Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-167/2022 22.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokurorları Dövlət ittihamçısı və X8 müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə 1988-ci il noyabrın 25-də Bərdə rayonunun Hacallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, deməsinə görə fərdi əməklə məşğul olmuş, Bərdə rayonunun Hacallı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayədə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin, tiryək və psixotrop maddə metamfetamin əldə edib saxlamaqla daşımış və satmışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin qanunsuz dövriyyəsi sahəsində mənfəət əldə etmək üçün tanışı Şahid1 ilə qabaqcadan əlbir olduğu bir qrup şəxs halında istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib sonuncuya 2.000 manat müqabilində istintaqa məlum olmayan müddətdə və yerdə ayrı-ayrılıqda 0,898 qram, 0,910 qram və 5,749 qram, ümumilikdə 7,557 qram təmiz çəkidə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 41,954 qram təmiz çəkidə külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, ayrıayrılıqda 148,643 qram, 2,668 qram, 0,070 qram, 0,060 qram, 0,062 qram, 0,095 qram, 0,078 qram, 0,065 qram, 0,085 qram və 0,080 qram, ümumilikdə 151,906 qram təmiz çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin satmış, Şahid1 isə öz növbəsində satış məqsədi ilə ondan əldə etməklə həmin psixotrop maddə metamfetamini və narkotik vasitələri kirayələdiyi ünvan 2 ünvanına daşıyaraq orada saxlamış, qeyd edilən narkotik vasitə heroindən «Kent» markalı siqaret qutusundakı səkkiz ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış ayrı-ayrılıqda 0,070 qram, 0,060 qram, 0,062 qram, 0,095 qram, 0,078 qram, 0,065 qram, 0,085 qram və 0,080 qram, ümumilikdə 0,595 qram təmiz çəkidə olan hissəni 2020-ci il martın 06-da axşam saatlarında Bakı şəhərinin Nərimanov rayonundakı «Gənclik» metrostansiyasının yaxınlığında 180 manat müqabilində satdığı tanışı X14 2020-ci il martın 08-də saat 00:15 radələrində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 2 «a» ünvanının qarşısında şübhəli şəxs qismində saxlanıb polis bölməsinin inzibati binasına gətirilməklə üzərində şəxsi axtarış aparıldıqda əynindəki gödəkcənin sağ yan cibindən satış məqsədi olmadan Şahid1 qanunsuz olaraq əldə edib üstündə saxladığı «Kent» markalı siqaret qutusundakı səkkiz ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,070 qram, 0,060 qram, 0,062 qram, 0,095 qram, 0,078 qram, 0,065 qram, 0,085 qram, 0,080 qram olmaqla ümumilikdə təmiz çəkisi 0,595 qram olan kustar üsulla hazırlanmış göstərilən narkotik vasitə heroin aşkar edilərək götürülmüş, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 2020-ci il martın 08-də saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində saxlanıb polis bölməsinin inzibati binasına gətirilməklə orada üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkcənin sağ qolunun bilək nahiyəsinə yaxın içəri hissəsindən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq əldə edib üstündə saxlamaqla daşıdığı bir ədəd bükümdə təmiz çəkisi 2,668 qram olan külli miqdarda narkotik vasitə heroin, habelə eyni tarixdə saat 18 radələrində Şahid1 kirayədə yaşadığı ünvan 2 ünvanında aparılan axtarış zamanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı iki ədəd sellofan kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,898 qram, 0,910 qram və qutunun içərisinə dağılmış halda təmiz çəkisi 5,749 qram olmaqla ümumilikdə təmiz çəkisi 7,557 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, bir ədəd şüşə qabın içərisində təmiz çəkisi 41,954 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryək, bir ədəd plastik qabda təmiz çəkisi 148,643 qram olan kustar hazırlanmış külli miqdarda narkotik vasitə heroin, bundan əlavə X5 məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı üzərində bir ədəd «Türkoğlu» yazısı olan ayaqqabı qutusunda təmiz çəkisi 230,0 qram, iki ədəd üzərində «Bostan» yazısı olan və bir ədəd üzərində yazısı olmayan şüşə qablarda, həmçinin və bir ədəd sarı qapaqlı şüşə bankada ayrı-ayrılıqda təmiz çəkiləri müvafiq qaydada 60 qram, 45 qram, 35 qram və 18,903 qram olmaqla ümumilikdə çəkisi 388,903 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana, eləcə də bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ona elan edilən ittihamda təqsirli bilməyib ifadəsində göstərdi ki, o, narkotikdən istifadə etməmiş, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. Gürcüstan vətəndaşı Şahid1 ilə 2017-ci ildə Bakı şəhəri Sabunçu rayonunun ərazisində qəssab dükanı işlədərkən tanış olmuşdur. X21 və X10 tanımamaqla sonuncular ilə heç bir əlaqəsi və münasibəti olmamışdır. 2020-ci il mart ayının əvvəllərində Mustafanın Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulduğunu eşitmişdir. O, heç vaxt sonuncuya narkotik vasitə və ya psixotrop maddə satmamış yaxud verməmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, 2020-ci il martın 08də saat 00:15 radələrində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməliyyat müvəkkili polis kapitanı Şahid3 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 2 «a» ünvanının qarşısında xidməti vəzifələrini icra edən zaman yanlarından keçən bir nəfər şəxsin özünü şübhəli apardığını müşahidə etdikdə yaxınlaşmaqla özlərini təqdim edərək şəxsiyyətini müəyyənləşdirmək üçün verdikləri suallara sonuncu adekvat cavab verdiyinə, rabitəsiz danışdığına və ərazidən uzaqlaşmağa çalışdığına görə üzərində narkotik vasitə olmasından şübhələnib həmin şəxsi polis bölməsinə gətirmişlər. Orada sonuncunun X14 olması müəyyən edildikdən sonra videoçəkilişlə müdafiəçinin iştirakı ilə sonuncunun üzərində şəxsi axtarış aparılarkən X14 geyindiyi qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd «Kent» markalı siqaret qutusunda olan kağız kəsiyindən hazırlanmış səkkiz ədəd büküm çıxarmaqla təqdim edərək içərisindəki narkotik vasitə heroini Bakı şəhərinin Nərimanov rayonundakı «Gənclik» metrostansiyasının yanında Mustafa adlı tanışından öz şəxsi istifadəsi üçün cəmi 180 manat müqabilində doqquz bükümdə aldığını, onların birini qəbul etdiyini bildirmişdir. Bükümlər zərfə qablaşdırılıb möhürlənməklə götürülmüşdür. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq sonuncunun şəxsiyyətinin və olduğu yerin müəyyənləşdirilib bölməyə gətirilməsi üçün onun rəhbərliyi altında əməliyyat müvəkkilləri polis kapitanı Şahid3, polis leytenantları Şahid5 və Şahid6 ibarət əməliyyat qrupunun üzvləri qeyd olunan tarixdə saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 1, ev 8 ünvanının qarşısında Şahid1 müəyyən edərək polis bölməsinə gətirmişlər. Orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə sonuncunun üzərində şəxsi axtarış aparılarkən Şahid1 əynindəki qara rəngli gödəkcənin sağ qolunun bilək nahiyəsinə yaxın içəri hissəsindən sellofan kəsiyindən bir ədəd büküm çıxarıb təqdim etməklə içərisindəki narkotik vasitə heroinin bir qramını 18 manata Əlvan adlı tanışından satış məqsədi ilə alaraq üzərində daşıdığını, həmçinin kirayədə yaşadığı ünvan 2-də satış məqsədi ilə bir neçə növdə narkotik vasitə saxladığını bildirmişdir. Daha sonra Şahid1 razılığı ilə göstərilən ünvanda saat 18 radələrində videoçəkilişlə müdafiəçinin iştirakı ilə axtarış və götürmə aparılması vaxt Şahid1 Əlvan adlı şəxsdən satış məqsədi ilə 1.800 manat müqabilində almasını bildirdiyi iki ədəd sellofan kəsiyi bükümlərində psixotrop maddə metamfetaminə, bir ədəd şüşə qabın içərisində narkotik vasitə tiryəkə, bir ədəd plastik qabda narkotik vasitə heroinə, Azad adlı şəxsdən həm öz istifadəsi üçün, həm də satış məqsədi ilə 2.000 manat müqabilində əldə etdiyini bildirdiyi bir ədəd «Türkoğlu» yazısı olan ayaqqabı qutusunda, iki ədəd üzərində «Bostan» yazısı olan və bir ədəd üzərində yazısı olmayan şüşə qablarda, həmçinin bir ədəd sarı qapaqlı şüşə bankada narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri, narkotik vasitələri çəkməkdən ötrü istifadə etdiyini bildirdiyi bir ədəd elektron tərəzini təqdim etmişdir. Eyni qaydada onun rəhbərliyi altında əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid4, polis leytenantları Şahid5 və Şahid6 ibarət əməliyyat qrupu tərəfindən X24 həmin tarixdə saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində olması müəyyən edilib polis bölməsinə gətirilmiş, orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə sonuncunun üzərində şəxsi axtarış zamanı X24 əlindəki üzərində «Newyorker» yazısı olan sellofan torbadan iki ədəd sellofan paketi, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü, qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd «Nokia» markalı mobil telefonu çıxarıb təqdim etməklə paketin və bükümün içərisindəki narkotik vasitə marixuananı Mustafa adlı şəxsə çatdırmaq məqsədi ilə tanımadığı şəxsdən aldığını və bunun müqabilində Mustafanın 2.000 manat verməli olduğunu bildirmişdir. Tərtib olunan protokolların düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. Şahid1 satış məqsədi ilə narkotik vasitə əldə etdiyi Əlvan adlı şəxsin yaşadığı ünvanı göstərdikdən sonra sonuncunun şəxsiyyətinin Təqsirləndirilən şəxs olması müəyyənləşdirilmiş, Şahid1 qanunsuz olaraq narkotik vasitə dövriyyəsini həyata keçirməkdə şübhəli bilinib axtarışda olan Təqsirləndirilən şəxs şəklini portalda tanımaqla narkotik vasitəni sonuncudan aldığını bildirmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində işləyən cinayət-axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid3, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid4, polis leytenantları Şahid5 və Şahid6 Şahid2 ilə analoji ifadələr verdilər. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində işləyən qəssab kimi tanıyaraq sonuncudan hər hansı narkotik vasitə və ya psixotrop maddə almamış yaxud verməmişdir. O, tutularkən polis əməkdaşlarının təzyiqi ilə Əlvanın adını demiş, lakin kafe işlətməklə sonuncudan sadəcə olaraq həftədə 2-3 dəfə ət almışdır. Əlvanla 164 dəfə telefon əlaqəsi saxlaması məhz qeyd edilən məsələ ilə bağlı olmuşdur. Onun narkotik vasitə aldığı Əlvan adlı şəxs başqasıdır. İş üzrə əlavə şahid qismində dindirilən X19 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs sonuncunun qardaşı X11 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində işlətdiyi «optovoy» sayılan ət dükanından öz mağazasında satmaq üçün ət alarkən tanımışdır. Belə ki, sonuncu Əlvanla birlikdə 2010-2017-ci illərdə göstərilən ərazidə qəssab dükanı işlətmişdir, daha sonra 2018-ci ilin əvvəlindən 2021-ci ilin sonuna kimi Əlvan və o, qəsəbədə üzbəüz dükanlarda işləmişlər. O, sonuncunun axtarışda olmasını bilməmiş, öz dükanında və ümumiyyətlə narkotik vasitə istifadə etməsi və ya həmin maddələrin satışı ilə məşğul olmasını görməmişdir. Şahid1 adlı şəxsi tanımamış, sonuncunun kafe işlədərək Əlvandan ət almasını heç yerdə eşitməmişdir. İş üzrə əlavə şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, o, 2018-ci ildə atasının adına olan 24 m2 sahəli qarajı icarə müqaviləsinə əsasən aylıq 1.400 manata Təqsirləndirilən şəxs qeyd edilən ünvanda ət dükanını işlətmək üçün vermiş və sonuncu özünü sakit, mədəni insan kimi tanıtmışdır. O, Əlvanın dükanda narkotik vasitədən istifadə etməsi və ya göstərilən maddələrin satışı ilə məşğul olmasını müşahidə etməmişdir. Şahid1 adlı şəxsi tanımayıb sonuncunun kafe işlətməklə ət alması ilə bağlı Əlvana müraciət etməsinin heç vaxt şahidi olmamışdır. Məhkəmə iclasında ifadələri elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırmada şübhəli və təqsirləndirilən şəxslər qismində dindirilərkən ittiham olunduğu əməlləri etiraf etməyib 2010-2017-ci illərdə Bakı şəhəri, Sabunçu rayonunda mağaza icarəyə götürüb qəssab işlədiyini, daha sonra Bakı şəhərinin müxtəlif tikinti obyektlərində qeyri-rəsmi şəkildə günəmuzd rəngsazlıq etdiyini, 2017-ci ildə tanış olduğu Şahid1 bir neçə dəfə mağazaya gəlməklə ondan ət aldığını göstərmişdir (3-cü cild, iş vərəqi 232-236 və 291-296). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid1 ibtidai araşdırmada təqsirləndirilən şəxs və şahid qismində dindirilərkən 2020-ci ilədək tikintilərdə günəmuzd, qəlib ustası və briqadir çalışdığını, bundan əvvəl Rusiyada ayaqqabı satışı ilə məşğul olduğunu, 2019-cu ilin mart ayında onunla bir yerdə rəngsaz işləyən dostu X20 narkotik vasitə qurudulmuş marixuananı siqaretə doldurub yandırmaqla çəkdiyini görəndə onda maraq oyandığı üçün ona da qurudulmuş marixuana təşkil etməsini xahiş etdiyini, sonuncu razılaşdığından bu minvalla hər dəfə 10 manat verib Azaddan bir neçə dəfə qurudulmuş marixuana almaqla çəkdiyini və satışından yaxşı pul əldə etdiyini düşünərək qazancının bir hissəsini sonuncuya vermək şərti ilə özünün də narkotik vasitənin satışı ilə məşğul olmasını qərarlaşdırdığını, 2020-ci il yanvar ayının əvvəllərində gecə saatlarında Azadın Bakı şəhəri Suraxanı rayonunun Bakıxanov qəsəbəsində ona 2.000 manat pul müqabilində verdiyi 400 qram qurudulmuş marixuananı kirayədə yaşadığı ünvan 2 ünvanında ailə üzvlərindən gizli ayaqqabı qutusunda və şüşə qablarda gizlətdiyini, arabir gizlincə qurudulmuş marixuanadan yandırıb çəkməklə həmin narkotikin bir qramını 20 manatdan satdığını, 2020-ci il fevral ayının əvvəllərində isə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Arablinka küçəsində təsadüfən tanış olduğu Əlvan adlı şəxsin birlikdə narkotik vasitə sataraq qazanc əldə etmək təklifi ilə razılaşıb sonuncudan 2.000 manat müqabilində 10 qrama yaxın psixotrop maddə metamfetamin, 50 qrama yaxın narkotik vasitə tiryək və 160 qrama yaxın narkotik vasitə heroin növbəti gün axşam saatlarında bir ədəd sellofan bağlamada götürməklə mənzildə gizlətdiyi qeyd edilən maddələri səhərisi gündən satmağa başladığını, Əlvanla telefon vasitəsilə əlaqə saxlayaraq sonuncunun nömrəsini yadda saxlamadığını, 2021-ci il iyulun 23-də şahid qismində dindirilərkən tanınmaya təqdim edilən şəxslər arasında ona narkotik vasitə satan Əlvan adlı şəxsin olmadığını, Təqsirləndirilən şəxs təxminən iki il əvvəl qəssab kimi tanıyıb sonuncuya bir neçə dəfə zəng etməklə sifariş verdiyi əti aldığını, əvvəlki ifadələrində qeyd etdiyi Əlvan adlı şəxsin əslən Cəlilabad rayonundan olmaqla 40-45 yaşlarında, arıq bədən quruluşlu, bəstəboy biri olduğunu, narkotiki özünün uzun müddətdən bəri tikinti obyektlərində işləyib qazandığı pulla aldığını göstərmişdir (1-ci cild, iş vərəqi 259-261; 3cü cild, iş vərəqi 98-110 və 164-172, 4-cü cild, iş vərəqi 240-242). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid7 ibtidai araşdırmada şahid qismində dindirilərkən ifadəsində təxminən 2013-cü ildə internet vasitəsilə «Odnoklassnik» sosial şəbəkəsində tanış olduğu Şahid1 dəvəti ilə Rusiya Federasiyasından Bakı şəhərinə gəlib birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində müxtəlif ünvanlarda kirayədə yaşamağa başladıqlarını, 2020-ci il martın 08də gecə saat 02 radələrində Mustafanın həbs olunaraq axtarış zamanı sonuncunun üzərindən və kirayədə yaşadıqları mənzildən narkotik vasitə aşkar olunmasını bildiyini, Mustafanın dostu kimi tanıdığı X20 tez-tez qaldıqları mənzilə gəlib-getdiyini, həmçinin Mustafa ilə telefon vasitəsilə əlaqə saxladığını, sonuncunun tanışı kimi tanıdığı Əlvan adlı şəxsə məxsus ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinin Mustafanın telefonunda qeyd olunduğunu dəqiq xatırladığını göstərmişdir (3-cü cild, iş vərəqi 76-80). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin 2020-ci il 29 aprel tarixli 079-2428-1220 №-li məktubunun kserosurətindən görünür ki, Şahid1 Əlvan adlı şəxsi və X22 zəng edərək narkotik vasitələri məlum yerdən götürüb Şahid1 aparmasını həvalə edən şəxsi müəyyən etmək üçün keçirilən əməliyyataxtarış tədbirləri müsbət nəticə verməmişdir (2-ci cild, iş vərəqi 150). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 13 may və 2020-ci il 27 iyul tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə 2020-ci il 14 may və 2020-ci il 28 iyul tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işinin materiallarından təqsirləndirilən şəxslər Şahid1 və X24, şəxsiyyəti istintaqa məlum olmayan Əlvan adlı şəxs barəsində ayrıca icraata ayrılan Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ********* nömrəli cinayət işinin materiallarından həmin adı çəkilən Əlvan şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmaqla icraata qəbul edilmişdir (1-ci cild, iş vərəqi 15- 18; 2-ci cild, iş vərəqi 272-290; 3-cü cild, iş vərəqi 125-159). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2020-ci il sentyabrın 08-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (3-cü cild, iş vərəqi 192). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin 2020-ci il 15 sentyabr tarixli qərarından, 2021-ci il 23 aprel tarixli ***-**** №-li məktubunun və eyni tarixli protokolunun kserosurətlərindən görünür ki, 2020-ci il sentyabrın 15-də axtarışı elan edilən Təqsirləndirilən şəxs keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2021-ci il aprelin 23-də ünvan 5 ünvanının qarşısında saxlanıb polis bölməsinə gətirilmişdir (3-cü cild, iş vərəqi 198-200 və 207-208). İş materiallarındakı şübhəli şəxs Təqsirləndirilən şəxs 2021-ci il 24 aprel tarixli razılıq ərizəsindən və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, sonuncunun yaşadığı ünvan 1 ünvanına müdafiəçinin və hal şahidlərinin iştirakı ilə keçirilən axtarış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkarlanmamış, fotocədvəl protokola əlavə edilmişdir (3-cü cild, iş vərəqi 262 və 267-279). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 25 aprel tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur (3-cü cild, iş vərəqi 282-284). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2021-ci il 25 aprel tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 06 may tarixli qərarlarının surətlərindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il aprelin 23dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmiş, 2021-ci il mayın 06-da Bakı Apellyasiya Məhkəməsi qeyd olunan qərarı dəyişdirilmədən saxlamışdır (4-cü cild, iş vərəqi 1-7 və 102-106). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2020-ci il 06 avqust tarixli hökmünün surətindən görünür ki, X14 Şahid1 adlı şəxsdən satış məqsədi olmadan səkkiz bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,595 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin qanunsuz olaraq əldə edib daşımaqla saxladığına görə Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur (4-cü cild, iş vərəqi 73-80). İş materiallarındakı «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 02 iyun tarixli BKC/LGL-9385/21 №-li məktubundan və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 10 iyun tarixli protokoldan görünür ki, MMC-dən daxil olan bir ədəd CD diskinə baxış keçirilərkən 2020-ci il yanvarın 01-dən 2020-ci il martın 08-dək olan müddət ərzində, axırıncı dəfə 2020-ci il martın 08-də saat 16:39:21-dən etibarən 73 saniyə olmaqla Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə Şahid1 məxsus ***-***-**-** mobil mobil telefon nömrəsi arasında, yəni sonuncunun tutulan günə kimi Bakı şəhəri üzrə müxtəlif ərazilərdə yerləşən anten dairələrində qarşılıqlı olaraq mütəmadi şəkildə ümumilikdə 164 dəfə, 2020-ci il yanvarın 03-dən 2020-ci il yanvarın 15-dək olan müddət ərzində Təqsirləndirilən şəxs məxsus ***- ***-**-** mobil telefon nömrəsi ilə Şahid1 məxsus ***-***-**-** mobil mobil telefon nömrəsi arasında Bakı şəhəri üzrə müxtəlif ərazilərdə yerləşən anten dairələrində qarşılıqlı olaraq mütəmadi şəkildə ümumilikdə 9 dəfə rabitə əlaqəsi saxlanılmaqla danışıqlar aparılması müəyyən edilmiş, çıxarışlar protokola əlavə olunmuşdur (4-cü cild, iş vərəqi 81-94). İş materiallarında olan «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 31 may tarixli 10933 №-li məktubundan görünür ki, 2020-ci il yanvarın 01-dən 2020-ci il aprelin 01-dək olan müddət ərzində Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı nömrənin şəbəkədə istifadəsi aşkarlanmamışdır (4-cü cild, iş vərəqi 98). İş materiallarındakı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 5 saylı regional ərazi filialının 2021-ci il 01 iyun tarixli **********9 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs filialdan əlilliyə görə müavinət almır (4-cü cild, iş vərəqi 99). İş materiallarındakı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X16 Ərazi Bölmələrini İdarəetmə Birliyinin «Bərdə Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsinin 2021-ci il 01 iyun tarixli 570 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın narkoloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur (4-cü cild, iş vərəqi 100). İş materiallarındakı Bərdə Rayonu İcra Hakimiyyəti başçısının Hacallı Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2021-ci il 21 iyun tarixli 140 №-li və 141 №li arayışlardan, habelə eyni tarixli xasiyyətnamədən görünür ki, Bərdə rayonunun Hacallı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs ailəsi atası X15 və anası X3 ibarətdir, Təqsirləndirilən şəxs 1995-2004-cü illər arasında Hacallı kənd Elxan Zeynalov adına tam orta məktəbində təhsil aldığı müddətdə öz yoldaşları arasında hörmətli olmuş, kəndin ictimai işlərində yaxından iştirak etmiş, məktəbi bitirəndən sonra atası ilə birlikdə rəngsaz işləmişdir (4-cü cild, iş vərəqi 160-162). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2020-ci il 06 avqust tarixli hökmünün surətindən görünür ki, X14 Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, maddi sübut kimi tanınmaqla sonuncudan aşkarlanan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,465 qram narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi və iş üzrə 108,46 manat məbləğində ekspertiza xərcinin X7 tutularaq dövlət büdcəsinə keçirilməsi hökm olunmuşdur (4-cü cild, iş vərəqi 72-80). İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 22 iyun tarixli hökmünün surətindən görünür ki, Mustafa Hüseyn oğlu X2 və şəxsiyyəti istintaqa məlum olmayan Əlvan adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq sonuncudan 2.000 manat müqabilində istintaqa məlum olmayan vaxtda və yerdə ümumilikdə 7,557 qram təmiz çəkidə külli miqdar təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 41,954 qram təmiz çəkidə külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, ümumilikdə 151,906 qram təmiz çəkidə külli miqdar təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, X18 isə 2.000 manat müqabilində ümumilikdə 388,903 qram təmiz çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vaistə qurudulmuş marixuana əldə etməyə görə Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci, 234.4.2.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinib 09 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunaraq məhkəmə iclasında təqsirləndirilən şəxs qismində verdiyi ifadədə onunla birlikdə mühakimə olunan X20 rəngsaz, özünün isə qəlib ustası işlədiklərini, 2020-ci ilin fevral ayında təsadüfən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində tanış olduğu Əlvanla narkotikin alqısatqısı ilə əlaqədar telefon vasitəsilə əlaqə saxlamaqla həmin ərazidə xatırlamadığı ünvanda görüşdüyünü bildirmiş, maddi sübut kimi tanınan saxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlancına təhvil verilən təqsirləndirilən şəxs Şahid1 aşkarlanıb götürülməklə ekspertiza tədqiqatından sonra qalıq qalmış bir ədəd bükümdəki 2,598 qram təmiz çəkidə narkotik vasitə heroinin, sonuncunun yaşadığı evdən aşkarlanıb götürülməklə ekspertiza tədqiqatından sonra qalıq qalmış bir ədəd plastik qabdakı ümumilikdə 148,573 qram təmiz çəkidə narkotik vasitə heroinin, iki ədəd bükümdəki və qutudakı ümumilikdə 7,407 qram təmiz çəkidə psixotrop maddə metamfetaminin, bir ədəd şüşə qabdakı ümumilikdə 41,907 qram təmiz çəkidə narkotik vasitə tiryəkin, bir ədəd üzərində «Türkoğlu» yazılmış ayaqqabı qutusundakı, iki ədəd üzərində «Bostan» yazılmış və bir ədəd şüşə qablardakı, bir ədəd sarı qapaqlı şüşə bankadakı ümumilikdə 388,553 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananın, bir ədəd elektron tərəzinin, təqsirləndirilən şəxs X18 aşkarlanıb götürülməklə ekspertiza tədqiqatından sonra qalıq qalmış bir ədəd bükümdəki və iki ədəd sellofan paketdəki ümumilikdə 515,203 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananın məhv edilməsi hökm olunmuş, iş üzrə 487,1 manat məbləğində ekspertiza xərcinin Şahid1 və X20 hər birindən 243,55 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi hökm olunmuşdur (4-cü cild, iş vərəqi 164-186). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəməpsixiatrik ekspertizasına dair 2021-ci il 04 iyun tarixli 1179 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməllərin törədildiyi dövrdə hər hansı psixi xəstəliyin, eləcə də psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəliyin əlamətləri aşkar edilməməklə sonuncu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edərək onları idarə etmək iqtidarında olduğundan anlaqlı hesab olunmalıdır, məcburi müalicəyə ehtiyacı yoxdur (4-cü cild, iş vərəqi 213-214). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 15 iyul tarixli 2352 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (4-cü cild, iş vərəqi 215-216). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 23 iyul tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, iş üzrə Şahid1 ifadələrində Əlvan kimi göstərdiyi satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin, tiryək və psixotrop maddə metamfetamin əldə etdiyi şəxsin tanınmaya təqdim edilən şəxslər arasında olmadığını, tanınmaya təqdim olunan Təqsirləndirilən şəxs isə qəssab kimi tanıdığını bildirmiş, fotocədvəl protokola əlavə edilmişdir (4-cü cild, iş vərəqi 235-239). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 24 iyul tarixli protokoldan görünür ki, iş üzrə Şahid1 Təqsirləndirilən şəxsla üzləşdirilərkən sonuncunu qəssab kimi tanıdığını, göstərilən şəxsdən bir neçə dəfə ət aldığını bildirərək ifadəsini təsdiqləmiş, Əlvan Ramiz oğlu onun dedikləri ilə razılaşdığını bildirmişdir (4-cü cild, iş vərəqi 246-248). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin 2021-ci il 25 iyul tarixli ***-**** №-li məktubundan görünür ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 narkotik vasitələri və psixotrop maddələri Təqsirləndirilən şəxs əldə etməsi müəyyən edilmişdir (4-cü cild, iş vərəqi 249). İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 25 iyul tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə eyni tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə elan edilən ittiham qüvvəsində saxlanılmış, sonuncunun narkotik vasitələr heroin və tiryək, psixotrop maddə metamfetamin əldə etdiyi mənbənin müəyyənləşdirilməsi məqsədi ilə cinayət işindən Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ayrıca cinayət işi ayrılması qərara alınmış, X7 aşkarlanıb götürülməklə ekspertiza tədqiqatından sonra qalıq qalmış «Kent» siqaret qutusunda olan səkkiz ədəd bükümdəki ümumilikdə 0,465 qram təmiz çəkidə narkotik vasitə heroinin, Şahid1 üzərindən aşkarlanıb götürülməklə ekspertiza tədqiqatından sonra qalıq qalmış bir ədəd bükümdəki ümumilikdə 2,598 qram təmiz çəkidə narkotik vasitə heroinin, sonuncunun yaşadığı evdən aşkarlanıb götürülməklə ekspertiza tədqiqatından sonra qalıq qalmış bir ədəd plastik qabdakı ümumilikdə 148,573 qram təmiz çəkidə narkotik vasitə heroinin, iki ədəd bükümdəki və qutudakı ümumilikdə 7,407 qram təmiz çəkidə psixotrop maddə metamfetaminin, bir ədəd şüşə qabdakı ümumilikdə 41,907 qram təmiz çəkidə narkotik vasitə tiryəkin, bir ədəd üzərində «Türkoğlu» yazılmış ayaqqabı qutusundakı, iki ədəd üzərində «Bostan» yazılmış və bir ədəd şüşə qablardakı, bir ədəd sarı qapaqlı şüşə bankadakı ümumilikdə 388,553 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananın, bir ədəd elektron tərəzinin, X18 aşkarlanıb götürülməklə ekspertiza tədqiqatından sonra qalıq qalmış bir ədəd bükümdəki və iki ədəd sellofan paketdəki ümumilikdə 515,203 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananın maddi sübut kimi tanınaraq idarənin saxlanışına verilməsi, maddi sübut kimi tanınan X9, X20 və Şahid1 üzərlərinə şəxsi axtarış və götürməni, habelə sonuncunun yaşadığı mənzilə axtarış və götürməni əks etdirən dörd ədəd diskin, X22 məxsus ***-***-**- ** saylı, Şahid1 məxsus ***-***-**-** və ***-***-**-** saylı nömrələrlə ötürülən məlumatlara dair «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 29 iyun tarixli AZF/LGL- 5270/20 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinin, X12 məxsus ***-***-**-** saylı və Şahid1 məxsus ***-***-**-** saylı nömrələrlə ötürülən məlumatlara dair «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 30 aprel tarixli BKC/LGL-6319/20 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmış, Təqsirləndirilən şəxs məxsus ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı nömrələrlə ötürülən məlumatlara dair «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 02 iyun tarixli BKC/LGL-9385/21 №-li məktubu ilə daxil olan bir ədəd CD diski maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə olunmuşdur (4-cü cild, iş vərəqi 250-278 və 281- 285). Məhkəməyə təqdim olunan 2018-ci il 03 oktyabr tarixli icarə müqaviləsinin kserosurətindən görünür ki, X4 ünvan 7 ünvanında mülkiyyətindəki ümumi sahəsi 123,5 m2 olan fərdi yaşayış evinin həyətindəki ümumi sahəsi 24 m2 olan qarajı aylıq 1.400 manata Təqsirləndirilən şəxs icarəyə vermişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri özünümüdafiə xarakteri daşımaqla seçmiş olduğu bu cür taktika tərəfindən heç də kifayət qədər əsaslandırılmamışdır və barəsində bəraət hökmünün çıxarılmasına nail olmaq məqsədini güdür. Məhkəmə bundan əlavə illərlə tikintilərdə qəlib ustası işləyən Şahid1 heç bir sübutla təsdiqlənməyən kafe işlətməsini bildirməsini, bunun zəminində 2020-ci il yanvarın 01-dən 2020-ci il martın 08-dək olan müddət ərzində, yəni sonuncunun tutulduğu günə kimi qəssab olan Təqsirləndirilən şəxs ilə 164 dəfə telefon əlaqəsi saxlamasının məhz ət alveri ilə izah edilməsini yalan ifadə kimi qiymətləndirib Təqsirləndirilən şəxs cinayət məsuliyyətdən yayındırmaq məqsədi daşımasını sayır. Məhkəmə eyni zamanda hesab edir ki, əlavə şahidlər tərəfindən verilən ifadələrdə Təqsirləndirilən şəxs 2010-2021-ci illərdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qəssab dükanını işlətməsinin təsdiqlənib-təsdiqlənməməsi heç də elan edilən ittiham üzrə təqsirləndirilən şəxsin məsuliyyət məsələsinin həlli üçün əhəmiyyət kəsb etmir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayətdə təqsirli olması məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin ifadələri, məhkəmə iclasında elan edilərək tədqiq olunmuş başqa şahidlərin ibtidai araşdırmada verdikləri ifadələr, baxış, axtarış və üzləşdirmə protokolları, ekspertiza rəyləri, maddi sübutların mövcudluğu, eləcə də iş üzrə digər mötəbər sübutlar ilə tam təsdiq olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, narkotik vasitə tiryək şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 50 qram, narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 500 qram, İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrinin dispozisiyasında ehtiva olunmayan tamah niyyəti kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsasın olmadığı qənaətindədir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs ilk məhkumluğunu, qeydiyyatda olduğu yer üzrə özünü nümunəvi aparmasını işdə cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalıdır. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlancına təhvil verilməklə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2020-ci il 06 avqust tarixli hökmünə əsasən təqsirləndirilən şəxs X7 aşkarlanan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,465 qram narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsinin və iş üzrə 108,46 manat məbləğində ekspertiza xərcinin ondan tutularaq dövlət büdcəsinə keçirilməsinin hökm olunması, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 22 iyun tarixli hökmü əsasında təqsirləndirilən şəxs Şahid1 aşkarlanıb götürülməklə ekspertiza tədqiqatından sonra qalıq qalmış bir ədəd bükümdəki 2,598 qram təmiz çəkidə narkotik vasitə heroinin, sonuncunun yaşadığı evdən aşkarlanıb götürülməklə ekspertiza tədqiqatından sonra qalıq qalmış bir ədəd plastik qabdakı ümumilikdə 148,573 qram təmiz çəkidə narkotik vasitə heroinin, iki ədəd bükümdəki və qutudakı ümumilikdə 7,407 qram təmiz çəkidə psixotrop maddə metamfetaminin, bir ədəd şüşə qabdakı ümumilikdə 41,907 qram təmiz çəkidə narkotik vasitə tiryəkin, bir ədəd üzərində «Türkoğlu» yazılmış ayaqqabı qutusundakı, iki ədəd üzərində «Bostan» yazılmış və bir ədəd şüşə qablardakı, bir ədəd sarı qapaqlı şüşə bankadakı ümumilikdə 388,553 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananın, bir ədəd elektron tərəzinin, təqsirləndirilən şəxs X18 aşkarlanıb götürülməklə ekspertiza tədqiqatından sonra qalıq qalmış bir ədəd bükümdəki və iki ədəd sellofan paketdəki ümumilikdə 515,203 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananın məhv edilməsinin, iş üzrə 487,1 manat məbləğində ekspertiza xərcinin Şahid1 və X20 hər birindən 243,55 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsinin hökm olunması, maddi sübut kimi tanınan X9, X20 və Şahid1 üzərlərinə şəxsi axtarış və götürməni, habelə sonuncunun yaşadığı mənzilə axtarış və götürməni əks etdirən dörd ədəd diskin, X22 məxsus ***-***-**-** saylı, Şahid1 məxsus ***-***-**-** və ***-***-**-** saylı nömrələrlə ötürülən məlumatlara dair «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 29 iyun tarixli AZF/LGL-5270/20 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinin, X12 məxsus ***-***-**-** saylı və Şahid1 məxsus ***-***-**-** saylı nömrələrlə ötürülən məlumatlara dair «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 30 aprel tarixli BKC/LGL-6319/20 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinin, Təqsirləndirilən şəxs məxsus ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı nömrələrlə ötürülən məlumatlara dair «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 02 iyun tarixli BKC/LGL-9385/21 №li məktubu ilə daxil olan bir ədəd CD diskinin müvafiq cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. Bununla da məhkəmə hesab edir ki, maddi sübutların taleyi və iş üzrə 551,38 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyərinin tutulması məsələsi X14, Şahid1 və X24 barəsində cinayət işlərinə baxılarkən həll olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 130 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 780 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il aprelin 23-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il aprelin 23-dən hesablansın. İş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlancına təhvil verilməklə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2020-ci il 06 avqust tarixli hökmünə əsasən təqsirləndirilən şəxs X7 aşkarlanan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,465 qram narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsinin və iş üzrə 108,46 manat məbləğində ekspertiza xərcinin ondan tutularaq dövlət büdcəsinə keçirilməsinin hökm olunması, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 22 iyun tarixli hökmü əsasında təqsirləndirilən şəxs Şahid1 aşkarlanıb götürülməklə ekspertiza tədqiqatından sonra qalıq qalmış bir ədəd bükümdəki 2,598 qram təmiz çəkidə narkotik vasitə heroinin, sonuncunun yaşadığı evdən aşkarlanıb götürülməklə ekspertiza tədqiqatından sonra qalıq qalmış bir ədəd plastik qabdakı ümumilikdə 148,573 qram təmiz çəkidə narkotik vasitə heroinin, iki ədəd bükümdəki və qutudakı ümumilikdə 7,407 qram təmiz çəkidə psixotrop maddə metamfetaminin, bir ədəd şüşə qabdakı ümumilikdə 41,907 qram təmiz çəkidə narkotik vasitə tiryəkin, bir ədəd üzərində «Türkoğlu» yazılmış ayaqqabı qutusundakı, iki ədəd üzərində «Bostan» yazılmış və bir ədəd şüşə qablardakı, bir ədəd sarı qapaqlı şüşə bankadakı ümumilikdə 388,553 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananın, bir ədəd elektron tərəzinin, təqsirləndirilən şəxs X18 aşkarlanıb götürülməklə ekspertiza tədqiqatından sonra qalıq qalmış bir ədəd bükümdəki və iki ədəd sellofan paketdəki ümumilikdə 515,203 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananın məhv edilməsinin, iş üzrə 487,1 manat məbləğində ekspertiza xərcinin Şahid1 və X20 hər birindən 243,55 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsinin hökm olunması, maddi sübut kimi tanınan X9, X20 və Şahid1 üzərlərinə şəxsi axtarış və götürməni, habelə sonuncunun yaşadığı mənzilə axtarış və götürməni əks etdirən dörd ədəd diskin, X22 məxsus ***-***-**-** saylı, Şahid1 məxsus ***-***-**-** və ***-***-**-** saylı nömrələrlə ötürülən məlumatlara dair «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 29 iyun tarixli AZF/LGL-5270/20 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinin, X12 məxsus ***- ***-**-** saylı və Şahid1 məxsus ***-***-**-** saylı nömrələrlə ötürülən məlumatlara dair «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 30 aprel tarixli BKC/LGL-6319/20 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinin, Təqsirləndirilən şəxs məxsus ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı nömrələrlə ötürülən məlumatlara dair «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 02 iyun tarixli BKC/LGL-9385/21 №-li məktubu ilə daxil olan bir ədəd CD diskinin müvafiq cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 780 manat köçürülsün. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-167/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-167/2022
22.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver