Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-167/2021 14.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, 20.01.2020-ci il tarixdə saat 10.45 radələrində Bakı şəhəri, Səbail rayonu, E.Əzizov 39 ünvanında yerləşən “Qurman” restoranına bitişik olan obyektin içərisində tanışı Zərərçəkmiş şəxs bir neçə gün əvvəl “vatsap” tədbiqi proqram vasitəsilə ona verdiyi 5 manat məbləğində borc pulu ödəməsini tələb edərkən anasının ünvanına nalayiq ifadələr işlətməsinə görə sonuncunu cəzalandırmaq qərarına gələrək üzərində gəzdirdiyi bıçağı çıxardıb həmin bıçaqla Zərərçəkmiş şəxs sol qabırğaaltı nahiyəsinə bir dəfə qəsdən vuraraq ona böyük piyliyin zədələnməsi və qarın boşluğuna qanaxma ilə müşayiət olunan qarının ön divarının sol qabırğaaltı nahiyədə daxilə nüfuz edən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurımışdur. Məhkəmdə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 1 ildən çox olar ki, Ruslan adlı şəxsi tanıyır. Ruslan əvvəllər Qobu qəsəbəsində kafe işlətmişdir. Ruslanla birlikdə Ruslanın qeyri rəsmi yaşadığı Aysel adlı şəxs də kafedə işləmişdir. O, həmin kafeyə daimi olaraq müştəri kimi gedib gəldiyindən Ruslan və Aysellə dostluq münasibəti yaranmışdır. O, bildiyi qədər Ruslan və Aysel həmin vaxt elə kafedə də qalırmışlar. Sonradan Ruslan və Aysel kafenin icarə haqqını ödəyə bilmədiklərinə görə kafeni bağlamaq məcburiyyətində qalmışlar və Bakı şəhəri, Səbail rayonu, Salyan yolunda kirayə ev tutaraq ora köçmüşlər. Bu müddətdə onun Ruslan və Aysellə dostluq münasibəti davam etmişdir. O, bəzən Ruslan və Ayselin yaşadığı evə qonaq gəlirmiş. 18.01.2020-ci il tarixdə o, Ruslan və Ayselin evində qonaq olmuşdur. Evdən çıxarkən o, 5 manat borc pula ehtiyacı olduğunu bildirmiş və Ayseldən 5 manat pul alıb, bir iki günə qaytaracağını demişdir. Bir gün sonra Aysel ona “vatsap” sosial şəbəkəsində yazaraq pulu geri istədiyini bildirmişdir. Elə həmin vaxt o, əsəbi olduğundan Ayselə söyüş söymüşdür. Bundan sonra Aysel həmin söyüşləri onun anasının ünvanına söymüşdür. O, Ayselə demişdir ki, “gələrəm üzümə həmin söyüşü deyərsən”. Bu söhbətdən bir gün sonra 20 yanvar 2020-ci il tarixdə səhər saatlarında o, Ayselin yaşadığı Səbail rayonu, Salyan yolu 4 ünvanına getmişdir. Bu zaman özünə məxsus mətbəx bıçağını da götürmüşdür. Təxminən saat 11 radələrində o, Ayselin yaşadığı evə çatmışdır. Aysel evdə səs-küy yaranmaması üçün çölə çıxmaqlarını istəmişdir. Bu zaman Aysellə qeyri rəsmi yaşayan Ruslan da onlarla gəlmişdir. Həmin vaxt Ruslan Ayselin əsəbi olduğunu və əlində bıçaq olduğunu demişdir, lakin o, Ayselin əlində bıçaq görməmişdir. Evdən bir qədər aralandıqdan sonra “Qurman” restoranının yanına çatdıqda, restoranın yanındakı obyektin qapısını Ruslan açarla açmış və onlar içəri daxil olmuşlar. O, Ayselə ona vatsapda söydüyü söyüşü üzünə təkrar etməsini bildirmişdir. Aysel söyüşü təkrar etməmiş, lakin geri də götürməmişdir. Bu zaman o, cibində olan bıçağı çıxararaq Ayselin sol tərəfdən qarın boşluğunun yuxarı hissəsinə bir dəfə vurmuş və qaçaraq getmişdir. Hadisədən sonra o, Şirvan-Salyan yolunda Qaraçala kəndində olan evinə getmiş və bir müddət orada gizlənmişdir. 30.01.2020-ci il tarixdə isə könüllü olaraq Səbail RPİ-nin 8-ci PB-nə gələrək təslim olmuşdur. Zərərçəkmiş şəxs söyüşü geri götürməməsini bildirməklə konkret olaraq nəzərdə tutmuşdur ki, həmin vaxt o, Ayselin onun anasının ünvanına söydüyü söyüşə görə üzrxahlıq etməsini gözləmiş, Aysel isə heç bir üzrxahlıq etməmişdir. O, söyüşü geri götürməməsi dedikdə bunu nəzərdə tutmuşdur. Həmçinin Zərərçəkmiş şəxs ilə dostluq münasibəti olduğunu, təxminən 10 gündən bir evinə qonaq getdiyini, əvvəllər Qobu qəsəbəsində qalarkən Ayselin qeyri rəsmi yaşadığı Ruslanla kafe işlətdiyini və oradan gəlir əldə etdiyini, Səbail rayonuna köçdükdən sonra o, Ayselin gəlir mənbəyinin haradan olmasını, həmçinin maddi vəziyyətinin necə olmasını bilmədiyini, Zərərçəkmiş şəxs ilə münasibətinin yaxşı olduğunu, əvvəllər Ayselə xəsarət yetirməklə və sairə ilə hədələmədiyini, bədən xəsarəti yetirmək qərarının qəflətən yarandığını, bıçağın özünə məxsus olduğunu və bıçağı özünü müdafiə etmək məqsədi ilə götürdüyünü, ona görə ki, Aysellə mübahisə etdikdə Ayselin və ya Ruslanın ona nəsə edə biləcəyindən ehtiyat etdiyini, hadisədən sonra taksi ilə Salyana getdikdə yolda bıçağı maşından yerə atdığını, bıçağın mətbəx bıçağı olmasını, 20-30 sm uzunluğunda, dəstəyinin taxtadan, tiyəsinin isə ağ nikkel materialdan hazırlandığını, bıçağı avtomobil hərəkətdə olarkən yerə tulladığını və həmin yeri xatırlamadığını, Zərərçəkmiş şəxs xəsarət yetirməyinə səbəb Ayselin onun anasının ünvanına söyüş söyməsi və həmin söyüşü geri götürməməsi olmasını, buna görə də Ayseli cəzalandırmaq üçün vurduğunu, Zərərçəkmiş şəxs öldürmək fikri olmadığını, öldürmək fikri olsaydı çoxsaylı bıçaq zərbələri endirərək öldürmək imkanı olduğunu, bir bıçaq zərbəsi vurduğunu və dərhal hadisə yerindən qaçdığını, Zərərçəkmiş şəxs vurub getdikdən sonra əsəbi oluğuna görə ola bilsin ki, Ayselin nömrəsinə “Vatsap” da “Sənə yaxşı oldu içəri girib çıxdıqdan sonra səni öldürəcəm” sözlərini yazdığını, lakin elə bir söz yazsa da çıxdıqdan sonra Ayseli öldürmək fikri olmadığını, “Vatsap” sosial şəbəkəsində Zərərçəkmiş şəxs ilə olan yazışmaların artıq silindiyini, həmçinin hadisədən sonra mobil telefonunu satdığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 6 ilə yaxındır ki, Ruslanla birlikdə yaşayır. Təxminən 2017-2018-ci illər ərzində onlar Abşeron rayonu, Qobu qəsəbəsində yaşamışlar. O, orada qaldığı müddətdə Ruslanla birlikdə restoran işlətmişdir. Həmin vaxt restorana müştəri qismində daim gəlib gedən Əli adlı şəxslə dostluq münasibətləri yaranmışdır. 2019-cu ilin mart ayında o, Ruslanla birlikdə Səbail rayonu, Salyan yolu 4 ünvanına hal-hazırda qaldıqları evə köçmüş və kirayə yaşamağa başlamışlar. Onlar Səbail rayonuna köçdükdən sonra da Əli ilə münasibətləri davam etmiş, Əli tez-tez onların evinə qonaq gəlmişdir. Təxminən 14.01.2020-ci il tarixdə Ruslan Əlinin 5 manat borc pul istədiyini demiş və ona 5 manat verərək Əlinin gəlib götürəcəyini bildirmişdir. Bundan sonra Ruslan işdə olduğu müddətdə Əli gəlib həmin 5 manat pulu götürüb və iki günə qaytaracağını demişdir. 18.01.2020-ci il tarixdə o, “Vatsap” sosial əlaqə vasitəsi ilə Əliyə yazaraq həmin 5 manat pulu ona kontur formasında vurmasım bildirmişdir. Əli isə ondan pul almadığını pulu Ruslandan aldığını və Ruslana qaytaracağını demişdir. O, isə pulu şəxsən özündən götürdüyünü bildirmişdir. Bundan sonra Əli onun ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. O, isə həmin söyüşləri Əlinin anasının ünvanına söymüşdür. Bundan sonra Əli bu məsələni həll etmək üçün onun yaşadığı evə gələcəyini demişdir. O, Əlinin mobil nömrəsini “qara siyahı”ya atmışdır ki, Əli ona yaza bilməsin. Daha sonra Əlidən çoxlu zənglər gəldiyini görüb, nömrəsini “Qara siyahı” dan çıxartmışdır. 20.01.2020-ci il saat 11 radələrində o, evdə olarkən Əli gəlmiş, evdə səs küy yaranmaması üçün o, Ruslanla birlikdə evdən çölə çıxmışdır. Evdən bir qədər kənarda “Qurman” restoranının yanında Ruslanın icarəyə götürdüyü obyekt olmuşdur. Ruslan həmin yeri ərzaq mağazası kimi işlədəcəyini düşünmüşdür, lakin hələ işlətməmişdir. Onlar söhbət etmək üçün həmin yerə getmişlər. İçəri daxil olduqda Əli demişdir ki, o, Əlinin anasının ünvanına nalayiq söyüş söymüşdür. Ruslan isə Əliyə onun qadın olduğu üçün əhəmiyyət verməməsini bildirmişdir. Bundan sonra Əli eybi yoxdur deyərək getmək istəmişdir. Bu zaman Əli qəfildən döş cibindən bıçaq çıxararaq onun döş boşluğu ilə qarın boşluğu arasına bir bıçaq zərbəsi endirmiş və qaçaraq uzaqlaşmışdır. Ruslan ona kömək edərək evə aparmışdır. Evdə təcili yardıma zəng vurmuş və təcili yardım gələrək onu 1 saylı Kliniki Tibbi mərkəzə aparmışdır. Evdə olarkən Əli onun nömrəsinə “Vatsap” da “Sənə yaxşı oldu içəri girib çıxdıqdan sonra səni öldürəcəm” sözlərini yazmışdır. Həmçinin o, əvvəlcə özünə xəsarət yetirən Əlidən şikayət etmək istəmədiyindən, buna görə də xəstəxanaya ilk gedəndə orada bıçaqla vurulmağını demədiyini, yıxalaraq xəsarət aldığını bildirmişdir. O, Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etmişdir Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 6 ilə yaxındır ki, Aysellə birlikdə yaşayır. Təxminən 2017-2018-ci illər ərzində onlar Abşeron rayonu, Qobu qəsəbəsində yaşamışlar. O, orada qaldığı müddətdə Aysellə birlikdə restoran işlətmişdir. Həmin vaxt restorana müştəri qismində daim gəlib gedən Əli adlı şəxslə dostluq münasibətləri yaranmışdır. 2019-cu ilin mart ayında o, Aysellə birlikdə Səbail rayonu, Salyan yolu 4 ünvanına hal-hazırda qaldıqları evə köçmüş və kirayə yaşamağa başlamışlar. Onlar Səbail rayonuna köçdükdən sonra da Əli ilə münasibətləri davam etmiş, Əli tez-tez onların evinə qonaq gəlmişdir. Təxminən 14.01.2020-ci il tarixdə Əli ona yığaraq 5 manat pula ehtiyacı olduğunu bildirmişdir. O, Əlinin gəlib götürə biləcəyini demiş və Əliyə verməsi üçün Ayselə 5 manat pul vermişdir. Bundan sonra Aysel demişdir ki, o, işdə olduğu müddətdə Əli gəlib həmin 5 manat pulu götürüb və iki günə qaytaracağını demişdir. 18.01.2020-ci il tarixdə Aysel ona bildirmişdir ki, Əli hələ də pulu qaytarmamışdır və buna görə də telefonda Əli ilə mübahisə etmişdir. Əli Ayseli nalayiq formada söymüş, buna görə də Aysel də həmin söyüşü Əlinin anasının ünvanına söymüşdür. Bundan sonra 20.01.2020-ci il saat 11 radələrində o, evdə olarkən Əli onların yaşadığL ünvana gəlmişdir. O, Aysellə birlikdə çölə çıxmışdır. Əli Ayselin anasına söyüş söydüyünü buna görə də söhbət etmək istədiyini bildirmişdir. Onlar evdə səs küy yaranmaması üçün evdən çölə çıxmışlar. Evdən bir qədər kənarda “Qurman” restoranının yanında onun icarəyə götürdüyü obyekt olmuşdur. O, həmin yeri ərzaq mağazası kimi işlədəcəyini düşünmüşdür, lakin hələ işlətməmişdir. Onlar söhbət etmək üçün həmin yerə getmişlər. İçəri daxil olduqda Əli demişdir ki, Aysel anasının ünvanına nalayiq söyüş söyüb. O, isə Əliyə Ayselin qadın olduğunu, buna görə də əhəmiyyət verməməsini bildirmişdir. Bundan sonra Əli eybi yoxdur deyərək getmək istəmişdir. Bu zaman Əli, qəfildən döş cibindən bıçaq çıxararaq Ayselin döş boşluğu ilə qarın boşluğu arasına bir bıçaq zərbəsi endirmiş və qaçaraq uzaqlaşmışdır. O, tez Ayseli yıxılmaması üçün tutmuş və kömək edərək evə aparmışdır. Evdə təcili yardıma zəng vuımuş və təcili yardım gələrək Ayseli aparmışdır. Həmçinin o, əvvəlcə Ayselin xəsarət yetirən Əlidən şikayət etmək istəmədiyini, buna görə də xəstəxanaya ilk gedəndə yıxalaraq xəsarət aldığını bildirdiyini, işi ilə əlaqədar olaraq polisə tez-tez gəlib getmək istəmədiyini, buna görə də ilkin izahatında borc məsələsindən xəbərsiz olduğunu bildirmiş,, hadisə yerində işığı yandırdığını və içərinin işıqlı olduğunu, baş verənlərin onun üçün gözlənilməz olduğunu və bunu gözləmədiyini, bıçaq vurmamışdan qabaq Əlinin əsəbi halda danışdığını, bıçaq vurduqdan sonra isə qaçaraq getdiyini, hadisə zamanı orada o, Aysel və Əli olduğunu, obyektin qapısını bağladığını, kənardan hadisəni heç kimin görmədiyini, cinayətdə istifadə olunan bıçağın 30-40 sm uzunluğunda olmasını, dəstəyinin sarı taxtadan, tiyəsinin isə ağ nikkel materialdan hazırlandığını, hadisədən sonra Aysel Kazmıovanm huşunun özündə olmasını və Ayselin qoluna girərərk evə gətirdiyini, təcili yardımda xəstəxanaya gedərkən vəziyyətinin bir qədər ağırlaşdığını, hadisə günü Əlinin gəlib Ayselin söyüş söydüyünü dedikdə o, Əliyə Ayselin əsəbi olduğunu və bıçaqla vura biləcəyini dediyini, bu sözü Əlinin çıxıb getməsi üçün qorxutmaq üçün dediyini, Ayselin əlində bıçaq olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir göstərdi ki, o, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu 4 ünvanında bacısı Aysel, qardaşı Elmar və yeznəsi Ruslanla birlikdə kirayə yaşayır. O, “Sədərək” ticarət mərkəzində satıcı işləyir. 20.01.2020-ci il tarixdə o, işə getməmişdir. Səhər saat 11 radələrində o, evdə yatmış və qəfildən anası Mehribanın səsinə oyanmışdır. Oyandıqda bacısı Zərərçəkmiş şəxsm yaralı vəziyyətdə görmüşdür. O, həyəcanlı şəkildə nə baş verdiyini soruşmuşdur. Bacısı cavab olaraq ona yıxıldığını bildirmişdir. Bundan sonra təcili yardıma zəng vurmuşlar və təcili yardım gələrək bacısını xəstəxanaya aparmışdır. Yoldaşı Ruslan da Aysellə birlikdə getmişdir. Sonradan ona məlum olmuşdur ki, bacısı Aysel əslində yıxılmamışdır. Ayselə Əli adlı şəxs bıçaqla xəsarət yetirmişdir. Əli adlı şəxs onların kirayə yaşadıqları evdə qonaq qismində bir neçə dəfə olmuşdur. Onun Əli ilə hər hansı münasibəti olmamışdır. O, bildiyi qədər bacısı Aysel, yoldaşı Ruslanla Abşeron rayonunda Qobu qəsəbəsində qalarkən həmin Əli adlı şəxslə dostluq münasibətləri yaranmışdır. Əli adlı şəxsin, bacısı Zərərçəkmiş şəxs xəsarət yetirməsi barədə Ayseldən soruşduqda Aysel ona tam cavab verməmişdir. O, bildiyi qədər onların arasında pul söhbəti olmuşdur. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında yaşayır. 19.01.2020-ci il tarixdə o, Bakı şəhərinə qızı Zərərçəkmiş şəxsmn yaşadığı Səbail rayonu, Salyan yolu 4 ünvanına gəlmişdir. Həmin ünvanda onun qızı Ayseli, iki oğlu Elmar və Babasən və Ayselin yoldaşı Ruslan yaşayır. 20.01.2020-ci il tarixdə saat 11 radələrində qızı Aysel mağazaya getmək adı ilə evdən çıxmışdır. Təxminən 5 dəqiqə sonra qızı Aysel yoldaşı Ruslanla birlikdə geri qayıtmışdır. Geri qayıdarkən o Ayselin həyəcanlı olduğunu görmüşdür. Ayselə baxdıqda üst geyiminin zədələndiyini və xəsarət aldığını görmüş, Ayseldən soruşduqda Aysel ona bildirmişdir ki, yolda yıxalaraq xəsarət almışdır. Sonra onlar təcili yardıma zəng vurmuşlar. Təcili yardım gələrək Ayseli xəstəxanaya aparmışdır. Xəstəxanada olarkən o, Ayseldən öyənmişdir ki, Aysel əslində yıxılmamışdır. Ayseli Əli adlı şəxs bıçaqla vuraraq xəsarət yetirmişdir. O, həmin vaxt evə kiminsə gəldiyini bilməmişdir. Ola bilsin ki, Aysel mağazaya gedəcəyini dedikdən sonra Ruslanla birlikdə çıxmışdır. O, Ayselin evdən tək və ya Ruslanla birlikdə çıxdığını bilməmişdir. Aysel onun yanına gələrək mağazaya gedəcəyini demiş və getmişdir. 20.01.2020-ci il tarixdə evdə azyaşlı nəvəsi Səmid, oğlu Babasən olmuşdur. Onlar yatmışdırlar. Digər oğlu Elmar evdə olmamışdır. O, yuxudan oyandıqda kürəkəni Ruslanı görməmişdir. Sonradan o, bilmişdir ki, həmin vaxt Aysel Ruslanla birlikdə getmişdir. O, Əli adlı şəxsi tanımır, hadisədən sonra qızı Aysel ona demişdir ki, Əli dostudur və aralarında pula görə mübahisə yaranmış, buna görə də Əli Ayseli bıçaqla vurmuşdur. Cinayət işinin 13-14-cü vərəqlərində olan protokoldan görünür ki, araşdırma zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan bir ədəd göy rəngli idman şalvarı və 1 ədəd qara fonda qırmızı nöqtəli yarım qol köynək götürülmüş, bu barədə protokol tərtib olunaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 160-164-cü vərəqlərində olan protokoldan görünür ki, araşdırma zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, tərəflər əvvəllər verdikləri ifadələri bir-birlərinin üzünə təkrar etmiş, həmçinin ifadələrində olan ziddiyyətli xiisusatlar aradan qaldırılmışdır. Bu barədə müvafiq protokol tərtib olunmuş və iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 68-70-ci vərəqlərində olan protokoldan görünür ki, araşdırma zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, törətmiş olduğu cinayət hadisəsi barədə tam təfərrüatları ilə danışmışdır. Bu barədə müvafiq protokol tərtib olunmuş və iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 32-35-ci vərəqlərində olan protokoldan görünür ki, araşdırma zamanı hadisə yerinə baxış istintaq hərəkəti keçirilmiş və bu barədə müvafiq protokol tərtib olunaraq iş materiallarına əlavə edilmişdir. Hadisə yerinə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən müvafiq görüntülər mobil telefonla çəkilərək diskə köçürülmüş və protokola əlavə olunmuşdur. Məhkəmə iclasında Video-diskdə olan birinci hissə video fayl açılaraq baxılan zaman müəyyən olunmuşdur ki, videogörüntüdə 20.01.2020-ci il tarix saat 10:41;51-dən saat 10:42:32~dək olan videogörüntü vardır. Videogörüntüdə saat 10:42:12-də bir nəfər başında papaq əynində qara qış gödəkçəsi və göy şalvar olan kişi cinsinə mənsub olan şəxsin gödəkçəsiniıı cibindən açar çıxararaq obyektə yaxınlaşması, onun arxasınca bir nəfər başında qara papaq, əynində qara qış gödəkçəsi və tünd göy şalvar olan kişi cinsinə mənsub olan şəxsin və bir nəfər əynində uzun jilet və göy şalvar olan qadın cinsinə mənsub şəxsin gəlməsi müşahidə olunmuşdur. Məhkəmə iclasında Vİdeo-diskdə olan ikinci hissə video fayl açılaraq baxılan zaman müəyyən olunmuşdur ki, videogörüntüdə 20.01.2020-ci il tarix saat 10:45:25-dən saat 10:46:28-dək olan videogörüntü vardır. Videogörüntüdə saat 10:45:27-də birinci hissə videofaylda qadınla birlikdə gələn əynində qara papaq, qara qış gödəkçəsi və tünd göy şalvar olan şəxsin sağ əlində saxladığı bıçaqla uzaqlaşması müşahidə olunmuşdur. Videogörüntüdə saat 10:46:11-də birinci hissə videofaylda irəlidə gələrək cibindən açar çıxaran başında papaq əynində qara qış gödəkçəsi və göy şalvar olan kişi cinsinə mənsub şəxsin qadının qoluna girməsi, daha sonra onu bel hissəsindən qucaqlayaraq uzaqlaşması müşahidə olunmuşdur. Cinayət işinin 96-99-cu vərəqlərində olan məhkəmə tibbi ekspertizasının 19.02.2020-ci il tarixli, 61 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- böyük piyliyin zədələnməsi və qarın boşluğuna qanaxma (80ml) ilə müşayiət olunan qarının ön divarının sol qabırğaaltı nahiyədə daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara deşici-kəsici xarakterli alət təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 20.01.2020-ci il tarixdə sol qabırğaaltı nahiyəyə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Cinayət işinin 114-115-ci vərəqlərində olan məhkəmə tibbi-bioloji ekspertizasının 168/2020-MTBŞ nömrəli 13.03.2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu təqdim olunmuş şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən - A(İİ) Ekspertizaya maddi sübut kimi təqdim edilmiş idman şalvarı və qara fonda qırmızı dairəli köynək üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Həmin qan ləkələrində qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda yalnız A antigenti alındı. Bu antigent A(İİ) qrupunu xarakterizə etdiyindən ləkələrdə yalnız onun alınması qanın həmin qrupa məxsus olduğunu göstərir. Beləliklə, bu qan ləkələrinin Zərərçəkmiş şəxs özünə məxsus olması inkar olunmur. Cinayət işinin 144-152-ci vərəqlərində olan məhkəmə trasoloji ekspertizasının 91- MTKŞ/2020 nömrəli 18.03.2020-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs qızma məxsus koftanın ön səthində 01 (bir) ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədə deşilmiş-kəsilmiş zədə olub, küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənə bilər. Ekpertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs qızma məxsus şalvarda zədə və zədə izləri aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs qızma məxsus koftanın ön səthində solda olan 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə qarnın ön divarında sol qabırğaaltı nahiyədə daxilə nüfuz edən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yara ilə nisbi olaraq uyğun gəlir. Cinayət işinin 117-118, 153-156-cı vərəqlərində olan Kompleks Ambulator Məhkəmə- Psixiatrik və Məhkəmə Psixoloji ekspertizasının 13.03.2020-ci il tarixli 558 saylı rəyindən görünür ki, Məhkəmə psixiatrik ekpsertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Törətdiyi cinayət hadisəsi zamanı anlaqlı olmuşdur. Törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altma düşmür. Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb biçmək, düzgün qavrayıb təsvir edə bilmək imkanına malikdir. Məhkəmə psixoloji ekpertizası üzrə yekun hissə: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri aşkar olumur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə ( psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Özünə qarşı hörmət tələb etmək, çılğınlıq, eqosentrizm, inadkarlıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs baş verənləri düzgün qavrayıb təsvir etmək və bu barədə düzgün məlumat vermək qabiliyyətinə malikdir. Cinayət əməlini törədərkən psixi-emosional sferasında hirslilik əmələ gəlmişdir. Həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən şüuruna və fəaliyyətinə təsir göstərə bilən emosional halda, qəflətən baş vermiş güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 58, 85-93-cü vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 30 yanvar 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, sonradan barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar, CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 30 yanvar 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Maddi sübut kimi tanınaraq Bakı şəhəri Səbail RPİ-nin maddi sübutlar otağına təhvil verilmiş 01 ədəd şalvar və 01 ədəd köynək məhv edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmədə təqsirləndirilən şəxs X4 oğluna göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi 420 AZN (üç dörd yüz iyirmi manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il 06 (altı) aymüddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 30 yanvar 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi tanınaraq Bakı şəhəri Səbail RPİ-nin maddi sübutlar otağına təhvil verilmiş 01 ədəd şalvar və 01 ədəd köynək məhv edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi 420 AZN (üç dörd yüz iyirmi manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Eldar Mikayılov