxs1 danışdığını, Təqsirləndirilən şəxs dəfələrlə "xxxx" ASC-yə gəldiyini gördüyünü, hər dəfə gəldikdə onlarla aqressiv danışdığını, lakin kimisə hədələdiyini şəxsən müşahidə etmədiyini, polis əməkdaşlarının hansı səbəbdən şahid qismində onu çağırdığını bilmədiyini söylədi. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xeyli miqdarda özgə əmlakını əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etməsi faktına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. (Cild 1, iş vərəqə 1) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət edib Təqsirləndirilən şəxs ondan hədə-qorxu ilə pul tələb etdiyini bildirmişdir. (Cild 1, iş vərəqə 4-6) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı müraciətində tanışı Təqsirləndirilən şəxs ilə aralarında olan münasibətlər pozulduqdan sonra məzmunu və yayılması onun üçün rüsvayedici xarakter daşıyan foto və videogörüntüləri Təqsirləndirilən şəxs onun ailə üzvlərinə göstərəcəyi, habelə internet üzərindən sosial şəbəkələrdə yayacağı və ictimaiyyət arasında onu rüsvay edəcəyi barədə hədə-qorxu gələrək təsir altına saldıqdan sonra 50000 manat pul tələb etdiyini, xx.xx.2023-cü il tarixdə yaşadığı evin həyətində Təqsirləndirilən şəxs həmin foto və videogörüntülərini yaymaması üçün ondan ümumilikdə 10000 manat pul aldığını bildirmişdir. (Cild 1, iş vərəqə 78) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 79-80) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini həmin tarixdə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (Cild 1, iş vərəqə 92-97) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 104; 106) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 113- 114) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 1017/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(005)-1529/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 ay, yəni xx.xx.2024-cü il tarixədək, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(005)-144/2024 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti 02 ay, yəni xx.xx.2024-cü il tarixədək, həmin məhkəmənin xx.xx.2024cü il tarixli, 4(005)-420/2024 nömrəli qərarı ilə həbsdə saxlanılma müddəti 01 ay, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 129-133; 250-255; Cild 2, iş vərəqə 41-45; 57-61) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət edib Təqsirləndirilən şəxs ondan hədə-qorxu ilə pul tələb etdiyini bildirmişdir. (Cild 1, iş vərəqə 152) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 154-155) Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 5- 16/1-1077/23 nömrəli məktubuna əlavə edilmiş 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində qeydiyyatda olduğu müddət ərzində yazılı və ya şifahi heç bir şikayət ərizəsi daxil olmamışdır. (Cild 1, iş vərəqə 199) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini həmin tarixdə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (Cild 1, iş vərəqə 207-209) xx.xx.2023-cü il tarixli “Cinayət işinin tövsif edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələrinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 210) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 211-212) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri və ətraf ərazilərdə ayrı-ayrı şəxslərə qarşı analoji üsullarla hədə-qorxu gəlməklə müxtəlif məbləğlərdə pullarını alması barədə əməliyyat məlumatı daxil olmuş, lakin həmin şəxslərin şəxsiyyətlərini və olduqları yeri müəyyən etmək mümkün olmamışdır. (Cild 2, iş vərəqə 1) Azərbaycan Respublikasının Əmək və Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-17/2-96/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi saytından (http://www.stat.gov.az/source/labour) əldə olunmuş məlumatlara əsasən 1995-ci il fevralın 1-dən 2001-ci il yanvarın 1-dək minimum aylıq əmək haqqı 1,1 manat (1995-ci ildən başlayaraq denominasiya 1 AZN=5000 AZM nəzərə alınmışdır) təşkil etmişdir. (Cild 2, iş vərəqə 26) xx.xx.2024-cü il tarixli Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Lipetsk vilayəti üzrə istintaq idarəsinin nəzarət-metodiki şöbəsinin baş müstəntiqi, polis mayoru O.V.Korçagina tərəfindən verilmiş Azərbaycan Respublikasının səlahiyyətli orqanlarının ********* nömrəli cinayət işi üzrə hüquqi yardımın göstərilməsinin nəticələri haqqında arayışdan görünür ki, Lipetsk vilayəti üzrə Rusiya FVXİ-dən Təqsirləndirilən şəxs barəsində məlumatlar sorğu edilmiş, fərdi sahibkarların vahid dövlət reyestrinin məlumat bazasına əsasən sonuncu fərdi sahibkar kimi qeydiyyata alınmamış, həmçinin vergi orqanında uçotda durmamışdır. Təqsirləndirilən şəxs məhkumluğu və (və ya) cinayət təqibi faktı və ya cinayət təqibinin dayandırılması “Rusiya DİN BİAM” FDİ uçotunda axtarışda olması barədə məlumat mövcud deyil. Lipetsk vilayəti üzrə Rusiya DİN CAİ tərəfindən təqdim edilən məlumatlara əsasən, Təqsirləndirilən şəxs nüfuzdan salan, həmçinin onun Lipetsk vilayəti ərazisində spirtli içkilərin ticarəti ilə məşğul olması barədə məlumat yoxdur. (Cild 2, iş vərəqə 62-63) xx.xx.2024-cü il tarixli Lipetsk vilayəti üzrə Rusiya DİN MM-in tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkumluq və (və ya) cinayət təqibi faktı və ya cinayət təqibinin dayandırılması barədə “Rusiya DİN BİAM” FDİ və Rusiya DİN regionlar səviyyəsində ərazi orqanlarının MM uçotunda axtarışda olması barədə məlumat mövcud deyil. (Cild 2, iş vərəqə 64-66) xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi və Azərbaycan SSR Cinayət Məcəlləsinin 146-cı (köhnə (1961-ci il) redaksiyada) maddələrinə tövsif edilməsi qərara alınmış, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, üzləşdirmə protokolları və digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 2, iş vərəqə 73-81) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs elan olunmuş ittihama əlavə və dəyişiklik edilməklə, ona Azərbaycan SSR Cinayət Məcəlləsinin 146-cı (köhnə (1961-ci il) redaksiyada) və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (Cild 2, iş vərəqə 85-87) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı cinayət xarakterli məlumat yoxdur. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində seçdiyi müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuş, o cümlədən müdafiə hüququnun həyata keçirilməsi ilə əlaqədar müdafiəçisi vasitəsi ilə məhkəməyə yeni sübutlar təqdim etmişdir. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Eyni zamanda müdafiə tərəfi məhkəmə istintaqında irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan SSR Cinayət Məcəlləsinin 146-cı (köhnə (1961-ci il) redaksiyada) maddəsində şantaj yolu ilə mənfəət əldə etmək, yəni zərər çəkən şəxsin və ya onun yaxın adamlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumat yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə xüsusi mülkiyyətdə olan əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan hər hansı hərəkətlər etməsini tələb etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin maddənin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya minimum əmək haqqı miqdarının dörd mislinədək cərimə cəzası nəzərdə tutulmuşdur. 30 dekabr 1999-cu il tarixli, 787-İQ nömrəli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının qanunu ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi təsdiq edilmiş, “Azərbaycan SSR Cinayət Məcəlləsinin təsdiq edilməsi haqqında” 1960-cı il dekabrın 8-də Azərbaycan SSR Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Cinayət Məcəlləsi (Azərbaycan SSR Ali Sovetinin məlumatı, № 29, maddə 143), habelə Azərbaycan SSR Cinayət Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi ilə əlaqədar 1960-cı il dekabrın 8-dən 2000-ci il iyunun 1-dək qəbul olunmuş qanunlar və digər normativ hüquqi aktlar 2000-ci il iyunun 1-dən qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182-ci maddəsində hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin Məcəllənin 182.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi hədə-qorxu ilə tələb etmə xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə yaranır. Həmin maddənin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə görə, həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan SSR Cinayət Məcəlləsinin 146-cı (köhnə (1961-ci il) redaksiyada) və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə törətdiyi əməllər düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər kateqoriyasına aid edilir. “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx.xx.1998-ci il tarixli qərarına əsasən, Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur. Hədə-qorxu ilə tələb etmə cinayətinin predmeti qismində hədə-qorxu ilə tələb edilməsinə görə Cinayət Məcəlləsinin digər maddələri ilə cinayət məsuliyyəti müəyyən edilmiş xüsusi predmetlər istisna olmaqla (məsələn, Cinayət Məcəlləsinin 227-ci maddəsində talanmasına və hədə-qorxu ilə tələb edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuş radioaktiv maddələr) istənilən daşınar və daşınmaz özgə əmlakı, o cümlədən nağd və nağdsız pul vəsaitləri, qiymətli kağızlar, əmlaka olan hüquqlar (yəni bu və ya digər əmlaka münasibətdə sənədələrlə təsdiq olunmuş mülkiyyət və yaxud sahiblik hüququnun həyata keçirilməsi imkanı), o cümlədən tələb etmək hüququ və müstəsna (məsələn, müəlliflik, patent hüququ kimi) hüquqlar çıxış edirlər. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulmuş “zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə tələb etmə” əlaməti istənilən xarakterli zorun tətbiq edilməsi hədəsini, o cümlədən sağlamlığa ağır zərər vurmaqla və ya öldürməklə hədələməni ehtiva edir və bu səbəbdən əməlin cinayətlərin ideal məcmusu kimi həm də həmin Məcəllənin 134-cü maddəsi ilə tövsif edilməsi üçün əsas yaranmır. Cinayət məsuliyyətinin yaranması üçün hədənin zərərçəkmiş şəxs tərəfindən real hədə kimi qəbul edilməsi, yəni onun hədənin tətbiq ediləcəyindən ehtiyatlanması üçün əsaslarının olması tələb olunur. Bu zaman təqsirkarın hədənin edilməsindən dərhal sonra və yaxud gələcəkdə zor tətbiq etmək niyyətini ifadə etməsi hədənin real olub-olmaması baxımından qiymətləndirilməsi üçün əhəmiyyət kəsb etmir. Rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. Nəzərə almaq lazımdır ki, hədə-qorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir. Hədə-qorxu ilə tələb etmə cinayəti əmlakın, ona olan hüququn real olaraq ələ keçirilməsindən, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsindən asılı olmayaraq Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən məzmunda hədələri işlətməklə əmlakın (əmlaka olan hüququn) verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətin edilməsi barədə tələbinin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Bu səbəbdən təqsirkarın məqsədi ilə ehtiva olunan əmlakın bir hissəsinin real olaraq ələ keçirilməsi, digər hissəsinin əldə edilməsinin isə onun iradəsindən asılı olmayan səbəblərdən mümkün olmaması, əməlin ələ keçirilmiş əmlakın dəyərinə görə tövsif edilməsini, o cümlədən başa çatmayan cinayət (cinayətə cəhd) kimi qiymətləndirilməsini istisna edir. Bu halda əməl təqsirkarın məqsədinin hansı miqdarda əmlakın əldə edilməsinə yönəlməsindən asılı olaraq, yəni “xeyli miqdarda” əmlakın əldə edilməsinə yönəldildikdə Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi, “külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi, “xüsusilə külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə isə Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və digər sübutları Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları həmin Məcəllənin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan SSR Cinayət Məcəlləsinin 146-cı (köhnə (1961-ci il) redaksiyada) və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri mövcuddur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan SSR Cinayət Məcəlləsinin 146-cı (köhnə (1961-ci il) redaksiyada) və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi nəticəsinə gələrkən ilk növbədə ona istinad etmişdir ki, o, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrində özünü ona elan edilmiş əməllər üzrə təqsirli bilməsə də, zərərçəkmiş şəxslər və şahidlər ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələrində faktiki olaraq Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməllərinin törədilmə üsulunu və mexanizmini açıqlamışlar. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 sonuncunu və ailə üzvlərini oğurlatdıracağını, öldürdürəcəyini və şəxsiyyəti üzərində başqa formada zor göstərəcəyini deyib həmin dövrün məzənnəsi ilə ********* (60060 Yeni Azərbaycan manatı) manat təşkil edən 70000 ABŞ dolları məbləğində pul verməsini Zərərçəkmiş şəxs2 tələb etdiyindən, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Lipetsk şəhərində əlaqələrinin çox olmasına, oğlunun bir neçə gün ərzində evə gəlməməsinə və evinə dəfələrlə şantaj xarakterli zənglərin gəlməsinə görə həmin hədəni real qəbul edərək və hədənin tətbiq ediləcəyindən ehtiyatlanaraq 1996-cı ilin sentyabr ayının ortalarında həmin dövrün məzənnəsi ilə ********* (24000 Yeni Azərbaycan manatı) manat təşkil edən 28000 ABŞ dolları pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra, Təqsirləndirilən şəxs təkrarən 1996-cı ilin sentyabr ayının ortalarında Rusiya Federasiyasının Lipetsk şəhərində Zərərçəkmiş şəxs2 Bakı şəhərində və Azərbaycan Respublikasının digər şəhər və rayonları ərazisində yaşayan adamları vasitəsilə özünü və ailə üzvlərini oğurlatdıracağını, öldürtdürəcəyini və şəxsiyyəti üzərində başqa formada zor göstərəcəyini deyib bir həftə ərzində Bakı şəhəri ərazisində olan mülklərini satıb ona həmin dövrün məzənnəsi ilə ********* (42900 Yeni Azərbaycan manatı) manat təşkil edən 50000 ABŞ dolları məbləğində pul verməsini hədə-qorxu ilə tələb etdiyindən, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs əlaqələrinin geniş olmasına və yuxarıda göstərilən səbəblərə görə həmin hədəni real qəbul edərək və hədənin tətbiq ediləcəyindən ehtiyatlanaraq təxminən 3-4 gün sonra Bakı şəhəri ərazisində şəxsiyyəti istintaqla tam dəqiqləşdirilməyən İran İslam Respublikası vətəndaşı Əli adlı şəxs vasitəsilə həmin dövrün məzənnəsi ilə ********* (25740 Yeni Azərbaycan manatı) manat təşkil edən 30000 ABŞ dolları məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə tələb etmə hədəsi Zərərçəkmiş şəxs2 tərəfindən real hədə kimi qəbul edilmiş, onun hədənin tətbiq ediləcəyindən ehtiyatlanması üçün əsaslar mövcud olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 rüsvayedici xarakter daşıyan intim münasibətdə, cinsi əlaqədə olan videolarını internet vasitəsilə sosial şəbəkələrdə yayıb ictimailəşdirəcəyi ilə hədə-qorxu gəlib yayılmaması müqabilində 2023cü ilin may ayının sonlarından 30 iyun 2023-cü il tarixədək olan müddət ərzində, o cümlədən 24 iyun 2023-cü il tarixdə, saat 18:30 radələrində ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nin inzibati binasının həyətində vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 hədə-qorxu ilə 50000 manat məbləğində pul vəsaiti tələb etmiş, Zərərçəkmiş şəxs1 şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsindən qorxub 24 iyun 2023-cü il tarixdə, saat 18:30 radələrində ünvan 4 ünvanında yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətində 10000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vermişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 rüsvayedici məlumatları yaymaq hədəsi realdır, hədələdiyi məlumatlar şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatlardır. Bu halda, Təqsirləndirilən şəxs məqsədi ilə ehtiva olunan əmlakın bir hissəsinin, yəni 10000 manat məbləğində pul vəsaitinin real olaraq ələ keçirilməsi, digər hissəsinin əldə edilməsinin isə onun iradəsindən asılı olmayan səbəblərdən mümkün olmaması, əməlin ələ keçirilmiş əmlakın dəyərinə görə tövsif edilməsini, o cümlədən başa çatmayan cinayət (cinayətə cəhd) kimi qiymətləndirilməsini istisna etdiyinə görə, əməli təqsirkarın, yəni Təqsirləndirilən şəxs məqsədinin hansı miqdarda əmlakın əldə edilməsinə yönəlməsindən asılı olaraq “xeyli miqdarda”, yəni 50000 manat məbləğində əmlakın əldə edilməsinə yönəldildiyindən Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə, Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrıayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan SSR Cinayət Məcəlləsinin 146-cı (köhnə (1961-ci il) redaksiyada) və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmiş, yəni zərər çəkən şəxsin və onun yaxın adamlarının şəxsiyyəti üzərində zor göstərmək hədəsi ilə vətəndaşın şəxsi əmlakını hədə-qorxu ilə tələb etmiş, həmçinin zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmişdir. Azərbaycan SSR Cinayət Məcəlləsinin 6-cı (köhnə (1961-ci il) redaksiyada) maddəsinə əsasən əməlin cinayət olması və bunun üçün cəza verilməsi həmin əməlin törədildiyi zaman qüvvədə olan qanunla müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10-cu maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan SSR Cinayət Məcəlləsinin 44-cü (köhnə (1961-ci il) redaksiyada) maddəsinə əsasən, qanuna görə beş ildən çox olmayan müddətə azadlıqdan məhrumetmək cəzası verilə bilən cinayət edildiyi gündən beş il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin maddəyə görə, cinayət etmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, cəlb etmə müddəti dayandırılır. Belə hallarda müddətin keçməsi həmin şəxs tutulan vaxtdan və ya könüllü gəlib təqsirini boynuna alan zamandan yenidən başlanır. Həm də əgər cinayət edildiyi vaxtdan on beş il keçərsə və müddət yeni cinayətin edilməsi ilə kəsilməmişdirsə, şəxs cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmçinin, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinin tələbinə görə az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Cinayət Məcəlləsinin 75.2-ci maddəsinin tələbinə görə müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında cinayət-prosessual hərəkətlərin aparılması, cinayət-prosessual qərarların qəbul və icra edilməsi həmin anda qüvvədə olan Azərbaycan Respublikası cinayətprosessual qanunvericiliyinin müddəalarına uyğun həyata keçirilir. Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinin tələbinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinin tələbinə əsasən, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, CPM-in 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun qərarlarının tələblərini rəhbər tuturaraq, həmçinin “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx.xx.1998-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 12-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsi ilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə Cinayət-Prosessual Məcəlləsininin 327, 329-cu maddələri ilə yanaşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin nəzərə alınması vacibdir. Həmin hüquqi problemi İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyasının (bundan sonra – “Avropa Konvensiyası”) 6-cı maddəsinin 1-ci hissəsinin və 3-cü hissəsinin “d” bəndinin tətbiqi ilə bağlı olan məsələ kimi səciyyələndirən Avropa Məhkəməsinə görə, təqsirləndirilən şəxsin əleyhinə verilmiş şahid ifadələrinin məhkəmədə elan edilməsinin və həmin ifadələrlə məhkəmə qərarlarının əsaslandırılmasının təqsirləndirilən şəxsin müdafiə hüququnun və ədalətli məhkəmə araşdırması standartının pozuntularına səbəb olmaması üçün aşağıdakı üç meyarla ehtiva olunan tələblərə əməl olunmalıdır. İlk növbədə şahidin ibtidai istintaqda verdiyi ifadəsinin elan edilməsinin zərurətdən irəli gəldiyini, qaçılmaz olduğunu göstərən, onun məhkəmə iclasına gəlməsini həqiqətən istisna edən üzrlü hal mövcud olmalı və bu halın mövcudluğu məhkəmə tərəfindən mötəbərliliklə, müvafiq materiallara istinad olunmaqla müəyyən olunmalı və məhkəmə qərarında təsvir edilməklə əsaslandırılmalıdır. Şahidin məhkəməyə gəlməməsi səbəbindən asılı olmayaraq, onun məhkəmə iclasında iştirakının təmin edilməsi üçün işə baxan məhkəmə kifayət qədər səy göstərməlidir. İkinci meyar - məhkəmənin məhkəmə iclasında dindirilməyən şahidin ifadəsindən hökmün əsaslandırılmasında nə dərəcədə istifadə etməsi, ifadənin ittihamın həll edilməsində oynadığı roldur. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, hətta şahidin məhkəməyə gəlməməsinin üzrlü səbəbi olduqda belə, əgər ittiham yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanırsa, təqsirləndirilən şəxsin müdafiə hüququ ədalətli məhkəmə araşdırması konsepsiyasının ehtiva etdiyi təminatlarla bir araya sığmayan dərəcədə pozula bilər. Lakin, “həlledici sübut qaydası” adlandırılan bu meyar mütləq deyil və Avropa Məhkəməsi Böyük Palatasının “Əl Havaya və Taheri”, “Şaçaşvili” qərarlarında bəyan edildiyi kimi, şahidin məhkəmə iclasında dindirilməməsindən irəli gələn prosessual çətinlikləri müdafiə tərəfinə kompensasiya etmək üçün kifayət qədər tarazlaşdırıcı vasitələrin, o cümlədən ifadənin mötəbərliliyinin ədalətlə və hərtərəfli yoxlanılması üçün səmərəli prosessual təminatların təqdim olunması şərti ilə ittiham hökmünün əsaslandırılmasında məhkəmədə dindirilməyən yeganə və həlledici şahidlərin ibtidai istintaqda vermiş olduqları ifadələrindən istifadə oluna bilər. Beləliklə, üçüncü meyar – təqsirləndirilən şəxsin şahidi dindirmək imkanından məhrum olunmasından irəli gələn müdafiə tərəfinin üzləşdiyi çətinliklərinin kompensasiya edilməsi üçün məhkəmənin gördüyü tarazlaşdırıcı tədbirlərin səmərəliliyidir. Bu o deməkdir ki, məhkəmə iclasına gəlməyən ittiham tərəfinin şahidinin ibtidai istintaqda verdiyi ifadəsini məhkəmə sübut kimi qəbul edərkən, müdafiə tərəfinin cinayət prosesində ittiham tərəfi ilə bərabər şərtlər əsasında çəkişməsinə şərait yaratmaq məqsədi ilə kifayət qədər tədbirlər görməlidir (şahidin bilavasitə dindirilməsi üçün məhkəmə iclasının başqa vaxta keçirilməsi, şahidin məhkəməyə məcburi gətirilməsi barədə qərar verildikdə həmin qərarın icra edilməməsi səbəblərinin məhkəmə tərəfindən yoxlanılması, məhkəmənin şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinin mötəbərliyinin yoxlanılması üçün addımlar atılması, əlavə sübutlar tədqiq edilməsi, həmin ifadə vasitəsi ilə müəyyən edilən halın əlavə araşdırılması məqsədilə müdafiə tərəfinə sübutlar təqdim etmək üçün lazımi şərait yaradılması, bu barədə vəsatətlərə zəruri həssaslıqla yanaşılması, şahidin alternativ üsullarla məhkəmədən kənar dindirilməsi üçün müvafiq vasitələrdən istifadə etmək imkanlarını nəzərdən keçirilməsi, o cümlədən Cinayət-Prosessual Məcəlləsinin 51-2-ci maddəsində nəzərdə tutulmuş videokonfrans əlaqə sistemi və yaxud məhkəmə tapşırığı kimi vasitələrdən istifadə etməyə cəhdlər edilməsi və s.). Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə iclasında dindirilməyən şahidin əvvəlki icraatda verdiyi ifadəsi ilə ittiham hökmünün əsaslandırılması məsələsi bu üç meyarın məcmusu əsasında təhlil edilməlidir. Lakin, təhlil olunan vəziyyət birinci meyara cavab vermədikdə, yəni şahidin məhkəmə iclasında iştirak etməməsi bunu həqiqətən istisna edən (ibtidai istintaqda verilmiş ifadənin elan edilməsinə bəraət qazandıran) üzrlü səbəbdən irəli gəlmədikdə və yaxud bu cür səbəbin mövcudluğunun araşdırıldığını və mötəbərliliklə müəyyən edildiyini məhkəmə qərarlarından görmək mümkün olmadıqda, belə vəziyyət (ikinci və üçüncü meyarlara cavab verib-verməməsindən, o cümlədən ifadənin ittihamın həllində oynadığı roldan asılı olmayaraq) özü-özlüyündə təqsirləndirilən şəxsin ona qarşı ifadə vermiş şahidi dindirmək hüququnu və nəticə etibarı ilə müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarını pozur, bununla da məsələnin ikinci və üçüncü meyarlar əsasında araşdırılmasını lüzumsuz edir. Ali Məhkəmənin Plenum qərarında məhkəmə iclasında dindirilməmiş şəxslərlə bağlı göstərilənlərlə əlaqədar qeyd edir ki, ittiham tərəfindən təqsirləndirilən şəxsin əleyhinə olan sübut növü kimi təqdim edilmiş Şahid4 məhkəmə iclasında dindirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilməsinə baxmayaraq, Şahid4 məhkəmə iclasında məhkəmədə dindirilməsi mümkün olmamış, müdafiəçi tərəfi ərizə ilə məhkəməyə müraciət edib həmin şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etirazlarının olmadığını bildirmişlər. Cinayət-Prosessual Məcəlləsinin 337.2-ci maddəsinə əsasən, müdafiə tərəfi cinayət işini başlamış şəxs tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş və ya təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, qanuni nümayəndəsinin, habelə mülki cavabdehin və ya onun nümayəndəsinin vəsatəti əsasında məhkəməyə təqdim edilmiş, lakin məhkəmədə hələ ki baxılmamış sübutların tədqiq edilməsindən imtina etmək hüququna malikdir. Belə imtina hər bir halda məhkəmə tərəfindən qəbul olunmalıdır. Bununla əlaqədar Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadələri, habelə onun iştirakı ilə həyata keçirilmiş digər istintaq və prosessual hərəkətlərin protokolları məhkəmə iclasında cinayət prosesi tərəflərinin fəal iştirakı ilə tədqiq edilmişdir. Məhkəmə hesab edir ki, Şahid4 novun məhkəməyədək icraat zamanı verdiyi ifadələri qanunvericiliyin tələblərinə müvafiq qaydada sənədləşdirildiyindən, habelə sonuncunun həmin ifadəsində göstərdiklərinin işin hallarına uyğun olduğundan, göstərdiklərinin mötəbərliyi şübhə altına bilinməyən digər sübut növləri ilə də öz təsdiqini tapdığından Şahid4 həmin ifadədə göstərdikləri ittiham hökmü çıxarılması zamanı nəzərə alına bilən sübut növlərindən biri kimi qəbul edilməlidir. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə Cinayət-Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə ifadələrində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Fəyaz oğluna qarşı hədə-qorxu ilə tələb etmə cinayətini törətmədiyini, ittihamda göstərilənlərin tamamilə şər-böhtan olduğunu, başqa səbəbdən həbs edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs qeyd edilən ifadələrində göstərdiyi işin faktiki hallarına uyğun olmayan xüsusatlar başqa hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq Təqsirləndirilən şəxs cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir. Həmçinin məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ilə üzləşərək sonuncunun üzünə qarşı törətdiyi əməlləri deyib Təqsirləndirilən şəxs ifşa etmişlər. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, üzləşdirmə və digər istintaq hərəkəti protokollarını, əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə işin bütün hallarına, cinayətin törədilməsi üsuluna və mexanizminə, eləcə də cinayət əməlləri nəticəsində vurulmuş ziyanın həcmini, hədə-qorxu ilə törədilmiş cinayətin ictimai təhlükəliliyini, zərərçəkmiş şəxslərlə barışmamasını, zərərçəkmiş şəxslərlə barışmağa yönələn hər hansı addımın atılmamasını nəzərə alıb hüquqi qiymət verərək Təqsirləndirilən şəxs əməllərini Azərbaycan SSR Cinayət Məcəlləsinin 146-cı (köhnə (1961-ci il) redaksiyada) və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddələri ilə tövsif edir və hesab edir ki, o, həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinməklə ədalətli şəkildə, cinayət və cinayətprosessual qanunvericiliyin tələblərinə əsasən cəzalandırılmalıdır. Məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan SSR Cinayət Məcəlləsinin 146-cı (köhnə (1961-ci il) redaksiyada) və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün (Cinayət Məcəlləsinin 182.2.4-cü maddələrinə münasibətdə) əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan SSR Cinayət Məcəlləsinin 146-cı (köhnə (1961-ci il) redaksiyada) və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əvvəllər məhkumluğunun olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir. Belə ki, məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid olunmaqla azadlıqdan məhrumetmə növündə cəza çəkərək islah olunmasını mümkün sayır. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Həmçinin, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan SSR Cinayət Məcəlləsinin 146-cı (köhnə (1961-ci il) redaksiyada) maddəsi ilə həmin Məcəllənin 44-cü və Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməməlidir. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan SSR Cinayət Məcəlləsinin 146-cı (köhnə (1961-ci il) redaksiyada) maddəsində ən yuxarı cəza həddi kimi üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuş, həmin vaxtdan, yəni 1996-cı ildən hazıradək 28 il müddət keçmiş, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin və Rusiya Federasiyasının ümvafiq qurumunun tələbnaməsindən Təqsirləndirilən şəxs barəsində əvvəllər cinayət xarakterli məlumatın olmadığı müəyyən edilmiş, müddət axımının kəsimi və ya dayandırılması halı müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından olan görünür ki, Təqsirləndirilən şəxs əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, həmin tarixdən bugünədək davamlı olaraq həbsdə saxlanılır. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 04 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı Zərərçəkmiş şəxs2 məhkəməyə mülki iddia ərizəsi təqdim edərək vurulmuş maddi ziyanın əvəzi olaraq 98000 (doxsan səkkiz min) ABŞ dolları pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə baxış iclaslarında Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilən mülki iddia ərizələrinin icraata qəbul edilib-edilməməsi məsələsini müzakirə edərək icraata qəbul etmiş, mülki iddiaya münasibətdə Zərərçəkmiş şəxs2 mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs isə mülki iddiaya münasibətdə mülki cavabdeh qismində tanınmışlar. Məhkəmə qeyd edir ki, 1 ABŞ dollarının hökm çıxarıldığı tarixə, yəni xx.xx.2024-cü il tarixə 1 Azərbaycan manatına kursu 1,70-dir. Belə olduğu halda, mülki iddiada göstərilən 98000 ABŞ dolları həmin tarixə 166600 manat təşkil edir. Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar həmin Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Cinayət-Prosessual Məcəlləsinin 179.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Cinayət-Prosessual Məcəlləsinin 185 və 354-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı məhkəmə mülki iddiaçının vəsatəti ilə verilmiş mülki iddianın təmin edilməsi üçün tədbirlər görməli, hökmdə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, və ya iddianın rədd edilməsi, yaxud iddianın baxılmamış saxlanması barədə qərarlardan birini qəbul etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Məhkəmə mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə qərara gəlir ki, müvafiq mülki iddialar cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun, vaxtında yazılı formada verilmiş, cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilmiş, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin müvafiq Plenum qərarına əsasən, yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviriəsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə verilmiş ittihama görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 iki dəfəyə, 24000 (iyirmi dörd min) manat və 25740 (iyirmi beş min yeddi yüz qırx) manat olmaqla, cəmi 49740 (qırx doqquz min yeddi yüz qırx) manat pulunu hədə-qorxu gəlməklə ələ keçirmişdir. Göründüyü kimi, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddia üzrə tələbi ittihamda göstərilən maddi ziyandan artıqdır və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəbdir. Məhkəmə belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiası qismən, yəni 49740 (qırx doqquz min yeddi yüz qırx) manat və 456 (dörd yüz əlli altı) manat dövlət rüsumu məbləğində təmin edilməli, mülki iddia qalan hissədə baxılmamış saxlanılmalı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququnun olması izah olunmalıdır. Belə ki, Cinayət-Prosesual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə, Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə maddi sübut, məhkəmə məsrəfi, üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır. Cinayət-Prosessual Məcəlləsin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx.xx.1998-ci il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan SSR Cinayət Məcəlləsinin 146-cı (köhnə (1961-ci il) redaksiyada) və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan SSR Cinayət Məcəlləsinin 146-cı (köhnə (1961-ci il) redaksiyada) maddəsi ilə həmin Məcəllənin 44-cü və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 04 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiası qismən təmin olunsun. Cinayət nəticəsində vurulmuş maddi zərərə görə 49740 (qırx doqquz min yeddi yüz qırx) manat pul vəsaiti və 456 (dörd yüz əlli altı) manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilsin, mülki iddia qalan hissədə baxılmamış saxlanılsın. Mülki iddiaçı və Zərərçəkmiş şəxs2 mülki qaydada iddia vermək hüququ izah edilsin. İş üzrə maddi sübutun, məhkəmə məsrəfinin, üzərinə həbs qoyulan, xüsusi müsadirə edilməli olan əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1669/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1669/2024
30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver